Məhkəmə qərarları › İş №1(100)-6/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-6/2022

31.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-6/2022 31.08.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X15, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs9, müdafiəçilər Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi3 və Müdafiəçi2 və Qazax Rayon vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx xxxx 1972-ci ildə Qazax rayonu, Saloğlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Ağstafa rayonu, Saloğlu kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Şərfxan oğlunun Azərbaycan Respublikası CM-nin 181.3.2, 228.2.1, 228.2.2, 228.4 və 318.2-ci maddələri ilə təqsirləndirilməsinə xx xxxxxx 1964-cü ildə Ağstafa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 2 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 181.3.2, 228.2.1 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə və xx xxxxx 1980-ci ildə Qazax rayonu, Quşçu Ayrım kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Qazax rayonu, Quşçu Ayrım kəndində qeydiyyatda olan və Ağstafa rayonu, Dağkəsəmən kəndində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 181.3.2, 228.2.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 qəsdən tamah niyyəti ilə quldurluq, yəni özgənin külli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın barədə tanışları Təqsirləndirilən şəxs3 və şəxsiyyətləri istintaqla araşdırılan qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs1 və digər şəxslər Tovuz rayonu, Cilovdarlı kəndində yaşayan Zərərçəkmiş şəxs1 evinə qanunsuz olaraq girməklə quldurluq cinayətini törətmək niyyəti ilə 2015-ci ilin may ayının 19-dan 20-nə keçən gecə saatlarında Gürcüstan ərazisindən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət buraxılış məntəqələrindən kənarda Ağstafa rayonunun Ceyrançöl qəsəbəsi ərazisindən qanunsuz olaraq keçməklə gəldikdən sonra üzərilərində istintaqa məlum olmayan mənbədən naməlum şəraitdə və vaxtda əldə etdikləri əşyaları silah qismində tətbiq edəcəkləri barədə razılaşdıqdan sonra Təqsirləndirilən şəxs3 onları 20 may 2015-ci il tarixdə gecə saat 03 radələrində Ağstafa rayonunun Ceyrançöl qəsəbəsi ərazisində özünə məxsus idarə etdiyi “MerCedes Benz E 230” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə qarşılayaraq cinayətkar qrupun həmin üzvlərini quldurluğu törədəCəkləri növbəti günün gecə saatlarınadək gizlənmələri üçün öz idarə etdiyi avtomobillə Ağstafa rayonunun Poylu kəndi ərazisindəki meşə massivinə daşıyıb aparmış, aralarında əvvəldən əldə olunmuş cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs3 yuxarıda göstərilən əşyalarla silahlanmış Təqsirləndirilən şəxs1 və digər şəxsləri həmin gün axşam saatlarında planlaşdırdıqları quldurluq hadisəsinin törədilməsi üçün qeyd edilən ərazidən öz idarə etdiyi “Mercedes Benz E 230” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Tovuz rayonu ərazisinə aparmalı olsa da, idarə etdiyi həmin avtomobilin müvəqqəti nasaz vəziyyətə düşməsi ilə əlaqədar iradəsindən asılı olmayan səbəbdən onları apara bilməməsinə baxmayaraq, Təqsirləndirilən şəxs1 və digər şəxslər sifariş etdikləri, şəxsiyyəti istintaqla araşdırılan digər naməlum sürücü tərəfindən idarə edilən, markası və dövlət qeydiyyat nişanı məlum olmayan nəqliyyat vasitəsi ilə Ağstafa rayonunun Poylu kəndi ərazisindəki meşə massivindən Tovuz rayonu ərazisinə getdikdən sonra Təqsirləndirilən şəxs1 və digər şəxslər quldurluq cinayətini həyata keçirərkən ev sahibləri və kənar şəxslər tərəfindən sifətləri görünüb tanınmamaq üçün üzlərinə əvvəlcədən qara parçadan hazırladıqları maskalar keçirib, həmçinin yuxarıda qeyd edilən əşyalarla silahlanaraq 21 may 2015-ci il tarixdə gecə saat 04 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Tovuz rayonunun Cilovdarlı kəndində yerləşən fərdi yaşayış evinə qanunsuz olaraq girib həmin silah qismində təebiq etdikləri əşyalarla evdə hücuma məruz qalmış ev sahibi Zərərçəkmiş şəxs1 və onun ailə üzvlərindən arvadı Zərərçəkmiş şəxs2, anası X6, gəlini Zərərçəkmiş şəxs3, xx.xx.2000-ci il təvəllüdlü övladı Zərərçəkmiş şəxs4, tanışı Zərərçəkmiş şəxs5 həyat və sağlamlıqları üçün təhlükəli olan fiziki zorakılıq tətbiq edəcəkləri və öldürmə hədələri ilə hədələyərək üzərilərinə basqın etməklə külli miqdarda pulların, qızılların və digər qiymətli əşyaların evdəki yerlərini bildirmələrini və təhvil vermələrini hədə-qorxu təsiri altında tələb edərək evin yataq otağındakı dəmir seyfin içərisindən həmin dövrün məzənnəsi ilə 52.430 manat təşkil edən 50.000 ABŞ dolları nağd pulu, hər biri 450 manat dəyərində ümumi dəyəri 2250 manat təşkil edən 5 ədəd “onluq” qızıl sikkələri, hər biri 225 manat dəyərində olan ümumi dəyəri 450 manat təşkil edən 2 ədəd “beşlik” qızıl sikkələri, 1 ədəd 800 manat dəyərində “on beşlik” qızıl sikkəni, 1 ədəd 3500 manat dəyərində “iyirmi beşlik” qızıl sikkəni və 1 ədəd 1000 manat dəyərində «İmperial» markalı qızıl sikkəni ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda ümumilikdə 60.430 manat məbləğində maddi ziyan vurmaqla quldurluq cinayətini törədib hadisə yerini tərk etdikdən sonra Təqsirləndirilən şəxs1 və diğər şəxslər cinayət yolu ilə əldə etdikləri əmlaklarla birgə piyada Kür çayı sahilindəki dərə massivinə gələrək növbəti günün gecə saatlarına qədər həmin ərazidə gizlənib daha sonra Tovuz rayonunun girəcəyindəki yol dairəsinə getmiş, aralarında əvvəldən mövcud olmuş sövdələşməyə əsasən Təqsirləndirilən şəxs3 22 may 2015-ci il tarixdə gecə saat 04 radələrində digər şəxsin təklifinə əsasən öz idarə etdiyi “Mercedes Benz E 230” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin yerə gəlib Təqsirləndirilən şəxs1 və digər şəxsləri qarşıladıqdan sonra onları Gürcüstan ərazisinə geri qayıtmaları üçün idarə etdiyi həmin avtomobillə Qazax rayonunun Salahlı kəndinə yaxın əraziyə aparıb çatdırmış, həmin vaxt aralarındakı cinayətkar sövdələşməyə əsasən Cinayət yolu ilə əldə etdikləri pullardan Təqsirləndirilən şəxs3 10.000 ABŞ dolları pul təqdim edərək cinayətin törədilməsində istifadə olunmuş silah qismində tətbiq etdikləri əşyaları gizlədib saxlamaq və sonra deyildikdə başqasına vermək barədə Təqsirləndirilən şəxs3 təlimatlandıraraq həmin əşyaları bir ədəd çantada ona təhvil vermiş, Təqsirləndirilən şəxs3 həmin çantanı saxlanması üçün təhvil alıb özü ilə Qazax rayonunun Quşçu Ayrım kəndi ərazisinə daşıyaraq orada istintaqa məlum olmayan şəraitdə gizlədərək saxlamış, Təqsirləndirilən şəxs1 və digər şəxslər isə 22 may 2015-Ci il tarixdə gecə saatlarında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət buraxılış məntəqələrindən kənarda Ağstafa rayonunun Ceyrançöl qəsəbəsi ərazisindən təkrarən qanunsuz olaraq keçməklə Gürcüstana qayıtmışlar. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən tamah niyyəti ilə və quldurluq yolu ilə özgənin külli miqdarda əmlakını əldə etmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə əvvəldən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanınmamaq üçün üzlərinə qara parçadan maskalar keçirməklə, həmçinin istintaqa məlum olmayan mənbədən naməlum şəraitdə və vaxtda qanunsuz olaraq əldə etdikləri yivli odlu silah hesab edilən, zavod üsulu ilə istehsal edilmiş, döyüş təyinatlı, texniki cəhətdən saz və atəş üçün yararlı vəziyyətdə olan “Kalaşnikov” konstruksiyalı, AK-74 markalı, ******* nömrəli, 5,45 mm kalibrli bir ədəd avtomat silah, həmin silahın funksional əhəmiyyət daşımayan kosmplekt hissəsi olan bir ədəd sandıqçasında zavod üsulu ilə istehsal edilmiş döyüş sursatı hesab edilən 5,45 mm kalibrli patronlarla, zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, istifadəyə yararlı, soyuq silah hesab edilən bir ədəd bıçaqla, soyuq silah hesab edilməyən bir ədəd təsərrüfat təyinatlı mismarçıxardan dəmir alətlə silahlanaraq 17 sentyabr 2018-ci il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs6 ailə üzvləri ilə birlikdə yaşadığı Ağstafa şəhəri, 33-cü məhəllədə yerləşən fərdi evinə mətbəx otağının açıq pəncərə yerinə bərkidilmiş tor hissəsini cırıb açdıqları dəlikdən qanunsuz daxil olduqdan sonra əvvəlcə evdə Zərərçəkmiş şəxs7 aid yataq otağına girib hücuma məruz qalmış Zərərçəkmiş şəxs7 və onun arvadı Zərərçəkmiş şəxs8 yuxudan oyanmağa məcbur edərək silah və silah qismində istifadə etdikləri həmin əşyaları tətbiq etməklə həyat və sağlamlıqları üçün təhlükəli olan fiziki zorakılıq tətbiq edəcəkləri hədəsi ilə üzərilərinə basqın edərək öldürməklə hədələyib külli miqdarda pulların, qızılların və digər qiymətli əşyaların evdəki yerlərini bildirmələrini və təhvil vermələrini hədə-qorxu təsiri altında tələb etmiş, həmçinin özləri ilə əvvəlcədən gətirdikləri plastikə oxşar materialdan hazırlanmış təsərrüfat təyinatlı sıxıcı bağlarla zərərçəkmiş şəxslərin əllərini bağlamağa və hərəkət qabiliyyətlərini məhdudlaşdırmağa cəhd göstərmiş, bu ərəfədə Təqsirləndirilən şəxs1 əlindəki avtomat silahın qundağı ilə Zərərçəkmiş şəxs7 baş nahiyyəsindən iki dəfə, Təqsirləndirilən şəxs2 isə əlindəki bıçaqla Zərərçəkmiş şəxs7 sağ bud nahiyəsinə, həmçinin Zərərçəkmiş şəxs8 sağ bilək nahiyəsinə zərbələr vuraraq Zərərçəkmiş şəxs7 sağlamlığının qısa müddətə pozulmasına səbəb olan başın orta təpə nahiyəsində çapılmış yara ilə nəticələnən sağlımlığına yüngül zərər vurmaya aid, həmçinin sol saidin sıyrığı və sağ budun səthi kəsilmiş yarası ilə nəticələnən sağlımlığına zərər vurmayan və dərəcələri təyin edilməyən, Zərərçəkmiş şəxs8 sağ biləyinin tış səthində səthi kəsilmiş yara ilə nəticələnən sağlımlığına zərər vurmayan və dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmiş, bundan sonra Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 həmin otaqda qalıb zərərçəkmiş şəxsləri nəzarət altında saxlamaq barədə təlimat verməklə özü həmin avtomat silahla evdə Zərərçəkmiş şəxs6 aid yataq otağına keçib onu və arvadı Zərərçəkmiş şəxs9 həyat və sağlamlıqları üçün təhlükəli olan fiziki zorakılıq tətbiq edəcəkləri hədəsi ilə üzərilərinə basqın edərək öldürməklə hədələyib külli miqdarda pulları, qızılları və digər qiymətli əşyaların evdəki yerlərini bildirmələrini və təhvil vermələrini hədə-qorxu ilə tələb edərkən Zərərçəkmiş şəxs6 müqaviməti ilə qarşılaşmış, bu zaman Zərərçəkmiş şəxs6 məruz qaldıqları bu quldur basqından özünü və ailə üzvlərini müdafiə etmək və Təqsirləndirilən şəxs1 tərksilah etmək məqsədi ilə həmin avtomat silahı tutub onun əlindən almağa çalışarkən əlbəyaxa olub onunla birlikdə döşəməyə yıxıldıqda avtomat silahdan Təqsirləndirilən şəxs1 qəsdi ilə əhatə olunmayan kənara iki dəfə atəş açılmış, bu zaman cinayətin digər iştirakçısı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs7 yataq otağını tərk edib evin mətbəx otağının həmin açıq pəncərə yerinin tor hissəsində əvvəldən açdıqları dəlikdən evi tərk edərək hadisə yerindən qaçmağa nail olmuş, zərərçəkmiş Zərərçəkmiş şəxs6 və oğlu Zərərçəkmiş şəxs7 isə evdə Təqsirləndirilən şəxs1 tərksilah edərək avtomat silahını əlindən almaqla onu hadisə yerində tutub saxlayaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «102» zəng mərkəzinə zəng edib hadisə barədə məlumat verdikdən sonra Təqsirləndirilən şəxs1 qısa müddət ərzində hadisə yerinə gəlmiş Ağstafa rayon Polis şöbəsinin əməkdaşlarına təslim etmişlər. Təqsirləndirilən şəxs3 tamah niyyəti ilə quldurluq, yəni özgənin külli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın barədə tanışları Təqsirləndirilən şəxs1 və şəxsiyyətləri istintaqla araşdırılan qeyriləri ilə əvvəlcədən razılaşıb Cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs3 Tovuz rayonu, Cilovdarlı kəndində yaşayan Zərərçəkmiş şəxs1 evinə qanunsuz olaraq girməklə quldurluq cinayətini törətmək niyyəti ilə 2015-ci ilin may ayının 19-dan 20-nə keçən gecə saatlarında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini Ağstafa rayonunun Ceyrançöl qəsəbəsi ərazisindən qanunsuz olaraq keçməklə Gürcüstan ərazisindən gələn və üzərilərində istintaqa məlum olmayan mənbədən naməlum şəraitdə və vaxtda əldə etdikləri silah qismində istifadə edəcəkləri əşyaları daşımaqla gəzdirən Təqsirləndirilən şəxs1 və digər şəxsləri 20 may 2015-ci il tarixdə gecə saat 03 radələrində Ağstafa rayonunun Ceyrançöl qəsəbəsi ərazisində özünə məxsus idarə etdiyi “Mercedes Benz E 230” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə qarşılayaraq cinayətkar qrupun üzvlərini quldurluğu törədəcəkləri növbəti günün gecə saatlarınadək gizlənmələri üçün öz idarə etdiyi avtomobillə Ağstafa rayonunun Poylu kəndi ərazisindəki meşə massivinə daşıyıb aparmış, aralarında əvvəldən əldə olunmuş cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs3 silah qismndə tətbiq edəcəklləri əşyalarla silahlanmış Təqsirləndirilən şəxs1 və digər şəxsləri onların təklifi ilə həmin gün axşam saatlarında planlaşdırdıqları quldurluq hadisəsinin törədilməsi üçün qeyd edilən ərazidən öz idarə etdiyi “Mercedes Benz E 230” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Tovuz rayonu ərazisinə aparmalı olsa da, idarə etdiyi həmin avtomobilin müvəqqəti nasaz vəziyyətə düşməsi ilə əlaqədar iradəsindən asılı olmayan səbəbdən onları apara bilməməsinə baxmayaraq, Təqsirləndirilən şəxs1 və digər şəxslər sifariş etdikləri, şəxsiyyəti istintaqla araşdırılan digər naməlum sürücü tərəfindən idarə edilən, markası və dövlət qeydiyyat nişanı məlum olmayan nəqliyyat vasitəsi ilə Ağstafa rayonunun Poylu kəndi ərazisindəki meşə massivindən Tovuz rayonu ərazisinə getdikdən sonra Təqsirləndirilən şəxs1 və digər şəxslər quldurluq cinayətini həyata keçirərkən ev sahibləri və kənar şəxslər tərəfindən sifətləri görünüb tanınmamaq üçün üzlərinə əvvəlcədən qara parçadan hazırladıqları maskalar keçirib, həmçinin silah qismndə tətbiq edəcəklləri əşyalarla silahlanaraq 21 may 2015-Ci il tarixdə gecə saat 04 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Tovuz rayonunun Cilovdarlı kəndində yerləşən fərdi yaşayış evinə qanunsuz olaraq girib həmin əşyaları silah qismində tətbiq edərək evdə hücuma məruz qalmış ev sahibi Zərərçəkmiş şəxs1 və onun ailə üzvlərindən arvadı Zərərçəkmiş şəxs2, anası X6, gəlini Zərərçəkmiş şəxs3, xx.xx.2000-ci il təvəllüdlü övladı X7, tanışı X14 həyat və sağlamlıqları üçün təhlükəli olan fiziki zorakılıq tətbiq edəCəkləri və öldürmə hədələri ilə hədələyərək üzərilərinə basqın etməklə külli miqdarda pulların, qızılların və digər qiymətli əşyaların evdəki yerlərini bildirmələrini və təhvil vermələrini hədə-qorxu təsiri altında tələb edərək evin yataq otağındakı dəmir seyfin içərisindən həmin dövrün məzənnəsi ilə 52.430 manat təşkil edən 50.000 ABŞ dolları nağd pulu, hər biri 450 manat dəyərində ümumi dəyəri 2250 manat təşkil edən 5 ədəd “onluq” qızıl sikkələri, hər biri 225 manat dəyərində olan ümumi dəyəri 450 manat təşkil edən 2 ədəd “beşlik” qızıl sikkələri, 1 ədəd 800 manat dəyərində “on beşlik” qızıl sikkəni, 1 ədəd 3500 manat dəyərində “iyirmi beşlik” qızıl sikkəni və 1 ədəd 1000 manat dəyərində «İmperial» markalı qızıl sikkəni ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda ümumilikdə 60.430 manat məbləğində maddi ziyan vurmaqla quldurluq cinayətini törədib hadisə yerini tərk etdikdən sonra Təqsirləndirilən şəxs1 və digər şəxslər cinayət yolu ilə əldə etdikləri əmlaklarla birgə piyada Kür çayı sahilindəki dərə massivinə gələrək növbəti günün gecə saatlarına qədər həmin ərazidə gizlənib daha sonra Tovuz rayonunun girəcəyindəki yol dairəsinə getmiş, aralarında əvvəldən mövcud olmuş sövdələşməyə əsasən Təqsirləndirilən şəxs3 22 may 2015-ci il tarixdə gecə saat 04 radələrində digər şəxslərin təklifinə əsasən öz idarə etdiyi “Mercedes Benz E 230” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin yerə gəlib Təqsirləndirilən şəxs1 və digər şəxsləri qarşıladıqdan sonra onları Gürcüstan ərazisinə geri qayıtmaları üçün idarə etdiyi həmin avtomobillə Qazax rayonunun Salahlı kəndinə yaxın əraziyə aparıb çatdırmış, həmin vaxt aralarındakı cinayətkar sövdələşməyə əsasən cinayət yolu ilə əldə etdikləri pullardan Təqsirləndirilən şəxs3 10.000 ABŞ dolları pul təqdim edilərək cinayətin törədilməsində istifadə olunmuş silah qismində tətbiq olunan əşyaları gizlədib saxlamaq və sonra deyildikdə başqasına vermək barədə Təqsirləndirilən şəxs3 təlimatlandıraraq həmin əşyaları bir ədəd çantada ona təhvil vermiş, Təqsirləndirilən şəxs3 içərisində qeyd olunan əşyalar olan həmin çantanı saxlanması üçün digər şəxsdən təhvil alıb özü ilə Qazax rayonunun Quşçu Ayrım kəndi ərazisinə daşıyaraq orada istintaqa məlum olmayan şəraitdə gizlədərək saxlamış, bir müddət sonra isə Təqsirləndirilən şəxs3 istintaqa məlum olmayan tarixdə və şəraitdə digər şəxsin tapşırığına əsasən həmin əşyaları Təqsirləndirilən şəxs1 və digər şəxsə çatdırılmasını təmin etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qeyd olunan cinayət əməllərini törətmələri zərəçəkmiş şəxslər və şahidlərin ifadələri, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 15 sentyabr 2018-ci il tarixdə təxminən 7-8 ay əvvəldən tanıdığı Təqsirləndirilən şəxs2la Ağstafa şəhəri ərazisində yerləşən Dəmiryol vağzalının yaxınlığındakı çayxanada oturub söhbət edərkən Araz Ağstafa şəhəri 33-cü məhəllədə yaşayan Azər adlı şəxsin yaşadığı evə daxil olmağı və onun evindən pul götürməyi təklif etmişdir. 15 sentyabr 2018-ci il tarixdə saat 03 radələrində VAZ-21011 markalı tanımadığı taksi avtomobili ilə Ağstafa şəhəri 33-cü məhəllədə yerləşən Azər adlı şəxsin yaşadığı evə baxmaq üçün getmişlər. Həmin evin qabağına çatdıqdan sonra evin ətrafına və daxil omaq üçün haranın daha uyğun olduğunu bilmək üçün baxmışlar. Evin qabağında olan zaman pəncərələrə baxmışlar, pəncərədə barmaqlıq olmadığını görmüşlər. Həmin evə daxil olmağın mümkün olduğunu müəyyən etdikdən sonra şəhərə qayıtmışlar. 16 sentyabr 2018-ci il tarixdə təxminən saat 03 radələrində Arazla Ağstafa şəhərində görüşmüş və konkret olaraq həmin tarixdə gecə saatlarında Ağstafa rayonu 33-cü məhəllədə yaşayan Azər adlı şəxsin evinə gircəkləri barədə qərara gəlmişlər. Arazla 17 sentyabr 2018-ci il tarixdə gecə saatlarında Ağstafa rayon Aşağı Göyçəli kəndində görüşməli olmuşlar. Təxminən bir saat sonra sahibini tanımadığı, qara rəngli və nömrəsini bilmədiyi «Lada-21015» markalı avtomobillə Ağstafa şəhəri 33-cü məhəlləyə Azərin yaşadığı evə yola düşmüşlər. Azərin evinə çatmağa 20 metr qalmış taksi avtomobilini dayandırmışlar və onun xidmət haqqını verdikdən sonra avtomobildən düşərək getmişlər. Evə yaxınlaşdıqda qapının bağlı olduğunu görmüşlər. Bundan sonra hasarın üzərindən aşmış və qapını arxadan açdıqdan sonra içəriyə daxil olub və qapını yenidən bağlamışlar. Evin içərisindəki otaqlardan birində işıq yandığını görmüşlər. Sonra evə doğru yaxınlaşmışlar. Evin giriş qapısı da bağlı olmuşdur. Özləri işıq yanan tərəfə yaxınlaşanda həmin otağın mətbəx olduğunu, pəncərəsində sadəcə tor setka olduğunu və pəncərənin şüsəsinin olmadığını görmüşlər. Pəncərənin torunu cırdıqdan sonra birinci olaraq o arxasınca isə Araz mətbəxə daxil olmuşlar. Mətbəxdən koridora çıxanda evdə sağda və solda otaqların olduğunu görmüşlər, otaqların qapıları açıq olmuşdur. Onlar Azərin evinə oğurluq etməyə getməyi planlaşdırmışlar və Araz həmin vaxt evdə heç kimin olmadığını demişdir. Bu zaman Azərin oğlu oyanaraq qorxudan qışqırmış, ona qışqırmamağı bildirmiş, birlikdə həmin otaqdan çıxdıqda Azərin dəhlizə çıxdığını və əlində silah olduğunu görmüşlər. Bu zaman Azər onun üzərinə gəlmiş, Araz isə qorxudan daxil olduqları pənCərəyə yaxınlaşıb evdən həyətə düşərək qapıdan çıxıb küçəyə qaçmışdır. Azər əlində avtomatla çıxıb, onların başının üzərindən güllə atmış, o avtomatın lüləyindən tutub avtomatı onun əlindən almaq istəmiş, həmin vaxt Azərin oğlu arxadan onu vurmuş və o,yerə yıxılmışdır.Sonra onu tutub saxlamışlar sonra polis əməkdaşları gəlib onu aparmışlar. Onlarda avtomat və bıcaq olmamış, polis şöbəsində onlara təzyiq etdikləri üçün o cür ifadələr vermişlər. İbtidai istintaq zamanı məcburiyyət altında etirafedici ifadələr vermişdir. Ona işgəncə verilmişdir. O, ittihamda adları qeyd olunmuş Gürcüstan vətəndaşlarınıı tanımır. Olanların hamısı qondarmadır. Ona ittiham elan olunan dövrdə o, Türkiyədə olmuşdur. O, ifadə verdikdən sonra məlum olmuşdur ki, o, cinayət törədilən vaxt Türkiyədə olmuşdur, ona görə də ifadəsi dəyişdirilib ki, guya o, sərhəddi pozaraq ölkəyə gəlmiş və bu cinayəti törətmişdir. O, bunu istintaqda bilmişdir, müstəntiq Kürdəxanıya yanına gəlmiş, onu dindirmiş və cinayət işində müəyyən ifadələri dəyişdirmişdir. Cinayətin nə vaxt törədildiyini o bilmir. O, cinayət törədilən vaxt Gürüstanda, ya da Türkiyədə olmuşdur. Ona ittiham elan olunan vaxt o, Azərbaycanda olmamış, qanunsuz sərhəd keçməmişdir. O, Kürə silah atmamışdır. İfadəsindəki detalları müstəntiqin haradan bildiyi haqqında heç bir məlumatı yoxdur. O, ad çəkmək istədiyini, sonra onun üçün problem yarandığını söyləmişdir. Pərvizin evinə girməklə bağlı cinayəti o törətməmiş, kimin törətdiyini də bilmir. O, 1 aydan artıq müvəqqəti saxlama yerində qalmış, sonra 10 gündən bir aparıb gətiriblər. Təqsirləndirilən şəxs3 ondan sonra saxlanılıb. İstintaq zamanı ona Təqsirləndirilən şəxs3 şəklini göstərib taniyib tanımadığını soruşulmuş, o isə tanımadığını demişdir. Lakin ona təzyiq göstərdikləri üçün məcbur olaraq tanımasını yazdırıblar. Həmin vaxtadək kiminsə Natiqin adını çəkməsini bilmir. Natiqin adını müstəntiqin haradan götürüb yazdığını bilmir, bu suallara cavab verə bilməyəcəyini qeyd etmişdir. O, istintaq tədricxanasında olanda müstəntiq ona demişdir ki, dövlət sərhəddini silahla pozmaq daha ağır cinayətdir, ona yüngülləşdirmə yazıb. Guya sərhəddi silahla keçməmiş, gəlib Azərbaycanda haradansa götürdüyünü yazdığını bildirmişdir. Halbuki o, dövlət sərhəddini pozmamışdır. Onun ümumiyyətlə Natiqlə tanışlığı yoxdur. Məzahir Hacıyevi, Otar və Mayılı tanımır. Ona ilk gündən təyziqlər olub, xəsarətləri sağaldığı üçün təyziqlərlə bağlı heç yerə müraciət etməmişdir. Kürdəxanıda olanda xəsarətləri ilə bağlı məlumat verməmişdir, çünki onu yenə geri aparmaq şansları olmuş, fikirləşmişdir ki, sözünü məhkəmədə deyər. Axırıncı dəfə 2013-cü ildə cəzadan azad olunduqdan sonra Gürcüstana getib, orada iş qurub, xırda bizneslə məşğul olmuş, ailəsi Ağstafada yaşadığına görə tez-tez gedib-gəlirmişdir. Azadlığa yeni buraxıldığı və Gürcütana tez-tez gedib-gəldiyi üçün onu nəzarətdə saxlamışlar. onun üzərində 15 il qəti cəza saxlanılıb, apellyasiya şikayəti verib, qüvvədə saxlayıblar. Sonra Gürcüstanın amnistiya qanununa görə o məhkum olunduğu ağır cinayətin cəzasından və məsuliyyətindən tamamilə azad olunub. Təxminən 2014-cü ilin axırlarında onu keçmiş MTN-nin Ağstafa rayon şöbəsinə dəvət etmişlər. Orada xüsusi işlər üzrə əməliyyat müvəkkili Təhmasib müəllim onunla söhbət aparıb, ondan kömək istəmiş, X4 əsir və itkin düşmüş vətəndaşlarımız barədə məlumat əldə etmək üçün Ermənistanla əlaqə yaratmaq istədiklərini demişdir. Soyadını demək istəmədiyi bir nəfər erməni əsilli, Gürcüstanda yaşayan şəxsi əməkdaşlığa cəlb etmək istəmişlər. Həmin adamı o, çoxdan tanıyır. 2015-ci ilin təxminən payız aylarında adını qeyd etdiyi şəxs ona Tovuzda cinayət törədilməsi barədə demiş və Pərviz adı çəkmiş, gömrüyün rəisi olduğunu, eləcə də Məzahir Hacıyevin adını demişdir. Gürcüstanın Gormuğanlı kəndindən olduğunu bildirmişdir. Həmin adam ona demişdir ki, bu hadisə olub, amma dəqiqləşdirsin görsün həmin adamdımı onunla görüşsün, ona bu işə kömək edəcəyi halda pul veriləcəyini demişdir. O, bu barədə keçmiş MTN-nin Ağstafa rayon şöbəsində əməliyyat müvəkkili Təhmasibə deyib, o da öz kitabçasında dediyi adları, hadisəni qeyd etmişdir. Sonra o, X19 gedəndə orada Əfqan adında mayordan soruşmuşdur ki, “sizdə Pərviz adında rəis varmı?” O da demişdir ki, burada rəis başqa adamdır, Pərviz adında əməkdaş yoxdur, o da bu söhbətin üstündən kecmişdir. Bu hadisə təxminən 2015-ci ilin noyabr ayında olmuş, əsas Təhmasibdən cavab gözləmiş, ondan da bir cavab çıxmamışdır. 2016-cı ilin fevral ayının axırlarında gürcü nömrəsiylə satmağa maşın gətirin zaman sərhəddi keçəndə soruşmuşdur ki, «burada Pərviz adında rəis varmı?» Oradakı əməkdaşlardan biri demişdir ki, Pərviz var, özü də Tovuzdandır. O, onun qəbuluna girmək istəmiş, lakin yerində olmamışdır. Sonra nömrəsini tapıb ona zəng etmiş bir uşaq götürmüş, "Pərvindi danışan, Pərviz mənim atamdı" demişdir. O, atası ilə danışmaq istədiyini deyərək nömrəsini istəmiş, o isə verməmişdir. O, bir başa uşağın özündən soruşmuşdur ki, sizin evinizdə belə bir hadisə olubmu, o da təsdiqləyib, ondan sonra atasının nömrəsini ona vermişdir. Sonra Pərvizlə danışmış, bütün danışıqlarının hamsını Pərviz yazdırmış, ona demişdir ki, “məndə belə bir məlumat var”, məlumatı da verən başqa şəxsdir. ondan adını soruşmuş, əvvəlcə adını deməyə çəkinmiş, deyib “mən də Azərbaycanlıyam özü də Ağstafadanam, lazım olsa tanıyacaqsan məni, gəl sən bunu bilən adamla Gürcüstanda görüş, o sənə desin”, həmin adam da qonarar istəyir. Pərvizlə 2-3 dəfə danışmış, onunla Gürcüstandan da, Azərbaycandandan da danışmışdır. Pərviz söz görüşməyə razı olmuş, adını qeyd etdiyi şəxs Qırmızı körpüyə Pərvizlə görüşməyə gəlmişdir. Pərviz 2 saat onu gözlətdikdən sonra xarici pasportunun evdə qaldığını deyərək onu götürmək üçün evə qayıtmışdır. O, adam da gözləyə bilmədiyini demiş, Pərviz də demişdir ki, «onda başqa adam göndərim səninlə görüşsün», o da erməni əsilli olduğuna görə qorxub görüşməmişdir. Sonra Pərvizdən səs-səmir çıxmamışdır. Pərviz demişdir ki, onu cinayəti törədənlər maraqlandırmır, onu bu işin sifarişçisi maraqlandırır. 2016-ci Novruz bayramından sonra satmaq üçün gətirdiyi maşını almaq istəyən müştəri adından ona zəng gəlmiş və maşın almaq istədiyini, Gəncədə olduğunu demiş, o Gəncəyə gələ bilmədiyini deyib və Ağstafada görüşməyi təklif etmişdir. Həmin adam onu Tovuza dəvət etmiş, axşamüstü görüşməli olmuşlar. Tovuza gedib gözləmiş, müştəri adı ilə zəng vuran adam zəng eləyib demişdir ki, yaxınlaşsın maşını qabaqda saxlayıblar ag rəngli Nivadır. Onlara yaxınlaşıb və maşının qapısını açıb qabaq oturacaqda əyləşərək qapını örtmüş, görmüşdür ki, arxada iki nəfər də var. Oturan kimi arxadan köynəyinin boğazından tutub və silahı dirəyib maşını sürmüşlər. O, qeyri-ixtiyari olaraq əlini atıb ki, maşının qapısını açsın, lakin maşının qapısını aça bilməmişdir. Maşını kənar yola sürmüşlər, gözlərini və əllərini bağlayıb onu tanımadığı bir yerə aparmışlar. Təxminən 1 yoxsa 2 gün onu orada saxlamışlar. Tovuz polisi kamera görüntülərini çıxarıb onu aparan Nivanı tapıblar. Onu saxladıqları yerdən gecə ilə çıxarıb harasa başqa yerə aparıblar, həm maşınla, həm də piyada aparıblar, lakin gözü bağlı olduğu üçün onu hara apardıqlarını bilməmişdir. Sonradan məlum olub ki, onu aparan maşının sahibi Məzahir Hacıyevdir. Bu iş üzrə Gürcüstana sorğu göndərilib, cinayət işi qaldırılıb. Məzahiri buna görə Gürcüstanda həbs ediblər, onu pul alıb öldürmək istəyiblər. Məzahir deyib ki, “sənin qohumların mənim əmim oğlunu Azərbaycanda girov götürüblər, səni onunla dəyişəcəyik. O, da fikirləşib ki, onun qohumlarının arasında bu işi görəcək adam yoxdur, ona görə də bunların dediyinə inanmayıb. Amma onların dediyi kimi olub, 30-cu günün tamamında onu gətirib gözləri və başı bağlı halda çölün düzündə buraxıblar. Sonradan Gürcüstanda istintaq gedən zaman məlum olub ki, onlar onu Gürcüstan ərazisində sərhəddə yaxın yerdə fermaların birində saxlayıblar. Oradan Ağstafaya, 1 gün sonra da Tovuz rayon polis şöbəsinə, polis rəisinin yanına gəlib, hər şeyi rəisə danışmışdır. Rəis demişdir ki, onda belə bir məlumat var, Tovuzda Petrotal restoranında onun şahidləri var, öyrənib Məzahir Təhmasiblə görüşüb yeyib-içirlər, onda kamera görüntüləri də var. Bir də demişdir ki, “hal-hazırda sağ olmağını mənə borclusan”, Məzahirin əmisi oğlunun Bakıda evi var, gömrükdən keçəndə onu qanunsuz tutublar, aparıb haradasa saxlayıb onunla dəyişiblər. Ona görə də rəis Şirzad müəllim ona "sən də mənə hörmət etməlisən, səni mən qurtarmışam"demişdir. O, bu Pərviz məsələsini deyəndə Şirzad demişdir “sən Pərvizlə görüşərsən, bu barədə mənə dediyini o, bilməsin, qoy o sənə hörmət eləsin, mənim xeyli xərcim çıxıb, sənə görə bu qədər risk etmişəm, adam saxlamışam”. Şirzadla görüşəndən sonra gedib Pərvizlə görüşmüş, “səninlə o vaxt danışan mən idim, məndə bu cinayəti kimlərin törətdiyi barədə məlumat var, sən o vaxt gəlmədin görüşməyə”demişdir. O da demişdir ki, onu o adamlar maraqlandırmır. Pərvizin maşını ilə Tovuzun kənarında bir restorana getmişlər, Pərviz Şirzadı da çağırıb və demişdir ki, “məni cinayəti törədənlər maraqlandırmır, heç bir qəpik də pul verən deyiləm, amma cinayətin sifarişçisi kimdi onu öyrən mənə de, mən nə qədər deyirsiz hörmət edim, yüz min istəyirsiz yüz min, iki yüz min istəyirsiz iki yüz min verim”. O, Pərvizə "bu biraz çətin məsələdi, mən elə səlahiyyəti olan adam deyiləm ki, kimisə oradan məcburi gətizdirəm. Orada bunu bilən adam var, ona da hörmət etmək lazımdır. Müəyyən vaxt lazımdır ki, hər şey həll olunsun, öyrənmək olar, cəhd edərik"-demiş, Pərviz də ona 1300 dollar pul vermişdir. Sonra o Gürcüstana getmiş və ora keçən kimi onu həbs etmişlər. Sonra Məzahirgili tutublar, onlar törətdiyi cinayəti etiraf ediblər, onlara orda cəza vermişlər. Azərbaycana gələndən sonra Şirzad ondan əl çəkməmiş, demişdir ki, “sən Pərvizdən pul almısan mənə demirsən, dedim mən heç kimdən pul almamışam, o, cinayətlə bağlı heç nə öyrənməmişəm, əgər öyrənsəm sənin yanında deyəcəm, sən də biləcəksən”. Şirzad da elə bilmişdir ki, o Pərvizdən pul alıb. Pərvizdən 1300 dollardan artıq pul almamış, lakin cinayətin sifarişçisini öyrənəcəyi halda Pərvizdən 50 min manat pul istəmişdir. Ağstafada Azərin evində hadisə olanda Şirzad demişdir ki, “bu işi boynuna götür”, ona demişdir “mən törətmədiyim işi necə boynuma götürüm”. Sonra ona demişdir ki, “sən bu işi boynuna götürməsən biz götüzdürəcəyik”. Onun yanında Baş Cinayət Axtarış idarəsinin rəis müavininə zəng edib danışmış və ona de demişdir ki, bu cinayəti o törətməyib. Onu da orada 1 gün saxlayıb sonra Baş Mütəşəkkil Cinayətkarlığa qarşı mübarizə idarəsinə göndərmişlər. Orada Natiqin adını çəkməmiş, Natiqi tanımadığını bildirmişdir. O, ifadə verəndə imla yazmış, nə demişlərsə yazmışdır. Əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 oğlu ona elan olunmuş, ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 15 sentyabr 2018-ci il tarixdə təxminən 7-8 ay əvvəldən tanıdığı Təqsirləndirilən şəxs1la Ağstafa şəhəri ərazisində yerləşən Dəmiryol vağzalının yaxınlığındakı çayxanada oturub söhbət edərkən Ağstafa şəhəri 33-cü məhəllədə yaşayan Azər adlı şəxsin yaşadığı evə daxil olmağı və onun evindən pul götürməyi planlaşdırmışlar. 15 sentyabr 2018-ci il tarixdə saat 03 radələrində VAZ-21011 markalı tanımadığı taksi avtomobili ilə Ağstafa şəhəri 33-cü məhəllədə yerləşən Azər adlı şəxsin yaşadığı evə baxmaq üçün getmişlər. Həmin evin qabağına çatdıqdan sonra evin ətrafına və daxil omaq üçün haranın daha uyğun olduğunu bilmək üçün baxmışlar. Evin qabağında olan zaman pəncərələrə baxmışlar, pəncərədə barmaqlıq olmadığını görmüşlər. Həmin evə daxil olmağın mümkün olduğunu müəyyən etdikdən sonra şəhərə qayıtmışlar. 16 sentyabr 2018-ci il tarixdə təxminən saat 03 radələrində Ceyhunla Ağstafa şəhərində görüşmüş və konkret olaraq həmin tarixdə gecə saatlarında Ağstafa rayonu 33-cü məhəllədə yaşayan Azər adlı şəxsin evinə girəcəkləri barədə qərara gəlmişlər. Ceyhunla 17 sentyabr 2018-ci il tarixdə gecə saatlarında Ağstafa rayon Aşağı Göyçəli kəndində görüşməli olmuşlar. Təxminən bir saat Ceyhunu gözlədikdən sonra o, sahibini tanımadığı, qara rəngli və nömrəsini bilmədiyi «Lada-21015» markalı avtomobillə gəlmiş, Ceyhun avtomobildən düşərək onun yanına gəlmiş, sonra avtomobilə qayıdanda özü qabaqda, Ceyhun isə arxada oturmuş və Ağstafa şəhəri 33-cü məhəlləyə Azərin yaşadığı evə yola düşmüşlər. Azərin evinə çatmağa 20 metr qalmış taksi avtomobilini dayandırmışlar və onun xidmət haqqını verdikdən sonra avtomobildən düşərək getmişlər. Evə yaxınlaşdıqda qapının bağlı olduğunu görmüşlər. Bundan sonra Ceyhun hasarın üzərindən aşmış və qapını arxadan açdıqdan sonra özü də içəriyə daxil olmuş və qapını yenidən bağlamışlar. Evin içərisindəki otaqlardan birində işıq yanmaqda olmasını görmüşlər. Sonra evə doğru yaxınlaşmışlar. Evin giriş qapısı da bağlı olmuşdur. Özləri işıq yanan tərəfə yaxınlaşanda həmin otağın mətbəx olduğunu, pəncərəsində sadəcə tor setka olduğunu və pəncərənin şüsəsinin olmadığını görmüşlər. Ceyhun pəncərənin torunu cırdıqdan sonra birinci olaraq Ceyhun, arxasınca isə özü mətbəxə daxil olmuşlar. Mətbəxdən koridora çıxanda evdə sağda və solda otaqların olduğunu görmüşlər, otaqların qapıları açıq olmuşdur. Onlar Azərin evinə oğurluq etməyə getməyi planlaşdırmışlar və həmin vaxt evdə heç kimin olmadığını fikirləşmişlər. Bu zaman Azərin oğlu oyanaraq qorxudan qışqırmışdır. Ceyhun ona qışqırmamağı bildirmiş, Ceyhun birlikdə həmin otaqdan çıxdıqda Azərin dəhlizə çıxdığını və əlində silah olduğunu görmüşlər. Bu zaman Azər Ceyhunun üzərinə gəlmiş, özü isə qorxudan daxil olduqları pəncərəyə yaxınlaşıb evdən həyətə düşərək qapıdan çıxıb küçəyə qaçmışdır. Sonra isə özü piyada yaşadığı Ağstafa şəhərində yerləşən evinə gəlmiş, bir az keçdikdən sonra polis əməkdaşları gəlib onu polis şöbəsinə aparmışlar. Evdə atəş açılıb-açılmaması ilə bağlı heç bir məlumatı olmamışdır. Hadisə tarixində Azərin evinə gedən zaman onları aparmış taksi sürücüsünü özü heç tanımır və taksi sürücüsünün onların Azərin evinə silahlı pul almaq üçün getmələrindən heç bir məlumatı olmamışdır. Azərin evinə quldurluğa yox, oğurluğa getmişlər. Həmin vaxt onlarda maska və silah olmamışdır. İstintaq zamanı onlara təzyiq olunmuş, oğlunun evinə narkotik qoyuulmuş oğlunu tutmuşlar, ona görə ifadələrində yazılan yəni, özləri ilə avtomat və bıçaq götürmələrini etiraf etmişdir. Azəri tanıyır, onun bağda və şəhərdə evinin olduğunu bilmiş, Azər daimi şəhərdəki evində yaşamışdır. Oğurluğa getdikləri ev bağ evi olmuş, onlar elə bimişlər ki, bağ evində heç kim yoxdur. Evə mətbəxin pəncərəsindən girmişlər. Evə girəndə yataq otağının qapısı açıq olmuş, o yataq otağına girməmişdir. Evdə adam olduğunu görüb Ceyhuna xəbər etmiş, mətbəxə gedəndə Ceyhun o biri otağa girmiş, o, mətbəxə keçərkən əli qab şkafına dəymiş və səs çıxmış bu zaman Azər gəlmiş, Azər onları görüb otağa qayıtmış və yenidən əlində silah qayıtmışdır. O, evdə adam olduğunu görüb Ceyhuna getmələrini deyib və evə mətbəxdən girdikləri üçün mətbəxə keçmiş, Azərlə Ceyhun dalaşanda o, pəncərədən düşüb qaçmışdır. Azərin oğlu və gəlini ilə onun heç bir əlaqəsi olmamış. yataq otağına girməmişdir. Həmin vaxt onlarda maska və bıçaq Ceyhunda isə silah olmamışdır. İstintaqda verdiyi ifadələri təsdiq etmədiyini bildirmişdir. Bütün bunlara baxmayaraq əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan olunmuş, ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, həbs olunduğu gün Qazax şəhərində, öz evində olmuşdur. Həbsdən avqustun 14-ü, cıxmışdır. Həyat yoldaşı ona zəng edərək deyib ki, evilərinə Ağstafa rayonunun polisləri gəlib, onu axtarırlar. O, öz avtomobili ilə polis şöbəsinə yollanmış və Ağstafa rayonunun girişində avtomobili xarab olmuşdur, bu zaman polislər gəlmiş və şöbəyə onların maşını ilə getmişlər. Polis şöbəsində Hikmətin otağında Vüsal, Rövşən və o olmuş, Rövşən telefonunu almış, bu vaxt telefona zəng gəlmiş, cavab verməyə icazə verməyib və telefonu söndürüb seyfə qoymuşlar. Cibində bir qutu siqaret, 54 manat pul, dəsmal və alışqan olmuş, alışqanı almışlar. O, Rövşənin telefonu ilə atasına zəng vurub polisdə olduğunu və nə üçün onu ora gətirdiklərini bilmədiyini demişdir. O, axşama kimi o otaqda qalmış, axşam onu aşağı düşürərkən kəmərini də almışlar, cibində siqaret, pul və dəsmal qalmışdır. Gecəni polis şöbəsində qalmış, səhər tezdən onu Zəfər müəllim və rəis Elsəvər Aslanovun yanına aparmışlar. Ona demişlər ki, o cinayət törədib, bu səbəbdən onu bura gətiriblər, o da etiraz etməmiş, heç bir cinayət törətmədiyini və onu niyə oraya gətirdiklərini də bilmədiyini demişdir. O, yenidən müvəqqəti saxlama yerinə aparılmış, axşamı Elçin adlı polis əmkdaşı da daxil olmaqla 5-6 nəfər polis yanına gəlmişdir. İçkili vəziyyətə olan Elçin boğazından yapışıb onu təhqir etmiş, sonra onu Rəşad müəllimin otağına aparmışlar. Pilləkəndə əllərini bağlamışlar, sonra hiss etmişdir ki, cibinə nəsə atdılar. Onu aparıb Rəşad müəllimin otağında üzü üstdə yerə yıxmışlar. Sonra müstəntiqin göstərişindən sonra onu ayağa qaldırıb əlini açımışlarlar. Müstəntiq ona cibindəkiləri çıxartmağı demiş, o da cibində olan dəsmalı, 54 manat pulu və siqareti çıxarmışdır. Müstəntiq ona arxadakı sağ cibinə də baxmağı demiş, o da cibində salafanın içində yaşıl nəsə olduğunu görüb, onu çıxardıb atıb masanın üstünə tullamış və demişdir ki, “mən narkotik istifadəçisi deyiləm, bu nədi mənim cibimə atmısınız?” Şahid3 onun sifariş olunduğunu deyərək və o etiraz edəndə belə olmalı olduğunu demişdir. Bu zaman Cabir Ələsgərov üstünə hücum etmiş, “sən demək istəyirsən ki biz sənə şər atırıq?”demiş, onu təhqir etmiş və vurmuşdur. O, da onu vurmaq isəyəndə polislər onu tutmuşlar, əlini bağlayıb yenidən aparmışlar. Sonra Cabir ondan üzr istəyib, demişdir ki, “Natiq müəllim bağışla belə olmalı idi”. O isə həbsdən çıxandan sonra harda olsa onu tapacağını, qisasını alacağını söyləmişdir. Sonra hal şahidlərinə imza etdirmişlər. Sonra bir dəfə hal şahidləri Nurəl və Firdovsi ilə birlikdə, bir dəfə də Nurəl və tanımadığı Cəfər və Yaşar adlı şəxslə birlikdə şəklini çəkmişlər və qolunu bağlayıb onu müvəqqəti saxlama yerinə aparmışlar. Cibində olan 54 manatı Qoşqara vermişdir ki, atasına versin. Hikmət isə demişdir ki, “qoy cibində pul qalsın uzağa gedəcəksən”. O, hara getdiyini soruşmuş, lakin deməmişlər. Onu Vüsalın avtomobilinə mindirib, sağ əlini Elçinin sol əlinə bağlayıb, Rövşən müəllim də onun sol tərəfində oturmuşdur. Ağstafa marketdən Rövşən ona siqaret və hərəsinə 0.5 litr su almış və onu Tovuz rayonuna gətirmişlər. Rövşən kiməsə zəng vurmuş və "Range Rover" markalı avtomobil gəlmişdir. Zəfər müəllim və Fazil müəllim həmin maşından düşmüş, vəkil Fazil müəllim Vüsalın avtomobilinin qabaq oturacağında oturmuş və onu Bakıya aparıb, banditizm idarəsinə təhvil vermişlər. Səhər tezdən Rövşən və vəkil Fazil müəllim müstəntiq Orxan müəllimin yanında gəlmiş və ona demişlər ki, “sənədlərə qol çək, sənin vəkilini dəyişirik”, o da etiraz etmiş, heç bir sənədə qol çəkməmişdir. Sonra Rövşən və Fazil də getmişlər. Onlar getdikdən sonra Orxan müəllim onunla aqressiv danışaraq və qol çəkmədiyi kağızları cırıb atmışdır. Kağızlara qol çəkmədiyi üçün onu ayın 23-ü və 24-ü döymüşlər. Ayın 24-ü yenidən sənədlərə qol çəkməkdən imtina etmişdir. Onu döydükcə huşu getmiş, müəyyən dərmanlar verib yenidən ayıltmışlar. Ayın 24-ü ona demişlər ki, “əgər qol çəkməsən, ananı və həyat yoladaşını gətirəcəm bura”. O da demişdir “onları gətirə bilməzsən, qol da çəkmirəm”. O, yenidən onu təhqir etmiş, sonra telefonunu çıxardıb demişdir ki, “indi zəng edəcəm Ağstafaya 1 kq narkotiki evinizə qoysunlar, seçim elə ya anan və həyat yoldaşın bura gəlsin, ya da qol çək sənədlərə”. O, inanmamış, demişdir ki, bunu necə edəcəksiniz, o da demişdir ki, “sənin cibinə necə atmışıq elə də evinizə atacağıq”. Bundan sonra o qol çəkməyə razı olmuşdur. Ayın 23-ü onun vəkilini də dəyişmişlər, yeni vəkili Namiq Bağırov olmuşdur. Onu sanksiyaya aparmışlar ondan heç nə soruşmamış və 4 ay sanksya vermişlər. Sonra onu banditizmə qaytmışlar və orda yenə onu döyməyə başlamışlar. Sonra Ceyhunu onun yanına gətirib, deyiblər tanıyırsan, o isə tanımadığını söylədikdə deyiblər ki, “tanıyacaqsınız” və Ceyhunu aparmışlar. Sonra ona Ceyhunun ifadələrini göstmişlər, orda "mən Tovuz rayonunda quldurluq eləmişəm, Natiqlə "whatsapp" üzərindən danışmışam"-yazılmışdı. Yenə o heç bir sənədə qol çəkməmişdir. Ona təklif etmişlərlər ki, sənədlərə qol çəksin, narkotiki götürsünlər və CM-nın 307-ci maddəsiylə işini yola versinlər. O, həmin maddənin nə olduğunu soruşmuş, demişlər ki, “cinayəti bilib gizlətməkdi, açılmamış cinayət üstümüzdə qalıb, sən bizə kömək elə, biz də sənə kömək edək”. Demişdir ki, mən sizə necə kömək edə bilərəm, demişlər ki, sən bizə silah ver, avtomat ver. Onlar Ceyhunun verdiyi ifadələrin tərkib hissəsi olaraq ondan ifadə almışlar, hətta orada onun üstünə bir cinayət işi də qoymuşlar, lakin onu sonradan çıxarmışlar. Sonra ona demişlər ki, onda kağız pul olub, o Ceyhuna kağız pul verib, guya saxta 100 dolları Ceyhuna satmışdır. Sonra ona yazdırmışlıar ki, guya o Ceyhuna küçələrində makorov markalı silah verib, içində iki patron olub, qəbristanlıqda bir patron atıb, Ceyhun da gürcülərlə Ağstafa rayon ərazisindən sərhəddi keçib ona 2500 manat pul verib, sonra pulun məbləğini dəyişib 10000 manat etmişlər, guya o Məzahirdən 10000 manat pul almışdır. O, Məzahiri tanıyır, amma Otar və Mayılı tanımır. Bunların hamsını ona yazdırmışlar. Orada ona deyiblər ki, “sən CM-nın 307-ci maddəsiylə təqsirləndiriləcəksən, 234.1-ci maddəni götürəcəyik”, o da razılaşmışdır. O, bütün sanksiyalardan apelyasiya şikayəti vermiş, hakimlər demişdimr ki, “gələcəkdə sənin işini CM-nin 234.1-ci maddəsiylə dəyişib səni buraxacağıq”. Orxan müəllim demişdir ki, 181-ci maddəyə qol çəksin, silaha qol çəksin, prokuror deyib ki, bu işi belə bağlayaq, bu iş bilirsiniz ki, sifarişdi. Ondan əvvəl DİN-dən Zaur adlı bir nəfər gəlib, onu təxminən saat 7-də kameradan çıxardıblar, rejim rəisi Elburus müəllimin otağında görüşüblər, ona deyib ki, “Natiq, bu bir işdi düşüb boğazımıza, sən bizə kömək elə, biz də sənə kömək edək”. O,isə necə kömək edə biləcəyini soruşub, o, “bir dənə silah məsələsi təşkil elə”demiş, “hardan alım silahı” deyə soruşduqda, o, “bəs biz bu işi necə bağlayaq?”demişdir. “Mən neynəyim ki, bir haldaki deyirsiz bağlayaq, onda siz harasa silah qoyun, mən də deyim ki, filan yerə silah qoymuşam, siz də gedin götürün” demiş, lakin o,razılaşmamışdır. Ona “biz sənə gələcəkdə kömək edəcəyik, narkotik sənə yapışmır, sənin gözəl ailən var, gəl sənin işini 228-ci maddə ilə bağlayaq, əvvəllərdə bu maddəylə həbsdə olmusan” demişlər.Onlara “razılaşaram amma silah yoxdu, siz silahı tapın, mən boynuma alıram, narkotikdən o yaxşıdı” demişdir. Sonra müstəntiq gələndə demişdir ki, soyğunçuluğa, quldurluğa qol çəksin, iş belə bağlanır. O isə “mən qol çəkməyəcəm, nə edirsiniz edin mən quldurluq etməmişəm, bu işdən xəbərim yoxdu” demişdir. Sonra onunla üzləşdirməyə adamlar gətiriblər, heç vaxt görmədiyi Şahid1 və Vüsal demişdir ki, onu sentyabr ayının 22-si günü tutublar, guya o, həmin gün orada restoranın qabağında gəzirmiş, guya onun barəsində material olub ki, o, narkomandi, narkotik vasitə satır, onu gətiriblər polis bölməsinə orada da cibindən narkotik çıxıb. Rafiqi orada görüb, orada da demişdir ki, Rafiqi tanımır və heç nəyə qol çəkməmişdir. Vüsalı isə sentyabrın 21-i polis şöbəsində görüb, orada onun telefonunu alanda Vüsal mülki formada otaqda olmuşdur. Umumiyyətlə bütün polislər mülki formada olmuşdur. O, banditizmə aparılmamışdan əvvəl ondan heç bir izahat alınmamış, şəxsi axtarış protokolunu imzalamamışdır. Pərvizgilin evindən aparılan əmlakla bağlı məlumatı yoxdur. Onun Ceyhunla tanışlığı olmamışdır. O, Gürcüstana öz maşınıyla həkimə gedib-gəlmiş, həm də maşın alveri etmişdir. 2015-ci ildə həbs olunanda rayonda ən çox arı onların qapısında olmuş, idarə müdiri olmuşdur. Məzahirlə telefon alveri etmişlər. Məzahirin Ceyhunla tanış olub-olmaması və məhkum olması ilə bağlı heç bir məlumatı olmamışdır. Qol çəkmədiyi ifadələrin məzmunu ilə tanış olmuş, o ifadələr nəyin əsasında yazılmasını bilmir. İstintaq təcridxanasında ona deyəndə ki, onun maddəsini dəyişib 307-ci maddə edirlər ona görə dindirmə protokollarına imza etmimşdir. Amma nə olduğunu xatırlamır, bir neçə sənəd olub, qol çəkib. Onu Ceyhunla üzləşdiriblər, bu zaman Ceyhun hadisə barəsində ifadəsində göstərdiklərini deyib, o da boynuna almayıb, deyib yalandı. 307-ci maddəylə təqirləndiriləcəyi üçün qol çəkib, lakin quldurluğa qol çəkməmimşdir. Döyülməyiylə bağlı 1ci sanksiyada qorxduğu üçün heç nə deməyib, lakin sonrakı məhkəmələrin hamsında demiş, bununla bağlı Baş prokururluqdan Samir müəllim də müstəntiqlə bərabər yanına gəlib araşdırma aparmışdır. Samir müəllim otaqda onunla görüşəndə döyülməyiylə bağlı hər şeyi deyib, o, banditizmlə bağlı prokurorluğa şikayət edib, prokurorluq da ona cavab yazıb ki, Baş mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsinə bu barədə bildiriblər, araşdırılma aparılıb ona heç bir işgəncə verilməyib. Ağstafada polis şöbəsində olanda koridorda cibinə narkotik atıblar, o, səsindən Aftandilə oxşadıb. Onu Ceyhungilin cinayətiylə bağlayan heç nə yoxdur. Düşünür ki, ona quldurluqla bağlı cinayət işinin açılmağına səbəb tutulandan sonra etdiyi şikayətlərdir. Nurəl və Firdovsiyə qol çəkmələri üçün təyziq olub-olmadığını bilmir. Orada yazılıb ki, guya aktlaşdırılıb, protokol olub, baxış olub, hamısı yalandır, orada baxış olmayıb, bağlamanı açıblar, siqaretin salafanı olmuş, yazıblar ki, gümüşü kağızdır. Otağa daxil olanda hal şahidlərini görməmiş, çünki ona ora üzü üstə aparıblar. Onun dilinden verilən izahat yazıblar ki, guya narkotik madddə onun cibindən çıxıb və ona da deyiblər ki, qol çəksin, o da etiraz edib, qol çəkməyib, deyib onun narkotiki olmayıb. Fazil müəllimin onun vəkili olması ilə bağlı protokola qol çəkməyib, o, Ağstafada heç nəyə qol çəkməmişdir. Orada deyib ki, onun vəkili Şahin müəllimi çağırsınlar, Rəşad müəllim də deyib ki, Şahin müəllim yoxdur. Maddələri dəyişməklə bağlı təkliflərini qəbul edib qol çəkməyi ümidsizliyinin nəticəsi olub. Onun tutulmağının nə səbəbə və kim tərəfindən sifariş olunduğunu bilmir, o, Şahid3 şübhələnir. Çünki sonradan müəyyən adamlardan eşidib ki, bu plandır, şöbədən plan doldurmalıdırlar, bir neçə adam tutmalıdılrar ilin yekununa qədər. O, birinci dəfə həbs olunanda Şahid3 öz otağında atasından onun yanında 5 min manat pul istəyib, o deyib ki, onsuz da ona 3 il iş verəcəklər, ona görə pulu verməyib. Həmin vaxt onunla birlikdə tutulan Namiqdən səhv eləmirsə 9 min manat pul alıblar. onun atası Namiqin atasına demişdir ki, “pulu niyə verirsən onsuzda oğluna 3 il iş verirlər”, Namiqin atası da Rəşad müəllimdən verdiyi pulu geri istəmişdir, o da 7 min qaytarmış qalanı isə qalmışdır. Elə həmin vaxtdan Rəşad müəllim onunla prinsip aparmağa başlayıb. O, təcridxanaya daxil olanda xəsarətlərlə bağlı qeydiyyat aparılmayıb. Onu xəsarət almış vəziyyətdə Ceyhun görüb. Bədənindəki xəsarətlərin izi hal-hazırda qalmayıb, sadəcə boynunda ağrı qalıb.Təcridxaya gedəndə qollarında olan izləri qeydə almayıblar, banditizmdən gedəni qeydiyyata almamışlar. Təcridxanada onu döyməyiblər. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, hazırda Ağstafa şəhəri 33-cü məhəllədə yerləşən fərdi həyət evində həyat yoldaşı Zərərçəkmiş şəxs9, oğlu Zərərçəkmiş şəxs7, oğlu Əmirxanın həyat yoldaşı Zərərçəkmiş şəxs8 ilə birlikdə yaşayır. Yəni oğlu Əmirxan öz ailəsi ilə onlarla birgə eyni evdə yaşayır, iki azyaşlı övladı var. 17 sentyabr 2018-ci il tarixdə gecə saat 04 radələrində ailəlikcə hamısı həmin evdə yatmışlar. Saat 04 radələrində özü və həyat yoldaşı Kamiylə öz yataq otağında yatdıqları zaman qəflətən özü evdə qonşu yataq otağından, yəni oğlu Əmirxanın ailəsi ilə yatdığı otaqdan acıqlı şəkildə danışıq səsləri gəldiyini, kiminsə «dur, danışma, dur ayağa, ayağa qalx» deyə bildirdiyini, həmin vaxt oğlu Əmirxanın da «ata, ata» deyərək onu çağırmaqda olduğunu eşitmişdir. Özü bu səs-küyü duyub cəld yatağından ayağa qalxmış, lakin arvadı Kamiylə adətən dərin yuxu yatdığı üçün bu səsləri hələ eşitmədiyi üçün yuxudan hələ ayılmamışdır. Özü yatağından qalxıb alt paltarında heç əyninə şalvarını geyinmək istəmədən öz yataq otağından çıxmağa hazırlaşarkən bir nəfər üzündə qara maska olan kişi əlində ona sarı avtomat silah tutmuş vəziyyətdə onun yataq otağına daxil olaraq «öldürəcəyik sizi, tez dur, danışma» sözlərini təkrarlayıb üstünə gəlmişdir. Həmin şəxsin sifətindəki qara maskanın göz və ağız yerlərində dəlikləri olmuşdur. Həmin an özü üçün elə bir an olmuşdur ki, özü artıq öləcəyini, yaxud ailəsinin öldürüləcəyini düşünərək hər nə olursa özünü və ailəsini müdafiə etməli olduğunu düşünüb cəld əli ilə fənd işlədərək həmin maskalı şəxsin ona tərəf tutduğu avtomat silahın lülə hissəsini öz sol əli ilə tutaraq cəld sağ tərəfə yönəltmiş, ən əsas silahın istiqamətini özündən uzaqlaşdırmağı düşünmüşdür. Silahın lüləsini tutub sola tərəf yönəltməklə yanaşı özünü və ailəsini təhlükədən qorumaq və həmin silahlı maskalı şəxsi zərərsizləşdirmək üçün sağ əli ilə onu sinəsindən bərk itələməklə və eyni zamanda ayağı ilə badalaq verməklə onu döşəməyə yıxmış və özü də onun üzərinə yıxılmışdır. Həmin anda avtomat silahı həm özü lüləsindən tutmuş, həm də maskalı şəxs əli ilə bərk tutmuş vəziyətdə olmuş, yerə yıxıldıqları zamanda avtomat silahdan iki dəfə atəş açılmış, həm də həmin şəxsin maskası sifətindən sürüşərək yana çevrilmişdir. Bu zaman arvadı Kamiylə atəş səslərinə yuxudan ayılmış, həmin vaxt özü döşəmədə silahlı şəxsin üzərində olduğu anda evin içində digər şəxsin mətbəx otağına tərəf əyilib qaçdığını və gözdən itdiyini görmüşdür. Tanımadığı ikinci şəxs qaçdığı zaman oğlu Əmirxan öz yataq otağından çıxaraq onun otağına gəlmiş, Əmirxan atəş səslərini eşidib elə zənn etmişdir ki, onu silahla vurublar. Həmin silahlı şəxs özünün altında olduğundan, özü onu döşəməyə sıxaraq silahı əlindən almağa çalışdığından artıq ona müqavimət göstərə bilməyərək əlini silahdan boşaltmış, çünki artıq nəfəs almaqda çətinlik çəkmişdir. Özü və oğlu Əmirxan həmin şəxsi cəld zərərsizləşdirib tutmuş, silahı onun əlindən alıb kənara qoymuşlar. Həmin silah kalaşnikov markalı üstündə də patronlu sandıqçası olan avtomat silah olmuşdur. Əmirxan həmin şəxsin və digərinin özləri ilə əvvəldən gətirmiş olduqları plastmas sıxıcı ipi öz yataq otağından gətirib gələrək ona vermiş, özü həmin şəxsin əllərini bağlamaq məcburiyyətinə qalmışdır ki, hadisə yerinə polis əməkdaşları gələnədək onlara bir təhlükə törətməsin. Bunun ardınca özü DİN-in 102 zəng mərkəzinə zəng edib hadisə barədə məlumat vermişdir. Çox keçmədən qısa müddət ərzində hadisə yerinə Ağstafa rayon Polis şöbəsinin əməkdaşları gəlmiş və özü həmin şəxsi polis əməkdaşlarına təslim etmişdir. Həmin vaxt artıq onlara məlum olmuşdur ki, silahlı olmuş həmin şəxs Təqsirləndirilən şəxs1dur. Hələ polis əməkdaşları gələnə qədər özü həmin silahlı şəxsi zərərsizləşdirəndə, onun maskası üzündən yana çevrilərkən və avtomatı onun əlindən artıq tutub alanda özü onun kim olduğu soruşmuş, həmin şəxs ona «adım Ceyhundur, qonşun Arazla gəlmişdim» deyə bildirmişdir. Özü ondan bir daha yanında birgə gəlmiş olduğu və qaçıb gedən şəxsin kim olmasını soruşanda Ceyhun ona demişdir ki, özü ilə birgə gəlmiş həmin şəxs qonşusu Təqsirləndirilən şəxs2dır. Özü Ceyhunu əvvəllər heç vaxt tanımamış, onunla heç bir tanışlığı və ünsiyyəti, qərəzli münasibəti olmamışdır. Lakin arvadı Kamiylə yuxudan qalxıb bu mənzərəni görəndə həmin şəxsi üzdən tanımış, belə ki sonradan bildirmişdir ki, həmin şəxs Ağstafa şəhərində işlətdikləri aptek məntəqəsinə bir neçə dəfə gəlib dərman da almışdır. Təqsirləndirilən şəxs2 isə həqiqətən də özünün yaşadığı həmin evin qonşuluğunda, bir neçə ev aralıda yerləşən digər həyət evində yaşamış şəxsdir, özü Arazı çoxdan tanıyır, Təqsirləndirilən şəxs2dur, əvvəllər də dəfələrlə məhkum olunmuşdur, əvvəllər bir sıra vaxtlarda özü ona bir neçə manat cibxərcliyi verməklə maddi köməklik də göstərmişdir. Baş vermiş hadisə zamanı oğlu Əmirxan başından küt zərbə ilə xəsarət almış, onun başından qan axmışdır. Əmirxan ona danışıb bildirmişdir ki, özü həmin radələrdə yataq otağında həyat yoldaşı Zərnigarla birlikdə yuxuda olarkən həmin iki nəfər, yəni adlarını sonradan müəyyən etdikləri Ceyhun və Araz adlı həmin şəxslər hər ikisi üzləri qara maskalı halda, Ceyhun avtomat silahla, Araz isə əlində bıçaq tutmuş halda otağa daxil olaraq onu və Zərnigarı oyadaraq hədə qorxu gəlməyə başlayıb evdə olan bütün pulların və qızılların yerini deməyi, həmin əmlakları təhvil verməyi tələb etmişlər, əks halda evdə hamını öldürməklə hədələmişlər. Əmirxan ona danışıb bildirmişdir ki, yuxudan ayıldılan zaman Ceyhun əlindəki avtomat silahın arxası ilə onun başına iki dəfə zərbə vurmuş, nəticədə baş nahiyəsi qanamış, həmçinin Ceyhun və Araz özlərində olan platsmas sıxıcı ipi Zərnigara verərək ondan tələb etmişlər ki, Zərnigar onun əllərini və ayaqlarını bağlasın. Həmin vaxt Araz bu prosesin həyata keçirilməsinə nəzarət etmək üçün hədə qorxu gəlməklə oğlu Əmirxanın otağında qalmış, Ceyhun isə onu zərərsizləşdirmək məqsədilə özünün yataq otağına daxil olduqdan sonra artıq yuxarıda qeyd etdiyi proseslər baş vermişdir. Təqsirləndirilən şəxs2 ilə və Təqsirləndirilən şəxs1 ilə onun və ailə üzvlərinin heç vaxt heç bir qərəzli münasibəti, ədavət və düşmənçiliyi olmamışdır. Həmin şəxslərin ona və ailə üzvlərinə qarşı bu quldurluq cinayətini törətməkdə məqsədləri yalnız külli miqdarda əmlaklarını ələ keçirmək və talamaq olmuşdur, lakin onlar bu niyyətlərini həyata keçirə bilməmişlər. Hadisə barədə polis əməkdaşlarına zəng etməklə yanaşı ailə üzvlərindən gəlini Zərnigar da hadisə barədə onun qudası Oktaya da zəng edib məlumat vermiş, Oktay da özü, qızı Günay və onun əri, yəni öz kürəkəni Ceyhunla qısa müddət ərzində hadisə yerinə, yəni onların evə gəlib baş vermiş hadisədən xəbər tutmuşlar. Hadisə zamanı özü avtomat silahı Ceyhunun əlindən almaq üçün onun lüləsindən tutmuş, Ceyhun da avtomatı bərk tutaraq buraxmaq istəməmişdir. Bu vəziyyətdə özü Ceyhuna badalaq verib onu döşəməyə yıxan zaman avtomatdan qəflətən iki dəfə atəş açılanda atəşin alovu özünün sağ qolunu bir qədər yandırdığı üçün xəsarət almış, başqa xəsarət almamışdır. Həmin atəşlər də yerə yıxıldıqları zaman avtomatdan qəfil açılmışdır, yəni Ceyhun qəsdən atəş açmamış, sadəcə avtomat özü açılmışdır. Çünki Ceyhunun məqsədi onları qorxudub pul ələ keçirmək olmuş, bəlkə də Ceyhun özü də atəş səsi eşidilməsini istəməmişdir. Çünki Ceyhunun ona, yaxud ailə üzvlərinə atəş açmaq, yaxud öldürmək niyyəti olsaydı onun bunu etməyə əvvəldən imkanı olmuşdur. Hadisə zamanı heç bir əmlakı talanmamış və maddi ziyan da vurulmamışdır. Ceyhunu tərksilah edib evdə tutaraq saxlamışlar, Təqsirləndirilən şəxs2 isə özünü itirərək evdən qaçıb getmişdir, yəni onlar niyyətlərini həyata keçirə bilməmişlər. Sonradan onlara aydın olmuşdur ki, Ceyhun və Araz hər ikisi evə mətbəx otağının açıq pəncərə yerinin torunu kəsərək daxil olmuşlar, Araz da elə həmin yerdən evi tərk edərək qaçmışdır. Hazırda təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərdi ki, Ağstafa şəhəri 33-cü məhəllədə yerləşən fərdi həyət evində anası Zərərçəkmiş şəxs9, atası Zərərçəkmiş şəxs6, həyat yoldaşı Zərərçəkmiş şəxs8 və iki azyaşlı uşaqları ilə birlikdə yaşayır. Hamısı ailəlikcə birgə eyni evdə yaşayırlar. 17 sentyabr 2018-ci il tarixdə gecə saat 04 radələrində özü evdə özünə aid yataq otağında çarpayıda yatarkən qəflətən səs-küy eşidib yuxudan oyanmış, gözlərini yenicə açarkən iki nəfər üzlərində qara maska olan şəxslərin otaqda olduğunu, onlardan birinin əlində avtomat silah, digərinin əlində isə bıçaq olmasını görmüşdür. Həmin iki nəfər onun oyandığını görən kimi onlardan əlində avtomat silah tutan maskalı şəxs ona acıqlı şəkildə «səs salma, qışqırma, yoxsa səni öldürərəm», ardınca isə «danışma, dur ayağa, ayağa qalx» deyərək avtomat silahın lüləsini ona tərəf tutmuşdur. Həmin vaxt yaranmış səs – küyə otaqda olan həyat yoldaşı Zərnigar da yuxudan oyanmış və bu mənzərəni görüb özünü itirmişdir. Bu zaman əlində avtomat silah tutmuş həmin maskalı şəxs özündə olan ağ rəngli plastik bağlayıcı ipi onun arvadı Zərnigarın üzərinə tullayıb ondan tələb etmişdir ki, onun əllərini bağlasın. Zərnigar qorxudan çaşıb qalmış, özü və o nə edəcəklərini bilməmişlər. Bunun ardınca hər iki maskalı şəxs ona və arvadı Zərnigara hədə-qorxu gələrək evdə olan bütün pulların və qızılların yerini deməyi və yaxud təhvil verməyi tələb etməyə başlamışlar, əks halda hamını öldürəcəklərini bildirmişlər. Həmin vaxt özü qorxudan iki dəfə «ata, ata» deyərək qışqırmışdır. Bu zaman əlində avtomat silah olan şəxs ona qışqırma deyib əlindəki avtomatın arxa tərəfi ilə, yəni qundağı ilə onun başından iki dəfə möhkəm zərbə vurmuşdur. Həmin şəxs onu vurandan sonra əlindəki avtomatla valideynlərinin yatdığı yataq otağına tərəf getmiş, otaqda qalan bıçaqlı şəxs isə onu bıçaqla əvvəlcə hədələmişdir. Bu zaman atası Azərin və anası Kamiylənin yataq otağından səs-küy gəldiyini, sonra isə iki dəfə atəş açıldığını eşitmişdir. Atəş səsləri gələn kimi əlində bıçaq olan şəxs arxaya doğru addımlayıb evin mətbəxinə tərəf qaçıb getmiş, özü isə əlində avtomat silah olan şəxsin onun atasına atəş açdığını zənn edərək qeyri-ixtiyari atasıgilin yataq otağına qaçıb gələndə görmüşdür ki, atası həmin şəxsi döşəməyə yıxmış, özü də döşəmədə həmin şəxsin üstünə yıxılmış vəziyyətdə avtomat silahı tutub onun əlindən almağa çalışmaqdadır. Bu zaman həmin şəxsin üzündəki qara maska sürüşüb üzündən çıxdığı üçün onun sifətini görə bilmişlər. Həmin anda atası avtomat silahı onun əlindən almış, özü və atası onun əl qolunu tutaraq zərərsizləşdirmiş, belə ki özü cəld öz yataq otağından bir qədər əvvəl həmin şəxsin onun əllərini bağlamaq üçün gətirdiyi plastik ipi gətirmiş, atası və özü onun əllərini arxadan bağlamışlar. Hələ atəş səsi olanda anası Kamiylə də yuxudan ayılmışdır. Həmin şəxsin əlindən aldıqları silah kalaşnikov markalı üstündə də patronlu sandıqçası olan avtomat silah olmuşdur. Özləri onun əllərini bağlamışlar ki, hadisə yerinə polis əməkdaşları gələnədək bir təhlükə törətməsin. Bunun ardınca atası DİN-in 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Zərərsizləşdirdikləri şəxs özünün Təqsirləndirilən şəxs1 olmasını bildirmiş, həmçinin demişdir ki, özü ilə birlikdə evə gəlmiş o biri maskalı şəxs bir qədər aralı onların qonşuluğunda yaşayan Təqsirləndirilən şəxs2dur. Çox keçmədən qısa müddət ərzində hadisə yerinə Ağstafa rayon Polis şöbəsinin əməkdaşları gəlmiş, özü və atası həmin şəxsi polis əməkdaşlarına təslim etmişlər. Polis əməkdaşları evə də baxış keçirmiş, silahı və hadisə yerindən aşkar edilən əhəmiyyətli əşyaları götürmüşlər. Özü Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. Lakin anası Kamiylə sonradan bildirmişdir ki, özü həmin şəxsi üzdən tanıyır, həmin şəxs Ağstafa şəhərində işlətdikləri aptek məntəqəsinə bir neçə dəfə gəlib dərman da almışdır. Təqsirləndirilən şəxs2 isə həqiqətən də onların yaşadıqları həmin evin qonşuluğunda, bir neçə ev aralıda yerləşən digər həyət evində yaşamışdır, əvvəllər məhkum olunmuşdur, Təqsirləndirilən şəxs2la da özünün heç bir şəxsi münasibəti olmamışdır. Özü hadisə zamanı başından xəsarət aldığından sonradan Ağstafa rayon mərkəzi xəstəxanasına müraciət etmişdir. Sonra polis əməkdaşları Təqsirləndirilən şəxs2 da tutandan sonra özü və atası Ağstafa rayon Polis şöbəsində olarkən Arazı bir daha orada görmüşlər və Araz Ceyhunla birgə həmin hadisəni törətdiyini səmimi etiraf etmişdir. Təqsirləndirilən şəxs2 ilə və Təqsirləndirilən şəxs1 ilə nə özünün, nə də ailə üzvlərinin qərəzli münasibəti, ədavət və düşmənçiliyi olmamışdır. Həm Araz, həm də Ceyhun adlı şəxs bu hadisəni onların külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə törətmişlər, yəni ortada başqa bir səbəb olmamışdır. Ceyhunu heç tanımır, Araz isə evlərinin qonşuluğunda yaşadığı üçün çoxdan elə belə rayon sakini kimi onu tanıyır. Hadisə zamanı Araz və Ceyhun hər ikisi ondan və arvadı Zərnigardan evdə olan bütün pulların və qızılların yerini deməyi, həmçinin təhvil verməyi tələb edib əks halda öldürməklə hədələmişlər. Hadisə zamanı həm Ceyhunun əlindəki avtomat silahla, həm də Arazın bıçaqla onları vurmaq, öldürmək imkanları olmuş, lakin məqsədləri qorxudub hədə qorxu gəlməklə pul və ya qızıl ələ keçirmək olmuşdur. Yəni Ceyhun və Araz istəsəydilər onları öldürə də bilərdilər. Həmin vaxt Ceyhun əlindəki avtomatın arxa tərəfi ilə onun başına zərbə vurmuş, halbuki atəş də açmaq imkanı olmuşdur. Hadisə zamanı avtomat silahdan atəş açılarkən isə özü həmin vaxt öz yataq otağında olmuş, Araz adlı maskalı şəxs əlində bıçaqla onun və Zərnigarın yanında dayanmışdır. Ceyhun isə avtomat silahla onun atasının olduğu yataq otağına tərəf getmişdir. Bu zaman oradan iki dəfə atəş səsi gəlmiş, özü əvvəlcə elə zənn etmişdir ki, Ceyhun atasına güllə atıb. Atəş səsindən sonra Araz özünü itirərək evdən qaçıb getmişdir. Özü də həmin vaxt atasıgil olan yataq otağına tərəf qaçanda atası Azərin Ceyhunu döşəməyə öz altına yıxaraq silahı ondan almağa çalışdığını, atasının Ceyhunun üstünə yıxılmış halda olmasını görmüşdür. Sonradan atası Azər ona danışıb bildirmişdir ki, avtomatı tutub Ceyhundan almağa çalışarkən silahdan qəfildən atəş açılmışdır. Hadisə barədə polisə zənglə xəbər verməklə yanaşı arvadı Zərnigar da qohumu, yəni bacısının qaynatası Oktaya zəng edib məlumat vermiş, sonra Oktay, bacısı Günay və onun əri Ceyhun da qısa müddət ərzində onlara gələrək hadisədən xəbər tutmuşlar. Hadisə zamanı Təqsirləndirilən şəxs1 başqa Təqsirləndirilən şəxs2 əlindəki bıçaqla onun sağ buduna zərbə atmış, bıçaq sağ buduna dəyib bir qədər xəsarət yetirmişdir. Belə ki, Ceyhun avtomatın qunbağı ilə onun başından vurandan sonra valideynlərinin yatdığı otağa gedəndə Araz həmin vaxt onu bıçaqla hədələməklə zərbə atıb sağ buduna xəsarət yetirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərdi ki, Ağstafa şəhəri 33-cü məhəllədə yerləşən fərdi evdə əri Zərərçəkmiş şəxs7, iki azyaşlı uşaqları, qaynanası Zərərçəkmiş şəxs9 və qaynatası Zərərçəkmiş şəxs6 ilə birlikdə yaşayır. Özü evdar qadındır, yaşadığı evin həyətyanı sahəsində təsərrüfat işləri ilə məşğul olur. 17 sentyabr 2018-ci il tarixə keçən gecə özü və digər ailə üzvləri yatmışlar. Gecə saat təxminən 04 radələrində özü qəflətən öz yataq otağında kiminsə «danışma, dur ayağa, ayağa qalx deyirəm» kimi sözlər işlətdiyini eşidib yuxudan ayılmış, ayılanda görmüşdür ki, yataq otağında iki nəfər, hər birinin üzündə qara maska olan şəxslər onun əri Əmirxanı yuxudan oyadıb çarpayıda oturmuş vəziyyətdə ona «səs salma, qışqırma, yoxsa səni öldürərəm» deyə bildirirlər. Həmin iki nəfər maskalı şəxslərdən birinin əlində avtomat silah, digərinin əlində isə bıçaq olmuşdur. Özü bu mənzərəni görüb bərk həyacanlanaraq qorxudan nə edəcəyini heç bilməmiş, əlində avtomat silah tutan maskalı şəxs Əmirxana acıqlı şəkildə avtomat silahın lüləsini tutaraq onu, həmçinin özünü də hədələməyə başlamışdır. Həm avtomat tutan, həm də əlində bıçaq olan həmin şəxslərin hər ikisinin üzlərindəki maskalarda göz və ağız yerlərinin dəlikləri olmuş, sifətləri görünməmişdir. Onların hər ikisi ona və Əmirxana hədə-qorxu gələrək evdə olan bütün pulların və qızılların yerini demələrini, həmin qızılları və pulları çıxarıb onlara vermələrini tələb etməyə başlamış, əks halda hamını öldürəcəklərini deməklə hədələmişlər. Əlində avtomat silah tutmuş həmin maskalı şəxs özündə olan ağ rəngli plastik bağlayıcı ipi onun üstünə tullayıb tələb etmişdir ki, həmin plastik iplə əri Əmirxanın əllərini bağlasın. Özü nə edəcəyini bilməmişdir. Onlar bir neçə dəfə pulları və qızılları verməyi tələb edərək hədə qorxu gəlməyə davam etdikdə, həmçinin əllərin bağlanmasını ondan tələb etdikdə əri Əmirxan qorxudan iki dəfə «ata, ata» deyərək qışqırmış, bu zaman əlində avtomat silah olan şəxs Əmirxana yaxınlaşıb niyə qışqırdığını deməklə əlindəki avtomatın arxa tərəfi ilə, yəni qundağı ilə Əmirxanın başından iki dəfə vurmuşdur. Həmin şəxs Əmirxanı vurandan sonra əlində bıçaq olan şəxsə özlərinin yanında dayanmasını və əllərini bağlamasını tapşıraraq özü əlindəki avtomatla həmin otaqdan çıxıb qaynatası və qaynanasının yataq otağına tərəf getmişdir. Həmin vaxt otaqda qalan əli bıçaqlı maskalı şəxs onu və əri Əmirxanı əvvəlcə yenə bıçaqla hədələmiş, sonra isə əlindəki bıçağı hərəkət etdirib Əmirxanın sağ buduna, həmçinin onun da sağ biləyinə xəsarət yetirmişdir. Bu ərəfədə qaynatası Azərin və qaynanası Kamiylənin yataq otağından səs-küy gəlmiş, sonra isə iki dəfə ardıcıl atəş səsləri eşidilmişdir. Hər şey çox ani şəkildə baş vermiş, atəş səsləri gələn kimi əlində bıçaq olan şəxs bir qədər özünü itirib arxaya doğru addımladıqda Əmirxan da çarpayıdan ayağa qalxmışdır. Özü və Əmirxan elə bilmişlər ki, o biri yataq otağında əli avtomatlı maskalı şəxs qaynatası Azərə atəş açıb. Bu anda əli bıçaqlı şəxs onların yataq otağını tərk edib evin mətbəx otağına qaçmış, əri Əmirxan cəld atası Azərin yataq otağına qaçmış, özü də yerindən qalxıb həmin otağa tərəf yaxınlaşanda qaynatası Azərin həmin avtomat silahlı maskalı şəxsi döşəməyə yıxdığını, döşəmədə onun üstünə yıxıldığı vəziyyətdə həmin şəxsə yerdə süpürləşdiyini və avtomat silahı tutub onun əlindən almağa çalışdığını görmüşdür. Bu zaman həmin şəxsin üzündəki qara maska sürüşüb üzündən çıxdığı üçün onun sifətini görə bilmişlər. Özü həmin şəxsi heç tanımamışdır. Əri Əmirxan da atasına kömək etməyə və silahı həmin şəxsdən almağa çalışmışdır. Necə oldusa qaynatası Azər avtomat silahı həmin şəxsin əlindən alaraq kənara qoymuş, həmçinin Azər onun əl qolunu tutub saxlamağa çalışmışdır. Bu anda Əmirxan bir qədər əvvəl özlərinin yataq otağında qalmış, həmin şəxslərin özləri ilə gətirdikləri plastik ipi gətirmiş və atası Azərlə birlikdə həmin şəxsin əllərini arxadan bağlamışdır. Bu ərəfədə qaynanası Kamiylə də yuxudan ayılaraq araya girib həmin şəxsin zərərsizləşdirilməsinə kömək etmək istəmişdir. Həmin şəxsin əlindən alınan silah kalaşnikov markalı, üstündə də patronlu sandıqçası olan avtomat silah olmuşdur. Qaynatası həmin şəxsdən kim olmalarını və nə üçün gəldiklərini soruşanda həmin şəxs özünün Təqsirləndirilən şəxs1 olmasını və özü ilə gəlmiş şəxsin Təqsirləndirilən şəxs2 olduğunu bildirmişdir. Həmin anda ailəlikcə həyəcan və qorxu içində olmuşlar. Onun əlləri bağlanandan sonra qaynatası Azər dərhal DİN-in 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. X59 adlı şəxsi tanıdığını, onun İsmayılın oğlu Təqsirləndirilən şəxs2 olmasını onlara bildirmişdir. Belə ki, əlləri bağlanan şəxs Azərə «mənimlə gələn o biri maskalı şəxs sənin o biri evinin yaxınlığında yaşayan qonşun Təqsirləndirilən şəxs2dır» deyə bildirmişdir. Çox keçmədən qısa müddət ərzində hadisə yerinə Ağstafa rayon Polis şöbəsinin əməkdaşları gəlmiş, Azər və Əmirxan həmin şəxsi polis əməkdaşlarına təslim etmişlər. Polis əməkdaşları evə də baxış keçirmiş, silahı və digər lazım bildikləri əşyaları aşkar edib götürmüşlər. Özü qaynanası Kamiylənin deməsindən başa düşmüşdür ki, o əlləri bağlanan Ceyhun adlı şəxsi əvvəllər işlətdliyi aptekə bir iki dəfə gəlib dərman aldığı üçün üzdən tanıyır. Əri Əmirxan başından avtomat qundağı ilə zərbə aldığı üçün başı qanamış, ona görə də bir az sonra Ağstafa rayon mərkəzi xəstəxanasına getmişdir. Səhər saatlarında isə polis əməkdaşları Təqsirləndirilən şəxs2 adlı şəxsi tutandan sonra onları Ağstafa rayon Polis şöbəsinə dəvət etmiş, özü də həmin şəxsi orada görmüş və səsindən, hərəkətindən tanımışdır. Araz adlı həmin şəxs Ceyhunla birgə onların evə silahlı basqın etməsini polis əməkdaşlarına səmimi etiraf etmişdir. Hadisə zamanı özünün iki azyaşlı körpə uşaqları hər ikisi onun yataq otağında öz çarpayılarında yatmış, yuxuda olmuşlar. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 evdə uşaqlara qarşı heç bir zorakılıq hərəkətləri olmamışdır. Özü Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 heç tanımır, nə özünün, nə də ailə üzvlərinin həmin şəxslərlə heç bir qərəzli münasibəti, ədavət və düşmənçiliyi olmamışdır. Onların hər ikisi ondan və Əmirxandan evdə olan bütün pulların və qızılların yerini deməyi və təhvil verməyi tələb edib əks halda öldürəCəkləri ilə onları hədələmişlər. Lakin niyyətlərini həyata keçirə bilməmişlər. Hadisə zamanı Təqsirləndirilən şəxs1 əlindəki avtomat silahla, Təqsirləndirilən şəxs2 bıçaqla onları vurub öldürmək, ağır xəsarət yetirmək imkanları olmuş, lakin məqsədləri qorxudub hədə qorxu gəlməklə pul və ya qızıl ələ keçirmək olmuşdur. Yəni istəsəydilər onları öldürə də bilərdilər. Təqsirləndirilən şəxs1 əlindəki avtomatın arxa tərəfi ilə Əmirxanın başına zərbə vurmuşdur. Araz adlı digər maskalı şəxs isə bıçaqla qorxudmaq üçün ona və Əmirxana bıçağı hərləyib xəsarət yetirmişdir. Hadisə zamanı avtomat silahdan atəş açılarkən özü və Əmirxan öz yataq otağında olmuş, Araz adlı maskalı şəxs əlində bıçaqla onun və Əmirxanın yanında dayanmışdır. Ceyhun avtomat silahla qaynatası Azərgilin yataq otağına gedəndən sonra oradan iki dəfə atəş səsi eşitmişlər. Atəş səsindən sonra Araz özünü itirərək evdən qaçıb getmiş, Əmirxan, sonra isə özü həmin yataq otağına tərəf qaçanda Azərin Ceyhunu döşəməyə öz altına yıxaraq silahı ondan almağa çalışdığını və Ceyhunun üstünə yıxılmış halda onunla süpürləşdiyini görmüşlər. Sonradan qaynatası Azər onlara danışıb bildirmişdir ki, avtomatı Ceyhunun əlindən tutub alma prosesində silahdan qəfildən atəş açılmışdır. X43 tərksilah edəndən sonra özü baldızının qaynatası Oktaya zəng edib məlumat vermiş, sonra Oktay, baldızı Günay və onun əri Ceyhun da qısa müddət ərzində onlara gəlmiş və hadisəni bilmişlər. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərdi ki, Ağstafa şəhəri 33-cü məhəllədə yerləşən fərdi həyət evində əri Zərərçəkmiş şəxs6, oğlu Zərərçəkmiş şəxs7, gəlini Zərərçəkmiş şəxs8 və iki azyaşlı nəvələri ilə birlikdə yaşayır. 17 sentyabr 2018-Ci il tarixdə gecə saat 04 radələrində özü və əri Azər evdə özlərinə aid yataq otağında çarpayıda yatmışlar. Həmin vaxt özü qəfildən atəş səsləri eşitmiş və həyəcanlanıb yuxudan qalxanda görmüşdür ki, onlara aid yataq otağında əri Azər bir nəfər tanımadığı, sifətində qara maska olan şəxslə döşəməyə yıxılaraq süpürləşir, həmin maskalı şəxsin əlində tutduğu avtomat silahdan həm də Azər yapışaraq silahı onun əlindən almağa çalışır. Qorxudan özü də qışqırmış, bu zaman oğlu Əmirxan da öz yataq otağından çıxaraq onların otağına gəlmiş, Əmirxanın baş nahiyyəsi qanamışdır. Özü bir qədər özünü itirsə də başa düşmüşdür ki, kimlərsə evə silahlı basqın etmişlər. Həmin maskalı silahlı şəxs əri Azərin altına yıxılmış, oğlu Əmirxan da gələrək həmin maskalı şəxsin əlindən silahı almağa çalışmışdır. Bu zaman həmin şəxsin sifətindəki maska sifətindən çıxdığı üçün özü onu üzdən tanımış, belə ki əvvəllər bir iki dəfə Ağstafa şəhərində özünün işlədiyi, ailəsinə məxsus aptekə gəlib dərman almış, lakin adını bilməmişdir. Özü də ərinə və Azərə kömək etmək niyyəti ilə onlara tərəf yaxınlaşmış, bu zaman araya girib avtomatı tutub almağa çalışanda avtomatın hansısa hissəsi onun sağ dirsəyinə dəyib bir az xəsarət yetirmişdir. Artıq maskalı şəxs əlini silahdan boşaldıb buraxmışdır. Həmin vaxt əri Azər və oğlu Əmirxan həmin şəxsi cəld zərərsizləşdirib tutmuş, silahı onun əlindən alıb kənara qoymuşlar. Həmin silah kalaşnikov markalı üstündə də patronlu sandıqçası olan avtomat silah olmuşdur. Oğlu Əmirxan öz yataq otağına gedib gətirdiyi plastmas sıxıcı ipi Azərə verərək hər ikisi onun qollarını arxadan bağlamışlar ki, təhlükə törətməsin. Bunun ardınca əri Azər DİN-in 102 zəng mərkəzinə zəng edib hadisə barədə məlumat vermişdir. Çox keçmədən qısa müddət ərzində hadisə yerinə Ağstafa rayon Polis şöbəsinin əməkdaşları gəlmiş və həmin şəxsi polis əməkdaşlarına təslim etmişlər. Polis əməkdaşları evə baxış keçirmiş, silahı və digər zəruri bildikləri əşyaları götürmüşlər. Polis əməkdaşları gələnə qədər silahlı olmuş həmin şəxs özünün Təqsirləndirilən şəxs1 olmasını, özü ilə birlikdə evə gəlmiş digər maskalı şəxsin isə qonşuları Təqsirləndirilən şəxs2 olmasını bildirmişdir. Özünün və ailəsinin Ceyhun adlı həmin şəxslə əvvəllər heç vaxt şəxsi tanışlığı, ədavət və düşmənçiliyi olmamışdır. Özü sadəcə onu əvvəllər bir iki dəfə aptekə gəlib dərman aldığı üçün görüb üzdən tanımışdır. Təqsirləndirilən şəxs2 isə həqiqətən də onların yaşadığı evin qonşuluğunda, bir neçə ev aralıda yerləşən digər həyət evində yaşamış şəxsdir, onu çoxdan tanıyır, əvvəllər dəfələrlə məhkum olunmuşdur. Baş vermiş hadisə zamanı oğlu Əmirxan başından küt zərbə ilə xəsarət almış, onun başından qan axmışdır. Sonra oğlu Əmirxan onlara danışıb bildirmişdir ki, özü həmin radələrdə yataq otağında həyat yoldaşı Zərnigarla birlikdə yuxuda olarkən iki nəfər, adlarını sonradan müəyyən etdikləri Ceyhun və Araz adlı həmin şəxslər hər ikisi üzləri qara maskalı halda, Ceyhun avtomat silahla, Araz isə əlində bıçaq tutmuş halda otağa daxil olaraq onu və Zərnigarı oyadaraq hədə qorxu gəlməyə başlayıb evdə olan bütün pulların və qızılların yerini deməyi, həmin əmlakları təhvil verməyi tələb etmişlər, əks halda evdə hamını öldürməklə hədələmişlər. Oğlu Əmirxan danışıb bildirmişdir ki, elə yuxudan ayıldılan zaman Ceyhun əlindəki avtomat silahın arxası ilə onun başına iki dəfə zərbə vurmuş, nəticədə baş nahiyəsi qanamış, həmçinin Ceyhun və Araz özlərində olan platsmas sıxıcı ipi Zərnigara verərək ondan tələb etmişlər ki, Zərnigar onun əllərini və ayaqlarını bağlasın. Həmin vaxt Araz bu prosesin həyata keçirilməsinə nəzarət etmək üçün bıçaqla hədə qorxu gəlməklə Əmirxanın otağında qalmış, Ceyhun isə Azəri zərərsizləşdirmək məqsədilə onların yataq otağına daxil olduqdan sonra artıq yuxarıda qeyd etdiyi hadisələr davam etmişdir. Təqsirləndirilən şəxs2 ilə və Təqsirləndirilən şəxs1 ilə heç vaxt heç bir qərəzli münasibəti, ədavət və düşmənçiliyi olmamışdır. Həmin şəxslərin ona və ailə üzvlərinə qarşı bu quldurluq cinayətini törətməkdə məqsədləri külli miqdarda əmlaklarını ələ keçirmək və talamaq olmuşdur, lakin bu niyyətlərini həyata keçirə bilməmişlər. Sonradan hadisə barədə gəlini Zərnigar da qudası Oktaya zəng edib məlumat vermiş, Oktay da özü, qızı Günay və onun əri, yəni kürəkəni Ceyhunla qısa müddət ərzində hadisə yerinə, yəni onların evə gəlib baş vermiş hadisədən xəbər tutmuşlar. Hadisə zamanı avtomat silahdan atəş açılarkən özü yataq otağında yatmış vəziyyətdə olmuş, yuxudan səhv etmirsə iki dəfə atəş səsinə oyanmış, həmin vaxt əri Azərin Ceyhunu döşəməyə öz altına yıxaraq silahı ondan almağa çalışdığını görmüşdür. Sonradan Azər ona danışıb bildirmişdir ki, avtomatı tutub Ceyhundan almağa çalışarkən atəş qəfildən açılmışdır. Özü yuxudan qalxanda Araz artıq qaçmış, özü Arazı görməmişdir. Ceyhun isə ona birbaşa xəsarət yetirməmiş, sadəcə özü araya girib Azər və oğlu Əmirxan kimi avtomatı Ceyhunun əlindən almağa çalışanda avtomatın hansısa hissəsi onun sağ dirsəyinə dəyib bir qədər zədələmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Tovuz rayonunun Çilovdarlı kəndində yaşayır. Rəsmi olaraq Tovuz Gömrük İdarəsində maliyyə-tarif şöbəsinin rəisi vəzifəsində işləyir. Özü ilə birlikdə arvad Natəvan, anası Əzət, qızı Lamiyə, oğlu Eltun, gəlini Sevinc, üç aylıq nəvəsi Aişə və evin qulluqçusu Dostu birlikdə yaşayırlar. Hadisə amanı böyük oğlu Pərvin hərbi xidmətdə olduğu üçün müvəqqəti olaraq onlarla yaşamamışdır.Yaşadığı ev bir mərtəbəli həyət evidir və kürsülüdür. Küçədən evinə girdikdə sol tərəfdə bir otaqdan ibarət birmərtəbəli otaq tikdirmişdir. Həmin otağın qabağında isə çardaq düzəltdirmişdir. Yaşayış evini isə darvazadan girdikdə sol tərəfdə tikdirmişdir. Evin həyətinə baxan pəncərələrinə çöl tərəfdən dəmir barmaqlıqlar düzəltdirmişdir. Giriş qapısı isə dəmir materialdan hazırlanmışdır. Yaşadığı evin həyətinə və küçə tərəfdən kameralar quraşdırmışdır. Özü gecələri ailəsi ilə, yəni arvadı Natəvan, oğlu Eltun, qızı Lamiyə, gəlini Sevinc və körpə nəvəsi Aişə ilə birlikdə kürsülü evdə yatır. Özü, arvadı və oğlu bir otaqda, gəlini, qızı və nəvəsi isə digər otaqda yatırlar. Anası Əzətlə evin qulluqçusu Dostu evin həyətində tikdirdiyi bir otaqlı evdə yatırlar. Anası ilə Dostunun yatdıqları otağın qapısı bağlanmır və həmişə açıq olur. 20 may 2015-ci il tarixdən 21 may 2015-ci il tarixə keçən gecə ailə üzvlərinin hamısı, o cümlədən evin qulluqçusu dostu da evdə olmuşlar. Həmin gün saat 24 radələrində hamı yatmağa getmiş, həmişə olduğu kimi anası ilə Dostu evin həyətindəki bir otaqlı otaqda yatmışlar. Arvadı, özü və oğlu Elton öz otağında, gəlini, nəvəsi və qızı isə öz otaqlarında yatmışlar. 21 may 2015-ci il tarixdə saat 03:40-da özü və arvadı Natəvan evin qapısının döyülməsi səsinə oyanmışlar. Bununla bağlı ilkin olaraq özü evin aynabəndinə çıxıb qapını kimin döydüyünü soruşanda dostu «mənəm» deyə bildirmişdir. Ona görə də özü yataq otağına qayıdıb arvadı Natəvana «Dostudur, get gör nə deyir» deyə bildirmişdir. Natəvan da üst paltarını geyinmədən qapını açmağa getmişdir. Özü eşitmişdir ki, Natəvan Dostudan nə baş verməsini soruşanda Dostu Əzət xalanın xəstələndiyini demişdir. Həmin vaxt Natəvan qapını açanda öz otağının qapısı açıq olduğundan evin içərisinə naməlum şəxslərin silahlı basqın etdiklərini görmüşdür. Həmin vaxt bir nəfər arıq bədən quruluşlu, qarabəniz, sifətinə qara rəngli kapron corabdan maska taxmış kişi Natəvanın üstünə hücum edib ondan sakit durmasını tələb etmişdir. Evə Dostu ilə birlikdə əlavə olaraq sifətlərində maska olan üç nəfər şəxs də daxil olmuşlar. İçəri girən şəxslərin əllərində avtomat silah olmuşdur. Aynabənddə onlar arvadı Natəvanı və Dostunu qonşu otağa salmışlar. Həmin anda özü olduğu otağın qapısını arxadan bağlayıb dərhal mobil telefon vasitəsi ilə polisə zəng etmək istəmiş, lakin buna qədər maskalı şəxslərdən biri, yəni arıq bədənli şəxs onun olduğu otağın qapısını sındırıb otağa girmiş, sonra isə mobil telefonunu əlindən alıb harasa zəng edib-etmədiyini bilmək üçün baxmış, telefona baxanda heç bir yerə zəng edilmədiyini görmüş, bundan sonra həmin şəxs onu Natəvanın olduğu otağa aparmışdır. Həmin şəxs onu otaqdan çıxardan zaman onlardan biri qonaq otağında olan kreslonun yanında durmuş və əvvəldən axıra kimi əlində avtomata oxşar silahla onlara nəzarət etmişdir. Özü otağa girdikdən sonra həmin şəxslərə ailəsi ilə işlərinin olmamasını deyərək nə istəsələr verəcəyini bildirmişdir. Bundan sonra özü, arvadı Natəvan və əllərində avtomat olan iki nəfər şəxs Natəvanla özünün yatdığı yataq otağına keçmişlər. Otağa keçdikdən sonra özü pullarını və qızıllarını saxladığı seyfə yaxınlaşmışdır ki, seyfi açıb onlara pul və qızılları versin. Lakin seyfə yaxınlaşanda özünə elə gəlmişdir ki, həmin şəxslərin hər ikisi onun seyfdə silah gizlətdiyini və silahı götürüb onları vuracağını düşünərək hər ikisi əllərindəki avtomatın zatvorunu qabağa çəkib buraxmış və ondan kənara çəkilməsini istəmişlər. Həmin vaxt arvadı Natəvan onların qabağına keçərək «öldürmək istəyirsənsə məni öldür, lakin bununla heç bir şey əldə etməyəcəksiniz, səsə hamı buraya gələcək» deyə bildirmiş, bundan sonra Natəvan seyfin açarlarının onda olduğunu deyərək əynini geyinməyə icazə istəmişdir. Natəvan əynini geyindikdən sonra seyfin açarlarını da şkafdan götürüb ona vermişdir. Özü isə seyfi açıb 50.000 ABŞ dolları məbləğində nağd pulu həmin şəxslərə vermiş, seyfdə qızıllar da olmuşdur. Həmin vaxt özü maskalı şəxslərə «kişiliyiniz olsun, qadının qızıllarına dəyməzlər, qızıllara dəyməyin» deyə bildirsə də həmin şəxslərdən arıq bədənli olanı ona « nə dəymə əəə, bura ver görüm» deyərək seyfdə olan qızılları da götürmüşdür. Onların apardıqları qızıl-zinət əşyaları bir ədədi 450 manat olan cəmi 2250 manat dəyərində 5 ədəd onluq qızıl, bir ədəd 225 manat olan cəmi 450 manat məbləğində 2 ədəd beşlik qızıl, bir ədəd 800 manat məbləğində on beşlik qızı, bir ədəd 3500 manat məbləğində iyirmi beşlik qızıl və bir ədəd 1000 manat məbləğində «İmperial» qızıl olmuşdur. Qızılları da götürdükdən sonra həmin şəxslərin hamısı evdən çıxıb getmişlər. Arvadı Natəvan isə həmin şəxslərin arxasınca gedib baxmaq istəyəndə özü qoymamışdır. Onlar gedəndən sonra özü DİN-in 102 zəng mərkəzinə zəng edib hadisə barədə məlumat vermişdir. Sonra isə özü evinə quraşdırılmış kameraya baxanda evinə basqın edən şəxslərin dörd nəfər olduqlarını, dördüncü şəxsin evin giriş qapısının çölündə gözlədiyini görmüşdür. Evinə basqın edən şəxslərin heç birini tanımır, əvvəllər görməmişdir. Həmin şəxslərin ikisi ilə özü hadisə zamanı ünsiyyətdə olmuş, üçünCü ilə söhbəti olmamışdır. O kənarda dayanıb nəzarət etmişdir. Həmin şəxslərdə özü nəzərə çarpacaq heç bir fərdi əlamət də görməmişdir. Həmin şəxslərdən birinin boyu digərlərinə nisbətən hündür, 175-180 sm ölçüdə olmuş, dolu bədən quruluşuna malik, sarıyanız, əynində qara rəngli parça gödəkçə, başında gödəkçənin kapşonu, sifətində isə səhv etmirsə qadın Corabından olan maska olmuşdur. Digəri arıq bədən quruluşlu, 170- 175 sm hündürlüyündə olmuş, sifətində tor-tor maskadan parça olmuş, iri burnunun olması hiss olunmuş, digərinin başında kepka papaq olmuş, boyu isə təxminən 170-175 sm hündürlüyündə olmuşdur, onun əynindəki paltarlarını xatırlamır. Həmin şəxslərin əllərindəki avtomat silahlardan ikisinin qundağı dəmir olmaqla bir qədər gödək olmuş, digər avtomat isə bir qədər uzun olmaqla qundağı sarı rəngli taxtadan olmuşdur. Basqın zamanı həmin şəxslər onu vurmamış və xəsarət yetirməmişlər. Həmin şəxslərdən heç biri öz aralarında bir-biri ilə danışmamış və bir-birinin adını çəkməmişlər. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, əri Zərərçəkmiş şəxs1 ifadəsinə oxşar məzmunlu olan ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Tovuz rayonunun Çilovdarlı kəndində yaşayır. Özü Tovuz rayonunun Qədirli kənd tam orta məktəbində əmək təlimi fənni üzrə müəllimə işləyir. Zərərçəkmiş şəxs1 onun əridir, özü və əri Pərvizin birgə yaşadıqları evdə qaynanası X16, evin təsərrüfat işlərində onlara kömək edən Tovuz rayonunun Aşağı Öysüzlü kəndində qeydiyyatda olan X20, övladı Zərərçəkmiş şəxs4, gəlini Zərərçəkmiş şəxs3, azyaşlı övladı X29 və böyük övladı X21 da yaşayırlar. Hadisə zamanı Pərvin Rəhimli hərbi xidmətdə olmuşdur. Əri Zərərçəkmiş şəxs1 Tovuz Gömrük İdarəsinin maliyyə-tarif şöbəsinin rəisi vəzifəsində işləyir. Yaşadıqları ev həyət evi olmaqla bir mərtəbəli kürsülüdür. X37 və Dostu Postarova həmin evin həyətində yerləşən bir mərtəbəli evdə, qalan ailə üzvləri isə digər kürsülü evdə yaşayırlar. Qaynanasının yatdığı evin giriş qapısının nə daxili, nə də asma qıfılı yoxdur. Özlərinin yaşadıqları evin qapısının isə həm daxili qıfılı var, həm də arxadan Cəftə ilə bağlanır. Özü, Pərviz və kiçik oğlu Eltun bir yataq otağında, qızı Lamiyə ilə gəlini Sevinc və yeni doğulmuş nəvəsi Aişə digər yataq otağında yatırlar. 21 may 2015-ci il tarixə keçən gecə saatlarında özü və Pərviz öz yataq otağına keçib yatmışlar. Gecə saat 03:40da özü və Pərviz qapının döyülməsinə yuxudan oyanmışlar. İlk olaraq Pərviz aynabəndə çıxmış və qapının arxasından kimin olduğunu soruşanda Dostunun olmasını bildiyi üçün geri qayıdaraq ona «gör nə deyir» deyə bildirmiş, bu səbəbdən özü paltarını geyinmədən aynabəndə çıxıb qapıya yaxınlaşanda Dostudan «nə olub?» deyə soruşmuş, Dostu isə cavabında «Əzət xala xəstələnib, qapını aç» deyə bildirmiş, öz üelə qapını açan kimi qabaqda bir nəfər arıq bədən quruluşuna malik, qarayanız, sifətində qara rəngli kapron corabdan maskası olan kişi sürətlə onun üstünə tərəf qaçıb ona «sakit dur» deyə bildirmiş, onun arxasınca isə Dostu Postarova, daha sonra isə digər ikinci şəxs daxil olmuşdur. Həmin şəxs birinciyə nisbətən hündür və dolu bədən quruluşuna malik sarıyanız, əynində qara rəngli parça gödəkçə, başında gödəkçənin kapşonu olmuş, sifətinə isə qadın corabı keçirilmişdir. Həm birinci şəxsin, həm də ikinci şəxsin əlində avtomat silahına oxşar silah olmuşdur. Onların hər ikisi də əllərindəki avtomatı onların üstünə tuşlamış, özü aynabənddə onlarla mübahisə etdikdən sonra tez gəlini və qızının yatdığı otağa daxil olmuşdur ki, onlar üçün bir təhlükə olmasın. Özü onların yatdığı otağa daxil olan kimi hər iki şəxs onun arxasınca otağa daxil olmuş, onlardan dolu bədən quruluşuna malik olanı onların yanında qalmış, digər arıq bədənli şəxs isə otaqdan çıxıb Pərvizin olduğu otağa tərəf getmişdir. O gedəndən sonra özü zərbədən qapının qırıldığını eşitmiş, aradan 5-6 saniyə keçmiş həmin arıq bədən quruluşuna malik olan şəxs Pərvizlə birlikdə onların yanına gəlmişlər. Özü həmin şəxslərə «nə istəsən verəcəyik, bircə uşaqlara dəyməyin» deyə bildirmişdir. Bunu deyib özü, əri Pərviz və dolu bədən quruluşuna malik olan şəxs özlərinin yataq otağına getmişlər. Elə həmin yerdə hər iki şəxs əllərindəki avtomatın zatvorunu qabağa çəkib buraxmışlar. Özü onların nədənsə şübhələndiklərini və Pərvizi silahla vuracaqlarını düşünərək qorxmuş, bunu görüb tez qabağa duraraq «öldürmək istəyirsənsə məni öldür, lakin bununla heç bir şey əldə etməyəcəksən, çünki səsə hamı buraya gələcəkdir» deyə bildirmişdir. Bunu deyəndən sonra orada olan seyfin açarları onda olduğu üçün özü həmin şəxslərə «açarlar məndədir, qoyun əynimi geyinim» deyə bildirmiş, sonra xalatını da əyninə geyinib açarları şkafdan götürüb Pərvizə vermişdir. Bundan sonra Pərviz seyfi açıb oradan 50.000 ABŞ dolları məbləğində nağd pulu götürüb həmin şəxslərə verərək qızıllara dəyməməyi təklif etsə də, arıq bədən quruluşlu şəxs «nə dəymə əəə, ver bura» deyərək əlini seyfə salıb oradan qızılları da götürmüşdür. Həmin qızılların içərisində 5 ədəd onluq qızıl, 2 ədəd beşlik qızıl, 1 ədəd on beşlik qızıl, 1 ədəd iyirmi beşlik qızıl, 1 ədəd də «İmperial» qızıl olmuşdur. Onları pulları və qızılları götürüb evi tərk edəndən sonra əri Pərviz DİN-in 102 mərkəzinə zəng edib hadisə barədə məlumat vermişdir. Hadisə zamanı özü otaqda yalnız iki nəfərin olmasını görmüş, yaşadıqları evdə quraşdırılmış müşahidə kameralarına sonradan baxanda isə basqın edənlərin dörd nəfər olduqlarını, ikisinin evə daxil olduğunu, birinin isə qapının astanasında gözlədiyini bilmişlər. Həm də hadisə zamanı həmin şəxslərdən ikisi onu dairəyə aldıqlarından və özü həyəcanlı olduğundan ətrafa dəqiq baxa bilməmişdir. Belə ki özünün görmə qabiliyyəti zəif olmaqla eynəkdən istifadə edir. Özü həmin şəxsləri tanımır, əvvəllər heç yerdə görməmiş, eləcə də onların sifətlərində qara rəngli kapron corabdan maska olduğu üçün sifətlərini dəqiq ayırd edə bilməmişdir. Həmin şəxslərin biri ilə özü ünsiyyətdə olmuş və danışığından başa düşmüşdür ki, həmin şəxs Tovuz rayon sakini deyil. Belə ki onlar evə basqın edən zaman özünün əynində yalnız alt paltarı olmuşdur. Özü onlardan birinə, yəni dolu bədən quruluşuna malik olan, əynində qara rəngli kapşonla birlikdə gödəkçəsi və kürəyində çantası olan şəxsə «imkan verin gedim paltarlarımı geyinim» deyə bildirəndə həmin şəxs ona gəlininin şalvarı ilə koftasını uzadıb «al geyin» deyə bildirmiş, özü ona «onlar mənim deyil, mənim paltarlarım öz otağımızdadır» deyə cavab vermiş, həmin şəxs isə ona «bizim də bacımız var, nə olar get geyin» cavabını vermişdir. Özü həmin bacı sözünə əsaslanaraq deyə bilər ki, həmin şəxs Tovuzlu deyildir, çünki Tovuz rayonunda «bacı» sözü daha çox «bacı» kimi işlədilir. Həmin şəxslərin əllərindəki avtomat silahlardan ikisinin qundağı dəmir olmaqla bir qədər gödək olmuş, digər avtomat isə bir qədər uzun olmaqla qundağı sarı rəngli taxtadan olmuşdur. Basqın zamanı həmin şəxslərdən heç biri ona xəsarət yetirməmiş, lakin onlar ilk öncə basqın edib evə soxulanda özü onlardan birini qorxudan əli ilə kənara itələyərkən sol əlinin beşinci barmağı, yəni çeçələ barmağı yaralanıb qan axmışdır. Həmin şəxslərdən heç biri öz aralarında bir-biri ilə danışmamış və bir-birinin adını çəkməmişlər. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Tovuz rayonunun Aşağı Öysüzlü kəndində yaşayır və həmin kənddə də qeydiyyatdadır. Rəsmi olaraq heç yerdə işləmir, üç ildir ki Tovuz rayonunun Cilovdarlı kəndində Zərərçəkmiş şəxs1 evində xidmətçi kimi işləyir və gecələri Pərvizin evində qalır. Həmin evdə Pərviz, onun anası Əzət, arvadı Natəvan, oğlu Eltun, qızı Lamiyyə və gəlinləri Sevinclə birlikdə yaşayır. Özü gecələri Əzətlə birlikdə yaşayış evinin həyətində tikilmiş bir otaqlı tikilidə qalır, Pərvizgil isə kürsülü evdə qalırlar. Əzətlə özünün qaldığı evin bir ədəd giriş qapısı var, qapının qıfılı yoxdur. Ona görə də qapı örtülü olsa da həmişə açıq qalır. 20 may 2015-ci il tarixdən 21 may 2015-ci il tarixə keçən gecə Əzətlə birlikdə yatmışdır. Pərviz də yatmazdan qabaq evə gəlmiş, sonra yatmaq vaxtı gələndə ailəsi ilə yaşadığı evə çıxmışdır. Yuxuda olarkən aradan nə qədər keçdiyini bilməsə də kiminsə onun boğazından bərk tutub boğmasını hiss etmiş, gözünü açanda əlləri ilə onun boğazından tutan şəxsin bir nəfər sifətində maska olan şəxs olduğunu görmüşdür. Həmin şəxsin yanında da digər üç nəfər sifətləri maskalı şəxslər olmuşdur. Onu boğan şəxs ona «səsini çıxartma, sənlik işimiz yoxdur, kirmişcə ayağa dur» deyə bildirmiş, çarpayıdan ayağa durmuş, ayağa duran zaman digər üç nəfər maskalı şəxsdən ikisinin Əzətin yanına getdiklərini və Əzətin əllərini, ayaqlarını skoçla bağladıqlarını və onu çarpayısına uzatdıqlarını görmüşdür. Həmin vaxt özünün yanında olan iki nəfər maskalı şəxsdən biri Əzəti ona işarə edərək «o kimdir, sən kimsən» deyə soruşmuş, özü müvəqqəti bu evə işləməyə gəldiyini, Əzətin isə ev sahibi Pərvizin anası olduğunu demişdir. Həmin şəxslərin hamısı onun da əllərini və ayaqlarını skoçla bağlayıb çarpayıda otuzdurmuşlar. Əvvəl onun boğazından tutmuş şəxsin əlində avtomat silah olmuş, həmin şəxs hündürboylu, kök bədən quruluşlu olmaqla avtomatı ona tərəf tuşlamışdır. İçəriyə daxil olmuş dörd nəfər şəxsdən birinin, yəni arıq bədən quruluşlu şəxsin əlində bıçaq da olmuşdur. Həmin şəxs əlindəki bıçağı ona tərəf uzadıb nümayiş etdirərək «bax əlimdə bıçaq var, səsini çıxartsan, biz dediyimizə əməl etməsən başını kəsib öldürərəm» deyə onu hədələmiş, özü qorxub səsini çıxara bilməmiş, bundan sonra hündürboylu şəxs ondan Pərvizin ailəsinin harada olmasını soruşmuşdur. Özü isə ona Pərvizin yaşayış evində öz ailəsi ilə yatdığını demişdir. Bundan sonra həmin şəxs ona «mənimlə gedəcəksən, evin qapısını döyəCəksən, qapını kim açmağa gəlsə həmin adama anan xəstədir, gəl deyəcəksən» deyə bildirmişdir. Özünün başqa çıxış yolu olmadığı üçün razılaşmış, bundan sonra həmin şəxs onun ayaqlarının skoçunu açmış və onunla yaşayış evinin giriş çıxış qapısının ağzına kimi gəlmişdir. Digər üç nəfər şəxs də onların arxasınca gəlmişlər. Özü yaşayış evinin giriş çıxış qapısını döymüş, bu zaman Pərvizin arvadı Natəvan durub qapının ağzına gələrək «ay Dostu sənsənmi» deyə soruşmuş, sonra Natəvan qapını açmış, Natəvan qapını açan kimi həmin şəxslər onu evin içərisinə itələyib aynabəndə salmış və həmin dörd nəfər şəxsdən üçü onun arxasınca evin aynabəndinə girmişlər. Bir nəfər maskalı şəxs isə evə girməmişdir. Natəvan həmin şəxsləri görən kimi qışqırmış, Natəvan qışqıranda əvvəl özünün boğazından tutmuş şəxs Natəvana «narahat olmayın, biz bura adam öldürməyə gəlməmişik, bizə pul, qızıl verin çıxıb gedəcəyik» deyə bildirmişdir. Bundan sonra həmin şəxslər Natəvanla onu gəlinləri Sevincin yatdığı otağa salmışlar. Lakin Natəvan otaqda qalmamış və yenidən aynabəndə qayıtmış, özü isə otaqda Sevinc, Lamiyyə və körpə uşaqla qalaraq qorxub otaqdan çıxmamışlar. Otaqda qalsa da həmin şəxslərin Pərvizin yatdığı otağın qapısını sındırıb içəri girdiklərini və Pərvizi aynabəndə çıxartdıqlarını və ona «bizə qızıl, pul ver, heç kəsə dəyib toxunmayaq» deyə bildirdiklərini eşitmişdir. Həmin vaxt Pərviz onlara «sizə pul və qızıl verəCəyəm, mənim ailəmə toxunmayın» deyə bildirmiş, təxminən bir iki dəqiqə sonra isə həmin şəxslər evdən çıxıb getmişlər. Bundan sonra özləri otaqdan aynabəndə çıxmış, sonradan Pərvizin anası Əzət də onların yanına gəlmiş, Əzət əllərinin və ayaqlarının skoçunu özünün açdığını bildirmişdir. Sonra Pərviz polisə zəng edib hadisə barədə məlumat vermişdir. Hadisə zamanı özünü boğan hündürboy şəxsin əlində avtomat silah olmuş, onlardan digərinin də əlində avtomat silah görmüş, digərində isə əlində bıçaq görmüşdür. Özünün silahların növündən və markasından başı çıxmır, həmin silahlar qara rəngli olmuşdur. Digər şəxsin əlindəki bıçağı isə bütövlükdə görə bilməmiş, bıçağın yalnız parıldayan tiyəsini görmüşdür. Həmin şəxslər öz aralarında bir-biriləri ilə söhbət etməmiş və ad çəkməmişlər, onların təxminən 25-30 yaşları olmuşdur. Hadisə zamanı onu boğan şəxs hündürboylu, kök bədən quruluşlu olmuş, əyninə qara rəngli gödəkçə geyinmiş, onun şalvarına isə fikir verməmişdir. Digər bir nəfər isə arıq bədən quruluşlu və alçaq boylu olmuş, onun əynində hansı paltarların olmasını isə xatırlamır. Digər iki nəfər isə orta boylu və orta bədən quruluşda olmuşlar. Onların əynindəki paltarlara dəqiq fikir verməmiş, təqribən qara rəngli paltarlar olmuşdur. Onların hamısının sifəti maska ilə örtülmüş, bu səbəbdən onların sifət quruluşları barədə heç nə deyə bilmir. Həmin şəxslərdə hər hansı fərdi əlamət də seçə bilməmişdir. Hadisə vaxtı özü həyəcanlı olduğundan və qorxduğu üçün həmin şəxslərin danışıq ləhCələrinə də dəqiq fikir verməmişdir. Onlar sifətlərinə qadın kapron corabına oxşayan maska keçirmiş, bəlkə də elə kapron corab olmuş, mskaların rəngini də seçə bilməmiş, maska bütöv olmuş, yəni gözlük, ağız və burunluq yerləri olmamışdır. Həmin şəxslərin heç biri onu vurmamış və xəsarət yetirməmiş, həmçinin özündən başqa onların evdə digər şəxsləri vurmalarını və xəsarət yetirmələrini də görməmişdir. Ev sahibi Zərərçəkmiş şəxs1 və onun ailə üzvləri ilə ədavəti, düşmənçiliyi və narazılığı olan şəxsləri də tanımır, bu barədə heç nə eşitməmişdir. Həmin şəxslərin Zərərçəkmiş şəxs1 evindən nə kimi əmlak apardıqları barədə özünün məlumatı yoxdur. Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqında tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Tovuz rayonu Çilovdarlı kəndində ailəsi ilə birlikdə qaynatası Zərərçəkmiş şəxs1 evində yaşayır. İki ildir ki, həmin ailəyə gəlin gəlmişdir. Rəsmi olaraq heç yerdə işləmir, evdar qadındır. Əri Pərvin isə hərbi xidmətdədir. Birgə nikahdan bir qız övladı var. Evdə qaynatası Pərviz, qaynanası Natəvan, Pərvizin anası Əzət, qaynı Eltun və baldızı Lamiyə, evin qulluqçusu Dostu ilə birlikdə yaşayırlar. Qulluqçu işləyən Dostu gejələri Əzətlə birlikdə yaşayış evinin həyətində tikilmiş bir otaqlı tikilidə qalır. Onların qaldıqları evin bir ədəd giriş qapısı var. Lakin həmin qapının qıfılı yoxdur və qapı həmişə açıq qalır. Özləri isə kürsülü yaşayış evində gecələyirlər. Özü baldızı Lamiyə və övladı ilə birlikdə ayrı otaqda, qaynatası Pərviz, qaynanası Natəvan, qaynı Eltun isə ayrı otaqda qalırlar. 21 may 2015-ci il tarixə keçən gecə saat 00:30 radələrində hamılıqla otaqlarına yatmağa getmişlər. Gejə vaxtı özü yaşadıqları evin giriş qapısının möhkəm döyüldüyünü, həmin vaxt qaynanası Natəvanın qapının yanına gedərək «ay Dostu sənsənmi» dediyini eşitmiş, lakin Dostunun Natəvana nə dediyini eşitməmişdir. Bunun ardınja qapının möhkəm açıldığını, elə həmin vaxt qaynanasının möhkəm səslə həyəcanlı şəkildə «ay Allah» dediyini eşitmişdir. Evin aynabəndinə kimlərinsə girdiyini hiss etmiş, həmin vaxt nə baş verdiyini öyrənmək üçün çarpayıdan durub aynabəndə getmək istəmiş, lakin yerindən durmaq istədiyi an onun yatdığı otağa ilkin olaraq Dostu, onun arxasınca isə sifətində maska, əlində avtomat silahı olan hündürboylu bir şəxs içəri girmiş, bu zaman özü ilə bir otaqda yatan baldızı da səsə oyanmışdır. Həmin şəxs içəri girəndən sonra özü yerindən durra bilməmiş və yerindəcə qalmışdır. Həmin şəxs Dostunu içəri saldıqdan sonra onlara telefonları varsa verməyi tələb etmiş, özləri isə mobil telefonlarının olmadığını bildirmişlər. Həmin şəxs otaqdan çıxdıqdan sonra digər bir nəfər yenə də sifətində maska olan arıq bədən quruluşlu şəxs qaynanası Natəvanı onların olduğu otağa gətirib salmış, bu zaman qaynanası həmin şəxsə yalvararaq «nə istəyirsinizsə verək, mənim ailəmə dəyməyin» deyə bildirmiş, qaynanasını otağa gətirən şəxs də onlardan mobil telefonları varsa vermələrini tələb etmişdir. Özləri ona da telefonların olmadığını bildirmişlər. Həmin şəxs Natəvanı otağa saldıqdan sonra otaqdan çıxaraq aynabəndə getmişdir. Həmin şəxs hələ onların otağında olan vaxt özü yerində uzanıqlı vəziyyətdə olarkən Dostunu otağa salıb sonra çıxan hündürboylu şəxsin qaynatası pərvizin yatdığı otağa doğru getdiyini görmüşdür. Natəvanı gətirən şəxs də həmin hündürboylu şəxsin arxasınja getmişdir. Təxminən bir dəqiqə sonra onların yatdığı otağa girən iki nəfər üzü maskalı şəxs qaynatası Pərvizi onların otağına gətirmiş, Pərviz onlara «bilirəm sizə nə lazımdır, sizin istədiyiniz şey o biri otaqdadır, gedək verim» deyə bildirmiş, bundan sonra qaynatası Pərviz, qaynanası Natəvan, hündürboylu və arıq bədən quruluşlu şəxs o biri otağa getmişlər. Otaqda özü, Dostu, baldızı Lamiyə və üç aylıq övladı qalmışdır. Bundan sonra özləri həyəcanlı olduqları və qorxduqları üçün ağlamağa və səs-küy salmağa başlamışlar. Həmin vaxt Natəvanı otağa gətirən şəxs otağın qapısını açaraq onlara «səs salmayın, bizim sizinlə işimiz yoxdur» deyə bildirmiş və qapını örtüb getmişdir. Bundan sonra özləri yenə də ağlamağa və səs-küy salmağa davam etmişlər. Elə həmin vaxt qapını evin aynabəndinə girmiş sifəti maskalı üçüncü şəxs açmış, həmin şəxs əvvəl onların otağına girmədiyi üçün onu ilk dəfə idi ki görmüşlər. Həmin şəxs də əli ilə səs salmamağı işarə edərək qayıtmışdır. Həmin vaxt özü qaynatasının səsini eşitmişdir. Qaynatası onlara «bircə qızıllara dəyməyin» sözünü demişdir. Bundan bir dəqiqə sonra isə evə sakitlik çökmüş və həmin şəxslərin çıxıb getdiklərini başa düşmüşdür. Həmin şəxslər çıxıb getdikdən sonra Əzət onların yanına gəlmiş və özünün əl-ayağının skoçla bağlandığını, sonra skoçu bir təhər özü açıb gəldiyini demişdir. Bundan sonra qaynatası polisə zəng edib hadisə barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs3 ifadəsində əlavə olaraq göstərmişdir ki, hadisə zamanı özü evə basqın etmiş həmin şəxslərdən yalnız ikisinin əlində avtomat silah görmüş, axırınjı dəfə onların otağının qapısını açıb əli ilə səs salmama işarəsi verən şəxsin əlində avtomat olubolmamasına fikir verməmişdir. Dostunu onların otağına gətirən şəxs hündürboylu, kök bədən quruluşlu, Natəvanı otağa gətirən şəxs isə arıq bədən quruluşlu və alçaq boylu olmuşdur. Həmin şəxsin sifətindəki maska tor-tor parçadan olmaqla burun hissəsi seçilmişdir. Həmin maskanın altında onun iri burnunun olması hiss olunmuşdur. Onların otağına girib əli ilə səs salmama işarəsi verən şəxsin xarici görünüşü isə yadında qalmamış, həmin şəxsin başında kepka olmuşdur. Həmin şəxslərin hamısının sifəti maska ilə örtülmüş, ona görə də onların sifət quruluşları barədə heç nə deyə bilmir. Hadisə zamanı özü həyəjanlı olduğundan və qorxduğu üçün həmin şəxslərin danışıq ləhcələrinə fikir verməmişdir. Həmin şəxslərdən heç biri onu vurmamış və xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqında tədqiq olunmuş ifadəsində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs6 onun qaynatasıdır. 17 sentyabr 2018-ci il tarixdə gecə saat təxminən 04-05 radələrində Zərərçəkmiş şəxs6 gəlini Zərnigar həyəcanlı şəkildə, titrəyən səslə zəng edərək xəbər vermişdir ki, onların yaşadığı Ağstafa şəhəri 33cü məhəllədə yerləşən fərdi yaşayış evinə üzü maskalı silahlı şəxslər basqın etmişər, onlardan birini əri Əmirxanla qaynatası Azər evdə tutub tərksilah edərək saxlamış, digəri isə qaçıb getmişdir. Bu xəbəri alan kimi nə baş verdiyini yerində öyrənmək və Azərə kömək etmək məqsədi ilə oğlu arvadı Günayla və atası ilə birlikdə Azərgilin evinə getmişdir. Həmin evə çatanda artıq Ağstafa rayon Polis şöbəsinin əməkdaşları da oraya gəlib çatmışlar. Azər, onun həyat yoldaşı Kamiylə, oğlu Əmirxan və onun həyat yoldaşı Zərnigar bərk həyəcan və qorxu içində olmuşlar. Orada Azərin və Əmirxanın danışmasından bilmişdir ki, onların evinə avtomat silah və bıçaqla basqın etmiş maskalı şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olmuşdur, Təqsirləndirilən şəxs2 evdən qaçmağa nail olmuş, Təqsirləndirilən şəxs1 isə Azər və oğlu Əmirxan tərəfindən tutularaq avtomat silah əlindən almış və əl-qolu bağlandıqdan sonra oraya gəlmiş polis əməkdaşlarına təslim edilmişdir. Hadisənin təfərrüatı barədə isə Azərin oğlu Əmirxan ona danışıb bildirmişdir ki, özü saat təxminən 04 radələrdə yataq otağında həyat yoldaşı Zərnigarla birlikdə yuxuda olarkən həmin iki nəfər, adlarını sonradan bildikləri Ceyhun və Araz adlı həmin şəxslər hər ikisi üzlərində qara maskalı halda, Ceyhun əlində avtomat silahla, Araz isə əlində bıçaq tutmuş halda onların yataq otağına daxil olaraq onu və Zərnigarı oyadaraq hədə qorxu gəlməyə başlayıb evdə olan bütün pulların və qızılların yerini deməyi, həmin əmlakları təhvil verməyi tələb etmişlər, əks halda evdə hamını öldürməklə hədələmişlər. Əmirxan bildirmişdir ki, yuxudan ayıldılan zaman Ceyhun əlindəki avtomat silahın arxası ilə onun başına da iki dəfə zərbə vurmuş, həmçinin Araz da bıçaqla ona və Zərnigara xəsarət yetirmişdir. Həqiqətən də Əmirxanın baş nahiyəsi zərbənin təsirindən qanamışdır. Əmirxan demişdir ki, Ceyhun və Araz özlərində olan platsmas sıxıjı ipi Zərnigara verərək ondan tələb etmişlər ki, Zərnigar onun əllərini və ayaqlarını bağlasın, bundan sonra Ceyhun əlindəki avtomat silahla Azərgilin yataq otağına getmiş, orada atası Azər avtomat silahı Ceyhun un əlindən tutub almaq üçün onunla əlbəyaxa olub döşəməyə yıxılanda avtomat silahdan qəfildən hətta iki dəfə atəş də açılmış, güllənin biri evin tavanına da dəymiş, bu zaman isə Araz adlı digər maskalı şəxs özünü itirərək evin mətbəx otağına qaçıb orada pəncərə yerindən çölə çıxaraq qaçmış, özü əvvəlcə atası Azərin Ceyhun tərəfindən vurulduğunu zənn edərək cəld həmin otağa gedərək Ceyhun un əlindən avtomatın alınmasında atasına kömək etmiş və Ceyhunu tutaraq əl qolunu bağlayıb saxlamışlar. Azər bildirmişdir ki, özü Ceyhun adlı şəxsi əvvəllər tanımasa da o biri maskalı şəxs olmuş Təqsirləndirilən şəxs2 onun ünvan 3 ünvanının qonşuluğunda yaşadığından Arazı tanıyır, Araz əvvəllər dəfələrlə məhkum olunmuşdur, lakin onların heç biri ilə şəxsi münasibəti, ədavət və düşmənçiliyi olmamışdır. Azər bildirmişdir ki, saat 04 radələrində özü və həyat yoldaşı Kamiylə öz yataq otağında yatdıqları zaman qəflətən özü evdə digər otaqdan, yəni oğlu Əmirxanın ailəsi ilə yatdığı otaqdan danışıq səsləri gəldiyini, kiminsə «dur, danışma, dur ayağa, ayağa qalx» deyə bildirdiyini, sonra oğlu Əmirxanın da «ata, ata» deyərək qışqırıb onu çağırdığını eşitmiş, bu səs-küyü duyub cəld yatağından qalxmış, lakin arvadı Kamiylə bərk yatdığı üçün bu səsləri hələ eşitməmiş, özü qalxıb alt paltarında olmaqla yataq otağından çıxmağa hazırlaşarkən bir nəfər üzündə qara maska olan kişi əlində ona sarı avtomat silah tutmuş vəziyyətdə onun yataq otağına daxil olaraq «öldürəjəyik sizi, tez dur, danışma» deyib evdəki pulları və qızılları təhvil verməsini tələb edərək üstünə gəlmişdir. Azər danışıb bildirmişdir ki, həmin anda sanki özünə güc gəldiyindən, özünü itirmədən cəld həmin maskalı şəxsin tutduğu avtomat silahın lülə hissəsini sol əli ilə tutaraq silahı sağ tərəfə yönəltmiş, həmçinin maskalı şəxsi zərərsizləşdirmək üçün onu sinəsindən bərk itələməklə və badalaq verməklə döşəməyə yıxmış, özü də onun üzərinə yıxılmış, bu zaman avtomat silah açılaraq iki dəfə atəş açmış, həmin şəxsin maskası da sifətindən çıxmış, döşəmədə onunla əlbəyaxa olanda digər şəxsin də Əmirxanın yataq otağı tərəfdən çıxıb mətbəx otağına qaçdığını görmüş, sonra isə oğlu Əmirxan da gələrək həmin şəxsin əlindən avtomatın alınmasına ona kömək etmiş, nətijədə onu tərk silah edərək avtomatı onun əlindən alıb özünün də al-qolunu bağlamış, sonra isə DİN-in 102 zəng mərkəzinə zəng edib hadisə barədə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X22 ifadəsində göstərdi ki, Ağstafa rayon Polis şöbəsinin Cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində öz xidməti vəzifələrini yerinə yetirir. 17 sentyabr 2018-ci il tarixdə gecə saatlarında özü xidməti iş yerində əməliyyat qrupunun üzvü olmaqla növbədə olmuşdur. Həmin gecə saat 04:34-də Ağstafa rayon Polis şöbəsinin növbətçi hissəsinə DİN-in 102 zəng mərkəzindən məlumat daxil olmuş, həmin məlumatda Zərərçəkmiş şəxs6 yaşadığı Ağstafa şəhəri 33-cü məhəllədə yerləşən evinə iki nəfər şəxsin talama məqsədi ilə avtomat silahla evə daxil olmaları, onlardan birinin silahın arxa tərəfi ilə ev sakininin baş nahiyəsinə vurub xəsarət yetirməsi, həmin iki nəfərdən birinin evdə tutulub saxlanılması, digərinin isə qaçıb getməsi barədə Zərərçəkmiş şəxs6 zəng edib məlumat verdiyi bildirilmişdir. Həmin məlumat daxil olan kimi özü və əməliyyat qrupunun üzvü olan digər əməkdaşlar dərhal hadisə yeri olan Ağstafa şəhəri 33-cü məhəllədə yerləşən Zərərçəkmiş şəxs6 fərdi ev ünvanına yola düşmüşlər. Zərərçəkmiş şəxs6 özü də rakon sakini kimi əvvəldən tanıyır, onu normal, işgüzar, Ağstafa rayonunda aptek məntəqəsi işlədən, rayonda sayılan-seçilən şəxslərdən biri kimi tanımışdır. Dərhal həmin ünvana gəlib çataraq evə daxil olanda ev sahibi Azərin, onun həyat yoldaşı Kamiylənin, oğlu Əmirxanın və onun həyat yoldaşı Zərnigarın bərk həyəjan və qorxu içində olduqlarını görmüşlər. Evdə Azərin yataq otağında bir nəfər orta yaşlı kişi əlləri arxadan plastmas iplə bağlanmış halda döşəmə üzərində uzanmış halda olmuş, həmçinin otaqda bir kənara üzərində içində patronlarla dolu sandıqçası olan «Kalaşnikov» markalı bir ədəd avtomat silah qoyulmuş, qara maska da olmuşdur. Əlləri arxadan bağlanmış şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs1 olmasını və həmin evə quldurluğa tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə əmlak ələ keçirmək üçün gəldiyini, Təqsirləndirilən şəxs2 hadisə yerindən qaçdığını, özünün isə ev sahibi Azər və oğlu tərəfindən tərksilah edilib əllərinin bağlandığını bildirmişdir. Həmin vaxt ev sahibi Azərin oğlu Zərərçəkmiş şəxs7 baş nahiyyəsindən qan axmaqda olduğunu, yəni başından xəsarət aldığını görmüşlər. Hadisənin iştirakçısı olmuş Təqsirləndirilən şəxs2 əvvəllər dəfələrlə məhkum olunmuş şəxs kimi dərhal tanımışlar. Ev sahibi Azər və oğlu Əmirxan Təqsirləndirilən şəxs1 onlara təhvil vermişlər. Sorğu sual zamanı Azərin oğlu Əmirxan danışıb bildirmişdir ki, özü saat təxminən 04 radələrdə yataq otağında həyat yoldaşı Zərnigarla birlikdə yuxuda olarkən həmin iki nəfər, yəni adlarını sonradan bildikləri Ceyhun və Araz adlı şəxslər hər ikisi üzlərində qara maskalı halda, Ceyhun əlində avtomat silahla, Araz isə əlində bıçaq tutmuş halda onların yataq otağına daxil olaraq onu və Zərnigarı oyadaraq hədə qorxu gəlməyə başlayıb evdə olan bütün pulların və qızılların yerini deməyi, həmin əmlakları təhvil verməyi tələb etmişlər, əks halda evdə hamını öldürməklə hədələmişlər. Əmirxan bildirmişdir ki, elə yuxudan ayıldılandan sonra Ceyhun ona hədə qorxu gəlib əlindəki avtomat silahın arxası ilə onun başına da iki dəfə zərbə vurmuş, həmçinin Araz da bıçaqla ona və Zərnigara xəsarət yetirmişdir. Əmirxanın deməsinə görə Ceyhun və Araz özlərində olan platsmas sıxıjı ipi Zərnigara verərək ondan tələb etmişlər ki, Zərnigar onun əllərini və ayaqlarını bağlasın, bundan sonra Ceyhun əlindəki avtomat silahla onun atası Azərin yataq otağına getmiş, orada atası Azər avtomat silahı Ceyhun un əlindən tutub almaq üçün onunla əlbəyaxa olub döşəməyə yıxılanda avtomat silahdan qəfildən iki dəfə atəş də açılmış, güllənin biri evin tavanına da dəymiş, bu zaman isə Araz adlı digər maskalı şəxs özünü itirərək evin mətbəx otağına qaçıb orada pəncərə yerindən çölə çıxaraq qaçmışdır. Əmirxan danışıb bildirmişdir ki, Araz qaçan kimi özü əvvəljə atası Azərin Ceyhun tərəfindən vurulduğunu zənn edərək cəld həmin otağa gedərək Ceyhun un əlindən avtomatın alınmasında atasına kömək etmiş və Ceyhun u tutaraq elə onun gətirdiyi iplə əl qolunu bağlayıb saxlamışlar. Əmirxanın bu danışdıqlarını Azər, onun həyat yoldaşı Kamiylə, Əmirxanın həyat yoldaşı Zərnigar da bir daha danışıb təsdiq etmiş, bildirmişlər ki, xoşbəxtlikdən Əmirxanın və Zərnigarın üç yaşlı və yaş yarım həddində olan iki azyaşlı körpə uşaqları həmin hadisə zamanı yuxuda olmuşlar və uşaqlara bir zərər-xətər toxunmamışdır. Zərnigarda, Azərdə və Kamiylədə xəsarət izləri görünmüşdür. Həmin vaxt Azər bildirmişdir ki, özü Ceyhun adlı şəxsi əvvəllər tanımasa da o biri maskalı şəxs olmuş Təqsirləndirilən şəxs2 onun ünvan 3 ünvanının qonşuluğunda yaşadığından Arazı tanıyır, lakin onların heç biri ilə şəxsi münasibəti, ədavət və düşmənçiliyi, qərəzliliyi olmamışdır. Azər də bildirmişdir ki, saat 04 radələrində özü və həyat yoldaşı Kamiylə öz yataq otağında yatdıqları zaman qəflətən özü evdə digər otaqdan, yəni oğlu Əmirxanın ailəsi ilə yatdığı otaqdan danışıq səsləri gəldiyini, kiminsə «dur ayağa, ayağa qalx, danışma» deyə bildirdiyini, sonra oğlu Əmirxanın da «ata, ata» deyərək qışqırıb onu çağırdığını eşitmiş, bu səs-küyü duyub cəld yatağından qalxmış, lakin hələ arvadı Kamiylə bərk yatdığı üçün bu səsləri hələ eşitməmiş, özü qalxıb alt paltarında olmaqla yataq otağından çıxmağa hazırlaşarkən Ceyhun üzündə qara maskalı halda və əlindəki avtomat silahla onun yataq otağına daxil olaraq «öldürəcəyik sizi, tez dur, danışma» deyib evdəki pulları və qızılları təhvil verməsini tələb edərək üstünə gəlmişdir. Ardınja Azər danışıb bildirmişdir ki, həmin anda özü cəld Ceyhun un əlindəki avtomat silahın lülə hissəsini sol əli ilə tutaraq silahı sağ tərəfə yönəltmiş, onu tərksilah etmək üçün sinəsindən bərk itələməklə və badalaq verməklə döşəməyə yıxmış, özü də onun üzərinə yıxılmış, bu zaman avtomat silah açılaraq iki dəfə atəş açmış, hətta atəşin alovu onun qolunu da yandırmış, əlbəyaxa zamanı Ceyhun un maskası da sifətindən çıxmış, döşəmədə onunla əlbəyaxa olanda digər şəxsin, yəni Arazın Əmirxanın yataq otağı tərəfdən çıxıb mətbəx otağına qaçdığını görmüş, sonra isə oğlu Əmirxan da gələrək Ceyhun un əlindən avtomatın alınmasına ona kömək etmiş, nəticədə Ceyhun u tərk silah edərək avtomatı onun əlindən alıb özünün də al-qolunu bağlamaqla DİN-in 102 zəng mərkəzinə zəng edib hadisə barədə məlumat vermişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 özü həmin hadisəni ev sahiblərinin danışdıqları kimi Təqsirləndirilən şəxs2la birlikdə evdən qızıl və pul ələ keçirmək üçün törətmiş olduğunu səmimi etiraf etmiş, Arazın isə hara qaçmasından xəbərsiz olmasını bildirmişdir. Özləri hadisə yerinə baxış keçirmiş, Azərin və ailə üzvlərinin danışdıqları hamısı öz təsdiqini tapmışdır. Belə ki, evin mətbəx otağının pənjərəsinin orta tayının açıq yerinə vurulmuş setkanın, yəni torun yarıdan aşağı hissəsi kəsilib jırılmış, Azərin yataq otağında atəşdən sonra qalmış spesifik barıt iyi, qara maska, gilizlər, otağın tavanında güllə izi və hadisənin baş verdiyini təsdiqləyən digər əlamətlər və əşyalar olmuşdur. Hadisə yerinə əməliyyat qrupu tərəfindən baxış keçirilərək iş üzrə əhəmiyyət kəsb edən əşya və predmetlər, həmçinin patronları və sandıqçası ilə birlikdə həmin «Kalaşnikov» markalı avtomat silah götürülmüş, eləcə də hadisəni törətmiş və tərksilah edilmiş Təqsirləndirilən şəxs1 dərhal təhvil alıb Ağstafa rayon Polis şöbəsinə gətirmişlər. Əməliyyat-axtarış tədbiri keçirməklə cinayətin digər iştirakçısı Təqsirləndirilən şəxs2 Ağstafa şəhəri Ağamalıoğlu küçəsində yerləşən fərdi evinin qarşısında müəyyən edərək onu saxlamışlar. Təqsirləndirilən şəxs2 da Təqsirləndirilən şəxs1la birlikdə qeyd edilən cinayəti pul və qızıl-zinət əşyaları ələ keçirmək məqsədi ilə törətdiyini səmimi etiraf edib cinayəti törədərkən istifadə etdiyi əşyaları da əməliyyat qrupuna təqdim etmiş, bundan sonra Təqsirləndirilən şəxs2 da Ağstafa rayon Polis şöbəsinə dəvət edib gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 şahid X8 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərdi ki, Qazax şəhəri N.Nərimanov qəsəbəsi ev 10-da ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, fərdi qaydada təsərrüfat işləri ilə məşğul olur. 2018-ci ilin sentyabr ayında özü atasının adına olan, etibarnamə ilə idarə etdiyi VAZ-21015 markalı **-MD-*** qeydiyyat nişanlı avtomobili ilə yaşadığı Qazax rayonu ərazisində taksi fəaliyyəti ilə məşğul olmuşdur. Bir çox hallarda gecələr Qazax şəhərində yerləşən Su-15 dairəsi yaxınlığındakı «Əsədoğlu» marketin qarşısında dayanıb sərnişin gözləmişdir. 16 sentyabr 2018-ci il tarixdə saat təxminən 15 radələrində özü idarə etdiyi həmin avtomobillə Qazax rayonu Daş Salahlı kəndindən qayıdarkən yolüstü «Palıd» restoranının qarşısından keçəndə tanımadığı bir nəfər, nisbətən hündürboy orta yaşlı kişi ona əl edib taksi avtomobilini saxlatmış və ondan xahiş etmişdir ki, onu Ağstafa rayonuna aparsın. O da etiraz etməmiş, həmin şəxsi avtomobilinə götürüb onu sifariş etdiyi ünvana apararaq Ağstafa şəhəri doğum evinin binası qarşısında düşürmüş, həmin şəxs ona 5 manat yol pulu da verərək çıxıb getmişdir. 17 sentyabr 2018-ci il tarixdə gecə saat təxminən 03 radələrində yenə də öz idarə etdiyi VAZ-21015 markalı **-MD-*** qeydiyyat nişanlı avtomobillə Qazax şəhərində yerləşən Su-15 dairəsi yaxınlığındakı «Əsədoğlu» marketin qarşısında dayanıb sərnişin gözlədiyi zaman həmin şəxs yenə də onun avtomobilinə yaxınlaşıb xahiş etmişdir ki, onu Ağstafa şəhərinə aparsın. Etiraz etməmiş, həmin şəxsi sərnişin qismində öz taksi avtomobili ilə Ağstafa şəhərinin girəcəyində olan yol dairəsinə gətirib çatdıranda həmin sərnişin ona bildirmişdir ki, onu Ağstafa rayonunun Aşağı Göycəli kəndinə aparsın və demişdir ki, orada bir nəfər tanıdığı qadın var, həmin qadını götürüb geri qayıdajaqdır. Onun sifarişi əsasında avtomobilini həmin kəndə sürmüş, Aşağı Göycəli kəndinin ərazisində asfalt yolun qurtaracağında həmin şəxs ona avtomobili saxladaraq xahiş etmişdir ki, avtomobilinin işıqlarını söndürüb onu gözləsin, qısa müddətə qayıdacaqdır. Həmin sərnişin avtomobildən düşərək qaranlıqda bir qədər yaxında olan hansısa bağ istiqamətində getmiş və gözdən itmişdir. Təxminən 10 dəqiqə onun qayıtmasını orada gözləmiş, 10 dəqiqə sonra həmin sərnişin yanında da başqa bir nəfər orta yaşlı, nisbətən alçaq boylu sərnişin kişi ilə birgə qayıdaraq onun avtomobilinə tərəf gəlmişlər, əvvəlki hündürboy sərnişin avtomobildə arxada əyləşmiş, onun yanında gələn nisbətən alçaq boy sərnişin kişi isə qabaq sağ oturacaqda onun yanında əyləşmiş, qabaqda oturan sərnişinin başında qara çeçenka papaq olmuş, əynində isə tünd rəngli gödəkçə geyinmişdir. Arxada oturan sərnişin ondan xahiş etmişdir ki, onları Ağstafa şəhəri Aeroport yoluna aparıb düşürsün. Sifariş əsasında onları Aeroport yoluna aparıb düşürmüş, həmin iki nəfər avtomobilin salonundan düşərkən arxada əyləşmiş sərnişin ona yol haqqı olaraq 8 manat pul verəndə və arxaya çevrilib pulu ondan götürəndə həmin sərnişinin əynində uzun ətəkli qoluzun plaş, yaxud gödəkçə olmasını görmüşdür. Lakin xatırlayır ki, arxadakı həmin sərnişin sonuncu dəfə onun avtomobilinə əyləşəndə onun əynində qolugödək köynək olmuşdur. Nəmin sərnişin qayıdacağını bildirib ondan gözləməsini xahiş edərək avtomobildən düşüb gedəndə qolugödək köynəkdə olmuş, lakin yanındakı şəxslə qayıdıb gələndə əynində qoluzun plaş, yaxud gödəkçə geyinmişdir. Bununla belə özündə onlar barədə şübhə doğuran heç nə olmamışdır. Onları aeroport yoluna aparıb düşürəndən sonra yenidən öz taksi avtomobili ilə Qazax şəhərində yerləşən Su-15 dairəsi yaxınlığındakı «Əsədoğlu» marketin qarşısına qayıtmış, bir qədər də dayanıb sərnişin gözlədikdən sonra yuxusu gəldiyi üçün oradan öz yaşadığı evə getmişdir. Lakin evə yenicə çatarkən səhər saatlarında Ağstafa rayon Polis şöbəsinə dəvət etmişlər. Ağstafa rayon Polis şöbəsinə gələndə polis əməkdaşlarının demələrindən ona məlum olmuşdur ki, həmin iki nəfər sərnişin kimi apardığı şəxslər həmin gecə saatlarında Ağstafa şəhərində Azər adlı şəxsin evinə silahlı basqın etməklə quldurluq cinayəti törətmişlər. Nəmin iki nəfəri Ağstafa rayon Polis şöbəsində polis əməkdaşlarının yanında görüb tanımış və onların öz taksi avtomobilində sərnişin olmaları barədə hazırki ifadəsində göstərdiyi kimi polis əməkdaşlarına da bildirmişdir. Orada məlum olmuşdur ki, həmin iki nəfərdən nisbətən hündürboy olanı Təqsirləndirilən şəxs1dur, onun yanında olmuş nisbətən alçaqboylu sərnişin isə Təqsirləndirilən şəxs2dur. Nəmin vaxta kimi onların heç birini tanımamış, heç bir tanışlığı və şəxsi münasibəti olmamışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 sərnişin kimi onun idarə etdiyi taksi avtomobilində hərəkətdə olduqları zaman ona nə Ağstafa şəhərində hər hansı ünvana hər hansı cinayət törətmək, quldurluq, yaxud oğurluq etmək məqsədilə getmələri barədə heç bir söz deməmiş, nə də avtomobilin salonunda onun yanında bu məzmunda heç bir söhbət aparmamışlar. Taksi kimi onları sifariş etdikləri ünvana aparıb düşürmüş, heç bir hadisədən xəbəri və məlumatı olmamışdır. Özü onların şübhə doğuran hər hansı bir hərəkətlərini də müşahidə etməmişdir. Nəmin şəxslər onun idarə etdiyi taksi avtomobilinə əyləşərkən özü onlarda heç bir əşya, predmet, silah, bıçaq görməmiş, bəlkə üzərilərində hansısa bir əşya, silah olmuşdursa belə, lakin özü görməmiş, nə də hiss etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Ağstafa rayon X31 Bölməsinin rəisi vəzifəsində öz xidməti vəzifələrini yerinə yetirir. Ağstafa rayonu Dağkəsəmən kəndində yaşayan Təqsirləndirilən şəxs3 22 sentyabr 2018ci il tarixdə Ağstafa rayon Polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nətijəsində saxlanılaraq Ağstafa rayon Polis şöbəsinə gətirilmiş və RPŞ-nin inzibati binasında xidməti otaqda onun üzərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs3 üzərindən qanunsuz saxlamaqla daşıdığı külli miqdarda narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Həmin faktla bağlı toplanmış material üzrə özü tərəfindən 22 sentyabr 2018-ci il tarixdə Azərbayjan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə cinayət işi başlanaraq ijraatına qəbl edilmiş və Təqsirləndirilən şəxs3 həmin maddə ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tərəfindən tutulmuşdur. Təqsirləndirilən şəxs3 əvvəlki illərdə onun barəsində ibtidai istintaqını apardığı cinayət işinin dövründən tanıyır. Həmin cinayət işinin istintaqının ilkin mərhələsi özü tərəfindən aparılmışdır. Natiq həmin dövrdə cinayət işi üzrə qanunsuz odlu silah saxlamaqda ittiham olunmuşdur. Natiqin Gürcüstan vətəndaşı olan Hacıyev Məzahir adlı odlu silah alveri ilə məşğul olan bir yaxın dostu olmuş, əməliyyat-istintaq materiallarında Məzahir ağır cinayətlər törətməyə meylli, daim qanunsuz odlu silah saxlayan və gəzdirən qatı cinayətkar kimi xarakterizə olunmuşdur. Natiq də mütəmadi olaraq onunla qanunsuz odlu silahların alış-verişini həyata keçirmişdir. Qısası həmin cinayət işinin dövründən özü Natiqi tanıyır, Natiqlə xidməti vəzifələrinin icrasından kənar heç bir şəxsi münasibəti, ədavət və düşmənçiliyi olmamış, hazırda da yoxdur. Lakin əvvəlcədən bildirmək istəyir ki, Natiqin ona qarşı qərəzli münasibəti ola bilsin ki həmin vaxtdan indiyə kimi qalmışdır. 22 sentyabr 2018-ci il tarixdə gündüz saatlarında Ağstafa RPŞ-yə Ağstafa rayonu Dağkəsəmən kəndində yaşayan Təqsirləndirilən şəxs3 üzərində satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroin saxlaması və gəzdirməsi barədə əməliyyat məlumatı daxil olduğundan bu barədə Ağstafa RPŞ-nin rəhbərliyinə əməliyyat xidməti tərəfindən raportla məruzə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs3 qanunsuz əməlinin ifşa olunması üçün Ağstafa rayonu ərazisində əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi barədə qərar qəbul edilmiş və həmin gün saat təxminən 16 radələrində Təqsirləndirilən şəxs3 Ağstafa rayonu Dağkəsəmən kəndi ərazisində saxlanılaraq Ağstafa RPŞ-nin inzibati binasına gətirilmişdir. Dəvət edilmiş iki nəfər hal şahidlərinin, həmçinin Təqsirləndirilən şəxs3 hüquqlarının müdafiəsi üçün dəvət olunan vəkilin iştirakı ilə özü tərəfindən Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış aparılması həyata keçirilmişdir. Həmin proses zamanı özü əvvəlcə Təqsirləndirilən şəxs3 təklif etmişdir ki, üzərində qanunsuz saxladığı hər hansı bir narkotik vasitə, digər qanunsuz əşya və ya predmet varsa çıxarıb təqdim etsin. Təqsirləndirilən şəxs3 isə əvvəlcə bildirmişdir ki, üstündə qanunsuz heç nə yoxdur. Bundan sonra hal şahidlərinin, vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış aparılarkən xatırladığına görə onun əynindəki şalvarının sağ yan cibindən 50 neçəsə manat pul, şalvarının sol yan cibindən bir ədəd dəsmal, həmçinin şalvarının arxa cibindən isə bir ədəd sellofan bükümdə olan gümüşi kağız bükümdə narkotik vasitə heroinə oxşar maddə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs3 həmin bükümdəki maddənin nə olmasını və kimə məxsus olmasını soruşduqda isə Natiq bildirmişdir ki, həmin maddə narkotik vasitə heroindir və özünündür. Sonra isə həmin bükümdəki maddə götürülərək qablaşdırılmış və müvafiq ekspertiza tədqiqatı zamanı həmin maddənin narkotik vasitə heroin olması öz təsdiqi tapmışdır. Təqsirləndirilən şəxs3 protokola imza edib-etməmisini xatırlamır. Həmin proseslər zamanı Təqsirləndirilən şəxs3 qarşı nə özü tərəfindən, nə də Ağstafa rayon Polis Şöbəsinin hər hansı əməkdaşı tərəfindən heç bir təzyiq və zorakılıq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Sadəddin oğlu ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X32 şöbəsində baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Əvvəlki xidməti iş yeri isə Ağstafa rayon Polis şöbəsinin Narkotiklərlə Mübarizə qrupunun baş əməliyyat müvəkili vəzifəsi olmuşdur. Ağstafa rayon Polis şöbəsinin Narkotiklərlə Mübarizə qrupunun baş əməliyyat müvəkili vəzifəsində xidmət etdiyi dövrdə 2018-ci ilin sentyabr ayında Ağstafa rayonu Dağkəsəmən kəndində yaşayan Təqsirləndirilən şəxs3 üzərində satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroin saxlaması və gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs3 qanunsuz əməlinin ifşa olunması üçün Ağstafa rayonu Dağkəsəmən kəndi ərazisində saxlanılaraq Ağstafa RPŞ-nin inzibati binasına gətirilmişdir. Həmin vaxt Ağstafa RPŞ-nin binasında xidməti otaqda Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış aparılmazdan əvvəl iki nəfər kənar şəxs hal şahidləri qismində dəvət olunmuş, həmçinin Təqsirləndirilən şəxs3 hüquqlarının müdafiəsi üçün vəkil də dəvət edilmişdir. Şahid3 əvvəlcə Təqsirləndirilən şəxs3 üzərində qanunsuz saxladığı hər hansı bir narkotik vasitə, digər qanunsuz əşya və ya predmet varsa çıxarıb təqdim etməyi təklif etmişdir. Təqsirləndirilən şəxs3 isə əvvəlcə üzərində qanunsuz heç nə olmadığını demiş, bundan sonra Təqsirləndirilən şəxs3 üzərinə baxış keçirilməyə başlanmış və onun əynindəki şalvarının sağ cibindən bir ədəd 50 manatlıq və dörd ədəd 1 manatlıq olan pul əskinasları, şalvarının sol yan cibindən bir ədəd dəsmal, eləcə də şalvarının arxa cibindən isə bir ədəd sellofan bükümdə olan gümüşi kağız büküm aşkar olunmuşdur. Həmin sellofan bükümdəki gümüşi kağız büküm özü və digər iştirakçıların gözü qarşısında Şahid3 tərəfindən açılmış, birlikdə baxdıqda onun içərisində kəskin iyli, narkotik vasitə heroinə oxşar maddə olduğunu görmüşlər. Təqsirləndirilən şəxs3 həmin bükümdəki maddənin nə olması və kimə məxsus olmasını da soruşmuşlar, həmin vaxt Təqsirləndirilən şəxs3 narkotik vasitənin ona məxsus olmadığını bildirdi. Əməliyyat-axtarış tədbiri ilə bağlı saxlanılıb Ağstafa RPŞ-yə gətirilərkən Təqsirləndirilən şəxs3 qarşı heç bir təzyiq, zorakılıq hərəkətləri edilməmiş, onu nə vuran, nə döyən olmamışdır. Həmin narkotik maddə heroin bükümü də özünün və digər iştirakçıların gözü qarşısında Təqsirləndirilən şəxs3 şalvarının arxa cibindən aşkar edilib götürülmüşdür. Ağstafa RPŞ-nin İstintaq bölməsinin rəisi Şahid3 tərəfindən hal şahidlərinə hüquq və vəzifələri izah olunmuşdur. Hal şahidlərin o təsir göstərməmişdir. Onların nə üçün o cür ifadə verməsinin səbəbini bilmir. Təqsirləndirilən şəxs3 cibinə polis əməkdaşları tərəfindən narkotik vasitə qoyulmamışdır. Xeyli vaxt keçdiyi üçün bəzi detalları və onun protokola imza edib-etməməsini xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 2013cü ildən X27 xidmət etməklə Ağstafa rayon Polis şöbəsinin Post patrul Xidməti bölüyünün polis nəfəri vəzifəsində işləyir. 22 sentyabr 2018-ci il tarixdə saat təxminən 16 radələrində Ağstafa rayon Polis şöbəsində xidmətdə olduğu ərəfədə Ağstafa RPŞ-yə bir nəfər rayon sakini, yəni Ağstafa rayonu Dağkəsəmən kəndində yaşayan Təqsirləndirilən şəxs3 şübhəli şəxs kimi dəvət edilib gətirilmişdir. Həmin gün Təqsirləndirilən şəxs3 üzərində narkotik vasitə olması ilə bağlı Ağstafa RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq RPŞ-yə gətirilmişdir. Ağstafa RPŞ-də Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış aparılması prosesi zamanı özü polis nəfəri olaraq onun təhlükəsizliyinin təmin edilməsi üçün həmin prosesə dəvət edilmişdir. Belə ki, saxlanılan və ya hər hansı şübhəli şəxs RPŞ-yə dəvət edildikdə onun özünə qəsd etməsi, yaxud təhlükə yarada biləjək hər hansı neqativ hərəkət törətməsi hallarının qarşısını almaq üçün bir qayda olaraq profilaktik tədbir kimi bir sıra hallarda belə şəxslərin yanında dayanılıb təhlükəsizliyi təmin edilir. Həmin vaxt Ağstafa RPŞ-nin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış aparılması prosesinə kənardan iki nəfər hal şahidləri dəvət olunmuşdur. Xatırladığı qədər şəxsi axtarışı Ağstafa RPŞ-nin İstintaq bölməsinin rəisi Şahid3 aparmışdır. Təqsirləndirilən şəxs3 üzərindən pul və narkotik vasitə aşkar olunmuşdur.Narkotik vasitənin kim tərəfindən aşkar olunmasını xatırlamır. Təqsirləndirilən şəxs3 üzərində qanunsuz heç nə olmadığını bildirirdi. Nə özü tərəfindən, nə də Ağstafa RPŞ-nin digər polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs3 qarşı heç bir təzyiq, zorakılıq hərəkətləri edilməmiş, onu nə vuran, nə döyən, nə də söyən olmamışdır. Təqsirləndirilən şəxs3 düz danışmadığını, onun cibinə narkotik vasitə qoymadığını bildirmişdir. Hal şahidlərinə təsir etmədiyini, məhkəmədə onun əleyhinə ifadə verəməsini xahiş etmədiyini bildirmişdir. İstintaq zamanı ifadəsini təsdiq etdiyini bildirmişdir. 21 sentyabr tarixində Təqsirləndirilən şəxs3 polis şöbəsində görməmişdir. Hal şahidlərinin eyni vaxtda orada olmasını dəqiq xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, 2012ci ildən X27 xidmət etməklə Ağstafa rayon Polis şöbəsinin Post patrul Xidməti bölüyünün polis nəfəri vəzifəsində işləyir. 22 sentyabr 2018-ci il tarixdə saat təxminən 16 radələrində özü Ağstafa rayon Polis şöbəsinin inzibati binasında xidmətdə olmuş, bu ərəfədə Ağstafa rayonu Dağkəsəmən kənd sakini kimi uzaqdan tanıdığı Təqsirləndirilən şəxs3 keçirilmiş əməliyyat axtarış tədbiri ilə bağlı saxlanılaraq Ağstafa RPŞ-yə gətirilmişdir. Həmin gün Təqsirləndirilən şəxs3 üzərində külli miqdarda narkotik vasitə heroin olması ilə bağlı əməliyyat məlumatı daxil olduğu üçün Ağstafa RPŞ-nin əməkdaşları tərəfindən əməliyyataxtarış tədbiri keçirilmişdir. Ağstafa RPŞ-də Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış aparılması prosesi zamanı özü də təhlükəsizliyinin təmin edilməsi üçün həmin proses aparılan otağa dəvət edilmişdir. Hər hansı şübhəli şəxs RPŞ-yə dəvət edildikdə onun özünə qəsd etməsi, yaxud təhlükə yarada biləcək hər hansı neqativ hərəkət törətməsi hallarının qarşısını almaq üçün bir qayda olaraq RPŞ-nin rəhbərliyinin göstərişi ilə belə şəxslərin yanında dayanıb təhlükəsizliyi təmin edilir. Həmin vaxt Ağstafa RPŞ-nin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış aparılması prosesinə kənardan iki nəfər hal şahidləri, həmçinin hüquqlarının müdafiəsi üçün vəkil də dəvət olunmuşdur. Şəxsi axtarış zamanı Ağstafa RPŞ-nin İstintaq bölməsinin rəisi Şahid3 orada olmasını xatırlamır. Təqsirləndirilən şəxs3 təklif edilmişdir ki, üzərində qanunsuz saxladığı hər hansı bir narkotik vasitə, digər qanunsuz əşya və ya predmet varsa özü çıxarıb təqdim etsin. Təqsirləndirilən şəxs3 isə əvvəlcə bildirmişdir ki, üzərində qanunsuz heç nə yoxdur. Bundan sonra Təqsirləndirilən şəxs3 üzərinə baxış keçirilməyə başlanmış və onun əynindəki şalvarının sağ cibindən bir ədəd 50 manatlıq və dörd ədəd 1 manatlıq olan pul əskinasları, şalvarının sol yan cibindən bir ədəd dəsmal, şalvarının arxa cibindən isə bir ədəd sellofan bükümdə olan gümüşi kağız büküm aşkar olunmuşdur. Həmin sellofan bükümdəki gümüşi kağız büküm açıldıqda görmüşlər ki, içərisində kəskin iyli, narkotik vasitə heroinə oxşar maddə vardır. Təqsirləndirilən şəxs3 həmin bükümdəki maddənin nə olması və kimə məxsus olması barədə dediklərini xatırlamır. Bundan sonra həmin bükümdəki maddə götürülərək qablaşdırılmışdır. Təqsirləndirilən şəxs3 qarşı heç bir təzyiq, zorakılıq hərəkətləri edilməmiş, onu nə vuran, nə döyən olmamışdır. Təqsirləndirilən şəxs3 hansı şəraitdə polisə gətirilməsini xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, 22 sentyabr 2018-ci il tarixdə Ağstafa rayonunda baş vermiş atışma ilə bağlı kameraya düşdüyü üçün onu Ağstafa rayon Polis şöbəsinə çağırmışlar. Həmin vaxt Natiqi hələ gətirməmişdilər. Bir müddət şöbədə gözləmiş, sonra ona bir nəfər adamın üzərinə baxış keçirəcəklərini və iştirak etməyini demişlər. Həmin vaxt polis əməkdaşlarının sonradan adını bildiyi Təqsirləndirilən şəxs3 göydə yəni, qollarından yutub yuxarı qaldırılmış vəziyyətdə gətirdiklərini, onun səs-küy saldığını görmüşdür.. Həmin vaxt Elçin adlı polis əməkdaşı əlini Natiqin cibinə salıb nəsə qoymuşdur. Polis əməkdaşının biri ona hal şahidliyi etməyini, o biri işini həll edəcəyini demişdir.Təxminən 15 dəqiqə sonra bir nəfər də hal şahidi kimi gəlmişdir. Natiqin üzərinə baxış zamanı ona cibində olan əşyaları təqdim etməyini demişlər, Natiq də cibində olan pulları və siqareti çıxarmışdır. Sonra Elçin adlı polis əməkdaşı ona arxa cibindəkiləri də çıxartmağını dedikdə, Natiq arxa cibində olan, gətirilən zaman Elçinin onun cibinə qoyduğu bükmü çıxarmış və qışqıraraq həmin bükümün onun olmadığını demişdir. Həmin büküm açılanda içindən toxum, yarpaqlar çıxmışdır. Sonra ona çölə çıxmağını dedikdə, niyə Natiqin cibinə narkotik qoyduqlarını soruşmuş, Rafiq adlı polis əməkdaşı ona getməyini demişdir. Sonra orda ona nəyəsə qol çəkdirmişlər. Otaqdan çıxanda da Elçinə niyə Natiqin cibinə narkotik qoyduğunu soruşmuş, o da onluq olmadığını, getməyini demişdir. Məhkəmə iclasları zamanı isə Elçin onu məhkəməyə gəlməyə qoymamış, gəlməməyini, onluq heç nə olmadığını, məhkəməyə gəlsə məhkəmədə tutulacağını, özlərinin hər şeyi həll edəcəklərini demişdir Həmçinin Cabir adlı polis əməkdaşı da ona onluq bir şey olmadığını bildirmişdir Ağstafada Azərin evində cinayət hadisəsi olmuşdu, o da həmin vaxt kameraya düşdüyünə görə onu polisə çağırmışlar.Onu şöbəyə Rafiq adlı polis işçisi aparmışdır.Şöbədə Azərin evində olan cinayətlə bağlı heç nəyə baxmamışlar. Onun həmin cinayətlə əlaqəsi olmamışdır.O, şöbəyə gedəndə hal şahidi olacağını bilməmişdir. Qorxurduğu üçün ona hal şahidi kimi iştirak etməyi təklif olunanda razılaşmışdır.Natiqi gətirəndə göydə gətirmişlər. Oradan çıxandan sonra Rafiqə belə olacaqdısa onu niyə çağırdığını demişdir.Sonradan polisə ifadə verməyə getməmişdir.O, nəyə imza etdiyini bilməmişdir. İfadə verməmiş, onu heç kim danışdırmamışdır.Polis şöbəsinə gedənə kimi Natiqi tanımamışdır. Məhkəməyə gələndə səhv etmirsə Mətləb adlı polis əməkdaşı ona zəng edib məhkəmədə onu tutacaqlarını demişdir. Mətləb ona ifadəsində nədisə onu da deməyini, hər şeyi zibil etməməyi demişdir.Ona zəng edib polisə çağırmışlar və məhkəməyə özləri aparacaqlarını demişilər. Onu polisə gedib kağızı oxumağını, orda nə yazılıbsa onu da deməyini demişlər, o da getməmiş, birbaşa məhkəməyə gəlmişdir. Həmin gün Natiq orada olanda qışqıraraq dünən onun yoxlanıldığını, yenidən niyə yoxladıqlarını, dünəndən orada olduğunu demişdir.Polis əməkdaşının Natiqin cibinə narkotik salmağını görmüşdür.O, qorxurduğu üçün hal şahidi kimi iştirak etmişdir.Elçin ona dünən zəng edərək narkotik vasitəni onun qoymadığını deyib, əgər kimin qoyduğunu soruşsalar Aftandilin qoyduğunu deməyini xahiş etmişdir.İbtidai istintaq zamanı ifadəsini oxumamış, oxumağa qoymamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, 22 sentyabr 2018-ci il tarixdə Ağstafa rayon Polis şöbəsində Ağstafa rayon sakini olan Təqsirləndirilən şəxs3 üzərinə keçirilmiş baxış prosesində polis əməkdaşlarının təklifi ilə hal şahidi kimi iştirak etmişdir. Polis əməkdaşları ondan başqa tanımadığı bir nəfər şəxsi də hal şahidi kimi dəvət etmişlər. Otaqda polis əməkdaşları tərəfindən tutulmuş, qiyabi tanıdığı Təqsirləndirilən şəxs3 və polis əməkdaşları olmuşdur. Sonra polis əməkdaşı şübhəli kimi gətirilmiş Təqsirləndirilən şəxs3 üst başına baxış keçirməyə başlamışlar. Bu zaman Natiq adlı həmin şəxsin əynindəki şalvarının xatırladığı bir pul əskinasları, kağız büküm aşkar olunaraq stolun üstünə qoymuşlar. Polislər Natiqdən həmin bükümdəki maddənin nə və kimin olmasını soruşduqda Natiq həmin bükümün ona məxsus olmadığını bildirib etiraz etmişdir. Natiqi polis şöbəsinə gətirəndə çığırıb etiraz etmişdir ki, onun heç bir günahı yoxdur. Natiq həmin narkotikin polislərin onun cibinə qoyduqlarını deyirdi. Polis əməkdaşları tərəfindən Natiqə üzərində olan qeyri-qanuni əşya varsa onu təqdim etməsi barədə təkliflərini eşitməmişdir. Natiq üzərindən aşkar olunmuş maddənin ona məxsus olmadığını və polis əməkdaşları tərəfindən üzərinə qoyulduğunu bildirirdi. Qanunsuz olaraq narkotik vasitələrdən istifadə etdiyinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Natiqin üzərindən çıxarılan narkotik vasitə onların yanımızda tərəzidə çəkilməmişdir. Natiqin üzərinə baxış keçirilməmişdən əvvəl ona hüquq və vəzifələri izah edilməmişdir Kimin onun cibini yoxladığını xatırlamır. Narkotikin nədə olduğunu görməmişdir. Ağstafa RPŞ-ya Vüqar adlı polis əməkdaşı çağırmışdır. Vüqara məhkum olunduğuna görə hal şahidi qismində iştirak etmək istəmədiyini bildirsə də, Vüqar ona iştirak edə biləcəyini demişdir. Natiqin üzərinə kim tərəfindən baxış keçirilməsini xatırlamır. Baxışdan əvvəl nə ona, nə də digər hal şahidinə hüquq və vəzifələri izah edilməmişdir. “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2018-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisənin törədildiyi yer Zərərçəkmiş şəxs6 ailə üzvləri ilə yaşadığı Ağstafa şəhəri 33-cü məhəllədə yerləşən fərdi yaşayış evidir.Zərərçəkmiş şəxs6 yaşayış evindən törədilmiş quldurluq hadisəsi epizodu üzrə ilkin araşdırma zamanı hadisə yerinə baxış keçirilərkən 1 ədəd 5,45 mm kalibrli Kalaşnikov konstruksiyalı AK-74 markalı ******* nömrəli avtomat silah, həmin avtomat silaha aid 1 ədəd sandıqça (daraq), 34 ədəd patronlar, 2 ədəd gilizlər, 1 ədəd dəmir mismarçıxardan, 1 ədəd plastik materialdan sıxıjı bağ (ip), üzərində qanabənzər ləkələr olan 2 ədəd döşək üzlükləri, 1 ədəd qara rəngli gödəkçə papağı, 2 ədəd qara rəngli parçadan maskalar, qanabənzər ləkələrin nümunələri və 1 ədəd bıçaq aşkar edilərək iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2015-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs1 yaşayış evinə baxış keçirilərkən evin həyətində giriş darvazasının üst hissəsində quraşdırılan müşahidə kamerası üzərindən 1 ədəd yun materialdan olan qara rəngli baş geyimi, həyətdəki yardımçı tikilinin otağından yapışdırıjı skoç kəsikləri və 1 büküm yapışdırıcı skoç, evdə dəmir seyfin yerləşdiyi otaqdan 1 ədəd nazik rezin əlcək parçası aşkar edilərək iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” xx.xx.2018-ci il tarixli qərardan görünür ki, Ağstafa rayonu Dağkəsəmən kəndində yaşayan Təqsirləndirilən şəxs3 üzərinə baxış keçirilməsinə dair qərar qəbul olunmuşdur. Şəxsi axtarış aparılması haqqında xx.xx.2018-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs3 üzərindən Ağstafa rayon polis şəbəsinin binasında, xidməti otaqda əynində olan şalvarın sağ yan cibindən 1 ədəd 50AZN, 4 ədəd 1AZN,sol yan cibindən 1 ədəd dəsmal, arxa cibindən 1 ədəd sellofan bükümdə içərisində narkotik vaistə olan heroinə bənzər kəskin iyli, toz şəkilli kütlə aşkar olundu.Aşkar olunmuş kütlə qablqaşlaşdırılaraq götürüldü. “Zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs6 hadisə ilə bağlı düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədi ilə ifadəsinin yerində yoxlanılması keçirilmiş və onun ifadəsində göstərdiyi xüsusatlar təsdiq olunmuşdur. “Zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs7 hadisə ilə bağlı düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədi ilə ifadəsinin yerində yoxlanılması keçirilmiş və onun ifadəsində göstərdiyi xüsusatlar təsdiq olunmuşdur. “Zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs1 hadisə ilə bağlı düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədi ilə ifadəsinin yerində yoxlanılması keçirilmiş və onun ifadəsində göstərdiyi xüsusatlar təsdiq olunmuşdur. “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, "xxxx" Telekom MMC-nin xx.xx.2019-cu il tarixli 13698 saylı məktubu ilə daxil olmuş diskə baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən məlumatlar aşkar edilmədi. “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli BKC/LGL-10970 saylı məktubu ilə daxil olmuş diskə baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən məlumatlar aşkar edilmədi. “DVD diskdə olan videogörüntüyə baxış keçirilməsi haqqında” xx.xx.2018-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 istintaq orqanına təqdim etdiyi və götürülərək cinayət işinin materiallarına əlavə edilmiş 1 ədəd DVD diskdə olan, hadisə zamanı Zərərçəkmiş şəxs1 evinin həyətyanı sahəsinin müşahidə kamerasına aid xx.xx.2015-ci il tarixli gecə şəraitində olan videogörüntüyə baxış keçirilmiş, baxış zamanı həmin videogörüntünün 25-ci dəqiqəsindən etibarən müşahidə kamerasının dayanıqlı quraşdırıldığı yerin aşağı sol tərəfindən qeyd edilən evin həyətyanı sahəsinə əvvəljə əynində qara idman gödəkçəsi və başına kapşonkası keçirilmiş, açıq rəngli şalvarda olan, belində açıq rəngli əşya çantası görünən şəxsin və onun yanında da əynində açıq rəngli paltar olan, başında kepka papağa oxşar papaq olan, çiynindən lüləsi aşağı istiqamətdə avtomat silah asılmış şəxsin birlikdə daxil olduqları, onların həyətdə müşahidə kamerası ilə üzbəüz yerləşən kürsülü yaşayış evinin giriş qapısına qalxan pilləkan hissəsinin yanında, eyvanın alt tərəfində dayandıqları, bir neçə saniyə sonra həmin iki nəfərin ardınca həmin yerdən həyətə digər iki nəfərin də daxil olduğu, sonrakı iki nəfərdən birinın əynində açıq rəngli qolsuz gödəkçə olan və əlində avtomat silah tutan şəxsin, həmçinin onun yanındakı digər açıq rəngli paltarda görünən, nisbətən hündürboylu şəxsin həyətə daxil olaraq əvvəlki iki nəfərin dayandıqları yerə onların yanına yaxınlaşdıqları, ümumilikdə dörd nəfərdən ibarət olan həmin şəxslərin tanınmamaları üçün başlarına parça, yaxud kapron corab keçirdiklərinə görə sifətlərinin aydın görünmədiyi, onların həyətdə həmin yerdə gah ayaqüstə, gah da əyilib baş-başa verməklə öz aralarında törədəcəkləri sonrakı hadisədə rol bölgülərinin və hərəkətlərinin nədən ibarət olacağına dair müzakirə etmələrinə xarakterik hansısa danışıqlar apardığı, videogörüntünün 27-ci dəqiqəsindən etibarən əynində açıq rəngli qolsuz gödəkçə olan və əlində avtomat silah tutan şəxsin həyətdə sağ tərəfə doğru addımlayaraq bir neçə saniyə müddətinə gözdən itdiyi, onun yanındakı digər açıq rəngli paltarda görünən, nisbətən hündürboylu şəxsin isə pilləkanla yuxarı, evin giriş qapısının qarşısına eyvana qalxdığı və qapıya, ətrafa nəzər saldığı, sonra onların hər ikisinin yenidən digər iki nəfərin dayandıqları əvvəlki yerə, yəni pilləkannın yanında eyvanın alt hissəsinə qayıtdıqları və əyilərək öz aralarında nəyisə yenə müzakirə edib danışdıqları, videogörüntünün 32-ci dəqiqəsindən etibarən isə hazırki videogörüntünü qeydə alan müşahidə kamerasının mövjudluğundan duyuq düşərək, yaxud çəkiliş aparmasından ehtiyatlanaraq əynində açıq rəngli qolsuz gödəkçə olan şəxsin müşahidə kamerası ilə üzbəüz, həyətdə yaşayış evindən az məsafədə aralı sol tərəfdə olan birmərtəbəli tikilinin divarına söykədilmiş nərdivanı götürdüyü və müşahidə kamerasına tərəf daşıyıb gətirdiyi, nərdivanı müşahidə kamerasının alt tərəfinə söykədikdən sonra isə özünün nərdivanla bir qədər yuxarı dırmaşıb sifətinin görünməməsi üçün əlini uzadaraq çəkilişin qarşısını almaq məqsədi ilə həmin müşahidə kamerasının çəkiliş aparan yerinə hansısa əşyanı keçirdiyi, bundan sonra isə görüntünün olmadığı müəyyən edilmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2018-ci il tarixli 416 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs6 bədənində müəyyən edilmiş xəsarətlər – sağ saidin hiss çöküntülü yanıqları - atəşin əlavə faktorları olan hisin və alovun təsirindən törənmişdir, göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2018-ci il tarixdə avtomatdan atılmış atəş nətijəsində atəşin əlavə faktorlarının təsirindən əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2018-ci il tarixli 414 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs7 bədənində müəyyən edilmiş xəsarətlər - orta təpə nahiyyəsində çapılmış yara, sol saidin sıyrığı və sağ budun səthi kəsilmiş yarası – səthi kəsilmiş yara kəsici, çapılmış yara və sıyrıq isə küt əşyanın təsirindən törənmişdir, göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2018-ci il tarixdə bıçaqla və avtomatın qundağı ilə vurma nətijəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlərdən çapılmış tikişə ehtiyacı olan yara dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, səthi kəsilmiş yara və sıyrıq isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2018-ci il tarixli 415 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs9 bədənində müəyyən edilmiş xəsarətlər – sağ bazunun qançırı və sıyrığı – küt əşyanın təsirindən törənmişdir, göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2018-ci il tarixdə avtomatın qundağı ilə vurma nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2018-ci il tarixli 427 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs8 qızının bədənində müəyyən edilmiş xəsarət – sağ biləyin tış səthində səthi kəsilmiş yara – kəsici əşyanın təsirindən törənmişdir, göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2018-ci il tarixdə bıçaqla vurma nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2015-ci il tarixli 235 saylı rəyindən görünür ki, müayinə zamanı X3 bədəni üzərində xəsarətlərin obyektiv əlamətləri müəyyən edilməmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2015-ci il tarixli 236 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs5 bədəni üzərində xəsarətlərin obyektiv əlamətləri müəyyən edilməmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2015-ci il tarixli 237 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sol əlin V barmağının səthi yaraları – bərk küt əşyanın (əşyaların) təsiri nətijəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2015-ji il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2015-ci il tarixli 239 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 bədəni üzərində xəsarətlərin obyektiv əlamətləri müəyyən edilməmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2015-ci il tarixli 240 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində xəsarətlərin obyektiv əlamətləri müəyyən edilməmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2015-ci il tarixli 241 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədəni üzərində xəsarətlərin obyektiv əlamətləri müəyyən edilməmişdir. Məhkəmə balistik ekspertizasının xx.xx.2018-ci il tarixli 27812/27813 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1(bir) ədəd silah 5,45 mm kalibrli olmaqla Kalaşnikov konstruksiyalı, AK-74 markalı, ******* nömrəli, 1986-jı ildə keçmiş SSRİ-də zavod üsulu ilə istehsal edilmiş, döyüş təyinatlı yivli-odlu avtomat silahdır, texniki jəhətdən sazdır, atəş açmaq üçün yararlıdır, üzərində və zavod nişanında dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 34 (otuz dörd) ədəd patron 5,45 mm kalibrli olmaqla həmin kalibrə malik AK-74, AKS-74, AKS-74U modeli avtomatlarda, RPK-74 əl pulemyotlarında və s. uyğun kalibrli yivli odlu silahlarda istifadə etmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş patronlardır, döyüş sursatı hesab edilir və istifadəyə (atəşə) yararlıdır. Həmin patronlardan istifadə etməklə tədqiqata təqdim edilmiş Kalaşnikov konstruksiyalı, AK-74 markalı ******* nömrəli avtomatda atəş açmaq mümkündür. Tədqiqata təqdim edilmiş 1(bir) ədəd predmet Kalaşnikov konstruksiyalı silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla 30 ədəd 5,45 mm kalibrli patron tutumuna malik zavod üsulu ilə hazırlanmış sandıqçadır (daraqdır), istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd giliz 5,45 mm kalibrli olmaqla həmin kalibrə malik AK-74, AKS-74 avtomatlarında, RPK-74, RPKS-74 əl pulemyotlarında istifadə edilmək üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən patronların zavod üsulu ilə hazırlanmış hissələridirgilizləridir. Həmin gilizlər ******* nömrəli avtomat silahdan atılmışdır. Tədqiqata təqdim edilən bir ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, uju deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir və istifadəyə yararlıdır. Bıçaq kustar üsulla hazırlandığından onun üzərində hər hansı yazı, işarə yoxdur. Buna görə də bıçağın harada və hansı tarixdə hazırlandığını müəyyən etmək mümkün deyil. Tədqiqata təqdim edilmiş bir ədəd metal predmet təsərrüfat təyinatlı alətdir, mismarçıxardandır və soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş plastikə oxşar materialdan hazırlanmış predmet təsərrüfat təyinatlı sıxıcı bağdır və soyuq silah hesab edilmir. Həmin ekspert rəyinə əsasən tədqiqat zamanı beş ədəd patrondan avtomat silahdan eksperimental atəşlər açarkən istifadə edilmişdir. Materialların məhkəmə ekspertizasının xx.xx.2018-ci il tarixli 411 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Vət.Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunmuş…» sözlər və imzalar yazılmış kağız paketdəki bir ədəd sellofan torbajığın içərisində olan gümüşü rəngli kağız bükümdə təmiz çəkisi – 2,137 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin ekspert rəyinə əsasən heroinin 0,05 qramı tədqiqata sərf edildikdən sonra 2,087 qram qalıq çəkidə heroin qalmışdır. Ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2018-ci il tarixli 2029 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal–hazırda müayinə zamanı Təqsirləndirilən şəxs3 narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, AK-74 markalı 5,45 kalibrli ******* nömrəli və “NAQAN” markalı 7,62 kalibrili 22087 nömrəli silahların mərkəzləşdirilmiş axtarış uçotlarında olması barədə məlumat yoxdur. Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin arayışından görünür ki, 5,45 kalibrli ******* nömrəli AK-74 markalı kalaşnikov konstruksiyalı avtomatdan eksperimental qaydada atılmış güllə və giliz nümunələri idarənin “güllə-giliz” kartotekasında “ARSENAL” avtomatlaşdırılmış balistik sistemi vasitəsilə yoxlanıldı.Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbayjan Respublikasının Mərkəzi Bankının valyuta məzənnələri cədvəlindən görünür ki, 1 (bir) ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsi xx.xx.2015-ci il tarixdə 1.0486 manat olmuşdur. xx.xx.2018-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunmuş 1 ədəd 50AZN, 4 ədəd 1 AZN pul əskiznazları onun özünə qaytarılmışdır. Bakı İstintaq Təcridxanasının xx.xx.2019-cu il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs2nin ilkin tibbi müayinəsi zamanı 2004-cü ildə ağciyər vərəmindən Penitensiar Xidmətin İxtisaslaşdırımış Müalicə Müəssisəsində müalicə alması, 2009-cu il tarixdən İİV xəstəliyindən əziyyət çəkməsi məlum olmuşdur. Ağstafa rayon Saloğlu qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2018-ci il tarixli arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 Ağstafa rayon Saloğlu qəsəbəsində anası X23, arvadı X24, övladları X9 və X30 oğlu ilə birlikdə yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Ağstafa şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2018-ci il tarixli arayışından və xasiyyətnaməsindən görünür ki, Budaqov X26 şəhəri, Ağamalıoğlu küçəsi, ev 8-də həyat yoldaşı X10, övladları X47 və X39 ilə birlikdə yaşayır, yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Qazax rayon Quşçu Ayrım kənd nzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs3 Qazax rayon Quşçu Ayrım kəndində qeydiyyatdadır. Müsbət xarakterizə olunur. Ağstafa rayon Dağkəsəmən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından və xasiyyətnaməsindən görünür ki, Cəfərov X40 rayon Dağkəsəmən kəndində atası X54, anası X17 və X25 birlikdə yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Ağstafa rayon Mərkəzi Xəstəxanasının xx.xx.2018-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 və Budaqov X26 rayon X1 Poliklinikasının ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyatda dayanmırlar. Ağstafa rayon Mərkəzi Xəstəxanasının xx.xx.2019-cu il tarixli arayışından görünür ki, Cəfərov X40 rayon X1 Poliklinikasının ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyatda dayanmırlar. 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2018-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmayıblar. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2018-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 17 sentyabr 2018-ci il tarixdən hesablanmışdır. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2018-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 17 sentyabr 2018-ci il tarixdən hesablanmışdır. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2018-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilindiyindən həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 22 sentyabr 2018-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışı və cinayət işinə əlavə edilmiş hökmün surəti ilə müəyyən edilir ki, Cəfərov X40 rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 228.2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə məhkum edilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışı və cinayət işinə əlavə edilmiş hökmün surəti ilə müəyyən edilir ki, Budaqov X26 rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə məhkum edilmişdir. Təqsirləndirilən şəxs2 xx.xx.2013-cü ildə cəzaasının sonu ilə azad olunmuşdur. Budaqov X26 rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat cərimə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışı və cinayət işinə əlavə edilmiş hökmün surəti ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 Bakı şəhər Nərimanov rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 228.2.1 və 228.2-ci maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə məhkum edilmişdir.xx.xx.2004-cü ildə Ağstafa rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur. Novruzov X2 Respublikası Marneuli rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmünə əsasən Gürcüstan Respublikası CM-nin 260-cı maddəsinin 3-cü hissəsi ilə, 25.262-ci maddəsinin 4-cü hissəsi ilə, 59-cu maddənin 1-ci hissəsi ilə, 50-ci maddənin 4-cü hissəsi ilə təqsirli bilinərək 30 il müddətinə azadlıqdan məhrumetmə məhkum edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə hökm Azərbaycan Respublikası ərazisində icraya qəbul olunmaqla əməli Azərbaycan Respublikası CM-nin 234.4.3, 32.3, 206.2-ci maddələrinə tövsif olunmaqla qəti olaraq 15 il müddətinə azadlıqdan məhrumetmə məhkum edilmişdir.xx.xx.2013-cü ildə Bakı şəhər Xəzər rayon Məhkəməsinin qərarı ilə “Amnistiya haqqında” Gürcüstan Respublikasının xx.xx.2012-ci il tarixli qanunun 13 və 18-ci maddələri tətbiq olunaraq CM-nin 234.4.3-cü maddəsinə əsasən təyin olunmuş 12 il azadlıqdan məhrumetmə cəzasından azad olunub 32.3 206.2ci maddəsinə əsasən 07 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.xx.xx.2013-cü ildə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə Xəzər rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı dəyişdirilib, Azərbaycan Respublikası CM-nin 32.3, 206.2-ci maddələri ilə müəyyən edilmiş 07 il müddətinə azadlıqdan məhrumetmə cəzası ¼ qədər azaldılmaqla 05 il 03 ay azadlıqdan məhrumetmə cəzası müəyyən edilmişdir və həmin müddət başa çatdığı üçün cəzasının sonu ilə azad olunmuşdur. Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrumetmə məhkum edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli 20927/2018 nömrəli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs2 “ 8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 2.11-ci bəndinə əsasən xx.xx.2021-ci il tarixdə cərimə cəzasından azad edilmişdir. Bakı şəhər Nərimanov rayon prokurorluğunun xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində polis əməkdaşları tərəfindən döyülüb xəsarət almaları faktı ilə üzrə aparılmış araşdırma zamanı toplanmış material hər hansı şəxsin əməlində cinayət tərkibi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmsı rədd edilmişdir. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, iş üzrə maddi sübutlar ekspertiza tədqiqatından sonrakı 2,087 qram qalıq çəkidə narkotik vasitə heroin, 1 ədəd yun materialdan olan qara rəngli baş geyimi, yapışdırıcı skoç kəsikləri, 1 büküm yapışdırıcı skoç, 1 ədəd rezin əlcək parçası, 1 ədəd Kalaşnikov konstruksiyalı AK-74 markalı ******* nömrəli avtomat silah, həmin avtomat silaha aid 1 ədəd sandıqça (daraq), 29 ədəd patronlar, 2 ədəd gilizlər, 1 ədəd dəmir mismarçıxardan alət, 1 ədəd plastik materialdan sıxıcı bağ (ip), üzərində qanabənzər ləkələr olan 2 ədəd döşək üzlükləri, 1 ədəd qara rəngli gödəkçə papaq, 2 ədəd qara rəngli parçadan maskalar, qanabənzər ləkələrin nümunələri, 1 ədəd bıçaq saxlanılması üçün Azərbayjan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlama kamerasına təhvil verilmiş, yaddaşında videogörüntü olan 1 ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılır. Cinayət işi materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və qeyrilərinin barələrində ibtidai istintaqı aparılmış ********* nömrəli cinayət işinin materiallarından Gürcüstan vətəndaşları X18, şəxsiyyətləri istintaqa məlum olmayan Otar və Mail adlı şəxslərin və qeyrilərinin barəsində, həmçinin Təqsirləndirilən şəxs3 aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə heroinin əldə edildiyi naməlum mənbə ilə əlaqədar fakta görə Azərbaycan Respublikası CM-nin 181.3.2, 228.2.1 ,234.4.3 və 318.2-ci maddələri ilə ayrıca icraata cinayət işi ayrılmışdır. Zərərçəkmiş şəxs6 məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və tələbi yoxdur. “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli BKC/LGL-4443/21 saylı məktubu ilə daxil olmuş diskə baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən məlumatlar aşkar edilməmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124–137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143–145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməllərində cinayət tərkibi vardır. Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquqlarını və azadlıqlarını Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi elan edir, insan və vətəndaş hüquqlarının və azadlıqlarının birbaşa qüvvədə olması, bu hüquq və azadlıqlarının gözlənilməsi və qorunması vəzifəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının üzərinə qoyur( Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 71-ci maddəsinin İ və Vİ hissələri). Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlarının olması, onlara qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququnun verilməsi bu hüquq və azadlıqların məhdudlaşdırılmasının yolverilməzliyini nəzərdə tutur (Konstitusiyanın 24-cü maddəsinin İ hissəsi, 26-cı maddəsinin İ hissəsi və 71-ci maddəsinin İİ hissəsi). Konstitusiyanın 28-ci maddəsinə İ və İİ hissələrinə əsasən hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrum etmə yolu ilə məhdudlaşdırıla bilər. Göründüyü kimi Konstitusiyada azadlıq hüququnun qanuni əsaslarla məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Azadlıq hüququnun məhdudlaşdırılması içtimai və milli təhlükəsizliyin təmin edilməsi, habelə digər şəxslərin hüquq və azadlıqlarının qorunması məqsədilə yalnız Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla həyata keçirilə bilər. Bu zaman azadlıq hüququnun məhdudlaşdırılmasının məqsədə uyğunluğu, müəyyənliyi, mütənasibliyi tətbiqinin həddi və müddəti kimi vacib şərtlərin nəzərə alınması zəruridir. Məhkəmə hesab edir ki, azadlıq hüququnun məhdudlaşdırılmasını nəzərdə tutan qanunun normalarını tətbiq edərkən hüquqi dövlətin ali prinsiplərindən olan bərabərlik, mütənasiblik, hüquqi müəyyənlik və tarazılıq prinsiblərinə əməl olunmasına xüsusi diqqət yetirilməlidir. Hüquq normalarının dəqiq tətbiq olunması ümumi hüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir. Belə ki, hüquq normasının dəqiq tətbiq olunması bütün hüquqtətbiqedicilər tərəfindən qanunun normasının düzgün şərh olunması nəticəsinədə mümkündür. Hüquq normalarının məzmunun qeyri-müəyyən şəkildə şərh olunaraq tətbiq olunması vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatının zəifləməsinə gətirib çıxarar və qanunun aliliyi prinsipi pozulmuş olar. Konstitusiyaya əsasən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi və 71ci maddəsinin Vİİ hissəsi) Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir və o heç bir halda məhdudlaşdırıla bilməz. Bu yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, pozulmuş hüquq və azadlıqları, həmçinin azadlıq hüququnu qanunvericilikdə nəzərdə tutulan həddlər çərçivəsində səmərəli müdafiə etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalətli məhkəmə araşdırılması hüququ “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasınında da öz əksini tapmışdır. Konvensiyanın 6cı maddəsinin tələblərinə görə hər kəs, onun hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə hesab edir ki, törədilən hər hansı bir içtimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələsi dəqiq araşdırılmalıdır. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməməsi və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına səbəb ola bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthuquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıd göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.3.2, 228.2.1, 228.4 və 318.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.3.2, 228.2.1 və 228.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.3.2-ci maddələri ilə elan edilmiş ittihamlarla razılaşsa da, Təqsirləndirilən şəxs3 elan edilmiş CM-nin 228.2.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş, Təqsirləndirilən şəxs1 isə CM-nin 228.2.2-ci maddəsində nəzərdə tutulmuş ittihamlarla aşağıdakı səbəblərə görə razılaşmır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs3 ittiham verilmişdir ki, o, qabaqjadan əlbir olan bir qrup şəxs halında özgənin külli miqdarda əmlakını əldə etmək məqsədi ilə 21 may 2015-ci il tarixdə gecə saat 04 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Tovuz rayonunun Cilovdarlı kəndində yerləşən fərdi yaşayış evinə qanunsuz olaraq girib silah tətbiq etməklə hücuma məruz qalmış şəxslərin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək quldurluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını əldə etmiş, başqasına vermiş, saxlamış, daşımış və gəzdirmiş və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. İstintaq orqanı Təqsirləndirilən şəxs3 əməlini qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə, həmçinin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma kimi qiymətləndirməsində mötəbər, biri-birini tamamlayan sübutlara və işin faktiki hallarına əsaslanmamışdır. Məhkəmə həm ibtidai istintaq, həm də, məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrinə, eyni zamanda işin faktiki hallarına hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs3 əməlində CM-nin 228.2.1 və 234.4.3-cü maddələrinin, Təqsirləndirilən şəxs1 isə əməlində CM-nin 228.2.2-ci maddəsin tərkib əlamətləri yoxdur. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş, Təqsirləndirilən şəxs3 üzərinə baxış keçirilərkən hal şahidi qismndə iştirak etmiş ifadəsində göstərmişdir ki, Şahid6 ifadəsində göstərdi ki, 22 sentyabr 2018-ci il tarixdə Ağstafa rayonunda baş vermiş atışma ilə bağlı kameraya düşdüyü üçün onu Ağstafa rayon Polis şöbəsinə çağırmışlar. Həmin vaxt Natiqi hələ gətirməmişdilər. Bir müddət şöbədə gözləmiş, sonra ona bir nəfər adamın üzərinə baxış keçirəcəklərini və iştirak etməyini demişlər. Həmin vaxt polis əməkdaşlarının sonradan adını bildiyi Təqsirləndirilən şəxs3 göydə yəni, qollarından yutub yuxarı qaldırılmış vəziyyətdə gətirdiklərini, onun səs-küy saldığını görmüşdür.. Həmin vaxt Elçin adlı polis əməkdaşı əlini Natiqin cibinə salıb nəsə qoymuşdur. Polis əməkdaşının biri ona hal şahidliyi etməyini, o biri işini həll edəcəyini demişdir.Təxminən 15 dəqiqə sonra bir nəfər də hal şahidi kimi gəlmişdir. Natiqin üzərinə baxış zamanı ona cibində olan əşyaları təqdim etməyini demişlər, Natiq də cibində olan pulları və siqareti çıxarmışdır. Sonra Elçin adlı polis əməkdaşı ona arxa cibindəkiləri də çıxartmağını dedikdə, Natiq arxa cibində olan, gətirilən zaman Elçinin onun cibinə qoyduğu bükmü çıxarmış və qışqıraraq həmin bükümün onun olmadığını demişdir. Həmin büküm açılanda içindən toxum, yarpaqlar çıxmışdır. Sonra ona çölə çıxmağını dedikdə, niyə Natiqin cibinə narkotik qoyduqlarını soruşmuş, Rafiq adlı polis əməkdaşı ona getməyini demişdir. Sonra orda ona nəyəsə qol çəkdirmişlər. Otaqdan çıxanda da Elçinə niyə Natiqin cibinə narkotik qoyduğunu soruşmuş, o da onluq olmadığını, getməyini demişdir. Məhkəmə iclasları zamanı isə Elçin onu məhkəməyə gəlməyə qoymamış, gəlməməyini, onluq heç nə olmadığını, məhkəməyə gəlsə məhkəmədə tutulacağını, özlərinin hər şeyi həll edəcəklərini demişdir Həmçinin Cabir adlı polis əməkdaşı da ona onluq bir şey olmadığını bildirmişdir Ağstafada Azərin evində cinayət hadisəsi olmuşdu, o da həmin vaxt kameraya düşdüyünə görə onu polisə çağırmışlar.Onu şöbəyə Rafiq adlı polis işçisi aparmışdır.Şöbədə Azərin evində olan cinayətlə bağlı heç nəyə baxmamışlar. Onun həmin cinayətlə əlaqəsi olmamışdır. O, şöbəyə gedəndə hal şahidi olacağını bilməmişdir. Qorxurdu üçün ona hal şahidi kimi iştirak etməyi təklif olunanda razılaşmışdır.Natiqi gətirəndə göydə gətirmişlər. Oradan çıxandan sonra Rafiqə belə olacaqdısa onu niyə çağırdığını demişdir-Sonradan polisə ifadə verməyə getməmişdir.O, nəyə imza etdiyini bilməmişdir.İfadə verməmiş, onu heç kim danışdırmamışdır.Polis şöbəsinə gedənə kimi Natiqi tanımamışdır. Məhkəməyə gələndə səhv etmirsə Mətləb adlı polis əməkdaşı ona zəng edib məhkəmədə onu tutacaqlarını demişdir. Mətləb ona ifadəsində nədisə onu da deməyini, hər şeyi zibil etməməyi demişdir.Ona zəng edib polisə çağırmışlar və məhkəməyə özləri aparacaqlarını demişilər.Onu polisə gedib kağızı oxumağını, orda nə yazılıbsa onu da deməyini demişlər, o da getməmiş, birbaşa məhkəməyə gəlmişdir.Həmin gün Natiq orada olanda qışqıraraq dünən onun yoxlanıldığını, yenidən niyə yoxladıqlarını, dünəndən orada olduğunu demişdir.Polis əməkdaşının Natiqin cibinə narkotik salmağını görmüşdür.O, qorxurdu üçün hal şahidi kimi iştirak etmişdir.Elçin ona dünən zəng edərək narkotik vasitəni onun qoymadığını deyib, əgər kimin qoyduğunu soruşsalar Aftandilin qoyduğunu deməyini xahiş etmişdir.-İbtidai istintaq zamanı ifadəsini oxumamış, oxumağa qoymamışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş, Təqsirləndirilən şəxs3 üzərinə baxış keçirilərkən hal şahidi qismndə iştirak etmiş ifadəsində göstərmişdir ki, Şahid5 ifadəsində göstərmişdir ki, 22 sentyabr 2018-ci il tarixdə Ağstafa rayon Polis şöbəsində Ağstafa rayon sakini olan Təqsirləndirilən şəxs3 üzərinə keçirilmiş baxış prosesində polis əməkdaşlarının təklifi ilə hal şahidi kimi iştirak etmişdir. Polis əməkdaşları ondan başqa tanımadığı bir nəfər şəxsi də hal şahidi kimi dəvət etmişlər. Otaqda polis əməkdaşları tərəfindən tutulmuş, qiyabi tanıdığı Təqsirləndirilən şəxs3 və polis əməkdaşları olmuşdur. Sonra polis əməkdaşı şübhəli kimi gətirilmiş Təqsirləndirilən şəxs3 üst başına baxış keçirməyə başlamışlar. Bu zaman Natiq adlı həmin şəxsin əynindəki şalvarının xatırladığı bir pul əskinasları, kağız büküm aşkar olunaraq stolun üstünə qoymuşlar. Polislər Natiqdən həmin bükümdəki maddənin nə və kimin olmasını soruşduqda Natiq həmin bükümün ona məxsus olmadığını bildirib etiraz etmişdir. Natiqi polis şöbəsinə gətirəndə çığırıb etiraz etmişdir ki, onun heç bir günahı yoxdur. Natiq həmin narkotikin polislərin onun cibinə qoyduqlarını deyirdi. Polis əməkdaşları tərəfindən Natiqə üzərində olan qeyriqanuni əşya varsa onu təqdim etməsi barədə təkliflərini eşitməmişdir. Natiq üzərindən aşkar olunmuş maddənin ona məxsus olmadığını və polis əməkdaşları tərəfindən üzərinə qoyulduğunu bildirirdi. Qanunsuz olaraq narkotik vasitələrdən istifadə etdiyinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Natiqin üzərindən çıxarılan narkotik vasitə onların yanımızda tərəzidə çəkilməmişdir. Natiqin üzərinə baxış keçirilməmişdən əvvəl ona hüquq və vəzifələri izah edilməmişdir -Kimin onun cibini yoxladığını xatırlamır. Narkotikin nədə olduğunu görməmişdir. Ağstafa RPŞ-ya Vüqar adlı polis əməkdaşı çağırmışdır. Vüqara məhkum olunduğuna görə hal şahidi qismində iştirak etmək istəmədiyini bildirsə də, Vüqar ona iştirak edə biləcəyini demişdir. Natiqin üzərinə kim tərəfindən baxış keçirilməsini xatırlamır. Baxışdan əvvəl nə ona, nə də digər hal şahidinə hüquq və vəzifələri izah edilməmişdir. Bundan başqa cinayət işinin materiallarında olan xx.xx.2018-ci il tarixli Təqsirləndirilən şəxs3 üzərinə Şəxsi axtarış aparılması haqqında protokoldan, şübhəli şəxsi tutma haqqında qərardan və həmin tarixli digər protokollardan görünür ki, Təqsirləndirilən şəxs3 həmin sənədlərə imza etməkdən imtina etmişdir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs3 iş üzrə əlavə dindirmə zamanı istintaqa verdiyi xx.xx.2018-ci il tarixli ifadəsindən məlum olur ki, əvvəllər ona xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədiyini bildirmiş, şübhəli şəxs qismində verdiyi xx.xx.2018-ci il tarixli və təqsirləndirilən şəxs qismində verdiyi xx.xx.2018-ci il tarixli ifadələrində göstərdiyi xüsusatları təmamilə təkzib edərək narkotik maddənin qanunsuz dövriyyəsi ilə məşğul olmadığını, nə də üzərində narkotik maddə saxlamadığını bildirməklə yanaşı, özünün 21 sentyabr 2018-ci il tarixdə saat 16-17 radələrində Ağstafa rayon Polis şöbəsinin əməkdaşları tərəfindən Ağstafa RPŞ-yə əsassız gətirildiyini, orada bir gün qanunsuz saxlanılmaqla polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə və zorakılığa məruz qaldığını, 22 sentyabr 2018-ci il tarixdə isə Ağstafa RPŞ-də onun üzərinə baxış keçirilərkən üzərindən özünə aidiyyəti olmayan, saxlamadığı və daşımadığı narkotik maddənin aşkar edilib götürüldüyünü göstərmiş, özünün AzərbayCan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmədiyinə görə barəsində cinayət təqibinə həmin hissədə xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228-ci maddəsinin dispozisiyasına görə Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. İstintaq orqanı Təqsirləndirilən şəxs3 əməlini qanunsuz olaraq odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə kimi qiymətlərdirərkən həmin qeyd edilən silahın, onun komplekt hissələrinin CM-nin 228-ci dispozisiya şətrtlərinə uğyun olub-olmamasını sübut edə bilməmiş, yalnız təqsirləndirilən şəxslərin özlərinin ibtidai istintaq zamanı verdikləri ifadələrinə əsaslanmışdır. Odlu silahın və onun komplekt hissələrinin CM-nin 228-ci dispozisiya şətrtlərinə uğyun olub-olmamasını müəyyən etmək üçün birincisi, həmin silahlar reallıqda mövcud olunmalı, sonra isə silahın odlu silah və atəşə yararlı olub-olmamasını müəyyən etmək üçün müvafiq ekspertizanın rəyi ilə təsdiq və sübut olunmalıdır. Cinayət işinin materiallarından məlum olur ki, Təqsirləndirilən şəxs3 verilən qeyd olunan ittiham üzrə silah və onun komplekt hissələri istintaq zamanı mövcud olmadığından bu barədə də müvafiq ekspertiza kecirilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 94-cü maddəsinin tələbinə görə Cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı ilə aşkar olunan faktların, onların məzmununun, gedişinin və nəticələrinin təsdiq olunması üçün bu Məcəllənin 236, 244, 246-cı maddələrində nəzərdə tutulmuş hallarda istintaq hərəkətlərinin aparılmasında iştirak etmək üçün cəlb edilmiş şəxs hal şahidi ola bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.2.4-cü maddəsinə tələbinə görə cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yalnış başa düşməsindən istifadə etməklə əldə edilmiş sənədlərin cinayət işi üzrə sübut kimi qəbul olunmasına yol verilmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 244.1-ci maddəsinə tələbinə görə Axtarış və ya götürmə zamanı azı 2 (iki) hal şahidinin iştirakı məcburidir. Göründüyü kimi istintaq orqanı Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını əldə etmə, başqasına verməsinə, saxlamasına, daşımasına və gəzdirməsinə, dair heç bir sübut, hətta şübhəli də olsa belə yəni, onun təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplamamış, əksinə toplanmış sübutlar Təqsirləndirilən şəxs3 təqsirsizliyini təsdiq etdiyi halda, təqsirləndirilən şəxsin əməlini əsassız və yalnış olaraq ehtimallara əsaslanıb CMnin 228.2.1-ci maddələrinə tövsif edilmiş və onun əməlinin hansı sübutlara əsasən nə üçün belə tövsif edilməsi heç bir möhtəbər sübutla əsaslandırılmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs3 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsinə, saxlamasına və daşımasına dair toplanmış sübutlar Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinin pozulması ilə əldə olunmuşdur. Məhkəmə istintaqı zamanı sübut olundu ki, Təqsirləndirilən şəxs3 üzərinə şəxsi axtarış və görürmə aparılan zaman CPM-nin 94-cü maddəsinin tələbləri pozulmaqla hal şahidi qismində iştirak etmiş şəxslərə hüquq və vəzifələri izah edilməmiş, öz razılıqları olmadan prosesə cəlb edilmiş, polis əməkdaşının biri Şahid6 hal şahidliyi etməyini, o biri işini həll edəcəyini demiş, həmin vaxt polis əməkdaşı əlini Təqsirləndirilən şəxs3 cibinə salıb narkotik vasitə qoymuşdur. Bundan təxminən 15 dəqiqə sonra ikinci hal şahidi prosesə cəlb edilmişdir. Sonra polis əməkdaşından niyə Təqsirləndirilən şəxs3 cibinə narkotik qoyduqlarını soruşmuş, Rafiq adlı polis əməkdaşı ona getməyini demişdir. Sonra orda ona nəyəsə qol çəkdirmişlər. Məhkəmə iclasları zamanı isə Elçin adlı onu məhkəməyə gəlməyə qoymamış, gəlməməyini, onluq heç nə olmadığını, məhkəməyə gəlsə məhkəmədə tutulacağını, özlərinin hər şeyi həll edəcəklərini demişdir. O, şöbəyə gedəndə hal şahidi olacağını bilməmişdir. Qorxurduğu üçün ona hal şahidi kimi iştirak etməyi təklif olunanda razılaşmışdır. O, nəyə imza etdiyini bilməmişdir. İfadə verməmiş, onu heç kim danışdırmamışdır. Məhkəməyə gələndə polis əməkdaşı ona zəng edib məhkəmədə onu tutacaqlarını demişdir. Mətləb adlı polis əməkdaşı ona ifadəsində nədirsə onu da deməyini, hər şeyi zibil etməməyi demişdir. Ona zəng edib polisə çağırmışlar və məhkəməyə özləri aparacaqlarını demişilər. Onu polisə gedib kağızı oxumağını, orda nə yazılıbsa onu da deməyini demişlər, o da getməmiş, birbaşa məhkəməyə gəlmişdir. Polis əməkdaşının Natiqin cibinə narkotik salmağını görmüşdür.O, qorxurduğu üçün hal şahidi kimi iştirak etmişdir. Elçin ona dünən zəng edərək narkotik vasitəni onun qoymadığını deyib, əgər kimin qoyduğunu soruşsalar Aftandilin qoyduğunu deməyini xahiş etmişdir. İbtidai istintaq zamanı ifadəsini oxumamış, oxumağa qoymamışlar. Digər hal şahidi qismində iştirak etmiş Şahid5 Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunmuş maddənin ona məxsus olmadığını və polis əməkdaşları tərəfindən üzərinə qoyulduğunu deməsini bildirmişdir. Qanunsuz olaraq narkotik vasitələrdən istifadə etdiyinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Təqsirləndirilən şəxs3 üzərindən çıxarılan narkotik vasitə onların yanınıda tərəzidə çəkilməmişdir. Baxış keçirilməmişdən əvvəl ona hüquq və vəzifələri izah edilməmişdir Ağstafa RPŞ-ya Vüqar adlı polis əməkdaşı çağırmışdır. Vüqara məhkum olunduğuna görə hal şahidi qismində iştirak etmək istəmədiyini bildirsə də, Vüqar ona iştirak edə biləcəyini demişdir. Baxışdan əvvəl nə ona, nə də digər hal şahidinə hüquq və vəzifələri izah edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.3-cü maddəsinə tələbinə görə Bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onların ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələblərinə görə Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.1-ci maddəsinəəsasən cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Yəni törədilmişəməlin bütün əlamətləri Cinayət Məcəlləsinin istinad edilən maddəsinin dispozisiya şərtlərinə tam uyğun olduqda əməl həmin maddə ilə töfsiv olunmalıdır. Belə olan halda Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası CM-nin 228.2.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə, həmçinin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələrdə onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulurki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2-ci və 146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.4-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü o halda qanuni hesab edilir ki, o Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunlarınını tələblərinə rmayət edilməklə çıxarılmış olsun. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən ittiham hökmü məhkəmə istintaqında tədqiq edilmiş möhtəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək çıxarıla bilər. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə əsasən Bu məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhəkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1-ci maddəsinin tələblərinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır. 42.1.4 təqsirliliyi sübuta yetirilmədikdə; Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.2.4-cü maddəsinin tələbinə görə bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə ; Beləliklə yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 elan edilmiş CM-nin 228.2.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş ittihamlar üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə ona həmin ittihamlar üzrə bəraət verilməlidir. Belə olan halda Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 228.2.2-ci maddəsi ilə elan olunmuş ittiham isə ittihamdan xaric olunmalıdır. Bundan başqa təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onlara elan edilmiş CM-nin müvafiq maddələri üzrə özlərini təqsirli bilmədiklərini və qismən təqsirli bildirklərini göstərsələr də, məhkəmə onların bu ifadələrini, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrini o, cümlədən özlərinin müdafiəçinin iştirakı ilə ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini, əsas götürərək həqiqətə uyğun olmayan ifadələr kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut kimi qəbul etmir. Belə ki, məhkəmə istintaqında tədqiq olunan Təqsirləndirilən şəxs1 müdafiəçinin iştirakı ilə ibtidai istintaq zamanı 17 sentyabr 2018-ci il tarixli şübhəli şəxs qismində verdiyi ifadəsində və 18 sentyabr 2018-ci il tarixli təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.3, 181.2.5 və 228.2.1-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, törətdiyi Cinayət əməlinə görə səmimi peşmanlıq çəkir. Ağstafa rayonu Saloğlu kəndində qeydiyyatda olmaqla yaşayır. Əvvəllər məhkum olunmuşdur. Təqsirləndirilən şəxs2 bir ilə yaxındır ki tanıyır. Təxminən bir həftə əvvəl özü və Təqsirləndirilən şəxs2 pul əldə etmək üçün Ağstafa şəhər sakini Canpolad adlı şəxsin evinə girməyi planlaşdırmışlar. Bu məqsədlə iki gün əvvəl Arazla Ağstafa şəhəri Səməd Vurğun adına parkda görüşüb Canpoladın evinə girmək barədə söhbət etmiş və 17 sentyabr 2018-ci il tarixdə bu hadisəni törətmək barədə razılaşmışlar. Aralarında bu barədə söhbət olmasına baxmayaraq özü nə Canpoladı, nə də onun evini tanımamış, həmin evə girmək fikrini də Araz irəli sürmüşdür. Bundan sonra özü 16 sentyabr 2018-ci il tarixdə yaşadığı Ağstafa rayonu Saloğlu qəsəbəsinin kənarında yerə basdırdığı «AKM» markalı avtomat silahı çıxarıb yol avtomobili ilə Ağstafa şəhərinə gəlmiş, həmin gün saat 23 radələrində Ağstafa şəhəri dəmiryol vağzalında Arazla görüşmüş və birlikdə Bakı-Qırmızı Körpü avtomagistral yolunun Ağstafa şəhərindən keçən hissəsində Ağstafa şəhərinin girəCəyində gözləməyə başlamışlar. Arazla görüşdükdən sonra onun da özü ilə bıçaq gətirdiyini bilmişdir. Həmin yerdə 17 sentyabr 2018-ci il tarixə keçən gecə saat 03:30-a qədər gözləmişlər. Saat 03:30 radələrində özü Qazax şəhərində yaşayan və taksi kimi fəaliyyət göstərən Şahmar adlı şəxsə mobil telefonu ilə zəng vuraraq onu gözlədikləri yerə çağırmış, təxminən 10 dəqiqədən sonra Şahmar “VAZ 21015” markalı avtomobillə onların olduğu yerə gələn kimi özü avtomobilin arxa sağ oturacağına əyləşmiş, Araz isə sürücünün yanında qabaq oturacaqda oturmuşdur. Avtomobilə əyləşdikdən sonra Araz yolu Şahmara göstərməyə, Şahmar isə Arazın dediyi yolla avtomobili idarə etməyə başlamışdır. Bir neçə dəqiqə yol getdikdən sonra Araz Şahmara avtomobili saxlamağı bildirmiş, çatdıqları barədə deyəndən sonra özü və Araz avtomobildən düşmüşlər. Özü isə Şahmara beş manat verib onu yola salmışdır. Şahmar getdikdən sonra özü ilə gətirdiyi maskaları taxaraq Arazın göstərdiyi evin hasarından həyətə tullanmışlar. Evin həyətinə daxil olduqdan sonra evin pəncərələrindən birinin açıq olmasını görmüşlər. Açıq olan pəncərinin otağının işığı yanan vəziyyətdə, pəncərədə isə setka tor olmuşdur. Özü həmin pəncərəyə yaxınlaşaraq Arazda olan bıçaqla toru kəsmiş, pəncərədən həmin otağa, yəni evin mətbəxinə daxil olmuşlar. Otaqların qapıları açıq olduğu üçün oradan evin koridorunun sonundakı yataq otağına daxil olanda cavan ərarvad olan bir nəfər oğlanın və qadının qoşa çarpayıda yatmaqda olduğunu görmüşlər. Özü çiynində gətirdiyi silahı onlara tərəf tutaraq “qalx” demiş və bu vaxt hər iki yatan şəxs oyanmış, özü üzünü oğlana tutub «hay-küy salmayın, sizinlə işimiz yoxdur» deyə bildirmişdir. Buna baxmayaraq oğlan qışqırmağa başlamış və onun üstünə atılmışdır. Bu vaxt özü silahın arxası ilə oğlanın başından vurmuşdur. Bundan sonra özü və Araz hər ikisi həmin otaqdan çıxıb digər bir qapısı açıq olan yataq otağına girmişlər. Oraya girəndə Aptek Azər kimi tanıdığı şəxslə qarşılaşmış və öz özünə təəccüblənərək həmin şəxsi tanıdığı üçün Canpolad olmadığını bilmişdir. Bu vaxt özü Araza həmin şəxsin Canpolad olmadığı barədə deyəndə Araz onu orada tək qoyaraq qaçmışdır. Bu zaman Azər əli ilə onun əlindəki avtomatın lüləsindən yuxarı itələmiş və silahdan qəflətən bir dəfə atəş açılaraq güllə tavana dəymişdir. Bu zaman avtomatın qundağı ilə başına vurduğu həmin oğlan da oraya gəlmiş və əlbəyaxa olmuşlar. Əlbəyaxa olanda da bir dəfə qəfil atəş açılmış, lakin heç kimə güllə dəyməmişdir. Əlbəyaxa vaxtı onların hər ikisinə gücü çatmamış, həmin şəxslər onu saxlayaraq polisə məlumat vermişlər.Təqsirləndirilən şəxs1 həmin ifadələrində əlavə olaraq göstərmişdir ki, hadisə zamanı özü ilə götürdüyü avtomat silah onda çoxdandır, haradan əldə etdiyini xatırlamır. Həmin evə silahla daxil olmaqda məqsədləri pul, yaxud qiymətli əşya əldə etmək olmuşdur. Bundan başqa məhkəmə istintaqında tədqiq olunan Təqsirləndirilən şəxs1 əlavə dindirmə zamanı xx.xx.2018-Ci il tarixli, həmçinin icraatı hazırki Cinayət işinə birləşdirilmiş ********* nömrəli cinayət işi üzrə xx.xx.2018-ci il tarixli ifadələrində göstərmişdir ki, 1992-ci ildə Daxili Qoşunlarda gizir olaraq xidmətə başlamaqla daha sonra zabit rütbəsində müxtəlif vəzifələrdə işləmiş, 2001-ci ilin aprel ayından təqaüdə çıxmışdır. Təqaüdə çıxandan sonra fərdi əməklə məşğul olmuş, sonrakı müddət ərzində isə bir neçə dəfə məhkum olunmuşdur. Səmimi şəkildə bildirmək istəyir ki, 2015-ci ilin may ayında Tovuz rayonu Cilovdarlı kəndində yaşayan Zərərçəkmiş şəxs1 evində törədilmiş quldurluq hadisəsində özü də iştirak etmişdir. Həmin hadisə ilə bağlı onu deyə bilər ki, özü qeyd olunan hadisəni tanışları Gürcüstan Respublikası vətəndaşları olan və Gürcüstanın Qaraçöp kəndində yaşayan X11, Mayıl və Otar adlı şəxslərlə birlikdə törətmişdir. Hadisəni törətməkdə məqsədləri və niyyətləri yalnız və yalnız pul ələ keçirmək olmuşdur. Otarın və Mayılın soyadlarını və ata adlarını özü bilmir. Otar milliyyətcə gürcüdür. Onların hər üçü Qaraçöp kənd sakinləridir. 2015-ci ilin may ayının ortalarında, dəqiq günü yadında deyil, özü Gürcüstanın Qaraçöp kəndində Məzahir, Mayıl və Otarla birlikdə Məzahirin hansısa qohumunun evində olarkən Məzahir ona bildirmişdir ki, Tovuz rayonuna bir nəfərin evinə basqın edib pul aparmaq fikirləri var. Özü Məzahirdən kimin evinə girmək fikirlərinin olmasını soruşsa da Məzahir ona həmin ünvanı deməmiş, kimin evi olmasını bildirməmişdir. Həmin şəxslər ona da təklif etmişlər ki, hadisəni törətməyə onlarla birlikdə getsin, özü də razılaşmışdır. Həmin vaxt söhbət edərkən evdə heç kim olmamışdır. Məzahir evin həyətindən çölə çıxıb haradansa iki avtomat silah və bir tapança gətirmiş, avtomatın biri Kalaşnikov markalı, digəri isə Uzi modelli, yəni qısa avtomat olmuşdur. Tapança isə Makarov markalı tapança olmuşdur. Bundan sonra Məzahir Uzi tipli avtomatla və tapança ilə silahlanmış, Mayıl isə Kalaşnikov avtomatını götürmüşdür. Otarla özü isə silahsız olmuşlar. Həmin gün axşam saat 23 radələrində Məzahir tanımadığı bir Niva markalı avtomobil çağırmış, onun sürücüsünün adını və soyadını özü bilmir, avtomobilin nömrəsini də xatırlamır. Məzahir ona bildirmişdir ki, onları sərhədə yaxın bir yerə aparıb düşürsün. Bundan sonra özləri həmin silah sursatla birlikdə, həmçinin Mayılın çiynində götürdüyü əşya torbası ilə həmin Niva markalı avtomobilə oturmuşlar və Gürcüstandan Azərbaycan sərhədinə yaxın bir yerə gəlmişlər. Niva markalı avtomobilin sürücüsü onları həmin yerdə düşürüb getmişdir. Mayıldakı əşya torbasının içində dörd ədəd qara parça maska, çörək, kolbasa, su, pendir və rəng püsgürən dezodorant olmuşdur. Sərhədə yaxın yerdə özü, Mayıl, Məzahir və Otar birlikdə sərhədi qanunsuz keçərək Azərbaycana, yəni Ağstafa rayonunun Ceyrançöl adlanan ərazisinə gəlib çıxmışlar. Dərəli təpəli yol olmuş, təxminən 5-6 kilometr piyada yol getmişlər. Oraya çatanda artıq gecə yarısı olmuşdur. Səhərə yaxın vaxtlarda Məzahir özündəki mobil telefonla Ağstafa rayon sakini kimi tanıdığı Təqsirləndirilən şəxs3 zəng edib bildirmişdir ki, onları götürmək üçün idarə etdiyi taksi avtomobili ilə onların olduğu yerə gəlsin. Özü Natiqi təxminən bir-iki ay qabaqdan artıq tanımışdır. Səhər açılmasına az qalmış Natiq öz idarə etdiyi Mersedez markalı E 230 markalı ağ rəngli avtomobillə Ceyrançöl ərazisinə onların olduğu yerə gəlmişdir. Bundan sonra Məzahir Natiqə bildirmişdir ki, onları öz avtomobili ilə Ağstafaya şosse yolun kənarı olan meşə zolağına aparıb düşürsün. Özləri dörd nfər olmaqla Natiqin avtomobilinin salonuna oturmuş, Mayılın və Məzahirin əllərində olan həmin avtomat və tapançanı Natiq özü də görmüşdür. Özləri Natiqin avtomobili ilə təxminən 15-20 dəqiqə yol getmiş, Məzahir qabaqda, onlar isə arxada oturmuşlar. Avtomobilin salonunda çox ətraflı söhbət etməmişlər, Natiq sərhədi necə keçdiklərini də onlardan soruşmuş, hətta Məzahirə xeyli vaxtdır ki artıq özünün onları gözlədiyini, bir qədər də gec olsaydı gözləməyib çıxıb getmək fikrində olduğunu bildirmişdir. Özü başa düşmüşdür ki, Məzahir əvvəldən özlərinin gələCəklərini Natiqə deyib. Lakin yolda gedəndə avtomobilin salonunda hara nə məqsədlə getmələrini Natiqə heç biri deməmişlər, belə ki yorğun olduqlarından çox danışmamışlar. Məzahirin işarəsi ilə Natiq onları öz avtomobili ilə Ağstafanın Poylu qəsəbəsi ərazisinə yaxın meşə zolağına gətirmiş, özləri silah sursatı da götürüb avtomobildən düşmüş, Məzahir Natiqə bildirmişdir ki, axşam ona zəng edəcəkdir ki gəlib onları buradan götürüb Tovuza aparsın. Natiq də etiraz etməmiş və onları düşürəndən sonra avtomobili sürüb getmişdir. Həmin gün axşam saat təxminən 23 radələrinədək özü, Mayıl, Məzahir və Otar birlikdə həmin meşədə gizlənib qalmışlar, gecənin düşməsini gözləmişlər. Saat təxminən 23 radələrində Məzahir yenə zəng edib Natiqi özləri olan yerə çağırmış, təxminən 30-40 dəqiqə sonra Natiq onların olduğu yerə gəlmiş, Məzahir ona bildirmişdir ki, özlərini avtomobili ilə Tovuz rayonunun girəcəyinə aparıb düşürsün. Özləri yenə həmin silahlarla Natiqin avtomobilinə oturmuşlar. Xatırladığına görə yolda gedəndə Məzahir Natiqə «istəyirsən sən də bizə qoşul, birlikdə gedək» deyə bildirmiş, Natiq də özünün getmək istəmədiyini demiş, lakin onların silah sursatla quldurluq etməyə getmələrini başa düşmüşdür. Təxminən 30 dəqiqə ərzində yol getmişlər, Natiq onları avtomobillə Tovuzun girəCəyinə qədər aparmış, daha dəqiq şosse yoldan bir qədər də qruntavoy yola keçib sürəndən sonra Məzahir Natiqə «maşını saxla düşürük, sən çıx get» deyə bildirmişdir. Özləri avtomobildən düşmüş, Natiq avtomobili sürüb getmişdir. Sonra həmin yerdə özləri təxminən bir saatdan bir az artıq piyada yol getmişlər, özü hələ kimin evinə quldurluğa getdiklərini bilməmiş, özünə bu barədə deməmişlər. Piyada şəkildə Tovuzun Cilovdarlı adlanan kəndinə gedib çatmışlar. Kəndin düz kənarında olan bir yaşayış evindən təxminən 100-150 metr aralıda dayanmışlar. Gecənin yarısı olmuşdur. Məzahir həmin yerdə evi işarə edib həmin evə girəcəklərini bildirmişdir. Özü və Mayıl təxminən 100 metr aralıda su kanalının yanında dayanmışlar. Məzahir isə Otarla birlikdə həmin evə yaxınlaşıb ətrafını dolaşmış, yəni nəzər yetirməyə başlamışdır ki, ətrafda kiminsə olub-olmamasından əmin olsun. Məzahir və Otar evin ətrafını dolaşmağa gedəndə avtomat silahları və tapançanı ona və Mayıla verib getmişlər, lakin Məzahir özü ilə bir ədəd rəng püskürən dezodarantı torbasından götürüb getmişdir. Özü həmin vaxt orada həmin evin Tovuzda hamının tanıdığı Zərərçəkmiş şəxs1 adlı şəxsin evi olmasını bilmiş, yəni onun maddi Cchətdən çox imkanlı olması haqqında özü də eşitmişdir. Həmin evin ətrafı çox işıqlı olmuş, həyətyanı sahəsi mişar daşı ilə hasarlanmışdır. Məzahir həmin dezodarant rəng püskürəni ona görə götürmüşdür ki, həyət darvazasının qarşısında olan müşahidə kamerasına rəng vurub videoçəkilişini görünməz vəziyyətə salsın. Otar Məzahirə dırmaşıb kameralara rəng vurmasına kömək etmişdir. Sonra Məzahir onlara işarə vermişdir ki özü də Mayılla oraya yaxınlaşsın. Özü və Mayıl həmin silahlarla evin həyətyanı hasarına yaxınlaşmış, Otar Məzahiri altdan yuxarı qaldırıb hasara dırmaşdırmış, Məzahir hasarın üstündən aşıb həyətə keçəndən sonra həyət darvazasını içəridən açmışdır ki özləri də içəriyə daxil olsunlar. Özü, Mayıl və Otar da həyətə daxil olmuşlar. Həyətə keçəndən sonra da Məzahir həyətdə Otarla birgə evin ətrafını gəzib nəzər yetirmiş, həmçinin çəkiliş edən bir neçə müşahidə kameralarına yenə də dırmaşıb rəng vurmuşdur. Həyətə daxil olanda özləri dördü də artıq qara parça maskaları üzlərinə taxmışlar ki, görən olsa tanınmasınlar. Həyətdə özləri hamısı darvazadan içəridə sol tərəfdə yerləşən, yerdən nisbətən hürdür kürsülü tikilmiş bir mərtəbəli yaşayış evinin giriş yeri olan pilləkanı qarşısına yaxınlaşmış, özü, Mayıl və Məzahir pilləkanın aşağı hissəsində, alt tərəfində dayanmış, Otar isə əlindəki qapı açan bir dəmir alətdə evin giriş qapısının zamokunu açmağa çalışmışdır. Otar təxminən 10 dəqiqə ərzində qapını açmağa cəhd etsə də aça bilməmişdir və qayıdıb onlara bildirmişdir ki qapı açılmır, ola bilsin ki qapı içəridən dəmir cəftə ilə çəkilib bağlanmışdır. Həmin vaxt Məzahir Otarın üstünə bir qədər hirslənmiş, ona acığı tutaraq bütün zamokları açmağı bacarması barədə niyə əvvəldən lovğalandığını irad bildirmişdir. Otar da demişdir ki, bu istisna haldır, qapı içəridən cəftə ilə bağlı olarsa açmaq mümkün deyildir. Özləri artıq evə girə bilməyəcəkləri qənaətinə gəlmiş, həmin ünvandan çıxıb getmək istəmişlər. Həmin vaxt Məzahir həyətdə, darvazadan sağ tərəfdə yerləşən altıaçıq navesin kənarında olan kiçik bir otağa yaxınlaşıb girmişdir. Navesin altında markasını xatırlamadığı iki ağ rəngli avtomobil də saxlanmışdır. Navesin kənarında olan taxta qapılı həmin otağı əvvəlcə təsərrüfat əşyaları yığılan bir otaq olmasını zənn etmişlər. Məzahir də oraya elə belə getmişdir ki, bəlkə nəsə tapıb götürələr. Məzahirin arxasınCa Mayıl da oraya getmiş, onlar taxta qapıdan həmin otağa daxil olanda özü qəflətən həmin otaqdan qadın səsi gəldiyini eşitmişdir. Nə baş verdiyini başa düşməmiş, özü də dərhal həmin otağa girmiş, Otar isə pilləkanın altında dayanmış, belə ki özü ona demişdir ki həmin yerdə dayanıb həyət darvazasına göz qoysun. Özü həmin otağa daxil olanda otaqda iki nəfərlik çarpayının, bir də sol tərəfdə bir nəfərlik çarpayının olmasını, iki nəfərlik çarpayıda bir orta yaşlı təxminən 50-55 yaşlı qadının oturmuş vəziyyətdə Məzahirə və Mayıla «məni öldürməyin, mən qulluqçuyam» deyə bildirdiyini görmüşdür. Mayılın əlində Kalaşnikov avtomatı olmuş, həmin vaxt Uzi avtomat isə özündə olmuşdur. Qadın qorxmuş vəziyyətdə olmuşdur. Həmin vaxt bir də digər çarpayıda daha yaşlı bir qoca qadının yatmış vəziyyətdə olmasını görmüşdür. Qulluqçu qadın onlara bildirmişdir ki, o biri çarpayıda yatan qadın ev sahibi Pərvizin anasıdır, özü həmin qadına baxıb qulluq edir. Qulluqçunun deməsinə görə həmin qoca qadın yaxşı görmür və eşitmir. Həmin vaxt Məzahir qəflətən qulluqçu qadından «evin giriş qapısını açdıra bilərsənmi ?» deyə soruşmuş, qulluqçu da ona «təki məni öldürməyin, qapını açdıraram» dedikdə Məzahir həmin qulluqçu qadının qolundan tutub çölə çıxartmış və piləkanın başında olan evin giriş qapısına tərəf aparmışdır. Özü və Mayıl da onun ardınca həmin qapıya tərəf getmiş, qulluqçu qadın evin giriş qapısını döyməyə başlamış, bərk döymüş, bir neçə saniyəyə içəridən bir nəfər qadın qapıya yaxınlaşıb qulluqçunun nə istədiyini soruşanda qulluqçu qadın ona «ananın vəziyyəti pisləşib, gəl tez qapını aç» deyə bildirmişdir. Həmin qadın içəridən qapını açan kimi özü, Mayıl, Məzahir və Otar birlikdə silahlı şəkildə evin içinə soxulmuşlar. İçəri girən kimi Mayıl həmin içəridəki qadının ağzını əli ilə tutmuşdur ki, qışqırıb səs küy salmasın. Özü, Məzahir və Otar isə birlikdə evin içərisini gəzməyə, otaqlara baxmağa başlamışlar. Bundan sonra Mayıl evin içində olan, ağzını tutduğu həmin qadını buraxmış, qadın artıq sakit dayanmışdır. Evin içində Mayıl, Məzahir və Otar da özlərini artıq bir qədər sakit aparmağa başlamışlar. Özləri otaqların birinə baxdıqda bir-iki uşaq olduğunu, onların yarıyuxulu halda olduqlarını, demək olar ki yatdıqlarını və heç nə başa düşmədiklərini görmüşlər. Bundan sonra digər yataq otağının qapısını Mayıl təpiklə vurub açmış, həmin otaqda ev sahibi Pərviz adlı şəxsin ayaqüstə əlində mobil telefonla dayanmış halda olmasını görmüşlər. Özləri elə başa düşmüşlər ki, ev sahibi Pərviz çox güman ki artıq harasa zəng edib məlumat vermişdir. Mayıl da hirslənib Pərvizin əlindən mobil telefonu götürüb yerə salmış və avtomatın qundağı ilə onu vurub sındırmışdır. Həmin vaxt ev sahibi Pərviz qorxmuş halda onlara «nə istəyirsiniz!?» deyə soruşanda özləri «pul üçün gəlmişik, pulları ver» deyə bildirmişlər. Pərvizi artıq heç hədələməmişlər. Pərviz onlara «yüz min ABŞ dolları verim, çıxın gedin» deyə bildirəndən sonra Məzahir Uzi markalı avtomatı özünə verərək «sən çıx həyətdə darvazanın yanında dayan gözlə, birdən kimsə gələr, biz pulları götürüb gəlirik» deyə bildirmişdir. Belə ki, Pərvizin polisə, yaxud başqa harasa zəng edib məlumat verib verməməsindən tam əmin olmamışlar. Özü də avtomatı götürüb həyətə çıxmış və darvazanın yanında dayanmışdır. Təxminən 10 dəqiqə sonra Mayıl, Məzahir və Otar birlikdə evi tərk edib gəlmişlər və vaxt itirmədən həmin həyəti darvazadan tərk edib oradan uzaqlaşmışlar. Əşya torbası Mayılın çiynində olmuş, pulları da oraya yığmışdır. Özləri dördü də həmin yerdən piyada çöllük ərazi ilə Kür çayının sahilinə yaxın tərəfə getmişlər, dərəli təpəli yol olmuşdur. Təxminən 4-5 kilometr piyada gedəndən sonra səhər açılmağa az qalmış, saat 5-6 radələrində Kür çayının sahilinə yaxın bir yerdə olan dərədə hamılıqla gizlənmişlər, silahlar da öz yanlarında olmuşdur. Həmin yerdə axşama qədər, qaranlıq düşən vaxta kimi qalmışlar, dayanıb axşam olmasını gözləmişlər. Aralarındakı söhbət zamanı özü evdən nə qədər pul götürüldüyünü soruşmuş, «çıxarın pulu görək nə qədərdir» deyə təklif etmişdir. Məzahir isə bildirmişdir ki, cəmi 160.000 (yüz altmış min) ABŞ dollarıdır, başqa heç nə yoxdur. Lakin Məzahir «hardan gəlmişik, oraya da qayıdandan sonra pulu bölüşdürəcəyik» deyə bildirmiş, yəni pul məsələsini Gürcüstanda həll edəCəyini demişdir. Həmin gün axşam saat təxminən 20 radələrinədək orada qalmışlar, hava qaralandan sonra şosse yol istiqamətində piyada hərəkətə başlamışlar. Şosse yola çatanda Məzahir Natiqə zəng edib özləri olan yerə çağırmışdır ki, gəlib avtomobillə onları götürsün. Təxminən 40 dəqiqədən sonra Natiq yenə öz idarə etdiyi Mersedez markalı avtomobillə Tovuz rayonunun yol dairəsinə yaxın yerə gəlib onları oradan götürmüş və Məzahirin sözü ilə onları avtomobillə Ağstafa rayonunun Poylu kəndinə yaxın bir yerə aparıb düşürmüşdür. Özləri Ceyrançöl ərazisinə getməli olmuşlar. Ora bir qədər yoxuşlu yer olduğu üçün Natiq bildirmişdir ki, öz avtomobilinin karteri dağılıb, mühərrik yağ buraxır, həmin yerə apara bilməyəcəkdir. Özləri avtomobildən düşmüşlər. Natiqin avtomobilində yol boyu gedəndə Natiq sevinə sevinə Məzahirə «gərək mən də sizinlə gedəydim, heyf getmədim» deyə bildirmiş, Məzahir də ona hadisəni törətdikləri ev sahibi Pərvizi nəzərdə tutaraq «gömrüyün dalını dağıtdıq» deyə cavab vermişdir. Belə ki Pərviz həmin vaxtlarda Tovuz rayonunda gömrük idarəsinin maliyyə hissəsinin rəisi olmuşdur. Bundan sonra avtomobilin salonunda artıq heç nə söhbət etməmişlər, lakin Natiq onların Pərvizin evindən quldurluq etdiklərini bilmişdir. Natiqin avtomobilindən həmin yerdə düşəndə Məzahir Kalaşnikov markalı avtomatı və Makarov tapançanı onların yanında Natiqə təqdim edib vermiş, həmçinin bir iki metr Natiqi kənara çəkib ona nəsə demiş, sonra isə dördü də birlikdə həmin yerdən bir az kənarda dayanıb gözləmişlər. Natiq isə avtomobili ilə çıxıb getmişdir. Həmin vaxt Məzahir kiməsə zəng edib avtomobillə onlar olan yerə gəlməsini və Ağstafanın Ceyrançöl sahəsinə, Gürcüstan sərhədinə yaxın tərəfə aparmasını xahiş etmişdir. Təxminən yarım saat sonra nömrəsini xatırlamadığı bir qara rəngli Mersedez markalı avtomobil həmin yerə gəlmiş, özü onun sürücüsünü tanımır. Özləri də həmin avtomobilə oturmuş və Gürcüstan sərhədinə yaxın əraziyə gəlmişlər. Avtomobildə həmin sürücü ilə heç bir söhbət olmamış, düşəndə Məzahir ona 20 manat taksi pulu vermişdir. Həmin sürücü də avtomobili sürüb gedəndən sonra özləri yenə həmin ərazidən sərhədi qanunsuz şəkildə Gürcüstan ərazisinə keçmişlər. GürCüstana keçəndən sonra təxminən 3-4 kilometr piyada yol gedib yaxınlıqda yerləşən Məzahirin dayısının qoyunçuluq fermasına getmişlər. Oradan isə Məzahirin əmisi oğlu olan Namiq Hacıyevin idarə etdiyi Niva markalı avtomobilə oturub Qaraçöp kəndinə getmişlər. Hadisə üçün haradan yola çıxmışdılarsa həmin evə gəlmişlər. Evə gələndən sonra özü Məzahirə demişdir ki, onun payına düşən pulunu versin. Məzahir isə ona Tbilisi şəhərinə gedib orada özünü gözləməyi, oraya gəlib pulu ona verəcəyini demişdir. Məzahir ona yol pulu kimi təxminən 200 lari pul vermişdir. Özü də oradan çıxıb tanımadığı bir taksi avtomobili ilə Tbilisiyə getmiş və Məzahiri gözləməyə başlamışdır. Gün ərzində saat təxminən 16-17 radələrində Məzahir oraya gəlmiş, özü Məzahirlə İsani metrostansiyasının yanındakı kirayədə qaldığı evdə görüşmüşdür. X36 gedəndə Məzahir ona özünün İsani metrosu yanında kirayə qaldığı evin açarını da vermişdir ki onu evində gözləsin. Məzahir gələndən sonra ona çıxarıb 15.000 (on beş min) ABŞ dolları pul vermişdir. Özü Məzahirə narazılığını bildirmiş, nə üçün az pul verdiyini bildirmişdir. Məzahir də «narahat olma, sonra yenə də sənə pul verəcəyəm» deyə bildirməsinə baxmayaraq o vaxtdan sonra Məzahir ona əlavə heç bir pul verməmişdir. Həmin hadisədən bir neçə gün sonra Natiq Məzahirin çağırışı ilə Tbilisiyə gəlmiş, birlikdə özü, Məzahir və Natiq oturub yemək də yemişlər. Özü həmin vaxt Məzahirdən Kalaşnikov avtomatı və Makarov tapançasının harda olmasını soruşmuş, Məzahir silahların Natiqdə olmasını bildirmişdir. Özü Natiqin yanında Məzahirə demişdir ki Natiqə desin ki Makarov tapançasını ona versin. Məzahir də X38 gələndə həmin silahı ona verməsini tapşırmışdır. Natiq də etiraz etməmişdir. Təxminən bir ay sonra özü Ağstafaya gələndə Natiqlə onun yaşadığı evin yanında görüşmüş və Natiq ona həmin Makarov tapançasını təqdim edib vermişdir. Sonra Natiq onu öz avtomobili ilə onun yaşadığı Ağstafa rayonu Saloğlu qəsəbəsinə gətirib düşürərək çıxıb getmişdir. Təxminən 3-4 ay sonra isə özü həmin Makarov markalı tapançanı artıq ona lazım olmadığını və əlavə problem yarada biləcəyini düşünərək Kür çayı sahilinə gəlib həmin çaya tullamışdır. Qeyd olunan quldurluq hadisəsi zamanı evdə olan şəxslərə qarşı özü, Mayıl, Otar və Məzahir tərəfindən heç bir bədən xəsarəti yetirilmədiyini, belə halların olmadığını, həmin vaxt özlərinin evə sadəcə pul və qızıl ələ keçirmək niyyəti ilə daxil olduqlarını, kiməsə xəsarət yetirməklə özlərinə əlavə problem yaratmaq fikirlərinin olmadığını, onlara sadəcə hədə-qorxu gəldiklərini, Otarın və Mayılın soyadlarını və ata adlarını bilmədiyini, ünvanlarının da ona dəqiq məlum olmadığını, Otarın milliyyətcə gürcü olduğunu, onların hər üçünün Qaraçöp kənd sakinləri olmaqla bildiyinə görə Gürcüstan vətəndaşları olduqlarını, həmin hadisə zamanı istifadə etdikləri odlu silahların hazırda harada və kimdə olmasını, yaxud harada saxlanmasını bilmədiyini, bu barədə Məzahirin bildiyini, onların Məzahirin silahları olduğunu, özünün bildiyi Məzahirin icazəsi ilə Natiqdən götürdüyü Makarov markalı tapançanın isə artıq ona lazım olmadığından Kür çayına tulladığını, kiməsə verməyə və ya satmağa qorxduğunu, həmin quldurluq hadisəsi zamanı ev sahibləri tərəfindən tanınmamaq üçün özlərinin tünd rəngli parçadan, yaxud kaprondan qadın corabı kimi bir materialdan olan maska taxdıqlarını, yəni başlarına keçirdiklərini və sifətlərinin aydın görünmədiyini, həmin quldurluq hadisəsi ilə bağlı cinayət işinin materiallarında olan və ona təqdim edilmiş videogörüntüyə baxdığını, həmin videogörüntünün hadisəni törətdikləri Zərərçəkmiş şəxs1 evinin həyətyanı sahəsini çəkən müşahidə kamerasına aid olduğunu, videogörüntüdə evin həyətinə birinci daxil olan iki nəfərdən birinin - yəni əynində qara idman gödəkçəsi və başına kapşonkası keçirilmiş, açıq rəngli şalvarda olan və belində açıq rəngli əşya çantası görünən şəxsin Mayıl olduğunu, onun yanındakı o biri şəxsin – yəni əynində açıq rəngli paltar olan, başında kepka kimi bir papaq taxmış, çiynindən lüləsi aşağı istiqamətdə avtomat silah asılmış şəxsin isə özü olduğunu, videogörüntüdə özündən və Mayıldan sonra həyətə daxil olan iki nəfərdən birinın, yəni əynində açıq rəngli qolsuz gödəkçə görünən və əlində «Uzi» modelli avtomat silah tutan şəxsin isə tanıdığı Məzahir olduğunu, onun yanındakı digər açıq rəngli paltarda görünən nisbətən hündürboylu şəxsin isə gürcü milliyətli Otar olduğunu, həmin videogörüntünün hadisə zamanı özlərinin Zərərçəkmiş şəxs1 evinin içinə daxil olmalarından əvvəlki dəqiqələrdə evin həyətindəki hərəkətlərini əks etdirdiyini, sonradan həmin müşahidə kamerasının çəkməkdə olduğunu gördükləri üçün tanışı Məzahirin həyətdəki nərdivanı oraya söykəyərək müşahidə kamerasına çəkilişin qarşısını almaq üçün bir parça papaq keçirdiyini göstərmişdir. Bundan başqa məhkəmə istintaqında tədqiq olunan Təqsirləndirilən şəxs1 ona xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası CM-in 181.3.2, 228.2.1 və 228.4-cü maddələri ilə yenidən elan olunan zaman ittiham üzrə dindirilərkən özünü tam təqsirli bilərək həmin tarixli ifadəsində göstərmişdir ki, ittihamın mahiyyəti, hüquq və vəzifələri ona aydındır. 2015-ci ilin may ayında Tovuz rayonunun Silovdarlı kəndində Zərərçəkmiş şəxs1 yaşadığı evdə quldurluq hadisəsinin törədilməsi ilə bağlı həmin hadisədə özünün, Təqsirləndirilən şəxs3, Gürcüstan vətəndaşları X11nun, Otar və Mail adlı şəxslərin iştirakı ilə əlaqədar özü əvvəllər istintaq orqanına səmimi ifadə verməklə həmin Cinayətin açılıb üzə çıxmasına, özü ilə yanaşı həmin cinayəti törətmiş adları çəkilən şəxslərin müəyyən olunmasına kömək göstərmişdir. Ona görə də istintaq orqanından həmin cinayət faktı ilə bağlı özünün səmimi etirafını məsuliyyətini yüngülləşdirici hal kimi nəzərə almağı xahiş edir. Bu faktla bağlı əvvəllər ifadəsində göstərdiklərini hazırda bir daha təsdiq edir. Əlavə qeyd etmək istəyir ki, Zərərçəkmiş şəxs1 evinə ittihamda qeyd edilən silahlarla özü, Məzahir, Otar və Mail daxil olmuş və özləri tərəfindən külli miqdarda pul və zinət əşyaları ələ keçirilmişdir. Həmin hadisədə Təqsirləndirilən şəxs3 bilavasitə onlarla birgə evə daxil olmasa da, həmin hadisəni törədəcəkləri barədə özünün yanında Məzahir tərəfindən telefonla əvvəldən məlumatlandırılmışdır. Məzahir və Natiq bir-biri ilə internet üzərindən “Vatsap”-la danışmışlar. Təqsirləndirilən şəxs3 bu hadisədə rolu onları öz avtomobili ilə qarşılamaq, lazımi yerə aparıb düşürmək, həmçinin hadisədən sonra onları yenə öz avtomobili ilə Gürcüstan sərhədinə yaxın yerə çatdırmaq, Məzahirin tapşırığı ilə avtomat və tapança silahlarını hadisədən sonra gizlədib saxlamaq olmuşdur. Natiq sadəcə onların hansı evdən quldurluq edəcəklərini əvvəldən bilməmişdir. Çünki özünün yanında telefon danışığında, eləcə də avtomobildə söhbət zamanı Məzahir ev ünvanını, yaxud kimin evinə girəcəklərini Natiqə açıq deməmişdir. Ağstafa şəhər sakini Zərərçəkmiş şəxs6 evindən törədilmiş quldurluqla bağlı da özü istintaqa verdiyi əvvəlki ifadələrini bir daha təsdiq edir. Həmin hadisəni özü və tanışı Təqsirləndirilən şəxs2 maddi imkansızlıq səbəbindən törətmişlər. Həmin hadisə zamanı məqsədləri Azərin evindən yalnız və yalnız pul, yaxud qızıl ələ keçirmək olmuşdur. Hadisə zamanı özü istifadə etdiyi avtomat silahdan qəsdən atəş açmamış, sadəcə ev sahibi Azər onunla əlbəyaxa olub silahı ondan almaq üçün tutub yerə yıxarkən ehtiyatsızlıqdan silahdan iki dəfə atəş açılmışdır. Hadisə zamanı nə özü, nə də Arazın heç kimin həyatına qəsd etmək, öldürmək və yaxud ağır bədən xəsarəti yetirmək niyyətləri olmamışdır. Həmin hadisə zamanı, yəni Azərin evinə quldurluğa gedərkən özündə olan avtomat silahın darağında otuz ədəd patron olmuş, bundan əlavə şalvarının cibində də əlavə altı ədəd patron olmuşdur. Hadisə zamanı qəflətən açılan atəşdə iki ədəd patron istifadə olunmuşdur. Özü evdə təslim edilərkən cibində olan altı ədəd patronu da təhvil vermişdir. Həmin avtomat silahı özü heç kimdən əldə etməmiş, onu 1990-cı illərdə Qarabağ müharibəsi dövründən xatırlamadığı hansısa yerdən tapıb götürmüşdür. Əvvəllər bu quldurluq hadisəsi ilə də bağlı ətraflı ifadə vermişdir. 2015-ci ilin may ayında Zərərçəkmiş şəxs1 evində törədilmiş quldurluq hadisəsi zamanı isə istifadə etdikləri avtomat və tapança silahlardan özünə məlum olan bir ədəd Makarov markalı tapançanı özü Məzahirin sözü ilə sonradan Natiqdən götürəndən sonra Ağstafa rayonu ərazisində Kür çayına tullamışdır. Avtomat silahların aqibəti isə özünə məlum deyil, bu barədə heç nə bilmir. Həmin silahların aqibəti barədə Məzahir bilir. Həmin hadisəni törətmək üçün özləri sərhədi qanunsuz keçib Ağstafa rayonu Ceyrançöl ərazisinə gələndən sonra Məzahir özü həmin avtomatları və tapançanı orada dərə kimi bir yerdə gizlətdiyi yerdən götürmüşdür. Məzahir özü həmin silahları əvvəldən Ağstafada gizlədib saxlamışdır. Özünün iş üzrə əvvəlki ifadələrində həmin hadisədən əvvəl iki ədəd avtomat və bir ədəd tapançanı özləri ilə Gürcüstandan Azərbaycan ərazisinə gətirmələri, sərhədi bu şəkildə qanunsuz keçmələri barədə göstərdikləri səhvdir. Belə ki, hazırda dəqiq xatırladığına görə özləri həmin hadisə zamanı Gürcüstandan Azərbaycana gələndə heç bir silah-sursat gətirməmişlər. Hələ Gürcüstanda olarkən Məzahir ona, Otara və Mailə bildirmişdir ki, özləri ilə silah aparmağa ehtiyac yoxdur, Ağstafada Ceyrançöldə gizlətdiyi silahlar vardır. Ona görə də gələndə Gürcüstandan özləri ilə silah gətirməmişlər. Hadisədən sonra Gürcüstana qayıtmazdan əvvəl isə Məzahir bir avtomat və bir tapançanı Natiqə vermiş, digər bir avtomatı isə yenə də harada isə gizlətmişdir. Bundan başqa məhkəmə istintaqında tədqiq olunan Təqsirləndirilən şəxs1 ona xx.xx.2019cu il tarixdə Azərbaycan Respublikası CM-in 181.3.2, 228.2.1, 228.4 və 318.2-ci maddələri ilə yenidən elan edilən zaman ittiham üzrə dindirilərkən özünü tam təqsirli bilərək həmin tarixli ifadəsində göstərmişdir ki, ittihamda göstərilən özü və digərləri tərəfindən törədilmiş Cinayətlərlə bağlı əvvəllər ətraflı ifadələr vermişdir. Həmin ifadələrində göstərdiklərini hazırda bir daha təsdiq edir. Əlavə olaraq onu bildirmək istəyir ki, Zərərçəkmiş şəxs1 oğunun evində törətdikləri quldurluq cinayətinin iştirakçıları olmuş Otar və Mail adlı Gürcüstan vətəndaşlarının müəyyən edilib istintaqa cəlb olunmalarına köməklik edə bilər. Belə ki, Gürcüstanın Tbilisi şəhərində, metro Marcanaşvili, Ninoşvili 49 ünvanında yaşayan, İsani metrosu yaxınlığında yerləşən avtomobil ehtiyat hissələri bazarında işləyən X13 Otarı və Mail adlı şəxsləri həmin cinayətdən əvvəl özlərinin Gürcüstanın Qaraçöp kəndində görüşdükləri ünvana öz “Mercedes” markalı, nömrəsini xatırlamadığı avtomobili ilə gətirmişdir. Lakin onların cinayət niyyətlərindən Vitali Maxaraşvilinin xəbəri olmamışdır. X28 və Mailin soyadlarını, ata adlarını, həmçinin yaşadıqları ünvanlarını dəqiq bilən adamdır. Həmin şəxsin vasitəsi ilə Otarı və Maili müəyyən edib məsuliyyətə cəlb etmək olar. Otar xariCi görünüşcə 30-32 yaşlı, hündürboy və dolu bədənlidir, sarışındır. Mail isə hündürboylu olmaqla 25-26 yaşlarında idmançı cüssəlidir. Mail adlı şəxs Gürcüstanın Saqareco rayonunun Yor Muğanlı kənd sakinidir. Özünün onlar haqqında bildikləri bunlardır. Məhkəmə istintaqında tədqiq olunan Təqsirləndirilən şəxs2 müdafiəçinin iştirakı ilə ibtidai istintaq zamanı 17 sentyabr 2018-ci il tarixli şübhəli şəxs qismində verdiyi ifadəsində və 18 sentyabr 2018-ci il tarixli təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.3, 181.2.5 və 228.2.1-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, törətdiyi cinayət əməlinə görə səmimi peşmanlıq çəkir. 15 sentyabr 2018-Ci il tarixdə təxminən 7-8 ay əvvəldən tanıdığı Təqsirləndirilən şəxs1la Ağstafa şəhəri ərazisində yerləşən Dəmiryol vağzalının yaxınlığındakı çayxanada oturub söhbət edərkən Ağstafa şəhəri 33-cü məhəllədə yaşayan Azər adlı şəxsin yaşadığı evə daxil olmağı və onun evindən pul götürməyi planlaşdırmışlar. Bu barədə Ceyhunla bir az danışdıqdan sonra onun yaşdığı Ağstafa rayonu Saloğlu kəndində yerləşən evə getmişlər. Ceyhuna məxsus evdə olarkən özü otaqda oturmuş, Ceyhun haradansa avtomat silah gətirib ona həmin avtomatla Azər adlı şəxsin evinə daxil olub onu və ailə üzvlərini qorxutmaqla pul alacaqları barədə bildirmişdir. Bundan sonra 15 sentyabr 2018-ci il tarixdə saat 03 radələrində VAZ-21011 markalı tanımadığı taksi avtomobili ilə Ağstafa şəhəri 33-cü məhəllədə yerləşən Azər adlı şəxsin yaşadığı evə baxmaq üçün getmişlər. Həmin evin qabağına çatdıqdan sonra evin ətrafına və daxil omaq üçün haranın daha uyğun olduğunu bilmək üçün baxmışlar. Evin qabağında olan zaman pəncərələrə baxmışlar, pəncərədə barmaqlıq olmadığını görmüşlər. Həmin evə daxil olmağın mümkün olduğunu müəyyən etdikdən sonra şəhərə qayıtmışlar. 16 sentyabr 2018-ci il tarixdə təxminən saat 03 radələrində Ceyhunla Ağstafa şəhərində görüşmüş və konkret olaraq həmin tarixdə gecə saatlarında Ağstafa rayonu 33-cü məhəllədə yaşayan Azər adlı şəxsin evinə gircəkləri barədə qərara gəlmişlər. Bu məqsədlə evə girmək üçün lazım olan, hərəsinə bir ədəd maska, öz üzərində olacaq bir ədəd bıçaq və Ceyhunun üzərində olacaq bir ədəd avtomat silahı müəyyən edib saxlamışlar. Ceyhunla belə qərara gəlmişlər ki, əvvəlCədən hazırladıqları maskalar hərənin öz üzərində, bıçaq özünün üzərində, avtomat silah isə Ceyhunun üzərində olmalıdır. Özü və Ceyhun 17 sentyabr 2018-Ci il tarixdə gecə saatlarında Ağstafa rayon Aşağı Göyçəli kəndində görüşməli olmuşlar. Özü həmin tarixdə gecə saat 01 radələrində üzərində olan 01 ədəd bıçaq və istifadə edəCəyi parça maska ilə birlikdə Aşağı Göyçəli kəndində Ceyhunu gözləmişdir. Təxminən bir saat Ceyhunu gözlədikdən sonra o, sahibini tanımadığı, qara rəngli və nömrəsini bilmədiyi «Lada-21015» markalı avtomobillə gəlmiş, Ceyhun avtomobildən düşərək onun yanına gəlmiş, sonra avtomobilə qayıdanda özü qabaqda, Ceyhun isə arxada oturmuş və Ağstafa şəhəri 33-cü məhəlləyə Azərin yaşadığı evə yola düşmüşlər. Azərin evinə çatmağa 20 metr qalmış taksi avtomobilini dayandırmışlar və onun xidmət haqqını verdikdən sonra avtomobildən düşərək getmişlər. Evə yaxınlaşdıqda qapının bağlı olduğunu görmüşlər. Bundan sonra Ceyhun hasarın üzərindən aşmış və qapını arxadan açdıqdan sonra özü də içəriyə daxil olmuş və qapını yenidən bağlamışlar. Evin içərisindəki otaqlardan birində işıq yanmaqda olmasını görmüşlər. Sonra hərəsi üzərində olan maskanı çıxarıb başlarına taxmış və evə doğru yaxınlaşmışlar. Evin giriş qapısı da bağlı olmuşdur. Özləri işıq yanan tərəfə yaxınlaşanda həmin otağın mətbəx olduğunu, pəncərəsində sadəcə tor setka olduğunu və pəncərənin şüsəsinin olmadığını görmüşlər. Ceyhun üzərində olan bıçağı ondan alaraq pəncərənin torunu cırdıqdan sonra birinci olaraq Ceyhun, arxasınca isə özü mətbəxə daxil olmuşlar. Mətbəxdən koridora çıxanda evdə sağda və solda otaqların olduğunu görmüşlər, otaqların qapıları açıq olmuşdur. Özləri əvvəlcə otaqlara baxanda birində Azər və yoldaşının, digərində isə onun oğlu və oğlunun yoldaşının yatdıqlarını görmüşlər. Ceyhun Azərin oğlunun yatdığı otağa daxil olaraq həmin oğlanı oyatmış, bu zaman oğlan oyanaraq qorxudan qışqırmışdır. Ceyhun ona qışqırmamağı bildirmiş, Azərin oğlu yenidən qışqırmağa başlayanda isə Ceyhun avtomat silahla onu vurmuş, sonra özü və Ceyhun birlikdə həmin otaqdan çıxdıqda Azərin dəhlizə çıxdığını görmüşlər. Bu zaman Azər Ceyhunun üzərinə gəlmiş, özü isə qorxudan daxil olduqları pəncərəyə yaxınlaşıb evdən həyətə düşərək qapıdan çıxıb küçəyə qaçmışdır. Sonra isə özü piyada yaşadığı Ağstafa şəhərində yerləşən evinə gəlmiş, bir az keçdikdən sonra polis əməkdaşları gəlib onu polis şöbəsinə aparmışlar.Təqsirləndirilən şəxs2 həmin ifadələrində əlavə olaraq göstərmişdir ki, özü Ceyhunla təxminən bir ay əvvəldən Azər adlı şəxsin evinə daxil olmağı planlaşdırmış və bu məqsədlə Ceyhunun evində 02 ədəd parça maska, 01 ədəd bıçaq və 01 ədəd avtomat silahla hazırlaşmışlar. Azər adlı şəxsin evinə daxil olmaqda məqsədləri onu qorxudub pul almaq olmuş, bu barədə Ceyhundan və özündən başqa heç kimin məlumatı olmamışdır. X60 evində olan zaman Azər və ailə üzvləri artıq oyanıb onların üzərinə gələndə özü daxil olduğu pəncərədən düşərək həyətdən çıxıb qaçmış, Ceyhunun evdə atəş açıb-açmaması ilə bağlı heç bir məlumatı olmamışdır. Hadisə tarixində Azərin evinə gedən zaman onları aparmış taksi sürücüsünü özü heç tanımır və taksi sürücüsünün onların Azərin evinə silahlı pul almaq üçün getmələrindən heç bir məlumatı olmamışdır. Məhkəmə istintaqında tədqiq olunan Təqsirləndirilən şəxs3 müdafiəçinin iştirakı ilə ibtidai istintaq zamanı xx.xx.2018-ci il tarixli əlavə dindirmə zamanı istintaqa verdiyi ifadəsində göstərmişdir ki, özünün əvvəllər 2015-ci ildə tanıdığı Təqsirləndirilən şəxs1 və Məzahir Hacıyev adlı şəxslərə aid olan odlu silah avtomat və tapançanın qanunsuz gizlədilməsi və saxlanması ilə bağlı bir əməli olmuşdur. Belə ki, 2015-ci ilin yay aylarında səhər tezdən Gürcüstanlı kimi tanıdığı Məzahir Hacıyev ona Ağstafanın Ceyrançöl qəsəbəsindən mobil telefonla zəng edib onu özünün olduğu həmin yerə çağırmışdır ki, taksi avtomobili ilə onu oradan götürüb Qazax rayonuna aparsın. Həmin vaxtlarda özü idarə etdiyi, öz adına olan Mersedez benz E 230 markalı 35-180 qeydiyyat nişanlı avtomobillə hərdən taksi sürücülüyü etməklə pul qazanmışdır. Özü Məzahiri 2012-ci ildən tanıyır, Məzahir əvvəllər mobil telefonların alveri ilə məşğul olmuş, normal tanışlıq münasibətləri olmuşdur. Məzahirin çağırışına etiraz etməmiş, öz idarə etdiyi həmin avtomobillə onun çağırdığı ünvana getmişdir. Səhər saat təxminən 07 radələrində Ağstafanın Ceyrançöl qəsəbəsinə giriş yerə yol kənarına çatanda Məzahirin orada yanında üç nəfərlə dayandığını görmüşdür. Məzahir telefonda neçə nəfər olmalarını ona deməmişdir. Oraya çatıb avtomobili saxlamış, Məzahirin yanındakı şəxslərdən birini tanımış, Ağstafa rayon sakini Təqsirləndirilən şəxs1 olmuş, digər iki nəfəri isə tanımamışdır. Həmin iki nəfərdən biri avtomobildə qarşıda oturmuş, Məzahir, Ceyhun və o biri tanımadığı şəxs isə arxada oturmuşlar. Onlardan Ceyhunun əlində bir ədəd Kalaşnikov markalı avtomat silah olmuş, Ceyhun silahı açıqca əlində tutmuş, digər hansınınsa əlində isə tünd rəngli idman çantası olmuş, çantanı kimin tutduğunu dəqiq xatırlamır. Ceyhun ona avtomobili öz yaşadığı Ağstafa rayonu Sadıxlı kəndinə sürməyi təklif etmiş, başqa heç nə deməmişlər. Özü də etiraz etməyib avtomobili həmin kəndə sürmüşdür. Kəndə girəndə Ceyhunun evinə yaxın bir yerdə avtomobilinin altı bərk yerə dəymiş və yağ karteri dağıldığı üçün yağ axıtmağa başlamışdır. Özü onları bir az qabaqda, yəni Ceyhunun evinin qabağında düşürmüş, sonra isə oradan öz yaşadığı Dağkəsəmən kəndinə evə qayıtmışdır. Onların heç biri ona yol pulu verməmişlər. Bir neçə saatdan sonra avtomobili öz kəndində olan təmir sexinə aparıb təmir etdirmiş, daha sonra evinə qayıtmışdır. Bir gün sonra, yəni növbəti günə keçən gecə səhərə yaxın saat təxminən 05 radələrində ya Ceyhun, ya da ki Məzahir, ikisindən biri ona mobil telefonla zəng etmiş və Tovuz rayonunun Qazax tərəfdən gələndə yol dairəsinə onları avtomobillə götürmək üçün gəlmək imkanının olub-olmamasını soruşmuşdur. Özü gələ biləcəyini demişdir. Bundan sonra öz avtomobilini sürərək təxminən yarım saat ərzində həmin yerə çatmış, dairəyə çatanda yenə Ceyhunun, Məzahirin və onların yanındakı həmin iki nəfərin birlikdə dayandıqlarını görmüşdür. Ceyhun və Məzahir hər ikisi gürcü dilində təmiz danışmağı bacarırlar və avtomobilin salonunda onlar hamısı bir-biriləri ilə gürcü dilində danışmışlar. Özü tanımadığı həmin iki nəfərin milliyətcə gürcü olduqlarını təxmini başa düşmüşdür. Ceyhun və Məzahir ona avtomobili Qazax rayonunun Aşağı Salahlı kəndinə sürdürmüşlər. Həmin kəndin təxminən ortasında isə onların dördü də avtomobildən düşərək çıxıb getmişlər. Avtomobildən düşüb gedərkən Məzahir bir iki addım onlardan ayrılıb ona tərəf yaxınlaşmış və ona bir paçka halında ABŞ dollarından ibarət pul verərək «al bu pulu 10.000 ABŞ dollarıdır, saxla, həm də sənin avtomobilində salonda arxa oturacağın ayaqaltına bir çanta qoymuşam, qoy hələlik qalsın, pulu və həmin çantanı özüm sonra səndən götürəcəm» deyə bildirmişdir. Özü həmin anda çantaya baxmamış, lakin özlüyündə çantada avtomat silah olduğunu başa düşmüşdür. Özü bir söz deməmiş, pulu Məzahirdən götürmüş, Məzahir ondan ayrılıb Ceyhungilin dalınca getmiş, özü isə avtomobili sürüb babasının yurdu olan Qazax rayonu Quşçu Ayrım kəndinə getmişdir. Belə ki hələ yolda gedərkən avtomobilin salonunda olan həmin çantaya baxanda içində bir ədəd Kalaşnikov markalı avtomat və bir ədəd Makarov tipli tapança olduğunu görmüşdür. Avtomatın qundağı olmamış, kənarda bir ədəd içində patronları olan sandıqçası da olmuşdur. Tapançaya da açıb baxanda üstünə taxılmış halda iki patronlu sandıqçası olduğunu görmüşdür. Özü Qazax rayonu Quşçu Ayrım kəndinə babasının o vaxtdan qalmış, lakin heç kimin yaşamadığı evinə gedib həyətyanı sahədəki evin yanında olan dam kimi köhnə tikilidə həmin silahlar olan çantanı gizlətmiş və yenidən öz yaşadığı Ağstafa rayonu Dağkəsəmən kəndinə evinə qayıtmışdır. Təxminən bir-iki gün sonra Məzahir ona Gürcüstandan zəng edib oraya gəlmək fikrində olub – olmadığını soruşmuşdur. Belə ki öz taksi avtomobili ilə hərdən Gürcüstana da sərnişin aparıb gətirmişdir. Məzahirə gələcəyini bildirmiş, Məzahir ona gələndə əvvəldən verdiyi pulu da gətirməsini bildirmişdir. Bir iki gün sonra özü Gürcüstana avtomobili ilə sərnişin aparmış, sonra isə orada Tbilisi şəhərinə gedib Məzahirlə orada görüşmüş və həmin pulu ona təqdim edib vermişdir. Özü həmin pulu heç saymamış, Məzahir ona necə vermişdisə eləcə də Məzahirə qaytarmışdır. Məzahir pulu ondan dərhal götürüb yanından tez ayrılaraq getmişdir. Özü həmin gün öz avtomobili ilə yenidən Ağstafaya evinə qayıtmışdır. Aradan bir neçə gün, bəlkə də bir ay keçəndən sonra Məzahir onu Gürcüstanın Rustavi şəhərinə çağıraraq avtomobil bazarına avtomobillər çıxartdığını, gəlib onları satmağa köməklik etməsini bildirmişdir. Özü də etiraz etməmiş, səhərisi gün öz avtomobili ilə Rustaviyə getmiş, bazara çatanda öz avtomobilinin mühərriki xarab olmuşdur. Məzahirlə orada görüşmüş, həqiqətən də Məzahirin cəmi altı ədəd təzə vəziyyətdə Niva markalı avtomobili bazara satmağa çıxardığını görmüşdür. Həmin ərəfədə Ceyhun da oraya gəlib çıxmış və onunla görüşmüşdür. Öz avtomobilini təmir üçün bir ustaya vermiş, orada Niva avtomobillərinin satılması üçün yaxınlaşan müştəriləri özü danışıb yola salmışdır. Sonra isə həmin gün özü Ceyhunun idarə etdiyi gürcü nömrəli avtomobillə onun özü ilə birgə Qazax rayonuna qayıtmış, Ceyhun onu öz yaşadığı məhəllənin yanında düşürmüş və ona o vaxtki məzənnə ilə təxminən 70-80 manat təşkil edən 200 lari gürcü pulu da vermiş və sağollaşıb getmişdir. Aradan bir neçə gün keçəndən sonra Ceyhun onu Ağstafa rayonu Dəmiryol vağzalına çağırmış, orada çayxanada çay içib söhbət etmiş, Ceyhun ondan avtomobilin mühərrikinin təmirinə pulu olub olmamasını soruşanda pulu olmadığını demişdir. Ceyhun da ona maddi kömək olub 100 ABŞ dolları, yəni o vaxtki məzənnə ilə təxminən 105 manat təşkil edən pul vermişdir. Özü də pulu götürüb ehtiyacı üçün xərcləmişdir. Aradan bir neçə gün keçəndən sonra Məzahir ona GürCüstandan zəng edib «Ceyhun səninlə əlaqə saxlayacaq, sən həmin tapançanı Ceyhuna verərsən» deyə bildirmişdir. Təxminən bir iki gün sonra Ceyhun ona zəng edib tapançanı istəmişdir. X64 kəndinə gedib gizlətdiyi həmin çantadan Makarov tapançasını götürüb Dağkəsəmən kəndinə qayıtmış və orada at heykəlinin yanında Ceyhunla görüşmüşdür. Ceyhun onun avtomobilinə oturaraq tapançanı ondan istəyib almış, sonra avtomobildən düşüb getmişdir. Özü isə yaşadığı evə qayıtmışdır. Təxminən üç ay sonra Məzahir ona yenə zəng edib Kalaşnikov markalı həmin avtomat silahın özünə lazım olduğunu bildirməklə avtomatı Ağstafanın Ceyrançöl qəsəbəsindəki bir truba borunun içinə qoymağı tapşırmaqla sonra həmin yerdən gəlib götürəCəyini demişdir. Özü də Məzahirin dediyi kimi hərəkət edib həmin avtomat silahı Quşçu Ayrım kəndinə gedib gizlətdiyi yerdən götürmüş və özü ilə daşıyıb Ağstafanın Ceyrançöl qəsəbəsindəki həmin truba borunun içinə qoyub çıxıb getmişdir. Sonradan isə Məzahir özü həmin yerə gəlib avtomatı oradan götürmüş və bu barədə ona da demişdir.Təqsirləndirilən şəxs3 həmin ifadəsində özünü müdafiə mövqeyindən çıxış edərək Təqsirləndirilən şəxs1 və Məzahir Hacıyevin avtomat və tapançadan ibarət silahları nə məqsədlə saxlayıb daşımaları, hansı məqsədlə istifadə etmələri barədə ona heç nə demədiklərini, özünün başqa məlumatı olmadığını, onların həmin silahlarla hər hansı hadisə törətdikləri, yaxud törətmək niyyətində olmaları barədə əvvəldən və sonradan ona ətraflı heç bir məlumat vermədiklərini, hətta bir dəfə Məzahirdən silahın nə üçün lazım olmasını soruşanda Məzahirin ona bu işin onluq məsələ olmadığını və qarışmamağı bildirdiyini, özünün onlar tərəfindən nə hadisə törədilməsindən xəbəri və məlumatı olmadığını göstərmişdir. Məhkəmə iclasında tədqiq olunan iş üzrə ibtidai istintaq zamanı keçirilmiş üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs3 üzünə qarşı bir daha təsdiq etməklə aralarındakı razılaşmaya əsasən həmin quldurluq hadisəsinin törədiləcəyini Natiqin əvvəldən bildiyini, sadəjə hansı ünvanda, hansı evdə törədiləcəyini bilmədiyini, yəni quldurluğu hansı evdən edəcəkləri barədə Natiqə demədiklərini, tanışı Məzahirin onun yanında Natiqlə telefon danışı apardığını, Natiqi Məzahirin vasitəsi ilə tanıdığını, Məzahirlə Natiqin yaxın dostluq münasibətlərində olduqlarını, özü, Mail, Otar və Məzahir Gürcüstandan Azərbaycana Ağstafa rayon sərhədinə silahlarla gəlib sərhədi qanunsuz keçəndən sonra Natiqin onları öz idarə etdiyi Mercedes Benz markalı avtomobili ilə qarşıladığını, Natiqi həmin yerə Məzahirin zəng edib çağırdığını, özlərində olan silahlarla Natiqin avtomobili ilə əvvəlcə Ağstafanın Poylu kəndinə yaxın əraziyə gedib düşdüklərini, aralarındakı razılaşmaya əsasən Natiqin onları öz avtomobili ilə hadisənin törədiləcəyi Tovuz rayonuna axşam aparmalı olduğunu, lakin hadisədə birbaşa iştirak etməyəcəyinə dair əvvəldən aralarında həm Gürjüstanda, həm də sərhədi keçib gələndən sonra Natiqin avtomobilində Natiqin yanında razılaşma əldə etdiklərini, həmin quldurluq hadisəsini qaranlıq şəraitdə törətməyi planlaşdırdıqlarını, lakin Natiqin avtomobilinin mühərriki nasaz vəziyyətə düşdüyündən həmin axşam onları aparmaq üçün gələ bilmədiyini və hadisəni törətmək üçün Tovuz rayonuna Məzahirin zəng edib çağırdığı digər tanımadığı avtomobillə getdiklərini, özü, Mail, Otar və Məzahir Tovuz rayonunda Zərərçəkmiş şəxs1 evində quldurluq hadisəsini törətdikdən sonra isə özlərini aparması üçün Məzahirin zəng edib yenə Natiqi çağırdığını, Natiq idarə etdiyi həmin avtomobillə gəldikdən sonra özlərində olan silahlarla Natiqin avtomobilinə əyləşdiklərini, sonunjunun onları Gürjüstana qayıtmaları üçün Ağstafanın Poylu və Salahlı kəndlərinə yaxın əraziyə aparıb düşürdüyünü, həmin vaxt Məzahirin Kalaşnikov markalı avtomat silahı və Makarov markalı tapançanı saxlamaq üçün Natiqə verdiyini, həmçinin Məzahirlə Natiqin onlardan bir qədər kənara çəkilib nəisə söhbət etdiklərini, bundan sonra Natiqin həmin silahları götürüb getdiyini, özləri sərhədi qanunsuz keçib Gürcüstana qayıtdıqdan bir həftə sonra özünün, Natiqin və X5 şəhərində görüşdüklərini, həmin vaxt Natiqin qeyd olunan quldurluq hadisəsinin rayon jamaatı arasında danışıldığına dair söhbət açdığını bildirmişdir.Həmin üzləşdirmə zamanı Təqsirləndirilən şəxs3 əvvəlki ifadəsinə uyğun özünü müdafiə xarakterli fikirlər bildirmiş, tanıdığı Ceyhun u, Məzahiri və onlarla birlikdə olan iki nəfər tanımadığı şəxsi qeyd olunan tarixdə və şəraitdə öz idarə etdiyi avtomobilinin salonunda tanışı Məzahirin sözünə əsasən daşıdığını, avtomobilinin mühərrikinin nasaz vəziyyətə düşməsi faktını, Məzahirin təlimatına əsasən avtomat silahı və Makarov markalı tapançanı gizlədib saxlamaq üçün Məzahirdən təhvil aldığını, həmçinin Məzahirin ona bir paçka 100-lük ABŞ dolları pul verdiyini və sonradan həmin pulu Gürcüstana gətirib özünə qaytarması üçün təlimatlandırdığını, təxminən 2-3 gün sonra Məzahirin çağırışına əsasən özünün Gürjüstana gedib Tbilisi şəhərində Məzahirlə görüşərək həmin bir paçka 100-lük ABŞ dolları pulu Məzahirə təklikdə verdiyini, Ceyhun la isə Gürcüstanın Rustavi şəhərində avtomobil bazarında Niva markalı avtomobilləri satmaq üçün görüşdüyünü, belə ki Məzahirin aldığı 6 ədəd Niva markalı təzə avtomobilləri satmağa kömək etməsi üçün onu zəng edib çağırdığını, Ceyhun un da ona buna görə 200 gürjü larisi pul verdiyini bildirib təsdiq etsə də, qeyd olunan quldurluq hadisəsi barədə əvvəldən xəbərinin və məlumatının olmadığını, həmin hadisə barədə 2018-ci ilin sentyabr ayında eşidib bildiyini göstərmişdir. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.3.2, 228.2.1, 228.4 və 318.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.3.2, 228.2.1 və 228.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.3.2,-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri, zərərçəkmiş şəxslər, şahidlərin ifadələri və məhkəmə prosesi zamanı araşdırılmış işin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.3.2, 228.2.1, 228.4 və 318.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.3.2, 228.2.1 və 228.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətdiklərindən həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 cinayətin açılmasına və onun digər iştirakçılarının ifşa edilməsinə fəal kömək etməsini, Zərərçəkmiş şəxs6lə barışıq əldə etməsini, yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini və əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Gürcüstan Respublikası Marneuli rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmünə əsasən hökmündən məlum olur ki, Novruzov X2 Respublikası CM-nin 260-cı maddəsinin 3-cü hissəsi ilə, 25.262-ci maddəsinin 4-cü hissəsi ilə, 59-cu maddənin 1-ci hissəsi ilə, 50-ci maddənin 4-cü hissəsi ilə təqsirli bilinərək 30 il müddətinə azadlıqdan məhrumetmə məhkum edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə hökm Azərbaycan Respublikası ərazisində icraya qəbul olunmaqla əməli Azərbaycan Respublikası CM-nin 234.4.3, 32.3, 206.2-ci maddələrinə tövsif olunmaqla qəti olaraq 15 il müddətinə azadlıqdan məhrumetmə məhkum edilmişdir.xx.xx.2013-cü ildə Bakı şəhər Xəzər rayon Məhkəməsinin qərarı ilə “Amnistiya haqqında” Gürcüstan Respublikasının xx.xx.2012-ci il tarixli qanunun 13 və 18-ci maddələri tətbiq olunaraq CMnin 234.4.3-cü maddəsinə əsasən təyin olunmuş 12 il azadlıqdan məhrumetmə cəzasından azad olunub 32.3 206.2-ci maddəsinə əsasən 07 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.xx.xx.2013-cü ildə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə Xəzər rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı dəyişdirilib, Azərbaycan Respublikası CM-nin 32.3, 206.2-ci maddələri ilə müəyyən edilmiş 07 il müddətinə azadlıqdan məhrumetmə cəzası ¼ qədər azaldılmaqla 05 il 03 ay azadlıqdan məhrumetmə cəzası müəyyən edilmişdir və həmin müddət başa çatdığı üçün cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğun ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 18.3.3-cü maddəsinə əsasən qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən xüsusilə ağır cinayət törətdikdə cinayətlərin residivi xüsusilə təhlükəli sayılır. Göründüyü kimi Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, ona təyin olunmuş cəzadan xx.xx.2012-ci il tarixdə azad olmuş, məhkumluğu ödənilmədən xx.xx.2015-ci il tarixdə yenidən qəsdən xüsusi ilə ağır cinayət törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin xüsusi təhlükəli residivinin olmasını, Azərbayjan Respublikası CM-nin 228.4-cü maddəsinə münasibətdə cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsi, Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsinə münasibətdə cinayətlərin təkrar törədilməsi və cinayətin törədilməsində xüsusilə fəal iştirak etməsini Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş Zərərçəkmiş şəxs6lə barışıq əldə etməsini, İİV xəstəliyindən əziyyət çəkməsini və əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışı və cinayət işinə əlavə edilmiş hökmün surəti ilə müəyyən edilir ki, Budaqov X26 rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat cərimə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-cu maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcələnin 18.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsinə münasibətdə cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsini Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs3 yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs3 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cəfərov X40 rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 228.2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə məhkum edilmişdir. Təqsirləndirilən şəxs1 Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona cinayətlərin məcmusu qaydasında cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Belə olan halda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu qaydası üzrə, yəni hazırkı hökm üzrə təyin ediləcək cəza ilə Bakı şəhər Yasamal rayon Məhkəməsinin Məhkəməsinin xx.xx.2019-cu tarixli hökmünə əsasən təyin edilmiş 04 il müddətinə azadlıqdan məhrumetmə cəzası qismən toplanmaq yolu qəti cəza təyin edilməli, cəzaçəkmənin əvvəli hazırkı iş üzrə tutulduğu 17 sentyabr 2018-cı il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci madələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 14 iyul 2022-ci il tarixli Qərarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-66.4cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Belə olan halda, məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs3 Ağstafa rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 228.2.1-ci maddəsi ilə təyin edilmiş və cəkilmiş 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası cinayətlərin məcmusu qaydası üzrə, yəni hazırkı hökm üzrə təyin ediləcək cəza ilə qismən toplanmaq yolu qəti cəza təyin edilməli, birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalı, cəzaçəkmənin əvvəli hazırkı iş üzrə tutulduğu 22 sentyabr 2018-cı il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi əməllərlə Cinayət Məcəlləsinin müxtəlif maddələrində nəzərdə tutulmuş iki cinayət törətmişdir. Onlar həmin cinayətlərin heç birinə görə məhkum olunmamış, qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmiş və bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Belə olan halda onların əməlində Azərbaycan Respublikası CM-in 17-ci maddəsinə əsasən cinayətlərin məcmusu yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdiyi cinayət əməlinin xarakterini, ictimai təhlükəliliyini, cəzalarını yüngülləşdirən və ağırlaşdıran halların olmasını, Təqsirləndirilən şəxs1 münasibətdə CM-nin 65-ci maddəsinin tələblərini nəzərə alaraq, təqsirləndirilən şəxslərə ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyası hədlərində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun hesab etməklə cəzanın məqsədlərinə və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə nail olmaq olar. Onların barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.4-cü maddəsinə əsasən cinayətlərin xüsusi təhlükəli residivi zamanı və ya ömürlük azadlıqdan məhrum etmə cəza növü müəyyən müddətə azadlıqdan məhrum etmə cəza növü ilə əvəz edildikdə xüsusi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkilmə müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkilmə müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut hesab edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan 1 ədəd yun materialdan olan qara rəngli baş geyimi, yapışdırıcı skoç kəsikləri, 1 büküm yapışdırıcı skoç, 1 ədəd rezin əlcək parçası, 1 ədəd dəmir mismarçıxardan alət, 1 ədəd plastik materialdan sıxıcı bağ (ip), üzərində qanabənzər ləkələr olan 2 ədəd döşək üzlükləri, 1 ədəd qara rəngli gödəkçə papaq, 2 ədəd qara rəngli parçadan maskalar, qanabənzər ləkələrin nümunələri, 1 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd Kalaşnikov konstruksiyalı AK-74 markalı ******* nömrəli avtomat silah, həmin avtomat silaha aid 1 ədəd sandıqça (daraq), 29 ədəd patronlar, 2 ədəd gilizlər, Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə tətbiq edilərək, məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı və hökm qanuni qüvvəyə mindikdən sonra saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Ekspertiza tədqiqatından sonrakı 2,087 qram qalıq çəkidə narkotik vasitə heroin, həmin maddənin əldə edilməsi və istifadə edilməsilə bağlı xüsusatlar araşdırılanadək BMCMİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılmalıdır. Eləcə də 01 ədəd diskin cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış dörd) manat məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2, 228.2.1, 228.4 və 318.2-ci maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 181.3.2-ci maddəsi ilə 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 228.2.1-ci maddəsi ilə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası və Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-ci maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 13 (on üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 hazırki hökm üzrə təyin edilmiş 13 (on üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə, Bakı şəhər Yasamal rayon Məhkəməsinin Məhkəməsinin xx.xx.2019-cu tarixli hökmü ilə təyin edilmiş 04 il müddətinə azadlıqdan məhrumetmə cəzası qismən toplamaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 13 (on üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı 17 sentyabr 2018-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.3.2, 228.2.1 və 228.4-cü maddələri ilə, təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 181.3.2-ci maddəsi ilə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 228.2.1-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası və Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-ci maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 10 (on) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə çəzaçəkmənin başlanğıcı şübhə edilən şəxs qismində tutulduğu 17 sentyabr 2018-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1 və 234.4.3-cü maddələri ilə bəraət verilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 hazırki hökm üzrə təyin edilmiş 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə, Ağstafa rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə təyin edilmiş və cəkilmiş 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs3 qəti olaraq 10 (on) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin, birinci hökmə əsasən çəkilmiş 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası qəti cəza müddətinə hesablanmaqla üzərində 07 (yeddi) il 06 (altı) ay müddətində azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı 22 sentyabr 2018-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut hesab edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan 1 ədəd yun materialdan olan qara rəngli baş geyimi, yapışdırıcı skoç kəsikləri, 1 büküm yapışdırıcı skoç, 1 ədəd rezin əlcək parçası, 1 ədəd dəmir mismarçıxardan alət, 1 ədəd plastik materialdan sıxıcı bağ (ip), üzərində qanabənzər ləkələr olan 2 ədəd döşək üzlükləri, 1 ədəd qara rəngli gödəkçə papaq, 2 ədəd qara rəngli parçadan maskalar, qanabənzər ləkələrin nümunələri, 1 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd Kalaşnikov konstruksiyalı AK-74 markalı ******* nömrəli avtomat silah, həmin avtomat silaha aid 1 ədəd sandıqça (daraq), 29 ədəd patronlar, 2 ədəd gilizlər, Azərbaycan Respublikası CM-in 99-1ci maddəsinə əsasən xüsusi müsadirə tətbiq edilərək, məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı və hökm qanuni qüvvəyə mindikdən sonra saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. Ekspertiza tədqiqatından sonrakı 2,087 qram qalıq çəkidə narkotik vasitə heroin, həmin maddənin əldə edilməsi və istifadə edilməsilə bağlı xüsusatlar araşdırılanadək BMCMİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılsın. Eləcə də 01 ədəd diskin cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış dörd) manat məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxslərə isə onlara hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar