Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-57/2022 20.05.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Səmədov Xəqani Hacı oğlu və Mahmudov Faiq Nüsrət oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X5 və İbrahimova Nuranə Lazım qızının katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər-Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkililəri Müdafiəçi2 Köşəri oğlunun və Müdafiəçi1 iştirakları ilə açıq məhkəmə iclasında xx xxx 1975-ci ildə Laçın rayonunun Soyuqbulaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, məhkum olunmuş, Laçın rayonunun Qarıqışlaq ərazi dairəsinin Soyuqbulaq kəndində qeydiyyatda olmaqla, Bərdə rayonu, Alaçadırlı kəndində həbs olunanadək yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılır Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir ondan ötrü ki, o, istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi ilə qanunsuz olaraq “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında “Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanunun İ siyahısına əsasən 5 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 5, 401 qram, 4, 350 qram 4, 546 qram, 4, 044 qram, 4, 239 qram və ümumi çəkisi 22, 58 qram, 2 ədəd polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri 195 qram, 870 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddəllər olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə ümumi təmiz çəkisi 1087, 58 qram olan, yəni külli miqdarda qurudulmuş marixuana əldə edib yaşadığı Bərdə rayonunun Alaçadırlı kəndində evinin yataq otağında saxlamış, Bərdə rayon polis şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında 16 mart 2021-ci il tarixdə saat 07-05 dəqiqədə polis şöbəsinin əməkdaşları tərəfindən onun evinə baxış keçirilərkən evindən yataq otağından satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə edib saxladığı həmin narkotik vasitə olan qurudulmuş marixuana polis əməkdaşları tərəfindən aşkar olunub götürülmüş və bundan dərhal sonra vətəndaş Təqsirləndirilən şəxs Bərdə rayon polis şöbəsinə gətirilib, polis şöbəsində elə həmin gün saat 08-50 radələrində üzərində şəxsi axtarış aparılarkən əynində olan göy rəngli idman gödəkçəsinin sağ cibindən 2 ədəd kibirit qutusunda ayrı- ayrılıqda təmiş çəkiləri 6, 118 qram, 5, 020 qram ümumi təmiz çəkilsi 11, 138 qram olan və bununlada evindən və üzərindən umumilikdə təmiz çəkisi 1098,718 qram, yəni külli miqdarda olan bitki mənşəli kütlələr tərkibində narkotik maddəllər olan çətənə kannabis) bitkisindən kustar üsulla hazırlanmış satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı və tərkiblərinə görə eyni olan həmin narkotik vasitə-qurudulmuş marixuana polis əməkdaşları tərəfindən aşkar olunub götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 16 mart 2021-ci il tarixdə gecə saat 03-04 radələrində Bərdə RPŞ-nin əməkdaşları pəncərəni sındırıb ordan keçməklə yaşadığı evə daxil olmuşlar. Polis əməkdaşları onun əl qolunu tutub hərəkətini tamamilə məhdudlaşdırmışlar. Onun hərəkətsiz qalmasından istifadə edən polis əməkdaşları özləri ilə gətirilmiş olduqları narkotik vasitə torbasını yaşadığı evdə, pəncərənin yanına qoyulmuş divanın altına yerləşdirilmişlər. Bundan sonra polis əməkdaşları tərəfindən evə rəsmi qaydada baxış keçirilmiş və sözügedən narkotik torbası guya onun evindən çıxmışdır. O səs küy salıb buna etiraz etmiş və onun səsinə qonşuları da onlara bir-bir gəlməyə başlamışlar. Lakin həmin vaxt səs-küyə gələn qonşuların evə daxil olmasına polislər tərəfindən icazə verilməmişdir. Evindən tapılmış narkotik vasitə ilə yaxından-uzaqdan əlaqəsi olmamış, ara-bir narkotik vasitə istifadə etdiyinə görə rayon polisi ilə onun arasında ixtilaf yaranmış, bu səbəbdən polis əməkdaşları onun evinə külli miqdarda narkotik vasitə qoyub onu nahaqdan məsuliyyətə cəlb etmişlər. Eyni zamanda vurğulayır ki, polislər evinə daxil olan zaman baxışda videoçəkilişinin aparılmasına hər hansı etirazı olmamışdır. Polislər tərəfindən uydurulan bu xüsusat həm yalan, həm da gülüncdür. Çünki polis əməkdaşları onun evinə pəncərədən daxil olmaqla onu sanki, hansısa teror əməliyyatını icra edən şəxsi tutar kimi yaxalayıb onu tamamilə hərəkətsiz vəziyyətə gətirmiş, üzünü yerə dayayıb əl-qolunu bağlamışlar. Onunla bu cür davranan polis əməkdaşlarının videoşəkilişlə bağlı onun fikrini öyrənməsi həm reallıqdan kənar, həm də həqiqətən gülüncdür. Məhkəmənin diqqətinə onu da çatdırır ki, İbtidai istintaq zamanı da ona təzyiq edilmiş, təzyiq nəticəsində ifadəsi alımışdır. Barəsində həbs qətimkan tədbiri seçilən və sözügedən qərarın müddəti artırılan zaman hər dəfə hakimə günahsız olduğunu, narkotik vasitənin ona məxsus olmadığını, narkotik vasitənin polislər tərəfindən evinə qoyulduğunu bildirmiş, bundan başqa ailə üzvləri bununla bağlı bütün rəhbər şəxslərə ərizələr ünvanlamışlar. Günahsız olduğunu bəyan etməklə məhkəmədən ona bəraət verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bərdə rayon polis şöbəsinin X3 əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantıdır. Bərdə rayonunun Alaçadırlı kəndində yaşayan Təqsirləndirilən şəxs bir-neçə ildir ki, tanıyır. Onunla heç bir ədavəti, düşmənçilyi və ya qohumluğu yoxdur. Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuananın satışı ilə məşğul olması və bu məqsədlə külli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə edib evində və üzərində saxlaması barədə Bərdə rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olduğundan, onun həmin əməllərlə məşğul olması barədə polis əməkdaşlarında məlumatlar olmuşdur. Ona görə də onun ifşa olunmasından ötrü 16.03.2021-ci il tarixdə raportla Bərdə RPŞ- nin NMQ-nun baş əməliyyat müvəkkili polis kapitanı Şahid2 müraciət edib Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməsinə razılıq almışdır. Bundan sonra NMQ-nun əməliyyat müvəkkili polis kapitanı Şahid2 tərəfindən “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair “qərar qəbul edilmiş və həmin qərar əsasında həmin gün səhər saat 07 radələrində o, Bərdə rayon polis şöbəsinin CAB-ın əməliyyat müvəkkili polis kapitanı Şahid3 və Bərdə rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı polis kapitanı X21 Bərdə rayonunun Alaçadırlı kənd sakini Təqsirləndirilən şəxs həyət darvazasının qarşısna hal şahidləri Şahid5 və Şahid4 ilə birlikdə gəlib həyət darvazasını döymüşlər. Həyət darvazasını Tofiq açan kimi təhqiqatçı polis kapitanı X34 Qurbanova onun evində narkotik vasitə saxladığından baxış keçirilməsinin zəruriliyini bildirmişdir. Bu hala qarşı etirazının olub-olmadığını soruşmuşdur. Tofiq də evinə baxış keçirilməsinə qarşı heç bir etirazının olmadığını bildirib, hətta evinə baxış keçirilməsinə razı olması barədə ərizə yazıb təhqiqatçı polis kapitanı X12 təqdim etmişdir. Daha sonra onlar evin həyət darvazasından Tofiqin həyətinə daxil olmuşlar. Tofiqin evinə baxış keçirməyə başlamazdan əvvəl təhqiqatçı Pərvin Səfərli tərəfindən Tofiqə bildirilmişdir ki, onun evində baxış həm videoçəkilişlə, həm də hal şahidlərinin iştirakı ilə keçirilə bilər. Bunlardan hansı ilə razıdırsa baxış da o, əsasda keçirlsin. Tofiq də demişdir ki, çəkilişi televizorda və başqa yerdə yayılmasından qorxur, ona görə də evinə baxışın hal şahidlərinin iştirakı ilə aparılmasını videoçəkilişlə aparılmamasını xahiş edir. Həmin vaxt təhqiqatçı Pərvin müəllim baxışın hal şahidlərinin iştirakı ilə aparılacağını, videoçəkilişlə aparılmayacağını, ancaq Tofiqin evindən hər hansı bir qeyri-qanuni saxladığı əşya, narkotik aşkar edilərsə sadəcə olaraq fotoaparatla fotoşəkillərinin çəkilərək fotoşəkillərin bu barədə tərtib olunacaq protokola əlavə olunacağını Tofiqin və baxış iştirakçılarının nəzərinə çatdırmışdır. Bundan sonra təhqiqatçı Pərvin müəllim tərəfindən həmin baxışda iştirak edən hal şahidlərinin hər birinə ayrı-ayrılıqda olaraq Azərbaycan Respublikası CPM-nin 94- cü maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri onların hər birinə ayrı-ayrılıqda olaraq izah edilmişdir. Bütün bunlardan sonra təhqiqatçı Pərvin müəllim Təqsirləndirilən şəxs bildirmişdir ki, alınmış əməliyyat məlumatı əsasında onun evində külli miqdarda narkotik vasitə saxlaması barədə polisə əməliyyat məlumatı daxil olmuşdur.Odur ki, onun evində olan həmin narkotik vasitəni könüllü surətdə təqdim etməsini və etməyəcəyi təqdirdə onsuz da baxış keçirib həmin narkotiki aşkar edəcəklərini Tofiqin diqqətinə çatdırdığından, artıq fakt qarşısında çıxılmaz vəziyyətdə qalan Təqsirləndirilən şəxs onlara yataq otağında olan divanın altında sellofon torbada olmaqla olan quru halda, yaşıl rəngli kəskin iyisi gələn kütləni təqdim edib marixuana olduğunu, ancaq özünün istifadəsi üçün saxladığını, satmaq fikiri olmadığını bildirmişdir. Həmin vaxt onlar elektron tərəzidə həmin kütləni çəkərkən kütlənin çəkisinin 900 qram olduğunu görmüşlər. Sonra isə evin ikinci otağından Təqsirləndirilən şəxs sellofan torbada olan marixuananı onlara polis işçilərinə təqdim etmiş, həmin torbada olan kütləyə baxarkən həmin kütlənin də quru halda olub , kəskin iyli, yaşıl rəngdə olduğunu görmüşlər.Həmin torbada eyni zamanda 5 ədəd kibrit qutusunda olmaqla nakotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin olduğunu görmüşlər. Sellofan torbada olan kütlə çəkilərkən çəkisinin 210 qram olduğu müəyyən olnmuşdur. Sellofan torbada olan 5 ədəd kibirit qutusunda olan kütlənin isə quru halda, yaşıl rəngli, kəskin iyli olduğunu və elə həmin sellofan torbadan kibrit qutusunun içərisinə yığılıb saxlandığını yəqin edib bu qənaətə gələrək, həmin 5 ədəd kibirit qutusunda olan kütlə də elektron tərəzidə çəkilmişdir. Həmin kütlənin çəkisi 38, 08 qram təşkil etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onlara bildirmişdir ki, onun evində bunlardan başqa hər hansı bir narkotik vasitə yoxdur. Ancaq o, belə desə də onlar Tofiqin evinə baxış keçirməkdə davam etmişlər. Lakin Təqsirləndirilən şəxs məxsus evdən yuxarıda sadalananlardan savayı digər hər hansı narkotik vasitə aşkar olunmamışdır. Bundan sonra təhqiqatçı Pərvin Səfərli tərəfindən həmin aşkar olunmuş kütləllər qablaşdırılmış və üzərinə “Təqsirləndirilən şəxs evindən aşkar olunub götürülmüş kütlə” sözləri yazılmışdır. Həmin qablaşdırma üzərinə iştirakçılar tərəfindən imzalar edilmişdir.Təhqiqatçı Pərvin müəllim həmin kütlələrin hansı növ maddə olmasını, dəqiq çəkisini müəyyən etməkdən ötrü Gəncə şəhərində yerləşən Məhkəmə-bioloji ekspertizasına göndəriləcəyini və rəy alınaraq Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət veriləcəyini onların iştirakçıların nəzərinə çatdırmışdır. Sonra isə təhqiqatçı Pərvin müəllim tərəfindən bu barədə protokol tərtib olunmuş və həmin protokol baxış iştirakçılarına ucadan oxunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçı Pərvin müəllim təklif etmişdir ki, evində və üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğundan onlarla Bərdə rayon polis şöbəsinə getməlidir.Təqsirləndirilən şəxs da onların bu tələbinə qarşı heç bir etirazı olmadan onlarla Bərdə rayon polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gələrkən həmin şəxsdən onun tələbi o olmuşdur ki, onun üzərində şəxsi axtarış aparılana qədər əlini ciblərinə və ümummiyyətlə üstündə olan hər hansı bir paltarına daxil etməsin. Ona bu tərzdə hərəkət etməməsi üçün tərəflərindən diqqət yetiriləcəyi də nəzərinə çatdırılmışdır. Təqsirləndirilən şəxs da onların bu tələbinə qarşı heç bir etiraz etmədən əməl etmişdir. Bundan sonra onlarla Bərdə rayon polis şöbəsinə gəlmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs təhqiqatçı Pərvin Səfərli tərəfindən Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilindiyindən şübhəli şəxs qismində tutulduğu andan da ona Bərdə rayon vəkil bürosunun vəkili X4 təqdim olunaraq, ona hüquq və vəzifələri təhqiqatçı Pərvin müəllim tərəfindən izah edilmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən və aşkar olunduğu təqdirdə götürüləcək qanunsuz əşya vardırsa çıxarıb könüllü surətdə təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman gödəkçəsinin sağ cibindən 2 ədəd kibrit qutusunu çıxarıb, könüllü olaraq onun üzərində şəxsi axtarış aparılan otaqda olan stolun üzərinə qoymuşdur. Sonra isə Tofiq həmin kibirit qutusunda olan kütlənin nəşə kimi adlandırılan, marixuana olduğunu onların diqqətinə çatdırmışdır. Həmin kibirit qutularını açıb içərisinə baxarkən içərisində yaşıl rəngdə, kəskin iyli, quru halda olan kütlənin olduğunu görmüşlər. Həmin kibirit qutusu içərisində olan kütlə ilə birlikdə çəkilmiş, 1-ci kibirit qutusunun çəkisi 9,23 qram, 2-ci kibirit qutusunun çəkisi isə 8,14 qram gəlmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir əşya narkotik olmadığını bildirmişdir. Buna baxmayaraq onun üzərində şəxsi axtarışı onlar polis işçiləri davam etdirsələr də onun üzərindən hər hansı bir narkotik və başqa hər hansı bir əşya aşkar olunmamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə elə elektron tərəzində çəkildikdən sonra, həmin kütlələr elə aşkar olunduğu vəziyyətdə kibrit qutularında olmaqla kibirit qutuları poçt zərfinə təhqiqatçı Pərvin Səfərli tərəfindən qoyulmuşdur. Daha sonra şəxsi axtarışın keçiriıməsi barədə protokol tərtib olunaraq protokol ucadan onlara iştirakçılara oxunmuş və iştirakçılar imzaları ilə təsdiq etmişlər. Eyni zamanda həmin şəxsi axtarış zamanı çəkilmiş fotoşəkillər də bu barədə tərtib olunan protokola əlavə olunmuşdur. İstər Təqsirləndirilən şəxs evində və isətərsə də onun üzərində şəxsi axtarış aparılarkən nə onun tərəfindən, nə onun müdafiəçisi Cahangir müəllim tərəfindən və habelə digər iştirakçılar tərəfindən heç bir şikayət, irad və ya narazılıq bildirilmədən baxış və şəxsi axtarış icra olunub başa çatmışdır. Şahid ifadəsinə əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs evinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs ailə üzvlərin də evdə olduğunu, nə Təqsirləndirilən şəxs nə də ki ailə üzvlərinə heç bir təyziq göstərilmədiyini, şəxsi axtarış zamanı da axtarışın gedişində fotoşəkillər çəkildiyini, Tofiqin evinə gedəndə onlarda silah olmadığını və pəncərədən deyil həyət qapısından daxil olduqlarını bildirmişdir. Daha sonra Tofiqin evinə 2 avtomobillə getdiklıərini, Tofiqin evinə, onun təhqiqatçının avtomobili ilə getdiyini. Digər avtomobildə isə hal-şahidləri və digər əməkdaşların olduğunu. Hal şahidlərinin təhqiqqatçı tərəfindən dəvət edildiyini, onları hardan necə dəvət etdiyini bilmədiyini. Hal şahidlərinin öncədən polis idarəsində olub olmadığlarını xatırlamadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid1 ifadəsilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 16 mart 2021-ci il tarixdə təxminən saat 06-50 radələrində Bərdə şəhəri Babək küçəsində öz yaşadığı evin yaxınlığında tək dayanıb siqaret çəkərkən polis işçiləri ona yaxınlaşmış və bildirmişlər ki, Bərdə rayonunun Alaçadırlı kəndində yerləşən bir nəfər şəxsin evində keçiriləcək baxışda hal şahidi kimi iştirak etmək lazımdır”. O, da razı polislərlə bu barədə razılaşmışdır. Həmin polis işçisi ilə Bərdə rayonunun Alaçadırlı kəndinə Təqsirləndirilən şəxs evinə getmişlər. Polis işçisi onu maşından düşürüb özü çıxıb getmişdir. Elə həmin vaxtdan da o, Todiq Qurbanovu tanımışdır. O, həmin yerə gələn zaman kimi ikinci bir hal şahidini də polislər həmin evə keçiriləcək baxışda iştirak etmək üçün ondan əvvəl dəvət etmiş olduqlarını görmüşdür. Həmin hal şahidinin adı Şahid5 olduğunu elə orada öyrənmişdir. Həmin vaxt polis əməkdaşları ev sahibi Təqsirləndirilən şəxs evinə baxış keçirilməsinə qarşı hər hansı bir etirazının olubolmadığını soruşanda Tofiq heç bir etirazının olmadığını bildirib baxışın keçirilməsinə icazə vermişdir. Tofiq evinə keçirələcək baxışa qarşı etirazının olmaması barədə ərizə də yazıb polisə vermişdir. Sonra polis işçisi təhqiqatçı Pərvin müəllim hal şahidi olaraq ona və digər hal şahidinə hüquq və vəzifələri izah etmişdir. Onlardan hüquq və vəzifələrinin mahiyətini başa düşüb-düşməmələrini soruşmuş, o, və Zaur da hüquq və vəzifələri onlara aydın olduğunu bildirmişlər. Bundan sonra təhqiqatçı Pərvin müəllim Təqsirləndirilən şəxs demişdir ki, evində harada narkotik, qeyri-qanuni olaraq saxladığı nə varsa könüllü surətdə təqdim etsin. Təqdim etməyəcəyi halda onun evinə baxış zamanı narkotik və ya qeyri-qanuni nə varsa üzə çıxarıb götürüləcəkdir. Tofiq də evinin yataq otağına daxil olub orada divanın altından bir ədəd sellofan torbada olan kütləni çıxarıb polis işçilərinə təqdim etmişdir. Onlar həmin kütləyə baxarkən həmin kütlənin yaşıl rəngdə, quru halda, kəskin iyisi gələn halda olduğunu görmüşlər. Tofiq özü demişdir ki, “bu nəşədir”. Həmin vaxt sonuncu bildirmişdir ki, “həmin nəşəni özünün istifadəsi üçün saxlayır”. Polis işçiləri həmin nəşəni elə aşkar etdikləri sellofan torbada çəkmiş, çəkmə nəticəsində həmin kütlənin çəkisi 900 qram gəlmişdir. Bundan sonra Təqsirləndirilən şəxs evinin ikinci otağından bir ədəd polietilen torbada olmaqla yenə kütləni polislərə təqdim etmişdir. Həmin kütlə olan yerdə həm də 5 ədəd kibirit qutusunda olmaqla kütlə olduğunu görmüşdür. Polislər yenə həmin kütləni və kibirit qutusunda olan kütlələri hər birini ayrıayrılıqda elektron tərəzidə çəkmişlər və sonra həmin aşkar olunmuş kütlələr polis işçiləri tərəfindən qablaşdırılmışdır. Qablaşdırmanın üzərinə iştirakçılar imza etmişlər. Həmin kütlələr qablaşdırılandan sonra isə Pərvin müəllim tərəfindən protokol tərtib olunmuşdur. Protokol ucadan onlara və iştirakçılara oxunmuş və protokolda aşkar olunanların hamısı doğru və düzgün yazıldığından protokolda qeyd olunanların doğruluğu iştirakçılar tərəfindən imzalar ilə təsdiq olunmuşdur. Həm də polislər bildirmişlər ki, “Tofiq polis şöbəsində üzərində şəxsi axtarış keçirilənə qədər əllərini ciblərinə daxil etməsin. Ona buna görə nəzarət olunacaqdır”. Tofiq də razı olmuşdur. Bundan sonra Tofiq və onlar polis işçiləri ilə birlikdə polis şöbəsinə gəlmişlər. X35 təklif etmişdir ki, üzərində hər hansı qeyri-qanuni saxladığı əşya, narkotik varsa narkotiki, çıxarıb könüllü təqdim etsin, onsuz da təqdim etməyəcəyi halda üzərində şəxsi axtarış aparıb həmin üzərində narkotik və ya hər hansı bir qeyri-qanuni saxladığı əşya olduğu halda aşkar edib götürəcəklər. Tofiq də əynində olan göy rəngli idman gödəkçəsinin sağ cibindən 2 ədəd kibrit qutusunu çıxarıb könüllü olaraq onun üzərində şəxsi axtarış aparılan otaqda olan stolun üzərinə qoymuşdur. Sonra isə Tofiq həmin kibirit qutusunda olan kütlənin nəşə kimi adlandırılan, yəni marixuana olduğunu bildirmişdir. Həmin kibirit qutularını açıb içərisinə baxarkən kibirit qutularının da içərisində yaşıl rəngdə, kəskin iyisi gələn quru halda olan kütlə olduğunu müşahidə etmişdir. Həmin kibirit qutusu içərisində olan kütlə ilə birlikdə çəkilmiş, 1-ci kibirit qutusunun çəkisi 9, 23 qram, 2-ci kibirit qutusunun çəkisi isə 8,14 qram gəlmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə elə orada onların yanında elektron tərəzində çəkildikdən sonra həmin kütlələr elə aşkar olunduğu vəziyyətdə kibrit qutularında olmaqla kibirit qutuları poçt zərfinə təhqiqatçı Pərvin müəllim tərəfindən qoyulmuş və zərfin ağzı polis işçisi Pərvin müəllim tərəfindən bağlanaraq üzərinə möhür vurulmuşdur. Şahid4 ifadəsində əlavə olaraq Təqsirləndirilən şəxs evinə poislərlə birlikdə getmişdir. O,Tofiqin evinə gedəndə digər hal şahidi orada olmuşdur. Ona polis əməkdaşlarının zəng etmədiyini, həmin gün bazara gedən vaxt ona yaxınlşaıb dəvət etdiklərini, onun getdiyi avtomobildə ondan başqa 2 nəfər polis əməkdaşlarının olduğunu, Tofiqin evinin qaşısında təxminən 3 avtomobiln olduğunu, həmçinin Məhəmmədi tanımadıgənı, Azərin isə orda olub-olmadığını xatırlamadığını, Sadiq müəllimin isə orada olduğunu, əvvəllər də bir neçə dəfə, təqribən 8-10 dəfə hal şahidi kimi iştirak etdiyini bildirmişidir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 Şahid4 ifadəsilə oxşar məzmunlu ifadə vermiş, əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs evinə polis əməkdaşları ilə getmişdir. Tofiqin evində təxminən 3-4 polis və ondan əlavədə bir nəfər hal şahidi olmuşdur. O, Bərdə rayonunun Qulubəyli kəndində yaşadığını, Tofiqin evi ilə onun yaşadığı kənd arasında nə qədər məsafə olduğunu dəqiq bilmədiyini, həmin günü Alaçadırlıda yaşayan əmisi qızı Təranənin evinə getdiyini bildirmişdir. Həmçinin daha öncə onun mobil telefonunun nömrəsinin polis idarəsindən götürüldüyünü, polislərin işi olana zaman zəng edib çağırdıqlarını, lakin Tofiqin işi ilə bağlı ona zəng edilmədiyini, Təqsirləndirilən şəxs evinə o polis şöbəsindən səhər saatlarında təxminən 05-06 arası polislərlə birlikdə getdiyini, əvvəllər də 3-4 dəfə hal şahidi kimi iştirak etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhərindən tanıyır. O, əvəllər Bakı şəhərində ət satışı ilə məşğul olmuş, Təqsirləndirilən şəxsla da ət ilə bağlı bir neçə dəfə telefon danışıqlarının və Whatsap proqram vasitəsi ilə bir neçə dəfə yazışmalarının olduğunu, Tofiqin ondan satmaq üçün mal əti olub-olmadığını soruşduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X7 ifadələsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. 16 mart 2021-ci il tarixdə yaşadıqları evə çoxlu sayda qara maskalı polis əməkdaşları basqın edib pəncərədən evə daxil olub əri Tofiqin əlqolunu bağlamış və üzüüstə yerə uzatmışlar. Polislər özləri gətiridiyi narkotk vasitəni yaşadıqları evdə pəncərənin yanında qoyulmuş divanın alt hissəsinə yerləşdirdikdən sonra evə baxış keçirib güya evindən narkotik vasitə aşkar etmişlər. Lakin polislər onu və uşağlarını digər otaqda otaqda salxlayaraq onlara psixoloji təsir göstərib evdə baxış keçirilən zaman həmin otağa buraxmamışlar. Şahid X7 ifadəsində əlavə olaraq göstərmişdir ki, o, evə polislərin gəlməsini onların içəri evinə daxil olanda görmüşdür. O, evinə baxış keçirilərkən iştirak baxışda iştirak etməmişdir. Onu da qeyd etmişdir ki, evində keçirilən baxışda qonşular iştirak etməmişlər, belə ki, polislər tərəfindən evə heç kim buraxmamışdır.Onu və uşaqlarını isə bir otaqda saxlamışlar və bayıra çıxmalarına qadağa qoymuşlar Həyat yoldaşı Təqsirləndirilən şəxs uzun illər ərzində mal-qara alveri etdiyini ət satışı ilə məşğul olduğunu, evlərindən aşkar edilmiş narkotiki polislərin özlərinin gətirib evdə divanın altına qoyduqlarını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X16 ifadələrində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusudur. Təqsirləndirilən şəxs evinə 16 mart 2021-ci il tarixdə polisin baxış keçirib narkotik vasitə aşkar edərkən o, həmin yerdə olmamışdır. O, həmin gün səhər saat 07 radələrində yuxudan qalxıb sahəyə pambıq alağına getmək üçün hazırlaşan zaman polislərin Tofiqin evindən çıxıb getdiklərini görmüşdür. O, Tofiqin evinə polislər tərəfindən baxış keçirilərkən orada olmamışdır. Şahid X16 ifadəsində əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs evindən 10-15 polisin çıxdığını görmüşdür. Həmçinin qonşusu Təqsirləndirilən şəxs ət alveri ilə məşğul olduğunu, onun narkotik vasitədən istifadə etdiyini və ya satışı ilə məşğul olması barədə heç bir məlumatı olmamışdır. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid2 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid2 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Bərdə RPŞ-də NMQ- nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanıdır. Bərdə rayonunun Alaçadırlı kəndində yaşayan ancaq Laçın rayonunun Soyuqbulaq kəndində daimi qeydiyyatda olan Təqsirləndirilən şəxs oğlunun narkotik vasitənin satışı ilə məşğul olması barədə Bərdə rayon polis şöbəsininin əməliyyat aparatına məlumatlar daxil olduğundan, onun həmin əməllərlə məşğul olması barədə onlarda polis əməkdaşlarında məlumatlar olmuşdur.Elə bu əsasa görə də onu cinayət başında ifşa etməyi qarşılarına məqsəd qoymuşlar.Odur ki, Təqsirləndirilən şəxs oğlunun narkotik vasitənin satışı ilə məşğul olan bir şəxs kimi tanıdığından onu nəzarətə götürmüşdür ki, elə bu əməlinə görə faktla tutub onu bu əməlindən çəkindirib ifşa etsin.Qeyd edir ki, onunla heç bir ədavəti, düşmənçiliyi və qohumluğu da yoxdur. 16.03.2021-ci il tarixdə alınmış dəqiq əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitə olan marixuananı evində saxladığı müəyyən olunduğundan, ona görə də təxirəsalınmadan onun ifşa olunmasından ötrü 16.03.2021-ci il tarixdə bu barədə pols şöbəsnin rəisi Muradəli Babayevə raportla müraciət etmişdir.O, raportunda Təqsirləndirilən şəxs ətrafında əməliyyat- tədbirləri keçirilməsinə razılıq almış və onun ətrafında əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edib rəis tərəfindən təsdiq olunduqdan sonra icra etməyə başlamışdır.Alınmış məlumat əsasında Təqsirləndirilən şəxs evində,-yaşayış sahəsinə baxış keçirilməsinin məqsədəuyğun olduğunu nəzərə alıb, bu istiqamətdə icra tədbirləri görülməsindən ötrü 16.03.2021- ci il tarixdə rayon polis şöbəsinin rəisi polis polkovniki Muradəli Babayevə raportla müraciət edib bildirmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı həmin evində satış məqsədi ilə narkotik vasitə saxladığından onun evinə baxış keçirilməsi və üzərində şəxsi axtarış aparılmasından ötrü aidiyyəti əməkdaşlara göstəriş verilsin ki, bu istiqamətdə müvafiq icra tədbirləri görülmüş olsun.Odur ki, onun həmin raportunun üzərinə rəis tərəfindən dərkənar qoyularaq raportda göstərilən icra tədbirlərinin görülməsi şöbənin təhqiqat bölməsinin rəisi polis mayoru İlyas Qurbanova ünvanlandığından, sonuncu da həmin raport üzrə icra tədbirləri görülməsinin təmin edlməsini Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı X12 həvalə etmişdir.Odur ki, bu istiqamətdə bilavasitə icra tədbirləri keçirilərkən onun başqa bir əməliyyat tədbiri olduğundan həmin tədbirdə iştirak etdiyindən Təqsirləndirilən şəxs yaşayış sahəsində və üzərində şəxsi axtarış aparılması ilə ələqədar olan araşdırma hərəkətlərində bilavasitə iştirak edə bilməmişdir. Ona görə də bilavasitə Təqsirləndirilən şəxs evinə keçirilən baxışda və onun evində və üzərində şəxsi axtarış keçirilməsi nəticəsində külli miqdarda narkotik vasitə marixuananın aşkar olunmasından həmin tədbirlər keçirilib başa çatandan sonra məlumatı olmuşdur. Belə ki, Qurbanov Tofiq İbrahim oğlunun ilk öncə evinə baxış keçirilərkən evindən 2 ədəd polietilen torbada ayrı- ayrılıqda təmiz çəkiləri 195 qram, 870 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddəllər olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, həmçinin evindən 5 ədəd kibirit qutusunda , üzərindən 2 ədəd kibirit qutusunda olmaqla ümumi təmiz çəkisi 1087, 58 qram olan, yəni külli miqdarda qurudulmuş marixuana həmkarları-polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 16 mart 2021-ci il tarixli “cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs İbrahim oğlunun barəsində Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 16 mart 2021-ci il tarixli “təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, 16 mart 2021-ci il tarixdə xx.xx.1975-ci il tarixdə Laçın rayonunda anadan olmuş, Bərdə rayonu, Alaçadırlı kəndində yaşayan Qurbanov Tofiq İbrahim oğlunun cinayət əməllərinin ifşa olunması və cinayət baxışında yaxalanması üçün yaşadığı evə və üzərinə baxış keçirilməsi ilə bağlı təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə əlaqədar qərar qəbul edilmiş, əməliyyat-axtarış tədbirinin keçirilməsi məqsədilə əməliyyat-axtarış qrupu yaradılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 16.03.2021-ci il tarixli baxış Keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonunun Alaçadırlı kəndində yerləşən evinə baxış keçirilmiş, evin yataq otağında 5 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 5, 401 qram, 4, 350 qram 4, 546 qram, 4, 044 qram, 4, 239 qram və ümumi çəkisi 22, 58 qram, 2 ədəd polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri 195 qram və 870 qram qurudulmuş marixuanaya bənzər bitki mənşəli kütlə aşkar edilmiş və götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 22.04.2021-ci il tarixli 2898 nömrəli əməliyyat tapşırığına cavab məktubunda göstərilir ki keçirilmiş əməliyyat tədbirləri ilə vət. Təqsirləndirilən şəxs yaşayış sahəsindən və üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuananı onun haradan əldə etməsini müəyyən etmək mümkün olmasa da satış məqsədi ilə əldə edib saxlamış olduğu müəyyən olunmuşdur. Bununla belə Təqsirləndirilən şəxs həmin narkotik vasitəni kimdənsə alması, hansı şəxslərlə əlaqələrinin olması və həmin şəxslərdən narkotikə meyilli olan şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir, gələcəkdə hər hansı bir müsbət nəticə əldə edilərsə istintaqa məlumat veriləcəkdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 16.03.2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu 16.03.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 16.03.2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması barədə” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, 16 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə keçirilmiş, şəxsi axtarış aparılmaqla Təqsirləndirilən şəxs üzərindən 2 ədəd kibirit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 6, 118 qram, 5, 020 qram ümumi təmiz çəkisi 11, 138 qram bitki mənşəli kütlələr , tərkibin də narkotik maddəllər olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə -qurudulmuş marixuana aşkar olunub götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə Rayon Məhkəməsinin 17.03.2021-ci il tarixli 4(021)-23/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs oğlunun barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 16.03.2021-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 25.04.2021-ci il tarixli, 214 və 215 saylı arayışlarından görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhər poliklinikasının narkoloji və ruhi əsəb kabinetində dispanserdə qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 06.05.2021-ci il tarixli, 868 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə Laçın rayonunun Qarıqışlaq ərazi dairəsinin Soyuqbulaq kəndində daimi qeydiyyatda olmaqla faktiki Bərdə rayonunun Alaçadırlı kəndində yaşamış, 1988-ci təvəllüdlü qızı arvadı Qurbanova Tamella, 2006-cı il təvəllüdlü qızı Qurbanova Nurçin, 2007-cı il təvəllüdlü qızı Qurbanova Aysun, 2008-ci il təvəllüdlü oğlu Qurbanov İbrahimdən ibarət ailə tərkibi vardır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xasiyyatnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonunun Alaçadırlı kəndində ünvanda yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, 16.02.2005-ci il tarixdə Göyçay rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM- nin 221.2.1-ci maddəsi ilə 02 il müddətinə 20 % islah işləri cəzasına məhkum edilmiş, 30.05.2017-cu il tarixdə Bərdə rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 14.03.2017-cu il tarixdə Bərdə rayon məhkəməsinin qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 10.12.14.21.162.321 maddələri rəhbər tutularaq barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmuş, 13.11.2017- ci il tarixdə Gəncə Apelyasiya məhkəməsinin qərarına əsasən hökm dəyişdirilib hökmlə təyin edilmiş 01 il azadlıqdan məhrum etmə cəzası cəzanın müddətinin başa çatması ilə ələqədar icraya yönəldilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azersell Telecom» MMC-nin 17.05.2021-ci il tarixli 9922 saylı məktubundan görünür ki, 27.05.2021-cı il tarixdə Bərdə RPŞ- nə daxil olmaqla alınmış sorğuya cavab məktubuna və həmin məktuba əlavə edilmiş 1 ədəd diskdə qeyd olunmuş telefon danışıqlarının zəngləri siyahısına və mesajlara baxş keçirilmişdir. Baxış zamanı ***-***-**-** nömrəli mobil telefonun sahibinin X25 olmaqla həmin mobil telefondan 19.01.2021-ci il tarixdə saat 20-15 dəqiqə 35-ci saniyədə Təqsirləndirilən şəxs istifadəsində olan 050-756-37 -41 nömrəsinə 2 dəfə dalbadal “ Totu siz tərəfə gəlim qapiya çıx”, mətinli mesaj yazmış olduğu, ***-***-**-** mobil nömrənin sahibi X8 14.02.2021- ci il tarixdə saat 20-56 dəqiqə 40 saniyədə Təqsirləndirilən şəxs istifadəsində olan 050-756-37 -41 nömrəsinə iki dəfə dalbadal “ Salam qardaş mal lazımdı var Tofiq mənə zəng et” mətinli mesaj yazmış olduğu, 19.02.2021- ci il tarixdə saat 21-33 dəqiqə 24 saniyədə şəxsiyyəti istintaqa məlum olmayan ***-***-**-** nömrəli mobil telefon sahibinin telefonundan iki dəfə dalbadal Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəyə “qaqa məni yığ” mətinli mesaj yazısının olduğu ,24.02.2021-ci il tarixdə saat 19-51 dəqiqə 03 saniyədə yenə ***-***-**-** nömrəli mobil telefondan Təqsirləndirilən şəxs istifadəsində olan ***-***- **-** nömrəyə iki dəfə “ Telefonu aç da bu nə hərəkətdir eliyirsən uşaqlıq edirsən gəlim pulu “ mətinli mesajını yazmış olduğu, 24.02.2021- ci il tarixdə saat 19-51 dəqiqə 08 saniyədə ***-***-**-** saylı nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəyə iki dəfə dalbadal “görürəm indi” mətinli mesajının yazılmış olduğu müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 18.06.2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən 2 ədəd kibrit qutusunda olmaqla aşkar olunub götürülmüş ümumi təmiz çəkisi 11, 138 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddəllər olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadan tədqiqat prosesində tədqiqata 0,05 qram sərf olunduğundan qalıq olaraq 11, 038 qram, onun yaşadığı evin yataq otağından aşkar edilmiş 5 ədəd kibrit qutusunda umumi təmiz çəkisi 22, 58 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddəllər olan çətənə (kamabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadan tədqiqat prosesində 0,05 qram sərf edildiyindən qalıq qalmış 22, 33 qram, onun yaşadığı evin yataq otağından aşkar olunmuş 1 ədəd polietilen torbada təmiz çəkisi 195 qram bitki mənşəli kütlə , tərkibində narkotik maddəllər olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadan tədqiqata 0, 05 qram sərf edildiyindən qalıq qalmış 194, 95 qram və habelə onun evindən aşkar olunmuş 1 ədəd polietilen torbada təmiz çəkisi 870 qurudulmuş marixuanadan tədqiqata 0,05 qram sərf edildiyindən qalıq qalmış 869,95 qram qurudulmuş marixuana Bərdə RPŞ-nin maddi sübutların saxlanma otağına verilməsi, telefon zəngləri və mesajlarına baxış keçirilməsi əsasında tərtib olunmuş protokol və həmin protokola əlavə edilmiş telefon zəngləri və mesaflarını özündə əks etdirən 01 ədəd disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən iş üzrə maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X19 Bölməsinin 16 mart 2021-ci il tarixli 16\254 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Bərdə rayon Alaçadırlı kəndində yaşayan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 ədəd kibirit qutusunda marixuanaya bənzər kütlə “ sözləri yazılmış zərfdəki 2 (iki) ədəd kibrit qutusunda ayrı- ayrılıqda təmiz çəkiləri 6,118 qram, 5, 020 qram, ümumi təmiz çəkisi – 11, 138 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddəllər olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “ Vət.Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağından aşkar edilmiş 5 ədəd kibrit qutusunda ayrıayrılıqda təmiz çəkiləri 5, 401 qram, 4, 350 qram , 4, 546 qram, 4, 044 qram, 4, 239 qram , umumi təmiz çəkisi 22, 58 qram bitki mənşəli kütlələr , tərkibində narkotik maddəllər olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Vət Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağından sellofan torbada aşkar olunmuş marixuanaya bənzər kütlə “ sözləri yazılmış polietilen torbadakı, digər 1 (bir) ədəd polietilen torbada təmiz çəkisi 195 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddəllər olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Bərdə rayonu Alaçadırlı kəndində yaşayan Təqsirləndirilən şəxs fərdi yaşayış evindən aşkar edilmiş marixuanaya bənzər kütlə “sözləri yazılmış polietilen torbadakı, digər 1 (bir) ədəd polietilen torbada təmiz çəkisi 870 qram bitki mənşəli kütlə tərkibində narkotik maddəllər olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində iki ədəd zərfdəki marixuanalar ilə, iki mədəd polietilen torbalarda olan marixuanalar tərkiblərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Səhiyyə Nazirliyi Gəncə şəhəri Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji dispanserindən alınmış 17 aprel 2021- ci il tarixli 399 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə etmə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə rayon Məhkəməsinin 27.10.2021-ci il tarixli məktubundan görünür ki, 2018-ci ildə Şahid4 X13, Azərbaycan Respublikasının CM-nin 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə, X14 Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işləri “üzrə ibtidai istintaq zamanı hal şahidi qismində iştirak etmişdir. 2. Şahid5 X17 Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ibtidai istintaq zamanı hal şahidi qismində iştirak etmişdir. 2019-cu ildə Şahid4 X9 Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə, X6 Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə, X1 Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işləri üzrə ibtidai istintaq zamanı hal şahidi qismində iştirak etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 25.06.2016-cı il tarixli Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin yanında X20 Xidmətinin 099429 saylı Baytarlıq Şəhadətnaməsindən görünür ki, Bərdə rayonunun Alaçadırlı kənd sakini Təqsirləndirilən şəxs satışa çıxaracağı 515 kiloqram mal əti 4 baş cəmdək 25.06.2016-cı ildə baytarlıq-santariya ekspertizasından tam keçmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 15, 17, 18, 19, 22, 23, 24, 29 fevral 01, 02, 03, 07, 09, 11 mart 2016-cı il tarixli qaimələrdən aydın olmuşdur ki, Təqsirləndirilən şəxs "xxxx" Fərdi Firmasına müxtəlif çəkilərdə ət və ət məhsulları satmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 1(100)57/2022 saylı, 08 aprel 2022-ci il tarixli şahidin məcburi gətirilməsi haqqında qəradan görünür ki, şahid X8 barəsində məcburi gətirmə qərarı qəbul edimişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 28.04.2022-cil tarixli arayışdan görünür ki, Bakı şəhəri Səbail Rayonunun İdarəsinin 8-ci Polis Bölməsinin sahə inspektoru X22 ***-***-**-** mobil telefon nömrəsi ilə məhkəmə ilə əlaqə yaradaraq şahid Səbuhi Qarayevin arvadının ağır xəstə olduğunu, bu səbəbdən məhkəməyə gəlməsinin mümkünsüz olduğunu, lakin işin halları ilə bağlı məhkəməyə rəsmi teleqram göndərəcəyini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 28.04.2022-cil tarixli teleqramdan görünür ki, şahid X8 Təqsirləndirilən şəxs ilə heç bir əlaqəsinin olmadığını, yalnız Təqsirləndirilən şəxs mağazasından ət aldığını bildirmişdir. Məhkəmə cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, o cümlədən iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə ibtidai araşdırma zamanı kobud səhv və qanun pozuntularına yol verilmiş, ittiham mümkün hesab edilə bilməyən və qeyri mötəbər sübutlarla əsaslandırılmışdır. Qeyd olunanlara və həmçinin aşağıda sadalanan əsaslara görə Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyindən barəsində bəraət hökmü çıxarılmalıdır. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 16.03.2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonunun Alaçadırlı kəndində yerləşən evinə baxış keçirilmiş, evin yataq otağında 5 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 5, 401 qram, 4, 350 qram 4, 546 qram, 4, 044 qram, 4, 239 qram və ümumi çəkisi 22, 58 qram, 2 ədəd polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri 195 qram və 870 qram qurudulmuş marixuanaya bənzər bitki mənşəli kütlə aşkar edilmiş və götürülmüşdür. Sözügedən istintaq hərəkətinin keçirilməsində ibtidai araşdırma orqanı tərəfindən Şahid4 və Şahid5 adlı 2 (iki) hal şahidinin iştirakı təmin edilmişdir. Qeyd olunan istintaq hərəkəti günün erkən saatlarına təsadüf etsə də nədənsə qanunvericiliyə uyğun olaraq baxış videoçəkilişlə deyil, daha çətin üsulla, yəni, hal şahidlərinin iştirakı təmin edilməklə həyata keçirilmişdir. Məhkəmə vurğulayır ki, baxışın keçirilməsinin günün erkən saatlarında hal şahidlərinin tapılması, onlara hüquq və vəzifələrinin elan edilməsi videoçəkilişin aparılmasına münasibətdə daha çətin prosedurlarla icra edilməsi məntiqsiz görünür. Məhkəmə baxışı iclasında dindirilən polis əməkdaşları ifadələrində Təqsirləndirilən şəxs videoçəkilişin aparılmasına etiraz etməsini, çəkilişin KİV-də yayıymasını istəmədiyini, onların da Təqsirləndirilən şəxs bu “arzusunu” yerinə yetirdiyi üçün baxışın videoçəkilişlə deyil, hal şahidlərinin iştirakı ilə həyata keçirdiklərini məhkəmənin diqqətinə çatdırmaqla sözügedən məqamı “gizləməyə” cəhd etmişlər. Lakin vurğulanmalıdır ki, əvvala qanunvericilikdə istintaq hərəkəti zamanı audio-video çəkilişin aparılmasının şübhəli və ya təqsirləndirilən şəxsin istəyi, arzusu ilə keçirilməsinə dair göstəriş yoxdur. Bundan başqa sözügedən çəkiliş KİV üçün deyil, ibtidai araşdırmanın şəfaf aparılmasına xidmət etməli idi. Göstərilənlərdən savayı şahidlər Şahid1 (polis əməkdaşı), Şahid3 (polis əməkdaşı), Ramin Ağammədov (hal şahidi) və Şahid5 (hal şahidi) ifadələrində Təqsirləndirilən şəxs evinə eyni vaxtda daxil olduqlarını bildirmişlər. Yəni hal şahidlərini istintaq hərəkətində iştirak etmək üçün əvvəlcədən özü ilə aparan polis əməkdaşlarının sonradan təqsirləndirilən şəxsin “arzusu” ilə videoçəkiliş aparmaması heç bir halda inandırıcı görünmür. Bundan başqa cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Bərdə rayon Məhkəməsinin 27.10.2021-ci il tarixli məktubundan görünür ki, 2018-ci ildə Şahid4 X13, Azərbaycan Respublikasının CM-nin 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə, X14 Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işləri “üzrə ibtidai istintaq zamanı hal şahidi qismində iştirak etmişdir. 2019-cu ildə Şahid4 X9 Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə, X6 Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə, X1 Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işləri üzrə ibtidai istintaq zamanı hal şahidi qismində iştirak etmişdir. Şahid5 isə X17 Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ibtidai istintaq zamanı hal şahidi qismində iştirak etmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsasını təşkil edən sübutun əldə edilməsi zamanı ibtidai araşdırma orqanı daha şəffaf üsuldan deyil, dəfələrlə ayrı-ayrı cinayət işlərində hal şahidi kimi iştirak etmiş, bu fəaliyyəti mütammadi icra etmiş sanki bunu öz “işinə” çevirən şəxslərin iştirakı ilə həyata keçirmişdir. Bununla da sözügedən sübutun mötəbərliyi şübhə altına düşmüşdür Bununla bağlı məhkəmə aşağıda qeyd olunanları da diqqətə çatdırmağı zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 124.1-i maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 125.1-ci maddəsinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi qanunvericilik cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut edilməli olan halların müəyyən edilməsinə aid olan məlumatların hüquqi forması kimi sübutların mümkünlüyünü ən vacib şərtlərindən biri kimi məlumatların, sənədlərin və əşyaların əldə edilməsi yalnız CPM-də göstərilən istintaq və məhkəmə hərəkətləri vasitəsi ilə həyata keçirilməsidir. Eyni zamanda istintaq və məhkəmə hərəkətləri CPM-də müəyyən olunmuş tələblərə riayət edilməklə həyata keçirilməlidir. Ümumilikdə bu qayda əldə edilmiş məlumatların mötəbərliyini təmin etməyə yönəldilmişdir. CPM-də müəyyən edilmiş prosedura əməl etmədən CPM-in tələblərinin pozulması ilə əldə edilən sənədlər, əşyalar və məlumatlar sübut kimi qəbul edilə bilməz. Qəbul edilməyən sübutlar hüquqi əhəmiyyət kəsb etmir və ittihamın ısası kimi çıxış edə bilməz, habelə CPM-in 139-cu maddəsində göstərilən hər hansı halın sübut edilməsi üçün onlardan istifadə edilə bilməz. Bu norma Azərbaycan Respublikasının Kostitusiyasının 63- cü maddəsinə əsaslanır. Konstitusiyanın 63-cü maddəsinin İV hissəsinə görə, qanunun pozulması ilə əldə edilmiş sübutlardan ədalət mühakiməsinin həyata keçirilməsində istifadə oluna bilməz. Bu baxımdan dəfələrlə hal şahidi qismində iştirak edən şəxslərin bu iş üzrə yenidən hal şahidi qisimdə iştirakı ilə əldə olunmuş sübutların məhkəmələr tərəfindən mümkünlüyü və mötəbərliyi baxımından qəbul olunmzdır. Belə ki, CPM-in 94.1-ci maddəsinə əsasən cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı ilə aşkar olunan faktların, onların məzmununun, gedişinin və nəticələrinin təsdiq olunması üçün CPM-in 236, 244, 246-cı maddələrində nəzərdə tutulmuş hallarda istintaq hərəkətinin aparılmasında iştirak etmək üçün cəlb edilmiş şəxs hal şahidi ola bilər. Qeyd edilən maddədə göstərilmiş «marağı olmayan» məfhumunun məzmununu prosessual qanunvericiliyin digər normasına istinadən müəyyən etmək olur. CPM-in 115-ci maddəsində göstərilmişdir ki, hal şahidinin iştirakının mütəmadi xarakter daşıması halları istisna olunmaqla, onun istintaq hərəkətinin icraatında əvvəllər iştirakı həmin cinayət təqibi üzrə aparılan digər istintaq hərəkətinin icraatında təkrar iştirakını istisna etmir. Göründüyü kimi prosessual qanunvericilik eyni bir şəxsin həm bir cinayət təqibi üzrə, həm də müxtəlif cinayət təqibləri üzrə həyata keçirilən istintaq hərəkətlərində hal şahidi kimi iştirakının mütəmadi xarakter daşımasını yol verilməz hesab edir. Eyni zamanda CPM-nin 115-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 115.1 və 115.2-ci maddələrinin tələblərinə zidd hər hansı şəxsin istintaq hərəkətlərinin aparılmasında hal şahidi qismində iştirakı həmin hərəkətin etibarsız hesab edilməsinə əsas ola bilər. Bu baxımdan məhkəmə kollegiyası bir mənalı şəkildə hesab edir ki, qeyd edilən maddədə nəzərdə tutulmuş hal şahidinə etirazın əsasları, CPM-ni 94.1-ci maddəsinə əsasən “hal şahidinin” iştirakını “marağı olan şəxs” kimi istisna edən hallara da aiddir. Bir daha vurğulanmalıdır ki, hal şahidinin bir neçə istintaq hərəkətində mütəmadi iştirakı ilə toplanmış sübutların mümkün və mötəbər sübutlar kimi qiymətləndirilməsi yol verilməzdir. Bundan başqa məhkəmə həmçinin qeyd edir ki, ibtidai istintaq zamanı məhkəmə qərarı alınaraq Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nomrəsinə gələngedən məlumatlar əldə edilmiş, lakin əldə edilmiş sübutlar yoxlanılmamışdır. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azercell Telecom» MMC-nin 17.05.2021-ci il tarixli 9922 saylı məktuba əlavə edilmiş diskə baxış keçirilmişdir. Baxış zamanı ***-***-**-** nömrəli mobil telefonun sahibinin X25 olmaqla həmin mobil telefondan 19.01.2021-ci il tarixdə saat 20-15 dəqiqə 35-ci saniyədə Təqsirləndirilən şəxs istifadəsində olan 050-756-37 -41 nömrəsinə 2 dəfə dalbadal “ Totu siz tərəfə gəlim qapiya çıx”, mətinli mesaj yazmış olduğu, ***-***-**-** mobil nömrənin sahibi X8 14.02.2021- ci il tarixdə saat 20-56 dəqiqə 40 saniyədə Təqsirləndirilən şəxs istifadəsində olan 050-756-37 -41 nömrəsinə iki dəfə dalbadal “ Salam qardaş mal lazımdı var Tofiq mənə zəng et” mətinli mesaj yazmış olduğu, 19.02.2021- ci il tarixdə saat 21-33 dəqiqə 24 saniyədə şəxsiyyəti istintaqa məlum olmayan ***-***-**-** nömrəli mobil telefon sahibinin telefonundan iki dəfə dalbadal Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəyə “qaqa məni yığ” mətinli mesaj yazısının olduğu ,24.02.2021-ci il tarixdə saat 19-51 dəqiqə 03 saniyədə yenə ***-***-**-** nömrəli mobil telefondan Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəyə iki dəfə “ Telefonu aç da bu nə hərəkətdir eliyirsən uşaqlıq edirsən gəlim pulu “ mətinli mesajını yazmış olduğu, 24.02.2021- ci il tarixdə saat 19-51 dəqiqə 08 saniyədə ***-***-**-** saylı nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəyə iki dəfə dalbadal “görürəm indi” mətinli mesajının yazılmış olduğu müəyyən olunmuşdur. Məhkəmə bununla bağlı qeyd edir ki, CPM-in 145.1-ci maddəsində göstərilmişdir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 138.1-ci maddəsinə görə Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Qeyd olunan pozuntunu aradan qaldırmaq məqsədilə Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrəyə “Salam qardaş mal lazımdı var Tofiq mənə zəng et” mətnli mesaj yazmış ***-***-**-** mobil nömrənin sahibi X8 şahid qismində dindirilməsinə dair qərar qəbul edilmiş, şahid dəfələrlə məhkəməyə rəsmi qaydada dəvət olunsa da sonuncunun məhkəməyə gəlməməsi səbəbindən şahid S.Qarayevin məcburi gətirilməsinə dair qərar çıxarılmış və icra edilməsi üçün Bakı şəhəri Səbail rayon polis idarəsinə göndərilmişdir. Sözügedən qərarın icrası ilə bağlı Bakı Şəhəri Səbail rayonu 8-ci polis bölməsinin sahə inspektoru X38 məhkəmə ilə əlaqə yaradaraq şahid Səbuhi Qarayevin arvadının ağır xəstə olduğunu, bu səbəbdən məhkəməyə gəlməsinin mümkünsüz olduğunu, lakin işin halları ilə bağlı məhkəməyə rəsmi teleqram göndərəcəyini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş X8 Gəncə Ağır Cinayətlər Məhkəməsinə ünvanladığı 28.04.2022-cil tarixli teleqramın məzmunundan aydın olmuşdur ki, sonuncunun Təqsirləndirilən şəxs ilə heç bir əlaqəsi olmamış, yalnız Təqsirləndirilən şəxs mağazasından ət almışdır. Bundan başqa cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 25.06.2016-cı il tarixli Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında X20 Xidmətinin 099429 saylı Baytarlıq Şəhadətnaməsindən də aydın olmuşdur ki, Bərdə rayonunun Alaçadırlı kənd sakini Təqsirləndirilən şəxs satışa çıxaracağı 515 kiloqram mal əti 4 baş cəmdək 25.06.2016-cı ildə baytarlıq-santariya ekspertizasından tam keçmişdir. Həmçinin Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 15, 17, 18, 19, 22, 23, 24, 29 fevral 01, 02, 03, 07, 09, 11 mart 2016-cı il tarixli qaimələrdən aydın olmuşdur ki, Təqsirləndirilən şəxs "xxxx" Fərdi Firmasına müxtəlif çəkilərdə ət və ət məhsulları satmışdır. Göründüyü kimi əldə olunmuş sübut ibtidai istintaq orqanı tərəfindən yoxlanılmadığından sözügedən sübut ittihamyönümlü sübut kimi məhkəməyə təqdim edilmiş, lakin məhkəmə tərəfindən müvafiq araşdırma aparılandan sonra qeyd olunan sübutun ittihamın təsdiqi ilə bağlı olmadığı aşkara çıxarılmışdır. Azərbaycan Respublikası CPM-nin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin məcəllənin 350.2-ci maddəsinə əsasən isə bu məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun V.Bayramov və qeyrilərinin şikayətləri üzrə 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyatı əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) CPM-in 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildikdə çıxarılır. CPM-in 351.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticəsinə əsaslanaraq; məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. CPM-nin 139-cu maddəsinin mənasına görə cinayət təqibi üzrə toplanmış sübutlar cinayətin hər hansı başqa şəxs tərəfindən deyil, məhz şübhəli və ya təqsirləndirilən şəxs tərəfindən törədildiyini təsdiq etməlidir. CPM-in 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə tərkibi iş üzrə əldə olunmuş sübutların məcmusuna hərtərəfli və obyektiv qiymət verərək, daxili inama əsaslanaraq CPM-in 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilməmişdir. Məhkəmə tərkibi qeyd edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsi üçün ibtidai istintaq orqanının istinad etdiyi sübutlar CPM-in 125-ci maddəsində sadalanan tələblərə cavab vermir, mötəbər sübutlar sayıla bilməz və belə sübutlar əsasında onun barəsində ittiham hökmünün çıxarılması mümkün deyildir. CPM-in 8.0.5-ci maddəsinə görə cinayət mühakimə icraatının əsas vəzifələrindən biri məhz şəxsiyyəti qanunsuz və əsassız mühakimə edilməkdən, onun hüquqlarının və azadlıqlarının qanunsuz və əsassız məhdudlaşdırılmalardan qorumaqdan ibarətdir. Cinayət prosessual qanunvericiliyin tələbləri baxımından cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə yekun qərar o halda ədalətli hesab edilir ki, iş üzrə bütün hallar, o cümlədən şəxsi cinayət törətməkdə ifşa edən və onun məsuliyyətini ağırlaşdıran hallarla yanaşı, ona bəraət verən və ya onun vəziyyətini yüngülləşdirən hallar da aydınlaşdırılmış olsun. CPM-in 145.1-ci maddəsinin məzmununa görə hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə, bütün toplanmış sübutların məcmusuna isə cinayət işinin (və ya digər materialın) həlli üçün kifayət etməsi nöqteyi-nəzərindən qiymət verir. CPM-in 145.3-cü maddəsinə görə ittihamın subut olunmasında yaranan şübhələr digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır; Həmin maddənin İİİ hissəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir; Həmin maddənin İV hissəsinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olubolmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. CPM-in 21.1-ci maddəsinin tələbinə görə cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır; CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda CPM-in 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Oxşar məsələni bölüşən CPM-in 145.3-cü maddəsində göstərilir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 42.1 və 42.1.4-cü maddələrinin tələblərinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. CPM-in 42.2-ci və 42.2.4-cü maddəsində qeyd edilir ki, bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə həmin şəxs barəsində bəraət hökmü çıxarılır. Beləliklə, ibtidai istintaq zamanı toplanmış materiallarla, həmçinin məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələrilə, tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs verilmiş ittiham öz təsdiqini tapmamışdır. Məhkəmə tərkibi hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilərkən onun həmin əməli törətməsinə dəlalət edən sübutlar mövcud olmamışdır. Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilərək barəsində ittiham hökmü çıxarmaq qanunun ədalət prinsipinə ziddir, odur ki, onun barəsində təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət hökmü çıxarılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs”qətimkan tədbiri ləğv edilməli və o dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 357.0.1-ci maddəsinə əsasən məhkəmənin hökmü ilə bəraət verildikdə şəxs məhkəmənin hökmü elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsdən azad edilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Bərdə rayon Polis Şöbəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, 1 ədəd poçt zərfində 2 ədəd kibrit qutularında olmaqla qablaşdırılmış cəmi 11, 038 qram və 01 ədəd poçt zərfində 5 ədəd kibirit qutusunda olmaqla qablaşdırılmış 22, 33 qram, 1 ədəd kağız paketdə qablaşdırılmış 194, 95 qram, 1 ədəd kisədə qablaşdırılmış 869, 95 qram çəkidə bitki mənşəli kütlə, tərkibində narkotik maddəllər olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana Bərdə rayon polis şöbəsinin maddi sübutların saxlanma anbarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 32 manat 40 qəpik ekspertiza xərcinin ödənilməsindən Təqsirləndirilən şəxs azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 56.0.1-ci maddəsinə əsasən bəraət almış şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4, 346, 347, 349, 350-ci maddələrini rəhbər tutub, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o dərhal məhkəmə iclası zalında həbsdən azad edilsin. İş üzrə maddi sübut kimi tanınaraq Bərdə rayon Polis Şöbəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, 1 ədəd poçt zərfində 2 ədəd kibrit qutularında olmaqla qablaşdırılmış cəmi 11, 038 qram və 01 ədəd poçt zərfində 5 ədəd kibirit qutusunda olmaqla qablaşdırılmış 22, 33 qram, 1 ədəd kağız paketdə qablaşdırılmış 194, 95 qram, 1 ədəd kisədə qablaşdırılmış 869, 95 qram çəkidə bitki mənşəli kütlə, tərkibində narkotik maddəllər olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana Bərdə rayon polis şöbəsinin maddi sübutların saxlanma anbarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 32 manat 40 qəpik ekspertiza xərcinin ödənilməsindən Təqsirləndirilən şəxs azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsi ilə əlaqədar cinayət işi üzrə cinayət təqibi orqanlarının qanunsuz hərəkətlərindən mülki mühakimə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüququ izah edilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-57/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-57/2022
20.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver