Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-57/2025 05.03.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, X4 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx xxx 1971-ci ildə Şəmkir rayonu, İrmaşlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, İrmaşlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda ünvan taq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmə, saxlama və qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmə (əkmə və yetişdirmə) cinayət əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2021-ci ilin mart ayının sonlarında dəqiq məlum olmayan tarixdə Ukrayna Respublikasından Azərbaycan Respublikasına qayıdarkən özü ilə gətirdiyi çətənə (kannabis) bitkisinin toxumlarını yaşadığı evin həyətyanı torpaq sahəsində əkməklə onlara aqrotexniki qaydada qulluq edib məlum olmayan sayda yetişdirərək, narkotik tərkibli çətənə (kannabis) bitkilərini kultivasiya etmiş, həmin bitkilərin bir hissəsini toplayıb qurudaraq, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ siyahısı, həmçinin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin” İ siyahısının 1-ci bəndi ilə müəyyən edilən narkotik vasitə hesab edilən qurudulmuş marixuananı yaşadığı evin həyətində olan yarım tikilidə saxlamış, əldə etdiyi çətənə bitkisinin toxumlarını 2023-cü ilin aprel ayının əvvəllərində dəqiq məlum olmayan tarixdə yaşadığı evin həyətyanı torpaq sahəsində əkməklə onlara aqrotexniki qaydada qulluq edib yetişdirərək, külli miqdarda “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilərin» İİİ siyahısı ilə müəyyən edilmiş narkotik tərkibli çətənə (kannabis) bitkilərini kultivasiya etmiş, daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar 14 aprel 2023-cü il tarixdə saat 18:30 radələrində Şəmkir rayon polis şöbəsinin Zəyəm polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı onun yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilərkən evin həyətindən külli miqdarda, 39 (otuz doqquz) ədəd, əkib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri və 4 ədəd polietilen torbalarda ayrı-ayrılıqda 21,15 qram, 10,90 qram, 18,25 qram və 71,19 qram çəkilərdə kustar üsulla hazırlanmış, şəxsi istehlak miqdarından artıq, ümumi təmiz çəkisi 121,49 qram miqdarında narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.1 və 237.2.3-ci maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, polis əməkdaşları tərəfindən atası ondan şikayət etdiyi üçün saxlanılmışdır. Onu şöbədə polis idarəsində saxlamışlar. Bir gündən sonra axşam evə buraxmışlar. O, evə gələrkən polis əməkdaşları tərəfindən yenidən saxlanılmışdır. Polis əməkdaşları onu yenidən şöbəyə aparmış, o, şöbədə olarkən polis əməkdaşları onun narkotik plantasiyası əkməsi ilə bağlı öz planlarını qurmuşlar. O, heç bir çəkilişdə iştirak etməmiş, şöbədə olmuşdur. Polis əməkdaşları qoca kişini guya qonaq gəldiklərini deyərək aldatmışlar. O, 2018-ci ildən bağlarında 20 kvadrat metr “kultuvasiya” olunmuş yer olnuşdur. O, heç yerə qaçmamış, gizlənməmiş, çəkilişdə çəkilməmişdir. O, kənd həyətində yaşamış və toyuq damında ancaq toyuq peyini olmuş, qurudulmuş marixuana olmamışdır. Çəkilişdə yalnız polis əməkdaşları olmuşdur. O məcburiyyət qarşısında yabani bitmiş bitkinin dibinə su tökmüşdür. Qurudulmuş marixuananı becərməsini isə ona məcbur edib dedizdirmişlər. Həmin vaxt polis əməkdaşları onun barmağını qırmışlar. O, polis əməkdaşlarına “hepotit c” xəstəsi olduğunu demişdir. Polis əməkdaşları isə ondan marixuananı dəmləyib içdiyini deməsini istəmişdir. O döyüldüyü üçün istintaqda etirafedici ifadə vermişdir. Onun ayaq barmağı polis əməkdaşları tərəfindən dəmirin arasına qoyulub və çapılaraq sındırılmışdır. Sanksiya verilərkən ona işgəncə olunduğunu demişdir. O, istintaq təcridxanasına gedərkən ayağını göstərməli olduğunu bilməmişdir. O marixuanadan istifadə etmiş, həyətyanı sahədə marixuana bitkisi görməmişdir. Heç kim ona bitkinin harada bitdiyini göstərməmişdir. Ev atasının evi olmuş və evdə 7 nəfərdən ibarət olan ailəsi ilə birgə yaşamışlar. O məcburiyyət qarşısında ifadəsində narkotik bitkinin dibinə su tökmüşdür. O 3 ədəd dibçəkdə olan narkotik tərkibli bitkini əkmişdir, qalan 36 ədədindən xəbəri olmamışdır. Məhkəmədə Azərbaycan Respublikasının CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər istintaqda verdiyi ifadə ilə məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan) Təqsirləndirilən şəxs oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs oğlu istintaq zamanı müdafəçisinin iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, «Şəmkir rayonu, İrmaşlı kəndində yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, ailəsini dolandırmaq üçün fərdi əməklə məşğuldur. Təxminən 5 ildir ki, narkotik vasitə qəbul edir. 2023-cü ilin aprel ayının əvvəllərində özü istifadə etmək üçün evdə olan zaman 4 ədəd dibçəklərdə çətənə kollarının tinglərini əkmişdir. Bundan başqa həmin çətənə kollarını heç kəs görməsin deyə yaşadığı evin həyətyanı sahəsinə dibçəklərdə nəzərə çapmayacaq yerdə gizlətmişdir. Həmçinin, evin həyətyanı sahəsində bitdiyini gördüyü üçün qulluq edib, diblərini yumşaltmış, su vermişdir. 4 ədəd dibçəkdə olan çətənə kollarını o, özündə olan toxumları əkərək becərmiş, digər 35 ədəd narkotik vasitəyə bənzər çətənə kollarını isə özü bitdikdən sonra onlara qulluq etmişdir. Yardımçı otaqda olan narkotik vasitəyə bənzər kütlə isə 5 il bundan əvvəl özü üçün istifadə edib yerdə qalanını orada gizlətmişdir. O, heç kimə narkotik vasitə satmamış və ya vermişdir. Yaşadığı evdən aşkar edilmiş 121,49 qram qurudulmuş marixuananı ilk dəfə 2021-ci ilin mart ayında sonlarında Ukrayna Respublikasından gələndə özüilə gətirmiş toxumları əkib əldə etmiş, qurudub özü üçün saxlamışdır. Onun narkotik tərkibli çətənə kolları əkməsindən və evdə qurudulmuş marixuana saxlamasından heç kimin xəbəri olmamış, heç kimə deməmişdir». Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, əməliyyatçı onlara zəng etmiş, İrmaşlı kəndində bir evə baxış keçirilməsinin zəruriliyi deyilmişdir. O həmin kəndin sahə rəisi olmuşdur. Onlar hadisə yerinə getmiş, evə baxış keçirmək üçün qapını döymüş, onları təqsirləndirilən şəxsin atası qarşılamışdır. Evə baxış keçirilmiş, narkotik tərkibli bitki evdə dibçəklərə və həyətyanı sahəyə əkilmişdir. Baxış zamanı həmçinin toyuq damından paketdə olan qurudulmuş marixuana aşkar olunmuşdur. Təqsirləndirilən şəxs axşam evində olmamışdır. Onlar təqsirləndirilən şəxs gəldikdən sonra sonuncunu saxlamış, polis bölməsində növbətçiyə təhvil vermişlər. Təqsirləndirilən şəxsin atası evə baxış keçirməsi üçün icazə vermişdir. Təqsirləndirilən şəxsin atası özü gəlib ərizə vermiş, ərizəsində oğlunun belə işlərlə məşğul olduğunu bildirmişdir. O, evə keçirilən baxışda iştirak etmişdir. Evə baxış keçirilən zaman təqsirləndirilən şəxsin atası evdə olmuş, yoldaşı isə evdə olmamış, sonradan gəlmişdir.Hadisə yerinə qonşulardan heç kəs gəlməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, İrmaşlı kəndindəki evə getmək üçün onlara göstəriş verilmişdir. Onlara əməliyyat müvəkkillərinin hal-hazırda orada olduqları, sahə rəisləri və post patrullarının da ora getməli olduqları bildirilmişdir. Onlar hadisə yerinə getmiş, ev yiyəsini çağırmış və ev yiyəsinin razılığı ilə həyətə baxış keçirmişlər. Həyətdə balaca çətənə bitkisi olan əkililər və dibçəkdə də həmin narkotik tərkibli bitkilər aşkar olunmuşdur. Onlar həyətyanı sahədən 39 ədəd narkotik tərkibli bitkini götürmüşlər. Daha sonra toyuq damına baxış keçirilmiş, toyuq damında da 100 qrama yaxın qurudulmuş halda marixuana aşkar olunaraq götürülmüşdür. Bütün narkotik vasitələr götürülərək sənədləşdirilmişdir.Həmin gün təqsirləndirilən şəxs özü orada olmamışdır. Təqsirləndirilən şəxsin və qonşularının evinin yanında post qurulmuş və axşam saatlarında təqsirləndirilən şəxsin evə içkili vəziyyətdə gəlməsi ilə bağlı məlumat almışlar. Onlar gedib təqsirləndirilən şəxsi saxlamışlar. Həmin vaxt təqsirləndirilən şəxs narkotik tərkibli bitkilərin hamısının özünə aid olduğunu etiraf etmiş, atası da oğlunun bu işlərlə məşğul olduğunu bildirmişdir.Narkotik vasitə marixuna və narkotik tərkibli bitkilər videoçəkilişlə götürülmüş, təqsirləndirilən şəxsin atasından başqa heç kim çəkilişdə iştirak etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, qayınatası və qayınanası ilə birgə yaşamışdır. Böyük oğlu dünya çempionu olmuş və Laçında əsgərlikdə olduğundan, əsgərlikdən oğlunun diplomlarının kserosurətlərinin hərbi hissəyə göndərmələri istənildyindən o, evdən çıxmaq üçün hazırlaşarkən, qayınatası polis əməkdaşları ilə birlikdə evə gəlmişdir. O, polis əməkdaşlarının hansı səbəbə gəldiklərini soruşmuş, ona Təvəkkülün dostları olduqları, elə-belə gəldikləri və onluq heç nə olmadığı deyilmişdir. O isə sənədlərin kserosurətlərini çıxarmış və evə qayıtmışdır. Daha sonra gəlib ondan izahat almışlar. Ona yoldaşının həyətdə narkotik tərkibli bitki əkdiyini deyilmişdir. Onların həyətləri ümumiyyətlə əkilməmiş, elə bir şey görməmişdir. Cücə damında quru marixuana olmamışdır. Yoldaşının narkotik vasitədən istifadə etməsindən onun xəbəri olmamışdır. Polis əməkdaşları ona gəlmə səbəblərini deməmiş və onu evdən çıxarmışlar. 4 ədəd dibçəkdə limon bitkiləri olmuş, dibçəklərdə narkotik vasitə olmamış, əkilibsə də çıxmamışdır. O, hər gün limonlara kübrə vermiş və orada heç nə görməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq 15 aprel 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs 15 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Şəmkir rayon məhkəməsinin 16 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və “həbs” etmənin əvvəli 15 aprel 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə bioloji ekspertizasının 15 aprel 2023-cü il tarixli 16/420 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində, “Şahid4 evinin həyətində yardımçı otaqda aşkar edilib narkotik vasitəyə bənzər kütlə...” sözləri yazılmış və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd polietilen torbanın içərisində olan 4 (dörd) ədəd polietilen torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri 21,15qram, 10,90qram, 18,25 qram, 71,19 qram, ümumi təmiz çəkisi 121,49 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə -qurudulmuş marixuanadır. tədqiqata təqdim olunmuş üzərində “Şahid4 evinin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş narkotik tərkibli bitkilər..” adlar və imzalar olan 1 (bir) ədəd kağız paketdə, sayı 39 (otuz doqquz) ədəd, ümumi təmiz çəkisi 9,70 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli -çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş 1 (bir) ədəd kağız paketdə olan marixuanalar ilə 1 (bir) ədəd kağız paketdəki çətənə(kannabis) bitkiləri tərkiblərinə görə müxtəlifdirlər. Aqronom (mütəxəssis) X5 rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs barəsində təyin olunmuş məhkəmə-narkoloji ekspertizasının 10 may 2023-cü il tarixli, 815 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə etmə nəticəsində yaranmış narkomanlıq xəstəliyindən əzab çəkir. Narkomanlıq xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının 17 aprel 2023-cü il tarixli 370 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 20 iyun 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi” haqqında qərardan görünür ki, 14 aprel 2023-cü il tarixdə Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Emil Əliyev tərəfindən baxış keçilməsi aparılarkən Təqsirləndirilən şəxs yaşadığı Şəmkir rayonu, İrmaşlı kəndində yerləşən evinin həyətində olan 39 ədəd aqrotexniki qaydaya qulluq olunmuş çətənə kolları və evin yardımçı tikilisində 121,49 qram qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD diskə köçürülmüş, eləcə də fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş14 aprel 2023-cü il tarixdə “baxış aparılması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş 39 ədəd çətənə kolları və 121,49 qram qurudulmuş marixuana, Təqsirləndirilən şəxs evinə baxış keçirilən vaxt videoçəkilişin aparıldığı 1 ədəd DVD disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilərək cinayət işinə əlavə edilmiş, 39 ədəd çətənə kollarının və 121,49 qram qurudulmuş marixuananın isə saxlanılması üçün Şəmkir rayon polis şöbəsinə məsul saxlanca verilmişdir. Məhkəmə təqsirəlndirilən şəxsin ona elan olunmuş ittham üzrə özünü təqsirli bilməyərək heç bir narkotik tərkibli bitkini əkib becərməməsi və onun evində ququrdulmuş marixuananın olmaması barədə ifadəsinə təniqidi yanaşaraq, işin faktiki hallarına uyğun olmadığından və cinayət işinin materiallarında olan sübutlar, təqsirləndirilən şəxsin istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi etirafedici ifadəsi, şahid ifadələri, ekspertiza rəyləri, videoçəkilişlər və istintaq hərəkəti protokoları ilə təkzib edildiyindən və həmin ifadəni inandırıcı hesab etməyrək özünü müdafiə məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə olan marixuananın və kultivasiya edilmiş çətənə kollarının qanunsuz olması göstərilən sübutlarla yanaşı həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əsasən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların perepartları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0.11-ci maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsinə, yetişdirilməsinə və ya toplanmasına yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevirilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlər, onların qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmə (əkmə və yetişdirmə) cinayət əməllərini törətməsi məhəkəmədə təsdiq olunduğundan onun əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri ilə tövsif edilməli, qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından ,o Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal yoxdur. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin məcmusuna ağır və az ağır cinayətlər daxil olduğundan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən ona təyin olunan cəzalar qismən toplanılmaqla qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlükəliliyini nəzərə alınmaqla ona ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyasının aşağı həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə nail olmaq olar. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanı ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-in 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edildiyindən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, narkoloji kabinetdə qeydiyyata alımaldır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə maddi sübutlar Şəmkir rayon Polis Şöbəsində saxlanılan, 39 ədəd çətənə kolları və 121,49 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Şəmkir rayon Polis Şöbəsinə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Həmçinin cinayət işinə əlavə edilmiş evinə baxış zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 01(bir) ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmaldır. İş üzrə məhkəmə məsrəfi ekspertiza tədqiqatının dəyəri 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respubliksının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. İş üzrə mülki iddia ,xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkoloji kabinetdə qeydiyyata alınsı nəzərə alınsın. İş üzrə maddi sübut Şəmkir rayon Polis Şöbəsində saxlanılan, 39 ədəd çətənə kolları və 121,49 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Şəmkir rayon Polis Şöbəsinə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. Həmçinin cinayət işinə əlavə edilmiş evə baxış zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 01(bir) ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi ekspertiza tədqiqatının dəyəri 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respubliksının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-57/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-57/2025
05.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver