Məhkəmə qərarları › İş №1(100)-6/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-6/2024

11.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-6/2024 11.01.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri İmanov Dadaş Hüseyn oğlu (sədrlik edən), Rüstəmov Elmin İltizam oğlu və Mahmudov Faiq Nüsrət oğlundan ibarət tərkibdə, X49, X29, X43, X30, X43, X15 məhkəmə iclasının katibliyi, tərcüməçilər X31, X32, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, X9, X16, Müdafiəçi3, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, fərdi əməklə məşğul olan, yaşayış yeri üzrə müsbət xarakterizə edilən, xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.6, 120.2.9 və 234.4.3-cü maddələri ilə, xx.xx.1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, tam orta təhsilli, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 234.1 və 234.2-ci maddələri ilə 3 il 3 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş,məhkumuluğu ödənilmiş, hazırda məhkumluğu olmayan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla ünvan 3ərdi əməklə məşğul olan, xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.6, 120.2.9 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 ittham verilmişdir ona görə ki, qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda ziyan vurmaqla oğurluq cinayətinin törədilməsini yüngülləşdirmək və tamah məqsədilə, xüsusi amansızlıqla təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmiş, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə hesab edilən heroini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, 2008-ci ilin aprel ayının sonlarında yaxın dostu, “Saşa” ləqəbi ilə tanınan, xristian dininə ibadət edən Təqsirləndirilən şəxs2 ilə birlikdə Gəncə şəhəri X64 küçəsi 2 ünvanında yerləşən A.Nevski adına Gəncə şəhər Rus Pravoslav kilsəsinə gedib orada sonuncunun ibadətinin bitməsini gözləyərkən Azərbaycan Respublikasının Gəncə şəhəri və Qərb rayonları üzrə X45 məsələlər üzrə komissiyasının sədri, əvvəllər tanımadığı X11 görərək onun üzərində çoxlu qızıl zinət əşyalarının olması diqqətini cəlb etmiş, 2008-ci ilin may ayının əvvələrində günorta saatlarında yenidən Təqsirləndirilən şəxs2lə həmin kilsəyə getdikdə, orada yenidən həmin qadını görüb Təqsirləndirilən şəxs2 onun subay olmaqla Gəncə şəhərində tək yaşayan və Rus icmasınının sədrinin köməkçisi işləməklə, çox yaxşı maddi imkana malik rus milliyətindən olan Nəzərli Nadejda olduğunu öyrənmiş, ilk öncə Nəzərli Nadejdanın evinə gizlin şəkildə daxil olub sonuncunun evdə saxlamasını ehtimal etdiyi külli miqdarda (60.000-70.000 manat dəyərində) qızıl-zinət əşyaları və pulları oğurlamaq qərarına gəlmiş, bir neçə gün bu cinayəti törətməyi düşünüb həmin cinayəti təkbaşına törədə bilməyəcəyi qənaətinə gələrək cinayətkar niyyəti barədə Təqsirləndirilən şəxs2 məlumat vermək məqsədilə 12 may 2008-ci il tarixdə, saat 12 radələrində onunla görüşərək birlikdə “Orucun çayçısı” kimi tanıdıqları Gəncə şəhəri Sabir küçəsində (hazırda Cavad Xan küçəsi) yerləşən çay evinə getmiş, orada aralarında olan söhbət əsnasında Təqsirləndirilən şəxs2 Nəzərli Nadejdanın evinə daxil olub oradan ehtimal etdiyi külli miqdarda pul və qızıl-zinət əşyalarını oğurlamaqla bağlı cinayətkar niyyətini bildirdikdə, Təqsirləndirilən şəxs2 tərəddüd etmədən maddi sıxıntı çəkdiyi üçün özünün də ciddi məbləğdə pula ehtiyacının olması səbəbindən həmin fikirdə olduğunu, Nəzərli Nadejdanın evinə daxil olmanın yolunu özünün tapacağını demiş, bundan sonra onlar növbəti gün yenidən həmin çay evində görüşüb törədəcəkləri cinayəti planlaşdırmağı qərarlaşdırmış, növbəti gün, yəni 13 may 2008-ci il tarixdə o, Gəncə şəhərində yerləşən “Baza” adlanan topdansatış yerindən istintaqa məlum olmayan şəxsdən 2007-ci ildə satın aldığı və şalvarının cibinə yerləşdirib üzərində gəzdirdiyi qatlanan tipli, ümumi uzunluğu 205 mm, tiyəsinin uzunluğu 91mm, aşağı kənarı iti, yuxarı kənarı isə küp formada olan bıçaqla silahlanıb saat 14 radələrində yaşadığı Gəncə şəhəri F.Əliyev küçəsindəki məhəllədə cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs2lə görüşüb “Orucun çayçısı” kimi tanıdıqları Gəncə şəhəri Sabir küçəsində (hazırda Cavad Xan küçəsi) yerləşən çay evinə getmiş, orada törədəcəkləri cinayətlərin detalları ilə bağlı müzakirə edərkən Təqsirləndirilən şəxs2 ona Nadejda Nəzərlinin yaşadığı evin ünvan 6 ünvanında yerləşməklə küçəyə baxan pəncərələrinin dəmir barmaqlıqlarla təcrid olunduğunu, bunun isə evə daxil olmaqda çətinlik törədəcəyini bildirdikdə, o, həmin küçəyə yaxın yerdə Gəncə şəhər prokurorluğunun köhnə inzibati binasının olması səbəbi ilə polis əməkdaşları tərəfindən daima mühafizə olunduğunu, hər hansı səs-küy olacağı halda tutulacaqlarını bildirib, Təqsirləndirilən şəxs2 hər hansı yolla Nadejda Nəzərlinin evdə olduğu vaxt sonuncunu aldadaraq evə daxil olub, oğurluq cinayətinin törədilməsini yüngülləşdirmək və tamah məqsədilə əvvəlcə Nadejda Nəzərlini öldürüb, daha sonra isə hər hansı bir səs-küy olmadan evi axtarıb ehtimal etdikləri pul və qızıl zinət əşyalarını oğurlamalarını təklif etmiş, Təqsirləndirilən şəxs2 onunla hər iki cinayətin törədilməsində razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşmiş, həmin cinayətləri törətməkdən ötrü əvvəlcə Nadejda Nəzərlinin olduğu vaxt evinə daxil olmağın yollarını fikirləşərkən Təqsirləndirilən şəxs2 bunun üçün Nadejda Nəzərlinin yaşadığı evə gedib sonuncuya yalandan guya bir nəfər tək yaşayan və çoxlu qızılları olan yaşlı rus qadının olduğunu, həmin qadının onlara tək yaşadığı üçün qızıllarını haradasa saxlamaqda köməklik etməsini bildirməsi haqda Nadejdaya dedikdə söhbətin kimsəsiz rus qadından getdiyi üçün sonuncunun onları evə buraxmaqla həmin rus qadınla bağlı daha ətraflı məlumat öyrənməyə çalışacağını, bu yolla heç bir səs-küy salmadan Nadejda Nəzərlinin yaşadığı evə daxil olacaqlarını bildirdikdə, o, təklifin real və inandırıcı olduğunu düşünərək plana əlavə edib, evə daxil olduqdan sonra Təqsirləndirilən şəxs2 əlverişli zaman tapıb qadının ağzını və hərəkət etməməsi üçün əl ayaqlarını tutaraq müqavimətini qırmasını, özünün isə üzərində daşıdığı bıçaqla yaranmış şəraitə uyğun olaraq Nadejda Nəzərlini boğaz və digər mümkün olan bədən nahiyələrinə çoxsaylı bıçaq zərbələri endirməklə onu qətlə yetirəcəklərini, bundan sonra isə oğurluq üçün mənzili axtaracaqlarını bildirmiş, cinayətkar qrupun hər iki üzvü planın baş tutacağına əmin olmaqla ictimai təhlükəli əməlin törədilməsinə şüurlu şəkildə yol verib planlaşdırdıqları oğurluq cinayətinin törədilməsini yüngülləşdirmək məqsədilə Nadejda Nəzərlinin qəsdən öldürülməsini arzu etmiş, əlverişli şəraitin yaranmasını-yəni havanın qaralmasını gözləyib, üzərində olan bıçağı Təqsirləndirilən şəxs2 göstərməklə məlumat verib saat 21-22 radələrində artıq havanın qaraldığını görərək hər ikisi ünvan 6 ünvanında yerləşən Nəzərli Nadejdanın yaşadığı evin qarşısına gəlmiş, küçənin kənardan müşahidəsini aparıb ətrafda kimsənin olmadığını, onları heç kimin görmədiyini, evin ikinci mərtəbəsinin həyətə baxan pəncərəsindən isə işığın yanmasını görüb Nadejda Nəzərlinin evdə olmasına əmin olduqdan sonra birlikdə Nadejda Nəzərlinin evinin giriş qapısına tərəf gedərək, plana uyğun olaraq əvvəlcə Təqsirləndirilən şəxs2 evin giriş qapısına yaxınlaşaraq evin damafon zəngi vasitəsilə Nadejda Nəzərlini çağırıb və evin ikinci mərtəbəsinin pəncərəsindən boylanan sonuncuya özünü “Saşa” kimi təqdim etmiş, X34 Qirini kilsədə görməklə əvvəlcədən tanıdığından ondan gəlişinin səbəbini soruşduqda Təqsirləndirilən şəxs2 gəlişinin səbəbinin kimsəsiz rus qadın haqqında olduğunu bildirməsi ilə əlaqədar Nadejda Nəzərli qapını açıb söhbəti evdə davam etdirmək məqsədilə onları evə dəvət etmiş, hər ikisi evə daxil olub pilləkənin sonunda 2-ci mərtəbədə sağda yerləşən otağa keçməklə orada divanda əyləşmiş Nadejda Nəzərli ilə söhbət zamanı sonuncu onların danışıqlarının yalan olmasını anlayıb, artıq vaxtın gec olduğunu, danışıqları növbəti gün davam etdirəcəyini bildirməklə evdən getmələrini bildirmiş, oturduqları yerdən qalxıb otağın giriş qapısına doğru qarşıda özü, özündən arxada Nadejda Nəzərli, ondan arxada isə Şəhriyyat Qirin hərəkət edərkən Nadejda Nəzərlidən hər hansı əmlak verməsini tələb etmədən, əks halda sonuncunun qışqıraraq köməyə kimsəni çağırma ehtimalını nəzərə alıb, hər hansı basqında ifadə olunmayan qaydada, yəni ehtimal etdikləri külli miqdarda əmlakın gizlin yolla talama cinayət əməli üzrə Azərbaycan Respublikası cinayətprosessual qanunvericiliyin tələblərinə əsasən (cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi) cinayət təqibinə xitam verilmiş oğurluq cinayətinin törədilməsini yüngülləşdirmək məqsədilə Nadejda Nəzərlinin qışqırmaması və müqavimət göstərməməsi üçün əvvəlcədən razılaşdırılmış plan üzrə hərəkət edən Təqsirləndirilən şəxs2 arxa tərəfdən iki əli ilə Nadejda Nəzərlinin ağzından tutub özünə doğru çəkmiş, o, isə üzərində olan bıçaqla ilk zərbəni Nadejda Nəzərlinin boğaz nahiyəsinə endirmiş, zərbənin təsirindən qadın kürəyi üstə yerə yıxıldıqdan sonra Təqsirləndirilən şəxs2 ona sağ tərəfdən yaxınlaşmaqla sol əli ilə zərərçəkmişin ağız nahiyəsini tutub, sağ əlini onun qarın nahiyəsinə, sol dizini sonuncunun sağ qolunun üzərinə qoyub, sağ ayağını isə Nadejda Nəzərlinin üzərindən aşırmaqla onun sol əlini, eləcə də ayaqlarını tutub saxlamış, o, isə sol tərəfdən zərərçəkmişin baş tərəfinə yaxınlaşıb dizi üstə yerə çökərək, sol əli ilə onun sol qolundan tutmaqla xx.xx.1940-cı il təvəllüdlü, 68 yaşlı olan qoca Nadejda Nəzərlinin hərəkət etməklə müqavimət göstərməsinin qarşısını almış, bundan sonra ilk zərbənin təsirindən təqsirkar şəxslər üçün aşkar surətdə köməksiz vəziyətə düşüb ağır nəfəs alan Nadejda Nəzərliyə xüsusilə qəddarlıq və rəhmsizlik göstərməklə həmin bıçaqla boğaz nahiyəsi istiqamətində yuxarıdan aşağıya doğru növbəti zərbələr endirib, sonuncunun həyat və sağlamlığı üçün əhəmiyyətli olan bədənin xüsusilə boğaz nahiyəsi istiqamətində çoxsaylı, o cümlədən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə aid boyun nahiyəsinin qırtlağı, nəfəs borusunu, yemək borusunu və sağ yuxu arteriyasını zədələyən çoxsaylı 14-ədəd kəsilmiş-deşilmiş yaralar, sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqları üçün dərəcələri təyin olunmayan sol çənəaltı nahiyyənin 2 ədəd, sağ qulaqyanı nahiyyənin 1 ədəd, sol gözün alt qapağının 1-ədəd səthi kəsilmişdeşilmiş yaraları, döş qəfəsinin 4-ədəd səthi deşilmiş yaraları, sol bilək nahiyyəsinin, sol əlin arxa səthinin, sol əlin İİİ barmağının əsas falanqasının arxa səthinin, alın nahiyyəsinin qançırı və sıyrıqları kimi xəsarətlər yetirərək ölümünə səbəb olan boyun nahiyyəsinin çoxsaylı kəsilmiş-deşilmiş yaraları nəticəsində baş vermiş kəskin xarici qanitirmə səbəbindən aşkar surətdə köməksiz vəziyyətdə olan Nadejda Nəzərlini qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq cinayətinin törədilməsini yüngülləşdirmək və tamah məqsədilə, xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmiş, sonuncunun öldüyünə əmin olduqdan sonra isə Təqsirləndirilən şəxs2lə birlikdə evin otaqlarını axtarsalar da, hər hansı pul və ya qızıl zinət əşyaları tapa bilməyib hadisə yerindən uzaqlaşmışlar. Bundan başqa, o, 25 iyul 2021-ci il tarixdə günorta saatlarında Gəncə şəhəri ərazisində müəyyən edilməyən yerdə və şəxsdən 80 manat məbləğində pul verməklə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda – 6,468 qram çəkidə “2005-ci il 28 iyun tarixli 960-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil olan narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla ünvan 7 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 26 iyul 2021ci il tarixdə saat 17:30-da yuxarıda qeyd edilən ünvanda saxlanılaraq DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinə dəvət edilmiş, orada xidməti otaqların birində həmin tarixdə saat 19 radələrində üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sol yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 02 ədəd sellofan bükümündə ayrıayrılıqda çəkiləri 3,263 qram və 3,205 qram olmaqla, ümumilikdə təmiz çəkisi 6,468 qram olan külli miqdar təşkil edən narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 ittham verilmişdir ona görə ki, qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda ziyan vurmaqla oğurluq cinayətinin törədilməsini yüngülləşdirmək və tamah məqsədilə, xüsusi amansızlıqla təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmiş, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə hesab edilən metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, 2008-ci ilin may ayının əvvələrində günorta saatlarında Gəncə şəhəri X64 küçəsi 2 ünvanında yerləşən A.Nevski adına Gəncə şəhər Rus Pravoslav kilsəsinə gedib orada ibadət edən zaman onunla birlikdə həmin kilsəyə gedərək onun ibadət etməsini gözləyən yaxın dostu Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikasının Gəncə şəhəri və Qərb rayonları üzrə X45 məsələlər üzrə komissiyasının sədri X11 göstərərək həmin qadının kim olmasını soruşmuş, o, Təqsirləndirilən şəxs1a Nadejda Nəzərlinin rus milliyətindən olduğunu, habelə subay olmaqla Gəncə şəhərində tək yaşadığını və Rus icmasınının sədrinin köməkçisi işlədiyini, çox yaxşı maddi imkanının olduğunu bildirmiş, 12 may 2008-ci il tarixdə, saat 12 radələrində Təqsirləndirilən şəxs1lə görüşərək birlikdə “Orucun çayçısı” kimi tanıdıqları Gəncə şəhəri Sabir küçəsində (hazırda Cavad Xan küçəsi) yerləşən çay evində getdikdə, orada aralarında olan söhbət əsnasında Təqsirləndirilən şəxs1 ona Nəzərli Nadejdanın evində külli miqdarda (60.000-70.000 manat dəyərində) qızıl-zinət əşyaları və pulların olmasının ehtimal etdiyini, oğurluq məqsədilə həmin evə daxil olmaq istədiyini, lakin tək bacara bilməyəcəyini bildirərkən, o, tərəddüd etmədən maddi sıxıntı çəkdiyi üçün özünün də ciddi məbləğdə pula ehtiyacının olması səbəbindən həmin fikirdə olduğunu və evdə həmin məbləğdə pul, qızıl zinət əşyalarının olmasını ehtimal etdiyini, Nəzərli Nadejdanın evinə daxil olmanın yolunu tapacağını demiş, bundan sonra onlar növbəti gün yenidən həmin çay evində görüşüb törədəcəkləri cinayəti planlaşdırmağı qərarlaşdırmış, növbəti gün, yəni 13 may 2008-ci il tarixdə saat 14 radələrində o, cinayətkar qrupun üzvü 2007-ci ildə Gəncə şəhərində yerləşən “Baza” adlanan topdansatış yerindən istintaqa məlum olmayan şəxsdən satın aldığı və şalvarının cibinə yerləşdirib üzərində gəzdirdiyi qatlanan tipli, ümumi uzunluğu 205 mm, tiyəsinin uzunluğu 91mm, aşağı kənarı iti, yuxarı kənarı isə küp formada olan bıçaqla silahlanmış Təqsirləndirilən şəxs1lə yaşadığı məhəllədə görüşüb “Orucun çayçısı” kimi tanıdıqları Gəncə şəhəri Sabir küçəsində (hazırda Cavad Xan küçəsi) yerləşən çay evinə getmiş, orada törədəcəkləri cinayətlərin detalları ilə bağlı bir daha müzakirə edərkən o, Nadejda Nəzərlinin yaşadığı evin ünvan 6 ünvanında yerləşməklə küçəyə baxan pəncərələrin dəmir barmaqlıqlarla təcrid olunduğunu, bunun isə evə daxil olmaqda çətinlik törədəcəyini bildirdikdə, Təqsirləndirilən şəxs1 həmin küçəyə yaxın yerdə Gəncə şəhər prokurorluğunun köhnə inzibati binasının olması səbəbi ilə polis əməkdaşları tərəfindən daima mühafizə olunduğunu, hər hansı səs-küy olacağı halda tutulacaqlarını bildirib, ona hər hansı yolla Nadejda Nəzərlinin evdə olduğu vaxt sonuncunu aldadaraq evə daxil olub, oğurluq cinayətinin törədilməsini yüngülləşdirmək və tamah məqsədilə əvvəlcə Nadejda Nəzərlini öldürüb, daha sonra isə hər hansı bir səs-küy olmadan evi axtarıb ehtimal etdikləri pul və qızıl zinət əşyalarını oğurlamalarını təklif etmiş, o, da Təqsirləndirilən şəxs1lə hər iki cinayətin törədilməsində razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşmiş, həmin cinayətləri törətməkdən ötrü əvvəlcə Nadejda Nəzərlinin olduğu vaxt evinə daxil olmağın yollarını fikirləşərkən, o, bunun üçün Nadejda Nəzərlinin yaşadığı evə gedib sonuncuya yalandan guya bir nəfər tək yaşayan və çoxlu qızılları olan yaşlı rus qadının olduğunu, həmin qadının onlara tək yaşadığı üçün qızıllarını haradasa saxlamaqda köməklik etməsini bildirməsi haqda Nadejdaya dedikdə söhbətin kimsəsiz rus qadından getdiyi üçün sonuncunun onları evə buraxmaqla həmin rus qadınla bağlı daha ətraflı məlumat öyrənməyə çalışacağını, bu yolla heç bir səs-küy salmadan Nadejda Nəzərlinin yaşadığı evə daxil olacaqlarını bildirdikdə, Təqsirləndirilən şəxs1 təklifin real və inandırıcı olduğunu düşünərək onunla razılaşmaqla plana əlavə edib, evə daxil olduqdan sonra onun əlverişli zaman tapıb qadının ağzını və hərəkət etməməsi üçün əl ayaqlarını tutmasını, özünün isə üzərində daşıdığı bıçaqla yaranmış şəraitə uyğun olaraq Nadejda Nəzərlini boğaz və digər mümkün olan bədən nahiyələrinə çoxsaylı bıçaq zərbələri endirməklə onu qətlə yetirəcəklərini, bundan sonra isə oğurluq üçün mənzili axtaracaqlarını bildirmiş, cinayətkar qrupun hər iki üzvü planın baş tutacağına əmin olmaqla ictimai təhlükəli əməlin törədilməsinə şüurlu şəkildə yol verib planlaşdırdıqları oğurluq cinayətinin törədilməsini yüngülləşdirmək məqsədilə Nadejda Nəzərlinin qəsdən öldürülməsini arzu etmiş, əlverişli şəraitin yaranmasını-yəni havanın qaralmasını gözləyən zaman, Təqsirləndirilən şəxs1 üzərində olan bıçağı ona göstərməklə məlumat verib saat 21-22 radələrində artıq havanın qaraldığını görərək hər ikisi ünvan 6 ünvanında yerləşən Nəzərli Nadejdanın yaşadığı evin qarşısına gəlmiş, küçənin kənardan müşahidəsini aparıb ətrafda kimsənin olmadığını, onları heç kimin görmədiyini, evin ikinci mərtəbəsinin həyətə baxan pəncərəsindən isə işığın yanmasını görüb Nadejda Nəzərlinin evdə olmasına əmin olduqdan sonra birlikdə Nadejda Nəzərlinin evinin giriş qapısına tərəf gedərək, plana uyğun olaraq əvvəlcə o, evin giriş qapısına yaxınlaşaraq evin damafon zəngi vasitəsilə Nadejda Nəzərlini çağırıb və evin ikinci mərtəbəsinin pəncərəsindən boylanan sonuncuya özünü “Saşa” kimi təqdim etmiş, Nadejda Nəzərli onu kilsədə görməklə əvvəlcədən tanıdığından gəlişinin səbəbini soruşduqda o, gəlişinin səbəbinin kimsəsiz rus qadın haqqında olduğunu bildirməsi ilə əlaqədar Nadejda Nəzərli qapını açıb söhbəti evdə davam etdirmək məqsədilə onları evə dəvət etmiş, hər ikisi evə daxil olub pilləkənin sonunda 2-ci mərtəbədə sağda yerləşən otağa keçməklə orada divanda əyləşmiş Nadejda Nəzərli ilə söhbət zamanı sonuncu onların danışıqlarının yalan olmasını anlayıb, artıq vaxtın gec olduğunu, danışıqları növbəti gün davam etdirəcəyini bildirməklə evdən getmələrini bildirmiş, oturduqları yerdən qalxıb otağın giriş qapısına doğru qarşıda Təqsirləndirilən şəxs1, ondan arxada Nadejda Nəzərli, sonuncudan arxada isə özü, hərəkət edərkən Nadejda Nəzərlidən hər hansı əmlak verməsini tələb etmədən, əks halda sonuncunun qışqıraraq köməyə kimsəni çağırma ehtimalını nəzərə alıb, hər hansı basqında ifadə olunmayan qaydada, yəni ehtimal etdikləri külli miqdarda əmlakın gizlin yolla talama cinayət əməli üzrə Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən (cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi) cinayət təqibinə xitam verilmiş oğurluq cinayətinin törədilməsini yüngülləşdirmək məqsədilə Nadejda Nəzərlinin qışqırmaması və müqavimət göstərməməsi üçün o, əvvəlcədən razılaşdırılmış plan üzrə hərəkət edərək arxa tərəfdən iki əli ilə Nadejda Nəzərlinin ağzından tutub özünə doğru çəkmiş, Təqsirləndirilən şəxs1 isə üzərində olan bıçaqla ilk zərbəni Nadejda Nəzərlinin boğaz nahiyəsinə endirmiş, zərbənin təsirindən qadın kürəyi üstə yerə yıxıldıqdan sonra o, sağ tərəfdən Nadejda Nəzərliyə yaxınlaşmaqla sol əli ilə zərərçəkmişin ağız nahiyəsini tutub, sağ əlini onun qarın nahiyəsinə, sol dizini sonuncunun sağ qolunun üzərinə qoyub, sağ ayağını isə Nadejda Nəzərlinin üzərindən aşırmaqla onun sol əlini, eləcə də ayaqlarını tutub saxlamış, Təqsirləndirilən şəxs1 isə sol tərəfdən zərərçəkmişin baş tərəfinə yaxınlaşıb dizi üstə yerə çökərək, sol əli ilə sol qolundan tutmaqla xx.xx.1940-cı il təvəllüdlü, 68 yaşlı olan qoca Nadejda Nəzərlinin hərəkət etməklə müqavimət göstərməsinin qarşısını almış, bundan sonra ilk zərbənin təsirindən təqsirkar şəxslər üçün aşkar surətdə köməksiz vəziyətə düşüb ağır nəfəs alan Nadejda Nəzərliyə xüsusilə qəddarlıq və rəhmsizlik göstərməklə həmin bıçaqla boğaz nahiyəsi istiqamətində yuxarıdan aşağıya doğru növbəti zərbələr endirib, sonuncunun həyat və sağlamlığı üçün əhəmiyyətli olan bədənin xüsusilə boğaz nahiyəsi istiqamətində çoxsaylı, o cümlədən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə aid boyun nahiyəsinin qırtlağı, nəfəs borusunu, yemək borusunu və sağ yuxu arteriyasını zədələyən çoxsaylı 14-ədəd kəsilmiş-deşilmiş yaralar, sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqları üçün dərəcələri təyin olunmayan sol çənəaltı nahiyyənin 2 ədəd, sağ qulaqyanı nahiyənin 1 ədəd, sol gözün alt qapağının 1ədəd səthi kəsilmiş-deşilmiş yaraları, döş qəfəsinin 4-ədəd səthi deşilmiş yaraları, sol bilək nahiyyəsinin, sol əlin arxa səthinin, sol əlin İİİ barmağının əsas falanqasının arxa səthinin, alın nahiyyəsinin qançırı və sıyrıqları kimi xəsarətlər yetirərək ölümünə səbəb olan boyun nahiyyəsinin çoxsaylı kəsilmiş-deşilmiş yaraları nəticəsində baş vermiş kəskin xarici qanitirmə səbəbindən aşkar surətdə köməksiz vəziyyətdə olan Nadejda Nəzərlini qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq cinayətinin törədilməsini yüngülləşdirmək və tamah məqsədilə, xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmiş, sonuncunun öldüyünə əmin olduqdan sonra isə Təqsirləndirilən şəxs1lə birlikdə evin otaqlarını axtarsalar da, hər hansı pul və ya qızıl zinyət əşyaları tapa bilməyib hadisə yerindən uzaqlaşmışlar. Bundan başqa, o, Gəncə şəhəri ərazisində müəyyən edilməyən mənbədən, naməlum tarixdə və şəraitdə müəyyən məbləğdə pul verməklə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda – 8,517 qram çəkidə “2005-ci il 28 iyun tarixli 960-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla Gəncə şəhəri Ü.Hacıbəyov küçəsi 4-cü döngə, ev 3 ünvanının qarşısına daşımış, bu barədə daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 27 iyul 2021-ci il tarixdə saat 19:25-də yuxarıda qeyd edilən ünvanda saxlanılaraq DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinə dəvət edilmiş, orada xidməti otaqların birində həmin tarixdə saat 20 radələrində üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki qısa idman şalvarının sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 02 ədəd şəffaf sellofan bükümdə, eyni tərkibli ayrı-ayrılıqda çəkiləri 4,189 qram və 4,328 qram olmaqla, ümumilikdə təmiz çəkisi 8,517 qram olan külli miqdar təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-in 120.2.1, 120.2.4, 120.2.5, 120.2.6, 120.2.9 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs2ı uşaqlıqdan tanımış, bir yerdə böyümüşlər. Yay aylarında o, küçədə dayanan zaman tanımadığı bir neçə nəfər ona yaxınlaşmış, avtomobilə əyləşdirmiş və yolda banditizmin işçiləri olduqlarını demişlər. Onu birbaşa Baki şəhərinə gətirmişlər. Bakıda ona təzyiq edilmiş, cinayəti etmədiyini dedikcə o, daha çox işgəncələrə məruz qalmışdır. Daha sonra ona ailəsinin yanindan çəkiliş gostərmişlər. Ona cinayəti boynuna götürməzsə ailəsini narkotiklə şərləyib şöbəyə aparacaqlarını bildirildikdən sonra o məcbur qalıb ölüm hadisəsini törətdiyini etiraf etmişdir.Həmin vaxt o, Qirinin heç nə etmədiyini demişdir. Bildirmişdir ki, onu o qədər döymüşlər ki, onu Kürdəxanı türməsinə aparanda türmə onu qəbul etməmişdir. Sonra onu Banditizmin zirzəmisində (padvalında) 2 həftə müalicə etmişlər və sağaldıqdan sonra təkrar Kürdəxanı türməsinə aparmışlar. Cinayət prosesi tərəflərinin suallarına təqsirləndirilən şəxs cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı 2-3 dəfə ifadə vermişdir, hadisə yerinə getmişdir, ifadələrini çəkilişlə yoxlamışlar. Narkotikadan istifadə etmişdir, ona görə özünü ancaq narkotik istifadəçisi kimi təqsirli bilir. Şəhriyatın narkotik istifadə etməyindən xəbəri olmamış, birlikdə istifadə etməmişlər. Banditizmdə müstəntiq Vətən Əliyevə 2 dəfə ifadə vermişdir. Onları Kürdəxanıda 1 saylı istintaq təcridxanasında saxlamışlır. Qətimkan tədbiri seçiləndə orda olmuş, barəsində 4 ay qətimkan tədbiri seçilmişdir. O, 20 gün Banditizmdə olmuşdur. Onu evə gətirəndə yanında vəkil olmuş,onu banditizmdə döyəndə vəkil olmamışdır.Onlar qadın öləndən sonra yas mərasimində olmuşlar.Həmin vaxt Şəhriyat keşişin yanında işləyirdi. Qadının ölüməsini Andrey demişdir. Bıçağın yerini o demiş, ancaq ordan bıçaq yox dəmir çıxmışdır.O,kamera yoldaşlarıma xəsarəti ilə bağlı danışmışdır.İstintaqda ona nə deyiblər o da o məzmünda ifadə vermişdir. İstintaq zamanı verdiyi ifadələri təzyiq altında verdiyindən ifadələrini təsdiq etmir. Ölüm hadisəsindən onun xəbəri olmamışdır. Qirinlə bir yerdə ifadə verməmiş, Qirinin nə ifadə verməsini onunla üzləşəndə bilmişdir. Məhkəmədə Azərbaycan Respublikasının CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər istintaqda verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan) Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində müdafiəçinin iştirakı ilə istintaqa verdiyi ifadələrində törətmiş olduğu cinayət əməllərini etiraf etmişdir. Belə ki, təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 istintaq zamanı təqsirləndirilən şəxç qismində verdiyi bütün ifadələrində, habelə videoçəkilişlə keçirilmiş ifadəsinin yerində yoxlanması zamanı əvvəlki ifadərində göstərdiklərini təsdiq edib, ona Azərbaycan Respublikası CM-in 120.2.1, 120.2.4, 120.2.5, 120.2.6, 120.2.9 və 234.4.3-cü maddələri ilə elan edilmiş yeni ittiham üzrə özünü qismən təqsirli bilərək, 22 noyabr 2021-ci il tarixli ifadəsində göstərmişdir ki, özünü qismən təqsirli hesab etməsinin səbəbi külli miqdarda narkotik vasitə hesab edilən heroini əldə edib, saxlayıb daşısa da narkotik vasitəsi əldə etməkdə məqsədi yalnız şəxsi istifadəsi üçün olması, narkotik vasitə əldə edən zaman narkotik vasitəni satmaq məqsədi olmaması olmuşdur. O, orta məktəbi bitirdikdən sonrakı tarixlərdən polis əməkdaşları tərəfindən tutulanadək Şəmkir rayonu ərazisində yerləşən müxtəlif parniklərdə fəhlə kimi işləmiş, uşaqlıq yaşlarından etibarən ailə üzvləri ilə birlikdə ünvan 9 ünvanında yerləşən evdə yaşamış, onunla eyni məhəllədə yaşamış Təqsirləndirilən şəxs2 uşaq yaşlarından tanımış, Şəhriyatla həmin vaxtdan yaxın dostluq münasibətləri olmuş, Şəhriyatın anası Qalina adlı qadın rus milliyətindən olduğundan Şəhriyat xristian dininə etiqad etmiş, Şəhriyat dini inancı ilə bağlı uşaq yaşlarından mütəmadi olaraq Gəncə şəhərində, Gəncə Şəhər Baş polis idarəsinin yaxınlığında yerləşən “Gəncə şəhər Rus Pravoslav” kilsəsinə gedərək ibadətlə məşğul olmuş, o, müsəlman dininə etiqad etsə də, bəzi hallarda Şəhriyatla birlikdə həmin kilsəyə gedirərək Şəhriyatın ibadət etməsini gözləmiş, Şəhriyat ibadətini bitirdikdən sonra onunla birlikdə şəhər ərazisində gəzmiş, yaxud çay evlərinin birinə gedib çay içmiş, həmçinin Şəhriyat 2013-cü ilədək həmin kilsədə adını bilmədiyi keşişin köməkçisi, yəni buyruqlarını yerinə yetirən şəxs kimi də işləyərək bu işə görə keşişdən hansısa məbləğdə aylıq məvacib almış, həm o, həm də digər şəxslər Şəhriyatı uşaq yaşlarından “Saşa” deyə çağırmış, özü isə adının qısaltması kimi səslənən “Seka” ləqəbi ilə tanınmışdır. 2008-ci ilin aprel ayı əzrində Şəhriyatla birlikdə “Gəncə şəhər Rus Pravoslav” kilsəsinə getdiyi vaxtlarda, səhv etmirsə həmin ayın sonlarında orada gördüyü təxminən 1,60-1,65 metr boylarında, 60-65 yaşlarında, rus milliyətindən olduğunu anladığı bir nəfər yaşlı qadın diqqətini çəkmiş, həmin qadının onun diqqətini çəkməsinin səbəbi müşahidə etdiyi qədəri ilə onun üzərində qızıl-zinət əşyalarının çox olması, nisbətən bahalı geyimi ilə seçilməsi, habelə həmin qadının digərləri ilə, yəni kilsəyə ibadət üçün gələn digər şəxslərlə kobud və yekəxana danışıq tərzi olmuşdur. Təxminən 2008-ci ilin may ayının əvvələrində günorta saatlarında bir daha Şəhriyatla birlikdə “Gəncə şəhər Rus pravoslav” kilsəsində olduğu zaman təklikdə olarkən Şəhriyata kilsədə gördüyü qadını göstərib kim olduğunu soruşmuş, Şəhriyat da həmin qadının rus milliyətindən olan Nəzərli Nadejda olduğunu, habelə onun subay olduğunu, Gəncə şəhərində tək yaşadığını və Gəncə şəhərində Rus icmasınının sədrinin köməkçisi işlədiyini, çox yaxşı maddi imkanının olduğunu bildirmiş, bu barədə məlumatlandıqdan sonra həmin ərəfədə maddi çətinlikləri olduğundan və dolanışığı üçün parnikdə işləməklə gündəlik aldığı 10 manat pulun kifayət etmədiyindən öz-özlüyündə Nəzərli Nadejdanın evinə gizlin şəkildə daxil olub evində olmasını ehtimal etdiyi qızıl zinət əşyaları və pulları oğurlamaq qərarına gəlmiş, bu barədə fikirləşsə də, həmin vaxt bu fikrini Şəhriyata bildirməmiş, Şəhriyat Nadejdanın çox yaxşı maddi imkanının olmasını bildirməsindən öz-özlüyündə Nadejdanın evində ən azı 60.000-70.000 manat dəyərində və ya daha artıq dəyərdə qızıl-zinət əşyası və pul ola biləcəyini düşünmüşdür. Bir neçə gün bu cinayəti hansı şəkildə törədə biləcəyini düşünüb həmin cinayəti tək edə bilməyəcəyini yəqin edib, həmin düşüncəsini Şəhriyatla bölüşüb onunla birlikdə Nəzərli Nadejdanın evinə gizlin şəkildə daxil olub evindən qızıl-zinət əşyaları və pulları oğurlamaq qərarına gəlmiş, 12 may 2008-ci il tarixdə saat 12 radələrində Şəhriyatla Gəncə şəhərində yaşadıqları binanın qarşısında görüşüb birlikdə çay içmək üçün avtobusla həmin tarixdə Gəncə şəhərində Sabir küçəsində yerləşən “Orucun çayçısı” kimi tanıdığı çay evinə getmiş, orada bir masa arxasına əyləşib söhbət edən zaman Nəzərli Nadejdanın evinə daxil olub oradan oğurluq etməklə bağlı niyyətini Şəhriyata danışmağı qərarlaşdırıb bu barədə söhbət açaraq Şəhriyata “mən Nadejdanın evinə girib oğurluq etmək istəyirəm” deyə bildirmiş, bu sözləri dedikdə Şəhriyatın onunla birlikdə cinayət törətməyə razılıq verəcəyini düşünmüş, belə ki, həmin ərəfədə Şəhriyatın maddi sıxıntılar çəkdiyini, hətta məhz kasıb olduğu üçün anası Qalinan elçi getdiyi Könül adlı qızın ailə üzvləri tərəfindən onunla evlənməsinə razılıq vermədiklərini bilmiş, düşündüyü kimi də Şəhriyat tərəddüd etmədən onun təklifinə “mən də elə həmin fikirdəyəm” deyə cavab vermiş, bu sözündən sonra Şəhriyata “elə bir şərait yarada bilərsən ki, biz Nadejdanın evinə daxil olaq?” deyə sual vermiş, Şəhriyat da ona “yarada bilərəm, mən onun evinə girməyə bir yol tapacam” deyə cavab vermiş, bundan sonra həmin vaxt onlar növbəti gün, yəni 13 may 2008-ci il tarixdə saat 12 radələrində yaşadıqları binanın qarşısında görüşüb Nadejdanın evinə hansı yolla daxil olacaqları, törədəcəkləri cinayəti ətraflı şəkildə planlaşdırmağı və bundan sonra elə həmin tarixdə axşam saatlarında Nəzərli Nadejdanın evinə gedərək evə daxil olub oradan pul və qızıl zinət əşyaları oğurlamağı qərarlaşdırmış, lakin hələ də Nadejdanın evinə hansı yolla daxil olacaqlarını bilməmişlər. Növbəti gün, yəni 13 may 2008-ci il tarixdə saat 12 radələrində yaşadığı binanın qarşısında Şəhriyatla görüşmüş, həmin vaxt Şəhriyat ona “mən elə edəcəm ki, biz birlikdə Nadejdanın evinə daxil olacağıq” deyə bildirmiş, ondan bunu necə edəcəyini soruşduqda Şəhriyat “sən narahat olma, mən bir yolunu tapacam, mənim 2 saatlıq işim var, gedim qayıdım həll edəcəyik, 2 saatdan sonra küçənin başına çıxarsan” deyə cavab verib yanından ayrılmış, bu görüşdən 2 saat sonra təxminən saat 14 radələrində evdən çıxıb yaşadığı binanın yerləşdiyi küçənin başlanğıc hissəsinə gedib orada razılaşdıqları kimi Şəhriyatla görüşmüş, Şəhriyatla görüşə getməzdən əvvəl yaşadığı evdə paltar şkafında pencəyinin cibində saxladığı açılıb-qatlanan, düyməsini basdıqdan sonra tiyəsi açılan, açıq vəziyyətdə ümumi uzunluğu təxminən 20 sm olan, dəstəyi qəhvəyi rəngli, tiyəsinin bir tərəfi kəsici, digər tərəfi mişarvari olan cib bıçağını da götürüb şalvarının cibinə qoymuş, həmin bıçağı təxminən 2007-ci il tarixdə Gəncə şəhərində yerləşən yaşadıqları əraziyə yaxın “Baza” adlanan yəni topdan və ucuz malların satıldığı yerdən tanımadığı satıcıdan 5 manat pul ödəməklə satın almış, həmin bıçağı parnikdə işləyən zaman məhsulları yeşiklərə yığdıqdan sonra onları bağladığı kəndiri kəsmək üçün istifadə etmiş və adətən həmin bıçağı üzərində gəzdirmiş, Şəhriyatla görüşə getməzdən əvvəl göstərdiyi bıçağı özü ilə götürməkdə məqsədi Nadejdanın evinə daxil olduqdan sonra hər hansı bir problem yaranarsa, yəni ya Nadejda, yaxud da başqa şəxs onları yaxalayarsa və ya müqavimət göstərərsə həmin bıçaqdan istifadə edərək qarşısındakı şəxsi vurub öldürməklə, yaxud xəsarət yetirməklə həmin ərazidən uzaqlaşmağı düşünməsi olmuşdur. Şəhriyatla görüşdükdən sonra Şəhriyatın təklifi ilə onlar çay içmək və törədəcəkləri cinayəti planlaşdırmaq üçün Gəncə şəhərində Sabir küçəsinin giriş hissəsində yerləşən “Orucun çayçısı” kimi tanıdıqları çay evinə getmiş, həmin çayçıda onlar bir masa arxasına əyləşdikdən orada pivə də sifariş etmək mümkün olduğundan onlar pivə sifariş vermiş, bundan sonra Şəhriyat ona Nadejdanın yaşadığı ev barədə danışaraq Nadejdanın evinin Gəncə şəhər prokurorluğunun inzibati binasının yaxınlığında iki mərtəbəli həyətyanı sahəsi olmayan bina tipli ev olduğunu, evin pəncərəsinin “reşotka” ilə bağlandığını və Nadejdanın da tanımadığı insanlara qapını açmadığını demiş, o, Şəhriyata evin prokurorluğun binasının yaxınlığında olduğu üçün evin qapısını və ya pəncərə dəmirlərini qırıb evə girə bilməyəcəklərini, hər hansı səs-küy olacağı halda tutula biləcəklərini demiş, bundan sonra Şəhriyat “gedək Nadejdanın evinə, orada qapının ağzında mən Nadejdaya yalandan deyəcəm ki, guya sənin qonşun olan bir nəfər tək yaşayan yaşlı rus qadın var, guya həmin qadının çoxlu qızılı var və həmin qadın evdə tək yaşadığı üçün kiminsə onun evinə daxil olub oğurluq etməsindən qorxur, guya o qadın məndən həmin qızılları haradasa saxlamaqda ona köməklik etməyimi istəyib, mən Nadejdaya bu sözləri deyəndən sonra o, rus milliyətindən olan qadın barədə danışdığımdan söhbəti davam etmək üçün bizi evə buraxacaq, bu yolla biz onun evinə girə bilərik” deyə bildirmiş, o, Şəhriyatın təklifini yaxşı fikir kimi qəbul edib bu təklifi ilə razılaşdıqdan sonra Şəhriyat sözünə davam edib ondan “bəs biz Nadejdanın evinə daxil olduqdan sonra onun evində necə oğurluq edib, sonra da evdən necə çıxacayıq?” deyə soruşmuş, o, isə Şəhriyata üzərində olan bıçağı göstərib evə daxil olduqdan sonra əvvəlcə Nadejdanı həmin bıçaqla öldürüb, sonra evdə olan pul və qızıl zinət əşyalarını axtarıb tapıb götürdükdən sonra evdən çıxmağı təklif etmiş, təklifinə Şəhriyat etiraz etmədən razılaşaraq ona “bəs Nadejdanı kim öldürəcək?” deyə sual vermiş, Şəhriyata “sən Nadejdanı tutarsan ki, o, hərəkətsiz qalsın, əsas da ağzından tutarsan ki, qışqıra bilməsin, mən də özümdəki bıçaqla onu vurub öldürəcəm” deyə bildirmiş, bu təklifi ilə Şəhriyat razılaşdıqda onlar danışdıqları plan üzrə Nadejdanın evinə daxil olub əvvəlcə onu öldürüb, sonra isə evində olmasını ehtimal etdikləri təxminən 60.000-70.000 manat dəyərindəki pul və qızıl zinət əşyalarını axtarıb tapıb götürdükdən sonra evdən çıxmağı qərarlaşdırmışlar. Bu barədə qərarlaşdırdıqdan sonra onlar Nadejdanın evinə girmək üçün əlverişli şəraitin yaranmasını, yəni havanın qaralmasını gözləmiş, həmin ərəfədə hər biri 2-3 bakal pivə içib hava qaraldıqdan sonra təxminən saat 21-22 radələrində birlikdə çayçıdan ayrılaraq piyada şəkildə təxminən 500 metr aralıda yerləşən Nadejdanın yaşadığı evin yaxınlığına getmiş, həmin vaxt onun əynində boz rəngli yumru boğazlı qısaqol “kofta”(t-şirt), göy rəngli cins şalvar, qara rəngli “makasin” tipli ayaqqabı, Şəhriyatın əynində isə səhv etmirsə ağ rəngli “kofta”(t-şirt) və göy rəngli cins şalvar olmuş, Nadejdanın yaşadığı evinin yaxınlığına çatdıqda onlar əvvəlcə küçənin və evin kənardan müşahidəsini aparıb həm ətrafda kiminsə olub-olmadığına diqqət etmiş, həm də evdə kənar şəxslərin olub-olmadığını müəyyən etməyə çalışmış, müşahidə zamanı onlar nadejdanın evinin ikinci mərtəbəsinin həyətə baxan pəncərəsindən işığın yanmasını görüb Nadejdanın evdə olmasına əmin olmuş, təxminən 10-15 dəqiqəyə yaxın müşahidə apardıqdan sonra ətrafda kənar şəxslərin olmadığına, onları heç kimin görməyəcəyinə əmin olub Nadejdanın evinə daxil olmağı qərarlaşdırmışlar, Nadejdanın evi kürsülü, iki mərtəbəli, həyətyanı sahəsi olmayan bina tipli olmuş, giriş qapısı tünd qəhvəyi olmaqla iki taylı olmuş, giriş qapısından təxminən 4-5 metr sağda qaraj yerləşmişdir.Müşahidə apardıqdan sonra onlar birlikdə Nadejdanın evinin giriş qapısına tərəf getdikdə o, qarajın olduğu yerdə dayanmış, Şəhriyat isə evin giriş qapısına yaxınlaşıb qapı ilə üzbəüz durduqda sol divarda olan zəngi basmış, Şəhriyat zəngi basdıqda domofonla Nadejda rus dilində “eşidirəm” sözünü demiş, Şəhriyat da ona rus dilində “mənəm Saşa” deyə bildirmiş, Nadejda “hansı Saşa?” deyə sual verib evin ikinci mərtəbəsindən həyətə baxan “reşotka”lı (metal barmaqlıq) pəncərəni açmış, bu zaman Şəhriyat pəncərəyə yaxınlaşdıqda Nadejda ilə nə isə danışmış, lakin o, bir qədər kənarda durduğundan dəqiqliklə onların nə danışmasını eşidə bilməmiş, sadəcə Şəhriyatla Nadejdanın danışığından Şəhriyatın ona plana uyğun olaraq rus qadın barədə məlumat verdiyini anlamış, bundan sonra Nadejdə rus dilində Şəhriyata “gəlin evə” dedikdə Şəhriyat da ona “gəl gedək” deyə bildirmiş, Nadejda içəridən qapını açdıqda o, Şəhriyatla birlikdə evə daxil olmuş, qapı açılan kimi ikinci mərtəbəyə qalxmaq üçün qarşıya taxta pilləkənlar olmuş, qapı açıldıqda onlar içəri daxil olduqdan sonra Nadejda onları ikinci mərtəbədə pilləkənin baş tərəfində qarşılamış, onlar pilləkənlə ikinci mərtəbəyə qalxdıqdan sonra sağda yerləşən otağa keçmiş, həmin otağın döşəməsi qəhvəyi rəngdə taxta materialdan olmaqla üzərində xalça olmuş, otağa daxil olduqda sağ küncdə 1 ədəd çarpayıya bənzər yaşıl üzlüklü divan, qarşıda nisbətən sağda 1 ədəd boz rəngli televizor, televizorun olduğu hissədən isə digər otağa giriş qapısı, otağın orta hissəsində səhv etmirsə qəhvəyi rəngli və üzərində 1 ədəd mətbəx bıçağı olan jurnal masası, giriş qapısından solda isə 1 ədəd paltar şkafı olmuş, həmin otağa daxil olduqda Nadejda Şəhriyata otaqda olan 2 ədəd “taburetka”nı (oturacaq) göstərib oturmalarını bildirmiş, sonra Nadejda divanda o, Nadejda ilə üzbəüz jurnal masasının qarşısında, Şəhriyat isə ondan sağ hissədə əyləşmiş, xatırladığı qədəri ilə Nadejdanın əynində qara rəngli idman finkası, üzərində göy rəngli selofan materialına bənzər gödəkcə, gödəkcənin alt hissəsində isə rəngini unutduğu köynək tipli geyim olmuş, Şəhriyat Nadejdaya onu göstərib rus dilində “dediyim arvadı bu oğlan tapıb” deyə bildirmiş, Nadejda ondan həmin qadının kim olduğunu, harada yaşadığı soruşduqda o, yalandan guya həmin qadının qonşusu olduğunu demiş, lakin nədənsə Nadejda bu sözünə inanmamış, elə bu an Şəhriyat Nadejdadan elə həmin otaqda yerləşən tualetdən istifadə etmək üçün icazə istəmiş, lakin Nadejda Şəhriyatın bu sözünə nədənsə əsəbləşib yerindən qalxaraq “yox, onsuz da gedirsiniz, gedin sabah gələrsiniz, qadınla bağlı fikrimi sizə deyəcəm” deyə bildirmiş, bundan sonra o və Şəhriyat ayağa qalxdıqda o, irəlidə, Nadejda onun arxasında, Şəhriyat isə Nadejdanın arxasında olmaqla otağın giriş qapısına doğru hərəkətə başlamış, 1-2 addım atdıqda Şəhriyat qəflətən hər iki əlinin ovuc hissəsi ilə arxa tərəfdən keçirməklə Nadejdanın ağzından tutub özünə tərəf dartmış, bu zaman onlar otaqda olan jurnal masasına dəydiklərindən həmin masa yerə aşmış, elə bu an o, cəld hərəkətlə şalvarının sağ yan cibində saxladığı bıçağı çıxardıb sağ əli ilə tutaraq bıçağın düyməsini basıb tiyəsini açıb, həmin bıçaqla ayaq üstə qarşısında olan Nadejdanın boğaz nahiyəsindən bir zərbə vurmuş, zərbənin təsirindən Nadejda kürəyi üstə yerə yıxılmış, həmin an Şəhriyat Nadejdanın bədəninin altında qalmamaq üçün arxasından çıxaraq kənara çəkilmiş, sonra Şəhriyat bir əli ilə yerdə kürəyi üstə uzanıqlı halda olan Nadejdanın ağız nahiyəsini tutub, digər əlini onun qarın nahiyəsinə, həmin vəziyətdə sol dizini Nadejdanın sağ qolunun üzərinə qoymuş, digər ayağını isə Nadejdanın üzərindən keçirməklə digər istiqamətə atıb bu şəkildə Nadejdanın əl və ayaqlarını tutmuş, bu vəziyətdə olduğundan Nadejda müqavimət göstərə, qışqıra, yaxud kimisə köməyə çağıra bilməmiş, həmin an o, cəld şəkildə Nadejdanın baş nahiyəsinə yaxınlaşıb sağ dizi üstə yerə çökərək öldürmək məqsədi ilə sol əli ilə Nadejdanın sol qolundan tutub sağ əlində tutduğu bıçaqla yuxarıdan aşağıya doğru Nadejdanın boğaz nahiyəsindən Nadejda hərəkətsiz qalanadək ardıcıl bıçaq zərbələri vurmuş, hadisə zamanı bir qədər həyəcanlı olduğundan, həm də hadisədən uzun müddət keçdiyindən Nadejdaya dəqiqliklə neçə bıçaq zərbəsi vurduğunu xatırlamamış, vurduğu bıçaq zərbələrinin təsirindən Nadejdanın boğaz nahiyəsində yaralar əmələ gəlmiş və həmin nahiyədən çoxlu miqdarda qan axmış, bundan sonra Şəhriyat da Nadejdanı buraxıb yerdən qalxdıqda Şəhriyat cibindən 4 ədəd tibbi əlcək çıxarıb ikisini öz əllərinə geyinib, digər ikisini isə geyinməsi üçün ona vermiş, belə ki, Şəhriyat evdə əlbarmaq izlərinin qalmasını istəməmiş, o, əlcəyi geyindikdən sonra Şəhriyata “mən birinci mərtəbəyə baxıram sən də bu otaqlara bax gör nə tapa bilirik” deyə bildirmiş, Şəhriyat da razılaşdıqdan sonra o, evin ikinci mərtəbəsinə qaxldıqları pilləkənlə aşağı düşüb evin giriş qapısı ilə üzbəüz olan pilləkənlə aşağı evin zirzəmisinə düşmüş, xatırladığı qədəri ilə zirzəmidə çox da geniş olmayan 2 və ya 3 otaq olmuş, həmin otaqlarda qadın paltarları, mürəbbə qabları, 1 ədəd paltaryuyan maşın olmuş, həmin otaqlarda təxminən 5-10 dəqiqə ərzində axtarış etsə də, dəyərli heç nə tapa bilməyərək Şəhriyatın yanına geri qayıdıb ona heç nə tapa bilmədiyini demiş, həmin vaxt Şəhriyatı Nadejdanı öldürdükləri otaqda yerləşən paltar şkafında axtarış edərkən görmüş, Şəhriyat axtarış etsə də dəyərli heç nə tapa bilməmiş, sonra Şəhriyat maddi əmlak axtarmaq üçün Nadejdanı öldürdükləri otaqdan digər otağa keçmiş, o, isə həmin otaqda qalıb hər ikisinin əl izlərinin düşə biləcəklərini düşündüyü oturduqları oturacaqları əlinə taxdığı əlcəklə silmiş, sonra o, ikinci mərtəbəyə qalxdıqda solda yerləşən 2 otağa növbə ilə keçib həmin otaqlarda da olan şkaflarda pul və qızıl zinət əşyaları axtarsa da həmin şkaflarda da heç nə tapa bilməyib Şəhriyatın yanına qayıtmış, bundan sonra tutulmaqdan qorxub daha axtarış etmək istəməyib Şəhriyatın qolundan tutub getməli olduqlarını demiş, belə ki, həmin an evdən çöldə pəncərənin qarşısında maşın dayanmasının səsini eşitdiyindən kiminsə evə daxil ola biləcəyini düşünmüş, sonra Şəhriyatla birlikdə evə daxil olduqları qapının yanına getmiş, onlar qapının ağzında dayanıb çöldən səs gəlmədiyinə əmin olub qapını açıb birlikdə evdən çıxıb əvvəlcə qaçaraq ardınca isə iti yerişlə piyada şəkildə yaşadıqları məhəlləyə doğru getmiş, onlar evə doğru qaçan zaman qaranlıq küçələrin birində yol üzərində zirzəmi tipli obyektlər olmuş, Şəhriyat da, Şəhriyatın yıxıldığı yer zirzəmiyə doğru pilləkənli mağazanın girişi olmuş, Şəhriyat yıxıldığından ayağı bərk əzilmiş, Nadejdanın evindən çıxdıqları vaxt saatı bilməsə də hava artıq tam qaralmış, yaşadıqları binanın qarşısına çatdıqda ayrılıb hər biri evlərinə getmiş, hadisə zamanı onun paltarları qana bulaşmasa da, Şəhriyatın köynəyi və şalvarı qana bulaşmış, sonradan Şəhriyatın deməsinə görə ona məlum olmuşdur ki, Şəhriyat evlərinə getməmişdən əvvəl həyətlərindəki əl-üz yuma yerində paltarlarını su ilə yumaqla təmizləyib evə getmişdir. Növbəti gün, yəni 14 may 2008-ci il tarixdə saat 12 radələrində yaşadığı evdən çıxıb, binalarının yaxınlığında olan əlüz yuma yerində bıçağı yuyub üzərindəki qanı təmizlədikdən sonra yaşadığı binadan təxminən 200-300 metr aralıdan keçən, həmin ərəfədə istifadə edilməyən köhnə dəmir yolu kimi tanıdığı ərazidəki taxtadan tikilməklə 1 ədəd taxta qapısı olan, əsasən kəndlərdə olan həyət evlərindəki tualetlərə bənzəyən 1 nəfərlik ümumi tualetə gedib Nadejdanı öldürən zaman istifadə etdiyi bıçağı həmin tualetin deşiyinə atmış, bıçağı atdığı tualet, o cümlədən tualetin yaxınlığındankı dəmir yolu reysləri təxminən 5 il olarki tam sökülməklə yerində yaşayış evləri tikilmiş, Nadejdanı öldürən zaman istifadə etdiyi bıçaq Gəncə şəhərində ifadəsi yerində yoxlanılması zamanı göstərdiyi köhnə tualetin yerinin qazılması zamanı aşkar edilmiş bıçaq olmuş, həmin bıçağı tualetə atdıqdan sonra Şəhriyatın yaşadığı evə gedib onu çölə çağırıb təklikdə aralarında olan söhbət zamanı Şəhriyata Nadejdanı öldürən zaman istifadə etdiyi bıçağı küçələrindəki ümumi tualetə atdığını, bu hadisədən heç kim məlumatının olmadığını, bu hadisə barədə heç kimə heç nə deməməsini bildirmiş, Şəhriyat da razılaşaraq hadisə barədə heç kimə heç nə danışmayacağına söz vermişdir. Sonrakı tarixlərdə nə o, nə də Şəhriyat hadisə barədə heç kimə məlumat verməmiş, daha sonra polis əməkdaşları tərəfindən Nadejdanın meyiti yaşadığı evdən aşkar edildiyindən bununla bağlı cinayət işi başlanılaraq istintaq aparılmış, bu hadisə ilə bağlı heç kim ondan şübhə etmədiyindən istintaqa dəvət edilməmiş, bildiyi qədəri ilə hadisə ilə bağlı Şəhriyat Kəpəz rayon polis şöbəsin çağırılaraq izahatı alınmış o, isə izahatında hadisə barədə məlumatsız olduğunu demiş, sonrakı tarixlərdə isə dəqiq səbəbini unutsa da Şəhriyatla münasibətləri pozulduğundan demək olar ki, heç vaxt Şəhriyatla əlaqə saxlamamış, hadisə vaxtı əynindən olmuş paltarları və ayaqqabısını isə bir neçə ay da geyindikdən sonra köhnəldikləri üçün məhəllələrindəki zibil qutusuna atmış, etdiyi əməldən peşmandır. O,daha sonra ifadəsində göstərmişdir ki, narkotik vasitələrdən istifadə etdiyi və bir nəfərə satdığı üçün xx.xx.2013-cü ildə Gəncə şəhər Nizami rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikasının CM-in 234.1 və 234.2-ci maddələri ilə 3 il 3 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 1 il 3 ay cəza çəkdikdən sonra, yəni təxminən 2014-cü ilin noyabr ayında vaxtındar əvvəl azadlığa buraxılmışdır. Təxminən 25 iyul 2021-ci il tarixdə saat 13:30 radələrində Gəncə şəhər avtovağzalında Elşən adlı şəxslə görüşüb ondan istifadə etmək məqsədi ilə təklikdə 80 manat pul verməklə 2 büküm şəklində olan və təxminən 5-6 qram heroin (kakos) adlanan narkotik vasitə satın almış, həmin narkotik vasitəni üzərində, yəni şalvarının sol cibində daşımış, Elşən adlı şəxsi təxminən 10 gün əvvəldən tanımış, Elşənlə onu təxminən 2013-cü ildə birlikdə Gəncə şəhərində yerləşən Penitensiar xidmətin 2 saylı istintaq təcridxanasında həbsdə olmuş Bərdə rayonunun hansısa kəndində yaşayan Ramin adlı soyadını və atasının adını bilmədiyi şəxs tanış etmiş, Ramin ona Elşənin narkotik vasitələrin satışı ilə məşğul olduğunu və istədiyi vaxt ondan narkotik vasitə satın ala biləcəyini demiş, Ramini də təsadüfən Elşənlə birlikdə Gəncə şəhərində avtovağzal ərazisində olarkən görmüş, məhz həmin şəraitdə Ramin onu Elşənlə tanış etmiş, lakin Elşənlə tanış olduğu tarixi xatırlamamış, nə Raminin, nə də Elşənin mobil nömrəsini, yaxud digər əlaqə vasitələrini bilməmiş, yalnız Elşənin daim Gəncə şəhərində avtovağzala gəlib-getdiyini bilmiş, lakin onun harada yaşadığını da bilməmiş, növbəti gün, yəni 26 iyul 2021-ci il tarixdə günorta saatlarında Gəncə şəhərində Füzuli küçəsində olarkən DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 2 nəfər əməkdaşı tərəfindən saxlanılmış, həmin polis əməkdaşları onu Gəncə şəhərində yerləşən polis idarəsinin birinə aparmış, orada videoçəkiliş aparılmaqla polis əməkdaşları üzərinə baxış keçirdikdə üzərində, yəni şalvarının sol cibində saxladığı narkotik vasitələr götürülmüş, sonra polis əməkdaşları tərəfindən Bakı şəhərinə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş, həmin idarədə ondan narkotik vasitəni hansı şəraitdə əldə etməsi, habelə digər hər hansı cinayətdə iştirak edibetməməsi soruşulmuş, Nadejdanı öldürdüyü üçün əməlindən peşman olduğu, eləcə də Nadejdanı son vaxtlar yuxuda görərək rahatlıq tapmadığı üçün və hər bir halda nə vaxtsa həmin əməlinə görə də məsuliyyətə alınacağını bildiyindən heç kim tərəfindən heç bir fiziki və ya psixi təsirə məruz qalmadan adını, vəzifəsini, o cümlədən mülki geyimdə olduğu üçün rütbəsini bilmədiyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin bir nəfər əməkdaşına Nadejdanı Şəhriyatla birlikdə hansı şəraitdə öldürdüyünü danışmışdır. Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən yayınmaq üçün aralarında keçirilmiş üzləşdirmə zamanı X11 öldürməməsi, həmin cinayətin törədilməsində hər hansı formada iştirak etməməsi, Nadejda Nəzərli yaşadığı evdə qəsdən öldürüldükdən təxminən 1-2 gün sonra, yəni təxminən ya 14, ya da 15 may 2008-ci il tarixdə axşam saatlarında onunla birlikdə Gəncə şəhəri Sabir küçəsində yerləşən “Orucun çayçısı” kimi tanıdığı spirtli içkilərin də servis edildiyi çay evində əyləşib pivə içən zaman aralarında olan söhbət əsnasında onun X18 evindən pul və qızıl-zinət əşyaları oğurlamaq üçün yaşadığı evdə üzərinizdə daşıdığı bıçaqla öldürdüyü deməsi barədə yalan məzmunda ifadə vermiş, belə ki, o, iş üzrə verdiyi ifadələrində göstərdiyi şəraitdə məhz Şəhriyatla birlikdə Nadejda Nəzərlini qəsdən öldürmüş, aralarında keçirilən üzləşdirmə zamanı da həqiqətləri Şəhriyatın üzünə qarşı bildirmiş, Nadejdanı öldürməyi də məhz Şəhriyatla birlikdə əvvəlcədən planlaşdırmışdır. Hadisə vaxtı Şəhriyat Nadejdanı tutub saxladığından Nadejda onlara qarşı hər hansı müqavimət göstərə bilməmiş, buna görə də hadisə zamanı nə o, nə də Şəhriyat xəsarət almamış, xəsarət almadıqlarından da hadisə yerində qan izləri qalmamış, eləcə də Nadejdanın evində axtarış edən zaman əlcək taxdıqlarından axtarış etdikləri yerlərdə əl izləri qalmamış, bildiyi qədəri ilə Şəhriyat hər hansı bir psixi və ya psixoloji xəstəlikdən əziyyət çəkməmiş, Şəhriyatla birlikdə Nəzərli Nadejdanı öldürmələrini heç kim görməmiş, heroin (kakos) adlanan narkotik vasitəni istifadə etmiş, narkotik vasitənin satışını isə həyata keçirməmiş, narkotik vasitəni tanımadığı adamlardan satın almış, narkotik vasitəni satın aldığı pulu isə fəhləlik etməklə qazanmış, narkotik vasitəni istifadə etməsi ilə bağlı müalicə almamış, hər hansı psixi və ya psixoloji xəstəlikdən əziyyət çəkmir, törətdiyi hadisə zamanı Nadejda Nəzərlinin boğaz nahiyəsinə doğru zərbələr vuran zaman ona möhkəm fiziki ağrılar yetirməklə əzab verdiyini dərk etmiş, lakin Nadejdanın əzab çəkməməsi, eləcə də cinayətini tez zamanda başa vurmaq üçün onun tez bir şəkildə ölməsini arzu etmiş, X26 Federasiyasının Moskva şəhərində yaşayan bir oğlunun olmasını eşitmiş, ancaq həmin şəxsin adını bilmir və hər hansı tanışlığı olmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-in 120.2.1, 120.2.4, 120.2.5, 120.2.6, 120.2.9 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 2020-ci ilin iyun ayının 27-i axşamtərəfi siqaret almaq üçün mağazaya getmiş, evə qayıtdıqda blokda 2 nəfər polis görmüşdür. O, evinin qapısına yaxınlaşdıqda polislərdən biri ona yaxınlaşmış qolundan tutmuş və Qirinin o olubolmadığını soruşmuş, o, isə buna cavab olaraq Qirin olduğunu demişdir.Onlar onun başına kisə taxmiş, onu əvvəl avtomobilə, sonra isə Gəncədə yerləşən narkomaniyaya aparmışlar. Onlar Gəncədə mərkəzdə «Asan» Xidmətin yanında qalmışlar. Həmin gün polislər qonşuluqda kimin evində kamera varsa o evlərə yaxınlaşmış, dünən bu ərazidə cinayət hadisəsi baş verdiyi üçün kameralara baxacaqlarını demişlər. Onu necə tutub aparmışlar ki,həmin kameraların görüntülərdə olmamışdır. Həmin gün qonşulardan biri gəlib anasına onu başa düşdüyünü amma heç yerə şikayət edə bilməyəcəyini bildirmiş, onun da övladı olduğunu, ovladının narkotiklə şərlənib aparcaqlarından qorxduğunu demişdir. Onu əvvəl narkomaniyaya aparmışlar, iyun ayı olduğundan onun əynində şortik olmuşdur. Polis əməkdəşları 2-3 maşın adam gəlmişlər. Həmin vaxt onun ağzında həm maska olduğundaq, həm də əlləri ilə başını aşağı əydiklərindən və əli burnuna dirəndiyi üçün nəfəs ala bilməmişdir. O həmin şəxslərə «nəfəs ala bilmirəm və mən sizə heç nə etmirəm axı mənə niyə belə edirsiniz? demişdir.Onu aparmışlar, yerə yıxmışlar, işgəncələr vermişlər, heç birinin üzünü görə bilməmiş, çünki hamisi maskada olmuşlar. Ona orada o qədər işgəncələr vermişlər ki, o, özündən getmişdir. Onlar isə elə bilmişlər ki, o, yalandan edir.O özündən getdiyindən sinəsinə çay tökmüşlər və nə artistlik edirsən demişlər. Üzərinə tökülən çayın yanıq izi hələdə bədənində qalmışdır.Həmin yanıq izini Bakıda prokurorluqda və Kürdəxanı türməsində də göstərmiş amma heç kəsə heç nə sübüt edə bilməmişdir. Onu döyüb işgəncələr verəndən sonra onun başından kisəni çıxarmışlar. O, siz kimsiniz onlara sual vermiş , mən nə etmişəm? Məni bura niyə gətirmisiniz?deyə soruşmuşdur.Onlar ona bunu götür bu sənindir demişlər ki. Bu nədir deyə sual vermiş, ona cavab olaraq demişlər ki, bu narkotikdir.O, buna cavabında bunu heç vaxt görmədiyini və narkotik tanımadığını və heç vaxt istifadə etmədiyini demişdir. Həmin vaxt ona demişlər ki, sən bilirsən biz kimik? Bakıdan onun arxasınca gəldiklərini bildirib yenidən döyə-döyə avtomobilə mindirib onun yanında əyləşib danış səni biraz tanıyaq nətər oğlansan demişlər.Üzlərində maska olduğundan həmin şəxsələrin üzlərini tam görə bilməmiş amma danışıqlarından güman etmişdir ki, Naxçıvanlıdılar və onlara demişdir ki, mən sizin torpaqda xidmət edib, sizi qorumuşam, siz isə burda məni şərləyirsiz deyib, onun ahının yerdə qalmayacağını bildirmişdir.Onu apradıqları avtomobil yolda qəzaya düşmüş, onu avtomobildən düşürüb üzünə şillə vurub özündəsən? demişlər. Həmin polislərə zəng gəlmiş o usagı bura salamat çatdırın deyilmişdir. Polislər də demişlər ki, sən bayaqdan qarğış tökürsən sən Vanqanın nəvəsisən?O da cavabında, onun qarğış tökməyi ilə deyil göydə allah var demişdir .Daha sonra onu banditizmə aparmışlar və orda ona bildirmişlər ki, sən neçə il bundan əvvəl adam öldürmüsən. O, isə öldürmədiyini demişdir. Bir nəfər tanımadığı şəxs ondan soruşmuşdur ki, səni bura gətirəndə döyüblər? Cavab olaraq bəli demişdir. Daha sonra onu Binəqədi rayon Polis Şöbəsinə aparmışlar və orada onu dəhşətli dərəcədə döymüşlər. Orada onu Seymurla üzləşdirmişlər və o, heç kəsi öldürmədiyini bildirimişdir. Üzləşmədən sonra onu yenə döymüşlər və üzərindəki paltarları cırıq-cırıq etmişlər. Məhkəmədə Azərbaycan Respublikasının CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər istintaqda verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan) Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-in 120.2.1, 120.2.4, 120.2.5, 120.2.6, 120.2.9 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, xx.xx.2008-ci il tarixdə X11 ünvan 10 ünvanında yerləşən evində Təqsirləndirilən şəxs1 ilə birlikdə qəsdən öldürdüyünü bildirib, o cümlədən iştirakı ilə keçirilmiş istintaq eksperimenti zamanı həmin cinayətin baş vermə şəraitini göstərsə də, o, X11 öldürməmiş və həmin cinayətin törədilməsində hər hansı formada iştirak etməmiş, o, Nadejda Nəzərlinin öldürülməsi ilə bağlı hadisədən 1-2 gün sonra həmin ərəfədə işlədiyi Gəncə şəhər Rus Pravoslav kilsəsinə ibadət üçün gələn kim olduqlarını unutduğu şəxslərin danışığından, eləcə də həmin hadisə ilə bağlı televiziyada göstərilmiş sujetdən məlumatı olmuşdur. O, qeyd etdiyi kilsəyə yalnız həftənin şənbə və bazar günləri, o cümlədən xristian dinin bayramlarında keçirilən ayinlər zamanı getmiş, kilsədə səhər ayini vaxtı 08:00-dən saat 11 və ya 12:00-dək, axşam ayini isə saat 16:00dan saat 19:30-20:00-dək olmuş, kilsədə olduğu müddətdə o, dini mahnılar oxumaqdan əlavə, bəzi hallarda kilsədə bağban işlərini görmüş, ehtiyac yarandıqda könüllü şəkildə kilsədə görüləsi digər işlərə köməklik etmiş, uşaq yaşlarından Təqsirləndirilən şəxs1 yaxın dostluq münasibətlərində olduğundan Seymur 2008-ci il də daxil olmaqla çox hallarda onunla birlikdə işlədiyi Gəncə şəhər Rus Pravoslav kilsəsinə gedərək əsasən kilsənin həyətində onun kilsədə işinin, yəni ayininin bitməsini gözləmişdir. Tarixini dəqiq unutsa da kilsədən əlavə o, 2008-ci il ərzində Gəncə şəhərində “varlılar məhəlləsi” adlanan yerdə yerləşən “Avia zavod”un müdiri Leonid Melnikin evində qardaşı Ruslanın yanında bağban köməkçisi kimi də işləmiş, buna görə də xatırlamadığı məbləğdə məvacib almış, Nadejda Nəzərli yaşadığı evdə qəsdən öldürüldükdən təxminən 1-2 gün sonra, yəni təxminən ya 14, ya da 15 may 2008-ci il tarixdə axşam saatlarında Seymurla birlikdə Gəncə şəhəri Sabir küçəsində yerləşən adətən əyləşdikləri “Orucun çayçısı” kimi tanıdıqları spirtli içkilərin də servis edildiyi çay evində əyləşib pivə içən zaman aralarında olan söhbət əsnasında Seymur ona bir sirrini demək istədiyini bildirib evindən pul və qızıl-zinət əşyaları oğurlamaq üçün Nadejda Nəzərlini yaşadığı evdə üzərində daşıdığı bıçaqla öldürdüyünü, lakin Nadejdanı öldürdükdən sonra evdə axtarış etsə də heç nə tapa bilmədiyini demiş, həmin vaxt Seymur ona Nadejdanı qəsdən öldürdüyünü desə də, o, Seymurun dediklərinə inana bilməmiş, o cümlədən aralarında olan söhbət zamanı Seymur ona Nadejdanı konkret olaraq hansı şəraitdə öldürdüyünü desə də, həmin vaxtdan uzun müddət keçdiyindən Seymurun ona həmin cinayəti hansı şəraitdə törətdiyi barədə dediklərini xatırlaya bilməmiş, yalnız Seymurun ona Nadejdanı heç kimin iştirakı olmadan tək halda öldürdüyünü deməsini xatırlamış, aralarında olan bu danışıq zamanı Seymur ona Nadejdanı qəsdən öldürməsi ilə bağlı dedikləri barədə heç kimə, heç nə danışmamasını dediyindən o, həmin hadisə ilə bağlı heç kimə, habelə hüquqmühafizə orqanlarına hər hansı məlumat verməmiş, bundan başqa o, heç vaxt narkotik vasitə, psixotrop maddə, eləcə də digər bihuşedici maddə istifadə etməmiş, eləcə də həmin maddələri əldə edib satmamışdır. İstintaq zamanı Təqsirləndirilən şəxs1lə arasında keçirilmiş üzləşdirmə zamanı Seymur guya onunla cinayət törədilməsində, yəni Nadejda Nəzərlini öldürülməsində iştirakına dair yalan məzmunda ifadə vermiş, Seymur bilmədiyi səbəbdən özünün törətdiyi qəsdən adam öldürmə cinayətində onun da iştirak etdiyini göstərməklə onun da cinayət məsuliyyətinə cəlb olunmasına nail olmağa çalışdığını düşünmüş, Seymurla arasında ədavət, düşmənçilik və ya digər hər hansı problem olmasa da, hansı səbəbdən Seymurun bu məzmunda yalan ifadə verərək onu cinayət törətməkdə günahlandırmasını izah edə bilməmişdir. 2008-ci il də daxil olmaqla çox hallarda Seymur onunla birlikdə işlədiyi Gəncə şəhər Rus Pravoslav kilsəsinə gəldiyi müddətlərdə Seymur adətən diqqətini cəlb edən şəxslər barədə ona suallar verib həmin şəxslərin kim olmasını soruşmuş, X19 da adətən xristian dinin bayram günlərində hər ay ərzində təxminən 2-3 dəfə olmaqla ibadət üçün, eləcə də az təminatlı adamlara ərzaq payı vermək üçün Gəncə şəhər Rus Pravoslav kilsəsinə gəlmiş, təxminən aprel ayının sonlarında və ya təxminən 2008-ci ilin may ayının əvvələrində Nadejda Nəzərli ya “Pasxa” bayramı, ya da ibadət üçün kilsəyə gələn zaman Seymur onu kilsədə görüb ondan Nadejdanın kim olması barədə maraqlanmış, xatırladığı qədəri ilə Nadejdanın kilsəyə gələn digər şəxslərlə kobud formada danışması, eləcə də digərlərinə nisbətən bahalı geyimlər geyinməsi və qızıl-zinət əşyaları taxması Seymurun diqqətini çəkmiş, Nadejdanı uzun illərdir işlədiyi kilsədə görüb tanıdığından və haqqında məlumatları bildiyindən Seymura Nadejdanın rus milliyətindən olmaqla subay olduğunu, Gəncə şəhərində tək yaşadığını və Gəncə şəhərində Rus icmasınının sədrinin köməkçisi vəzifəsində işlədiyini, çox yaxşı maddi imkanının olduğunu demiş, lakin uzun müddət keçdiyindən Seymura Nadejdanın yaşadığı yer barədə məlumat verib-vermədiyini xatırlamamış, Seymurun hadisədən əvvəl Nadejdanın yaşadığı evin yerini necə müəyyən etməsini dəqiq bilməmiş, aralarında olan danışıq zamanı Seymur ona məlumat vermədiyindən hadisədən əvvəl X20 evinə hansı yolla daxil olması barədə heç nə bilməmişdir. İstintaq zamanı şahid və təqsirləndirilən şəxs qismində ifadələrində, o cümlədən ifadələri yerində yoxlanılan zaman Təqsirləndirilən şəxs1lə birlikdə əvvəlcədən planlaşdırmaqla Nadejda Nəzərlini xx.xx.2008-ci il tarixdə qəsdən öldürməsinə dair göstərdiklərinin, yəni guya Seymurla birlikdə həmin cinayəti əvvəlcədən planlaşdırmaqları, birlikdə xx.xx.2008-ci il tarixdə onun yalanına əsasən Nadejdanı aldadıb evinə daxil olmaqları, habelə Nadejdanın evində onu tutub saxlayaraq müqavimətini qırması, həmin an isə Seymurun üzərində olan bıçaqla Nadejdanın boğaz nahiyəsində vurub onu qəsdən öldürməsinə dair göstərdiklərinin hamısı özünün uydurmalarımdan ibarət olmuş, həmin istintaq hərəkətləri zamanı göstərdiklərinin heç biri əslində baş verməmiş, videoçəkiliş aparılmaqla iştirakı ilə keçirilmiş istintaq eksperimenti zamanı əslində törətmədiyi cinayətin şəraitini istintaq hərəkətinin gedişi zamanı bacardığı qədər istintaq hərəkətinin digər iştirakçısı Təqsirləndirilən şəxs1 göstərdiklərinə uyğun hərəkət edərək fikirlərini eşidib yalandan cinayəti Seymurun göstərdiyi şəraitdə törətdiyini nümayiş etdirməklə bildirmiş, Nadejda Nəzərlini qəsdən öldürməsi ilə bağlı ifadə verməsi üçün heç kim ona qarşı psixi və ya fiziki zor tətbiq etməmiş, lakin o, istintaq zamanı ona verilən suallardan Seymurun ifadəsində Nadejda Nəzərlini onunla birlikdə qəsdən öldürdüyünü göstərdiyini öyrəndiyindən, öz-özlüyündə heç bir əsas olmadan əgər həmin məzmunda ifadə vermədiyi halda psixi və ya fiziki zora məruz qalacağını düşünərək istintaq zamanı guya Nadejda Nəzərlini qəsdən öldürdüyünü göstərmişdir. Əvvəlki ifadələrində istintaq materiallarına uyğun olaraq Nadejda Nəzərlinin hadisə zamanı məhz boğaz nahiyəsindən xəsarət almasını da özündən uyduraraq göstərmiş, əvvəlki ifadələrində guya X35 Salayevlə birlikdə öldürməsinə dair göstərdikləri ilə həmin xüsusatlar üzrə Təqsirləndirilən şəxs1 ifadələrində göstəriklərinin eynilik təşkil edib-etməməsini bilməmiş, əgər belə bir hal olmuşdursa, bunun necə yaranmasını izah edə bilmir. Heç vaxt X36 şəhəri, Həsənli qardaşları küçəsi 6 ünvanında yerləşən evində onun həmin evdə qəsdən öldürülməsindən əvvəlki tarixlərdə, yaxud sonradan olmamış, yalnız istintaq zamanı ifadəsi yerində yoxlanılarkən hazırda diş klinikasına çevrilmiş həmin evə daxil olmuş, ifadəsi yerində yoxlanılarkən həmin evin istintaq hərəkətinin aparıldığı vaxtdakı ilə 2008-ci il tarixdəki xarici görünüşündəki dəyişiklikləri bir neçə dəfə 2008-ci ildə təsadüfən həmin evin qarşısından keçən zaman baxıb xatirində saxladığına əsasən göstərmiş, lakin həmin evin daxili quruluşundakı dəyişikləri, eləcə də 2008-ci il tarixdə hadisənin baş verdiyi otaqda və evin digər yerlərində dəqiqliklə hansı əşyaların yerləşməsini hansı şəkildə göstərməsini izah edə bilmir və bu xüsusat üzrə əlavə heç nə demək istəmir. Əvvəlki ifadələrində guya Təqsirləndirilən şəxs1lə birlikdə Nadejda Nəzərlini qəsdən öldürdükdən sonra düşdüyü psixoloji durumu, həmin otaqdakı şkafda hansı əşyların hansı hissədə yerləşməsi və sair bu kimi xüsusatları da uydurmaqla göstərmiş, bu xüsusatları başqa cür izah edə bilməmiş, Nadejda Nəzərlinin qəsdən öldürülməsi tarixi ərəfəsində Təqsirləndirilən şəxs1 üzərində dəstəyi qəhvəyi rəngli olan və tiyə hissəsinin bir tərəfi mişarvari digər tərəfi kəsici olan açılıb-qatlanan tipli cib bıçağının olmasını görmüş, ona görə də əvvəlki ifadələrində Seymurun Nadejdanı məhz həmin bıçaqla öldürdüyünü göstərmiş, ancaq mən dəqiqliklə Seymurun Nadejdanı məhz hansı bıçaqla qətlə yetirdiyini bilməmişdir. Əvvələr aralarında sevgi münasibətləri olmuş Könül Kərimovanı sevdiyindən anası Qalina ona elçi getdikdən sonrakı tarixlərdə, əsasən də təxminən 2008-ci ilin may ayının əvvəllərində aralarında olan mobil telefon danışıqları və sms yazışmaları zamanı Könülə işlərinin tezliklə düzələcəyi, maddi imkanının yaxşılaşacağı, maddi imkanı yaxşılaşdıqdan sonra isə ona yenidən elçi göndərəcəyini, onunla evlənəcəyini demiş, belə ki, həmin ərəfədə özünə yüksək maaşlı iş axtarmış, həmin işi tapacağına ümid etdiyindən Könülə də bu barədə bildirmişdir. İfadəsi yerində yoxlanılarkən Təqsirləndirilən şəxs1lə birlikdə Nadejda Nəzərlini yaşadığı evdə qəsdən öldürdükdən sonra onun evindən ayrılıb yaşadığı ünvana gedərkən ara küçələrlə aşağıya doğru qurulmuş pilləkənlərə fikir vermədiyindən yıxılaraq ayağınının daşa dəyib zədə almasını da uydurmuş, həqiqətdə belə hadisə olmamış, ola bilsin 2008-ci ilin may ayının əvvəllərində hansısa şəraitdə ayağından xəsarət alıb həmin ərəfədə aralarında olan telefon danışıqları zamanı bu barədə Könül Kərimovaya məlumat vermiş, buna görə Könül xx.xx.2008-ci il tarixdə saat 01:02:19-da istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə “Canim gozume yuxu girmir elece seni fikirlesirem seni dusunurem necesen eyaqin necedir cox aqrimirki varsa mene 100 kontur yola” məzmunlu sms mətni göndərmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində müdafiəçinin iştirakı ilə istintaqa verdiyi ifadələrində Nəzərli Nadejdanın ölümü ilə bağlı törətmiş olduğu cinayət əməlini etiraf edərək ifadəsində göstərmişdir ki, uşaqlıq yaşlarından etibarən ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanındakı evdə yaşamış, anası Qirina Qalina rus milliyətindən olduğundan o və qardaşı Ruslan anası kimi xristian dininə etiqad etmiş, dini inancı ilə bağlı uşaq yaşlarından etibarən mütəmadi olaraq Gəncə şəhərində, Gəncə Şəhər Baş polis idarəsinin yaxınlığında yerləşən “Gəncə şəhər Rus Pravoslav” kilsəsinə gedərək orada ibadət etmiş, tarixini dəqiq unutsa da təxminən 13-14 yaşlarından etibarən 2013-cü ilədək həmin kilsədə keşişin köməkçisi, yəni buyruqlarını yerinə yetirən şəxs kimi işləmiş, bununla bağlı keşişdən aylıq 95 manat məvacib almış, dostları və yaxınları onu adətən “Saşa” deyə çağırmışlar. Gəncə şəhərində yaşayan Təqsirləndirilən şəxs1 uşaq yaşlarından tanımış, Seymurla Gəncə şəhərində eyni məhəllədə yaşamış və onunla yaxın dostluq münasibətlərində olmuş, bəzi hallarda Seymur da onunla birlikdə kilsəyə gedərək orada onun ibadətinin bitməsini gözləmişdir. Təxminən 2008-ci ilin may ayının əvvələrində günorta saatlarında Seymurla birlikdə “Gəncə şəhər Rus pravoslav” kilsəsində olduğu zaman Seymur kilsədə olan Nəzərli Nadejda adlı qadını göstərib kim olduğunu soruşmuş, o, Nəzərli Nadejdanı təxminən 13- 14 yaşından etibarən, ibadət üçün, əsasən də dini bayramlarda qeyd etdiyi kilsəyə gəlibgetdiyi vaxtlardan tanısa da Nadejda ilə hər hansı münasibəti olmamış, Nadejda onu kilsədə keşişin köməkçisi kimi “Saşa” adı ilə tanımış, o, Nadejdanın rus milliyətli subay qadın olduğunu, Gəncə şəhərində Rus icmasınının sədrinin köməkçisi işlədiyini, çox yaxşı maddi imkanının olduğunu, Gəncə şəhər prokurorluğunun inzibati binasının yaxınlığında iki mərtəbəli bina tipli evdə tək yaşadığını, Paska bayramında kasıb rus ailələrinə ərzaq yardımı etdiyini bilmiş, Seymur da ondan Nadejda barədə soruşduqda Seymura Nadejda haqqında bildiklərini danışmış, daha sonra həmin tarixdə Seymurla aralarında Nadejda ilə bağlı digər hər hansı məzmunda söhbət olmamış, 12 may 2008-ci il tarixdə saat 12 radələrində Seymurla Gəncə şəhərində yaşadıqları binanın qarşısında görüşmüş, o, həmin tarixdə “Bakcell” mobil operatoruna məxsus ***-***-**-** saylı mobil nömrəni istifadə etmiş, Seymurla eyni ərazidə yaşadıqlarından adətən bir biriləri ilə məhlədə görüşmüş, göstərdiyi tarixdə Seymurla yaşadıqları binanın qarşısında görüşdükdən sonra onlar çay içmək üçün avtobusla Gəncə şəhərində Sabir küçəsində yerləşən çayçıya getmiş, orada söhbət edən zaman Seymur ona “mən Nadejdanın evinə girib oğurluq etmək istəyirəm” deyə bildirmiş, o, isə Seymura “mən də elə həmin fikirdəyəm” deyə cavab vermiş, Seymura “mən də elə həmin fikirdəyəm” sözünü desə də, xatırladığı qədəri ilə o, yalnız Seymur ona Nadejdanın evinə girib oğurluq etmək barədə fikrini deyən zaman həmin qərara gəlmiş, maddi sıxıntıları çox olduğundan Seymurun təklifi ilə tərəddüt etmədən razılaşmış, daha sonra Seymur ona “elə bir şərait yarada bilərsən ki, Nadejdanın evinə daxil olaq?” deyə sual vermiş, Seymura “yarada bilərəm, mən onun evinə girməyə bir yol tapacam” deyə cavab vermiş, belə ki, bir qədər fikirləşib Nadejdanın evinə girməyin yolunu tapacağını düşünmüş, sonra onlar növbəti gün, yəni 13 may 2008-ci il tarixdə saat 12-də yaşadıqları binanın qarşısında görüşüb Nəzərli Nadejdanın evinə gedərək evə daxil olub oradan pul və qızıl zinət əşyaları oğurlamağı qərarlaşdırmış, həmin vaxt hələ də Nadejdanın evinə hansı yolla daxil olacaqlarını planlaşdırmamış, növbəti gün, yəni 13 may 2008-ci il tarixdə saat 12 radələrində o, yaşadığı binanın qarşısında Seymurla görüşmüş, həmin vaxt o, Seymura “mən elə edəcəm ki, biz birlikdə Nadejdanın evinə daxil olacağıq” deyə bildirmiş, Seymur ondan bunu necə edəcəklərini soruşduqda “sən narahat olma, mən bir yolunu tapacam, mənim 2 saatlıq işim var, gedim qayıdım həll edəcəyik, 2 saatdan sonra küçənin başına çıxarsan” deyə cavab verərək yanından ayrılmış, həmin vaxt Nadejdanın evinə ona bir yalan danışaraq girməyi planlamış, lakin hələ də dəqiqliklə Nadejdaya hansı məzmunda yalan danışıb Seymurla birlikdə onun evinə daxil olacağını fikirləşməmiş, həmin vaxt Seymura 2 saatlıq işinin olduğunu dediyini xatırlasa da Seymurun yanından ayrılıb hansı işlə məşğul olduğunu uzun müddət keçdiyindən xatırlamamış, Seymurla görüşlərindən 2 saat sonra təxminən saat 14 radələrində yaşadığı binanın yerləşdiyi küçənin başlanğıc hissəsinə gəlib Seymurla görüşmüş, sonra onun təklifi ilə birlikdə çay içmək üçün Gəncə şəhərində Sabir küçəsində yerləşən çayçıya getmiş, orada Seymura Nadejdanın yaşadığı ev barədə məlumat verib həmin evin Gəncə şəhər prokurorluğunun inzibati binasının yaxınlığında iki mərtəbəli bina tipli ev olduğunu, evin pəncərələrinin “reşotka”lar (dəmir barmaqlıq) ilə bağlandığını, Nadejdanın da tanımadığı insanlara qapını açmadığını demiş, bu sözləri dedikdə Seymur evin prokurorluğun binasının yaxınlığında olduğu üçün evin qapısını və ya pəncərə dəmirlərini qırıb evə girə bilməyəcəklərini demiş, Seymura “gedək Nadejdanın evinə, orada qapının ağzında Nadejdaya yalandan deyəcəm ki, guya bir nəfər tək yaşayan yaşlı rus qadın var, guya həmin qadının çoxlu qızılı var və həmin qadın evdə tək yaşadığı üçün kiminsə onun evinə daxil olub oğurluq etməsindən qorxur, guya o qadın həmin qızılları haradasa saxlamaqda köməklik istəyib, mən Nadejdaya bu sözləri deyəndən sonra o, söhbəti davam etmək üçün bizi evə buraxacaq, bu yolla biz onun evinə girə bilərik” deyə bildirmiş, belə ki, o, Nadejdanın kimsəsiz rus milliyətindən olan şəxsləri rus cəmiyətinin üzvlüyünə qəbul edərək onlara köməklik etdiyini,Nadejdaya həmin sözləri deyərsə qadınla maraqlanmaq istəyəcəyini düşünmüş, Seymur onun təklifi ilə razılaşdıqdan sonra o, Seymurdan “bəs biz Nadejdanın evinə daxil olduqdan sonra onun evində necə oğurluq edib, sonra da evdən necə çıxacayıq?” deyə soruşmuş, Seymur ona evə daxil olduqdan sonra əvvəlcə Nadejdanı öldürüb, sonra evdə olan pul və qızıl zinət əşyalarını axtarıb tapıb götürdükdən sonra evdən çıxmağı təklif etmiş, Seymurun təklifinə etiraz etmədən razılaşıb ondan “bəs Nadejdanı kim öldürəcək?” deyə soruşmuş, Seymur isə ona “sən Nadejdanı tutarsan hərəkətsiz qalsın, əsas da ağzından tutarsan ki, qışqıra bilməsin, mən də özümlə bıçaq götürmüşəm, həmin bıçaqla onu vurub öldürəcəm” deyə bildirmiş, həmçinin Seymur cibində saxladığı açılıb-bağlanan tipli düymli cib bıçağını ona göstərmiş, o, da Seymurun bu təklifi ilə razılaşmış, belə ki, həmin ərəfədə maddi çətinlikləri olmuş, yaşadıqları evdə şəraitləri yaxşı olmadığından kirayədə yaşamaq istəmiş, həm də tezliklə ailə həyatı qurmaq istəmiş, lakin heç vaxt bu istədiklərini etməyə maddi imkanının olmayacağını düşünmüş, məhz bunlara görə də Seymurla birlikdə Nadejdanı öldürüb sonra evindən oğurluq etməyi qərarlaşdırmış və Seymurla həmin cinayti planlaşdırmışdır. Bu məzmunda söhbətləri təxminən 30-40 dəqiqə çəkmiş, həmin ərəfədə hər biri 2-3 bakal pivə içib hava qaraldıqdan sonra çayçıdan ayrılaraq piyada şəkildə təxminən 500 metr aralıda yerləşən Nadejdanın yaşadığı evin yaxınlığına getmiş, uzun müddət keçdiyindən həmin tarixdə özünün, eləcə də Seymurun əynində hansı geyim əşyalarının olduğunu xatırlamamış, lakin kasıb olduğundan həmin ərəfədə çox az sayda geyimləri olmuş, o, adətən ya tünd göy rəngli cins şalvar, qara və ya boz rəngli “kofta” (t-şirt), ya da alt və üst hissəsi qara rəngli olmaqla rəngli “spartivni” (idman geyimi) geyinmiş, klasik ayaqqabı geyinmədiyindən adətən ya ağ, ya da qara rəngli “krasovka” (idman ayaqqabısı) geyinmiş, ola bilsin hadisə günü də əynində həmin geyimlərdən biri olmuş, Nadejdanın yaşadığı evin yaxınlığına çatdıqda onlar əvvəlcə evin kənardan müşahidəsini aparıb həm ətrafda kiminsə olub-olmadığına diqqət etmiş, həm də evdə kənar şəxslərin olub-olmadığını müəyyən etməyə çalışmış. Müşahidə zamanı evin ikinci mərtəbəsinin həyətə baxan pəncərəsindən işığın yanmasını görüb Nadejdanın evdə olmasından əmin olmuş, müşahidə apardıqdan sonra ətrafda kənar şəxslərin olmadığına və onları heç kimin görməyəcəyinə əmin olub birlikdə Nadejdanın evinə daxil olmağı qərarlaşdırmış, Nadejdanın evi kürsülü iki mətəbəli, həyətyanı sahəsi olmayan bina tipli idi, giriş qapısı tünd qəhvəyi olmaqla iki taylı idi, giriş qapısından təxminən 4-5 metr sağda qaraj yerləşmiş, birlikdə Nadejdanın evinin giriş qapısına tərəf getdikdə Seymur qarajın olduğu yerdə dayanmış, o, isə evin giriş qapısına yaxınlaşıb qapı ilə üzbəüz durduqda sol divarda olan zəngi basmış, zəngi basdıqda səhv etmirsə domofonla Nadejda rus dilində “eşidirəm” sözünü demiş, Nadejdaya rus dilində “mənəm Saşa” deyə bildirmiş, Nadejda “hansı Saşa?” deyə sual verib cavab gözləmədən evin ikinci mərtəbəsindən həyətə baxan “reşotka”lı pəncərəni açmış,o, pəncərəyə yaxınlaşdıqda Nadejda onu görüb tanımış, həmin vaxt Nadejdaya yalandan bir nəfər tək yaşayan yaşlı rus qadını tanıdığını, həmin qadının çoxlu qızılı olduğunu və həmin qadının evdə tək yaşadığı üçün kiminsə onun evinə daxil olub oğurluq etməsindən qorxduğunu və həmin qadının həmin qızılları haradasa saxlamaqda köməklik istədiyini demiş, Nadejda əvvəlcə Seymuru göstərib onun kim olduğunu soruşmuş, Nadejdaya Seymurun dostu olduğunu dedikdə Nadejda ondan “o qadı kimdiki elə? Mən elə insanı rus ola-ola tanımıram Gəncə şəhərində” soruşmuş, Nadejdaya xatırlaya bilmədiyi hansısa ad rus adı deyib soyadını isə bilmədiyini bildirdikdə Nadejda “bu sözlər küçədə danışılası söhbət deyil, gəlin evə” deyə bildirmiş, həmin vaxt saatın neçə olduğunu bilməsə də, hava artıq qaralmağa başlamış, bundan sonra Seymura “gəl gedək evə” deyə bildirmiş və Nadejda içəridən domofonla düyməni basaraq qapını açdıqda Seymurla birlikdə evə daxil olmuşdur. Qapı açılan kimi ikinci mərtəbəyə qalxmaq üçün qarşıya taxta pilləkənlar çıxmış, qapı açıldıqda və onlar içəri daxil olduqdan sonra ayaqqabılarını çıxarıb yuxarı pilləkənlə qalxanda Nadejda onları ikinci mərtəbədə pilləkənin baş tərəfində qarşılamış, onlar pilləkənlə ikinci mərtəbəyə qalxdıqdan sonra sağda yerləşən otağa keçmiş, həmin otağın döşəməsi qəhvəyi taxta materialdan olmaqla üzərində xalça olmuş, otağa daxil olduqda sağ küncdə 1 ədəd divan, qarşıda nisbətən sağda 1 ədəd boz rəngli televizor, orta hissədə qəhvəyi rəngli və üzərində 1 ədəd mətbəx bıçağı olan jurnal masası, giriş qapısından solda isə 1 ədəd paltar şkafı olmuş, həmin otağa daxil olduqda Nadejda otaqda olan 2 ədəd “taburetka”nı (oturacaq) göstərib oturmaqlarını bildirmiş, sonra Nadejda divanda, onlar isə oturacaqlarda əyləşmiş, həmin vaxt Seymur Nadejda ilə üzbəüz jurnal masasının qarşısında, o, isə Seymurdan sağ hissədə əyləşmiş, uzun müddət keçdiyindən Nadejdanın əynində dəqiqliklə hansı geyimlərin olduğunu xatırlamamış, sonra o, söhbət açaraq Nadejdaya Seymuru göstərib rus dilində “dediyim arvadı bu oğlan tapıb” deyə bildirmiş, Nadejda həmin qadının kim olduğunu, harada yaşadığı soruşduqda Seymur yalandan guya həmin qadının qonşusu olduğunu demiş, lakin nədənsə Nadejda Seymurun bu sözünə inanmamış, elə bu an o, tualetə getmək istədiyindən Nadejdadan tualetdən istifadə etmək üçün icazə istəmiş, lakin Nadejda nədənsə onun bu sözünə əsəbləşib yerindən qalxaraq “yox, onsuz da gedirsiniz, gedin sabah gələrsiniz, qadınla bağlı fikrimi sizə deyəcəm” deyə bildirmiş, bundan sonra o və Seymur qalxaraq Seymur irəlidə, Nadejda onun arxası ilə, o, da Nadejdanın arxasında olmaqla otağın giriş qapısına doğru hərəkətə başlamış, 1-2 addım atdıqda o, Seymurla planlaşdırdıqları cinayəti törətmək üçün əlverişli şərait yarandığını düşünüb, dərhal hər iki əlimin ovuc hissəsi ilə arxadan Nadejdanın ağzından tutub onu özünə tərəf dartmış, bu zaman onlar otaqda olan jurnal masasına dəydiklərindən həmin masa yerə aşmış, elə bu an Seymur cibində saxladığı bıçağı çıxardıb bıçağın düyməsini basıb tiyəsini açıb, həmin bıçaqla ayaq üstə qarşısında olan Nadejdanın boğaz nahiyəsindən bir zərbə vurmuş, zərbənin təsirindən Nadejda kürəyi üstə yerə yıxılmış, həmin o, Nadejdanın bədəninin altında qalmamaq üçün arxasından çıxaraq kənara çəkilmiş, sonra isə o, bir əli ilə yerdə kürəyi üstə uzanıqlı halda olan Nadejdanın ağız nahiyəsini tutub, habelə ayaqları ilə nadejdanın ayaqlarını sıxıb saxlamış, bu vəziyətdə olduğundan Nadejda müqavimət göstərə, qışqıra, yaxud kimisə köməyə çağıra bilməmiş, elə bu zaman Seymur Nadejdanın baş nahiyəsinə yaxınlaşıb sağ dizi üstə yerə çökərək onu öldürmək məqsədi ilə yuxarıdan aşağı istiqamətdə olmaqla boğaz nahiyəsinin sağ hissəsindən bir neçə bıçaq zərbəsi vurmuş, Seymurun Nadejdaya vurduğu bıçaq zərbələrinin sayını xatırlamamış, həmin an Nadejdaya rəhm etmədiyindən cinayət əməlini dayandırmamış, belə ki, Nadejdanın kilsəyə gələn digər rus milliyətindən olan və ondan köməklik istəyən yaşlı şəxlərlə kobud danışıb onları alçatması onda Nadejdaya qarşı nifrət hissini oyatmış, vurduğu bıçaq zərbələrindən sonra Nadejda hərəkətsiz qaldıqda Seymur hərəkətini dayandırmış, Seymurun vurduğu bıçaq zərbələrinin təsirindən Nadejdanın boğaz nahiyəsində yaralar əmələ gəlmiş və həmin nahiyədən çoxlu miqdarda qan axmış, Nadejdanın öldüyündən əmin olub onu buraxıb yerdən qalxdıqda Seymur ona “mən birinci mərtəbəyə baxıram səndə bu otaqlara bax gör nə tapa bilirik” deyə bildirib yanından ayrılaraq evin ikinci mərtəbəsinə qaxldıqları pilləkənlə aşağı düşmüş, o, isə olduğu otaqdakı şkafda axtarış edib qızıl və ya pul tapmağa çalışmış, bu məqsədlə şkafdakı paltarların altına və digər yerlərə baxmış, lakin dəyərli heç nə tapa bilməmiş, təxminən 5 dəqiqə sonra Seymur yanıma gəlib heç nə tapa bilmədiyini demiş, sonra o, maddi əmlak, yəni pul və ya qızıl axtarmaq üçün Nadejdanı öldürdükləri otaqdan digər otağa keçmiş, Seymur isə ikinci mərtəbəyə qalxdıqda solda yerləşən otağa keçmiş, həmin otaqda da axtarış etsə də dəyərli heç nə tapa bilməmiş, bu an Seymur yanına gələrək getməli olduqlarını demiş, birlikdə evdən çıxıb piyada şəkildə yaşadıqları məhləyə getmiş, biz Nadejdanın evindən çıxdığı vaxt saatı bilməsə də, hava artıq tam qaralmış, yaşadıqları binanın qarşısına çatdıqda ayrılıb hər biri evlərinə getmiş, uzun müddət keçdiyindən hadisə vaxtı həm öz əynində, həm də Seymurun əynində olmuş paltarların qana bulaşıb-bulaşmadığını xatırlaya bilməmiş, ancaq xatırlayır ki, Seymurun yanından ayrıldıqdan sonra evə getməmişdən əvvəl həyətlərindəki əl-üz yuma yerində paltarlarını su ilə təmizlədikdən sonra evə getmiş, evə getdikdən sonra dərhal yerinə girib yatmışdır. Növbəti gün, yəni 14 may 2008-ci il tarixdə saat 12-13 radələrində Seymur yaşadığı evə gedib onu çölə çağırıb təklikdə onunla söhbət edərək Nadejdanı öldürən zaman istifadə etdiyi bıçağı binalarının yaxınlığında təxminən 300-500 metr aralıda keçən, həmin ərəfədə istifadə edilməyən köhnə dəmir yolu kimi tanıdıqları ərazidəki taxtadan tikilməklə 1 ədəd taxta qapısı olan, əsasən kəndlərdə olan həyət evlərindəki tualetlərə bənzəyən 1 nəfərlik ümumi tualetə atdığını, bu hadisədən heç kim məlumatının olmadığını, hadisə barədə heç kimə heç nə deməməyini, özünün də heç kimə heç nə danışmayacağını bildirmiş, o, da Seymurla razılaşaraq hadisə barədə heç kimə heç nə danışmayacağına söz vermiş, sonrakı tarixlərdə nə o, nə də Seymur hadisə barədə heç kimə məlumat verməmiş, polis əməkdaşları Nadejdanın meyitini yaşadığı evdən aşkar etdikdən sonra cinayət işi başlanılaraq istintaq aparılmış,, tarixini dəqiq unutsa da hadisədən bir neçə gün sonra Nadejdanın meyiti Gəncə şəhərində yerləşən “Rus qəbirstanlığı” adlanan ərazidə dəfn edilmiş, həmin dəfndə heç kimə şübhə yaratmamaq üçün keşişin köməkçisi kimi o, da iştirak etmiş, hətta keşişin yanında dayanmaqla onunla birlikdə dualar oxumuş, bu hadisə ilə bağlı təxminən 10 gün sonra o, Kəpəz rayon polis şöbəsinə dəvət edilmiş, orada kim olduğunu xatırlamadığı polis əməkdaşı onunla söhbət apararaq şifahi şəkildə baş vermiş hadisə ilə bağlı məlumatının olub-olmadığını soruşmuş, yalan danışaraq hadisə barədə məlumatsız olduğunu demiş, Seymur isə ümumiyyətlə istintaqa və ya polis şöbəsinə dəvət edilməmiş, sonrakı tarixlərdə isə Seymurla münasibətləri pozulduğundan demək olar ki, onunla heç vaxt əlaqə saxlamamış, hadisə vaxtı əynində olmuş paltarları bir neçə ay da geyindikdən sonra köhnəldikləri üçün məhəllələrindəki zibil qutusuna atmış, etdiyi əməldən peşmandır. Bundan başqa, təxminən 27 iyul 2021-ci il tarixdə axşam saatlarında Gəncə şəhərində yaşadığı binanın qarşısında olarkən DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 2 nəfər əməkdaşı tərəfindən saxlanılaraq üzərimə baxış keçirilməsi üçün polis əməkdaşları onu Gəncə şəhərində yerləşən polis idarələrindən birinə aparmış, həmin yerdə videoçəkiliş aparılmaqla polis əməkdaşları üzərinə baxış keçirdikdə üzərində, yəni idman şalvarımın sağ yan cibində saxladığı ayrı-ayrı 2 ədəd kiçik ölçülü şəffaf selofan paketə bükülmüş çəkisini dəqiq bilmədiyi psixotrop maddə olan “Şüşə” adlanan metamfetaminlər götürülmüş, həmin psixotrop maddələri yaşadığı binanın qarşısındakı ağaclıq ərazidəki bir ağacın gövdəsinin kənarından tapmış, tapdıqlarının psixotrop maddələr olduğunu anlayıb onları heç kimin istifadə etməməsi üçün sonradan zibilliyə atmaq məqsədi ilə götürmüş, lakin həmin psixotrop maddələri atmağa macal tapmadan göstərdiyi şəraitdə polis əməkdaşları onu saxlamışdır. Heç vaxt narkotik vasitələrdən və ya psixotrop maddələrdən istifadə etməmiş, üzərindən aşkar edilmiş psixotrop maddəni də satın almamış, istifadə də etməmiş, Daha sonra o, polis əməkdaşları tərəfində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmış və orada olduğu zaman ondan psixotrop maddəni hansı şəraitdən əldə etməsindən başqa digər hər hansı cinayətdə iştirakı olub-olmadığı soruşulmuş, o, da Seymurla birlikdə Nadejdanın öldürdüyü üçün özünə rahatlıq tapmadığından, əməlindən peşman olduğundan, hər bir halda nə vaxtsa həmin əməlinə görə də məsuliyyətə alınacağını bildiyi üçün heç kim tərəfindən heç bir fiziki və psixi təsirə məruz qalmadan adını, vəzifəsini, o cümlədən mülki geyimdə olduğu üçün rütbəsini bilmədiyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin bir nəfər əməkdaşına Nadejdanı Seymurla birlikdə hansı şəraitdə öldürdüklərini danışmışdır. Hadisə zamanı əlləri ilə Nadejdanın ağzını, sonra isə ayaqlarım ilə onun bədənini sıxıb saxladığından Nadejda onlara qarşı hər hansı müqavimət göstərə bilməmiş, buna görə də hadisə zamanı nə o, nə də Seymur xəsarət almamış, Seymurla birlikdə Nəzərli Nadejdanı öldürmələrini heç kim görməmiş, hər hansı bir psixi və ya psixoloji xəstəlikdən əziyyət çəkməmiş, Nadejdanı öldürdükdən sonra tibbi əlcək taxmasını və ya Seymura da taxması üçün əlcək verib-vermədiyini xatırlamamışdır. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X46 ifadələrində göstərmişdir ki, mərhum Nəzərli (Serqeyeva, Rudaya) Nadejda Dmitriyevna onun doğma anası olmuş, anası Nadejda 1940-cı ildə Rusiya Federasiyasının Kursk şəhərində anadan olmaqla orada yaşamış, 1962-ci ildə atası X12 evlənmiş, 9 yaşı olduqda anası Nadejda atasından boşanmış və onunla birlikdə Azərbaycana gəlmişdir.Əvvəllər onlar bir il müddətində Şəmkir şəhərində yaşamış, orada anası Nadejda restoranda ofısinat işləmişdir.1973-cü ildə onlar Gəncə şəhərinə köçmüş, anası Nadejda əvvəllər Gəncə şəhərinin mərkəzində fəaliyyət göstərən restoranda ofisiant işləmişdir.Anası 1975-ci ildə Gəncə şəhər sakini X33 ilə rəsmi nigaha daxil olmuş, Qəzənfər Nəzərli anası Nadejda ilə evlənməmişdən əvvəl evli olmaqla birinci nigahından yeddi uşağı olmuşdur. X37 Gəncə şəhər 9 saylı Texniki peşə məktəbində müəllim işləmiş, anası X24 ərə getdikdən sonra atalığı Qəzənfər onlar üçün Gəncə şəhəri, Nizami rayon məhkəməsinin yaxınlığında mənzil satın alaraq onlarla birlikdə yaşamışdır. Qəzənfər Nəzərli atalığı olmaqla ona əsl ata qayğısı göstərmiş, o, Gəncə şəhər 4 saylı orta məktəbin 8-ci sinfini bitirdikdən sonra 9 saylı Texniki peşə məktəbini bitirib suvaqçı-rəngsaz peşəsinə yiyələnmış, keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətini başa vurduqdan sonra Moskva şəhərinə gedib orada tikintidə peşəsi üzrə çalışmış, həmin vaxtdan da orada ailəsi ilə birlikdə özünə məxsus mənzildə yaşamışdır. Moskva şəhərində yaşasa da bir və ya iki ildə bir dəfə Gəncə şəhərinə gəlib, anası Nadejdaya baş çəkmiş, qalan vaxtlar isə həftədə iki dəfədən az olmayaraq ona telefonla zəng vurub hal-əhval tutmuşdur. X3 1986-cı ildə vəfat etdikdən sonra anası Nadejda Rəşid adlı taksi sürücüsü ilə münasibət qurmuş, onunla ər-arvad kimi yaşamaqla Gəncə dəmir yolu vağzalında baş xadiməçi kimi işləmişdir.2000-ci ildə anası Nadejda Gəncə şəhəri, Nizami rayon məhkəməsinin yaxınlığındakı mənzili satıb, əldə etdiyi pula ünvan 10 ünvanda yerləşən evi satın alaraq həmin evə köçmüş, sonra anası qocalığa görə təqaüdə çıxaraq Gəncə şəhərində fəaliyyət göstərən «Rus icmasında» fəaliyyət göstərməyə başlamış, anası onunla görüşəndə, eləcə də telefon danışıqlarında həyatından razılıq etmiş, heç kimin ona pis baxmadığını, xətrinə dəymədiyini demişdir. Ümumiyətlə anası Nadejda enerjili, çalışqan qadın olmuş, xasiyyətcə tünd olduğundan heç kim onun xətrinə dəyə bilməmiş, əksinə anası kimisə acılamağı bacarmışdır.2003-cü ildə anası Nadejdanın münasibətdə olduğu Rəşid adlı kişi öldüyündən anası Vaqif adlı kişi ilə ər-arvad kimi yaşamağa başlamış, Vaqif Gəncə şəhər sakini olmaqla müğənnilik etmiş, anası Nadejda da Vaqifdən razılıq etmiş, hər dəfə Gəncə şəhərinə gəldikdə Vaqif özü onu Gəncə aeroportunda qarşılayıb evlərinə gətirmişdir.Anasının yaşadığı evin qapılarının açarlarından Vaqifdə də olmuş, Vaqif istədiyi vaxt sərbəst olaraq anası Nadejdaya məxsus olan evə gedib-gəlmiş, Vaqifin ailə üzvləri-arvadı və uşaqları ilə onun və anası Nadejdanın münasibətləri mehriban olmuş, bir-birlərinin evinə gedib-gəlmişlər. O, hətta Vaqifin böyük qızının toyunda yaxından iştirak etmiş, sonradan anası Nadejdadan eşitmişdir ki, anası Nadejda Vaqifdən evin açarlarını almış, lakin anasının Vaqifdən evin açarlarını hansı səbəbdən almasını bilməmişdir.Bununla belə Vaqif anası Nadejdanın yaşadığı evə gedibgəlməkdə davam etmiş, ancaq Vaqif artıq gec-gec anasının yanma gəlmiş, sonuncu dəfə Gəncə şəhərinə, anası Nadejdaya baş çəkməyə 2007-ilin dekabr ayında gəlmiş, 2008-ci ilin yanvar ayında isə Moskva şəhərinə qayıtmışdır.Sonuncu dəfə Gəncə şəhərinə gələndə anası Nadejda Vaqifdən narazılıq etmiş, onun yalnız yeyib-yatmağa görə yanına gəldiyini, heç bir iş görmədiyini, bir daha onu evə buraxmayacağını bildirmişdir.həmin vaxtlar Gəncə şəhərində olarkən anası Nadejdanın yaşadığı evə bir nəfər azərbaycanlı kişi və onun yanında rus milliyətindən olan arvad gəlmiş, həmin vaxt ona məlum olmuşdur ki, həmin arvadla kişinin qızları onları mənzildən çıxarmaq barədə məhkəmədə iddia qaldırmış, anası Nadejda «Rus icmasının» üzvü olduğuna görə həmin şəxslərin hüquqlarını məhkəmədə müdafiə etmiş, nəticədə yerli məhkəmə həmin şəxslərin xeyrinə qərar çıxarmış, anasının deməsinə görə həmin kişi ilə arvadın qızı çox hiyləgər qadın olmuşdur.Ona məlum idi ki, anası «Rus icmasının» fəal üzvülərindən olmaqla imkansız rus milliyətindən olan ailələrə yardımın bölünməsini və paylanmasını, heç kimi olmayan vəfat etmiş şəxslərin dəfnini, yas mərasimlərinin keçirilməsini təşkil etmişdir. X27 heç vaxt kiminsə ona hədə qorxu-gəlməsini, onu öldürmək istəməsini, yaxud izlənməsi barədə bir soz deməmişdir. 14 may 2008-ci il tarixdə saat 11 radələrində Gəncə şəhərindəki «Rus icmasının» sədri Şahid2 Moskva şəhərinə, onun mobil telefonuna zəng vuraraq anası Nadejdanın yaşadığı evdə öldürülməsi barədə məlumat vermişdir.X21 kim tərəfindən qətlə yetirilməsi barədə məlumatı olmamış, eləcə də həmin cinayəti törətməkdə şübhələndiyi şəxslər olmamışdır. Anası Nadejdanın heç kimlə düşmənçilik münasibəti olmasa da, X37 vəfat etdikdən sonra onun Çingiz adlı oğlu bir neçə dəfə anası hələ Gəncə şəhəri, Nizami rayon məhkəməsinin yaxınlığında yaşadığı mənzilə gəlib, həmin mənzilin bölüşdürülməsini tələb edərək onunla mübahisə etmişdir.Anası X6 iki ədəd qızıl metaldan zəncir boyunbağısı, 5-6 ədəd briliant qaşları olan bir ədəd qızıl üzüyü, bir cüt briliant qaşlı qızıl metaldan sırğaları olmuş, həmin əşyaları anası şabalıdı və tünd qırmızı rəngli, altı künclü-romb şkilli metal mücrüdə saxlamış, həmin mücrünü isə anası evin üst mərtəbəsindəki vanna otağının qarşısındakı otaqda olan qaz sobasında gizlətmişdir.Bundan başqa həmin yerdə anası orada özünə məxsus pulu da gizlətmişdir. 2007-ci ilin dekabr ayında Gəncə şəhərinə, anası Nadejdaya baş çəkməyə gələndə anası ona həmin qaz sobasını və otaqda divarda düzəldilmiş istifadə olunmayan əl-üz yuyanı göstərib ona məxsus pulların və qızıl zinət əşyalarının ya sobada, yada ki, əl-üz yuyanın altında gizlədəcəyini bildirmiş, həmin vaxt anası Nadejda özünə məxsus pullar və qeyd etdiyi qızıl-zinət əşyaları mücrüdə sobanın içərisində gizlətmişdir. X39 yaşadığı evdə pul, qızıl-zinət əşyası saxlaması barədə ondan başqa heç kimin məlumatı olmamışdır.Anası çox ehtiyatlı adam olmuş, gündüz vaxtları da evin giriş qapısını qıfılla bağlı saxlamış, hər qapını döyən şəxsə əvvəlcədən pəncərədən baxıb kimliyini öyrəndikdən sonra qapını açmış, gecə vaxtları isə o, hər bir tanışına qapını açıb evə buraxmamış, gündüz vaxtları yardımla əlaqədar olaraq müaciət edən şəxsləri yaşadığı evə buraxmış, gecə vaxtlarında isə yalnız ən yaxın tanışlarına görə qapını açıb onları evə buraxmışdır.Anası bir qayda olaraq saat 23 radələrində yatmış, yaşadığı evin zirzəməsində müxtəlif növlü bıçaqlar olmuş, ancaq evin ikinci mərtəbəsində, onun yataq otağında əsasən iki ədəd bıçaq olmuş, həmişə həmin bıçaqlardan istifadə etmiş, həmin bıçaqlardan tiyəsi sivri olub, tiyəsinin uc hissəsində tilişkə olan, dəstəyi plastmass materialdan olanı otaqdakı jurnal masasının üstündə, digəri sivri tiyəli, taxta materialdan dəstəyi olan isə otaqdakı şkafın rəfinin üzərində olmuşdur.Onun və yaxın qohumlarının düşmənçilik münasibətlərində olduğu şəxslər olmamış, sonuncu dəfə anası Nadejda ilə 10 may 2008-ci il tarixdə danışmış, həmin vaxt anası ona yaşadığı evin zirzəmisindəki otağın döşməsini düzəltmək və evin kirəmitdən olan damını şiferlə dəyişdirmək istədiyini demişdir. Uzun müddət anası Nadejda ilə birlikdə yaşamadığına görə onun evində nə kimi ev əşyaları, eləcə də ona məxsus nə kimi qızıl-zinət əşyaları olmasını bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhər hava limanında işləməklə yanaşı, 1997-ci il tarixdən Gəncə şəhəri və Qərb rayonları üzrı Rus icmasının sədri vəzifəsində işləmişdir. X65 icmasının Humanitar məsələlər üzrə komissiyasının sədri olmuşdur. Rus icmasının Gəncə bölməsi üzrə 500- 600 nəfər üzvü olmuş, bundan başqa icmanın 17 nəfərdən ibarət şürası olmuş, şura üzvləri imkan dairəsində pul yığıb Pasxa bayramı ilə əlaqədar kasıb və kimsəsiz adamlar üçün un və digər ərzaq məhsulları satın almışdır.Komissiyanın sədri kimi Nadejdaya həmin ərzaq məhsullarının ehtiyacı olanlara paylanması həvalə edilmiş, eyni zamanda Nadejda icmanın üzvlərinin hüquqlarını məhkəmələrdə müdafiə etmiş, öz yaşına görə aktiv qadın olmuş, icma üzvləri vəfat etdikdə onların dəfn işlərini həll etmiş, bəzən yemək hazırlayıb camaata paylamış, bu işlərlə bağlı icmanın şura üzvləri ona maddi köməklik etmişdir. Nadejda xasiyətcə kobud olmuş, qapalı həyat sürmüş, öz problemlərini heç kimə deməmiş, heç kimlə fikrini bölüşməmiş, icma üzvləri ona bəzi vaxtlarda Nadejdanın kobud hərəkətlərindən şikayət etmiş, lakin icma üzvləri ilə Nadejdanın arasında hər hansı konflikt olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Nadejda Nəzərlini 1975-ci il tarixdən tanımış, Həmin ərəfədə Nadejda Qəzənfər adlı şəxslə evli olmuşdur. 1998-ci ildə Nadejda ilə yaxın münasibətləri yaranmış, həmin ildə onun köməkliyi ilə Nadejda ünvan 6 ünvanda yerləşən evi satın almış, hər dəfə o, Nadejdanın evinə gedərkən evin qapısını döydükdə Nadejda pəncərədən baxıb gələn şəxsin o olduğunu gördükdə qapını açmışdır. Nadejda çox ehtiyatlı qadın olmuş, tək yaşadığı üçün gündüz saatlarında da evin qapısını daim bağlı saxlamış, heç vaxt tanımadığı şəxslərə qapını açmamış, evin giriş qapısının 2 ədəd açarı da Nadejdada olmuşdur. Nadejda qonşulardan Anna adlı qadınla münasibət saxlayıb evlərinə gedibgəlmişdir. Nadejda rus icmasının üzvü kimi rus milliyətindən olan kimsəsiz şəxslərin dəfnini təşkil etmiş, o, sonuncu dəfə 10 may 2008-ci il tarixdə Nadejda ilə danışmış,14 may 2008ci il tarixdə polis şöbəsinə dəvət edildiyi zaman Nadejdanın öldürüldüyünü bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci tarixdən Gəncə şəhəri MKTİB-nin 9 saylı xidmət sahəsində fəhlə kimi xidmət göstərmişdir. xx.xx.2021-ci il tarixdə saat 12:50 radələrində Gəncə şəhəri MKTİB-nin 9 saylı xidmət sahəsinin müdiri X61 şəhəri Fərhad Əliyev küçəsində Baş Prokurorluq tərəfindən istintaq edilən cinayət işi ilə əlaqədar aparılacaq qazıntı işlərində köməklik etməsi ilə bağlı ona göstəriş vermiş, həmin göstərişə uyğun olaraq qeyd olunan küçəyə gəldikdə, orada ona məlumat verilərək təxminən 2008-ci il tarixdə hansısa şəxsin öldürülməsi ilə bağlı istintaq olunan cinayət işi ilə əlaqədar cinayətin aləti olmuş bıçağın həmin ildə bu ərazidə yerləşmiş ümumi tualetin quyusuna atıldığı, sonradan isə tualetin olduğu yerin isə dağıdıldığı bildirilmişdir. Bununla yanaşı, ona və onun kimi həmin yerə fəhlə kimi çağırılmış Mübariz Əhmədov, Fariz İsrafilov və adını bilmədiyi digər fəhləyə qeyd olunan tualetin olduğu yerdə texnika vasitəsi ilə qazıntı işi aparılacağı, sonra isə onlar tərəfindən quyudan çıxarılacaq torpaq arasından 1 ədəd açılıb-bağlanan tipli cib bıçağının axtarışının həyata keçirilməli olduğu bildirilmişdir.Daha sonra o və digər fəhlələr bel vasitəsi ilə tualet quyusundan çıxarılmış olan nəcisli torpağın içərisində həmin bıçağın axtarışına başlamış, dəqiq vaxtını unutsa da bir neçə saat sonra o, tualet quyusundan çıxarılan torpağın arasından 1 ədəd kiçik ölçülü yalnız tiyə hissəsini görə bildiyi bıçağı aşkar edərək adını bilmədiyi prokurorluq əməkdaşına təqdim etmişdir.Aşkar etdiyi bıçağın hər hansı cinayət hadisəsi zamanı istifadə edilib-edilməməsini, o cümlədən dəqiq olaraq bıçağın hansı səbəbdən axtarıldığını bilməmiş, apardıqları qazıntı işlərinin gedişatı isə prokurorluq əməkdaşları tərəfindən videokamera vasitəsi ilə qeydə alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 26 iyul 2021-ci il tarixdə Gəncə şəhərində yaşayan Təqsirləndirilən şəxs1 qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə, həmçinin satışı ilə məşğul olması bərədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs1 barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün tərəfindən qərar qəbul edilmiş, həmin qərarın icrası ilə bağlı olaraq rəhbərliyi altında əməliyyat qrupu yaradılaraq qrupa işlədiyi Baş İdarənin əməliyyat müvəkkili, polis baş leytenantı X22 və təhqiqatçı, polis baş leytenantı X23 daxil edilmişdir. 26 iyul 2021 -ci il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs1 ünvan 7 ünvanının yaxınlığında olması müəyyən edilərək həmin yerə gedilmiş, saat 17:30-da həmin yerdə Təqsirləndirilən şəxs1 oxşar bir nəfər şəxs müəyyən edilmiş, həmin şəxsə yaxınlaşıb özlərini təqdim etdikdə onun da özünü təqdim etməsini xahiş etmiş, həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs1 olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirib barəsində qəbul edilmiş qərarla tanış edərək onu Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin inzibati binasına dəvət etmişlər. Seymur etiraz etmədən şöbəyə gəldikdə şöbənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş, müdafiəçinin iştirakı ilə Seymura hüquq və vəzifələri izah edilməklə təhqiqatçı Rüstəm Diniyev tərəfindən üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmişdir.Əvvəlcə Təqsirləndirilən şəxs1 üzərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları könüllü surətdə təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs1 masaya doğru yaxınlaşıb əynində olan göy rəngli cins şalvarın sağ cibindən 01 ədəd mobil telefonu, pul vəsaitini, habelə sol cibindən 02 ədəd bükümü masanın üzərinə qoymaqla təqdim etmişdir.Şəxsi axtarış keçirildikdə üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkar olunmamışdır.Daha sonra şübhəli şəxsin təqdim etdiyi əşya və maddələrə baxış keçirilməsinə başlanmış, təqdim olunan 01 ədəd mobil telefona baxış zamanı onun "Samsung” markalı olduğu müəyyən edilmiş, şübhəli şəxs telefonun özünə məxsus olduğunu bildirmiş, mobil telefon sübut əhəmiyyəti kəsb edə biləcəyindən götürülmüşdür.Həmçinin təqdim olunan 25 manat pul vəsaiti Təqsirləndirilən şəxs1 özünə qaytarılmış, təqdim olunmuş 02 ədəd bükümə baxış keçirilərkən şübhəli şəxs həmin bükülülərin içində narkotik vasitə olan heroin olduğunu və Gəncə şəhərindəki avtovağzaldan tanımadığı “Elşən" adlı şəxsdən 80 manata aldığını demişdir.Bükümlərə baxış zamanı şəffaf sellofana bükülü halda olmaqla içində tünd qəhvəyi rəngli, tozşəkilli, spesifik iyli narkotik vasitə olan heroinə bənzər maddələrin olduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 02 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan heroinə bənzər maddələr müvafiq ekspertiza tədqiqatına təqdim olunması üçün özünün iştirakı ilə müvafiq qaydada 01 ədəd kağız zərfdə qablaşdırılaraq götürülmüşdür.Əməliyyat-axtarış tədbiri zamanı saxlanılan şəxs Təqsirləndirilən şəxs1 qarşı tərəflərindən hər hansı fiziki və ya psixoloji təzyiq olunmamış, habelə Seymur da onlara qarşı heç bir müqavimət göstərməmiş və onlara xəsarət yetirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 27 iyul 2021-ci il tarixdə “Şəhriyat” adlı şəxsin qanunsuz olaraq satış məqsdədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib, üzərində saxlayaraq daşıması barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən məlumat daxil olmuş, həmin məlumat əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində “Şəhriyat” adlı şəxsin şəxsiyyəti müəyyən edilərək onun xx.xx.1986-cı ildə Gəncə şəhərində anadan olmuş, ünvan 11 ünvanında qeydiyyat olmaqla, həmin ünvanda faktiki yaşayan Təqsirləndirilən şəxs2 olması müəyyən edilmişdir. Həmin məlumatın yoxlanılması məqsədi ilə əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi üçün rəhbərliyi ilə qrup yaradılmış, tərəflərindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 Gəncə şəhəri, Kəpəz rayonu, Ü.Hacıbəyov küçəsi, döngə 4, ev 3 ünvanının qarşısında olması müəyyən edilmişdir, “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qəbul edilmiş 27 iyul 2021-ci il tarixli qərarın icra edilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs2 27 iyul 2021-ci il tarixdə saat 19:25-də Gəncə şəhəri, Kəpəz rayonu, Ü.Hacıbəyov küçəsi, döngə 4, ev 3 ünvanının qarşısında saxlanılaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olaraq BNMİ-nin Qərb bölgəsində regional şöbəsinə gətirilmiş, orada barəsində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs2 paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan təhqiqatçı tərəfindən BNMİ-nin Qərb bölgəsində regional şöbəsinin inzibati binasında videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə aparılmasına başlanmış, şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edildikdən sonra Təqsirləndirilən şəxs2 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir.Təklifdən sonra Təqsirləndirilən şəxs2 üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib, əynində olan qısa idman şalvarının sağ yan cibindən 02 ədəd sellofan bükümü, mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmiş, Təqsirləndirilən şəxs2 təqdim etdiyi 02 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində ağ rəngli, spesfik qoxuya malik olmayan psixotrop maddə metamfetaminə oxşar maddələr olması müşahidə edilmişdir.Şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 02 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamini xx.xx.2021-ci il tarixdə səhər vaxtlarında yaşadığı ünvana yaxın ərazidə yerdən tapdığını, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etmədiyini, psixotrop maddə metamfetamini sonradan yerə atmaq məqsədi ilə üzərində saxlayıb daşıdığını bildirmişdir.Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs2 üzərindən digər əşya və predmetlər aşkar edilməmiş, sonra Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş 02 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddələr və “Samsung” markalı mobil telefon təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsində qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərar qanunauyğun hesab edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçiləmiş və həbsetmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, əməliyyataxtarış tədbirinin aparılması barədə DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsində qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərar qanunauyğun hesab edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi” haqqında qərardan görünür ki, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 və xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-in 120.2.1, 120.2.4, 120.2.5, 120.2.6, 120.2.9 və 234.4.3-cü maddələri ilə elan edilmiş yeni ittihamlar əsaslı hesab edilərək dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs1 05 avqust 2021-ci il və 26 avqust 2021-ci il tarixlərdə videoçəkiliş aparılmaqla ifadələri Gəncə şəhərində hadisə yerində yoxlanılmsı protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 istintaq zamanı verdiyi ifadələrini təsdiq edib, ifadələrində bildirdiyi bütün xüsusatları bir daha hadisə yerində əyani olaraq göstərmiş, habelə 05 avqust 2021-ci il tarixdə qeyd olunan istintaq hərəkətinin gedişində X11 yaşadığı ünvan 6 ünvanında yerləşən evində Təqsirləndirilən şəxs2la birlikdə qəsdən öldürdükdən sonra cinayətin aləti olan bıçağı xx.xx.2008-ci il tarixdə Gəncə şəhəri Kəpəz rayonu F.Əliyev küçəsində mövcud olmuş taxta tikilidən olmaqla taxta qapısı olan ümumi tualetin quyusuna atdığını bildirərək həmin ərazinin yerini istintaq hərəkəti iştirakçılarına göstərmiş və Təqsirləndirilən şəxs1 cinayətin aləti olan bıçağı atdığı tualetin olduğu yer müvafiq texnikanın köməkliyi ilə qazıldıqdan sonra həmin yerdən çıxarılmış torpaqdan 01 ədəd bıçaq aşkar edilərək götürülmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs2 ifadələri 26 avqust 2021-ci il tarixlərdə videoçəkiliş aparılmaqla Gəncə şəhərində yerində yoxlanılarkən, Təqsirləndirilən şəxs2 istintaq zamanı verdiyi 28 iyul 2021-ci il tarixdə şahid qismində, habelə 23 avqust 2021-ci il tarixlərdə təqsirləndirilən şəxs qismindəki ifadələrini təsdiq edib, xx.xx.2008-ci il tarixdə Təqsirləndirilən şəxs1lə birlikdə Nadejda Nəzərlini yaşadığı evdə qəsdən öldürmələri ilə bağlı olan xüsusatları bir daha hadisə yerində əyani olaraq göstərmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş üzıəşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiklərini, yəni xx.xx.2008-ci il tarixdə qabaqcadan planlaşdırmaqla Təqsirləndirilən şəxs2lə birlikdə X11 yaşadığı ünvan 6 ünvanında yerləşən evində sonuncunu qəsdən öldürmələrini Təqsirləndirilən şəxs2 üzünə qarşı demiş, Təqsirləndirilən şəxs2 isə öz ifadəsini təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “hadisə yerinə baxış keçirilməsi” haqqında 14 may 2008-ci il tarixli protokoldan görünür ki, X6 meyiti olan ev ünvan 12 ünvanda yerləşən fərdi yaşayı evi olmaqla mərhumun mülkiyyətində olmuş, həyət evidir, həyətyanı sahəsi yoxdur. Ev iki mərtəbəli kürsülü olmaqla, zirzəmi və yaşayış sahəsi üçün nəzərdə tutulmuş ikinci mərtəbədən ibarətdir. Qırmızı rəngli kərpic materialdar tikilmişdir. Evin birinci mərtəbəsində Həsənli Qardaşları küçəsinə tərəf 4, ikinci mərtəbəsində 5 pəncərəsi var. Bütün pəncərələr xaricdən metal barmaqlıqlarla əhatə edilmişdir. Evin giriş qapısı taxtadan olmaqla, iki taylıdır, tünd qəhvəyi rənglə rənglənmiş, içəriyə tərəf açılır, açıqdır, içəridən qıfıl yerində açar olması görsənir. Evin giriş qapısından daxil olarkən, ikinci mərtəbəyə 12 pilləli taxta pilləkənlərlə qalxmaq mümkündür. Evin giriş qapısının sağ tərəfində 1,45 m x 0, 54 m ölçüdə qapı var. Qapı açıqdır və həmin qapı ilə zirzəmiyə düşmək mümkündür. Evin ikinci mərtəbəsi iki otaq, mətbəx, hamam və tualetdən ibarətdir. Pilləkənlərlə ikinci mərtəbəyə qalxdıqda, kiçik meydançadan solda qonaq otağı, sağda isə mərhumun yataq otağı kimi istifadə etdiyi, meyiti olduğu otaq, həmin otaqdan sonra mətbəxt, mətbəxtin sol tərəfində hamam, tualet yerləşdiyi görsənir. Meyit olan otağın giriş qapısı iki taylıdır, ağ boya ilə rənglənmişdir, açıqdır, içəri açılır. Qapının sağ tayında döşəmədən 0,4 metr hündürlükdə olan məsafədə 2 sm x 1,5 sm ölçüdə olan sahədə qana oxşar maddənin qurumuş qalıqları var. Otağın eni 3,3 metr, uzunluğu 4,75 metrdir. Küçəyə tərəf bir pəncərəsi var, metal barmaqlıqlarla əhatə edilmiş, qarşı tərəfinə sarı rəngli pərdə asılmışdır. Döşəmə qəhvəyi rəndlə rənglənmiş, DSP materialındandır. Tavandan 5 gözlüklü “lüstur” asılmış, “lüstur”un iki gözünün lampaları yanır. Qapının sağ küncünün bitişik olduğu divara paralel yaşıl üzlüklü taxta divan var, divan açıqdır, üzərində qəhvəyi, göy üzlüklü iki ədəd yorğan, ağ, sarı, göy üzlüklü balınclar, kül rəngli poliver jaket var. Otaqda sol uzaq küncdə taxta tumboçka, tumboçkanın üzərində «Qoldstar» markalı, elektrik şəbəkəsinə qoşulmuş, işlək vəziyyətdə olan televizor var. Meyitin sol tərəfindən 0,4 m aralıda döşəmə üzərində qana oxşar maddəyə bulaşmış ağ rəngli qadın köynəyi var. Giriş qapısının sol yaxın küncündə qapisi açıq olan qəhvəyi rəngli tumboçka var. Sol divara bitişik və paralel vəziyyətadə iki gözlü ağ rəngli şfaner var. Soldan birinci gözün qapısı güzgülüdür, bir taylıdır, ikinci gözün qapısı iki taylıdır. Şfanerin sağ qapısının alt hissəsindən 68 sm və 71 sm aralı məsafədə 2 sm x 1 sm ölçüdə olan sahədə az miqdarda qana oxşar maddənin qurumuş qalıqları olması görsənir. İçərisində olan paltarlar dağınıq haldadır. Qapının qarşısında sol uzaq küncdə güzgülü termo var. Meyit otağın mərkəzində döşəmə üzərində olan qəhvəyi rəngli, ölçüsü 1,5 m x 2 m olan xalçanın üzərində arxası üstə uzadılmış vəziyyətdədir.Başı otağa giriş qapısının sağ küncünün bitişik olduğu divara perpendikulyar istiqamətdə, ayaqları isə birbirlərindən aralı mətbəxtin giriş qapısına doğrudur.Başının üz hissəsi bütünlüklə qana oxşar maddə ilə bulaşmışdır. Başının aşağı hissəsində, yəni xalçanın üzərində 0,3 m x 0,4 m ölçüdə olan sahədə qeyri müəyyən formada laxtalanmış qana oxşar maddənin olması görsənir. Mətbəxtin giriş qapısı taxtadandır, bir taylıdır, çölə açılır, eni 0,67 m, hündürlüyü 2,11 m-dir. Küçəyə tərəfi bir pəncərəsi var, pəncərə örtülüdür, bayırdan metal barmaqlıqla əhatə edilmişdir. Mətbəxtin sol tərəfində hamam və tualet yerləşir. Tualet və hamam bir yerdədir. Hamamın və tualetin ölçüsü 2 m x 2,5 m-dir. Döşəməsi Sarı rəngli metlaxdandır. Divarları döşəmədən 1,8 m hündürlükdə olan sahədə kafelə əhatə edilmişdir. Solda əl-üz yuyun, sağda unitaz, elektrik su qızdırıcısı var. Qonaq otağına iki taylı taxta qapı açılır. Otağa daxil olduqda otağın uzunluğu 8,3 metr, eni 4, 7 metrdir, hündürlüyü 3, 8 metrdir. Otağın döşəməsi taxta materialdan olub, parket döşəmədir, tavanı taxtadandır, tavanın mərkəzi hissəsində asılmüş çil-çıraqla işıqlandırılır. İşıqlar sönülüdür. Otağa girişdən sol tərəfdə 2,5 metr uzunluğunda, 2 metr hündürlüyündə və 50 sm enində divar mebeli vardır. Divar mebelinin yuxarı üst gözlərinin qapıları yarımaçıq vəziyyətdədir. Həmin gözlərdə olan paltarların səliqəsi pozulmuş, mebelin alt gözlərində olan qab-qacağın, servis dəstlərinin səliqəsi pozulmamışdır. Otağa girişdən sol tərəfdəki divar boyu H. Qardaşları küçəsinə baxan hissəsində 3 ədəd 2,1 x 1,1 m ölçülərdə 3 ədəd pəncərə vardır. Pəncərələrin şüşələri tam olub, bağlıdır. Bayır tərəfdən metal barmaqlıqlarla əhatə edilmişdir. Həmin divarın baş hissəsində küncdə bi ədəd şkaf vardır. Otaqda döşəmə, divar, tavan və əşyalar üzərində qana bənzər ləkələrin olması müşahidə edilmir. Zirzəmiyə 7 pilləli taxta pilləkənlərlə düşmək olur. Zirzəmi 3 otaq və dəhlizdən ibarətdir. Solda anbar yerləşir. Anbarda lom, bel, mürəbbə qabları və məişət əşyaları var. Zirzəmidən daxil olarkən qarşıdakı otağın qapısı açıqdır. Otağın ölçüsü 3 m x 4 m-dir. Otaqda bir ədəd taxta çarpayı, bir ədəd güzgülü termo, asılqan, döşəmə üzərində qəhvəyi rəngli xalça vardır. Meydançadan daxil olarkən sağ tərəfdə arxası metal mandatla bağlanan qapı olması görsənir. Həmin qapı açıqdır və digər iki otağı, dəhlizi zirzəminin başqa hissəsindən ayırır. Qapının arxasında mandal olduğu halda, zirzəminin dəhlizində və digər iki otaqdan birinci otağa, eləcə də evin ikinci mərtəbəsinə daxil olmaq mümkün deyil. Qeyd olunan qapı vasitəsi ilə dəhlizə daxil olarkən müəyyən edilir ki, dəhlizə həyətdən üzərinə «Russkaya obşina» sözləri yazılmış giriş qapısı var və həmin qapı bağlıdır. Dəhlizin baş tərəfində qurtaracaqda eni 4,7 m, uzunluğu 3 m olan bir otaq, solunda eni 4, 2, uzunluğu 4,3 m olan digər otaq var. Başdakı otaqda köhnə məişət əşyaları var. Soldakı otaqda bir ədəd taxta çarpayı, bir ədəd metal çarpayı, stol, 3 ədəd stol var. Divarda çılpaq qız şəkli olan tablo asılmışdır. Baxış zamanı 1 ədəd kofta və evin giriş qapısının qıfılı üstündə olan açarla birlikdə qablaşdırılmaqla götürülmüşdür.Nadejda Nəzərlinin yaşadığı Həsənli Hadisənin baş verdiyi otaqda qətl hadisəsininQardaşları küçəsində yerləşən mənzilinin törədildiyi və meyitin aşkar edildiyi yerin kənardan görünüşü N.Nəzərlinin yaşadığ evin ikinciHadisə baş verən otaqda olan paltar mərtəbəsinə qalxan pilləkanın və dəhlizin şkafında səliqənin pozulmasının görünüşü myəyyən olundu. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş meyitə baxış keçirilməsi haqqında 14 may 2008-ci il tarixli protokoldan görünür ki, təşrih masası üzərində meyit arxası üstə uzadılmışdır. Əynində göy rəngli xalat, bambaz materialdan qırınızı rəngli gödəkçə, bozumtul rəngli boğazlı jaket, çəhrayı rəngli ağ zolaqlı kofta, qara rəngli tuman, göy rəngli corab, açıq çəhrayı rəhgli tursik var. Boynunda ağımtıl metal sep, sepin ucunda xaç formasında kulon, sağ əlinin 2-ci barmağında ağımtıl metaldan tək ağ qaşlı üzük var. Paltarları əynindən çıxarılandan sonra məlum olur ki, meyit qadın cinslidir, boyunun uzunluğu 165 sm, düzgün bədən quruluşludur, qidalanması yaxşıdır, dərisi solğun ölü rəngindədir, əllə yoxladıqda soyuqdur. Barmaqla təzyiq etdikdə meyit ləkələri yayılmış şəkildə arxa və yan səthlərində yerləşib barmaqla təzyiq etdikdə itib 10 dəqiqədən sonra öz əvvəlki vəziyyətini alır, itir. Meyit qacıması əllənməsi mümkün olan əzələ qruplarında yaxşı inkişaf etmişdir. Meyit çürüməsi əlamətlərinin olması aşkar edilmədi. Əllə yoxladıqda başın kəllə və üz hissəsi sümükləri, eləcə də əllənməsi mümkün olan sümüklər tamdırlar. Gözləri qapaqlar vasitəsi ilə qapanmış, birləşdirici toxuması bozumtul rəngdədir, buynuz qişası bulanmışdır. Göz bəbəkləri dairəvi formada olub bərabər dərəcədə genişlənmişdir. Xarici burun, qulaq keçəcəkləri sərbəst keçiricidirlər. Ağız qapalıdır, dişləri təbiidir, alt çənədə solda 2, sağda 2 dişləri Sarı rəngli metaldandır. Alın nahiyyəsində sağda göyümtül bənövşəyi formada qançır var. Boynunun ön səthində sağda 14 ədəd kənarları hamar, yan-yana yerləşmiş, ölçüləri 2 sm x 0,5 sm olan yaralar var. Sol çənəaltı nahiyyədə 2 ədəd, sağ qulaq yanı nahiyyədə 1 ədəd kənarları hamar, səthi yaralar var. Sol körpücük nahiyyədə döş qəfəsinin ön səthində solda, ön qoltuğ altı xətlə 2-ci qabırğa səviyyəsində, döş qəfəsinin ön səthinin sağda orta körpücük xətlə 4-cü qabırğa səviyyəsində və döş qəfəsinin ön səthində 3-cü qabırğa səviyyəsində cəmi 4 ədəd səthi deşilmiş yaralar var. Ətrafları göyümtül bənövşəyi rəngdədir. Sol əlin üst səthində qeyri müəyyən formada göyümtül bənövşəyi rəngdə qançır var. Qançırın üzərində sıyrıqlar var. Sol bilək nahiyyəsinin arxa səthində qarşı-qarşıya olan qövs formalı 2 sm uzunluğunda sıyrıq var. Həmin sıyrıqlar bir-birlərindən 1,5 sm aralı məsafədədir. Sol əlin 3cü barmağının arxa səthində qırmızımtıl rəngdə sıyrıq var. Sol gözün alt qapağında 1 sm uzunluğupda yanları hamar yara var. Yaranın ətrafı göyümtül bənövşəyi rəngdədir. Sol gözün ağlı qişasına qansızma var. Mərhumun bədəni üzərində digər xəsarətlər yoxdur. Baxış zamanı Nadejda Nəzərlinin əynində olmuş 01 ədəd xalat, 01 ədəd bambaz gödəkcə, 01 ədəd boğazlı jaket, 01 ədəd çəhrayı ağ zolaqlı kofta, 01 ədəd qara rəngli tuman, 01 cüt corab, 01 ədəd trusik və paltarının cibində olmuş 01 ədəd eynək qablaşdırılaraq götürülmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş hadisə yerinə əlavə baxış keçirilməsi haqqında 15 may 2008-ci il tarixli protokoldan görünür ki, mərhum X10 Oleq Vladimiroviç anasına məxsus olmuş pul, qızıl-zinət əşyaları hamamda su qızdırıcısının alt hissəsində, yaxud mətbəxdə əl üz yuyulan “rakovina”nın alt hissəsində olduğunu bildirmiş, O.Rudoyun iştirakı ilə qeyd olunan yerlərə, eləcə də evin bütün otaqlarına baxış keçirilərkən mətbəxdə “rakovina”nın alt hissəsində salafanın içərisində 68 ədəd 100-lük ABŞ dolları, 12 ədəd 100 manatlıq, 41 ədəd 50-manatlıq, 15 ədəd 20 manatlıq, 12 ədəd 10 manatlıq əskinazlar aşkar edilərək mərhum N.Nəzərlinin oğlu X40 təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “paltara baxış keçirilməsi” haqqında 19 may 2008-ci il tarixli protokoldan görünür ki, hadisə zamanı mərhum X4 əynində olmuş 1. Göy rəngli xalat - uzun qolludur, ön tərəfi aşağıdan yuxarı düymələrlə düymələnir, üzərində zədələr yoxdur. 2. Bambaz materialdan qırmızı rəngli gödəkçə - uzun qolludur, aşağıdan yuxarı düymə ilə düymələnir, boynunda içəri tərəfdə üzərinə «SNİMAEAR» sözü yazılmış etiket var, üzərində zədələr yoxdur. 3. Bozumtul rəngli boğazlı jaket - boğaz hissəsində öndə bir-birləri ilə 1-1,5 sm aralı məsafələrdə yerləşmiş ölçüləri 1 sm-dən 1,5 sm-dək düz xətt boyunca olan, kəsici deşici alətlə yetirilməyə xarakterik 5 ədəd, 0,3 sm ölçüdə olan 9 ədəd deşiklər var. 4. Çəhrayı rəngli ağ zolaqlı kofta üzərində zədələr yoxdur. 5. Qara rəngli tuman - qalın pambıq materialdandır, üzərində zədə izləri yoxdur. 6. Göy rəngli - corab və açıq çəhrayı rəngli tursikin üzərində zədələr yoxdur.Hadisə zamanı Nadejda Nəzərlinin əynində olmaqla üzərində çoxsaylı zədələr olan uzunboğaz koftanın görünüşü vardır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəməbioloji ekspertizasının 26 may 2008-ci il tarixli 06 nömrəli rəyindən görünür ki, təqdim olunmuş qadın koftası üzərindəki ləkələr qandır, insan qanıdır, ABO sistemi üzrə qrup göstəricisi AB (İV) olduğundan X1 ola bilər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmətrasoloji ekspertizasının 18 iyun 2008-ci il tarixli 6381 nömrəli rəyindən görünür ki, təqdim edilmiş X7 məxsus uzunboğaz koftanın üzərində olan «a» zədələri (koftanın ön boğaz nahiyəsində 5 ədəd düzxət formada zədə vardır. Ən böyüyünün ölçüsü-15mm, ən kiçiyinin ölçüsü-10mm-dir) bir tərəfi kəsici ucu batıcı xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Təqdim edilmiş N.N.Dimitriyevnaya məxsus uzunboğaz koftanın üzərində olan «b» zədələri (koftanın boğazlığının ön və arxa sahəsində müxtəlif yerlərində müxtəlif ölçülərdə deşik zədələri vardır) batıcılıq xassəsinə malik olan bərk predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Təqdim edilmiş N.N.Dimitriyevnaya məxsus eynəyin üzərində olan zədələr bərk predmetin təsirindən o, cümlədən fiziki qüvvənin təsiri nəticəsidə yaranan sınma zədəsidir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 14 may 2008-ci il tarixli 19 nömrəli rəyindən görünür ki, mərhum X6 meyitinin bədəni üzərində aşağıdakı xəsarətlər müəyyən edildi: boyun nahiyyəsinin qırtlağı, nəfəs borusunu, yemək borusunu və sağ yuxu arteriyasını zədələyən çoxsaylı (14-ədəd) kəsilmiş-deşilmiş yaraları; sol çənəaltı nahiyyənin 2-ədəd, sağ qulaqyanı nahiyyənin və sol gözün alt qapağının 1-ədəd səthi kəsilmiş-deşilmiş yaraları, döş qəfəsinin 4-ədəd səthi deşilmiş yaraları; sol bilək nahiyəsinin və sol əlin arxa səthinin sıyrıqları və qançırları; alın nahiyəsinin qançırı. Mərhum X6 bədənində olan xəsarətlərdən kəsilmiş-deşilmiş yaralar - kəsici-deşici alətlə (alətlərlə); qançırlar və sıyrıqlar - bərk küt alətlə (alətlərlə); deşilmiş yaralar isə deşici alətlə (alətlərlə) yetirilmişdir. Xəsarətlərin hamısı həyatidir və N.Nəzərlinin ölümündən az qabaq yetirilmişdir. Boyun nahiyəsində olan 14-ədəd kəsilmiş-deşilmiş yara, yemək borusunu, qırtlağı, nəfəs borusunu və yuxu arteriyasını zədələdikləri üçün həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilirlər; qalan digər xəsarətlər isə canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlər kimi qiymətləndirilir və dərəcələri təyin edilmir. Mərhum X6 ölümünə səbəb boyun nahiyəsinin çoxsaylı kəsilmiş-deşilmiş yaraları nəticəsində əmələ gələn kəskin xarici qanitirmə olmuşdur. Ətraf mühit şəraitini və meyit əlamətini nəzərə alaraq belə hesab edilmişdir ki, ölümün müddəti 12-16 saatdır. Mərhum X6 meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi tədqiqatı nəticəsində 5%o (promilli) qatılığında etil spirti aşkar edilmişdir. Etil spirtinin qatılığı obyektin çürüməsi ilə əlaqədar nisbi hesab edilmişdir. Mərhum X6 uşaqlıq yolundan götürülmüş tampon və yaxmada cinsi əlaqədə olunmanı təsdiq edən spermatozoidlər aşkar olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmətrasoloji ekspertizasının 27 iyun 2008-ci il tarixli 6488 nömrəli rəyindən görünür ki, təqdim edilmiş qıfılın (mərhum X4 yaşadığı evin giriş qapısının qıfılı) daxili detalları üzərində işin faktik halları üçün əhəmiyyətə malik, fiziki qüvvənin təsiri nəticəsində yaranan, o cümlədən yad bərk predmetlə yetirilməyə xarakterik cızılma, əzilmə və s. kimi izlər yoxdur. Həmin qıfıl öz ştat açarı (açarları) və ya ona uyğunlaşdırılmış açarla açılmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş kompleks məhkəmə-tibbi, tibbi kriminalistik və məhkəmə-kriminalistik ekspertizasının 20 avqust 2021-ci il tarixli 437/2021 nömrəli rəyindən görünür ki, X4 meyitinin müayinəsi zamanı boyun nahiyəsində qırtlağı, nəfəs borusunu, yemək borusunu və sağ yuxu arteriyasını zədələyən 14 ədəd deşilmiş-kəsilmiş yara, sol çənəaltında 2 ədəd, sağ qulaqyanı nahiyədə və sol gözün alt qapağında 1 ədəd səthi deşilmiş-kəsilmiş yara, döş qəfəsinin ön səthində 4 ədəd səthi deşilmiş yara, sol biləyin və sol əlin arxa səthində sıyrıq və qançır, alın nahiyəsində qançır müəyyən edilmişdir. Qeyd edilən xəsarətlər həyatidirlər, ölümdən qısa müddət əvvəl yetirilmişlər, deşilmiş-kəsilmiş yaralar deşici-kəsici alətin təsirindən törənmiş və maddi sübut kimi təqdim edilən bıçağın təsirindən yaranması inkar edilmir, dərəcəsinə görə boyun nahiyəsindəki 14 ədəd deşilmiş-kəsilmiş yara qırtlağı, nəfəs borusunu, yemək borusunu və sağ yuxu arteriyasını zədələdiyindən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir, digər xəsarətlər isə canlı şəxslərdə istər ümumilikdə, istərsə də ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcələri təyin edilmir. Yetirilən zərbələrin istiqaməti öndən-arxaya olmuş və zərbənin gücü xəsarətlərin yaranması üçün kifayət etmişdir. Xəsarətlər yetirilərkən zərərçəkmişlə həmlə edən şəxsin qarşılıqlı duruş vəziyyəti üzbəüz və ya ona yaxın ola bilərdi. Sağ yuxu arteriyasını zədələdikdən sonra bu kəskin xarici qanaxma yaratdığından zərərçəkmişin müqavimət göstərmə şansı itmiş olardı. Mərhum N.D.Nəzərlinin meyitinin müayinəsi zamanı qeyd edilən xəsarətlərin xarakteri və yerləşdiyi nahiyələr onların Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakı ilə keçirilmiş istintaq eksperimentində göstərilmiş vəziyyətdə yarana bilməsini inkar etmir. Ekspertizaya təqdim edilmiş X7 məxsus uzunboğaz koftanın boğazlığının ön hissəsində on dörd ədəd deşilmiş-kəsilmiş; uzunboğaz koftanın ön hissəsinin yuxarı nahiyəsində dörd ədəd deşilmiş zədələr aşkar edilmişdir. Bu zədələrdən deşilmiş-kəsilmiş zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin), deşilmiş zədələr isə hər-hansı bir iti olan alətin (alətlərin) təsirindən əmələ gəlmişlər. N.D.Nəzərliyə məxsus uzunboğaz koftanın üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş zədələr ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə, deşilmiş zədələr isə bıçağın ucu ilə və ya oxşar konstruktiv xüsusiyyətlərə malik digər bıçağın təsiri ilə törənməsi inkar olunmur. N.D.Nəzərliyə məxsus uzunboğaz koftanın boğazlığının ön hissəsində aşkar edilmiş on dörd ədəd deşilmiş-kəsilmiş zədələr onun bədəninin boyun nahiyəsində olan; uzunboğaz koftanın ön hissəsinin yuxarı nahiyəsində aşkar edilmiş dörd ədəd deşilmiş zədələr isə döş qəfəsi nahiyəsində olan eyni xarakterli xəsarətlərlə yerləşmə nahiyələrinə görə nisbi olaraq üst-üstə düşürlər. N.D.Nəzərlinin bədənində olan digər xəsarətlər - sol çənəaltı nahiyənin 2 ədəd, sağ qulaqyanı nahiyənin və sol gözün alt qapağının 1 ədəd səthi kəsilmiş-deşilmiş yaraları; sol bilək nahiyəsinin və sol əlin arxa səthinin sıyrıqları və qançırları; alın nahiyəsinin qançırı bədənin açıq nahiyələrində yerləşdiklərinə görə ona məxsus olan paltarda öz əksini tapmamışdır. Ekspertizaya təqdim edilmiş X7 məxsus uzunboğaz koftanın üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş və deşilmiş zədələrin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakı ilə keçirilmiş istintaq eksperimentində göstərilmiş vəziyyətdə və şəraitdə yarana bilməsi inkar olunmur. Yetirilən zərbələrin istiqaməti öndən-arxaya olmuşdur, lakin onların yetirilmə ardıcıllığı haqqında fikir söyləmək mümkün olmadı (elmi metodikalarda bu haqda məlumat olmadığından) Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış deşici-kəsici xassəyə malik, soyuq silah hesab olunan qatlanan tipli ümumi təyinatlı ov bıçağı olaraq hazırlanmışdır, lakin hazırkı vəziyyətində işlək vəziyyətdə olmadığı və dəstəyi tamamilə deformasiyaya uğradığı üçün istifadəyə yarasızdır və hazırda soyuq silah hesab olunmur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının 27 iyul 2021-ci il tarixli 6/3107 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərindən” sözləri olan zərfdəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,263 qr., 3,205 qr., ümumi təmiz çəkisi 6,468 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının 28 iyul 2021-ci il tarixli 6/3146 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs2” sözləri olan zərfdəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,189 qr., 4,328 qr., ümumi təmiz çəkisi 8,517 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə - metamfetamindir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 3754 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 Opioidlərin və Kannabioidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstəriş yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 3900 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatriya və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 2152 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işinin materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs2 əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində idrak prosessləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Həmçinin, təqdim olunuş videogörüntülərin psixoloji tədqiqi zamanı, həmin çəkiliş aparılarkən Təqsirləndirilən şəxs2 nitqinin aydın və səlist olmaqla cavablarının ardıcıl və məntiqli olduğu, emosional cəhətdən sabit görsəndiyi, fiziki və psixoloji təzyiq altında olmadığı müəyyən edilmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 ona ittiham olunan cinayət əməlini törədərkən hər hansı psixi xəstəlik əlamətləri müəyyən edilməyib. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 hər hansı psixi xəstəliyin əlamətləri aşkarlanmır. Təqsirləndirilən şəxs2 hadisə zamanı öz hərəkətlərinə cavab vermək və onlara rəhbərlik etmək qabiliyyətində olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 ona ittiham olunan cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tədbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs X5 hazırda da hər hansı psixi xəstəliyin əlamətləri aşkarlanmır. Təqsirləndirilən şəxs2 hərəkətləri Azərbaycan Respublikası CM-in 21.3 maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 emosional halından asılı olaraq hadisə zamanı öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs2 ona ittiham olunan cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 ona ittiham olunan cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs2 təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə, özündən uydurmağa meyillilik əlamətləri aşkar olunmamışdır. Təqsirləndirilən şəxs2 psixi vəziyyəti və əqli-intellektual imkanları normaya uyğun olduğundan, baş vermiş hadisədən uzun müddət keçməsinə baxmayaraq, o, qərarın təsviri hissəsində göstərilmiş hadisəni düzgün qavramaq, yadda saxlamaq, yada salmaq və hadisə ilə bağlı düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs2 törətdiyi hadisənin mahiyyətini, mənasını anlamaq iqtidarındadır. Təqsirləndirilən şəxs2 videoçəkiliş aparılmaqla şahid və təqsirləndirilən şəxs qismində ifadələri yerində yoxlanılarkən, habelə iştirakı ilə istintaq eksperimenti keçirilərkən, eləcə də hadisə yerində əyani olaraq baş vermiş hadisələri göstərməklə danışarkən psixiemosional vəziyyətinin normaya uyğun olduğu, iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmadığı, onun fiziki və ya psixi təsir altında olmadığı nəticəsinə gəlinir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatriya və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 2217 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işinin materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Təqsirləndirilən şəxs1 xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs1 idrak proseslərinin (yaddaş, diqqət, qavrama, təfəkkür və s.), intellektinin normaya uyğun olması müəyyən olunur. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya, bu barədə düzgün məlumat verə bilər. Nitqi ardıcıldır, mühakimələri məntiqlidir. Emosional-iradi sferasında qıcığa qarşı həssaslıq aşkar olunur. Hövsələsizlik, inadkarlıq, başqalarının hiss və yaşantılarına qarşı biganəlik, məsuliyyətsizlik, konfliktə meyillik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. İstintaq orqanı tərəfindən təqdim edilmiş videogörüntülərə baxılan zaman müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 həmin videolarda müstəntiq tərəfindən ona verilən sualları sərbəst şəkildə cavablandırır, ardıcıl və məntiqli şəkildə törətdiyi cinayət əməlini, səbəbini və hadisənin baş verdiyi şəraitini təsvir edir. Onun emosional vəziyyətində hər hansı dəyişiklik (həyəcan, qorxu, gərginlik və s.) müşahidə edilmir. Təqsirləndirilən şəxs1 ona ittiham olunan cinayət əməlini törədərkən hər-hansı psixi (ruhi) xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 ona ittiham olunan cinayət əməlini törətdikdən sonra hər hansı psixi pozuntu qeyd olunmamışdır. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-in 21.3-cü maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət hadisəsini törədən zaman Təqsirləndirilən şəxs1 şüur və davranışlarına təsir göstərə bilən psixi-emosional halda olmamış, emosional vəziyyətindən asılı olaraq etdiyi hərəkətlərin mahiyyətini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs1 qərarın təsviri hissəsində qeyd edilmiş cinayət əməlini törətməsini tamah məqsədi ilə əvvəlcədən planlaşdırmış, hadisə baş verən vaxt onun psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edən hər hansı mühüm dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs1 ona ittiham olunan cinayət əməlini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs1 təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə və özündən uydurmağa meyillik əlamətləri aşkar edilmədi. Təqsirləndirilən şəxs1 oğlunun idrak prosseslərinin xüsusiyyətləri və əqli-intellektual imkanları normaya uyğun olduğundan, belə nəticəyə gəlinir ki, o, baş vermiş hadisədən uzun müddət keçməsinə baxmayaraq, törətdiyi cinayət əməlini düzgün qavramaq, baş vermiş hadisələrin mahiyyətini anlamaq, onları yadda saxlayaraq yada salmaq və bu barədə düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqdim edilmiş videomaterialı tədqiq edərək belə qənaətə gəlinir ki, Təqsirləndirilən şəxs1 video görüntü ilə ifadələr verərkən, habelə özünün iştirakı ilə ifadələri yerində yoxlanılarkən, psixi-emosional vəziyyətində əhəmiyyət kəsb edən hər hansı bir dəyişiklik (qorxu, həyəcan, gərginlik və s.) yaranmamış, həmin zaman onun emosional vəziyyəti norma səviyyəsində olmuşdur. Qeyd edilən istintaq hərəkətləri zamanı videoçəkiliş aparılarkən onun hər hansı psixi və fiziki təsir altında olması və hadisə ilə bağlı özündən uydurması kimi hallar müşahidə edilmir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumatda Təqsirləndirilən şəxs1 qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etməsi, üzərində saxlayaraq daşıması bildirilmiş, Təqsirləndirilən şəxs1 müəyyən edilib, ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə 26 iyul 2021-ci il tarixli qərar çıxarılmış və həmin qərarın icra edilməsi ilə əlaqədar həmin günü saat 17:30-da Təqsirləndirilən şəxs1 ünvan 7 ünvanının yaxınlığında saxlanılaraq üzərində şəxsi axtarış aparılması üçün BNMİ-nin QBRŞ-nin inzibati binasına dəvət edilmiş, orada videoçəkiliş aparılmaqla müdafiəçisinin iştirakı ilə həyata keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 daxil olmuş məlumatla əlaqədar üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli cins şalvarın sağ cibindən 01 ədəd mobil telefon, pul vəsaiti, habelə sol cibindən 02 ədəd bükümü masanın üzərinə qoymaqla təqdim etmiş, şübhəli şəxsin təqdim etdiyi əşya və maddələrə baxış keçirilərkən təqdim olunan 01 ədəd mobil telefonun “Samsung” markalı olduğu müəyyən edilmiş, şübhəli şəxs telefonun özünə məxsus olduğunu bildirmiş, təqdim olunan pul vəsaitinin 25 manat olması müəyyən edilməklə şübhəli şəxsin özünə qaytarılmış, sonra 02 ədəd bükümə baxış keçirilərkən Təqsirləndirilən şəxs1 həmin bükülülərin içində narkotik vasitə olan heroin olduğunu və Gəncə şəhərindəki avtovağzaldan tanımadığı “Elşən” adlı şəxsdən 80 manata aldığını demiş, bükümlərə baxış zamanı şəffaf sellofana bükülü halda olmaqla içində tünd qəhvəyi rəngli, tozşəkilli, spesifik iyli narkotik vasitə olan heroinə bənzər maddələrin olduğu məlum olmuş, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 02 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan heroinə bənzər maddələr və 01 ədəd mobil telefon qablaşdırılaraq götürülmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs2 27 iyul 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı saat 19:25-də Gəncə şəhəri, Kəpəz rayonu, Ü.Hacıbəyov küçəsi, döngə 4, ev 3 ünvanının qarşısında saxlanılaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olaraq BNMİ-nin Qərb bölgəsində regional şöbəsinə gətirilmiş, orada videoçəkiliş aparılmaqla müdafiəçisinin iştirakı ilə həyata keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 daxil olmuş məlumatla əlaqədar üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs2 üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib əynində olan qısa idman şalvarının sağ yan cibindən 02 ədəd sellofan bükümü, eləcə də 1 ədəd mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmiş, Təqsirləndirilən şəxs2 təqdim etdiyi 02 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində ağ rəngli, spesfik qoxuya malik olmayan psixotrop maddə metamfetaminə oxşar maddələr olması müşahidə edilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 02 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamini xx.xx.2021-ci il tarixdə səhər saatlarında yaşadığı ünvana yaxın ərazidə yerdən tapdığını, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etmədiyini, psixotrop maddə metamfetamini sonradan yerə atmaq məqsədi ilə üzərində saxlayıb daşıdığını bildirmiş, Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş 02 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddələr və 01 ədəd “Samsung'' markalı mobil telefon qablaşdırılaraq götürülmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, 13 may 2008-ci il tarixdə dostu Təqsirləndirilən şəxs2 ilə birlikdə X8 öldürmək qərarına gəlib, onunla birlikdə X36 şəhərində yaşadığı evə daxil olmuş, orada Təqsirləndirilən şəxs2 əlləri ilə Nadejda Nəzərlinin ağız nahiyəsini tutduqdan sonra, o, üzərində olan bıçaqla N.D.Nəzərlinin boğaz nahiyəsindən zərbələr vuraraq onu öldürmüş, heç bir təsirə qalmadan həmin cinayət əməlini etiraf edir və əməlindən peşmandır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, 13 may 2008-ci il tarixdə dostu Təqsirləndirilən şəxs1 ilə birlikdə işlədiyi kilsədə tanıdığı X8 öldürmək qərarına gəlib, onunla birlikdə X36 şəhərində yaşadığı evə daxil olmuş, orada o, Nadejda Nəzərlinin əllərini və ağız nahiyəsini tutduqdan sonra, Təqsirləndirilən şəxs1 üzərində olan bıçaqla N.D.Nəzərliyə bir neçə zərbə vuraraq onu öldürmüş, heç bir təsirə qalmadan həmin cinayət əməlini etiraf edir və əməlindən peşmandır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə 13 may 2008-ci il tarixdə X4 Gəncə şəhərində yaşadığı evdə qəsdən öldürülməsi faktı üzrə cinayət təqibi üçün əhəmiyyətli olan, təcrübə hərəkətinin aparılması şərti ilə araşdırıla biləcək məlumatların yoxlanılması və dəqiqləşdirilməsi məqsədilə videoçəkiliş aparılmaqla keçirilmiş istintaq eksperimenti zamanı Təqsirləndirilən şəxs2 hadisənin əvvəlində əlləri ilə arxa tərəfdən Nəzərli Nadejdanın ağız nahiyəsindən tutduğunu göstərib, hər iki əli ilə ona təqdim edilmiş mankenin arxa tərəfdən keçirməklə ağız nahiyəsini tutub geriyə özünə doğru çəkdiyini, bundan sonra Təqsirləndirilən şəxs1 Nadejda Nəzərliyə hansı duruş vəziyyətində və sonuncunun hansı nahiyyəsindən ilkin bıçaq zərbəsi vurduğunu göstərib ona təqdim edilmiş predmetlə mankenin boğaz nahiyəsinə doğru 1 zərbə vurmuşdur. Təqsirləndirilən şəxs2 isə hadisənin davamında Nadejda Nəzərlinin zərbənin təsirindən arxaya yıxılması şəraitini və özünün Nadejdanın bədəninin altında qalmamaq üçün hansı vəziyətdə onun arxasından çıxaraq kənara çəkildiyini göstərmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təqdim edilmiş mankeni kürəyi üstə yerə uzadıb Nadejdanın yerə yıxıldıqdan sonrakı duruş vəziyətini göstərmişlər. Bu vəziyətdə Təqsirləndirilən şəxs2 1 əli ilə mankenin ağız nahiyəsini tutub, digər əlini manikenin qarın nahiyəsinə qoymuş, həmin vəziyətdə Təqsirləndirilən şəxs2 sol dizini manikenin sağ qolunun üzərinə qoymuş, digər ayağını isə manikenin üzərinə keçirməklə digər istiqamətə atıb yerə yıxıldıqdan sonra Nadejda Nəzərlinin müqavimətini qırmaq üçün əl və ayaqlarını bu şəkildə tutduğunu bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs1 sol əli ilə mankenin sol qolundan tutub ona təqdim edilmiş premetlə mankenin boğaz nahiyəsinə doğru yuxarıdan aşağıya doğru istiqamətdə Nadejda Nəzərliyə həmin vəziyyətdə və sonuncu hərəkətsiz qalanadək ardıcıl bıçaq zərbələri vurduğunu bildirdi. İstintaq eksperimenti zamanı hər iki şəxsin göstərdikləri şəraitdə 13 may 2008-ci il tarixdə X8 qəsdən öldürmələrinin mümkün olması və işin halları ilə uyğunluq təşkil etməsi müəyyən edildi. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bıçaqla Nadejda Nəzərliyə ilk zərbənin vurulması anındakı şəraiti göstərirlər. Təqsirləndirilən şəxs2 bıçaq zərbəsindən sonra Nadejda Nəzərlinin yıxıldığıandakı şəraiti göstərir.Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bıçaqla Nadejda Nəzərliyə uzanıqlı vəziyyətdə bıçaqla zərbələr endirdikləri şəraiti göstərirlər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2021-ci il tarixdə aparılmış “İstintaq eksperimenti” istintaq hərəkəti başa çatdıqdan sonra, həmin istintaq hərəkətində iştirak etmiş Təqsirləndirilən şəxs2 anası X41 verilməsi üçün təqdim etdiyi rus dilində olan əlyazmanın tərcüməsinin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs2 anası Qalina Qirinaya müraciət edərək ondan özü üçün geyim əşyaları və gigiyenik ləvazimatlar gətirməsini istəmiş, bununla yanaşı onu heç kimin döymədiyini, döyməyə hazırlaşmadığını, 2008-ci ildə böyük günah işlətdiyini və indi isə onu ödəmək vaxtının gəldiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 anası X41 verilməsi üçün təqdim etdiyi rus dilində olan əlyazmanın və tərcüməsinin görünüşü. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş S.Vəliyev adına 34 nömrəli tam orta məktəbdən daxil olmuş xx.xx.2021-ci il tarixli 139 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 2002-ci ildə məktəbin 9-cu sinfini bitirmiş və B 522878 nömrəli əsas təhsil haqqında şəhadətnamə almış, onun biliyi oxuduğu müddətdə Azərbaycan dilindən 4 qiyməti ilə qiymətləndirilmiş, yəni o, Azərbaycan dilində sərbəst danışmağı, yazmağı və oxumağı bacarır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Baş prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamış, Təqsirləndirilən şəxs1 isə Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1 və 234.2-ci maddələri ilə 3 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Gəncə şəhər Psixiatriya Xəstəxanası”dan daxil olmuş xx.xx.2021-ci il tarixli 172 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin xəstəxanada müayinə və müalicədə olmamışlar. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 3 saylı Gəncə ərazi dairəsindən daxil olmuş xx.xx.2021-ci il tarixli **********20 nömrəli məktubdan görünür ki, Gəncə şəhəri, Həsənli Qardaşları ev 6, 1 saylı mənzil Gəncə şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 5190 saylı sərəncamı ilə X17 mülkiyyətinə verilmiş, Gəncə şəhəri 1 saylı Dövlət notariat kontorunun xx.xx.1999-cu il tarixli 3M-1-88 saylı alqı-satqı müqaviləsinə əsasən bu mənzil X6 adına keçmişdir və ona xx.xx.1999-cu il tarixli 9493 saylı qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhəri 7 saylı Dövlət notariat kontorunun xx.xx.2008-ci il tarixli 2V-1-182 saylı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən bu mənzil X28 adına keçmiş və ona xx.xx.2008-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 9 nömrəli xidmət sahəsindən verilmiş xx.xx.2021-ci il tarixli 06 nömrəli arayışdan görünür ki, Gəncə şəhəri F.Əliyev küçəsi 2-ci döngə bina 7 və 9-da şərait olmadığı üçün 1933-cü il tarixdə həmin binaların qarşısında taxta tualet düzəldilmiş, 2011-ci ildə qeyd olunan tualet istifadəyə yararsız olduğundan sökülmüşdür. Əvvəllər həmin binaların qarşısından X13 həyətinə dəmir yolu xətti keçmiş, sonradan kombinat işləmədiyi üçün həmin xətlər də sökülmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 9 nömrəli xidmət sahəsindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs2 müsbət xarakterizə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 9 nömrəli xidmət sahəsindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs1 müsbət xarakterizə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyindən verilmiş xasiyyətnamədə X14 müsbət xarakterizə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Gəncə şəhər Narkoloji Dispanser”dən daxil olmuş xx.xx.2021-ci il tarixli 4146 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 həmin dispanserdə qeydiyyatda durmur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Gəncə şəhər Narkoloji Dispanser”dən daxil olmuş xx.xx.2021-ci il tarixli 4145 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 həmin dispanserdə qeydiyyatda durmur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsindən daxil olmuş xx.xx.2021-ci il tarixli 7221 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin xəstəxanada müalicədə olmamışlar. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı şəhər Narkoloji Mərkəzi” publik hüquqi şəxsindən daxil olmuş xx.xx.2021-ci il tarixli 2861 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin mərkəzdə qeydiyyatda yoxdurlar. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsindən daxil olmuş xx.xx.2021-ci il tarixli xx/xx-9398 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin mərkəzdə müalicədə olmayıblar və qeydiyyatda yoxdurlar. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Gəncə şəhər Psixiatriya Xəstəxanası”dan daxil olmuş xx.xx.2021-ci il tarixli 200 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 həmin xəstəxanada müayinə və müalicədə olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasından daxil olmuş xx.xx.2021-ci il tarixli 17/386346 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ətrafında keçirilmiş əməliyyat tədbirləri nəticəsində hər iki şəxsin Gəncə şəhərində eyni ərazidə yaşadıqları və uşaqlıqdan yaxın dostluq münasibətlərində olduqları müəyyən olunmuş, hadisədən sonra isə təxminən 8-10 il aralarında münasibət olmamış, buna səbəb kimi Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 barəsində söz-söhbət etməsi, daha çox kilsədə vaxtını keçirməsi və onunla əlaqə saxlamaq istəməməsi olmuşdur. Gəncə şəhərində Təqsirləndirilən şəxs2 “Saşa” ləqəbi ilə tanındığı, xristian dininə ibadət etdiyi və onun Gəncə şəhərində yerləşən X42 işlədiyi, qətlə yetirilən rus millətindən olan X19 ilə də Gəncə şəhərində yerləşən həmin kilsədə tanış olduğu müəyyən olunmuşdur. Məlumat əldə olunmuşdur ki, hər iki şəxsin hadisədən əvvəl maddi çətinlikləri olmuş, bir neçə nəfərdən pul borc almış və müxtəlif yerlərdə işləyərək borclarını geri qaytarmışlar. Məlumatlardan görünür ki, qətlə yetirilən Nadejda Nəzərlinin maddi imkanın yaxşı olması barədə məlumatı Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 bildirmiş, Təqsirləndirilən şəxs1 Nadejda Nəzərlini X42 görərək onun barəsində Təqsirləndirilən şəxs2 məlumat toplanmış, habelə üzərində qızıl-zinət əşyalarının olması diqqətini çəkmiş, hadisədən bir neçə gün əvvəl Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında söhbət zamanı onlar maddi sıxıntılarını aradan qaldırmaq məqsədilə Nadejda Nəzərlinin evinə daxil olaraq pul və qızıl-zinət əşyalarını oğurlama qənaətinə gəlmiş və bu məqsədlə həmin evə hansı yolla daxil olmağı planlamışlar. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aralarında razılaşdırdıqları plana əsasən Şəhriyatın deyəcəyi yalana əsasən onu tanıyan Nadejda Nəzərli hər ikisini yaşadığı evə dəvət etməli, evə daxil olduqdan sonra əlverişli şərait yarandıqda Təqsirləndirilən şəxs2 Nadejdanı tutub saxlamalı Təqsirləndirilən şəxs1 isə üzərində olan bıçaqla onu vuraraq öldürməli, sonra isə onlar Nadejdanın yaşadığı evdə pul və qızıl-zinət əşyalarını axtarıb tapmalı olmuşlar. Daha sonra məlumat əldə olunmuşdur ki, xx.xx.2008-ci il tarixdə baş vermiş hadisədən bir neçə saat əvvəl Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Gəncə şəhərində yerləşən “Orucun Çayçısı” kimi tanının çay evində görüşərək havanın qaralmasını gözləyərək vətəndaş X6 yaşadığı evə gələrək qapının zəngini basıb Nadejda Nəzərlini aldadaraq onun evinə girmişlər, orada aralarında olan söhbət zamanı Nadejda Nəzərli onların yalan danışmasından şübhə edib hər ikisindən evini tərk etmələrini istəmiş, onlar evdən çıxan zaman əlverişli şərait yarandığından Təqsirləndirilən şəxs2 Nadejda Nəzərlinin arxa tərəfindən tutaraq saxlamış, Təqsirləndirilən şəxs1 isə üzərində olan bıçaqla onun boğaz nahiyyəsinə 1 zərbə vurmuş, daha sonra həmin zərbənin təsirindən yerə yıxılan Nadejdanı Təqsirləndirilən şəxs2 tutub saxlamağa davam etmiş, Təqsirləndirilən şəxs1 həmin bıçaqla yenidən Nadejdanın boğaz nahiyəsindən bir neçə dəfə zərbə vurmaqla onu qətlə yetirmişdir. Nadejdanı qətlə yetirdikdən sonra hər iki şəxs onun evində pul və qızıl-zinət əşyaları axtarsalar da heç bir maddi nemət tapa bilməyib evdən ayrılmışlar. Hadisənin növbəti günü isə Təqsirləndirilən şəxs1 Nadejdanı qətlə yetirən zaman istifadə etdiyi bıçağı yaşadığı ərazidə yerləşən ümumi tualetin quyusuna atmışdır. Məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hadisədən əvvəl və sonra bu barədə heç kimə məlumat verməmişlər. Hadisəni törətmiş hər iki şəxsin kriminal aləmlə əlaqəsinin olmaması, hər hansi bir cinayətkar dəstənin üzvü olmadığı müəyyən olunmuş, onların digər cinayətlərdə iştiraklarının olub-olmadığı baradə məlumat əldə olunmamışdır. Hadisədən bir neçə saat əvvəl hər iki şəxsin az miqdarda alkaqol içki qəbul etdikləri, hadisə vaxtı Təqsirləndirilən şəxs2 əynində olan paltarları xatırlamadığı, Təqsirləndirilən şəxs1 cins şalvar geyindiyi müəyyən olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “Azercell” mobil operatorundan daxil olmuş 1 ədəd CD formatlı optik diskə baxış keçirilməsinə dair xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, “503797566sms” adlandırılmış fayllara baxış zamanı ***-***-**-** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə xx.xx.2008-ci il tarixdə saat 01:02:19-da “Canim gozume yuxu girmir elece seni fikirlesirem seni dusunurem necesen eyaqin necedir cox aqrimirki varsa mene 100 kontur yola” məzmunlu sms mətninin göndərilməsi müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli qərarla şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində aşkar edilərək götürülmüş 02 ədəd sellofan bükümündə ayrı-ayrılıqda çəkiləri 3,263 qram və 3,205 qram olmaqla, ümumilikdə təmiz çəkisi 6,468 qram olan narkotik vasitə heroin maddi sübut qismində tanınmaqla saxlanılması üçün DİN-nin BMCMİ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Habelə, xx.xx.2021-ci il tarixli qərarla hadisə yerinə baxış keçirlərkən X6 yaşadığı evdən götürülmüş 01 ədəd qapı qıfılı, 01 ədəd kofta, Nadejda Nəzərlinin meyitinə baxış zamanı götürülmüş 01 ədəd xalat, 01 ədəd bambaz gödəkcə, 01 ədəd boğazlı jaket, 01 ədəd çəhrayı ağ zolaqlı kofta, 01 ədəd qara rəngli tuman, 01 cüt corab, 01 ədəd trusik, paltarının cibində olmuş 01 ədəd eynək, Təqsirləndirilən şəxs2 üzərində aşkar edilərək götürülmüş 02 ədəd şəffaf sellofan bükümdə, eyni tərkibli ayrı-ayrılıqda çəkiləri 4,189 qram və 4,328 qram olmaqla, ümumilikdə təmiz çəkisi 8,517 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs1 05 avqust 2021-ci il tarixdə ifadəsi yerində yoxlanılarkən aşkar edilərək götürülmüş 01 ədəd bıçaq iş üzrə maddi sübut qismində tanınmış, maddi sübut hesab edilmiş X6 yaşadığı evdən götürülmüş 01 ədəd qapı qıfılı, 01 ədəd kofta, Nadejda Nəzərlinin meyitinə baxış zamanı götürülmüş 01 ədəd xalat, 01 ədəd bambaz gödəkcə, 01 ədəd boğazlı jaket, 01 ədəd çəhrayı ağ zolaqlı kofta, 01 ədəd qara rəngli tuman, 01 cüt corab, 01 ədəd trusik, paltarının cibində olmuş 01 ədəd eynək, Təqsirləndirilən şəxs1 ifadəsi 05 avqust 2021-ci il tarixdə yerində yoxlanılarkən aşkar edilərək götürülmüş 01 ədəd bıçaq Baş Prokurorluğun İstintaq idarəsində maddi sübutlar üçün nəzərdə tutulmuş otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs2 üzərində aşkar edilərək götürülmüş 02 ədəd şəffaf sellofan bükümdə, eyni tərkibli ayrı-ayrılıqda çəkiləri 4,189 qram və 4,328 qram olmaqla, ümumilikdə təmiz çəkisi 8,517 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin saxlanılması üçün DİN-nin BMCMİ-nin maddi sübutları saxlama otağına təhvil verilməsi nəzərə alınmışdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə verdiyi qeyd olunan cinayət hadisəsini törətməmələri, polis, prokurorluq əməkdaşları tərəfindən fiziki təsirlərə məruz qalaraq cinayəti etiraf etmələri ilə bağlı verdiyi ifadələri onaların özlərinin ibtidai istintaq zamanı verdikləri etirafedici ifadələri, ekspertiza rəyləri və cinayət işinin materiallarında olan digər mötəbər və inkar olunmaz dəlillərlə təkzib edildiyindən, həmin ifadəyə tənqidi yanaşaraq özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Beləliklə,məhkəmə kollegiyası Azərbaycan Respublikasının CPM-in 145-ci maddəsinin tələbinə əsasən, iş materiallarında olan sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib aşağıdakı nəticəyə gəlir. Məhkəmə istintaq orqanı tərəfindən xx.xx.2021-ci il tarixdə ikisi Təqsirləndirilən şəxs1 şahid qismində dindirilməsi zamanı cinayəti etiraf etmələri ilə bağlı ifadəsi və Təqsirləndirilən şəxs2 şahid qismində xx.xx.2021-ci il tarixli şahid qismində dindirilməsi zamanı cinayəti etiraf etmələri və xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə 13 may 2008-ci il tarixdə X4 Gəncə şəhərində yaşadığı evdə qəsdən öldürülməsi faktı üzrə cinayət təqibi üçün əhəmiyyətli olan, təcrübə hərəkətinin aparılması şərti ilə araşdırıla biləcək məlumatların yoxlanılması və dəqiqləşdirilməsi məqsədilə videoçəkiliş aparılmaqla keçirilmiş istintaq eksperimenti ilə bağlı ifadələrini məhkəmədə tədqiq edərək, CPM-in 20-ci və 95.4.1-ci maddəsinə əsasən şəxsin özünün və yaxın qohumlarının əleyhinə ifadə verməmək hüququnun olmasının, şahidin isə dindirmədə ona məlum olan bütün hallar üzrə suallara tam və düzgün cavab vermək vəzifəsinin olmasını nəzərə alıb Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixli şahid qismində etirafedici ifadələrini və keçirilmiş istintaq eksperimenti ilə bağlı ifadələrinin sübutlar siyahısından çıxarılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə kollegiyası bu mənada Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 9.1.3-cü maddəsində hər bir cinayət təqibinin qanuniliyi və əsaslılığı müəyyən edilməklə, CPM-nin 9.2-ci maddəsində Bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilməsini, Azərbaycan Respublikasının Prosessual Məcəlləsinin 10.1-ci maddəsində Məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikasının Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməli olunmasını və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 10.5-ci maddəsində isə Qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsinin olmamsını nəzərə alır. İbtidai istintaq zamanı təqsirləndirilən şəxslər etirafedici ifadələr versələr də, sonradan məhkəmə istintaq zamanı hər ikisi etirafedici ifadələri fiziki təzyiq nəticəsində verdiklərini, hər ikisinə ağır işgəncələr verildiyi üçün 10 gündən artıq müddətdə BMCMİ-də saxlanıldıqlarını, göstərdiklərinin heç birinin əslində baş vermədiyini, narkotik vasitənin ona aid olmaması (Q.Şəhriyata münasibətdə), satış məqsədinin olmaması (S.Seymura münasibətdə), videoçəkiliş aparılmaqla iştirakları ilə keçirilmiş istintaq eksperimenti zamanı əslində törətmədikləri cinayətin şəraitini istintaq hərəkətinin gedişi zamanı bacardıqları qədər bir-birinin ifadəsinə uyğunlaşdırdıqlarını bildirmiş, Nadejda Nəzərlinin hansı şəraitdə öldürülməsilə bağlı ifadələri özündən uyduraraq göstərmiş, heç vaxt X36 şəhəri, Həsənli qardaşları küçəsi 6 ünvanında yerləşən evində onun həmin evdə qəsdən öldürülməsindən əvvəlki tarixlərdə, yaxud sonradan olmamış, yalnız istintaq zamanı ifadələri yerində yoxlanılarkən hazırda diş klinikasına çevrilmiş həmin evə daxil olmuş, ifadəsi yerində yoxlanılarkən həmin evin istintaq hərəkətinin aparıldığı vaxtdakı ilə 2008-ci il tarixdəki xarici görünüşündəki dəyişiklikləri bir neçə dəfə 2008-ci ildə təsadüfən həmin evin qarşısından keçən zaman baxıb xatirlərində saxladıqlarına əsasən göstərmişdir. Təqsirləndirilən şəxslərin Nadejda Nəzərlinin öldürülməsi hadisəsi ilə heç bir əlaqələrinin olmaması barədə sonrakı ifadələrində göstərdikləri hər birinin təqsirləndirilən şəxs qismində ifadələri(videoçəkilişlə), təqsirləndirilən şəxs qismində ifadələrinin yerində yoxlanılması protokolları(videoçəkilişlə), şahid ifadələri, istintaq hərəkəti protokolları, protokollara əlavələrlə, işin digər faktiki halları ilə təkzib edilir. Bundan başqa, məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər etirafedici ifadələrdə qeyd edilənləri uydurduqlarını bildirsələr də, qeyd edilən "uydurmalar" işin obyektiv faktiki halları ilə üst-üstə düşür. Belə ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində ilkin ifadəsində göstərilən və daha sonra Qrin Şəhriyatın ifadəsilə də öz təsdiqini tapan xüsusat-Təqsirləndirilən şəxs1lə birlikdə X54 Nəzərlinin yaşadığı evdə qəsdən öldürdükdən sonra onun evindən ayrılıb yaşadıqları ünvana gedərkən ara küçələrlə aşağıya doğru qurulmuş pilləkənlərə fikir vermədiyindən Qrin Şəhriyat yıxılaraq ayağını əzmişdir. Qrin Şəhriyatın xx.xx.2008-ci il tarixdə, saat 01:02:19-da istifadəsində olan ***- ***-**-** saylı mobil telefon nömrəsinə “Canim gozume yuxu girmir elece seni fikirlesirem seni dusunurem necesen eyaqin necedir cox aqrimirki varsa mene 100 kontur yola” məzmunlu sms mətni göndərmişdir. Qrin Şəhriyat ifadələrində həmin smsin ona ünvanlandığını, yazan şəxsin əvvələr aralarında sevgi münasibətləri olmuş Könül Kərimova olduğunu billdirmişdir. Həmçinin o, sonuncu ilə aralarında olan mobil telefon danışıqları və sms yazışmaları zamanı Könülə işlərinin tezliklə düzələcəyi, maddi imkanının yaxşılaşacağı, maddi imkanı yaxşılaşdıqdan sonra isə ona yenidən elçi göndərəcəyini, onunla evlənəcəyini demiş, belə ki, həmin ərəfədəözünə yüksək maaşlı iş axtarmış, həmin işi tapacağına ümid etdiyindən Könülə də bu barədə bildirmişdir. BMCMİ-nin əməkdaşları tərəfindən saxlanılarkən 10 gündən artıq müddətdə həmin İdarədə qanunsuz saxlanılmaları, ifadənin yerində yoxlanılması və istintaq eksperimenti istintaq hərəkətləri zamanı hadisənin mexanizmini bilmədikləri üçün qeyri-müəyyən, natamam ifadə vermələri ilə bağlı təqsirləndirilən şəxslərin ifadələrinə münasibətdə məhkəmə bildirir ki, iş materiallarından, ələlxüsus təqsirləndirilən şəxslərin "şəxsi iş"lərindən görünür ki, Təqsirləndirilən şəxs1 və Şəhriyat Qrin narkotiklərin dövriyyəsi ilə əlaqədar müvafiq olaraq 26 və 27 iyul 2021-ci il tarixlərində saxlanıldıqdan sonra, ardıcıl olaraq xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə barələrində həbs qətimkan tədbiri seçilmiş, 05 və 06 avqust 2021-ci il tarixlərində Gəncə şəhər Kəpəz RPŞ-yə etap edilmiş və onların iştirakı ilə müvafiq istintaq hərəkətləri keçirilmiş və xx.xx.2021-ci il tarixdə hər ikisi 1 saylı İstintaq təcridxanasına etap edilmişdir. Həmçinin "şəxsi iş" də olan materiallardan görünür ki, 3 avqust 2021-ci il tarixdə 1 saylı İstintaq təcridxanasında onların arasında konflikt olması və buna görə də nəzarətdə saxlanılmalarının zəruri olması üçün tədbir görülməsinə göstəriş verilmişdir. Dolayısıyla qeyd edilənlərdən görünür ki, təqsirləndirilən şəxslər barələrində həbs qətimkan tədbiri seçildikdən sonra 1 saylı İstintaq təcridxanasına etap edilmişlər. Həmçinin məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs2 özünü müdafiə üçün gətirdiyi dəlillərə qiymət verərkən onun anasına rus-dilində yazdığı məktubun məzmununu da nəzərə alır. Belə ki, orada Təqsirləndirilən şəxs2 anasına 2008-ci ildə etdiyi günah barədə qeyd edir. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməlləri onların müdafiəçilərinin iştirakları ilə təqisrləndirilən şəxs qismində verdikləri etirafedici ifadələri, hadisə yerinə və meyitə baxış protokolları, zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin ifadələri, üzləşdirmə, iş üzrə təyin edilmiş məhkəmə-tibbi, kompleks məhkəmə-tibbi, tibbi kriminalistik və məhkəmə-kriminalistik, məhkəmə trasoloji, kompleks ambulator məhkəmə-psixiatriya və məhkəmə-psixoloji ekspertizasının rəyləri, əməliyyat tapşırığının icrası zamanı müəyyən edilənlər, cinayət işinin materiallarında olan rəsmi sənədlər və işin digər faktiki halları ilə ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 143-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.6, 120.2.9 maddələrində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermiş, cinayət hadisələri məhz onalrın tərəfindən törədilmişdir, həmçinin bu cinayətlərin törədilməsində onlar təqsirlidir. Məhkəmə bu nəticəyə gələrkən Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 2002-ci il 12 dekabr tarixli qərarının 3 və 8 -ci bəndlərini də qeyd edir. Belə ki, Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 2002-ci il 12 dekabr tarixli qərarının 3-cü bəndində göstərilir ki, təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmişşəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Həmin Qərarının 8-cü bəndininin izahına görə isətəqsirkarin əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Meyid üzərində təhqiredici hərəkətlər özlüyündə qəsdən adam öldürmənin xüsusi amansızlıqla törədilməsinə dəlalət etmir. Qəsdən adam öldürmə ərəfəsində və ya bu cinayətin törədilməsi prosesində təqsirkarın xüsusi amansızlıq göstərdiyini təsdiq edən məlumatlar olmadıqda bu əməllər qəsdən adam öldürmə barədəki müvafiq maddə ilə yanaşı meyid üzərində təhqiredici hərəkətlərə görə CM-nin 245-ci maddəsi ilə də tövsif edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək və Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 2002-ci il 12 dekabr tarixli « Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi» haqqında Qərarının 3-cü və 8-ci bəndlərinin izahını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.6, 120.2.9-cu maddələrinədə nəzərədə tutulan cinayət əməllərini törətmələri öz təsdiqini tapsa da və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-ci maddəçində nəzərdə tutulan cinayət əməlini törətmələri məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. Həmin Qərarının 9-cu bəndininin izahına görə təqsirkarın əməli tamah məqsədilə qəsdən adam öldürmə kimi (120.2.5-ci maddə) o vaxt tövsif edilə bilər ki, bu əməl təqsirkarın özü və başqası üçün hər hansı maddi mənfəət (pul, əmlak, mənzil sahəsinə hüquq və s.) əldə etmək və ya maddi xərclərdən (borc qaytarmaqdan, aliment verməkdən və s.) yaxa qurtarmaq, yaxud sair tamah niyyətilə edilmiş olsun. Cinayətin icraçısının maddi və ya digər mükafat alması ilə şərtləndirilən qəsdən adam öldürmə sifarişlə adam öldürmə kimi tövsif edilməlidir. Əməlin sifarişlə qəsdən adam öldürmə kimi tövsif edilməsində qətli sifariş edənin və cinayətin icraçısının rəhbər tutduqları motivin hər hansı rolu yoxdur. Zərərçəkmiş şəxsin orqan və ya toxumalarından istifadə etmək məqsədilə qəsdən adam öldürmə cinayətinin subyekti tibb işçiləri ilə yanaşı başqa şəxslər də ola bilər. Birbaşa qəsdlə törədilən belə cinayətlərin motivi həm tamah məqsədilə, həm də başqa səbəblərdən (məsələn yaxın adamın həyatını zərərçəkmişin həyatı bahasına xilas etmək və s.) ola bilər. Təqsirkar şəxsin özgə əmlakını ələ keçirməsinə dair qəsdi zərərçəkmişin digər səbəb və motivlərlə öldürülməsindən sonra yarandıqda bu əməllər CM-nin 126.2.5-ci maddəsi ilə deyil, törədilmiş cinayətin motivindən, səbəbindən və üsulundan asılı olaraq CM-nin 120.1 və 120.2.-ci maddələri və həmin Məcəllənin 177-ci maddəsi ilə tövsif edilməlidir. Həmin Qərarının 13-cü bəndininin izahına görə CM-nin 120.2.9-cu maddəsi ilə məsuliyyət (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) o vaxt yaranır ki, zərərçəkmiş şəxs özünün fiziki və ya psixi qüsurlarına görə təqsirkara müqavimət göstərmək imkanına malik olmur və cinayət törədən şəxs zərərçəkmişin köməksiz vəziyyətdə olduğunu dərk edir. Köməksiz vəziyyətdə olmaq dedikdə zərərçəkmişin qoca, xəstə, azyaşlı,bəzi hallarda yetkinlik yaşına çatmamış olması, özündən getmə, huşsuz, yatmış, bərk sərxoş vəziyyətdə olması kimi hallar başa düşülməlidir. Adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə də CM-nin 120.2.9-cu maddəsi ilə tövsif edilməlidir. Bu zaman təqsirkar cinayətlərin məcmusu üzrə, yəni həm CM-nin 120.2.9-cu maddəsi ilə, həm də 144 və ya 215-ci maddəsi ilə məsuliyyət daşımalıdır. Nəzərə almaq lazımdır ki, qanunun mənasına görə burada cinayətin obyekti təkcə oğurlanan və ya girov götürülən şəxsin (şəxslərin) həyatı deyil, həm də bu cinayət hadisəsinin törədilməsi ilə bağlı başqa şəxsin (şəxslərin) həyatı da ola bilər. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı narkotik vasitənin və psixotrop maddənin onlara məxsus olmaması, üzərlərindən aşkar olunan narkotik vasitənin və psixotrop maddənin polislər tərəfindən onların üzərinə qoyulması ilə bağlı vermiş olduqları ifadələri şahid ifadələri, ekspertiza rəyi və cinayət işinin materiallarında olan digər mötəbər sübutlarla təkzib edildiyindən, həmin ifadələrə tənqidi yanaşaraq, təqsirləndirilən şəxslərin özlərini müdafiə məqsədilə verdiyi ifadə kimi qiymətləndirir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslərə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-ci maddəsində nəzərdə tutulan əmələ görə ittiham elan edilməsi ilə bağlı ibtidai istintaq orqanının gəldiyi nəticə və təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamla razılaşmır və hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittiham onlar tərəfindən törədilmiş cinayət əməlinə uyğun deyil. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulanadək onların narkotik vasitələrin satışı ilə məşğul olması, kiməsə psixotrop maddə olan metafetamin satması, narkotik vasitələrin və psixotrop maddənini satışı ilə bağlı digər şəxslərlə münasibət qurması, habelə onların satış məqsədi ilə narkotik vasitələri və psixotrop maddəni əldə etmələri ilə bağlı dəqiq və yoxlanılmış məlumat olmamışdır. Başqa sözlə hüquq mühafizə orqanları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə hər hansı obyektiv məlumata malik olmamışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşları təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə edib üzərində saxlaması, daşıması və satışı ilə məşğul olmaları barədə əməliyyat məlumatının daxil olmasını bildirsələr də, sonradan Təqsirləndirilən şəxs1 narkotik vasitələrin və Təqsirləndirilən şəxs2 isə psixotrop maddələrin satışı ilə məşğul olmasına münasibətdə heç bir mötəbər sübut əldə olunmamışdır. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittihamın irəli sürülməsinə baxmayaraq, ibtidai istintaq dövründə onların narkotik vasitələrin və psixotrop maddəlrin satışı ilə məşğul olması, bu məqsədlə kiminləsə danışıq aparmaları və bu barədə sövdələşmələri,eləcə də narkotik vasitə və psixotrop maddənin satılması üçün ayrı -ayrı bükümlrə bölünməsi və ya onların satışını təmin etmək üçün digər vasitələrin mövcüdluğu ilə bağlı hər hansı bir sübut əldə edilməmişdir. Ümumiyyətlə cinayət işinin materiallarında Təqsirləndirilən şəxs1 narkotik vasitələrin və Təqsirləndirilən şəxs2 psixotrop maddələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək heç bir sübut yoxdur. Məhkəmə tərkibi belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı təsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətlə bağlı ittiham irəli sürərkən mötəbər və obyektiv sübutlara əsaslanmalı olduğu halda bunları etməmişdir. Belə ki, həm ittiham aktından, həm də cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 irəli sürülmüş ittihamın əsasını yalnız aşkar edilmiş psixotrop maddə metamfetaminin və heroinin küllü miqdarda olması təşkil etmişdir. Qeyd olunan xüsusat şəxsi axtarış aparılması və götürmə barədə protokolda və həmin protokola əlavə edilmiş 1 ədəd DVD diskdə də öz əksini tapmışdır. Məhkəmə tərkibi hesab edir ki, ibtidai istintaq orqanı yuxarıda qeyd edilən halları nəzərə almadan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq heroini əldə etməsi, və Təqsirləndirilən şəxs2 isə satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə metafetamini saxlaması və daşıması barədə yanlış nəticəyə gəlmişdir. İbtidai istintaq orqanı belə bir nəticəyə gəlsə də, gəldiyi nəticəni təsdiq edəcək heç bir sübut əldə etməmiş və həmin sübutları cinayət işinin materiallarına əlavə etməmişdir. Həmçinin, məhkəmə tərkibi hesab edir ki, şəxsin psixotrop maddə olan metafetamini və heroini satış məqsədi ilə əldə etməsinə dair heç bir sübut olmadığı halda yalnız narkotik vasitənin və psixotrop maddənin çəkisinin çox olmasına istinad edib ehtimalla narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə əldə etməsi qənaətinə gəlmək tamamilə yanlışdır. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, təsirləndirilən Təqsirləndirilən şəxs1 narkotik vasitə heroninin və Təqsirləndirilən şəxs2 isə metafetəminin satışı ilə məşğul olmasını təsdiq edə biləcək hər hansı bir sübut olmadığı halda, onlar tərəfindən məhz satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə metafetaminin əldə edilməsi, saxlanması və daşınması qənaətinə gəlmək mümkün deyil. Məhəkəmə bu nəticəyə gələrkən «Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanunun»un tələblərini nəzərə alır.Belə ki, «Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun» 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin, sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthuquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə tərkibi belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə metafetamin əldə etməsi, saxlaması və daşıması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, öz şəxsi mülahizələrinə, ehtimallarına və şübhələrinə, eləcə də öz təsdiqini tapmamış məlumatlara əsaslanmışdır. Həmin şübhələri isə iş üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 6,468 qram olan narkotik vasitə heroini, habelə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 8,517 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi olmadan üzərlərində saxlamaları müəyyən olunduğundan, onların əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən, həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunmalıdır. Məhkəmə hesab edir ki, təsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri hazırda qüvvədə olan CM-nin 234.1-1-ci maddəsinə uyğun gəlsə də, onlar hazırki cinayət əməlini Azərbaycan Respublikasının Cinayət məcəlləsinə dəyişiklik edilməmişdən əvvəl törətdikləindən və həmin dövrdəki qanunvericiliyin tələbləri təqsirləndirilən şəxsin vəziyyətələrini yüngülləşdirdiyindən onaların barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi tətbiq edilməldir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 6,468 qram olan narkotik vasitə heroini, habelə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 8,517 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi olmadan əldə edib üzərində saxlayıb daşımışlar. Təsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmələri, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı müdafiəçisinini iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifaədəsinin və şahidlərin ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış aparılması və götürmə protokolu, istintaq hərəkətləri zamanı aparılmış video-çəkilişlə, işdə olan digər sübutlarla, həmçinin məhkəmə istintaqı zamanı araşdırılmış işin faktiki halları ilə tamamilə sübuta yetirilmişdir. Ona görə də təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onlar islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinin tələbinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Cinayət Məcəlləsinin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Qeyd edilənlərə əsasən məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlini 25 oktyabr 2008-ci il tarixdə törətməsini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2-ci maddəsinin 20 iyun 2014-cü il tarixədək qüvvədə olmuş redaksiyadakı mətninin tətbiq edilməsinin qanunamüvafiq olduğunu hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildikləri Azərbaycan Respublikasının CM-nin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.6, 120.2.9 və 234.1-ci maddələrinin sanksiyalarının həddində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 61.1.7-ci maddəsinə əsasən cinayətin təqsirkar üçün aşkar surətdə qoca olan şəxsə qarşı törədilməsi Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 61.1.7-ci maddəsinə əsasən cinayətin təqsirkar üçün aşkar surətdə qoca olan şəxsə qarşı törədilməsi Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran haldır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər Nizami rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-in 234.1 və 234.2-ci maddələrinə əsasən 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hazırda məhkumluğu ödənildiyindən, Təqsirləndirilən şəxs1 əvvələr məhkum olunması heç bir hüquqi nəticə yaratmır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildikləri maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan mərhumetmə cəzası təyin etməklə cəzanın məqsədinə nail olmasını mümkün sayır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.5-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.6, 120.2.9 maddəlriə ilə törətdikləri cinayət əməli xüsusilə ağır cinayət hesab olunduğundan, onlar, Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs1 cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 27 iyul 2021-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs2 cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 28 iyul 2021-ci il tarixdən hesablanmalı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutları saxlama otağında saxlınalan Təqsirləndirilən şəxs1 üzərində aşkar edilərək götürülmüş 02 ədəd sellofan bükümündə ayrı-ayrılıqda çəkiləri 3,263 qram və 3,205 qram olmaqla, ümumilikdə təmiz çəkisi 6,468 qram olan narkotik vasitə heroin, habelə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərində aşkar edilərək götürülmüş 02 ədəd şəffaf sellofan bükümdə, eyni tərkibli ayrı-ayrılıqda çəkiləri 4,189 qram və 4,328 qram olmaqla, ümumilikdə təmiz çəkisi 8,517 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası DİN-nin BMCMİ-nə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməldir. İş üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin maddi sübutları saxlama otağında saxlınalan hadisə yerinə baxış keçirlərkən X6 yaşadığı evdən götürülmüş 01 ədəd qapı qıfılı, 01 ədəd kofta, Nadejda Nəzərlinin meyitinə baxış zamanı götürülmüş 01 ədəd xalat, 01 ədəd bambaz gödəkcə, 01 ədəd boğazlı jaket, 01 ədəd çəhrayı ağ zolaqlı kofta, 01 ədəd qara rəngli tuman, 01 cüt corab, 01 ədəd trusik, paltarının cibində olmuş 01 ədəd eynək yaxın qohumlarına qaytarılmalı, imtina etdikdə məhv edilməlidir. Maddi sübut 01 ədəd bıçaq məhv edilmədir. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və narkoloji kabinetdə qeydiyyata alınmaldır. Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmaldır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 1309 manat 64 qəpik təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344347, 349, 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.6, 120.2.9-cu maddəlində (20 iyun 2014-cü il tarixədək qüvvədə olmuş redaksiyada) nəzərədə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 12 (on iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 13 (on üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzasının əvvəli onun tutulduğu andan, xx.xx.2021-ci tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.6, 120.2.9-cu maddəlində (20 iyun 2014-cü il tarixədək qüvvədə olmuş redaksiyada) nəzərədə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 12 (on iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 13 (on üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzasının əvvəli onun tutulduğu andan, xx.xx.2021-ci tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsaəsən narkomaniyadan məcburi müalicə təyin edilsin və narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutları saxlama otağında saxlınalan Təqsirləndirilən şəxs1 üzərində aşkar edilərək götürülmüş 02 ədəd sellofan bükümündə ayrı-ayrılıqda çəkiləri 3,263 qram və 3,205 qram olmaqla, ümumilikdə təmiz çəkisi 6,468 qram olan narkotik vasitə heroin, habelə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərində aşkar edilərək götürülmüş 02 ədəd şəffaf sellofan bükümdə, eyni tərkibli ayrı-ayrılıqda çəkiləri 4,189 qram və 4,328 qram olmaqla, ümumilikdə təmiz çəkisi 8,517 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası DİN-nin BMCMİ-nə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. İş üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin maddi sübutları saxlama otağında saxlınalan hadisə yerinə baxış keçirlərkən X6 yaşadığı evdən götürülmüş 01 ədəd qapı qıfılı, 01 ədəd kofta, Nadejda Nəzərlinin meyitinə baxış zamanı götürülmüş 01 ədəd xalat, 01 ədəd bambaz gödəkcə, 01 ədəd boğazlı jaket, 01 ədəd çəhrayı ağ zolaqlı kofta, 01 ədəd qara rəngli tuman, 01 cüt corab, 01 ədəd trusik, paltarının cibində olmuş 01 ədəd eynək yaxın qohumldarına qaytarısın, imtina etdikdə məhv edilsin,01 ədəd bıçaq məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 1309 manat 64 qəpik təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar