Məhkəmə qərarları › İş №1(100)-58/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-58/2022

22.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-58/2022 22.04.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər Rüstəmov Elmin İltizam oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı oğlunun, zərər çəkmiş şəxsin hüquqi varisi X4, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 və müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1995-ci ildə Ağstafa rayonu Dağkəsəmən kəndində, anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Ağstafa rayonu Dağkəsəmən kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 10 dekabr 2020-ci il tarixdə təxminən saat 15 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Ağstafa rayonu Qırılı kəndi ərazisindən keçən 455-ci kilometrliyində “X19” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq nəqliyyat vasitələrini idarə etmək hüququ,yəni sürücülük vəsiqəsi və müvafiq etibarnamə olmadan idarə etdiyi Ford Transit markalı **-TE- *** dövlət qeydiyyat nişanlı yük avtomobilini Qazax istiqamətində hərəkət etdirərkən həmin Qanunun 51-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbləri pozaraq yəni, sürücü ötməyə başlamazdan əvvəl qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün təhlükə və ya maneə yaratmadan çıxmaq istədəyi hərəkət zolağının kifayət edən məsafədə boş olmasından və iki nəqliyyat vasitəsinin nisbi sürəti ötməni kifayət qədər qısa müddətdə başa çatdırmağa imkan verəcəyindən əmin olmalı və bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməyərək ötmə əməliyyatına başlayıb öz hərəkət zolağından çıxaraq əks hərəkət zolağına keçib hərəkətinə davam edəndə avtomobilin ön sağ hissəsi ilə qarşıdan öz yolu ilə gələn sürücü Zərərçəkmiş şəxs1 idarə etdiyi Mercedes-Benz E220 CDİ markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi ilə toqquşması nəticəsində sonuncu avtomobildə sərnişin olan X10 döş sümüyünün orta 1/3-dən, sol döş qəfəsinin 2-3-4-5-6-cı qabırğalarının yerdəyişməli sınığı,sol ağciyərin deşilmiş yaraları,daxili qanaxma, alt çənənin alt səthində əzilmiş yara və alnın sıyırılmış yarası,travmatik hemoragik şok ilə müşaiyət edilən xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına həyat üçün təhlükəli olan ağır zərər vurmaqla ölümünə, digər sərnişin Zərərçəkmiş şəxs3 sol bazu sümüyü aşağı 1/3-nin oynaqiçi paycıqlı yerdəyişmiş sınığı,döş qəfəsinin küt travması, sol 10-11, sağ 10-cu qabırğaların minimal yerdəyişməli sınığı,postravmatik ulnar sinir nevriti ilə müşaiyət edilən xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az-ağır zərər, həmin avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 baş beyin silkələnməsi, hər iki bud sümüyü boynunun və orta 1/3-nin qapalı yerdəyişmiş sınıqları, sol diz qapağının sol qapalı yerdəyişmiş qəlpəli sınığı,sağ baldır sümüklərinin orta 1/3-nin açıq, yerdəyişmiş qəlpəli sınığı, hər iki əlin və sol mil-bilək oynağı nahiyəsinin əzilmiş-cırılmış yaraları ilə müşaiyət edilən xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına həyat üçün təhlükəli olan ağır zərər, idarə etdiyi avtomobildə sərnişin olan Zərərçəkmiş şəxs2 sağ bud sümüyünün qapalı,yerdəyişən sınığı,alın,sağ qaş,çənəaltı,sağ diz oynağı nahiyələrinin əzilmiş-cırılmış yaraları ilə müşaiyət edilən xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az-ağır zərər, bundan başqa Mercedes-Benz E220 CDİ markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi ilə əlaqədar sahibi Zərərçəkmiş şəxs1 14983 (on dörd min doqquz yüz səksən üç), eyni zamanda idarə etdiyi idarə etdiyi Ford Transit markalı **-TE-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin əzilməsi ilə əlaqədar sahibi Zərərçəkmiş şəxs2 7019 (yeddi min on doqquz) manat maddi zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafı ilə yanaşı, zərərçəkimiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, maddi sübut, ekspertiza rəyləri, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 yaxın qohumudur, Samrin özünə məxsus Ford-Transit markalı **-TE-*** dövlət qeydiyyat nişanlı yük avtomobili var. Samir həmin avtomobili ilə pal-paltar daşıyaraq müxtəlif rayonlarda satışı ilə məşğuldur. O, işsiz olduğu üçün Samirə kömək etmək məqsədi ilə Samir ilə birgə bazarlara gedib-gəlir. 10.12.2020-ci il tarixdə təxminən saat 11 radələrində Samir ilə birgə həmin avtomobillə Tovuz rayonu mərkəzi bazarna gedib paltar satmağa başlamışdır. Saat təxminən 14:30 radələrində işilərini görüb qurtardıqdan sonra yaşadıqları evə qayııtmaq üçün bazardan çıxıb avtomobilə yaxınlaşmışlar. Həmin vaxt Samir dişi ağrıdığı üçün ondan avtomobili idarə etməyisini xahiş etmiş və ön sağ oturacaqda əyləşmişdir. Bundan sonra o, sükan arxasına keçib avtomobili idarə edərək Tovuz şəhərindən Bakı-Qazax yoluna çıxıb Qazax istiqamətində hərəkətə başlamışdır. 80-90 km/saat sürətlə idarə etdiyi qeyd edilən avtomobili Bakı-Qazax yolu ilə Qazax istiqamətində hərəkət etdirərkən həmin yolun Ağstafa rayonu Qırılı kəndi ərazisindən keçəndə qarşısı ilə eyni istiqamətdə qeydiyyat nişanını xatırlamadığı Ford-Transit markalı avtomobil, həmin avtomobilin qarşısı ilə isə TİR yük avtomobili hərəkətdə olmuşdur. Hərəkətdə olarkən Ford-Transit markalı avtomobil ötmə əməliyyatına başlayanda o, qarşıya baxmadan Ford Transit markalı avtomobilin arxasınca ötməyə başlamış və ötmədə olarkən həmin Ford Transit markalı avtomobil ötməni başa vurub öz yoluna qayıdanda bir anda qarşıdan Mercedes-Benz markalı avtomobilin gəldiyini görmüşdür. Mercedes-Benz markalı avtomobil onu görüb toqquşmadan yayınmaq üçün sağ tərəfə yönələndə o, özünü itirib tormoz əvəzinə qaz pedalını (sürət pedalı) basıb sükanı sola burmuş və bununlada yolun Bakı istiqamətindəki yol çiyinin üzərində Mercedes-Benz markalı avtomobilin ön hissəsi ilə toqquşmuşdur.Hadisə zamanı özü və avtomobildə sərnişin olan Zərərçəkmiş şəxs2 xəsarət aldıqları üçün Qazax MDM-nə daxil olmuş, xəstəxanada olarkən toqquşduğu Mercedes-Benz markalı avtomobildə olan bir nəfər sərnişinin almış olduğu xəsarətlərdən öldüyünü eşitmişdir.Hadisədən sonra zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxslərlə barışmışdır. Əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, mərhum X15 əri olmuş,rəsmi nikahları olmasa da 21 illik ailəliklərindən 2002-ci il təvəllüdlü İmaməli Musayev və 2003-cü il təvəllüdlü Hüseyn Musayev adlı övladları var, hazırda övladları ilə birgə yaşayır. Oğlu İmaməli hazırda Qazax rayonu ərazisində yerləşən hərbi hissədə həqiqi hərbi qulluqda əsgərdir. 10.12.2020-ci il tarixdə səhər saatlarında əri X9 baş çəkmək məqsədə ilə evdən çıxıb Qazax rayonuna getmişdir. Əli, Qazax rayonuna çatandan sonra ona zəng edərək hərbi hissəyə çatdığını, lakin İmaməli ilə görüşə bilmədiyi üçün geri qayıdacağını bildirmişdir. Həmin gün axşam təxminən saat 19 radələrində evdə olduğu zaman mobil telefonuna zəng edilərək əri Əli Musayevin Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Ağstafa rayonu ərazisindən keçən hissədində baş vermiş yol nəqliyyat hadisəsi zamanı almış olduğu xəsarətlərdən öldüyü, hazırda meyit ata yurdu olan Cəlilabad rayonu Bəzrivan kəndində aparıldığı bildirilmişdir. Sonra ona məlum olmuşdur ki, əri Əli sərnişin qismində əyləşdiyi Mercedes-Benz markalı avtomobil ilə Bakı şəhərinə qayıdarkən Ağstafa rayonu ərazisində əks istiqamətdən gələn Ford Transit markalı avtomobil ilə toqquşmuş, nəticədə aldğı xəsarətlədən ölmüşdür. Təqsirləndirilən şəxsla barışdığını, hazırda ondan şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, özünə məxsus Ford-Transit markalı **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobili var, həmin avtomobili ilə ailəsini dolandırmaq məqsədi ilə geyim əşyaları daşıyaraq müxtəlif rayonlarda satışı ilə məşğuldur. Təqsirləndirilən şəxs qohumudur, Şahmar işsiz olduğu üçün ona kömək etmək məqsədi ilə bazarlara gedib-gəlir. 10.12.2020-ci il tarixdə təxminən saat 11 radələrində Şahmar ilə birgə qeyd edilən avtomobillə Tovuz rayonu mərkəzi bazarna gedib paltar satmağa başlamışdır. Saat təxminən 14:30 radələrində işlərini görüb qurtardıqdan sonra yaşadıqları evə qayııtmaq üçün bazardan çıxıb avtomobilə yaxınlaşmış, həmin vaxt dişi ağrıdığı üçün Şahmardan avtomobili idarə etməsini xahiş etmişdir. O, ön sağ oturacaqda əyləşəndən sonra Şahmar sükan arxasına keçib avtomobili idarə edərək Tovuz şəhərindən Bakı-Qazax yoluna çıxıb Qazax istiqamətində hərəkətə başlamışdır. Təxminən saat 15 radələrində həmin yolun Ağstafa rayonu Qırılı kəndi ərazisindən keçəndə qarşıları ilə eyni istiqamətdə qeydiyyat nişanını xatırlamadığı Ford-Transit markalı avtomobil, həmin avtomobilin qarşısı ilə isə TİR yük avtomobili hərəkətdə olmuşdur. Hərəkətdə olarkən Ford-Transit markalı avtomobil ötmə əməliyyatına başlayanda Şahmar da Ford markalı avtomobilin arxasınca ötməyə başlamış, ötmədə olarkən həmin Ford Transit markalı avtomobil ötməni başa vurub öz yoluna qayıdanda bir anda qarşıdan Mercedes-Benz markalı avtomobilin gəldiyini görmüş və həyacandan qışqırmaq istəyəndə Şahmar sükanı sola burub yolun sol tərəfindəki yol çiyinin üzərində Mercedes-Benz markalı avtomobil ilə toqquşmuşdur. Hadisə zamanı xəsarət aldığı üçün Şahmar avtomobildən düşüb qapını açaraq onu düşürmüş, bundan sonra ərtafa toplaşan şəxslərin köməkliyi ilə Qazax MDM-nə aparılmışdır. Xəstəxanada olarkən məlum olmuşdur ki, baş vermiş hadisə zamanı Mercedes-Benz markalı avtomobildə sərnişin olan, adını sonradan bildiyi X15 almış olduğu xəsarətlədən ölmüşdür.O, hadisənin Təqsirləndirilən şəxs ehtiyatsızlığı ucbatından baş verdiyini, özünə məxsus Ford-Transit markalı **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobilini Təqsirləndirilən şəxs istifadəsinə verəndə Şahmarın sürücülük vəsiqəsinin olmadığını bilmişdir. Təqsirləndirilən şəxsla barışdığını, ondan heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 10.12.2020-ci il tarixdə təxminən saat 15 radələrində 70-80 km/saat sürətlə idarə etdiyi Mercedes-Benz E220 CDİ markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı-Qazax yolu ilə Bakı istiqamətində hərəkət etdirərkən həmin yolun Ağstafa rayonu Qırılı kəndi ərazisindən keçəndə əks istiqamətdən gələn yük avtomobilnin arxasından qəflətən Ford-Transit markalı avtomobil çıxaraq onun hərəkət zolağına keçib üzərinə doğru gələndə toqquşmadan yayınmaq üçün sükanı sağa burub avtomobili tam olaraq yolun sağ kənarındakı yol çiyinin üzərinə çıxarmış, lakin buna baxmayaraq Ford- Transit markalı avtomobil öz yoluna qayıtmayaraq həmin yol çiyinin üzərində ön hissəsi ilə idarə etdiyi avtomobilin ön hissəsindən vurmuşdur. Hadisə zamanı özü və avtomobilində sərnişin olan X15 və Zərərçəkmiş şəxs3 xəsarət almış, xəstəxanada olarkən avtomobilin sərnişin olaraq ön sağ oturacaqda əyləşmiş Əli Musayevin almış olduğu xəsarətlədən öldüyünü eşitmişdir. Onun hərəkəti üçün təhlükə Ford-Transit markalı avtomobilin əks istiqamətdən gələrək ötmə əməliyyatına başlayıb onun hərəkət zolağına keçdiyi andan yaranmış, həmin vaxt arada 10-15 metr məsafə olmuşdur. Təqsirləndirilən şəxsla barışdığını, ondan heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, 10.12.2020-ci il tarixdə təxminən saat 14 radələrində Bakı şəhərinə getmək üçün əvvəllər tanıdığı taksi sürücü olan Zərərçəkmiş şəxs1 ilə görüşüb Samirdən idarə etdiyi Mercedes-Benz E220 CDİ markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhərinə aparılmasını xahiş etmiş və avtomobilin ön sağ oturacağında əyləşmişdir. Onlar Ağstafa şəhərində olarkən bir nəfər şəxs, adını sonradan bildiyi Sumqayıt şəhər sakini X3 yaxınlaşaraq Bakı şəhərinə aparılmasını xahiş etmiş, lakin ön sağ oturacaqda əyləşəcəyini bildirmişdir. O, Əli Musayevin yaşlı olduğunu nəzərə alaraq ön sağ oturacaqdan düşüb yerini Əliyə vermiş və arxa sağ oturacaqda əyləşmiş, bundan sonra Samir avtomobili işə salıb Bakı istiqamətində hərəkətə başlamışdır. Hərəkətdə olarkən Bakı-Qazax yolunun Ağstafa rayonu Qırılı kəndi ərazisindən keçəndə əks istiqamətdən gələn yük avtomobilinin arxasından Ford-Transit markalı avtomobil çıxaraq onların hərəkət zolağına keçmiş və yük avtomobilini ötəndən sonra öz yoluna qayıdanda bir anda həmin Ford Tarnsit markalı avtomobilinin arxasınca digər Ford Transit markalı **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobilin gəldiyi görəndə sürücü Samir, toqquşmadan yayınmaq üçün sükanı sağ burub avtomobili yolun sağ kənarında olan yol çiyninin üzərinə çıxarmış, lakin buna baxmayaraq Ford Transit markalı **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobil öz yoluna qayıtmayaraq həmin yol çiyinin üzərində ön hissəsi ilə sərnişini olduğu avtomobilin ön hissəsindən vurmuşdur. Hadisə zamanı xəsarət aldığından huşunu itirmiş, ayılanda isə özünü xəstəxanada görmüşdür. Həmin vaxt məlum olmuşdur ki, baş vermiş hadisə zamanı avtomobildə sərnişin olan Əli Musayev almış olduğu xəsarətlədən ölmüş, Samir xəsarət almış, özü isə sol qolundan əməliyyat olunmuşdur. Təqsirləndirilən şəxsla barışdığını, ondan heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında əlavə şahid qismində qismində dindirilmiş X18 ifadəsində göstərdi ki, MTE və PA ETT.Birliyinin Ağsatafa rayon şöbəsinin rəisidir. Zərərçəkmiş şəxs3 bədəni üzərində müəyyən edilmiş xəsarət- sol bazu sümüyü aşağı 1/3-nin oynaqiçi paycıqlı yerdəyişmiş sınığı, döş qəfəsinin küt travması, sol 10-11, sağ 10-cu qabırğaların minimal yerdəyişməli sınığı, postravmatik ulnar sinir nevriti küt əşyanın təsirindən törənmişdir, 10.12.2020-ci ildə avtomobillərin toqquşması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az-ağır zərər vurmaya aiddir. “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 10.12.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, yol-nəqliyyat hadisəsi Bakı- Qazax-Gürcüstan sərhəddi yolunun Ağstafa rayonu Qırılı kəndi ərazisindən keçən 455-ci km-də baş vermişdir. AD № 930819 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, Ford-Transit markalı **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobil X5 məxsusdur. 12.08.2020-ci il tarixli ƏN-V № 213382 nömrəli Etibarnamənin surətindən görünür ki, Ford-Transit markalı **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobil Ağstafa rayonu Dağ Kəsəmən kəndində yaşayan X11 tərəfindən on il müddətinə Zərərçəkmiş şəxs2 oğluna sürücülük hüququ olduğu halda idarə etmək və digər hərəkətlər etmək üçün etibar edilmişdir. 11.05.2021-ci il tarixli avtomobilə dəymiş zərərin hesablanmasında dair aktdan görünür ki, Mercedes-Benz E220 CDİ markalı **-FZ-***dövlət qeydiyyat nişanlı avtomobilə 14983 (on dörd min doqquz yüz səksən üç) manat ziyan dəymişdir. 01.06.2021-ci il tarixli avtomobilə dəymiş zərərin hesablanmasında dair aktdan görünür ki, Ford Transit markalı **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobilə 7019 (yeddi min on doqquz) manat ziyan dəymişdir. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polsi İdarəsinin 16.12.2020-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına sürücülük vəsiqəsi verilməmişdir. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 09.02.2021-ci il tarixli 8/113 nömrəli rəyindən görünür ki, Ford-Transit markalı **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X19» Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 03.05.2021-ci il tarixli 8/834 nömrəli rəyindən görünür ki, Ford-Transit markalı **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X19» Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə-tibbi ekspertizasının 10.12.2020-ci il tarixli 16 nömrəli rəyindən görünür ki, X8 meyiti üzərində müəyyən edilmiş xəsarətlər- döş sümüyünün orta 1/3-dən, sol döş qəfəsinin 2-3-4-5-6-cı qabırğalarının yerdəyişməli sınığı,sol ağciyərin deşilmiş yaraları, daxili qanaxma, alt çənənin alt səthində əzilmiş yara və alnın sıyırılmış yarası,travmatik hemoragik şok küt əşyaların təsirindən törənmişdir, 10.12.2020-ci il tarixdə avtomobillərin toqquşması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər, Mərhum Ə.M.Musayevin ölümü travmatik və hemoragik şok nəticəsində baş vermişdir. Məhkəmə-tibbi ekspertizasının 02.03.2021-ci il tarixli 58 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədəni üzərində müəyyən edilmiş xəsarət- sol bazu sümüyü aşağı 1/3-nin oynaqiçi paycıqlı yerdəyişmiş sınığı, döş qəfəsinin küt travması, sol 10-11, sağ 10cu qabırğaların minimal yerdəyişməli sınığı, postravmatik ulnar sinir nevriti küt əşyanın təsirindən törənmişdir, 10.12.2020-ci ildə avtomobillərin toqquşması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az-ağır zərər vurmaya aiddir. Məhkəmə-tibbi ekspertizasının 03.05.2021-ci il tarixli 269 nömrəli rəyindən görünür ki,Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarət- hər iki bud sümüyü boynunun və orta 1/3-nin qapalı yerdəyişmiş sınıqları, sol diz qapağının sol qapalı yerdəyişmiş qəlpəli sınığı,sağ baldır sümüklərinin orta 1/3-nin açıq,yerdəyişmiş qəlpəli sınığı,hər iki əlin və sol mil-bilək oynağı nahiyəsinin əzilmiş-cırılmış yaraları küt əşyanın təsirindən törənmişdir, 10.12.2020-ci ildə avtomobillərin toqquşması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Məhkəmə-tibbi ekspertizasının 08.05.2021-ci il tarixli 311 nömrəli rəyindən görünür ki,Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarət- sağ bud sümüyünün qapalı,yerdəyişən sınığı,alın,sağ qaş,çənəaltı,sağ diz oynağı nahiələrinin əzilmiş-cırılmış yaraları küt əşyanın təsirindən törənmişdir, 10.12.2021-ci ildə avtomobillərin toqquşması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az-ağır zərər vurmaya aiddir. Məhkəmə-tibbi ekspertizasının 18.05.2021-ci il tarixli 220 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində müəyyən edilmiş xəsarət-alt çənənin çapılmış yarası küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 10.12.2020-ci il tarixdə hərəkətdə olan avtompbillərin toqquşması nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə gör sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. 10.12.2020-ci il tarixli 105 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı”ndan görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu müəyyən edilməmişdir. Ağstafa rayon Dağ Kəsəmən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 31.05.2021-ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Salıfov X12 rayon Dağ Kəsəmən kəndində atası X16 və anası X11 ilə birlikdə yaşayır və yaşayış yerindən müsbət xarakterizə olunur. № 56029 saylı, vəsiqənin surətindən görünür ki, X16 müharibə veteranıdır. Ağstafa rayon Mərkəzi Xəstəxanasının 10.07.2021-ci il tarixli 4378 və 4379 saylı arayışlarından görünür ki, X16 və X11 şəkərli diabet 2 ci tip, hipertoniya xəstəliyi İİ dərəcə yüksək risk, ürək işemik xəstəliyi, atereskleroz, kardioskleroz İİ dərəcə, ürək çatmamazlığı diaqnozu ilə Ağstafa rayon Mərkəzi Xəstəxanasında qeydiyyatdadırlar. “Başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilməsi haqqında 07 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. 05.06.2021-ci il tarixli qəbzdən görünür ki, iş üzrə maddi sübut tanınmış Mercedes- Benz E220 CDİ markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılması üçün sahibi X13 qaytarılmışdır. 07.06.2021-ci il tarixli qəbzdən görünür ki, iş üzrə maddi sübut tanınmış Ford Transit markalı **-TE-*** dövlət qeydiyyat nişanlı yük avtomobil saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs2 qaytarılmışdır. Zərər çəkmiş şəxsin hüquqi varisi X14 qızının istintaq orqanına ünvanladığı 25.05.2021-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Onunla barışmışdır. Zərər çəkmiş şəxsin hüquqi varisi X14 qızının məhkəməyə ünvanladığı 20.12.2021-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Onunla barışmışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəməyə ünvanladığı 07.01.2022-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Onunla barışmışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 məhkəməyə ünvanladığı 21.04.2022-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Onunla barışmışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Onunla barışmışdır. Güvən Klinikası tərəfindən verilmiş qəbzlərdən görünür ki, Zərərçəkmiş şəxs3 tərəfindən Güvən Klinikasına ümumilikdə 5596 manat ödəniş olunmuşdur. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 263-1.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən zərər çəkmiş şəxsin hüquqi varisi və zərər çəkmiş şəxslərlə barışmalarını və ondan heç bir şikayət və tələblərinin olmamalarını, hadisə nəticəsində özünün də xəsarətlər almasını, atasının müharibə veteranı olmasını, ata və anasının şəkərli diabet 2 ci tip, hipertoniya xəstəliyi İİ dərəcə yüksək risk, ürək işemik xəstəliyi, atereskleroz, kardioskleroz İİ dərəcə, ürək çatmamazlığı xəstəliyindən əziyyət çəkmələrini,yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini və əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-in 60-cı maddəsinin tələblərinə görə Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göründüyü kimi Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hal müəyyən edilmiş və CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsi ilə cəza təyin edilərkən Azərbaycan Respublikası CM-in 60-cı maddəsinin tələbləri nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25.06.2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4. və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23.07.2004-cü il və 17.03.2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» özünün 15 noyabr 2013-cü il tarixli 5 saylı qərarının 17-ci bəndində məhkəmələrə tövsiyyə etmişdir ki, konkret bir hadisədə yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması həm CM-nin 263.1, 263.1-1, 263.2, 263.3, 263-1.1, 263-1.2, 263-1.3, 263-1.4, 351.1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş, həm də bu madələrdə nəzərdə tutulmamış (məsələn, şəxsin sağlamlığına yüngül zərər vurulması, yaxud da onun əmlakının zədələnməsi və ya məhv edilməsi) nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviri hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. Belə hallarda yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlıqlarına fiziki, əmlaklarına isə maddi zərər vurulmuş bütün şəxslər zərər çəkmiş şəxs qismində tanınmalı və cinayət təqibi zamanı onların CPM-nin 87-ci maddəsində nəzərdə tutulmuş hüquqları təmin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yuxarıda qeyd edilən cəzasını yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsin şəxsiyyətini, səhhətini, ailə və sosial vəziyyətini eyni zamanda CMnin 60-cı maddəsinin tələblərini nəzərə alıb hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu maddənin sanksiyasının aşağı həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq zamanı seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsində ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasının aşağı həddində təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsinin sanksiyasında azadlıqdan məhrumetmə cəzası ilə yanaşı əlavə cəza olan nəqliyyat vasitələrinin idarəetmə hüququndan məhrum etmə cəzası da nəzərdə tutulmuşdur. Odur ki, Azərbaycan Respublikası CM-nin 45-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. İş üzrə maddi sübut kimi tanınmış Mercedes-Benz E220 CDİ markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılması üçün sahibi X13, Ford Transit markalı **- TE-*** dövlət qeydiyyat nişanlı yük avtomobil isə saxlanlması üçün sahibi Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzər alınmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Zərərçəkmiş şəxs3 5896 manat maddi ziyan, 2000 manat mənəvi ziyan və 1500 manat əməliyyat xərclərinin Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsi barədə mülki iddia qaldırmışdır. Sonradan Zərərçəkmiş şəxs3 məhəməyə iddianın dəqiqləşdirlməsi və həcmin artırıması ilə bağlı ərizəylə müraciət edərək Təqsirləndirilən şəxs 9000 manat maddi və 2000 manat mənəvi zərərin ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-in 179.1-ci maddəsində göstərilir ki, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2-ci maddəsində göstərilir ki, mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatla zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsində göstərilir ki, mülki iddia üzrə qərar iddianın pretmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun 24-cü maddəsi isə tibbi-sosial yardım sahəsində vətəndaşların hüquqları çərçivəsində, pasiyentin təxirəsalınmaz tibbi yardım göstərilməsi halları istisna olmaqla, həkimin öz razılığı ilə həkimi, o cümlədən müalicə həkimini və müalicə-profilaktika müəssisəsini seçmək hüququnu əks etdirir. Normanın mənasından göründüyü kimi qanunvericilik müalicə müəssisəsini və həkimini seçməklə bağlı xəstənin seçim azadlığını nəzərdə tutur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı Zərərçəkmiş şəxs3 cavabdeh Təqsirləndirilən şəxs qarşı iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi ödəmə qəbzlərindən məlum olur ki, maddi ziyan olaraq Zərərçəkmiş şəxs3 tərəfindən hadisə zamanı aldığı ağır xəsarətlə əlaqədar Güvən Klinikasına müayinə və müalicəyə 5596 manat pul ödəmişdir. Göstərilənlərdən başqa iddiaçı Zərərçəkmiş şəxs3 maddi ziyanla bağlı başqa hər hansı bir sübut təqdim edə bilməmişdir. Məhkəmə, iddiaçı Zərərçəkmiş şəxs3 cavabdeh Təqsirləndirilən şəxs qarşı 2000 (iki min) manat mənəvi zərərin ödənilməsinə dair hissəsi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq hesab edir ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Qeyd edildiyi kimi zərərin məhz cavabdehin təqsirli hərəkəti nəticəsində vurulduğu cinayət işi üzrə yuxarıda sadalanan sübutlarla təsdiq olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli Qərarında qeyd edilir ki, "Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir." «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarın 1-ci bəndində qeyd olunur ki, «İnsan hüquqlarının və X6 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüququ münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 2-ci bəndinə qeyd edilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və X6 haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şərh olunanlara və cinayət işinin materiallarına əsasən məhkəmə hesab edir ki, iddiaçının sağlamlığına vurulmuş az ağır zərərin şüurunda mənfi psixi reaksiyalara səbəb olması nəticəsində mənəvi sarsıntı keçirmiş, həmçinin sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməklə iztirab keçirmişdir. Məhkəmə həmçinin hesab edir ki, cavabdehin cinayət-hüquqi qaydada cəzalandırılması onu mənəvi zərərə görə məsuliyyətdən azad etmir və o, iddiaçıya vurduğu mənəvi zərərə görə məsuliyyət daşımalıdır. Bununla yanaşı, iddiaçı hadisə ilə əlaqədar vurulmuş mənəvi zərərin miqdarını 2000 (iki min) manat məbləğində müəyyən etsə də, məhkəmə iclasında həmin məbləğin vurulmuş mənəvi zərərə uyğun olduğunu əsaslandıra bilməmiş və cavabdehin həmin məbləği ödəmək iqtidarında olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda istinad edilən Qərarında qeyd edilir ki, "Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır." Məhkəmə mənəvi zərərin miqdarını müəyyən edərkən cavabdehin müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum ediləcəyini, əmlak vəziyyətini, ona qarşı irəli sürülmüş tələbi ödəmək iqtidarında olduğuna dair işdə sübut olmadığını nəzərə alaraq mənəvi zərərə görə kompensasiyanın miqdarını 100 (yüz) manat məbləğində müəyyən etməyi məqsədə uyğun hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə mülki iddia qismən təmin edilməli, 5596 (beş min beş yüz doxsan altı) manat məbləğində maddi ziyan, 100 (yüz) manat məbləində mənəvi ziyan cəmi, 5696 (beş minaltı yüz doxsan altı) manat məbləində pul cavabdeh Təqsirləndirilən şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs3 verilməlidir. İş üzrə xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 04 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq zamanı seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilsin və başlanğıcı əsas cəzanın çəkilib qurtarmasından sonra hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı və qeydiyyatda olduğu yer üzrə Ağstafa Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış Mercedes-Benz E220 CDİ markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılması üçün sahibi X13, Ford Transit markalı **- TE-*** dövlət qeydiyyat nişanlı yük avtomobil isə saxlanlması üçün sahibi Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzər alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 200 (yüz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia qismən təmin edilsin, 5596 (beş min beş yüz doxsan altı) manat məbləğində maddi ziyan, 100 (yüz) manat məbləində mənəvi ziyan cəmi, 5696 (beş minaltı yüz doxsan altı) manat məbləində pul cavabdeh Təqsirləndirilən şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs3 verilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar