Məhkəmə qərarları › İş №1(100)-575/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-575/2025

05.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-575/2025 05.03.2026 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İbişov İlkin İlqar oğlu (sədrlik edən), hakimlər X10 və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi – Bəylərov Elşad Heydər oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.1992-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, məhkumluğu olmayan, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, şübhəli şəxs qismində tutulanadək həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən külli miqdarda, yəni ayrıayrılıqda təmiz çəkiləri 1,644 qram, 1,756 qram, 1,309 qram ümumi təmiz çəkisi 4,709 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlamış, 01 sentyabr 2025-ci il tarixdə saat 12:05 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhəri, Səməd Vurğun küçəsində şübhəli şəxs qismində saxlanılaraq orada üstünün yoxlanılması zamanı əynində olan açıq yaşıl rəngli şalvarın sol yan cibindən 1 (bir) ədəd sellofan bükümdə olan 3 (üç) ədəd sellofan bükümlərdə saxladığı ayrı-ayrılıqda təmiz çəkiləri 1,644 qram, 1,756 qram, 1,309 qram ümumi təmiz çəkisi 4,709 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o əvvəllər heç vaxt narkotik vasitə istifadə etməmiş, həmçinin polis əməkdaşları onu “Xəqani” küçəsində saxlamış, sonradan S.Vurğun küçəsinə aparılaraq orada polis əməkdaşları tərəfindən üzərinə narkotik vasitə qoyularaq çəkiliş aparılmışdır. Ona narkotik vasitənin özünə məxsus olduğunu etiraf etmədiyi halda, işgəncələrə məruz qalacağı söylənilmişdir. Eyni zamanda polis əməkdaşlarının qeyd etdiyi kimi saxlanılmasında 3 nəfər polis əməkdaşı deyil, 3 avtomobil olmaqla çoxlu sayda polis əməkdaşı iştirak etmişdir. Əlavə olaraq, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, barəsində tərtib olunmuş narkoloji ekspertizanın rəyindən məlumatı olmamışdır. O, təxminən günorta saat 12 radələrində “Xəqani” küçəsində saxlanılmış, həmçinin polis əməkdaşları tərəfindən ona müxtəlif məzmunlu hədə-qorxu gəlinmişdir. Bu günə qədər müxtəlif vaxtlarda polis əməkdaşları tərəfindən şöbəyə dəvət olunaraq telefonuna baxış keçirilmiş, lakin hər-hansı qadağan olunmuş məlumat aşkar olunmamışdır. Saxlanıldığı iddia edilən S.Vurğun küçəsi ilə Vaqif küçəsi rasında məsafə təxminən 4-5 kilometr olmuşdur. Saxlanılmasının əsl səbəbini özünün dini baxışları ilə əlaqələndirir, lakin hər-hansı dini fəaliyyətlə məşğul olmamış, ölkə xaricində heç bir dini təhsil almamışdır. İbadət üçün getdiyi məsciddə axund vəzifəsini yerinə yetirən şəxs, orada insanlar arasında sonuncunun dini fəaliyyəti ilə əlaqədar yaranmış problemlərin onun tərəfindən süni yaradıldığını düşünmüşdür. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2025-ci il tarixdə, sentyabr ayının 1-də, Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsi, saxlanılması və daşınması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında əməliyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs S.Vurğun küçəsində saxlanılmış, ona saxlanılmasının səbəbi bildirilməklə üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən ümümi çəkisi təxminən 5.37 qram narkotik vasitə hesab olunan metamfetamin aşkar edilmiş və qablaşdırılaraq götürülmüşdür. Əlavə olaraq, Şahid1 məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, əməliyyat məlumatı ona daxil olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə 3 bükümdə olmuş, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni tapdığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxsa qarşı hər-hansı fiziki və ya psixi təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs Xəqani küçəsində deyil, S.Vurğun küçəsində polis əməkdaşları tərəfindən saxlanılmış, həmçinin sonradan onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı məlumat öz təsdiqini tapmamışdır.İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 01 sentyabr 2025-ci il tarixdə, Şahid1 Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli bilinməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs Səməd Vurğun küçəsində saxlanılmışdır. Sonuncunun üzərindən heroinə bənzər kütlə aşkar edilmiş və qablaşdırılaraq götürülmüşdür. Əlavə olaraq, Şahid3 məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs saxlanılmasında 3 nəfər polis əməkdaşı iştirak etmiş, video çəkiliş Şahid2 adlı polis əməkdaşı tərəfindən həyata keçirilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni satış və ya istifadə məqsədilə üzərində gəzdirməsi ilə bağlı dediklərini xatırlamamışdır. Təqsirləndirilən şəxs qarşı saxlanılan zaman hər-hansı psixi və ya fiziki təzyiq göstərilməmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə, Şahid3 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid3 ibtidai istintaq orqanına verdiyi ifadəsində şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə verərək iş üzrə onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 01 sentyabr 2025-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 sentyabr 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 03 sentyabr 2025-ci il tarixli, “cinayət əməlinin tövsif edilməsi haqqında” qərardan görünür ki, 03 sentyabr 2025-ci il tarixində ********* nömrəli cinayət işi üzrə cinayət əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb edilmə barədə qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə Rayon Məhkəməsinin 03 sentyabr 2025-ci il tarixli, 4(021)-138/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli 03 sentyabr 2025-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 01 sentyabr 2025-ci il tarixli “əməliyyat axtarış tədbirlərinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması haqqında” protokoldan görünür ki, 01 sentyabr 2025-ci il tarixdə saat 12:05 radələrində Təqsirləndirilən şəxs Bərdə şəhəri, Səməd Vurğun küçəsində saxlanılmış və üstünün yoxlanılmasına başlanılmışdır. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya psixotrop maddə saxlamaqda şübhəli olduğu və üstünün yoxlanılacağı bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan açıq yaşıl rəngli şalvarın sol yan cibindən 03 ədəd sellofan bükümdə narkotik vasitə olan heroinə bənzər kütləni təqdim etmişdir. Həmin bükümə baxış keçirilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinə bənzər kütlələr bükümlərlə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 5,37 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə bükümlə birlikdə 1 ədəd kağız zərfə qoyularaq üzəri DİN-in 94 saylı möhürü ilə möhürlənib ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Zərfin üzəri iştirakçılar tərəfindən imzalanaraq təsdiq edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinə etirazının olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs etirazının olmadığını bildirdikdən sonra üstünün yoxlanılmasına başlanılmışdır, Təqsirləndirilən şəxs üzərindən hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 01 sentyabr 2025-ci il tarixli “təqdim olunan əşyaya baxış, şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs müdafiçəsi, Bərdə rayon vəkil bürosunun vəkili X3, Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid3, Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 və RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 iştirakları ilə Azərbaycan Respublikası CPM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri Bərdə rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Misir Misirli tərəfindən izah edildikdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etmə, özündə saxlayaraq daşıma və satışı ilə məşğul olmasında şübhəli bilindiyi bildirilmişdir. İlk əvvəl Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələr və 01 ədəd DVD disk təhqiqatçıya təqdim edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs 01 ədəd “Honor” markalı mobil telefonu və 52 manat pulu masanın üzərinə qoyaraq təqdim etmiş və telefonun üzlüyündə 01 ədəd bank kartı və 01 ədəd 50 manatlıq pul əskinası olduğunu söyləmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd mobil telefon 1 ədəd kağız zərfə qoyularaq üzəri DİN-in 94 saylı möhürü ilə möhürlənib götürülmüşdür. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs ondan aşkar olunmuş kütlələrin ona məxsus olub-olmamasını, nə məqsədlə üzərində saxladığını və haradan əldə etdiyini, satışı ilə məşğul olub-olmaması, saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir təyziq olub-olmaması barədə soruşulmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin kütlələri öz istifadəsi üçün saxladığını, ona qarşı polis əməkdaşları tərəfindən heç bir təyziq olmadığını, heç bir zor tətbiq edilmədiyini, keçirilmiş istintaq hərəkəti keçirilən zaman hər hansı bir qanunsuzluğa məruz qalmadığını, şikayətinə səbəb ola biləcək hər hansı bir halın olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 bölməsinin 02 sentyabr 2025-ci il tarixli, 16/758 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə” yazı və imzalar olan 1 (bir) ədəd sellofan bükümdə olan 3 (üç) ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,644 qram, 1,756 qram, 1,309 qram, ümumi təmiz çəkisi 4,709 qram qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir və tərkiblərinə görə eynidirlər. Heroinin ümumi təmiz çəkisi- 4,709 qram, tədqiqata sərf edildi- 0,15 qram (hər birindən 0,05 qram), qalıq- 4,559 qram. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhəri Narkoloji Dispanserin 01 dekabr 2025-ci il tarixli 1891 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə rayon polis şöbəsinə verilən əməliyyat tapşırığının cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 03 (üç) ədəd sellofan bükümlərdə saxladığı kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə etdiyi mənbənin, o cümlədən bu barədə məlumatı olan şəxs və ya şəxslərin dairəsinin, həmçinin, narkotik vasitə və ya onun prekursorlarını, psixotrop maddə satmasını müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə edilməmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə üzərində saxladığı müəyyən edilsə də, Təqsirləndirilən şəxs konkret olaraq kimə, hansı miqdarda narkotik vasitə satması müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 02 dekabr 2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd sellofan bükümdə olan 3 (üç) ədəd sellofan bükümlərdə ümumi təmiz çəkisi 4,709 qram olmuş, ekspertizadan sonra qalıq çəkisi 4,559 qram qalmış kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin iş üzrə maddi sübut kimi tanınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin kserosurətindən görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X1 Nağıyevin qızıdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin kserosurətindən görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X2 Nağıyevin oğludur. Məhkəmə Təqsirləndirilən şəxs, məhkəməyə verdiyi ifadəsində ibtidai araşdırma zamanı polis əməkdaşları tərəfindən psixoloji təzyiqlərə məruz qalması, onun dini baxışları ilə əlaqədar saxlanması və ondan aşkar olunan narkotik vasitə olan heroinin polis əməkdaşları tərəfindən qoyulması, həmçinin polis əməkdaşları tərəfindən S.Vurğun küçəsində deyil, Vaqif küçəsində saxlanılması ilə bağlı qeyd etdiyi xüsusatlara tənqidi yanaşır və həqiqətə uyğun hesab etmir. Belə ki, qeyd olunan xüsusatlar Təqsirləndirilən şəxs özünün ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsi, üzərinə keçirilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələri, istintaq hərəkətlərinin protokolları, digər sübutlar və işin faktiki halları ilə tam təkzib olunur Belə ki, 01 sentyabr 2025-ci il tarixli “əməliyyat axtarış tədbirlərinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılması haqqında” protokoldan görünür ki, 01 sentyabr 2025ci il tarixdə saat 12:05 radələrində Təqsirləndirilən şəxs Bərdə şəhəri, Səməd Vurğun küçəsində saxlanılmış və üstünün yoxlanılmasına başlanılmışdır. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya psixotrop maddə saxlamaqda şübhəli olduğu və üstünün yoxlanılacağı bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan açıq yaşıl rəngli şalvarın sol yan cibindən 03 ədəd sellofan bükümdə narkotik vasitə olan heroinə bənzər kütləni təqdim etmişdir. Həmin bükümə baxış keçirilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinə bənzər kütlələr bükümlərlə ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 5,37 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə bükümlə birlikdə 1 ədəd kağız zərfə qoyularaq üzəri DİN-in 94 saylı möhürü ilə möhürlənib ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Zərfin üzəri iştirakçılar tərəfindən imzalanaraq təsdiq edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinə etirazının olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs etirazının olmadığını bildirdikdən sonra üstünün yoxlanılmasına başlanılmışdır, Təqsirləndirilən şəxs üzərindən hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Bundan başqa, 01 sentyabr 2025-ci il tarixli “təqdim olunan əşyaya baxış, şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs müdafiçəsi, Bərdə rayon vəkil bürosunun vəkili X3, Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid3, Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 və RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 iştirakları ilə Azərbaycan Respublikası CPM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri Bərdə rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Misir Misirli tərəfindən izah edildikdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etmə, özündə saxlayaraq daşıma və satışı ilə məşğul olmasında şübhəli bilindiyi bildirilmişdir. İlk əvvəl Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələr və 01 ədəd DVD disk təhqiqatçıya təqdim edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs 01 ədəd “Honor” markalı mobil telefonu və 52 manat pulu masanın üzərinə qoyaraq təqdim etmiş və telefonun üzlüyündə 01 ədəd bank kartı və 01 ədəd 50 manatlıq pul əskinası olduğunu söyləmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd mobil telefon 1 ədəd kağız zərfə qoyularaq üzəri DİN-in 94 saylı möhürü ilə möhürlənib götürülmüşdür. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs ondan aşkar olunmuş kütlələrin ona məxsus olub-olmamasını, nə məqsədlə üzərində saxladığını və haradan əldə etdiyini, satışı ilə məşğul olub-olmaması, saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir təyziq olub-olmaması barədə soruşulmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin kütlələri öz istifadəsi üçün saxladığını, ona qarşı polis əməkdaşları tərəfindən heç bir təyziq olmadığını, heç bir zor tətbiq edilmədiyini, keçirilmiş istintaq hərəkəti keçirilən zaman hər hansı bir qanunsuzluğa məruz qalmadığını, şikayətinə səbəb ola biləcək hər hansı bir halın olmadığını bildirmişdir. Odur ki, məhkəmə iş üzrə yuxarıda sadalanan halları, eyni zamanda, Təqsirləndirilən şəxs özünün ibtidai istintaq zamanı verdiyi ilkin qismən etirafedici ifadəsini, şahid ifadələrini, ekspertiza rəylərini, istintaq hərkətlərinin protokollarını və digər sənədləri qarşlıqlı təhlil edərək, Təqsirləndirilən şəxs məhkəmə baxışı iclası zamanı verdiyi ifadəsinin deyil, ibtidai istintaq zamanı vermiş olduğu ilkin ifadəsinin işin hallarına daha uyğun olduğundan əsas götürülməsini məqsədəmüvafiq hesab edir. Bununla belə, məhkəmə eyni zamanda vurğulayır ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə edib, saxladığı ümümi təmiz çəkisi 4,709 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, üzərində saxlaması və daşıması qənaətinə gəlsə də, məhkəməyə satış məqsədinin nədə ifadə edilməsinə dair sübut təqdim etməmişdir. Nə iş üzrə aparılmış ibtidai araşdırma zamanı, nə də ki, məhkəmə tərəfindən aparılan məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan miqdarda heroini satış məqsədilə əldə etməsini, saxlamasını və daşımasını təsdiq edən hər hansı bir sübut müəyyən edilməmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş polis əməkdaşlarının ifadələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması və ya satış məqsədilə saxlaması barədə heç bir məlumat əldə edilmədiyini bildirmişlər. Belə olduğu təqdirdə istintaq orqanı tərəfindən hansı əsasla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilməsi qeyri-müəyyəndir. Cinayət işinin materiallarından da göründüyü kimi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni kiməsə əvəzli və ya əvəzsiz olaraq satması, belə bir niyyətinin, məqsədinin olmasına dair hər hansı mötəbər sübut mövcud deyildir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.11-ci maddəsinə əssən narkotik vasitələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 08 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın və işin digər halları nəzərə alınmalıdır. Hazırkı iş üzrə Təqsirləndirilən şəxs narkotik vasitə olan heoini satış məqsədi ilə əldə edib saxlamasına dair qeyd edilən qanunda və adı çəkilən plenum qərarında göstərilən xüsusatların heç biri müəyyən olunmamışdır. Şəxsin narkotik vasitəni və ya psixotrop maddəni satış məqsədi ilə əldə etməsinə dair heç bir mötəbər sübut olmadığı halda, təkcə narkotik vasitənin və ya psixotrop maddənin çəkisinin külli miqdarda olmasını ehtimal edib, narkotik vasitəni və ya psixotrop maddəni satış məqsədi ilə əldə etməsi qənaətinə gəlmək tamamilə yanlışdır. Cinayət işi üzrə araşdırılan sübutlardan da göründüyü kimi, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı hər hansı niyyəti olmamış və ibtidai istintaq orqanı sonuncuya CM-in 234.4.3-cü maddəsi ilə ittiham irəli sürərkən sırf aşkar edilmiş narkotik vasitə olan heroinin külli miqdarda olmasına əsaslanmışdır. Təqsirkar şəxsin narkotik vasitə heroini məhz satış məqsədi ilə əldə edib saxlamasını təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması və s. bu kimi hallar müəyyən edilməmişdir ki, bu isə öz növbəsində təqsirləndirilən şəxsə qarşı CM-in 234.4.3-cü maddəsi ilə vermiş ittihamın ehtimallar və fərziyyələr əsasında qurulması barədə məhkəmənin gəldiyi nəticənin əsaslı olmasını təsdiq edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi –hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)...məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Cinayət işi üzrə toplanmış sübutları cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, məhkəmə bir daha vurğulayır ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik maddəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə edərək saxlaması birbaşa və ya dolayı yolla hər hansı sübutla təsdiq olunmur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs sözügedən narkotik vasitə olan heroini satış məqsədi olmadan şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə etməsi, saxlaması, daşıması onun özünün ibtidai araşdırma zamanı verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, üzərinə keçirilmiş şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan, şahidlərin ifadələri, ekspertiza rəyləri ilə, əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə protokolla və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Təqsirləndirilən şəxs aşkar olunmuş psixotrop maddələrin qanunsuz olması yuxarıda sadalanan sübutlarla yanaşı, həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının, 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.2-ci maddəsinə əsasən psixotrop maddələr - BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Həmin Qərarın 5-ci bəndində göstərilmişdir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Həmin Qərarın 6-cı bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair izah Qanunun 1.0.8-ci maddəsində təsbit edilmişdir. Qanunun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bundan başqa Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» müəyyən edilmiş 1 saylı Siyahının tələbləri baxımından da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» 1 saylı Siyahısına əsasən heroin narkotik vasitə hesab olunur, heroinin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarı isə 2 qram və ondan yuxarı hesab olunur. Beləliklə, məhkəmə, ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası CPM-in 144- 146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır və həmin cinayətin törədilməsində o, təqsirlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, ona yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bundan baqşa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan minimum həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Digər tərəfdən məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə azadlıqdan məhrumetmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun törətdiyi cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə, habelə törətdiyi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsinə və ya onun şərti məhkum edilməsinə isə əsaslar yoxdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladının olması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 01 sentyabr 2025-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 sentyabr 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə Rayon Məhkəməsinin 03 sentyabr 2025-ci il tarixli, 4(021)-138/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli 03 sentyabr 2025-ci il tarixdən hesablanmışdır. Bərdə Rayon Məhkəməsinin yuxarıda qeyd olunmuş qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 01 sentyabr 2025-ci il tarixdən hesablanmış, lakin 01 sentyabr 2025-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 sentyabr 2025-ci il tarixdə şübhəli şəxs qismində tutularaq faktiki olaraq azadlığı məhdudlaşdırılmışdır. CPM-in 147.4-cü maddəsinə müvafiq olaraq isə barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Odur ki, Qanunun tələblərinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməklə həbsetmənin əvvəli 01 sentyabr 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, maddi sübut olan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd sellofan bükümdə olan 03 (üç) ədəd sellofan bükümlərdə ümumi təmiz çəkisi 4,709 qram olmuş, ekspertizadan sonra qalıq çəkisi 4,559 qram qalmış kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin Bərdə RPŞ-nin saxlanc anbarına təhvil verilmiş və Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair 03 (üç) ədəd disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanma anbarına saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd sellofan bükümdə olan 03 (üç) ədəd sellofan bükümlərdə ümumi təmiz çəkisi 4,709 qram olmuş, ekspertizadan sonra qalıq çəkisi 4,559 qram qalmış kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiya” tərəfindən həyata keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhəri Narkoloji Dispanserin 01 dekabr 2025-ci il tarixli 1891 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Həmçinin müəyyən edilmişdir ki, iş üzrə 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona həmin maddə ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 01 sentyabr 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd sellofan bükümdə olan 03 (üç) ədəd sellofan bükümlərdə ümumi təmiz çəkisi 4,709 qram olmuş, ekspertizadan sonra qalıq çəkisi 4,559 qram qalmış kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin məhv edilsin. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. İş üzrə məhkəmə məsrəfləri – 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar