Məhkəmə qərarları › İş №1(100)-58/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-58/2024

05.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-58/2024 05.04.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər X3, Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, X7, X8, X4 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 və Təqsirləndirilən şəxs Səyruş oğlunun iştirakları ilə, xx.xx.1970-ci il tarixdə Şamaxı şəhərində anadan olmuş, evli, orta təhsilli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, Şamaxı rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 204.1-ci maddəsi ilə təqsirli bilinib, 6 il azadlıqdan məhrum etmə cəzasına, Rusiya Federasiyasının Kirov Vilayətinin Malmıjsk rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Rusiya Federasiyasının CM-nin 111-ci maddəsinin birinci hissəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Şamaxı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 08 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan rayon Məhkəməsinin xx.xx.2021-ci tarixli qərarı ilə 1 ay 6 gün vaxtından əvvəl şərti azad olunmuş, cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni Məhəllədə yaşayan,barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs əvvəllər tanımadığı, “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə tanış olduğu, özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən, şəxsiyyəti məlum olmayan naməlum şəxslə pulunu sonradan ödəyəcəyi barədə razılığa gələrək, sonuncudan 29 noyabr 2022-ci il tarixdə saat 23:50-də 15000 manat pul müqabilində 1 (bir) ədəd üzəri sarı rəngli yapışqanlı lentlə sarınmış iç-içə qoyulmuş şəffaf polietilen torbada təmiz çəkisi 513,641 qram külli miqdarda maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroini və 10000 manat pul müqabilində 1 (bir) ədəd üzəri sarı rəngli yapışqanlı lentlə sarınmış iç-içə qoyulmuş şəffaf polietilen torbada təmiz çəkisi 510,682 qram külli miqdarda maddə, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəki satış məqsədi ilə qanunsuz olaraq alıb əldə edərək əynində olan tünd göy rəngli, çiyin hissələrində ağ və qırmızı rəngləri olan, qabağı zəncirbəndlə bağlanan idman gödəkçəsinin altına yerləşdirib üzərində satış məqsədi ilə qanunsuz olaraq saxlayıb daşıyarkən 30 noyabr 2022-ci il tarixdə saat 00:05 dəqiqədə Goranboy RPŞ-nin əməkdaşları tərəfindən Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Goranboy rayonu, Borsunlu kəndi ərazisindən keçən hissəsində saxlanılaraq Goranboy rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynində olan tünd göy rəngli, çiyin hissələrində ağ və qırmızı rəngləri olan, qabağı zəncirbəndlə bağlanan idman gödəkçəsinin altından 1 (bir) ədəd üzəri sarı rəngli yapışqanlı lentlə sarınmış iç-içə qoyulmuş şəffaf polietilen torbada təmiz çəkisi 513,641 qram külli miqdarda maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroin və 1 (bir) ədəd üzəri sarı rəngli yapışqanlı lentlə sarınmış iç-içə qoyulmuş şəffaf polietilen torbada təmiz çəkisi 510,682 qram külli miqdarda maddə, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryək aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, CM-in 234.1-ci il təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun üzərində 100 qram heroin və 100 qram tiryək olmuşdur. O, bir müddət əvvəl vatsapda bir nəfərlə danışmış və həmin şəxs ona bəs mən filankəsin tanışıyam, ehtiyac olarsa yavaş yavaş pulunu ödəməklə ona 100 qram heroin və 100 qram tiryək göndərə biləcəyini demişdir. Həmin şəxslər özlərin Ağababa, Nizami kimi təqdim etmişdir. O, tanış olduğu Nizami olmuşdur. O, həmin şəxsin dediyi kimi Goranboya gəlmiş ona deyilən yerə satandan sonra ona şəkil atılmış və narkotikin, filan yerə qoymuşam demişdir. O, gəlib narkotiki götürüb oradan uzaqlaşmaq istəyəndə ona kiminsə yaxınlaşmasını hiss etmişdir. O, həmin bükülünü götürüb Bakıya qayıtmaq istəmişdir. Nakotik vasitələri öz şəxsi istifadəsi üçün götürmüşdür. O danışdığı şəxsə 500 qram heroin deməmişdir. O şöbəyə gətirilmiş üzərinə baxış keçiriləndə üzərində olan bükümləri özü çıxarıb təqdim etmişdir. O şöbədə həmin bükülülərdə olan narkotik vasitələrəin çəkisini bilmişdir.Həmin narkotik vasitələrə görə heç kimə pul verməmiş, şəxsi istifadəsi üçün saxlamışdır. Təqsirləndirilən şəxsin məhəkəmdə tədqiq olunmuş istintaq zamanı verdiy ifadəsindən görünür ki, o özünü Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki; «təxminən 3-4 il olar ki narkotik vasitə istifadə edir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında Bakı şəhərində 20 Yanvar metrostansiyası yaxınlığında adını xatırlamadığı kafedə oturub yemək yeyərkən tanımadığı, təxminən 40-45 yaşlarında bir nəfər şəxs həmin kafeyə daxil olmuş, kafedə müştərilər çox olduğu və yer olmadığı üçün həmin şəxs onun masasında oturub yemək yemək istədiyini demişdir. O, da etiraz etməmiş, həmin şəxs onun masasında əyləşmiş, yemək yeyərkən söhbət etmişlər, söhbət əsnasında həmin şəxs onun narkotik vasitə istifadəçisi olduğunu bilmiş və +**********01 saylı mobil nömrəni ona verərək, həmin nömrəni istifadə edən şəxsin İran İslam Respublikasının vətəndaşı olduğunu, lazım olsa həmin şəxsdən narkotik vasitə əldə edə biləcəyini demişdir. Həmin mobil nömrəni telefonunun yaddaşına qeyd etmiş və istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin Vhatsapp ani mesajlaşma proqramı vasitəsilə həmin nömrənin Vhatsapp ani mesajlaşma proqramına zəng etmiş, narkotik vasitə istifadəçisi olduğunu, uzun müddətli şəxsi istifadəsi üçün külli miqdarda, lakin münasib qiymətə narkotik vasitə almaq istədiyini demişdir. Həmin şəxs ona narkotik vasitə təşkil edəcəyini, heroinin 1 qramını 30 manata, tiryəkin bir qramını isə 20 manata satacağını, narkotiki götürmək üçün Goranboy-Gəncə zonasına gəlməyini, təxminən Goranboy rayonunun ərazisinə daxil olan zaman onunla əlaqə saxlamağını, narkotiki qoyduğu yeri deyəcəyini bildirmişdir. Həmin şəxsə nəğd ödəniş üçün pulunun olmadığını, qısa müddətdə onun pulunu ödəyə biləcəyini bildirmiş, həmin şəxs də etiraz etməmiş və narkotiki götürdükdən sonra əlaqə saxlayıb pulu ona hansı formada ödəyəcəyini deyəcəyini bildirmişdir. O, Bakı şəhərindən xx.xx.2022-ci il tarixdə saat 19:30 radələrində sürücüsünü tanımadığı, dövlət qeydiyyat nişanına diqqət etmədiyi, qara rəngli Mersedes-Benz markalı taksi avtomobili ilə Goranboy rayonuna gələn zaman həmin şəxsə Vhatsapda mesaj yazmış, həmin şəxs narkotik maddəni qoyduğu yerin fotoşəklini ataraq Goranboy rayon Qazanbulaq kəndində avtobus dayanacağının arxasında göy rəngli sellofan torbada olduğunu bildirmişdir. Həmin şəxs sellofan torbanın içərisində 500 qram heroin və 500 qram tiryək olduğunu demişdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 23:50 radələrində Qazanbulaq kəndinin yaxınlığında taksidən düşmüş, taksi getmiş, piyada hərəkət edərək həmin dayanacağa yaxınlaşmış, dayanacağın arxa hissəsindən göy sellofan paketdə olan narkotik maddələri götürüb əynində olan tünd göy rəngli, qabağı zəncirbəndlə bağlanan idman gödəkçəsinin altına yerləşdirib gödəkçənin qabağını bağlamışdır. Sonra Bakı şəhərinə qayıtmaq üçün yoldan keçən avtomobillərdən birini saxlatmaq məqsədi ilə Bakı-Qazax magistral yoluna doğru piyada hərəkət etmiş və yolun kənarında gözləməyə başlamışdır. Bu zaman 4 nəfər mülki geyimli şəxs ona yaxınlaşmış və xidməti vəsiqələrini göstərərək özlərini təqdim edib Goranboy RPŞ-nin əməkdaşları olduqlarını bildirmişlər. Həmçinin onun kim olduğunu, hansı məqsədlə orada dayandığını soruşmuşlar. O, adının Sadiq olduğunu, Bakı şəhərində yaşadığını, Goranboy rayonuna qonaq gəldiyini bildirmiş, üzərində narkotik vasitə olduğu üçün həyəcanlanmış, polis əməkdaşlarının suallarına sərbəst cavab verə bilməmişdir. Daha sonra polis əməkdaşları onun şübhəli danışdığını bildirərək, onu Goranboy RPŞ-nə dəvət edib gətirmişlər. Polis şöbəsində onun şəxsiyyətini müəyyən etdikdən sonra üzərində şəxsi axtarış aparılacağını bildirmişlər, onu vəkillə təmin etmişlər, hüquq və vəzifələrini izah etmişlər. Rayon polis şöbəsində üzərində şəxsi axtarış aparılan zaman ona könüllü olaraq üzərindəki əşyaları masanın üzərinə qoymağı təklif olunmuş, o, əynində olan qara rəngli cins şalvarın sol cibindən pul qabını, şalvarının sağ yan cibindən Samsung Galaxy J1 markalı mobil telefonu, Magna markalı siqareti və əynində olan idman gödəkçəsinin altına sol döş hissəsinə qoyduğu göy rəngli sellofanın içərisindəki 2 ədəd bağlamanı, birinin içərisində narkotik maddə olan heroin, digərinin içərisində isə narkotik maddə tiryək olan sarı yapışqanlı lentlə bağlanmış bağlamaları masanın üzərinə qoymuş, onun üzərində şəxsi axtarış aparılan zaman video və foto çəkilişdən də istifadə olunmuşdur. Sonra üzərindən aşkar edilmiş şəxsi istifadə üçün əldə edib üzərində daşıdığı 2 ədəd sarı rəngli yapışqanlı lentlə bağlanmış bağlamalarda olan narkotik maddələrin heroin və tiryək olduğunu bildirmiş, həmin maddələr maddi sübüt əhəmiyyəti kəsb etdiyi üçün vəkilin və iştirakçıların iştirakı ilə götürülərək elektron tərəzidə ayrı-ayrılıqda çəkilib 540 qram heroin və 520 qram tiryək olduğu müəyyən edilmiş və 1 ədəd ağ rəngli zərfdə qablaşdırıb möhürlənərək götürülmüşdür. Üzərindən aşkar edilmiş pul qabı və içərisində bir ədəd 20 manatlıq və bir ədəd 100 manatlıq pul əskinazları, Magna markalı siqaret maddi sübüt əhəmiyyəti kəsb etmədiyi üçün özünə qaytarılmışdır. Samsung Galaxy J1 markalı mobil telefonu isə narkotik vasitə aldığı şəxslə əlaqə saxlamağına vasitəçilik etdiyi üçün telefona baxış keçirlməsi zərurəti yarandığından götürülmüşdür. Eyni zamaanda, ifadəsində mütəmadi olaraq narkotik vasitə istifadə etdiyi üçün şəxsi istifadəsi ilə əlaqədar olaraq narkotik vasitə olan heroin və tiryəki özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən tanımadığı şəxsin qoyduğu Goranboy rayon Qazanbulaq kəndi ərazisindəki avtobus dayanacağının arxasından götürmüşdür. Bundan sonra isə həmin narkotik vasitə olan heroini və tiryəki şəxsi istifadəsi ilə əlaqədar olaraq üzərində saxlayıb Bakı şəhərinə aparmaq istəmişdir. Üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan heroin və tiryəki satmaq niyyəti olmamış, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etmişdir. Həmin şəxslə narkotik vasitələri əldə etdikdən sonra pulunu verəcəyi ilə bağlı razılaşmış, 500 qram heroin üçün 15000 manat, 500 qram tiryək üçün isə 10000 manat pul verəcəyini bildirmişdir. Həmin şəxs pulu hansı vasitə ilə ona çatdıracağı barədə sonra məlumat verəcəyini demişdir. Üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin və tiryəki İran İslam Respublikasının vətəndaşından alan zaman həmin narkotik vasitəni başqa şəxslərə satmağı ilə bağlı həmin şəxslə arasında hər hansa razılaşma mövcud olmamışdır. Mütəmadi olaraq narkotik vasitə qəbul etdiyi üçün az-az istifadə etmək məqsədi ilə həmin miqdarda narkotik vasitələri əldə etmişdir. Vhatsapp ani mesajlaşma proqramında İran İslam Respublikasının vətəndaşı ilə səsli olaraq danışan zaman sonuncu ona hal-hazırda Azərbaycan Respublikasının ərazisində olduğunu, ona satacağı narkotik vasitənin Azərbaycan Respublikasının ərazisində istehsal olunduğunu bildirmişdir. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş mobil telefonda ***-***-**-** mobil nömrəsindən istifadə etdiyini qeyd etmişdir». Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Goranboy rayon Qazanbulaq kənd ərazisində Bakı-Qazax yolunun Borsunlu kənd ərazisində keçən hissəsində yoldaşlarla birgə xidmətdə olan zaman bir nəfər şəxsin dayandığını görmüş, gecə saat 12-01 radələrində şəxsə yaxınlaşıb kim oldnunu soruşmuşlar. Bu zaman həmin şəxs həyəcanlı cavab verdiyindən onun şəxsiyyətini müəyyən etmək üçün Goranboy rayon Polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində həmin şəxsin Təqsirləndirilən şəxs olması və Şamaxı rayon sakini olması müəyyənləşdiridlmişdir .X6 dəvət olunmuş vəkil və cinayət axtarış bölməsinin əməliyyat işçilərinin iştiraki ilə birlikdə şəxsin üzərinə baxış keçirilmiş və həmin şəxsin üzərindən, gödəkçəsinin qol iç cib hissəsindən iki büküm çıxarılmış, həmin bükümlərdə heroin və tiryək olmuşdur.Götürülmüş narkotik vasitələr qanunda nəzərədə tutulan qaydada rəsmləşdirilmişdir. Əvvəllər həmin şəxsin hardansa kənardan gəlməsi ilə bağlı onlarda məlumat olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək ifadəsində göstərmişdir ki, uzun müddət keçliyindən və avtoqəza keçirdiyindən hadisə tam yadında qalmamışdır. İstintaqa verdiyi ifadəsini təsdiq edir. Goranboy rayonu, Borsunlu kəndində həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Qazanbulaqda mənzil oğurluğu olduğundan onunla bağlı 4 nəfər xidmətdə olmuşlar. Təqsirləndtirilən şəxs özünün şübhəli apardığı üçün onlar ona yaxınlaşıb özlərin ona təqdim etmiş və şöbəyə dəvət etmişlər.Polis şöbəsində soununcunun şəxsiyyəti müəyyənləşdirilmiş və üzərinə baxış keçirilərkən üzərnidən narkotik vasitələr aşkar olunmuşdur.Müdafiəçinin iştirakı təqsirləndirilən şəxsin üzərindən aşkar olunan narkotik vasitələr tiryək və heroin qanunda nəzərdə tutulan qaydada rəsmləşdirilərək götürülmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 30 noyabr 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” porotokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Goranboy rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbir seçilmiş və həbsetmənin əvvəli 30 noyabr 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəməkimyəvi ekspertizanın 30 noyabr 2022-ci il tarixli 16/1355 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik maddə olan heroin və tiryəkə bənzər kütlə...” sözləri və imzalar olan kağız paketdəki, -üzəri sarı rəngli yapışqanlı lentlə sarınmış 1 ədəd iç-içə qoyulmuş şəffaf polietilen torbada təmiz çəkisi 513,641 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. -üzəri sarı rəngli yapışqanlı lentlə sarınmış 1 ədəd iç-içə qoyulmuş şəffaf polietilen torbada təmiz çəkisi 510,682 qram maddə, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir. Heroin və tiryək 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya 9xüsusi razılıq) tələb olunan prekursorların” siyahısına əsaslanaraq yoxlanıldı və müəyyən olundu ki, heroin və tiryək “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in 1 siyahısının 1-ci bəndinə daxildir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının 26 dekabr 2022-ci il tarixli 1941 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması barədə protokoldan, protokola əlavə edilmiş fotocədvəl və 1 ədəd diskdən görünür ki, Təqsirləndirilən şəxs əynində 1 ədəd tünd göy rəngli qabağı zəncirbəndlə bağlanan idman gödəkcəsi, 1 ədəd qara rəngli cins şalvar, ayağında 1 cüt qara rəngli ayaqqabı vardır. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən pul qabısını və şalvarının sağ yan cibindən “Magna” markalı siqareti və “Samsung Galaxy J1” markalı mobil telefonu və əynində olan qabağı zəncirbəndlə bağlanan gödəkçənin sol döş hissəsinə qoyduğu göy rəgli sellofana bükülmüş 2 ədəd sarı rəngli yapışqanlı lentlə sarınmış narkotik maddə olan heroinə və tiryəkə bənzər kütlələri masanın üzərinə qoymuş, sorğu zamanı üzərindən aşkar edilmiş göy rəngli sellofanın içərisində 2 ədəd sarı rəngli yapışqanlı lentlə sarınmış bükümdə olan maddələrin heroin və tiryək olduğunu demişdir. O, üzərindən aşkar edilmiş narkotik vasitələri mobil telefon vasitəsi ilə əlaqə saxladığı, əvvəllər tanımadığı şəxsin dediyi yerdən, Goranboy rayon Qazanbulaq kəndinin giriş hissəsində olan avtobus dayanacağının arxasından götürərək əynində olan idman gödəkçəsinin alt hissəsinə yerləşdirmiş, sonra Bakı şəhərinə getmək üçün Bakı-Qazax avtomobil yolunun Goranboy rayonu Borsunlu kəndindən keçən hissəsində, Bakı şəhəri istiqamətində yolun kənarında dayanmışdır. Həmin zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və sorğu-sual etdikdən sonra onu şübhəli şəxs qismində Goranboy RPŞ-yə gətirmişlər. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 ədəd sarı rəngli yapışqanlı lentlə sarınmış bükümlərdə olan maddələr maddi sübüt əhəmiyyəti kəsb etdiyi üçün vəkilin və iştirakçıların iştirakı ilə elektron tərəzidə çəkilərək cəmi 1 kq 60 qram (540 qram heroinə bənzər və 520 qram tiryəkə bənzər) narkotik vasitəyə bənzər kütlələr müəyyən edilmiş, maddi sübüt əhəmiyyəti kəsb etdiyi üçün götürülərək 1 ədəd ağ rəngli zərfdə qablaşdırılmış və DİN-nin 121 saylı möhürü ilə möhürlənərək ekspertiza tədqiqi aparılması üçün götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş pul kisəsi və içərisində 1 (bir) ədəd 20 manatlıq, 1 (bir) ədəd 100 manatlıq pul əskinazı və “Magna” markalı siqaret maddi sübüt əhəmiyyəti kəsb etmədiyi üçün özünə qaytarılmış, “Samsung Galaxy J1” markalı mobil telefon isə narkotik maddə aldığı şəxslə əlaqə saxlamasına vasitəçilik etdiyi üçün baxış keçirilməsi məqsədi ilə götürülmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək baxış keçirilməsi üçün götürülmüş“Samsung Galaxy J1” markalı mobil telefona Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı Həbib Hacıyev tərəfindən baxış keçirilmiş, həmin mobil telefonun Whatsaap ani mesajlaşma proqramı vasitəsi ilə Təqsirləndirilən şəxs +**********601 mobil nömrənin sahibi, özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən istintaqa məlum olmayan naməlum şəxslə səsli ismarıclarla danışdığı, özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxsin avtobus dayancağının fotoşəklini ataraq Goranboy rayonu Qazanbulaq kəndinin girişində olan avtobus dayanacağı olduğunu, narkotik vasitələri həmin dayanacağın arxasına qoyduğunu bildirmişdir. Mobil telefona baxış keçirilməsi ilə bağlı Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı Həbib Hacıyev tərəfindən protokol tərtib edilmiş, Təqsirləndirilən şəxs ilə özünü İran islam Respublikasının vətəndaşı kimi təqdim edən, istintaqa məlum olmayan naməlum şəxs arasında Vhatsaap ani mesajlaşma proqramında səsli ismarıclarla olan danışıqlar 01 ədəd diskə köçürülərək toplanmış materiala əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirlməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülərək 1 ədəd paketdə qablaşdırılmış 1 (bir) ədəd üzəri sarı rəngli yapışqanlı lentlə sarınmış iç-içə qoyulmuş şəffaf polietilen torbada ekspertiza tədqiqatından sonra təmiz çəkisi 513,441 qram külli miqdarda maddə, kustar üsulla hazırlanmış narkotik vasitəheroin, 1 (bir) ədəd üzəri sarı rəngli yapışqanlı lentlə sarınmış iç-içə qoyulmuş şəffaf polietilen torbada ekspertiza tədqiqatından sonra təmiz çəkisi 510,482 qram külli miqdarda maddə, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryək xx.xx.2022-ci il tarixdə maddi sübut kimi tanınaraq Goranboy RPŞ-yə məsul saxlanca verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 30 noyabr 2022-cü il tarixli protokoldan görünür ki, axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş pul kisəsi və içərisində 1 (bir) ədəd 20 manatlıq, 1 (bir) ədəd 100 manatlıq pul əskinazı və “Magna” markalı siqaret maddi sübut əhəmiyyəti kəsb etmədiyi üçün sonuncunun özünə qaytarılmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Goranboy rayon polis şöbəsinə verilmiş əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli, çiyin hissələrində ağ və qırmızı rəngləri olan, qabağı zəncirbəndlə bağlanan idman gödəkçəsinin altından aşkar edilərək götürülmüş 1 (bir) ədəd üzəri sarı rəngli yapışqanlı lentlə sarınmış iç-içə qoyulmuş şəffaf polietilen torbada təmiz çəkisi 513,641 qram külli miqdarda maddə, kustar üsulla hazırlanmış narkotik vasitə-heroini, 1 (bir) ədəd üzəri sarı rəngli yapışqanlı lentlə sarınmış iç-içə qoyulmuş şəffaf polietilen torbada təmiz çəkisi 510,682 qram külli miqdarda maddə, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəki xx.xx.2022-ci il tarixdə Whatspp ani mesajlaşma proqramı vasitəsi ilə tanış olduğu İran İslam Respublikasının vətəndaşından pulunu sonradan ödəcəyi barədə razılığa gələrək almış və həmin narkotik vasitə olan heroin və tiryəki satış məqsədi ilə üzərində qanunsuz olaraq saxlayıb daşımışdır. Təqsirləndirilən şəxs faktiki olaraq narkotik vasitə satdığı şəxslər müəyyən edilməmişdir. Həmçinin keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı şəhərində, 20 Yanvar metrostansiyası yaxınlığında olan kafelərin birində yemək yeyərkən lazım olarsa narkotik vasitə əldə edə biləcəyini deyib İran İslam Respublikası vətəndaşının istifadəsində olan +**********01 saylı mobil nömrəni verən şəxsin şəxsiyyəti və Təqsirləndirilən şəxs ilə hər hansı formada əlbirliyinin olması müəyyən edilməmişdir. Bununla yanaşı Təqsirləndirilən şəxs Goranboy rayonu ərazisində və digər ərazilərdə analoji cinayətlərdə iştirakının olması müəyyən edilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə +**********01 saylı mobil nömrə ilə əlaqə saxladığı və narkotik vasitə aldığı İran İslam Respublikası vətəndaşının şəxsiyyəti müəyyən edilməmiş, həmçinin İran İslam Respublikasının vətəndaşının Təqsirləndirilən şəxs satdığı narkotik vasitəni dövlət sərhədlərindən qanunsuz olaraq Azərbaycan Respublikasının ərazisinə keçirməməsi müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şamaxı rayon Xalq Məhkəməsinin xx.xx.1997-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin (köhnə redaksiyada) 227, 226-1, 38-ci maddələri ilə təqsirli bilinib, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Şamaxı rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 204.1-ci maddəsi ilə təqsirli bilinib, 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Şamaxı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 08 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan rayon Məhkəməsinin xx.xx.2021-ci tarixli qərarı ilə 1 ay 6 gün vaxtından əvvəl şərti azad olunmuş, cəzasını çəkib qurtarmış, lakin məhkumluğu ödənilməmişdir. Məhəkəmə hesab edir ki təqsirləndirilən şəxs əvvəllər məhkum olunmaqla cəzasını çəkib qurtarsa da,həmin məhkumluğun ödənidlməsi üçün qanunda nəzərədə tutulan muddət kesmədiyindən ounun əməlində cinytəin residivi vardar. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Şamaxı rayon İHB-nin Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xx.xx.2023-cü il tarixli 268 nömrəli arayış və xasiyyətnaməyə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs həqiqətən ünvan 3 ünvanında qeydiyyatdadır və qeydiyyatda olduğu yerdən müsbət xarakterizə edilir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Şamaxı şəhər mərkəzi xəstəxanası publik hüquqi şəxsdən daxil olmuş məktuba əsasən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Şamaxı RMX-nın Ruhi-əsəb və Narkoloji kabinetlərində qeydiyyatda yoxdur. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı onda aşkar edilən narkotik vasitənin ona bir hissəsinin ona məxsus, heç kimə narkotik vasitə satmaması ilə bağlı verdiyi ifadəsinə işin faktiki hallarına uyğun olmadığından tənqidi yanaşaraq inandırıcı hesab etməyib təqsirləndirilən şəxsin həmin ifadəsini məsuliyyətdən yaxa qurtarmaq üçün verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs əvvəllər tanımadığı, “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə tanış olduğu, özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən, şəxsiyyəti məlum olmayan naməlum şəxslə pulunu sonradan ödəyəcəyi barədə razılığa gələrək, sonuncudan 29 noyabr 2022-ci il tarixdə saat 23:50-də 15000 manat pul müqabilində 1 (bir) ədəd üzəri sarı rəngli yapışqanlı lentlə sarınmış iç-içə qoyulmuş şəffaf polietilen torbada təmiz çəkisi 513,641 qram külli miqdarda maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroini və 10000 manat pul müqabilində 1 (bir) ədəd üzəri sarı rəngli yapışqanlı lentlə sarınmış iç-içə qoyulmuş şəffaf polietilen torbada təmiz çəkisi 510,682 qram külli miqdarda maddə, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəki satış məqsədi ilə qanunsuz olaraq alıb əldə edərək əynində olan tünd göy rəngli, çiyin hissələrində ağ və qırmızı rəngləri olan, qabağı zəncirbəndlə bağlanan idman gödəkçəsinin altına yerləşdirib üzərində satış məqsədi ilə qanunsuz olaraq saxlayıb daşıyarkən 30 noyabr 2022-ci il tarixdə saat 00:05 dəqiqədə Goranboy RPŞ-nin əməkdaşları tərəfindən Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Goranboy rayon Borsunlu kəndi ərazisindən keçən hissəsində saxlanılaraq Goranboy rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynində olan tünd göy rəngli, çiyin hissələrində ağ və qırmızı rəngləri olan, qabağı zəncirbəndlə bağlanan idman gödəkçəsinin altından 1 (bir) ədəd üzəri sarı rəngli yapışqanlı lentlə sarınmış iç-içə qoyulmuş şəffaf polietilen torbada təmiz çəkisi 513,641 qram külli miqdarda maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroin və 1 (bir) ədəd üzəri sarı rəngli yapışqanlı lentlə sarınmış iç-içə qoyulmuş şəffaf polietilen torbada təmiz çəkisi 510,682 qram külli miqdarda maddə, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryək aşkar olunaraq götürülməsi tam təsdiq olunmuşdur. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, sübutları müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinin izahını da nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar olunub götürülmüş narkotik vasitənin miqdarının külli miqdardan dəfələrlə artıq olması 2 növ olması, sonuncu tərəfindən həmin narkotik vasitənin qanunsuz olaraq satış məqsədi ilə əldə edilməsi, daşıması və saxlanmasına dəlalət edir. Məhəkəmə hesab edir ki,Təqsirləndirilən şəxs qeyd edilən əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə təqsirli bilinib cinayət cəzası daşımaldır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs yüngülləşdirən hal yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdlə cinayət əməli törətməsi ilə əlaqədar əməlində cinayətin residivinin olması cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs şəxsiyyətini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onların cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 30 noyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınıb Goranoy RPŞ-nin saxlanılan Təqsirləndirilən şəxs götürülərək 1 ədəd paketdə qablaşdırılmış ekspertiza tədqiqatından sonra təmiz çəkisi 513,441 qram külli miqdarda maddə kustar üsulla hazırlanmış narkotik vasitə -heroin və ekspertiza tədqiqatından sonra təmiz çəkisi 510,482 qram külli miqdarda maddə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Goranoy RPŞ-nə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 32 manat, 40 qəpik məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 30 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsaəsən narkomaniyadan məcburi müalicə təyin edilsin və narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut Goranoy RPŞ-nin saxlanılan Təqsirləndirilən şəxs götürülərək 1 ədəd paketdə qablaşdırılmış ekspertiza tədqiqatından sonra təmiz çəkisi 513,441 qram külli miqdarda maddə kustar üsulla hazırlanmış narkotik vasitə -heroin və ekspertiza tədqiqatından sonra təmiz çəkisi 510,482 qram külli miqdarda maddə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Goranboy RPŞ-nə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 32 manat, 40 qəpik manat təşkil Təqsirləndirilən şəxs alınaraq, Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar