Məhkəmə qərarları › İş №1(100)-578/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(100)-578/2025

09.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(100)-578/2025 09.01.2026 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Müslümov Bəhruz Firizman oğlu (sədrlik edən), hakimlər X18 və İmanov Dadaş Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi – Əliyev Nicat Şirzad oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X12, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 182.2.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Cinayət Məcəlləsi) 12.1, 182.2.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində olan cinayət işi Şirvan şəhər polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis kapitanı X16 tərəfindən aparılmış ibtidai istintaq başa çatdıqdan və ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Şirvan şəhər prokuroru tərəfindən təsdiq edildikdən sonra baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Məhkəmə cinayət işi üzrə keçirilən hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 182.2.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilməsinə və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə xüsusatları nəzərdən keçirmişdir. Cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - Cinayət-Prosessual Məcəllə) 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququ pozulmuş, Cinayət-Prosessual Məcəllənin 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktı həmin Məcəllənin 289-cu maddəsinin tələblərinə uyğun tərtib edilməmiş, Cinayət-Prosessual Məcəllənin 303.3.8-ci maddəsinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286 və 288-ci maddələrinin tələblərinin pozulmuşdur. Qeyd edilən cinayət işinin materialları öyrənilərkən iş üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması, Cinayət-Prosessual Məcəllənin 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının həmin Məcəllənin 289-cu maddəsinin tələblərinə uyğun olmaması, 303.3.8-ci maddəsinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286 və 288-ci maddələrinin tələblərinin pozulması müəyyən edilmişdir. İlk növbədə Cinayət-Prosessual Məcəllənin 285.1-ci maddəsinə əsasən müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün onu vərəqləri nömrələnmiş və hər bir cilddə sənədlərin siyahısı olmaq şərti ilə bir və ya bir neçə tikilmiş cilddə təqdim edir. İşdə saxlanılan maddi sübutlar və istintaq hərəkətlərinin protokollarına əlavələr də təqdim edilməlidir. Cinayət işi bir neçə cilddən ibarət olduqda onun bütün cildləri eyni vaxtda təqdim edilir. Eləcə də, cinayət prosesinin iştirakçılarını cinayət işinin materialları ilə tanış edərkən müstəntiq protokollara əlavə edilən yazılar, fotoşəkillər, çəkiliş lentləri və başqa məlumat daşıyıcılarını nümayiş etdirməklə tanış etməlidir. Lakin, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X19 cinayət işinin materialları ilə tanış olarkən (cild İİİ, səhifə 70-71) cinayət işi üzrə maddi sübut qismində tanınmış 2 (iki) ədəd disk müstəntiq tərəfindən yalnız təqdim edilməklə kifayətlənmiş, maddi sübutlar nümayiş etdirilməmiş, eləcə də tanışetmə protokolunda həmin disklərin nümayiş etdirilməməsinin səbəbi barədə qeyd aparılmamışdır. Tanışetmə protokolunda təqsirləndirilən şəxsin 1 (bir) ədəd disklə tanış edilməsi qeyd edilmiş, maddi sübut olaraq tanınmış digər disklə tanış olub-olmaması bildirilməmişdir. Eləcə də, Protokol tam tərtib olunmamış, yarımçıqdır. Belə ki, tanışetmə protokolunun İ səhifəsinin sonunda “ibtidai araşdırmaya prosessual” sözləri yazılmış və səhifə bitmişdir. İİ səhifəsində isə abzasdan tamam başqa bir qeyd yazılmışdır. Eləcə də, tanışetmə protokulunda sözügedən ittiham aktının ibtidai araşdırmaya prosessual rəhbərlik edən prokuror tərəfindən təsdiq edilməsi və işin baxılmasının hansı məhkəməyə aid olmasına dair qeydlər daxil edilmədən, tanışetmə protokolu yarımçıq şəkildə tərtib edilmişdir. Qeyd olunan xüsusatları məhkəmə tərkibi Cinayət Prosessual Məcəllənin 303.3.8-ci maddəsinə əsasən sözügedən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair tələblərinin pozulması kimi qiymətləndirir. Təqsirləndirilən şəxs hədə-qorxu gələrək zərərçəkmişlərdən pulu tələb etməsi, zərərçəkmiş Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixdə Şirvan şəhərində özünə məxsus bank kartından Təqsirləndirilən şəxs məxsus "xxxx" ASC-yə aid **********22 3872 nömrəli karta 400 (dörd yüz) manat pul köçürməsi, eləcə də Zərərçəkmiş şəxs2 isə ondan tələb olan 2000 (iki min) manat pulu xx.xx.2024-cü il tarixdə Ağstafa şəhəri, H.Əliyev prospektində yerləşən Ağstafa marketdə yerləşən ödəniş terminalından Təqsirləndirilən şəxs məxsus "xxxx" ASC-yə aid **********22 3872 nömrəli karta köçürməsi cinayət işinin materiallarından görünür. Lakin, təqsirləndirilən şəxsə qarşı iittiham aktının cəlb hissəsində zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxsə pulu hansı ünvanlardan köçürülməsi qeyd edilməmişdir, bu hal isə qeyri-müəyyən ittiham olaraq qiymətləndirilir və nəticə etibarı ilə CPM-in 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasıdır.(cild İİİ, səhifə 87-88) Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixdə etiraz edilə bilən şəxslərə dair Protokol təqdim edilmiş (cild İ, səhifə 129), həmin Protokol Tovuz RPŞ-nin İB-nin müstəntiqi polis kapitanı Amil Qurbanov tərəfindən təqdim edilməsinə baxmayaraq, Protokolda Tovuz RPŞ-nin İB-nin baş müstəntiqi, polis mayoru X17 tərəfindən təqdim olunması qeyd edilmişdir. Eləcə də, zərərçəkmiş Zərərçəkmiş şəxs2 əvəzinə X2 adı yazılmışdır. Zərərçəkmiş şəxsə hüquq və vəzifələri tanış edilməsi barədə xx.xx.2024-cü il tarixli Protokola əsasən tanış edən şəxs Tovuz RPŞ-nin İB-nin müstəntiqi Amil Qurbanovun olmasına baxmayaraq, Protokolda Tovuz RPŞ-nin İB-nin baş müstəntiqi X7 adı yazılmış, sonuncunun hansı prosessual statusda çıxış etməsi, ümumiyyətlə hansı cinayət işi üzrə cəlb edilməsi müəyyən olunmamışdır. (cild İ, səhifə 127-128) Həm Zərərçəkmiş şəxs2 (cild İ, səhifə 129), həm də Təqsirləndirilən şəxs (cild İ, səhifə 274) təqdim edilmiş etiraz edilə bilən şəxslər haqqında məlumatların cinayət prosessi iştirakçısına bildirilməsi haqqında Protokollarda mütəxəssis X13 qarşı etirazların olub-olmaması dəqiqləşdirilmişdir. Lakin, cinayət işinin materiallarından görünmür ki, mütəxəssis X5, hansı prosessual fəaliyyətə görə cəlb edilib, eləcə də mütəxəssis qismində işə cəlb edilməsi barədə ümumiyyətlə qərar cinayət işində yoxdur. Belə ki, barəsində etirazın qəbul edilib-edilməməsi barədə şəxsin mütəxəssis qismində cəlb edilməsinə dair, eləcə də fəaliyyətinə dair cinayət işində heç bir məlumat yoxdur. Cinayət işi üzrə sübut qismində tanınmış Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs (cild İ, səhifə 136-140) arasında olan Vatsap ani mesajlaşma xidmətindən olan yazışmalar sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilsə də sözügedən sübutların kim tərəfindən təqdim edilməsi, götürülməsi cinayət işinin materiallarından görünmür. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Heydər Əliyev adına X11 Qazaxıstana yola düşmüşdür. (cild İ, səhifə 185) Bu səbəbdən də, müstəntiq tərəfindən xx.xx.2025-ci il tarixdə təqsirləndirilən şəxsin xarici ölkədə olması səbəbindən axtarış elan edilmişdir. (cild İ, səhifə 186-188) Tovuz RPŞ-nin İB-nin müstəntiqi Amil Qurbanov tərəfindən təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2025-ci il tarixli vəsatətdə (cild İ, səhifə 192- 194) və Tovuz rayon prokuroru Maarif Hüseynovun eyni məzmunlu xx.xx.2025-ci il tarixli təqdimatında (cild İ, səhifə 195-197) görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaqdan yayındığı və xarici ölkədə olması səbəbindən barəsində həbs qətimkan tədbirinin seçilməsi qeyd edilmişdir. Eləcə də, Tovuz rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 4 (062)-2/2025 saylı qərarı ilə təqdimat təmin edilmiş, təqsirləndirilən şəxsin Rusiya Federasiyasında olması qeyd edilməklə, barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (cild İ, səhifə 201-204) Lakin, Tovuz RPŞ-nin İB-nin müstəntiqi Amil Qurbanov Təqsirləndirilən şəxs xaricdə olmasını nəzərə almamış, müdafiəçi təyin edilməsi haqqında qərar qəbul etmişdir. Həmin Qərarda göstərmişdir ki, Təqsirləndirilən şəxs müdafiəçilərin siyahısı təqdim edildi, Təqsirləndirilən şəxs həmin siyahıda olan vəkillərə etiraz etmədi, hüquqlarının müdafiə olunması məqsədilə həmin siyahıdan X1, hüquqlarının həmin vəkil tərəfindən müdafiə olunmasını xahiş etmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Rusiya Federasiyasında saxlanılmış, xx.xx.2025-ci il tarixdə Azərbaycana ekstradisiya olunaraq, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasına daxil olmuşdur. (cild İ, səhifə 224) Yəni, Təqsirləndirilən şəxs ölkə ərazisində olmadığı vaxtda, yəni xx.xx.2025-ci il tarioxdə ona müdafiəçilərin siyahısının təqdim olunması həmin siyahıdan hüquqlarının müdafiəsi məqsədilə vəkili seçməsi həqiqəti əks etdirmir. Qeyd olunan qərar formal xarakter daşımaqla, təqsirləndirilən şəxsin hüquqlarının pozuntusu kimi qiymətləndirilməlidir. Cinayət işi üzrə xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında Qərarın girişindən görünür ki, müstəntiq cinayət işi üzrə 182.2.2-ci maddə ilə istintaq aparmış, yekunda təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 12.1, 182.2.2-ci maddəsinə tövsif etmədən, həmin maddə ilə ittihamın elan edilməsini qeyd etmişdir. (cild İİİ, səhifə 21 və 36) Təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərarda Şirvan ŞPŞ-nin İB-nin müstəntiqi X28 İsmayılovu Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən təqsirləndirilən şəxs qismində cəlb etmişdir. Bu da qeyri-müəyyən ittiham olduğundan təqsirləndirlən şəxsin müdafiə hüququnun pozulması kimi qiymətləndirilməlidir. (cild İ, səhifə 75). Eləcə də, təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərarda ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Şirvan şəhər prokuroruna deyil, Tovuz rayon prokuroruna məlumat vermişdir. (cild İ, səhifə 75). Şirvan şəhər polis şöbəsinin müstəntiqi istintaq hərəkətini Tovuz rayonunda aparması, ibditai araşdırmaya prosessual rəhbərbərlik edən prokurora heç bir təsir etmir. Belə ki, Şirvan şəhər polis şöbəsinin müstəntiqi istintaq hərəkətinin Tovuz rayonunda aparılmasını əsas gətirərək ibtidai araşdırmaya prosessual rəhbəri Tovuz rayon prokuroru kimi qiymətləndirmişdir. Cinayət işinin materialından görünür ki, təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar 02 (iki) vərəqdən ibarət olsa da, Qərarın surətinin verilməsi haqqında Protokolda 01 (bir) vərəq olaraq qeyd edilmişdir. (cild İ, səhifə 75) Eyni zamanda cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci ildə müdafiəçisinin iştirakı ilə yenidən ittiham olunsa da, bu dəfə də ona yenə Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə təkrar ittiham elan olunmuşdur. Lakin, təqsirləndirilən şəxsə təqdim edilmiş qəbzdən görünür ki, Təqsirləndirilən şəxs sözügedən qərarın surəti və yazılı bildiriş 5 gün qabaq, yəni xx.xx.2025-ci il tarixdə verilmişdir. Təqsirləndirilən şəxsə belə bir qərarın qəbul olunmamışdan 5 gün qabaq sözügedən qəbzin verilməsi, həqiqəti əkst etdirmir və onun müdafiə hüququnun pozulması kimi qiymətləndirilməlidir. Cinayət işinin İ cildi, səhifə 74-dən görünür ki, Şirvan Şəhər Polis Şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis kapitanı Vüqar Hüseynov Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə ittiham irəli sürmüş və Tovuz rayon Vəkil Bürosunun vəkili X8 dövlət hesabına müdafiəçi qismində işə buraxılmasına baxmayaraq, sonuncunun hansı tarixli, hansı order əsasında hansı maddə ilə istintaq edilən cinayət işinə baxılması barədə Protokolda heç bir qeyd aparılmamışdır. Cinayət işi üzrə müdafiəçinin təqsirləndirilən şəxsə təqdim edilməsi haqqında xx.xx.2025-ci il tarixli Qərarda Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 182.1ci maddəsi ilə cinayət işinin başlanması deyil, həmin Məcəllənin 181.1-ci maddəsi ilə cinayət işinin başlanması qeyd edilmişdir. Belə olan halda isə təqsirləndirilən şəxsin müdafiəçisi məhz müdafiə etdiyi şəxsin hansı əməl üzrə təqsirləndirilməsini bilməməklə yanaşı, sonuncunun müdafiə taktikasının qurulmasında da qeyri-müəyyənliklə üzləşmiş olur. (cild İİ səhifə 122) Eyni məzmunlu nöqsana müdafiəçinin cinayət prosessində iştirakına xitam verilməsi haqqında xx.xx.2025-ci il tarixli Qərarda və məktubda da yol verilmişdir. (cild İİ, səhifə 33- 34) Cinayət işi üzrə icraat xx.xx.2025-ci ildə CPM-nin 53.1.3-cü maddəsi ilə dayandırılsa da, xx.xx.2025-ci il tarixdə cinayət işinə ümumiyyətlə aidiyyəti olmayan telefon nömrələrinə dair sorğular icra edilərək, iş materiallarına əlavə edilmişdir. (cild İ, səhifə 210-218) Cinayət işi üzrə İ cild 220-221-ci səhifələrdə başqa cinayət işi üzrə təqsirləndirilən şəxs X3 barəsində olan Tovuz rayon məhkəməsinin qərarı və məktubu iş materiallarına daxil edilmişdir. Cinayət işi üzrə İ cild 222-ci səhifədə yenidən başqa cinayət işi üzrə (2********) "xxxx" MMC-yə yazılmış məktub daxil edilmişdir. Cinayət işinin materiallarında təqsirləndirilən şəxsə və onun müdafiəçisinə eyni məzmunlu və eyni tarixli 2 etiraz protokolu (N831 və 832) təqdim edilmiş, hansı zərurətdən təqdim edilməsi əsaslanmamışdır. (cild İ, səhifə 81-82) Cinayət işinin icraata qəbul edilməsinə dair ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və təqsirləndirilən şəxsə göndərilmiş xx.xx.2025-ci il tarixli məktubda təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi maddə 181.1-ci maddə olaraq qeyd edilmişdir. (cild İ, səhifə 111-112) Cinayət işi üzrə Təqsirləndirilən şəxs ifadə verərkən (cild İİ, səhifə 131-132) onu sözügedən hədə-qorxu cinayətini törətməyə Tovuz RPŞ-nin və Şəki ŞRPŞ-nin əməkdaşlarının təhrik etmələrini bildirmişlər. Belə ki, təqsirləndirilən şəxs Tovuz RPŞ-də Cinayət Axtarış Bölməsində əməliyyatçı vəzifəsində işləyən X9 və X6 ona Tovuz rayon sakini Etibar Daşdıyevə hədə-qorxu gələrək pul alınması barədə sözügedən cinayətə təhrik edilməsini bildirmişdir. Eləcə də, Şirvan şəhər sakini Zərərçəkmiş şəxs1 qarşı hədə-qorxu ilə tələbetmə cinayətində isə Şəki şəhər rayon polis şöbəsinin cinayət axtarış bölməsinin rəisi vəzifəsində işləyən X21 və həmin şöbənin post-patrul xidməti bölüyünün polis nəfəri X23 tərəfindən təhrik edilməsini bildrimişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs onun sözügedən hədə-qorxu cinayətlərini törətməsini Tovuz RPŞ-nin və Şəki ŞRPŞ-nin əməkdaşları tərəfindən təşviq edilməsini və zərərçəkmişlərin məhz onların göstərişi əsasında seçilməsini bildirmişdir. Belə olan halda isə həmin şəxslərin məhz Təqsirləndirilən şəxs cinayət törətməyə sövq edib-etməməsinin səbəblərini müəyyən etmək məqsədilə Şirvan şəhər polis şöbəsinin istintaq bölməsinin müstəntiqi, polis kapitanı Vüqar Hüseynov tərəfindən araşdırma aparılmış, sözügedən şəxslər cinayət işi üzrə şahid qismində dindirilmiş və nəticədə sübutların qiymətləndirmə qərarına əsasən barələrində cinayət işinin başlanmasına Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinin tələblərini rəhbər tutaraq rədd edilmişdir. Baxmayaraq ki, cinayət işi üzrə Şirvan şəhər polis şöbəsinin istintaq bölməsinin müstəntiqi, polis kapitanı Vüqar Hüseynovun sözügedən polis əməkdaşları barəsində cinayət işinin aparılmasına səlahiyyəti yoxdur, belə səlahiyyət olmadan araşdırma aparmış və yekun qərar qəbul etmişdir. Cinayət-Prosessual Məcəllənin 120.2.-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan aşağıdakıları etməlidir: 120.2.1. cinayət prosesində iştirak edən hər bir şəxsə hüquq və vəzifələrini izah etmək, onların həyata keçirilməsinə imkan yaratmaq (bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada şəxsə onun hüquq və vəzifələri sadalanan yaddaş vərəqinin verilməsi cinayət prosesini həyata keçirən orqanı həmin şəxsin xahişi ilə müvafiq izahlar verməkdən azad etmir); 120.2.2. etiraz edilə bilən şəxslərin soyadları və bu şəxslər barədə digər zəruri məlumatları cinayət prosesinin iştirakçılarına bildirmək. Təqsirləndirilən şəxs öz müdafiəsi məqsədilə dəlillər gətirməsinə və sözügedən halların yoxlanılmasına zərurətin olmasına baxmayaraq, müstəntiq yalnız şahidlərin ifadələrini almaqla kifayətlənmiş, eləcə də keçirilmiş üzləşdirmə zamanı təqsirləndirilən şəxsin yuxarıda adları çəkilən şəxsləri ittiham etməsinə və məhz sözügedən cinayətlərə onlar tərəfindən təhrik edilməsini bildirməsinə baxmayaraq müstəntiq tərəfindən səlahiyyətlərinə aid olmayan araşdırma aparılmışdır. 215.1. Böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat şəklində aparılan təhqiqat istisna olmaqla, bütün cinayət işləri üzrə ibtidai istintaqın aparılması məcburidir. Cinayət-Prosessual Məcəlləsinin 215.3.2-ci maddəsinə əsasən ədliyyə, polis, təhlükəsizlik, miqrasiya, fövqəladə hallar, vergi və gömrük orqanları əməkdaşlarının təqsirləndirilməsinə dair cinayət işləri üzrə ibtidai istintaq prokurorluq tərəfindən aparılır. Cinayət Prosessual Məcəllənin qeyd olunan normasından da aydın görünür ki, 120.2. Cinayət prosesini həyata keçirən orqan aşağıdakıları etməlidir: 120.2.1. cinayət prosesində iştirak edən hər bir şəxsə hüquq və vəzifələrini izah etmək, onların həyata keçirilməsinə imkan yaratmaq (bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada şəxsə onun hüquq və vəzifələri sadalanan yaddaş vərəqinin verilməsi cinayət prosesini həyata keçirən orqanı həmin şəxsin xahişi ilə müvafiq izahlar verməkdən azad etmir); Cinayət Prosessual Məcəllənin 121.2-ci maddəsinə əsasən vəsatətə və ya xahişə əsasən qəbul edilmiş qərar əsaslandırılmalı və həmin qərarda ərizəçinin dəlillərinə verilmiş qiymət öz əksini tapmalıdır. Cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatət və xahişlər rədd edilə bilməz. Məhkəmə polisin gizli fəaliyyət göstərə biləcəyini, lakin cinayətə təhrik etməməli olduğunu vurğulamışdır. (Xudobin Rusiyaya qarşı, §128) Ərizəçinin ilkin etirazına baxmayaraq təkrar təklifin verilməsi, inadkarlıqla cinayətə təhriklə bağlı işlərdə Konvensiyanın 6-cı maddəsi yalnız o halda pozulmur ki, ərizəçi məhkəmə araşdırması zamanı faktiki olaraq etirazla və ya başqa üsulla təhriklə bağlı məsələ qaldırmaq imkanında olsun. Tərəflərin bərabərliyi və ya müdafiə hüququ kimi ümumi təminatlara riayət olunması faktı öz-özlüyündə kifayət deyil. Belə işlərdə Məhkəmə bildirmişdir ki, təhrikə yol verilmədiyini sübuta yetirmək ittiham tərəfinin öhdəsinə düşür, bir şərtlə ki, təqsirləndirilən şəxsin bəyanatları tamamilə ağlasığmaz olmasın. Ərizəçinin cinayət ittihamı ilə əlaqədar olaraq təqsirini etiraf etdiyi barədə bəyanat verməsi faktı özözlüyündə birinci instansiya məhkəməsini təhriklə bağlı bəyanatları yoxlamaq vəzifəsindən azad etmir. (Ramanauskas Litvaya qarşı [BP] § 69-71) Təqsirləndirilən şəxs cinayət törətməyə təhrik edildiyini bəyan edirsə, cinayət işləri üzrə məhkəmə iş materiallarını ehtiyatla yoxlamalıdır, çünki 6-cı Maddənin 1-ci bəndi çərçivəsində ədalətli məhkəmə araşdırması üçün polis təhriki nəticəsində əldə edilmiş bütün sübutların istifadəsi istisna edilməlidir. Cinayət işi üzrə təqsirləndirilən şəxsin dindilirməsi haqqında xx.xx.2025-ci il tarixli Protokoldan görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan tarixdə dindirilərkən müdafiəçisi qismində X4 iştirak etmişdir. Baxmayaraq ki, Ağaşirin Ələkbərovun müdafiəçi qismində iştirakına xitam verilmiş, sözügedən tarixdə təqsirləndirilən şəxsin müdafiəçisi X19 müdafiəçi olaraq təyin olunmuş, istintaq hərəkətləri onunda davam etmiş, ifadənin yekununda Fizuli Eyvazov imzalamışdır. (cild İİİ, səhifə 59) Eləcə də, sözügedən cinayət işi üzrə aşağıdakı pozuntulara yol verilmişdir. Belə ki, Zərərçəkmiş şəxs2 ibtidai istintaqın qurtarılması barədə məlumat verərkən və cinayət işinin materialları ilə tanış edərkən, cild İİİ, səhifə 69 və 73-də təqsirləndirilən şəxsin ittiham olunduğu maddəni Cinayət Məcəlləsinin 12.1, 182.2.2-ci maddəsi əvəzinə 182.2.2-ci maddəsi kimi qeyd edilmişdir. Təqsirləndirilən şəxsla zərərçəkmiş Etibar Daşdıyevin arasında keçirilmiş xx.xx.2025-ci il tarixli üzləşdirmə zamanı təqsirləndirilən şəxs Protokolu imzalamaqdan imtina etmiş, müstəntiq sözügedən hərəkəti vəsatət olaraq qəbul etmiş, baxmış və rədd olunması barədə qərar qəbul edərək heç bir əsas göstərmədən qəbul olunmuş qərar barədə Tərtər rayon prokurorluğuna məlumat göndərmişdir. (cild İİ, səhifə 227) Cinayət işi üzrə təqsirləndirilən şəxsin verdiyi vəsatət xx.xx.2025-ci il tarixli qərarla vəsatət rədd edilmiş və yenə heç bir əsas göstərmədən qəbul olunmuş qərar barədə Tərtər rayon prokurorluğuna məlumat göndərmişdir. (cild İİİ, səhifə 63-64) Eyni zamanda cinayət işinin materiallardan görünür ki, (cild İİ, səhifə 130) işə yeni qoşulmuş müdafiəçi xx.xx.2025-ci il tarixdə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə əlavə dindirilməsini xahiş etmişdir. Müstəntiq V.Hüseynov isə xx.xx.2025-ci il tarixdə təqsirləndirilən şəxsi əlavə dindirmişdir. (cild İİ, səhifə 131-132) Eyni zamanda iş materiallarında olan Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli Qərardan çıxarışından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti 15 (on beş) gün müddətinə, yəni 10 dekabr 2025-ci il tarixdən 25 dekabr 2025-ci il tarixədək uzadılmışdır. Cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsinə icraatına 19 dekabr 2025-ci il tarixdə daxil olmuş və daxil olarkən də təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin bitməsinə cəmi 6 (altı) gün qalmışdır. Baxmayaraq ki, Cinayət-Prosessual Məcəllənin 292.1-1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində həbs və ya ev dustaqlığı qətimkan tədbiri seçilmişdirsə, cinayət işi həmin qətimkan tədbirinin müddətinin bitməsinə ən azı 15 gün qalmış məhkəməyə göndərilməlidir. Belə olan halda isə məlum olur ki, cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsinin icraatına qanunvericiliklə müəyyən edilmiş tarixdən daha gec daxil olmuşdur. Eyni zamanda cinayət işi üzrə məhkəmə-narkoloji ekspertizasının rəyi ilə təqsirləndirilən şəxsin tanış edilməsi zamanı, təqsirləndirilən şəxsə məhkəmə-narkoloji ekspertizasının deyil məhkəmə-psixiatrik ekspertizasının rəyi ilə tanış edilərək, vəsatətinin olub-olmaması aydınlaşdırılmışdır. (cild İİİ, səhifə 57) Qeyd olunanlardan başqa cinayət işi üzrə xx.xx.2025-ci il tarixli Sübutların qiymətləndirilməsi haqqında Qərarın qəbul edilməsi göstərilmiş (cild İİ, səhifə 197-210), eləcə də daha sonra zərurət əsaslandırılmadan istintaq davam etdirilmiş, nəticədə xx.xx.2025-ci il tarixdə təkrar Sübutların qiymətləndirilməsi haqqında ikinci dəfə Qərar qəbul edilmişdir. (cild İİİ, səhifə 21-37). Eyni zamanda iş üzrə tərçüməci olmadığı halda xx.xx.2025-ci il tarixli Protokolda ibtidai istintaqın tamamlanması haqqında zərərçəkmiş şəxsə (Zərərçəkmiş şəxs2) və tərçüməciyə etiraz edilməsi haqqında Protokol təqdim edilmişdir. (cild İİİ, səhifə 69) Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 pul tələb etməsi, eləcə də, gələcəkdə maddi sübut qismində tanınacaq aralarında olan yazışmaya dair diski və pul köçürməsini təsdiq edən qəbzi, eləcə də aralarında olan yazışmaların görüntüsü müstəntiq tərəfindən necə əldə olunmasına dair protokol tərtib edilməyib, eləcə də zərərçəkmişin ifadəsində sözügedən materiallar ifadəyə əlavə edilməmiş, müstəntiq tərəfindən birbaşa diskə baxış keçirilməsi haqqında protokol tərtib edilmişdir. Cinayət-Prosessual Məcəllənin 289.4-cü maddəsinə əsasən ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, cinayət işi üzrə ittiham aktı Cinayət- Prosessual Məcəllənin 289 maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Cinayət-Prosessual Məcəllənin 303.3-cü maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar aşağıdakı kobud pozuntulara yol verildikdə çıxarılır: 303.3.1. təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün); 303.3.6. cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması; 303.3.8. məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması. Beləliklə, hazırkı işin materiallarından görünür ki, təqsirləndirilən şəxsin müdafiə hüququ, həmçinin təqsirləndirilən şəxsin tərcüməçinin köməyindən istifadə etmək hüququ kobud şəkildə pozulmuş, ittiham aktı müvafiq olaraq bu Məcəllənin 289-cu maddəsini tələbinə uyğun tərtib edilməmiş, o cümlədən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286 və 288-ci maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur. Göstərilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 300.1.5-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilir. Cinayət-Prosessual Məcəllənin 300.2-ci maddəsinə əsasən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarmaqla yanaşı məhkəmə təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçildiyi halda onun növünün əsaslılığı və ya əsassızlığı barədə məsələyə baxmalı, həmçinin qətimkan tədbiri məsələsinə dair qərar çıxarmalıdır. Cinayət-Prosessual Məcəllənin 306.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin aşağıdakılara dair qərar çıxarır: 306.1.1. təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı; 306.1.2. qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı; 306.1.3. təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi. İş materiallarında olan Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli Qərardan çıxarışından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti 15 (on beş) gün müddətinə, yəni 10 dekabr 2025-ci il tarixdən 25 dekabr 2025-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1 (100)-578/2025 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti məhkəmənin hazırlıq iclası keçirilənə qədər uzadılmışdır. Cinayət-Prosessual Məcəllənin 158.3-cü maddəsinə əsasən cinayət işi üzrə məhkəməyədək icraatda həbsdə saxlama müddətinin axımı məhkəməyə göndərilmiş cinayət işi üzrə qətimkan tədbiri ilə bağlı məsələyə baxıldığı, yaxud həbs və ya ev dustaqlığı qismində qətimkan tədbirinə xitam verildiyi gün dayandırılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 01 (bir) ay müddətə uzadılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299-301, 303 və 306-cı maddələrini rəhbər tutub, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 182.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı qərarın təsviri hissəsində göstərilən kobud qanun pozuntularına yol verildiyindən bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 01 (bir) ay müddətinə uzadılsın. Qərarın surəti təqsirləndirilən şəxsə, müdafiəçiyə, zərərçəkmiş şəxslərə və dövlət ittihamçısına göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar