Məhkəmə qərarları › İş №1(100)-59/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-59/2021

18.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-59/2021 18.03.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və Bağırov Məhəmməd Ənvər oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: X30 oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1984-cü ildə Tovuz rayonunun Bozalqanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, “Record” günəbaxan firmasında sürücü işləmiş, əvvəllər məhkum olunmamış, Tovuz şəhəri, Abulbəyli yaşayış ərazisində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham elan edilmişdir ki, o, xx xxxxx 2020-ci il tarixdə, saat 22 radələrində yaşadığı Tovuz şəhəri, Abulbəyli yaşayış ərazisindəki evinin həyətyanı sahəsində yerləşən ərzaq mağazasına oğurluq məqsədi ilə daxil olan, şəxsiyyəti sonradan müəyyən edilmiş xx xxxxxx 1992-ci il təvəllüdlü Tovuz rayonunun Abulbəyli kənd sakini X16 mağazada quraşdırılmış təhlükəsizlik kamerasının evlərində qoşulu olan nəzarət monitorunda görüb əsəbləşərək əmlakını talayan şəxsdən qisas almaq niyyəti ilə onu öldürmək qərarına gəlib evdən çıxarkən əvvəlcədən yaşadığı evin girişindəki pilləkənin altında olan soyuq silah hesab edilməyən mətbəx bıçağını götürüb mağazanın həyətə açılan qapısının qarşısına gəldikdə həmin vaxtı mağazadan çıxan Elnur Mehdiyevi qarşılayıb əlindəki deşici-kəsici xassəyə malik olan bıçaqla sonuncunun həyat fəaliyyəti üçün vacib orqanlarının yerləşdiyi döş nahiyəsinə bir dəfə zərbə vurub Elnur Mehdiyevə döş qəfəsinin ön səthinin sol yarısının daxilə nüfuz edən sol ağ ciyər arteriyasının və ürək kisəsinin zədələnməsindən törənən kəskin qan itirmə və şok nəticəsində ölümünə səbəb olmuş dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid deşilmiş-kəsilmiş xəsarət yetirmiş, növbəti zərbələri yetirmək istədikdə Elnur Mehdiyev onun əlindən çıxaraq Tovuz şəhəri, Əhməd Cavad küçəsi istiqamətində qaçarkən o, əlindəki bıçaqla sonuncunu təqib edib çata bilməyərək geri qayıtsa da Elnur Mehdiyev aldığı xəsarətdən hadisə yerindən bir qədər aralıda, Tovuz şəhərinin Əhməd Cavad küçəsindən keçən istifadəsiz su arxının içində ölmüş, bununla da o, qəsdən Elnur Mehdiyevi öldürüb həyatdan məhrum etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Tovuz şəhəri, Abulbəyli yaşayış ərazisində anası Şahid2, həyat yoldaşı Şahid1, övladları, X9 və X7 ilə birlikdə yaşayır. X1 2005-ci ildə vəfat edibdir. Özü 2019-cu ilin noyabr ayından “Record” günəbaxan firmasında sürücü işləyir. Yaşadıqları evin həyətində ərzaq mağazaları vardır. xx xxxxx 2020-ci il tarixdə saat 22 radələrində həyat yoldaşı ilə birlikdə evdə televizora baxmış, övladları və anası isə həmin vaxt yatırmışlar. Yaşadıqları evin həyətində yerləşən mağazaya təhlükəsizlik kamerası quraşdırdığından həmin kameranın görüntülərinə də evlərinin daxilində yerləşən monitor vasitəsilə baxa bilirlər. Mağazanın iki qapısı vardır, bir qapısı yaşadıqları evin həyətinə açılır, mağazaya müştəri gələndə onlar həmin qapıdan mağazaya daxil olurlar. Mağazanın digər qapısı isə müştərilərin giriş-çıxışı üçündür və həmin qapı küçəyə açılır. Həyat yoldaşı ilə birlikdə evdə televizora baxan zaman həyat yoldaşı monitordan baxıb gördüyü üçün ona mağazaya oğru girdiyini bildirmiş və özü də evdə quraşdırılmış monitora baxanda mağazanın daxilində adam olduğunu görmüş, sonra isə daimi qaldıqları evin birinci mərtəbəsindən çıxaraq evin ikinci mərtəbəsinə qalxan pilləkənin altından əvvəldən də orada olan və toyuq kəsmək üçün istifadə etdikləri mətbəx bıçağını hər ehtimala qarşı birdən mağazaya girən adamın üzərində bıçaq ola biləcəyi və onunla əlbəyaxa olan zaman özünü müdafiə etmək məqsədilə götürmüş, sonra isə əsəbi formada söyüş söyə-söyə mağazaya tərəf getmiş və həmin vaxt mağazanın evin həyətinə açılan qapısından bir nəfər çıxıb onun üzərinə doğru tullanıb sol gözündən və sifət nahiyəsindən yumruq ilə vurduqda yerə doğru çöməlmiş, həmin vaxtı özü də bilmədən özünü müdafiə etmək üçün sağ əlində olan bıçaqla həmin şəxsi vuranda arxaya doğru yıxılmış, sonra isə həmin şəxs evin həyətində olan hamama söykənən pilləkən ilə hamamın üstünə çıxıb küçəyə tullanaraq Ə.Cavad küçəsi istiqamətində qaçmış, o da həmin adamı yaxalayaraq polisə təslim etmək üçün onun arxasınca qaçanda həyat yoldaşıgil qışqırdığı üçün evə qayıtmışdır. Həmin şəxsin isə hansı istiqamətdə getdiyini bilməmişdir. Evə qayıdıb gəldikdən sonra kamera görüntüsünə baxmaq istəsə də, şokda olduğu üçün baxa bilməmişdir. Mağazalarının küçəyə açılan qapısı həmin vaxtı bağlı olmuşdur. Evin həyətinə açılan qapısı isə həmişə açıq olmuşdur. Hadisə baş verən zaman da evlərinin qapısı bağlı olmuş, həmin şəxs də mağazaya evin həyətinə hasardan tullanıb mağazanın həyətə açılan qapısından daxil olmuşdur. Evə gəldikdən sonra dostu olan Şahid4 zəng edib ondan onlara gəlib kamera görüntüsünə baxmaq üçün köməklik etməsini xahiş etmiş, sonra isə dayısı oğlu Şahid9 zəng edərək sonuncudan polis tanışları olduğu üçün mağazaya oğru girməsi barəsində onlara xəbər verməsini xahiş etmişdir. Sonradan isə Xəyyamla iki nəfər polis əməkdaşı onlara gəlib kamera görüntüsünə baxdıqdan sonra həmin şəxsi tanıdıqlarını, onun özlərini də bezdirdiyini, həmin şəxsin bir neçə evə oğurluğa girdiyini deyib onu axtarmağa getmişlər. Polis əməkdaşları çıxıb getdikdən sonra yenidən kamera görüntüsünə baxanda həmin şəxs mağazaya təxminən 3-4 dəqiqə aralıqla iki dəfə daxil olduğunu görmüşdür. Birinci dəfə mağazaya daxil olub siqaret, kassadan pul, vitrindən isə 1 litrlik “Belıy Medved” arağı götürüb getmişdir. Sonradan isə o özü həmin arağı əmisi oğlu Elsevər ilə birlikdə evlərinin qarşısında olan “park” dedikləri yeri axtaranda oradan tapmışlar. Həmin şəxs birinci dəfə mağazaya oğurluğa girib çıxıb ikinci dəfə yenidən 2-3 dəqiqə sonra mağazaya qayıdıb kassadan qəpik götürəndə həyat yoldaşı onu monitorda görüb ona mağazada oğru olduğunu demişdir. xx xxxxx 2020-ci il tarixdə isə polis əməkdaşları o yaşadığı evə gəlib onu polis şöbəsinə aparmışlar. Polis şöbəsində də o başına gələn hadisəni onlara danışmışdır. Sonradan ona məlum olmuşdur ki, hadisə baş verən zaman onun əlində olan bıçaq sonradan adı ona məlum olan onun mağazasına oğurluq məqsədilə daxil olmuş Elnur Mehdiyevə dəymiş və o, almış olduğu xəsarətlərdən Ə.Cavad küçəsindən keçən istifadəsiz su arxının içərisində vəfat etmişdir. İfadəsinə əlavə olaraq zərərçəkmiş şəxsi öldürmək niyyətinin olmadığını, qəsdən bıçaqla zərbə vurmadığını, sadəcə özünü və ailəsini müdafiə etdiyi zaman bıçaqla zərərçəkmiş şəxsə xəsarət yetirdiyini, törətmiş olduğu əməldən çox peşman olduğunu, zərərçəkmiş şəxsin arxasınca qaçarkən həyəcanlı olduğu üçün özüdə bilmədən əlində bıçaqla birlikdə qaçdığını bildirdi. Vurduğunu bilməmişdir, bilsəydi hadisə haqqında polisə özü dərhal məlumat verməzdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, Tovuz rayonu Abulbəyli kəndində həyat yoldaşı X12 və oğlu Şahid5 ilə birlikdə yaşayır. xx.xx.2020-ci il tarixdə vəfat etmiş X24 onun doğma oğludur. Elnur heç bir yerdə işləməmiş, subay olmuşdur. Orta məktəbi 7-ci sinfə qədər oxumuş, 2010-cu ilin iyul ayından 2012-ci ilin yanvar ayınadək hərbi xidmətdə olmuşdur. Əvvəllər Elnurun bir neçə dəfə oğurluğa görə məhkumluğu olmuşdur. xx xxxxx 2020-ci il tarixdə kimsə oğlu Elçinə zəng edib qardaşının Tovuz şəhəri Ə.Cavad küçəsində istifadəsiz su arxının içərisində meyitinin tapılması barədə məlumat vermiş, Elçin də özü gedib qardaşının meyitini ekspertizadan evlərinə gətirmişdir. Sonradan oğlu Elnurun hansı şəraitdə ölməsi barədə maraqlananda bilmişdir ki, xx xxxxx 2020-ci il tarixdə axşam saat 22 radələrində oğlu yenə Tovuz şəhərində yerləşən Aftandil adlı bir nəfər şəxsin mağazasına daxil olub, həmin vaxtı da ev yiyəsi onu kamerada görüb mağazaya gələndə mağazanın qapısında əlbəyaxa olublar. Həmin vaxtı da ev yiyəsi oğlunu bıçaqla vurmuşdur. Oğlu da onun əlindən çıxıb hadisə yerindən qaçmış, həmin günün səhəri də oğlunun meyiti yaxınlıqdan keçən istifadəsiz su arxının içərisindən tapılmışdır. Hadisə baş verən günü oğlu bütün günü evdə olmuş, həmin günü saat 18 radələrində oğlu evdən çıxıb harasa getmiş, ona nə qədər heç hara getməməsi barədə desə də, Elnur onu eşitməyib evdən çıxıb harasa getmişdir. Oğlunun ölümü ilə bağlı hər hansı şikayət və tələbi yoxdur. Oğlu özü spirti içki qəbul edən adam olmuş, tez-tez içib sərxoş olmağı demək olar ki, onun özünü də bezdirmiş, spirtli içki içməyəndə isə normal adam olmuş, etdiyi cinayətlərin hamısını da içkili olan vaxt etmişdir. Oğlu oğurluğa görə həmin vaxt cəza çəkirdi. Məhkəmə iclasında ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi tədqiq edilərək araşdırılmış Şahid5 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində zərərçəkmiş şəxsin hüquqi varisi X2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2013cü ildə Təqsirləndirilən şəxs ilə rəsmi nikaha daxil olmuş və həmin nikahdan iki azyaşlı övladları vardır. Hazırda Tovuz şəhəri Abulbəyli yaşayış ərazisində həyat yoldaşı Təqsirləndirilən şəxs, qaynanası Şahid2 və azyaşlı övladları ilə birlikdə yaşayırlar. Yaşadıqları evin həyətində ərzaq mağazaları vardır, çox vaxt mağazaya gələn müştəriləri o özü yola salır. xx xxxxx 2020-ci il tarixdə axşam saat 22 radələrində həyat yoldaşı Aftandil ilə birlikdə evdə televizora baxmışlar. Həmin vaxt Aftandil özü divanda uzanmış, özü isə onun ayaq tərəfində oturmuşdur. Qaynanası ilə övladları isə həmin vaxt yatmışlar. Yaşadıqları ev demək olar ki, iki mərtəbəlidir. Qış aylarında ailəlikcə birinci mərtəbədə, yay aylarında isə ikinci mərtəbədə yaşayırlar. Televizora baxan zaman birdən yaşadıqları evin həyətində yerləşən mağazaya quraşdırılmış təhlükəsizlik kamerasının qoşulu olduğu monitorda mağazada kassanın qarşısında üzü təhlükəsizlik kamerasına doğru bir nəfər şəxsin kassadan qəpikləri yığdığını görüb yoldaşına mağazada oğru olduğunu demiş, yoldaşı da tez evdən çıxmış, o özü də onun arxasınca evdən çıxmışdır. Yoldaşı evdən çıxdıqdan sonra birdən oğru ona nəsə edər deyə əvvəldən də evin qapısının yaxınlığındakı stolun üstündə olan mətbəx bıçağını götürmüş, həyat yoldaşı əsəbi halda qışqıra-qışqıra mağazaya tərəf gedəndə mağazanın həyətə açılan qapısından oğru çölə çıxmış və yoldaşı həmin vaxt onunla mağazanın qapısının qarşısında rastlaşmış, həmin vaxt oğru yoldaşına iki əli ilə yoldaşının üz nahiyəsinə vurduqdan Aftandildə ona “əl-qol” atmış, bu zaman yoldaşının ayağı büdrəyən kimi olmuş həmin vaxt oğru əvvəldən də evin həyətindəki hasara bitişik hamama söykənən formada olan taxta nərdivanla hamamın üstünə çıxıb oradan da birbaşa küçəyə tullanmış, yoldaşı da həyətlərinin qapısını açıb oğrunun arxası ilə Ə.Cavad küçəsi istiqamətində qaçmağa başlamışdır. Yoldaşı oğrunun arxasınca qaçanda o özü də yoldaşının arxasınca küçəyə tərəf qaçmış, qaynanası da onların səsini eşidib çölə çıxmışdır. Qışqıra-qışqıra yoldaşının arxasınca qaçanda əvvəldən ayağı evdəki betona dəydiyi, eyni zamanda hamilə olduğu üçün daha qaça bilməyib yerə çöməlmiş və qışqıraraq yoldaşını geri çağırdıqda Aftandil “qorxma, qışqırma, gəlirəm” deyib geri qayıtmışdır. Yoldaşı qayıdandan dərhal sonra saata baxmış, həmin vaxt saat 22:15 olmuşdur. Sonradan yoldaşı ilə birlikdə kamera görüntüsünə baxmaq istəsələr də baxa bilmədikləri üçün yoldaşı sinif yoldaşı olan Şahid4 zəng edib onlara gəlib kamera görüntüsünə baxmağa köməklik etməsini xahiş etmişdir. Sonra isə dayısı oğlu olan Şahid9 zəng edib mağazalarına oğru girdiyini, onun polis tanışları olduğu üçün onlara xəbər verməyini demişdir. Sonradan isə evlərinə iki nəfər polis əməkdaşı gəlmiş, polislər gəldikdən sonra kamera görüntüsünə baxdıqda həmin şəxsi tanıdıqlarını, onun özlərini də bezdirdiyini deyib həmin şəxsi axtarmağa getmişlər. Yenidən özləri bir daha kamera görüntüsünə baxdıqda isə həmin şəxsin onların mağazasına 2-3 dəqiqə aralıqla iki dəfə daxil olub birinci dəfə mağazanın kassasından nəğd pul, siqaret və vitrindən araq götürmüşdür. Oğru mağazadan çıxdıqdan 2-3 dəqiqə sonra yenidən mağazaya qayıdıb kassadan qəpik götürəndə isə o özü onu monitorda görmüşdür. xx xxxxx 2020-ci il tarixdə səhər saat 09:30 radələrində polis əməkdaşları onların evinə gəlib həyat yoldaşını polis şöbəsinə aparmışlar. Sonradan isə bilmişlər ki, onların mağazasına oğurluğa girmiş şəxsin meyiti Ə.Cavad küçəsindən keçən istifadəsiz su arxının içərisindən tapılıbdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verərək onun dediklərini özünə aid hissədə təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X25 ifadəsində göstərdi ki, xx xxxxx 2020-ci il tarixdə səhər saat 09 radələrində evdə yatan zaman qızı Hicranə evə gəlib “ölübdür, ölübdür” deyəndə qızından kimin öldüyünü soruşmuş, o da arxın içində kişi meyitinin olduğunu dedikdə tez evdən çıxıb həyətlərinin aşağısından keçən arxa tərəf gedəndə arxın üzərində olan gediş-gəliş üçün istifadə etdikləri körpünün üstündə göy rəngli kişi gödəkçəsinin və qara rəngli papağın olduğunu görüb arxın içərisinə baxdıqda körpünün sağ tərəfində 1 nəfər kişi meyitinin olduğunu görmüşdür. Həmin meyitin əynində də mayka, şalvarı isə yarıya qədər aşağı enmiş vəziyyətdə olmuşdur. Meyiti görəndə ürəyi gəlmədiyi üçün ona yaxınlaşa bilməmiş və qorxduğundan qonşusu olan Fikrət dayını qışqırıb çağırmış, Fikrət dayı da pilləkənin başına çıxıb nə baş verdiyini soruşanda arxın içərisində kişi meyitinin olduğunu ona demiş, Fikrət dayı da ona dərhal bu barədə polisə məlumat verməli olduğunu bildirmiş, lakin özü həmin yerə gəlməmişdir. Daha sonra isə bu barədə dərhal polisə məlumat vermiş, sonradan hüquq mühafizə orqanlarının əməkdaşları onların evinə gəlmişlər. Yaşadığı evin həyəti Ə.Cavad küçəsi istiqamətindədir. Evin həyətinin aşağı hissəsindən isə su arxı keçir. Həmin su arxı demək olar ki, onların həyətlərinin içərisindən keçir. Belə ki, həyətlərinin darvazası küçəyə tərəf açılır. Darvazadan daxil olduqdan sonra isə təxminən 10 metr məsafədən su arxı keçir. Arxın üstünə də gediş-gəliş üçün körpü düzəltdirmişlər. Körpünün onların həyətə doğru istiqamətində isə həyətinin aşağı hissəsindən şiferlə hasar çəkdirmişdir. Qeyd etdiyi körpünün qurtaracağında isə həyətə it-pişik keçməsin deyə dəmir barmaqlıqdan qapı düzəltdirmişdir. Evlərinin hamamı və tualeti həyətdə yerləşdiyindən qızı həmin günü həyətə çıxanda dəmir barmaqlıq olan qapıdan arxın üzərindən keçən körpünün üzərində kişi gödəkçəsinin olduğunu görüb elə başa düşüb ki, yəqin həyətə it girib gödəkçəni ora aparıbdır. Sonradan həmin yerə yaxınlaşanda arxın içərisində kişi meyiti görmüşdür. Meyitə yaxınlaşıb ona baxmadığı üçün onu tanıya bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs doğma bibisi oğludur. xx xxxxx 2020-ci il tarixdə saat 23 radələrində Aftandil ona zəng edib mağazalarına oğru girdiyini bildirmiş və polis tanışları olduğu üçün ondan polisə məlumat verməyini xahiş etmişdir. Aftandilgil özləri Tovuz şəhəri Abulbəyli yaşayış ərazisi deyilən yerdə yaşayırlar. Yaşadıqları evin həyətində də ərzaq mağazaları var. Aftandil ona mağazalarına oğru girdiyini dedikdən sonra dostu olan Hafiz adlı polis əməkdaşına zəng edib ona bu barədə məlumat vermiş və Hafiz ona post patrul xidmətini hadisə yerinə göndərəcəyini bildirmişdir. Sonra isə o özü də Aftandilgilə getmiş, ora çatanda artıq orada Aftandilin əmisi oğlu olan Elsevər və rayon sakini kimi tanıdığı Xəyyam da olmuş, Aftandildən oğrunun evə necə girdiyini, haradan girdiyini maraqlananda Aftandil də ona bildirmişdir ki, evdə olanda mağazalarına quraşdırılmış təhlükəsizlik kamerasının qoşulu olduğu monitorda mağazaya oğru girdiyini görüb evdən çıxıb söyüş söyə-söyə mağazaya tərəf gedəndə oğru mağazanın qarşısından çıxıb Aftandillə əlbəyaxa olan zaman Aftandili vurmuş, Aftandil də yerə yıxılmışdır. Sonra isə oğru evin həyətindəki hamamın üstünə çıxıb oradan küçəyə tullanaraq qaçmışdır. Aftandil də onu yaxalamaq üçün çıxsa da oğru qaçıb getmişdir. Sonra isə Aftandilgilə post patrul xidmətinin iki nəfər əməkdaşı gəlib kamera görüntüsünə baxıb oğrunu kamerada gördükdən sonra onlar həmin şəxsi tanıdıqlarını və onu tapacaqlarını deyib Aftandildən bir-birlərinin nömrələrini götürüb çıxıb getmişlər. Daha sonra isə o özü Xəyyamı aparıb evlərinə düşürüb oradan birbaşa evlərinə getmişdir. Həmin günün səhəri atası onu yuxudan oyadıb axşam nə baş verdiyini soruşmuş, o da Aftandilgilin evlərinə oğrunun girdiyini deyəndə atası da “Aftandil oğrunu bıçaqla vurub, ölüm işi var” deyə bildirmiş, o da tez evdən çıxıb Aftandilgilə getmişdir. Hadisə yerinə gedəndə artıq hüquq mühafizə orqanlarının hamısı hadisə yerində olmuş, həmin vaxtı Aftandilin axşam kamerada mağazalarına oğru girdiyini görüb evdən çıxanda çöldən bıçaq götürüb oğru ilə mağazanın qapısının qarşısında əlbəyaxa olan zaman oğrunun Aftandili gözündən vurduğunu, Aftandilin də əlindəki bıçaqla onu vurduğunu bilmişdir. Həmin şəxs də qaçıb getmiş, səhərisi günü onun meyiti Aftandilgilin evinin yaxınlığında, Tovuz şəhəri Ə.Cavad küçəsindən keçən istifadəsiz su arxının içərisindən tapılmışdır. O sonradan bilmişdir ki, Aftandilgilin mağazalarına oğurluğa girən şəxs X17r. Bildiyinə görə də həmin şəxs bir neçə yerə oğurluğa girmiş, əvvəllər də bir neçə dəfə tutulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Şahid9 ifadəsinə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Tovuz şəhəri Abulbəyli yaşayış ərazisində yaşayır. Təqsirləndirilən şəxs tanıyır, belə ki, Aftandil onunla qonşudur və üzbəüz evlərdə yaşayırlar, lakin evlərinin arasında “park” dedikləri ağaclıq ərazi yerləşir. Evləri ikimərtəbəlidir, qarşı tərəfi küçəyə baxır. xx xxxxx 2020-ci il tarixdə saat 22:20 radələrində evdə olarkən elərinin ikinci mərtəbəsində “meydan” dedikləri yerdə üzü küçəyə doğru siqaret çəkən zaman qəfildən küçə tərəfdən Aftandilin qışqırıq səsini eşidib həmin tərəfə baxanda bir nəfər şəxsin Aftandilgilin küçəsi ilə üzü Ə.Cavad küçəsi istiqamətində qaçdığını, Aftandilin də onun arxasınca qaçdığını görmüş, sonra da Aftandilin həyat yoldaşı küçəyə çıxıb “Afto, Afto” deyə qışqırıb onu geriyə qayıtmağa çağırmış, Aftandil geriyə qayıtmışdır. Təxminən 10-15 dəqiqədən sonra o əynini geyinib Aftandilgilə getmiş, onlara gedəndə Aftandilin əmisi oğlu Elsevər də orada olmuş, onlardan nə baş verdiyini soruşanda Aftandil evdə olanda mağazalarına quraşdırılmış təhlükəsizlik kamerasının qoşulu olduğu monitorda mağazaya oğru girdiyini görüb, sonra da evdən çıxıb mağazanın həyətə açılan qapısının qarşısında oğru ilə rastlaşıb onunla əlbəyaxa olduğunu demişdir. Sonra da oğru onun əlindən çıxaraq həyətdə olan hamamın üstünə çıxıb oradan küçəyə tullanaraq qaçıb getmişdir. Həmin oğrunun hansı istiqamətdə qaçmasını isə o özü evlərindən görmüşdür. Sonradan isə Aftandilgilə onun sinif yoldaşı Xəyyam, dayısı oğlu Mehman, qonşuları olan Pərviz gəlmiş, orda olanda da Aftandil özü oğrunun necə mağazaya girdiyini, onunla necə əlbəyaxa olduğunu, haradan qaçdığını əyani olaraq göstərmişdir. Daha sonra isə iki nəfər polis əməkdaşı da Aftandilgilə gəlib təxminən 20-25 dəqiqə Aftandilgillə söhbət etdikdən sonra çıxıb getmişlər. Orada olanda Aftandillə Elsevər parkın içərisindən əllərində 1 litrlik araq gətirib oğrunun həmin arağı onu mağazasından oğurladığını, sonra da parkın içərisində ağacın dibinə tullayıb getdiyini bildirmişlər. Polislər getdikdən təxminən yarım saat sonra o da öz evlərinə getmişdir. xx.xx.2020-ci il tarixdə o bilmişdir ki, xx.xx.2020-ci il tarixdə Aftandilgilin mağazalarına oğurluğa girmiş adamın meyiti onlar yaşadıqları yerin yaxınlığında, Tovuz şəhəri Ə.Cavad küçəsindən keçən istifadəsiz su arxının içərisində tapılıbdır. Sonradan hüquq mühafizə orqanlarının əməkdaşları da Aftandilgilə gəlmişlər. Onlar gəldikdən sonra o bilmişdir ki, Aftandillə onların mağazalarına oğurluğa girən adam hadisə zamanı mağazanın qarşısında rastlaşıb əlbəyaxa olan zaman Aftandil onu bıçaqla vurmuşdur. Sonradan isə həmin adamın Tovuz rayonu, Abulbəyli kənd sakini X24 olduğunu bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 Şahid7 ifadəsinə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Tovuz RPŞ-nin PPX-nin polis nəfəri vəzifəsində işləyir, rütbəsi polis baş serjantıdır. xx xxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixə keçən gecə 2 № marşrutda polis serjantı X37 ilə birlikdə xidmət aparan zaman saat 23 radələrində manqa komandirləri olan Hafiz Alnağıyev ona zəng edib Tovuz şəhər ərazisində mərkəzi stadion ilə üzbəüz küçədə yerləşən ərzaq mağazasından oğurluq edilməsi barədə məlumat vermiş, onlar da dərhal oğurluq olan mağazaya getdikdə sonradan adını bildiyi Təqsirləndirilən şəxs onlara yaxınlaşıb həmin mağazanın sahibi olduğunu, mağazasına oğru girdiyini, həmin anın görüntülərinin də kameranın yaddaşında olduğunu demiş, onlar da həmin evə daxil olub kamera görüntüsünə baxanda mağazaya oğurluğa daxil olmuş şəxsin əvvəldən tanıdıqları Tovuz rayonu, Abulbəyli kənd sakini X24 olduğunu görmüşlər. Həmin şəxs əvvəllər bir neçə dəfə oğurluq cinayəti etdiyi üçün məhkum olunmuş, sonuncu dəfə isə avtomobil qaçırtdığı üçün tutulmuşdur. Həmin şəxsin yaşadıqları evi tanıdıqları üçün ev sahibinə narahat olmamalarını, həmin şəxsin yaşadıqları evi tanıdıqlarını və onu gedib tapacaqlarını bildirmişlər. Sonra isə ev sahibi olan Təqsirləndirilən şəxs hadisənin necə baş verdiyini, oğrunu necə aşkar etdiyini maraqlananda Aftandil onlara həmin oğrunu mağazada oğurluq edən zaman mağazanın kamerasının qoşulu olduğu monitorda görüb, sonra da mağazaya gedib onu tutmaq istəyərkən sonuncunun yumruqla onu vurub, onunda yerə yıxıldığını demişdir. Sonra da oğru qaçıb getmişdir. Daha sonra isə ev yiyəsi oğrunun qaçdığı istiqaməti onlara göstərib onun evləri ilə üzbəüz olan parkın içəsində ağaclıq ilə qaçdığını demiş, onlar da həmin ağaclıq olan yer ilə ev yiyəsinin göstərdiyi istiqamətdə oğrunu axtarmağa başlamışlar. Piyada oğrunu yaxınlıqdakı ərazidə axtardıqdan sonra onu tapa bilməyib xidməti avtomobilləri ilə həmin şəxsi axtarmağa davam etmişlər. Təxminən 15-20 dəqiqə onlar Elnur Mehdiyevi yaxınlıqdakı ərazilərdə axtarsalar da onu tapa bilməyib yaşadığı evə getmişlər. Elnurgilə gedəndə onun qardaşından Elnurun evdə olub-olmadığını soruşmuş, o da qardaşının evə gəlmədiyini bildirib onu nə səbəbə axtardıqlarını soruşanda ona qardaşının mağazaya oğurluğa girdiyini deyib oradan çıxıb getmişlər. Həmin gecəni yenə Elnuru axtarmağa davam etsələr də onu tapa bilməmişlər. Həmin günün səhəri xidmətdən çıxıb evə getmiş, axşam saatlarında isə eşitmişdir ki, axşam baş verən oğurluq hadisəsi zamanı Təqsirləndirilən şəxs onun evinə oğurluğa girmiş Elnur Mehdiyevlə mağazanın həyətə açılan qapısının qarşısında rastlaşıb onunla əlbəyaxa olan zaman Elnur Mehdiyevi bıçaqla vurmuşdur. xx xxxxx 2020-ci il tarixdə də səhər saat 09:20 radələrində Elnur Mehdiyevin meyiti Tovuz şəhəri Ə.Cavad küçəsindən keçən istifadəsiz su arxının içərisində tapılmışdır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx xxxxx 2020-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və foto şəkillərdən görünür ki, hadisənin baş verdiyi yer Tovuz şəhəri, Ə.Cavad küçəsində yerləşən X13 yaşadığı fərdi yaşayış evinin həyətində yerləşir. Evin həyətində istifadəsiz su arxının içərisində üzü üstə bir qədər bədəninin sol yan hissəsi üzərində uzanmış meyit aşkar edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx xxxxx 2020-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və foto şəkillərdən görünür ki, hadisə yeri Təqsirləndirilən şəxs ğlunun yaşadığı Tovuz şəhəri, Abulbəyli yaşayış ərazisində yerləşən fərdi yaşayış evinin həyətində yerləşir. Evin həyətində bir qapısı evin həyətinə bir qapısı yol tərəfə açılmaqla üzərində “Mini Market” sözləri yazılmış ərzaq mağazası yerləşir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X34-Təcrübi və Tədris Birliyinin xx xxxxx 2020-ci il tarixli, 195 nömrəli ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəarətlər-sol qaş nahiyyəsi və sol üst göz qapağının qançır şişkinliyi; sol dirsək oynağı nahiyyəsinin sıyrığı; sol diz oynağı nahiyyəsinin və sol ayaq pəncəsinin qançırları küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl törənmişdir, törənmə müddəti müayinə olunan şəxsin göstərdiyi xx.xx.2020-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin edilmir. Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər insan bədəninin hissələri ilə endirilmiş zərbələrin təsiri nəticəsində əmələ gələ bilərdi. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X34-Təcrübi və Tədris Birliyinin xx xxx 2020-ci il tarixli, 05 saylı ekspert rəyindən görünür ki, X14 meyitində döş qəfəsinin ön səthinin sol yarısının daxilə nüfuz edən sol ağciyər arteriyasını və ürək kisəsini zədələyən deşilmiş-kəsilmiş yarası (1x0.4 sm ölçüdə) aşkar olunmuşdur. Yara ayaq altından 133 sm yuxarıda yerləşmişdir. Yara kanalının dərinliyi 8 sm-dir, istiqaməti isə öndən–arxaya, aşağıdan- yuxarıya doğrudur. Qeyd edilən yara ülgucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətlə (əşya ilə) yetirilən bir zərbə nəticəsində onun ölümündən az əvvəl əmələ gəlmişdir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdir. X14 ölümünə səbəb döş qəfəsinin sol yarısının ön səthinin daxilə nüfuz edən sol ağciyər arteriyasının və ürək kisəsinin zədələnməsindən törənən kəskin qan itirmə və şok olmuşdur. İlkin meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən və hadisə baş verən gün havanın soyuq olmasını nəzərə alaraq demək olar ki, Şahid5 ölümü meyitin meyitxanada müayinəsi başlanandan 12-16 saat əvvəl baş vermişdir. X14 hadisə zamanı əynində olmuş paltarındakı (maykasındakı) zədələrlə onun meyiti üzərində olan xəsarət üst-üstə düşür. X14 meyiti üzərində olan deşilmiş-kəsilmiş yaranın yara kanalının istiqamətini nəzərə alaraq demək olar ki, Şahid5 xəsarət yetirilərkən həm ayaq üstə, həm önə doğru bükülmüş və həm də üzü aşağı uzanmış vəziyyətdə ola bilərdi. X14 meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilmişdir. Etil spirtinin qatılığı 0.8% (promilli) olmuşdur, bu da onun sağlığında YÜNGÜL dərəcəli sərxoşluq əlamətlərinə dəlalət edir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli, 6/465 nömrəli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş X24 və Təqsirləndirilən şəxs Mahir oğlunun geyim paltarlarının üzərində kənar lif mikrohissəcikləri vardır. Həmin kənar lif mikrohissəciklərinin arasında - Elnur Mehdiyevin şalvarının üzərindən tapılmış boz rəngli hamar-poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs şalvarının tərkib liflərinə uyğun gəlirlər. Təqsirləndirilən şəxs şalvarının üzərindən tapılmış qara rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Elnur Mehdiyevin şalvarının tərkib liflərinə uyğun gəlirlər. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli, 3/272;3/273 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə hazırlanmış deşici-kəsici xassəyə malik məişət təyinatlı mətbəxt bıçağıdır, soyuq silah hesab edilmir və üzərində sonradan əlavə və ya dəyişikliklər edilməmişdir. Tədqiqata üzərində “...X14 əynində olmuş...” yazıları olan bağlamalarda təqdim edilmiş gödəkçənin, köynəyin, maykanın üzərində bir tərəfi kəsici, ucu deşici xassəyə malik predmetin, o cümlədən təqdim edilmiş bıçaq və ya ona bənzər xassəli hər hansı bir alətin təsiri ilə yaranmağa xarakterik deşilmə-kəsilmə zədəsi vardır. Həmin zədələrin ümumi əlamətlərinə əsasən onlar təqdim edilən bıçağın təsirindən də yarana bilər. Tədqiqata təqdim edilmiş digər geyim əşyaların üzərində qarşılıqlı mübarizəyə xarakterik (cırılma,sökülmə və s.) zədələr yoxdur. Tədqiqata üzərində “...X14 əynində olmuş...” və “...Təqsirləndirilən şəxs əynində olmuş...” yazıları olan bağlamalarda təqdim edilmiş şalvarların dizlərində torpağa sürtünmə izləri vardır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və X5 xx xxx 2020-ci il tarixli, 288\2020-MTBŞ nömrəli ekspert rəyindən görünür ki, zərərçəkmiş X14 qan qrupu –O /İ/. Təqsirləndirilən Təqsirləndirilən şəxs qan qrupu –O /İ/. Təqdim olunan şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqələrinin kserosürətinə əsasən. Ekspertizaya təqdim olunmuş 01 ədəd bıçaq, 02 ədəd çınqıl daşı, hadisə yerindən götürülmüş gödəkcə, Şahid5a məxsus 01 cüt ayaqqabı, 01 cüt corab, alt mayka, şalvar, uzun qol mayka və trusik üzərində insan qanı aşkar olundu. Tədqiq olunan qan ləkələrinin antigen və aqqlyutininlərə görə qrup göstəricisi ABO sistemi üzrə təyin olunduqda yalnız “H” antigeni alındı. Bu qan ləkələri Oalfa, beta/İ/ qruplu şəxsə, o cümlədən X18 və ya Təqsirləndirilən şəxs məxsus ola bilər. /Əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarət olubsa. Tədqiqata təqdim olunan Təqsirləndirilən şəxs məxsus şalvar üzərindəki ləkələrdə qan, Təqsirləndirilən şəxs məxsus alt şalvar, alt köynək, alt mayka, trusik, Şahid5 məxsus papaq üzərində isə qana şübhəli ləkələr aşkar olunmadı. Dəqiq elmi əsaslandırılmış müayinə metodları olmadığından maddi sübutlar üzərində olan qanın əmələ gəlmə müddəti təyin etmək mümkün deyil. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və X20 Publik hüquqi şəxs tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 179-MTKŞ/2020 nömrəli ekspert rəyindən görünür ki, X18 məxsus paltarların (gödəkçə, uzunqol köynək və qolsuz mayka) ön səthində solda bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar olunmuşdur. Bu zədə küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir və bu zədənin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni xüsusiyyətə malik digər bıçağı ilə törənməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş X18 məxsus papaq, trusik, şalvar, bir cüt ayaqqabı və bir cüt corab üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Espertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus alt köynəyin sol qoltuqaltı nahiyyəsində qol və yan tikişini əhatə etməklə məhdud sökülmə zədəsi vardır. Bu sökülmə küt qüvvə təsiri ilə alt köynəyinin müvafiq nahiyyəsinin gəlirib-dartılması nəticəsində müxtəlif şəraitlərdə, o cümlədən qarşılıqlı mübahisə zamanı əmələ gələ bilərdi. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şalvar, alt şalvarı, mayka və trusik üzərində “yerdə sürtünməyə və yerə yıxılmağa” xarakterik iz və ya zədələr aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş 01 (bir) ədəd bıçaq zavod üsulu iə hazırlanmış məişət təyinatlı mətbəx bıçağına aiddir və soyuq silah hesab edilmir. Təqdim olunmuş bıçağın üzərində onun təyinatını dəyişdirən hər hansı bir əlavə və dəyişiklik edilməmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixinevroloji Dispanseri tərəfində verilmiş xx xxxx 2020-ci il tarixli, 285/114 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki əməli törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin aksentuasiyası) baxmayaraq o, hazırkı cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və ya onları idarə etmək qabiliyyətində olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1 -ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. O, hal-hazırda da öz hərəkətlərinin mənası dərk etmək və ya onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əqli inkafında psixi xəstəliyi ilə əlaqədar olan gerilik əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs yaş xüsusiyyətləri və intelektual inkişafı nəzərə alınmaqla hərəkətlərin xarakter və mənasını anlaya bilərdi və hal-hazırda anlayır. Təqsirləndirilən şəxs baş vermiş hüquqazidd hərəkətlərdən əvvəl, hadisə zamanı və hadisədən sonra əsəbi psixi-emosional halda olmuşdur. Təqsirləndirilən şəxs əqli inkişafında psixi xəstəliyi ilə əlaqədar (əgər psixi xəstəliyi varsa) olan və ya olmayan gerilik əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs psixi inkişafını nəzərə alaraq, o, yaranmış şəraitin mahiyyətini tam dərk etmiş və davranışının mümkün nəticələrini görə bilmişdir. Təqsirləndirilən şəxs özündən uydurmağa, yalan danışmağa meyilli deyildir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi “Tovuz Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxs tərəfindən verilmiş xx xxxxx 2020-ci il tarixli, 256 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həkim-psixiatrın və həkim-narkoloqun dispanser qeydiyyatında dayanmır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X6” tərəfindən verilmiş xx xxxxx 2020-ci il tarixli, 462 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs X6nda qeydiyyatda yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx xxxxx 2020-ci il tarixli “mütəxəssisin iştirakı ilə cihaza baxış keçirilməsi barədə” protokoldan görünür ki, X38 birinci dəfə xx.xx.2020-ci il tarixdə saat 22:07:40-da hasarın üzərindən tullanaraq Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinin həyətinə daxil olub ətrafa nəzər yetirdikdən sonra qeyd olunan yaşayış evinin həyətində yerləşən mağazaya daxil olmuşdur. Qeyd olunan aparatın 04 nömrəli kamerasında həkk olunmuş videogörüntüyə baxış zamanı müəyyən olundu ki, Elnur Mehdiyev birinci dəfə mağazaya daxil olduqdan sonra mağazanın kassasından müəyyən məbləğdə nəğd pul, mağazanın vitrinindən isə siqaret və araq götürərək saat 22:08:40-da mağazaya daxil olduğu, yəni mağazanın fərdi yaşayış evinin həyətinə açılan arxa qapısından çıxmışdır. Aparatın 03 nömrəli kamerasında həkk olunmuş videoyazıdan görünür ki, Elnur Mehdiyev mağazadan çıxdıqdan sonra evin həyətinə daxil olduğu yerdən, hasarın üzərindən tullanaraq oranı tərk etmişdir. Aparatın 03 nömrəli kamerasında həkk olunmuş videoyazıdan görünür ki, Elnur Mehdiyev birinci dəfə mağazaya daxil olub oradan müəyyən məbləğdə nəğd pul, siqaret və araq oğurlayıb getdikdən sonra ikinci dəfə yenidən qeyd olunan fərdi yaşayış evinin həyətinə saat 22:11:14-də birinci dəfə daxil olduğu yerdən daxil olub evin həyətində yerləşən mağazaya mağazanın həyətə açılan arxa qapısından daxil olmuşdur. Qeyd olunan aparatın 04 nömrəli kamerasında həkk olunmuş videoyazıdan görünür ki, Elnur Mehdiyev mağazaya ikinci dəfə oğurluq məqsədilə daxil olduqdan sonra mağazanın kassasından müəyyən məbləğdə qəpik götürüb saat 22:11:42-də mağazadan çıxmışdır. Baxış iştirakçısı Təqsirləndirilən şəxs bildirdi ki, Elnur Mehdiyev hadisə baş verən günü ikinci dəfə onun yaşadığı evin həyətinə bitişik olan özünə məxsus mağazaya oğurluq məqsədilə daxil olan zaman onu mağazaya quraşdırılmış kameranın qoşulu olduğu monitorda görmüşdür. Aparatın 03 nömrəli kamerasında həkk olunmuş videoyazıdan görünür ki, Elnur Mehdiyev mağazadan çıxdıqdan dərhal sonra mağazanın həyətə açılan arxa qapısının qarşısında ev sahibi olan Təqsirləndirilən şəxsla qarşılaşaraq sonuncu ilə ayaq üstə əlbəyaxa olan zaman Təqsirləndirilən şəxs əlində olan bıçaqla bir dəfə Elnur Mehdiyevə xəsarət yetirdikdən sonra sonuncu saat 22:11:50 evin həyətinə daxil olduğu yerdən qaçaraq oranı tərk etdikdən sonra Təqsirləndirilən şəxs onu təqib etmişdir. Aparatın 02 nömrəli kamerasında həkk olunmuş videoyazıdan görünür ki, Təqsirləndirilən şəxs saat 22:11:50-də həyətin qapısından çıxarkən əlində bıçaq olmuşdur. Baxış iştirakçısı Təqsirləndirilən şəxs bildirdi ki, Elnur Mehdiyevin onun mağazasına oğurluğa daxil olduğunu gördükdən sonra evdən çıxmış, daha sonra isə evlərinin pilləkənin altında olan mətbəx bıçağını hər ehtimala qarşı əlinə götürərək mağazaya tərəf getdikdə mağazanın həyətə açılan qapısının qarşısında Elnur Mehdiyevlə qarşılaşmış və həmin vaxtı əlində olan bıçaqla sonuncuya bir dəfə bıçaq zərbəsi vurduqdan sonra Elnur Mehdiyev evlərinin hasarından tullanaraq qaçmışdır. Təqsirləndirilən şəxs bildirdi ki, həmin kamera görüntüsündə olan şəxs həqiqətən də onun özüdür və o hadisə zamanı əlində olan bıçaqla Elnur Mehdiyevə bıçaqla bir dəfə vurmuşdur. Aparatın 03 nömrəli kamerasında həkk olunmuş videoyazıdan görünür ki, Təqsirləndirilən şəxs Elnur Mehdiyevi təqib edən zaman iki nəfər qadın da qapıya çıxır. Baxış iştirakçısı Təqsirləndirilən şəxs bildirdi ki, həmin qadınlar onun həyat yoldaşı Ellada Əliyevə və anası Şahid2dır. Həmin kamera görüntüsünə həkk olunmuş videoyazıdan görünür ki, Təqsirləndirilən şəxs saat 22:14:30-da geri qayıtmışdır. Aparatın 02 nömrəli kamerasında həkk olunmuş videoyazıdan görünür ki, Təqsirləndirilən şəxs saat 22:14:30-da geri qayıdarkən əlində bıçaq olmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Tovuz rayonu İcra hakimiyyəti başçısının Tovuz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxx 2020-ci il tarixli, 1290 və 1291 nömrəli arayışlardan və 1292 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Tovuz şəhəri, Abulbəyli yaşayış ərazisində qeydiyyatda olmaqla, ailə üzvləri-anası Şahid2, qardaşları X28, X26, qızları X9 və X7 ilə birlikdə həmin ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqələrinin surətindən və doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx xxx 2016-cı il təvəllüdlü X7, xx xxxx 2020-ci il tarixli X15, X9 olmaq 3 azyaşlı övladı var. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, mərhum X18 məxsus 1 ədəd qış gödəkçəsi, 1 ədəd uzunqol köynək, 1 ədəd qara rəngli papaq, gödəkçənin sol yan cibində aşkar edilmiş 2 ədəd “Vest” və 1 ədəd “Magna” markalı siqaret qutusu, sağ yan cibində aşkar edilmiş 1 ədəd 50 qəpik, 8 ədəd 20 qəpik, 4 ədəd 10 qəpiklik əskinaslar, eyni zamanda mərhum X18 məxsus 1 ədəd cins şalvar, 1 ədəd mayka, 1 ədəd trusik, 1 cüt ayaqqabı və 1 cüt qara rəngli corab, eləcə də meyitin şalvarının sol yan cibində aşkar edilmiş 15 ədəd 1 manatlıq və 1 ədəd 5 manatlıq əskinaslar, Təqsirləndirilən şəxs həyat yoldaşı Şahid1 təqdim etdiyi hadisə baş verən zaman həyat yoldaşı Təqsirləndirilən şəxs Elnur Mehdiyevi vurduğu bıçaq, hadisə zamanı həyat yoldaşı Təqsirləndirilən şəxs əynində olmuş 1 ədəd bozumtul rəngli şalvar və hadisənin görüntülərinin əks olunduğu “Newtech” markalı “DVR” aparatı, eləcə də hadisə yerində aşkar edilmiş üzərində qanabənzər ləkələrin hopmuş olduğu 02 ədəd çınqıl daşı, həmçinin Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə istintaqa təqdim etdiyi və həmin tarixli götürmə aparılması haqqında qərar və protokolla götürülmüş hadisə zamanı əynində olduğunu bildirdiyi 1 ədəd isti alt köynəyi, 1 ədəd isti alt tumanı, 1 ədəd trusik və 1 ədəd mayka maddi sübut kimi tanınaraq Tovuz rayon Prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılmışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx xxx 2020-ci tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış xx xxxxx 2020ci il tarixli “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokolundan və xx xxxxx 2020-ci il tarixli Tovuz rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə, cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini həll etmişdir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2002-ci il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, qəsdən adam öldürmə cinayətlərinə dair işlərə baxılarkən işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar, yəni təqsirin xarakteri, dərəcəsi, təqsirləndirilən və zərərçəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri, cinayətin məqsədi, motivi, törədilmə üsulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmalıdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə, saat 22 radələrində yaşadığı Tovuz şəhəri, Abulbəyli yaşayış ərazisindəki evinin həyətyanı sahəsində yerləşən ərzaq mağazasına oğurluq məqsədi ilə daxil olan, Tovuz rayonunun Abulbəyli kənd sakini X16 mağazada quraşdırılmış təhlükəsizlik kamerasının evlərində qoşulu olan nəzarət monitorunda görüb onun üzərində bıçaq ola biləcəyini ehtimal edərək, əmlakına qarşı yönələn qəsdin qarşısını almaq məqsədilə evdən çıxarkən əvvəlcədən yaşadığı evin girişindəki pilləkənin altında olan soyuq silah hesab edilməyən mətbəx bıçağını götürüb mağazanın həyətə açılan qapısının qarşısına gəlmiş, arvadı Şahid1 da bu vaxt onun arxasınca çıxmış, həmin vaxt mağazadan çıxan X23 Sultanovun üzərinə hücüm edərək onun üz nahiyəsinə yumruqla zərbə endirməsi zamanı özünün və ailə üzvlərinin həyatını, sağlamlığını və əmlak hüquqlarını cinayətkar qəsdən müdafiə etmək məqsədilə Təqsirləndirilən şəxs zərərçəkmiş Elnur Mehdiyev tərəfindən törədilən qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən hərəkətlərə yol verib zəruri müdafiə həddini aşmaqla əlindəki deşici-kəsici xassəyə malik olan bıçaqla sonuncunun döş nahiyəsinə bir dəfə zərbə vurub Elnur Mehdiyevə döş qəfəsinin ön səthinin sol yarısının daxilə nüfuz edən sol ağ ciyər arteriyasının və ürək kisəsinin zədələnməsindən törənən kəskin qan itirmə və şok nəticəsində ölümünə səbəb olmuş dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid deşilmiş-kəsilmiş xəsarət yetirmiş, Elnur Mehdiyev onu itələyərək Tovuz şəhəri, Əhməd Cavad küçəsi istiqamətində qaçarkən o, sonuncunu yaxalayıb polisə təslim etmək məqsədilə əlindəki bıçaqla Elnur Mehdiyevin arxasınca çölə qaçmış, lakin arvadı Elladanın onun arxasınca qışqırmasını eşitmiş və bu zaman Elnur Mehdiyevi yaxalamaqdan imtina edərək geri qayıtsa da, Elnur Mehdiyev aldığı xəsarətdən hadisə yerindən bir qədər kənarda, Tovuz şəhərinin Əhməd Cavad küçəsindən keçən istifadəsiz su arxının içində ölmüşdür. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs zəruri müdafiə həddini aşmaqla qəsdən X16 həyatdan məhrum etməsi mötəbər və təkzibedilməz sübutlarla təsdiq olunduğundan onun cinayət əməli Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsindən həmin Məcəllənin 123.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmədə, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi qəsdən vurmamasına dair ifadəsi işin faktiki halları və cinayət işinin materiallarında olan videoçəkiliş ilə tam təkzib olunur. Odur ki, məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs həmin ifadəsinə təndiqi yanaşaraq həmin ifadəni təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən Cinayət hüququ elminin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müddəalarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun tövsiyyələrinə və s. hüquq mənbələrinə əsaslanmışdır. Cinayət hüququ elmi cinayət tərkibinin elementləri olaraq cinayətin obyektini, obyektiv cəhətini, subyektini və subyektiv cəhətini müəyyənləşdirmişdir. Baxılan cinayət işində cinayətin obyektini kriminal qəsdlərdən qorunan ictimai münasibətlər, obyektiv cəhətini isə başqa şəxsin - zərərçəkmiş X14 həyatı təşkil edir. Baxılan iş üzrə cinayətin subyekti cinayət qanunvericiliyinin bütün tələblərinə cavab verən - qanunla müəyyən olunmuş yaş həddinə çatmış, fiziki və anlaqlı olan Təqsirləndirilən şəxsdur. Araşdırılan cinayətin subyektiv cəhətini isə təqsirin qəsd forması təşkil edir ki, cinayət hüquq elmi bu cəhəti həm təqsirləndirilən şəxsə qarşı ibtidai istintaq orqanı tərəfindən irəli sürülən Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsinə və həm də məhkəmə tərəfindən əməlinin tövsif edildiyi Azərbaycan Respublikası CM-nin 123.1-ci maddəsinə şamil etmişdir. Cinayət hüquq elminə görə Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin subyektiv cəhətini təqsirkarın başqa şəxsin həyatına qəsd etdiyini dərk etməsi, zərərçəkmiş şəxsin ölümünün labüdlüyünü və ya bunun real olaraq mümkünlüyünü qabaqcadan görməsi və belə nəticənin baş verməsini arzu etməsi (birbaşa qəsd) və ya şüurlu surətdə buna yol verməsi (dolayı qəsd) təşkil edir. Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin motiv və məqsədi (intiqam, qısqanclıq motivi, qorxu, paxıllıq hissi və s.) subyektiv cəhətin zəruri əlaməti olmasa da, bunun düzgün müəyyən edilməsi tövsif üçün mühüm əhəmiyyətə malikdir. Azərbaycan Respublikası CM-nin 123.1-ci maddəsində nəzərdə tutulan zəruri müdafiə həddini aşmaqda qəsdən adam öldürmə cinayətinin motivi müdafiə edənin özünün, kənar şəxslərin mənafeyini, dövlət və ictimai mənafeyi qorumaq hissləri ilə bağlı olur. Məhkəmə baxışı zamanı araşdırılan mötəbər sübutlarla təsdiq olundu ki, Təqsirləndirilən şəxs cinayəti özünün və ailəsinin həyatını, sağlamlığını və əmlak hüquqlarını real olan kriminal xarakterli ictimai təhlükəli qəsddən qorumaq məqsədi ilə, zəruri müdafiə həddini aşmaqla törətmişdir. Cinayət işinin məhkəmə baxışı zamanı onun Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi üçün heç bir motiv və məqsəd müəyyən edilməmiş, zərərçəkmişə qarşı Azərbaycan Respublikasının CM-nin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməyi düzünə arzulamamış, yəni birbaşa qəsdlə onu həyatdan məhrum etməmiş, onun ümumiyyətlə belə bir niyyəti olmamışdır. Azərbaycan Respublikasının CM-də həmin Məcəllənin 36-cı maddəsində nəzərdə tutulan zəruri müdafiə əməlin cinayət olmasını aradan qaldıran hal kimi göstərilmişdir. Zəruri müdafiə insanlara ictimai təhlükəli qəsdlərdən qorunmağa imkan verən hüquqlardır. Azərbaycan Respublikasının CM-nin 36-cı maddəsində qeyd edilir ki, zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət, zəruri müdafiə həddini aşmamışdırsa, cinayət sayılmır. Zəruri müdafiə – hücum edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qorunma vətəndaşların subyektiv hüququdur və cinayətkarlıqla mübarizənin təsirli vasitələrindəndir. Bu yolla təhlükənin qarşısı alınarkən yol verilən hərəkət, zəruri müdafiə həddini aşmırsa, cinayət sayılmır. Cinayət hüquq elminə görə qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli hücumun qarşısını almağa yönəldilən hərəkət formal cəhətdən cinayət qanununda nəzərdə tutulan əməlin əlamətlərinə uyğun gəlmiş olsa da, zəruri müdafiə vəziyyətində yol verildiyindən məsuliyyəti aradan qaldırır. Yol verilən hərəkətlərin zəruri müdafiə vəziyyətində törədilən əməl hesab edilməsi və cinayət məsuliyyətinin aradan qalxması üçün zəruri müdafiə institutuna xarakterik olan iki qrup şərtlərə riayət edilməlidir: a) qəsd əməli ilə bağlı zəruri müdafiənin hüquqi şərtləri; b) müdafiə hərəkətləri ilə bağlı zəruri müdafiənin hüquqilik şərtləri. Qəsd əməli ilə bağlı zəruri müdafiənin hüquqi aşağıdakı şərtləri tələb olunur: əməl ictimai təhlükəli olmalıdır, əməl şəxsiyyətə, cəmiyyətə, yaxud dövlət mənafeyinə mühüm zərər yetirməklə davam etdirilməli, yaxud bilavasitə zərər yetirmək təhlükəsi yaratmalıdır; qəsd mövcud olmalıdır, kriminal qəsd başlamalı, davam etməli, hələ qurtarmamış olmalıdır. Bu zaman intervalında zəruri müdafiə vəziyyəti yaranır; qəsd real olmalıdır, yəni varlıqda obyektiv olaraq baş verməlidir. Qəsd müdafiə edənin yanlış təsəvvürü ilə uydurulmamalıdır. Müdafiə hərəkətləri ilə bağlı zəruri müdafiənin hüquqilik şərtləri isə bunlardır: müdafiə şəxsin özünün, başqasının şəxsiyyətinin və hüquqlarının qorunmasına və ya cəmiyyətin, dövlətin mənafeyinin qorunmasına yönəlməlidir; müdafiə qəsd edənə zərər vurmaq yolu ilə həyata keçirilməlidir; müdafiə zəruri müdafiə həddini aşmamalıdır. Baxılan iş üzrə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs tərəfindən yol verilən hərəkətlərin zəruri müdafiə vəziyyətində törədilən əməl hesab edilməsi və cinayət məsuliyyətinin aradan qalxması üçün, zəruri müdafiə həddini aşmama istisna olmaqla, zəruri müdafiə institutuna xarakterik olan bütün şərtlər mövcuddur. Belə ki, zərərçəkmiş mərhum Elnur Mehdiyev qanunsuz olaraq Təqsirləndirilən şəxs ailə üzvləri (arvadı, 2 azyaşlı övladı və anası) ilə birgə yaşadığı evin həyətində yerləşən ona məxsus mağazaya daxil olaraq oğurluq etməklə təqsirləndirilən şəxsin əmlak hüquqlarına qəsdi, həmçinin təqsirləndirilən şəxs mağazada quraşdırılmış təhlükəsizlik kamerasının evlərində qoşulu olan nəzarət monitorunda zərərçəkmişi görüb onun üzərində bıçaq ola biləcəyini ehtimal edərək evdən çıxarkən əvvəlcədən yaşadığı evin girişindəki pilləkənin altında olan bıçağı özünü gələcək təhlükədən müdafiə etmək məqsədilə götürdükdən sonra mağazanın həyətə açılan qapısından çıxan Elnur Mehdiyevin hamilə olan arvadı Şahid1 gözü qarşısında onun üzərinə tullanaraq üz nahiyəsindən vurmaqla onun və ailə üzvlərinin həyat və sağlamlıqlarına qəsdi əməli ilə bağlı zəruri müdafiənin hüquqi şərtlərinin hamısını özündə ehtiva edir. Baxılan işdə qəsd əməli ilə bağlı zəruri müdafiənin yuxarıda sadalanan hüquqi şərtlərinin mövcudluğu məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunmuşdur. Həmçinin, məhkəmə baxışı zamanı, zəruri müdafiə həddini aşmama istisna olmaqla, müdafiə hərəkətləri ilə bağlı zəruri müdafiənin hüquqilik şərtlərinin, o cümlədən müdafiənin təqsirləndirilən Təqsirləndirilən şəxs özünün və ailə üzvlərinin həyatı, sağlamlığı və hüquqlarının qorunmasına yönəlməsi, təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəni qəsd edən zərərçəkmiş Elnur Mehdiyevə zərər vurmaq yolu ilə həyata keçirməsi yenə də araşdırılan mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunmuşdur. Cinayət qanununda zəruri müdafiə vəziyyəti və onun mövcud olduğu müddət qəsdin başlanma və qurtarma anı arasındakı zaman intervalı ilə müəyyən edilsə də, qanunda zəruri müdafıə hüququ yaradan qəsdin başlanma və qurtarma anı konkretləşdirilməmişdir. Cinayət hüquq elminə əsasən zəruri müdafiə ancaq qəsdin başlandığı anda deyil, həm də ictimai təhlükəli qəsdin başlanacağına real təhlükə yarandığı anda başlamış olur. Məhkəmə, qeyd olunanlarla əlaqədar belə nəticəyə gəlmişdir ki, baxılan cinayət işində zəruri müdafiə vəziyyəti hələ zərərçəkmiş Elnur Mehdiyevin təqsirləndirilən şəxsin ailə üzvləri ( arvadı, 2 azyaşlı övladı və anası) ilə birgə yaşadığı evin həyətində yerləşən ona məxsus mağazaya daxil olandan başlamışdır. Məhkəmə baxışı zamanı, həmçinin müəyyən edildi ki, təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş Elnur Mehdiyev onun üz nahiyəsinə yumruqla zərbələr vurduqdan sonra zərərçəkmiş şəxs tərəfindən törədilən qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən hərəkətlərə yol verməklə zəruri müdafiə həddini aşıb, əlindəki bıçaqla bir dəfə zərbə vurmaqla Elnur Mehdiyevə döş qəfəsinin ön səthinin sol yarısının daxilə nüfuz edən sol ağ ciyər arteriyasının və ürək kisəsinin zədələnməsindən törənən kəskin qan itirmə və şok nəticəsində ölümünə səbəb olmuş dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid deşilmiş-kəsilmiş xəsarət yetirərək Elnur Mehdiyevi qəsdən öldürmüşdür. Odur ki, zərərçkmiş şəxs təqsirləndirilən şəxsə yumruqla zərbə vurmasına baxmayaraq təqsirləndirilən şəxs onu qəsdən bıçaqla vuraraq ölümünə səbəb olan xəsarət yetirməklə qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən hərəkətlərə yol verməklə zəruri müdafiə həddini aşmışdır. Azərbaycan Respublikası CM-nin 36.3-cü maddəsinə görə qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən qəsdən törədilən hərəkətlər zəruri müdafiə həddini aşma hesab edilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 123.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar olmamış, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 123.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.7-ci maddəsinə əsasən cinayətin zəruri müdafiənin qanunla müəyyən edilmiş şərtlərini pozmaqla törədilməsini, 59.1.4-cü maddəsinə əsasən himayəsində 3 azyaşlı uşağının olmasını, 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini, 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən səmimi olaraq peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxs X3 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1ci maddəsinin tətbiqini mümkün edir. Məhkəmə təqsirləndirilən şəxsə təyin olunacaq cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, törədilmiş cinayətin ictimai təhlükəliliyi nəzərə alınmalı, sosial ədalətin bərpası, həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədilə Azərbaycan Respublikası CM-nin 123.1-ci maddəsinin sanksiyası daxilində təqsirləndirilən Təqsirləndirilən şəxs müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi məqsədə uyğun hesab edilməlidir. Məhkəmə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, onun böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum ediləcəyini nəzərə alır və Azərbaycan Respublikası CMnin 56.1.2-ci maddəsinə əsasən ona təyin olunacaq həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan cəzanı ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Həmin Məcəllənin 158.2 və 158.2.1-ci maddəsinin tələbinə görə isə təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə iş üzrə şübhəli şəxs qismində tutulub saxlanılmış, Tovuz rayon məhkəməsinin xx xxxxx 2020-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və məhkəmə hökmü çıxarılanadək qanuni və fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Ona görə təqsirlənlirilən şəxs Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli azadlığı məhdudlaşdırıldığı xx xxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə kollegiyası işdə olan maddi sübutlarla əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Tovuz rayon prokurorluğunda saxlanılan mərhum X18 məxsus 1 ədəd qış gödəkçəsi, 1 ədəd uzunqol köynək, 1 ədəd qara rəngli papaq, gödəkçənin sol yan cibində aşkar edilmiş 2 ədəd “Vest” və 1 ədəd “Magna” markalı siqaret qutusu, sağ yan cibində aşkar edilmiş 1 ədəd 50 qəpik, 8 ədəd 20 qəpik, 4 ədəd 10 qəpiklik əskinaslar, eyni zamanda mərhum X18 məxsus 1 ədəd cins şalvar, 1 ədəd mayka, 1 ədəd trusik, 1 cüt ayaqqabı və 1 cüt qara rəngli corab, eləcə də meyitin şalvarının sol yan cibində aşkar edilmiş 15 ədəd 1 manatlıq və 1 ədəd 5 manatlıq əskinaslar onun hüquqi varisi X4 qaytarılmalı, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş 1 ədəd bozumtul rəngli şalvar və hadisənin görüntülərinin əks olunduğu “Newtech” markalı “DVR” aparatı təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılmalı, Təqsirləndirilən şəxs Elnur Mehdiyevi vurduğu bıçaq, eləcə də hadisə yerində aşkar edilmiş üzərində qanabənzər ləkələrin hopmuş olduğu 02 ədəd çınqıl daşı, həmçinin Təqsirləndirilən şəxs hadisə zamanı əynində olduğunu bildirdiyi 1 ədəd isti alt köynəyi, 1 ədəd isti alt tumanı, 1 ədəd trusik və 1 ədəd mayka hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfləri olan 229 (iki yüz iyirmi doqquz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilməlidir. İş materiallarına əlavə edilmiş hesabat arayışlarından görünür ki, Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı dövlət hesabına dəvət edilmiş Tovuz rayon Vəkil Bürosunun vəkili X29 prosessual hərəkətlərdə 50 saat iştirak etməklə müdafiə etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 31 nömrəli qərara və həmin qərara dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli, 202 №-li qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı müdafiə etməyə görə müdafiəçilərin xidmət haqqı dövlət hesabına təmin edilməlidir İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 123.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu xx xxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Tovuz rayon prokurorluğunda saxlanılan mərhum X18 məxsus 1 ədəd qış gödəkçəsi, 1 ədəd uzunqol köynək, 1 ədəd qara rəngli papaq, gödəkçənin sol yan cibində aşkar edilmiş 2 ədəd “Vest” və 1 ədəd “Magna” markalı siqaret qutusu, sağ yan cibində aşkar edilmiş 1 ədəd 50 qəpik, 8 ədəd 20 qəpik, 4 ədəd 10 qəpiklik əskinaslar, eyni zamanda mərhum X18 məxsus 1 ədəd cins şalvar, 1 ədəd mayka, 1 ədəd trusik, 1 cüt ayaqqabı və 1 cüt qara rəngli corab, eləcə də meyitin şalvarının sol yan cibində aşkar edilmiş 15 ədəd 1 manatlıq və 1 ədəd 5 manatlıq əskinaslar onun hüquqi varisi X4 qaytarılsın, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş 1 ədəd bozumtul rəngli şalvar və hadisənin görüntülərinin əks olunduğu “Newtech” markalı “DVR” aparatı təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılsın, Təqsirləndirilən şəxs Elnur Mehdiyevi vurduğu bıçaq, eləcə də hadisə yerində aşkar edilmiş üzərində qanabənzər ləkələrin hopmuş olduğu 02 ədəd çınqıl daşı, həmçinin Təqsirləndirilən şəxs hadisə zamanı əynində olduğunu bildirdiyi 1 ədəd isti alt köynəyi, 1 ədəd isti alt tumanı, 1 ədəd trusik və 1 ədəd mayka hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 229 (iki yüz iyirmi doqquz) manat ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından müdafiəçi X19 vəkil işlədiyi Tovuz rayon Vəkil Bürosunun hesabına 300 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) vaxtdan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və (və ya) apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və (və ya) protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar