Məhkəmə qərarları › İş №1(100)-59/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-59/2023

27.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-59/2023 27.01.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Rüstəmov Elmin İltizam oğlu (sədrlik edən), Mahmudov Faiq Nüsrət oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, İbrahimova Nuranə Lazım qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər–Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkili X6, Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum olunmamış, Gəncə şəhəri, İ.Qayıbov küçəsi ev 171 də qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək, hazırda ünvan 2cridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdar hesab edilən hər birində tramadolun təsir maddəsinin miqdarı 0,225 qram, ümumilikdə 6,975 qram güclü təsir edən maddə olan 31 ədəd tramadol dərman preparatını əldə edib, hər birində tramadolun təsir maddəsinin miqdarı 0,225 qram, ümumilikdə 4,5 qram təşkil edən 20 ədəd tramadol dərman preparatını istintaqa məlum olmayan yerdə saxlamış, hər birində tramadolun təsir maddəsinin miqdarı 0,225 qram, ümumilikdə isə 2,475 qram təşkil edən 11 ədəd tramadol dərman preparatını eyni məqsəd ilə üzərində saxlayaraq daşımış, satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı hər birində tramadolun təsir maddəsinin miqdarı 0,225 qram, ümumilikdə isə 2,25 qram təşkil etməklə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə olan həmin tramadol dərman preparatlarının 10 ədədini xx.xx.2021-ci il tarixdə, saat 16 radələrində Gəncə şəhəri, İ.Qayıbov küçəsi ilə Bağbanlar küçəsinin kəsişməsindəki dairənin yaxınlığında tanışı X9 ilə görüşüb 15 manat pul müqabilində sonuncuya qanunsuz olaraq satmış, Gəncə şəhər ünvan 11i RPB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 11i Vəliyev eyni tarixdə, saat 18 radələrində həmin dairənin yaxınlığında saxlanılaraq ünvan 3 ünvanında yerləşən Gəncə şəhər ünvan 11i RPB-nin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın ön sol yan cibindən hər birində tramadolun təsir maddəsinin miqdarı 0,225 qram, ümumilikdə isə 2,25 qram təşkil etməklə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə olan 10 ədəd tramadol dərman preparatları aşkar edilərək götürülmüş, davam etdirilən əməliyyataxtarış tədbirləri ilə o, eyni tarixdə, saat 21 radələrində Gəncə şəhəri, Təbriz küçəsi ilə B.Məmmədov küçəsinin kəsişməsində saxlanılaraq qeyd olunan ünvanda yerləşən Gəncə şəhər ünvan 11i RPB-nin inzibati binasında gətirilərək üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın arxa sol cibindən tərkibində tramadolun təsir maddəsinin miqdarı 0,225 qram təşkil etməklə ünvan 11i Vəliyevin üzərindən aşkar edilmiş güclü təsir edən maddə olan tramadol dərman preparatları ilə tərkibinə görə eynilik təşkil edən narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə olan 01 ədəd tramadol dərman preparatı aşkar edilərək götürülmüş, bundan sonra o, istintaqa məlum olmayan yerdə saxladığı hər birində tramadolun təsir maddəsinin miqdarı 0,225 qram, ümumilikdə 4,5 qram təşkil edən 20 ədəd tramadol dərman preparatını satış məqsədilə götürüb üzərində daşıyaraq Gəncə şəhəri, Ozan küçəsində hərəkətdə olan zaman Gəncə şəhər BPİ-nin CAİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 25 avqust 2021-ci il tarixdə, saat 22 radələrində Gəncə şəhəri, Ozan küçəsində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetinin 5 saylı korpusunun yaxınlığında saxlanılaraq ünvan 6 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin inzibati binasına gətirilib üzərində şəxsi axtarış keçirilən zaman əynində olan cibindən hər birində tramadolun təsir maddəsinin miqdarı 0,225 qram, ümumilikdə isə 4,5 qram təşkil etməklə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə olan 20 ədəd tramadol dərman preparatları aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş, Təqsirləndirilən şəxs CM-nin 240.2.3-cü maddəsi ilə elаn edilmiş ittihаm üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, güclü təsiredici dərman olan tramadol qəbul edir, maddi sıxıntıları olduğundan həmin dərman həblərini bəzən başqasından alıb satır, bu üsul ilə gəlir əldə edir. xx.xx.2021-ci il tarixdə axşam saat 20 radələrində Gəncə şəhər “Qaraçılar” adlanan ərazidə yaşayan Mosu ləqəbli qadının evinə getmiş, həmin qadından 12 manat pul qarşılığında 15 ədəd 1 konvolyut yarım tramadol həbləri almışdır. O, həmin həbləri aldıqdan sonra 4 ədəd dərman həbini istifadə etmiş, xx.xx.2021-ci il tarixdə tanışı ünvan 11i Vəliyev onunla əlaqə saxlayıb tramadol həbinin olub olmadığını soruşduqda isə ünvan 11i Vəliyevə tramadol həbinin olduğunu deyib Gəncə şəhər Totanlının dairəsi adlanan yerə çağırmışdır. Həmin ərazidə O, 10 ədəd yəni bir konvolyut tramadol həbini ünvan 11iyə 15 manat pulun qarşılığında satmış, oradan da “Xan arxı” adlanan yerə getmişdir. Həmin gün saat 21:45 radələrində Xan Arxı adlanan yerdə olan zaman mülki geyimli şəxslər gəlib ona yaxınlaşıb, onu ünvan 11i RPB-nə aparmışlar. Orda müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirmişlər. Şəxsi-axtarışzamanı üzərindən 1 ədəd tramadol həbi aşkar edilmişdir. Tərtib edilmiş müvafiq sənədlər onun tərəfindən imzalanmışdır. Bundan sonra ifadəsində qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 22 radələrində Gəncə şəhəri Ozan küçsəində yaşadığı evin yaxınlığında olarkən mülkü geyimdə 2 nəfər şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etdikdən sonra ona Gəncə şəhər ВРİ-nə dəvət etmişdirlər. O isə etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Gəncə şəhər BPİ-nə gəlmiş və orada hüquq və vəzifələri izah edilmiş və hüquqlarının müdafiə etmək üçün müdafiəçi ilə təmin olunmuş və müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər-hansı bir əşya, predmet, dövriyyəsi qadağan edilmiş narkotik vasitə varsa təqdim etməyi təklif edilmişdir. O isə üzərində olan 2 ədəd konvalyutda hər birində 10 ədəd olan ümumilikdə 20 ədəd həbi təqdim etmişdir. Sorğu zamanı o həmin həblərin tramadol olduğunu və ona məxsus olduğunu, təxminən 2 gün əvvəl Bərdə rayonunda tanımadığı köşkündən 1 ədəd konvalyutu 15 manata satmaq üçün aldığını, lakin, heç kəsə sata bilmədiyin bildirmişdir. Təqsirləndirilən şəxs iafdəsində əlavə olaraq göstərmişdir ki, üzərindən aşkar olunmuş 2 ədəd konvalyutda hər birində 10 ədəd olan ümumilikdə 20 ədəd tramadol həbini tutulmamışdan 3-4 gün bundan əvvəl Bərdə rayonunda tanımadığı köşkdən əldə etmişdir, lakin Bərdə şəhərini yaxşı tanımadığı və həmin köşkün olduğu yer xatırlamadığı üçün həmin köşkü ibtidai istintaq zamanı göstərə bilməycəyini, Mosu ləqəbli qadından bir dəfə tramadol aldığını və və həmin qadının evini xatırlamadığını, “**********” saylı mobil nömrədən istifadə etdiyini bildirmişdir. O, istifadəsində olan mobil nömrə ilə ötürülən sms mətnlərinin güclü təsir edən maddə tramadolun satışı ilə bağlı olmuş, lakin üzun müddət keçdiyi üçün həmin şəxslərin kimliyini xatırlamadığını, Şahid7 qızını tanımadığını ondan güclü təsir edən maddə tramadol almadığını və ya bu barədə əvvəlcədən Şahid7 ilə razılaşmadığını, Şahid6 təxminən 2 ildir tanıdığını, bir neçə dəfə güclü təsir edən maddə tramadolu 2 manat qarşılığında satdığını, lakin çox vaxt hədiyyə etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 18:30 radələrində ünvan 8 ünvanda yaşayan X7 qanunsuz olaraq güclü təsir edən maddələrin satış məqsədilə əldə edib qanunsuz dövriyyəsi ilə məşğul olması və Gəncə şəhəri, Totanlı dairəsi adlanan yerin yaxınlığında olması barədə əməliyyat məlumatı daxil olduqdan sonra həmin məlumat əsasında ünvan 11i RPB-nin əməliyyat müvəkkili Şahid2 birlikdə həmin əraziyə getmiş və ünvan 11i Vəliyevin orada olduğunu görüb ona yaxınlaşaraq özlərini təqdim edib ona qanunsuz olaraq güclü təsir edən maddələrin satış məqsədilə əldə edib qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirərək ünvan 11i RPB-nə dəvət etmişlər. ünvan 11i RPB-də ünvan 11i Vəliyevə hüquqları izah edildikdən sonra müdafiəçinin iştirakı ilə ünvan 11i Vəliyevin üzərində şəxsi axtarış keçirilmiş və axtarış zamanı ünvan 11i Vəliyevin əynində olan göy rəngli cins şalvarın ön sol yan cibindən 1 ədəd içində 10 ədəd həb olan konvalyut aşkar olunaraq götürülmüşdür. X7 üzərindən aşkar edilmiş 1 ədəd içərisində 10 ədəd həb olan konvalyutun üzərində “Tramadol hydrochlorid tablets 225 mg” və “Royal 225 tablets” sözləri yazılmışdır.Həmin konvalyut zərfə qablaşdırılmış və möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı ünvan 11i Vəliyev üzərindən aşkar edilən güclü təsiredici maddə olan 10 ədəd həbdən ibarət “Tramadol” konvalyutunu şəxsi istifadəsi üçün xx.xx.2021-ci il tarixində günorta saatlarında Gəncə şəhəri, Totanlı dairəsi yaxınlığında Təqsirləndirilən şəxs adlı şəxsdən 15 manata satın aldığını bildirmişdir. Həmin əməliyyat tədbirinin davamı olaraq ünvan 11i Vəliyevin bildirdiyi ona güclü təsiredici maddə olan “Tramadol” həblərini satan ünvan 10 ünvanda yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş və ünvan 11i RPB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 birlikdə xx.xx.2021-ci il tarixdə saat 21:45 radələrində Gəncə şəhəri “Xan arxı” adlanan yerin yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşaraq ona özlərini təqdim edib ona qanunsuz olaraq güclü təsir edən maddələrin satış məqsədilə əldə edib qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirərək ünvan 11i RPB-nə dəvət etmişlər. ünvan 11i RPB-də Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmiş və axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol arxa cibindən 1 ədəd içində 1 ədəd həb olan yarım konvalyut aşkar olunaraq götürülmüşdür. Ağ rəngli konvalyutun üzərində “X2 225 mg” və “Royal -225 Tablets” sözləri yazılmışdır. Aşkar olunmuş konvalyut bir ədəd zərfdə qablaşdırılmış və möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə axşam saat 20 radələrində Gəncə şəhər “Qaraçılar” adlanan ərazidə yaşayan Mosu ləqəbli qadının evinə getdiyini, həmin qadından 12 manat pul qarşılığında 15 ədəd 1 konvolyut yarım tramadol həbləri aldığını, həmin həbləri aldıqdan sonra 4 ədəd dərman həbini istifadə etdiyin, xx.xx.2021-ci il tarixdə Gəncə şəhər Totanlının dairəsi adlanan yerdə tanışı ünvan 11i Vəliyevə 10 ədəd yəni bir konvolyut tramadol həbini 15 manat pulun qarşılığında satdığını bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar edilmiş tramadolu aldığı Mosu adlı şəxsin evini xarırlmadığını həmin evin yerini göstərə bilməyini göstərmişdir. Zərurət olmadığından və Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə və ya dövriyyəsi qadağan edilmiş digər əşyaların olmadığını bildirdiyindən sonuncunun yaşadığı evə baxış keçirlməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 22 radələrində ünvan 12 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq güclü təsir edən maddələrin satış məqsədilə əldə edib qanunsuz dövriyyəsi ilə məşğul olması və yaşadığı Ozan küçəsinin yaxınlığında olması barədə əməliyyat məlumatı daxil olduqdan sonra həmin məlumat əsasında Gəncə şəhər BPİ-nin CAİ-nin kiçik inspektoru Şahid4 birlikdə həmin əraziyə getmiş və Təqsirləndirilən şəxs orada olduğunu görüb ona yaxınlaşaraq ona qanunsuz olaraq güclü təsir edən maddələrin satış məqsədilə əldə edib qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirərək Gəncə şəhər BPİ-nə dəvət etmişlər. Gəncə şəhər BPİ-də müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olmunmuş narkotik vasitə olub-olmaması, əgər vardırsada təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs üzərində güclü təsir edən maddə olmasını bildirmiş və əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 2 ədəd konvalyutda hər birində 10 ədəd olmaqla həbləri çıxaradaraq təqdim etmişdir. Həmin konvalyutda olan həblərin nə olması soruşulduqda, Təqsirləndirilən şəxs həmin konvalyutda olan güclü təsir edici maddələrin travmadol olduğunu, konvalyutların ona məxsus olduğunu, həmin konvalyutları 2 gün əvvəl Bərdə şəhərində tanımadığı “kiosk” köşkündən 1 ədəd konvalyutu 15 manata satmaq məqsədilə aldığını, lakin həmin kütlədən heç kimə sata bilmədiyini bildirmişdir. Sonradan Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmiş, onun üzərindən başqa heç nə aşkar edilməmişdir. O, sorğu zamanı aşkar edilmiş tramadolu Bərdə şəhərində hansı köşkdən əldə etdiyini xatırlmadığını və həmin yeri göstərə bilməyiciyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 eyni məzmunlu ifadə verərək Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş, NBPİ-nin DYNPİ-nin Gəncə stansiyasinda xətt polis şöbəsinin İstintaq və Təhqiqat Qrupu-nun müstəntiqi, X4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 240.3.2ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ibtidai istintaq onun tərəfindən aparılmışdır. Cinayət işi üzrə ittiham aktı onun tərəfindən tərtib edilmiş və iş baxılması üçün Gəncə ağır cinayətlər məhkəməsinə göndərilmişdir. Cinayət işi üzrə onun tərəfindən tərtib olumuş itiham aktının şahidlər siyahısında şahid X7 adı qeyd olunmalı olduğu halda, texniki səhv nəticəsində Şahid5 adı yazılmışdır. Sözügedən halın texniki səhv olduğunu və məhkəmə tərəfindən nəzərə alınmasını xahiş edir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid6 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, sonuncu ifadəsində bildirmişdir ki, qeyd edilən ünvanda ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Faiq adlı şəxsi təxminən 2 ildir tanıyır və təxminən 1 ildir güclü təsiredici dərman olan tramadol qəbul edir. Həmin həblərin 1 ədədini 2-2,5 manat qarşılığında Faiqdən alırmışdır. Lakin Faiqin həmin güclü təsir edən dərmanları haradan və kimdən əldə etdiyini bilməmiş, təxminən 4-5 ay bundan əvvəl, yəni 2021-ci ilin oktyabr ayından Faiq ilə əlaqəsi olmamışdır.Əlavə suallara cavab olaraq Şahid6 bildirmişdir ki, o Faiq ilə tanış olduqdan sonra, yəni təxminən 1 ildir güclü təsir edən dərmanlar qəbul etmiş, o, həmin güclü təsir edən dərmanları daimi olaraq Faiqdən 2-2,5 manat qarşılığında almış, başqa heç kəsdən güclü təsir edən dərmanlar almamış, heç kəsin o cümlədən ailə üzvləmin bu barədə heç bir məlumatı olmamışdır. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid7 qızının ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, ifadəsində bildirmişdir ki, təxminən 7-8 ildir kokos kimi tanıdığı narkotik vasitə olan heroindən və patı kimi tanıdığı metanfetamindən istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə QRRŞ-in əməkdaşları tərəfindən saxlanılan zaman üzərindən və yaşadığı evdən külli miqdarda narkotik vasitə aşkar edilmiş və məhkəməinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Əlavə olaraq Şahid7 bildirmişdir ki, o Təqsirləndirilən şəxs tanımır, Təqsirləndirilən şəxs və ya digər şəxslərə güclü təsir edən maddə olan tramadol satmamış, ona daima öz adı ilə müraciət edilmiş, Mosu ləqəbilə ilə müraciət edilməmiş və həmin ləqbli şəxsi tanımamş, o saxlanılan zaman üzərindən və evindən mütanfetamin aşkar edilmiş, güclü təsir edən maddə olan metanfetamin aşkar edilməmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə şahid X9 oğlunun ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, o, ifadəsində bildirmişdir ki, xəstəliyi olduğu üçün güclü təsir edici dərman həbi tramadol qəbul edir. Həmin dərmanın satışı apteklərdə həkim resepti olmadan qadağan olduğu üçün o əvvəldən tanıdığı Faiq adlı şəxslə əlaqə saxlayıb Faiqin yaşadığı evin yaxınlığına getmiş, orada o Faiqdən 15 manat pulun qarşılığında 1 konvolyut içərisində 15 ədəd olan tramadol dərman həbini almışdır. O sonradan “Totanlının” dairəsi adlanan yer istiqamətində getmiş, oraya çatan zaman saat təxminən 18:30 radələrində mülki geyimdə olan şəxslər ona yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirərərk onu ünvan 11i RPB-nə dəvət etmişdirlər. Orada oun üzərinə vəkilin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı üzərindən 10 ədəd tramadol aşkar edilərək götürülmüşdür. Həmin dərman həbləri zərfdə qablaşdırılaraq möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Verilən suallara cavab olaraq Şahid5 bildirmişdir ki, o ümumiyətlə heç vaxt dərman həblərinin satışı ilə məşğul olmamış, həmin üzərindən aşkar edilərək götürülən 10 ədəd 1 konvolyut olan tramadol dərman həbini isə Faiq adlı tanışından 15 manat pulun qarşılığında almışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 10 iyul 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, X9 ilə iş Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və ünvan 11i Vəliyev keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2021-ci il tarixli, ünvan 11i RPİ-nin TB-nin-təhqiqatçısı, polis kapitanı Tural Yusiflinin raportundan görünür ki, X7 şəxsi axtarış zamanı üzərindən içərisində 10 ədəd həbb olan üzərində "Tramadol” yazılmış güclü təsiredici maddəyə bənzər bir ədəd konvalyutunu xx.xx.2021-ci il tarixində günorta saatlarında Gəncə şəhəri Totanlı dairəsi yaxınlığında tanışı Təqsirləndirilən şəxs adlı şəxsdən 15 manata satın aldığını bildirdirməsi ilə əlaqədar Təqsirləndirilən şəxs adlı şəxsin ətrafında əməliyyat axtarış tədbirləri keçirilməsi və izahatının alıması məqsədilə ünvan 11i RPİ TB-ə təqdim edilməsi istiqamətində zəruri tədbirlərin görülməsinə göstəriş verməyinizi xahiş etdmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, ünvan 11i RPB CAŞ-ın əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 xx.xx.2021-ci il tarixli raportundan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 21:45-də Gəncə şəhəri, İsmət Qayıbov küçəsi ev 171-də qeydiyyatda olub ünvan 1-də yaşayan Təqsirləndirilən şəxs güclü təsir edən maddələrin satış məqsədilə qanunsuz dövriyyəsində şübhəli olduğundan Gəncə şəhəri, Xanarxı deyilən yerin yaxınlığında saxlanılaraq ünvan 11i RPB-yə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 19 iyul 2021-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəməkimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 16/736 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “10 həbdən ibarət bir ədəd konvolyut” sözləri və imzalar olan kağız paketdəki 1 (bir) ədəd tamlığı pozulmamış, üzərində “X2 225 mg”, “Royal-225 tablets” əmtəə yazıları olan konvalyutda ümumi sayı 10 (on) ədəd olan həblər tramadol dərman preparatıdır.Təqdim olunmuş ümumi sayı 10 (on) ədəd olan tramadol həblərinin təsir maddəsinin ümumi miqdarı 2,25 qram təşkil edir. Tədqiqata təqdim olunmuş üzərində “ 1 həbdən ibarət yarı konvolyut” sözləri və imzalar olan kağız paketdəki 1 (bir) ədəd tamlığı pozulmuş, üzərində “X2 225 mg”, “Royal-225 tablets” əmtəə yazıları olan konvalyutda 1 (bir) ədəd olan həb tramadol dərman preparatıdır. Təqdim olunmuş sayı 1(bir) ədəd olan tramadol həbinin təsir maddəsinin miqdarı 0,225 qram təşkil edir.Tramadol Azərbaycan Respublikasının 2016-cı il 18 mart tarixli Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının” siyahısına (əlavə 1) daxildir. Tədqiqata təqdim olunmuş həblərin tərkibləri eynidirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2021-ci il tarixli “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və MSYdən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 240.2.2ci maddəsi ilə təqsiləndirilən şəxs qismində cəlb olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 25 avqust 2021-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli 16/885 rəyindən görünür ki, ekspertizasının tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs X8 üzərindən aşkar edilmiş konvalyutlar ......” yazılar və imzalar olan kağız paketdəki, üzərində “X2 225 mg ... 17.E6.2020” göstəricisi olan 2 (iki) ədəd tamlığı pozulmamış konvalyutlarda, hər birində 10 (on) ədəd olmaqla ümumi sayı 20 (iyirmi) ədəd həblər zavod üsulu ilə hazırlanmış tramadol dərman prepatıdır. (beynəlxalq adına görə Tramadol hidroxlorid). Təqdim olunmuş ümumi sayı 20 (iyirmi) ədəd olan tramadol həblərinin təsir maddəsinin miqdarı 4,5 qram təşkil edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 27 avqust 2021-ci il tarixli “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-kimyəvi ekspertizasının 12 noyabr 2021-ci il tarixli, 16/1199 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, 2 (iki) ədəd təqdim olunduğu kağız paketlərdə və 1 (bir) ədəd MEM-ə məxsus kağız paketdə olan tramadol həbləri xarici əlamətlərinə (rəngi, dərman forması, üzərindəki göstəricilərə və s.) və kimyyəvi komponent tərkibinə görə eynidirlər. Qeyd: Tramadol sayı–19 ədəd, 9 ədəd, ½ ədəd, tədqiqata cəmi sərf edildi – 2 ədəd, və ¼ hissə qalıq - 18 ədəd, 8 ədəd, ¼ ədəd. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2021-ci il tarixli video görüntüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən hər birində 10 ədəd həb olmaqla 2 ədəd konvalyutda çıxaradaraq təqdim edir. Həmin konvalyutun üzərində “X2 225 mg” və “Royal -225 Tablets” sözləri yazılmışdır. Daha sonra Faiq Muayevin üzərində şəxsi axtarış keçirilir və başqa narkotik və ya psixotrop maddə aşkar edilmir. Təqsirləndirilən şəxs güclü təsiredici maddə olan “Tramadol” konvalyutlarının ona məxsus olduğunu, həmin konvalyutları 2 gün əvvəl Bərdə şəhərində tanımadığı “kiosk” köşkündən 1 ədəd konvalyutu 15 manata aldığını, həmin kütlədən heç kimə satmadığını, özü istifadə etdiyini bildirir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 19 iyul 2021-ci il tarixli video görüntüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol arxa cibindən içində 1 ədəd həbb olan bir ədəd yarım konvalyutu təqdim edir. Həmin konvalyutun üzərində “X2 225 mg” və “Royal -225 Tablets” sözləri yazılmışdır. Daha sonra ünvan 11i Vəliyevin üzərində şəxsi axtarış keçirilir və başqa narkotik və ya psixotrop maddə aşkar edilmir. Təqsirləndirilən şəxs güclü təsiredici maddə olan “Tramadol” konvalyutunu xx.xx.2021-ci il tarixdə içərisində 10 ədəd tramadol həbi olan 1 ədəd konvalyutu və içərisində 5 ədəd tramadol həbi olan 1 ədəd yarım konvalyutu Mosu ləqəbli qadından 12 manat məbləğində pula aldığını həmin 1 ədəd yarım konvalyutun içərisində olan 5 həbdən 4 ədəd həbi özünün istifadə etdiyini, digər içərisində 10 ədəd tramadol həbi olan 1 ədəd konvalyutu isə xx.xx.2021-ci il tarixdə Totanlı dairəsinin yaxınlığında ünvan 11i Vəliyevə 15 manat qarşılığında satdığını bildirir və üzərində olan güclü təsir edən maddələrin satış məqsədi ilə dövriyyəsində istifadə olunan B02291009, A19256457, C31216043 seriyalı 3 ədəd 5 manatlıq əskinaslar isə iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi götürülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 19 iyul 2021-ci il tarixli video görüntüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, X7 əynində olan göy rəngli cins şalvarın ön sol yan cibindən 1 ədəd içində 10 ədəd həb olan konvalyut təqdim edir. Həmin 1 ədəd içərisində 10 ədəd həb olan konvalyutun üzərində “Tramadol hydrochlorid tablets 225 mg” və “Royal 225 tablets” sözləri yazılmışdır. Daha sonra ünvan 11i Vəliyevin üzərində şəxsi axtarış keçirilir və başqa narkotik və ya psixotrop maddə aşkar edilmir. ünvan 11i Vəliyev güclü təsiredici maddə olan 10 ədəd həbdən ibarət “Tramadol” konvalyutunu şəxsi istifadəsi üçün xx.xx.2021-ci il tarixində günorta saatlarında Gəncə şəhəri, Totanlı dairəsi yaxınlığında Təqsirləndirilən şəxs adlı şəxsdən 15 manata satın aldığını bildirir və üzərində olan güclü təsir edən maddələrin satış məqsədi ilə dövriyyəsində istifadə olunan B02291009, A19256457, C31216043 seriyalı 3 ədəd 5 manatlıq əskinaslar isə iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi götürülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2021-ci il tarixli, təqsirləndirilən şəsin barəsində axtarış elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtraış elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2021-ci il tarixli, Axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-cil tarixdə tutularaq ünvan 11i RPİ-nə gətirilmiş və Gəncə şəhəri BPİ-nin MSY-yə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2021-ci il tarixli, Gəncə şəhəri ünvan 11i rayon Məhkəməsinin 4(044)179/2021 saylı qəraından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan seçilməsindən imtina edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2021-ci il tarixli, təqsirlənddirilən şəxsin barəsində qətimkan tədbiri secilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi haqqında qəraından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2021-ci il tarixli, baxış keçirilməsi haqqında protokoldan görünür ki, Bakcell MMCdən əldə edilmiş 01 ədəd CD diskə əlavə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrədən digər nömrə istifadəçilərinə, həmçinin digər nömrə istifadəçilərindən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrəsinə çoxsaylı qarşılıqlı zənglər olmuşdur. Həmin zənglər zamanı ***-***-**-** saylı nömrə Gəncə şəhəri ərazisində müxtəlif anten dairələrində olmuşdur. ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrədən göndərilən “X26 Eliyrsen?Pul var İstemirsen. X22 yoxdu”, bundan başqa ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrədən göndərilən “10 manat catismirvarindisa ver bu gedir daga axsam gelecek vaxt yoxdu he yoxunu de bilim”, “Yox isim variydi senen 4 yeke varindi?”, “30 variydi deyismeye dosdumuz isdiyir”, “X17 X27 X11 X24 5ni X25 X13 Seher Seher” bundan başqa ***-***-**-** saylı mobil nömrəyə 055-967-8079 saylı mobil nömrədən göndərilən “Salam bratim menem kamildi bir xeber yoxdu qaqa mende 50 manat pul var sen Allah gor nagarsan men qaqa tekceyem”, bundan başqa ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrədən göndərilən “Ay qaqa cixanmisansa qapinin altinnan pulu oturum.kucedede sakitciliydi.evdekiler meni gozduyur senol qaqa ona gore telesirem”, “Denən vermirəm, sən öl zəng eləmiyim. Bu nə hərəkətdi. Verisən ver, vermirsən denən yox burda nə var ki?”, bundan başqa ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrədən göndərilən “Evdeyem ay dede cixim yigiram həmdə sayını deqiqleşdirim görüm ayqa”, “Qadalim ata beyaxdan səni gozleyirem mekdebin qabağında məni pis vəzyetde qoyma başina donum xəbər elə goturum”, “Ayy dede saat neçə olur olsun xəbər elə qadanalim görüşək camaatın pulu mende”, bundan başqa ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrədən göndərilən göndərilən “Sen hec ne deme faiq zeng elemir denen ki kanalim baglanib” mesaj mətnlərinin olduğu müəyyən edildi. Bundan başqa üçüncü fayl плайер proqramı ilə açıldı və icərisində Faiq Hüseynovun istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə ***- ***-**-** saylı mobil nömrədən göndərilən “X26 Eliyrsen?Pul var İstemirsen. X22 yoxdu”, bundan başqa ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrədən göndərilən “10 manat catismir varindisa ver bu gedir daga axsam gelecek vaxt yoxdu he yoxunu de bilim”, “Yox isim variydi senen 4 yeke varindi?”, “30 variydi deyismeye dosdumuz isdiyir”, “X17 X27 X11 X24 5ni X25 X13 Seher Seher” bundan başqa ***-***- **-** saylı mobil nömrəyə 055-967-8079 saylı mobil nömrədən göndərilən “Salam bratim menem kamildi bir xeber yoxdu qaqa mende 50 manat pul var sen Allah gor nagarsan men qaqa tekceyem”, bundan başqa ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrədən göndərilən “Ay qaqa cixanmisansa qapinin altinnan pulu oturum.kucedede sakitciliydi.evdekiler meni gozduyur senol qaqa ona gore telesirem”, “Denən vermirəm, sən öl zəng eləmiyim. Bu nə hərəkətdi. Verisən ver, vermirsən denən yox burda nə var ki?” bundan başqa ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrədən göndərilən “Evdeyem ay dede cixim yigiram həmdə sayını deqiqleşdirim görüm ayqa”, “Qadalim ata beyaxdan səni gozleyirem mekdebin qabağında məni pis vəzyetde qoyma başina donum xəbər elə goturum”, “Ayy dede saat neçə olur olsun xəbər elə qadanalim görüşək camaatın pulu mende”, ***-***-**-** saylı mobil nömrəyə ***- ***-**-** saylı mobil nömrədən göndərilən “Ele bilisen o 50 manat haq hesabi yadimnan cixib usaq basi qatirdin”, ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrədən göndərilən “Yox ay qaqa nagaraq bu azliq eledi birde mene kontur lazimdi”, “Eli senol agridayam sen ananin cani ne oldu gunortadan alinasiydi” göndərilən mesaj mətnlərinin olduğu müəyyən edildi. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrədən digər nömrə istifadəçilərinə, həmçinin digər nömrə istifadəçilərindən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrəyə çoxsaylı qarşılıqlı zənglər olmuşdur. Həmin zənglər zamanı ***-***-**-** saylı nömrə Gəncə şəhəri ərazisində müxtəlif anten dairələrində olmuşdur. Bundan başqa xx.xx.2021-ci il tarixdə saat 00:00-dan xx.xx.2021ci il, saat 00:00-a qədər olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrə ilə mobil telefonlar vasitəsi ilə telefon zənglərinin və danışıqlarının aparıldığı digər mobil nömrələrin sahiblərinin adlarının, soyadlarının və ünvanlarının əks olunduğu məlum olur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-cil tarixli Samir Məcidovun əməliyyat tapşırığına cavab məktubundan görünür ki, ***-***-**-** saylı mobil nömrənin sahibi Samux rayonu, Kolayır kındində qeydiyyatda olan Toğrul Əliyevin, ***-***-**-** saylı mobil nömrənin sahibi Gəncə şəhəri, ünvan 11i küçəsi, döngə 10, mənzil 14 ünvanında qeydiyyatda olan Elvin Məmmədovun, 055-967- 8079 saylı mobil nömrənin sahibi ünvan 14 ünvanında yaşayan Mehman Heydarovun, ***-***-**-** saylı mobil nömrənin sahibi Gəncə şəhəri, X23 küçəsi ev 65 ünvanında qeydiyyatda olan Zülfiqar Abbasovun, ***-***-**-** saylı mobil nömrənin sahibi ünvan 16 ünvanında qeydiyyatda olan Əli Babayevin, ***-***-**-** saylı mobil nömrənin sahibi ünvan 17 ünvanında qeydiyyatda olan X20, ***-***-**-** saylı mobil nömrənin sahibi ünvan 18 ünvanında qeydiyyatda olan Əli Babazadənin olduğu yeri müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmişxx.xx.2021-ci il tarixli Əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat təqdbirləri nəticəsindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə olan tramadolu həqiqətən Bərdə şəhərində yerləşən köşkdən alması müəyyən edilə bilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə olan tramadol aldığı Mosu ləqəbli qadından şəxsiyyəti müəyyən edilə bilməmişdir. Həmçinin keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə olan tramadolu satış məqsədi ilə əldə edərək saxlamış, lakin narkotik vasitə satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 1332 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixoaktiv maddələrdən istifadə edir, psioaktiv maddə olan tramadol və preqobolindən sui-istifadə etmə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Narkoloji Dispanserinin xx.xx.2021-ci il tarixli 4685 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Narkoloji Dispanserində qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2021-ci il tarixli 1045 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Psixonevroloji Dispanserində qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2021 tarixli, ittiham aktının təsdiq edilmədən əlavə ibtidai istintaq aparılması üçün qaytarılması haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə tərtib edilmiş xx.xx.2021-cil tarixli ittiham aktı təsdiq edilmədən Gəncə şəhər polis idarəsinin İstintaq və Təhqiqat İdarəsinə qaytarılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli, Cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməklə Azərbaycan Respublikası CPMnin 53.1.3-cü maddəsinə əsasən cinayət təqibi üzrə icaat dayandırılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli, təqsirləndirilən şəxsin könüllü gəlməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-cil tarixdə saat 10.30-da Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına könüllü gəlmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, ədəd zərfdə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq hər bir qablaşdırmada ayrı-ayrılıqda 8 ədəd və ¼ ədəd və 1 ədəd zərfdə X5 aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq 18 ədəd narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə tramadol iş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhəri BPİ-nin saxlama anbarına saxlanca verilmişdir 19 iyul 2021-ci il tarixdə və 25 avqust 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 2 ədəd “DVD” disk, bundan əlavə 19 iyul 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra X7 üzərinə şəxsi axtarış zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 1 ədəd “DVD” disk, "xxxx" MMC tərəfindən təqdim olunmuş 1 ədəd “CD” disk və Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş güclü təsir edən maddələrin satış məqsədi ilə dövriyyəsində istifadə olunan B02291009, A19256457, C31216043 seriyalı 3 ədəd 5 manatlıq əskinaslar iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 01.04. 2022-ci il tarixli məktubdan görünür ki, ********* nömrəli cinayət işi üzrə ittiham aktı 01.04. 20202cui il tarixdə tərtib olunaraq təsdiq olunması üçün Gəncə şəhər prokurorluğuna təqdim edilmiş və xx.xx.2022-ci il tarixdə ittiham aktı Gəncə şəhər prokuroru tərəfindən təsdiq edilərək baxılması üçün Gəncə şəhəri ünvan 11i rayon məhkəməsinə göndərilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhəri ünvan 11i rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli, 1(044)-135/202 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs məcburi gətirməsi haqqında qərar qəbul edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər ünvan 11i rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, 1(044)-135/202 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 20 may 2022-ci il tarixli, axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri ərzazisində tutularaq Gəncə şəhər 1-ci PŞ-nə gətirilmiş və Gəncə BPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhəri ünvan 11i rayon Məhkəməsinin 03 iyun 2022-ci il tarixli, cinayət işinin təzələnməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsində nəzərdə tutulmuş əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzəlnmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhəri ünvan 11i rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsində nəzərdə tutulmuş əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi baxılmsı üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Məhkəmə heyəti Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı vermiş olduğu ifadədə özünü ondan aşkar edilmiş narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə tramadolu müxtəlif vaxtlarda və ayrı-ayrı mənbələrdən əldə etməsini bildirməsinə tənqidi yanaşır və həqiqətə uyğun hesab etmir. Belə ki,cinayət işinin istintaq sənədləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 240.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə toplanmış sübutlarla, özünün qismən etirafedici ifadəsi, şahid ifadələri, üzləşdirmə, şəxsi axtarış və götürmə, məhkəmə-kimyəvi, məhkəmə-narkoloji ekspertizalarının rəyləri və cinayət işinin materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkmə istintaqı zamanı verdiyi ifadələrində üzərindən aşkar edilmiş narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə tramadolu müxtəlif vaxtlarda və ayrı-ayrı mənbələrdən əldə etməsini bildərsə də, əldə etdiyi mənbənin kimliyi, yeri və digər koordinatları barədə hər hansı məlumat verə bilməmiş, bu xüsusatı xatırlamadığını bildirməklə qeyri-səmimi ifadə vermişdir. Həmçinin, ibitidai istintaq zamanı onu həmin xüsusatlarla bağlı ifadəsinin yerində yoxlanılması təklif edilsə də o, bundan imtina etmişdir. İbtadi istintaq zamanı da keçirlimiş əməliyyat axtarış təqdbiriləri nəticəsində də Təqsirləndirilən şəxs üzətindən aşkar edilmiş tramadolu Bərdə şəhərində yerləşən köşkdən alması və Mosu ləqəbli qadından şəxsiyyəti müəyyən edilə bilməmişdir. Eyni zamanda iş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının 12 noyabr 2021-ci il tarixli 16/1199 nömrəli rəyi ilə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə tramadol həblərinin xarici əlamətlərinə (rəngi, dərman forması, üzərindəki göstəricilərə və s.) və kimyəvi komponent tərkibinə görə eyni olması müəyyən edilmişdir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi bu xüsusatları özünü məsuliyyətdən boyun qaçırmaq məqsədi güddüyündən həqiqətə uyğun hesab etmir. Beləliklə məhkəmə, ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası CPM-in 144- 146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 240.3.2-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır və həmin cinayətin törədilməsində o, təqsirlidir. Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli Qanunu ilə təsdiq edilmiş «Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına” əsasən dərman preparatı kimi adı «Tramadol hidroxlorid» olan dərman güclü təsir edən maddələrə aiddir. «Tramadol hidroxlorid»in (100mq-150mq-200mq və daha artıq. Bütün tramadol dərman vasitələrinə şamil olunur) təsiredici maddəsinin təmiz çəkisi 6 qramdan artıq olduqda şəxsi istehlak miqdarından artıq miqdar olmaqla külli miqdar hesab olunur. Habelə «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar olunmuş tramadol hidroxlirid külli miqdar olduğundan onun əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsinin tərkib hissəsi vardır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 240.3.2-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Onun barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalı və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və içtimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin-nin 59 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük içtimai təhlükə törətməyən, az ağır və ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslərin cəzasını-ümumi rejimli cəzaçəkmə müəsissələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 1332 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixoaktiv maddələrdən istifadə edir, psioaktiv maddə olan tramadol və preqobolindən sui-istifadə etmə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 19 iyul 2021-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2021-ci il tarixli “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 25 avqust 2021-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 27 avqust 2021-ci il tarixli “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli, axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri ərzazisində tutularaq Gəncə şəhər 1-ci PŞ-nə gətirilmiş və Gəncə BPİ-nin MSY-yə təhvil verilmişdir. Odur ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, xx.xx.2021-cil tarixdən xx.xx.2021-ci il tarixədək, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək bu iş üzrə tutulması ilə əlaqədar həbsdə saxlandığı müddət Azərbaycan Respublikası CM-nin 69-cu maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxs ona təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməli, həmçinin qanunun həmin tələbinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinin tələblərinə əsasən isə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut hesab edilən və Gəncə şəhər BPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan 2 ədəd zərfdə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq hər bir qablaşdırmada ayrıayrılıqda 8 ədəd və ¼ ədəd və 1 ədəd zərfdə X5 aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq 18 ədəd narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə tramadol məhv edilməlidir, 19 iyul 2021-ci il tarixdə və 25 avqust 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 2 ədəd “DVD” disk, bundan əlavə 19 iyul 2021-ci il tarixdə keçirilmiş əməliyyataxtarış tədbirlərindən sonra X7 üzərinə şəxsi axtarış zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 1 ədəd “DVD” disk, "xxxx" MMC tərəfindən təqdim olunmuş 1 ədəd “CD” disk və Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş güclü təsir edən maddələrin satış məqsədi ilə dövriyyəsində istifadə olunan B02291009, A19256457, C31216043 seriyalı 3 ədəd 5 manatlıq əskinaslar iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilməsi nəzərə alınmalıdır. Bundan əlavə, təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçinin xidmətlərini ödəməyə vəsatəti olmadığına görə onun hüquqlarının müdafiəsi üçün ibtidai və məhkəmə istintaqı zamanı dövlət büdcəsi hesabına müdafiəçilər təyin edilmişdir. Həmin müdafiəni ibtidai istintaq zamanı Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X10, məhkəmə istintaqı zamanı isə Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin təqdim etdiyi hesabatlardan görünür ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə vəkil Cəfər Hacıyev tərəfindən 30 iş saatı həcmində, məhkəmə istintaqı zamanı isə vəkil Müdafiəçi tərəfindən 37 iş saatı həcmində hüquqi yardım göstərilmişdir. Odur ki, həmin hesabla ibtidai istinatq zamanı təqsirləndirilən şəxsə göstərilmiş 30 iş saat həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil X6 işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesabına 180 manat, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsə göstərilmiş cəmi 37 iş saat hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesabına 222 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384və 385-cimaddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 04 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, xx.xx.2021-cil tarixdən xx.xx.2021-ci il tarixədək, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək bu iş üzrə şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu müddət, CM-nin 69.3-cü maddəsinə ona təyin olunan cəza müddətinə hesablamaqla, üzərində qəti olaraq 04 (dörd) il 5 (beş) ay 24 (iyirmi dörd) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmənin başlanğıcı 20 may 2021-ci il tarixdən hesablansın və barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Gəncə şəhər BPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan 2 ədəd zərfdə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq hər bir qablaşdırmada ayrı-ayrılıqda 8 ədəd və ¼ ədəd və 1 ədəd zərfdə X5 aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq 18 ədəd narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə tramadol məhv edilsin, 19 iyul 2021-ci il tarixdə və 25 avqust 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 2 ədəd “DVD” disk, bundan əlavə 19 iyul 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra X7 üzərinə şəxsi axtarış zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 1 ədəd “DVD” disk, "xxxx" MMC tərəfindən təqdim olunmuş 1 ədəd “CD” disk və Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş güclü təsir edən maddələrin satış məqsədi ilə dövriyyəsində istifadə olunan B02291009, A19256457, C31216043 seriyalı 3 ədəd 5 manatlıq əskinaslar iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş 30 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən X6 işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesabına 180 manat məbləğində, Təqsirləndirilən şəxs göstərilmiş 37 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesabına 222 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar