Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-61/2025 17.06.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər İbişov İlkin İlqar oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibləri - X1 və Nəbizadə Məğrur Elxan oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Gəncə Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi4 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.1989-cu il tarixdə Hacıqabul şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, işsiz, orta təhsilli, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(071)- 51/2020 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 7(003)-653/2021 saylı qərarı ilə Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə məhkum edildiyi azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 (bir) ay 06 (altı) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatdığından şöbədə qeydiyyatdan çıxarılmış, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş, Hacıqabul şəhəri, D.Ağamalıyev küçəsi, ev 16-da qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx.xx.1987-ci il tarixdə Şirvan şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, işsiz, orta təhsilli, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(032)-131/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 66.2, 66.4 və 69.3-cü maddələrinə əsasən qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 11 (on bir) ay 25 (iyirmi beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən cəzası 06 (altı) ay azaldılmış, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(003)-1058/2022 saylı qərarı ilə Şirvan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(032)-131/2021 saylı hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 07 (yeddi) ay 06 (altı) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş, Şirvan şəhəri, G.Şıxbala oğlu küçəsi, ev 79, mənzil 15-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında naməlum vaxt və mənbədən qanunsuz olaraq satış və tamah məqsədi ilə külli miqdar hesab edilən ümumi təmiz çəkisi 6,233 qram çəkidə narkotik vasitə olan heroini, 3,934 qram çəkidə psixotrop maddə olan metamfetamini və 0,33 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib idarə etdiyi “Chevrolet Nexia” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobildə qanunsuz olaraq saxlayıb daşımışlar, 04 noyabr 2022-ci il tarixdə saat 21:30 radələrində Göygöl rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Göygöl şəhəri, A.Hacıyev küçəsində yerləşən “Elit” adlanan restoranın yaxınlığında idarə etdiyi “Chevrolet Nexia” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, rayon polis şöbəsində “Chevrolet Nexia” markalı, **-PJ-*** qeydiyyat nömrə nişanlı avtomobilə baxış zamanı, salonda ön oturacaqların arasında yerləşən qol altının içərisində, eləcə də qabaq sol qapının içəri cibliyində və avtomobilin salonunda ön oturacağın üzərində olan bir ədəd kişi idman yay şalvarının cibində Təqsirləndirilən şəxs1lə qabaqcadan əlbir olan bir qrup şəxs halında daşıyaraq saxladıqları 4 ədəd ayrı-ayrı sellofan bükümlərdə 1,470 qram, 1,188 qram, 0,423 qram və 0,853 qram olmaqla, ümumi təmiz çəkisi külli miqdar hesab edilən 3,934 qram çəkidə psixotrop maddə metamfetamin, bir ədəd sellofan bükümdə ümumi təmiz çəkisi külli miqdar hesab edilən 6,233 qram çəkidə narkotik vasitə heroin və bir ədəd sellofan bükümdə 0,33 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında naməlum vaxt və mənbədən qanunsuz olaraq satış və tamah məqsədi ilə külli miqdar hesab edilən ümumi təmiz çəkisi 6,233 qram çəkidə narkotik vasitə olan heroini, 3,934 qram çəkidə psixotrop maddə olan metamfetamini və 0,33 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib qrup üzvü Təqsirləndirilən şəxs2 idarə etdiyi “Chevrolet Nexia” markalı, **-PJ-*** qeydiyyat nömrə nişanlı avtomobildə saxlayaraq daşımışlar, 04 noyabr 2022-ci il tarixdə saat 21:30 radələrində Göygöl rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində o, Göygöl şəhəri, A.Hacıyev küçəsində yerləşən “Elit” adlanan restoranın yaxınlığında qrup üzvü Təqsirləndirilən şəxs2 idarə etdiyi “Chevrolet Nexia” markalı, **-PJ-*** qeydiyyat nömrə nişanlı avtomobillə birlikdə saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, rayon polis şöbəsində həmin avtomobilə baxış zamanı qrupun üzvü Təqsirləndirilən şəxs2la birlikdə qanunsuz olaraq tamah və satış məqsədi ilə “Chevrolet Nexia” markalı, **-PJ-*** qeydiyyat nömrə nişanlı avtomobilin salonunda olan ön oturacaqların arasında yerləşən qol altının içərisində, eləcə də qabaq sol ön qapının içəri cibliyində və avtomobilin salonunda ön oturacağın üzərində olan bir ədəd kişi idman yay şalvarının cibində daşıyaraq saxladığı 4 ədəd ayrı-ayrı sellofan bükümlərdə 1,470 qram, 1,188 qram, 0,423 qram və 0,853 qram olmaqla, ümumi təmiz çəkisi külli miqdar hesab edilən 3,934 qram çəkidə psixatrop maddə metamfetamin, bir ədəd sellofan bükümdə ümumi təmiz çəkisi külli miqdar hesab edilən 6,233 qram çəkidə narkotik vasitə heroin və bir ədəd sellofan bükümdə 0,33 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Cinayət Məcəlləsi) 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, sürücü kimi Təqsirləndirilən şəxs1 Bakı şəhərinə, Lökbatan dairəsinə, bundan sonra da Şirvan şəhərindən Göygöl şəhərinə aparmışdır. Onun Xalıqın Bakı şəhərinə narkotik vasitə götürmək üçün getməsindən və avtomobildən aşkar edilmiş narkotik vasitədən heç bir məlumatı olmamışdır. Saxlanılan zaman yalnız avtomobilin ön oturacağındakı şortikin cibindən aşkar edilmiş 0,8 qram metamfetamin ona məxsus olmuşdur. Göygöl rayonuna getməmişdən qabaq Şahid4 ona zəng edib Təqsirləndirilən şəxs1 də götürərək Göygöl rayonuna gəlməyini demişdir. Onlar Xalıqla birlikdə Göygöl rayonuna gəlmiş və restoranda olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq Göygöl rayon polis şöbəsinə gətirilmişlər. Şöbəyə gətirildikdən təxminən 2 saat sonra avtomobilini də oraya gətirmişlər və çəkiliş aparılmışdır. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, o, Göygöl rayonuna gedərkən Şahid4 narkotik vasitə apardıqlarını bilməmiş, Şaiqi cəzaçəkmə müəssisəsindən tanımış, lakin aralarında yaxın münasibət olmamışdır. O, Şahid4 1 il əvvəl azadlığa çıxmışdır. Sonuncu azadlığa çıxdıqdan sonra ona zəng edib Bakı şəhərinə gedəcəyini, qayıdarkən də onu görəcəyini demişdir. Bundan sonra Şaiq Şirvan şəhərinə gəlmiş və onun qonağı olmuşdur. O, Təqsirləndirilən şəxs1 cəzaçəkmə müəssisəsindən tanımışdır. Şahid4 azadlığa çıxdıqdan sonra o, sonuncu ilə birlikdə narkotik vasitə istifadə edibetmədiyini xatırlamamışdır. Avtomobildə şortikinin cibində olan metamfetamindən başqa aşkar edilmiş digər narkotik vasitələrdən xəbəri olmamış, şortikinin cibində olan metamfetamini də baxış zamanı özü təqdim etmişdir. Onlar şöbəyə gətirildikdən 2 saat sonra avtomobilə baxış keçirildiyi üüçn digər narkotik vasitələrin polislər tərəfindən qoyulma ehtimalı olmuşdur. O, video çəkiliş zamanı da avtomobilindən aşkar edilmiş digər narkotik vasitələr barəsində məlumatı olmadığını demişdir. Təqsirləndirilən şəxs1 onun vasitəsi ilə Şahid4lə tanış olmuş, sonuncu Şirvan şəhərinə gələn zaman deməsinə görə Bakı şəhərindən avtomobil götürüb Gəncə şəhərinə qayıtmışdır. Şahid4 Şirvan şəhərində onlarla görüşən zaman “BMW” markalı avtomobil idarə etmişdir. Göygöl rayonunda saxlanılan gün də Şahid4 görüşə “BMW” markalı avtomobillə gəlmişdir. Təqsirləndirilən şəxs1 Şahid4 vermək üçün 3,5 qram metamfetamin almasından məlumatı olmamış, onun Şaiqlə narkotik vasitə barədə danışığı da olmamışdır. Şirvan şəhərində o və Xalıq Şahid4lə görüşən zaman narkotik vasitə barədə danışmamış, onlar sadəcə çay içib yemək yemişlər. Şahid4 Gəncə şəhərinə qayıtdıqdan 5-7 gün sonra ona adi zənglə zəng edib onları Göygöl rayonuna dəvət etmişdir. O, Şahid4 mobil nömrəsini telefonunun yaddaşına qeyd etməmiş, ona görə də sonuncunun ona zəng etdiyi mobil nömrəsini xatırlamamışdır. Şahid4 saxlanılan gün günorta saat 12 radələrində ona zəng edib istirahət üçün Göygöl rayonuna gəlməyini, gələrkən Xalıqı da gətirməyini demiş, o da “baxarıq” demişdir. Bundan sonra o, Xalıqla danışmış və birlikdə Göygöl rayonuna getmişlər. Şahid4 Şirvan şəhərinə gələn zaman söhbət zamanı onları istirahət etmək üçün Hacıkənd qəsəbəsinə dəvət etmişdir. O, Şahid4lə hadisə günü sadəcə Göygöl rayonuna gəlmək barədə danışmış, sonuncu Göygöl rayonuna gələn zaman yolda qəza işıqlarını yandırıb onları qarşılamış, o da yolu yaxşı tanımadığı üçün Şaiqin arxasınca sürmüşdür. O, polis əməkdaşları tərəfindən döyülməmiş, heç bir polis əməkdaşı onun qarşısına hər hansı bir narkotik vasitə qoyub üzərinə götürməli olduğunu deməmişdir. Onları “Chevrolet Niva” markalı avtomobillə polis şöbəsinə aparmışlar. Polis əməkdaşları onları saxlanılan zaman 4-5 avtomobillə gəlmişlər. O, “Chevrolet Niva” markalı avtomobili kimin idarə etdiyini bilməmişdir. Polis əməkdaşları tərəfindən ona heç bir fiziki yaxud psixoloji təzyiq göstərilməmişdir. Şaiqlə aralarında borc məsələsi olmamış, sonuncu pulu saxlanılmamışdan bir həftə əvvəl Xalıqın kartına göndərmişdir. Onun istifadəsində debet kartı olmamışdır. Onlar Göygölə gəldiyi gün səhər saat 11-ə işləmiş Şaiq ona zəng edib onları Göygölə dəvət etmişdir. Xalıqla Şaiqin narkotik vasitə ilə bağlı danışmasından və Şaiqin Xalıqa pul göndərməsindən onun məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Şahid4 Şirvan şəhərinə gələrkən o, sonuncunu qarşılayıb görüşdükdən sonra onu Gəncə şəhərinə yola salmışdır. Şahid4 Gəncə şəhərində olarkən ona zəng edib Göygöl şəhərinə gələrək özünün qonağı olmağını təklif etmişdir. O isə sonuncuya Göygöl şəhərinə növbəti həftə gələ biləcəyini demişdir. Şahid4 onunla danışanda Gəncə şəhərinə gələrkən pul qarşılığında narkotik vasitə alıb gətirməyini istəmiş və bununla bağlı pul da göndərmişdir. Bundan sonra Şahid4 ona tez-tez zəng edərək narkotik vasitənin alınıbalınmadığını soruşmuşdur. Bir həftə sonra o, Şaiqə zəng edib narkotik vasitəni alıb gətirə biləcəyini demişdir. O, narkotik vasitəni götürmək üçün Bakı şəhərinə getmiş, narkotik vasitəni götürmüş və qayıdarkən bir gecə Şirvan şəhərində qalmışdır. Daha sonra üzərində narkotik vasitə ilə birlikdə Gəncə şəhərinə gəlmiş və orada olan “Elit” adlı çayxanada Şaiqlə görüşmüşdür. Təxminən 5 dəqiqə keçdikdən sonra polis əməkdaşları çayxanaya daxil olaraq onu, Təqsirləndirilən şəxs2 və Şahid4 saxlamışlar. Onlar polis əməkdaşları ilə birlikdə şöbəyə getmiş, polislər Şahid4 sərbəst buraxmışlar. Polis şöbəsində olan zaman üzərinə şəxsi axtarış keçirilmiş, lakin heç bir narkotik vasitə aşkar olunmamışdır. Bundan sonra polis əməkdaşları tərəfindən avtomobilinə baxış keçirilmiş və xatırladığı qədəri ilə oradan 3 qram “şüşə” aşkar olunmuşdur. Baxış zamanı avtomobilin yanında olmadığı üçün oradan nə aşkar edildiyini dəqiqliklə bilməmişdir. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, o, metamfetamindən istifadə etmişdir. Şahid4 onu Göygöl rayonuna dəvət edərkən, gələn zaman narkotik vasitə alıb gətirməyini xahiş etmiş, bu məqsədlə sonuncu onun kartına 450 manat pul göndərmiş, o da həmin pulun qarşılığında 3,5 qram “şüşə” götürüb gətirmişdir. O, metamfetaminin qramını 70, 80 yaxud 90 manata almışdır. Şahid4 vermək üçün götürdüyü narkotik vasitəni iranlıdan almış, çünki o, iranlının kartına pul atdıqdan sonra sonuncu narkotik vasitəni Bakı şəhərində bir yerə qoymuşdur. İranlıdan aldığı narkotik vasitə xatırladığı qədəri ilə 1 ədəd şəffaf rəngli qabın içərisində olmuşdur. Narkotik vasitə bütöv bir bükümdə olmuş, o, bükümü açıb şəffaf sellofana tökmüşdür. Təqsirləndirilən şəxs2la 17 saylı cəzaçəkmə müəssisəsində tanış olmuşdur. Göygöl rayonuna gələrkən iranlıdan aldığı narkotik vasitə avtomobilin qoltuqaltı saxlanc hissəsində olmuşdur. Şahid4lə çayxanada görüşdükdən təxminən beş dəqiqə sonra polis əməkdaşları onları saxladığı üçün iranlıdan aldığı narkotik vasitəni Şaiqə verə bilməmişdir. Sonuncu ona narkotik vasitəni götürüb gəlməyini və birlikdə istifadə edəcəklərini demişdir. Təqsirləndirilən şəxs2 da narkotik vasitə istifadə etmişdir. O, gətirdiyi narkotik vasitəni birlikdə istifadə edəcəyini düşünmüşdür. Avtomobildən aşkar edilmiş 3 qram metamfetamin onun iranlıdan aldığı maddə olmuşdur. Onun iranlıdan aldığı narkotik vasitə ayrı-ayrı bükümlərdə yox, bir bükümdə olmuş, həmin narkotik vasitənin çəkisi təxminən 3,5 qram təşkil etmişdir. O, narkotik vasitə istifadəçisi olmuş və özünü yalnız bununla təqsirli bilmişdir. Polis əməkdaşları tərəfindən avtomobilinə baxış keçirilən zaman o, orada iştirak etməmiş, Təqsirləndirilən şəxs2 iştirak etmişdir. Polislər onları “Elit” adlı çay evində saxlamış və onu, Alxan Ağarəhimovu, həmçinin Təqsirləndirilən şəxs2 şöbəyə aparmışlar, lakin Şahid4 sərbəst buraxmışlar. Sonuncu ilə çayxanada görüşdükdən təxminən 3 dəqiqə sonra 15 nəfər polis əməkdaşları oraya gəlib onları saxlamışlar. Alxan Ağarəhimov CM-in 234.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmuşdur. Saxlanıldıqdan sonra polis şöbəsinə özlərinin gəldiyi avtomobil ilə deyil, polis əməkdaşlarının avtomobili ilə getmişlər. Həmin vaxt avtomobili polislərdən biri idarə etmişdir. Onların Göygöl rayonuna gəldikləri avtomobili isə təxminən 3 saat sonra polis şöbəsinə gətirmişlər. Şahid4 kart vasitəsilə ona 450 manat pul göndərmiş, o da həmin məbləği 3,5 qram metamfetamin almağa və avtomobil üçün benzinə xərcləmişdir. Şahid4 narkotik vasitə almaq üçün pulu saxlanılmamışdan 8 gün qabaq göndərmişdir. Sonuncu pulu göndərdikdən sonra tez-tez onunla əlaqə saxlayıb nə vaxt gələcəyini soruşmuşdur. Saxlanıldığı gün Şahid4 Təqsirləndirilən şəxs2 zəng edib onu da götürərək Göygöl rayonuna gəlməklərini demişdir. Alqayıd da ona zəng edib Şaiqin zəng etdiyini və gəlib onu Göygöl rayonuna getmək üçün götürəcəyini demişdir. O, Alqayıda işinin 17:00-da başa çatacağını və bundan sonra gedə biləcəyini demişdir. Ona görə Alqayıd saat 17:30da onu yaşadığı evdən götürmüş və onlar birlikdə Gəncə şəhərinə getmişlər. Təqsirləndirilən şəxs2 onun narkotik vasitə aldığını bilməmiş, çünki Şaiq Gəncə şəhərinə gəlməmişdən təxminən 1 həftə qabaq “WhatsApp” proqramı vasitəsilə ona zəng edib gəlib-gəlməyəcəyini soruşmuş, o, gələcəyini dedikdə Şaiq gələn zaman narkotik vasitə götürə bilib-bilməcəyini soruşmuş, o da götürə biləcəyini demişdir. Narkotik vasitəni avtomobilin qolaltı saxlanc yerinə o, qoymuşdur. Şahid4 Şirvan şəhərinə gələndə sonuncu ilə görüşüb çay içdikdən sonra münasibətləri yaranmışdır. O, əvvəl Şahid4lə birlikdə narkotik vasitə istifadə etmişdir. O, çayxanaya daxil olarkən ətrafdakı adamlara diqqətlə nəzər yetirmiş, həmin şəxslər elə onları saxlayan polislər olmuşdur. Onlar çayxanaya gedən zaman artıq polis əməkdaşları orada olmuşdur. Xatırladığı qədəri ilə onu “VAZ- 2106” markalı avtomobillə şöbəyə aparmışlar. Şahid4 onlar saxlanılandan sonra “BMW” markalı öz avtomobili ilə oradan getmişdir. İbtidai istintaq zamanı aşkar edilmiş narkotik vasitəni Şahid4 məxsus olduğunu və sonuncunun karta göndərdiyi pulla aldığını demiş, lakin heç bir nəticəsi olmamışdır. Narkotik vasitəni Bakı şəhəri, Lökbatan dairəsindən götürmüşdür. Şirvan şəhərinə gəldiyi avtomobil Təqsirləndirilən şəxs2 məxsus olmuş və avtomobili sonuncu idarə etmişdir. O, narkotik vasitəni sadəcə avtomobilin qolaltı saxlanc yerinə qoymuş, başqa hər hansı hissəsinə narkotik vasitə qoymamışdır. O, yolda olarkən Təqsirləndirilən şəxs2 avtomobildə narkotik vasitə olduğunu deməmişdir. İbtidai istintaq zamanı ifadə verərkən ifadəsini oxumamışdır. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı xx.xx.2022-ci il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatı, xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində, xx.xx.2022-ci il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilməklə verdiyi etirafedici ifadələri elan edilməklə tədqiq edilmiş və Təqsirləndirilən şəxs1 həmin ifadələrində göstərmişdir ki, o, təxminən iki aydan artıqdır narkotik vasitələrin müxtəlif növündən istifadə etmişdir. Alqayıd adlı şəxslə bir il əvvəl cəzaçəkmə müəssisəsində tanış olmuş və sonuncu narkotik vasitə aludəçisi olmuşdur. Təxminən 4-5 gün əvvəl Alqayıd istifadəsində olan +99***-***-**-** mobil nömrədən zəng edərək ona “Gəncə şəhərində yaşayan Şaiq adlı dustaq yoldaşına kokos aparmaq lazımdır, haradan kokos əldə edə bilərik” demiş, o isə sonuncuya əlində kokos olmadığını, ancaq tanıdığı bir nəfər İran İslam Respublikası vətəndaşından əldə edə biləcəyini demişdir. Alqayıd ondan kokosun bir qramının qiymətini soruşmuş, o isə iranlının kokosun 1 qramını 30 manata satdığını demişdir. Alqayıd Gəncə şəhərində yaşayan Şaiq adlı şəxsə kokosun 1 qramını 50 manata satıldığını deyəcəyini bildirmişdir. Sonra Alqayıd ona “Şaiq pul göndərəcək, ona 10 qram kokos almaq lazım olacaq” demiş, o isə Alqayıda Bakı şəhərinə gedərək almağı təklif etmişdir. xx.xx.2022-ci il tarixdə Alqayıd özünə məxsus idarə etdiyi avtomobil ilə Şirvan şəhərinə gəlib onu götürmüş və onlar birlikdə Bakı şəhərinə getmişlər. Həmin zaman Alqayıdın yanında qonşusu Alxan da olmuşdur. Bakı şəhərində o, İranlı ilə xatırlamadığı iran nömrəsi ilə əlaqə saxlamış, sonuncu kokosu Lökbatan qəsəbəsində yol kənarına qoyduqdan sonra onlar gedib oradan götürmüşlər. Alqayıd Bakı şəhərində yaşayan qohumlarının evinə getmiş, o isə Bakı şəhərində tanıdığı qadının evinə qonaq getmişdir. xx.xx.2022-ci il tarixdə Şaiq onun mobil nömrəsinə zəng edib Alqayıdla əlaqə saxlaya bilmədiyini bildirmiş və kokos almaq üçün 450 manat pul göndərmək istədiyini demiş, o, X18 aid 4169-7388-3845-9745 nömrəli hesab kartının şəkilini atmış, sonuncu da həmin hesaba 450 manat pul göndərmişdir. Həmin gün saat 11 radələrində o, Bakı şəhərindən çıxıb Şirvan şəhərinə gəlmiş, sonra Alqayıd ona zəng edib Şaiqin malını aparmaq lazım olduğunu demişdir. Bir qədər sonra Alqayıd Alxanla birlikdə Şirvan şəhərinə onun yaşadığı binanın qarşısına gələrək Göygöl rayonu, Hacıkənd qəsəbəsində yeyib içməyə getməyi təklif etdikdə o, saat 17 radələrində işini qurtardıqdan sonra gedə biləcəyini demişdir. Elə həmin gün o, işdən çıxdıqdan sonra Alqayıdla Alxan onun yaşadığı binanın qarşısına gəlmiş, o, Alqayıdın maşınına əyləşən kimi Şaiqə çatacaq 10 qram narkotik vasitə kokosu Alqayıda vermiş ki, Gəncə şəhərində sonuncu narkotiki Şaiqə versin. Alqayıd kokosu götürüb maşında gizlətmişdir. Onlar birlikdə Göygöl rayonuna gəlmişlər. Saat təxminən 21:30 radələrində Göygöl rayonu “Elit” adlı kafedə oturub yemək yedikləri vaxt mülki geyimli şəxslər onların əyləşdiyi masaya yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edərək onları Göygöl RPŞ-nə dəvət etmişlər. Onlar da heç bir etiraz etməyərək polislərlə birlikdə Göygöl RPŞ-yə getmişlər. Polis şöbəsində müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış aparılmış, lakin qanunla dövriyyəsi qadağan edilən hər hansı əşya aşkar edilməmişdir. O, narkotik vasitə alan zaman İranlı ilə görüşməmiş, sonuncu ilə xatırlamadığı İran nömrəsi ilə WhatsApp mobil tətbiqində əlaqə saxlamış və bank kartına Şirvan şəhərində yerləşən milliön elektron ödəmə sistemi ilə pul göndərmişdir. Ona görə aralarında alqı-satqı onlayn olmuşdur. Sonuncu narkotik vasitəni heç kimin olmadığı bir yerə qoyub həmin yer barədə onun istifadəsində olmuş +99***-***- **-** mobil nömrəsinə zəng edərək məlumat vermiş, o da gedib götürmüşdür. Bu dəfə də narkotik alan zaman İranlıya aldığı narkotikin müqabilində 300 manat pul göndərmişdir. Həmin şəxslə əlaqəsi Bakı şəhərində xatırlamadığı çayxanada söhbət əsnasında narkotik aludəçisi olan bir nəfər şəxsin nömrəsini verməsi ilə yaranmışdır. Polis əməkdaşları polis şöbəsinə gətirən zaman onlara qarşı heç bir zor tətbiq etməmişdir. O, Şaiqə çatacaq olan iranlıdan aldığı bir bükümdə 10 qram kokosu Alqayıda vermiş, sonuncu da həmin narkotik vasitəni idarə etdiyi “Chevrolet Nexia” markalı, **-PJ-*** nömrə nişanlı avtomobilinə qoymuşdur. Avtomobildən çıxan süngü bıçaqdan xəbəri olmamış, qara rəngli tərəzini isə Alqayıda narkotik vasitə ilə birlikdə vermişdir. Həmin tərəzini narkotik verdiyi zaman Bakı şəhərindən mağazaların birindən almışdır. Təqsirləndirilən şəxs2 ifadə verən zaman avtomobildə olan narkotik vasitələrdən və tərəzidən xəbərinin olmadığını bildirməsi yalan olmuş, o, narkotik vasitəni Şaiqə çatdırması üçün Alqayıda Alxanın yanında vermişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, o, Şahid4 üçün heroin yox, sadəcə metamfetamin almışdır. Gəncə şəhərinə gələrkən yolda sadəcə yanacaq doldurma məntəqəsində dayanmışlar, lakin həmin vaxt avtomobildən düşməmişlər. Aldığı metamfetamini avtomobildə o, gizlətmişdir. O, avtomobilin sürücü tərəfdən qapısında olan narkotik vasitə ilə qolaltından aşkar edilmiş narkotik vasitənin eyni tərkibli olmasının səbəbini bilməmişdir. O, ibtidai istintaq zamanı müstəntiq nə deyibsə onu da hazirda ifadələrində demişdir. İbtidai istintaq zamanı Şahid4lə üzləşdirilməmiş, sonuncu ona “WhatsApp” vasitəsilə zəng etmiş, onun telefonunda Şaiqlə yazışmaları deyil, zəngləri qalmışdır. Şahid4lə yazışmalarının və səsli mesajlarının olub-olmamasını xatırlamamış, Şirvan şəhərində görüşən zaman sonuncu ona narkotik vasitə istədiyini deməmişdir. Şahid4 Gəncə şəhərinə getdikdən bir gün sonra ona pul göndərib özü üçün narkotik vasitə almağını demişdir. Narkotik vasitəni avtomobilin qolaltı saxlanc yerində o, gizlətmiş, lakin avtomobili Təqsirləndirilən şəxs2 idarə etmişdir. Narkotik vasitəni Bakı şəhərindən götürən zaman Təqsirləndirilən şəxs2 da onunla birlikdə getmiş, həmin vaxt Alqayıd narkotik vasitə götürmək üçün getdiyini bilməmiş, o, sonuncuya Lökbatan dairəsində işi olduğunu demişdir. Alqayıd onu Lökbatan qəsəbəsində düşürdükdən sonra getmişdir. Onun Şahid4 narkotik vasitə almaqda heç bir qazancı olmamış, sadəcə həmin narkotik vasitəni birlikdə istifadə edəcəyini düşünmüşdür. Şahid4 Şirvan şəhərinə gələn zaman yanında alçaq boylu, kök və sarı saçlı tanımadığı bir qadın da olmuşdur. Şahid4 yaşadığı ərazidə narkotik vasitə olmadığını deyib ondan alaraq gətirməsini xahiş etmişdir. O, polis şöbəsində döyülmüş, lakin xəsarəti olmamışdır. Polis əməkdaşları qarşılarına hər hansı narkotik vasitə qoyub üzərilərinə götürməli olduğunu deməmişlər. Polis əməkdaşları onları saxlayan zaman xatırladığı qədəri ilə “Chevrolet Niva” və ağ rəngli “VAZ-2106” markalı avtomobillər ilə gəlmişlər. Onu “VAZ-2106” markalı, Təqsirləndirilən şəxs2 isə “Chevrolet Niva” markalı avtomobillə polis şöbəsinə aparmışlar. Ağ rəngli “VAZ-2106” markalı avtomobili tanımadığı polis serjantı idarə etmişdir. Polis əməkdaşları tərəfindən bir-iki dəfə sillə-təpik vurulmaqla döyülmüş, lakin xəsarəti olmamışdır. Şaiq pulu göndərmək üçün onun özü ilə əlaqə saxlamış, pulu da borc qaytarmaq üçün yox narkotik vasitə gətirmək üçün göndərmişdir. Şaiq onunla WhatsApp sosial şəbəkəsi vasitəsilə əlaqə saxlamış, sonuncunun istifadəsində olan mobil nömrənin sonu 90-92 ilə bitmişdir. O, Şaiqlə cəzaçəkmə müəsissəsində birlikdə olsa da, sonuncu ilə münasibəti Alqayıd vasitəsi ilə yaranmışdır. Şaiqlə narkotik vasitə ilə bağlı o danışmış, pul göndərməsi üçün də sonuncuya Elçin adlı şəxsə məxsus bank kartının şəklini göndərmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yuxarıda qeyd olunan cinayət əməllərini törətməsi məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş DİN-in BNMİ-nin QBRŞ-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, o, Göygöl RPŞ-nin CAB-ın əməliyyat müvəkkili işləyən zaman Təqsirləndirilən şəxs1, Alxan Ağarəhimov və Təqsirləndirilən şəxs2 Göygöl rayonu ərazisində narkotik vasitələrin alqı-satqısı ilə məşğul olacaqları barədə ona əməliyyat daxil olmuşdur. Daxil olan əməliyyat məlumatına əsasən onlar Təqsirləndirilən şəxs1, Alxan Ağarəhimovu və Təqsirləndirilən şəxs2 saxlayıb şöbəyə gətirmişlər. Polis şöbəsində sonuncuların üzərində şəxsi axtarış keçirilmiş və bu zaman Alxan Ağarəhimovun üzərindən narkotik vasitə aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilə baxış keçirilmiş və sürücü tərəfdəki qapının cib hissəsindən narkotik vasitə heroin, həmin oturacağın arxa hissəsindən süngü bıçaq və avtomobilin arxa oturacağında Təqsirləndirilən şəxs2 məxsus olan idman şalvarının cibindən narkotik vasitə olan metamfetamin aşkar edilərək götürülmüşdür. İfadəsinin davamı olaraq Şahid1 bildirmişdir ki, ona daxil olmuş əməliyyat məlumatı üç şəxs barəsində olmuş, həmin şəxslərdən də yalnız Təqsirləndirilən şəxs1lə Təqsirləndirilən şəxs2 şəxsiyyətləri məlum olmuşdur. Onlar Təqsirləndirilən şəxs1, Alxan Ağarəhimovu və Təqsirləndirilən şəxs2 Göygöl şəhərində olan “Elit” adlı çay evində saxlamışlar. Həmin vaxt sonuncular üç nəfər olmaqla çay evindəki otaqlardan birində əyləşmişlər. Təqsirləndirilən şəxs1, Alxan Ağarəhimov və Təqsirləndirilən şəxs2 özlərinin avtomobilləri ilə polis şöbəsinə gətirilmişlər. Təqsirləndirilən şəxs2 məxsus avtomobil polis şöbəsinə gətirildikdən sonra qapıları bağlanmış və açarı Təqsirləndirilən şəxs2 təhvil verilmişdir. Şöbədə hər üç şəxsin üzərində şəxsi axtarış aparılmış, yalnız Alxan Ağarəhimovun üzərindən narkotik vasitə aşkar olunmuşdur. Avtomobilə baxış keçirilməsində o, vəkil və təhqiqatçı iştirak etmiş, lakin saxlanılan şəxslərdən hansının iştirak etdiyini xatırlamamışdır. Avtomobilə baxış keçirilən zaman sürücü tərəfdəki qapının cibindən bir bükümdə çəkisi 9-10 qram narkotik vasitə olan heroin və arxa oturacaqda Təqsirləndirilən şəxs2 məxsus olan idman şortikinin cibindən çəkisi 1 qramdan artıq psixotrop maddə metamfetamin, həmçinin sürücü oturacağının alt hissəsindən süngü bıçaq aşkar edilmişdir. Şifahi sorğu-sual zamanı Alayıd Əzizov avtomobildə paltarının cibindən aşkar olunmuş metamfetaminin və süngü bıçağının özünə məxus olduğunu etiraf etsə də, narkotik vasitə heroinin özünə məxsus olmadığını, Göygöl şəhərinə də istirahət etmək məqsədilə gəldiklərini bildirmişdir. Təqsirləndirilən şəxs1 mobil telefonuna baxış keçiriləndə həmin şəxsin iranlı ilə danışması, iranlının narkotik vasitəni Bakıya qoyacağını deməsi və həmin narkotik vasitənin şəkillərinin ona atılması aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 narkotik vasitəni Alqayıdla birlikdə iranlının qoyduğu yerdən götürdüyünü və həmin narkotik vasitəni Göygöl şəhərinə gətirərək satmaq fikrinin olduğunu könüllü şəkildə etiraf etmişdir. Xalıq eyni zamanda Alqayıdın bütün bunlardan xəbərinin olduğunu da demişdir. Təqsirləndirilən şəxslər saxlanılarkən və polis şöbəsinə gətirilərkən heç bir psixi yaxud fiziki təzyiqə məruz qalmamışlar. Təqsirləndirilən şəxs1 saxlanılarkən narkotik vasitəni kimdən, haradan və nə məqsədlə aldığını deməmiş, həmin vaxtı o, “Elit” adlı çay evində Şahid4 görməmişdir. Əməliyyat məlumatı təqsirləndirilən şəxslər saxlanılan gün daxil olmuşdur. Əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs1, Alxan Ağarəhimov və Təqsirləndirilən şəxs2 avtomobillə rayon ərazisindəki “Elit” adlı çay evinə gəlməli olmuşlar. Onlara məlum olan əraziyə o, digər əməliyyat müvəkkili Urfanla birlikdə sonuncuya məxsus ağ rəngli “VAZ-2106” markalı avtomobillə gəlmişlər. Təqsirləndirilən şəxsləri Təqsirləndirilən şəxs2 məxsus avtomobillə polis şöbəsinə gətirmiişlər. Həmin vaxt avtomobili Urfan idarə etmişdir. Urfanın avtomobili isə hadisə yerində qalmışdır. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Göygöl RPŞ-nin KTQ-nin baş inspektoru Şahid3 və Göygöl RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Qasımov X5 Nihat Rauf oğlu ilə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, hər iki təqsirləndirilən şəxslə cəzaçəkmə müəssisəsində birlikdə olmuşdur. Xalıqla münasibəti olmasa da, Alqayıdla yaxşı münasibəti olmuşdur. Cəzaçəkmə müəssisəndə azad olunandan sonra sonuncu ilə münasibəti davam etmişdir. O, Alqayıdgilə qonaq getmiş, həmin vaxt Alqayıd “bir gün də mən sizə qonaq gələcəm” demişdir. Bir müddət sonra Alqayıd Xalıqla birlikdə qonaq gəlmişdir. O, sonuncuları qarşılayıb yemək yemək üçün Göygöl rayonunda yerləşən kafeyə aparmışdır. Həmin vaxta kimi Alqayıdın Xalıqla birlikdə gələcəyini bilməmişdir. Onlar kafenin kupelərindən birində əyləşmişlər. Bir qədər sonra polis əməkdaşları gəlib onları polis şöbəsinə aparmış, orada hər biri ayrı otaqda olmaqla üzərilərinə baxış keçirilmiş və izahatları alınmışdır. Onun idarə etdiyi avtomobilə də baxış keçirib onu sərbəst buraxmışlar buraxmışlar. Daha sonra müstəntiq ifadə vermək üçün onu çağırmış, o da ifadə verərək oxuyub imzalamışdır. İfadəsinin davamı olaraq Şahid4 bildirmişdir ki, onun narkotiklə heç bir əlaqəsi olmamış, əvvəllər CM-in 177-ci maddəsi ilə ittiham olunaraq cəzalandırılmışdır. O, Alqayıdla Xalıq saxlanılandan 4-5 ay əvvəl azadlığa çıxmışdır. O, Alayıdgilə qonaq gedəndə sonuncu onu yaxşı qarşılayıb yola salmış və bir gün onlara qonaq gələcəyini demiş, o da ürəyi istədiyi vaxt gəlməsini söyləmişdir. O, Alqayıdın Xalıqla birlikdə gələcəyini bilməmişdir. Alqayıd zəng edib gəldiyini deyəndə o, yolda sonuncuları qarşılayıb Hacıkəndə aparmışdır. O, ümumiyyətlə narkotik vasitə istifadə etməmiş, Alqayıdla Xalıqın üzərində narkotik vasitə olmasını bilməmiş, polis şöbəsində sonuncuların üzərindən narkotik vasitə çıxmasının şahidi olmamışdır. Onun Xalıq və Alqayıdla narkotiklə bağlı danışığı olmamış, sadəcə sonuncular qonaq gəlmiş, o da qarşılayıb yemək yeməyə aparmışdır. O, Alqayıdı qarşılayanda Xalıqin də gəldiyini bilmiş, sonuncuların yanlarında başqa adam da olmuşdur. Həmin vaxta kimi o, Alqayıdın tək gəldiyini düşünmüşdür. Cəzaçəkmə müəssisəsində olanda onun Alqayıda 450 manat borcu yaranmış, o da azadlığa çıxandan sonra borcunu qaytarmışdır. O, 450 manat pulu Alqayıda göndərmişdir. O, Alqayıda olan borcunu saxlanılan gün yox, ondan təxminən 10 gün əvvəl qaytarmışdır. Alqayıdgil saxlanılan vaxt onun istifadəsində +99***-***-**-** mobil nömrə olmuşdur. O, Xalıqgili qarşılamağa tək getməmiş, həmin vaxt avtomobilində bir nəfər qadın olmuş, çünki o, Alqayıdgili həmin qadının evlərinə aparmalı olmuş, lakin Alqayıdgili gözlətməmək üçün əvvəlcə sonuncuları kafeyə qoymaq qərarına gəlmişdir. Onun Xalıqla ümumiyyətlə heç bir əlaqəsi olmamış, sonuncu ilə telefon danışğı da olmamışdır. Polis əməkdaşları gələndə onlar kafedə 4 nəfər, yəni Alqayıd, Xalıq, o və sonuncularla gələn tanımadığı şəxs olmuşdur. O, saxlamağa gələn polis əməkdaşlarının neçə nəfər olduqlarını dəqiq bilməmişdir. Polis əməkdaşları onu da polis şəbəsinə aparıb izahatını almışlar, sonra kafenin yanında qalan avtomobilini gətirib baxış keçirmişlər. Onu polis şöbəsinə “Chevrolet Niva” markalı avtomobillə aparmışlar. Polis şöbəsinə aparılması ilə bağlı yoldaşına məlumat vermişdir. Onları saxlayan zaman avtomobildə olan xanımı polis şöbəsinə aparmamışlar, polis əməkdaşları avtomobilini polis şöbəsinə aparanda o, xanımı taksi ilə evlərinə göndərmişdir. Məhkəmə iclasında dindirilmiş şahidlərin onu polis şöbəsinə aparmadıqlarını demələrinin səbəbini bilməmişdir. Onu polis şöbəsinə ikinci mərtəbədə yerləşən otaqlardan birinə aparmışlar, hətta həmin vaxt ağ saçlı, hündür bir polis əməkdaşı gəlib onu vurmuşdur. İzahatını alanda onu 1-ci mərtəbədə olan otaqlardan birinə aparmışlar. Onu polis şöbəsindən buraxandan bir gün sonra tanımadığı polis əməkdaşı ona zəng etmiş, lakin saxlanılan gün hansısa polis əməkdaşı ilə telefon danışığı olmamışdır. Onun Xalıqa 600 manat borcu olmamış, Ayqayıda 450 manat borcu olmuşdur. Azadlığa çıxandan sonra ümumiyyətlə Xalıqla əlaqəsi olmamışdır. Hacıqabula qonaq gedəndə Alqayıdın yanında Xalıqı görüb tanış olmuşdur. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - Cinayət- Prosessual Məcəllənin) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin xx.xx.2022-ci il tarixli, 16/1263 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki: 1) Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs2 məxsus avtomaşından aşkar edilərək götürülmüş kütlələr....” yazı və imzalar kağız paketdəki 3 (üç) ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,470 qram, 1,188 qram və 0,423 qram olmaqla, ümumi təmiz çəkisi 3,081 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metanfetamindir; - 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,33 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır; - 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 6,233 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir; 2) Təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs2 məxsus geyim əşyasının cibindən aşkar edilərək götürülmüş kütlə....” yazı və imzalar kağız paketdəki 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,853 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli, 15 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir, psixotrop maddə olan metanfetamindən və narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyac var və narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli, 16 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir, psixotrop maddə olan metanfetamindən və narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyac var, narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, X3 həmin tarixdə saat 21:50də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli isə xx.xx.2022-ci il tarixdə saat 21:30-da azadlığının faktiki məhdudlaşdığı vaxtdan hesablanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 22:50-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli isə xx.xx.2022-ci il tarixdə saat 21:30-da azadlığının faktiki məhdudlaşdığı vaxtdan hesablanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 23:30-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli isə xx.xx.2022-ci il tarixdə saat 21:30-da azadlığının faktiki məhdudlaşdığı vaxtdan hesablanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələr ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələr ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli 04 noyabr 2022-ci il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 04 noyabr 2022-ci il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə müdafiəçisinin iştirakı ilə X2 üzərində şəxsi axtarış keçirilən zamanı sonuncu əynində olan qara rəngli cins şalvarın sağ cibində saxladığı bir ədəd qara rəngli sellofan bükümü təqdim edərək içərisində kokos kimi tanıdığı narkotik vasitə heroinə bənzər maddə olduğunu bildirmişdir. Qeyd edilən büküm elektron tərəzidə çəkildikdə çəkisinin 0,8 qram olması müəyyən edilmişdir. Şifahi sorğu-sual zamanı Alxan Rəhimov üzərindən aşkar edilmiş ilk görünüşdən heroinə bənzər kütləni Hacıqabul rayonu ərazisində tapdığını göstərmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, həmin tarixdə müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilən zaman qanunla qadağan edilən hər hansı bir əşya və predmet aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, həmin tarixdə müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilən zaman qanunla qadağan edilən hər hansı bir əşya və predmet aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “avtomobilə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs2 idarə etdiyi “Chevrolet Nexia” minik markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı avtomobilin sağ ön oturacağının üzərində olan Təqsirləndirilən şəxs2 məxsus qara rəngli kişi idman şortikinin cibindən bir ədəd şəffaf rəngli sellofan büküm aşkar edilir. Qeyd edilən büküm açıldıqda içərisində ilk görünüşdən psixotrop maddə metamfetaminə bənzər maddə olması və elektron tərəzidə çəkildikdə ümumi çəkisi 0,9 qram təşkil etməsi müəyyən olunur. Daha sonra baxış davam etdirilərək avtomobilin qabaq oturacaqlarının aralığında olan qolaltının içərisindən bir ədəd şəffaf rəngli plastmas qab və bir ədəd kiçik ölçülü şüşə materialdan kolba formasında qab aşkar olunur. Plastmas qabın içərisində dörd ədəd şəffaf sellofanda bükümlər aşkar edilir. Həmin bükümlərdən üç ədədi açıldıqda içərisində ilk görünüşdən psixotrop maddə metafetaminə bənzər maddə olması və elektron tərəzidə çəkildikdə ümumi çəkisinin 3,2 qram təşkil etməsi müəyyən olunur. Digər bir ədəd bükümdə isə ilk görünüşdən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilir. Daha sonra baxış davam etdirilərək avtomobilin sol qapısının içərisindən bir ədəd şəffaf rəngli sellofan büküm və bir ədəd elektron tərəzi aşkar edilir. Qeyd edilən büküm açıldıqda içərisində ilk görünüşdən narkotik vasitə heroinə bənzər maddə olması və plastmas qabın içərisindən aşkar edilmiş bükümlə birlikdə elektron tərəzidə çəkildikdə ümumi çəkisinin 9,3 qram təşkil etməsi müəyyən olunur. Aşkar edilmiş elektron tərəzi yoxlanıldıqda işlək vəziyyətdə olması müəyyən edilir. Daha sonra baxış davam etdirilərək avtomobilin sürücünün əyləşdiyi oturacağın alt hissəsindən bir ədəd hərbiyə aid süngü bıçaq aşkar olunur. Şifahi sorğu-sual zamanı Alqayd Əzizov şortikin cibindən aşkar edilmiş bir ədəd bükümdə olan psixotrop maddə metamfetaminin və bir ədəd süngü bıçağın özünə məxsus olduğunu, qalan bükümlərin və əşyaların ona məxsus olmadığını, idarə etdiyi avtomobilin şirkətə məxsus olduğunu, lakin sürücü özü olduğunu, yol-boyu gələrkən avtomobili özünün idarə etdiyini, gələrkən də avtomobildən haradasa düşərək digər şəxslərin avtomobilə tək qalmasını xatırlamadığını göstərmişdir. Aşkar edilmiş bükümlər, elektron tərəzi və bir ədəd süngü bıçaq müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ilə digər Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 avtomobildən aşkar edilmiş psixotrop maddəni İranlıdan alaraq Göygöl şəhərinə Şahid4 vermək üçün gətirdiklərini, Təqsirləndirilən şəxs2 Şahid4 üçün psixotrop maddə apardıqlarından xəbərdar olduğunu, Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilə əyləşən kimi Şahid4 çatacaq 9 qrama yaxın çəkidə psixotrop maddəni və elektron tərəzini məhz özünə verdiyini sonuncunun üzünə qarşı deməklə ifadəsini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istifadələrində olmuş mobil nömrələrinə dair özündə məlumatları əks etdirən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İnformasiya-Kommunikasiya İdarəsindən təqdim olmuş diskə baxış zamanı narkotik vasitələrin və psixotrop maddələrin satışına və ya satış məqsədi ilə əldə edilməsinə dair iş üçün əhəmiyyət kəsb edəcək hər hansı məlumat aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş iş üzrə şahid qismində dindirilmiş Şahid4 istifadəsində olmuş +99***-***-**-** mobil nömrəsinə dair xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddəti əhatə edən məlumatlarla bağlı "xxxx" MMC tərəfindən təqdim olunmuş bir ədəd informasiya daşıyıcı olan diskə baxış zamanı həmin nömrədən iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1, Şahid3 və Şahid2 istifadələrində olmuş mobil nömrələrlə zəng olunması və ya əksinə, polis əməkdaşları tərəfindən Şahid4 zəng olunması aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Göygöl RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2022-ci il tarixli raportdan görünür ki, əməliyyat məlumatı X2 mütəmadi olaraq narkotik vasitə qəbul etməsi, üzərində gəzdirməsi, alqı-satqısı ilə məşğul olması və mütəmadi olaraq Göygöl rayonu ərazisinə gəlib-getməsi barədə daxil olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Göygöl RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2022-ci il tarixli raportdan görünür ki, əməliyyat məlumatı Təqsirləndirilən şəxs1 mütəmadi olaraq narkotik vasitə qəbul etməsi, üzərində gəzdirməsi, alqı-satqısı ilə məşğul olması və mütəmadi olaraq Göygöl rayonu ərazisinə gəlib-getməsi barədə daxil olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Göygöl RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2022-ci il tarixli raportdan görünür ki, əməliyyat məlumatı Təqsirləndirilən şəxs2 mütəmadi olaraq narkotik vasitə qəbul etməsi, üzərində gəzdirməsi, alqı-satqısı ilə məşğul olması və mütəmadi olaraq Göygöl rayonu ərazisinə gəlib-getməsi barədə daxil olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Göygöl RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 qəbul etdiyi xx.xx.2022-ci il tarixli “təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərarlardan görünür ki, qanunsuz olaraq narkotik vasitə qəbul etməsində, üzərində saxlamasında, alqı-satqısı ilə məşğul olmasında və Göygöl rayonu ərazisində istifadə etməsində şübhəli bilinən X3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Göygöl RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 qəbul etdiyi xx.xx.2022-ci il tarixli “təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərarı əsasında Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilə baxış keçirilməsində qanun pozuntusu aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Göygöl RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2022-ci il tarixli raportdan görünür ki, qanunsuz olaraq narkotik vasitə qəbul etməsində, üzərində saxlamasında, alqı-satqısı ilə məşğul olmasında və Göygöl rayonu ərazisində istifadə etməsində şübhəli bilinən X3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə saat 21:30 radələrində Göygöl şəhəri, A. Hacıyev küçəsində yerləşən “Elit” çay evində saxlanılaraq Göygöl RPŞ-yə gətirilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Göygöl RPŞ-nin xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 məxsus “Chevrolet Nexia” markalı, **-PJ-*** nömrəli avtomobildən aşkar edilmiş narkotik vasitə hesab edilən heroini və kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini konkret olaraq haradan əldə etmələrini, eləcə də narkotik vasitənin alqı-satqısını, bağışlanmasını və ya başqa hər hansı yerdə saxlamasını müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Göygöl RPŞ-nin xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid4 narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olması müəyyən edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Göygöl RPŞ-nin xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 narkotik vasitələri və psixotrop maddələri satmış olduğu və ya pay verdiyi şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(071)-51/2020 saylı hökmünün surətindən və Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 7(003)-653/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 Sumqayıt Hərbi Məhkəməsinin xx.xx.2009cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Sumqayıt Hərbi Məhkəməsinin xx.xx.2009-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.3 və 332.2.5-ci maddələri ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 66.3 və 66.5-ci maddələrinə əsasən qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2013-cü il tarixdə cəzasının sonu ilə azad olunmuş; Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2013-cü il tarixdə cəzasının sonu ilə azad olunmuş; Şirvan Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə cəzası 06 azaldılmış və xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmuş; Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilmiş; Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 (bir) ay 06 (altı) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş və xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatdığına görə şöbədə qeydiyyatda çıxarılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(032)-131/2021 saylı hökmünün surətindən və Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(003)-1058/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Şirvan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 66.2, 66.4 və 69.3-cü maddələrinə əsasən qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 11 (on bir) ay 25 (iyirmi beş) gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən cəzası 06 (altı) ay azaldılmış, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(003)-1058/2022 saylı qərarı ilə Şirvan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(032)-131/2021 saylı hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 07 (yeddi) ay 06 (altı) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “əşyanın maddi sübut hesab edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilə baxış zamanı aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,31 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 3,734 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 6,133 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, süngü bıçaq və bir ədəd elektron tərəzi maddi sübut kimi tanınmış və saxlanılması üçün Göygöl RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Hacıqabul Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 xəstəxananın poliklinika şöbəsinin ruhi-əsəb kabinetində qeydiyyatda deyil, lakin xx.xx.2015-ci il tarixdən narkoloji kabinetdə qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Şirvan Şəhər Mərkəzi Xəstəxanası” PHŞ-in xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 xəstəxananın poliklinika şöbəsinin ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyatda durmur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, 4169-73*******9745 nömrəli plastik kart hesabı Təqsirləndirilən şəxs1 adına deyildir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şirvan şəhər İH başçısının 1 nömrəli sahə İƏDÜN-nin xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 arvadı - 1986-cı il təvəllüdlü X6, övladları – 2011-ci il təvəllüdlü X9 və 2017-ci il təvəllüdlü X10 ilə birlikdə Şirvan şəhəri, G.Şıxbala oğlu küçəsi, ev 79, mənzil 15-də qeydiyyatda olmaqla yaşamış və yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Hacıqabul RİH başçısının Hacıqabul şəhər İƏDÜN-nin xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 arvadı – xx.xx.1995-ci il təvəllüdlü X4, övladları – xx.xx.2019-cu il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X15 oğlu ilə birlikdə Hacıqabul şəhəri, D.Ağamalıyev küçəsi, ev 16-da qeydiyyatda olmaqla yaşamış və yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə 2 saylı istintaq təcridxanasına daxil olarkən ilkin tibbi müayinədən keçirilmiş və onların bədəni üzərində xəsarət aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Göygöl RPŞ-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Şahid4 3-5 noyabr 2022-ci il tarixlərdə RPŞ-yə gətirilməmiş və onun barəsində müvafiq qeydiyyat kitablarında qeydiyyat aparılmamışdır. Həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə Göygöl RPŞ-nin MSY-nə daxil olarkən ilkin tibbi müayinədən keçirilmiş və onların bədəni üzərində xəsarət aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 Şirvan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 07 (yeddi) ay 06 (altı) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı xx.xx.2022-ci il tarixdə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə daxil olmuş və məhkum şöbədə qeydiyyata düşmüş, xx.xx.2022-ci il tarixdə isə cəza müddəti sona çatdığı üçün şöbənin qeydiyyatından çıxarılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Baş Dövlət Yol Polisi İdarəsinin Şirvan regional qeydiyyat-imtahan və texniki baxış şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünün icrası ilə bağlı Təqsirləndirilən şəxs1 sürücülük vəsiqəsi şöbəyə göndərilmədiyi üçün onun sürücülük hüququnun məhdudlaşdırılması müddətinin axımı vəsiqənin təhvil verildiyi gündən başlanacaqdır. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(100)-61/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs2 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci maddəsinə əsasən xitam verilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində Şahid4lə özünün danışdığını, sonuncunun göndərdiyi pula sadəcə psixotrop maddə aldığını, Təqsirləndirilən şəxs2 bu barədə xəbərinin olmadığını, Bakı şəhərinə gedərkən sonuncuya psixotrop maddə götürəcəyini demədiyini, həmin maddəni Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobildə qolaltı hissədə özünün gizlətdiyini, sonuncunun bu barədə xəbərinin olmadığını, avtomobilin digər yerlərində heç nə gizlətmədiyini, avtomobildə aşkar edilmiş digər narkotik vasitələrdən məlumatsız olduğunu, polis əməkdaşlarının da onu döydüyünü göstərmişdir. Həmçinin digər təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində Təqsirləndirilən şəxs1 Bakı şəhərinə narkotik vasitə dalınca getdiyini bilmədiyini, Göygöl rayonuna tanışı Şahid4 dəvəti ilə istirahət etmək məqsədi ilə gəldiyini, idarə etdiyi avtomobildə olan şortikin cibindən aşkar edilmiş bir ədəd bükümdəki psixotrop maddənin özünə məxsus olduğunu, lakin avtomobilindən aşkar edilmiş digər narkotik vasitələrdən və psixotrop maddələrdən xəbərinin olmadığını, həmin maddələrin ona məxsus olmadığını, həmin maddələrin polislər tərəfindən idarə etdiyi avtomobilə qoyulma ehtimalının olduğunu, Şahid4 üçün də nə narkotik vasitə, nə də ki psixotrop maddə gətirdiyini göstərmişdir. Məhkəmə tərkibi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan, məsuliyyətdən yayınmağa xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatı, xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində, xx.xx.2022-ci il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi etirafedici ifadələri, şahidlərin ifadələri, o cümlədən şəxsi axtarış və götürmə, eləcə də avtomobilə baxış keçirilməsi istintaq hərəkətlərinə dair protokollar və protokollara əlavə edilmiş videoçəkilişlər ilə, digər istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və sair iş materialları ilə tam təkzib olunduğunu hesab edir. Belə ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatında, xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində, xx.xx.2022-ci il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi etirafedici ifadələrində tutulmamışdan bir neçə gün əvvəl Təqsirləndirilən şəxs2 ona zəng edərək Şahid4 kokos kimi tanıdığı narkotik vasitə heroin lazım olduğunu, o, isə hazırda əlində mal olmadığını, lakin tanıdığı iranlıdan əldə edə biləcəyini, Təqsirləndirilən şəxs2 ondan heroinin bir qramının qiymətini soruşduqda iranlının 1 qramını 30 manata satdığını dediyini, Təqsirləndirilən şəxs2 isə Şahid4 heroinin bir qramını 50 manata satıldığını deyəcəyini bildirdiyini, növbəti gün Şahid4 ona 450 manat pul göndərdiyini, özünü isə İranlıya 300 manat göndərdiyini, qalan 150 manatı isə Alqayıdla benzinə xərclədiyini, növbəti gün Təqsirləndirilən şəxs2la birlikdə Bakı şəhərinə gedərək iranlının qoyduğu yerdən narkotik vasitəni əldə etdiyini, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 Göygöl şəhərinə getmək üçün onun dalınca gələn zaman Şahid4 çatacaq 10 qrama yaxın narkotik vasitə heroini və elektron tərəzini Təqsirləndirilən şəxs2 verdiyini və sonuncunun narkotik vasitəni avtomobilində gizlətdiyini göstərmişdir. Qeyd edilən izahat və ifadələrinin hamısı Təqsirləndirilən şəxs1 müdafiəçisinin iştirakı ilə alınmış və izahatla ifadələrin sonunda Təqsirləndirilən şəxs1 ifadələrinin onun sözləri düz yazıldığını və əlavəsinin olmadığını göstərmişdir. Sözügedən izahat və ifadələrində Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən ona qarşı fiziki zorakılıq hallara yol verilməsini, eləcə də avtomobildən aşkar edilmiş psixotrop maddələrin onlara məxsus olmadığını göstərməmişdir. Əskinə həm təhqiqatçı, həm də müstəntiq tərəfindən verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs1 saxlanılan zaman və polis şöbəsinə gətirilərkən ona qarşı fiziki və psixi zorakılığa yol verilmədiyini göstərmişdir. Həm Təqsirləndirilən şəxs1, həm də müdafiəçisi sözügedən izahat və ifadələri imzaları ilə təsdiq etmişlər. Həmçinin xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs1 şifahi-sorğu sual zamanı təhqiqatçı tərəfindən verilmiş suallara cavab olaraq 10 qram narkotik vasitə heroini məhz Təqsirləndirilən şəxs2 xahişi ilə Bakı şəhərində tanımadığı iranlıdan əldə edərək sonuncuya verdiyini bildirmişdir. Sözügedən videoçəkilişdə Təqsirləndirilən şəxs1 bədəninin gözlə görünən hissələrində xəsarət və ya zədə izlərinin olması, o cümlədən ona qarşı fiziki və ya psixi zorakılıq hallarına yol verilməsi öz təsdiqini tapmamışdır. Əksinə videoçəkiliş zamanı Təqsirləndirilən şəxs1 istintaq hərəkətinin sonunda həm təhqiqatçının, həm də müdafiəçisinin sualına qəti olaraq cavab verib ona qarşı fiziki və psixi zorakılıq hallarına yol verilmədiyini göstərmişdir. O cümlədən məhkəməyədək icraat zaman xx.xx.2023-cü il tarixdə, yəni tutulduqdan üç ay sonra hər iki təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 hər şeydən məlumatlı olduğunu və sonuncunun xahişi əsasında 10 qram heroini Bakı şəhərindən tanımadığı iranlıdan əldə etdiyini Təqsirləndirilən şəxs2 üzünə qarşı deməklə ilkin ifadələrini bir daha təsdiq etmişdir. Habelə xx.xx.2022-ci il tarixli “avtomobilə baxış keçirilməsi haqqında” protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, həm Təqsirləndirilən şəxs2, həm də sonuncunun dövlət hesabına müdafiəçisi Namiq Həsənovun iştirakı ilə “Chevrolet Nexia” minik markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı, avtomobilin açarları Təqsirləndirilən şəxs2 olur və məhz sonuncu özü yaxınlaşaraq açarla sürücü tərəfdən qabaq qapını açır, daha sonra baxış keçirilir və avtomobildən elektron tərəzi, kolba formasında şüşə qab, bir bükümdə narkotik vasitə heroin, bir bükümdə narkotik vasitə qurudulmuş marixuana, dörd bükümdə isə psixotrop maddə metamfetamin aşkar edilir. Hətta iş üzrə şahid qismində polis əməkdaşları Şahid1, Şahid3 və Şahid2 ifadələrində şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs1 narkotik vasitəni Təqsirləndirilən şəxs2la birlikdə iranlının qoyduğu yerdən götürdüyünü, həmin narkotik vasitəni Göygöl şəhərinə gətirərək satmaq fikrinin olduğunu, Təqsirləndirilən şəxs2 bütün bunlardan xəbəri olduğunu etiraf etdiyini, saxlanılan zaman və polis şəöbəsinə gətirilərkən hər iki təqsirləndirilən şəxsə qarşı fiziki və psixi zorakılıq hallarına yol verilmədiyini, heç kimin Təqsirləndirilən şəxs2 məxsus avtomobilə narkotik vasitə və ya psixotrop maddə qoymadığını, təqsirləndirilən şəxslərin Təqsirləndirilən şəxs2 məxsus avtomobillə polis şöbəsinə gətirildiyini, avtomobilin açarının məhz sonuncuda olduğunu, avtomobilə baxışın da sürücüsü Təqsirləndirilən şəxs2 iştirakı ilə aparıldığını göstəmişlər. Eləcə də Təqsirləndirilən şəxs1 barəsində olan məhkəmə-narkoloji ekspertizasının rəyinin təsviri əsaslnadırıcı hissəsindən görünür ki, həkim-məsləhət komissiyası tərəfindən verilmiş suallara cavab olaraq o, aşkar edilən narkotik vasitələri tanımadığı İran vətəndaşından aldığını bir daha etiraf etmişdir. Eyni zamanda həbs qətimkan tədbirinin seçilməsinə dair Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs1 izahatında ona Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini, onu Göygölə Təqsirləndirilən şəxs2 dəvət etdiyini və əməlindən peşman olduğunu göstərmişdir. Həmçinin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılmasına dair Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qərarlarının təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs1 artıq barəsində bir neçə aya yaxın cinayət işinin aparılmasına baxmayaraq, yəni özünün müdafiəsi üçün dəlil gətirməyə və müdafiə taktikası qurmağa kifayət qədər imkanı olduğu halda, bunu etməyib səmimi olaraq hər iki məhkəmə prosesində özünü Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bildiyini göstərmişdir. O cümlədən iş materiallarında olan həm 2 saylı istintaq təcridxanasından, həm də Göygöl RPŞ-dən daxil olmuş məktublardan görünür ki, hər iki quruma daxil olarkən təqsirləndirilən şəxslər tibbi müayinədən keçirilmiş və onların bədəni üzərində xəsarət aşkar edilməmişdir. Halbuki Təqsirləndirilən şəxs1 polis əməkdaşlarının onu döyərək fiziki zorakılıq göstərdiyini bildirmişdir. Bundan başqa, məhkəməyədək icraat zamanı hər iki təqsirləndirilən şəxsin dövlət hesabına müdafiəçiyə malik olmasına baxmayaraq, ibtidai istintaq materiallarında nə özlərinin, nə də ki müdafiəçilərinin polis əməkdaşlarının prosessual hərəkətlərindən və qərarlarından nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmələri öz təsdiqini tapmır. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində polis əməkdaşları tərəfindən qanunsuzluğa, psixi və fiziki zorakılığa məruz qaldıqlarını göstərsə də iş materiallarında, xüsusilə də onun ibtidai istintaq dövründə xx.xx.2022-ci il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatında, xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində, xx.xx.2022-ci il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi etirafedici ifadələrində, o cümlədən şəxsi axtarış və götürmə aparılması istintaq hərəkətlərinə dair videoçəkilişdə, eyni zamanda barəsində tərtib olunmuş tibbi sənədlərdə və həbs qətimkan tədbirlərinin seçilməsinə dair məhkəmə qərarında Təqsirləndirilən şəxs1 fiziki və ya psixi zorakılığa məruz qalması xüsusatı öz təsdiqini tapmamışdır. Əksinə şəxsi axtarış və götürmə aparılması istintaq hərəkətlərinə dair videoçəkilişdə Təqsirləndirilən şəxs1 təhqiqatçının və müdafiəçisinin suallarına qəti olaraq cavab verib ona qarşı təsir və ya təzyiqlərə yol verilmədiyini, fiziki və ya psixi zorakılığa məruz qalmadığını, narkotik vasitəni də Təqsirləndirilən şəxs2 xahişi ilə iranlıdan aldığını göstərmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı Şahid4 üçün Bakı şəhərindən yalnız 3,5 qram psixotrop maddə metamfetamin əldə etdiyini, həmin maddəni Təqsirləndirilən şəxs2 məxsus avtomobilin qabaq oturacaqlarının arasında olan qolaltına gizlətdiyini və sonuncunun bundan xəbərinin olmadığını göstərsə də, avtomobilə baxış keçirilməsinə dair videoçəkilişdən görünür ki, baxış zamanı avtomobilin sağ ön oturacağının üzərində olan Təqsirləndirilən şəxs2 məxsus qara rəngli kişi idman şortikinin cibindən bir bükümdə psixotrop maddə metamfetamin, qabaq oturacaqlarının aralığında olan qolaltının içərisindəki plastmas qabdan üç bükümdə psixotrop maddə metamfetamin və bir bükümdə narkotik vasitə qurudulmuş marixuana, eləcə də avtomobilin sol qapısının içərisindən bir bükümdə narkotik vasitə heroin və bir ədəd işlək vəziyyətdə elektron tərəzi aşkar edilmişdir. Qeyd edilən istintaq hərəkətinə dair videoçəkilişdən həmçinin görünür ki, müdafiəçi Namiq Həsənov tərəfindən verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs2 sürücü özü olduğunu, yol-boyu gələrkən avtomobili özünün idarə etdiyini, gələrkən də avtomobildən haradasa düşərək digər şəxslərin avtomobilə tək qalmasını xatırlamadığını göstərmişdir. Şirvan şəhərinə Göygöl şəhərinə gələrkən yolda avtomobili kimin idarə etməsi və yolda olarkən avtomobili saxlayıb-saxlamamaları ilə bağlı məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs1 ifadəsində Gəncə şəhərinə gələrkən avtomobili Təqsirləndirilən şəxs2 idarə etdiyini, yolda sadəcə yanacaq doldurma məntəqəsində dayandıqlarını, həmin vaxtı da avtomobildən düşmədiklərini göstərmişdir. Göründüyü kimi, Şirvan şəhərindən Göygöl rayonuna gələrkən avtomobili yol boyunca Təqsirləndirilən şəxs2 idarə etmiş, yol boyunca onlar birlikdə olmuşlar və təqsirləndirilən şəxslər həm bir yerdə, həm də ayrı-ayrı avtomobili hər hansı bir səbəblə tərk etməmişlər. Yəni biri avtomobildə olduğu halda, digəri düşüb harasa getməmiş və birincini avtomobildə tək qoymamışdır. Məhkəmə tərkibi hesab edir ki, Şirvan şəhərindən Göygöl rayonunadək avtomobili məhz elə Təqsirləndirilən şəxs2 özü dayanmadan idarə etdiyi, yəni yolda dayanaraq hər hansı bir səbəbdən avtomobili tərk etmədiyi və Təqsirləndirilən şəxs1 avtomobildə tək qoymadığı halda avtomobilin elə sürücü tərəfdən, yəni Təqsirləndirilən şəxs2 olan tərəfdən qapının içərisindən bir bükümdə narkotik vasitə heroinin və bir ədəd işlək vəziyyətdə elektron tərəzi aşkar edilməsi təqsirləndirilən şəxslərin qeyri-səmimi olmalarına və məhkəmə istintaqı zamanı özünü müdafiə xarakterli ifadə vermələrinə dəlalət edir. Çünki Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında verdiyi ifadəsində yalnız Şahid4 üçün aldığı psixotrop maddə metamfetaminin ona məxsus olduğunu və həmin maddəni orta qolaltıda gizlətdiyini etiraf etmiş, Təqsirləndirilən şəxs2 isə ümumiyyətlə şortikin cibindən aşkar edilən psixotrop maddədən başqa digər bükümlərdən xəbərinin olmadığını göstərmişdir. Halbuki avtomobildən psixotrop maddə metamfetamindən başqa bir neçə növdə narkotik vasitə, yəni marixuana ilə heroin də aşkar edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, yol boyu birlikdə olduqları halda və biri digərini avtomobildə qoyaraq yolda hər hansı bir səbəblə avtomobili tərk etmədiyi halda Təqsirləndirilən şəxs1 gizlin şəkildə məhz elə avtomobilin sürücü tərəfdən qapısının içərisinə həm bir bükümdə narkotik vasitə, həm də elektron tərəzi qoyması inandırıcı deyildir. Bundan başqa, müdafiə tərəfi təqsirləndirilən şəxslərin məhz elə Şahid4 təhriki ilə narkotik vasitə əldə edərək Göygöl rayonuna gəldiklərini iddia etsələr də, qeyd edilən xüsusata dair məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Əksinə işin hərtərəfli, tam və obyektiv araşdırılmasında ötrü Şahid4 istifadəsində olmuş mobil nömrəsinə dair mobil operatordan məlumatlar əldə olunmasına baxmayaraq, onunla iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları arasında hər hansı əlaqəsinin olması və ya bir-birinə zəng etmələri aşkar olunmamışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin Qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Həmin Qərarın 33-cü bəndində göstərilmişdir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Yuxarıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs1lə Təqsirləndirilən şəxs2 heç bir dəlillə möhkəmləndirilməyən təzyiqlərə və pis rəftara məruz qalmalarına dair iddiaları öz təsdiqini tapmır, müdafiə tərəfi də həmin xüsusatlarla bağlı fiziki və psixi zorakılığın görünən nəticəsini əks etdirən hər hansı bir mötəbər sübut təqdim edə bilmir. Qeyd edilən hal isə Təqsirləndirilən şəxs2 həm məhkəməyədək icraat zamanı, həm də məhkəmə istintaqı zamanı, Təqsirləndirilən şəxs1 isə məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində, eləcə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatların tam təkzib olunduğunu təsdiq edir. Eyni zamanda ibtidai istintaq materiallarında nə təqsirləndirilən şəxslərin, nə də ki müdafiəçilərinin məhkəməyədək icraat dövründə məhz təzyiqlərə və pis rəftara məruz qalması, o cümlədən iddia etdiyi digər qanunsuzluqlarla bağlı polis əməkdaşlarının prosessual hərəkətlərindən və qərarlarından nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmələri öz təsdiqini tapmamışdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs2 həm məhkəməyədək icraat zamanı, həm də məhkəmə istintaqı zamanı, Təqsirləndirilən şəxs1 də məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə, eləcə də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini yoxlayaraq, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdıraraq və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verərək hesab edir ki, yuxarıda qeyd edilən halların mövcudluğu özü-özlüyündə Təqsirləndirilən şəxs1lə Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı qeyri-səmimi olmalarını, cinayət məsuliyyətindən yaxa qurtarmaq və cinayət məsuliyyətdən kənar qalmaq məqsədilə özünümüdafiə xarakterli ifadə verdiklərini sübut edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Cinayət-Prosessual Məcəllənin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Beləliklə də, məhkəmə tərkibi Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı xx.xx.2022-ci il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatını, xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində, xx.xx.2022-ci il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi etirafedici ifadələrini iş üzrə dindirilmiş şahidlərin ifadələri, o cümlədən şəxsi axtarış və götürmə, eləcə də avtomobilə baxış keçirilməsi istintaq hərəkətlərinə dair protokollar və protokollara əlavə edilmiş videoçəkilişlər, digər istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və sair iş materialları ilə əlaqəli və müqayisəli şəkildə təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı xx.xx.2022-ci il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatını, xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində, xx.xx.2022-ci il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələri ittihamın həllində əsas götürülməlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əldə etdikləri narkotik vasitələrin və psixotrop maddənin qanunsuz olması yuxarıda sadalanan sübutlarla yanaşı, həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının, 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən psixotrop maddələr - BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 8-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 14-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilibtörədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olubolmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ-ci siyahısına əsasən heroin və marixuana narkotik vasitə, metamfetamin isə psixotrop maddə hesab olunur; heroin və metamfetaminin külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 2 qramdır. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının rəyinə əsasən, Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobildən aşkar edilmiş psixotrop maddə olan metamfetaminin ümumi təmiz çəkisi 3,934 qram, heroinin isə ümumi təmiz çəkisinin 6,233 qram olmaqla ayrı-ayrılıqda külli miqdar təşkil edirlər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 12-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Əgər qabaqcadan əldə olunmuş razılıq CM-in 234.2-ci və ya 234.3-cü və ya 234.3-1-ci maddəsində göstərilən əməllərin birgə yerinə yetirilməsini, məsələn, narkotik vasitənin əldə olunmasını, saxlanmasını, daşınmasını deyil, müstəsna olaraq bunların törədilməsində icraçıya (icraçılara) köməkliyin göstərilməsini (məsələn, narkotik vasitənin qoyulduğu yeri tapmaq üçün icraçıya bələdçiliyin edilməsini) nəzərdə tutursa və kömək edən şəxs tərəfindən CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərdən hər hansı biri faktiki olaraq yerinə yetirilmirsə, həmin şəxsin əməli yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 6 may tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə cinayətin icraçısının (icraçılarının) əməllərinin hüquqi tövsifindən asılı olaraq, həmin cinayətdə köməkçi qismində iştirak etmə kimi CM-in 32.5-ci maddəsinə istinad olunmaqla tövsif edilməlidir. Yalnız Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda, digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma və ya narkotik vasitəni satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə əsasən, cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır. Cinayət Məcəlləsinin 33.1-ci maddəsinə əsasən, cinayətin iştirakçılarının məsuliyyəti onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilir. Cinayət Məcəlləsinin 33.2-ci maddəsinə əsasən, cinayətin birgə icraçıları birgə törətdikləri cinayətə görə, bu Məcəllənin 32-ci maddəsinə istinad edilmədən, həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən, qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 may 2022-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, iştirakçılığın obyektiv cəhəti kəmiyyət, keyfiyyət əlamətləri, bütün iştirakçılar üçün vahid cinayətkar nəticə, habelə əməl ilə vahid cinayətkar nəticə arasındakı səbəbli əlaqə ilə səciyyələnir. Keyfiyyət əlaməti cinayətin iştirakçılarının hərəkətlərinin müştərək şəkildə həyata keçirilməsini nəzərdə tutur. Bu əlamətə əsasən cinayət əməli bir neçə şəxs tərəfindən əlaqəli şəkildə törədildiyi zaman hər bir iştirakçı cinayətin törədilməsi üçün müvafiq hərəkətləri (hərəkətsizliyi) yerinə yetirərkən digər iştirakçılara müəyyən dərəcədə vasitəçilik etmiş olur. İcra olunan hərəkətlərdən asılı olaraq onların rolu fərqlənir: - cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətinin əlamətlərini tamamilə əhatə edən hərəkətləri icra etdikdə onlar cinayətin icraçıları kimi çıxış edirlər; - cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətini təşkil edən hərəkətləri qismən icra etdikdə, onların hərəkətləri icraçının hərəkətini tamamlamış olur və bu cür iştirakçılar cinayətin birgə icraçısı sayılmaqla cinayət tərkibinin obyektiv cəhətini səciyyələndirən hərəkəti əlaqəli şəkildə icra edirlər. Məsələn, şəxs rolların bölgüsünə görə, cinayətin törədilməsində icraçıya bilavasitə yardım (dəstək) göstərməyə yönəlmiş hərəkətlər edərsə (şəxsin yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak etməsi, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakın aparılması, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıların sığortalalanması) o, Cinayət Məcəlləsinin 32.2-ci maddəsində göstərildiyi kimi, birgə icraçı hesab edilir. Həmin maddəyə görə, cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq) icraçı sayılır. Hazırkı işin faktiki hallarından görünür ki, təqsirləndirilən şəxslər ittiham olunduğu cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər, yəni Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni əldə etmə, saxlama və daşıma kimi hərəkətləri həyata keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında əldə olunmuş razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 tanımadığı iranlıdan külli miqdarda narkotik vasitə ilə psixotrop maddə əldə etmiş, daha sonra isə onlar narkotik vasitə ilə psixotrop maddəni Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobildə saxlayaraq mənfəət əldə etmək məqsədi ilə Göygöl rayonu ərazisinə daşımışlar, nəticə etibarı ilə də aralarında olan rolların bölgünüsə əsasən Təqsirləndirilən şəxs1lə Təqsirləndirilən şəxs2 qeyd edilən hərəkətləri real olaraq icra etmişlər. Yuxarıda sadalanlara əsasən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitə ilə psixotrop maddəni eyni anda əldə etmələri, narkotik vasitələrin iki növdə, yəni heroinlə qurudulmuş marixuana olması, heroinin ümumi təmiz çəkisinin külli miqdar təşkil etməsi, həmçinin psixotrop maddənin ümumi təmiz çəkisinin külli miqdar təşkil etməsi, o cümlədən psixotrop maddənin çəkilib xırda bükümlərə yığılması, eyni zamanda avtomobildən işlək vəziyyətdə olan elektron tərəzinin aşkar edilməsi faktları Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək mənfəət əldə etmək üçün qanunsuz olaraq əldə edib saxladıqları külli miqdarda narkotik vasitə ilə psixotrop maddəni ayrı-ayrı şəxslərə satış məqsədilə əldə etmələrini tam olaraq sübuta yetirir. Bununla da, məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, ayrı-ayrılıqda Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri ittiham olunduqları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmə tərkibi himayəsində bir azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə tərkibi cinayətlərin residivini Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə tərkibi himayəsində iki azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə tərkibi cinayətlərin residivini Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri və onların həmin əməlləri törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Cinayət-Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəllənin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxs2 münasibətdə iş materiallarında olan tələbnamədən, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünün surətindən və Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 (bir) ay 06 (altı) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş və xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatdığına görə şöbədə qeydiyyatda çıxarılmışdır. Cinayət Məcəlləsinin 234.1-ci maddəsi Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən az ağır cinayət hesab olunur. Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təqsirli bilindiyi az ağır cinayətə görə Təqsirləndirilən şəxs2 məhkum edildiyi azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edildiyi gündən (xx.xx.2021-ci il tarixdən) hesablamaqla iki il keçməmiş, yəni məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş hazırkı iş üzrə ittiham olunduğu ağır cinayətlər təsnifatına aid olan əməli törətdiyi üçün o, məhkum olunmuş şəxs hesab olunur və onun əməlində cinayətlərin sadə residivi vardır. Təqsirləndirilən şəxs1 münasibətdə iş materiallarında olan tələbnamədən, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünün surətindən və Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Şirvan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 66.2, 66.4 və 69.3-cü maddələrinə əsasən qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 11 (on bir) ay 25 (iyirmi beş) gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 07 (yeddi) ay 06 (altı) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli təqsirin ehtiyatsızlıq formasında törədilsə də, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli təqsirin qəsd formasında törədilir. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təqsirli bilindiyi az ağır cinayətə görə Təqsirləndirilən şəxs1 məhkum edildiyi azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edildiyi gündən (xx.xx.2022-ci il tarixdən) hesablamaqla iki il keçməmiş, yəni məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş hazırkı iş üzrə ittiham olunduğu ağır cinayətlər təsnifatına aid olan əməli törətdiyi üçün o, məhkum olunmuş şəxs hesab olunur və onun əməlində cinayətlərin sadə residivi vardır. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən, qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 25 may tarixli Qərarına əsasən, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə tərkibi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs1 qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə məhkəmə tərkibi törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin yüksək ictimai təhlükəli şəxsiyyətini, o cümlədən cəzalarını yüngülləşdirən və ağırlaşdıran halların olmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasını və cəzanın məqsədinə nail olunmamasını, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, onların hər birinə ayrıayrılıqda Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 234.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından az olmamaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən, cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Hazırkı işin faktiki halından görünür ki, Təqsirləndirilən şəxs1 qəsdən ittiham olunduğu ağır cinayətlər təsnifatına aid cinayət əməlini əvvəlki hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi ərzində törətmişdir. O cümlədən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünün icrası ilə bağlı Təqsirləndirilən şəxs1 sürücülük vəsiqəsi şöbəyə göndərilmədiyi üçün onun sürücülük hüququnun məhdudlaşdırılması əlavə cəzasının müddətinin axımı başlamamışdır. Ona görə məhkəmə tərkibi hesab edir ki, Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(003)-1058/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs1 cəzadan şərti olaraq vaxtından əvvəl azad etməsi ləğv edilməli, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Şirvan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(032)-131/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsi hazırkı hökmlə ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəza ilə qismən birləşdirilməli, eyni zamanda Şirvan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(032)- 131/2021 saylı hökmü ilə ona əlavə cəza kimi təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin ediləcək azadlıqda məhrum etmə cəzası ilə tam birləşdirilməklə, Təqsirləndirilən şəxs1 qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ayrıayrılıqda onlara təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidirlər. Cinayət-Prosessual Məcəllənin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı, CPM-in 158.2.2-ci maddəsinə əsasən isə ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəllənin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarinin təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə tərkibi hesab edir ki, eyni gündə tutulduqları üçün Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həbsdə saxlanılması müddəti onlara təyin ediləcək cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 04 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1, digər Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi isə Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi4 tərəfindən dövlət hesabına həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Cinayət-Prosessual Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs2 Müdafiəçi1 tərəfindən göstərilmiş 75 (yetmiş beş) iş saatı (65 iş saat xx.xx.2025-ci il tarixədək, 10 iş saatı isə həmin tarixdən hökm çıxarılan günədək) həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından 500 (beş yüz) manat, digər təsqirləndirilən şəxs Təqsirləndirilən şəxs1 Müdafiəçi4 tərəfindən göstərilmiş 26 (iyirmi altı) iş saat (16 iş saat xx.xx.2025-ci il tarixədək, 10 iş saatı isə həmin tarixdən hökm çıxarılan günədək) həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından 206 (iki yüz altı) manat pul onların vəkil işlədikləri Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəllənin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada 92 (doxsan iki) manat 30 (otuz) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəllənin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Göygöl RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmiş Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilə baxış zamanı aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,31 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 3,734 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 6,133 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, süngü bıçaq və bir ədəd elektron tərəzi məhv edilməlidir. Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə tərkibi hesab edir ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 15 nömrəli və xx.xx.2023-cü il tarixli, 16 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəylərinə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində ayrı-ayrılıqda nаrkоmаniyаdаn məcburi müalicə təyin edilməli və onlar ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 04 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(003)-1058/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs1 cəzadan şərti olaraq vaxtından əvvəl azad etməsi ləğv edilsin, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Şirvan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(032)-131/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 əsas cəza kimi təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 07 (yeddi) ay 06 (altı) gün hissəsi hazırkı hökmlə ona təyin edilmiş 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə, əlavə cəza kimi təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası isə tam birləşdirilməklə, Təqsirləndirilən şəxs1 qəti olaraq edilmiş 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 04 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 təyin olunan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza əsas cəza çəkilib qurtardıqdan sonra icra edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Dövlət büdcəsi hesabından Müdafiəçi1 üçün 500 (beş yüz) manat, digər Müdafiəçi4 üçün isə 206 (iki yüz altı) manat pul onların vəkil işlədikləri Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada 92 (doxsan iki) manat 30 (otuz) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Göygöl RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmiş Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilə baxış zamanı aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,31 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 3,734 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 6,133 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, süngü bıçaq və bir ədəd elektron tərəzi məhv edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-61/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-61/2025
17.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver