Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-58/2023 05.06.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X7, Zərərçəkmiş şəxs və müdafiəçilər Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X2 və Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili X4 iştirakları ilə, xx xxxx 1996-cı ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bərdə rayonu Hacılar kəndində qeydiyyatda olan və Bərdə rayonu Hacılar kəndində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 22 mart 2022-ci il tarixdə saat 13 radələrində Bərdə rayonu Alpoud kəndi ərazisində yerləşən yem mağazasının yaxınlığında qarşılaşdığı əvvəllər tanıdığı Zərərçəkmiş şəxs əmlakını tamah niyyəti ilə qəsdən ələ keçirmə məqsədilə sonuncunu kimsənin görməməsi və müdaxilə etməməsi üçün həmin mağazanın arxa tərəfinə apararaq bir neçə gün əvvəl ünvanına nalayiq ifadələr işlətdiyini bəhanə edib cəzalandırmaq görüntüsü yaradaraq qabaqcadan üzərində götürdüyü bıçaqdan silah qismində istifadə edib Zərərçəkmiş şəxs üzərinə qəflətən hücum edərək sağ əlindən bir dəfə, yumruqla sifət və baş nahiyyələrinə bir neçə dəfə vurub burun nahiyyəsində keçmiş əzilmiş yara izi, burun əzilməsi, sağ əlin İ barmağının kəsilmiş yarası ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurulmasından ibarət həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və qanunazidd əməllərinin davamı olaraq əlindəki həmin bıçağı nümayiş etdirib həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə tanışı Şahid1 gözü qarşısında Zərərçəkmiş şəxs cibindən 75 (yetmiş beş) manat dəyərində olan bir ədəd “Samsung J2” markalı mobil telefonu və telefona məxsus adapteri ələ keçirib basqın etməklə quldurluq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli zərərçəkmiş şəxs və şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyləri və digər iş materialları ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Bərdə rayonu Hacılar kəndində ailəsi ilə birlikdə kirayədə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur, 2017-ci il tarixdə Rusiya Federasiyasının Samara şəhərində məhkum olunmuş, 2021-ci ilin iyun ayında cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasına gəlmişdir. Zərərçəkmiş şəxs tanıyır, onunla həmkəndlidir. O, Zərərçəkmiş şəxsla əvvəllər aralarında heç bir ədavət və düşmənçilik olmadığını, təxminən 2021-ci ilin noyabr ayında Bərdə şəhərində Yadigar ilə bir yerdə çayxanada olan zaman Yadigara 15 manat borca pul vermişdir. Yadigara dəfələrlə pulunu qaytarmasını desə də pulu qaytarmamış, sonra ona mobil telefon vasitəsilə zəng edərək pulunu istəmiş, Yadigar ona telefonda nalayiq söyüşlər söymüş, ona vaxt gələcək üzbəüz gəlib bu söyüşləri sənə yedizdirəcəyini demişdir. 22 mart 2022-ci il tarixdə Bərdə rayonu Qarayusifli kəndində yerləşən “Təkər təmiri” sexinə getmək üçün dostu Xaliq ilə birlikdə Bərdə şəhər mərkəzindən avtobusa minmiş, Bərdə rayon Çınqouz adlanan yerdə əvvəllər tanıdığı Yadigar da həmin avtobusa minmişdir. Yadigarı görüb ona yaxınlaşmış və onu tanıyıb-tanımadığını soruşmuş, Yadigar onu tanıdığını, ona “yadındamı mənə telefonda söyüş söydün indi maşrutdan düşək həmin söyüşləri mənim üzümə deyərsən” demişdir. Yadigar avtobusdan düşmək istəməmiş, onu israr etdikdən sonra dostu Xaliq ilə birlikdə Bərdə rayonu Alpoud kəndinin girişində avtobusdan düşürmüşlər. Yadigarı orada yerləşən Yem mağazasının arxa tərəfinə aparmış, orada özünə məxsus mobil telefonu çıxardaraq video çəkilişə girib qeyd aparması üçün dostu Xaliqə vermiş, cibindən çıxardığı bıçaqla Yadigarın üzərinə gedib ona telefonda söydüyü söyüşləri üzünə qarşı deyəcəyini söylədiyini, həmin vaxtı Yadigarın sifət və baş nahiyyəsinə əli ilə zərbələr endirmiş, Yadigarı diz üstə otuzdurub saçından tutub söydüyü söyüşlərə görə üzr istəməsini demiş, Yadigar ondan üzr istədikdən sonra ayağa qalxmış, onun əynində olan kurtqasının sağ cibində olan mobil telefonunu və sol cibindən mobil telefona aid adapterini çıxardıb özü ilə götürmüşdür. Oradan aralaşdıqdan sonra hadisə vaxtı əlində olan bıçağı yolun kənarına atdığını bildirmişdir. Zərərçəkmiş şəxs cibindən 26 manat pul götürməmiş, əli ilə baş və sifət nahiyyəsinə vurmuş, aralarında olan mübahisəsinin 7-8 dəqiqə davam etmiş, cibində olan bıçaqla Yadigarı vurmaq niyyətinin olmadığını, niyyəti onu qorxutmaq olduğunu bildirmişdir. Mübahisəyə səbəb Yadigarın ona söyüş söyməsi olduğunu, telefonu isə borcunu qaytarmadığı üçün götürdüyünü, borcunu qaytarandan sonra telefonu qaytaracağı üçün götürdüyünü bildirmişdir. Xaliq onun hərəkətlərindən xəbərsiz olmuşdur. Sonradan Yadigarın telefonunu qaytarmışdır. Bütün bunlara baxmayaraq əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Bərdə rayonu Hacılar kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxsla həmkəndli olduğunu, o, uzun müddət Rusiya Federasiyasında yaşadığı üçün yaxın münasibəti olmadığını, əvvəllər Oktay ilə aralarında heç bir ədavət və düşməçilikləri olmadığını bildirmişdir. Əvvəllər Oktaydan 15 manat pul almış, sonra isə yadından çıxdığı üçün qaytarmamışdır. 22 mart 2022-ci il tarixdə saat 13 radələrində Bərdə şəhərində Çınqouz adlanan yerdə avtobusa minərək yaşadığı Hacılar kəndinə getdiyi zaman, həmin avtobusda Oktayın olduğunu görmüşdür. Oktay avtobusda ona yaxınlaşaraq nə vaxtsa söyüş söydüyünü, o isə ona söyüş söymədiyini demiş, sonra bu barədə söhbət edəcəyini deyərəkdüşməsini demişdir. O isə meyvə almaq üçün Bərdə rayon Alpoud kəndinin giriş hissəsində avtobusdan düşəçəyini demiş və həmin yerdə avtobusdan düşmüş, bu zaman Oktay da avtobusdan düşmüşdür. Sonra Oktay ona işim var deyib onu yolun kənarında yerləşən Yem mağazasının arxa tərəfinə aparmışdır. Həmin vaxt sonradan adını bildiyi Xaliq adlı şəxs də gəlmiş, Oktay özünə məxsus mobil telefonu çıxardaraq videoçəkilişə qoyaraq Xaliqə verib çəkməsini demiş və Oktay cibindən çıxardığı bıçaqla onun üzərinə gələrək nə səbəbə söyüş söyməsini soruşmuşdur. O da Oktaya söyüş söymədiyini demişdir. Bu zaman Oktay onun sifət və baş nahiyyələrinə yumruq vuraraq nalayiq söyüşlər söymüş, əlində olan bıçaqdan qorxaraq heç bir şey deməmişdir. Oktay onu məcbur edib diz çökdürüb üzr istətdikdən sonra cibində olan Samsung J2 markalı mobil telefonunu götürərək çıxıb getmişdir. Sonra cibində olan 26 manat pulunda olmadığını görüb hadisə barəsində Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermiş və telefonunu və 26 manat pulu Oktayın onun sibindən gördüyünü demişdir. Bundan sonra Oktayın dayısı Rövşənə zəng edəib bu barədə məlumat vermişdir. Sonra Oktay ona məxsus mobil telefonu dayısı Rövşənə vermiş, Rövşən həmin mobil telefonu ona qaytarmışdır. Sonra 26 manat pulun cibində olduğunu görmüşdür. İstintaq zamanı 26 manat pulu Oktayın götürmədiyni desə də, ona demişlər ki, ilkin məlumatda pulunda aparıldığını dediyi üçün Oktayın pulu da götürməsini yazmalıdır. Ona görə də o cür ifadə vermişdir. Xaliq adlı şəxsin ona qarşı heç bir qanunsuz hərəkət etmədiyini, Xaliq Oktayın ona qarşı etdiyi hərəkətləri mobil telefon vasitəsilə çəkdiyini, hadisə vaxtı onları heç kimin görmədiyini bildirmişdir. Hadisədən sonra Oktayla barışdığını, ondan şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Ağdam rayonu Mahrızlı kəndində qeydiyyatdadır, hazırda ailə üzvləri ilə birlikdə Bərdə rayon Türkmən kəndində yaşayır. 22 mart 2022-ci il tarixdə Bərdə rayonu Qarayusifli kəndində yerləşən “Təkər təmiri” sexinə işləmək üçün gedərkən dostu Oktay ona zəng etmiş, o iş yerinə gedəcəyini və getmək istəyirsə Oktaya onunla birlikdə getməsini demişdir. Bərdə rayon Saray adlanan yerdə Oktay ilə görüşüb oradan avtobusa minmişlər. Bərdə rayon Çınqouz adlanan yerdən keçən zaman sonradan adını bildiyi Yadigarın avtobusa mindiyini görmüşdür. Yadigar avtobusa mindikdən sonra Oktay bu şəxs onun var yoxuaa söydüyünü, onu avtobusdan düşürdüb sözünü deyəcəyini demişdir. Oktaya «lazım deyil biz sexə gedirik sonra özün söhbət edərsən məni işə salma» demişdir. Alpoud kəndinin girişinə çatanda avtobusun saxlamış, Oktay Yadigara avtobusdan enməsini demiş, Yadigarı avtobusdan düşmüş, onlar da avtobusdan düşmüşlər. X9 yaxınlaşı söhbət etmiş və onu orada yerləşən Yem mağazasının arxa tərəfinə aparmışdır. Onların yanına çatanda Oktay özünə məxsus mobil telefonu ona uzadaraq video çəkiliş aparmasını demiş, yenə orada Oktaya «bizi işə salassan gəl çıxıb işimizin dalınca gedək» demişdir. Oktay «bu mənim var-yoxuma söyüb, indi görək mənim üzümə qarşı söyüş söyə biləcəkmi» demiş və həmin vaxtı Oktay cibindən bıçaq çıxarmışdır. Oktayın əlindən bıçağı alıb şalvarının arxa cibinə qoymuş, mobil telefonu alıb videoçəkiliş aparmağa başlamış, videoçəkiliş zamanı Oktay onun şalvarının arxa cibinə onun əlindən alıb qoyduğu bıçağı götürüb Yadigarın üzərinə getmişdir. Oktay Yadigara söyüş söyməsinə görə üzr istəməsini deyib onun sifət və baş nahiyyələrinə əli ilə vurmuş, sonra Yadigarı diz çökdürüb üzr istədmişdir. Yadigar Oktaydan dediyi sözlərə görə üzr istəmiş, bundan sonra Oktay Yadigarın cibindən Samsung J2 markalı mobil telefonu və ona aid adaptırını götürmüşdür. Oktaya həmin əşyaları Yadigara geri qaytarmasını demiş, Oktay ona Yadigarın borcu olduğunu, borcunu qaytaran zamanı həmin əşyaları verəcəyini bildirmişdir. Oktay ilə Yadigarı aralaşdırdıqdan sonra Oktayla birlikdə oradan çıxıb iş yerinə getdiyini bildirmişdir. Yadigar adlı şəxsə qarşı heç bir qanunsuz hərəkət etmədiyini, Oktayın Yadigara qarşı edəcəyi hərəkətlərindən xəbərsiz olduğunu, yalnız Oktayın Yadigara qarşı etdiyi hərəkətləri mobil telefon vasitəsilə çəkdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Bərdə RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 22 mart 2022-ci il tarixdə icraatına əməliyyat tapşırığı daxil olmuşdur. Həmin əməliyyat tapşırığında 22 mart 2022-ci il tarixdə saat 13 radələrində Bərdə rayonu Alpoud kənd ərazisində yerləşən Yem mağazasının arxa tərəfində Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs döyərək cibində olan 26 manat pulu və “Samsung J2” markalı mobil telefonunu götürüb getməsini bildirilmiş və Təqsirləndirilən şəxs tapılması üçün müvafiq əməliyyat tədbirləri görülməsi, yaxınlıqda olan obyektlərdən video görüntülərin çıxarılması istənilmişdir. 22 mart 2022-ci il tarixdə tərəfindən keçirilmiş müvafiq əməliyyat axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs qarşı cinayət etmiş etmiş şəxsin xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. 22 mart 2022-ci il tarixdə Bərdə rayonu ərazisində Təqsirləndirilən şəxs saxlanılaraq Bərdə RPŞ-nin İstintaq Bölməsinə gətirmiş, bundan əlavə baş vermiş hadisənin video görüntüsünü əldə edərək istintaq bölməsinə təhvil vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs doğma bacısı oğlu, Zərərçəkmiş şəxs isə onun həmkəndlisidir. 22 mart 2022-ci il tarixdə saat 14 radələrində həmkəndlisi Yadigar istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəyə zəng edərək bacısı oğlu Oktayla dalaşdığını və əlindən mobil telefonunu aldığını, həmin mobil telefonun hal-hazırda Oktayda olduğunu və mobil telefonu alaraq geri qaytarmasını demişdir. Həmin vaxtı Oktayın işlədiyi Bərdə rayonu Qarayusifli kəndində yerləşən “Təkər təmiri” sexinə getmiş, ondan nəyə görə Yadigarla dalaşdığını, onun mobil telefonunu əlindən aldığını soruşmuş, Oktay ona Yadigarın 15 manat pul borcu olduğunu və həmin pulu geri istədikdə Yadigar ona söyüş söydüyünü, buna görə də onunla aralarında mübahisə olduğunu demişdir. Oktaya səhv etdiyini Yadigarın həmkəndli olduğunu və mobil telefonu Yadigara qaytarmasını demişdir. Oktay Yadigardan götürdüyü mobil telefonu dərhal gətirərək təhvil vermişdir. Sonra Yadigarı yaşadığı evə gedərək telefonun onun özünə qaytarmışdır. «Baxış keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Bərdə rayonu Alpoud kənd ərazisində yerləşən Yem mağazasının arxa tərəfidir. Hadisə yerinə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən heç bir əşya, predmet aşkar edilməmiş və götürülməmiş, bu barədə müvafiq protokol tərtib edilərək fotocədvəllə birlikdə cinayət işi materiallarına əlavə edilmişdir. Diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki,videogörüntü Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bərdə rayonu Alpoud kəndində yerləşən yem mağazasının arxasında Zərərçəkmiş şəxs qarşı etdiyi cinayət əməlinin video görüntüsüdür.Təqsirləndirilən şəxs həmin video görüntüdə Zərərçəkmiş şəxs yem mağazasının arxa tərəfinə apararaq əli ilə vurduğu,əlində bıçaqla onu qorxutduğu,bu hərəkətlərini mobil telefona çəkdirdiyi aşkar olunmuşdur.DVD diskə baxış zamanı Təqsirləndirilən şəxs 22 mart 2022-ci il tarixdə saat təxminən 13 radələrində Zərərçəkmiş şəxs Bərdə rayon Alpoud kənd ərazisində yerləşən yem mağazasının arxa tərəfinə gətirərək,orada onun üzərinə əlində olan bıaçqla hücum edərək əli ilə bir neçə dəfə baş və sifət nahiyyələrinə vurması,sonra isə cibində olan 26 manat pulunu və Samsung J2 markalı mobil telefonunu açıq talayaraq ona qarşı soyğunçuluq etməsi müəyyən edildi. DVD disk tərəfimdən qablaşdırılaraq cinayət işinə əlavə edilmişdir. Şəxsi axtarış və götürmə haqqında 23 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs bir ədəd “Samsung A12” markalı mobil telefon götürülmüşdür. «Götürmə aparılması haqqında» xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs bir ədəd “Samsung J2” markalı mobil telefon götürülmüşdür. Üzləşdirmə haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs üzləşdirmə zamanı Təqsirləndirilən şəxs üzünə qarşı 22 mart 2022-ci il tarixində saat 13 radələrində Bərdə rayonu Alpoud kəndi ərazisində yerləşən Yem mağazasının arxa tərəfində onun döyüb cibində olan 26 manat pulunu və Samsung J2 markalı mobil telefonunu götürərək getməsini demişdir. Üzləşmə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs onun üzünə qarşı dediklərini təsdiq etmiş, lakin onun cibindən 26 manat pulunu götürmədiyini bildirmişdir. “Üzləşdirmə haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs üzləşdirmə zamanı Şahid1 üzünə qarşı 22 mart 2022-ci il tarixində saat 13 radələrində Bərdə rayonu Alpoud kəndi ərazisində yerləşən Yem mağazasının arxa tərəfində onu döyüb cibində olan 26 manat pulunu və Samsung J2 markalı mobil telefonunu götürərək getməsini, hadisənin isə Xaliqin mobil telefona çəkdiyini demişdir. Üzləşmə zamanı Şahid1 Zərərçəkmiş şəxs onun üzünə qarşı dediklərini təsdiq etmiş, lakin onun cibindən 26 manat pulu Oktayın götürmədiyini bildirmişdir. Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyünü müəyyən etmək və ya dəqiqləşdimək məqsədi ilə 23 mart 2022-ci il tarixdə bilavəsitə hadisə yerinə çıxmaqla ifadənin yerində yoxlanılması aparılmışdır. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 248 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – burun nahiyəsinin keçmiş əzilmiş yara izi, burun əzilməsi küt əşyanın təsirindən törənmişdir, sağ əlin İ barmağının kəsilmiş yarası isə kəsici xassəyə malik olan əşyanın təsirindən törənmişdir, bıçaq ilə vurulma nəticəsində törənə bilər, törənmə müddəti qərarda göstərilən xx.xx.2022-ci ilə uyğun gəlir və ümumilikdə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya addirlər. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 11 may 2022-ci il tarixli 9/3280 nömrəli rəyindən görünür ki, bir ədəd “Samsung J2” markalı mobil telefonun 2022-ci ilin may ayına olan orta bazar qiyməti təxminən 75,00 manat müəyyən edilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir,həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır Bərdə rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında baş vermiş hadisəni görmüş şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin Tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs RF-sı Samara vilayəti Novokuybışevsk şəhər məhkəməsinin xx.xx.2018-ci il tarixli RF CM-nin 162 M. 2H: 166 M. 2 H: “A,B” bəndi 69 M. 3 H ilə 04 il azadlıqdan məhrum edilmişdir. Bərdə rayon X5 ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 08 aprel 2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Hacılar kəndində qeydiyyatdadır. Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. 23 mart 2022-ci il tarixli qəbzdən görünür ki, bir ədəd “Samsung J2” markalı mobil telefon Zərərçəkmiş şəxsn özünə qaytarılmışdır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Samsung J2” markalı mobil telefon saxlaması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilmiş, bir ədəd “Samsung A12” markalı mobil telefon Bərdə rayon polis şöbəsinin “maddi sübutların saxlanılması otağı”`na təhvil verilmiş və bir ədəd “DVD” disk cinayət işinin materiallarına əlavə edilmişdir. Zərərçəkmiş şəxs səalhiyətli orqanlara ünvanladığı notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs oğu ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs oğu ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə özünü qismən təqsirli bilərək, Zərərçəkmiş şəxs ona borcu olduğu və söyüş söydüyü üçün onun əmlaknı borcunu ödəyəcəyi halda geri qaytaqmaq üçün götürdüyünü bildirsə də, məhkəmə onun bu ifadəsini məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs və şahid ifadələrini, ekspertiza rəylərini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları, və işin faktiki hallarını əsas götürərək həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut kimi qəbul etmir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs verilən ittihamda hadisə zamanı onun zərər çəkmiş Zərərçəkmiş şəxs məxsus 26 manat pulunun da əlindən almasını göstərmişdir. Lakin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus 26 manat pulunu götürməsi təsdiq olunmadığından ona verilən ittihamın məzmumundan həmin xüsusat xaric olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə, düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsində, nəzərdə tutulan cinayət əməllərini törətdiklərindən həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tam ödənilməsini, zərəçəkmiş şəxslə barışdığını, zərəçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzər alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tələblərinə görə Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göründüyü kimi Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hal müəyyən edilmiş və CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tələbləri nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsi, CM-nin 53.4. və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il və xx.xx.2011-ci il tarixli qərarları). Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəzasını yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların isə olmamasını nəzərə alıb hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasının aşağı həddlərində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Təqsiləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını-ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi, müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində, çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut hesab edilən Bərdə rayon polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung A12” markalı mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılmalıdır. Elcə də bir ədəd “Samsung J2” markalı mobil telefonun Zərərçəkmiş şəxs təhvil verilməsi və bir ədəd “DVD” disk cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia verilməmiş və xüsusi müsadirə tətbiq ediləcək əmlak müəyyən olunmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə təqsirli bilinsin və ona 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə çəzaçəkmənin başlanğıcı 22 mart 2022-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut hesab edilən Bərdə rayon polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung A12” markalı mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılsın. Elcə də bir ədəd “Samsung J2” markalı mobil telefonun Zərərçəkmiş şəxs təhvil verilməsi və bir ədəd “DVD” disk cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir
Məhkəmə qərarları › İş №1(100)-58/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-58/2023
05.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver