Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(100)-582/2024 16.12.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər İbişov İlkin İlqar oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi – Talışova Şahnaz Nazir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır сinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1967-ci il tarixdə Yevlax rayonu, Balçılı kəndində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, ali təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Hüseynzadə küçəsi, ev 1A, mənzil 1-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin N saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.N, 311.3.3 və 311.3.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.N, 311.3.3 və 311.3.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi Gəncə Hərbi Məhkəməsindən məhkəmə aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinin icraatına daxil olmuşdur. Sözügedən cinayət işinin materialları öyrənilərkən, Gəncə Ağır Cinayətlər Məhkəməsi ilə Gəncə Hərbi Məhkəməsi arasında məhkəmə aidiyyətinə dair fikir ayrılığının olması müəyyən edilmişdir. Belə ki, Gəncə Hərbi Məhkəməsi Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməllərini törədən zaman mülki şəxs olmasını (hərbi qulluqçu olmamasını), o cümlədən ittiham olunduğu əməllərdən heç birinin müharibə və hərbi xidmət əleyhinə olan cinayətlərə aid olmamasını, eləcə də verilmiş ittihamda onun istintaqa məlum olmayan N saylı hərbi hissəsinin yüksək vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə cinayət törətməsinin qeyd edilməsinə baxmayaraq, həmin şəxslərin kimliyinin, yəni hərbi qulluqçu statusuna malik olub-olmamasının bəlli olmaması səbəbindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 68.N və 74-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs barəsində olan cinayət işini məhkəmə aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Bununla belə, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihamdan görünür ki, o, Müdafiə Nazirliyinin Gəncə şəhəri ərazisində yerləşən N nömrəli hərbi hissəsinin maliyyə hissəsinin mühasibi vəzifəsində işləyərkən, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin (X4) NN aprel N0NN-ci il tarixli, N №-li əmri ilə həmin hərbi hissənin, eləcə də onun tabeliyindəki ayrı-ayrı hərbi hissələrin maliyyə xidmətlərində müvafiq yoxlamaların aparılması məqsədi ilə N nömrəli hərbi hissənin Şəxsi heyət idarəsinin zabit və gizirlərlə komplektləşdirmə şöbəsinin rəisi-idarə rəisinin müavini, polkovnik ŞahidN, Maliyyə şöbəsinin təftiş bölmə rəisinin baş köməkçisi, mayor Şahid1, Hüquq şöbəsinin hüquqi aktlar və ekspertiza bölməsinin hüquqşünası X10 və Madditexniki təminat şöbəsinin mühasibi X1 ibarət yaradılmış komissiyaya daxil edilmişdir. Həmin komissiyanın tərkibinə daxil edildikdən sonra Təqsirləndirilən şəxs N nömrəli hərbi hissə komandirinin şifahi göstərişinə əsasən, aralarındakı etibarlılıq münasibətlərinə görə əsas maliyyə yoxlamalarının keçirilməsinin bilavasitə onun özünə tapşırılmasından istifadə edib müəyyən edilmiş ardıcıllıq üzrə N nömrəli hərbi hissənin (Quru Qoşunlarının) tabeliyindəki N nömrəli hərbi hissənin maliyyə xidmətinin fəaliyyətinin yoxlanılacağını nəzərə alaraq, həmin yoxlama zamanı hərbi hissənin maliyyə xidməti üzrə hər hansı pozuntuların aşkar olunacağı təqdirdə, həmin pozuntuların həcmindən asılı olmayaraq onların gizlədilməsi müqabilində aidiyyəti maddi məsul şəxslərdən özü və üçüncü şəxslər üçün külli miqdarda maddi neməti (pulu) rüşvət qismində istəyib almaqla qanunsuz qazanc əldə edib varlanmaq imkanlarının olduğu qənaətinə gəlmiş və bu cinayətkar niyyəti barədə şəxsiyyətləri hazırda istintaqa məlum olmayan N nömrəli hərbi hissənin səlahiyyətli yüksək vəzifəli şəxslərinə məlumat verib razılıqlarını aldıqdan sonra həmin şəxslərlə bir qrup şəxs halında qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmişdir. Bundan sonra Təqsirləndirilən şəxs daxil olduğu komissiyanın tərkibində N0NN-ci ilin aprel ayının sonlarında Hadrut qəsəbəsi ərazisində yerləşən N nömrəli hərbi hissənin maliyyə xidmətinin fəaliyyətini, o cümlədən əsgər cədvəllərini, hərbi qulluqçuların və mülki şəxslərin ştatlarının, pul qutusunu yoxlamağa başlayaraq maliyyə sənədlərinin üzləşdirilməsi nəticəsində hərbi hissənin maliyyə xidmətinin xəzinəsində nağd şəkildə N300 (iki min üç yüz) manat məbləğində pulun artıq qaldığını aşkar etmiş və yaranmış vəziyyətdən istifadə edib, bir qrup şəxs halında qabaqcadan əlbir olub cinayət əlaqəsinə girdiyi, şəxsiyyətləri hazırda istintaqa məlum olmayan N nömrəli hərbi hissənin səlahiyyətli yüksək vəzifəli şəxsləri ilə aralarındakı ümumi cinayətkar niyyətə uyğun hərəkət edərək, N nömrəli hərbi hissənin maliyyə xidmət rəisi, polkovnik-leytenant Zərərçəkmiş şəxs X1N tərəfindən xəzinədə nağd şəkildə pul vəsaitlərinin saxlanılmasının qadağan edildiyini, bu əməlin ciddi intizam pozuntusu olduğunu bildirib bununla bağlı yoxlama bitdikdən sonra müvafiq qaydada məruzə edəcəyini və barəsində xidməti araşdırma təyin olunaraq ciddi şəkildə cəzalanacığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs, öz cinayətkar niyyətinə nail olmaq məqsədi ilə, yoxlamanın sonrakı gedişi ərzində, N0NN-ci ilin may ayının əvvəllərində polkovnik-leytenant Zərərçəkmiş şəxs N nömrəli hərbi hissənin Hadrut qəsəbəsi ərazisində yerləşən qərargahında təklikdə yanına çağırmış və ona maliyyə xidmətinin xəzinəsində nağd şəkildə pul vəsaitinin saxlanılması ilə yanaşı, Müdafiə Nazirliyi tərəfindən elan edilmiş tenderdə qardaşı Ədalət Hüseynova məxsus «Neon AD» şirkətinin qalib elan olunmaqla hərbi hissənin dəftərxana ləvazimatlarına olan ehtiyacının həmin şirkət tərəfindən təmin edilməsi barədə də X7 məruzə ediləcəyini, şirkət tərəfindən hərbi hissəyə dəftərxana ləvazimatlarının şişirdilmiş qiymətlərə satılmaqla qanunsuz olaraq külli miqdarda pul vəsaitlərinin ələ keçirilməsinə dair şübhələrinin olduğunu bildirib bu barədə məruzə olunacağı təqdirdə özünün barəsində xidməti araşdırma aparılmaqla xidməti araşdırmanın nəticəsində cəzalandırılması ilə yanaşı, qardaşı Ə.S.Hüseynovun şirkəti ilə bağlı da tədbirlərin görüləcəyini bildirmiş və elə orada polkovnik Zərərçəkmiş şəxs özünə və N nömrəli hərbi hissənin adını çəkmədiyi yüksək vəzifəli şəxslərinə ümumilikdə 30000 (otuz min) manat məbləğində pul verəcəyi təqdirdə yol verdiyi pozuntu ilə bağlı X7 məruzə etməyəcəyini, eyni zamanda qardaşı Ə.S.Hüseynovun şirkəti ilə bağlı da hər hansı tədbirlərin görülməyəcəyini bildirib vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs halında hədə-qorxu tətbiq olunmaqla xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə özü və üçüncü şəxslər üçün birbaşa və şəxsən külli miqdarda maddi neməti rüşvət istəmişdir. Polkovnik-leytenant Zərərçəkmiş şəxs qardaşı Ə.S.Hüseynovun şirkətinin qanuni əsaslarla fəaliyyət göstərdiyini, həmin şirkətin Müdafiə Nazirliyi tərəfindən elan edilmiş tenderdə qalib gəlməsində özünün hər hansı rolunun olmadığını və şirkət tərəfindən hərbi hissəyə dəftərxana ləvazimatlarının satışı ilə bağlı hər hansı pozuntulara yol verilmədiyini bildirsə də, X7 məruzə ediləcəyi təqdirdə özünün ciddi şəkildə cəzalanacağı ilə yanaşı, qardaşı Ə.S.Hüseynovun sahibkarlıq fəaliyyəti üçün də çətinliklərin yaradılacağını nəzərə alaraq, aralarındakı həmin söhbət zamanı Təqsirləndirilən şəxs maddi vəziyyəti imkan vermədiyinə görə tələb olunan 30000 (otuz min) manat məbləğində pulu verə bilməyəcəyini deyib, 5000 (beş min) manat məbləğində pul verməyi təklif etsə də, Təqsirləndirilən şəxs bir qrup şəxs halında qabaqcadan əlbir olub cinayət əlaqəsinə girdiyi, şəxsiyyətləri hazırda istintaqa məlum olmayan N nömrəli hərbi hissənin səlahiyyətli yüksək vəzifəli şəxsləri ilə külli miqdarda pul vəsaitlərinin qanunsuz ələ keçirilməsinə dair aralarındakı sövdələşməyə uyğun hərəkət edərək polkovnik-leytenant Zərərçəkmiş şəxs təklifini rədd etmiş və sonuncunu tələb olunan pulu verməyə məcbur etmək üçün müvafiq fürsət gözləməyə qərar vermişdir. Bundan sonra, Təqsirləndirilən şəxs həmin vəzifədə işləyərkən, N0NN-ci ilin sentyabr ayının əvvəllərində aralarında yaxın tanışlıq münasibətlərinin olduğu vətəndaş Şahid3 istifadəsində olan ********** mobil danışıq nömrəsindən onun istifadəsində olan ********** mobil danışıq nömrəsinə zəng edərək, aralarındakı danışıq zamanı ona Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin maliyyə xidməti rəisi vəzifəsində mayor hərbi rütbəsində xidmət edən qardaşı Səbuhi Məmmədovun polkovnik-leytenant Zərərçəkmiş şəxs tərəfindən yazılmış raport əsasında tutduğu vəzifədən azad olunmaqla sərəncama çıxarıldığını, eyni zamanda Zərərçəkmiş şəxs tutduğu vəzifəsindən və əlaqələrindən istifadə etməklə qardaşı Ə.S.Hüseynovun şirkətinin Müdafiə Nazirliyi tərəfindən elan edilmiş tenderdə qalib gəlməkdə köməklik göstərərək həmin şirkət tərəfindən N nömrəli hərbi hissəyə və həmin hərbi hissənin tabeliyindəki hərbi hissələrə orta bazar qiymətindən dəfələrlə artıq qiymətə müxtəlif növ dəftərxana ləvazimatlarının satılması və külli miqdarda pul vəsaitinin ələ keçirilməsinə dair yaxın tanışı olan Şahid4 baş redaktoru olduğu «Dəryaz» ictimai-siyasi və satira-yumor qəzetinin redaksiyasına məlumatın daxil olduğu barədə məlumat verib, həmin məlumatın XN təqdim olunmasını təmin etməklə polkovnikleytenant Zərərçəkmiş şəxs barəsində xidməti araşdırma təyin olunmasına və araşdırma nəticəsində sonuncunun cəzalanmasına nail olmaq istədiyini bildirərək, bu məqsədlə ondan «Dəryaz» qəzetinin redaksiyasından bununla bağlı N nömrəli hərbi hissəyə göndəriləcək sorğuya cavab verilməsini təmin etməsini xahiş etdikdə, Təqsirləndirilən şəxs N0NN-ci ilin aprel ayının sonlarında keçirtdiyi yoxlama nəticəsində polkovnik-leytenant Zərərçəkmiş şəxs özü və bir qrup şəxs halında qabaqcadan əlbir olub cinayət əlaqəsinə girdiyi, şəxsiyyətləri hazırda istintaqa məlum olmayan N nömrəli hərbi hissənin səlahiyyətli yüksək vəzifəli şəxsləri üçün hədə-qorxu tətbiq olunmaqla rüşvət qismində istədiyi və ala bilmədiyi 30000 (otuz min) manat məbləğində pulun Zərərçəkmiş şəxs alınması üçün əlverişli fürsət düşdüyü qənaətinə gələrək, vətəndaş Şahid3 həmin sorğuya cavab verilməsini təmin edəcəyini vəd etmişdir. Daha sonra Təqsirləndirilən şəxs, öz cinayətkar niyyəti barədə nə vətəndaş Zərərçəkmiş şəxs, nə də ki, «Dəryaz» qəzetinin baş redaktoru Şahid4 heç bir məlumat vermədən, bir qrup şəxs halında qabaqcadan əlbir olub cinayət əlaqəsinə girdiyi, şəxsiyyətləri hazırda istintaqa məlum olmayan N nömrəli hərbi hissənin səlahiyyətli yüksək vəzifəli şəxsləri ilə aralarındakı ümumi cinayətkar niyyətə uyğun hərəkət edib öz cinayətkar hərəkətlərini davam etdirərək, N0NN-ci ilin sentyabr ayının əvvəllərində istifadəsində olan ********** mobil danışıq nömrəsindən «WhatsApp» mobil tətbiqi vasitəsi ilə polkovnik-leytenant Zərərçəkmiş şəxs istifadəsində olan ********** mobil danışıq nömrəsinə zəng etmiş və aralarındakı danışıq zamanı sonuncuya «Dəryaz» qəzetinə onun vəzifəsindən və əlaqələrindən istifadə etməklə qardaşı Ə.S.Hüseynovun şirkətinin Müdafiə Nazirliyinin elan etdiyi tenderdə qalib gəlməsini təmin etməsi və həmin şirkət tərəfindən N nömrəli hərbi hissəyə, eləcə də həmin hərbi hissənin tabeliyindəki digər hərbi hissələrə orta bazar qiymətindən dəfələrlə artıq qiymətə müxtəlif növ dəftərxana ləvazimatlarının satılması və külli miqdarda pul vəsaitinin ələ keçirilməsinə dair məlumatın daxil olduğunu, bu barədə artıq X3 da məlumat verildiyi və barəsində araşdırma təyin olunacağını, həmin məlumatın dərc olunmamasının və barəsində araşdırmanın aparılmamasının təmin edilməsi üçün N0NN-ci ilin aprel ayında ondan istənilən 30000 (otuz min) manat məbləğində pulu verməli olduğunu, əks təqdirdə müvafiq məlumatların qəzetdə dərc olunacağını, eyni zamanda barəsində araşdırma təyin olunmaqla ciddi şəkildə cəzalanacağını bildirib, vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs halında hədə-qorxu tətbiq olunmaqla xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə özü və üçüncü şəxslər üçün birbaşa və şəxsən külli miqdarda maddi neməti rüşvət istəmişdir. Polkovnik-leytenant Zərərçəkmiş şəxs növbəti dəfə qardaşı Ə.S.Hüseynovun şirkətinin qanuni əsaslarla fəaliyyət göstərdiyini, həmin şirkətin Müdafiə Nazirliyi tərəfindən elan edilmiş tenderdə qalib gəlməsində özünün hər hansı rolunun olmadığını və şirkət tərəfindən hərbi hissəyə dəftərxana ləvazimatlarının satışı ilə bağlı hər hansı pozuntulara yol verilmədiyini bildirsə də, X7 məruzə ediləcəyi təqdirdə özünün ciddi şəkildə cəzalanacağı ilə yanaşı, qardaşı Ə.S.Hüseynovun sahibkarlıq fəaliyyəti üçün də çətinliklərin yaradılacağını nəzərə alaraq, sonrakı müddət ərzində aralarındakı çoxsaylı telefon danışıqları zamanı Təqsirləndirilən şəxs maddi vəziyyəti imkan vermədiyinə görə tələb olunan 30000 (otuz min) manat məbləğində pulu verə bilməyəcəyini deyib, buna görə onlara yalnız 5000 (beş min) manat məbləğində pul verməyi təklif etsə də, Təqsirləndirilən şəxs bir qrup şəxs halında qabaqcadan əlbir olub cinayət əlaqəsinə girdiyi, şəxsiyyətləri hazırda istintaqa məlum olmayan N nömrəli hərbi hissənin səlahiyyətli yüksək vəzifəli şəxsləri ilə külli miqdarda pul vəsaitlərinin qanunsuz ələ keçirilməsinə dair aralarındakı sövdələşməyə uyğun hərəkət edərək polkovnik-leytenant Zərərçəkmiş şəxs təklifini rədd etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs həmin vəzifədə işləyərkən, N0NN-ci ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə çağırılaraq Gəncə şəhəri ərazisində yerləşən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində gənc əsgər hazırlığı kursuna cəlb edilmiş əsgər Əliyev X6 Nazirliyində yaradılmış çağırışçıların Azərbaycan Ordusunda bölgü komissiyası tərəfindən xüsusi kompüter proqramı tətbiq edilməklə NN avqust N0NN-ci il tarixdə aparılmış bölgü nəticəsində Kəlbəcər rayonunda yerləşən N nömrəli hərbi hissədə müvafiq vəzifədə hərbi xidmətə təyin edildikdən sonra, sonuncunun qardaşı Şahid5 N0NN-ci sentyabr ayının sonlarında günorta saatlarında istifadəsində olan ********** mobil danışıq nömrəsindən «WhatssApp» mobil tətbiqi vasitəsi ilə onun istifadəsində olan ********** mobil danışıq nömrəsinə zəng edərək, qardaşı Şahid7 barədə ətraflı məlumat verməklə onun daha əlverişli şəraitdə xidmət etmək istədiyini bildirib, sonuncunun bölgü üzrə təyin olunduğu N nömrəli hərbi hissənin xidmət şəraiti daha rahat olan ehtiyat taboruna təyin olunmasında hər hansı köməklik göstərə bilib-bilməyəcəyini soruşduqda, Təqsirləndirilən şəxs yaranmış vəziyyətdən istifadə edib qanunsuz qazanc əldə etməklə varlanmaq qərarına gələrək, bu məqsədlə Şahid5 maraqlanıb nəticəsi barədə bir qədər sonra məlumat verəcəyini bildirmişdir. Vətəndaş Şahid5lə danışdıqdan sonra Təqsirləndirilən şəxs elə həmin gün aralarındakı söhbət barədə şəxsiyyətləri hazırda istintaqa məlumat olmayan N nömrəli hərbi hissənin səlahiyyətli yüksək vəzifəli şəxslərinə məlumat verib onlarla pul verilməsi müqabilində əsgər Şahid7 N nömrəli hərbi hissənin ehtiyat taboruna daimi xidmətə təyin olunmasına dair sövdələşib bir qrup şəxs halında qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş və aralarındakı ümumi cinayətkar niyyətə uyğun hərəkət edərək, elə həmin gün axşam saatlarında istifadəsində olan ********** mobil danışıq nömrəsindən «WhatsApp» mobil tətbiqi vasitəsi ilə vətəndaş Şahid5 istifadəsində olan ********** mobil danışıq nömrəsinə zəng edib N500 (iki min beş yüz) manat məbləğində pul verilməsi müqabildə qardaşı Şahid7 N nömrəli hərbi hissənin ehtiyat taborunda xidmətə təyin olunmasını təmin edə biləcəyini bildirib, təkrarən vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə özü və üçüncü şəxslər üçün birbaşa və şəxsən maddi neməti rüşvət istəmişdir. Vətəndaş Şahid5 həmin təklifi qəbul edərək razılaşmış və aralarındakı sövdələşməyə əsasən, Təqsirləndirilən şəxs onunla aralarındakı danışıqdan bir neçə gün sonra, N0NN-ci ilin sentyabr ayının sonlarında, günorta saatlarında Gəncə şəhəri ərazisində təklikdə görüşüb orada Şahid5 N500 (iki min beş yüz) manat məbləğində pulu qəbul etməklə vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə özü və üçüncü şəxslər üçün birbaşa və şəxsən maddi neməti rüşvət almış və aldığı rüşvətin müqabilində şəxsiyyətləri hazırda istintaqa məlumat olmayan N nömrəli hərbi hissənin səlahiyyətli yüksək vəzifəli şəxslərinin köməkliyi ilə əsgər Şahid7 N nömrəli hərbi hissə komandirinin N sentyabr N0NN-ci il tarixli, N №-li əmri ilə həmin hərbi hissənin Kəlbəcər rayonunun Zülfüqarlı kəndinin ərazisində yerləşən və ehtiyat taboru olan 4-cü taborunun 10-cu bölüyünün N-ci tağımının N-ci manqasının qumbaraatanı vəzifəsinə təyin edilməklə müddətli həqiqi hərbi xidmət müddətinin sonunadək həmin vəzifədə xidmət etməsini təmin etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs, həmin vəzifədə işləyərkən, N0NN-ci ilin noyabr ayının əvvəllərində arvadı X8 ona müraciət edib, Gəncə şəhərində, «Azərittifa» adlanan ərazidə yerləşən «Papatya» gözəllik salonunda işləyən tanışı Şahid8 əri X11 çavuş hərbi rütbəsində Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət etdiyini, lakin hərbi xidmət müddətinin bitməməsinə baxmayaraq, vaxtından əvvəl ordu sıralarından ehtiyata buraxılmasını istədiyini bildirib bununla bağlı çavuş Z.S.İmanova hər hansı köməklik göstərilməsinin mümkün olub-olmadığını soruşduğunu bildirdikdə, yaranmış vəziyyətdən istifadə edib qanunsuz qazanc əldə etməklə varlanmaq qərarına gələrək, bu məqsədlə arvadı G.Ə.Əliyevadan vətəndaş Şahid8 mobil danışıq nömrəsini əldə etmişdir. Daha sonra Təqsirləndirilən şəxs elə həmin gün şəxsiyyətləri hazırda istintaqa məlumat olmayan N nömrəli hərbi hissənin səlahiyyətli yüksək vəzifəli şəxslərinə çavuş Z.S.İmanovun müqavilə üzrə xidmət müddətinin bitmədiyi halda, vaxtında əvvəl müddətdən artıq həqiqi hərbi xidmətdən tərxis olunmaqla ordu sıralarından ehtiyata buraxılmaq istəməsi barədə məlumat verib onlarla pul verilməsi müqabilində çavuş Z.S.İmanovun N nömrəli hərbi hissədən vaxtından əvvəl ehtiyata buraxılmasının təmin edilməsinə dair sövdələşib bir qrup şəxs halında qabaqcadan əlbir olub cinayət əlaqəsinə gərmiş və aralarındakı ümumi cinayətkar niyyətə uyğun hərəkət edərək, elə həmin gün axşam saatlarında istifadəsində olan ********** mobil danışıq nömrəsindən «WhatsApp» mobil tətbiqi vasitəsi ilə vətəndaş Şahid8 istifadəsində olan ********** mobil danışıq nömrəsinə zəng edib, 1000 (bir min) manat məbləğində pul verilməsi müqabildə əri Z.S.İmanovun müqavilə müddətinin bitməməsinə baxmayaraq, ordu sıralarından tərxis olunmaqla vaxtından əvvəl ehtiyata buraxılmasını təmin edə biləcəyini bildirib, təkrarən vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə özü və üçüncü şəxslər üçün birbaşa və şəxsən maddi neməti rüşvət istəmişdir. Vətəndaş Şahid8 həmin təklifi qəbul edərək razılaşmış və aralarındakı sövdələşməyə əsasən, Təqsirləndirilən şəxs onunla aralarındakı danışıqdan bir neçə gün sonra, N0NN-ci ilin noyabr ayının əvvəllərində, saat 1N radələrində Gəncə şəhərində, «Azərittifaq» adlanan ərazidə yerləşən «Papatya» gözəllik salonunun qarşısında təklikdə gürüşüb orada Şahid8 1000 (bir min) manat məbləğində pulu qəbul etməklə təkrarən vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə özü və üçüncü şəxslər üçün birbaşa və şəxsən maddi neməti rüşvət almış və aldığı rüşvətin müqabilində şəxsiyyətləri hazırda istintaqa məlumat olmayan N nömrəli hərbi hissənin səlahiyyətli yüksək vəzifəli şəxslərinin köməkliyi ilə N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Z.S.İmanovun N nömrəli hərbi hissə komandirinin N fevral N0N3-cü il tarixli, 01Nəç №-li əmri ilə müqavilə müddətinin bitməməsinə baxmayaraq, xidməti uyğunsuzluqla ordu sıralarından tərxis olunmaqla ehtiyata buraxılmasını təmin etmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs şəxsiyyətləri hazırda istintaqa məlum olmayan N nömrəli hərbi hissənin səlahiyyətli yüksək vəzifəli şəxsləri ilə külli miqdarda pul vəsaitlərinin qanunsuz ələ keçirilməsinə dair aralarındakı sövdələşməyə uyğun hərəkət edərək, eləcə də həmin şəxslərin köməkliyi ilə ittiham olunduğu cinayət əməllərini törətmişdir. Məhkəmə tərkibi bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olub cinayət əlaqəsinə girdiyi şəxslərin şəxsiyyəti istintaqa bəlli olmasa da, hərbi hissədə mülki şəxslərin yüksək vəzifə tuta bilməməsi, eləcə də hərbi hissədə yüksək vəzifəli şəxslər dedikdə hərbi hissənin rəhbər heyətinin nəzərdə tutulması təqsirləndirilən şəxsin qabaqcadan əlbir olub cinayət əlaqəsinə girdiyi şəxslərin hərbi qulluqçu statusunda olmasına dəlalət edir. Məhz buna görə həmin iş üzrə istintaq qrupunun rəhbəri Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun İstintaq idarəsinin rəisi X9 xx.xx.N0N4-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarı ilə istintaq idarəsinin icraatında olan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət törətmiş N saylı hərbi hissənin şəxsiyyəti hazırda istintaqa məlum olmayan vəzifəli şəxsləri barədə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.3.1, 311.3.N, 311.3.3, 311.3.4, 313 və 341.N.1-ci maddələri ilə ayrıca icraata cinayət işi ayrılmışdır. Cinayət Məcəlləsinin 341-ci maddəsi isə hərbi xidmət əleyhinə olan cinayətlərə aid olmaqla subyekti birbaşa hərbi rəis və ya digər hərbi vəzifəli şəxs hesab olunur. Göründüyü kimi ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxslə qabaqcadan əlbir olmuş bir qrup şəxsin şəxsiyyəti müəyyən edilməsə də, həmin şəxslərin hərbi qulluqçu olmaları birmənalı olaraq qəbul edilmişdir ki, nəticə etibarı ilə də onlar barəsində hərbi xidmət əleyhinə olan cinayətlərə aid Cinayət Məcəlləsinin 341.N.1-ci maddəsi isə ayrıca icraata cinayət işi ayrılmışdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun N-ci maddəsinə əsasən, bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda onun istintaqa məlum olmayan N saylı hərbi hissəsinin yüksək vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə cinayət törətməsinin qeyd edilməsinə, eləcə də ibtidai istintaq orqanı tərəfindən qrupun digər üzləri barəsində hərbi xidmət əleyhinə olan cinayətlərə aid Cinayət Məcəlləsinin 341.N.1-ci maddəsi ilə ayrıca icraata cinayət işinin ayrılmasına baxmayaraq Gəncə Hərbi Məhkəməsi məsələyə ümumi prizmadan yanaşaraq Təqsirləndirilən şəxs qabaqcadan əlbir olub cinayət əlaqəsinə girdiyi şəxslərin kimliyinin, yəni hərbi qulluqçu statusuna malik olub-olmamasının bəlli olmamasını əsas gətirərək Azərbaycan Respublikası CPM-in 68.N və 74-cü maddələrinə əsasən təqsirləndirilən şəxs barəsində olan cinayət işini məhkəmə aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərmişdir. Halbuki Təqsirləndirilən şəxs qabaqcadan əlbir olub cinayət əlaqəsinə girdiyi N saylı hərbi hissəsinin yüksək vəzifəli şəxslərinin şəxsiyyətinin barələrində ayrıca icraata ayrılmış cinayət işi üzrə gələcəkdə bəlli olması, yəni sonuncuların hərbi qulluqçu statusunda olmasının dəqiq müəyyən edilməsi Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxıldığı təqdirdə təqsirləndirilən şəxs barəsində olan həmin cinayət işi üzrə birbaşa məhkəmə aidiyyətinin pozulması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 68.N-ci maddəsinə əsasən, hərbi məhkəmələr müharibə və hərbi xidmət əleyhinə olan böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə dair, habelə hərbi qulluqçular tərəfindən törədilmiş böyük ictimai təhlükə törətməyən və az ağır, ağır və xüsusilə ağır cinayətlərə dair işlərə baxırlar (göstərilən cinayətlər hərbi qulluqçu olmayan şəxsin iştirakı ilə törədilərsə, onun barəsində işə də hərbi məhkəmə tərəfindən baxılır). Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, Gəncə Hərbi Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs mülki şəxs olması, eləcə də onun qabaqcadan əlbir olub cinayət əlaqəsinə girdiyi şəxslərin kimliyinin, yəni hərbi qulluqçu statusuna malik olub-olmamasının bəlli olmaması əsas gətirilərək Azərbaycan Respublikası CPM-in 68.N və 74-cü maddələrinə əsasən təqsirləndirilən şəxs barəsində olan cinayət işinin məhkəmə aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilməsi məhkəmələr arasında məhkəmə aidiyyətinə dair fikir ayrılığının yaranmasına səbəb olur. Azərbaycan Respublikası Konstitusiyasının 6N-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Cinayət-Prosessual Məcəlləsinin N9-cu maddəsinə əsasən, heç kəs onun işinə aidiyyəti qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququndan məhrum oluna bilməz. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Cinayət-Prosessual Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqlarının və X5 Haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart N006-cı il tarixli 5 saylı qərarının N-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı Avropa Konvensiyasının müddəalarını rəhbər tutmağı və bu zaman Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Rantsev Kiprə və Rusiyaya qarşı” işi (№ N5965/04, 07 yanvar N010-cu il, § N07) üzrə qərarında qeyd olunmuşdur ki, ərizəçinin Rusiyaya qarşı hazırkı işdə şikayətləri Rusiya tərəfindən xanım Rantsevanı insan alveri və istismar təhlükəsindən qorumaq və onun Kiprə gəlməsi, orada işləməsi və sonrakı ölümü ilə bağlı halların istintaqını araşdırmaq üçün zəruri tədbirlərin iddia olunan görülməməsinə aiddir. Məhkəmə qeyd edir ki, belə şikayətlər o mülahizəyə əsaslanmır ki, Rusiya Kiprdə və ya Kipr dövlət orqanları tərəfindən törədilmiş hərəkətlərə görə məsuliyyət daşıyır. İddia olunan insan alverinin Rusiyada başladığı fakt baxımından və insan alverinə qarşı mübarizə aparmaq üzrə Rusiyanın öz üzərinə götürdüyü öhdəliyi nəzərə alaraq, Məhkəmənin səlahiyyətindən kənarda deyil ki, xanım Rantsevanı insan alverindən qorumaq və onun insan alverinə məruz qalması mümkünlüyünü araşdırmaq üçün yurisdiksiya və səlahiyyətləri daxilində tədbirlər görmək məqsədilə üzərində olan hər hansı öhdəliyə Rusiya tərəfindən riayət edilib-edilmədiyini araşdırsın. Eynilə, ərizəçinin Konvensiyanın N-ci maddəsi üzrə Rusiya dövlət orqanlarına qarşı şikayəti Rusiyada yaşayan şahidlərin ifadələrinin təmin olunması daxil olmaqla, istintaq hərəkətlərinin həyata keçirilməməsinə aiddir. Məhkəmənin üzərinə düşür ki, Konvensiyanın N-ci maddəsi üzrə ərizəçinin şikayətini mahiyyəti üzrə araşdırarkən, Rusiyada dövlət orqanlarının üzərinə düşən hər hansı prosessual öhdəliyin əhatəsini və hazırkı işin halları baxımından hər hansı belə öhdəliyə riayət olunub-olunmamasını qiymətləndirsin. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin qərarında göstərilmişdir ki, məhkəmə təkrar edir ki, Rusiyanın hazırkı işdə məsuliyyəti onun yurisdiksiyasına düşən hərəkətlərlə məhdudlaşır (baxın, yuxarıda N07-N08-ci paraqraflar). Cinayət qanunu həmin vaxtda insan alveri cinayətini xüsusi olaraq nəzərdə tutmasa belə, Rusiya Hökuməti iddia edib ki, ərizəçinin şikayət etdiyi hərəkətlər digər cinayətlərin tərkibi daxilinə düşür (§ 301). Məhkəmə təkrar edir ki, operativ tədbirlər görmək barədə Rusiyaya aid olan hər hansı pozitiv öhdəlik yalnız onun ərazisində baş vermiş hərəkətlərdən yarana bilər (baxın, mutatis mutandis, yuxarıda qeyd olunmuş Al-Adsani, §§ 38-39) (§ 304). Lakin Məhkəmə qeyd edir ki, Rusiya dövlət orqanları xanım Rantsevanın necə və harada seçilməsi ilə bağlı istintaq aparmamışdır. Xüsusən, dövlət orqanları xanım Rantsevanın seçilməsinə və ya istifadə olunmuş seçim metodlarına aid olan şəxsləri müəyyən etmək üçün hər hansı addım atmamışdır. Seçilmənin Rusiyanın ərazisində baş verdiyini nəzərə alaraq, Rusiya dövlət orqanları xanım Rantsevanın seçilməsi ilə bağlı səmərəli istintaqın həyata keçirilməsi üçün ən yaxşı vəziyyətdədir. Xanım Rantsevanın sonrakı ölümü və onun Rusiyadan getməsi hallarını əhatə edən qeyri-müəyyənlik baxımından hazırkı işdə bu məsələ ilə bağlı istintaqın aparılmaması ən ciddi məqamdır (§ 304). Beləliklə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.N, 311.3.3 və 311.3.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsi ilə Gəncə Hərbi Məhkəməsi arasında məhkəmə aidiyyətinə dair fikir ayrılığı olduğu üçün həmin məsələnin həllindən ötrü, yəni cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində və ya Gəncə Hərbi Məhkəməsində baxılması məsələsini müəyyən etmək üçün həmin cinayət işi Gəncə Apellyasiya Məhkəməsinə göndərilməlidir. Bundan başqa, iş materiallarında olan Gəncə Hərbi Məhkəməsinin xx.xx.N0N4-cü il tarixli, 1-1(095)-N83/N0N4 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti hazırlıq iclası keçirilənədək uzadılmışdır. X13 Məhkəməsinin “Meloni İsveçrəyə qarşı” iş üzrə 10 aprel N008-ci il tarixli qərarında göstərilmişdir ki, həbs qərarı konkret əsaslara söykənməli və konkret vaxt müddəti müəyyən etməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-in 159.1 və N99.3.5-ci maddələrinə, X13 Məhkəməsinin göstərilən hüquqi mövqeyinə əsaslanıb məhkəmənin bugünkü hazırlıq iclasında cinayət işi üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsi ilə Gəncə Hərbi Məhkəməsi arasında məhkəmə aidiyyətinə dair fikir ayrılığı olduğu üçün həmin məsələnin həllindən ötrü, yəni cinayət işinə Gəncə Hərbi Məhkəməsində yaxud Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılması məsələsini müəyyən etmək üçün həmin cinayət işinin Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi nəticəsinə gəlindiyini, bu səbəbdən gələcəkdə göstərilən məhkəmələrdən birində hazırlıq iclasının keçirilməli olduğunu, Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinin ictimai təhlükəliliyini, xarakterini və törədilmə şəraitini, ağır cinayətlər kateqoriyasına aid olmasını, azadlıqda qalarsa, cinayət prosesini həyata keçirən orqandan gizlənməsi barədə Azərbaycan Respublikası CPM-in 155.1.1-ci maddəsində nəzərdə tutulmuş hərəkəti etməsinə dair ehtimalın kifayət qədər əsaslı və real olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri aidiyyəti üzrə müvafiq məhkəmədə məhkəmə hazırlıq iclası keçirilib qərar qəbul edilənədək dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 68, 75, 77, 155 və N99cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.N, 311.3.3 və 311.3.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsi ilə Gəncə Hərbi Məhkəməsi arasında məhkəmə aidiyyətinə dair fikir ayrılığı olduğu üçün həmin məsələnin həllindən ötrü, yəni cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində və yaxud Gəncə Hərbi Məhkəməsində baxılması məsələsini müəyyən etmək üçün həmin cinayət işi Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri aidiyyəti üzrə müvafiq məhkəmədə məhkəmə hazırlıq iclası keçirilib qərar qəbul edilənədək dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərarın surəti məlumat üçün cinayət prosesinin tərəflərinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin N saylı istintaq təcridxanasına göndərilsin.
Məhkəmə qərarları › İş №1(100)-582/2024
Gəncə Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(100)-582/2024
16.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver