Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-59/2025 06.05.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər İmanov Dadaş Hüseyn oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X7 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.1979-cu il tarixdə Bərdə şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, işsiz, orta təhsilli, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 1(101)-97/9 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 1(101)-97/9 saylı hökmü ilə təyin edilmiş 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası 06 (altı) ay azaldılmış, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 03 (üç) ay 28 (iyirmi səkkiz) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş, Bərdə rayonu, Kələntərli kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi ilə 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” sadalanmış İ siyahıya daxil olan və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ-ci siyahısına əsasən külli miqdarda, yəni ümumi təmiz çəkisi 1110 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamış, 24 mart 2023-cü il tarixdə saat 07:40 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bərdə rayonu, Kələntərli kəndi ərazisində saxlanılaraq Bərdə şəhəri, Babək küçəsi 26 ünvanında yerləşən Bərdə RPŞ-nin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əlində olan qara rəngli polietilen torbadan satış məqsədilə saxladığı təmiz çəkisi 1110 qram olmaqla külli miqdar təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, qardaşı, anası və 5 yaşlı bacısı oğlu ilə birlikdə evdə olarkən təxminən 15 nəfər polis əməkdaşı hasardan keçib zorla onun evinə daxil olmuşlar. Polislərdən biri onun başına silah tuşlayıb birlikdə şöbəyə getməli olduğunu demişdir. Həmin vaxtı sonuncular onun razılığı olmadan evinə narkotik vasitə qoymağa cəhd etmişlər, lakin o, evdə kamera olduğunu dedikdən sonra polislər bu fikirdən daşınmışlar. Bundan sonra polislər ona yenidən birlikdə polis şöbəsinə getməli olduğunu demişlər. O, polislərə anasının səhhətinin yaxşı olmadığını və anasının yanına getməsi üçün qardaşının qoluna taxdıqları qandalı açmalarını demişdir. Polislər qardaşının qoluna taxdıqları qandalı açdıqdan sonra o, sonuncularla birlikdə şöbəyə getmişdir. Şöbədə olarkən polis əməkdaşları qarşısına 1 kiloqram nəşə qoyub qəbul etməyəcəyi təqdirdə qardaşını da polis şöbəsinə gətirəcəklərini demişlər. O da ailəsini qorumaq üçün narkotik vasitəni qəbul etmişdir. Xəstə olduğu üçün polis əməkdaşları onu döyməmişdir. O, sonunculara məhkəmədə polis şöbəsinin kamera görüntülərinə baxmalarını xahiş edəcəyini demişdir. Bərdə rayonu, Kələntərli kəndində dəmiryolu reyslərinin yaxınlığında saxlanıldığı qeyd edilsə də, həmin yerlə yaşadığı ev arasında 500- 600 metr məsafə olmuşdur. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, gündəlik olaraq narkotik vasitə kokos istifadə etmişdir. İstifadə etdiyi müddətdə narkotik vasitəni hər dəfə fərqli adamlardan almışdır. O, heç vaxt narkotik vasitənin alqı-satqısı ilə məşğul olmamış, əvvəllər oğurluq və narkotik istifadə etdiyinə görə məhkum olmuşdur. Əvvəlki məhkum edildiyi cinayət əməllərini törətsə də, hazırda heç bir cinayət törətməmişdir. Polis əməkdaşları narkotik vasitəni üzərinə qoymuşlar, sonuncular səhər saat 05-06-da qapını qırıb evinə daxil olmuşlar və heç bir əsas olmadan onu polis şöbəsinə aparmışlar. Onu günorta saat 11-12-yədək polis şöbəsində saxlamışlar. Həmin müddət ərzində vəkil gəlməmiş, vəkil videoçəkilişə başlamamışdan qabaq gəlmişdir. Polislər onu döyməmiş, sadəcə psixoloji təzyiq göstərmişlər, narkotik vasitəni üzərinə götürməyəcəyi təqdirdə qardaşını tutacaqlarını və evinə narkotik vasitə qoyacaqlarını deməklə psixoloji təzyiq göstərmişlər. Polis şöbəsinə aparılarkən üzərində içərisində +99***-***-**-** və +99***-***- **-** nömrələr olan mobil telefon olmuşdur. Polis əməkdaşlarının qanunsuz hərəkətlərinə görə prokurorluğa şikayət etmişdir. Bu hadisədən sonra anasının səhhətində problemlər yaranmış, qardaşı isə vəfat etmişdir. Onun heç kimlə ədavəti və düşmənçiliyi olmamış, polislərin nə üçün onu tutduqlarını bilməmişdir. Ola bilsin ki, narkotik vasitə istifadə etdiyini bildikləri üçün üzərinə narkotik qoymuşlar. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatı, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2023-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilməklə verdiyi qismən etirafedici ifadələri elan edilməklə tədqiq edilmiş və Təqsirləndirilən şəxs həmin ifadələrində göstərmişdir ki, o, əvvəllər Cinayət Məcəlləsinin 126.2.2, 177.2.1, 326.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmuşdur. Təxminən 15-16 ildir narkotik vasitə hesab edilən marixuana istifadəçisi olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 07 radələrində yaşadığı Bərdə rayonu, Kələntərli kəndi ərazisindən keçən dəmir yolu relslərinin kənarı ilə piyada hərəkətdə olarkən yolun kənarında 1 ədəd qara rəngli sellofan tapmış və içərisinə baxdıqda şəffaf rəngli yapışqanla üzəri yapışdırılmış ağ rəngli kağız parçasında “M2” yazısı olan bir ədəd qara rəngli sellofanda bükülü olduğunu görmüşdür. Həmin bükülünü açıb içərisinə baxdıqda marixuana olduğunu görmüş və özünün şəxsi istifadəsi üçün həmin sellofanı götürərək yaşadığı evə tərəf getmişdir. O, yaşadığı kənd ərazisində evə tərəf gedərkən yolda iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini Bərdə rayon polis şöbəsinin əməkdaşları kimi təqdim edib haradan gəldiyini soruşmuşlar, o da yaşadığı kənd ərazisində piyada yeridiyini bildirmişdir. Bu zaman həmin şəxslər ondan əlində olan qara rəngli sellofanın içərisində nə olduğunu soruşmuşlar, o isə əlində olan qara rəngli sellofanın içərisində narkotik vasitə hesab edilən marixuana olduğunu və həmin narkotik vasitəni öz şəxsi istifadəsi üçün yaşadığı evə aparmaq istədiyini demişdir. Polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər, o da heç bir etiraz etməyərək polislərlə birlikdə şöbəyə getmişdir. Polis şöbəsinə vəkillə təmin olunduqdan sonra üzərində şəxsi axtarış aparılmışdır. Polis əməkdaşının təklifindən sonra o, əlində olan qara rəngli sellofanın içərisindən bir ədəd qara rəngli sellofan bükülünü çıxardaraq masanın üzərinə qoymuş və həmin bükülünün içərisində narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. Daha sonra o, əyninə olan göy rəngli gödəkçənin cibindən bir ədəd “Samsung” markalı mobil telefonu və qara rəngli əl çantası çıxardıb masanın üzərində qoymuşdur. Əl çantasına baxış keçirilərkən içərisindən 24 manat 40 qəpik aşkar olunmuşdur. Onun təqdim etdiyi büküm elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə ümumi çəkisinin 1155 qram olması müəyyən edilmişdir. Mobil telefon, 24 manat 40 qəpik məbləğində pul və içərisində narkotik vasitəyə bənzər kütlə olan bir ədəd büküm müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Şifahi sorğu-sual zamanı polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilmədiyini, üzərindən aşkar edilmiş 01 ədəd qara sellofanda olan 1155 qram marixuananı yaşadığı Bərdə rayonu, Kələntərli kəndi ərazisindən keçən dəmir yolu reyslərinin kənarı ilə piyada hərəkətdə olarkən yolun kənarından tapdığını, narkotik vasitələrin istifadəçisi olduğundan həmin narkotik vasitəni şəxsi istifadəsi üçün götürdüyünü, narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmadığını bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, elan edilmiş ifadələr onun sözləri ilə yazılmamış, lakin qardaşı ilə hədələndiyi üçün həmin ifadələr onun tərəfindən imzalanmışdır. Şahid1 yalan danışmış, şöbədə sonuncu onun qarşısına narkotik vasitə qoyub sənədlərə imza etməyini tələb etmişdir. Şahid1 narkotik vasitəni üzərinə götürməyəcəyi halda qardaşını da polis şöbəsinə gətirəcəyini demişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bərdə RPŞ-nin NMQnin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Bərdə rayonu, Kələntərli kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələr istifadə etməsi barədə Bərdə RPŞ-yə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatında Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması göstərilməmişdir. Əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs Bərdə rayonu, Kələntərli kəndində yaşadığı evin qarşısında saxlanılaraq Bərdə rayon polis şöbəsinə gətirilmişdir. Şöbədə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindəki narkotik vasitə qurudulmuş marixuananı könüllü şəkildə təqdim etmişdir. Həmin narkotik vasitənin çəkisi xatırladığı qədəri ilə 1 kiloqrama yaxın olmuşdur. İfadəsinin davamı olaraq Şahid1 bildirmişdir ki, xatırladığı qədəri ilə Təqsirləndirilən şəxs barəsində olan əməliyyat məlumatının məzmunu sonuncunun narkotik vasitələrin istifadəsindən və üzərində saxlamasından ibarət olmuşdur. Təqsirləndirilən şəxs heç bir psixi təzyiq göstərilməmiş, onlar sonuncunu yaşadığı evin qarşısında küçənin başında saxlamış, həmin vaxt İlqarın qardaşı Mənsur evlərinin həyətində olmuş və onları görüb küçəyə çıxmışdır. Onlar Təqsirləndirilən şəxs yaşadığı evinə daxil olmamış və oraya narkotik vasitə qoymağa cəhd də etməmişlər. Təqsirləndirilən şəxs saxlanılmasını sonuncunun anası da görmüşdür. Onlar Təqsirləndirilən şəxs yaxınlaşan zaman sonuncunun əlində içərisində narkotik vasitə olan torba olmuş və İlqar həmin torbanı gizlətməyə çalışmışdır. O, Təqsirləndirilən şəxs yaxınlaşarkən sonuncunun hərəkətdə olması yaxud dayanmasını xatırlamamışdır. X10 Orucovun saxlanılmasını görməmiş, sonuncu sadəcə küçədə yaranmış səs-küyə görə həyətdən çıxmışdır. Təqsirləndirilən şəxs saxladıqları yer ilə sonuncunun yaşadığı ev arasında təxminən 30 metr məsafə olmuşdur. Onlar polis şöbəsinə yalnız Təqsirləndirilən şəxs aparmış, sonuncunun qardaşını şöbəyə aparmamışlar. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və üzərindən külli miqdarda narkotik vasitə olan marixuana aşkar edilmişdir. Daxil olmuş əməliyyat məlumatında narkotik vasitənin satışı olmadığından Təqsirləndirilən şəxs yaşadığı evinə baxış keçirməmişlər. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılmasını ailə üzvləri gördüyü üçün onlar sonuncunun üzərindən külli miqdarda narkotik vasitə aşkar edilməsindən sonra evinə baxış keçirməmişlər. Təqsirləndirilən şəxs yalan danışmış, onunla heç bir ədavəti olmamışdır. Polis şöbəsinə gətirdikdən dərhal sonra Təqsirləndirilən şəxs vəkillə təmin edilmişdir. Bərdə rayon polis şöbəsi ilə Təqsirləndirilən şəxs yaşadığı ev arasında təxminən 30 dəqiqəlik məsafə olmuşdur. Saxlanılarkən və polis şöbəsində olarkən İlqara qarşı fiziki yaxud psixoloji təsir olunmamışdır. Şahid1 məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında daxil olmuş əməliyyat məlumatının məzmunun nədən ibarət olması ilə bağlı əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş və Şahid1 həmin ifadəsində göstərmişdir ki, .......... 24 mart 2023cü il tarixdə Bərdə rayonu, Kələntərli kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, saxlaması, satışı və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsinə məxfi məlumat daxil olmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Şahid1 bildirmişdir ki, hadisənin üzərindən xeyli müddət keçdiyindən əməliyyat məlumatının məzmununu dəqiqliklə xatırlamamış, lakin sonradan keçirilmiş əməliyyat tədbirlər nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması faktı öz təsdiqini tapmamışdır. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bərdə RPŞ-nin KTQ-nin baş inspektor-kriminalisti Şahid3 və ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri Bilalov X4 İdris Yusif oğlu ilə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, bir neçə il əvvəl Təqsirləndirilən şəxs 10 manat qarşılığında köhnə mobil telefon almışdır. Aldığı telefonun pulunu vermək üçün Təqsirləndirilən şəxs mesaj yazmışdır. İlqardan narkotik vasitə almamış, aldığı mobil telefonda +99***-***-**-** mobil nömrə olmuşdur. O da İlqara həmin ilə mesaj yazmışdır. İfadəsinin davamı olaraq Şahid5 bildirmişdir ki, o, əvvəllər narkotik vasitə istifadə etmiş, lakin həbs olunandan sonra istifadə etməmişdir. İlqarın narkotik vasitə istifadəçisi olduğunu bilməmişdir. Yazdığı mesajları İlqardan aldığı telefonun pulunu vermək üçün yazmışdır. İlqardan aldığı mobil telefonun içərisində nömrə olmamış, o, sonuncudan sadəcə telefon almışdır. İlqara mesajı öz istifadəsində olan +99***-***-**-** mobil nömrə ilə yazmışdır. O, ümumiyyətlə İlqarı tanımamış, onun telefonu suya düşüb yandığı üçün köhnə telefon almaq istəmiş, İlqarla bazarda qarşılaşmış, sonuncu telefonunu satmaq istədiyini demiş, o da almışdır. O, heç vaxt İlqardan narkotik vasitə almamışdır. Şahid4 adlı şəxsi tanımır. +99***-***-**-** mobil nömrə ona məxsus ola bilər, lakin ***-***-**-** saylı mobil ona məxsus olmamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, əvvəllər Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. 2021-ci ildən narkotik vasitə istifadə etmiş, lakin qardaşı Şamxal həbs olunan tarixdən, yəni 1 aydır narkotik vasitə istifadə etməmişdir. O, əvvəl narkotik vasitəni qardaşı ilə birlikdə istifadə etmişdir. Təqsirləndirilən şəxs rayon sakini kimi tanımışdır. Təqsirləndirilən şəxs rayon ərazisində narkotik vasitə satmasını bilmişdir. Rayon camaatından da eşitmiş ki, İlqar narkotik satmışdır. O, şəxsən Təqsirləndirilən şəxs narkotik vasitə almamış, lakin bir neçə dəfə sonuncunun narkotik vasitə satmasını eşitmişdir. +99***-***-**-** mobil nömrə uzun müddətdir istifadəsində olmuşdur. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan +99***-***-**-** mobil nömrəsinə özünün istifadəsində olan +99***-***-**- ** mobil nömrədən “Düzələr iki. Gündür karvanı əsgik verirsən patı 30. Kola 25. Bunu bilməyini isdiyirəmki. Biləsən sənə verilən hamınınkından fərqli. Olur özün bilirsən” mətnli mesaj yazmamışdır. Qardaşı Şamxal əvvəllər narkotik vasitə istifadə etdiyi üçün həbs olunmuşdur. O, elə düşünür ki, qardaşı həmin mesajı yazmışdır. O, Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddə almamışdır. Lakin rayon ərazisində eşitmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə satışı ilə məşğuldur. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə səhər saat 05:15 radələrində yatdığı otağın qapısını təpiklə vurmuşlar. Bu zaman qapının arxasında olan soba aşmışdır. 8-9 nəfər silahlı polis əməkdaşları evə basqın etmişlər və oğulları yatan otağa keçmişlər. Uşaqlarının ikisini də yerindən qaldırıb əllərini qandallamışlar. O, səsküyə həmin otağa keçmək istəsə də, buna imkan verməmişlər. Bir qədər sonra İdris adlı polis əməkdaşı “Mənsuru sənə görə buraxırıq, İlqarı isə aparıb 2-3 saat sonra buraxacağıq” demişdir. Lakin İlqar bundan sonra evə gəlməmiş, ertəsi gün isə zəng edib İlqarı Gəncə şəhərinə aparmaları barədə məlumat vermişlər. Bildiyinə görə İlqarı MSY-də mərhum digər oğlu ilə hədələyib narkotik vasitəni üzərinə götürməyə məcbur etmişlər. İfadəsinin davamı olaraq Səltənət Abışova bildirmişdir ki, polis əməkdaşları evə basqın edən zaman digər oğlu da evdə olmuş və İlqarla bir otaqda yatmışdır. O, oğullarından ayrı, evə girəcəkdəki kiçik otaqda yatmışdır. Polislər evə daxil olanda narkotik vasitə aşkar etmədilər, ümumiyyətlə axtarış da aparmadılar. Oğullarının hər ikisi narkotik vasitə istifadə etmişdir. Polislərin qanunsuz hərəkətləri barədə heç bir quruma şikayət etməmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - Cinayət-Prosessual Məcəllə) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin xx.xx.2023-cü il tarixli, 16/347 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Bərdə şəhəri Kələntərli kəndində yaşayan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd qara rəngli sellofan bükümdə olan narkotik vasitəyə marixuanaya bənzər kütlə” yazılar və imzalar olan polietilen torbadakı 1 (bir) ədəd üzəri yapışqanlı lentlə sarınmış qara rəngli polietilen torbada təmiz çəkisi 1110 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: marixuananın ümumi təmiz çəkisi - 1110 qr., tədqiqata sərf edildi - 0,2 qr., qalıq - 1109,8 qram. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli, 834 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 08:35-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli isə xx.xx.2023-cü il tarixdə saat 07:40-da azadlığının faktiki məhdudlaşdığı vaxtdan hesablanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 24 mart 2023-cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, həmin tarixdə müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman sonuncu əlində olan qara rəngli bir ədəd sellofan paketin içərisində olan qara rəngli sellofana bükülmüş və üzərində qara rəngli qələmlə “M2” yazısı olan ağ rəngli kağız parçası yapışdırılmış bükülünü çıxardaraq masanın üzərinə qoymuşdur. Həmin bükülünün içərisinə baxdıqda ilk görünüşdən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması və elektron tərəzidə çəkildikdə qablaşdırma ilə birlikdə ümumi çəkisinin 1155 qram təşkil etməsi müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçəsinin sol iç cibindən bir ədəd qara rəngli “Samsung” markalı mobil telefonu və bir ədəd qara rəngli əl çantası çıxardaraq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi qara rəngli əl çantasına baxış zamanı içərisində ümumilikdə 24 manat 40 qəpik məbləğində pul aşkar edilmişdir. Şəxsi axtarış zamanı aşkar edilmiş bir ədəd bükülü, bir ədəd mobil telefon və 24 manat 40 qəpik məbləğində pul müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi qara rəngli sellofan bükülünü içərisində olan kütlə ilə birlikdə yaşadığı Bərdə rayonu, Kələntərli kəndi ərazisindən keçən dəmiryolu reyslərinin kənarından tapdığını, həmin bükülünün özünə məxsus olduğunu, şəxsi istifadəsi üçün üzərində saxladığını, polislər tərəfindən də ona qarşı zor tətbiq olunmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş informasiya daşıyıcı olan diskdən görünür ki, "xxxx" MMC tərəfindən təqdim olunmuş Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***-**-** mobil nömrəsinə dair məlumatlara baxış zamanı xx.xx.2023-cü il tarixdə ***-***-**-** mobil nömrədən “Ay llgar xalamoglu dunen mene dediki senin o dostunu göturecekler kimse bir gehbe senin adini cekib dediki verdiyi torpağda elimizde ama basga cure vyraciyig.dedi sen deyirsen dostumdu ona göre dedim sene evde hecne terezi bayan hecnede saxlamasin gundelik onnan fakt yigillar.ehtiyatii ol Sari cox ehtiyatli”, “Yani birden aglina gelerki ay mala göre yazdim deyim aramiz duzelsin yox ANAM ESLİNİN gebri Orxan dediyin deyirem.Kokuya dedim dedi men hecne elemirem dunen gotduler ozde ser zad yox.orxan mene deyir dostlaıim hagda nese olanda koku sohbetinde yigdim orxanı' bax onda dedi siraga gun prostu konturum zadim yoxuydu wujur indi goturdum kontur yazdim.ehtiyat!i ol” məzmunda, xx.xx.2023-cü il tarixdə ***-***-**-** mobil nömrədən “QAQA YATMİSAN? QAQA 30MANAT VAR DUNEN Kİ KİMİ ELEYE BİLERİK? QAQA BİR CVB DE.” məzmunda, xx.xx.2023-cü il tarixdə ***-***-**-** mobil nömrədən “Salam qaqa nətərsən, qadanalım vəziyyətim çox pisdi imkan varsa mənə kömək elə qardaş”, “And ola ALLAHa üzüm kəsmir ağız açmağa prosta məcburiyyətdən” məzmunda, xx.xx.2023-cü il tarixdə ***-***-**-** mobil nömrədən “QAQA MENİM KARVAM DUZELİB” məzmunda, ***-***-**-** mobil nömrədən “Abi yatmamisansa vizif ver bu 25i verim sene” məzmunda, xx.xx.2023-cü il tarixdə ***-***-**-** mobil nömrədən “Salam ilgar.Qaqa 55manat varimizdi sene zeng catmir qaqa.Qaqa senide,Mənsuru bayram münasibəti ile ürəkdən təbrik edib,sizə uzun omr və can sagligi arzu edirik!” məzmunda, xx.xx.2023-cü il tarixdə ***-***-**-** mobil nömrədən “dayı maşınanam şeherə çıxıram hara dəysən gelim karvada var” məzmunda, xx.xx.2023-cü ii tarixdə ***-***-**-** mobil nömrədən “Salam qaqa burda olanda menə xəbər elə. Nagdida 70 var halimda pislewir qaqa”, “Qaqa men haziram”, “Atam wukur 150 düzəltdim inwallahki sen qaqami hesretnen gözləyirəm. Burda olan kimi men xəstə qaqani xatirla” məzmunda, xx.xx.2023-cü il tarixdə ***-***-**-** mobil nömrədən “llgar bizim nömrəmizi atdin cyomiye?Senin bu hərəkətinə tezliklə ag saqqal cabab verecek.Darixma,35manati tapmisik cvb vermirsən,sene pisdik eləmək bizim elimizdə hecnedi belə eləmə” məzmunda, xx.xx.2023-cü il tarixdə ***-***-**-** mobil nömrədən “llgar bu gun evdə boyuk narazilig oldu cun ki, 15manatdan sonram 10manatda aldix ki,35manat olsun.Dedem əsəbdən esirdi.Uzun samir dədəmə deyib ki,ilgar bunlari lomkada saxlayib ki,borcunuzuda verin.Dedəm Rəisin qəbuluna girecek.Her dəfəm polisin elinnen gondertdirir mualiceye.Yevlaxdada pulumuzu apardilar.” məzmunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair mesajlar aşkar edilmişdir. Həmçinin mesajlara baxış zamanı xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrədən ***-***-**-** mobil nömrəyə “Aysu mən gəldim küçədə üç nəfər adam var xoşuma gəlmədi. Sürdüm getdim. Çıx həyətə bax sipiçqa.karofqasında afa va onu götlir .götürən kimi mənə xəbər. Elə” məzmunda, xx.xx.2023 ***-***-**-** mobil nömrədən ***-***- **-** mobil nömrəyə “Aysun qapıdan hazır afa atdım onu götür” məzmunda, xx.xx.2022-ci il tarixdə ***-***-**-** mobil nömrədən ***-***-**-** mobil nömrəyə “Narahat olma bayramın mübarək. Pataliqu. Bir saata sən vəziyyətdən çıxacaqsan” məzmunda, xx.xx.2022-ci il tarixdə ***-***-**-** mobil nömrədən ***-***-**-** mobil nömrəyə “Ay BRAT. SƏNƏ. XEYLAX. ZƏNG. VURDUM. AÇMADİN. SƏNƏ.SERYOZNU. SÖZ TAPŞİRİB.GƏLDİMKİ. 100. MANAT. PUL. VURARSAN.. Kİ. MƏNDƏ. BİZƏ. LAZİM. OLAN. ƏMANƏTİ. GÖTÜRƏK Kİ. AFASİZ. QALMİYAQ. SƏNDƏ. ELƏ. ELƏDİNKİ. ELƏ. AFASİZ. QALDİQ. PULU. VURA. BİLMƏDİKDİYƏ. ONLARDA BİZƏ AFA VERMƏDİLƏR. İNDİ NƏ EDƏCİYİK. AY. BRAT. DEYİRƏM. Kİ. AY. QARDAŞ. ARXEYİN. OLAN. SƏNƏ.OLSUN. EYY. AY. BRAT. HELƏMİ” məzmunda, xx.xx.2023-cü il tarixdə 50-588-80-80 mobil nömrədən ***-***-**-** mobil nömrəyə “Ay aysun danışdığın məndən artıq olduki zəngimi.açmırsan prima kuyusunda afa var götür sikim mənimağzımı” məzmunda, xx.xx.2023-cü il tarixdə ***-***-**- ** mobil nömrədən ***-***-**-** mobil nömrəyə “sin anan yaslyan evə bax bunu sen isdedin bəs gundur telfonumu pulumu goturub basqaslyla alver edirsən bunlari sen isdedin” məzmunda, xx.xx.2023-cü il tarixdə ***-***-**-** mobil nömrədən ***-***-**-** mobil nömrəyə “Bəs mən ora getməliyəm məni gözlüyürlər ki gəl afa götür deyirki xas afa var kəjo yatmamış gedib götürməliyəm bratona görə tələsirəm.qaqa” məzmunda, xx.xx.2023-cü il tarixdə ***-***-**-** mobil nömrədən ***-***-**-** mobil nömrəyə “Elgün indi heçnə yoxdu özüm gözdüyürəm.yol gəlir” məzmunda, xx.xx.2023-cü il tarixdə ***-***-**-** mobil nömrədən ***-***-**-** mobil nömrəyə “Qardaş dünən zəng vurmuşdun aynoyun dalınca getmişdimdiyə zəng vura bilmədim nə söz qulluğun.var varam sənnən” məzmunda, xx.xx.2023-cü il tarixdə ***-***-**-** mobil nömrədən ***-***-**-** mobil nömrəyə “Salam .ay mənim. Təmannasız. qardaşım Kamuxa ..sənə.nəyinki. aynoyun Sənə.canım.beiə.Feda. olsun. Amin. İnşallah” məzmunda, xx.xx.2023-cü il tarixdə ***-***-**-** mobil nömrədən ***-***-**- ** mobil nömrəyə “Düzələr iki. Gündür karvanı əsgik verirsən patı 30. Kola 25. Bunu bilməyini isdiyirəmki. Biləsən sənə verilən hamınınkından fərqli. Olur özün bilirsən” məzmunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair mesajlar aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd “Samsung J6” markalı mobil telefona baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2023-cü il tarixli raportdan görünür ki, əməliyyat məlumatı Təqsirləndirilən şəxs Bərdə rayonu ərazisində külli miqdarda narkotik vasitələri əldə etməsi, saxlaması, istifadə etməsi və satışı ilə məşğul olması barədə daxil olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2023-cü il tarixli “əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, külli miqdarda narkotik vasitələri əldə edərək üzərində saxlamasında, istifadəsində və satışında şübhəli bilinən Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi, eləcə də təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi zamanı qanun pozuntusu aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2023-cü il tarixli raportdan görünür ki, külli miqdarda narkotik vasitələri əldə edərək üzərində saxlamasında, istifadəsində və satışında şübhəli bilinən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 07:40-da Bərdə rayonu, Kələntərli kəndində saxlanılaraq Bərdə RPŞ-yə gətirilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RPŞ-nin xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, lakin onun konkret olaraq kimlərə narkotik vasitə satmasını, eləcə də üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı hər hansı şəxsdən əldə etməsini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən və Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 1(101)-97/9 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2, 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Qaradağ Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə təyin edilmiş 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası 06 (altı) ay azaldılmış; Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 03 (üç) ay 28 (iyirmi səkkiz) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Bərdə Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatında yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RİH başçısının Kələntərli kənd İƏDÜN-nin xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 1951-ci il təvəllüdlü anası X2 ilə birlikdə Bərdə rayonu, Kələntərli kəndində yaşamış və yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd “Samsung J6” markalı mobil telefon və 24 manat 40 qəpik məbləğində pul Təqsirləndirilən şəxs anası X1 qaytarılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1109,8 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Bərdə RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş, həmçinin Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair 01 (bir) ədəd disk, eləcə də "xxxx" MMC tərəfindən təqdim edilmiş 01 (bir) ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə rayon prokurorunun böyük köməkçisi X3 tərəfindən 130 C-23 nömrəli ilkin yoxlama materialı üzrə xx.xx.2023-cü il tarixdə qəbul olunmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, polis əməkdaşları tərəfindən qanunsuzluğa məruz qalması və üzərinə narkotik vasitə qoyulması barədə Təqsirləndirilən şəxs müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılaraq əməldə cinayət tərkibi olmadığına görə Cinayət-Prosessual Məcəllənin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək saxlanılan günü 15 nəfərə yaxın polis əməkdaşlarının onun yaşadığı evinə basqın edərək zorla içəri daxil olduqlarını, həmin vaxtı özünün evdə olduğunu, polislərin onu küçədə deyil, məhz yaşadığı evdə tutduqlarını, onun və qardaşının qoluna qandal vurduqlarını, daha sonra onu polis şöbəsinə apardıqlarını, lakin onu döymədiklərini, sadəcə psixoloji təzyiq göstərək qardaşını tutmaqla və yaşadığı evinə narkotik qoymaqla hədələdiklərini, buna görə də məcbur olub etirafedici ifadələr verərək ilkin sənədlərə imza etdiyini göstərmişdir. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs anası X2 da ifadəsində polislərin onların yaşadığı evə basqın edərək Təqsirləndirilən şəxs məhz yaşadığı evdə tutduqlarını göstərmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs və şahid X2 tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan, təqsirləndirilən şəxsin məsuliyyətdən yayınmasına xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatı, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2023-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələri, şahidlərin ifadələri, o cümlədən şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair protokol və protokola əlavə edilmiş videoçəkiliş, digər istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və sair iş materialları ilə tam təkzib olunduğunu hesab edir. Belə ki, Təqsirləndirilən şəxs polislərin onu yaşadığı evində tutduqlarını iddia etsə də, iş materiallarında olan Bərdə RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2023-cü il tarixli raportda və digər ilkin sənədlərdə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 07:40-da Bərdə rayonu, Kələntərli kəndində saxlanılması göstərilmişdir. Müdafiə tərəfi məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs iddia etdiyi həmin xüsusatla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatında, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2023-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələrində xx.xx.2023-cü il tarixdə Bərdə rayonu, Kələntərli kəndində yaşadığı evinə doğru gedən zaman polislər tərəfindən saxlanıldığını, şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş qurudulmuş marixuananın özünə məxsus olduğunu, xx.xx.2023-cü il tarixdə saat 07 radələrində yaşadığı Bərdə rayonu, Kələntərli kəndi ərazisindən keçən dəmir yolu relslərinin kənarı ilə piyada hərəkətdə olarkən yolun kənarından tapdığını, şəxsi istifadə üçün götürərək üzərində saxladığını, saxlanılan zaman və polis şöbəsinə gətirilərkən də ona qarşı fiziki və psixi zorakılıq hallarına yol verilmədiyini göstərmişdir. Qeyd edilən izahat və ifadələrinin hamısı Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə alınmışdır. Sözügedən izahat və ifadələrində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən onun üzərinə narkotik vasitə qoyulmasını, eləcə də ona qarşı psixi zorakılıq hallarına yol verilməsini göstərməmiş, əksinə ilk əvvəl təhqiqatçı, daha sonra isə müstəntiq tərəfindən verilmiş suala cavab olaraq saxlanılarkən və polis şöbəsində olarkən polislər tərəfindən ona qarşı fiziki və psixi zorakılıq hallarına yol verilmədiyini, şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını göstərmişdir. Həm Təqsirləndirilən şəxs, həm də müdafiəçisi sözügedən izahat və ifadələri protokola hər hansı bir qeyd daxil etmədən imzaları ilə təsdiq etmişlər. İmza xüsusatı ilə bağlı Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində ibtidai istintaq zamanı verdiyi ilkin etirafedici ifadələrini özünün imzaladığını bildirmişdir. O cümlədən xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs təqdim etdiyi sellofanın içərisindən ilk görünüşdən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilir. Qeyd edilən kütlə elektron tərəzidə çəkildikdə qablaşdırma ilə birlikdə ümumi çəkisinin 1155 qram təşkil etməsi müəyyən edilir. Şifahi sorğu-sual zamanı da Təqsirləndirilən şəxs təqdim etdiyi qara rəngli sellofan bükülünü içərisində olan kütlə ilə birlikdə yaşadığı Bərdə rayonu, Kələntərli kəndi ərazisindən keçən dəmiryolu reyslərinin kənarından tapdığını, həmin bükülünün özünə məxsus olduğunu, şəxsi istifadəsi üçün üzərində saxladığını, polislər tərəfindən ona qarşı zor tətbiq olunmadığını bildirmişdir. Sözügedən videoçəkilişdə Təqsirləndirilən şəxs bədəninin gözlə görünən hissələrində xəsarət və ya zədə izlərinin olması, o cümlədən ona qarşı fiziki və ya psixi zorakılıq hallarına yol verilməsi öz təsdiqini tapmır. Əksinə videoçəkiliş zamanı Təqsirləndirilən şəxs istintaq hərəkətinin sonunda təhqiqatçının sualına qəti olaraq cavab verib ona qarşı fiziki və psixi zorakılıq hallarına yol verilmədiyini, içərisində marixuana olan sellofanı tapdığını, yaşadığı evinə doğru gedən zaman polislər tərəfindən saxlanıldığını, saxlanılarkən həmin sellofanın əlində olduğunu, heç kimdən də şikayət və tələbinin olmadığını göstərmişdir. Habelə iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1, Şahid3 və Şahid2 ifadələrində Təqsirləndirilən şəxs yaşadığı evində deyil, məhz həmin evin yaxınlığında küçədə saxlanıldığını, heç kimin sonuncunun evinə basqın etmədiyini, saxlanılarkən içərisində narkotik vasitə qurudulmuş marixuana olan sellofanın Təqsirləndirilən şəxs əlində olduğunu, saxlanılarkən və polis şöbəsinə gətirilərkən sonuncuya qarşı fiziki və psixi zorakılıq hallarına yol verilmədiyini, heç kimin Təqsirləndirilən şəxs üzərinə narkotik vasitə qoymadığını, ailəsi ilə hədələmədiyini, Təqsirləndirilən şəxs içərisində qurudulmuş marixuana olan sellofanı yaşadığı kənd ərazisindən keçən dəmiryolu reyslərinin kənarından tapdığını və şəxsi istifadəsi üçün götürərək üzərində saxladığını etiraf etdiyini göstərmişlər. Hətta iş materiallarında olan Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi Xanım İsayeva təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsinə dair vəsatətlə məhkəməyə müraciət edərkən, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu bildirib vəsatətin təmin edilməsini xahiş etmişdir. Eyni zamanda məhkəmə-narkoloji ekspertizasının rəyinin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs həkim-məsləhət komissiyası tərəfindən verilmiş suallara cavab olaraq üzərindən aşkar edilmiş narkotik vasitəni tapdığını göstərmişdir. Eləcə də Təqsirləndirilən şəxs müraciəti əsasında Bərdə rayon prokurorluğunda araşdırma aparılaraq əməldə cinayət tərkibi olmadığına görə xx.xx.2023-cü il tarixli qərarla Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə baxmayaraq, həmin qərarlardan nə Təqsirləndirilən şəxs, nə də ki dövlət hesabına müdafiəçisinin nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmələri də öz təsdiqini tapmır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində polis əməkdaşları tərəfindən qanunsuzluğa, psixi və fiziki zorakılığa məruz qaldığını göstərsə də iş materiallarında, xüsusilə də onun ibtidai istintaq dövründə xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatında, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2023-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələrində, həmçinin şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair videoçəkilişdə, o cümlədən digər sənədlərdə Təqsirləndirilən şəxs fiziki və ya psixi zorakılığa məruz qalması xüsusatı öz təsdiqini tapmamışdır. Əksinə şəxsi axtarış və götürmə istintaq hərəkətlərinə dair videoçəkilişdə Təqsirləndirilən şəxs təhqiqatçının sualına qəti olaraq cavab verib ona qarşı təsir və ya təzyiqlərə yol verilmədiyini, fiziki və ya psixi zorakılığa da məruz qalmadığını göstərmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin Qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Həmin Qərarın 33-cü bəndində göstərilmişdir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Yuxarıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs heç bir dəlillə möhkəmləndirilməyən təzyiqlərə və pis rəftara məruz qalmasına dair iddiası öz təsdiqini tapmır, müdafiə tərəfi də həmin xüsusatlarla bağlı hər hansı mötəbər sübut təqdim edə bilmir. Qeyd edilən hal isə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində göstərdiyi xüsusatların tam təkzib olunduğunu təsdiq edir. Eyni zamanda Bərdə rayon prokurorluğunda bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərarın qəbul edilməsinə baxmayaraq, həmin qərardan nə təqsirləndirilən şəxsin, nə də ki dövlət hesabına müdafiəçisinin nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmələri də öz təsdiqini tapmır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini yoxlayaraq, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdıraraq və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verərək hesab edir ki, yuxarıda qeyd edilən halların mövcudluğu özü-özlüyündə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyri-səmimi olmasını, cinayət məsuliyyətindən yaxa qurtarmaq və cinayət məsuliyyətdən kənar qalmaq məqsədilə özünümüdafiə xarakterli ifadə verdiyini sübut edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Həmin Qərarın 24-cü bəndində göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Cinayət-Prosessual Məcəllənin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Beləliklə də, məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatını, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2023-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələrini iş üzrə dindirilmiş şahidlərin ifadələri, o cümlədən şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair protokol və protokola əlavə edilmiş videoçəkiliş, digər istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və sair iş materialları ilə əlaqəli və müqayisəli şəkildə təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatı, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2023-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələri ittihamın həllində əsas götürülməlidir. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, şahid X2 yaxın qohumu, yəni anası olduğu üçün həmin şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi qeyri-səmimidir, həqiqəti əks etdirmir, eləcə də təqsirləndirilən şəxsin lehinə olmaqla və onun cinayət məsuliyyətdən yayınmasına xidmət etməklə işin faktiki hallarına uyğun gəlmir. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin qanunsuz olması yuxarıda sadalanan sübutlarla yanaşı, həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının, 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 8-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ-ci siyahısına əsasən qurudulmuş marixuana (kannabis) narkotik vasitə hesab olunur; külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 500 qramdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 16/347 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyinə əsasən, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın ümumi çəkisi 1110 qram olmaqla külli miqdar təşkil edir. Yuxarıda sadalanlara əsasən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın ümumi təmiz çəkisinin külli miqdar təşkil etməsi, yəni həmin növ narkotik vasitə üçün Qanunla nəzərdə tutulmuş xeyli miqdarının yuxarı həddindən 2 dəfədən çox olması, habelə üzərindən narkotik vasitə qurudulmuş marixuananın aşkar edilməsinə baxmayaraq, təqsirləndirilən şəxsin yalnız narkotik vasitə heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkməsi, eləcə də istifadəsində olan mobil nömrəsinə dair mobil operatoru tərəfindən təqdim edilmiş məlumatlarda narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair qarşılıqlı formada yazılmış mesajların aşkar edilməsi faktları sonuncunun mənfəət əldə etmək üçün qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı ayrı-ayrı şəxslərə satış məqsədilə əldə etməsini tam olaraq sübuta yetirir. Bununla da məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Məhkəmə tərkibi cinayətlərin residivini Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Cinayət-Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəllənin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2, 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət Məcəlləsinin 126.2-ci maddəsi 2006-cı ildə Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayət hesab olunurdu. Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən, qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin residivi təhlükəli sayılır. Məhz buna görə də, yəni qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs yenidən qəsdən ağır, yəni Cinayət Məcəlləsinin 234.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətdiyi üçün Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə ona cəza təyin edilərək əməlində təhlükəli residivin olması nəzərə alınmış və o, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə təyin edilmiş 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası 06 (altı) ay azaldılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli Qərarında göstərilmiş hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 sentyabr 2022-ci il tarixli Qərarında göstərilmiş hüquqi mövqeyə görə, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında əks olunmuş hüquqi mövqelərini və Cinayət Məcəlləsinin 83.4-1-ci maddəsinin tələblərini nəzərə alaraq bir daha qeyd edir ki, bir hökmlə qəti olaraq bir neçə cəzaya (həmin cəzaların hər birinin əsas cəza yaxud əsas və əlavə cəza olmasından asılı olmayaraq) məhkum edilmiş şəxsin məhkumluğunun ödənilməsi müddətinin axımı ümumi qaydaya müvafiq olaraq şəxs barəsində təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayır və bu zaman qəti cəzanın parçalanmasına, hər bir cəza üçün məhkumluq müddətinin müstəqil, yəni cəzalardan birinə görə bu müddətin bir tarixdən, digərinə görə isə başqa tarixdən hesablanmasına yol verilə bilməz. İş materiallarında olan tələbnaməyə əsasən, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 03 (üç) ay 28 (iyirmi səkkiz) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Hazırkı işi üzrə ibtidai istintaqı orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihamdan görünür ki, o, ittiham olunduğu Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayət hesab olunan Cinayət Məcəlləsinin 234.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini xx.xx.2023-cü il tarixdə törətmişdir. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzadan şərti olaraq vaxtından əvvəl azad edildiyi gündən, yəni xx.xx.2019-cu il tarixdən hesablamaqla həmin hökmlə Təqsirləndirilən şəxs məhkum edildiyi Cinayət Məcəlləsinin 126.2 və 234.4-cü maddələri ilə məhkumluğu xx.xx.2025-ci il tarixdə başa çatır. Göründüyü kimi, hazırkı iş üzrə ittiham olunduğu cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmişdir, eləcə də qəsdən ağır cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs yenidən qəsdən ağır, yəni Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdiyi üçün Cinayət Məcəlləsinin 18.3.2-ci maddəsinə əsasən onun əməlində cinayətlərin xüsusi təhlükəli residivi vardır. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən, qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 25 may tarixli Qərarına əsasən, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə məhkəmə tərkibi törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin yüksək ictimai təhlükəli şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halların olmamasını, cəzasını ağırlaşdıran halın olmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasını və cəzanın məqsədinə nail olunmamasını, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək, ona Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 234.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin dörddə üçündən az olmamaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 56.1.4-cü maddəsinə əsasən, cinayətlərin xüsusi təhlükəli residivi zamanı və ya ömürlük azadlıqdan məhrum etmə cəza növü müəyyən müddətə azadlıqdan məhrum etmə cəza növü ilə əvəz edildikdə - xüsusi rejimli cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı xüsusi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Cinayət-Prosessual Məcəllənin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı, CPM-in 158.2.2-ci maddəsinə əsasən isə ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəllənin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarinin təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin ediləcək cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 24 mart 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəllənin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəllənin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Bərdə RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1109,8 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair 01 (bir) ədəd disk, eləcə də "xxxx" MMC tərəfindən təqdim edilmiş 01 (bir) ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə tərkibi hesab edir ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 834 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını xüsusi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 24 mart 2023-cü il tarixdən hesablansın. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Bərdə RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1109,8 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair 01 (bir) ədəd disk, eləcə də "xxxx" MMC tərəfindən təqdim edilmiş 01 (bir) ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-59/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-59/2025
06.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver