Məhkəmə qərarları › İş №1(100)-6/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-6/2023

07.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-6/2023 07.04.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Mehdiyeva Vəfa Zakir qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslərin hüquqi varisləri X6 (mülki iddiaçı), X4, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri “Arbitrum” Vəkil Bürosunun vəkili Müdafiəçi1 Şəmsəddin oğlunun və Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında 23 avqust 1972-ci ildə Ermənistan Respublikası, Mehri rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkum olunmamış, Samux rayonu İnstitut qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: Təqsirləndirilən şəxs 16 avqust 2020-ci il tarixdə saat 09:56-da “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət edərək yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə riayət edərək 1.1 üfiqi nişanlama xəttini (bütöv ağ xətti) kəsib keçməməli olduğu halda, həmçini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 57-ci maddəsinin 6-cı hissəsinin tələblərinə riayət edərək yüksüz qabarit parametrlərinin eni 2,5 metrdən artıq olan nəqliyyat vasitəsinin hərəkətinin xüsusi qaydada həyata keçirilməsini, yəni iriqabaritli və ya ağır çəkili nəqliyyat vasitələrinin ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət etməsinə xüsusi icazənin rəsmiləşdirilməsi və verilməsi Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən, hərəkət vaxtı və hərəkət surətinə münasibətdə isə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə razılaşdırmaqla və hökmən müşayiət avtomobili ilə müşayiət edilməli olduğu halda həmin tələblərə əməl etməyərək qeyd olunan Nazirliklərlə razılaşdırmadan qabaq hissəsinə bərkidilmiş biçin üçün nəzərdə tutulmuş qurğu ilə birlikdə eni 3,85 metr olmaqla 1.1 üfiqi nişanlama xəttini (bütöv ağ xətti) kəsib keçən, Zərərçəkmiş şəxs2 məxsus, etibarnamə və AB 011433 nömrəli sürücülük vəsiqəsi əsasında idarə etdyi “NEW Holland TC 5050” markalı, 90-L-009 dövlət qeydiyyat nişanlı kombayn mexaniki nəqliyyat vasitəsi ilə müşayiət avtomobili ilə müşayiət edilmədən Samux-Gəncə avtomobil yolunun Çobanabdallı kəndindən keçən 4-cü kilometrliyində, Gəncə şəhəri istiqamətində hərəkətdə olarkən “İnstitut dairəsi” adlanan yerin yaxınlığında onunla əks istiqamətdə, qarşıdan gələn X9 idarə etdiyi “Mersedes Benz C-180” markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə X9 ənsə sümüyünün kəllə əsasına keçən xətti sınığı, beyinciyin, uzunsov beyinin yumşaq qişalarına, beyin mədəciklərinə, baş beyinin yumşaq qişasına, ənsə nahiyəsində qansızmalar, başın yumşaq toxumalarına ənsə nahiyəsində qansızma, burun sümüklərinin hər iki almacıq, əng, çənə sümüklərinin dişlərin sınması, sağ qaşüstü nahiyənin, hər iki dodaqların əzilmiş yaraları, sağ gözaltı nahiyənin qançırı, boyun nahiyəsinin açıq travması, qırtlaq, nəfəs borusu, yemək borusunun boyun hissəsinin, ümumi yuxu arteriyalarının qopması, əzilmiş yaraları, İ, İİ, İİİ boyun fəqərələrinin qəlpəli sınması, ağciyərlərə ocaqlı qansızmalar, döş qəfəsinin sağ tərəfində İ, İİ, İİİ qabırğaların kürək xətti ilə, sol tərərəfdə isə İ, İİ qabırğaların orta körpücük xəttlə, İİİ qabırğanın və ön qoltuqaltı xəttlər üzrə sınması, sol körpücük, sol said sümüklərin orta 1/3 hissədən və sol əlin V barmağın orta falanqasının orta hissəsindən sınması, sol çiyin nahiyəsinin sıyrığı və yarası, sol bazu, sol əl nahiyələrinin əzilməsi ilə müşayiət edilən, birgə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurulmaqla başın gövdədən tam, küt, travmatik amputasiyası nəticəsində ehtiyatsızlıqdan Elnur Çağırqanovun ölümünə, “Mersedes Benz C-180” markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobilldə olmuş sərnişin X2 təpə sümüyünün kəllə əsasına keçən xətti sınığı, başın yumşaq toxumalarına alın-təpə nahiyələrdə qansızma, baş beyinin yumşaq qişasına, beyin mədəciklərinə, beyinciyə qansızma, üst çənə, sol almacıq sümüklərinin və dişlərin üst çənədə sınması, döş sümüyü İİİ qabırğa səviyyəsindən köndələn sınması, döş qəfəsinin sol tərəfində İ, İİ, İİİ qabırğaların orta körpücük xətt üzrə sınması, sol əlin İ barmağının dırnaq falanqasından qopması, amputasiyası, sol qaş, alt çənə nahiyələrinin əzilmiş yaraları, sol əl, sol bazu nahiyələrinin qançırları, sol bazu nahiyəsinin sınığı ilə müşayiət edilən, birgə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurulmaqla açıq küt kəllə-beyin travması nəticəsində baş beyinin yumuşaq qişasına, beyin mədəciklərinə, beyin toxumasına qansızma və kəllə sümüklərinin sınması nəticəsində ehtiyatsızlıqdan Ləman Süleymanzadənin ölümünə, həmçinin “NEW Holland TC 5050” markalı, 90-L-009 dövlət qeydiyyat nişanlı kombayn mexaniki nəqliyyat vasitəsinin sahibi Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3-yə 40021,92 manat məbləğində, “Mersedes Benz C-180” markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs1 isə 9080 manat məbləğində maddi ziyan vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, təxminən 3 ildir ki, qohumu Zərərçəkmiş şəxs2 məxsus 90-L-009 dövlət qeydiyyat nişanlı, “New Holland TC 5050” markalı kombayn mexaniki nəqliyyat vasitəsi ilə müxtəlif növ təsərrüfat obyektlərində biçin işləri həyata keçirir və gördüyü işlərin müqabilində qaynı ona günəmuzd qaydada ödəniş edir. Həmin kombaynı idarə etmək üçün onun sürücülük vəsiqəsi və etibarnaməsi vardır. Kombaynın ön hissəsi qarğıdalı biçən avadanlıqla təchiz edilərək yalnız qarğıdalı və günəbaxan məhsullarının biçini üçün nəzərdə tutulmuşdur. Biçin avadanlığının qarşısında 5 ədəd çıxınt vardır. Həmin kombaynın avadanlığının ön hissəsi taxılbiçən kombayna nisbətən daha kiçikdir. xx.xx.2020-ci il tarixdə saat təxminən 08:30-da yaşadığı Samux rayonu, İnstitut qəsəbəsində yerləşən evdən çıxıb işlətdiyi kombaynı Çobanabdallı kəndi ərazisindən götürüb “İnsitut” dairəsinin yaxınığında yerləşən “Lyuks” yanacaqdoldurma məntəqəsindən dizel yanacağı doldurmaq məqsədilə həmin əraziyə doğru getməyə başlamışdır. Həmin vaxt o, tək olmuş və yanında heç kim olmamışdır. Çobanabdallı kəndində idarə etdiyi 90-L-009 dövlət qeydiyyat nişanlı, “New Holland TC 5050 ” markalı kombaynla saatda təxminən 20-22 kilometr sürətlə Samux-Gəncə avtomobil yolu ilə hərəkətdə olarkən Samux rayonu, Çobanabdallı kəndi istiqamətindən üzü “İnstitut” dairəsinə təxminən 700-800 metr qalmış, əks istiqamətdə hərəkətdə olan, boz rəngli dövlət qeydiyyat nişanını xatırlamadığı “Mercedes” markalı avtomobili idarə edən tanımadığı şəxs hansısa səbəb üzündən düz xəttin tələbini pozmaqla onun idarə etdiyi kombaynın yoluna çıxaraq yol-nəqliyyat hadisəsinin baş verməsinə şərait yaratmışdır. Belə ki, o, hadisə zamanı saat təxminən 10 radələrində “Mercedes” markalı avtomobilin saatda təxminən 90-100 kilometr sürətlə ona əks istiqamətdə, hərəkət istiqamətini ayıran düz xəttə yaxın hərəkət etdiyini görüb kombaynın sürətini 10-12 km/saata qədər azaldaraq ehtiyat üçün sağ tərəfə, yəni yolun kənar hissəsinə çıxarmışdır. Artıq yolun həmin hissəsi ona nisbətdə sola döngəli olmuş və ona əks istiqamətdə hərəkətdə olan həmin “Mercedes” markalı avtomobil ona nisbətdə sağa dönmə əməliyyatı etməyərək və avtomobili düzünə idarə edərək onun hərəkətdə olduğu yola çıxmış və onun hərəkətdə olduğu yolun ortasında toqquşma baş vermişdir. Belə ki, o, artıq nəqliyyat vasitəsini sağa doğru çəkdiyi üçün nəqliyyat vasitəsinin qarşısına quraşdırılmış biçin avadanlığının sol kənarı artıq onun hərəkətdə olduğu yolun ortasında olmuş və həmin “Mercedes” markalı avtomobilin qabaq orta hissəsi çəpinə olaraq biçin avadanlığının sol kənarından dəymiş və idarə etdiyi kombayn həmin zərbənin təsirindən yolun sağ kənarına aşmışdır. Həmin avtomobil ani anda onun hərəkətdə olduğu yola çıxdığından o, hadisənin qarşısını almaq üçün heç bir hərəkət edə bilməmişdir. Hadisə baş verdikdən sonra o, aşmış vəziyyətdə olan kombayndan düşərək “Mercedes” markalı avtomobilə yaxınlaşdıqda mülki geyimdə olan bir nəfər kişi və bir nəfər qadın cinsli şəxslərin avtomobilin ön oturacağında artıq öldüklərini görmüşdür. Hadisə zamanı “Mercedes” markalı avtomobildə qeyd edilən sərnişinlərdən başqa kimsə olmamış, habelə onun da avtomobilində özündən başqa heç kim olmamışdır. Hadisə baş verdikdən sonra polis əməkdaşları gələnə qədər hadisə yerində olmuş və Samux RPŞ-nin polis əməkdaşları gəldikdən sonra isə birlikdə məlumat verilməsi üçün şöbəyə dəvət edilmişdir. Bundan sonra Samux rayon prokurorluğunda araşdırma aparılmışdır. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X17 ifadəsində göstərdi ki, məcburi köçkündür, müharibə veteranıdır və hazırda təqaüdçüdür. X16 atasıdır. Ləman Süleymanzadə xx.xx.1998-ci ildə Gəncə şəhərində anadan olmuş, orta təhsili Gəncə şəhər 14 saylı orta məktəbdə almaqla, 2015-2019-cu illərdə ali təhsili Gəncə Dövlət Universitetinin Xarici dil-Alman dili ixtisası üzrə almışdır. 2019-cu ilin sentyabr ayında Polis orqanlarında qulluğa qəbul edilərək, Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə bilavasitə tabe olan Gəncə Asan Xidmət Mərkəzində kiçik inspektor vəzifəsində işləmişdir. Ölkədə yayılmış “Covid 19” pandemiyası ilə əlaqədar hadisədən son bir neçə ayda Ləmanın iş qrafiki növbəlilik əsasında olmaqla, həftənin ardıcıl 3 gününü işə gedir, 3 günü isə evdə olmuşdur. 16 avqust 2020-ci il tarixdə isə Ləmanın iş günü olmuşdur. Həmin gün səhər saat 8 radələrində qaynı X25 markalı avtomobili ilə o, qızı X51 Xidmət Mərkəzinə işə aparmışdır. Həmin vaxt Ləman Asan Xidmət Mərkəzinin rəsmi geyim formasında, tünd göy şalvar və ağ köynəkdə olmuşdur. Təxminən saat 08:40 dəqiqədə onlar avtomobildən düşərək söhbət edərək qızı Ləmanla o, Asan Xidmət Mərkəzinə tərəf getmiş və Ləman Mərkəzə daxil olmuşdur. Ləmanla söhbət əsnasında o, Ləmandan saat neçədə işdən çıxacağını soruşmuş, Ləman ona bildirmişdir ki, iş vaxtı saat 16:00 da bitəcək. Odur ki, o, qaynının avtomobilinə minərək Gəncə şəhərində Dubay bazarı adlanan yerə getmiş, sonradan evə qayıtmışdır. Ondan sonra bir neçə saat ərzində qızı Ləmanla heç bir telefon danışığı və ya əlaqəsi olmamışdır. Təxminən saat 10:35 radələrində digər qızı Ayşən istifadəsində olan mobil nömrəsinə zəng edərək qızı Ləmanın yol nəqliyyat hadisəsində qəzaya düşdüyünü demişdir. Yol nəqliyyat hadisələri zamanı adətən yaralıları Gəncə şəhər 3 nömrəli xəstəxanasına aparıldığından o, dərhal evdən çıxaraq qaynının avtomobili ilə Gəncə şəhər 3 saylı TTYX-na getmişdir. Onlar xəstəxananın həyətinə daxil olduqda kürəkəni Natiq Kəsəmənlinin meyitxana tərəfdən gəldiyini görəndə bilmişdir ki, qızı vəfat etmişdir. Əvvəllər qızı ilə söhbət əsnasında ona bildirmişdir ki, ola bilsin ki, bəzən pasportların BPMQİ X29 götürülərək Gəncə Asan Xidmət Mərkəzinə gətirilməsi Ləmana həvalə edilə bilər. Lakin daha əvvəl ora gedib getməməsi barədə ona heç vaxt məlumat verməmişdir. O, Ləmana bildirmişdir ki, Ləmana belə tapşırıq verildiyi halda ona məlumat versin və o, özü Ləmanı BPMQİ X39 aparsın və Asan Xidmətə geri qaytarsın. Ləman isə bunun işlə əlaqədar olduğunu deyərək onun aparması düzgün olmadığını bildirmişdir. Lakin Ləmanın hansı vasitə ilə BPMQİ X39 gedəcəyini bilmirmiş. xx.xx.2020-ci il tarixdə qızı X20 rayonu ərazisində baş vermiş yol nəqliyyat hadisəsi zamanı Gəncə şəhəri Nizami rayon polis İdarəsinin əməkdaşı olmuş X9 idarə etdiyi avtomobildə olması barədə məlumatı olmamışdır. Ümumiyyətlə o, Elnur Çağırqanovu tanımamışdır. Ona təqdim edilən, onun adından yazılan xx.xx.2020-ci il tarixli ərizə onun tərəfindən rayon prokurorluğuna göndərilmişdir. Kombaynın hərəkətdə olduğu yolun eni 3 m, kombaynın qabaq tərəfdən eni isə 4 m-dir. X49 haqqında Qanuna görə bu texnika bıçağı texnikadan sökülüb ayrılaraq başqa texniki vasitə ilə bir məntəqədən digər məntəqəyə aparılır, kombaynın özü isə müvafiq dövlət qurumlarının əməkdaşlarının müşahidəsi altında hərəkət edir. Hətta bu texnikanın əyləc sistemi olmadığından onun avtomobil yoluna çıxması qadağan olunmuşdur. Eyni zamanda 17 avqust 2020-ci il tarixdə o, hadisənin baş verdiyi yerə getdikdə, orada kombaynın təkərlərinin izindən müəyyən etmişdir ki, hadisə vaxtı kombayn dönmə əməliyyatı etmişdir. O, daha sonra əlavə olaraq ifadəsində göstərmişdir ki, qızı Ləmanın Asan Xidmət Mərkəzinin inzibati binasından kənara da hər hansı xidmətə cəlb edilməsi barədə nə qızı tərəfindən nə də rəhbəri, yəni Pərvin xanım tərəfindən məlumatlandırılmamışdır. O, qızını hər iş günündə müəyyən edilmiş iş saatları daxilində 08:30-dan 18:30-dək nahar fasiləsi daxil olmaqla Asan Xidmət Mərkəzinin inzibati binasında olduğunu bilmişdir. Adəti üzrə xx.xx.2020 tarixdə qaynı Hafiz Əsgərovla sonuncuya məxsus **-KN-*** dövlət qeydiyyat nişanı olan Mitsubishi markalı avtomobillə qızı Ləmanı Asan Xidmət Mərkəzinə aparmış, 08:30 radələrində qızı ilə maşından enərək Ləmanı Mərkəzin inzibati binasına daxil olanədək müşahidə etmişdir. Qızı binaya daxil olduqdan sonra o, gəldiyi avtomobilə doğru gedib həmin avtomobillə Dubay bazarı deyilən yerə getmişdir. Həmin gün 09:30 radələrində qrup rəhbəri qızına BPQMİ-nin Gəncə regional bölməsinə ümümvətəndaş pasportlarının gətirilməsi üçün göstəriş vermişdir. Qızı isə yuxularını qarışdırdığını, özünü pis hiss etdiyini, ağrıdığını Pərvin xanıma bildirmişdir. Bu sözləri ona xx.xx.2020 tarixdə saat 15:30 radələrində Asan Xidmət Mərkəzində Pərvin xanımla xidmət masasının qarşısında əyləşəndə ümumvətəndaş pasportu bölməsinin inspektoru Səlimova Vəfanın və oranın digər əməkdaşı Ləman xanımın yanında Pərvin xanım özü demişdir. Yuxarıda qeyd etdiklərini nəzərə alaraq qanunazidd hərəkətlərə və ya hərəkətsizliyə görə cavabdeh olan şəxslərinin səhlənkarlıqları ucbatından, işdə ciddi nöqsanlarına görə qızı Ləman Süleymanzadənin ölümünə səbəb olan bütün vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb olunaraq ağır cəzalanmalarını tələb etmişdir. X17 daha sonra məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmamasını, ona münasibətdə vermiş olduğu mülki iddiasından imtina etdiyini bildirdi. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X12 ifadəsində göstərdi ki, Elnur Çağırqanov onun oğlu olmuşdur və sonuncu Gəncə şəhəri, Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin İTB-nin sahə rəisi vəzifəsində işləmişdir. Ailələrinə məxsus “Mersedes Benz C-180” markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır ki, xx.xx.2020-ci il tarixdə o, eşitmişdir ki, Elnur idarə etdiyi həmin “Mersedes Benz C-180” markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Samux rayonu Çobanabdallı kəndi istiqamətində hərəkətdə olarkən Elnurla əks istiqamətdə qarşıdan gələn kombayn nəqliyyat vasitəsilə toqquşmuş, nəticədə oğlu aldığı xəsarətlərdən hadisə yerində vəfat etmişdir. Həmin hadisə zamanı oğlunun idarə etdiyi “Mersedes Benz C-180” markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobil həyat yoldaşı Zərərçəkmiş şəxs1 məxsus olmuşdur. Hadisə nəticəsində avtomobilə təxminən 10000 (on min) manat məbləğində ziyan dəymişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, kənd təsərrüfatı ilə məşğul olur. Bununla bağlı 2016-cı ildə Zərərçəkmiş şəxs3 ilə bağladığı lizinq müqaviləsi əsasında “New Holland TC 750” markalı, 90-L-009 dövlət qeydiyyat nişanlı kombayn nəqliyyat vasitəsini lizinqə götürmüşdür. Həmin kombaynı o, və bacısının əri, Samux rayonu, İnstitut qəsəbə sakini Təqsirləndirilən şəxs idarə edərək kənd təsərrüfatı sahələrində biçin işləri görmüşlər. Təqsirləndirilən şəxs kombaynı idarə etmək üçün sonuncu dəfə xx.xx.2020-ci ildə müvafiq etibarnamə verilmişdir. xx.xx.2020-ci il tarixdə kombayn Təqsirləndirilən şəxs olmuşdur. Sonradan eşitdiyinə görə, o, xx.xx.2020ci il tarixdə səhər saatlarında Samux rayonu, Çobanabdallı kəndi istiqamətindən “İnstitut” dairəsi istiqamətində idarə etdiyi kombaynla hərəkətdə olarkən “Mersedes Benz C-180” markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə kombayn öz hərəkəti istiqamətində öz hərəkət zolağından sağ tərəfə aşmışdır. Baş vermiş bu yolnəqliyyat hadisəsi nəticəsində ona məxsus kombayna xeyli miqadarda, təqribi hesablamalara görə 50000( əlli min) manat məbləğində maddi ziyan dəymiş, kombaynın cari vəziyyətdə istismarı mümkünsüz olmuşdur. Hazırki mərhələdə ona dəymiş ziyanla bağlı hadisəni törədən şəxslərin heç birindən şikayət və tələbi yoxdur. Bildiyi qədər hər iki nəqliyyat vasitəsi sığortalıdır. Odur ki, ona dəymiş maddi ziyan sığorta şirkətləri tərəfindən ödənilməlidir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, mərhum Elnur Çağırqanov onun oğlu olmuşdur. X45 2020-ci ilin iyun ayında isə Daxili İşlər Nazirliyinin Polis Akadamiyasını bitirərək ali təhsil almışdır. Elnur 2020-ci ilin 3 avqust tarixindən Gəncə şəhər Nizami Rayon Polis İdarəsində İTB-nin sahə rəisi vəzifəsinə təyin edilmişdir. “Covid 19” pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlərlə əlaqədar oğlu E.Çağırqanov Gəncə şəhərində Yeni Gəncə yaxınlığında quraşdırılmış karantin postunda xidmət çəkmişdir. Elnurun iş qrafiki axşam saat 20 radələrindən səhər saat 8 radələrinədək davam etmişdir. Odur ki, Elnur hər gün axşam saatlarında işə gedir, səhər 8:30 radələrində isə evə gəlib gün ərzində dincəlirdi. Bəzən evə gəlib yemək yeyib 10-15 dəqiqəlik Nizami Rayon Polis İdarəsinə gedir lakin qısa müddətdə evə qayıdır və gün ərzində axşamki xidmətə hazır olmaq üçün evdə istirahət etmişdir. Hadisə günü yəni xx.xx.2020-ci il tarixdə səhər saatlarında o, evdə tək olmuşdur. Həyat yoldaşı Qətibə xanım 2-3 gün əvvəldən Tovuz rayonuna yaxınlarının ziyarətinə getmişdir. xx.xx.2020-ci il tarixdə səhər saat təxminən 08:30 radələrində oğlu Elnur evə gəlmiş, səhər yeməyi yemiş və paltarını dəyişərək idarəyə dəyib qayıdacağını bildirmişdir. O, oğluna demişdir ki, bu gün anası Qətibə xanım evə qayıdır, odur ki, evdə olsun. Oğlu da cavab vermişdir ki, uzağı 15 dəqiqəlik idarəyə dəyib qayıdır və narahat olmasın evdə olacaq. Təxminən saat 09 radələrində Elnur evdən çıxmışdır. O, isə axşamdan yuxusuz olduğu üçün divanda uzanaraq yuxuya getmişdir. Saat təxminən 11 radələrində isə yaşadığı evə polis əməkdaşları gələrək Elnurun avtoqəza keçirdiyini demişdilər. O, elə polis əməkdaşları ilə birlikdə dərhal Gəncə şəhər 3 saylı TTYX-na getmişdir. Xəstəxananın həyətinə çatanda artıq ona məlum olmuşdur ki, oğlu vəfat etmişdir. Oğlu Elnurun hadisə baş verərkən idarə etdiyi “Mersedes Benz C-180” markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsus olmuşdur. X26 yeni məzun olub qayıtdığından qısa müddətdə sürücülük vəsiqəsi alacağını demişdir. Lakin xidmət çəkdiyi posta axşam saatlarında gedib gecə vaxtı postda qalmalı olduğundan, həmçinin postun evlərinə çox yaxın məsafədə yerləşdiyindən onun avtomobilini yalnız posta gedib gəlmək üçün istifadə etməyini bildirmişdir. Ümumiyyətlə Elnur avtomobili çox rahat və az sürətlə sürürdü. Odur ki, Elnurun hansısa hadisə törətməsinə heç bir şübhəsi yox idi. Hadisə günü Elnurun necə gedib Samux rayonuna çıxması barədə heç bir məlumatı olmamışdır. Eləcə də həmin hadisə zamanı oğlunun idarə etdiyi avtomobildə olan xanımın sonradan Asan Xidmətdə işləyən polis əməkdaşı olduğunu eşitmişdir. Ona məxsus “Mersedes Benz C-180” markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobil texniki baxışdan 2020-ci ilin may ayında keçməklə texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Oğlunun yol nəqliyyat hadisəsi nəticəsində ölümü ilə bağlı kimdənsə hər hansı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs3-nin nümayəndəsi X7 ifadəsində göstərdi ki, hazırda heç bir şikayət və tələbləri yoxdur, ödənişlər hər ay müntəzəm olaraq ödənilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2017ci ildən polis orqanlarında işləməklə, 2020-ci ilin iyul ayından hazırki tarixədək Samux Rayon Polis X46 X47 Patrul Xidmətinin inspektoru vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdə səhər saat 10 radələrində Samux rayonu, Aznixi yolunda iş yoldaşı Şahid2la birlikdə xidmətdə olarkən qəflətən yüksək toqquşma səsi eşitmişdilər. Dərhal Şahid2 idarə etdiyi **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobilə minərək səs eşidilən tərəfə hərəkət etmişdilər. Hadisə yerindən onların olduqları yer təxminən 1 km məsafədə olmuşdur. Hadisə yerinə çatdıqda orada kombayn mexaniki nəqliyyat vasitəsinin Çobanabdallı yolundan Aznixi istiqamətində hərəkətdə olarkən Mercedes markalı nəqliyyat vasitəsilə toqquşduğunu, kombaynın öz hərəkəti istiqəmətində sağ tərəfə aşdığını, Mercedes markalı avtomobilin öz hərəkət zolağından çıxmaqla kombaynın hərəkət zolağında olduğunu, bu zaman həmin avtomobilin arxa hissəsinin kombaynın qabağına quraşdırılmış qurğuya ilişmiş vəziyyətdə olduğunu, avtomobilin qabaq hissəsinin isə Mersedesin öz hərəkət yoluna tərəf dayandığını görmüşdülər. Mercedes avtomobilinin üst hissəsi demək olar ki tamam yox olmuş vəziyyətdə olmuşdur. Həmin vaxt Mercedes markalı nəqliyyat vasitəsi tamamilə kombaynın hərəkət zolağında olduğundan digər əks istiqamətdə olan hərəkət zolağında avtomobillər sərbəst hərəkətini davam etdirə bilmişlər. Onlar hadisə yerinə çatdıqda dərhal avtomobilin salon hissəsinə baxmış, içəridə sürücünün baş hissəsinin qopmuş vəziyyətdə arxa tərəfə düşdüyünü, sürücünün yanındakı oturacaqda isə bir nəfər qadının başı əyilmiş istiqamətdə olduğunu müəyyən etmişdirlər. İş yoldaşı Şahid2 dərhal Samux RPŞ-nin növbətçi hissəsinə məlumat verərək təcili olaraq Fövqaladə Hallar Nazirliyinin xilasetmə qrupunu çağırmalarını xahiş etmiş, ardınca 103 X21 yardım Xidmətinə məlumat vermişdir. Həmin vaxt kombaynın sürücüsü Şahid2 yaxınlaşaraq hadisənin baş verdiyi yerdəki kombaynı idarə etdiyini bildirmiş və vəziyyətinin yaxşı olduğunu deyərək həkim müayinəsinə ehtiyacı olmadığını qeyd etmişdir. Bir neçə dəqiqə ərzində hadisə yerinə polis və prokurorluq əməkdaşları, həmçinin xilasetmə qrupu və həkim briqadası gəlmişdir. Həkim Mercedes markalı avtomobildəki şəxslərə baxaraq hər ikisinin meyit halında olduğunu bildirmişdir. Elə həmin vaxtlarda xilasetmə qrupu hadisə yerinə çatmışdır. Xilas etmə qrupu meyitləri avtomobildən çıxararkən Mercedesin sürücüsünün meyiti avtomobildə ilişdiyindən meyiti çıxarmaq məqsədilə xilasetmə qrupu avtomobilin sükan hissəsini kəsərək kənara qoymuşdur. Sürücünün yanındakı oturacaqda oturan sərnişini də oradan çıxarmışdırlar. Daha sonra oraya, artıq aidiyyəti olaraq hadisə yerinin müayinəsi məqsədilə müstəntiq və digər vəzifəli şəxslər gəldiyindən onlar yalnız sonradan eşitmişdilər ki, Mercedes markalı avtomobilin sürücüsünün polis əməkdaşı olduğu müəyyən edilmişdir. Bundan başqa hadisənin baş verməsi halları ilə bağlı hər hansı məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 2008ci il tarixdə Samux rayonu, Çobanabdallı kəndi ərazisində olan “İnstitut” dairəsi yaxınlığında təkər sexində işləyir. 16 avqust 2021-ci il tartixdə, saat 09:30 radələrində təkər sexində təmizlik işləri apararkən böyük toqquşma səsi eşidib çölə çıxmış və təxminən 500-600 metr aralıda “Mercedes” markalı, boz rəngli avtomobilin kombayn mexaniki nəqliyyat vasitəsinin yoluna çıxaraq toqquşduğunu görmüşdür. Dərhal həmin yerə yaxınlaşdıqda “Mercedes” markalı avtomobildə ön sol tərəfdə, yəni sürücü tərəfdə gənc kişi cinsinə mənsub şəxsin öldüyünü, çiyin tərəfinin sağ ön qoltuğa uzandığını, sağ ön qoltuqda isə gənc yaşlı qadın cinsinə mənsub şəxsin ayaqaltı tərəfdə yasalandığını görmüş. O, hadisə yerinə çatdıqda artıq həmin şəxslər ölmüşdülər. Kombayn sürücüsü isə həmin vaxt hadisə yerində idi və heç bir zədə almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4, Şahid5, Şahid6 Şahid3 ifadəsinə oxşar məzmunlu ifadələr verərək, onun ifadəsində göstərdiyi xüsusatları özlərinə aid hissədə təsdiq etdilər. Məhkəmə iclasında dindirilmiş ekspert X42 ifadəsində göstərdi ki, 7 yanvar və 23 aprel 2020-ci il tarixli rəyləri onun tərəfindən verilmiş və rəy verən zaman o, başqa rəyə istinad etməmişdir. 23 aprel rəyi onun tərəfindən yazılmış, 1-ci sual üzrə trasolojini ekspertizanı o aparmış və yol nəqliyyat ekspertizasında da iştirak etmişdir. Kolmpleks məhkəmə yol nəqliyyat hadisələri ekspertizası təyin edilmiş, onda iki ixtisas olduğuna görə 14.1 və 14.3 olduğuna görə o, nəqliyyat trasoloji hissəsini özü, 2-ci yol nəqliyyat hadisələrini isə həmin ekspertlə birlikdə aparmışdır. Yəni 1-ci sualı tək, 2 və 3-cü sualları digər ekspertlə birlikdə aparmışlar. 16 avqust 2020-ci il tarixli hadisə yerinə əlavə baxış protokoluna əlavə olunmuş fotoşəkillərə əsasən 1-ci sualın son abzasında olan qənaətə gəlmişdir. Bundan başqa toqquşma nəticəsində kombayn özü sağ yanı üstə sürüşmüş, yəni toqquşmada olduğu vəziyyətdən sağ yanı üstə sürüşərək aşmışdır. Kompleksnəqliyyat hadisələri ekspertizaları təyin edilmiş, nəqliyyat vasitələrinə baxış keçirilmiş, toqquşma bucağı müəyyən edilmiş, verilmiş hadisə mexanizmi üzrə tədqiqat aparılaraq rəy verilmişdir. İş materialları və fotoşəkillərdən belə məlum olur ki, kombayn hadisədən sonra sağ yarımüstə aşmış vəziyyətdədir, həmçinin kombayn hərəkəti istiqamətində soldan-sağa doğru aşdıqdan sonra belə onun qabaq sağ tərəfi yolun hərəkət hissəsində olmuşdur. Qeyd etmişdir ki, yolun hərəkət hissəsinin eni 7 m və bir istiqamətdə hərəkət zolağının 23.1 m olması, qarğıdalı və günəbaxan yığmaq üçün nəzərdə tutulmuş qurğunun kombayna birbaşa qoşulan tərəfinin 23.85 m olması, kombaynın hərəkəti istiqamətində soldan-sağa doğru aşdıqdan sonra belə onun qabaq sağ təkərinin yolun hərəkət hissəsində olması və toqquşmanın sol hissəsinin kombaynın qabaq hissəsinə quraşdırılmış qarğıdalı və günəbaxan yığmaq üçün nəzərdə tutulmuş qurğunun qabaq sol hissəsi arasında təxminən paralelliyə yaxın vəziyyətdə baş verməsi nəzərə alınaraq, toqquşmanın hərəkət yoluna çıxması ilə əlaqədar kombaynın hərəkət zolağının 0.1 m məsafədən 0.5 m məsafədə baş verməsi qənaətinə gəlinmişdir. Kombaynın təkərinin eni heç olmasa 30-40 sm olar. Deməli o nəticəyə gəlirik ki, toqquşma nəticəsində kombayn özü sağ yanıüstə sürüşmüşdür. Yəni toqquşmada olduğu vəziyyətdə sağ yanıüstə sürüşərək aşmışdır. Bu başqa cür ola bilməz. Yəni bunun sağ təkərinin hərəkət hissəsində olmasını nəzərə almaqla, bunun hərəkət hissəsinin eni 7 m, bir istiqamətdə isə 3.5 m-dir. Deməli bunun sağ təkəri hərəkət hissəsindədir. Bunun sağ təkərini məsələn qaldırıb kombaynın hərəkət hissəsinə qoysaq, bunun heç olmasa yarım metri gəlib düşəcək bura 3.5-dən də yarım metr çıxanda 3 m qalır. Beləliklə kombaynın sol hissəsi mütləq qarşı hərəkət zolağındadır. X42 məhkəmə iclasında verilən suallara cavab olaraq göstərdi ki, o, nəqliyyat vasitələrinə baxış keçirərək müəyyən etmişdir ki, bunlar arasında ilkin kontakt qabaq solu ilə deyil, kombaynın sol yan hissəsi ilə deyil, kombaynın iki dənə sol tərəfdən çıxıntı hissəsində baş vermişdir. Hətta ikinci çıxıntısını üfüqi vəziyyətdə saxlayan bərkidici qurğu o şəkillərdə də var. Deməli “Mercedes”in qabaq iki qapının ortasında ilişib qalmış, “Mercedes”in üzündə də qabaq sağ qanadı üzərində düz arxadan qabaq dirəyə kimi 1000 mm uzunluğunda təximinən 1 m uzunluğunda düzünə cızılma kəsilmə xətti müəyyən olunmuşdur. “Mercedes” markalı avtomobil qarşı sol hərəkət zolağına çıxmaqla, toqquşma 0.1 m məsafədə baş verməsi real deyildir. İstintaqda müəyyən edir ki, kombayn qarşı sol hissəsi üfüqi nişanlanma xəttinin sola çıxmaqla hərəkətdə olmuşdur. Yəni kombayn hərəkətdə olarkən “Mercedes”in bunun yoluna çıxıb toqquşması real hadisə mexanizmi deyil. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 16 avqust 2020-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan, sxemdən və fotoşəkillərdən görünür ki, hadisə yeri Samux rayonu Çobanabdallı kəndindən “İnstitut” dairəsinə gedən istiqamətdə Samux-Gəncə avtomobil yolunun 1-ci kilometrliyindədir. Yolun hərəkət hissəsinin eni 7 metr olmaqla asfalt örtüklü olub düz və hamardır. Hava şəraiti işıqlı və aydındır, habelə asfalt örtüyü isə qurudur. Yol ikitərəfli hərəkət üçün nəzərdə tutulmuş və düz xətt nişanı ilə yarıya bölünməklə iki zolaqlıdır. Yolun hər iki hərəkət istiqamətinin eni 350 sm təşkil edir. Yolun İnstitut dairəsi istiqamətində olan, yəni Samux-Gəncə avtomobil yolunun sağ ehtiyyat hissəsinin eni 150 sm, sol ehtiyyat hissəsinin eni isə 340 sm təskil edir. Ehtiyyat hissəsinin quruluşu hamar olmaqla torpaq və daş çınqılları ilə qarışmışdır. Samux-Gəncə avtomobil yolunun Çobanabdallı kəndi istiqamətindən keçən 1-ci km-liyində, yəni hadisənin baş verdiyi yerdə yolun sol ehtiyyat hissəsi 340 sm-lik hamar səthdən əlavə enişli-yoxuşlu tikan və digər bitkilərlə əhatələnmiş, əlavə 60 sm-lik sağ ehtiyyat hissəsində isə 70 sm əlavə eniş-yoxuşlu nahamar yer vardır. Hadisənin baş verdiyi yer yaşayış məntəqəsi olub, İnstitut dairəsi istiqamətindən yolnəqliyyat hadisəsinin olduğu yerə gəldikdə hadisə yerindən 85 metr aralıda hərəkət sürətini “50” km olduğunu bildirən yol nişanı, hadisə yerindən Çobanabdallı kəndi istiqamətinə 21 metr irəlilədikdə isə “Radar” informasiya löhvəsi vardır. Hadisənin baş verdiyi yerdə əks istiqamətli nəqliyyat axınlarını ayıran 1.1 nişanlanma xətti mövcuddur. Yol 250-270 kor bucaq istiqamətli sahəni əhatə etsə də hər iki hərəkət istiqaməti üçün aşkar görünəndir. Hadisə yerində baxış zamanı iştirak edən, toqquşmaya məruz qalan 90- L-009 dövlət qeydiyyat nişanlı kombaynın sürücüsü Təqsirləndirilən şəxs Çobanabdallı kəndindən İnstitut dairəsi istiqamətinə hərəkət etdiyini, qarşıdan gələn “Mersedes C-180” markalı avtomobilin isə Gənəcə şəhəri istiqamətindən onunla əks tərəfdən gəldiyini, həmin avtomobilin gəldiyi sürətdə düz xəttin tələbini pozaraq onun yoluna keçdiyini və nəticədə yol-nəqliyyat hadisəsinin baş verdiyini bildirdi. “Mersedes C-180” markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobilin Gəncə-Samux yolunun Çobanabdallı kəndi istiqamətindən keçən 1-ci km-liyindən, yəni İnstitut dairəsindən keçib Çobanabdallı kəndi istiqamətinə getməyi müəyyən edildi. “NEW Holland TC 5050” markalı, 90-L-009 dövlət qeydiyyat nişanlı avtomobilin isə Samux-Gəncə yolu istiqamətində getməyi müəyyən edildi. Hadisənin baş verdiyi yer İnstitut dairəsindən Samux-Çobanabdallı istiqamətində 800 metrlik məsafədədir. Toqquşmanın olduğu nöqtə Gəncə-Samux avtomobil yolunun sol hərəkət hissəsindədir. Yəni kombayn nəqliyyat vasitəsinin hərəkət yolunda qəza baş vermişdir. “Mersedes C-180” markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobilin 1.1 nişanlanma xəttini pozduğu və əks istiqamətli yola çıxdığı görünür. “Mersedes C-180” markalı avtomobilin hərəkət yolunda 1.1 nişanlanma xəttindən 10 sm aralı məsafədə həmin avtomobilə məxsus sükan və avadanlığı, o cümlədən şüşə qırıntları vardır. Orada olan sükan və ona məxsus hissələrinin baxışı zamanı, hadisə yerində iştirak edən Samux RPŞ CAB-ın rəisi Ramiz Quliyev FHN-in Gəncə şəhər şöbəsinin əməkdaşları tərəfindən vətəndaşların xilas edilməsi zamanı kəsilərək atıldığını bildirdi. Kombayn mexaniki nəqliyyat vasitəsinin hərəkət yolunda minik avtomobilinə məxsus alt panelin, mühərrikin qoruyucu hissəsinin avtomibilin ön qoruyucu hissəsinin, mühərrikin hava kompresorunun, mühərrikin ətrafında yerləşən və s. ehtiyyat hissələrinin yerə səpələndiyi görünür. Toqquşma nəticəsində Kombaynın önü getdiyi səmtə doğru 90 dərəcə bucaq istiqamətində yanı tərəfə aşdığı görünür. Mersedes avtomobilinin arxa tərəfi kombaynın ön tərəfinə doğru istiqamət almışdır. Mersedes markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qabaq və arxa qapısı istisna olmaqla digər bütün hissələrində zədələr mövcuddur. Avtomobilin zədə almayan sağ tərəfdəki ön və arxa qapıları sıxılmaya məruz qaldığından açılmır. Kombayn mexaniki nəqliyyat vasitəsinin günəbaxan və qarğıdalı biçmək üçün nəzərdə tutulan ön hissəsinin kapron materiallı dişləri zədə almışdır. Mersedes markalı avtomobilin gəldiyi istiqamətində heç bir tormuzlama, habelə təkər izi aşkar edilmədi. Mersedes Benz C-180 markalı avtomobilin sağ ön qapısının altında qanabənzər izlər müəyyən edildiyindən pambıq vasitəsilə yerdən götürülərək qablaşdırıldı. Həmçinin avtomobilə mənsub olan sükan sistemi mühərrikin hava filtirləri, şüşə qırıntıları iş üçün əhəmiyyət kəsb edildiyindən götürüldü. Baxış zamanı hər iki nəqliyyat vasitəsinin təkərləri saz vəziyyətdə olmuşdur. Kombaynın ön tərəfində qatlaq vəziyyətdə olan biçin avadanlığı qarğıdalı və günəbaxan məhsullarının biçilməsi üçün nəzərdə tutulmuşdur. Həmin biçin avadanlıqlarının eni 280 sm, uzunluğu isə 330 sm təşkil edir. Kombaynın ümumi uzunluğu (ön biçin avadanlığı istisna olmaqla) 760 sm, eni isə 295 sm hündürlüyü 360 sm-dir. Kombaynın ön təkərləri öz hərəkət yolunda aşmış vəziyyətdə olub əsas hərəkət yolundan 11 sm aralıda, yəni yolun ehtiyyat hissəsində, arxa təkərləri isə əsas hərəkət yolundan 84 sm aralıda, yəni yolun ehtiyyat hissəsində yerləşir. Mersedes Benz C-180 markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ ön təkərindən hərəkətdə olduğu əsas yolun bitişinədək-sağ ehtiyyat yolunun başlanğıcınadək olan məsafə 365 sm, ön sol təkərindən həmin istiqamətdə ehtiyyat hissəsinədək 433 sm, arxa təkərləri kombaynın üzərində olmaqla sağ təkəri yerdən 18 sm, arxa sol təkəri is 22 sm hündürlükdədir. Arxa təkərləri yolun əks hərəkət hissəsinin ehtiyyat hissəsi ilə kəsişmədə yerləşir. Baxış zamanı qanabənzər izlər, sükan sistemi, hava filtiri, şüşə qırıntıları, 1 ədəd qara rəngli qadın çantası, 1 ədəd Samsung markalı, 1 ədəd İphone markalı mobil telefon və 2 ədəd xidməti vəsiqə götürülüb müvafiq qaydada qablaşdırılmaqla, həmçinin “CANON” markalı fotoaparatdan istifadə edilərək hadisə yerinin fotoçəkilişi aparılmaqla protokola əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfində verilmiş 16 avqust 2020-ci il tarixli 352 nömrəli sərxoşluğu təyin edən tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs sərxoş olmaması göstərilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası “Məhkəmə-Tibbi Ekspertiza və X40-Təcrübi Tədris birliyi” Publik Hüquqi şəxsin 15 sentyabr 2020-ci il tarixli, 52 saylı ekspert rəyindən görünür ki, X5 meyitinə baxış zamanı- sol təpə sümüyünün kəllə əsasına keçən xətti sınığı, başın yumşaq toxumalarına alın-təpə nahiyələrdə qansızma, baş beyinin yumşaq qişasına, beyin mədəciklərinə, beyinciyə qansızma, üst çənə, sol almacıq sümüklərinin və dişlərin üst çənədə sınması, döş sümüyü İİİ qabırğa səviyyəsindən köndələn sınması, döş qəfəsinin sol tərəfində İ, İİ, İİİ qabırğaların orta körpücük xətt üzrə sınması, sol əlin İ barmağının dırnaq falanqasından qopması, amputasiyası, sol qaş, alt çənə nahiyələrinin əzilmiş yaraları, sol əl, sol bazu nahiyələrinin qançırları, sol bazu nahiyəsinin sınığı bədən xəsarətləri aşkar edilmişdir. Bu xəsarətlər həyatidir, bərk Küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə tarixi xx.xx.2020-ci il tarixə uyğun gəlir və həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. L.Süleymanzadənin ölümünə səbəb açıq küt-kəllə beyin travması nəticəsində baş beyinin yumşaq qişasına, beyin mədəciklərinə, beyin toxumasına qansızma və kəllə sümüklərinin sınması olmuşdur və yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər. Müayinə zamanı L.N. Süleymanzadənin anus dəliyi nahiyəsində xəsarət müəyyən edilməmiş və anus dəliyindən götürülmüş tənzif tamponun bioloji müayinəsi zamanı spermatozoidlər aşkar edilməmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası “Məhkəmə-Tibbi Ekspertiza və X40-Təcrübi Tədris birliyi” Publik Hüquqi şəxsin 12 sentyabr 2020-ci il tarixli, 53 saylı ekspert rəyindən görünür ki, X9 meyitinə baxış zamanı- ənsə sümüyünün kəllə əsasına keçən xətti sınığı, beyinciyin, uzunsov beyinin yumşaq qişalarına, beyin mədəciklərinə, baş beyinin yumşaq qişasına, ənsə nahiyəsində qansızmalar, başın yumşaq toxumalarına ənsə nahiyəsində qansızma, burun sümüklərinin hər iki almacıq, əng, çənə sümükdərinin dişlərin sınması, sağ qaşüstü nahiyənin, hər iki dodaqların əzilmiş yaraları, sağ gözaltı nahiyənin qançırı, boyun nahiyəsinin açıq travması, qırtlaq, nəfəs borusu, yemək borusunun boyun hissəsinin, ümumi yuxu arteriyalarının qopması, əzilmiş yaraları, İ, İİ, İİİ boyun fəqərələrinin qəlpəli sınması, ağciyərlərə ocaqlı qansızmalar, döş qəfəsinin sağ tərəfində İ, İİ, İİİ qabırğaların kürək xətti ilə, sol tərərəfdə isə İ, İİ qabırğaların orta körpücük xəttlə, İİİ qabırğanın və ön qoltuqaltı xəttlər üzrə sınması, sol körpücük, sol said sümüklərin orta 1/3 hissədən və sol əlin V barmağın orta falanqasının orta hissəsindən sınması, sol çiyin nahiyəsinin sıyrığı və yarası, sol bazu, sol əl nahiyələrinin əzilməsi bədən xəsarətləri aşkar edilmişdir. Bu xəsarətlər həyatidir, bərk Küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə tarixi xx.xx.2020-ci il tarixə uyğun gəlir və həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. E.Çağırqanovun ölümünə səbəb həyatla bir raya sığmayan başın gövdədən tam, küt, travmatik amputasiyası olmuşdur və yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 oktyabr 2020-ci il tarixli 8/1590 saylı rəyindən görünür ki, rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə Mercedes Benz C180 markalı ** GC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X9 hadisənin qarşısı alınması ilə əlaqədar olan hərəkətlərini tədqiq etmək mümkün deyildir.Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə New Holland TC 5050 markalı 90 L 009 dövlət qeydiyyat nişanlı kambaynın sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını alınması ilə əlaqədar olan hərəkətlərini tədqiq etmək mümkün deyildir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 yanvar 2021-ci il tarixli 8/2375 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, “Mercedes Benz C 180” markalı 99GC177 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X9 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmçinin rəydən görünür ki, İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, “New Holland TC 5050” markalı 90-L-009 dövlət qeydiyyat nişanlı kombaynın sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Bundan başqa rəydən görünür ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 57-ci maddəsinin 6-cı hissəsinin tələblərinə əsasən ağır çəkili və təhlükəli yüklərin, zərərsizləşdirilməmiş taranın daşınması, yüklə birlikdə və ya yüksüz qabarit parametrlərinin eni 2,5 metrdən, uzunluğu bir qoşqulu avtoqatar üçün 20 metrdən, iki qoşqulu avtoqatar üçün 24 metrdən artıq olan, yaxud yükü nəqliyyat vasitəsinin qabaritinin arxa nöqtəsindən 2 metrdən çox kənara çıxan nəqliyyat vasitələrinin, iki və daha çox qoşqulu avtoqatarların hərəkəti xüsusi qaydalara uyğun olaraq həyata keçirilir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 aprel 2021-ci il tarixli 8/685 saylı rəyindən görünür ki, nəqliyyat vasitələri arasında ilkin kontakt anında toqquşma “Mercedes Benz C 180” markalı 99GC177 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi ilə “New Holland TC 5050” markalı 90-L-009 dövlət qeydiyyat nişanlı kombaynın qabaq hissəsinə quraşdırılmış qarğıdalı və günabaxan yığmaq üçün nəzərdə tutulmuş qurğunun qabaq sol hissəsi arasında təxminən paralelliyə yaxın vəziyyətdə baş vermişdir. Həmçinin rəydən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, “Mercedes Benz C 180” markalı 99GC177 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X9 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Bundan başqa rəydən grünür ki, Sürücü E.Zərərçəkmiş şəxs1 “Mercedes Benz C 180” markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Bundan əlavə rəydən görünür ki, İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, “NEV HOLLAND TC 5050” markalı 90-L-009 dövlət qeydiyyat nişanlı kombaynın sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 oktyabr 2022-ci il tarixli 8/2692 saylı rəyindən görünür ki, nəqliyyat vasitələri arasında ilkin kontakt anında toqquşma Mercedes Benz C180 markalı 99GC177 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi ilə NEW Holland TC5050 markalı 90L009 dövlət qeydiyyat nişanlı kombayının qabaq hissəsinə quraşdırılmış qarğıdalı və günəbaxan yığmaq üçün nəzərdə tutulmuş qurğunun qabaq sol hissəsi arasında baş vermişdir (bax sxem Kombaynın qarğıdalı və günəbaxan yığmaq üçün nəzərdə tutulmuş biçin qurğusunun çıxıntılardan arxada yerləşən sol yan hissəsində olan metal löhvələr və lövhənin təkər tərəfdən bərkidildiyi qalın dəmir üzərində olan zədələr ilkin kontaktdan sonra toqquşma prosesində həmin hissələrin Mercedes-Benz markalı avtomobilin qabaq hissəsi ilə kontakta olması nəticəsində yaranmışdır. İlkin kontakt anında nəqliyyat vasitələrinin birbirinə nəzərən qarşılıqlı vəziyyətlərindən məlum olur ki, həmin anda nəqliyyat vasitələri arasında toqquşma təxminən paralelliyə yaxın vəziyyətdə baş vermişdir. Qabaq banperin orta hissəsində olan zədələr ilkin kontakt anında deyil, ilkin kontaktdan sonra toqquşma prossesində baş vermişdir. Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən hadisənin müdafiə tərəfinin təqdim etdiyi mexanizm üzrə, yəni qarşısına quraşdırılmış qarğıdalı və günəbaxan yığmaq üçün nəzərdə tutulmuş qurğusu olan kombaynın öz yolu ilə hərəkətdə olarkən toquşmanın qarşıdan əks istiqamətdə hərəkətdə olan Mercedes Benz C180 markalı avtomobilin əks hərəkət zolağına çıxması ilə əlaqədar NEW Holland TC5050 markalı kombayının hərəkət zolağında, 1.1 üfüqi nişanlama xəttindən 0,1 metr məsafədə baş verməsi real hadisə mexanizminə uyğun deyildir. İlkin kontaktın Mercedes Benz C180 markalı avtomobilin qabaq sol hissəsi ilə kombayının qabaq hissəsinə quraşdırılmış qarğıdalı və günəbaxan yığmaq üçün nəzərdə tutulmuş qurğunun qabaq sol hissəsi arasında təxminən paralelliyə yaxın vəziyyətdə baş verməsi, istintaq tərəfindən müəyyən edilmiş hadisə mexanizminə uyğundur və tədqiqat həmin mexanizmə uyğun aparılmışdır. Tədqiq olunan şəraitdə Mercedes Benz C180 markalı 996GC177 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X9 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü E.V.X34 C180 markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Tədqiq olunan şəraitdə NEVV Holland TC5050 markalı 90L009 dövlət qeydiyyat nişanlı kombayının sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində cYol hərəkəti haqqındaəp Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X44 Ərazi Bölmələrini İdarəetmə Birliyi Samux şəhər X28 Hüquqi Şəxsin 26 avqust 2020-ci il tarixli, 386 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Samux MRX-nın ruhi əsəb və narkoloji kabinetlərində dispanser qeydiyyatında yoxdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin 02 sentyabr 2020-ci il tarixli 2578 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserində qeydiyyatda durmur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsinin X52 Şöbəsinin 10 sentyabr 2020-ci il tarixli 317-6419-1220 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs oğlunun və X9 AR.DİN-nin Baş DYP İdarəsinin Mərkəzi İnformasiya Sisteminin məlumatına əsasən sürücülük hüquqları yoxdur və hal hazıra qədər onlara sürücülük vəsiqəsi verilməmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X52 İdarəsinin 25 avqust 2020-ci il tarixli, 313-3481-1220 nömrəli məktubundan görünür ki, MERCEDES BENZ C 180 markalı ** GC *** dövlət qeydiyyat nişanlı avtomobil Gəncə şəhər sakini Zərərçəkmiş şəxs1 adına qeydiyyatdadır və mərhum X1 vəsiqəsi və qeyd olunan nəqliyyat vasitəsini idarə etmə hüququ verən etibarnamə verilməyib. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası “New Holland TC 5050” markalı kombayn baxış keçirilmiş və müəyyən edilmişdir ki, sağ və sol qabaq təkərlərin hər birinin eni 55 sm, sağ və sol qabaq təkərlərin çöl yan səthləri arasındakı məsafə 290 sm, qabaq hissəsinə qoşulmuş qarğıdalı və günabaxan yığmaq üçün nəzərdə tutulmuş başlığın kombayna qoşulan tərəfinin eni 385 sm, kapron materiallı, cərgəli düzülmüş uc hissəsinin eni isə 330 sm-dir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kənd Təsərrüfatı Nazirliyinin Kəlbəcər X48 Mərkəzinin 11 sentyabr 2020-ci il tarixli, 123 nömrəli məktubundan, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Zərərçəkmiş şəxs3-nin 18 may 2020ci il tarixli, 3-131 nömrəli etibarnaməsindən, Texniki baxış aktından, qeydiyyat şəhadətnaməsindən və Təqsirləndirilən şəxs məxsus sürücülük vəsiqəsindən görünür ki, “New Holland TC 5050” markalı kombayn xx.xx.2016-ci il tarixdə Bakı Dövlət Texniki Nəzarət Müfəttişliyi tərəfindən Zərərçəkmiş şəxs3-nin adına dövlət qeydiyyatına alınaraq,TH 030095 nömrəli qeydiyyat şəhadətnaməsi, Az 90L-009 saylı dövlət qeydiyyat nişanı verilmişdir. Sözü gedən nəqliyyat vasitəsi sonuncu dəfə xx.xx.2020-ci ildə dövlət texniki baxışından keçirilmişdir, ümumiyyətlə bu növ nəqliyyat vasitələri ildə bir dəfə tekniki baxışdan keçirilməlidir. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən nəqliyyat vasitəsini idarə etmək hüququ verən AB 011433 nömrəli sürücülük vəsiqəsi və nəqliyyat vasitəsinin idarə olunması barədə xx.xx.2020-ci il tarixli etibarnaməsi mövcuddur. Sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması barədə heç bir məlumat daxil olmamışdır. Mexaniki nəqliyyat vasitəsinin magistral yolla hərəkət etməzdən əvvəl bu barədə hər-hansı səlahiyyətli quruma məlumat verilməsi, müşayiət edilməsi barədə hüquqi tənzimləmə yoxdur. Nəqliyyat vasitəsinin qarğıdalı yığmaq üçün nəzərdə tutulmuş başlığı ilə magistral yolda hərəkəti “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu 43cü maddəsi ilə tənzimlənir. New Holland TC 5050 markalı kombayn müxaniki nəqliyyat vasitəsinin maximum hərəkət surəi 30 km/ssat ola bilər. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Samux rayon İcra hakimiyyəti başçısının İnstitut qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 13 noyabr 2020-ci tarixli 593 və 614 nömrəli arayışlarından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri X14, X15 və X10 ilə birlikdə Samux rayon İnstitut qəsəbəsində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş “sübütların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, “Mercedes Benz C 180” markalı, **-GC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil və “NEW Holland TC 5050” markalı, 90-L-009 dövlət qeydiyyat nişanlı kombayn iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və Samux RPŞ-nin inzibati ərazisində saxlanılması nəzərə alınmışdır. Yol-nəqliyyat hadisəsinin görüntülərini özündə əks etdirən DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və işə əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 10 fevral 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan, 12 fevral 2021-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” və “təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilməsi barədə” qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 10 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 12 fevral 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 02 sentyabr 2020-ci il tarixli Azərbaycan Respublikasının DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X17 tərəfindən verilmiş ərizələrdən görünür ki, o, tərsirləndirilən şəxs Təqsirləndirilən şəxs 100 min manat maddi və mənəvi zərərrin əvəzi olaraq təzminat ödənilməsini təəb etmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş qərardan görünür ki, X18 mülki iddiaçı, Təqsirləndirilən şəxs mülki cavabdeh qismində tanınmışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X17 tərəfindən verilmiş ərizələrdən görünür ki, o tərsirləndirilən şəxs Təqsirləndirilən şəxs 100 min manat, qəza törətmiş kombaynın sahibkarı Zərərçəkmiş şəxs2 200 min manat, qəza tötərmiş kombaynın bilavasitə mənsub olduğu Aqrolizinq ASC-dən 300 min manat maddi və mənəvi zərərin əvəzi olaraq təzminat ödənilməsini təəb etmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X17 tərəfindən verilmiş notariat qaydada təsdiq olunmuş və məhkəmə iclasında təqdim olunmuş ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X17 təqsirləndirilən şəxslə barışmış, təqsirləndirilən şəxsə qarşı heç bir tələbi və şikayəti yoxdur və ona dəymiş ziyan tamamilə ödənmişdir. Mülki iddiadan Təqsirləndirilən şəxs münasibətdə imtina edir. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 263.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 5 nömrəli 15 noyabr 2013-cü il tarixli Qərarının 4-cü bəndində məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitəsini idarə edən şəxs ola bilər. Nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs tərəfindən CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməsi onun həmin maddə ilə, nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan və ya spirtli içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan şəxsin eyni əməlləri törətməsi isə CM-nin 263-1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə Təqsirləndirilən şəxs “Mercedes” markalı avtomobilin saatda təxminən 90- 100 kilometr sürətlə ona əks istiqamətdə, hərəkət istiqamətini ayıran düz xəttə yaxın hərəkət etdiyini görüb kombaynın sürətini 10-12 km/saata qədər azaldaraq ehtiyat üçün sağ tərəfə, yəni yolun kənar hissəsinə çıxarması, “Mercedes” markalı avtomobil ona nisbətdə sağa dönmə əməliyyatı etməyərək və avtomobili düzünə idarə edərək onun hərəkətdə olduğu yola çıxması və onun hərəkətdə olduğu yolun ortasında toqquşmanın baş verməsi barədə məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi öz hüquqlarından istifadə edərək özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətməyə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Əksinə, məhkəmə yuxarıda şərh olunan bütün sübutları, o məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza rəyləri, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 oktyabr 2022-ci il tarixli 8/2692 saylı rəyi, yolnəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokolu və digər sübutları məhkəmə istintaqı zamanı müəyyən edilmiş cinayət işinin obyektiv halları ilə müqayisəli şəkildə təhlil edib onları məcmu halda qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olması kifayət qədər sübuta yetirildi. Belə ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 oktyabr 2022-ci il tarixli 8/2692 saylı rəyindən göründüyü kimi nəqliyyat vasitələri arasında ilkin kontakt anında toqquşma Mercedes Benz C180 markalı 99GC177 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi ilə NEW Holland TC5050 markalı 90L009 dövlət qeydiyyat nişanlı kombayının qabaq hissəsinə quraşdırılmış qarğıdalı və günəbaxan yığmaq üçün nəzərdə tutulmuş qurğunun qabaq sol hissəsi arasında baş vermişdir (bax sxem Kombaynın qarğıdalı və günəbaxan yığmaq üçün nəzərdə tutulmuş biçin qurğusunun çıxıntılardan arxada yerləşən sol yan hissəsində olan metal löhvələr və lövhənin təkər tərəfdən bərkidildiyi qalın dəmir üzərində olan zədələr ilkin kontaktdan sonra toqquşma prosesində həmin hissələrin Mercedes-Benz markalı avtomobilin qabaq hissəsi ilə kontakta olması nəticəsində yaranmışdır. İlkin kontakt anında nəqliyyat vasitələrinin bir-birinə nəzərən qarşılıqlı vəziyyətlərindən məlum olur ki, həmin anda nəqliyyat vasitələri arasında toqquşma təxminən paralelliyə yaxın vəziyyətdə baş vermişdir. Qabaq banperin orta hissəsində olan zədələr ilkin kontakt anında deyil, ilkin kontaktdan sonra toqquşma toqquşma prossesində baş vermişdir. Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən hadisənin müdafiə tərəfinin təqdim etdiyi mexanizm üzrə, yəni qarşısına quraşdırılmış qarğıdalı və günəbaxan yığmaq üçün nəzərdə tutulmuş qurğusu olan kombaynın öz yolu ilə hərəkətdə olarkən toquşmanın qarşıdan əks istiqamətdə hərəkətdə olan Mercedes Benz C180 markalı avtomobilin əks hərəkət zolağına çıxması ilə əlaqədar NEW Holland TC5050 markalı kombayının hərəkət zolağında, 1.1 üfüqi nişanlama xəttindən 0,1 metr məsafədə baş verməsi real hadisə mexanizminə uyğun deyildir. İlkin kontaktın Mercedes Benz C180 markalı avtomobilin qabaq sol hissəsi ilə kombayının qabaq hissəsinə quraşdırılmış qarğıdalı və günəbaxan yığmaq üçün nəzərdə tutulmuş qurğunun qabaq sol hissəsi arasında təxminən paralelliyə yaxın vəziyyətdə baş verməsi, istintaq tərəfindən müəyyən edilmiş hadisə mexanizminə uyğundur və tədqiqat həmin mexanizmə uyğun aparılmışdır. Tədqiq olunan şəraitdə Mercedes Benz C180 markalı 996GC177 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X9 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü E.V.X34 C180 markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Tədqiq olunan şəraitdə NEW Holland TC5050 markalı 90L009 dövlət qeydiyyat nişanlı kombayının sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində cYol hərəkəti haqqındaəp Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Nümayəndə Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2021-ci il tarixli 23/2-02 nömrəli arayışından görünür ki, hadisə nəticəsində ********* şassi nömrəli TC 5050 New Holland markalı kombayna 40021,92 manat məbləğində ziyan dəymişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 26 oktyabr 2020-ci il tarixli Qüsur aktlarından görünür ki, hadisə nəticəsində “Mersedes Benz C-180” markalı, **-GC-*** dövlət qeydiyyat nşanlı avtomobilə 10630 manat məbləğində ziyan dəymişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli qərarına dəyişiklik edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 18 fevral 2022-ci taxrixli qərarında həmin Qərarın 17-ci bəndi dəyişdirilərək aşağıdakı redaksiyada verilmişdir. “Məhkəmələr nəzərə almalıdırlar ki, konkret bir hadisədə yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması CM-nin 263.1, 263.1-1, 263.2, 263.3, 263-1.1, 263-1.2, 263-1.3, 263-1.4, 351.1, 351.1-1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. Belə hallarda yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlıqlarına müvafiq maddələrin dispozisiyalarında göstərilən ağırlıqda fiziki zərər vurulmuş şəxslər zərər çəkmiş şəxs qismində, ölmüş zərərçəkmiş şəxsin yaxın qohumu və ya yaxın qohumu olmadıqda CPM-in 106.1-ci maddəsinə göstərilən digər şəxs zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmalı və cinayət təqibi zamanı onların CPMnin 87 və 106-cı maddələrində nəzərdə tutulmuş hüquqları təmin edilməlidir. Qeyd edilən cinayətlərin törədilməsi nəticəsində əmlakına maddi zərər vurulmuş şəxs cinayət prosesində CPM-in tələblərinə müvafiq olaraq mülki iddia verdikdə mülki iddiaçı qismində tanına bilər.” Həmin Plenum qərarından görünür ki, yol-nəqliyyat hadisələrinin təqsirli olaraq törədilməsi nəticəsində əmlakına maddi zərər vurulmuş şəxs cinayət prosesində zərərçəkmiş şəxs qismində deyil, CPM-in tələblərinə müvafiq olaraq mülki iddia verdikdə mülki iddiaçı qismində tanına bilər. Odur ki, məhkəmə istintaqı zamanı müvafiq qərarla hadisə nəticəsində əmlakına zərər vurulmuş Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3-nin hazırki iş üzrə mülki iddia verməmələri nəzərə alınaraq zərərçəkmiş kimi statusuna xitam verilmişdir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1 maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində Təqsirləndirilən şəxs təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3cü maddəsi ilə təqsirli bilinib cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsində qeyd olunan cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini də nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi X17 ilə barışıq əldə etməsi, Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsin hüquqi varisi X11 vurulmuş ziyanı tamamilə ödənilməsini, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin hüquqi varisi X6 ondan heç bir şikayət və tələbinin olmamasını, əvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, zərərçəkmiş şəxs Elnur Çağırqanovun yol-nəqliyyat hadisəsinin baş verməsində qarşılıqlı təqsirinin olması onun cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsinin sanksiyasında beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” «15» noyabr 2013-cü il tarixli qərarının 21-ci bəndinə əsasən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə cəza təyini ilə bağlı qanunvericiliyin tələblərini və yuxarıda qeyd edilən Plenum qərarında nəzərdə tutulmuş halları–eləcə də Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlinə mənfi münasibətini, təyin ediləcək cəzanın onun islah olunmasına, özünün və ailəsinin həyat şəraitinə təsirini, barəsində olan yüngülləşdirici halları və barəsində ağırlaşdırıcı halların olmamasını, yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin qarşılıqlı təqsirinin olmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddində cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəlləsinin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45-ci maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə növündə əlavə cəzanın da təyin olunmasını və bu cəzanın icrasının əsas cəzanı çəkib qurtardığı vaxtdan hesablanmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinin tələbinə əsasən X8 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün məntəqə tipli cəzaçəkmə müəssisəsi müəyyən edilməli, cəzanın başlanğıcı tutulduğu gündən, yəni 10 fevral 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş müsadirə olunmalı olan əmlakı müəyyən edilmədiyindən məhkəmə onun barəsində xüsusi müsadirənin tətbiq olunmamasını əsaslı və qanuni sayır. İş üzrə maddi sübut qismində tanınaraq Samux rayon polis şöbəsinin inzibati ərazisində saxlanılan Zərərçəkmiş şəxs1 məxsus «Mersedes Benz C 180» minik markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobil və Zərərçəkmiş şəxs2 məxsus “NEW Holland TC 5050” markalı, 90-L-009 dövlət nömrə nişanlı kombayn qanuni sahibləri Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qaytarılmalı, 1 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197.1, 197.1.6-cı maddələrinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs 650 (altı yüz əlli) manat məbləğində məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 186.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən eyni tərəflər arasında və eyni predmet üzrə mübahisəyə dair eyni əsaslarla qəbul edilmiş mülki iddia haqqında, mülki iddiaçının iddiadan imtina etməsinin qəbul olunması haqqında və ya barışıq sazişinin təsdiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarının olması, habelə iddianın rədd edilməsini, yaxud tamamilə və ya qismən təmin edilməsini nəzərdə tutan qanuni qüvvəyə minmiş məhkəmə hökmünün olması yenidən mülki iddia verilməsini istisna edir. Zərərçəkmiş şəxsin hüquqi varisinin məhkəməyə təqdim etdiyi ərizəsində təqsirləndirilən şəxsə qarşı verilmiş mülki iddiadan imtina etdiyini bildirdiyindən məhkəmə kollegiyası hesab edir ki, mülki iddia üzrə icraata Təqsirləndirilən şəxs Alı oğluna münasibətdə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. İş materiallarından görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi Nazim Süleymanov Zərərçəkmiş şəxs2 və Aqrolizinq ASC-yə qarşı mülki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Zərərçəkmiş şəxs2 və Aqrolizinq ASC-yə münasibətdə verilmiş mülki iddialar üzrə məhkəmə istintaqı zamanı hazırki cinayət işi üzrə baxılma zərurəti ilə bağlı yetərli sübutlar tədqiq edilməməsi əsası ilə məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs2 və Aqrolizinq ASC-yə münasibətdə verilmiş mülki iddia baxılmamış saxlanılmalıdır. Həmçinin qanunvericiliyin tələbləri baxımından verilmiş mülki iddianın baxılmamış saxlanılması onun sonradan mülki mühakimə qaydasında yenidən verilə bilməsini istisna etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası ona təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə müəyyən edilmiş 4 (dörd) il müddətə şamil edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 10 fevral 2021-cil il tarixdən hesablansın. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 650 (altı yüz əlli) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Samux rayon polis şöbəsinin inzibati ərazisində saxlanılan Zərərçəkmiş şəxs1 məxsus «Mersedes Benz C 180» minik markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobil və Zərərçəkmiş şəxs2 məxsus “NEW Holland TC 5050” markalı, 90-L-009 dövlət nömrə nişanlı kombayn qanuni sahibləri Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qaytarılsın, 1 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. Zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) X17 tərəfindən Təqsirləndirilən şəxs münasibətdə verdiyi mülki iddialar üzrə icraata xitam verilsin. Zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) X17 tərəfindən Zərərçəkmiş şəxs2 və Aqrolizinq ASC-yə münasibətdə verilmiş mülki iddialar üzrə icraat baxılmamış saxlanılsın. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar