Məhkəmə qərarları › İş №1(100)-61/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(100)-61/2022

17.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(100)-61/2022 17.03.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X11 Cinayətlər Məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: X8 oğlunun katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokurorları, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Təqsirləndirilən şəxslər X6 və Təqsirləndirilən şəxs2, müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 Hünbət oğlunun, zərərçəkmiş şəxslər X7, Zərərçəkmiş şəxs2 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə dövlət ittihamçısının vəsatətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən ittiham elan edilmişdir ona görə ki, X6 20 aprel 2021-ci il tarixdə, saat 03 radələrində tamah niyyətilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını ələ keçirmək məqsədilə həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib Şəmkir rayonunun Əliyaqublu kəndində yaşayan X7 evinə pəncərədən qanunsuz daxil olaraq silah qismində istifadə edilən əşyalar tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək yataq otağında yatan Günay Kərimovanın oğlu Zərərçəkmiş şəxs2 baş nahiyyəsindən əvvəl Müsahib Miskinli silah qismində istifadə etdiyi ağac dəyənək ilə qəsdən üç dəfə zərbə vuraraq ona başın tüklü hissəsində alın – təpə nahiyyəsinin əzilmiş yaraları xəsarəti ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran bədən xəsarətləri, onun ardınca isə Təqsirləndirilən şəxs2 üzərində olan tiyəsinin uzunluğu 97 mm, dəstəyinin uzunluğu 123 mm və ümumi uzunluğu 220 mm olan kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilməyən ümumi təyinatlı turist bıçağını silah qismində tətbiq etməklə qəsdən bir dəfə zərbə vurub Zərərçəkmiş şəxs2 döş qəfəsinin arxa səthində sol kürək nahiyyəsinin daxilə keçməyən bir ədəd deşilmiş-kəsilmiş yarası xəsarəti ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran bədən xəsarəti yetirmiş, həmin vaxt evin digər otağından səs-küyə gələn Günay Kərimovanın baş nahiyyəsindən Müsahib Miskinli əlindəki ağac dəyənəklə iki dəfə qəsdən vuraraq ona başın tüklü hissəsində alın – təpə nahiyəsinin əzilmiş yaraları xəsarəti ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran bədən xəsarəti, Təqsirləndirilən şəxs2 isə yuxarıda qeyd edilən bıçaqla qəsdən bir dəfə zərbə vuraraq Günay Kərimovaya qarının ön divarının sağ yarısının daxilə keçən, qara ciyəri zədələyən, kəskin qanitirməyə səbəb olmuş, bir ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət edilən və insan həyatı üçün təhlükəli olan, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərər vuran xəsarət yetirmiş, zərərçəkmiş Günay Kərimovanın ucadan qışqıraraq qonşuları köməyə çağırması səbəbindən onlar evdən hər hansı əmlakı ələ keçirə bilməyib hadisə yerindən qaçmaqla quldurluq etmişlər. Təqsirləndirilən şəxs2 20 aprel 2021-ci il tarixdə, saat 03 radələrində tamah niyyətilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını ələ keçirmək məqsədi ilə həmkəndlisi X6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib Şəmkir rayonunun Əliyaqublu kəndində yaşayan X7 evinə pəncərədən qanunsuz daxil olaraq silah qismində istifadə edilən əşyalar tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək yataq otağında yatan Günay Kərimovanın oğlu Zərərçəkmiş şəxs2 baş nahiyyəsindən əvvəl Müsahib Miskinli silah qismində istifadə etdiyi ağac dəyənək ilə qəsdən üç dəfə zərbə vuraraq ona başın tüklü hissəsində alın – təpə nahiyyəsinin əzilmiş yaraları xəsarəti ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran bədən xəsarətləri, onun ardınca isə Təqsirləndirilən şəxs2 üzərində olan tiyəsinin uzunluğu 97 mm, dəstəyinin uzunluğu 123 mm və ümumi uzunluğu 220 mm olan kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilməyən ümumi təyinatlı turist bıçağını silah qismində tətbiq etməklə qəsdən bir dəfə zərbə vurub Zərərçəkmiş şəxs2 döş qəfəsinin arxa səthində sol kürək nahiyyəsinin daxilə keçməyən bir ədəd deşilmiş-kəsilmiş yarası xəsarəti ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran bədən xəsarəti yetirmiş, həmin vaxt evin digər otağından səs-küyə gələn Günay Kərimovanın baş nahiyyəsindən Müsahib Miskinli əlindəki ağac dəyənəklə iki dəfə qəsdən vuraraq ona başın tüklü hissəsində alın – təpə nahiyəsinin əzilmiş yaraları xəsarəti ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran bədən xəsarəti, Təqsirləndirilən şəxs2 isə yuxarıda qeyd edilən bıçaqla qəsdən bir dəfə zərbə vuraraq Günay Kərimovaya qarının ön divarının sağ yarısının daxilə keçən, qara ciyəri zədələyən, kəskin qanitirməyə səbəb olmuş, bir ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət edilən və insan həyatı üçün təhlükəli olan, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərər vuran xəsarət yetirmiş, zərərçəkmiş Günay Kərimovanın ucadan qışqıraraq qonşuları köməyə çağırması səbəbindən onlar evdən hər hansı əmlakı ələ keçirə bilməyib hadisə yerindən qaçmaqla quldurluq etmişlər. Məhkəmə istintaqı zamanı dövlət ittihamçısı yazılı vəsatət təqdim edərək, vəsatətində göstərmişdir ki, cinayət işinin baxılmasına xitam verilməli və təqsirləndirilən şəxslərə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, İşin faktiki hallarından görünür ki, Müsahib Miskinli və Təqsirləndirilən şəxs2 20 aprel 2021-ci il tarixdə, saat 03 radələrində özgə əmlakını ələ keçirmək məqsədilə Şəmkir rayonunun Əliyaqublu kəndində yaşayan X7 evinə pəncərədən qanunsuz daxil daxil olaraq silah qismində istifadə edilən əşyalar tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın etmiş, əvvəlcə Təqsirləndirilən şəxs1 əlindəki ağac parçasıyla X2 Kərimovun baş nahiyəsindən vurub dərəcəsinə görə yüngül, ardınca isə Təqsirləndirilən şəxs2 üzərində olan bıçaqla sonuncunun döş qəfəsindən vurub dərəcəsinə görə yüngül zərərvurmaya aid xəsarət yetirmiş, yaranmış səs-küyə gələn Günay Kərimovanın baş nahiyəsindən Təqsirləndirilən şəxs1 əlindəki ağacla vurub dərəcəsinə görə yüngül, Təqsirləndirilən şəxs2 isə əlində olan bıçaqla G.Kərimovanın qarın nahiyəsindən vurub sağlamlığına ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxslərə verilmiş ittihamdan görünür ki, ibtidai istintaq orqanı Müsahib Miskinli və Təqsirləndirilən şəxs2 hər birinin cinayətin icraçısı olmaqla quldurluq cinayətini qabaqcadan əlbir olan bir qrup şəxs halında törətdikləri qənaətinə gəlmişdir. Bununla belə, hadisə zamanı təqsirləndirilən şəxslər tərəfindən zərərçəkmiş şəxslərə yetirilən xəsarətləri, zor tətbiq edənə münasibətdə ayırmaqla onlara verilmiş ittiham fərdiləşdirilmiş, bu zaman ümumi niyyətdən kənara çıxan cinayətin törədilməsi (icraçının ekstsessi) müəyyən edilməmiş, həmin xüsusat nə cəlbetmə qərarlarında, nə də ittiham aktında öz əksini tapmamışdır. Bundan başqa, 24 iyul 2021-ci il tarixli "sübutların qiymətləndirilməsi haqqında" qərarda da qeyd edilən xüsusata hər hansı hüquqi qiymət verilməmişdir. İş materiallarından göründüyü kimi, hadisə bir otaqda cərəyan etməklə ardıcıl törədilmiş, zərərçəkmiş şəxslərə hər iki təqsirləndirilən şəxs tərəfindən müvafiq olaraq ağac parçası və bıçaqla xəsarət yetirilmişdir. Təqsirləndirilən şəxslərin və zərərçəkmişlərin həm ibtidai, həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələrlə müəyyən edilir ki, hər iki təqsirləndirilən şəxsin zərərçəkmişlərə xəsarət yetirməkdə məqsədləri cinayətin törədilməsini asanlaşdırmaqdan, onların müqavimətini qırmaqdan ibarət olmuşdur. Belə olan halda zərərçəkmiş şəxslərə vurulmuş xəsarətləri fərqləndirməklə onlara verilən ittihamı fərdiləşdirmək "qabaqcadan əlbir olan bir qrup şəxs halında quldurluq cinayətini törətmək" ittihamı ilə uyğunluq təşkil. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxslər və müdafiəçiləri vəsatətin təmin edilməsinə etiraz etdilər. Məhkəmə, vəsatəti və ona dair proses iştirakçılarını fikrini dinləyib hesab edir ki, vəsatət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən, qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Cinayət Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, icraçı tərəfindən razılaşdırılmış ümumi niyyətdən kənara çıxmaqla, yəni cinayətin digər iştirakçılarının qəsdi ilə əhatə olunmayan başqa cinayətin törədilməsi, icraçının ekstsessi hesab olunur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2005-ci il 3 mart tarixli qərarına əsasən, özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək,cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Həmçinin Ali Məhkəmənin Plenumunun mövqeyinə görə, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədilən talama cinayətləri zamanı özgə əmlakının talanması hərəkətlərinin tövsifi məsələsi həll edilərkən cinayətkar qrupun bütün iştirakçılarının taladığı əmlakın ümumi dəyəri nəzərə alınır, təqsirkarların ayrı-ayrılıqda taladıqları əmlakın məbləği, talanmış əmlakın hansı ölçüdə bölüşdürülməsi onların əməlinin tövsifinə təsir etmir. Bundan başqa, qabaqcadan əlbir olmaqla quldurcasına basqın törətmiş bir qrup təqsirli şəxsin niyyəti ilə silah və ya silah qismində istifadə edilən predmetlərin tətbiqi əhatə edilmişsə, o zaman onlardan yalnız biri silah və ya silah qismində istifadə edilən predmet tətbiq etsə belə, qrup iştirakçılarının hamısı birgə icraçı kimi CM-in 181.2.5-ci maddəsi ilə məsuliyyət daşıyır. Bundan əlavə, Ali Məhkəmənin Plenumunun 2002-ci il 12 dekabr tarixli ,"Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" qərarına əsasən, qəsdən adam öldürmə cinayəti o zaman bir qrup şəxs tərəfindən törədilmiş hesab olunur ki, insanın həyatdan məhrum edilməsi qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə həyata keçirilmiş olsun. Bu zaman mütləq deyildir ki, iştirakçılardan hər biri zərərçəkmişə onun ölümünə səbəb olan xəsarət yetirmiş olsun. Nəzərə almaq lazımdır ki, zərərçəkmişin həyatdan məhrum edilməsi prosesində bilavasitə iştirak edənlər, onun müqavimətini qırmaqla, özünü müdafiə etmə imkanını aradan qaldırmaqla, yaxud məhdudlaşdırmaqla zərərçəkmişin həyatdan məhrum edilməsinə kömək etdiklərini dərk etmiş və bunu arzu etmiş, yaxud da belə nəticəni arzu etməsə də ona şüurlu surətdə yol vermiş şəxslər də cinayətin icraçıları sayılırlar. Bir şəxs tərəfindən həyata keçirilən qəsdən adam öldürmə prosesinin gedişində başqa şəxsin (şəxslərin) təqsirkara qoşulub zərərçəkmişi öldürmək məqsədilə ona kömək etməsi hallarında da bir qrup şəxs tərəfindən adam öldürmə cinayətinin törədilməsi mövcud olur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir; Həmin Məcəllənin 318.2-ci maddəsinə görə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərərçəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər; Qanunun həmin tələbindən göründüyü kimi, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə dövlət ittihamçısının vəsatəti imperativ normadır. Belə ki, məhkəmə qanunvericiliyin tələblərinə əsasən cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə (şəxslərə) başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Belə olan halda yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri, Təqsirləndirilən şəxs2 CM-in 181.3.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilməli və Müsahib Miskinlinin əməlinə münasibətdə Azərbaycan Respublikası CMin 181.3.3-cü maddəsi ilə ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.2-1-ci maddəsinə əsasən bu Məcəllənin 318.2-ci maddəsində nəzərdə tutulmuş qərar çıxarıldıqda, məhkəmə həbsdə saxlanılan təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin müəyyən edilməsi məsələsinə baxmalıdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 23 aprel 2021ci il tarixli “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokollardan və Şəmkir rayon Məhkəməsinin 25 aprel 2021-ci il tarixli qərarlarından görünür ki, X6 və Təqsirləndirilən şəxs2 23 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barələrində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 155.3-cü maddəsinə əsasən həbs qətimkan tədbiri yalnız: bu Məcəllənin 155.1.1-155.1.3-cü maddələrində nəzərdə tutulmuş hərəkətlərin qarşısını almaq məqsədi ilə, 2 (iki) ildən artıq müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilə bilən cinayətin törədilməsində ittiham olunan şəxsə (155.3.1); cinayət prosesini həyata keçirən orqandan gizlənməsinin qarşısını almaq məqsədi ilə, 2 (iki) ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilə bilən cinayətin törədilməsində ittiham olunan şəxsə (155.3.2); əvvəllər seçilmiş digər qətimkan tədbirinin şərtlərini pozmuş şəxsə və ya hökmün icrasını təmin etmək məqsədilə, barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş şəxsə (155.3.3) - tətbiq oluna bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyanın 5-ci maddəsinin 1-ci hissəsinin “c” yarımbəndindən, eləcə də “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 4.1.3-cü maddəsindən belə aydın olur ki, şəxsin azadlıqdan məhrum edilməsi üçün onun hüquq pozuntusu törətdiyinə dair əsaslı şübhənin olması zəruridir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi şəxsin cinayət əməlində təqsirli bilindiyi halda qərar verilməzdən əvvəl onun həbsi üçün dörd əsas qəbul edilən səbəb göstərir: təqsirləndirilən şəxsin məhkəməyə gəlməmə riski (“Stöqmüller Avstriyaya qarşı” iş); təqsirləndirilən şəxsin azad olunduğu təqdirdə ədalət mühakiməsinin həyata keçirilməsinə maneə törədəcəyi riski (“Vemhoff Almaniyaya qarşı” iş), digər cinayət əməlləri törədəcəyi riski (“Matznetter Avstriyaya qarşı” iş) və ya ictimai qaydanı pozması riski (“Letelye Fransaya qarşı” iş). “Təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimatlara baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, Avropa Məhkəməsinin presedentlərinə görə həbs qətimkan tədbirinin tətbiqinə, bir qayda olaraq, cəmiyyətin maraqlarının şəxsin azadlıq hüququndan üstün olduğu halda yol verilir. Bu halda isə şəxsin azadlıqda qalması cəmiyyətdə mənfi emosiyalar doğurur və cəmiyyət üçün təhlükəli olmaqda qalır. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən X3 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş həbs qətimkan tədbirinin müddəti 17 mart 2022-ci il tarixdən 2 (iki) ay müddətinə, yəni 17 aprel 2022-ci il tarixədək uzadılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CinayətProsessual Məcəlləsinin 155, 318 və 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Dövlət ittihamçısı tərəfindən verilmiş vəsatət təmin edilsin. X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.3cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxılmasına xitam verilsin və həmin cinayət işi təqsirləndirilən şəxs X5 daha ağır ittiham irəli sürülməsi məsələsinə baxması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Şəmkir rayon prokuroruna qaytarılsın. Təqsirləndirilən şəxslər X3 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş həbs qətimkan tədbiri 2 (iki) ay müddətinə, yəni 17 may 2022-ci il tarixədək uzadılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar