Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-57/2023 26.09.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), X3 və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X21 oğlunun katibliyi, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı1 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında, xx.xx.1991-ci il tarixdə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, “Azəriqaz” X5 rayon X22 çilingər işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihamdan görünür ki, o, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda 15,387 qram çəkidə narkotik vasitə heroini və 138,28 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib külli miqdarda 10,452 qram çəkidə narkotik vasitə heroini və 8,28 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı üzərində, külli miqdarda 4,935 qram çəkidə heroini və 130 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı özünə məxsus idarə etdiyi “VAZ 21074” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 22 oktyabr 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 18:30-da ünvan 2 ünvanında yerləşən “Azəriqaz” X5 rayon X12rşısında saxlanılaraq idarə etdiyi avtomobillə birlikdə Gəncə şəhəri, Atatürk prospekti 41 ünvanında yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin X17 Şöbəsinə dəvət olunub həmin gün saat 20:50-də üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd polietilen kəsiyi bükümündə külli miqdarda 10,452 qram çəkidə narkotik vasitə heroin və bir ədəd kibrit qutusunda 8,28 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, bundan başqa həmin tarixdə saat 21:55-də şöbənin inzibati ərazisində baxış zamanı Təqsirləndirilən şəxs məxsus “VAZ 21074” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol oturacağın altından bir ədəd sellofan bükümdə üzərindən aşkar edilərək götürülmüş qurudulmuş marixuana ilə eyni tərkibli olan 130 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və bir ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi, həmin oturacağın qarşısında yerləşən kül qabının içərisindən isə üzərindən aşkar edilərək götürülmüş heroin ilə eyni kimyəvi tərkibli olan bir ədəd polietilen kəsiyi bükümündə külli miqdarda 4,935 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, həbs edilənə qədər “Azəriqaz” X5 rayon X22 çilingər işləmişdir. 22 oktyabr 2021-ci il tarixdə işdən çıxıb evə gedərkən iş yerindən kimsə ona zəng edib müdirin onu çağırdığını bildirmiş, o da özünə məxsus “VAZ 21074” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yenidən işə qayıtmışdır. İdarədə müdirin otağına daxil olduqda otaqda müdirdən başqa iki nəfər mülki şəxslər olmuşlar. Müdir ona həmin iki nəfər mülki şəxslərin polis əməkdaşları olduqlarını və onu narkotiklərlə bağlı axtardıqlarını bildirmişdir. O, isə həmin vaxt üzərində narkotik vasitə olmadığını demişdir. Bundan sonra həmin polis əməkdaşları onu Gəncə şəhərində yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin X17 Şöbəsinə aparmışlar, üzərindən və idarə etdiyi “VAZ 21074” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobildən narkotik vasitə aşkar etmişlər. Lakin onun nə üzərində, nə də ki avtomobilində narkotik vasitə olmamış, aşkar edilmiş narkotik vasitələri onun üzərinə və avtomobilinə polis əməkdaşları özləri qoymuşlar. Polis şöbəsində həmin narkotik vasitələri boynuna götürməsi üçün ona qarşı fiziki zor tətbiq edilmiş və psixoloji təzyiqlərə məruz qalmışdır. Ona qarşı atılan bu addım Ağdaş rayon polis şöbəsində işləmiş və hazırda həbsdə olan dostluq münasibətlərində olduğu Cavid Cəfərovla bağlı olmuşdur. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində və avtomobilində ümumiyyətlə narkotik vasitə olmamış, polislər onu saxladıqdan sonra Ağdaş şəhərindən birbaşa Gəncə şəhərinə gətirmişlər. Üzərinə və avtomobilinə baxış Gəncə şəhərində, Baş Narkotiklərlə Mübarizə İdarəsinin X17 Şöbəsində bir gün sonra, yəni 23 oktyabr 2021-ci il tarixdə keçirilmişdir. Şöbədə olarkən ona iki nəfər polis əməkdaşı tərəfindən “pres” verilmiş və Cavid Cəfərova görə tutulduğunu bildirmişlər. Şəxsi axtarış zamanı polis əməkdaşları ilk əvvəl videoçəkilişdən istifadə etsələr də o, narkotik vasitələrin özünə məxsus olmadığını bildirdiyinə görə videoçəkiliş aparılmamış və kənardan hal şahidi gətirilərək üzərində şəxsi axtarış keçirilmişdir. Aşkar edilmiş narkotik vasitələr əməliyyatçılar tərəfindən üzərinə və avtomobilinə qoyulmuşdur. Bu səbəblə o, “şübhəli şəxsin tutulması”, “şəxsi axtarış və götürmə aparılması haqqında” və “baxış keçirilməsi və götürmə haqqında” protokollara və digər ilkin sənədlərə imza etməmiş, bəzi sənədləri isə təzyiqlərə məruz qaldığı üçün imzalamışdır. Polislər 48 saatdan sonra onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Barəsində qətimkan tədbiri ilə bağlı məsələyə məhkəmədə baxılan zaman döyülməsi ilə bağlı suallar verilmədiyi üçün məhkəmədə bu barədə heç nə deməmişdir. Ona təzyiqlər olmasını və polis əməkdaşlarının onu sillə ilə vurmasını hal şahidləri də görmüşlər. Polislər tərəfindən fiziki təzyiqlərə məruz qalsa da bədəni üzərində açıq-aşkar gözlə görünəcək xəsarətlər olmamışdır. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, üzərinə və avtomobilinə baxış 23 oktyabr 2021-ci il tarixdə saat təxminən 18-19 radələrində keçirilmiş və baxışda iştirakçı kimi adı qeyd edilmiş hal şahidləri sonradan gəlmişlər. Təzyiqlərə məruz qaldığı üçün döyülmə faktı ilə bağı şikayət etməmişdir. Lakin sonradan valideynləri bütün yuxarı instansiya orqanlarına onun işgəncəyə məruz qalması və qanunsuz tutulması barədə müraciətlər göndərmişlər. Ağdaşda işlədiyi idarədə saxlanılan zaman iki nəfər mülki geyimli şəxslər onun üzərini yoxlamış, lakin hər hansı narkotik vasitə aşkar edilməmiş, üzərində həmin vaxt pul qabı, pul qabının içərində “Covid-19” pasportu, şəxsiyyət vəsiqəsi, mobil telefon, siqaret və alışqan olmuşdur. Daha sonra həmin iki nəfər mülki geyimli şəxslər onu qollarından tutub qandallayaraq özlərinin gəldikləri qara rəngli “Xəzər” markalı avtomobilə mindirmişlər. Həmin vaxtı avtomobilin içərisində də iki nəfər şəxsin olmasını görmüşdür. Onu gəldikləri avtomobilə mindirdikdən sonra Ağdaş şəhərindən birbaşa Gəncə şəhərinə aparmışlar. İşlədiyi idarənin qarşısında ağacın altında saxladığı özünə məxsus VAZ 21074 markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin açarları elə avtomobilin üzərində olmuş və polis əməkdaşlarından biri həmin avtomobili idarə edərək Gəncə şəhərinə gətirmişdir. Gəncə şəhərində BNMİ QBRŞ-də polislər narkotik vasitələrin özünə məxsus olduğunu deməsi üçün təzyiqlər göstərmişlər. Şəxsi axtarışın və avtomobilinə baxışın videoçəkilişlə aparılmasına da etiraz etməmişdir. Sadəcə olaraq videoçəkiliş zamanı narkotik vasitənin özünə məxsus olmadığını bildirdiyi üçün polis əməkdaşları Hacıbaba Ağayev və Şahid3 “videoda etiraf etmir, fotoaparatla şəkil çəkib qoyarıq” bildirmişlər. Baxış zamanı avtomobilin açarları onda olmamış və o, avtomobilin qapılarını açarla açmamış, sadəcə kənarda dayanaraq aşkar edilmiş narkotik vasitələrin özünə məxsus olmadığını demişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli könüllü ifadə vermək istəməsi barədə ərizəni və həmin ərizədən sonra verdiyi qismən etirafedici ifadəni o, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində göstərilən təzyiqlərə dözə bilməyərək və təzyiq altında qalaraq məcbur olub vermiş, lakin sonrakı ifadələrində yenidən narkotikin özünə məxsus olmadığını və polislər tərəfindən üzərinə qoyulduğunu bildirərək sənədləri imza etməkdən imtina etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 22 oktyabr 2021-ci il tarixdə “Azəriqaz” İB-nin Ağdaş rayon X23 inzibati binasının qarşısında saxlanılmış və sonuncu onlara məxsus avtomobil ilə Baş Narkotiklərlə Mübarizə İdarəsinin X17 Şöbəsinə gətirilmiş, şöbədə üzərinə və avtomobilinə baxış keçirilən zaman narkotik vasitələr aşkar edilərək götürülmüşdür. O, Təqsirləndirilən şəxs Bakı şəhərinə, xatırladığı qədəri ilə 23 oktyabr 2021-ci il tarixdə səhər saatlarında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Şahid2la birlikdə özünə məxsus avtomobillə aparmışdır. Təqsirləndirilən şəxs saxlanılmasında o, Şahid2 və BNMİ QBRŞ-nin əməkdaşları da iştirak etmiş, Təqsirləndirilən şəxs polis əməkdaşlarına məxsus avtomobil ilə şöbəyə gətirilmişdir. Baxış hal şahidlərinin iştirakı ilə keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs “bunlar mənlik deyil” kimi ifadələr işlətmişdir. Əgər hər hansı polis əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs qarşı fiziki zorakılıq hallarına yol verilsəydi sonuncu “bunlar mənlik deyil” kimi ifadələr işlətməzdir. Məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılmasında, üzərinə və avtomobilinə baxışda iştirak etmiş, sonuncunun avtomobili “Jiquli” markalı olmuşdur. Təqsirləndirilən şəxs evinə məsləhət olmadığı üçün baxış keçirilməmiş və daha sonra onlar Bakı şəhərinə getmişlər. Çalışdığı BNMİ-nin bir şöbəsi də Gəncə şəhərində yerləşdiyindən, o cümlədən BNMİ QBRŞ-nin əməkdaşları da onlarla birlikdə olduqlarından, həm də xüsusi bir hal olmadığından Təqsirləndirilən şəxs 22 oktyabr 2021-ci il tarixdə Gəncə şəhərinə gətirilmiş və baxış Ağdaş şəhərində deyil, Gəncə şəhərində yerləşən BNMİ QBRŞ-də keçirilmişdir. Baxışın həmin gecə yoxsa səhəri gün keçirildiyini dəqiq xatırlamır. Görüntülərin televiziyada nümayiş etdiriləcəyinə görə Təqsirləndirilən şəxs baxışın videoçəkilişlə həyata keçirilməsindən imtina etmiş, bu səbəbdən də baxış hal şahidlərinin iştirakları ilə keçirilmişdir. Təqsirləndirilən şəxs tez-tez fikrini dəyişmiş, sənədlərə gah qol çəkdiyini, gah da qol çəkməyəcəyini bildirmiş, baxışın fotoçəkilişlə həyata keçirilməsinə də özü razı olmuşdur. O, fotoşəkillərin dəqiq kim tərəfindən çəkildiyini xatırlamasa da fotoşəkilləri Şahid2 çəkdiyini düşünmüşdür. Hal şahidləri şöbəyə BNMİ QBRŞ-nin əməkdaşları tərəfindən dəvət edilmiş və onlar baxış zamanı narkotik vasitələrin aşkar edilməsini aydın olaraq görmüşlər. Baxış zamanı avtomobilin açarı Təqsirləndirilən şəxs olmuş və sonuncu özü açarla avtomobilin qapısını açaraq narkotiki təqdim etmişdir. Təqsirləndirilən şəxs ifadəsində onu vurmasını göstərməsilə əlaqədar bildirmişdir ki, hadisədən uzun müddət keçdiyi üçün Təqsirləndirilən şəxs ola bilsin onu işçilərdən başqa biri ilə səhv salmışdır. O, Təqsirləndirilən şəxs Bakı şəhərində yerləşən BMCMİ-yə xatırladığı qədəri ilə 23 oktyabr 2021-ci il tarixdə səhər saatlarında Şahid2la birlikdə özünə məxsus avtomobillə aparmışdır. Bununla belə, hadisə vaxtı onun istifadəsində olmuş ***-***-**-** mobil nömrənin antena dairəsinin hansı səbəbdən xx.xx.2021-ci il tarixdə gün ərzində saat 21:51-dək Gəncə şəhəri ərazisini göstərməsini, həmçinin Şahid2 hadisə vaxtı istifadəsində olmuş ***-***-**-** mobil nömrənin də antena dairəsinin xx.xx.2021-ci il tarixdə gün ərzində saat 18:02-dək Gəncə şəhəri ərazisini, o cümlədən sonuncunun mobil nömrəsinin həmin gün saat 23:45-də Yevlax rayonu ərazisini göstərməsini heç nə ilə izah edə bilməmişdir. Davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 22 oktyabr 2021-ci il tarixdə saat 18:30-da BNMİ QBRŞ-nin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib istifadə etməsi, satması və üzərində saxlamasında şübhəli bilinən Təqsirləndirilən şəxs Ağdaş şəhərində işlədiyi “Azəriqaz” İB-nin inzibati binasının qarşısında saxlanılaraq özünə məxsus “VAZ 21074” markalı avtomobili ilə birlikdə BNMİ QBRŞ-ya gətirilmiş və şübhəli şəxs qismində tutulmuşdur. BNMİ QBRŞ-nin inzibati binasında videoçəkilişdən istifadə edilməklə və hal şahidlərinin iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində qanunla qadağan olunmuş hər hansı əşyanı könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sol yan cibindən bir ədəd sellofan bükümü və bir ədəd kibrit qutusunu çıxarıb otaqdakı stolun üzərinə qoyaraq bükümün içərisindəki kütlənin narkotik vasitə heroin, kibrit qutusunun içərisindəki kütlənin isə narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Sonra Təqsirləndirilən şəxs həmin gödəkcənin sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu, özünə məxsus avtomobilin açarını, bir ədəd alışqanı və bir qutu siqareti, sol döş cibindən bir vərəqdə “Covid-19” pasportunu və özünə məxsus şəxsiyyət vəsiqəsini, şalvarının sağ yan cibindən isə pulunu çıxarıb otaqdakı stolun üzərinə qoyaraq üzərində başqa əşya olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş digər əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd sellofan bükümə baxış keçirərkən içərisində qəhvəyi rəngli kəskin iyli narkotik vasitə heroinə bənzər kütlə, kibrit qutusuna baxış keçirərkən isə qutuda yaşıl rəngli kəskin iyli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş içərisində narkotik vasitə heroinə bənzər büküm gümüşü rəngli elektron tərəzidə çəkilərək qablaşdırılma ilə birlikdə ümumi çəkisinin təxminən 11 qrama yaxın, içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan bir ədəd kibrit qutusunun isə qablaşdırma ilə birlikdə ümumi çəkisinin isə təxminən 11-12 qrama yaxın olduğu müəyyən edilmişdir. Həmin büküm və kibrit qutusu qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş digər əşyalar iş üçün əhəmiyyət kəsb etmədiyindən şəxsin özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar olunan narkotik vasitələri bir həftə əvvəl Mingəçevir şəhərində tanımadığı şəxsdən öz istifadəsi üçün almış, həmin narkotik vasitələrin qalan hissəsini də özünə məxsus VAZ 21074 markalı avtomobilində saxlamışdır. Bundan sonra müvafiq protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs məxsus VAZ 21074 markalı avtomobilə özünün razılığı ilə BNMİ QBRŞ-nin həyətində baxış keçirilmiş və sonuncu etirazının olmaması barədə ərizə yazmışdır. Baxış başlandıqdan sonra Təqsirləndirilən şəxs özünə məxsus idarə etdiyi avtomobilin sürücü əyləşdiyi sol tərəfdən qabaq qapısını açıb qabaq oturacağın altından bir ədəd sellofan torbanı, həmin oturacağın qarşısındakı külqabını açaraq içərisindən bir ədəd sellofan bükümü götürüb təqdim edərək torbadakı kütlənin narkotik vasitə qurudulmuş marixuana, sellofan bükümdəki kütlənin isə narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin torba və büküm götürülüb avtomobilin ön hissəsində baxış keçirilərkən torbanın içərisində yaşıl rəngli, kəskin iyli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə və bir ədəd gümüşü rəngli elektron tərəzi olduğu müəyyən edilmişdir. Sellofan bükümə baxış zamanı isə içərisində qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə heroinə bənzər kütlə olduğu aşkar olunmuşdur. Təqsirləndirilən şəxs avtomobilindən aşkar olunmuş içərisində narkotik vasitə heroinə bənzər büküm gümüşü rəngli elektron tərəzidə çəkilərək qablaşdırılma ilə birlikdə ümumi çəkisinin təxminən 5 qram, içərisində olan elektron tərəzi götürüldükdən sonra içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan bir ədəd sellofan torbanın isə qablaşdırılma ilə birlikdə ümumi çəkisinin 135 qram olduğu müəyyən edilmişdir. Götürülmüş tərəzi yenidən həmin torbaya qoyularaq torbanın ağzı qatlanıb həmin büküm ilə birlikdə bir ədəd ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmışdır. Sonra avtomobilin digər yerlərinə baxış keçirilmiş, lakin narkotik vasitə, psixotrop maddə və qanunla gəzdirilməsi qadağan edilən başqa əşya və ya predmet aşkar edilməmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, aşkar edilən narkotik vasitələri şəxsi axtarış zamanı bildirdiyi kimi bir həftə əvvəl Mingəçevir şəhərində tanımadığı şəxsdən öz istifadəsi üçün almış, üzərindən aşkar olunmuş narkotik vasitələri avtomobilində aşkar olunmuş sellofan büküm və torbadan götürmüşdür. Bundan sonra müvafiq protokol tərtib olunmuş və iştirakçılara ucadan oxunduqdan sonra heç bir əlavə, vəsatət və şikayət daxil olmadığından imzalarla təsdiq edilmişdir. Polis şöbəsində olarkən Təqsirləndirilən şəxs hər hansı bir polis əməkdaşı tərəfindən fiziki və psixoloji təsir və ya təzyiq göstərilməmiş, hər hansı bir polis əməkdaşı sonuncunu döyməmiş və xəsarət yetirməmişdir. İfadəsinin davamı olaraq Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərində axtarış və avtomobilinə baxış hal şahidlərinin iştirakları ilə keçirilmişdir. Əməliyyat qrupunun rəhbəri Şahid2 olmuş və sonuncu məsləhət bilmədiyi üçün Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməmişdir. Təqsirləndirilən şəxs Gəncə şəhərində yerləşən BNMİ QBRŞ-ya polis əməkdaşlarına məxsus avtomobillə gətirilmişdir. O, sözügedən işlə əlaqədar Şahid2la birlikdə Bakı şəhərindən birbaşa Ağdaş şəhərinə gəlmiş, baxış da Ağdaş şəhərində deyil Gəncə şəhərində keçirilmişdir. Baxışın hansı səbəbdən Ağdaşda deyil Gəncə şəhərində keçirilməsi barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitəni könüllü təqdim etməsinə baxmayaraq, sonuncunun sənədləri nə üçün imza etməkdən imtina etməsi barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs Bakı şəhərinə BMCMİ-nə onlar aparmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirimiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs saxlanılmasında və üzərinə baxışda iştirak etmiş, sonuncu Ağdaş şəhərində saxlanıldıqdan sonra onlara məxsus avtomobillə Gəncə şəhərində yerləşən BNMİ QBRŞ-ya gətirilmişdir. Hadisədən uzun müddət keçdiyi üçün Təqsirləndirilən şəxs avtomobilinin olub-olmadığını, sonuncunu saxlanıldıqdan sonra öz avtomobilləri ilə BNMİ QBRŞ-ya aparılan zaman avtomobili kimin idarə etdiyini xatırlamamışdır. Çalışdığı BNMİ-nin bir şöbəsi də Gəncə şəhərində yerləşdiyindən, digər rayonlarda əlverişli şərait olmadığından, həmçinin belə məsləhət bilindiyi üçün baxış Ağdaş şəhərində deyil, Gəncə şəhərində yerləşən BNMİ QBRŞ-də keçirilmişdir. Baxış zamanı videoçəkilişdən istifadə edilib-edilmədiyini dəqiq xatırlamır. Baxış keçirilməsi ilə bağlı protokolda Təqsirləndirilən şəxs videoçəkilişdən imtina etməsinə baxmayaraq narkotik vasitəni könüllü təqdim etməsi barədə qeyd edilənlərlə bağlı məlumatı olmamış və həmin protokol təhqiqatçı tərəfindən tərtib edilmişdir. Təqsirləndirilən şəxs onun tərəfindən hər hansı fiziki, psixi təsir və təzyiq göstərilməmiş, digər əməkdaşların sonuncuya qarşı təsir və təzyiq göstərməsi barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs avtomobilinin olub-olmadığını xatırlamasa da, ümumi olaraq bildirmiş ki, saxlanılan şəxslər adətən öz avtomobillərində gətirilmiş və təhlükəsizlik baxımından avtomobili polis əməkdaşları idarə etmişlər. Təqsirləndirilən şəxs narkotik aşkar edildikdən sonra evə baxış keçirilməmiş, “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərarda evə baxış keçirilməsi barədə yazılanlar ümumi olaraq göstərilmişdir. O, Təqsirləndirilən şəxs Bakı şəhərində yerləşən BMCMİ-yə xatırladığı qədəri ilə 23 oktyabr 2021-ci il tarixdə səhər saatlarında Şahid1lə birlikdə özlərinə məxsus avtomobillə aparmışdır. Bununla belə, hadisə vaxtı Şahid1 istifadəsində olmuş ***-***-**-** mobil nömrənin antena dairəsinin hansı səbəbdən xx.xx.2021-ci il tarixdə gün ərzində saat 21:51-dək Gəncə şəhəri ərazisini göstərməsini, həmçinin hadisə vaxtı onun istifadəsində olmuş ***-***-**-** mobil nömrənin də antena dairəsinin xx.xx.2021-ci il tarixdə gün ərzində saat 18:02-dək Gəncə şəhəri ərazisini, o cümlədən həmin gün saat 23:45-də Yevlax rayonu ərazisini göstərməsini heç nə ilə izah edə bilməmişdir. Davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, əməliyyat məlumatı Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib istifadə etməsi, satması və üzərində saxlaması barədə BNMİ QBRŞ-ya daxil olmuşdur. Zərurət yarandığı üçün o və Şahid1 Bakı şəhərindən Ağdaş şəhərinə kömək məqsədilə getmişlər. Yaradılmış əməliyyat qrupuna Şahid3 rəhbərlik etmişdir. Təqsirləndirilən şəxs 22 oktyabr 2021-ci il tarixdə “Azəriqaz” İB-nin inzibati binasının qarşısında saxlanılmış və sonuncu BNMİ QBRŞ-ya gətirilmişdir. Şöbədə üzərinə və avtomobilinə baxış keçirilən zaman narkotik vasitələr aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs saxlanılmasında o, Şahid1 və BNMİ QBRŞ-nin əməkdaşları iştirak etmişdir. Baxış videoçəkilişdən istifadə edilməklə keçirilmiş və baxış zamanı hal şahidləri də iştirak etmişdir. Baxışın hansı səbəbdən Ağdaşda deyil Gəncə şəhərində keçirilməsi, o cümlədən Təqsirləndirilən şəxs narkotik vasitəni könüllü təqdim etməsinə baxmayaraq, sonuncunun sənədləri nə üçün imza etməkdən imtina etməsi barədə məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 22 oktyabr 2021-ci il tarixdə onun, BNMİ əməliyyat müvəkkilləri Şahid2 və Şahid1lə birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib istifadə etməsi, satması və üzərində saxlamasında şübhəli bilinən Təqsirləndirilən şəxs Ağdaş şəhərində işlədiyi “Azəriqaz” İB-nin inzibati binasının qarşısında saxlanılmış və özünə məxsus “VAZ 21074” markalı avtomobili ilə birlikdə BNMİ QBRŞ-ya gətirilmişdir. O, həmin vaxt Təqsirləndirilən şəxs məxsus avtomobillə deyil, BNMİ əməkdaşlarının “Xəzər” markalı avtomobili ilə Gəncə şəhərində yerləşən BNMİ QBRŞ-ya gəlmişdir. Təqsirləndirilən şəxs üzərinə və avtomobilinə baxış Gəncə şəhərində BNMİ QBRŞ-nin inzibati binasında keçirilmiş, Təqsirləndirilən şəxs üzərindən qurudulmuş marixuanaya bənzər kütlə, avtomobilindən isə qurudulmuş marixuanaya və heroinə bənzər kütlələr aşkar edilmişdir. Digər polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı təsir və təzyiq göstərilməsi barədə məlumatı olmasa da, onun tərəfindən sonuncuya qarşı hər hansı təsir və ya təzyiq olmamışdır. İfadəsinin davamı olaraq Şahid3 bildirmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib istifadə etməsi, satması və üzərində saxlaması barədə əməliyyat məlumatı ona daxil olmuş və əməliyyat qrupuna o rəhbərlik etmişdir. Həmin vaxt BNMİ QBRŞ-nin tədbiri həyata keçirmək üçün kifayət qədər əməkdaşı olsa da, rəhbərlik tərəfindən belə məsləhət bilindiyi üçün tədbir BNMİ-nin əməkdaşları ilə birlikdə keçirilmişdir. Ağdaş şəhərində saxlanıldığı zaman Təqsirləndirilən şəxs üzərinə və avtomobilinə baxış keçirilməmişdir. Baxış zamanı xatırladığı qədəri ilə hal şahidləri iştirak etməmişdir. Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirilən zaman narkotik vasitələr barədə sonuncunun dedikləri videoçəkilişdə əks olunmuşdur. Baxışın Ağdaş rayon polis şöbəsində və ya digər yaxın rayonlarda yerləşən polis şöbəsində keçirilməsinə maneə törədə biləcək hal olmamış, BNMİ QBRŞ-i regional olduğu üçün baxış Ağdaş rayon polis şöbəsində yaxud digər yaxın rayonlarda deyil, məhz Gəncə şəhərində keçirilmişdir. Ümumiyyətlə BNMİ QBRŞ-nin əməkdaşlarının həmin bölgənin yurisdiksiyasına daxil olan rayonların polis şöbəsində baxış keçirmələri barədə hər hansı məhdudiyyət mövcud deyildir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən gümüşü rəngli elektron tərəzinin aşkar edilib-edilmədiyini xatırlamır. Şəxsi axtarış və avtomobilə baxış xatırladığı qədəri ilə videoçəkilişdən istifadə edilməklə həyata keçirilmiş, lakin videoçəkilişin kim tərəfindən həyata keçirildiyini xatırlamır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış və sonuncunu yalnız bir dəfə polis şöbəsində olarkən görmüşdür. 2021-ci ilin oktyabr ayında Gəncə şəhəri, Heydər Əliyev prospektində yerləşən çayçıda tanışı ilə söhbət edib sağollaşaraq “Şəfa aptek” tərəfə dayanacağa getmişdir. Həmin vaxt istifadəsində olan mobil nömrəyə BNMİ QBRŞnin əməkdaşı kimi tanıdığı Azər adlı polis əməkdaşı zəng edərək ondan harada olduğunu soruşmuş, yaxınlıqda olduğunu bildirdiyi zaman ondan bir nəfər şəxsin saxlanıldığını və baxışda iştirak etmək istəyib-istəmədiyini soruşmuş, o da razılıq vermişdir. BNMİ QBRŞnin birinci mərtəbəsində sağ tərəfdə yerləşən otaqda çoxlu polis əməkdaşları olduğundan stolun üzərini yaxşı görə bilməmişdir. Daha sonra polis əməkdaşlarından kimsə stolun üzərinə nəsə qoymuş, polis əməkdaşları həmin şeylərin narkotik olduğunu və Təqsirləndirilən şəxs aşkar edildiyini bildirmişlər. O, stola yaxınlaşmış və stolun üzərində bir neçə bükümdə narkotik vasitə olduğunu görmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs təkidlə narkotik vasitələrin ona məxsus olmadığını bildirmişdir. Daha sonra polis əməkdaşları Təqsirləndirilən şəxs məxsus avtomobilə baxış keçirəcəklərini bildirib şöbənin həyətinə düşmüşlər. Şöbənin qapısının yaxınlığında VAZ 21074 markalı avtomobilə polislərin özləri tərəfindən baxış keçirilmiş və avtomobildən bükümlərdə narkotik vasitə aşkar edilmişdir. Baxış yekunlaşana yaxın digər hal şahidi Anar adlı şəxs də gəlmişdir. Məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Şahid4 bildirmişdir ki, protokola otaqda deyil, avtomobilin yanında qol çəkmişdir. Təqsirləndirilən şəxs otaqda olan zaman və avtomobilin yanında narkotik vasitələrin özünə məxsus olmadığını bildirmişdir. Polis əməkdaşları sonuncunun üzərinə qışqıraraq narkotik vasitənin özünə məxsus olduğunu deməsini bildirmiş və polis əməkdaşlarından biri Təqsirləndirilən şəxs sillə vurmuşdur. Avtomobilə baxış zamanı Təqsirləndirilən şəxs orada olsa da, sonuncu avtomobildən xeyli aralıda dayanmış və avtomobilin qapılarını açarla açmamış, avtomobilin qapıları baxışdan əvvəl artıq açıq vəziyyətdə olmuş və avtomobilə polis əməkdaşları özləri baxış keçirərək narkotik vasitəni avtomobilin qabaq sol tərəfindən aşkar edilmişdir. Həmin vaxt hava qaranlıq olmuşdur. Təqsirləndirilən şəxs üzərinə baxış zamanı sonuncu könüllü olaraq narkotik təqdim etməmiş, videoçəkiliş həyata keçirilməmiş, polislər çox olduğundan stolun üzəri yaxşı görünməmiş və o, konkret olaraq Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə çıxmasını görməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təkidlə ortada olan narkotikin özünə məxsus olmadığını demiş və o, sonuncunun çəkiliş keçirilməsinə etiraz edib-etmədiyini dəqiq xatırlamır. İbtidai istintaq zamanı verdiyi ilkin izahat və ifadəsində göstərilənlər həqiqəti əks etdirmir, o, həmin sənədlərə qol çəkərkən ifadəsini oxumamış və ifadələrində qeyd edilənlər müstəntiq tərəfindən yazılmışdır. Davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş mərhum Şahid5 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhərində yaşamaqla fərdi əməklə məşğul olub suvaq ustası işləmiş, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncunu yalnız bir dəfə polis şöbəsində olarkən görmüşdür. Xatırladığı qədəri ilə 2021-ci ilin oktyabr ayında BNMİ QBRŞ-nin əməkdaşlarının təklifi əsasında hal şahidi qismində iştirak etmək üçün dəvət edilmişdir. O, şöbəyə daxil olanda şəxsi axtarış artıq başa çatmış və hamı həyətə çıxmışdır. Daha sonra polis əməkdaşları jiquli avtomobilinin baqajının üzərində olan marixuananı göstərərək həmin narkotikin Fəridin üzərindən çıxdığını bildirmişlər. Lakin o, həmin narkotikin Fəridin üzərindən çıxmasının şahidi olmamış, o gələndə narkotik artıq aşkar edilmiş vəziyyətdə olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs da “aşkar olunan mənə məxsus deyil, üstümə qoyublar” deyə bildirmişdir. Məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Şahid5 bildirmişdir ki, narkotik vasitələrin olduğu sellofanın rəngini xatırlamır, polis əməkdaşları ona həmin narkotik vasitələrin Təqsirləndirilən şəxs aşkar edildiyini bildirmişlər. Baxışda ondan başqa əvvəllər şəhər adamı kimi tanıdığı Şahid4 də iştirak etmiş və sonuncu ondan əvvəl şöbəyə gəlmişdir. O, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman orada olmamış, yekunda gəlmiş, əvvəllər belə tədbirlərdə iştirak etməmiş, şöbədə olan zaman da ona hüquq və vəzifələri izah edilməmişdir. Orada olduğu vaxt ərzində Təqsirləndirilən şəxs cibindən narkotik vasitə çıxarıb təqdim etməmiş, ümumiyyətlə sonuncu heç bir şeyə əl vurmamış, həmin narkotik vasitələrin özünə məxsus olmadığını bildirmişdir. O şöbəyə gələndə artıq Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, avtomobildən aşkar edilmiş narkotik isə baqajın üzərində olmuşdur. Ona görə də, onun yanında Fəridin üzərinə axtarış və avtomobilinə baxış keçirilməmişdir. Onun bildiyi qədəri ilə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən yüklənmiş, narkotik vasitələr də polislər tərəfindən sonuncunun üzərinə qoyulmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, “Azəriqaz” X5 rayon X22 texnik-kargüzar vəzifəsində çalışır. 22 oktyabr 2021-ci il tarixdə təxminən saat 18 radələrində iki nəfər mülki geyimli şəxs işin bitməsinə yaxın “Azəriqaz” İB-nin inzibati binasına gələrək ondan idarənin müdirinin harada olduğunu soruşmuş, daha sonra isə müdirin otağına getmişlər. Bir qədər sonra müdir ondan Təqsirləndirilən şəxs zəng edib sonuncunu çağırmasını istəmişdir. Təxminən 10-15 dəqiqə sonra Təqsirləndirilən şəxs işə geri qayıtmış və müdirin otağına keçmişdir. İçəridə olan şəxslər arasında təxminən 10-15 dəqiqə söhbət getmiş, o, içəridə olmadığı üçün nə danışıldığını bilməmişdir. Daha sonra otaqdan həmin mülki şəxslərdən biri və Təqsirləndirilən şəxs çıxmış, mülki geyimdəki şəxs Təqsirləndirilən şəxs üzərində hər hansı kəsici deşici alətin olub-olmadığını soruşmuş, Təqsirləndirilən şəxs üzərində kəsici deşici alət olmadığını bildirmiş və cibindən pul qabını çıxararaq içərisindən olanları göstərmişdir. O, həmin vaxt pul qabında “Covid-19” pasportunun olduğunu görmüşdür. Daha sonra mülki geyimli şəxslərdən digəri də otaqdan çıxmış və onlar Təqsirləndirilən şəxs özləri ilə aparıb getmişlər. Məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Taleh Məmmədov bildirmişdir ki, idarəyə gələn həmin mülki geyimli şəxslər ona kim olduqlarını bildirməmiş və onun otağından keçərək müdirin otağına getmişlər. Müdirin deməsindən sonra o, “Azəriqaz” X5 rayon X26 məxsus +**********45 telefon nömrəsindən Təqsirləndirilən şəxs zəng edib müdirin onu çağırdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, “Azəriqaz” X5 rayon X22 gözətçi vəzifəsində çalışır. 22 oktyabr 2021-ci il tarixdə təxminən saat 18 radələrində “Azəriqaz” İB-nin inzibati binasına avtomobil daxil olmuş və anbarın qarşısında dayanmış, avtomobildən iki nəfər mülki geyimli şəxslər düşərək ondan müdirin otağını soruşmuş və müdirin otağına getmişlər. O, həmin vaxt olduğu yerdə öz işləri ilə məşğul olmuş, müdirin otağına getməmişdir. Təxminən 15-20 dəqiqə sonra Təqsirləndirilən şəxs idarəyə qayıtmış və müdirin otağına getmişdir. O, həmin vaxt koridorda olmuşdur. Bir müddət sonra həmin iki nəfər mülki geyimli şəxslərdən birinin Təqsirləndirilən şəxs sağ qolundan digərinin isə sol qolundan tutub qandallayaraq maşına tərəfə apardıqlarını görmüşdür. Polis əməkdaşları Təqsirləndirilən şəxs öz gəldikləri qara rəngli avtomobilə əyləşdirən zaman o, həmin avtomobildə daha iki nəfər mülki geyimli şəxslərin olduğunu görmüşdür. Onlar avtomobilə əyləşmiş, idarənin böyük qapısından hərəkət edərək idarənin balaca qapısının yanında avtomobili saxlamış və avtomobildən bir nəfər mülki geyimli şəxs düşmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs məxsus VAZ 21074 markalı avtomobil idarənin qarşısında ağacın altında dayanmışdır. Avtomobildən düşən mülki geyimli şəxs Təqsirləndirilən şəxs avtomobilinə yaxınlaşaraq əvvəlcə qabaq sağ qapını açıb avtomobilin ayaqaltılarına, daha sonra isə sürücü tərəfə, yəni avtomobilin qabaq sol tərəfinə, daha sonra isə avtomobilin baqajını açaraq baxmış və Təqsirləndirilən şəxs avtomobilinə əyləşərək özlərinin gəldikləri avtomobilin arxasınca sürüb oradan getmişlər. Məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Elmin Hacıyev bildirmişdir ki, ümumiyyətlə idarəyə gələn şəxslərin qeydiyyatı aparılmır. Hadisə baş verən gün Təqsirləndirilən şəxs aparmaq üçün dörd nəfər mülki geyimli şəxslər gəlmişlər, o, əvvəlcə həmin şəxslərdən iki nəfəri görməsə də Təqsirləndirilən şəxs avtomobilə əyləşdirən zaman həmin şəxsləri də görmüşdür. Onlar Təqsirləndirilən şəxs özlərinin gəldikləri qara rəngli markasını xatırlamadığı avtomobildə arxa tərəfdə, sağında və solunda bir nəfər olmaqla əyləşdirmişlər. Təqsirləndirilən şəxs avtomobilini həmin mülki geyimli şəxslərdən biri idarə etmiş, avtomobil idarə etməmişdən əvvəl avtomobilə baxış keçirmiş, həmin şəxsin avtomobildən nəsə axtardığı aydın görünmüş, lakin həmin şəxs əli boş halda Təqsirləndirilən şəxs məxsus avtomobilə əyləşərək gəldikləri avtomobilin arxasınca sürüb getmişdir. Həmin vaxt hava qaralmadığından və aydınlıq olduğundan o, həmin şəxsləri və baş verənləri tam olaraq görə bilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X11 Bölməsinin 16/1131 nömrəli, 23 oktyabr 2021-ci il tarixli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol yan cibindən aşkar olunmuş bir ədəd sellofan bükümdə içərisində narkotik vasitə heroinə və bir ədəd kibrit qutusunda içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr.” yazılar və imzalar olan paketdəki: - 1 (bir) ədəd açıq-göy rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 10,452 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir; - 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 8,28 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində "Təqsirləndirilən şəxs məxsus VAZ 21074 markalı 03BJ087 dövlət qeydiyyat nışanlı avtomobilin salonundan sürücünün oturduğu qabaq oturacağın altından aşkar olunmuş bir ədəd sellofan torbada içərisində bir ədəd gümüşü rəngli elektron tərəzi və yaşıl rəngli, kəskin iyli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə, həmin oturacağın qarşısında olan kül qabından aşkar olunmuş bir ədəd sellofan bükümdə içərisində narkotik vasitə heroinə bənzər kütlə.” yazılar və imzalar olan kağız paketdəki: - 1 (bir) ədəd açıq-göy rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 4,935 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir; - 1 (bir) ədəd polietilen torbada təmiz çəkisi 130 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır; - 1 (bir) ədəd “gümüşü” rəngli elektron tərəzinin üzərində heroin izləri vardır. Bu izlər mikroçəki təşkil etdiyindən, yəni tərəzinin ölçmə həddindən aşağı olduğundan izin miqdarını və müqayisəli tədqiqatını aparmaq mümkün olmadı. Tədqiqata təqdim olunmuş iki ədəd kağız paketdəki, heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş iki ədəd kağız paketdəki, marixuanalar tərkiblərinə görə eynidirlər. Qeyd: heroinlərin təmiz çəkiləri – 10,452 qr və 4,935 qr., tədqiqata sərf edildi - 0,1 qr (hər obyekt üçün), qalıq – 10,402 qr və 4,885 qr. Marixuanaların təmiz çəkiləri – 8,28 qr və 130 qr., tədqiqata sərf edildi - 0,1 qr. (hər obyekt üçün), qalıq – 8,23 qr və 129,95 qram. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X28 Şəxsin ambulator məcburinarkoloji tibbi yoxlamanın xx.xx.2021-ci il tarixli, 4135 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, məcburi müalicəyə əks göstərişi yoxdur, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin X17 Şöbəsinin əməliyyat müvəkkili Şahid3 tərtib etdiyi 22 oktyabr 2021-ci il tarixli raportdan görünür ki, 22 oktyabr 2021-ci il tarixdə Ağdaş şəhəri, F.Səfərov küçəsində yaşayan Fərid adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib istifadə etməsi, satması və üzərində saxlaması barə əməliyyat məlumatı daxil olmuş, keçirilmiş əməliyyat müəyyənləşdirməsi nəticəsində Fərid adlı şəxsin xx.xx.1991-ci il təvəllüdlü Azəriqaz İB-də çilingər işləyən Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 oktyabr 2021-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs yerinin müəyyən edilməsi, tədbirin gedişi zamanı şəraitdən asılı olaraq olduğu yerin və ya nəqliyyat vasitəsinin müşahidəsinin aparılması, üzərinə şəxsi axtarış, zərurət olduğu təqdirdə yaşayış yerinə və ya nəqliyyat vasitəsinə baxış keçirilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, BNMİ QBRŞdən daxil olmuş Təqsirləndirilən şəxs barəsində “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 22 oktyabr 2021-ci il tarixli qərarın qanuniliyinin yoxlanılmasından imtina edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş BNMİ QBRŞ-nin 22 oktyabr 2021-ci il tarixli əmrindən görünür ki, BNMİ QBRŞ-nin əməliyyat müvəkkili Şahid3 rəhbərliyi altında BNMİ baş əməliyyat müvəkkili Şahid1 və BNMİ əməliyyat müvəkkili Şahid2 Zakir oğlundan ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş BNMİ QBRŞ-nin əməliyyat müvəkkili Şahid3 tərtib etdiyi 22 oktyabr 2021-ci il tarixli raportdan görünür ki, 22 oktyabr 2021-ci il tarixdə saat 18:30-da BNMİ və QBRŞ-nin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs işlədiyi “Azəriqaz” İB-nin inzibati binasının qarşısında saxlanılaraq özünə məxsus VAZ 21074 markalı **-BJ- *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə birlikdə BNMİ QBRŞ-ya gətirilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 oktyabr 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:30 dəqiqədə BNMİ QBRŞ-nin inzibati binasında müdafiəçi X7 iştirakı ilə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, tutulma müddətinin əvvəli isə onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 22 oktyabr 2021-ci il tarixdə saat 18:30 dəqiqədən hesablanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 oktyabr 2021-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 24 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsinə həbsetmənin əvvəli 22 oktyabr 2021-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 oktyabr 2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 20:50-də DİN BNMİ QBRŞ-də üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs videoçəkilişdən istifadə edilməsinə etiraz etdiyi üçün şəxsi axtarış və götürmə hal şahidlərinin iştirakları ilə həyata keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sol yan cibindən bir ədəd sellofan bükümü və bir ədəd kibrit qutusunu çıxarıb otaqdakı stolun üzərinə qoyaraq bükümün içərisindəki kütlənin narkotik vasitə heroin, kibrit qutusunun içərisindəki kütlənin isə narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmiş, daha sonra Təqsirləndirilən şəxs həmin gödəkcənin sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu, özünə məxsus avtomobilin açarını, bir ədəd alışqanı və bir qutu “Pallmall” markalı siqareti, sol döş cibindən bir vərəqdə “Covid-19” pasportunu və özünə məxsus şəxsiyyət vəsiqəsini, şalvarının sağ yan cibindən isə 57 manat pulu çıxarıb otaqdakı stolun üzərinə qoyaraq üzərində başqa əşya olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən digər narkotik vasitə, psixotrop maddə, qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd sellofan bükümə baxış keçirərkən içərisində qəhvəyi rəngli kəskin iyli, narkotik vasitə heroinə bənzər kütlə, kibrit qutusuna baxış keçirilərkən isə qutuda yaşıl rəngli kəskin iyli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş içərisində narkotik vasitə heroinə bənzər büküm gümüşü rəngli elektron tərəzidə çəkilərək qablaşdırılma ilə birlikdə ümumi çəkisinin 10,87 qram, içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan bir ədəd kibrit qutusunun isə qablaşdırma ilə birlikdə ümumi çəkisinin 11,55 qram olduğu müəyyən edilmişdir. Həmin büküm və kibrit qutusu bir ədəd ağ rəngli kağız zərfə qoyularaq möhürlənib götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş pul, siqaret, alışqan, telefon və cib dəsmalı iş üçün əhəmiyyət kəsb etmədiyindən şəxsin özünə qaytarılmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar olunan narkotik vasitələri bir həftə əvvəl Mingəçevir şəhərində tanımadığı şəxsdən öz istifadəsi üçün almış, həmin narkotik vasitələrin qalan hissəsini özünə məxsus VAZ 21074 markalı **-BJ-*** dövlət qeydiyyat nışanlı avtomobilində saxlamış və polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zor tətbiq olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 oktyabr 2021-ci il tarixli “baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 21:55-də DİN BNMİ QBRŞ-də şübhəli şəxs Təqsirləndirilən şəxs məxsus VAZ 21074 markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman sonuncu özünə məxsus idarə etdiyi avtomobilin sürücü əyləşdiyi, sol tərəfdən qabaq qapısını açıb qabaq oturacağın altından bir ədəd sellofan torbanı, həmin oturacağın qarşısındakı külqabını açaraq içərisindən bir ədəd sellofan bükümü götürüb təqdim edərək torbadakı kütlənin narkotik vasitə qurudulmuş marixuana, sellofan bükümdəki kütlənin isə narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin torba və büküm götürülüb avtomobilin ön hissəsində baxış keçirilərkən torbanın içərisində yaşıl rəngli, kəskin iyli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə və bir ədəd gümüşü rəngli elektron tərəzi olduğu müəyyən edilmişdir. Sellofan bükümə baxış zamanı isə içərisində qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə heroinə bənzər kütlə olduğu aşkar olunmuşdur. Təqsirləndirilən şəxs avtomobilindən aşkar olunmuş içərisində narkotik vasitə heroinə bənzər büküm gümüşü rəngli elektron tərəzidə çəkilərək qablaşdırma ilə birlikdə ümumi çəkisinin 5,06 qram, içərisində olan elektron tərəzi götürüldükdən sonra içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan bir ədəd sellofan torbanın isə qablaşdırma ilə birlikdə ümumi çəkisinin 135 qram olması müəyyən edilmişdir. Götürülmüş tərəzi yenidən həmin torbaya qoyularaq torbanın ağzı qatlanıb həmin büküm ilə birlikdə bir ədəd ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış və üzəri iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Sonra avtomobilin digər yerlərinə baxış keçirilmiş, lakin narkotik vasitə, psixotrop maddə və qanunla gəzdirilməsi qadağan edilən digər əşya, predmet aşkar edilməmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmiş ki, aşkar edilən narkotik vasitələri bir həftə əvvəl Mingəçevir şəhərində tanımadığı şəxsdən öz istifadəsi üçün almış, üzərindən aşkar olunmuş narkotik vasitələri də avtomobilində aşkar olunmuş sellofan büküm və torbadan götürmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 noyabr 2021-ci il tarixli “telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs adına olan ***-***-**-** saylı mobil telefon nömrəsinə dair "xxxx" MMC tərəfindən təqdim olunmuş informasiya daşıyıcısı olan diskdəki məlumatlarda işi üzrə əhəmiyyət kəsb edən hal aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 noyabr 2021-ci il tarixli “mobil telefon aparatına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefon aparatına baxış keçirilən zaman işi üzrə əhəmiyyət kəsb edə biləcək məlumat aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 oktyabr 2021-ci il tarixli “maddi sübut hesab edilməsi haqqında” qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 15,287 qram narkotik vasitə heroin, 138,18 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi iş üzrə maddi sübut hesab edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş DİN BNMİ QBRŞnin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış materiallarla birlikdə BMCMİ-yə göndərilmiş, həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş “Samsung” markalı mobil telefon da həmin idarəyə göndərilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş DİN BNMİ xx.xx.2021-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması təsdiq edilsə də, ondan götürülmüş narkotik vasitələrin əldə edilməsini görə biləcək şəxsləri, eləcə də həmin narkotik vasitə və psixotrop maddənin əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş DİN BƏSİİ-dən təqdim edilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Respublika Narkoloji Mərkəzi” PHŞ-in 25 oktyabr 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin mərkəzdə müalicədə olmayıb və qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-in 25 oktyabr 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına əsasən həmin xəstəxanada müalicədə olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Ağdaş RİH başçısının Ağdaş şəhər İƏDÜN-i tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs atası X19 və anası X14 ilə birlikdə Ağdaş şəhəri, F.Səfərov küçəsi 06 saylı evdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 9000/2021/856 saylı tibbi kitabçanın surətindən görünür ki, istintaq təcridxanasına daxil olan zaman Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı xəsarət olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş "xxxx" MMC tərəfindən təqdim olunmuş iş üzrə şahid qismində dindirilmiş Şahid1 istifadəsində olmuş ***-***-**-** və Şahid2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrələrə dair məlumatlar əks olumnuş informasiya daşıyıcısı olan diskə baxış zamanı müəyyən edilmişdir ki, Şahid1 hadisə vaxtı istifadəsində olmuş ***-***-**-** mobil nömrənin antena dairəsi xx.xx.2021-ci il tarixdə gün ərzində saat 21:51-dək Gəncə şəhəri ərazisini, həmçinin Şahid2 hadisə vaxtı istifadəsində olmuş ***-***-**-** mobil nömrənin antena dairəsi xx.xx.2021-ci il tarixdə gün ərzində saat 18:02-dək Gəncə şəhəri ərazisini, elə həmin gün saat 23:45-də isə Yevlax rayonu ərazisini göstərir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş "xxxx" MMC tərəfindən təqdim olunmuş iş üzrə şahid qismində dindirilmiş Şahid5 istifadəsində olmuş ***-***-**-** və "xxxx" MMC tərəfindən təqdim olunmuş iş üzrə şahid qismində dindirilmiş Şahid4 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrələrə dair məlumatlar əks olunmuş informasiya daşıyıcısı olan disklərə baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə gün ərzində hər iki şəxsə bir neçə dəfə DİN BNMİ QBRŞ-nin əməkdaşı olmuş X25 adlı şəxs istifadəsində olmuş 055/50-310-90-25 saylı mobil nömrələrdən zəng etmişdir. Qeyd edilən şəxsin xx.xx.2021-ci il tarixdə Şahid4lə Şahid5 zəng etməsi öz təsdiqini tapmamış, Şahid4lə Şahid5 mobil nömrələrinə dair müştəri zənglərin detallaşmasına baxdıqda 055/50-310-90-25 saylı mobil nömrənin X15 adına qeydiyyata alınması öz təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş DİN BNMİ QBRŞnin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, X25 2021-ci ilin noyabr ayına qədər BNMİ QBRŞ-də xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş "xxxx" MMC tərəfindən təqdim olunmuş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəyə dair məlumatlar əks olunmuş informasiya daşıyıcısı olan diskə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hadisə vaxtı istifadəsində olmuş ***-***-**-** mobil nömrənin antena dairəsinin onun tutulduğu vaxtdan, yəni xx.xx.2021-ci il tarixdən hətta bir ay əvvələ kimi Mingəçevir şəhəri ərazisində olması öz təsdiqini tapmamış, xx.xx.2021-ci il tarixdə saat 18:07-də isə +**********45 telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə zəng daxil olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş DİN BNMİ QBRŞnin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, DİN BNMİ QBRŞ-nin ərazi yurisdiksiyası Respublikanın qərb bölgəsini təşkil edən rayon və şəhərlər, bilavasitə isə Respublikanın bütün rayon və şəhərləri hesab edilir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş DİN BMCMİ-nin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, DİN BMCMİ-də aparılan araşdırma zamanı qeyd edilən fakt üzrə videoçəkilişin aparıldığı cihaz sonrakı müddətdə yaranmış texniki nasazlıq səbəbindən hazırda mövcud olmadığından videokameranın və onun yaddaş kartının təqdim edilməsi mümkün olmamış, həmin videoçəkiliş qeydə alındıqdan sonra videokameranın yaddaş kartından DVD diskə köçürülərək cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş DİN BNMİ QBRŞnin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs 22 oktyabr 2021-ci il tarixdə saat 20:00-da BNMİ QBRŞ-ya gətirilmiş, 23 oktyabr 2021-ci il tarixdə saat 15:00-da barəsində toplanmış material ilə birlikdə istintaq aidiyyəti üzrə BMCMİ-nin İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə göndərilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş DİN BMCMİ-nin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs 23 oktyabr 2021ci il tarixdə saat 15:50-də BMCMİ-yə gətirilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun 3628 nömrəli vəkil orderinin kötüyünün surətindən görünür ki, vəkil orderində “tarix” və “qərarın tarixi” olan qrafalarda tarix kimi “xx.xx.2021” qeyd edilmişdir. Məhkəmə tərkibi cinayət işinin materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə ibtidai araşdırma zamanı kobud səhv və qanun pozuntularına yol verilmiş, ittiham məhkəmə istintaqında tədqiq edilmiş qeyri-mötəbər və mümkün hesab edilə bilməyən sübutlarla əsaslandırılmışdır. Qeyd olunanlara və həmçinin aşağıda sadalanan əsaslara görə Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyindən barəsində bəraət hökmü çıxarılmalıdır. Belə ki, iş materiallarında olan DİN BNMİ QBRŞ-nin əməliyyat müvəkkili Şahid3 tərtib etdiyi 22 oktyabr 2021-ci il tarixli raportda Təqsirləndirilən şəxs 22 oktyabr 2021-ci il tarixdə saat 18:30-da Ağdaş şəhərində işlədiyi “Azəriqaz” İB-nin inzibati binasının qarşısında saxlanıldığı göstərilmişdir. DİN BNMİ QBRŞ-nin xx.xx.2023-cü il tarixli məktubunda Təqsirləndirilən şəxs 22 oktyabr 2021-ci il tarixdə saat 20:00-da Gəncə şəhərində yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin X17 Şöbəsinə gətirildiyi göstərilmişdir. 22 oktyabr 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokolda isə Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:30-da Gəncə şəhərində DİN BNMİ QBRŞ-nin inzibati binasında şübhəli şəxs kimi tutulduğu göstərilmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, həmçinin şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1, Şahid2 və Şahid3, o cümlədən digər şahidlər Taleh Məmmədovun və Elmin Hacıyevin ifadələri ilə də Təqsirləndirilən şəxs 22 oktyabr 2021-ci il tarixdə saat 18:30 radələrində Ağdaş şəhərində tutulması, həmin gün saat 20 radələrində isə Gəncə şəhərində yerləşən BNMİ QBRŞ-ya gətirilməsi faktı birmənalı olaraq öz təsdiqini tapmışdır. Qeyd edilən hal iş üzrə mübahisəsizdir, yəni Təqsirləndirilən şəxs üzərində və avtomobilində axtarışın onun tutulmasından dərhal sonra həyata keçirilməməsi tərəflər arasında mübahisə doğurmur. Hətta qeyd edilən xüsusatla bağlı iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1, Şahid2 və Şahid3 məhkəmə istintaqı zamanı suallar verilsə də, sonuncular verdikləri ifadələrində “çalışdıqları Baş Narkotiklərlə Mübarizə İdarəsinin bir şöbəsi də Gəncə şəhərində yerləşdiyi, digər rayonlarda əlverişli şərait olmadığı, həmçinin belə məsləhət bilindiyi üçün şəxsi axtarış və baxış Ağdaş şəhərində deyil, Gəncə şəhərində yerləşən BNMİ QBRŞ-də keçirilmişdir” kimi cavab vermişlər. Göründüyü kimi Təqsirləndirilən şəxs saxlamış polis əməkdaşları şəxsi axtarış və avtomobilinə baxışın nəyə görə Ağdaş rayon polis şöbəsində deyil, məhz Gəncə şəhərində həyata keçirilməsini məntiqli izah edə bilməmişlər. Məhkəmə istintaqı zamanı da ittiham tərəfi şəxsi axtarış və avtomobilinə baxışın Ağdaş rayon polis şöbəsində deyil, məhz Gəncə şəhərində həyata keçirilməsi üçün xüsusi bir halın mövcud olmasını sübut edə və buna dair hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 22 oktyabr 2021-ci il tarixdə saat 20 radələrində BNMİ QBRŞ-ya gətirilsə də, onun şübhəli şəxs kimi tutulması yarım saat sonra, yəni həmin gün saat 20:30-da aparılmışdır. Qeyd edilən yarım saat ərzində Təqsirləndirilən şəxs hansı şəraitdə saxlanılması barədə iş materiallarında hər hansı bir sübut yoxdur, o cümlədən ittiham tərəfi buna dair hər hansı bir sübut təqdim edə bilməmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs 22 oktyabr 2021-ci il tarixdə saat 18:30 radələrində Ağdaş şəhərində tutulduğu andan etibarən elə həmin gün saat 20 radələrində Gəncə şəhərində yerləşən BNMİ QBRŞ-ya gətirilənə və həmin gün saat 20:30-da şübhəli şəxs qismində tutulana qədər iki saat müddət ərzində polis əməkdaşlarının sərəncamı və nəzarəti altında olmuşdur. Hazırkı işdə axtarışın Təqsirləndirilən şəxs tutulmasından dərhal sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halın mövcud olmasını güman etməyə əsas verən heç bir dəlil yoxdur. Bundan əlavə, onun hansı səbəbə tutulduğu yerdən təxminən beş-on dəqiqə aralıda yerləşən Ağdaş rayon polis şöbəsinə deyil, məhz iki saat aralı məsafədə yerləşən Gəncə şəhərindəki BNMİ QBRŞ-də aparılması da aydın deyildir. Qeyd edilən xüsusatla bağlı məhkəmə tərkibi hesab edir ki, şəxsi axtarışın və avtomobilə baxışın Təqsirləndirilən şəxs tutulduğu yerin yaxınlığında, yəni Ağdaş rayon polis şöbəsində, o cümlədən digər yaxın ətraf rayon və şəhərlərdə deyil, məhz iki saatdan artıq məsafədə yerləşən Gəncə şəhərində BNMİ QBRŞ-də aparılması, yəni tutulma ilə şəxsi axtarış və avtomobilə baxış arasındakı təxminən iki saatlıq vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır, belə ki, bu vaxt ərzində Təqsirləndirilən şəxs tamamilə polisin nəzarəti altında olmuşdur. Bu halın mövcudluğu isə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən narkotik vasitələrin aşkar edilməsini şübhə altına alır. Bundan başqa, 22 oktyabr 2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki qara rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd polietilen kəsiyi bükümündə külli miqdarda 10,452 qram çəkidə narkotik vasitə heroini və bir ədəd kibrit qutusunda 8,28 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı təqdim etdiyi qeyd edilmişdir. Eyni zamanda 22 oktyabr 2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda, həmçinin iş materiallarının 1-ci cildinin 45-47 vərəqlərində olan şübhəli şəxs kimi verdiyi etirafedici izahatında, o cümlədən 165-167-ci vərəqlərdə olan təqsirləndirilən şəxs kimi verdiyi qismən etirafedici ifadəsində Təqsirləndirilən şəxs guya ki üzərindən və avtomobilindən aşkar edilmiş narkotik vasitələrin özünə məxsus olduğunu və bir həftə əvvəl Mingəçevir şəhərindən tapdığını etiraf etməsi göstərilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm şəxsi axtarış zamanı, həm də ki şübhəli şəxs kimi ilkin izahatında üzərindən və avtomobilindən aşkar edilmiş narkotik vasitələrin özünə məxsus olmasını etiraf etməsi inandırıcı deyildir. Belə ki, 22 oktyabr 2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda, o cümlədən ilkin izahatında və ifadəsində üzərindən və avtomobilindən aşkar edilmiş narkotik vasitələrin özünə məxsus olduğunu və bir həftə əvvəl Mingəçevir şəhərindən tapdığını etiraf edən Təqsirləndirilən şəxs nədənsə qeyd edilən sənədlərə imza etməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrində şəxsi axtarış zamanı polis əməkdaşlarının ilk əvvəl videoçəkilişdən istifadə etmək istədiklərini, lakin o, narkotik vasitələrin özünə məxsus olmadığını bildirdiyinə görə videoçəkilişin aparılmadığını və kənardan hal şahidi gətirilərək onun üzərinə şəxsi axtarış keçirildiyini, aşkar edilmiş narkotik vasitələrin əməliyyatçılar tərəfindən üzərinə və avtomobilinə qoyulduğunu, polis şöbəsində həmin narkotik vasitələri boynuna götürməsi üçün ona qarşı fiziki zor tətbiq edildiyini və psixoloji təzyiqlərə məruz qaldığını, məhz buna görə də “şübhəli şəxsin tutulması”, “şəxsi axtarış və götürmə aparılması haqqında” və “baxış keçirilməsi və götürmə haqqında” protokollara və digər ilkin sənədlərə imza etmədiyini göstərmişdir. İş materiallarında olan “şübhəli şəxsin tutulması”, “şəxsi axtarış və götürmə aparılması haqqında” və “baxış keçirilməsi və götürmə haqqında” protokollarından və digər ilkin sənədlərdən həqiqətən də görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən sənədləri imza etməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs saxlanılması xüsusatı ilə bağlı məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Taleh Məmmədov da ifadəsində 22 oktyabr 2021-ci il tarixdə təxminən saat 18 radələrində iki nəfər mülki geyimli şəxsin işin bitməsinə yaxın “Azəriqaz” İB-nin inzibati binasına gələrək müdirin otağına getdiklərini, daha sonra Təqsirləndirilən şəxs gələrək müdirin otağına keçdiyini, təxminən 10-15 dəqiqə sonra müdirin otağında olan mülki şəxslərdən birinin Təqsirləndirilən şəxsla bayıra çıxdığını, mülki geyimdəki şəxsin Təqsirləndirilən şəxs üzərində hər hansı kəsici deşici alətin olub-olmadığını soruşduğunu, Təqsirləndirilən şəxs üzərində kəsici deşici alət olmadığını bildirdiyini və cibindən pul qabını çıxararaq içərisindən olanları göstərdiyini, həmin vaxt pul qabında “Covid-19” pasportunun olduğunu gördüyünü, daha sonra isə mülki geyimli şəxslərdən digərinin də otaqdan çıxdığını və Təqsirləndirilən şəxs özləri ilə aparıb getdiklərini göstərmişdir. 22 oktyabr 2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, həqiqətən də şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən “Covid-19” pasportu aşkar edilmişdir. Qeyd edilən hal isə iş üzrə şahid qismində dindirilmiş Taleh Məmmədovun ifadəsinin doğru olduğunu və işin faktiki hallarına uyğun gəldiyini sübut edir. Həmçinin iş üzrə şahid qismində dindirilmiş Şahid1 də ifadəsində üzərində şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynindəki gödəkcənin sol döş cibindən bir vərəqdə “Covid-19” pasportunun aşkar edilməsini təsdiq etmişdir. Eyni zamanda iş üzrə şahid qismində dindirilmiş Elmin Hacıyev də ifadəsində 22 oktyabr 2021-ci il tarixdə təxminən saat 18 radələrində Təqsirləndirilən şəxs aparmaq üçün dörd nəfər mülki geyimli şəxslərin gəldiklərini, o, əvvəlcə həmin şəxslərdən iki nəfəri görməsə də, Təqsirləndirilən şəxs avtomobilə əyləşdirən zaman digər iki şəxsi də gördüyünü, sonuncuların Təqsirləndirilən şəxs özlərinin gəldikləri qara rəngli markasını xatırlamadığı avtomobildə arxa tərəfdə, sağında və solunda bir nəfər olmaqla əyləşdirdiklərini, Təqsirləndirilən şəxs avtomobilini isə həmin mülki geyimli şəxslərdən birinin idarə etdiyini və avtomobili idarə etməmişdən əvvəl həmin şəxsin avtomobilə baxış keçirdiyini, avtomobildən nəsə axtardığını, lakin heç nə tapmadığı üçün əli boş halda Təqsirləndirilən şəxs məxsus avtomobilə əyləşərək gəldikləri avtomobilin arxasınca sürüb getdiyini göstərmişdir. Göründüyü kimi iş üzrə şahid qismində dindirilmiş Elmin Hacıyev də ifadəsində saxlanılan zaman polis əməkdaşlarının Təqsirləndirilən şəxs üzərində və avtomobilində axtarış apardıqlarını, lakin qanunla qadağan edilmiş hər hansı bir əşya tapmadıqlarını göstərmişdir. İş üzrə şahid qismində dindirilmiş “şəxsi axtarış və götürmə” istintaq hərəkətində hal şahidi kimi iştirak etmiş Şahid4 də ifadəsində polis şöbəsində Təqsirləndirilən şəxs otaqda olan zaman və avtomobilin yanında narkotik vasitələrin özünə məxsus olmadığını təkidlə bildirdiyini, polis əməkdaşlarının sonuncunun üzərinə qışqıraraq narkotik vasitənin özünə məxsus olduğunu bildirdiyini və polis əməkdaşlarından birinin Təqsirləndirilən şəxs sillə vurduğunu, Təqsirləndirilən şəxs üzərinə baxış zamanı sonuncunun könüllü narkotik təqdim etmədiyini, videoçəkilişin həyata keçirilmədiyini, polislər çox olduğundan stolun üzərinin yaxşı görünmədiyini, Təqsirləndirilən şəxs üzərindən konkret olaraq narkotik vasitələr çıxdığını görmədiyini, şəxsi axtarış zamanı da Təqsirləndirilən şəxs təkidlə ortada olan narkotik vasitələrin özünə məxsus olmadığını bildirdiyini, Təqsirləndirilən şəxs çəkiliş keçirilməsinə etiraz edib-etmədiyini dəqiq xatırlamadığını göstərmişdir. Göründüyü kimi iş üzrə şahid qismində dindirilmiş Şahid4 də ifadəsində onun yanında şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar olunmasını təsdiq etməmiş, əksinə konkret olaraq Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilməsini görmədiyini və Təqsirləndirilən şəxs narkotik vasitələrin ona məxsus olmadığını təkidlə bildirdiyini, o cümlədən narkotik vasitələri üzərinə götürməsindən ötrü Təqsirləndirilən şəxs qarşı fiziki zorakılıq hallarına və təzyiqlərə yol verildiyini göstərmişdir. İş üzrə şahid qismində dindirilmiş “şəxsi axtarış və götürmə” istintaq hərəkətində hal şahidi kimi iştirak etmiş mərhum Şahid5 da ifadəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman orada olmadığını, yekunda gəldiyini, polis şöbəsinə gələndə artıq narkotik vasitənin aşkar edilmiş vəziyyətdə olduğunu, həmin vaxt Təqsirləndirilən şəxs “aşkar olunan mənə məxsus deyil, üstümə qoyublar” deyə bildirdiyini, onun yanında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmədiyini, polis şöbəsində olduğu vaxt ərzində Təqsirləndirilən şəxs cibindən narkotik vasitə çıxarıb təqdim etməsini görmədiyini, ümumiyyətlə sonuncunun heç bir şeyə əl vurmadığını, həmin narkotik vasitələrin özünə məxsus olmadığını bildirdiyini, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən yükləndiyini və narkotik vasitələr polislər tərəfindən sonuncunun üzərinə qoyulduğunu göstərmişdir. Göründüyü kimi Şahid5 da Şahid4lə eyni qaydada ifadəsində onun yanında şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar olunmasını təsdiq etməmiş, əksinə konkret olaraq Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar edilməsini görmədiyini və sonuncunun narkotik vasitələrin özünə məxsus olmadığını təkidlə bildirdiyini göstərmişdir. Həmçinin iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşı və şəxsi axtarışda iştirak etmiş Şahid1 də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində şəxsi axtarışın hal şahidlərinin iştirakı ilə keçirildiyini və axtarış zamanı Təqsirləndirilən şəxs “bunlar mənlik deyil” kimi ifadələr işlətdiyini, Təqsirləndirilən şəxs qarşı fiziki zorakılıq hallarına yol vermədiyini, hadisədən uzun müddət keçdiyindən Təqsirləndirilən şəxs onu işçilərdən başqa biri ilə səhv saldığını göstərmişdir. Hətta iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid2 da ifadəsində Təqsirləndirilən şəxs hər hansı fiziki və psixi təsir və təzyiq göstərmədiyini, digər polis əməkdaşlarının sonuncuya qarşı təsir və təzyiq göstərməsi barədə isə məlumatının olmadığını göstərmişdir. Göründüyü kimi hər iki polis əməkdaşı yalnız özləri tərəfindən Təqsirləndirilən şəxs qarşı fiziki zorakılıq hallarına yol verilmədiyini göstərmişlər, digər polis əməkdaşları tərəfindən isə Təqsirləndirilən şəxs qarşı fiziki zorakılıq hallarına yol verildiyini inkar etməmişlər. Bundan əlavə, "xxxx" MMC tərəfindən təqdim olunmuş diskə baxış zamanı Təqsirləndirilən şəxs hadisə vaxtı istifadəsində olmuş ***-***-**-** mobil nömrənin antena dairəsinin onun tutulduğu vaxtdan, yəni xx.xx.2021-ci il tarixdən hətta bir ay əvvələ kimi Mingəçevir şəhəri ərazisində olması öz təsdiqini tapmamışdır. Məhkəmə istintaqı zamanı ittiham tərəfi Təqsirləndirilən şəxs tutulmamışdan bir həftə əvvəl Mingəçevir şəhərinə getməsini təsdiq edəcək hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi “Layıcov Azərbaycana qarşı” işi üzrə qərarında göstərmişdir ki, pis rəftarın ciddiliyi məsələsinə gəlincə, məhkəmə hesab edir ki, ərizəçiyə yetirilmiş xəsarətlər hər hansı mühüm tibbi müdaxilə tələb etməsə də, ona ciddi fiziki ağrılar və iztirablar yetirmişdir. Pis rəftar və onun nəticələri yəqin ki, həmçinin ona əhəmiyyətli mənəvi əzab vermiş, insan ləyaqətini alçaltmışdır. Belə olan halda Məhkəmə hesab edir ki, barəsində şikayət verilmiş pis rəftar 3-cü maddə ilə tələb olunan ağırlığın minimum səviyyəsinə çatmaq və qeyri-insani və alçaldıcı rəftar hesab olunmaq üçün kifayət qədər ciddi xarakterli olmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsi “Assenov və digərləri Bolqarıstana qarşı” və “Labita İtaliyaya qarşı” işlər üzrə qərarlarında göstərmişdir ki, şəxs 3-cü maddənin tələblərinə zidd olaraq polis tərəfindən pis rəftara məruz qaldığı ilə bağlı tələb qaldırdıqda qeyd olunan maddə dövlətin Konvensiyanın 1-ci maddəsində nəzərdə tutulmuş ümumi vəzifəsi olan “yurisdiksiyası altında olan hər bir kəsin Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan yararlanmasını təmin etmək” vəzifəsi ilə birlikdə səmərəli rəsmi araşdırmanın aparılmasını tələb edir. Bu araşdırma bu əməli törətməkdə məsuliyyət daşıyan şəxslərin müəyyən edilərək cəzalandırılmalarına imkan yaratmalıdır. Əks halda işgəncənin və qeyri-insani və alçaldıcı rəftarın və cəzanın ümumi şəkildə hüquqi baxımdan qadağan edilməsi fundamental əhəmiyyət kəsb etsə də təcrübədə səmərəsiz olacaq və bəzi işlərdə dövlətin nümayəndələrinin virtual cəzasızlıqdan istifadə edərək nəzarətləri altında olan şəxslərin hüquqlarını tapdalamaları mümkün olacaqdır. Avropa İnsan Hüquqları Məhkəməsi “Assenov və digərləri Bolqarıstana qarşı” iş üzrə qərarında göstərmişdir ki, pis rəftarla bağlı araşdırma hərtərəfli aparılmalıdır. Bu o deməkdir ki, dövlət orqanları daim nə baş verdiyini müəyyənləşdirmək üçün ciddi səy göstərməli və araşdırmaya xitam vermək üçün və ya qərarlarının əsası kimi tələsik, yaxud əsassız nəticələrə əsaslanmamalıdırlar. Onlar hadisə ilə bağlı sübutları toplanması, o cümlədən, inter alia, hadisəni görmüş şahidlərin dindirilməsi və məhkəmə-tibb ekspertizasının keçirilməsi üçün bütün zəruri addımları atmalıdırlar. Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” və “Bıkov Rusiyaya qarşı” iş üzrə qərarlarında formalaşdırdığı presedent mövqeyə görə özünə qarşı ifadə verməmək hüququ cinayət işində ittiham tərəfinin təqsirləndirilən şəxsə qarşı öz versiyasını sübut etmək üçün “məcbur etmə” və təqsirləndirilən şəxsin iradəsi əleyhinə təzyiq üsulları ilə əldə edilmiş sübuta əl atmamasını nəzərdə tutur. Avropa İnsan Hüquqları Məhkəməsinin “X1rşı” iş üzrə qərarında formalaşdırdığı presedent mövqeyə görə məhkəmə prosesinin şəxsin özünə qarşı ifadə verməmək hüququna xələl gətirib-gətirmədiyini araşdırarkən Avropa Məhkəməsi konkret olaraq aşağıdakı elementləri: məcburetmənin xarakterini və dərəcəsini; araşdırılan cinayətin istintaqına və cəzalandırılmasına olan ictimai marağı; həmin prosesdə müvafiq təminatların olub-olmadığını və məcburetmə yolu ilə əldə edilmiş hər hansı materialdan istifadə edilib-edilmədiyini nəzərə alır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə tərkibi hesab edir ki, 22 oktyabr 2021ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroin və qurudulmuş marixuananın aşkar edilməsi göstərilsə də, şahid ifadələri ilə narkotik vasitə olan heroinin və marixuananın Təqsirləndirilən şəxs üzərindən aşkar edilməsi faktı öz təsdiqini tapmamışdır. Həmçinin məhkəmədə şübhə yaranır ki, Təqsirləndirilən şəxs qarşı fiziki zorakılıq hallarına yol verilmiş, sonuncu pis rəftara və psixoloji təzyiqlərə məruz qalmış, o cümlədən öz əleyhinə ifadə verməyə məcbur edilmişdir. Buna görə də, məhkəmə tərkibi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həqiqətən etirafedici ifadə verməsini şübhə altına alır. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs saxlanılan zaman şübhəli şəxs kimi, həmçinin ibtidai istintaq zamanı təqsirləndirilən şəxs kimi verdiyi qismən etirafedici ifadələri işin faktiki hallarına uyğun gəlmədiyindən və iş materiallarında olan bütün sübutların məcmusu ilə təsdiq olunmadığından, o cümlədən ona göstərilmiş pis rəftar nəticəsində əldə edildiyindən və qeyd edilən istintaq hərəkətləri istintaq hərəkətinin icraatı qaydalarının kobud pozuntuları ilə aparıldığından hüquqi qüvvəsi olmayan hesab edilir və ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Bundan başqa, iş materiallarında olan 22 oktyabr 2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” və “baxış keçirilməsi və götürmə haqqında” protokollarda Təqsirləndirilən şəxs videoçəkilişə etiraz etdiyi üçün onun üzərində axtarışın və ona məxsus avtomobilə baxışın fotoçəkilişdən istifadə edilməklə aparılması və istintaq hərəkəti zamanı onun üzərindən və avtomobilindən ayrı-ayrı bükümlərdə narkotik vasitə olan heroinlərin və qurudulmuş marixuanaların aşkar edilməsi, DİN BNMİ QBRŞ-nin əməliyyat müvəkkili Şahid3 tərəfindən də fotoşəkillər çəkilərək protokollara əlavə olunması göstərilmişdir. Həmin xüsusatla bağlı məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində şəxsi axtarışın və avtomobilinə baxışın videoçəkilişlə aparılmasına etiraz etmədiyini, sadəcə olaraq videoçəkiliş zamanı narkotik vasitələrin özünə məxsus olmadığını bildirdiyi üçün polis əməkdaşları Hacıbaba Ağayev və Şahid3 “videoda etiraf etmir, fotoaparatla şəkil çəkib qoyarıq” bildirdiklərini göstərmişdir. Şəxsi axtarış və avtomobilə baxışda iştirak etmiş hal şahidi Şahid4 də məhkəmə istintaqı zamanı ifadəsində Təqsirləndirilən şəxs videoçəkiliş keçirilməsinə etiraz edibetmədiyini dəqiq xatırlamadığını göstərmişdir. Həmin xüsusat üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1 və Şahid2 ifadələrində Təqsirləndirilən şəxs videoçəkilişə etiraz etdiyi üçün həm şəxsi axtarışın, həm də avtomobilə baxışın hal şahidlərinin iştirakı ilə aparıldığını göstərmişlər. Bununla belə, əvvəlki məhkəmə istintaqı zamanı Şahid1 20 sentyabr 2022-ci il tarixdə verdiyi ifadəsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın və avtomobilə baxışın videoçəkilişlə aparıldığını bildirsə də, məhkəmə istintaqı təzələndikdən sonra 23 may 2023-cü il tarixdə şahid qismində dindirilərkən ifadəsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın və avtomobilə baxışın videoçəkilişlə keçirilməsinə etiraz etdiyi üçün həmin istintaq hərəkətlərinin fotoçəkilişlə aparıldığını və səhv etmirsə fotoçəkilişi Şahid2 həyata keçirdiyini göstərmişdir. Həmçinin əvvəlki məhkəmə istintaqı zamanı Şahid2 20 sentyabr 2022-ci il tarixdə verdiyi ifadəsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın və avtomobilə baxışın videoçəkilişlə aparıldığını bildirsə də, məhkəmə istintaqı təzələndikdən sonra 18 aprel 2023-cü il tarixdə şahid qismində dindirilərkən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın və avtomobilə baxışın videoçəkilişlə keçirilib-keçirilmədiyini xatırlamadığını göstərmişdir. Eyni zamanda məhkəmə istintaqı təzələndikdən sonra Şahid3 02 may 2023-cü il tarixdə şahid qismində dindirilərkən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın və avtomobilə baxışın xatırladığı qədəri ilə videoçəkilişdən istifadə edilməklə həyata keçirildiyini, lakin videoçəkilişin kim tərəfindən həyata keçirildiyini xatırlamadığını göstərmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın və avtomobilinə baxışın videoçəkilişlə və ya fotoçəkilişlə aparılması xüsusatı ilə bağlı polis əməkdaşlarının ifadələri arasında əhəmiyyətli ziddiyyətlər vardır, sözügedən protokollarda istintaq hərəkətlərinin fotoçəkilişlə aparıldığı və fotoçəkilişi Şahid3 həyata keçirdiyi yazılsa da, məhkəmə istintaqı zamanı dindirilmiş polis əməkdaşları bir birinə tamamilə zidd ifadələr verərək şəxsi axtarış və avtomobilə baxışın gah videoçəkilişdən istifadə edilməklə aparıldığını, gah da ki Təqsirləndirilən şəxs videoçəkilişə etiraz etdiyi üçün fotoçəkiliş vasitəsi ilə aparıldığını göstərmişlər. Həmçinin sözügedən protokollarda istintaq hərəkətlərinin fotoçəkilişlə aparıldığını və fotoçəkilişi Şahid3 həyata keçirdiyi yazılsa da, Şahid1 məhkəmə istintaqında verdiyi ifadəsində fotoçəkilişi Şahid2 apardığını, Şahid3 isə ifadəsində istintaq hərəkətlərinin videoçəkilişlə aparıldığını, lakin videoçəkilişi kimin həyata keçirdiyini xatırlamadığını göstərmişdir. Bununla belə, qeyd edilən istintaq hərəkətlərinə dair iş materiallarında hər hansı bir fotocədvəl və ya videoçəkiliş mövcud deyildir. Mövcud olduğu təqdirdə fotoşəkillərin və ya videoçəkilişin əldə edilməsindən, o cümlədən çəkilişlə bağlı şahid olan polis əməkdaşlarının ifadələri arasında olan ziddiyyətləri aradan qaldırmaqdan ötrü Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət olunsa da, müsbət nəticə əldə olunmamışdır. Hətta verilmiş sorğuya cavab olaraq BMCMİ-nin xx.xx.2023-cü il tarixli məktubunda araşdırma zamanı qeyd edilən fakt üzrə videoçəkilişin aparıldığı cihazın sonrakı müddətdə yaranmış texniki nasazlıq səbəbindən hazırda mövcud olmadığından videokameranın və onun yaddaş kartının təqdim edilməsinin mümkün olmadığı, həmin videoçəkilişin qeydə alındıqdan sonra videokameranın yaddaş kartından DVD diskə köçürülərək cinayət işinin materiallarına əlavə edildiyi göstərilmişdir. Göründüyü kimi bir tərəfdən “şəxsi axtarış və götürmə aparılması haqqında” və “baxış keçirilməsi və götürmə haqqında” protokollarda həmin istintaq hərəkətlərinin fotoşəkillər çəkilməklə aparılması göstərilsə də, BMCMİ-dən verilmiş cavab məktubunda istintaq hərəkətlərinin videoçəkilişlə aparılması və həmin çəkilişin də cinayət işinə əlavə edilməsi göstərilmişdir. Halbuki cinayət işinin materiallarında nəinki videoçəkiliş, hətta fotoşəkillər belə mövcud deyildir. Beləliklə, fotoşəkillər mövcud olmadığından şəxsi axtarış və avtomobilə baxış zamanı həqiqətən də Təqsirləndirilən şəxs əynində hansı paltarların olmasını, sonuncunun üzərindən və avtomobilindən narkotik vasitələrinin aşkar edilməsini, avtomobilin açarının şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilməsini, avtomobilə baxış zamanı avtomobilin açarının məhz Təqsirləndirilən şəxs olmasını və sonuncunun özünün avtomobilin qapılarını açmasını, o cümlədən avtomobilin salonunda olan narkotik vasitələri könüllü təqdim etməsini müəyyən etmək mümkün olmamışdır. Qeyd edilən aradan qaldırılması mümkün olmayan şübhələr “şəxsi axtarış və götürmə aparılması haqqında” və “baxış keçirilməsi və götürmə haqqında” istintaq hərəkətlərinin cinayət prosessual qanunvericiliyin tələbinə əsasən istintaq hərəkətinin icraatı qaydalarının kobud pozuntular ilə aparıldığına dəlalət edir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” işi üzrə qərarında göstərilmişdir ki, məhkəmə həmçinin açıq şəkildə xahiş etməsinə baxmayaraq Hökumətin ərizəçinin üzərində axtarışın aparılmasına dair video çəkilişin ona təqdim etmədiyini də göz ardına vurmur. O qeyd edir ki, belə bir çəkilişin olduğu Apellyasiya Məhkəməsinin 2006-cı il 22 dekabr tarixli qərarında da təsdiq olunmuşdur. Belə olan halda o, ərizəçinin polis tərəfindən həbs edildiyi və ya həbsdə saxlandığı zaman pis rəftara məruz qoyulduğu ilə bağlı iddialarında hər hansı ziddiyyət və ya uyğunsuzluq görmür. Bundan başqa, 22 oktyabr 2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən mobil telefonun, COVİD-19 pasportunun, digər əşyaların və özünə məxsus “VAZ 21074” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin açarının aşkar edilməsi, yekunda isə aşkar olunmuş bütün əşyaların Təqsirləndirilən şəxs qaytarılması göstərilsə də, avtomobilin açarının ona qaytarılması öz əksini tapmamışdır. Bununla belə, 22 oktyabr 2021-ci il tarixli “baxış keçirilməsi və götürmə haqqında” protokolda Təqsirləndirilən şəxs özünə məxsus idarə etdiyi avtomobilin sürücü tərəfdən qapısını açıb orada olan narkotik vasitələri könüllü olaraq təqdim etməsi göstərilmişdir. Qeyd edilən protokoldan göründüyü kimi avtomobilin açarı məhz Təqsirləndirilən şəxs olmuş və sonuncu da avtomobilin qapılarını açarla özü açmışdır. Halbuki “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda avtomobilin açarının Təqsirləndirilən şəxs qaytarılması öz təsdiqini tapmamışdır. Həmin xüsusatla bağlı iş üzrə şahid qismində dindirilmiş “Azəriqaz” X5 rayon X22 gözətçi vəzifəsində çalışan Elmin Hacıyev ifadəsində 22 oktyabr 2021-ci il tarixdə təxminən saat 18 radələrində Təqsirləndirilən şəxs aparmaq üçün gələn dörd nəfər mülki şəxslərdən birinin Təqsirləndirilən şəxs avtomobilini idarə etdiyini, avtomobili idarə etməmişdən əvvəl avtomobilə baxış keçirdiyini və nəsə axtardığını, lakin həmin şəxsin heç nə tapmayaraq əli boş halda Təqsirləndirilən şəxs məxsus avtomobilə əyləşərək gəldikləri avtomobilin arxasınca sürüb getdiyini göstərmişdir. Şahid ifadəsindən göründüyü kimi Təqsirləndirilən şəxs avtomobilini məhz Ağdaş şəhərindən Gəncə şəhərinə qədər, yəni iki saat müddətində polis əməkdaşı idarə etmiş və avtomobil sonuncunun sərəncamında olmuşdur. Həmçinin eyni xüsusatla bağlı iş üzrə şahid qismində dindirilmiş Şahid4 də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində avtomobilə baxış keçirmək üçün getdikləri vaxt avtomobilin qapılarının açıq vəziyyətdə olduğunu, avtomobilə baxışı polis əməkdaşlarının özlərinin həyata keçirdiklərini, avtomobilə baxış zamanı Təqsirləndirilən şəxs orada olmasına baxmayaraq, sonuncunun avtomobildən xeyli aralıda dayandığını və avtomobilin qapılarını açarla açmadığını, avtomobilin qapılarının istintaq hərəkətindən əvvəl artıq açıq vəziyyətdə olduğunu göstərmişdir. Əlavə olaraq da Şahid4 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ilkin izahatında və ifadəsində göstərilənlər həqiqəti əks etdirmir, o, həmin sənədlərə qol çəkərkən oxumamış, ibtidai istintaq zamanı avtomobilin açarlarının Təqsirləndirilən şəxs özünə qaytarılmasını göstərməmiş, qeyd edilənləri müstəntiq özü yazmışdır. Eyni zamanda iş üzrə şahid qismində dindirilmiş mərhum Şahid5 da məhkəmə istintaqı zamanı ifadəsində şöbəyə daxil olarkən şəxsi axtarışın artıq başa çatdığını və hamının həyətə çıxdığını, daha sonra polis əməkdaşlarının jiquli avtomobilinin baqajının üzərində olan marixuananı göstərərək həmin narkotik vasitələrin Təqsirləndirilən şəxs üzərindən aşkar edildiyini bildirdiklərini, lakin həmin narkotik vasitələrin Təqsirləndirilən şəxs üzərindən çıxmasının şahidi olmadığını, o gələndə narkotik vasitələrin artıq aşkar edilmiş vəziyyətdə olduğunu, həmin vaxtı da Təqsirləndirilən şəxs “aşkar olunan mənə məxsus deyil, üstümə qoyublar” deyə bildirdiyini, onun yanında Təqsirləndirilən şəxs üzərinə axtarış və avtomobilinə baxış keçirilmədiyini, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən yükləndiyini və narkotik vasitələrin polislər tərəfindən sonuncunun üzərinə qoyulduğunu göstərmişdir. İbtidai istintaq zamanı və əvvəlki məhkəmə istintaqı şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1, Şahid2 və Şahid3 verdikləri ifadələrində ümumiyyətlə Ağdaş şəhərində saxlanıldıqdan sonra Təqsirləndirilən şəxs məxsus avtomobili kimin idarə etməsi, o cümlədən şəxsi axtarış zamanı avtomobilin açarlarının Təqsirləndirilən şəxs qaytarılması xüsusatı ilə bağlı hər hansı məlumat yoxdur. Əksinə məhkəmə istintaqı təzələndikdən sonra Şahid2 18 aprel 2023-cü il tarixdə verdiyi ifadəsində, Şahid1 isə 23 may 2023-cü il tarixdə verdiyi ifadəsində Təqsirləndirilən şəxs Ağdaş şəhərində saxlanıldıqdan sonra özlərinə məxsus avtomobillə Gəncə şəhərində yerləşən BNMİ QBRŞ-ya gətirildiklərini göstərmişlər. Yuxarıda adı çəkilən həm müdafiə, həm də ki ittiham tərəfinin şahidlərinin ifadələri məhkəməyə belə nəticəyə gəlməyə imkan verir ki, Təqsirləndirilən şəxs 22 oktyabr 2021-ci il tarixdə Ağdaş şəhərində saxlanıldıqdan sonra Gəncə şəhərinə polis əməkdaşlarının avtomobili ilə gətirilmiş, həmçinin Gəncə şəhərinə qədər Təqsirləndirilən şəxs avtomobilini polis əməkdaşlarından biri idarə etmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs avtomobilini polis əməkdaşları idarə edərək Gəncə şəhərinə gətirdikləri, yəni avtomobilin açarları faktiki olaraq polis əməkdaşlarında olduğu halda “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda avtomobilin açarlarının məhz Təqsirləndirilən şəxs üzərindən aşkar edildiyi, həmçinin “baxış keçirilməsi və götürmə haqqında” protokolda Təqsirləndirilən şəxs özünə məxsus idarə etdiyi avtomobilin sürücü tərəfdən qapısını açıb orada olan narkotik vasitələri könüllü olaraq təqdim etməsi göstərilmişdir. Eyni zamanda hal şahidlərinin ifadələri ilə də təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs avtomobilə baxış zamanı avtomobilin qapılarını açarla açmamış, avtomobilə baxış zamanı Təqsirləndirilən şəxs orada olsa da avtomobildən xeyli aralıda dayanmış, avtomobilin qapıları artıq açıq vəziyyətdə olmuş və avtomobilə polis əməkdaşları özləri baxış keçirərək narkotik vasitələri aşkar etmişlər. Göstərilən halların mövcudluğu, tutulma ilə şəxsi axtarış və avtomobilə baxış arasındakı təxminən iki saatlıq vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı bir daha qanuni narahatlıqlar ortaya çıxarır, çünki bu vaxt ərzində Təqsirləndirilən şəxs və ona məxsus avtomobil tamamilə polisin nəzarəti və sərəncamı altında olmuşdur. Qeyd edilən xüsusatla bağlı məhkəmə tərkibi hesab edir ki, sadalanlar avtomobilə baxış istintaq hərəkətinin cinayət prosessual qanunvericiliyin tələbinə əsasən istintaq hərəkətinin icraatı qaydalarına uyğun olaraq aparılmasına və narkotik vasitələrin avtomobildən aşkarlanmasına şübhə yaradır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqlarının və X6 Haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı Avropa Konvensiyasının müddəalarını rəhbər tutmağı və bu zaman Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyyə etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” işi üzrə qərarında məhkəmə dövlət orqanları tərəfindən vətəndaş Layıcovun işi üzrə ədalətli məhkəmə araşdırmasından bəhs edən Konvensiyanın 6-cı maddəsi ilə qorunan hüquqlarının və əsas azadlıqlarının pozuntusuna yol verildiyini göstərmişdir. Bəhs edilən Qərarın 69-cu bəndində göstərilmişdir ki, “Məhkəmə ilk növbədə qeyd edir ki, ərizəçinin üzərində və onun avtomobilində axtarışın onun həbsindən dərhal sonra həyata keçirilmədiyi tərəflər arasında mübahisə doğurmur. Bu axtarış onun həbs olunduğu yerin yaxınlığında deyil, Zaqatala Rayon Polis Şöbəsində aparılmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, həbslə axtarış arasındakı təxminən otuz dəqiqəlik vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır, belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında idi”. Avropa İnsan Hüquqları Məhkəməsi “Savalanlı və digərləri Azərbaycana qarşı” iş üzrə 15 dekabr 2022-ci il tarixli qərarında da eyni mövqedən çıxış etmişdir. Belə ki, həmin Qərarın 91-ci bəndində göstərilmişdir ki, “Məhkəmə əvvəlki işlərdə müəyyən etmişdir ki, şübhəli şəxsin üzərinə baxışın üzrlü səbəb olmadan tutulduqdan dərhal sonra aparılmaması, əldə edilən sübutların polis tərəfindən yerləşdirilməsinin mümkün olduğu barədə əsaslı şübhə yaradır (bax, Layıcov Azərbaycana qarşı, № 22062/07, § 69, 10 aprel 2014-cü il və Sakit Zahidov Azərbaycana qarşı, № 51164/07, §53,12 noyabr 2015-ci il). Məhkəmə hesab edir ki, qeyd edilən həmin nəticələr hazırkı işin hallarına da aid edilir. Tutulmaları və üzərinə aparılmış baxışlar arasında keçən müddət ərzində ərizəçilər tamamilə polisin nəzarəti altında olduğundan, əldə edilmiş sübutların bu müddətdə onların üzərinə yerləşdirilməsinin mümkün olduğu üçün haqlı şübhəyə əsas yaranır. Üstəlik, axtarışın aparılmasını ərizəçilərin tutulmalarından dərhal sonra qeyri-mümkün edən hər hansı xüsusi halların mövcud olması ilə bağlı heç bir əsas aşkar edilmir. Bununla yanaşı, hal şahidlərinin çağırılması və rəsmi axtarış və götürmənin aparılmasından əvvəl tutulan şəxslərin şəxsi əşyalarına polis tərəfindən narkotik vasitə və ya digər sübuti əhəmiyyətə malik olan əşyaların qoyulmasına dair çoxsaylı ardıcıl hallar barədə beynəlxalq insan haqları təşkilatlarının hesabatlarında əksini tapan məlumatlara əsaslanaraq məhkəmə həmçinin hesab edir ki, hazırkı axtarışlar zamanı hal şahidlərinin iştirakının təmin edilməsi mövcud vəziyyətin aradan qaldırılmasına əsas kimi qəbul edib bilməz (İbrahimov və Məmmədov, § 127).” Məhkəmə tərkibi hesab edir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı yuxarıda qeyd edilən nəticələr hazırkı işin hallarına da aid edilir. Tutulması ilə üzərinə aparılmış şəxsi axtarış və avtomobilə baxış arasında keçən müddət ərzində Təqsirləndirilən şəxs və ona məxsus avtomobil tamamilə polisin nəzarəti altında olduğundan, əldə edilmiş sübutların bu müddətdə onun üzərinə və avtomobilinə yerləşdirilməsinin mümkün olduğu üçün haqlı şübhəyə əsas yaranır. Üstəlik, axtarışın və avtomobilə baxışın aparılmasını Təqsirləndirilən şəxs tutulmasından dərhal sonra qeyrimümkün edən hər hansı xüsusi halların mövcud olması ilə bağlı heç bir əsas aşkar edilmir. Bundan başqa, məhkəmə istintaqı zamanı 22 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman hal şahidi Şahid4 qeyd edilən istintaq hərəkətində iştirak etməsinə baxmayaraq, digər hal şahidi Şahid5 həmin istintaq hərəkətində iştirak etməsi şübhə yaradır. Həmin xüsusatla bağlı məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində Anar adlı şəxsin baxışın yekununa yaxın gəldiyini göstərmişdir. Eyni zamanda mərhum Şahid5 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində 2021ci ilin oktyabr ayında BNMİ QBRŞ-nin həyətinə daxil olanda şəxsi axtarışın artıq başa çatdığını, hamının həyətə çıxdığını, daha sonra polis əməkdaşlarının jiquli avtomobilinin baqajının üzərində olan marixuananı göstərərək həmin narkotik vasitənin Təqsirləndirilən şəxs üzərindən aşkar edildiyini bildirdiklərini, lakin özünün narkotik vasitələrin Təqsirləndirilən şəxs üzərindən çıxmasının şahidi olmadığını, özü gələndə artıq narkotik vasitələrin aşkar edilmiş vəziyyətdə olduğunu, həmin vaxtı Təqsirləndirilən şəxs “aşkar olunan mənə məxsus deyil, üstümə qoyublar” deyə bildirdiyini, ümumiyyətlə də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman orada olmadığını göstərmişdir. Göründüyü kimi hər iki hal şahidinin ifadəsi ilə təsdiq olunur ki, hal şahidlərindən biri şəxsi axtarış istintaq hərəkətində iştirak etməmiş və bu səbəbdən də 22 oktyabr 2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol istintaq hərəkətinin icraatı qaydalarının kobud pozuntuları ilə aparılmışdır. Bundan başqa, iş üzrə şahid qismində dindirilmiş Şahid1lə Şahid2 məhkəmə istintaqı zamanı verdikləri ifadələrində şəxsi axtarış zamanı hal şahidlərini BNMİ QBRŞ-nin əməkdaşlarının dəvət etdiklərini göstərmişlər. Şahid1 həm də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın BNMİ QBRŞ-də sonuncunun tutulduğu gün gecə və ya sabahısı gün keçirildiyini dəqiq xatırlamadığını göstərmişdir. "xxxx" MMC tərəfindən təqdim olunmuş iş üzrə şahid qismində dindirilmiş Şahid5 istifadəsində olmuş ***-***-**-** və "xxxx" MMC tərəfindən təqdim olunmuş iş üzrə şahid qismində dindirilmiş Şahid4 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrələrə dair məlumatlar əks olunmuş informasiya daşıyıcısı olan disklərə baxış zamanı xx.xx.2021-ci il tarixdə gün ərzində hər iki şəxsə bir neçə dəfə DİN BNMİ QBRŞ-nin əməkdaşı olmuş X25 adlı şəxsin istifadəsində olmuş 055/50-310-90-25 saylı mobil nömrədən zəng etməsi müəyyən edilmişdir. Həmçinin baxış zamanı Azər Əsgərovun xx.xx.2021-ci il tarixdə Şahid4lə Şahid5 zəng etməsi öz təsdiqini tapmamışdır. İş materiallarında olan DİN BNMİ QBRŞ-nin xx.xx.2023-cü il tarixli məktubu ilə də X15 2021-ci ilin noyabr ayına qədər BNMİ QBRŞ-də xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləməsi öz təsdiqini tapmışdır. Qeyd edilən halların mövcudluğu bir daha Təqsirləndirilən şəxs faktiki olaraq 22 oktyabr 2021-ci il tarixdə tutulmasına baxmayaraq, həmin gün müdafiəçi ilə real təmin edilmədiyinə, şəxsi axtarışla avtomobilə baxışın protokollarda qeyd edildiyi kimi 22 oktyabr 2021-ci il tarixdə deyil, məhz 23 oktyabr 2021-ci il tarixdə aparılmasına, o cümlədən ilkin izahatın tutulduğu gün deyil, məhz 23 oktyabr 2021-ci il tarixdə alınmasına şübhə yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 94.1-cü maddəsinə əsasən cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı ilə aşkar olunan faktların, onların məzmununun, gedişinin və nəticələrinin təsdiq olunması üçün bu Məcəllənin 236, 244, 246-cı maddələrində nəzərdə tutulmuş hallarda istintaq hərəkətinin aparılmasında iştirak etmək üçün cəlb edilmiş şəxs hal şahidi ola bilər. CPM-in 246.3-cü maddəsinin tələbinə əsasən şəxsi axtarış və götürmə zamanı videoçəkilişdən istifadə edilmədikdə barəsində şəxsi axtarış və götürmə aparılan şəxslə eyni cinsdən olan azı 2 (iki) hal şahidinin iştirakı məcburidir. Bundan başqa, 22 oktyabr 2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” və “baxış keçirilməsi və götürmə haqqında” protokollarda müdafiəçi qismində X7 iştirak etməsi yazılsa da, iş materiallarında 16-cı vərəqədə olan Gəncə şəhər 1 saylı vəkil bürosunun 3628 nömrəli orderində “tarix” və “qərarın tarixi” qeyd edilən qrafalarda əlyazma ilə tarix kimi “xx.xx.2021” qeyd edilmiş və həmin yazılardan açıq-aşkar görünür ki, tarixlərə qələmlə düzəliş edilmişdir. Vəkil orderindəki xüsusatın araşdırılmasından ötrü Gəncə şəhər 1 saylı vəkil bürosuna sorğu verilərək 2021-ci ilin oktyabr ayında verilmiş 3628 nömrəli orderin kötüyünün surəti götürülmüşdür. Qeyd edilən orderin kötüyünün surətindən görünür ki, vəkil orderində “tarix” və “qərarın tarixi” olan qrafalarda tarix kimi “xx.xx.2021” göstərilmişdir. Həmin xüsusatla bağlı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində üzərinə axtarışın və avtomobilinə baxışın Gəncə şəhərində BNMİ QBRŞ-də tutulduqdan bir gün sonra, yəni 23 oktyabr 2021-ci il tarixdə keçirildiyini göstərmişdir. Bununla da, iş materiallarında olan vəkil orderindəki tarixlə həmin orderin kötüyündə olan tarixlər arasındakı əhəmiyyətli ziddiyyət, o cümlədən iş materiallarına “şəxsi axtarış və götürmə aparılması haqqında” və “baxış keçirilməsi və götürmə haqqında” protokollara dair fotocədvəllər əlavə edilmədiyindən və ittiham tərəfindən də həmin cədvəllər təqdim edilmədiyindən, həmçinin müdafiəçi vəfat etdiyindən 22 oktyabr 2021-ci il tarixdə şəxsi axtarış və avtomobilə baxış zamanı müdafiəçinin həqiqətən də qeyd edilən istintaq hətəkərlərində iştirak etməsi məhkəmədə şübhə yaradır. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşmış presedent hüququna görə, ədalətli məhkəmə araşdırması hüququ kifayət qədər «praktik və səmərəli» şəkildə qalması üçün, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi tələb edir ki, bir qayda olaraq, vəkil xidmətlərinə giriş, əgər konkret işin xüsusi şəraitlərdə bu hüququn məhdudlaşdırılması üçün heç bir səbəb mövcud deyildirsə, şübhələndirilən şəxs polisdə ilk dindirilmə vaxtından etibarən təmin edilməlidir. Bundan başqa, iş materiallarının 1-ci cildinin 83 vərəqində olan şübhəli şəxsin dindirilməsi protokolunda Təqsirləndirilən şəxs 23 oktyabr 2021-ci il tarixdə saat 16:30-dan saat 16:55-dək Bakı şəhərində yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsində dindirildiyi göstərilmişdir. Həmçinin iş materiallarının 1-ci cildinin 86-cı və 91-ci vərəqlərində olan şahidin dindirilməsi haqqında protokollarında Şahid1 23 oktyabr 2021-ci il tarixdə saat 17:00-dan saat 17:45-dək, Şahid2 isə həmin gün saat 17:50-dən saat 18:35-dək Bakı şəhərində yerləşən DİN BMCMİ-də dindirilməsi göstərilmişdir. Təqsirləndirilən şəxs konkret olaraq 2021-ci ilin oktyabr ayının hansı günündə və saatında həm DİN BNMİ QBRŞ-nə gətirilməsini və həmin şöbədən çıxarılmasını, o cümlədən BMCMİ-yə hansı tarixdə gətirilməsini dəqiqləşdirməkdən ötrü adı çəkilən qurumlara sorğular göndərilmişdir. DİN BNMİ QBRŞ-nin xx.xx.2023-cü il tarixli məktubunda Təqsirləndirilən şəxs 22 oktyabr 2021-ci il tarixdə saat 20:00-da BNMİ QBRŞ-ya gətirilməsi, 23 oktyabr 2021-ci il tarixdə saat 15:00-da isə barəsində toplanmış material ilə birlikdə istintaq aidiyyəti üzrə BMCMİ-yə göndərilməsi göstərilmişdir. BMCMİ-nin xx.xx.2023-cü il tarixli məktubunda isə Təqsirləndirilən şəxs 23 oktyabr 2021-ci il tarixdə saat 15:50-də həmin idarəyə gətirilməsi göstərilmişdir. Göründüyü kimi Daxili İşlər Nazirliyinin iki qurumunun sorğuya cavabları arasında kifayət qədər əhəmiyyətli ziddiyyətlər vardır. Belə ki, BNMİ QBRŞ-nin məktubuna əsasən Təqsirləndirilən şəxs 23 oktyabr 2021ci il tarixdə saat 15:00-da həmin şöbədən çıxarıldığı halda və Gəncə şəhərindən Bakı şəhərinə qədər təxminən 297 kilometr məsafə olduğu halda, yəni magistral yolda quraşdırılmış yol nişanlarına və müəyyən edilmiş surət hədlərinə riayət etməklə avtomobil ilə təxminən 3 saatlıq məsafə olduğu halda Təqsirləndirilən şəxs 50 dəqiqə sonra elə həmin gün saat 15:50-də Bakı şəhərində yerləşən BMCMİ-yə daxil olmuşdur. Qeyd edilən hal fiziki cəhətdən mümkün deyildir. Bundan əlavə, iş materiallarında olan "xxxx" MMC tərəfindən təqdim olunmuş diskə baxış zamanı müəyyən edilmişdir ki, Şahid1 hadisə vaxtı istifadəsində olmuş ***-***-**-** mobil nömrənin antena dairəsi xx.xx.2021-ci il tarixdə gün ərzində saat 21:51-dək Gəncə şəhəri ərazisini göstərir. Həmçinin Şahid2 hadisə vaxtı istifadəsində olmuş ***-***-**-** mobil nömrənin antena dairəsi xx.xx.2021-ci il tarixdə gün ərzində saat 18:02-dək Gəncə şəhəri ərazisini, eləcə də həmin gün saat 23:45-də Yevlax rayonu ərazisini göstərir. Göründüyü kimi iş materiallarındakı şübhəli şəxsin dindirilməsi, o cümlədən şahidlərin dindirilməsi haqqında sözügedən protokollarda həm Təqsirləndirilən şəxs, həm də ki Şahid1lə Şahid2 23 oktyabr 2021-ci il tarixdə saat 16:30-dan saat 18:35-dək Bakı şəhərində dindirildikləri göstərilsə də, faktiki olaraq adı çəkilən şəxslər antena məlumatlarına əsasən dindirilmə saatlarında Gəncə şəhərində olmuşlar. Qeyd edilən halların mövcudluğu isə bir daha Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin obyektiv, həqiqətə və işin faktiki hallarına uyğun olduğuna, o cümlədən onun üzərinə şəxsi axtarışın və avtomobilinə baxışın 22 oktyabr 2021-ci il tarixdə keçirilməsinə şübhə yaratmaqla, həmin hərəkətlərin məhz 23 oktyabr 2021-ci il tarixdə, yəni tutulduqdan bir gün sonra keçirilməsinə dəlalət edir. Bundan başqa, 22 oktyabr 2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən bir ədəd “Samsung” markalı mobil telefonun aşkar edildiyi və iş üçün əhəmiyyət kəsb etmədiyindən qeyd edilən telefonun özünə qaytarıldığı yazılmışdır. Bununla belə, iş materiallarının 1-ci cildinin 4-cü vərəqində olan BNMİ QBRŞ-nin xx.xx.2021-ci il tarixli müşayiət məktubunda bir ədəd “Samsung” markalı mobil telefonun barəsində toplanmış materiallarla birlikdə BMCMİ-yə göndərildiyi, iş materiallarının 1-ci cildinin 188-ci vərəqində olan “mobil telefon aparatına baxış keçirilməsi haqqında” 15 noyabr 2021-ci il tarixli protokolda Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung” markalı mobil telefona baxış keçirildiyi və iş üçün əhəmiyyət kəsb edəcək məlumat aşkar edilmədiyi, iş materiallarının 1-ci cildinin 195-ci vərəqində olan Təqsirləndirilən şəxs ərizəsində sonuncunun istintaq orqanına müraciət edərək mobil telefonun atasına qaytarılmasını xahiş etdiyi, 05 aprel 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarın nəticə hissəsində isə “Samsung” markalı mobil telefonun iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs ailə üzvləri qaytarılması göstərilmişdir. Həmin xüsusatla bağlı ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində mobil telefonun Təqsirləndirilən şəxs qaytarılması öz əksini tapsa da, digər şahid ifadələrində ümumiyyətlə telefon məsələsinə toxunulmamışdır. Qeyd edilən hal isə şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələri arasında ziddiyyətin olmasını sübut edir. Göründüyü kimi istintaq orqanı şəxsi axtarış zamanı mobil telefonu iş üçün əhəmiyyət kəsb etmədiyinə görə Təqsirləndirilən şəxs qaytardığı halda, müstəntiq mobil telefonunun Təqsirləndirilən şəxs götürülməsini cinayət prosessual qanunvericiliyin tələbinə uyğun olaraq rəsmiləşdirmədən, bu barədə qərar qəbul etmədən və protokol tərtib etmədən, bir sözlə götürmə istintaq hərəkətini aparmadan istintaq hərəkətinin icraatı qaydalarını kobud surətdə pozmaqla mobil telefonu qanunsuz olaraq götürüb baxış keçirmiş və istintaqın yekununda “sübutların qiymətləndirilməsi haqqında” qərarda telefonun təqsirləndirilən şəxsin ailə üzvlərinə qaytarılmasını qeyd etmişdir. Halbuki qeyd edilən mobil telefon 22 oktyabr 2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolla artıq Təqsirləndirilən şəxs qaytarılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 242.3-cü maddəsində göstərilmişdir ki, toplanmış sübutlarla və ya əməliyyat-axtarış fəaliyyətinin materialları ilə sübut əhəmiyyətinə malik ola biləcək əşyaların və sənədlərin kimdə və harada olması müəyyən edildikdə müstəntiq həmin əşya və sənədləri götürə bilər. CPM-in 177.2-ci maddəsində göstərilmişdir ki, istintaq hərəkətinin aparılmasına müvafiq şəxs tərəfindən icazə verilmədiyi və onun məcburi aparılması üçün məhkəmənin qərarı tələb olunduğu halda, müstəntiqin əsaslandırılmış vəsatəti ilə razı olan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror məhkəməyə təqdimatla müraciət edir. CPM-in 243.1-cü maddəsində göstərilmişdir ki, axtarış və ya götürmə, bir qayda olaraq, məhkəmənin qərarı əsasında aparılır. Məhkəmə axtarış və ya götürmənin aparılması haqqında qərarı müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı olduqda çıxara bilər. Axtarış və ya götürmə bu Məcəllənin 177.2-177.6-cı maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirilməklə aparılır. CPM-in 247.1-ci maddəsində göstərilmişdir ki, axtarış və ya götürmə qurtardıqdan sonra müstəntiq bu istintaq hərəkətlərinə protokol tərtib edir. Bundan başqa, iş materiallarında olan xx.xx.2021-ci il tarixli, 4135 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyində Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunması, narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması, məcburi müalicəyə əks göstərişinin olmaması, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülsə də, Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə, narkomaniya xəstəliyinin aşkar olunduğunu təsdiqləyən ekspertiza rəyi özü-özlüyündə şəxsin hətta satış məqsədi olmadan narkotik vasitələri və ya psixotrop maddələrini şəxsi istehlak miqdarından artıq miqdarda saxlamağa (Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi) görə cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas kimi qəbul edilə bilməz (Sakit Zahidov Azərbaycana qarşı, № 51164/07, § 51, 12 noyabr 2015). Beləliklə də, cinayət işinin materiallarında olan təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edərək, iş materiallarındakı hər bir sübutu tam, hərtərəfli və obyektiv yoxlayaraq, təhlil edib bir-biri ilə müqayisə edərək, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyini müəyyənləşdirərək, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən Ağdaş şəhərində saxlanıldığı andan Gəncə şəhərində yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin X17 Şöbəsinə gətirilib şübhəli şəxs kimi tutularaq üzərinə şəxsi axtarış və avtomobilinə baxış keçirilənə kimi, yəni iki saat ərzində Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyi baxımından polisin nəzarətində olduğundan, ittiham tərəfi isə həmin dövr ərzində ittihamın əsasını təşkil edən narkotik vasitə olan marixuananın və heroinin onun üzərinə qoyulmasına dair müdafiə tərəfinin dəlillərini təkzib edən heç bir mötəbər sübut təqdim edə bilmədiyindən cinayət işinin materiallarında olan 22 oktyabr 2021-ci il tarixli “şübhəli şəxsin tutulması”, “şəxsi axtarış və götürmə aparılması haqqında” və “baxış keçirilməsi və götürmə haqqında” protokollar, Təqsirləndirilən şəxs ilkin etirafedici izahatı və ifadəsi, o cümlədən ibtidai istintaq zamanı dindirilmiş şahidlərin ifadələri işin faktiki hallarına uyğun gəlmədiyindən və digər sübutlarla təsdiq olunmadığından, o cümlədən Təqsirləndirilən şəxs göstərilmiş pis rəftar nəticəsində əldə edildiyindən və qeyd edilən istintaq hərəkətləri istintaq hərəkətinin icraatı qaydalarının kobud pozuntuları ilə aparıldığından hüquqi qüvvəsi olmayan hesab edilir və ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Belə olan halda məhkəmə tərkibi narkotik vasitələrin təqsirləndirilən şəxsin üzərindən və avtomobilindən aşkar edilməsinə şübhə ilə yanaşır. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 8-ci bəndində göstərilmişdir ki, Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-in 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməz. Həmin Qərarın 10-cu bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Qeyd edilən Qərarın 24-cü bəndində göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Sözügedən Qərarın 33-cü bəndində göstərilmişdir ki, cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Bununla bağlı məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi qismən etirafedici izahatı və ifadəsi, o cümlədən şahidlərin ifadələri müqayisə edilərkən iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi üçün ittihamın əsası kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. CPM-in 21.2-ci maddəsində göstərilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-in 21.3-ci maddəsində göstərilmişdir ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Tamamilə eyni mövqe Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017). Avropa İnsan Hüquqları Məhkəməsinin “Barbera, Messegi və Cabardo İspaniyaya qarşı”, o cümlədən “Yanoseviç İsveçə qarşı” iş üzrə qərarlarında formalaşdırılmış presedent hüququna görə təqsirsizlik prezumpsiyası prinsipi o cümlədən, məhkəmə üzvlərindən vəzifələrini yerinə yetirən zaman işə təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətdiyi barədə ön mühakimə ilə başlamamağı tələb edir; sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Təqsirləndirilən şəxsin müdafiəsini müvafiq qaydada hazırlaması və təqdim edə bilməsi üçün ittiham tərəfi onu məhkəmə işi barədə məlumatlandırmalı və onun mühakimə olunması üçün yetərli sübut təqdim etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Telfner Avstriyaya qarşı” iş üzrə qərarında formalaşdırılmış presedent hüququna görə sübutetmə yükünün ittiham tərəfindən müdafiə tərəfinə ötürülməsi halında təqsirsizlik prezumpsiyası pozulur. Avropa İnsan Hüquqları Məhkəməsinin “Şenk İsveçrəyə qarşı” iş üzrə qərarında formalaşdırılmış presedent hüququna görə Konvensiyanın 19-cu maddəsinə əsasən onun vəzifəsi Konvensiyanın iştirakçısı olan dövlət tərəfindən üzərilərinə götürdükləri öhdəliklərinə əməl etmələrini təmin etməkdir. Xüsusilə, milli məhkəmələr tərəfindən törədilməsi iddia olunan fakta və ya hüquqa aid səhvlə məşğul olmaq, əgər bu səhvlər Konvensiya ilə qorunan hüquq və azadlıqların pozulmasına səbəb olmamışdırsa, məhkəmənin funksiyası deyil. Avropa İnsan Hüquqları Məhkəməsinin “X16rşı” və “X8rşı” işlər üzrə qərarlarında göstərilmişdir ki, buna görə də prinsip etibarı ilə konkret sübut növlərinin, misal üçün ölkə qanunvericiliyinə görə qanunsuz yolla əldə edilmiş sübutun mümkünlüyünü və ya təbii olaraq ərizəçinin təqsirli olub-olmadığını müəyyənləşdirmək məhkəmənin vəzifəsi deyil. Burada cavab verilməli olan sual bütünlükdə prosesin, o cümlədən sübutların əldə edilmə yollarının qanuni olub-olmadığıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “X16rşı” və “X8rşı” işlər üzrə qərarlarında həmçinin göstərilmişdir ki, prosesin bütünlükdə ədalətli olub-olmadığını müəyyən edən zaman eyni zamanda müdafiə tərəfinin hüquqlarının təmin olunub-olunmadığına fikir verilməlidir. Xüsusilə, ərizəçinin sübutun mötəbərliyinə etiraz etməsi və onu təkzib etməsi üçün imkan yaradılmalıdır. Bundan əlavə, sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyünü şübhə altına alıb-almadığı nəzərə alınmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Bıkov Rusiyaya qarşı” iş üzrə qərarında formalaşdırılmış presedent hüququna görə sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur. Avropa İnsan Hüquqları Məhkəməsinin “Salduz Türkiyəyə qarşı” iş üzrə qərarında göstərilmişdir ki, məhkəmə təkrar edir ki, cinayət işləri ilə bağlı 6-cı maddənin ilkin məqsədi “cinayət məsuliyyəti”ni müəyyən etmək səlahiyyəti olan “məhkəmə” tərəfindən ədalətli araşdırmanın aparılmasının təmin edilməsi olsa da, bu, həmin maddənin məhkəməyə qədərki proseslərə tətbiq edilmədiyi anlamına gəlmir. Belə ki, 6-cı maddənin müddəalarına ilkin olaraq əməl olunmaması məhkəmə baxışının ədalətliliyinə ciddi xələl gətirdikdə, həmin maddə işin məhkəməyə göndərilməsinə qədər olan mərhələyə də tətbiq oluna bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyatı əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən, cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biridir. CPM-in 28.4-cü maddəsinə əsasən, cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələr şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq (CPM-in 28.4.2-ci maddəsi); şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq (CPM-in 28.4.3-cü maddəsi) kimi vəzifələri yerinə yetirməlidirlər. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər (CPM-in 33.1-ci maddəsi). Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 -146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir (CPM-in 33.2-ci maddəsi). Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (CPM-in 33.3-cü maddəsi). CPM-in 125.2-ci maddəsinə əsasən, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda (CPM-in 125.2.1-ci maddəsi); zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə (CPM-in 125.2.2-ci maddəsi); şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə (CPM-in 125.2.3-ci maddəsi); istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda (CPM-in 125.2.7-ci maddəsi) əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. CPM-in 125.3-cü maddəsinə əsasən, bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. CPM-in 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 144-ci maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 349.5.1-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. CPM-in 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsinə əsasən, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq (CPM-in 351.3.1-ci maddəsi); bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq (CPM-in 351.3.2-ci maddəsi); məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq (CPMin 351.3.3-cü maddəsi); təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək (CPM-in 351.3.4-cü maddəsi) sübuta yetirilmiş hesab edilə bilər. CPM-in 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. CPM-in 42.1 və 42.1.4-cü maddələrinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirliliyi sübuta yetirilmədikdə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. CPM-in 42.2 və 42.2.4-cü maddələrinə əsasən, bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə barəsində bəraət hökmü çıxarılır. CPM-in 350.1-ci maddəsinə əsasən, məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-in 350.3-cü maddəsinə əsasən, məhkəmənin bəraət hökmünə bəraət almış şəxsin təqsirsizliyini şübhə altına qoyan ifadələrin daxil edilməsi yolverilməzdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 58-ci bəndində göstərilmişdir ki, CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə tərkibi qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsi üçün ibtidai istintaq orqanının istinad etdiyi sübutlar Azərbaycan Respublikası CPM-in 125-ci maddəsində sadalanan tələblərə cavab vermir, mötəbər sübutlar sayıla bilməz, istintaq hərəkətinin icraatı qaydalarının kobud pozuntuları ilə aparıldığından hüquqi qüvvəsi olmayan hesab edilir və ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Bu səbəbdən də qeyd edilən sübutlar əsasında Təqsirləndirilən şəxs barəsində ittiham hökmünün çıxarılması mümkün deyildir. Beləliklə də, məhkəmə tərkibi iş materiallarında olan hər bir sübutu tam, hərtərəfli və obyektiv yoxlayaraq, təhlil edib bir-biri ilə müqayisə edərək, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyini müəyyənləşdirərək, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, o cümlədən daxili inamına əsaslanaraq Azərbaycan Respublikası CPM-in 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilməmişdir. Ona görə də, məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilməlidir. Azərbaycan Respublikası CPM-in 357.0.1-ci maddəsinə əsasən məhkəmənin hökmü ilə ona bəraət verildikdə şəxs məhkəmənin hökmü elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsdən azad edilməlidir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 15,287 qram narkotik vasitə heroin, 138,18 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi narkotik vasitələrin əldə edilməsi və istifadə edilməsi ilə bağlı xüsusatlar araşdırılanadək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılmalıdır. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə məsrəfi olan 32 (otuz iki) manat 40 (qırx) qəpik ekspertiza xərcinin ödənilməsindən azad edilməlidir. Azərbaycan Respublikası CPM-in 56.0.1-ci maddəsinə əsasən bəraət almış şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. CPM-in 63-cü maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsi ilə əlaqədar cinayət prosesini həyata keçirən orqanın qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın mülki mühakimə icraatı qaydasında iddia qaldırmaqla ödənilməsini tələb etmək hüququnun olması izah edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4, 346, 347, 349 və 350-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclası zalında həbsdən azad edilsin. İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 15,287 qram narkotik vasitə heroin, 138,18 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi narkotik vasitələrin əldə edilməsi və istifadə edilməsi ilə bağlı xüsusatlar araşdırılanadək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılsın. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə məsrəfi olan 32 (otuz iki) manat 40 (qırx) qəpik ekspertiza xərcinin ödənilməsindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsi ilə əlaqədar cinayət prosesini həyata keçirən orqanın qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın mülki mühakimə icraatı qaydasında iddia qaldırmaqla ödənilməsini tələb etmək hüququnun olması izah edilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-57/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-57/2023
26.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver