Məhkəmə qərarları › İş №1(100)-60/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-60/2023

31.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-60/2023 31.03.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, tərcüməçilər X3, X17 dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs,müdafiəçilər Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi3 və X11, Müdafiəçi2iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Rusiya Fedarasiyasının vətəndaşı, orta təhsilli, evli, həbs edilənədək fərdi əməklə məşğul olmuş, məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 xx.xx.1995-ci il tarixdə Ağstafa rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, həbs edilənədək fərdi əməklə məşğul olmuş , əvvəllər məhkum olunmuş, Ağstafa rayonunun Qırlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 xx.xx.1996-cı il tarixdə Ağstafa rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağstafa rayonunun Qırlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə tamah niyyəti ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında silah qismində istifadə edilən əşya tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın törədib quldurluq etmək qərarına gəlib, razılığa əsasən onlar xx.xx.2021ci il tarixdə saat 03 radələrində Bakı-Qazax yolunun Goranboy rayonu, Goran qəsəbəsindən keçən hissəsindən həmin yolla Qazax rayonu istiqamətində hərəkət edən Türkiyə Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs idarə etdiyi “1841 Mercedes Tır” markalı 08 AAP 933, 08 AAT 735 dövlət qeydiyyatlı nişanlı avtomobili Təqsirləndirilən şəxs3 idarə etiyi “Mercedes E220” markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobillə arxası ilə hərəkət edib güdmüş, Bakı-Qazax yolunun Gəncə şəhərinın giriş hissəsində yerləşən Zazalı polis postunu keçdikdən sonra Ramil müşahidə kameralarından yayınmaq üçün avtomobili yolun sağ kənarında saxlayıb dövlət qeydiyyat nişanını sellofan torba ilə örtərək yenidən “MercedesTır” markalı avtomobili güdmüş, onlar Gəncə şəhəri ərazsində Xocalı qaçqın şəhərciyinin bərabərliyinə çatdıqda Təqsirləndirilən şəxs3 avtomobili tırın sol kənarına çəkərək hərəkətini davam etdirə-etdirə Zərərçəkmiş şəxs avtomobilini saxladaraq yerə düşməsini təmin etmək məqsədilə yalandan o, Rəcəp Pəvlivana işarə edərək təkərindən qığılcım çıxdığını demiş, həmin sözdən sonra Rəcəp Pəhlivan onlara inanaraq avtomobili yolun sağ kənarına çəkib saxlamış, bu zaman Təqsirləndirilən şəxs3 da avtomobili onun arxasında saxladıqdan sonra Zərərçəkmiş şəxs yerə düşüb arxa sağ təkərə doğru gəlmiş, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2la birlikdə avtomobildən yerə düşərək Zərərçəkmiş şəxs yanına getmiş, Təqsirləndirilən şəxs3 isə sükan arxasında qalaraq onların gəlməsini gözləmiş, Zərərçəkmiş şəxs arxa sağ təkərə əyilib baxan zaman Təqsirləndirilən şəxs1 həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edib Rəcəp Pəhlivanın boyun nahiyəsindən yumruqla zərbə vurub yerə yıxaraq sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən sol diz oynağı nahiyəsinin sıyrığı xəsarətini yetirdikdən sonra belindən qucaqlayaraq ayağa qaldırmış, eyni zamanda Kənan Abbaov isə əlində olan kustar üsulla hazırlanmış təsərrüfat-məişət təyinatlı soyuq silah hesab edilməyən silah qismində istifadə etdiyi vintaçanla Zərərçəkmiş şəxsı hədələyərək üzərində olan pulu tələb etmiş, Zərərçəkmiş şəxs pulunun olmadığını dedikdə, Təqsirləndirilən şəxs1 sol əlini Zərərçəkmiş şəxs əynində olan şalvarın sol yan cibinə salaraq orada olan 422 manat nağd pulu ələ keçirmiş, pulu ələ keçirdikdən sonra Təqsirləndirilən şəxs2la birlikdə Təqsirləndirilən şəxs3 idarə etdiyi avtomobilə doğru qaçaraq həmin avtomobilə minib hadisə yerindən uzaqlaşmaqla quldurluq etmişlər. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, həbs edilənədək ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşamışdır. Rusiya Fedarasiyası vətəndaşı olsa da, milliyəti azərbaycanlıdır, Azərbaycan dilini tam başa düşməklə, oxuya və yaza bilir. Azərbaycan Respublikasında rəsmi olaraq heç bir yerdə işləmir. Həbs edilənədək gündəlik qazancını özünə məxsus olan “Mercedes E 220” markalı **-SG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə Bakı-Ağstafa istiqamətində sürücülük etməklə təmin etmişdir. Anası və arvadı Ağstafa rayonunun Qırlı kənd sakinləridir. O, buna görə də həmin kəndə tez-tez gedib gəlir. Eyni zamanda Bakı-Qazax istiqamətində 2009-2010-cu illərdə Ford markalı avtomobili ilə sürücülük etmişdir. Rasimlə Ağstafa rayonunun Qırlı kəndində olan zaman, həmçinin “Mercedes” Vito markalı avtomobili ilə Bakı-Qazax istiqamətində işlədiyi üçün uzun illər əvvəl tanış olmuşdur. Kənanı isə Bakı-Qazax istiqamətində sürücülük etdiyinə görə tanımışdır. xx.xx.2021-ci il tarixdə saat 21:30 radələrində Bakı şəhərindən Gəncə şəhərinə sərnişin gətirmiş, yolda olan zaman Rasim ona məxsus olan ***-***-**-** mobil nömrəsinə istifadəsində olan ***-***-**-** mobil nömrə ilə zəng edərək harda olduğunu və Ağstafaya gəlib-gəlməyəcəyini soruşmuş, o da sərnişinləri Gəncə şəhərində düşürdükdən sonra Ağstafaya gələcəyini demişdir. Ağstafaya çatmağına az qalmış Rasim dəfələrlə ona zəng edərək Kənanla onu Ağstafa rayonunun Qırlı kəndinin girəcəkdə gözlədiklərini və Bakıya qayıdarsa onları da aparmasını bildirmişlər. Bir neçə dəqiqə sonra o, Ağstafa rayonunun Qırlı kəndinin girəcəyində Kənan və Rasimi öz avtomobilinə əyləşdirmiş, avtomobilində olan müştərini Ağstafa körpüsündə düşürərək üzü Bakı istiqamətində geriyə qayıtmışlar. Həmin vaxt Rasim ona Kənanın Bakı şəhərində “Mercedes Vito” markalı avtomobili icarəyə götürərək işləyəcəyi və bu məqsədlə Bakıya getdiyini, özünün isə Bakıya “elə-belə” getdiyini demişdir. Onlar Bakı-Ələt-Qazax yolunun Goranboy rayonu Borsunlu qəsəbəsindən keçən hissəsinə çatdıqda Rasimin istəyi ilə avtomobili yolun sağ kənarına çəkib saxlayaraq avtomobildə olan sellofan torba ilə arxa və qabaq nömrələri avtomobilin bağlamış, həmin vaxt qarşılarından Türkiyə Respublikasının dövlət nömrə nişanları olan dartıcısı olan yük maşını (TİR) keçmişdir. Bundan sonra Rasimin göstərişi ilə Tırın arxasınca sürməyə başlamış, posta çatan zaman nömrələrin üzün açmışlar, postu keçdikdən sonra isə yenidən Rasim nömrə yerinə qara salafan keçirmişdir. 08 AAP 933, 08 AAT 735 dövlət qeydiyyatlı nişanlı “1841 Mercedes” markalı TİR üzü Gəncə istiqamətində hərəkətdə olmuşdur. Rasim və Kənan ona həmin TİR-ın arxasınca sürməyini bildirmişdir. TİR Gəncə şəhərinin girişində yerləşən “Zazalı” polis postunu keçərək Bakı-Qazax avtomagistral yolunun üzü Şəmkir rayonu istiqamətində Hacıməlik kəndininə çatmamış Rasim ona həmin avtomobilə işıq siqnalları verərək saxlatmağını bildirmiş, o, avtomobilinin işıq faralarını yandırıb söndürməklə TİR-a saxla işarəsi vermiş, Rasim maşından düşərək yaxınlaşaraq təkərinin titrədiyini demişdir. Həmin vaxt avtomobilinin aynaları açıq olduğu üçün o, Rasimin türk dilində danışan sürücü ilə danışdığını eşitmişdir. Daha sonra TİR-ın sürücüsü avtomobilinə əyləşərək çıxıb getmişdir.Təxminən 1 kilometr getdikdən sonra o, yenidən TİR-a işıq siqnalları verərək saxlatdırmış, həmin vaxt maşını saxlamamışdan əvvəl Rasim Kənana avtomobildə qol altında olan ona məxsus vintaçanı götürərək, avtomobili saxladıqdan sonra arxası ilə gəlməsini bildirmişdir. Həmin vaxt o maşından düşməmiş, nə baş verdiyini görməmiş və heçnə eşitməmişdir. Bir müddət sonra Kənanla Rasim dərhal maşınına əyləşmiş və onala Göygöl rayonunun Hacıməlik kəndinə getmişlər, orada avtomobilin nömrələrini açıb Bakı şəhərinə qayıtmışlar. O, Rasimin TİR sürücüsündən nə qədər pul götürdüyünü bilməmiş, həmin puldan ona cəmi 20 manat yanacaq pulu vermişdir. Daha sonra Bakı şəhərində 20 yanvar adlanan yerdə Kənan və Rasim avtomobildən düşmüşlər. O isə Sumqayıt şəhərinə yaşadığı evə getmişdir. Bir müddət sonra polis əməkdaşları onu Sumqayıt şəhərində yaxalamışlar. Məhkəməyə əməlindən səmimi peşman olduğunu, Rasimin onu aldatdığını, ona mərhəmət göstərilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 оğlu оnа elаn edilmiş ittihаm üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Ağstafa rayonunun Qırlı kəndində ailəsi ilə birlikdə yaşayır. həbs edilənədək rəsmi olaraq heç bir yerdə işləməmiş.avtovağzallarda ayrı-ayrı işlər görmüş və dolanışığını təmin etmişdir. Bir müddət Bakı şəhərində kondukdor işlədiyindən gündəlik olaraq Bakı şəhərinə gedib gəlmişdir. Kənanı uşaq vaxtlarından, Təqsirləndirilən şəxs3 isə təxminən 10 ildir ki, avtovağzaldan tanıyır. Onlar həmkəndliləridir və bir-biriləri ilə yaxın münasibətləri olmuşdur. Əvvəllər Ukrayna vətəndaşı olan TİR sürücüsünə qarşı quldurluq etdiyinə görə məhkum olunmuşdur. Ramil özünə məxsus “Mercedes” markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Ağstafa arası taksi fəaliyyəti ilə məşğul olmuşdur. Bu səbəbdən Bakı Beynəlxalq Avtovağzalında olan zaman tez-tez Ramili görmüş, birlikdə nahar edib spirtli içki qəbul etmişlər. O, işi ilə əlaqədar olaraq az qazanc əldə etdiyi üçün Ramilə yaxşı qazanclı iş olarsa ona və Kənana bu barədə xəbər verməsini xahiş etmişdir. xx.xx.2021-ci il tarixdə o, işi ilə bağlı Bakı şəhərindən Ağstafa rayonuna getmiş, bir qədər sonra Ramil istifadəsində olan mobil nömrə ilə onun istifadəsində olan ********** saylı mobil nömrəyə zəng edərək ona və Kənana iş tapdığını Bakı şəhərinə getməli olduqlarını, özünün hazırda Yevlax şəhərində olduğunu, Ağstafa rayonuna çatdıqda xəbər edəcəyini bildirmişdir. Bundan sonra o, istifadəsində olan ********** saylı mobil nömrə ilə Kənanın istifadəsində olan ********** saylı mobil nömrəyə zəng edərək Ramilin onlara iş tapdığını, Ağstafa rayonuna gəldiyini, onunla birlikdə Bakı şəhərinə getməli olduqlarını demişdir. Həmin günü saat 22 radələrində Kənanla telfonla əlaqə saxlayıb görüşmüş və piyada kəndin çıxış tərəfinə getmişlər, Ramil idarə etdiyi avtomobillə onların yanına çatmışdır. Ramil avtomaşınında olan müştərini düşürdükdən sonra, Bakı şəhəri istiqamətində hərəkət etmişlər. Yolda olarkən yol pulunu vermək üçün yoldan keçən hər hansı yük avtomaşınını saxlatdırıb, sürücücün pulunu ələ keçirmək qərarına gəlmişdir. Yolda TİR gördükdən sonra Ramilə Tırın arxası ilə sürməsini bildirmişdir. Bir qədər tırın arxası ilə getdikdən sonra radara çatan vaxt avtomobili dərhal saxlayıb nömrələri qara sellefon torbalarla bağlamışlar, polis postuna çatanda isə selofan torbanı açmışlar, postu keçdikdən sonra da yenidən bağlamışlar. Ramil Tırın arxası ilə sürmüş və onu müşayiət etmişlər. Yol boyu Kənanla razılaşmışlar ki, Ramil avtomobili Tırın sol tərəfinə çəkməli, o, sürücüyə işarə edərək avtomobilinin təkərinin xarab olmasını deməli, sürücü avtomobili saxlayıb yerə düşdükdə o da, Kənanla avtomobildən yerə düşüb sürücünün üzərində olan pulu hədə qorxu gələrək tələb etməli və pulu götürdükdən sonra qaçıb avtomobilə minərək oradan uzaqlaşmalı imişlər. Bu deyilənlərlə Kənnan və Ramil də razılaşmışdır. Həmin vaxt avtomobildə qol altında olan 1 ədəd vintaçan olmuşdur . Onlar Zazalı postunu keçdikdən sonra Hacıməlik qəsəbəsinin bərabərliyində giriş hissəsinə çatarkən onun göstərişi ilə Ramil avtomobilin işığı ilə Tır sürücüsünə bir neçə dəfə işarə edərək, avtomobili Tırın sol tərəfinə çəkmiş və o, pəncərəni endirib Tırın sürücüsünə təkərində nasazlıq olmasını, təkərindən qığılcım çıxdığını demişdir. Bu zaman Tırın sürücüsü avtomobili sağa çəkib saxlamış və onlar da, həmin Tırın arxasında dayanmışdır. Türk vətəndaşı olan sürücüsü yerə düşüb arxa sağ təkərə baxan zaman, o, arxadan türk vətəndaşını bərk şəkildə sıxaraq qucaqlamış, Kənan əlindəki vinataçanla Tır sürücüsünün qarşısına keçərək vintaçanı türk vətəndaşına doğru irəli geri əli ilə hərəkət etdirərək pul tələb etmişdir. Tır sürücüsü əvvəl müqavimət göstərmiş, sonra isə bunun mənasız olduğunu, onların üç nəfər olduğunu görüb qorxmuşdur. Bu zaman o, dərhal sol əlini sürücünün sol cibinə salaraq cibində olan topa pulu götürmüş və dərhal sürücünü buraxaraq Kənanla birlikdə Ramilə avtomobili sürətlə sürməsini tapşırmış, Ramil də avtomobili sürətlə hərəkət etdirdiyi üçün qısa zamanda hadisə yerindən uzaqlaşmışlar. Həmin gün saat səkkiz radələrində onlar Bakı şəhərinə çatmışlar. Bakı şəhərində 20 yanvarın dairəsi adlanan yerdə götürdükləri puldan 20 manat Ramilə vermişlər. Belə ki, TİR sürücüsünün üzərində elə də böyük məbləğdə pul olmamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 оğlu оnа elаn edilmiş ittihаm üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki,həbs edilənədək Ağstafa rayonunun Qırlı kəndində ailəsi ilə birlikdə yaşamışdır. Rəsmi olaraq heç bir yerdə işləməmiş. İcarə əsasında “Mercedes Vito” markalı avtomobil götürüb ara-sıra sürücülük edərək pul qazanmışdır. Ramil və Rasim həmkəndlisidir. Ramil də avtomobili ilə Baxı-Qazax istiqamətində taksilik etmişdir. xx.xx.2021-ci il tarixdə saat 21:30 radələrində yaşadığı Ağstafa rayonunun Qırlı kəndində olan zaman Rasim mobil telefonla ona zəng edərək ona iş tapdığını, Bakı şəhərində “Mercedes Vito” markalı avtomobili olduğunu və ona icarə əsasında verməsi üçün dostundan xahiş edəcəyini söyləmişdir. Ona görə də Rasim ilə görüşmüş, Ramil avtomaşınla onların yanına gələrəkən, Ramilin Rasimlə tanış olduğunu bilmiş, Rasim Ramilə Bakı şəhərində vacib işi olduğu üçün qayıtmalı olduğunu demişdir. Ramilin avtomaşınında olan müştərini düşürdükdən sonra Bakı istiqamətində hərəkət etmişlər. Yolda olarkən Rasim ona təklif etmişdir ki, yol pulunu vermək üçün yoldan keçən hər hansı yük avtomaşınını saxlatdırıb, sürücücün pulunu ələ keçirsinlər. Onun təklifi ilə o və Ramil razılaşmış, bundan sonra yolda türk nömrəsi ilə TİR maşını görmüşlər. X43 arxası ilə sürməsini tapşırmışdır. Yolda olduqları vaxt Ramil avtomobili saxlayıb nömrələri qara sellefon torbalarla bağlamışlar, posta çatanda selofan torbanı açmışlar, postu keçdikdən sonra isə yenidən bağlamışlar. Onlar Zazalı postunu keçdikdən sonra Hacıməlik qəsəbəsinin bərabərliyində giriş hissəsinə çatarkən Ramil avtomobilin işığı ilə Tır sürücüsünə bir neçə dəfə işarə edərək, avtomobili Tırın sol tərəfinə çəkmiş və Rasim pəncərəni endirib Tırın sürücüsünə təkərində nasazlıq olmasını, təkərindən qığılcım çıxdığını demişdir. Bu zaman Tırın sürücüsü avtomobili sağa çəkib saxlamış və onlar da, həmin Tırın arxasında dayanmışdır. Onalr Tır sürücüsünə yaxınlaşıb söhbət edərkən sonuncunun Türk vətəndaşı olmasını bilmişlər, həmin sürcü arxa sağ təkərə əyilib baxan zaman, Rasim arxadan türk vətəndaşını bərk şəkildə sıxaraq qucaqlamış, o, isə əlindəki vinataçanla Tır sürücüsünün qarşısına keçərək onadan pul tələb etmişdir. Tır sürücüsü hər hansı müqavimət göstərmədiyindən, Rasim əlini sürücünün sol cibinə salaraq cibində olan pulu götürmüş və dərhal sürücünü buraxmış, bundan sonra onlar Ramilin avtomobilinə əyləşib Bakı şəhərinə getmişlər. Bakı şəhərində ələ keçirdikləri puldan 20 yanvarın dairəsində Ramilə 20 manat pul vermişlər. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, O, X15 şəhəri, Hopa qəsəbəsində yaşayır. Bexnəlxalq İslamoğlu idxal-ixrac LTD ŞTİ şirkətində sürücü işləyir. Həmin şirkətə məxsus “1841 Mercedes” Tır markalı 08 AAP 933, 08 AAT 735 dövlət qeydiyyatlı nişanlı avtomobili idarə edir. 09 sentyabr 2021-ci il tarixdə “1841 Mercedes” Tır markalı 08 AAP 933, 08 AAT 735 dövlət qeydiyyatlı nişanlı avtomobili ilə Türkiyə Respublikasından Azərbaycan Respublikası Bakı şəhərinə lift gətirmiş, 2021-ci il 09 sentyabrdan 18 sentyabr 2021-ci il tarixədək olan vaxt ərzində Bakı şəhərində yerləşən Bakı İpəkyolu Gömrük idarəsində gətirdiyi malların sənədləşdirilməsi uzun çəkdiyindən həmin müddəti orada qalmış, daha sonra sənədləşdirmə işləri yekunlaşdıqdan sonra avtomobili 9 gün Gömrük idarəsində qaldığı üçün rüsum haqqı olan 850 manat pulu o, liftləri təhvil verdiyi Müzəffər adlı şəxsdən almışdır. Sonra Bakı şəhərindən Türkiyə Respublikasına getmək üzrə yola çıxmışdır. Bakı şəhərində Müzəffər adlı şəxsə məxsus “X44” adlanan yerdə yerləşən “SOS OİL” adlı yanacaqdoldurma məntəqəsindən 850 manat pulun 428 manatını verərək 528 litr yanacaq almış, həmin puldan 422 manatı üzərində qalmışdır.xx.xx.2021-ci il tarixdə saat 03 radələrində Bakı-Ələt-Qazax avtomagistral yolunun Gəncə şəhəri Hacıməlik qəsəbəsinin bərabərliyində idarə etdiyi “1841 Mercedes” Tır markalı 08 AAP 933, 08 AAT 735 dövlət qeydiyyatlı nişanlı avtomobil ilə hərəkətdə olan zaman arxadan gələn avtomobil uzaq işiq siqnallarını yandırıb söndürərək ona saxla işarəsi vermiş, o, idarə etdiyi avtomobili sağa çəkərək dayandırmış, bu zaman dövlət qeydiyyat nömrəsinin üzəri qara selofan torba ilə bağlanmış “Mercedes” markalı avtomobildən əvəllər tanımadığı Təqsirləndirilən şəxs1 ona yaxınlaşaraq avtomobilinin sağ arxa təkərinin yerindən çıxacaq kimi titrədiyini bildirmişdir. O da buna çöx diqqət etmədən təşəkkür edərək irəlidə bir yerdə təmir etdirəcəyini deyərək yanından ayrılaraq avtomobilinə minmiş və yoluna davam etmişdir. Lakin təxminən 1 kilometr getdikdən sonra həmin “Mercedes” markalı avtomobil israrla ona avtomobilini dayandırmaq üçün uzaq işıq faralarını yandırıb söndürmüşdür. O, təkrar avtomobili sağa çəkərək dayandırmış, Rasim yenidən “Merdedes” markalı avtomobildən düşərək ona yaxınlaşaraq avtomobilin sağ təkərindən qığılcım çıxdığını bəhanə edərək onu təkərə baxmaq üçün əyilməsini demiş, bu əsnada həmin şəxs heçbir söz demədən arxadan baş nahiyəsinə əli ilə zərbə endirmişdir. Zərbənin təsirindən dizi üztə yerə yıxılmış, ayağa qalxmaq istəyərkən Rasim onu arxadan qucaqlayaraq hərəkətsiz vəziyyətdə qalmağına çalışmışdır. Bu zaman “Mercedes” markalı avtomobildən düşən sonrdan tanıdığı Təqsirləndirilən şəxs2 vintaçanla üzərinə gələrək, Rasimə “yaxşı tut...yaxşı tut...” deyərək alindəki kəsici alətlə- vintaçanla üzərinə gəlməyə çalışmışdır. O da bu zaman ayaqları ilə özünü müdafiə edə-edə geri çəkilən zaman nə istədiklərini soruşmuş, əlində vintaçan olan şəxs pul istədiyini söyləmiş, o da pulunun olmadığını söylədikdə, əsəbləşərək üzərinə gələrkən həmin vaxt Rasim əlini onun cibinə salaraq 422 manat pulunu götürmüş, və Rasimlər Kənan avtomobillərinə minərək Şəmkir rayonu istiqamətində qaçmışlar. Bundan sonra həyəcanlı şəkildə dərhal DİN-in 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. “Mercedes” markalı avtomobilin nömrəsi qara selofan torba ilə gizlədildiyindən, həmin avtamaşının dövlət qeydiyyat nişanını görə bilməmişdir. İfadəsinə əlavə olaraq göstərmişdir ki, hadisə zamanı təqsirləndiriln şəxslər 422 manat pulunu talamamış, ona 422 manat maddi ziyan dəymişdir. Bədəni üzərində olan xəsarətləri hadisə zamanı zərbənin təsirindən yerə yıxılan zaman almışdır. Təqsirləndirilən şəxslərlə barışdığını və ona dəymiş ziyanın ödənildiyini onlara qarşı heç bir şikayət və tələbinin olmadığını göstərmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid3 ifadəsi elan edilmiş, şahid ibtidai istintaq zamanı verdiyi ifadədə göstərmişdir ki, Təqsirləndirilən şəxs2 ilə 2017-ci ildə ailə həyatı qurmuş, lakin rəsmi nikaha daxil olmamışlar. Birgə nikahlarından 2018 və 2020-ci il təvəllüdlü övladları vardır. Əri Təqsirləndirilən şəxs2 Bakı-Qazax şəhərlərarası taksilik fəaliyyəti göstərərək ailəni dolandırır.xx.xx.2021-ci il tarixdə axşam saatlarında əri Təqsirləndirilən şəxs2 ona Bakı şəhərində “Vito” markalı avtomobil olmasını və həmin avtomobili icarə əsasında işlədəcəyini və sabaha qayıdacağını bildirərək evdən çıxaraq getmişdir. Həmin günün səhərisi, yəni xx.xx.2021-ci il tarixdə Kənanın istifadəsində olan ***-***-**-** saylı mobil nömrələrə dəfələrlə zəng etsə də zəng çatmamışdır. xx.xx.2022-ci il tarixə qayınanası Kəmalə Abbasovgilə gələrək Kənana zəng çatmamasını bildirmiş, orada olan zaman Kənanın türk vətəndaşına qarşı cinayət törətdiyinə görə polis əməkdaşları tərəfindən tutulduğunu örgənmişdir. Daha sonra özü internet saylarına girərək həqiqətən Kənanın bu hadisəni törətməsinə əmin olmuşdur.Əri Təqsirləndirilən şəxs2 sözügedən cinayət hadisəsini törətməsini xx.xx.2021-ci il tarixdə qayınanası Kəmalə Abbasovadan və daha sonrasında isə televiziya xəbərlərinə baxan zaman örgənmiş, Kənan bu barədə ona heçbir məlumat verməmişdir. Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixdə yaşadıqları Ağstafa rayonu, Qırlı kəndində yerləşən evlərindən çıxarkən Bakı şəhərində “Vito” marakalı avtomobili icarə əsasında götürərək taksilik edəcəyini və səhərisi gün geri qayıdacağını bildirmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsi ifadədə göstərmişdir ki, Ağstafa rayonu, Qırlı kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Bakı-Qazax istiqamətində özünə məxsus olan “Mersedes Sprinter” markalı avtomobil ilə taksilik fəaliyyəti göstərərək ailəsini dolandırır. Təqsirləndirilən şəxs2 oğludur. Təqsirləndirilən şəxs2 ailəlidir və iki azyaşlı övladı vardır. Oğlu Təqsirləndirilən şəxs2 Bakı- Qazax istiqamətində sürücülük etməklə ailəsini dolandırmışdır. Təqsirləndirilən şəxs2 onlarla birlikdə yaşamır, ailəsi ilə qardaşı Faiq Abbasov ilə birlikdə yaşayırlar. Təxminən sentyabr ayının 22-də arvadı Kəmalə Abbasova ona zəng edərək oğlları Təqsirləndirilən şəxs2 və digər şəxslərlə bilrikdə türk vətəndaşına qarşı quldurluq etdiyini və polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Daha sonra oğlu Təqsirləndirilən şəxs2 sözügedən cinayət hadisəsini törətməsini xx.xx.2021-ci il tarixdə arvadı Kəmalə Abbasova məlumat vermiş və daha sonra televiziya xəbərlərinə baxan zaman örgənmiş, Kənan bu barədə ona heçbir məlumat verməmişdir. Oğlu Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə yaşadığı Ağstafa rayonu, Qırlı kəndində yerləşən evdən nə məqsədlə getdiyini bildirməmiş, həmçinin onlarla birlikdə yaşamamışlar. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid1 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid1 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, o, ünvan 4 ünvanında qeydiyyatda olaraq yaşayır.Rəsmi olaraq heç bir yerdə işləmir.Təqsirləndirilən şəxs3 ilə 2004-cü ildə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından 2005 və 2007-ci il təvəllüdlü övladları vardır. Əri Təqsirləndirilən şəxs3 Bakı- Qazax-Ağstafa şəhərlərarası özünə məxsus “Mercedes E220” markalı **-SG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə 11-12 ildən artıqdır ki, taksilik edərək ailəsini dolandırır.xx.xx.2021-ci il tarixdə saat 10 radələrində əri Təqsirləndirilən şəxs3 evdən çıxaraq Bakı şəhərində yerləşən “Beynəlxalq avtovağzal” adlanan yerə gedəcəyini və sərnişin olarsa Ağstafa rayonuna sərnişin aparcağını ona bildirmişdir.xx.xx.2021-ci il tarixdə Ramil zəng edərək Gəncə şəhərinə sərnişin aparacağını və geri qayıdacağını bildirmişdir. xx.xx.2021-ci il tarixdə səhər saat təxminən 11 radələrində zəng edərək Sumqayıt şəhərinə bir neçə dəqiqəyə çatacağını və evə ərzaq almaq üçün qızı Aygün Saqidovaya aşağı düşərək kömək etməsini bildirmişdir. Daha sonra qızı Aygün Saqidova əri Təqsirləndirilən şəxs3 ilə ərzaq almaq üçün evdən çıxaraq getmişdir. Daha sonra həmin günü, yəni xx.xx.2021-ci il tarixdə saat 12 radələrində evə gələrək Ramilin polis əməkdaşları tərəfindən aparılmasını ona bildirmişdir. Daha sonra televiziya xəbərlərində baxan zaman Ramilin və tanışlarının türk vətəndaşına qarşı quldurluq etdiyini örgənmişdir.İfadəsinə əlavə olaraq göstərmişdir ki, Əri Təqsirləndirilən şəxs3 sözügedən cinayət hadisəsini törətməsini xx.xx.2021-ci il tarixdə televiziya xəbərlərinə baxan zaman örgənmiş, Ramil bu barədə ona heçbir məlumat verməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 19sentyabr 2021-ci il tarixli “baxış aparılması haqqında” protokoldan və protokola əlavə edilmişfotoşəkillərdən görünür ki, hadisə yerinə zərərçəkmiş şəxsin pulunun quldurluq yolu ilə ələ keçirildiyi Gəncə şəhəri, Bakı-Qazax avtomagistral yolunun Xocalı-Qaçqın şəhərciyinin bərabərliyində baş vermiş, hadisə yerinə baxış zamanı Təqsirləndirilən şəxs3 məxsus “Mersedes E220” markalı **-SG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs3 avtomobilin qoltuqaltı hissəsindən təqdim etdiyi 1 ədəd vinataçana götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “ Məhkəmə-Tibbi Ekspertiza və X16” X40 xx.xx.2021-ci il tarixli 1605 nömrəli rəyindən ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədənində olan xəsarətlər- sol diz oynağı nahiyəsinin sıyrığı-bərk KÜT əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 19.09.221-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin olunmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “ Məhkəmə-Tibbi Ekspertiza və X16” X40xx.xx.2021-ci il tarixli 1615 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 məhkəmə-tibbi müayinəsi zamanı bədənində olan xəsarətlər- sol təpə-gicgah, sol gözaltı nahiyələrdə, sol diz oynağının arxa, sağ bazunun yuxarı1/3-nin ön səthlərində sorulma mərhələsində olan qançırlar və hər iki mil-bilək oynaqlarının arxa-bayır səthlərində fasiləli sıyrıqlar küt mexanizmindən, bərk küt əşyanın (əşyaların) təsirindən törənməyə xarakterikdirlər, məhkəmə-tibbi əlamətlərinə görə şəxsin müayinəsindən 5-7 sutka ərzində əmələ gəlməyə uyğundurlar,sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin olunmur.Təqsirləndirilən şəxs3 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində 19-20 sentyabr 2021-ci il tarixdə törənməyə uyğun gələn hər hansı xəsarət və onun izləri aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X16” X40 xx.xx.2021-ci il tarixli 1616 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 məhkəmətibbi müayinəsi burun kökündə olan sıyrıq küt mexanizmindən, bərk küt əşyanın təsirindən törənməyə xarakterlidir, məhkəmə-tibbi əlamətlərinə görə şəxsin müayinəsindən 3-5 sutka əvvəl əmələ gəlməyə uyğundur, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin olunmur. Təqsirləndirilən şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində 20 sentyabr 2021-ci il tarixdə törənməyə uyğun gələn hər hansı xəsarət və onun izləri aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “ Məhkəmə-Tibbi Ekspertiza və X16” X40xx.xx.2021-ci il tarixli 1617 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində sözügedən hadisə ilə törənməyə uyğun gələn hər hansı xəsarət və onun izləri aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 20 sentyabr 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında”protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə Azərbaycan Respublikası CM-nin 181.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş,20 sentyabr 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Azərbaycan Respublikası CM-nin 181.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 20 sentyabr 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə Azərbaycan Respublikası CM-nin 181.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(043)-187/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində həbsetmənin əvvəli 20 sentyabr 2021-ci il tarixdən hesablanmaqla 19 yanvar 2022-ci il tarixədək “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(043)-188/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 20 sentyabr 2021-ci il tarixdən hesablanmaqla 19 yanvar 2022-ci il tarixədək “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(043)-189/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli 20 sentyabr 2021-ci il tarixdən hesablanmaqla 19 yanvar 2022-ci il tarixədək “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 02 iyun 2022-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxslərə məzmun və mahiyyət baxımından yenidən ittiham edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “şəxsin tanınmaya təqdim edilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim edilən şəxsləri nəzərdən keçirib soldan sağa 2-ci yerdə dayanmış Təqsirləndirilən şəxs1 tanıyıb göstərərək bildirmiş ki, həmin şəxs xx.xx.2021-ci il tarixdə saat 03 radələrində Bakı-Qazax avtomagistral yolunun Xocalı Qaçqın şəhərciyinin bərabərliyində olan zaman “Mercedes” markalı dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı avtomobildən düşərək ona yaxınlaşan arıq bədən quruluşlu, orta boylu, qarabəniz, əynində qara rəngli paltar olan avtomobilin sağ təkərindən qığılcım çıxdığını bəhanə edərək o təkərə baxmaq üçün əyilən zaman heçbir söz demədən arxadan baş nahiyəmə əli ilə zərbə endirərək onu arxadan qucaqlayaraq hərəkətsiz vəziyyətdə saxlaya-saxlaya pul tələb edərək əynində olan cins şalvarn sol yan cibindən 422 manat pulunu ələ keçirən həmin şəxs olduğunu göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “şəxsin tanınmaya təqdim edilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim edilən şəxsləri nəzərdən keçirib soldan sağa 3-cü yerdə dayanmış Təqsirləndirilən şəxs2 tanıyıb göstərərək bildirmişdir ki, həmin şəxs xx.xx.2021ci il tarixdə saat 03 radələrində Bakı-Qazax avtomagistral yolunun Qaçqın şəhərciyinin bərabərliyində onun idarə etdiyi “Mercedes Tır” markalı avtomobili saxlatdırdıqdan sonra əlində vintaçanla onun üzərinə hücum edərək pul tələb edən həmin şəxs olduğunu göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X16” X4018 noyabr 2021-ci il tarixli 698/231 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 oğlu cinayət əməlini törətməmişdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da, heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. O, hazırkı cinayət əməlini törədərkən öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs3 oğlunun əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22 ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs3 oğlu hazırda da, öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs3 praktiki olaraq özünün fikirlərini müdafiəyə meyllik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arasında konflikt problemlərinin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma kimi fərdi psixoloji xüsusiyyətlərə malikdir. Cinayət əməlini törədərkən adi emosional vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs3 cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “ Məhkəmə-Tibbi Ekspertiza və X16” X40 18 noyabr 2021-ci il tarixli 699/232 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 cinayət əməlini törətməmişdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da, heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. O, hazırkı cinayət əməlini törədərkən öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22- ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 hazırda da, öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 praktiki olaraq özünün fikirlərini müdafiəyə meyllik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arasında konflikt problemlərinin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma kimi fərdi psixoloji xüsusiyyətlərə malikdir. Cinayət əməlini törədərkən adi emosional vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X16” X4016 noyabr 2021-ci il tarixli 691/228 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 cinayət əməlini törətməmişdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da, heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs2 cinayət əməlini törətməzdən əvvəl, həmin əməli törədərkən və hazırki ekspertiza zamanı dissosiativ konversion pozuntu, özünükəsmələr və psixopatabənzər davranışla XBT 10(psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış), F44 xəstəliyi keçirmişdir və keçirir.Bu nəticəyə gəlməyə cinayət işinin materialları, tibbi sənədlər, anemnestik məlumatlar və hazırki ekspertiza imkan verir. Təqsirləndirilən şəxs2 dissosiativ konversion pozuntu, özünükəsmələr və psixopatabənzər davranışla XBT 10(psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış), F44 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik nevrotik səviyyədə və mülayim ifadəli olduğundan o, hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 hazırda da, öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 praktiki olaraq özünün fikirlərini müdafiəyə meyllik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arasında konflikt problemlərinin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma kimi fərdi psixoloji xüsusiyyətlərə malikdir. Cinayət əməlini törədərkən adi emosional vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 22 fevral 2022-ci il tarixli "xxxx" protokoldan görünür ki, Azercell Telekom MMC-dən daxil olmuş bir ədəd “CD” diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 20:17 dəqiqədən 20:46 dəqiqəyədək olan vaxt olan müddət ərazində Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə arasında çoxsaylı zənglər edilmiş, bundan əlavə xx.xx.2021-ci il tarixdə saat 19 radələrindən 22 radələrindək olan müddət ərazində Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə Ağstafa rayonunu ərazisində müxtəlif ərazilərdə olmuş, bundan əlavə xx.xx.2021-ci il tarixdə saat 09 radələrində Bakı şəhəri, 1-ci mikrorayon ərazisində olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş,11 mart 2022-ci il tarixli "xxxx" protokoldan görünür ki, Azerfon MMC-dən daxil olmuş bir ədəd “CD” diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 19:12 dəqiqədə 91 saniyə, xx.xx.2022-ci il tarixdə saat 19:44 dəqiqədə 58 saniyədək, xx.xx.2021-ci il tarixdə saat 20:09 dəqiqədə 17 saniyəyədək, xx.xx.2021-ci il tarixdə saat 20:32 dəqiqədə 66 saniyədək, xx.xx.2021-ci il tarixdə saat 20:52 dəqiqədə 29 saniyədək, xx.xx.2021-ci il tarixdə saat 21:08 dəqiqədə 37 saniyədək olan vaxt olan müddət ərzində Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə arasında çoxsaylı zənglər edilmiş, bundan əlavə xx.xx.2021-ci il tarixdə saat 10 radələrindən 00 radələrindək olan müddət ərazində Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə Sumqayıt şəhəri, Bakı şəhəri, Abşeron rayonu, Bakı şəhəri, Beynəlxalq avtovağzal ərazisində, Hacıqabul rayonunda, Kürdəmir rayonunda,Bakı-Salyan şossesində, Göyçay rayonunda, Ağdaş rayonunda, Ucar rayonu ərazisində,Goranboy rayonu, Goran ərazisində, Gəncə şəhəri ərazisində,Ağstafa rayonunda, Göygöl rayonu ərazisində, Şəmkir rayonu ərazisində olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 04 aprel 2022-ci il tarixli "xxxx" protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-in BİKİ tərəfindən 1 ədəd DVD diskdə təqdim edilmiş Təqsirləndirilən şəxs2 istifadəsində olan ***- ***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı, Təqsirləndirilən şəxs1 istifadəsində ***- ***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı, Təqsirləndirilən şəxs3 istifadəsində ***-***-**-** saylı mobil nömrə ilə aparılan telefon danışıqları zamanı əldə edilmiş anten dairələrinə dair məlumatların olduğu bir ədəd “DVD”diskəbaxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 16:32 dəqiqədə 37 saniyədək, xx.xx.2021-ci il tarixdə saat 18:25 dəqiqədə 29 saniyədək, xx.xx.2021-ci il tarixdə saat 17:43 dəqiqədən 17:46 dəqiqəyədək, xx.xx.2021-ci il tarixdə saat 20:45 dəqiqədən 20:46 dəqiqəyədək, xx.xx.2021-ci il tarixdə saat 21:41 dəqiqədə 31 saniyə, xx.xx.2021-ci il tarixdə saat 18:35 dəqiqədən 18:40 dəqiqəyədək, xx.xx.2021-ci il tarixdə saat 18:47 dəqiqədən 18:48 dəqiqəyədək, xx.xx.2021-ci il tarixdə saat 19:03 dəqiqədən 19:05 dəqiqəyədək, xx.xx.2021-ci il tarixdə saat 13:08 dəqiqədə 15 saniyədək, xx.xx.2021ci il tarixdə saat 13:59 dəqiqədə 38 saniyədək, xx.xx.2021-ci il tarixdə saat 15:48 dəqiqədən 15:49 dəqiqəyədək olan müddət ərazində Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***- **-** saylı mobil nömrə arasında, bundan əlavə xx.xx.2021-ci il tarixdə saat 22:40 dəqiqədən 22:41 dəqiqəyədək Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə arasında, bundan əlavə xx.xx.2021-ci il tarixdə saat 17:29 dəqiqədən 17:30 dəqiqəyədək, xx.xx.2021-ci il tarixdə saat 17:49 dəqiqədə 20 saniyədək, xx.xx.2021-ci il tarixdə saat 17 radələrindən 20 radələrinədək, xx.xx.2021-ci il tarixdə saat 11 radələrindən 19 radələrinədək, xx.xx.2021-ci il tarixdə saat 11 radələrində və xx.xx.2021-ci il tarixdə saat 19 radələrindən 21 radələrindək olan müddət ərazində Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***- **-** və ***-***-**-** saylı mobil nömrə arasında, həmçinin digər mobil nömrələr arasında çoxsaylı zənglər edilmiş, həmin zənglər zamanı ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr Ağstafa, Tovuz, Yevlax, Ucar, Goranboy rayonu, Borsunlu kəndində, əsasən Bakı-Qazax-Ələt yolunda müxtəlif ərazilərdə olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-X9 Regional Bölməsinin 25 may 2022-ci il tarixli, 16/608 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən vintaçan kustar üsulla hazırlanmış təsərrüfat-məişət təyinatlı alətdir və soyuq silah hesab edilmir.Üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir.Tədqiqata təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu-deşici xassəyə malik olan turist bıçağıdır və soyuq silah hesab edilmir.Üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Gəncə şəhər prokurorunun müstəntiqi vəzifəsi üzrə stajor X7 tərəfindən qəbul edilmiş 29oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 xəsarət alması faktına görə toplanmış material üzrə Gəncə şəhər BPİ-nin əməkdaşlarının əməllərində cinayət tərkibinin əlamətləri olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Gəncə şəhər prokurorunun köməkçisi, İİ dərəcəli hüquqşünas X29 tərəfindən qəbul edilmiş 27 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 xəsarət alması faktına görə toplanmış material üzrə Gəncə şəhər BPİ-nin əməkdaşlarının əməllərində cinayət tərkibinin əlamətləri olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(043)-13/2022 nömrəli qərarından görünür ki, X4 həbsdə saxlama müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(043)-13/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(043)-13/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlama müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(043)-90/2022 nömrəli qərarndan görünür ki, Təqsirləndirilən şəxs3 həbsdə saxlama müddəti istintaq xx.xx.2022ci il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş,Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(043)-92/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti istintaq xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(043)-91/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlama xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərəfindən verilmiş 1974003AAARN saylı forma 88-dən görünür ki, Təqsirləndirilən şəxs2 İİ-ci dərəcəli əlildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Göygöl Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilərək 02 il sınaq müddəti ilə cəzası şərti hesab edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 181.2.2 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci il tarixli Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə cəzasının qalan 05 ay 14 günü vaxtından əvvəl cəzadan şərti azad olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs1 Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 181.1-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli Sumqayıt şəhəri 16 saylı MKS-dən daxil olmuş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.1977-ci ildə Sumqayıt şəhərində doğulmuş, Rusiya Fedarasiyasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, sürücü işləmiş, Sumqayıt şəhəri,10-cu mikrorayon, ev 9, mənzil 8-də qeydiyyatda olmaqla yaşamışdır və yaşadığı yerdə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, AZ İİİ 584336 və AZ İİİ 614074 saylı doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs3 himayəsində 2 uşağı vardır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Ağstafa rayonu İHB-nin Qırlı kəndi inzaibati ərazi dairəsindən xx.xx.2022-ci il tarixli, 302 saylı arayışdan və xasiyyətnamədən görünür ki, Tağıyev X23 rayonunda doğulmuş, Ağstafa rayonu, Qırlı kəndində qeydiyyatda olmaqla, atası X22, anası X18, bacısı X12, bacısı X13, qeyri rəsmi arvadı X10 və azyaşlı qızı X1 ibarət ailə tərkibi ilə birlikdə yaşamışdır, yaşadığı ərazidə müsbət xarakterizə olunmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Ağstafa rayonu İHB-nin Qırlı kəndi inzaibati ərazi dairəsindən xx.xx.2021-ci il tarixli, 713 saylı arayışdan və xasiyyətnamədən görünür ki, Abbasov X24 rayonu, Qırlı kəndində qeydiyyatda olmaqla qeyri rəsmi arvadı Şahid3, oğlu X35, qızı X14 ibarət ailə tərkibi ilə yaşamışdır, İİ qrup əlildir, yaşadığı ərazidə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, AZ-İV 131977 və AZ-İV 451264 saylı doğum haqqında şəhadətnamələrindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 2 azyşalı uşağı vardır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Zərərçəkmiş şəxs barışıq ərizəsindən görünür ki, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə tərkibi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkmə istintaqı zamanı verdiyi ifadələrində quldurluq cinayəti törətməmələrinə dair göstərdiyi xüsusatlara tənqidi yanaşaraq vurğulayır ki, sözügedən xüsusatlar məsuliyyətdən yayınmağa xidmət edən ifadələr kimi qəbul olunmalıdır. Belə ki, həmin xüsusatlar təqsirləndirilən şəxslərin öz ifadələri ilə, zərərçəkmiş şəxsin ifadələri, çoxsaylı istintaq hərəkətinin protokolları, ekspert rəyi və digər iş materialları ilə tam təkzib olunur. Belə ki, məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2021ci il tarixdə saat 21:30 radələrində Bakı şəhərindən Gəncə şəhərinə sərnişin gətirmiş, yolda olan zaman Rasim ona ona telefonla məlumat verdiklərini, Tır avtomobildə 10000 (on min) manat pul olduğunu, həmin pulu götürmək niyyətinin olduğunu söyləmişdir. Görüşdükdən sonra Rasim ona içərisində 10000 manat pul olan Tırın artıq getdiyini bildirmişdir. Bundan sonra Rasim ona Kənanın Bakı şəhərində “Mercedes Vito” markalı avtomobili icarəyə götürərək işləyəcəyi üçün getdiyini, özünün isə nə səbəbə Bakıya getdiyini deməmişdir. Yolda Rasim ona planı dəyişib yoldan keçən hər hansı bir Tırı saxladıb üzərinə basqın edib pulunu ələ keçirəcəyini demişdir. Razılaşmalarına əsasən əldə olunacaq pul bərabər şəkildə bölünməli olmuşdur. Onlar kameralara düşməsindən ötrü sellofan torba ilə arxa və qabaq nömrələri avtomobilin nömrəsi bağlamış, posta çatan zaman nömrənin üzərinə açmışlar, dpostu keşdikdən sonra yenidən bağlamışlar. Yolda olarkən “1841 Mercedes” Tır markalı 08 AAP 933, 08 AAT 735 dövlət qeydiyyatlı nişanlı avtomobilin üzü Gəncə istiqamətində getdiyini görüb, həmin vatomobili təqib etmişlər. Bakı-Qazax avtomagistral yolunun üzü Şəmkir rayonu istiqamətində Hacıməlik kəndininə çatmamış Rasim ona həmin avtomobilə işıq siqnalları verərək saxlatmağını bildirmiş, o, avtomobilinin işıq faralarını yandırıb söndürməklə “Mercedes Tır” markalı avtomobilə saxla işarəsi vermiş, həmin vaxt maşını saxlamamışdan əvvəl Rasim avtomobildə Kənana onun avtomobilində qolaltında olan ona məxsus vintaçanı götürərək avtomobili saxladıqdan sonra arxası ilə gəlməsini bildirmişdir. Həmin avtomobil saxlayandan sonra Rasim maşından düşərək yaxınlaşaraq təkərinin titrədiyini demişdir. Həmin vaxt avtomobilinin aynaları açıq olduğu üçün o, Rasim ilə Türkiyə Respublikası vətəndaşının danışıqlarını eşitmişdir. Daha sonra “Mercedes Tır” markalı avtomobilin sürücüsü olan türk vətəndaşı avtomobilinə əyləşərək çıxıb getmişdir.Təxminən 1 kilometr getdikdən sonra o, yenidən “Mercedes Tır” markalı avtomobilə işıq siqnalları verərək saxlatdırmış, Rasim avtomobildən düşərək yenidən həmin sürücüyə yaxınlaşaraq avtomobilin sağ təkərindən qığılcım çıxdığını bildirmişdir. Rasim və həmin sürücü avtomobilin sağ tərəfinə yaxınlaşmışlar.Həmin sürücü əyilib təkərə baxan zaman Rasim arxadan baş nahiyəsinə vurmuş, daha sonra Kənan əlində vintaçanla həmin sürücüyə yaxınlaşmış, həmin sürücü nə istədiyini soruşan zaman Kənan pul verməsini tələb etmişdir. Həmin vaxt Rasim arxadan qucaqlayıb hərəkətsiz vəziyyətdə saxlamış, həmin sürücü pulunun olmadığını deyən zaman Rasim əlini sol cibinə salaraq içərisində olan pulları çıxartmışdır.Daha sonra dərhal maşınına əyləşərək Göygöl rayonu Hacıməlik kəndinə getmişlər və orada avtomobilin nömrələrini açıb Bakı şəhərinə qayıtmışlar. O, Rasimin nə qədər pulu götürdüyünü bilməmiş, həmin puldan 20 manat ona yanacaq pulu vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş Təqsirləndirilən şəxs1 оğlu ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə Ramil ona zəng edərək, Bakı şəhərində ona və Kənan iş tapdığını bildrmiş, görüş zaman isə türk sürücüsünün avtomobilində 10000 (on min) manat olduğunu, hazırda Bakı şəhərindən çıxaraq Gürcüstan istiqamətində hərəkət etdiyini deyərək həmin pulu ələ keçirib sonra bölməyi təklif etmişdir. Kənanla o, Ramil ilə razılaşmışlar. Həmin məqsədlə avtamaşının nömrəsinin kameraya düşməməsi üçün nömrəni qara rəngli sellofan torba ilə bağlamışlar. xx.xx.2021-ci il tarixdə gecə saatlarında yolda olarkən qarşılarına təsadüfən çıxan digər tır sürücüsünü qarət etmək qərarına gəlin həmin avtomaşını təqib etmişlər. Aralarında olan razlaşmaya əsasən Ramil avtomobilin işığı ilə Tır sürücüsünə bir neçə dəfə işarə edib, avtomobili Tırın sol tərəfinə çəkmiş və o, pəncərəni endirib Tırın sürücüsünə təkərində nasazlıq olmasını demişdir. Bu zaman Tırın sürücüsü avtomobili sağa çəkib saxlamış onlar da, Tırın arxasında dayanmışlar. O,avtomobildən düşərək sürücünün yanına getmişdir. Tırın sürücüsü avtomobilin arxa sağ təkərinə baxmış, lakin nasazlıq görməmişdir. O, Ramilin yerə düşmədiyini görüb heç bir hərəkət etməyərək avtomobilə geri qayıtmışdır. Bu zaman Ramil onu söyərək nə üçün pulu götürməməyini demişdir. O, isə ona “sən düşmədin deyə mən də, heçnə etmədim...” sözlərini bildirmişdir. Ramil isə Tırı yenidən saxladacağını bu zaman özünün də, düşəcəyini demişdir. Həmçinin Ramil ona demişdir ki, pul sürücünün cibində olacaq oradan götürmək lazımdır. Bundan sonra onlar yenidən Tıra çatmış və yenə eyni qayada onun sol kənarına vermişlər. Avtomobillər hərəkət edə-edə o, yenə də, Tırın sürücüsünə arxa sağ təkərindən qığılcım çıxdığını demişdir. Bu zaman Tırın sürücüsü yenidən avtomobili sağa çəkib saxlamış və onlar da, həmin Tırın arxasında dayanmışdır. Tır sürücüsü yerə düşüb arxa sağ təkərə əyilib baxmışdır. Bu zaman o, Kənanın əlində vintaçanla gəldiyini görüb dərhal Tır sürücüsünün arxadan boyun nahiyəsindən vurmuşdur. Zərbənin təsirindən Tır sürücüsü geri sərpilmiş və o arxadan türk vətəndaşını bərk şəkildə sıxaraq qucaqlamışdır. Bu zaman Kənan əlindəki vinataçanla Tır sürücüsünün qarşısına keçərək vintaçanı türk vətəndaşına doğru irəli geri əli ilə hərəkət etdirərək pul tələb etmişdir. Tır sürücüsü isə müqavimət göstərirmiş. Bu zaman o, dərhal sol əlini sürücünün sol cibinə salaraq cibində olan topa pulu götürmüş və dərhal sürücünü buraxaraq Kənanla birlikdə Ramilin avtomobilinə gəlmişlər. Ramil isə dərhal avtomobili hərəkət etdirmiş və onlar oradan uzaqlaşmışdır. Bakı şəhərində 20 yanvarın dairəsində Ramil onlara götürdükləri puldan 20 manat verərək yaşadığı evə gedib qayıdacağını, qayıtdıqdan sonra onları Ağstafa rayonuna qaytaracağını demişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə Rasimlə Bakı şəhərində iş lə bağlı getmək üçün görüşmüş, Ramilin avtomaboli ilə Bakı şəhəri istiqamətində gedərkən, Goranboy rayonu Goran qəsəbəsinin dairəsində olan zaman Ramili avtomobilin istiqamətini birdən-birə üzü Bakı şəhəri istiqamətindən Gəncə şəhəri istiqamətinə döndərmiş, o, Ramildən nə səbəbə geriyə qayıtdığını soruşan zaman Ramil və Rasim vacib işləri olduğunu demişlər. Goranboy rayonu Borsunlu kəndində olan zaman avtomobili nömrəsini isə qara sellofon ilə Ramil və Rasim bağlamışlar. O, nə səbəbə avtomobilin nömrələrini bağladıqlarını soruşmuş, ona “bir işimiz olduğunu” deyərək təxminən 1 saat maşında gözləmişlər. Daha sonra Ramil avtomobilin nömrələrindən sellofonları açaraq üzü Gəncə istiqamətində yola davam etmişlər.Goranboy rayonu Dəliməmmədli qəsəbəsində olan zaman “1841 Mercedes” Tır markalı 08 AAP 933, 08 AAT 735 dövlət qeydiyyatlı nişanlı avtomobili onların olduqları, avtomobili ötüb keçmiş, sonra Ramil avtomobilin sürətini artıraraq həmin “Mercedes” Tır markalı avtomobili ötüb keçmiş, bundan sonra o, Ramil və Rasim həmin tırın sürücüsünü saxladaraq hədə-qorxu ilə pul tələb edəcəklərini başa düşmüşdür . Bundan sonra “Mercedes” Tır markalı avtomobil üzü Şəmkir rayonu istiqamətində Gəncə şəhəri Hacıməlik qəsəbəsinə çatmamış Ramil idarə etdiyi avtomobilin uzaq yaxın işıqlarını yandırıb söndürməklə saxla işarəsi vermişdir. O, nə üçün “Mercedes Tır” markalı avtomobilə işarə verdiyini soruşan zaman Ramil və Rasim həmin avtomobilin sürücüsündə pul olduğunu və həmin pulu hədə-qorxu gələrək götürəcəklərini bildirmişlər. Daha sonra “Mercedes Tır” markalı avtomobil sağa çəkib saxlamış, həmin vaxt Ramil avtomobildə olan narıncı rəngli vintaçanı ona verərək Rasimin pulu götürən zaman kömək etməsini bildirmişdir. O, avtomobildən düşməmiş, lakin Rasim avtomobildən düşərək həmin “Mercedes Tır” markalı avtomobilin sürcüsünə yaxınlaşmış, həmin vaxt avtomobilin yan pəncərələri açıq olduğu üçün o, Rasimin həmin sürücüyə yalandan təkərinin titrədiyini deməsini eşitmişdir. Daha sonra “Mercedes Tır” markalı avtomobilin sürücüsü avtomobilə əyləşərək yoluna davam etmiş, Rasim avtomobilə qayıdıb əyləşmiş, həmin vaxt Ramil Rasimdən nə üçün pulu götürmədiyini əsəbi halda soruşmuş, Rasim Ramilə bu işi tək bacara bilməyəcəyini bildirmişdir.Sonra Ramil həmin avtomobilin arxasınca sürə-sürə pul olduğunu və hərəsinə 1000 manat pul verəcəyini bildirmişdir. Təxminən 1-2 kilometr getdikdən sonra Ramil yenidən “Mercedes Tır” markalı avtomobilə işıq siqnalları verərək saxlatdırmış, Rasim avtomobildən düşərək yenidən həmin sürücüyə yaxınlaşaraq avtomobilin sağ təkərindən qığılcım çıxdığını bildirmiş, Rasim və həmin sürücü avtomobilin sağ tərəfinə yaxınlaşmışlar.Həmin sürücü əyilib təkərə baxan zaman Rasim arxadan baş nahiyəsinə vurmuş, Ramil ona təkid edərək Ramilə düşüb kömək etməyini bildirmişdir.Həmin vaxt o, əlində vintaçanla həmin sürücüyə yaxınlaşmış, həmin sürücü ondan nə istədiyini soruşan zaman o, pul verməsini tələb etmişdir. Həmin vaxt Rasim arxadan qucaqlayıb hərəkətsiz vəziyyətdə saxlamış, həmin sürücü pulunun olmadığını deyən zaman Rasim əlini sol cibinə salaraq içərisində olan pulları çıxartmışdır. Daha sonra dərhal onlar Ramilin maşınına əyləşərək Göygöl rayonu Hacıməlik kəndinə getmiş və orada avtomobilin nömrələrindən sellofonları açıb Bakı şəhərinə getmişlər. o, Rasimdən nə qədər pulu götürdüyünü soruşmuş, ona 50-60 manat civarında pul götürdüyünü bildirmişdir. Bundan əlavə cinayət işi üzrə aparılan ibtidai istintaq zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 Xuadbəddin oğlu və Təqsirləndirilən şəxs1 ifadələrində cinayət əməlini törətdikdən sonra polis əməkdaşlarının təzyiqinə məruz qaldıqlarını bildirmişdir. Həmin xüsusatla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılmış, həmin xüsusatlar öz təsdiqi tapmadığından cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlar qəbul edilmişdir. Qeyd olunanların işığında məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı vermiş olduqları ifadələr, zərərçəkmiş şəxsin ifadəsi, məhkmə tibbi ekspertizasının rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər ilə əlaqəli və müqayisəli şəkildə təhlil edildikdə belə nəticə hasil olur ki, təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı vermiş olduğu ifadələr işin faktiki hallarına daha uyğundur. Odur ki, sözügedən ifadələr işin faktiki hallarına daha uyğun olan ifadələr kimi qiymətləndirilməlidir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 5ci bəndində göstərilmişdir ki, oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. Həmin Qərarın 15-ci bəndində göstərilmişdir ki, qabaqcadan əlbir olmaqla quldurcasına basqın törətmiş bir qrup təqsirli şəxsin niyyəti ilə silah və ya silah qismində istifadə edilən predmetlərin tətbiqi əhatə edilmişsə, o zaman onlardan yalnız biri silah və ya silah qismində istifadə edilən predmet tətbiq etsə belə, qrup iştirakçılarının hamısı birgə icraçı kimi CM-nin 181.2.5-ci maddəsi ilə məsuliyyət daşıyır. Odur ki, məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 əməllərində cinayət tərkibi vardır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 əməlləri Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.5-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətdiklərindən həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 oğlunun barəsində əməliyyat-sorğu kartotekasında əvvəllər məhkum olunması barədə heç bir məlumat yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində xx.xx.2014-cü il tarixdə Ağstafa rayon polis şöbəsində Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.3-cü maddələri cinayət işi başlanılmış və cinayət təqibinə xx.xx.2014-cü il tarixdə həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası CPM-in 40.2.2-ci maddəsinə əsasən xitam edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Göygöl Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilərək 02 il sınaq müddəti ilə cəzası şərti hesab edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 181.2.2 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci il tarixli Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə cəzasının qalan 05 ay 14 günü vaxtından əvvəl cəzadan şərti azad olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs1 Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 181.1-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin residivi təhlükəli sayılır. Odur ki, Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilmədiyindən, onun hazırki cinayət əməlini törətməsi cinayətlərinin təhlükəli residivi kimi qiymətləndirilməlidir. Belə ki, cinayət işinin materiallarında olan Gəncə Ağır Cinayətlər Məhkəməsinin 28 fevarl 2018-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 181.1-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Təqsirləndirilən şəxs1 barəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamə ilə həmçinin müəyyən edilmişdir ki, o sözügedən əmələ görə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində 1 azyaşlı uşağının olmasını, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 qarşı şikayət və tələbinin olmamasını təqsirləndirilən Təqsirləndirilən şəxs1 münasibətdə Azərbaycan Respublikası CM-nin 59cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Bununla belə məhkəmə Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivinin olmasını cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində 2 azyaşlı uşağının olmasını, İİ-ci qrup əlil olmasını və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs3 qarşı şikayət və tələbinin olmamasını təqsirləndirilən Ramil Sadiqova münasibətdə Azərbaycan Respublikası CMnin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsi, CM-nin 53.4. və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il və xx.xx.2011-ci il tarixli qərarları). Məhkəmə təqsiləndirilən şəxslərə cəza təyin edərkən cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, onlar ittiham olunduğu maddələrin sanksiyasının aşağı hədlərində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar.Təqsiləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını-ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi, müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində, çəkilməlidir. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələri müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs1 təyin olunan azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Bununla yanaşı Cinayət Məcəlləsinin 52-ci maddəsinə əsasən barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olan, himayəsində Azərbaycan Respublikasının vətəndaşı olan yetkinlik yaşına çatmayan uşağı, şəxslərə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növü şamil edilmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, sənədlərdən də görünür ki, Rusiya Fedarasiyasının vətəndaşı olan X5 Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olması və himayəsində Azərbaycan Respublikasının vətəndaşı olan yetkinlik yaşına çatmayan uşağı oduğundan ona Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 vəTəqsirləndirilən şəxs3 həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Cinayət işinin materiallarında olan 20 sentyabr 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şübhəli şəxs kimi tutulmuşlər və barələrində xx.xx.2021-ci il tarixdə “həbs” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut hesab edilən və Gəncə şəhər Baş Polis İdarəsində məsul saxlanca verilmiş hadisə yerindən götürülmüş 01 ədəd vintaçan sahiblərinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələrinin yerində yoxlanılması zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 3 ədəd “DVD” disk və Azərbaycan Respublikası DİN-in BİKİ-dən daxil olmuş 1 ədəd “DVD” disk, "xxxx" MMC-dən, "xxxx" MMC-dən daxil olmuş, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 istifadələrində olmuş mobil nömrələr arasındakı zənglər və anten dairələrinə dair məlumatları özündə əks etdirən 2 ədəd “CD” disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan əlavə təqsirləndirilən Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçilər təyin edilmişdir. Həmin müdafiəni isə Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi1, X8 və Müdafiəçi3 həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçlərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 2001-ci il 01 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə xx.xx.2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün altı manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkilləri Müdafiəçi1, Müdafiəçi2 və Müdafiəçi3 işlədikləri Gəncə şəhər 1 saylı vəkil bürosunun hesabına hər bir vəkil üçün ayrı-ayrılıqda 150 manat məbləğində pul köçürülməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 53 (əlli üç) manat məbləğində pul təqsirləndirilən şəxslərdən alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia verilməmiş və xüsusi müsadirə tətbiq ediləcək əmlak müəyyən olunmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı iş üzrə şübhəli şəxs qismində tutulduğu tarixdən yəni, 20 sentyabr 2021-ciil tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5-ci maddələriilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs3cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən yəni, 20 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5-ci maddələriilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən yəni, 20 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Gəncə şəhər Baş Polis İdarəsində məsul saxlanca verilmiş hadisə yerindən götürülmüş 01 ədəd vintaçan sahiblərinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilsin, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələrinin yerində yoxlanılması zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 3 ədəd “DVD” disk və Azərbaycan Respublikası DİN-in BİKİ-dən daxil olmuş 1 ədəd “DVD” disk, "xxxx" MMC-dən, "xxxx" MMC-dən daxil olmuş, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 istifadələrində olmuş mobil nömrələr arasındakı zənglər və anten dairələrinə dair məlumatları özündə əks etdirən 2 ədəd “CD” disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkilləri Müdafiəçi1, Müdafiəçi2 və Müdafiəçi3 işlədikləri Gəncə şəhər 1 saylı vəkil bürosunun hesabına hər bir vəkil üçün ayrı-ayrılıqda 150 manat məbləğində pul köçürülsün. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 53 (əlli üç) manat məbləğində pul təqsirləndirilən şəxslərdən alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxslərə isə onlara hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar