Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-59/2024 27.12.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Müslümov Bəhruz Firizman oğlu (sədrlik edən), hakimlər İmanov Dadaş Hüseyn oğlu və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - Nəcəfzadə Cəmilə Şamo qızının katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları - ədliyyə müşaviri Dövlət ittihamçısı1 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi3 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx.xx.1984-cü il tarixdə Zəngilan rayonunda anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmamış, Zəngilan rayonu, Tiri kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsində yerləşən 222 saylı uşaq bağçasının inzibati binasında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 və şəxsiyyəti məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə təmiz çəkisi 985 qram təşkil edən külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı, təmiz çəkisi 1015 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, hər birinin tərkibində 0,04 qram olmaqla narkotik vasitə olan metadon təsiredici maddəsinin ümumi miqdarı 0,16 qram təşkil edən, üzərlərində “F/M40” yazısı həkk olunmuş 4 ədəd qəhvəyi rəngli, dairəvi formalı dərman həbini qanunsuz olaraq Qazax rayonu ərazisindən əldə edib ilkin olaraq 80 manat yol pulu və narkotik vasitələrin bir hissəsini özlərinə götürmək müqabilində Bakı şəhəri ərazisinə daşımaq barədə razılığa gələrək 16 noyabr 2022-ci il tarixdə məlum olmayan şəxs tərəfindən Qazax rayonu ərazisində yerləşən ödəmə terminalı vasitəsi ilə öz adına olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus 5357 **** **** 8948 nömrəli kart hesabına 80 manat pul göndərildikdən sonra 17 noyabr 2022-ci il tarixdə saat 05 radələrində Təqsirləndirilən şəxs2la birlikdə Qazax rayonu ərazisinə gəlib mobil telefonunda olan “Whatsapp” tətbiqi vasitəsi ilə şəxsiyyəti məlum olmayan şəxslə əlaqə saxlayıb narkotik vasitələrin ünvan 2 ünvanında yerləşən Qazax İdman Sağlamlıq Kompleksinin həyətindəki beton boru kəsiyinin içərisinə qoyulmasını təsdiq edən ünvan məlumatlarını və şəkilləri əldə edib həmin tarixdə saat 10 radələrində Təqsirləndirilən şəxs2la birlikdə qeyd edilən ünvana gedərək beton boru kəsiyinin içərisinə qoyulmuş 1 ədəd ağ rəngli polietilen torbanın içərisində olan üzəri şəffaf rəngli yapışqanlı lentlə bağlanmış 1 ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi 985 qram təşkil edən külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı, üzəri şəffaf rəngli yapışqanlı lentlə bağlanmış qara rəngli polietilen kəsiyinə və qəzet parçasına bükülmüş 1 ədəd şəffaf rəngli polietilen torbada təmiz çəkisi 1015 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və 1 ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə hər birinin tərkibində 0,04 qram olmaqla narkotik vasitə olan metadon təsiredici maddəsinin ümumi miqdarı 0,16 qram təşkil edən, üzərlərində “F/M40” yazısı həkk olunmuş 4 ədəd qəhvəyi rəngli, dairəvi formalı dərman həbini əldə edərək öz üzərində saxlayıb daşıyarkən Qazax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin tarixdə saat 10:27-də Təqsirləndirilən şəxs2la birlikdə ünvan 2 ünvanında yerləşən Qazax İdman Sağlamlıq Kompleksinin həyətində saxlanılaraq, Qazax şəhəri, Heydər Əliyev prospekti 165A ünvanında yerləşən rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və həmin tarixdə saat 11:15-dən 12:50-dək olan müddətdə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılan zaman əlində tutduğu ağ rəngli polietilen torbanın içərisindən üzəri şəffaf rəngli yapışqanlı lentlə bağlanmış 1 ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi 985 qram təşkil edən külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, üzəri şəffaf rəngli yapışqanlı lentlə bağlanmış qara rəngli polietilen kəsiyinə və qəzet parçasına bükülmüş 1 ədəd şəffaf rəngli polietilen torbada təmiz çəkisi 1015 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 1 ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə hər birinin tərkibində 0,04 qram olmaqla narkotik vasitə olan metadon təsiredici maddəsinin ümumi miqdarı 0,16 qram təşkil edən, üzərlərində “F/M40” yazısı həkk olunmuş 4 ədəd qəhvəyi rəngli, dairəvi formalı dərman həbi aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 və şəxsiyyəti məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə təmiz çəkisi 985 qram təşkil edən külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı, təmiz çəkisi 1015 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, hər birinin tərkibində 0,04 qram olmaqla narkotik vasitə olan metadon təsiredici maddəsinin ümumi miqdarı 0,16 qram təşkil edən, üzərlərində “F/M40” yazısı həkk olunmuş 4 ədəd qəhvəyi rəngli, dairəvi formalı dərman həbini qanunsuz olaraq Qazax rayonu ərazisindən əldə edib ilkin olaraq 80 manat yol pulu və narkotik vasitələrin bir hissəsini özlərinə götürmək müqabilində Bakı şəhəri ərazisinə daşımaq barədə razılığa gələrək 16 noyabr 2022-ci il tarixdə məlum olmayan şəxs tərəfindən Qazax rayonu ərazisində yerləşən ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs1 adına olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus 5357 **** **** 8948 nömrəli kart hesabına 80 manat pul göndərildikdən sonra 17 noyabr 2022-ci il tarixdə saat 05 radələrində birlikdə Qazax rayonu ərazisinə gələrək Təqsirləndirilən şəxs1 mobil telefonunda olan “Whatsapp” tətbiqi vasitəsi ilə şəxsiyyəti məlum olmayan şəxslə əlaqə saxlayıb narkotik vasitələrin ünvan 2 ünvanında yerləşən Qazax İdman Sağlamlıq Kompleksinin həyətindəki beton boru kəsiyinin içərisinə qoyulmasını təsdiq edən ünvan məlumatlarını və şəkilləri əldə etməsindən sonra həmin tarixdə saat 10 radələrində sonuncu ilə birlikdə qeyd edilən ünvana gedərək beton boru kəsiyinin içərisinə qoyulmuş 1 ədəd ağ rəngli polietilen torbanın içərisində olan üzəri şəffaf rəngli yapışqanlı lentlə bağlanmış 1 ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi 985 qram təşkil edən külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı, üzəri şəffaf rəngli yapışqanlı lentlə bağlanmış qara rəngli polietilen kəsiyinə və qəzet parçasına bükülmüş 1 ədəd şəffaf rəngli polietilen torbada təmiz çəkisi 1015 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və 1 ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə hər birinin tərkibində 0,04 qram olmaqla narkotik vasitə olan metadon təsiredici maddəsinin ümumi miqdarı 0,16 qram təşkil edən, üzərlərində “F/M40” yazısı həkk olunmuş 4 ədəd qəhvəyi rəngli, dairəvi formalı dərman həbini əldə edərək Təqsirləndirilən şəxs1 üzərində saxlayıb daşıyarkən Qazax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin tarixdə saat 10:27-də o, Təqsirləndirilən şəxs1la birlikdə ünvan 2 ünvanında yerləşən Qazax İdman Sağlamlıq Kompleksinin həyətində saxlanılaraq Qazax şəhəri Heydər Əliyev prospekti 165A ünvanında yerləşən rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və həmin tarixdə saat 11:15-dən 12:50-dək olan müddətdə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılan zaman sonuncunun əlində tutduğu ağ rəngli polietilen torbanın içərisindən üzəri şəffaf rəngli yapışqanlı lentlə bağlanmış 1 ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi 985 qram təşkil edən külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, üzəri şəffaf rəngli yapışqanlı lentlə bağlanmış qara rəngli polietilen kəsiyinə və qəzet parçasına bükülmüş 1 ədəd şəffaf rəngli polietilen torbada təmiz çəkisi 1015 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 1 ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə hər birinin tərkibində 0,04 qram olmaqla narkotik vasitə olan metadon təsiredici maddəsinin ümumi miqdarı 0,16 qram təşkil edən, üzərlərində “F/M40” yazısı həkk olunmuş 4 ədəd qəhvəyi rəngli, dairəvi formalı dərman həbi aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, “İnstaqram” sosial şəbəkəsi vastəsi ilə İran İslam Respublikasının vətəndaşı ilə danışmış, həmin zaman İran vətəndaşı ona Qazax rayonunda olan narkotik vasitəni götürüb Bakı şəhərinə gətirməli olduğunu bildirmişdir. O, İran vətəndaşı ilə əvvəlcə “İnstaqram”, daha sonra isə “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə danışmış, sonuncunun özü ona yazmış, əvvəllər həmin şəxslə yazışmamışdır. Əvvəllər başqa İran vətəndaşları ilə yazışmaları olsa da, həmin şəxslə ilk dəfə yazışmış, İran vətəndaşı narkotik vasitəni Qazax rayonundan götürməyi ona təklif etmiş, o, əvvəllər narkotik istifadəçisi olduğundan təklifi qəbul etmişdir. Ona narkotik vasitənin “Kakos” və “Nəşə” olduğu deyilsə də, qramı gah 100, gah da 200 qram deyilmişdir. İran vətəndaşı 16 noyabr tarixdə, axşam radələrində onun kart hesabına 80 manat məbləğində pul göndərmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs2la birlikdə yola çıxıb səhər 6-7 radələrində Qazax rayonuna çatmışlar. O, Bəhruzu aldadaraq Qazax rayonuna bir-iki günlük yeyib-içməyə getdiklərini demiş, yolda Bəhruz onun arxa sol tərəfində oturduğundan onun telefon danışıqlarını eşitməmişdir. İran vətəndaşı ilə yazışmaları səhər saat 5 radələrində kəsilmiş, daha sonra saat 9 radələrində online olmuşdur. Aralarında olan razılaşmaya əsasən həmin narkotik vasitələrdən 50 qram narkotik vasitəni özünə götürməli imiş, lakin o, narkotik vasitəni götürdükdən sonra İran vətəndaşını aldatmağı düşünmüşdür. Narkotik vasitəni götürən zaman polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilmişdir. Bəhruzla danışaraq müstəntiqin yazdıqlarını imzalamağa, sözlərini məhkəmədə demək gərarına gəlmişlər. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Ümüdlə uşaqlıqdan bir məhlədə Köhnə Günəşlidə qalmışdır. Hadisə günü Ümüd ona Qazaxa yeyib-içməyə getməyi təklif etmiş, boş-bekar olduğundan sonuncu ilə razılaşaraq 2-3 gün müddətə yoldaşlı Qazax rayonuna qonaq getmiş, lakin Qazax rayonunda hara və kimin yanına getdiklərini bilməmişdir. Bakıdan gecə saat 12-də çıxıb, səhər 6-7 radələrində Qazax rayonuna çatmışlar. Onun heç bir şeydən xəbəri olmamış, Qazax rayonuna çatdıqdan sonra qonaq gedəcəkləri yerə gedirmiş. O, stadionda tualetə girib çıxdıqdan sonra Ümüdin yerdən torba götürdüyün görmüşdür. Həmin vaxt Ümüdlə aralarında təxminən 1-2 metr məsafə olmuşdur. Həmin vaxt Qazax Rayon Polis Şöbəsinin əməkdaşları gəlib onları bölməyə aparmışlar. Polis əməkdaşları onları saxlayan zaman saat 9 radələri olmuşdur. Torba açılana qədər onun torbanın içərisində nə olması barədə məlumatı olmamışdır. Bölmədə ona fiziki və psixi təzyiq göstərib “Sənə elə edəcəyik, belə edəcəyik” dediklərindən, o, “Nə yazırsınız yazın imzalayacam” demişdir. O, İran vətəndaşını tanımamış, hər hansı şəxslə danışmamış, Ümüd danışmışdır. Həmin vaxt yanına gedəcəkləri adama zəng çatmadığından Qazax rayonunda gəzərək stadiona gedib çatmışlar. Ümüdin götürdüyü torba normal ölçüdə olmaqla içərsində ağ rəngli “Kakos” və “nəşə” olmuş, bunu ona bölmədə bildirmişlər. Polis əməkdaşları gəldikdə nə baş verdiyini başa düşməyərək tutulmasının səbəbini soruşduqda polis əməkdaşları ona “Gedək, bölmədə aydınlaşdırarıq” demişlər. Bundan sonra bölmədə polis əməkdaşları ona narkotik alveri ilə məşğul olduqlarını bildirmiş, o, ümumiyyətlə bundan xəbərinin olmadığını bildirmişdir. Əvvəllər narkotik vasitə istifadəçisi olmuş, bununla bağlı məhkum olunmuşdur. Narkotiklə bağlı Ümüdlə telefonda aralarında telefon danışığı olmamış, istifadəsində ***- ***-**-** saylı mobil nömrə olmuşdur. İfadəsinin davamı olaraq o, istintaq zamanı verdiyi ifadəsini təzyiq altında verdiyini, belə ki, əvvəlcədən məsələ ilə bağlı məlumatının olmadığını, məlumatının olacağı halda Ümüdi Qazax rayonuna gəlməyə qoymayacağını, istintaq zamanı 1-ci video çəkilişdə ona təzyiq olunduğunu, 5-6 dəfə çəkiliş edildiyini, sonda məcbur qalıb polis əməkdaşlarının dediklərini ilə razılaşdığını bildirmişdir. Bu məhkəməyə güvənərək istintaqda heç nə deməmişdir. Bununla bağlı prokurorluğa da, əvvəlki hakimə də bildirmişdir. Həmin ittiham üzrə özünü təqsirli bilməmişdir. Qazax rayonundan başqa Ümüd ilə uzaq bir yerə getməmişdir. Ancaq Bakı şəhərində bir yerdən digərinə maşın götürüb getmişdirlər. Ümüd Qazax rayonuna gedərkən yolda çox adamla danışmış qızla, tanıdığı başqa oğlanlarla da. Amma kimlə danışdığına qarışıb soruşmamışdır. Ümüd torbanı götürəndə isə nə olduğunu soruşmağa macal tapmamış 10-14 nəfər polis gəlmiş, onun özü də çaşıb qalmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Qazax RPŞ-nin CAB-nın baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, o, Qazax rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə 2022-ci ilin noyabr ayında Qazax rayonuna külli miqdarda narkotik vasitə daxil olması ilə əlaqədar məlumat əsasında Qazax İdman Sağlamlıq Kompleksinə getmişdirlər. Əllərində bağlı büküm olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaxınlaşıb, saxlayaraq Qazax rayon Polis Şöbəsinə gətirmişlər. Onlar İran vətəndaşı ilə əlaqələrinin olduğunu bildirmişdirlər. Əməliyyat məlumatı ona aid olmuşdur. Məğzi isə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrinin daşınması olmuşdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Qazax İdman Sağlamlıq Kompleksinə stadionunda saxlamışlar. Əvvəlcə müşahidə etmişlər, hər iki şəxs də birlikdə Qazax İdman Sağlamlıq Kompleksinə gəlmiş, bükümü kanalizasiya daşının içərsindən birlikdə götürmüşlər. Narkotik vasitəni götürdükləri vaxtda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlamışlar. Şəxsi axtarış vaxtı Təqsirləndirilən şəxs1 nəyinsə müqabilində götürdüklərini demiş, Təqsirləndirilən şəxs2 isə çox danışmamışdır. Əməliyyat həmin gün təxminən səhər saatları 10-11 radələrində olmuşdur. Ətrafda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 başqa kiminsə olub-olmamasına fikir verməmişdir. Biraz gözdən uzaq ərazi imiş, əsasən, səhər saatlarında, ya da futbol vaxtı adam olurmuşdur. Narkotik vasitə olan daş beton stadionun iç yox, çöl tərəfində olmuşdur. Baxışı Qazax RPŞ-də həyata keçirmişlər. Təxminən saat 11 radələri olmuş, bununla bağlı məlumat Qazax RPŞ-nin qeydiyyat kitabçasına qeyd edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxladıqları yerdən Qazax RPŞ-nə təxminən 10 dəqiqə vaxta gətirmişlər. Kriminalist-təhqiqat qrupunun baş inspektoru Rahil Hüseynov, təhqiqat bölməsinin təhqiqatçısı Cabbar İmamquluyev tərəfindən çəkiliş olmuşdur. Çəkiliş də vəkil də iştirak etmiş, lakin həmin vəkil vəfat etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 heç bir müqavimət göstərməmiş və onlara fiziki təzyiq olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Qazax RPŞ-nin ƏRQ-nun kiçik inspektoru, polis baş serjantı Şahid2 Asad oğlu ifadəsində göstərmişdir ki, Qazax rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə narkotiklə bağlı əməliyyat keçirilmiş, o, da əməliyyata cəlb olunmuşdur. Əməliyyat 2 şəxsin, yəni Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitə daşıması olmuşdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılaraq Qazax RPŞ-ə gətirmişlər. Qazax RPŞ-də təqsirləndirilən şəxslər vəkillə təmin olunmuş, baxış keçirilmiş, çəkiliş olunmuş, sənədləşdirilmişdir. Əməliyyat məlumatı Şahid1 aid olmuşdur. Əməliyyatın məğzi isə şəxslərin narkotik kuryerliyi ilə məşğul olmaları olmuşdur. Onlar təqsirləndirilən şəxslərdən əvvəl getmiş, bir müddət sonra təqsirləndirilən şəxslər gəlmişdirlər. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 birlikdə gəlib kanalizasiya daşından narkotik vasitəni götürmüşlər. Həmin vaxt Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlamışlar. Narkotik vasitələr Ümüdin əlində olmuş, Bəhruz isə onun yanında olmuşdur. Həmin vaxt onlar polis şöbəsinin yanından keçəndə zarafatla “Bizi tutub birazdan bura gətirəcəklər” demişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 etiraf etmişlər ki, onları Qazax rayonuna İran vətəndaşı pul müqabilində göndərmidir. Bəhruz isə özü pul müqabilində Ümüdin yanında gəldiyini etiraf etmişdir. Onlara heç bir fiziki təsir olmamışdır. Üzərlərində kokosa bənzər küllər, marixuana, dərman, telefon olmuşdur. Necə telefonun olmasını, kimə məxsus olmasını bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Qazax RPŞ-nin PPXB-nin polis nəfəri polis baş serjantı Şahid3 ifadəsində göstərmişdir ki, Qazax rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında polis əməkdaşları ilə birlikdə Qazax İdman Sağlamlıq Kompleksinin stadionuna getmişdir. 2 şəxsin, yəni Təqsirləndirilən şəxs1n və Təqsirləndirilən şəxs2 stadionun qarşısından betonun içərsindən narkotik vasitə götürən zaman saxlamışlar. Onlar yaxınlaşan zaman Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitə olan çantanı götürüb gedirlərmiş. Həmin vaxt 3-5 addım aralıda saxlamışlar. Ümüd güləgülə “Qardaş, imkan verin” demiş, Bəhruz isə yoldaşlı gəldiklərini demiş. Əməliyyatın yalnız narkotiklə bağlı olduğu deyilmiş, amma təfərrüatlar ona bildirilməmişdir. Hər ikisi də çəkilişdə iştirak etmişdir. Birinin üzərində telefon olmuşdur. Heç birinə heç bir fiziki təsir göstərməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Qazax RPŞ-nin PPXB-nin polis nəfəri polis serjantı Şahid5, PPXB-nin polis nəfəri polis serjantı Şahid4 və PPXB-nin polis nəfəri polis serjantı Şahid6da Şahid1 ilə oxşar məzmunlu ifadə vermişlər. İbtidai istintaq zamanı verdikləri ifadələrində göstərmişlər ki, bükümlər elektron tərəzi vasitəsi ilə çəkilmiş, içərisində narkotik vasitə olan heorinə oxşar kütlə olan bükümün çəkisinin 1080 qram, içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlənin olan bükümün çəkisinin 1040 qram olması müəyyən edilmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/6621 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki: Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs1 üzərində aşkar edilmiş kütlə” yazısı və imzalar olan bağlamadakı, 1 (bir) ədəd bükülüdə təmiz çəkisi 1015 qram (1 kq 15 qr) qəhvəyi rəngli toz şəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və bir ədəd qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli dərman preparatıdır. 4 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 0,16 qram təşkil edir (Həbin üzərində qeyd olunmuş göstəricisinə əsasən bir həbdə 0,04 metadon olmaqla) “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) və “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in siyahısına (Siyahı İİ) daxildir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 7/1319 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki: Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs1 üzərində aşkar edilmiş kütlə” yazılar və imzalar olan sarı rəngli “POLO” sözü yazılmış ağ rəngli polietilen torbadakı 1 (bir) ədəd üzəri skoçla bağlanmış qara rəngli polietilen bağlama təmiz çəkisi-985,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli, 351 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli, 352 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin gün saat 11:00-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli isə xx.xx.2022-ci il tarixdə saat 10:27-də azadlığının faktiki məhdudlaşdığı vaxtdan hesablanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin gün saat 13:15-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli isə xx.xx.2022-ci il tarixdə saat 10:27-də azadlığının faktiki məhdudlaşdığı vaxtdan hesablanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələr ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələr ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs1 şəxsi axtarış zamanı polietilen torbanın içərisindəki üzəri yapışdırıcı bantla bağlanmış bir ədəd qara rəngli polietilen kəsiyi bükümündə yaşıl rəngli,kəskin iyli kütləni,eyni zamanda üzəri yapışdırıcı bantla bağlanmış bir ədəd qara rəngli polietilen kəsiyi bükümündə qəhvəyi rəngli kütləni və həmin bükümə yapışdırılmış sellofan kəsiyi bükümündə 04 (dörd) ədəd həbi öz razılığı ilə, könüllü olaraq təqdim etdi. Onun təqdim etdiyi sellofan kəsikləri açıldı. Sellofan kəsikləri açıldıqda sellofan kəsiklərindən birinin içərisində spesifik iyli tünd qəhvəyi rəngli kütlə, digərində isə qəhvəyi rəngli kütlə və digər sellofan kəsiyində isə 4 ədəd həb aşkar edildi. Təqsirləndirilən şəxs1 qeyd olunan kütlələri və həbləri təqdim etdikdən sonra sellofan kəsiyinin içərisində olan tünd qəhvəyi rəngli kütlənin “heroin", digər sellofan kəsiyinin içərisindəki yaşil rəngli qurudulmuş halda kəskin iyli kütlənin “Marixuana”, həblərin isə psixotrop maddə "metadon" olduğunu, qeyd olunan kütlələri və həbləri internet vasitəsi ilə tanış olduğu İran islam Respublikasi vətəndaşından aldığını, şəxsi istifadəsi üçün saxladığını bildirdi. Təqsirləndirilən şəxs1 təqdim etdiyi kütlələr elektron tərəzisi vasitəsilə çəkildi, sellofan kəsiyinin içərisində olan tünd qəhvəyi rəngli kütlənin sellofanla birlikdə ümumi çəkisi 1080 qram, digər sellofan kəsiyinin içərisindəki tünd yaşıl rəngli kütlənin sellofanla birlikdə ümumi çəkisi ağ 1040 qram olmasi müəyyən edilərək digər sellofan kəsiyinin içərisindəki üzərində M 40 sözləri yazılan dörd ədəd həb olması müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs2 şəxsi axtarış zamanı üzərində hər-hansı bir narkotik vasitə yaxud onun prekursorları müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 noyabr 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus olan 01 ədəd “Samsung Galaxy A22” markalı mobil telefona baxış zamanı müəyyən edilmişdir ki, mobil telefonda “Bakcell MMC” mobil operatoruna məxsus olan ***-***-**-** saylı nömrə istifadə edilir, mobil telefonda “WhatsApp Business” tətbiqi aşkar edilmiş, həmin tətbiqdə Təqsirləndirilən şəxs1 ***-***-**-** saylı nömrə ilə qeydiyyatdan keçmişdir. Həmin tətbiqdəki yazışmalara baxış zamanı “Bbb” adı ilə qeyd edilmiş +98 914 *** **** saylı nömrə ilə Təqsirləndirilən şəxs1 arasında Qazax rayonu ərazisindən narkotik vasitələrin əldə edilərək Bakı şəhəri ərazisindən daşınması, habelə satılması, əvvəllər də narkotik vasitələrin əldə edilməsi və daşınması barədə səsli və mətn mesajları, üzərində "xxxx" və “debit” sözləri, “5357 4141 1436 8948” rəqəmləri əks olunan kartın və 16 noyabr 2022-ci il tarixdə Qazax rayonunda yerləşən “MilliÖn” elektron ödəmə sistemi vasitəsi ilə həmin kart hesabına 80 manat pul göndərilməsi barədə məlumatlar əks olunmuş ödəniş qəbzinin şəkilləri, narkotik vasitələrin ünvan 2 ünvanında yerləşən Qazax İdman Sağlamlıq Kompleksinin həyətindəki beton boru kəsiyinin içərisinə qoyulmasını təsdiq edən ünvan məlumatları və şəkillər, “Bakkkiiiiii” adı ilə qeyd edilmiş, Təqsirləndirilən şəxs2 istifadəsində olan +994 77 *** ** ** saylı nömrə ilə Təqsirləndirilən şəxs1 arasında Bakı şəhəri ərazisində görüşüb kartdan pulun çıxarılması barədə səsli mesajlar aşkar edilmişdir. Eyni zamanda məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs2 istifadəsində olan +994 77 *** ** ** saylı nömrədəki 2022-ci il tarixli səsli mesajlardan görünür ki, “5243 7544 4099 8951 unibank di 20 deqe zada ata bilsən at”, “Qaqa sen gedib gelende alinsa goturerem senden 0.5 bele duzelmir pul ancaq sen gelende vere bilerem pulu”, “Xeal 10 manatin varsa rastvor var 30 tock a yaxndi wuweli istirsense gel evdeyem g|tr”, “Qaqa wuweynen verir elcin 25e? Cavab yaz mene evdeyem pis aqriyiram”, “X29 X43 Alinar”, “Daw lazm deilse verm omu isten var cvb de”, “1dene gotur pulun bilsende nece ne vaxt verecem.arxayn ol menden umumiyetle deyrem pula goqe yox”, “35 ddn ddnesi torpag razinde qaqa gedib gotsun celal gilnen sora alinnayacag”, “Qaqaw .10ug pt var idi lazim deildi”, “Qaqaw 2gundu yatrdim cvb vere blmediym sory.kecey metlebe demeli daw var.ama super daw yene ama yari yari verirler 30 azn”, “Qaqa butov 50e 0.5 30a alnir ne deyrsen”, “Set tutmur burda ver onu bizim markete teref gel”, “Qaqaş qabag terefe kec mama ordadi ver ona 5 deq men yanindayam”, “Kolanin agrisindayam lap ptni istien var eytiyac yoxdusu pul edim gelim”, “Qaqaw baki di mendw pt var.agryram pis deiwe bilerik.imkan ele qardasimsan”, “omkadanda olur ona yazigim galir itdarda galib evlarna bizda galir.geca 1tika tapib gucnan yatirmisam onu”, “Sadece bele alindi dunen 100 manatda memim pulum du vurulan heleki xeber yoxdu qaqaw cani cehun”, “im deyil sene 10luq duz qoş edim”, “Qaqaş baki di.yetim benzin qurtarıb yolda qalmisiq.pt var mende laz”. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 fevral 2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılması haqqında protokola əlavə edilmiş 01 ədəd diskdə olan videogörüntülərə baxış zamanı müəyyən edilmişdir ki, 17 noyabr 2022-ci il tarixdə saat 11:15-dən saat 12:50-dək olan müddətdə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılan zaman təhqiqatçı bükümlərdən birini Təqsirləndirilən şəxs1 göstərib içərisində nə olması barədə sual verir, o, “marixuana” cavabını verir. Təhqiqatçı 4 ədəd həbi Təqsirləndirilən şəxs1 göstərib nə olması barədə sual verir, o, “M40, metadon” cavabını verir. Təhqiqatçı qəhvəyi rəngli kütləni Təqsirləndirilən şəxs1 göstərib nə olması barədə sual verir, o, “palçıq” cavabını verir. Təhqiqatçı Təqsirləndirilən şəxs1 “Haradan əldə edibsən bunları?” sualını verir, o, “Tanımadığım xarici vətəndaş, sosial şəbəkədə tanış olduğum”. Təhqiqatçı Təqsirləndirilən şəxs1 “Hara vətəndaşı idi?” sualını verir, o, “iran vətəndaşı” cavabını verir. Təhqiqatçı Təqsirləndirilən şəxs1 “Harada görüşdüz, harada danışdız?” sualını verir, o, “mobil telefon vasitəsi ilə sosisal şəbəkədə danışdıq” cavabını verir. Təhqiqatçı Təqsirləndirilən şəxs1 “Kütləni harada götürdün?” sualını verir, o, “Kütləni Qazaxda” cavabını verir. Təhqiqatçı Təqsirləndirilən şəxs1 “Nə qədər məbləğdə pul vermişdin?” sualını verir, o, “Pul verməmişdim” cavabını verir. Təhqiqatçı Təqsirləndirilən şəxs1 “Qazax rayonunda haradan götürdün?” sualını verir, o, “Qazax rayonunda stadion adlanan məkan” cavabını verir. Təhqiqatçı Təqsirləndirilən şəxs1 “Nə qədər pul qoydun, nə qədər pul aldın?” sualını verir, o, “Pul qoymamışam” cavabını verir. Təhqiqatçı Təqsirləndirilən şəxs1 “Neçəyə danışmışdız?” sualını verir, o, “Qiymətləşməmişdik” cavabını verir. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs1 “Şöbəyə gətirilən zaman yanınızda Təqsirləndirilən şəxs2 olmuşdur, bu barədə nə deyə bilərsiniz?” sualını verir, o, “Olmuşdur” cavabını verir. Təhqiqatçı Təqsirləndirilən şəxs1 “Məlumatı varmı üzərinizdə narkotik vasitə olmasından?” sualını verir, o, “Gördü bəli, yanımdaydı” cavabını verir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 fevral 2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılması haqqında protokola əlavə edilmiş 01 ədəd DVD diskdə olan videogörüntülərə baxış zamanı müəyyən edilmişdir ki, 17 noyabr 2022-ci il tarixdə saat 13:30-dan saat 14:05-dək olan müddətdə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılan zaman təhqiqatçı Təqsirləndirilən şəxs2 “Təqsirləndirilən şəxs1 üzərindən narkotik vasitə aşkar edilmişdir, bu barədə nə deyə bilərsiniz?” sualını verir, o, “Hər şey göründüyü kimidir” cavabını verir. Təhqiqatçı Təqsirləndirilən şəxs2 “Narkotik vasitə kimindir?” sualını verir, o, “Gəlmişdik götürməyə bir yerdə” cavabını verir. Təhqiqatçı Təqsirləndirilən şəxs2 “Haradan əldə etmişdiz?” sualını verir, o, “Ümüd elə bil ki, danışmışdı telefonda” cavabını verir. Təhqiqatçı Təqsirləndirilən şəxs2 “Kimnən, nə vaxt danışmışdı?” sualını verir, o, “iranlı biri ilə, dünən axşam gəldi mənə dedi ki, bəs belə-belə, gedəy, mən dedim gedəy” cavabını verir. Təhqiqatçı Təqsirləndirilən şəxs2 “Qazaxda haradan götürdüz?” sualını verir, o, “stadion deyilən yerdən” cavabını verir. Təhqiqatçı Təqsirləndirilən şəxs2 “Nə qədər məbləğdə pul vermişdiz, nəyin qarşılığında sizə vermişdi?” sualını verir, o, “demişdi ki, hərəsinnən 100 qramda sizindi, onu dediyim yerə aparıb qoyarsız” cavabını verir. Təhqiqatçı Təqsirləndirilən şəxs2 “Hara verməli idiz?” sualını verir, o, “hələ onu deməmişdi, deyəcəkdi” cavabını verir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 fevral 2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, iş üzrə keçirilmiş telefonla və digər qurğularla ötürülən məlumatların ələ keçirilməsi istintaq hərəkəti nəticəsində əldə olunmuş 1 ədəd diskdə olan məlumatlara baxış zamanı Təqsirləndirilən şəxs1 istifadəsində olan **********10 saylı nömrə və Təqsirləndirilən şəxs2 istifadəsində olan **********90 saylı nömrə ilə digər nömrələr arasında narkotik vasitələrin, psixotrop maddələrin alqı-satqısı, əldə edilməsi və istehlakı barədə qısa mesaj mətnləri aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 istifadəsində olan **********10 saylı nömrə xx.xx.2022-ci il tarixdə saat 06:26:22-dən saat 07:29:27-dək “Qazax rayonu, H.Aliyev prospekti, Aptek yani” və “Qazax shahari, N. Narimanov massivi, AVTO 101 yaxinlighi”, saat 08:16:39-dan saat 08:38:44-dək “Qazax rayonu, Heydar Aliyev 97i ila Azadliq kuchasinin kasishmasi, Qazax Rayon Shahidlar Xiyabani”, saat 10:57:41-dən saat 19:42:44-dək “Qazax shahari, Nizami kuchasi, 3 X44 Maktab” anten dairələrində olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 mart 2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 28 noyabr 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokola əlavə edilmiş 1 ədəd CD diskdə olan səsli mesajlara Təqsirləndirilən şəxs1 iştirakı ilə baxış zamanı sonuncu “Təqsirləndirilən şəxs1-Bbb” adlı qovluqda olan faylları dinlədikdən sonra həmin danışıqların nakotik vasitələri Qazax rayonu ərazisindən əldə edib Bakı şəhəri ərazisinə aparmaq üçün istifadəsində olan mobil telefondakı “Whatsapp” tətbiqində iranlı kimi özünü təqdim edən şəxs ilə bir-birilərinə göndərdikləri səsli mesajlar, “Təqsirləndirilən şəxs1- Bakkkiiiiii” adlı qovluqda olan faylları dinlədikdən sonra həmin danışıqların 16 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 ilə Bakı şəhərində görüşüb Qazax rayonuna gəlmək üçün “Whatsapp” tətbiqində bir-birilərinə göndərdikləri səsli mesajlar olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikasının DİN-in Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikasının DİN-in Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2006-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2007-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2007-ci il tarixli amnistiya 3.2-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Təqsirləndirilən şəxs2 Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. Təqsirləndirilən şəxs2 Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Zəngilan RİH başçısının Cahangirbəyli kənd İƏDÜN-nin xx.xx.2023-cü il tarixli 17 nömrəli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 anası – X7, qardaşları – X25, X26, qardaşı arvadı -X16, qardaşı oğlu – X27 və qardaşı qızı – X17 ilə birlikdə Bakı şəhəri, Xətai rayonu 222 saylı baxçada qeydiyyatda olmaqla yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri Xətai RİH Xətai rayonu Mənzil Kommunal Təsərrüfat birliyi 98 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli 135 nömrəli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 anası – 1970-ci il təvvəlüdlü X11, bacısı – 1993-ci il təvvəlüdlü X8, bacısı qızları – 2014-ci il təvvəlüdlü X4, 2020-ci il təvvəlüdlü - İnci - qızı, ilə birlikdə Bakı şəhəri, İ.İsmayılov küçəsi, ev 15, mənzil 34-də qeydiyyatda olmaqla yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası vətəndaşının 007200 nömrəli nikah haqqında şəhadətnaməsinin və 226334 doğum haqqında şəhadətnaməsinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 X9 ilə evlidir, himayəsində xx.xx.2018-ci il təvəllüdlü Əsəd Rəsullu adlı övladı vardır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, 2002 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 və X23 arxiv məlumatına görə həmin xəstəxanada müalicədə olmayıblar. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Qazax RPŞ-nin CAB-nın baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərtib etdiyi xx.xx.2022-ci il tarixli raportdan görünür ki, əməliyyat məlumat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Qazax rayonu ərazisində üzərlərində qanunsuz olaraq külli miqdarda narkotik vasitələr gətirmələri barədə məlumat daxil olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Qazax RPŞ-nin CAB-nın baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərtib etdiyi xx.xx.2022-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, üzərlərində qanunsuz olaraq külli miqdarda narkotik vasitələr olması ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi və üzərlərində şəxsi axtarış aparılması qərara alınmış, həmçinin həmin məqsəd ilə Qazax RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, TB-nin təhqiqatçısı, polis leytenantı X3, ƏRQ-nun kiçik inspektoru, polis baş serjantı Şahid2 Asad oğlundan, KTQ-nın baş inspektor krirminalisti polis kapitanı X5, PPXB-nin polis nəfəri polis baş serjantı Şahid3, PPXB-nin polis nəfəri polis serjantı Şahid5, PPXB-nin polis nəfəri polis serjantı Şahid6, PPXB-nin polis nəfəri polis serjantı Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı özünü təqsirli bilməklə verdiyi etirafedici ifadələri elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs2 onunla eyni məhəllədə yaşayır, həmçinin dostudur. 1-2 ay əvvəl “İnstaqram” sosial şəbəkəsində adında “narkotik satışı” sözləri olan tanımadığı şəxs ona yazıb narkotik vasitə istifadə edib-etmədiyimi soruşmuş, söhbət zamanı münasibətləri yaranmış, həmin şəxs İran vətəndaşı olduğunu demiş, həmin şəxsə “baba” deyə müraciət etmiş, lakin adını bilməmişdir. Təxminən xx.xx.2022-ci il tarixdə həmin şəxs "vatsap" sosial şəbəkəsində ona yazıb Qazax rayonunda özünə məxsus olan 1 kiloqram “nəşə”, 1 kiloqram “kakos” olduğunu, həmin narkotik vasitələri Qazax rayonundan götürüb Bakı şəhərinə aparıb onun dediyi yerə atmaq lazım olduğunu bildirmişdir. Bakı şəhərindən Qazax rayonuna qədər olan məsafə uzaq olduğundan və Qazax rayonunu tanımadığı üçün əvvəl razı olmaasa da sonradan getməyə razı olmuşdur. Həmin şəxs ona bildirmişdir ki, yol pulu kimi 50 manat verəcək, lakin o yolun uzaq olduğunu və tək olmadığını dedikdən sonra həmin şəxs 80 manat göndərəcəyini, həmçinin narkotik vasitələrin hərəsindən 100 qram götürəcəklərini bildirmiş, o həmin şəxslə razılaşmışdır. Qazax rayonuna tək gəlməyə qorxduğu üçün xx.xx.2022-ci il tarixdə saat 17-18 radələrində yaşadığı məhəllədə dostu Bəhruzla görüşüb ona bu barədə demiş, əldə edəcəyi pulun yarısını və istifadə etmək üçün narkotik vasitə verəcəyini bildirmiş, Bəhruz da razılaşmışdır. Bundan sonra İran vətəndaşına öz adına olan “Bank Respublikaya” məxsus kart hesabını göndərmiş, həmin şəxs isə kartına 80 manat pul göndərmiş, o Xətai rayonu, Əhmədli metrostansiyasının yaxınlığındakı “Bank Respublikaya” məxsus bankomatdan həmin pulu çıxartmışdır. Bundan sonra onlar birlikdə Bakı beynəlxalq avtovağzal kompleksinə getmiş, o özünə və Bəhruzə həmin pulla bilet almışdır. Həmin gün saat 22 radələrində avtobusla Bakı şəhərindən Qazax rayonuna yola düşüb xx.xx.2022-ci il tarixdə saat 05 radələrində onlar Qazax rayon avtovağzalına çatmış, mobil telefonunda olan “vatsap” proqramı vasitəsi ilə İranlı ilə əlaqə saxlamağa çalışsa da, əlaqə yarada bilməmiş, həmin gün saat 09 radələrində İranlı “vatsap” sosial şəbəkəsində ona yazıb bir neçə dəqiqəyə narkotik vasitənin yerini deyəcəyini bildirmişdir. Bir neçə dəqiqə sonra həmin şəxs “vatsap” sosial şəbəkəsində ona narkotik vasitənin qoyuldu yerin şəklini və xəritəsini atmışdır. Bundan sonra o Bəhruzla birlikdə həmin yerə getmiş, şəkilə və xəritəyə uyğun olan yeri axtarıb tapmış, 1 ədəd ağ rəngli bağlamanın Qazax rayon stadionun həyətindəki beton borunun içərisinə qoyulduğunu görmüşdür. Həmin bağlamanı götürdükdən sonra Qazax rayon polis şöbəsinin əməkdaşları onları saxlayıb polis şöbəsinə gətirmişdirlər. Polis şöbəsinə gəldikdən sonra o təhqiqatçıya təhvil verilmiş, təhqiqatçı ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulduğunu izah edib məni qərarla tanış etmiş, müdafiəçi ilə təmin olunmaq hüququnun olmasını izah edib vəkillərin siyahısını təqdim etmiş, o siyahıdan vəkil X1 onun dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi təyin edilməsini xahiş etmişdir. Müdafiəçi ilə təmin olunduqdan sonra təhqiqatçı ona hüquq və vəzifələrimi izah etmiş, bununla bağlı yazılı bildirişləri təqdim etmişdir. Daha sonra həmin otaqda videoçəkiliş aparılaraq üzərində şəxsi axtarış aparılmağa başlanmış, şəxsi axtarış zamanı əlində tutduğu ağ rəngli polietilen torbanın içərisindən üzəri şəffaf yapışqanlı lentlə sarınmış 2 ədəd qara rəngli sellofan bükümdə hər birinin çəkisi təxminən 1 kiloqram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana, narkotik vasitə olan heroin, kiçik sellofan bükümdə 4 ədəd “Metadon M40” həbləri, əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 1 ədəd "Samsung" markalı mobil telefon aşkar edilərək götrülmüşdür. O, həmçinin bildirmişdir ki, onların pulu olmadığı üçün narkotik vasitələri birlikdə avtobusla Bakı şəhərinə aparmağı fikirləşmiş, narkotik vasitələri özünün və ya Bəhruzun üzərlərində daşımaqları barədə əvvəlcədən hər hansı razılıqları olmamış, Bakı şəhərinə çatan kimi iranlı narkotik vasitələri qoyacaqları yeri deməsi, onların isə narkotik vasitələri həmin yerə qoymaları, əvəzində narkotik vasitələrin hər birindən 100 qramını özlərinə götürmələri barədə razılaşmışdırlar. O və Bəhruz Orucov əldə edəcəkləri narkotik vasitələri hansı qaydada böləcəkləri barədə əvvəlcədən razılaşmamış, narkotik vasitələri əldə etdikdən sonra öz aralarında razılaşıb bölməyi fikirləşmişdirlər. Həmin şəxslə “Bakcell” mobil operatoruna məxsus olan ***-***-**-** saylı nömrəmlə və həmin nömrə ilə qeydiyyatdan keçdiyi “vatsap” proqramı vasitə ilə əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı özünü təqsirli bilməklə verdiyi etirafedici ifadələri elan edilməklə tədqiq edilmiş və Təqsirləndirilən şəxs2 həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun dostudur, həmçinin eyni məhəllədə yaşayırlar. xx.xx.2022-ci il tarixdə saat 17-18 radələrində Ümüd yaşadıqları məhəllədə onunla görüşüb demişdir ki, Qazax rayonunda təxminən 1-2 kiloqram narkotik vasitə olan “kakos” və “nəşə”, yəni marixuana var, iranlı ilə danışıb, narkotik vasitələri Bakı şəhərinə gətirmək lazımdır, əvəzində 200 manat, olsa daha artıq pul verəcək, narkotik vasitələrin hərəsindən 100 qramını özləri istifadə etmək üçün götürəcəklər. O da Ümüdlə razılaşmışdır. Ümüd ona demişdir ki, iranlı onun kartına yol xərci kimi 80 manat pul göndərib, Ümüd həmin pulu Xətai rayonu, Əhmədli metrostansiyasının yaxınlığındakı “Bank Respublikaya” məxsus bankomatdan çıxartmışdır. Bundan sonra həmin gün axşam saatlarında o, Ümüdlə birlikdə Bakı şəhər beynəlxalq avtovağzal kompleksinə getmiş, Ümüd avtobusla Qazax rayonuna getmək üçün ona və özünə bilet almış, həmin gün saat 22 radələrində onlar avtobusla Qazax rayonuna yola düşüb xx.xx.2022-ci il tarixdə saat 05 radələrində Qazax rayon avtovağzalına çatmışdırlar. Ümüd iranlı ilə mobil telefon vasitəsi ilə əlaqə yaratmağa çalışsa da, əlaqə yarada bilməmiş, həmin gün saat 09 radələrində Ümüd mobil telefon vasitəsi ilə iranlı ilə əlaqə yarada bilmiş, həmin şəxs tezlikdə narkotik vasitələrin qoyulduğu yerin şəklini və ünvanını göndərəcəyini demişdir. Bir neçə dəqiqə sonra Ümüd ona demişdir ki, narkotik vasitənin qoyulduğu yerin xəritəsi və şəkli ona göndərilib. Ümüd həmin xəritəyə uyğun olaraq onunla birlikdə piyada həmin yerə getmiş, onlar həmin yerə çatanda stadionun həyəti olduğunu görmüşdürlər. Onlar qapıdan həyətə keçib şəkildə və xəritədə göstərilən beton borunun yanına gedib içərisinə baxan zaman ağ rəngli bağlama olduğunu görmüşdürlər, Ümüd həmin bağlamanı əlinə götürdükdən sonra Qazax rayon polis şöbəsinin əməkdaşları onları saxlayaraq polis şöbəsinə gətirib növbətçi hissəyə təhvil vermişdir. Bir neçə saat sonra o təhqiqatçıya təhvil verilmiş, təhqiqatçı ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulduğumu izah edib onu qərarla tanış etmiş, ona müdafiəçi ilə təmin olunmaq hüququnun olmasını izah edib vəkillərin siyahısını təqdim etmiş, o siyahıdan vəkil X2 onun dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi təyin edilməsini xahiş etmiş, müdafiəçi ilə təmin olunduqdan sonra təhqiqatçı ona hüquq və vəzifələrimi izah edib bununla bağlı yazılı bildirişləri təqdim etmişdir. Daha sonra həmin otaqda videoçəkiliş aparılaraq mənim üzərimdə şəxsi axtarış aparılmağa başlanmış, şəxsi axtarış zamanı üzərindən heç bir narkotik vasitə, psixotrop maddə və hər hansı bir əşya aşkar olunmamışdır. Təhqiqatçı Təqsirləndirilən şəxs1 və onun üzərindən aşkar edilmiş narkotik vasitə ilə əlaqəsinin olub-olmadığını soruşduqda bildirmişdir ki, həmin narkotik vasitəni götürmək üçün 1 gün əvvəlcədən Ümüdlə danışıb Qazax rayonuna gəlmişdirlər. O, həmçinin bildirmişdir ki, onların pulu olmadığı üçün narkotik vasitələri birlikdə avtobusla Bakı şəhərinə aparmaq fikirləri olmuş, narkotik vasitələri onun və ya Ümüdün üzərlərində daşımaqları barədə əvvəlcədən hər hansı razılıqları olmamışdır. Bakı şəhərinə çatanda iranlı narkotik vasitələri qoyacaqları yeri deməsi, onların isə narkotik vasitələri həmin yerə qoyması, əvəzində narkotik vasitələrin hər birindən 100 qramını özlərinə götürməkləri barədə razılaşmışdırlar. O Ümüdlə birlikdə əldə edcəcəkləri narkotik vasitələri hansı qaydada böləcəkləri barədə əvvəlcədən razılaşmamış, narkotik vasitələrin onları çatası hissəsini əldə etdikdən sonra öz aralarında razılaşıb bölmək fikirləri olmuşdur. İş materiallarında tədqiq olunmuş sübutlardan görünür ki, Ümid Rəsulovla birlikdə Qazax rayonuna gələn Təqsirləndirilən şəxs2 əvvəlcədən aralarında olan sövdələşməyə uyğun olaraq məlum olmayan İran vətəndaşına məxsus narkotik vasitəni götürərək Bakı şəhərinə aparmalı idilər. Narkotik vasitədən daşıma ilə bağlı razılığa gəlmiş, daşıma nəticəsində özlərinə də narkotik maddədən payın ayrılması qeyd olunmuşdur. Belə ki, X39 vətəndaşı arasında olan danışıqlardan məlum olur ki, Qazax rayonundan narkotiki götürüb Bakı şəhərinə aparmağın müqabilində hər narkotikdən onlara 100 qram verilməsi barədə razılaşmışlar. Eləcə də, Təqsirləndirilən şəxs1 sözügedən haldan başqa Qazax rayonuna özü ilə bərabər yanında bir nəfərlə gəlməsini qeyd edib. Əlavə olaraq da onun üçün narkotik vasitələrin ayrılmasını qeyd edib, sonuncu onunla razılaşaraq əlavə narkotik vasitənin veriləcəyi barədə danışmışlar. Belə ki, Təqsirləndirilən şəxs2 Ümid Rəsulovla birlikdə bankomatdan 80 manat pul çıxarmış, bundan sonra axşam saat 9-10 radələrində Bakı şəhərindən Qazax rayonuna birlikdə yola çıxmışlar. X31 vətəndaşı arasında olan razılaşmaya əsasən daşıma üçün onlara veriləcək miqdardan başqa Təqsirləndirilən şəxs2 üçün əlavə də narkotik vasitə istəmişdir. Eləcə də, Təqsirləndirilən şəxs2 ilkin olaraq saxlanılan və Qazax RPŞ-də üzərinə baxış keçirilən zaman bildirmişdir ki, Ümid Rəsulovla birlikdə narkotik vasitənin arxasınca Qazax rayonuna gəlmişlər. Habelə birlikdə stadiona gedərək orada əvvəlcədən İran vətəndaşıyla aralarında olan razılığa əsasən içərisində narkotik vasitələr olan sellofan paketi birlikdə götürmüşlər. Sellofan paketə birlikdə baxış keçirmiş və daha sonra polis əməkdaşları tərəfindən saxlanmışlar. İş üzrə tədqiq olunmuş sübutlarla birlikdə Təqsirləndirilən şəxs2 axşam saat 22:00 radələrində Ümid Rəsulovla birlikdə Qazax rayonuna qonaqlıq məqsədilə gəlməsi özünü müdafiə xarakterli çıxış olaraq qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs2la ayrı-ayrı şəxslər arasında müxtəlif məzmunlu mesajlamalarda Bəhruzdan “patı”, “pt”, “kola” kimi şeylər istənir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 sözügedən yazışmalar barəsində qeyd edir ki, tanışları ona narkotik vasitənin əldə olunması məqsədilə müraciət edir, özü istifadəçisi olduğu üçün tanışlarına müxtəlif zamanlarda bu məqsədlə kömək etmişdir. Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 25-ci maddəsinə təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələrini təsir və təyziq altında verməsini bildirib. Lakin, iş materiallarından göründüyü kimi ibtidai istintaq zamanı təzyiq və təsirə məruz qalması ilə bağlı müraciət, vəsatət və yaxud şikayət etməmişdir. İş üzrə ifadə verən şahidlər Təqsirləndirilən şəxs2 eləcə də digər təqsirləndirilən şəxs Ümid Rəsulovun saxlanılarkən, həmçinin şəxsi axtarış zamanı hər hansı təsir və təzyiqə məruz qalmadığını bildirmişlər. Həmin hal məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla da birlikdə təsdiq olunmuşdur. Belə olan halda təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı verdiyi ifadələri digərinin mənafeyini müdafiə xarakteri daşımasını nəzərə alaraq ibtidai istintaq zamanı verdikləri ifadələr səmimi və ağlabatan ifadələr olaraq qəbul edilir. 33-cü bəndinə əsasən məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs2 istintaq dövründə verdiyi ifadə mötəbər hesab olunmalıdır. Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə də (bax, “Kobiaşvili Gürcüstana qarşı” (Kobiashvili v. Georgia, № 36416/06, §§ 67-69, 14 mart 2019-cu il), “İbrahimov və Məmmədov Azərbaycana qarşı” (İbrahimov and Mammadov v. Azerbaijan, №№ 63571/16 və 5 digəri, § 121, 13 fevral 2020-ci il; “Meqrelişvili Gürcüstana qarşı” [Komitə] (Megrelishvili v. Georgia [Committee], № 30364/09, § 33, 7 may 2020-ci il); “X18rşı” (Ayetullah Ay v. Turkey, №№ 29084/07 və 1191/08, § 143, 27 oktyabr 2020-ci il; “Tlaşadze və Kakaşvili Gürcüstana qarşı” [Komitə] (Tlashadze and Kakashvili v. Georgia [Committee], № 41674/10, §§ 45-48; 25 mart 2021-ci il) əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi tərəfindən müvafiq qərarın əsaslı şübhənin mövcud olduğunu təsdiq edən və tədbiri məhz əvvəlcədən məhkəmə qərarı almadan təxirəsalınmaz qaydada keçirilməsini əsaslandıran mümkün qədər geniş məlumatlar göstərilmədən qəbul edilməsi, belə qərarın daha sonra məhkəmə nəzarəti qaydasında yoxlanılmaması və yaxud ətraflı təhlil edilmədən təsdiq edilməsi, ayrı-ayrılıqda və birlikdə baş verdikdə, pozuntu təşkil edir. Avropa Məhkəməsinin tövsiyəsinə görə məhkəməyədək araşdırma dövründə bu cür pozuntuya yol verilmişdirsə, onun aradan qaldırılması üçün işə mahiyyəti üzrə baxılarkən bununla bağlı irəli sürülən dəlillər məhkəmə tərəfindən araşdırılmalıdır. Həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarın, 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun və “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli 2 nömrəli Qərarın tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz X10 haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ-ci siyahısına əsasən heroin və marixuana narkotik vasitə hesab olunur; heroinin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarın aşağı həddi isə 2 qramdır; qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarı 5 qram və ondan yuxarı, külli miqdarın aşağı həddi isə 500 qramdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 16/589 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyinə əsasən, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əldə etdikləri narkotik vasitə olan qurudulmuş marixuananın ümumi təmiz çəkisi 984.95 qram olmaqla külli miqdar təşkil etsə də, heroinin ümumi təmiz çəkisi 1014,8 qram olmaqla külli miqdar təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “14 ” iyun 2024-cü il tarixli Qərarına əsasən Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Eləcə də, həmin Qərarın 8-ci maddəsinə əsasən “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. İş materiallarında tədqiq olunmuş sübutlardan görünür ki, Ümid Rəsulovla birlikdə Qazax rayonuna gələn Təqsirləndirilən şəxs2 əvvəlcədən aralarında olan sövdələşməyə uyğun olaraq məlum olmayan İran vətəndaşına məxsus narkotik vasitəni götürərək Bakı şəhərinə aparmalı idilər. Narkotik vasitədən daşıma ilə bağlı razılığa gəlmiş, daşıma nəticəsində özlərinə də narkotik maddədən payın ayrılması qeyd olunmuşdur. Belə ki, X39 vətəndaşı arasında olan danışıqlardan məlum olur ki, Qazax rayonundan narkotiki götürüb Bakı şəhərinə aparmağın müqabilində hər narkotikdən onlara 100 qram verilməsi barədə razılaşmışlar. Eləcə də, Təqsirləndirilən şəxs1 sözügedən haldan başqa Qazax rayonuna özü ilə bərabər yanında bir nəfərlə gəlməsini qeyd edib. Azərbaycan Respublikası CM-nin 32.2-ci maddəsinə əsasən, cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır. CM-nin 33.1-ci maddəsinə əsasən, cinayətin iştirakçılarının məsuliyyəti onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilir. CM-nin 33.2-ci maddəsinə əsasən, cinayətin birgə icraçıları birgə törətdikləri cinayətə görə, bu Məcəllənin 32-ci maddəsinə istinad edilmədən, həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. CM-nin 34.2-ci maddəsinə əsasən, qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 may 2022-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, iştirakçılığın obyektiv cəhəti kəmiyyət, keyfiyyət əlamətləri, bütün iştirakçılar üçün vahid cinayətkar nəticə, habelə əməl ilə vahid cinayətkar nəticə arasındakı səbəbli əlaqə ilə səciyyələnir. Keyfiyyət əlaməti cinayətin iştirakçılarının hərəkətlərinin müştərək şəkildə həyata keçirilməsini nəzərdə tutur. Bu əlamətə əsasən cinayət əməli bir neçə şəxs tərəfindən əlaqəli şəkildə törədildiyi zaman hər bir iştirakçı cinayətin törədilməsi üçün müvafiq hərəkətləri (hərəkətsizliyi) yerinə yetirərkən digər iştirakçılara müəyyən dərəcədə vasitəçilik etmiş olur. İcra olunan hərəkətlərdən asılı olaraq onların rolu fərqlənir: - cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətinin əlamətlərini tamamilə əhatə edən hərəkətləri icra etdikdə onlar cinayətin icraçıları kimi çıxış edirlər; - cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətini təşkil edən hərəkətləri qismən icra etdikdə, onların hərəkətləri icraçının hərəkətini tamamlamış olur və bu cür iştirakçılar cinayətin birgə icraçısı sayılmaqla cinayət tərkibinin obyektiv cəhətini səciyyələndirən hərəkəti əlaqəli şəkildə icra edirlər. Məsələn, şəxs rolların bölgüsünə görə, cinayətin törədilməsində icraçıya bilavasitə yardım (dəstək) göstərməyə yönəlmiş hərəkətlər edərsə (şəxsin yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak etməsi, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakın aparılması, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıların sığortalalanması) o, Cinayət Məcəlləsinin 32.2-ci maddəsində göstərildiyi kimi, birgə icraçı hesab edilir. Həmin maddəyə görə, cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq) icraçı sayılır. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq AzərbaycanRespublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq”dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azadolunmasına nail olunması, qeyriəmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsinarkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllərtörətməyə sövq edən sair maraq başa düşülür. CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. CM-in 234.4-cü maddəsində Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Əgər qabaqcadan əldə olunmuş razılıq CM-in 234.2-ci və ya 234.3-cü və ya 234.3- 1-ci maddəsində göstərilən əməllərin birgə yerinə yetirilməsini, məsələn, narkotik vasitənin əldə olunmasını, saxlanmasını, daşınmasını deyil, müstəsna olaraq bunların törədilməsində icraçıya (icraçılara) köməkliyin göstərilməsini (məsələn, narkotik vasitənin 13 qoyulduğu yeri tapmaq üçün icraçıya bələdçiliyin edilməsini) nəzərdə tutursa və kömək edən şəxs tərəfindən CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərdən hər hansı biri faktiki olaraq yerinə yetirilmirsə, həmin şəxsin əməli yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 6 may tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə cinayətin icraçısının (icraçılarının) əməllərinin hüquqi tövsifindən asılı olaraq, həmin cinayətdə köməkçi qismində iştirak etmə kimi CM-in 32.5-ci maddəsinə istinad olunmaqla tövsif edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1ci və 234.4.3-cü maddələri ilə düzgündür və onlar həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə tərkibi hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5ci maddəsinə əsasən Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(011)-60/2023 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək təyin olunmuş 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzası hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 birinci iş üzrə ibtidai araşdırma zamanı 02 (iki) gün müddət azadlıqdan məhrum etmə müddətinə bir gününə bir gün hesabı ilə hesablanmaqla hazırkı iş üzrə ona təyin edilmiş cəzadan çıxılmalı və onun üzərində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan qanunla müəyyən edilən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı övladının olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qəbul edilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Qazax rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Buna görə də təqsirləndirilən Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Qazax rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Buna görə də təqsirləndirilən Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Gəncə rayonlararası Narkoloji Dispanserin rəylərinə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserində qeydiyyatda alınmalıdırlar. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəllənin 132-ci maddəsinin tələbinə əsasən iş üzrə maddi sübut qismində tanınıb Qazax RPŞ-nin saxlanc anbarında saxlanılan təmiz çəkisi 1014,8 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin, hər birinin tərkibində 0,04 qram olmaqla narkotik vasitə olan metadon təsiredici maddəsinin ümumi miqdarı 0,12 qram təşkil edən, üzərlərində “F/M40” yazısı həkk olunmuş 3 ədəd qəhvəyi rəngli, dairəvi formalı dərman həbinin, təmiz çəkisi 984.95 qram təşkil edən külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazılranmış narkotik vasitə olan qurudulmuş marixuananın qalıqları Azərbaycan Respublikası Narkomanlığa və X6 X10 Üzrə Dövlət Komissiyasının X22 İşçi Qrupu tərəfindən məhv edilməlidir. Şəxsi axtarış istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 götürülmüş “Samsung Galaxy A22” markalı mobil telefon Təqsirləndirilən şəxs1 yaxın qohumlarına qaytarılsın. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 186 (yüz səkksən altı) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Müdafiəçlərin məhkəməyə təqdim etdiyi hesabatlardan görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən Təqsirləndirilən şəxs1 vəkil Müdafiəçi2 43 iş saatı həcmində, Təqsirləndirilən şəxs2 vəkil Müdafiəçi3 10 iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkillər Müdafiəçi2 və Müdafiəçi3 işlədikləri Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına ayrı-ayrılıqda müvafiq olaraq 258 manat və 60 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin ona 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan,yəni xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin ona 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(011)-60/2023 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək təyin olunmuş 01 (bir) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunmuş cəza ilə qismən toplanmaqla ona 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 234.1-ci maddəsi ilə törətdiyi cinayət işi üzrə məhkəməyədək icraat dövründə şübhəli şəxs qismində tutularaq saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 08 (səkkiz) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicəyə cəlb edilsinlər və onlar yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsınlar. Dövlət büdcəsi hesabından müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi3 üçün ayrıayrılıqda müvafiq olaraq 258 manat və 60 manat məbləğində pul onların vəkil işlədikləri Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 186 (yüz səkksən altı) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Qazax RPŞ-nin saxlanc anbarında saxlanılan təmiz çəkisi 1014,8 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin, hər birinin tərkibində 0,04 qram olmaqla narkotik vasitə olan metadon təsiredici maddəsinin ümumi miqdarı 0,12 qram təşkil edən, üzərlərində “F/M40” yazısı həkk olunmuş 3 ədəd qəhvəyi rəngli, dairəvi formalı dərman həbinin, təmiz çəkisi 984.95 qram təşkil edən külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazılranmış narkotik vasitə olan qurudulmuş marixuananın qalıqları Azərbaycan Respublikası Narkomanlığa və X6 X10 Üzrə Dövlət Komissiyasının X22 İşçi Qrupu tərəfindən məhv edilsin. Şəxsi axtarış istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 götürülmüş “Samsung Galaxy A22” markalı mobil telefon Təqsirləndirilən şəxs1 yaxın qohumlarına qaytarılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-59/2024
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-59/2024
27.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver