Məhkəmə qərarları › İş №1(100)-6/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-6/2021

10.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-6/2021 10.06.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər Rüstəmov Elmin İltizam oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X8, dövlət ittihamçıları – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, ədliyyə müşaviri X13 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, tərcüməçi X9 və müdafiəçi Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi oğlunun iştirakları ilə, xx xxxxxx 1984-cü ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, himayəsində bir azyaşlı uşağı olan, Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunun inspektoru vəzifəsində işləmiş, hazırda işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2vanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Təqsirləndirilən şəxs, 25 avqust 2018-ci il tarixdən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Qazax rayonu ərazisində yerləşən “Qırmızı Körpü” gömrük postunun inspektoru vəzifəsində işləyərkən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 28.08.2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qırmızı Körpü” gömrük postu haqqında Əsasnamənin 5.9-cu bəndinə əsasən, gömrük sərhədindən keçirilən mallar, o cümlədən, sərnişinlər tərəfindən keçirilən müşayiət olunan və olunmayan baqaj üzərində gömrük rəsmiləşdirilməsini və gömrük nəzarətini həyata keçirmək, gömrük nəzarəti altında olan mal və nəqliyyat vasitələrinin gömrük yoxlamasını həyata keçirmək, gömrük rəsmiləşdirilməsini qanunvericiliklə müəyyən olunmuş müddətdə və qaydada aparmaq, gömrük hüquqpozuntularının müəyyən edilməsi, qarşısının alınması və profilaktikası üzrə tədbirlər görmək, habelə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.01.2013-cü il tarixli, 7 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük nəzarətinin həyata keçirilməsi” Qaydalarına əsasən gömrük orqanlarına təqdim edilmiş malların və nəqliyyat vasitələrinin sənədlərdə göstərilən məlumatlarla uyğunluğunu müəyyən etmək, qanunvericilikdə nəzərdə tutulmuş hallarda malların gömrük sərhədindən keçirilməsi üçün icazə sənədlərinin və ya məlumatların mövcudluğunu yoxlamaq, gömrük nəzarətinin həyata keçirilməsi məqsədi ilə qanunvericiliklə müəyyən olunmuş digər tədbirlər görmək, qanunvericilikdə nəzərdə tutulmuş hallarda sənədli nəzarəti həyata keçirən gömrük orqanının vəzifəli şəxsi tərəfindən malların və nəqliyyat vasitələrinin gömrük yoxlanılmasını aparmaq və digər səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni Türkiyə Respublikası vətəndaşı X14 idarə etdiyi “Mersedes-Benz Travego” markalı “**-VY-***0” dövlət nömrə nişanlı sərnişin avtobusuna 19 sentyabr 2018-ci il tarixdə xidmətdə olduğu Qazax rayonu İkinci Şıxlı kəndində yerləşən Qərb Ərazi Baş Gömrük İdarəsinin «Qırmızı Körpü» gömrük postunun avtobus xəttində gömrük baxışı həyata keçirən zaman avtobusun yük yerində aşkar etdiyi, cəmi 430 manat dəyərində, gömrük orqanlarına bəyan edilməyən 2 ədəd dəmir dirəyin, bir ədəd dişli çarxın və bir top ağ rəngli şəffaf olmayan müşəmbənin ölkə ərazisinə keçirilməsinə razılıq verilməsi üçün sonuncudan həmin gün saat 01 radələrində həmin sərnişin avtobusunun salonunda özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 500 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 850 manat məbləğində pulu istəmiş və razılaşmalarına əsasən, həmin vaxt Yücel Sağlamdan vahid niyyətlə maddi nemət olan 400 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 680 manat məbləğində pulu birbaşa yolla şəxsən özü üçün rüşvət qismində almışdır. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi şahidlərin ifadələri, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 311.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 02 may 2013-cü ildən X12 işə qəbul edilmiş, ilk olaraq Dövlət Gömrük Komitəsinin Baş Gömrük Mühafizə Xidməti İdarəsinə mühafizəçi və böyük mühafizəçi vəzifələrinə təyin edilmiş, həmin tarixli əmrlə Balakən rayonunda yerləşən “Mazımçay” Gömrük postuna ezam olunmuşdur. 1 may 2014-cü ildə Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin növbətçi hissəsinə növbətçi təyin edilmiş, həmin ilin noyabr ayının 28-də Tovuz Gömrük İdarəsinin həmin tarixli adı ilə “Sınıq Körpü” gömrük postuna ezam olunmuşdur. 3-4 ay sonra Tovuz Gömrük İdarəsinin sərnişin şöbəsinə inspektor vəzifəsinə, daha sonra isə böyük inspektor vəzifəsinə təyin edilmişdir. 28 avqust 2018-ci il tarixdə Dövlət Gömrük Komitəsində aparılmış sturuktur dəyişiklikləri ilə əlaqədar olaraq Tovuz Gömrük İdarəsi ləğv edilərək əvəzində Qərb Ərazi Baş Gömrük İdarəsi yaradılmış və həmin tarixdə Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postuna inspektor vəzifəsinə təyin edilmiş, həmin vaxtdan xidmətdən xaric olana qədər həmin vəzifədə işləmişdir. Xidməti vəzifəsinə gömrük postuna daxil olmuş hər bir şəxsə, həmçinin posta daxil olmuş hər bir şəxsə və avtomobilə gömrük baxışı keçirmək, keçirilən əşyaların gömrük orqanlarına bəyan edilibedilməməsini yoxlamaq daxildir. 18 sentyabr 2018-ci il tarixdə xidməti qrafikə uyğun olaraq saat 09-da “Qırmızı Körpü” gömrük postunda xidmətə başlamış, 19 sentyabr 2018-ci il tarixdə saat 01:30-da Türkiyə Respublikasından sərnişin daşıyan “Lüks İstanbul” şirkətinə məxsus olan dövlət nömrə nişanını hazırda xatırlamadığı “Mersedes-Benz” markalı sərnişin avtobusu gömrük postuna yoxlanmaq üçün daxil olmuş, avtobus posta daxil olduqdan sonra saxlanılmış, avtobusun sürücüsü türk vətəndaşı olmuş, onun yanında da həmin şirkətin nümayəndəsi İlqar adlı şəxs olmuşdur. Avtobusu saxlatdıqdan sonra gömrük baxışını həyata keçirməyə başlamış, avtobusun yük yerinə baxmış, sonra avtobusun salonuna daxil olub baxış keçirmişdir. Baxış keçirməkdə davam edən zaman avtobusa Gömrük Komitəsinin Elçin adlı əməkdaşı daxil olmuş, onunla birlikdə avtobusa baxış keçirən zaman sürücü üçün nəzərdə tutulmuş yatağın altında 2 ədəd metal boru və bir ədəd oval formalı metal əşya aşkar edilmişdir. Bundan sonra Elçin telefonla kiməsə zəng edib məlumat vermiş, bir neçə dəqiqə sonra Pərviz adlı Gömrük Komitəsinin əməkdaşı və bir neçə başqa şəxslər avtobusun yanına gəlmişlər. Bundan sonra onunla Gömrük Komitəsinin əməkdaşları Pərviz və Elçin adlı şəxslər söhbət edib bildirmişlər ki, türk vətəndaşı onlara deyibdir ki, ondan 400 ABŞ dolları pul almışdır. Həmin vaxt onlara belə bir faktın olmadığını demiş, bundan sonra ona “sən narahat olma, burada sənlik bir iş yoxdur” demişlər. 2012-ci ildən epilepsiya xəstəliyindən müalicə olunur, bunula əlaqədar dərman qəbul edir. Həmin gün bir neçə saat əvvəl tutmaları olmuş, ona görə də dərman qəbul etmişdir. Dərman qəbul etdiyindən fikri dağınıq olmuşdur. Elçin və Pərviz onunla hadisə barədə danışıb Türkiyə Respublikası vətəndaşının ona vermiş olduğu pulları verməsini təklif edən zaman fikri dağınıq olduğundan özünə məxsus olan 400 ABŞ dolları pulu cibindən çıxardıb onlara verib həmin pulun türk vətəndaşının verdiyini bildirmişdir. Həmin pulu götürməklə bağlı akt tərtib olunmuş və həmin akta imza edib doğruluğunu təsdiq etmişdir. Sonra bu barədə təhqiqatçı ondan izahat almış və fikri dağınıq oluğundan izahatı oxumadan imza etmişdir. 19 sentyabr 2018-ci il tarixdə də Gömrük Orqanlarından xaric edilmişdir. X28 pul istəmədiyini və almadığını, ilkin izahatı oxumadan imza etdiyini, 400 ABŞ dolları məbləğində pulun ona məxsus olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Dövlət Gömrük Komitəsinin X23 Məntəqələrinin işinin təşkili Baş İdarəsinin Sərhəddə X5 İdarəsinin rəisi vəzifəsində işləyir. Dövlət Gömrük Komitəsində baş vermiş struktur dəyişiklikləri ilə bağlı olaraq gömrük postlarında prosedur qaydalara riayət olunmasının yoxlanılması üçün 17-21 sentyabr 2018-ci il tarixlərində Qərb Ərazi Baş Gömrük İdarəsinə ezam olunmuşdur. 19 sentyabr 2018-ci il tarixdə saat 01 radələrində “Qırmızı Körpü” postunda xidmətin necə getməsinə nəzarət etmişlər. Həmin vaxtı Türkiyə Respublikasının vətəndaşı X14 idarə etdiyi “Mersedes-Benz travego” markalı **-VY-***0 dövlət nömrə nişanlı sərnişin avtobusu gömrük sərhədini keçdikdən sonra yenidən saxlanılmışdır. Həmin avtobusda gömrükdə bəyan olunmayan əşya olması ehtimalı olmuşdur. Bundan sonra avtobusa həmin postun inspektoru Təqsirləndirilən şəxs, hal şahidləri Şahid5 və Şahid6, avtobusun sürücüsü Sağlam Yücellə birlikdə baxış keçirmiş, baxış zamanı avtobusda sürücü üçün nəzərdə tutulmuş yatağın altında gömrük orqanlarında idxal olunması qeydə alınmayan 3 ədəd metal əşya aşkar edilmişdir. Bu fakt aşkar edilən kimi dərhal bununla bağlı protokol tərtib edilmiş və həmin borular avtobusdan götürülərək “Qırmızı Körpü” postunun anbarına təhvil verilmişdir. Sonra bu faktla bağlı olaraq ilk olaraq avtobusun sürücüsü Sağlam Yücellə şifahi söhbət aparılmış, həmin vaxt Sağlam Yücel bildirmişdir ki, boruları avtobusla keçirmək üçün inspektor Təqsirləndirilən şəxs 400 ABŞ dolları pul vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs çağırıb ona demişdir ki, Sağlam Yücel avtobusda aşkar edilmiş boruları keçirmək üçün ona 400 ABŞ dolları rüşvət verdiyini bildirmişdir. İlk olaraq Təqsirləndirilən şəxs bunu inkar etmiş, sonra Təqsirləndirilən şəxs postun rəisini də dəvət etmələrini bildirmişdir. Post rəisi Şahid3 otağa daxil olduqdan sonra Təqsirləndirilən şəxs Sağlam Yüceldən gömrük orqanlarında qeydə alınmayan 3 ədəd metal əşyanı avtobusla keçirmək üçün 400 ABŞ dollarını almasını etiraf etmiş və şalvarının cibində olan 400 ABŞ dolları pulu çıxardıb stolun üstünə qoymuşdur. Həmin pul 2 ədəd 100 ABŞ dolları, 2 ədəd 50 ABŞ dolları, 4 ədəd 20 ABŞ dolları və 2 ədəd 10 ABŞ dolları olmuşdur. Sonra həmin pulun Təqsirləndirilən şəxs tərəfindən təqdim edilməsi barədə Şahid3, Təqsirləndirilən şəxs və Sağlam Yücelin iştirakı ilə akt tərtib olunub imzalarla təsdiq edilmişdir. Bundan sonra bu fakt Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi tərəfindən araşdırılmış, Təqsirləndirilən şəxs Sağlam Yüceldən gömrük orqanlarında qeydə alınmayan 3 ədəd metal əşyanı ölkə ərazisinə keçirmək üçün 400 ABŞ dolları pul aldığını etiraf etmişdir. Həmin vaxt X29 Hüseynova pul verməsini deməsi ilə əlaqədar heç bir fiziki və ya psixi təsir göstərilməmiş, o, özü sorğu zamanı Pərviz Hüsenyova 400 ABŞ dolları rüşvət verdiyini bildirmişdir. Pərviz Hüsenyova isə “sən narahat olma, burada sənlik bir iş yoxdur” deməmişlər. Sağlam Yücel sonra da izahatının təsir altında verdiyni deyərək izahatını dəyişdirmək istəməsi barədə heç kimə müraciət etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, “Qırmızı Körpü” gömrük postunun rəisi vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs Dövlət Gömrük Komitəsinin əməkdaşı olmuş, o, Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunun inspektoru vəzifəsində işləmişdir. 19 sentyabr 2018-ci il tarixdə saat 01 radələrində “Qırmızı Körpü” postunda xidmətdə olmuş, həmin vaxt postda Baş İdarədən gömrük postuna bir neçə günlük Sərhəddə X5 İdarəsindən ezam olunan əməkdaşlar olmuşdur. Bu vaxt onu avtobuslara baxış keçirilən anbarın qarşısına çağırıb demişdirlər ki, inspektor Təqsirləndirilən şəxs Türkiyə Respublikasının vətəndaşının idarə etdiyi “Mersedes-Benz travego” markalı **-VY-***0 nömrə nişanlı sərnişin avtobusunda gömrük orqanlarına bəyan edilməyən metal əşyalar keçirmək üçün pul almışdır. Bundan sonra həmin anbarın yanına getmiş, görmüşdür ki, orada Baş İdarənin əməkdaşı Şahid1 və digər şəxslər avtobusun yanına topalaşıblar. Həmin vaxt ona bir daha demişlər ki, Pərviz türk vətəndaşından avtobusda metal əşya keçirmək üçün 400 ABŞ dolları pul almışdır. Bu vaxt avtobusun yük yerinə baxıb orada 2 ədəd metal boru və bir ədəd dəzgah çarxı formasında metal əşya görmüşdür. Bu vaxt yanında olan Təqsirləndirilən şəxs bu əşyaları avtobusa baxış keçirən zaman görüb-görmədiyini soruşmuş, Pərviz demişdir ki, baxış zamanı onları aşkar etməmiş, ona irad tutaraq “bu böyüklüyündə olan metal əşyaları necə görməmək olar” demişdir. Avtobusa baxan zamanı kənarda Baş İdarənin əməkdaşı Şahid1 türk vətəndaşı ilə söhbət etmiş, sonra onu yanına çağırıb demişdir ki, türk vətəndaşı həmin metal əşyaları gömrükdən keçirmək üçün Pərvizə 400 ABŞ dolları pul vermişdir. Pərvizi ora dəvət etmiş, ona bu barədə, yəni türk vətəndaşının ona 400 ABŞ dolları verdiyini deməsini bildirib təklif etmişdir ki, həmin pulu təqdim etsin. Bu zaman Pərviz “otağa keçək orada pulu verirəm” demişdir. Bundan sonra Şahid1, Təqsirləndirilən şəxs və türk vətəndaşı X24 ilə birlikdə postda yerləşən binanın otağına daxil olmuşlar. Otağa daxil olduqdan sonra Pərvizə demişdir ki, türk vətəndaşı pul veribsə, onu təqdim etsin. Pərviz cibindən 400 ABŞ dollarını çıxardıb təqdim edib demişdir ki, türk vətəndaşı bu pulları ona vermişdir. Həmin pul 2 ədəd 100 ABŞ dolları, 2 ədəd 50 ABŞ dolları, 4 ədəd 20 ABŞ dolları və 2 ədəd 10 ABŞ dolları idi. Sonra bununla bağlı olaraq, yəni həmin pulun Təqsirləndirilən şəxs tərəfindən təqdim edilməsi barədə Şahid1 tərəfindən onun, Təqsirləndirilən şəxs və Sağlam Yücelin iştirakı ilə akt tərtib olunmuş və aktı imzalarla təsdiq etmişlər. Həmin vaxt nə Sağlam Yücelə nə də, Təqsirləndirilən şəxs heç bir təsir göstərilməmiş, ona “sən narahat olma, burada sənlik bir iş yoxdur” deməmişlər. Bundan sonra bu fakt Qərb Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi tərəfindən araşdırılmış, sonra bu fakt dərhal Gömrük Komitəsinin rəhbərliyinə məruzə edilərək Təqsirləndirilən şəxs 19 sentyabr 2018-ci il tarixində Gömrük orqanlarından xaric edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 2014cü il tarixdən “Lüks İstanbul“ şirkətinin Bakı nümayəndəliyində işləyir. Həmin şirkət Türkiyə Respublikasından Azərbaycan Respublikasına sərnişin daşınmasını həyata keçirir. Onun vəzifəsi həmin şirkət tərəfindən Azərbaycan Respublikasına idxal etdiyi yüklərin gömrük rəsmiləşdirilməsini həyata keçirməkdən ibarətdir. Şirkət sərnişin daşınması ilə yanaşı inşaat materiallarını idxal edir, yəni Türkiyədən inşaat materiallarını avtobus vasitəsilə ölkəyə gətirirlər. İşlədiyi şirkət yalnız onun daşınmasını həyata keçirir, belə ki, bunu idxal edən şəxs bunun üçün şirkətlə razılaşıb daşınma xidmət haqqını ödəyir, bundan sonra avtobus vasitəsilə mallar ölkəyə gətirilir. 18 sentyabr 2018-ci il tarixdə o, Bakı şəhərindən Qazax rayonuna Qırmızı Körpü postuna getmişdir ki, şirkətin əvvəlcədən gömrük nəzarəti anbarında olan mallarının gömrük sənədləşdirməsini həyata keçirsin. Həmçinin həmin gün axşam vaxtı işlədiyi şirkətə məxsus **-VY-***0 dövlət nömrə nişanlı sərnişin avtobusu gömrük nəzarətinə daxil olmalı idi. Həmin avtobusla da Bakıya qayıtmaq istəmişdir. Ona şirkətdən deyilmişdir ki, həmin avtobusda idxal olunan və sənədləşmə tələb olunan heç bir material yoxdur. Həmin işləri həll etdikdən sonra o da ölkəyə daxil olan **-VY-***0 dövlət nömrə nişanlı sərnişin avtobusu ilə Bakı şəhərinə qayıtmğı planlaşdırmışdır. Şirkətin anbarda olan mallarını rəsmiləşdirdikdən sonra bu işi bitirməyə az qalmış, şirkətə məxsus olan “ Mersedes-Bens Traveqo” markalı **-VY-***0 dövlət nömrə nişanlı sərnişin avtobusu gömrük postundan içəri daxil olmuşdur, bundan sonra o da avtobus postdan daxil olduqdan sonra avtobusa minmişdir. Avtobusa mindikdən sonra avtobus birbaşa yoxlanış üçün nəzərdə tutulmuş anbara daxil olmuşdur. Həmin vaxt təxminən saat 24 radələri olmuşdur. Həmin avtobus anbara daxil olduqdan sonra təxminən 20 dəqiqə müddətinə gömrük inspektoru əvvəldən də gömrük əməkdaşı kimi tanıdığı Təqsirləndirilən şəxs avtobusa baxış keçirməyə başlamışdır. İlk olaraq avtobusun baqajlarına baxmağa başlamışdır. Baxış zamanı avtobusun yük yerində olan sürücü üçün nəzərdə tutulmuş yataq yerinin altında dəmir borular aşkar edilmişdir. Onun həmin vaxta qədər avtobusda dəmir boru olmasından heç bir məlumatı olmamış, çünki şirkətdən ona bildirmişdilər ki, həmin avtobusla ölkəyə heç bir material idxal edilməmişdir. Təqsirləndirilən şəxs həmin boruları aşkar edən zaman orada o, sürücü X25 və Təqsirləndirilən şəxs olmuş, başqa heç kim olmamışdır. O, onların yanından aralanıb qarşıda olan avtobusun yük yerlərini açmağa başlamışdır, istəmişdir ki, avtobusa baxış tez yekunlaşsın, oradan çıxsınlar. Bu vaxt görmüşdür ki, Təqsirləndirilən şəxs aşkar etdiyi dəmir boru ilə bağlı türk vətəndaşı ilə danışır, o, həmin borunu ümumiyyətlə görməmişdir, hesab etmişdir ki, hər hansı kiçik bir əşyadır. Ona görə də Təqsirləndirilən şəxs demişdir ki, «imkan varsa bu məsələni sürücü ilə razılaşıb yoluna qoysun». O yalnız avtobus ikinci dəfə gömrük baxışına cəlb edilərkən avtobusda 3 ədəd metal boru olduğunu öyrənmişdir. Təqsirləndirilən şəxs isə onun sözlərindən sonra demişdir ki, avtobusa tam baxış keçirib onlara bir söz deyəcəkdir. Bundan sonra üçü birlikdə avtobusun birinci giriş qapısına tərəf getmişlər, avtobusun salonuna daxil olmuşlar, Pərviz və X25 avtobusun salonunun arxa qapısına doğru gedib orada dayanmışlar, o isə giriş qapının yaxınlığında dayanmışdır. Pərviz türk vətəndaşı ilə orada 2-3 dəqiqə danışmışdır, o isə avtobusda olan tanımadığı xəstə olan və orada oturmuş yaşlı qadınla danışmış, sonra onların hər ikisi giriş qapısına doğru gəlmişlər. Onunla onların arasında 5-6 metr məsafə olmuş, onların orada nə danışdıqlarını eşitməmişdir. Sonra Pərviz X10rşıda gələrək demişdi ki, avtobusu anbardan çıxartsınlar. Təqsirləndirilən şəxs avtobusa baxışı təxminən 20 dəqiqə davam etmişdir. Sürücü də onun arxasınca gəlib yerində oturub avtobusu idarə edərək anbardan çıxartmışdır. Sağlam Yücel avtobusu anbardan çıxardıb bir qədər qarşıya sürüb dayanmışdır, bu vaxt avtobus yenidən başqa gömrük əməkdaşları tərəfindən baxışa cəlb olunmuşdur. Avtobusu sürücü idarə edən zaman o anbardan çıxıb gömrük postundan çıxış üçün verilməli olan sənədi tam hazır etmək üçün anbardan çıxıb son çıxış üçün sənədə möhür vurulan yerə getmişdir. Avtobus yenidən baxışa cəlb edilərkən o, gömrük postundan çıxmışdır, avtobusun dayandığını gördükdən sonra hesab etmişdir ki, onu yenidən buraxacaqlar, ona görə də geri qayıtmamışdır. Bundan sonra öyrənmişdir ki, avtobusda aşkar edilən kiçik əşya deyil, 3 ədəd metal boru imiş, sonra postdan kənara çıxıb avtobusu orada gözləmişdir. Sonradan da öyrənmişdir ki, Sağlam Yücel həmin boruları ölkəyə daxil etmək üçün gömrük inspektoru Təqsirləndirilən şəxs 400 ABŞ dolları pulu rüşvət olaraq vermiş, bu faktı da gömrük əməkdaşları aşkar etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, 19 sentyabr 2018-ci il tarixdə saat 01 radələrində “Qırmızı Körpü” Gömrük postunda olarkən onu və Şahid6 çağırıb bildirmişdilər ki, Türkiyə Respublikasından Azərbaycan Respublikasına sərnişin daşınmasını həyata keçirən adını bilmədiyi türk vətəndaşının idarə etdiyi “Mersedes-Benz” markalı ** VY ***0 dövlət nömrə nişanlı sərnişin avtobusunda gömrükdən keçərkən gömrükdə göstərilməyən gizli keçirilən dəmir borular aşkar edilmişdir. Həmin avtobusa baxış keçirmək üçün onları hal şahidi qismində dəvət etmişlər. Sonra onun və Ülvinin iştirakı ilə avtobusa baxış keçirmiş, həmin vaxt avtobus sürücüsü üçün nəzərdə tutulmuş yatağın altında 3 ədəd dəmir metal olması müəyyən edilmişdir. Bundan sonra bu barədə protokol tərtib edilmiş, o və Şahid6 həmin protokolu imzalayaraq təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6, Şahid5 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X15 ifadəsində göstərdi ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi Təhqiqat şöbəsinin baş təhqiqatçısı vəzifəsində işləyir. Həmin gün inspektor Təqsirləndirilən şəxs Türkiyə Respublikasının vətəndaşının idarə etdiyi “Mersedes-Benz travego” markalı **-VY-***0 nömrə nişanlı sərnişin avtobusunda gömrük orqanlarına bəyan edilməyən metal əşyalar keçirmək üçün pul alması barədə material daxil olmuşdur. Həmin material üzrə araşdıma ilə əlaqədar Təqsirləndirilən şəxs izahatını almış, Təqsirləndirilən şəxs araşdırma zamanı sərbəst izahat vermiş, ona heç bir təsir göstərilməmiş, izahat verərkən Yüsel adlı avtobus sürücüsünün avtobusda olan dəmir parçasının buraxılmasını kömək etdiyinə görə onun cibinə 400 ABŞ dolları pul qoyduğunu səmimi şəkildə etiraf etmişdir. Bundan əlavə avtobus sürücücü X16 da izahatını almış, izahat alarkən ona heç bir təzyiq və təsir göstərilməmişdir. X2 şəkildə izahatında göstərmişdir ki, avtobusa baxış zamanı Təqsirləndirilən şəxs yük yerində olan dəmir parçalarını görmüş və həmin dəmir parçalarının buraxılması üçün ondan 500 ABŞ dolları pul istəmiş, o, da cibində 400 ABŞ dolları olduğunu ona demiş, Təqsirləndirilən şəxs onunla razılaşaraq 400 ABŞ dollarını ondan almışdır. Bundan sonra baxış bitmiş və avtobusu anbardan çıxarmış, çıxış qapısına çatmağına bir az qalmış avtobusu tanımadığı şəxslər saxlamış və avtobusa yenidən baxış keçirmişlər.Baxış zaman avtobusda yük yenində olan dəmir boruları görmüşlər.Bu barədə ondan soruşularkən əvvəlcə Pərviz Hüsenovun dəmir boruları görmədiyini bildirsə də, sonradan hər şeyi etiraf etdiyini və buna görə Təqsirləndirilən şəxs 400 ABŞ dollarını verdiyni bildirdiyini demişdir. X21 yalandan Təqsirləndirilən şəxs pul verməsini deməsi barədə nə onun, nə də digər gömrük əməkdaşları tərəfindən heç bir təzyiq və təsir göstərilməmişdir. Həmçinin səhəri gün X25 izahatını təsir altında verdiyini deyərək izahatını dəyişdirmək istəməsi barədə müraciət etməmişdir. «19 sentyabr 2018-ci il tarixli nəqliyyat vasitəsinə baxış keçirilməsi» haqqında protokoldan görünür ki, 19 sentyabr 2018-ci il tarixdə Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Türkiyə Respublikası vətəndaşı X14 idarə etdiyi “X31” markalı **-VY-***0 nömrə nişanlı sərnişin avtobusua baxış keçirilən zaman avtobusda sürücü üçün nəzərdə tutulmuş yatağın altından gömrük orqanlarında idxal olunması qeydə alınmayan 3 ədəd metal borular aşkar edilmişdir. Türkiyə Respublikası vətəndaşı X24 həmin metal boruları gömrük postundan keçirilməsində köməklik göstərilməsi üçün “Qırmızı Körpü” gömrük postunun inspektoru Təqsirləndirilən şəxs 400 ABŞ dolları pul vermişdir. «19 sentyabr 2018-ci il tarixli» aktdan görünür ki, 19 sentyabr 2018-ci il tarixdə Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunun inspektoru Təqsirləndirilən şəxs Türkiyə Respublikası vətəndaşı X14 idarə etdiyi “X31” markalı **-VY- ***0 nömrə nişanlı sərnişin avtobusunda metal boruların gömrük postundan gömrük ödənişləri ödənilmədən keçirilməsinə şərait yaradılması məqsədi ilə sonuncudan bu və ya digər məbləğdə pul alıb-almadığı soruşularkən Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan məqsədlə X11 400 (dörd yüz) ABŞ dolları aldığını etiraf etmiş və üzərindəki pul vəsaitini könüllü olaraq təqdim etmişdir. Təqdim edilən pul vəsaitinə baxış keçirilərkən pul vəsaitinin 2 ədəd hər biri 100 ABŞ dolları, 2 ədəd hər biri 50 ABŞ dolları, 4 ədəd hər biri 20 ABŞ dolları, 2 ədəd hər biri 10 ABŞ dolları nominalında əskinaslardan ibarət olmaqla, cəmi 400 ABŞ dolları olduğu məlum olmuşdur. «Pul vəsaitlərinə baxış keçirilməsi» haqqında 19 oktyabr 2018-ci il tarixli protokoldan və ona əlavə edilmiş pul əskinaslarının surətlərindən görünür ki, pul vəsaitləri cəmi 400 ABŞ dollarıdır. Həmin pul əskinasları LC 56746523 A, MB 63748474 İ seriya və nömrəli olmaqla 2 ədəd 100 ABŞ dolları, MF 21960068 B, JA 15114945 A seriya və nömrəli olmaqla 2 ədəd 50 ABŞ dolları, GE 61009771 A, ME 21962080 H, JG 90777717 B, İE 71174055 C seriya və nömrəli olmaqla 4 ədəd 20 ABŞ dolları, MG 86541961 A və MB 55109271 B seriya və nömrəli olmaqla 2 ədəd 10 ABŞ dolları olmaqla 10 ədəddir. «Diskə baxış keçirilməsi» haqqında 22.10.2018-ci il tarixli protokoldan görünür ki, gömrük postunun inspektoru vəzifəsində işləmiş Təqsirləndirilən şəxs postun anbarına daxil olmuş “Mersedes-Benz Travego” markalı **-VY-***0 dövlət nömrə nişanlı sərnişin avtobusuna baxış keçirmiş, baxış zamanı Təqsirləndirilən şəxs türk vətəndaşı X24 və Şahid4la birlikdə avtobusun salonuna daxil olmuş, bir neçə dəqiqə sonra avtobusun salonundan düşdükdən sonra sürücü avtobusu idarə edərək anbardan çıxarmış, lakin anbardan çıxdıqdan sonra avtobus yenidən saxlanılaraq gömrük nəzarətinə cəlb edilmişdir. Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən verilmiş 08.11.2018-ci il tarixli 1600-***- ***-**-**0729 saylı məktubdan görünür ki, 18-19 sentyabr 2018-ci il tarixlərində Təqsirləndirilən şəxs gömrük postunun avtobus yük xəttində xidmət aparmışdır. Materialların məhkəmə ekspertizasının 13.11.2018-ci il tarixli 27559/27560 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş iki ədəd dirək və bir ədəd dişli çarx dəmir əsaslı ərintidən hazırlanmışdır. Tədqiqata təqdim edilmiş əşyaların 2018-ci ilin sentyabr ayına orta bazar qiymətləri aşağıdakı kimi müəyyən edilir:İki ədəd dirəyin hər biri 100 manat, ümumilikdə 200,00 manat;Bir ədəd dişli çarx 140,00 manat;Bir top ağ rəngli, şəffaf olmayan müşəmbə ümumilikdə 90,00 manat(1 metri 3 manat).İstintaq zamanı iki ədəd dirək, bir ədəd dişli çarx və bir top ağ rəngli, şəffaf olmayan müşəmbə maddi sübut kimi tanınmışdır. Ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 25.12.2018-ci il tarixli 2218 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır, yəni anlaqlıdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 15.11.2018-ci il tarixli 1000- ***-***-**-**8515 saylı məktubdan görünür ki, “Mersedes-Benz Travego” markalı **-VY-***0 dövlət nömrə nişanlı sərnişin avtobusu Azərbaycan Respublikasına gələrkən 19.09.2018ci il tarixdə “Qırmızı Körpü” gömrük postundan ölkə ərazisinə daxil olduğu zaman avtobusa keçirilmiş gömrük baxışı nəticəsində aşkar olunmuş metal boruların gömrük orqanlarına bəyan olunması qeydə alınmamışdır. Maddi sübut qismində tanınma haqqında 19 oktyabr 2018-ci il tarixli qərardan görünür ki, LC 56746523 A, MB 63748474 İ seriya və nömrəli olmaqla 2 ədəd 100 ABŞ dolları, MF 21960068 B, JA 15114945 A seriya və nömrəli olmaqla 2 ədəd 50 ABŞ dolları, GE 61009771 A, ME 21962080 H, JG 90777717 B, İE 71174055 C seriya və nömrəli olmaqla 4 ədəd 20 ABŞ dolları, MG 86541961 A və MB 55109271 B seriya və nömrəli olmaqla 2 ədəd 10 ABŞ dolları olmaqla 400 ABŞ dolları pul iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və məhkəmə tərəfindən müvafiq qərar qəbul edilənədək saxlanılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğununun maliyyə xidmətinə təhvil verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin tərəfindən verilmiş 15.11.2018-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X37 İdarəsi tərəfindən verilmiş 29.10.2018-ci il tarixli 016-114778-1218 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs adında nəqliyyat vasitəsi qeydiyyatdan keçmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixatriya Xəstəxanasının 01.11.2018-ci il tarixli 7166 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 1 nömrəli Respublika Psixatriya Xəstəxanasında müalicədə olmamışdır. Naxçıvan Muxtar Respublikası X6 tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs 11.12.2000-ci il tarixdən “Epilepsiya.Cekson tipli tutmalarla.Şəxsiyyət dəyişkənliyi diaqnozu ilə Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X4 dispanser qeydiyyatda dayanıb. Təqsirləndirilən şəxs 11.12.2000, 25.12.2000 və 19.06.2006-cı il tarixlərdə dispanserdə ambulator müayinədə olmuş, 21.04.2003-cü il tarixdən 22.04.2003cü il tarixədək və 09.04.2012-ci il tarixdən 12.04.2012-ci il tarixədək dispanserdə stasionar müayinədə olmuşdür. Təqsirləndirilən şəxs oğlunun psixi vəziyyətində davamlı yaxşılaşma olduğuna görə 12.04.2012-ci il tarixdən dispanser qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sistemində 02.05.2013-cü il tarixdən 19.09.2018-ci il tarixədək xidmət etmiş Təqsirləndirilən şəxs haqqında verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 02.05.2013-cü il tarixdə X20 Xidmətinin Bakı Gömrük Mühafizə Dəstəsinin əməliyyat şöbəsinin mühafizəçisi vəzifəsinə təyin edilmişdir. 16.12.2014-cü il tarixdə həmin şöbənin böyük mühafizəçisi, 01.05.2015-ci il tarixdə Tovuz Gömrük İdarəsinin sərnişin şöbəsinin inspektoru və 26.10.2016-cı il tarixdə həmin şöbənin böyük inspektoru vəzifəsinə keçirilmişdir. 25.08.2018-ci il tarixdə təşkilatiştat tədbirləri ilə əlaqədar Təqsirləndirilən şəxs Komitənin sərəncamına götürülmüşdür və həmin günü Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmzı Körpü” gömrük postunun inspektoru vəzifəsinə təyin edilmişdir. Təqsirləndirilən şəxs Komitənin müvafiq əmri ilə 02.05.2013-cü il tarixdə ilk gömrük xidməti leytenantı, 02.05.2015-ci il tarixdə növbəti gömrük xidməti baş leytenantı və 05 may 2017-ci il tarixdə növbəti gömrük xidməti kapitanı xüsusi rütbəsi verilmişdir. Təqsirləndirilən şəxs 19 sentyabr 2018-ci il tarixli əmrlə “Gömrük orqanlarında xidmət haqqında Əsasnamənin” 69-cu maddəsinin 7-ci bəndinə əsasən gömrük orqanlarından xaric edilmişdir və həmin Əsasnamənin 120-ci maddəsinin 8-ci bəndinə əsasən gömrük orqanlarında xidmətə xitam verilmişdir. Bakı şəhər 73 saylı mənzil kommunal istismar sahəsinin 27.06.2019-cu il tarixli 454 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında həyat yoldaşı X17 və oğlu X18 ilə birlikdə yaşayır və ailə üzvləri onun himayəsindədir. AZ-İİİ № 887164 saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X18 30.09.2016-cı il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası X7r. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının 07.09.2019-cu il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs epilepsiya xəstəsidir. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 25.12.2018-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. “Polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilməsi haqqında 25.12.2018-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” 24.12.2018-ci il tarixli qərardan görünür ki, avtobusa baxış zamanı götürülmüş iki ədəd dirək, bir ədəd dişli çarx və bir top ağ rəngli, şəffaf olmayan müşəmbə maddi sübut kimi tanınaraq Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı körpü” gömrük postunda saxlanılması, iş üzrə götürülmüş 400 ABŞ dolları məbləğində pul Azərbaycan Respublikası Baş Prokurorluğun mühasibatlığında saxlanılması, Dövlət Gömrük Komitəsindən daxil olmuş bir ədəd DVD disk iş materiallarına əlavə edilməsi qərara alınmışdır. Məhkəmə iclasında tədqiq olunan X14 Türkiyə Respublikası səlahiyyətli dövlət orqanında verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır.Təqsirləndirilən şəxsin onun gömrük sərhəddindən keçməsinə dair məlumatı olmağını zənn etmir. İdarə etdiyi avtobusla İstanbuldan yola çıxmış, sonra Ankaraya gəlmişdir. Ankara avtovağzalında Lüks İstanbul firmasının ofisində adını indi də xatırlamadığı əməkdaşı həmin əşyaları Azərbaycana karqo olaraq gedəcəyini deyərək əşyaları idarə etdiyi avtobusa vermiş, ona görədə həmin əşyaların sahibinin kim olmasını bilmir.Ona Ankaradan həmin əşyaların kimə aid olduğunu deyilməmişdir. Azərbaycan sərhəddinə gəldikdə duracaqları yerdə ya müştəri karqonun ona aid olduğunu deyərək alır, ya da işlədiyi firmanın anbarına təhvil verirlər.həmin əşyaların üzərində alıcının adı, soyadı,telefon nbmrəsi və ünvanı yazılmadığından həmin əşyaları kimə və nə vaxt təhvil verəcəyini bilməmişdir. Əşyaların qiyməti barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxsə pul verməmiş, ondan pul istəməmiş, onun belə niyyətinin olduğunu bilməmişdir. Ankarada həmin əşyaları karqoya verən şəxs ona gömrük əməkdaşına rüşvət vemək üçün ona pul verməmiş, bu mövzuda onunla danışmamışdır. Həmin şəxs əşyaların daşınmasını görə də ona pul verməmişdir. Qaydaya görə onlara karqo verən şəxs buna görə pul vermir, karqonu alan şəxs pulu onlara verir, onlar da həmin pulu şirkətə verirlər. İbtidai istintaq zamanı Bakı şəhərində verdiyi ifadəsini təsdiq etmədiyini, həmin ifadələr də olan imzanın ona məxsus olduğunu bildirmişdir. Həmin ifadəsinin hadisə günü gecə saat 04:00 radələrində Gömrükdə bir dəfə gömrük əməkdaşı tərəfindən aldındığını, həmin əməkdaşın ona dediyi sözləri öz xətti ilə yazdığını bildirmişdir. Həmin vaxt onun pasportu əlindən alınmış, ifadəsini verdikdən bir gün sonra başqa Gömrük məntəqəsinə aparılmış, orada verdiyi ifadənin yanlış olduğunu, təsir altında verdiyini bildirmişdir. Sonra onu ifadə verdiyi gömrük məntəqəsinə aparmışlar. Ancaq orada verdiyi ifadənin Bakı şəhərinə aparıldığını, «Bakı şəhərinə gedib orada ifadəni dəyişdirərsən» demişlər. Sonra onu sərbəst buraxmışlar. Sonra onu cib telefonuna zəng edib adını bilmədiyi müstəntiq tərəfindən çağrıldığını demişlər.Ona görə Bakı şəhərində yerləşən adını bilmədiyi ədliyyə binasına getmiş və müstəntiqə ifadə vermişdir. Müstəntiqə ifadəsini dəyişdirmək istədiyini demiş, müstəntiq də ona «səni saxlayarıq məhkəməyə qədər gözləyərsən» demiş, o, da buna görə qorxub ifadəsini düzgün olduğunu və ifadəsini dəyişdirmədiyini demişdir. Sonra oradakı firmanın sahibi zamin olmuş. O da Türkiyəyə qayıtmışdır. Hadisədən təxminən 3 ay sonra onu Azərbaycana ifadə verməyə cağırmışlar. Yenə də həmin ədliyyə binasına getmiş, bu dəfə ifadəsini başqa müstəntiq almışdır. Ona suallar verilmiş, yenə ifadəsini dəyişdirmək istədiyni demiş, o müstəntiq də ona «səni saxlayarıq məhkəməyə qədər gözləyərsən» demiş, buna görə də qorxub ifadəsini dəyişdirməyərək tələm-tiələsik Türkiyəyə qayıtmışdır. Sonra da qorxub Azərbaycana bir daha qayıtmamışdır. Qeyd etdiyi kimi hadisə günü saat 04:00 radələrində Gömrük qrumunda ona təsir etmişlər, 5 nəfər ətrafina yığışıb onu kənara çəkərək, həqiqəti söyləməyi, avtomobili saxlayacaqlarını, onu cəza evinə salacaqlarını demişlər. Təqsirləndirilən şəxsə pul verdiyini söyləsə onu buraxacaqlarını bildirmişlər. Aradan 3 il keçdiyinidən həmin şəxsləri görsə tanıya bilməyəcəyini bildirmişdir. Ona təqdim olunan ifadəni təsir altında verdiyini, təqsirləndirilən şəxsi tanımadığını və ona rüşvət vermədiyini, araşdırmanın 3-4 il sürəcəyini ehtimal edib onu tez buraxmaları üçün o cür ifadə verdiyini bildirmişdir. Hazırda verdiyi ifadənin doğru olduğunu və heç bir təzyiqə məruz qalmadan verdiyini bildirmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş itiihamla özünü təqsirli bilməyərək. X11 400 ABŞ dolları miqdarında rüşvət almadığını, eyni zamanda Türkiyə Respublikası vətəndaşı X3 Respublikası səlahiyyətli dövlət orqanında verdiyi ifadəsində Təqsirləndirilən şəxs rüşvət vermədiyini bildirsələr də, məhkəmə onların bu ifadələrini məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrini, Təqsirləndirilən şəxs ilkin izahatını, Sağlam Yücelin ilkin izahatı və ifadəsini, ekspertiza rəyini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını əsas götürərək həqiqətə uyğun olmayan ifadələr kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut kimi qəbul etmir. Belə ki, məhkəmə iclasında tədqiq olunan Təqsirləndirilən şəxs ilkin izahatında göstərmişdir ki, 19.09.2018-ci ildə növbədə olduğu zaman Türkiyə Respublikasından sərnişin daşıyan «Lüks İstanbul» firmasının nümayəndəsi İlqar adlı şəxs ona yaxınlaşaraq Türkiyədən gələn avtobusun yük yenində sürücü yatağının altında dəmir parcaları olduğunu və ondan həmin dəmir parcalarının buraxılmasına köməklik göstərməsini xahiş etmişdir. O, da köməklik edəcəyini bildirmişdir. Onun dediyi «Mersedes Benz traveyo» markalı 34VY3100 nömrə nişanlı sərnişin avtobusu həmin gün saat 01:00 radələrində gömrük postuna daxil olmuşdur. Sürüccü avtobusu birbaşa anbara sürmüş, anbarda avtobusa baxış keçirmək üçün yaxınlaşmışdır. Avtobusun yük yerində olan yatağın altına baxdıqda orada olan dəmir parcalarını görmüşdür. İlqar ondan xahiş etmişdir ki, həmin dəmir parcaların buraxılmasına köməklik göstərsin.Həmin dəmir parcalarının elə də bahalı olmadığını düşünmüş, ona görə də buraxılmasınıa etiraz etməmişdir. Avtobusun salonuna keçdikdə Türkiyə Respublikasının vətəndaşı Yücel adlı şəxs onun cibinə bir qədər pul qoymuş, pulun miqdarını bilməmişdir. Bundan sonra sərnişin avtobusu anbardan sıxmış, sonra avtobusun saxlanıldığını öyrənmişdir. Bundan başqa X24 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, üç ay olardı ki, “Lüks İstanbul” şirkətində sürücü işləyir. Həmin şirkət Türkiyədən Azərbaycana, həmçinin əks istiqamətə sərnişin daşınmasını həyata keçirir. 18 sentyabr 2018-ci il tarixdə saat 15 radələrində Türkiyə Respublikasının İstanbul şəhərindən Azərbaycana Respublikasına “Merseds-Benz travego” markalı **-VY-***0 dövlət nömrə nişanlı sərnişin avtobusunu idarə edərək yola çıxmış, Ankara şəhərinə çatdıqdan sonra orada dayanmış və şirkətin keçmiş işçilərindən bir nəfər, adını dəqiq xatırlamadığı şəxs avtobusun yük yerinə sürücü üçün nəzərdə tutulmuş yatağın altına 2 ədəd dəmir boru və 1 ədəd metal ucu kəsici əşya qoyub demişdir ki, bu metal boruları Bakı şəhərində avtovağzala çatdıqdan sonra onunla görüşüb maşından onları götürəcəklər. Bunun üçün ona hər hansı bir miqdarda pul verilməmişdir. Həmin əşyaları Bakı şəhərində kimin götürməli olduğunu bilməmiş, sadəcə demişdir ki, avtovağzalda həmin şəxs yaxınlaşıb dəmir boruları götürəcəkdir. Heç bir problem olmayacağını zənn edərək həmin metal boruları avtobusa qoymalarına icazə vermiş, metal boruların nə üçün istifadə edildiyini və qiymətinin nə qədər olmasını soruşmamış, ona maraqlı olmadığı üçün bu barədə ümumiyyətlə maraqlanmamışdır. 19 sentyabr 2018-ci il tarixdə saat 01 radələrində Azərbaycan Respublikasının “Qırmızı Körpü” gömrük postuna çatmış, posta çatdıqdan sonra posta giriş qapısının qarşısında avtobusu saxladıb yoxlanış etmək üçün sərnişinləri avtobusdan düşürtmüşdür. Sərnişinlər avtobusdan endikdən sonra avtobusu idarə edib yoxlamaq üçün postun anbarına sürmüş, anbara gəldikdən sonra ora şirkətin Bakı nümayəndəliyinin işçisi Şahid4 da gəlmişdir. Avtobusu anbara daxil edib saxlamış və bundan sonra gömrük inspektoru Təqsirləndirilən şəxs avtobusa baxış keçirməyə başlamışdır. Həmin vaxt baxışı Təqsirləndirilən şəxs onun və Şahid4 iştirakı ilə keçirmişdir. Avtobusa baxış zamanı yük yerindən yatağın altında olan dəmir boruları Təqsirləndirilən şəxs aşkar etmiş, həmin borular onun tərəfindən gömrüyə bəyan edilməmişdir. Bu vaxt İlqar Təqsirləndirilən şəxs demişdir ki, əgər imkan varsa, sürücü ilə razılaş, burax çıxıb gedək. Təqsirləndirilən şəxs da bildirmişdir ki, baxışı tam həyata keçirdikdən sonra bu barədə bir söz deyəcəkdir. Bundan sonra Təqsirləndirilən şəxs və İlqarla birlikdə avtobusun sürücünün yanında olan giriş qapısından salona daxil olmuşlar, İlqar orada dayanmış, Pərvizlə avtobusun arxa qapısı istiqamətində hərəkət etmişlər. Avtobusun salonunun arxa hissəsində dayanmış, bu vaxt gömrük əməkdaşı Təqsirləndirilən şəxs ona demişdir ki, həmin dəmir boruları gömrükdən keçirmək üçün 500 ABŞ dolları pul verməlisən. Bu vaxt ona üstündə 400 ABŞ dolları pul olduğunu demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs 400 ABŞ dolları ver demiş, ona görə də 400 ABŞ dolları pulu cibindən çıxardıb sayaraq Təqsirləndirilən şəxs vermiş, Pərviz pulu ondan götürüb saymadan birbaşa şalvarının cibinə qoymuşdur. Sonra birlikdə avtobusun salonundan aşağı enmişlər və Təqsirləndirilən şəxs “avtobusu sürüb anbardan çıxardın” demişdir. Bundan sonra avtobusu idarə edib anbardan çıxartmış, anbardan çıxartdıqdan sonra avtobusu bir nəfər şəxs saxlatmış, bundan sonra avtobusu saxlayıb avtobusdan aşağı enmişdir. Avtobusdan aşağı endikdən sonra həmin şəxs gömrük orqanlarının əməkdaşları olduqlarını deyib avtobusa təkrar baxış keçiriləcəyini bildirmişdir. Avtobusa həmin şəxslər tərəfindən təkrar baxış zamanı sürücü üçün nəzərdə tutulmuş yatağın altında 3 ədəd dəmir metallar həmin şəxslər tərəfindən yenidən aşkar edilmişdir. Bu barədə ondan soruşan zaman gömrük əməkdaşı Pərvizin bu barədə məlumatı olduğunu demişdir. Həmin vaxt Pərvizə bunun üçün hər hansı bir məbləğdə pul veribvermədiyini soruşmuşlar, o da könüllü olaraq Pərviz boruları gömrük orqanlarından keçirtmək üçün ondan pul istədiyini və bunun üçün ona 400 ABŞ dolları pul verdiyini demişdir. Bundan sonra orada izahatı alınmış, izahatında Pərvizə 400 ABŞ dolları pul verdiyini təsdiq etmiş, sonra avtobusdan həmin dəmir borular götürülmüşdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 311.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 311.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını, özünün epilepsiya xəstəsi olmasını və yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25.06.2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4. və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23.07.2004-cü il və 17.03.2011-ci il tarixli qərarları). Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların isə olmamasını və səhhətini nəzərə alaraq, təqsirləndirilən şəxsə ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyasının aşağı hədlərində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab etməklə cəzanın məqsədlərinə və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş “polisin nəzarəti altına vermə ”qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli, o, dərhal məhkəmə iclas zalında həbs edilməli, barəsində seçilmiş həbs qətimkan hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəliliyini və şəxsiyyətini nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 311.1-ci maddəsində nəzərdə tutulmuş əsas cəza ilə yanaşı ona əlavə cəza kimi Azərbaycan Respublikası CM-nin 46-cı maddəsinə əsasən müəyyən vəzifə tutma hüququndan məhrum etmə növündə də cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Azərbaycan Respublikası Baş Prokurorluğun mühasibatlığında saxlanılan iş üzrə götürülmüş maddi sübut olan 400 ABŞ dolları məbləğində pul və iş üzrə maddi sübut olan Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı körpü” gömrük postunda saxlanılan avtobusa baxış zamanı götürülmüş iki ədəd dirək, bir ədəd dişli çarx və bir top ağ rəngli, şəffaf olmayan müşəmbə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə müsadirə olunmalıdır. İş üzrə digər maddi sübut-Dövlət Gömrük Komitəsindən daxil olmuş bir ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 132 (yüz otuz iki) manat 43 (qırx üç) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbs edilsin. Barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkmənin başlanğıcı 10 iyun 2021-ci il tarixdən hesablansın. Əlavə cəza kimi təyin edilmiş dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum etmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilsin və başlanğıcı əsas cəzanın çəkilib qurtarmasından sonra hesablansın. İş üzrə maddi sübut olan Azərbaycan Respublikası Baş Prokurorluğun mühasibatlığında saxlanılan 400 ABŞ dolları məbləğində pul və iş üzrə maddi sübut olan Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı körpü” gömrük postunda saxlanılan avtobusa baxış zamanı götürülmüş iki ədəd dirək, bir ədəd dişli çarx və bir top ağ rəngli, şəffaf olmayan müşəmbə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinin tələblərinə əsasən məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə müsadirə olunsun. İş üzrə digər maddi sübut-Dövlət Gömrük Komitəsindən daxil olmuş bir ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 132 (yüz otuz iki) manat 43 (qırx üç) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar