Məhkəmə qərarları › İş №1(100)-60/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-60/2021

26.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-60/2021 26.02.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X9 Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Bağırov Məhəmməd Ənvər oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, X3 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamınm Müdafiəsi üzrə X5 Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi- Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1993-cü il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, bir uşaq atası, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Ağcabədi şəhəri, S.Vurğun küçəsi ev 42-də qeydiyyatda olan, hal-hazırda Gəncə 2 saylı İstintaq Təcridxanasında saxlanılan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 317-2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımaqla istintaq təcridxanasına keçirmişdir. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 10,268 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və külli miqdarda 12,425 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metafetamini məlum olmayan vaxtda və mənbədən əldə edərək özünə məxsus, üzərində «Aosai» sözlər yazılmış elektron tərəzidən istifadə etməklə həmin narkotik vasitələri və psixotrop maddəni çəkib heroini 07 bükümdə polietilen və gümüşü rəngli kağız bağlamalarda, metafetamini isə 09 bükümdə polietilen və gümüşü rəngli kağız bağlamada qablaşdıraraq daşımaqla ümumi təmiz çəkisi 10,221 qram 06 büküm heroini və ümumi təmiz çəkisi 8,718 qram 04 büküm metafetamini Ağcabədi şəhəri, S.Vurğun küçəsi, 42 saylı ünvanda yerləşən fərdi yaşayış evinin həyətində olan taxta dolabda və hamam otağında saxlamış, ümumi təmiz çəkisi 3,707 qram 05 büküm metafetamini və ümumi təmiz çəkisi 0,047 qram 01 büküm heroini üzərində saxlamaqla gəzdirmiş və daşımış, xx xxxxxx 2020-ci il tarixdə saat 21 radələrində Ağcabədi rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı evin həyətyani sahəsinə baxış keçirilən zaman həyətin sağ küncündə mişar daşlarından inşa edilmiş tualet ilə hasarın arasında olan taxta dolabın içərisindən 02 ədəd polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkisi 5,520 qram, 1,893 qram, ümumi təmiz çəkisi 7,413 qram olan maddələr kustar üsulla hazırlanmış, psixotrop maddə metafetamin, 01 ədəd sellofan torbacıqda polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,325 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, həyətdə evə bitişik olan hamam otağının sol küncündən 01 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 5,358 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd polietilen kəsiyi bükümündə təmiz çəksi 0,853 qram olan maddə kustar üsulla hazırlanmış, psixotrop maddə metafetamin, hamamın sağ küncündəki masanın üzərindən 02 ədəd polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkisi 3,591 qram, 0,372 qram, 01 ədəd gümüş rəngli kağız bükümdə təmiz çəkisi 0,312 qram, 01 ədəd gümüş rəngli kağız bükümdə təmiz çəkisi 0,263 qram, ümumi çəkisi 4,538 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəksi 0,452 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüş, üzərində saxladığı ümumi təmiz çəkisi 3,707 qram 05 büküm metafetamindən 03 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,574 qram, 0,056 qram və 0,620 qram, ümumi təmiz çəkisi 1,250 qram psixotrop maddə metafetamini və ümumi təmiz çəkisi 0,047 qram 01 büküm heroini Ağcabədi RPŞ-nin X8 tanış olduğu Şahid1 vermiş, qalan 02 büküm ayrı-ayrılıqda təmiz çəkiləri 0,940 və 1,517 qram, ümumi təmiz çəkisi 2,457 qram psixotrop maddə metafetamini özü udaraq mədəsində saxlamaqla istintaq təcridfxanasında saxlanılan şəxs olaraq qadağan olunmuş əşyaları hazırlamamalı, saxlamamalı, gəzdirməməli, daşımamalı və istifadə etməməli olduğu halda ona Gəncə 2 saylı İstintaq Təcridxanasının əməkdaşları tərəfindən edilmiş xəbərdarlığa əməl etməyərək daşıyaraq gəzdirmiş, xx xxxx 2020-ci il tarixdə saat 15 radələrində Ağcabədi RPŞ-nin X6 Gəncə 2 saylı İstintaq Təcridxanasına köçürülüb üzərində axtarış aparılan zaman təcridxana əməkdaşları tərəfindən rentgen aparatında yoxlanılarkən mədəsində gizlətdiyi 02 büküm ayrı-ayrılıqda təmiz çəkiləri 0,940 və 1,517 qram, ümumi təmiz çəkisi 2,457 qram psixotrop maddə metafetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 317-2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, demək olar ki, hər gün narkotik vasitə heroin, bəzi vaxtlarda isə psixotrop maddə metafetamin qəbul etmişdir. O, narkotik vasitə qəbul etmədikdə bədənində şiddətli ağrılar olmuşdur. Buna görə də narkotik vasitə alıb qəbul etmişdir. xx xxxxxx 2020-ci il tarixdə axşam saat 22 radələrində Ağcabədi rayon polis şöbəsinin əməkdaşları tərəfindən yaşadığı evdə axtarış aparılan zaman evin həyətində yerləşən tualetlə daş hasarın arasından 02 ədəd bükümdə psixotrop maddə metafetamin, 01 ədəd bükümdə narkotik vasitə heroin, evə bitişik olan hamamdan isə 01 ədəd bükümdə heroin və 01 ədəd bükümdə psixotrop maddə metafetamin aşkar edilərək götürülmüşdür. Həmin narkotik vasitə və psixortop maddələri özü Ağcabədi şəhərində yerləşən Rus qəbristanlığından tapmış və istifadəsi üçün həmin narkotik vasitə və psixotrop maddələri yaşadığı evin hamamında və tualetlə evin həyətinin hasarının arasında gizlətmişdir. Həmin narkotik vasitə və psixotrop maddələr yaşadığı evdən aşkar edildikdən sonra Ağcabədi rayon polis əməkdaşları ilə əlaqə saxlaması və təslim olması barədə qərara gəlmişdir. O, axtarış aparılarkən evdə olmadığı üçün barəsində cinayət işi başlanaraq axtarış elan edilmişdir. O, da xx xxxx 2020-ci il tarixdə səhər saatlarında Ağcabədi rayon polis şöbəsinin əməkdaşları ilə əlaqə saxlayıb təslim olmuş və tutulmuşdur. O, dindirilərkən törətmiş olduğu cinayət hadisəsini etiraf etmiş və evindən aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddələri anasının qəbrini ziyarət etməyə gedərkən qəbirlərin arasından tapdığını bildirmişdir. O, Ağcabədi rayon polis şöbəsində X2rkən üzərində narkotik vasitə heroin və psixotrop maddə metafetamin olmuşdur. O, həmin narkotik vasitə və metafetamini Ağcabədi rayon polis şöbəsinin X2rkən saxlanıldığı 6-cı kamerada yatdığı yatağın üzərində olan döşəyin içərisində gizlətmişdir. xx xxxx 2020-ci il tarixdə o, Ağcabədi RPŞ-nin MSY-dən xidməti avtomobillə Gəncə 2 saylı İstintaq Təcridxanasına köçürülmüşdür. Təcridxanada təxminən 13 gün qaldıqdan sonra o, Ağcabədi RPŞ-nin MSY-nə köçürülmüşdür. Orada olarkən onun ifadəsi yerində yoxlanılmış və o, xx xxxx 2020-ci il tarixdə saat 12 radələrində Ağcabədi RPŞ-nin MSY-dən Gəncə 2 saylı İstintaq Təcridxanasına köçürülmüşdür. X2rkən o, oğurluqla tutulmuş Şahid1 ilə tanış olmuş, Nicat da onun kimi narkotik vasitə və psixortop maddələrdən istifadə etdiyi üçün o, özündə olan heroin və metafetamindən Nicata vermişdir. Təcridxanada üzəri yoxlanılan zaman hər hansı qanunla qadağan olunmuş əşya və predmet, o cümlədən narkotik vasitə aşkar edilməsə də, təcridxananın əməkdaşları onunla birlikdə Ağcabədi RPŞ-nin MSY-dən Gəncə 2 saylı İstintaq Təcridxanasına köçürülmüş Şahid1 şübhələndikləri üçün hər ikisini təcridxananın rentgenində yoxlamaq qərarına gəlmişlər. Rentgendə yoxlama zamanı onun və Nicatın mədəsində kütlələr olduğu aşkar edilmişdir. Həmin kütlələri o və Nicat tualetdə bədənindən kənarlaşdırmışlar. Həmin kütlələr təcridxananın əməkdaşları tərəfindən götürülmüş və qablaşdırılmışdır. O, yaşadığı evdən və mədəsindən aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddələri özü istifadə etmək üçün əldə etmişdir. Onun həmin narkotik vasitələri satmaq niyyəti olmamışdır. O, həmin narkotik vasitə və psixotrop maddələrdən heç kimə satmamış, Şahid1 istifadə etməsi üçün həmin narkotik vasitələri əvəzsiz olaraq vermiş, Savalanova narkotik vasitə heroin və psixotrop maddə metafetamini pay verdiyi üçün hər hansı qazanc əldə etməmişdir. Bu səbəbdən o, ona elan olunmuş ittiham üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin həmin məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini və yüngül cəza verməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, narkotik vasitə heroin və pisxotrop maddə metanfetamindən istifadə edir. 2020-ci ilin mart ayında o, oğurluq etdiyi üçün tutulmuş və Ağcabədi RPŞ-nin X8 saxlanılmışdır. Ağcabədi RPŞ-nin X2rkən Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. O, Elnurla eyni kamerada saxlanılmışdır. xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxsla onu Ağcabədi RPŞ-nin X6 Gəncə 2 saylı istintaq təcridxanasına köçürmüşlər. Təcridxanada olarkən təcridxana əməkdaşları Elnurdan və ondan şübhələndikləri üçün onların üzərində axtarış aparmışlar. Lakin onların üzərində hər hansı qanunla qadağan olunmuş əşya, həmçinin narkotik vasitə aşkar edilməmişdir. Lakin rentgendə yoxlama zamanı onun və Elnurun mədəsində kütlələr olduğu aşkar edilmişdir. Həmin kütlələri əvvəlcə Elnur, daha sonra isə o, tualetdə hal şahidlərinin iştirakı ilə bədənindən kənarlaşdırmışlar. Həmin kütlələr təcridxananın əməkdaşları tərəfindən götürülmüş və qablaşdırılmışdır. Həmin kütlələrin bir bükümü narkotik vasitə heroin və 3 bükümü psixotrop maddə metafetamin olmuşdur. O, mədəsindən aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddələri özü istifadə etmək üçün tanımadığı şəxsdən almışdır. Təqsirləndirilən şəxs ona narkotik vasitə və psixotrop maddə verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Ağcabədi şəhər sakini X4 məxsus fərdi yaşayış evindən oğurluq edilməsi faktı üzrə həmin cinayət hadisəsinin Ağcabədi şəhər sakini Təqsirləndirilən şəxs tərəfindən törədilməsi və oğurlanmış əşyaları yaşadığı evində saxlaması barədə Ağcabədi rayon Polis Şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatla əlaqədar xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 21 radələrində Təqsirləndirilən şəxs yaşadığı Ağcabədi şəhəri S.Vurğun küçəsində yerləşən fərdi yaşayış evinə və evin həyətyani sahəsində yerləşən yardımçı tikililərə baxış keçirilmiş, baxış zamanı həyətə girişdən sağ tərəfdə mişar daşlarından tikilmiş tualet ilə daş hasarın arasında taxtadan olan dolabın içərisindən ətir qutusunda iki ədəd poletilen bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə və bir ədəd polietilen bükümdə narkotik maddə olan heroinə bənzər kütlə aşkar edilmişdir. Aşkar edilmiş metafetamin və heroinə bənzər kütlələr aşkar edildiyi vəziyyətdə elektron tərəzidə çəkilmiş, metafetaminə bənzər kütlələr ayrı-ayrılıqda 5,8 və 2,1 qram, heroinə bənzər kütlə isə 0,5 qram çəkidə olmuşdur. Bundan sonra həyətin sağ tərəfində evə bitişik olan hamam otağına baxış keçirilmiş, baxış zamanı hamam otağının içəridən sol küncündən bir ədəd sellofan paketdəki göy rəngli kapron qutunun içərisindən bir ədəd narkotik maddə olan heroinə bənzər kütlə və bir ədəd psixotrop maddə olan metafetaminə bənzər kütlələr aşkar edilmişdir. Aşkar edilmiş metamfetamin və heroinə bənzər kütlələr elektron tərəzidə çəkilmiş, metafetaminə bənzər kütlə 1,1 qram, heroinə bənzər kütlə isə 5,62 qram çəkidə olmuşdur. Bundan sonra hamam otağının sağ tərəfində kiçik masanın üstündə bir ədəd gümüşü rəngli kağız bükümdə psixotrop maddə olan metafetaminə bənzər kütlə, iki ədəd gümüşü rəngli kağız bükümdə və iki ədəd polietilen bükümdə narkotik maddə olan heroinə bənzər kütlələr və bir ədəd elektron tərəzi aşkar edilmişdir. Aşkar edilmiş metafetamin və heroinə bənzər kütlələr bükümlərlə birlikdə elektron tərəzidə çəkilmiş, metafetaminə bənzər kağız bükümdəki kütlə 0,61 qram, heroinə bənzər kütlələrdən polietilen bükümlərdəkilər ayrı-ayrılıqda 3,81 qram və 0,52 qram çəkidə, heroinə bənzər gümüşü rəngli kağız bükümlərdəkilər isə ayrı-ayrılıqda 0,51 qram və 0,48 qram çəkidə olmuşlar. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmiş və baxış zamanı cinayət xarakterli hər hansı bir əşya aşkar edilməmişdir. Aşkar edilmiş heroinə bənzər narkotik maddə və psixotrop maddə metafetaminə bənzər kütlələr baxışda iştirak edən şəxslərin və hal şahidlərinin iştirakı ilə qablaşdırılaraq möhürlənmiş və bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Həmin vaxt baxışda iştirak edən Təqsirləndirilən şəxs arvadı Şahid10 aşkar edilmiş narkotik və psixotrop maddələrə oxşar kütlələrin əri Elnura Talıbova məxsus olduğunu bildirmişdir. Bundan sonra aşkar edilmiş maddələrlə bağlı ekspert rəyində olan çəkilərlə baxış protokolunda göstərilən çəkilər arasında fərq olduğunu bilmişdir. Baxış zamanı aşkar edilmiş maddələr aşkar edildiyi vəziyyətdə yəni polietilen və gümüşü rəngli kağızlarla birlikdə çəkildiyindən ekspert rəyində göstərilənlərdən artıq çəkidə olmuş, həmin maddələr tərəzinin üzərinə tökülərək çəkiləcəyi təqdirdə itkiyə gedəcəyindən ehtiyat edərək aşkar olunduğu kimi çəkilmişdir. Ekspertizanın tərəzisi rəsmi standartlara uyğun olduğu üçün daha dəqiq çəkini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 və Şahid5 Şahid2 ifadəsinə uyğun məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 21 radələrində o Ağcabədi şəhəri, S.Vurğun küçəsi ilə piyada gedən zaman əvvəllər tanımadığı polis əməkdaşları ona yaxınlaşaraq bir nəfər şəxsin yaşadığı evin həyətinə baxış keçiriləcəyini bildirmiş və ondan hal şahidi qismində baxışda iştirak etməyi xahiş etmiş, o da razılaşmışdır. Polis əməkdaşlarının və ondan başqa ikinci hal şahidi qismində dəvət olunmuş Şahid9 iştirtakı ilə Elnur Talıovun yaşadığı evə və evin həyətyani sahəsində yerləşən yardımçı tikililərə baxış keçirmişlər. Baxışdan əvvəl ona və Şahid9 hüquq və vəzifələri izah edilmişdir. Baxış zamanı həyətə girişdən sağ tərəfdə mişar daşlarından tikilmiş tualet ilə daş hasarın arasında taxtadan olan şkafın içərisindən ətir qutusunda iki ədəd polietilen bükümdə psixotrop maddə olan metaefetaminə bənzər kütlə və bir ədəd polietieln bükümdə narkotik maddə olan heroinə bənzər kütlə aşkar edilmişdir. Aşkar edilmiş metafetamin və heroinə bənzər kütlələr aşkar edildiyi vəziyyətdə, yəni polietilen bükümlərlə birlikdə elektron tərəzidə çəkilmiş, metafetaminə bənzər kütlələr ayrı-ayrılıqda 5,8 və 2,1 qram, heroinə bənzər kütlə isə 0,5 qram çəkidə olmuşdur. Bundan sonra həyətin sağ tərəfində evə bitişik olan hamam otağına baxış keçirilmişdir. Baxış zamanı hamam otağının içəridən sol küncündən bir ədəd sellofan paketdəki göy rəngli kapron qutunun içərisindən bir ədəd narkotik maddə olan heroinə bənzər kütlə və bir ədəd psixotrop maddə olan metafetaminə bənzər kütlələr aşkar edilmişdir. Aşkar edilmiş metafetamin və heroinə bənzər kütlələr aşkar edildiyi vəziyyətdə, bükümlərlə birlikdə elektron tərəzidə çəkilmiş, metafetaminə bənzər kütlə 1,1 qram, heroinə bənzər kütlə isə 5,62 qram çəkidə olmuşdur. Bundan sonra hamam otağının sağ tərəfində kiçik masanın üstündə bir ədəd gümüşü rəngli kağız bükümdə psixotrop maddə olan metafetaminə bənzər kütlə, iki ədəd gümüşü rəngli kağız bükümdə və iki ədəd polietilen bükümdə narkotik maddə olan heroinə bənzər kütlələr və bir ədəd elektron tərəzi aşkar edilmişdir. Aşkar edilmiş metamfetamin və heroinə bənzər kütlələr aşkar edildiyi vəziyyətdə, yəni polietilen və gümüşü rəngli kağız bükümlərlə birlikdə elektron tərəzidə çəkilmiş, metafetaminə bənzər kağız bükümdəki kütlə 0,61 qram, heroinə bənzər kütlələrdən polietilen bükümlərdəkilər ayrı-ayrılıqda 3,81 qram və 0,52 qram çəkidə, heroinə bənzər gümüşü rəngli kağız bükümlərdəkilər isə ayrı-ayrılıqda 0,51 qram və 0,48 qram çəkidə olmuşlar. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmiş və baxış zamanı hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Sonra aşkar edilmiş heroinə bənzər narkotik maddə və psixotrop maddə olan metafetaminə bənzər kütlələr baxışda iştirak edən şəxslərin iştirakı ilə qablaşdırılaraq möhürlənmiş və bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Həmin vaxt baxışda iştirak edən Təqsirləndirilən şəxs arvadı Şahid10 aşkar edilmiş narkotik və psixotrop maddələrə oxşar kütlələrin əri Elnura Talıbova məxsus olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində bildirmişdir ki, xx xxxx 2020-ci il tarixdə ona İstintaq Təcridaxanasında saxlanılan Təqsirləndirilən şəxs təcridxanada yoxlanılan zaman onun mədəsində narkotik vasitə daşıması müəyyən edilmişdir. Bundan sonra onun, ədliyyə kapitanı Şahid12 və 2 nəfər hal şahidinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, axtarış başlanmazdan əvvəl o, Təqsirləndirilən şəxs üzərində və ya mədəsində hər hansı narkotik vasitə olub-olmadığını soruşmuş, Təqsirləndirilən şəxs ona üzərində heç nə olmadığını, lakin mədəsində narkotik vasitə olduğunu bildirmişdir. xx.xx.2020-ci il tarixdə saat 15 radələrində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə, və digər hər hansı qanunla qadağan olunmuş əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs mədəsində hər hansı narkotik vasitənin olub-olmadığını aydınlaşdırmaq üçün o, təcridxanada rentgen aparatında müayinə olunmuş, müayinə zamanı Elnurun mədəsində 2 ədəd yad cisim olduğu aşkar edilmişdir. Həmin yad cismi Təqsirləndirilən şəxs anus dəliyi vasitəsilə təbii yolla 2 (iki) ədəd bükümü çıxardaraq təhvil vermiş, həmin 2 ədəd büküm eksperetizaya təqdim edilməsi üçün qabaşdırılaraq götürülmüşdür. Axtarışın nəticələrinə dair protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra onlar Təqsirləndirilən şəxs ilə birlikdə Ağcabədi RPŞ-nin MSY-dən Gəncə 2 saylı İstintaq Təcridxanasına köçürülmüş Şahid1 da mədəsində təcridxanaya narkotik vasitə keçirə biləcəyindən şübhələndikləri üçün xx xxxx 2020-ci il tarixdə saat 08 radələrində onun da üzərində axtarış aparmaq qərarına gəlmiş, 2 nəfər hal şahidi dəvət edərək Şahid1 üzərində axtarış aparmışlar. Axtarış zamanı Şahid1 üzərindən hər hansı narkotik vasitə və qanunla qadağan olunmuş əşya və predmet aşkar edilməmişdir. Bundan sonra Şahid1 təcridxanada rentgen aparatında müayinə olunmuş, müayinə zamanı Nicatın mədəsində 4 ədəd yad cisim olduğu aşkar edilmişdir. Daha sonra Şahid1 səmimi etiraf edərək mədəsindəki kütlənin narkotik vasitə olduğunu bildirmşdir. Həmin 4 ədəd yad cismin narkotik vasitə olub-olmadığını müəyyənləşdirmək üçün Təqsirləndirilən şəxs anus dəliyi vasitəsilə təbii yolla həmin 4 (dörd) ədəd bükümü çıxardaraq təhvil vermişdir. Həmin 4 ədəd büküm ekspertizaya təqdim edilməsi üçün qabaşldırılaraq götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 və Şahid13 Şahid11 ifadəsinə uyğun məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Ağcabədi rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 4(017)-21/2019 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixli, 6/305 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “həbs edilmiş şəxs: Təqsirləndirilən şəxs yazısı olan zərfdə, 2 (iki) ədəd dairəvi formalı polietilen bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 0,940 qram və 1,517 qram, ümumi təmiz çəkisi 2,457 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixdə məhkəmə-kimyəvi ekspertizasının 96 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin hamam otağından” sözləri yazılmış kağız paketdəki, 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 5,358 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin olmaqla, 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəksi 0,853 qram olan maddə kustar üsulla hazırlanmış, Azərbaycan respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddə metamfetamindir. Həmçinin “Təqsirləndirilən şəxs yaşadığı evin hamam otağından masanın üzərindən” sözləri yazılmış kağız paketdəki 2 ədəd polietilen kəsiyi bükümündə ayrıayrılıqda təmiz çəkisi 3,591 qram, 0,372 qram, 1 ədəd gümüş rəngli kağız bükümdə təmiz çəkisi 0,312 qram, 1 ədəd gümüş rəngli kağız bükümdə təmiz çəkisi 0,263 qram, ümumi çəkisi 4,538 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin olmaqla, 1 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəksi 0,452 qram olan maddə kustar üsulla hazırlanmış, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddə metamfetamindir. Bundan əlavə, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs həyətindən” sözləri yazılmış kağız paketdəki 2 ədəd polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkisi 5,520 qram, 1,893 qram, ümumi təmiz çəkisi 7,413 qram olan maddələr kustar üsulla hazırlanmış, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddə metamfetamin olmaqla, 1 ədəd sellofan torbacıqda polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,325 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Bundan başqa, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin hamam otağından masanın üzərindən” sözləri yazılmış kağız paketdəki 1 ədəd elektron tərəzi üzərində narkotik vasitə olan heroinin izləri vardır, iş mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric mikroçəki) və bu səbəbdən də müqayisəli tədqiqatın aparılması mümkün olmadığından iz mikrohissəciklərinin miqdarının və eyniliyini müəyyən etmək mümkün deyildir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının xx xxxxx 2020-ci il tarixli, 258 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən suiistifadə etmə nəticəsində yaranmış narkomanlıq xəstəliyindən əzab çəkir, narkomanlıq xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 və Ağcabədi rayonu İcra və Probasiya Şöbəsinin arayışlarından görünür ki, Ağcabədi rayon məhkəməsinin xx.xx.2019cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs 01 il, 11 ay, 24 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və cəzasını çəkməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının Ağcabədi şəhəri üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Talıbov X7 şəhər S.Vurğun küçəsi, ev 42-də yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının xx xxxx 2020-ci il tarixli, 6/306 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “həbs edilmiş şəxs: Şahid1 yazısı olan zərfdə, 3 (üç) ədəd dairəvi formalı polietilen bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 0,574 qram, 0,056 qram və 0,620 qram, ümumi təmiz çəkisi 1,250 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir və 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 0,047 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli, 16/576 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin hamam otağından”, “Təqsirləndirilən şəxs yaşadığı evin hamam otağından stulun üzərindən ”, “Təqsirləndirilən şəxs həyətindən aşkar edilmiş........”, “vət. E. Talıbovdan götürülmüş metamfetamin. ”, “vət. N. Salmanovdan götürülmüş heroin və metamfetamin” sözləri olan kağız paketlərdəki metamfetaminlər xarici əlamətlərinə və tərkiblərinə görə eyni olmaqla, üzərində "Təqsirləndirilən şəxs yaşadığı evin hamam otağından...... ",“Təqsirləndirilən şəxs yaşadığı evin hamam otağından stulun üzərindən.......” , sözləri olan kağız paketlərdəki heroinlər xarici əlamətlərinə və tərkiblərinə görə eyni olub, üzərində “Təqsirləndirilən şəxs həyətindən aşkar edilmiş........." sözləri olan kağız paketdəki heroinlə xarici əlamətlərinə və tərkiblərinə görə eyni deyildir. Həmçinin, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin hamam otağından........” .“Təqsirləndirilən şəxs yaşadığı evin hamam otağından stulun üzərindən ”, “Təqsirləndirilən şəxs həyətindən aşkar edilmiş..........” sözləri olan kağız paketlərdəki heroinlər, üzərində “vət. N. Salmanovdan götürülmüş heroin və metamfetamin” sözləri olan kağız paketdəki heroinlə xarici əlamətlərinə və tərkiblərinə görə eyni deyildirlər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəməpsixiatriya ekspertizasının xx xxxx 2020-ci il tarixli, 186 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə deyil 234.1-ci maddəsi ilə təqsirli bilməsi, ondan aşkar olunmuş narkotik vasitələrin şəxsi istifadəsi üçün əldə edib saxlaması, həmin narkotik maddələri satmaq niyyətinin olmaması barədə ifadələrinə tənqidi yanaşaraq, işin faktiki halları ilə uyğun gəlmədiyindən inandırıcı hesab etməyib, həmin ifadəni özünü müdafiə etmək, eləcə də ağır cinayətin məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq ümumi təmiz çəkisi 2,457 qram narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin özünün qismən təqsirli bilərək verdiyi etirafedici ifadələri, ekspertiza rəyləri, baxış və götürmə, ifadənin yerində yoxlanılması protokolları, videoçəkiliş, şahidlərin ifadələri və digər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımaqla istintaq təcridxanasına keçirməsi əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.4.3 və 317-2.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx xxxx 2011-ci il tarixli Qərarının 9-cu bəndinin izahını da nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx xxxx 2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması, eləcə də üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar olunub götürülmüş narkotik vasitələrin miqdarının şəxsi istehlak və külli miqdardan artıq olması və eləcə də ayrı-ayrı bükümlərə bölünərək qanunsuz olaraq əldə edib, daşıyıb saxlaması, həmçinin Nicata pay verməsi kimi dövriyyəsinə yönələn hərəkət etməsi, evində tərəzinin aşkar olunması sonuncu tərəfindən həmin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satış məqsədi ilə əldə edilməsi və saxlanmasına dəlalət edir. Təqsirləndirilən şəxs qeyd edilən əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, o, Azərbaycan Respublikasıının Cinayət Məcəlləsinin 234.4.3 və 317-2.1-ci maddələri ilə təqsirli bilinib cinayət cəzası daşımaldır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olmasını, Azərbaycan Respublikasının CM-in 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzə müsbət xarakterizə olunmasını, cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 təqdim etdiyi arayışdan görünür ki, Ağcabədi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs 01 il, 11 ay, 24 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və cəzasını çəkməmişdir. Təqsirləndirilən şəxs barəsində Ağcabədi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə ona təyin edilmiş 01 il, 11 ay, 24 gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının 2 günü azadlıqdan məhrumetmənin 01 gününə bərabər tutulmaqla həmin məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə sonuncuya cəza təyin edilməklə qismən birləşdirilməlidir. Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun həbsə alındığı gündən, yəni, xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu olsa da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən əvvəllər azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzaya məhkum olunduğundan onun əməllərində cinayətin residivi yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni xx xxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut Gəncə şəhər BPİ-nə saxlanılan 9,868 qram narkotik vasitə heroin, 11,915 qram psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Hökmün həmin hissədə icrası Gəncə şəhər BPİ-nə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 262 manat 54 qəpik məbləğində pul məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsi məqsədilə məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxsə vəkil 20 (iyirmi) iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, həmin hesabata əsasən, təqsirləndirilən şəxsə göstərilmiş cəmi 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 317-2.1-ci maddələrində nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzaları tam toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Ağcabədi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il, 11 (on bir) ay, 24 (iyirmi dörd) gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü azadlıqdan məhrumetmənin 01 (bir) gününə bərabər tutulmaqla hesablanmış 11 (on bir) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrumetmə cəzası hazırkı hökmə qismən birləşdirilməklə ona qəti olaraq 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut Gəncə şəhər BPİ-nə saxlanılan 9,868 qram narkotik vasitə heroin, 11,915 qram psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi məhv edilsin. Həmin hissədə hökmün icrası Gəncə şəhər BPİ-nə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 262 manat 54 qəpik Təqsirləndirilən şəxs alınaraq, Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs müdafiəsini məhkəmədə Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirdiyindən 120 (yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində X9 Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar