Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-60/2025 24.10.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi Hakimlər Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), Məmmədzadə Mikayıl Maarif oğlu və İbişov İlkin İlqar oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X5, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və kiçik ədliyyə müşaviri X4, Təqsirləndirilən şəxs və müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1996-cı ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, işsiz, əvvəl məhkum olunmamış, Ağdam şəhəri, M.Abbas küçəsi ev 49-da qeydiyyatda olmaqla Bərdə rayonu, 866 saylı qəsəbə ev 4, mənzil 36-da yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq külli miqdar naməlum çəkidə psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib saxlamış, daxil olmuş əməliyyat məlumatı əsasında həmin gün saat 13:30 radələrində Bərdə rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bərdə rayonunda 866 saylı qəsəbə ərazisində saxlanılıb Bərdə şəhəri, Babək küçəsi 26 ünvanda yerləşən Bərdə RPŞ-nin inzibati binasına gətirilmiş, üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli qolsuz gödəkçənin sol iç cibindən 2 (iki) ədəd qara rəngli sellofanda ümumilikdə 8 (səkkiz) ədəd şəffaf rəngli sellofan bükümdə və 1 (bir) ədəd kağız bükümdə olmaqla, ayrı-ayrılıqda təmiz çəkiləri 0,891, 0,311, 0, 301, 0,298, 0,105, 0,328, 201 qram, 0,252 qram, 0,223 qram, 0,222 qram, 0,059 qram çəkilərdə olmaqla külli miqdarda, yəni ümumi təmiz çəkisi 3,191 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, üstündən aşkar edilən psixotrop maddəni onun dostu olan Bəxtiyar adlı şəxs vermiş və həmin vaxta qədər bir neçə dəfə bədənindəki ağrılara görə narkotik vasitə istifadə etmişdir. Son dəfə də saxlanıldığı gün Bəxtiyar ona istifadə etməsi üçün bükümləri vermiş, sonra polislər tərəfindən saxlanılaraq Bərdə rayon Polis Şöbəsinə gətirilmiş, orada üstündən çıxan bükümləri istifadəsi üçün saxladığını bildirmişdir. Əvvəlcə polis əməkdaşları həmin bükümü haradan və necə əldə etməsini soruşduqda demədiyi üçün onu döymüş, sonradan Bəxtiyarın ona verdiyini etiraf etmişdir. Həmin vaxt polislərdən qorxduğu üçün polislərə Bəxtiyarın ona bükümləri 150 (bir yüz əlli) manata satdığını demiş, lakin sonradan ona pulsuz verdiyini bildirmişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, əməlindən peşmandır. Psixotrop maddəni özündə olan xəstəliyi ilə bağlı qəbul etmiş və bunu ağrılarının olmasına görə etmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilərək elan edilmiş ifadəsində Təqsirləndirilən şəxs əlavə olaraq göstərmişdir ki, doğulandan xəstəlikdən əziyyət çəkmişdir, X14 Dispanserində qeydiyyatdadır, 2-ci qrup əlildir. Rəsmi olaraq heç bir yerdə işləmir. O, bədənindəki ağrılarla bağlı təxminən bir ildir ki, narkotiklərdən istifadə edir, X3 uzun müddətdir tanımış, Bəxtiyarla birlikdə tutulmamışdan əvvəl bir neçə dəfə “patı” (metamfetamin) istifadə etmişdir. Bəxtiyara narkotik tapanda ona da verməyi demişdir. 14 mart 2023-cü ildə təxminən səhər 10-da Bəxtiyar ona zəng edib “patı” tapdığını demiş, Bərdə rayon Güloğlular kəndinə “Təzə bazar” adlanan yerə gəlməyi demişdir. O taksi ilə “Təzə bazar”da “Yun bazar”ı deyilən yerə getmiş, Bəxtiyarla görüşmüşdür. Bəxtiyar ona demişdir ki, “yaxşı mal” tapıb. Bəxtiyar siqaret qutunun içində olan bir bükümdə psixotrop maddəni vermiş, o patını qəsəbəyə gətirib heç kim olmayan yerdə gələcəkdə çox istifadə etməmək üçün bükümlərə bölmüş, bir hissəsini də qəbul etmişdir. Təxminən saat 13:30 radələrində piyada gəzərkən iki nəfər mülki geyimli şəxs yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmiş, Bərdə RPŞ-yə aparmışlar. Şöbədə üzərində video çəkilişlə şəxsi axtarış aparılmışdır. O üzərində saxladığı bükümləri təqdim etmiş, çəkilib qablaşdırılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 göstərmişdir ki, 14 mart 2023-cü ildə Ağdam şəhər sakini Bərdədə məcburi köçkünlər üçün nəzərdə tutulmuş qəsəbədə yaşayan Təqsirləndirilən şəxs Bərdə rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələri istifadə etməsi və üzərində saxlaması barədə Bərdə RPŞ-yə əməliyyat məlumatı daxil olmuş, əməliyyat qrupu yaradılmış və əməliyyat axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul edilmişdir. Bərdə RPŞ-nin PPXB-nin tağım komandiri, polis baş leytenantı Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs Bərdə şəhəri, 866 saylı qəsəbədə şübhəli kimi saxlayıb Bərdə RPŞ-yə gətirmişlər. Polis şöbəsində təhqiqatçı tərəfindən vəkil çağırılmış və Sənan tərəfindən aparılan videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Qanunsuz saxladığı əşya varsa, könüllü təqdim etməyi təklif ediləndə Vüqar gödəkçədən siqaretləri çıxarıb təqdim etmiş və içində xeyli xırda bükümlərdə “patı” adı ilə tanıdığı psixotrop maddələr olan metamfetamin olduğunu və həmin gün “Təzə bazar”da tanıdığı Bəxtiyar adlı şəxsdən 150 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını demişdir. Vüqarın mobil telefonu da götürülmüş və bükümlər çəkilib qablaşdırılmışdır. Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz əşya tapılmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 da Şahid1lə eyniməzmunlu ifadə verərək Bərdə RPŞ PPXB-də xidmətdə olsa da, adam çatışmazlığı olduğu üçün əməliyyat tədbirində iştirak etmiş, Şahid1lə birlikdə Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu üçün Bərdə rayonu məcburi köçkün qəsəbəsində saxlayıb Bərdə RPŞ-yə gətirmişlər. Üzərindəki siqaret qutusundan dəqiq sayını xatırlamadığı psixotrop maddə olan metamfetaminə bənzər kütlələr aşkar edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarışı o videoçəkilişlə qeydə almış həmin çəkiliş vaxtı da şəxsə qarşı hər hansı qanunsuzluq edilməsinin şahidi olmamışdır. Təqsirləndirilən şəxs özü bükümləri vəkilin iştirakı ilə təqdim etmiş və bədənindəki ağrılarla bağlı qəbul etdiyini bildirmişdir. Vüqar çəkilişdə psixotrop maddələri Bəxtiyar adlı tanışından aldığını demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, oğlu Təqsirləndirilən şəxs uşaqlıq dövründən serebral iflic xəstəliyindən əziyyət çəkmiş, atası İ Qarabağ müharibəsində şəhid olmuşdur. Vüqar xəstəliyi ilə bağlı yanında yaşamışdır. Vüqarın psixi xəstəliyi olsa da, narkotik vasitə istifadəçisi olduğunu bilməmiş, onun yerdən siqaret kötükləri yığıb çəkdiyini görüb məcbur qalaraq ona siqaret almışdır. Vüqarın narkotik istifadə etməsini və buna görə xx.xx.2023-cü ildə tutulmasını sonradan bilmiş, Vüqardan soruşanda “zəhrimarı” bir yerdə çəkdiklərini demiş və üzərində olanları da Bəxtiyarın verdiyini demişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2023-cü il tarixli raportlardan və əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan görünür ki, Bərdə şəhəri 866 saylı qəsəbədə yaşayan Ağdam rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitə əldə edib üzərində saxlaması barədə Bərdə RPŞ-yə əməliyyat məlumatı daxil olmuş, təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin gün saat 13:30-də Təqsirləndirilən şəxs yaşadığı qəsəbədə saxlanıb Bərdə RPŞ-yə gətirilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan “şübhəli şəxs qismində tutulma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə saat 14:00-da şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli həmin gün 13:30-dan hesablanmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən “şəxsi axtarış keçirilməsi haqqında” protokol və əlavəsi olan DVD diskdən görünür ki, xx.xx.2023-cü ildə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı üzərində hər hansı narkotik vasitə olub-olmaması soruşulduqda əynindəki göy rəngli qolsuz gödəkçənin sol iç cibindən bir ədəd ağ rəngli “Winston” markalı siqarət qutusunu təqdim etmiş və içərisində narkotik vasitə olduğunu bildirmişdir. Siqarət qutusunun içərisindən 8 ədəd şəffaf sellofan kəsiyi, 2 ədəd qara rəngli sellofan kəsiyi və 1 ədəd gümüşü rəngli kağız parçasında, ümumilikdə 11 ədəd psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən məhkəmə-kimyəvi ekspertizanın 15 mart 2023-cü il tarixli 16/319 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş metamfetaminə bənzər 11 kütlə.. ” yazı və imzalar olan kağız paketdəki, 2 (iki) ədəd qara rəngli sellofan bükümlərdə, 8 (səkkiz) ədəd şəffaf sellofan bükümlərdə və 1 (bir) ədəd gümüşü kağız bükümdə, ümumilikdə 11 (on bir) ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,891 qram, 0,311 qram, 0,298 qram, 0,105 qram, 0,328 qram, 0,201 qram, 0,252 qram, 0,223 qram, 0,222 qram, 0,059 qram, ümumi təmiz çəkisi 3,191 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindirlər, kimyəvi tərkiblərinə görə eynidirlər. Qeyd: metamfetaminin ümumi təmiz çəkisi 7,762 qram tədqiqata sərf edildi 0,24 qram qalıq çəkisi 7,522 qram İş materiallarında olan və məhkəmədə araşdırılan “baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, şəxsin istifadəsində olan “Samsung A 22” markalı mobil telefona keçirilən baxış zamanı, xx.xx.2023-cü il tarixdə saat 11:55 dəqiqədə Bəxtiyar adlı şəxsə məxsus ********** saylı nömrədən Təqsirləndirilən şəxs məxsus ********** saylı nömrəyə zəng edildiyi, həmçinin əvvəlki dövrdə də qarşılıqlı zənglər olması müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan DİN BƏSİİ-dən verilən xx.xx.2023cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəl məhkumluğu olmamışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə narkoloji ekspertizanın 30 may 2023-cü il tarixli 946 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoiddən və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 2-ci qrup əlil olduğu üçün məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmədə tədqiq edilən xx.xx.2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokol və CD diskdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan 050 ***-**-** saylı mobil nömrə ilə X2 istifadəsində olan 051 ***-**-** nömrə arasında xx.xx.2023-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddətdə dəfələrlə müxtəlif tarix və vaxtda zənglər edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan Bərdə RPŞ CAB-ın rəisi tərəfindən Bərdə RPŞ-nin rəisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddənin mənbəyini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmədə tədqiq edilən Qaçqınlar və X6 üzrə Dövlət Komitəsindən verilmiş 255830№li və 63789 №li məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs və anası İsmayılova X7 rayonundan məcburi köçkündür. İş materiallarında olan və məhkəmədə araşdırılan Ağdam rayonu Əhalinin Sosial Müdafiə Mərkəzi tərəfindən verilən 002177 №li və 014781 №li vəsiqələrdən görünür ki, Təqsirləndirilən şəxs və anası Şahid4 şəhid ailəsidir. İş materiallarında olan və məhkəmədə araşdırılan Bərdə RMX PHŞ-dən verilən 7785 №li xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın narkoloji kabinetində qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmədə araşdırılan Bərdə RMX PHŞ-dən verilən 7190 xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın ruhi-əsəb dispanserində qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2022-ci il tarixli, 3906 №li arayışdan görünür ki, Ağdam şəhəri, M.Abbas küçəsi bina 49-da qeydiyyatda olan və hazırda Bərdə rayonu Yeni qəsəbədə yaşayan xx.xx.1994-cü i təvəllüdlü Təqsirləndirilən şəxs X14 dispanserində “hemiplegik spastik serebral iflic, uşaq beyin iflicinin qalığı, hərəkət məhdudluğu, ağır kəmağıllıq, nitq qüsuru ilə, hemiplegik spastik serebral iflic” diaqnozu ilə qeydiyyatdadır. İş materiallarında olan və məhkəmədə araşdırılan Ağdam RHK tərəfindən verilən ******* №li hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2004-cü ildə Azərbaycan Respublikası Hərbi Həkim Komissiyası tərəfindən hərbi xidmətə yararsız hesab edilməklə hərbi uçotdan çıxarılmışdır. İş materiallarına əlavə edilən məhkəmədə araşdırılan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış qalıq çəkisi 7,522 qram metamfetamin maddi sübut kimi tanınaraq Bərdə RPŞ-nin maddi sübutlar anbarına məsul saxlanca təhvil verilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə-psixatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 36 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda yüngül dərəcəli əqli gerilik (yüngül debillik dərəcəsində oliqofreniya” uşaq serebral iflic qalıq əlamətləri (psixi və davranış pozuntuların beynəlxalq təsnifatının 10-cu baxışında F70.0) müəyyən olunur. Qərarın təsviri hissəsində şərh edilən və ona istinad edilən cinayət əməlini törədən vaxt öz hərəkətlərinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini dərk və idarə etmək iqtidarında olmuşdur. Yoxlanılma vaxtı öz hərəkətlərinin xarakteri və ictimai təhlükəliliyini dərk və idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs “yüngül dərəcəli əqli gerilik” müşahidə edilsə də, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərininin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və tam idarə etmək iqtidarında olmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılan ƏƏSMN 22 saylı Zona Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs tibbi sosial ekspert komissiyasının 352 №li, xx.xx.2012-ci il tarixli qərarı ilə ümumi xəstəliklə bağlı müddətsiz İİ qrup əlillik verilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan Bərdə rayon Mənzil Kommunal Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 673 №li arayışdan və xasiyyətnamədən görünür ki, İsmayılov X11 rayonundan məcburi köçkün kimi Bərdə rayonu Həsənqaya kəndində yerləşən 866 saylı məcburi köçkün qəsəbəsində bina 11 mənzil 38-də yaşamış və yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılan Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(021)-55/2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(021)-64/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan Bərdə Rayon Məhkəməsinin 5(021)-68/2023 saylı xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qanuni hesab edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, şəxsi axtarış zamanı götürülmüş “Samsung A 22” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılmışdır. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş və qanuni qüvvəyə minmiş X2 barəsində olan Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-145/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, həmin hökmlə hazırkı iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş psixotrop maddələrin də məhv edilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsdən verilən 137407№li ambulator kitabça - xəstəlik tarixindən çıxarışdan da görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-xx.xx.2025-ci il tarixlərdə stasionar müalicədə aldığı müddətdə xx.xx.2025-ci ildə şəxsə F70.0 “yüngül dərəcəli əqli gerilik” diaqnozu ilə yanaşı, F112 “opioidlərin qəbulu nəticəsində asılılıq sindromu” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Cinayət qanununun başlıca prinsiplərindən biri olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər (Cinayət Məcəlləsinin 7.1-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr......dir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən psixotrop maddələr - BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, ....psixotrop maddələrin qanunsuz daşınması.....həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İİ siyahıya əsasən metamfetamin psixotrop maddə hesab olunur, heroinin və metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarın aşağı həddi isə 2 qramdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs aşkar olunmuş psixotrop maddələrin qanunsuz olması Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu və hökmün təsviri hissəsində göstərilən sübutlarla təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs ibtidai istintaqdan fərqli olaraq məhkəmə baxışında sənədlərin tədqiqi mərhələsində, keçirilmiş şəxsi axtarışa dair videogörüntülərə baxış zamanı xx.xx.2023-cü ildə psixotrop maddəni əldə etdikdən sonra saxlanılıb Bərdə RPŞyə gətirilib psixotrop maddəni ona verən şəxsin adını əvvəlcə demədiyi üçün onu gətirən deyil, digər polis əməkdaşları tərəfindən Bərdə rayon polis şöbəsində fiziki zorakılığa məruz qalaraq döyülməsini bildirmişdir ki, məhkəmə həmin məsələnin araşdırılıb hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndəriləcəyi və təqsirləndirilən şəxsin hazırkı iş üzrə təqsirliliyi ilə bağlı məsələyə təsir etmədiyi üçün bununla bağlı hər hansı münasibət bildirilməsini aidiyyət və səlahiyyət prinsiplərinə məhkəmənin arbitr roluna əsasən doğru hesab etmir. Göstərilənlərdən başqa Təqsirləndirilən şəxs ibtidai araşdırma və məhkəmə baxışı zamanı öz müdafiəsi üçün hər hansı dəlil gətirmədiyi və törətdiyi əməli səmimi etiraf etdiyi, eləcə də iş üzrə tədqiq edilmiş sübutlarla onun cinayətə aidiyyəti və təqsiri öz təsdiqini tapdığı üçün məhkəmə bununla bağlı əlavə əsaslandırma aparılmasını zəruri hesab etmir və təqsiri sübuta yetirilmiş maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyini ilə bağlı məsələlərə münasibət bildirməyi məqsədəmüvafiq sayır. Müdafiə tərəfi Təqsirləndirilən şəxs sağlamlıq vəziyyəti (psixi xəstəlikdən əziyyət çəkməsi və sosial statusu (şəhid ailəsi və məcburi köçkün olması) nəzərə alınmaqla barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməsini, cəzanın aşağı həddindən az və ya azadlığın məhdudlaşdırılması təyin edilməsini bildirmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində məhkəmənin əvvəlki tərkibi tərəfindən də təkrar məhkəmə psixatrik ekspertiza təyin edilib keçirilmiş, cinayət hadisəsi törədildiyi vaxt və hazırkı dövrdə psixi xəstəlikdən əziyyət çəkməsi, lakin öz hərəkətlərini və ictimai təhlükəliliyini tam dərk və idarə etmək iqtidarında olması öz təsdiqini tapmışdır. Məhkəmə diqqətə çatdırır ki, ümumiyyətlə hər hansı şəxsin psixi xəstəlikdən əziyyət çəkməsi ancaq törətdiyi əməli idarə etmək və nəticələrinə qəsd və ehtiyatsızlıq formasında münasibətini bildirmək imkanı olmayan, (anlaqsız), eləcə də əməlini tam dərk və idarə etməyə imkan verməyən hallarda (anlaqlığı istisna etməyən psixi pozuntusu olan) şəxsin cinayət məsuliyyəti və cəzadan azad edilməsinə imkan verir. Keçirilmiş məhkəmə iclasları zamanı da Təqsirləndirilən şəxs anlaqlı olması, danışıq imkanı qismən məhdud olsa da, öz fikirlərini tam olaraq ifadə etmək bacarığı, bunun üçün əlavə mütəxəssisə və ya ekspertə ehtiyacı olmaması aşkar müşahidə edilmişdir. Müdafiə tərəfinin məhkəmədə istinad etdiyi digər hal isə şəxsin sosial statusu şəhid ailəsi və məcburi köçkün olması ilə bağlıdır ki, məhkəmə həmin halın hazırki dövrə qədər dövlət tərəfindən istər iqtisadi, istərsə də hüquqi cəhətdən kifayət qədər nəzərə alındığını, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın həddində qiymətləndiriləcəyini nəzərə çatdırır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan təqsirləndirilən şəxsin həm məhkəmə istintaqı zamanı, həm də ibtidai istintaq zamanı etirafedici ifadələrini, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə həmin Məcəlləsinin 144-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə edərək, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir və əməlində cinayət tərkibi vardır. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran hallar olmamasını, təyin olunacaq cəzanın şəxsin islah olunması və həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs oğlunun psixi xəstəlikdən əziyyət çəkməsini, məcburi köçkün, şəhid ailəsi və İİ qrup əlil olmasını, atasının isə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmasını, törətdiyi əməldən səmimi peşmanlıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini məhkəmə, Azərbaycan Respublikası CMnin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə əvvəli və hazırki məhkəmə tərkibi tərəfindən aşkar müşahidə edilən və təyin edilmiş məhkəmə psixiatrik ekspertiza rəyi ilə psixi xəstəlikdən əziyyət çəkməsini, məcburi köçkün, eləcə də atasının İ Qarabağ müharibəsi şəhidi olmasını nəzərə alaraq hesab edir ki, ona təqsiri sübuta yetirilmiş maddənin sanksiyasında nəzərdə tutulan ən aşağı həddə cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulan məqsədlərinə (xüsusi xəbərdaredici funksiyasına və şəxsin islah olunmasına) nail olunması mümkündür. Belə ki, hazırki iş üzrə şəxsə aşağı hədd cəza təyin edilməsinin əsası təqsirləndirilən şəxsin atasının dövlət qarşısında xidmətləri (Azərbaycan Respublikasının ərazi bütövlüyü və müstəqilliyi uğrunda qəhrəmanlıqla şəhid olması) və sağlamlıq vəziyyəti olsa da, törədilmiş əməlin xarakteri və ictimai təhlükəliliyi ona qeyd edilən maddənin sanksiyasından aşağı həddə cəza təyin edilməsini və ya digər yüngül cəza növü təyin edilməsini, yaxud təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini istisna edir. Nəzərdən qaçırılmamalıdır ki, əks hal məhkəmənin səhhəti, psixi vəziyyəti və sosial statusu nəzərə alınmaqla şəxsə tətbiq etdiyi differensiallığın (işin obyektiv hallarının) kənar müşahidəçinin nəzərində bərabərlik prinsipinin pozulması, ayrı-seçkilik kimi qiymətləndirilərək məhkəmə və ədalət mühakiməsi barəsində yanlış mülahizəsi yaranması ilə nəticələnə bilər. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddədə nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdar əldə etmə, saxlama.... daşımaya görə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur. Yuxarıda göstərilənlər məhkəmədə törətdiyi əmələ görə nəzərdə tutulan cəzanın ən aşağı həddə təyin edilməklə təqsirləndirilən şəxsin islah olacağı qənaətinə gəlməsinə əsas olmuşdur və qeyd edilən hallar nəzərə alınmaqla şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi davranışı ilə islah olacağı təqdirdə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsini istisna etmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş....ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.6cı maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır, tutulduğu və həbsdə saxlanıldığı, ev dustaqlığında olduğu müddət həmin müddətə aiddir. Məhkəmə narkoloji ekspertiza rəyinə əsasən narkomaniyadan əziyyət çəksə də, Təqsirləndirilən şəxs İİ qrup əlilliyi ilə bağlı məcburi narkoloji müalicənin təyin edilə bilməməsi nəzərə alınmalı, O, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan 11 ədəd bükümdə ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7,522 qram olan psixotrop maddə metamfetaminin Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-145/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə məhv edilməsinin qərara alınması nəzərə alınmalı, istintaq hərəkəti protokollarının qeydə alındığı 3 ədəd DVD disk, telefon danışıqlarına dair məlumatlar olan 1 ədəd CD disk olmaqla, ümumilikdə 4 ədəd disk cinayət işi materiallarında saxlanılmalıdır. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur, mülki iddia verilməmişdir. Məhkəmə məsrəfi olan 60,80 manat (altmış manat, səksən qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbs edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Məhkəmə narkoloji ekspertiza rəyinə əsasən narkomaniyadan əziyyət çəksə də, Təqsirləndirilən şəxs İİ qrup əlilliyi ilə bağlı məcburi narkoloji müalicənin təyin edilə bilməməsi nəzərə alınsın, O, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bərdə RPŞ-də saxlanılan psixotrop maddə olan 11 ədəd bükümdə ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7,522 qram olan psixotrop maddə olan metamfetaminlərin Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-145/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə məhv edilməsi nəzərə alınsın, istintaq hərəkətlərin qeydə alındığı 3 ədəd DVD, telefon danışıqlarına dair məlumatları özündə əks etdirən 1 ədəd CD disk olmaqla, ümumilikdə 4 ədəd disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 60,80 manat (altmış manat, səksən qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-60/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-60/2025
24.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver