Məhkəmə qərarları › İş №1(100)-62/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-62/2021

24.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-62/2021 24.05.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və Bağırov Məhəmməd Ənvər oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: X29 oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 X6, onun qanuni nümayəndəsi X3, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və onların müdafiəçiləri Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi3, Müdafiəçi4 və Ağstafa rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə, 19 iyun1990-cı il tarixdə Ağstafa rayonu, Pirili kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Ağstafa rayonu, Pirili kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3, 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair, xx.xx.1995-ci il tarixdə Türkmənistan Respublikası, Bektaş vilayətində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, işsiz, Ağtafa şəhəri, Təcürbə tarlasında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair, 26.06.2000-ci il tarixdə Ağstafa rayonu, Muğanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, işsiz, Ağstafa rayonu, Muğanlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 xx.xx.1993-cü il tarixdə Ağstafa rayonu, Yenigün kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, Ağstafa rayonu, Yenigün kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 29 iyun 2020-ci il tarixdə, saat 04 radələrində tamah niyyəti, özgə əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 məxsus Ağstafa rayonu, Pirili kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı bağ sahəsindəki dəmir torla əhatəyə alınmış tövləyə qanunsuz olaraq daxil olmaqla, tövlədən 1 baş, erkək yerli cins, 18 kq çəkidə, 120 manat dəyərində quzunu, 1 baş erkək yerli cins, 18 kq çəkidə, 120 manat dəyərində quzunu, 1 baş dişi yerli cins, 18 kq çəkidə, 120 manat dəyərində quzunu gizli olaraq talamaqla, zərərçəkmiş şəxsə ümumilikdə 360 manat dəyərində maddi zərər vurmaqla oğurluq etmişdir. Bundan başqa o, 08 iyul 2020-ci il tarixdə, saat 12 radələrində cinsi ehtirasını təmin etmək məqsədi ilə, onun üçün aşkar surətdə 14 yaşına çatmayan xx xxxxxx 2009-cu il təvəllüdlü X8 zorla sonuncunun yaşadığı evdən təxminən 1,3 kilometr aralıda, Ağstafa rayonu, Pirili kəndi ərazisindəki su kanalının yaxınlığında yerləşən dərəyə apararaq Elgün Məmmədova zor tətbiq etməklə, köməksiz vəziyyətindən istifadə edib onun əynində olan boz rəngli şalvarını dizinə qədər aşağı endirməklə ehtirasdan gərilmiş cinsiyyət orqanını Elgün Məmmədovun arxa keçəcək nahiyyəsinə daxil edərək, Elgün Məmmədova arxa keçəcək nahiyyəsində qançır və cırılma ilə müşayiət edilən xəsarət yetirib cinsi ehtirasını pozğun formada təmin edərək uşaqbazlıq etmişdir. Təqsirləndirilən şəxs2 tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 10 iyul 2020-ci il tarixdə saat 02 radələrində tamah niyyəti, özgə əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 məxsus Ağstafa rayonu, Poylu kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı bağ sahəsindəki dəmir torla əhatəyə alınmış tövləyə qanunsuz olaraq daxil olmaqla, tövlədən 1 baş, yerli cins, erkək, 30 kq çəkidə 200 manat dəyərində quzunu və 1 ədəd, erkək, yerli cins, 14 kq çəkidə 100 manat dəyərində quzunu gizli olaraq talamaqla zərərçəkmiş şəxsə ümumilikdə 300 manat dəyərində maddi zərər vurub oğurluq etmişdir. Təqsirləndirilən şəxs4 tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 29 iyun 2020-ci il tarixdə saat 04 radələrində tamah niyyəti, özgə əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 məxsus Ağstafa rayonu, Pirili kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı bağ sahəsindəki dəmir torla əhatəyə alınmış tövləyə qanunsuz olaraq daxil olmaqla, tövlədən 1 baş, erkək, yerli cins, 18 kq çəkidə, 120 manat dəyərində quzunu, 1 baş, erkək, yerli cins, 18 kq çəkidə, 120 manat dəyərində quzunu, 1 baş, dişi, yerli cins, 18 kq çəkidə, 120 manat dəyərində quzunu gizli olaraq talamaqla, zərərçəkmiş şəxsə ümumilikdə 360 manat dəyərində maddi zərər vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 10 iyul 2020-ci il tarixdə saat 02 radələrində tamah niyyəti, özgə əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 məxsus Ağstafa rayonu, Poylu kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı bağ sahəsindəki dəmir torla əhatəyə alınmış tövləyə qanunsuz olaraq daxil olmaqla, tövlədən 1 baş, yerli cins, erkək, 30 kq çəkidə 200 manat dəyərində quzunu və 1 ədəd, erkək, yerli cins, 14 kq çəkidə 100 manat dəyərində quzunu gizli olaraq talamaqla zərərçəkmiş şəxsə ümumilikdə 300 manat dəyərində maddi zərər vurub oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 29 iyun 2020-ci il tarixdə saat 04 radələrində tamah niyyəti, özgə əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 məxsus Ağstafa rayonu, Pirili kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı bağ sahəsindəki dəmir torla əhatəyə alınmış tövləyə qanunsuz olaraq daxil olmaqla, tövlədən 1 baş, erkək, yerli cins, 18 kq çəkidə, 120 manat dəyərində quzunu, 1 baş, erkək, yerli cins, 18 kq çəkidə, 120 manat dəyərində quzunu, 1 baş, dişi, yerli cins, 18 kq çəkidə, 120 manat dəyərində quzunu gizli olaraq talamaqla, zərərçəkmiş şəxsə ümumilikdə 360 manat dəyərində maddi zərər vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 10 iyul 2020-ci il tarixdə saat 02 radələrində tamah niyyəti, özgə əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 məxsus Ağstafa rayonu, Poylu kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı bağ sahəsindəki dəmir torla əhatəyə alınmış tövləyə qanunsuz olaraq daxil olmaqla, tövlədən 1 baş, yerli cins, erkək, 30 kq çəkidə 200 manat dəyərində quzunu və 1 ədəd, erkək, yerli cins, 14 kq çəkidə 100 manat dəyərində quzunu gizli olaraq talamaqla zərərçəkmiş şəxsə ümumilikdə 300 manat dəyərində maddi zərər vurub oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Ağstafa şəhərində kirayə yaşayır, iki övladı var, fəhləliklə məşğul olmaqla sahələrdə ot bağlamaları yığaraq dolanır. 08.07.2020-ci il tarixdə, səhər tezdən yuxudan oyanıb işə getmək üçün Ağstafa rayonu, Pirili kəndinə getmişdir. O, kənddə olanda onunla birlikdə ot doldurmağa gedən iş yoldaşına zəng etmiş, iş yoldaşı isə ona birazdan gələcəyini demişdir. Yük doldurmaq üçün maşını idarə edən Elşadla danışmışdır ki, Pirilidən keçəndə onu da götürsün. Saat 8-də Elşad onu maşınla götürməli olsada, götürməmiş, o da kənddə qaldığı üçün biraz sərin su içmək üçün kənd yaxınlığında yerləşən hərbi hissənin yanındakı arteziana doğru getmişdir. O, su içdikdən sonra daha işə gedə bilməmiş, biraz yatıb dincəlmək üçün artezianın yanında uzanmış və orada yuxuya getmişdir. Biraz yatdıqdan sonra yaxınlıqdan keçən Şadət adlı şəxs ona yerdə uzanmamasını, gedib yaxınlıqda olan yataqdakı çarpayıda uzanmasını demişdir. O da Şadətə biraz yatıb gedəcəyini, maşın gözlədiyini pres doldurmağa gedəsi olduğunu demişdir. O, yerdə yatanda səs gəldiyini eşitmiş və oyanmışdır. Ayağa qalxanda yaxınlıqda yaşayan Elgün adlı azyaşlı uşağın artezianın altında çimdiyini görmüş, onun əynində ağrəngli mayka, tünd boz rəngli spartivni olmuş, o, Elgünün üstünə qışqıraraq “get evinizə hava soyuqdur, yoxsa xəstələnərsən” demişdir. Elgün isə ona çimməyi xoşladığını bildirdikdə, o cavabında Elgünə yaxınlıqdan kanal olduğunu, ora getdiyini, getmək istəyirsə onunla getməsini demişdir. Elgün sudan çıxmış, onunla birlikdə dərələrin arası ilə getməyə başlamış, onlar təxminən artezianın yanından bir kilometr uzaqlaşmış və dərənin arasında olan ağacların yanında dayanmışlar. Onlar ağacların yanında dayananda Elgün özü ona cinsiyyət orqanını çıxarmasını demişdir. O da şalvarını dizinə qədər aşağıya çəkmiş və öz cinsiyyət orqanını çölə çıxarmış, ehtiraslandığı üçün onun cinsiyyət orqanı gərginləşmiş vəziyyətdə olmuş, ona görə də Elgünün əynində olan idman şalvarını dizinə qədər aşağıya çəkmişdir. Elgünün arxası ona tərəf olmuş, əllərini isə yerə qoymuşdur. O, isə ayağı üstə Elgünün arxasına yaxınlaşmış və iki əli ilə Elgünün belindən tutub özünə yaxınlaşdırmışdır. Sonra isə öz cinsiyyət orqanını Elgünün arxa dəliyinə yerləşdirmişdir. Əli ilə Elgünün belindən tutub özünə sıxsa da cinsiyyət orqanı birinci dəfə Elgünün arxa keçəcək nahiyyəsinə girməmişdir. Sonra o, cinsiyyət orqanını Elgünün arxasından çıxarıb tüpürcəkləmiş və yenidən Elgün Məmmədovun arxa anus dəliyinə yerləşdirmişdir. Yerləşdirdikdən sonra Elgünün belinin orta hissəsindən tutub öz cinsiyyət orqanını möhkəm Elgünün arxa anus dəliyinə salmışdır. O, öz cinsiyyət orqanını Elgünün arxa anus dəliyinə bir neçə dəfə salıb çıxarmışdır. Elgün isə ağlamaq istəmiş, ona «ağrıdır, çıxart» demişdir. O, həmin vaxt Elgünün arxa nahiyyəsinin qanadığını, öz cinsiyyət orqanında Elgünün arxa anus dəliyindən gələn qana bulaşdığını görmüşdür. Sonra cinsiyyət orqanını Elgünün arxa anus dəliyindən çıxarmış və yerə boşalmışdır. Bundan sonra o, Elgünün şalvarını yuxarı çəkmişdir. Elgünün əynində alt geyim paltarı olmamışdır. O, boşaldıqdan sonra yerdə olan kağız parçasını götürmüş və qana bulaşmış cinsiyyət orqanını kağızla sildikdən sonra həmin kağızı yerə atmışdır. Bundan sonra Elgünlə birlikdə dərədən qalxıb kəndə doğru gəlmişdir. Elgün onunla birlikdə yuxarıda olan artezianın yanına kimi gəlmişdir. Bundan sonra o, Ağstafa rayon Pirili kəndində yaşayan atasıgilin evlərinə getmişdir, Elgün isə öz evlərinə getmişdir. O, Elgünlə bir dəfə cinsi əlaqədə olmuşdur. O, Elgün Məmmədovu zorla dərəyə aparmamış, Elgün özü onunla getmişdir. Bundan başqa o, Ağstafa rayon sakinləri Fərid və Talehi təxminən 5 ay olar ki, tanıyır. Təxminən 2 ay bundan əvvəl, yəni 2020-ci ilin iyun ayının axırlarında o, Fərid və Taleh Ağstafa rayon dəmiryol vağzalının yaxınlığında görüşüb söhbət edərkən o, Fərid və Talehə uşağının xəstə olduğunu və ona pul lazım olduğunu demişdir. Bundan sonra o, onlara Ağstafa rayonunda kəndlərdən birinə gedib oradan heyvan oğurlayıb, pul əldə etmələrini təklif etmiş, onlar da onunla razılaşmışlar. Bundan sonra o, Fəridə və Talehə Ağstafa rayonu, Pirili kəndində ətrafı çəpərlənmiş bağ kimi yer olduğunu, həmin yerdə xırda buynuzlu heyvanlar saxlanıldığını, oradan heyvan oğurlamağı təklif etmişdir. Həmin gecə saat 02 radələrində o, Fərid və Taleh birlikdə tanımadığı taksi ilə Ağstafa rayonu, Pirili kəndinə getmiş, kəndə çatanda taksidən düşmüşlər və piyada Pirili kəndinə getmişlər. Pirili kəndinə çatdıqdan sonra həmkəndlisi Zərərçəkmiş şəxs3 yaşadığı evin qarşısına getmiş, Əlövsətin evinin yan tərəfində ətrafı çəpərlənmiş bağ sahəsi olmuş və həmin bağ sahəsində xırda buynuzlu heyvanlar olmuşdur. O, Fərid və Taleh hər üçü bağ sahəsinin arxa tərəf qapısından bağa daxil olmuşlar, hərəsinə bir baş quzu, yəni üç baş quzu götürərək bağdan çıxmışlar. Bundan sonra o, mobil telefonu ilə əvvəllər tanıdığı «0066» taksi xidmətində işləyən adını xatırlamadığı bir şəxsə zəng etmiş və onları Ağstafa şəhərinə aparsını xahiş etmişdir. Həmin şəxs də o, dediyi yerə gəlmiş, hər üçü taksiyə oturmuş, heyvanları da avtomobilin yük yerinə qoyaraq Ağstafa şəhər istiqamətində hərəkət etməyə başlamışlar. Yolda həmin taksi sürücüsü ondan heyvanları satıb satmadığını soruşmuş, o da satmağa apardığını demiş və həmin taksi sürücüsü də almaq istədiyini bildirmişdir. Ağstafa şəhərinə çatdıqdan sonra taksi sürücüsü bir nəfər tanımadığı cavan oğlanı zəng edib çağırmış, o da heyvanlara baxmışdır. Bundan sonra o, heyvanları ümumilikdə 270 manata həmin taksi sürücüsünə satmış və əldə etdiyi pulu da aralarında üç yerə bölmüşlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2020-ci ilin mart ayının əvvəllərinə qədər Ağstafa şəhərində internet və oyun klubu işlətmiş, hal-hazırda heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs4 təxminən N ilə qədərdir ki, tanıyır, onu metal yığımı ilə məşğul olan şəxs kimi tanıyır, münasibətləri yaxşı olmuş, Təqsirləndirilən şəxs2 və Zahid adlı şəxsi işlətdiyi komyuter salonundan tanımış, oradan münasibəti yaranmışdır. Təxminən 2 ay bundan əvvəl Taleh, Zahid və o, Ağstafa şəhərində dəmir yol vağzalında söhbət edərkən Zahid övladını həkimə aparmalı olduğunu və kreditinin olduğunu demiş, bu zaman o da krediti olduğunu demiş, Taleh də pul problemi olduğunu demişdir. Bu zaman onlar quzu oğurlayıb sataraq, problemlərini həll etmək qərara gəlmişlər. Bu zaman Zahid Pirili kəndində bağ kimi yer olduğunu, orada xırdabuynuzlu heyvan saxlanıldığını, oradan heyvan oğurlaya biləcəklərini bildirmişdir. Bundan sonra gecə gedib oradan oğurluq etməyi məsləhətləşmişlər. Həmin gün gecə saat 02 radələrindən sonra hər üçü Ağstafa şəhəri dəmiryol vağzalının qarşısında görüşmüş, Zahid “*0066” taksi xidmətindən taksi sifariş vermiş, bir neçə dəqiqədən sonra tanımadığı bir şəxsin idarə etdiyi qara rəngli bir avtomobil onlara yaxınlaşmışdır. Həmin avtomobillə Pirili kəndi ərazisinə gedərək “Yaşıl Göl” restoranından təxminən 150-200 metr Pirili kəndi istiqamətində taksidən enmişlər. Düşdükləri yerdən piyada Zahidin göstərdiyi yolla, yonca sahəsinin içi ilə bir evə yaxınlaşmışlar. Evin yaxınlığından su kanalı keçdiyindən əvvəlcə Talehlə o, su kanalının kənarında gözləmiş, Zahid isə su kanalını keçərək evə getmiş və həmin evdən 1 baş xırdabuynuzlu quzu gətirmişdir. Zahid quzunu gətirdikdən sonra əvvəlcə Talehə təklif etmişdir ki, quzu onun yanında qalsın, Talehlə gedib digər quzuları gətirsinlər. Bu zaman Taleh razı olmamış və getmək istəməmişdir ki, yer suludur, ayağı palçıq ola bilər. Bu zaman Zahid həmin təklifi ona etmiş, o, Zahidlə razılaşmışdır. Razılaşdıqdan sonra Zahidlə birlikdə evə tərəf getmiş və bağ kimi yerin kənarına çəkilmiş dəmir tordan bağa daxil olmuşdur. Zahidlə birlikdə bağda olan heyvan tövləsinə yaxınlaşmışlar, tövlənin qapısına çatanda Zahid tövlənin taxtadan olan zirəzəsini açmış, o, tövləyə girməyərək tövlənin kənarında gözləmiş, Zahid isə tövləyə daxil olaraq oradan iki baş xırdabuynuzlu heyvan çıxarmışdır. Heyvanın birini Zahid, digərini isə o, ayaqlarından götürərək gəldiyi yolla geri qayıtmışlar. Onları gözləyən Talehin yanına çatdıqdan sonra, Zahid heyvanları kənddə olan qohumlarının evinə aparmağı məsləhət görmüşdür. Bundan sonra Zahid dediyi kimi etmiş, heyvanları Zahidin qohumu dediyi evinə aparmışdır. Zahid qohumlarıgilin evinin qapısını açdıqdan sonra heyvanları həmin evin həyətinə salmış, həmin evdə heç kim olmamışdır. Orada Zahid məsləhət bilmişdir ki, heyvanları Ağstafa şəhərinə gətirərək, Ağstafa şəhərində kirayədə yaşadığı evə qoyub, səhər açıldıqdan sonra satsınlar. Bu zaman o və Taleh Zahidlə razılaşmış və Zahid yenidən “*0066” xidmətinə zəng vuraraq taksi sifariş vermişdir. Bir neçə dəqiqədən sonra sürücüsünü tanımadığı və markasını xatırlamadığı bir taksi oraya gəlmiş və heyvanları taksinin yük yerinə yerləşdirib, özü də taksiyə əyləşib Ağstafa şəhəri istiqamətində gəlməyə başlamışdır. Yolda olan zaman taksi sürücüsü heyvanlarla maraqlanmağa başlamış, bu zaman Zahid heyvanların özünün olduğunu və satmaq üçün bazara apardığını demişdir. Bu vaxt taksi sürücüsü heyvanları almaq istədiyini bildirmişdir. Söhbət edə-edə onlar Ağstafa şəhərinə Ağstafa RMX-nın qarşısına çatmışlar və taksidən enmişlər. Taksidən endikdən sonra Zahid heyvanları taksi sürücüsünə 260 manat pula satmış, taksi sürücüsünə də 10 manat yol haqqı vermiş və taksi sürücüsü çıxıb getmişdir. Bundan sonra həmin puldan 70 manat o, 70 manat Taleh, yerdə qalan pulu isə Zahid götürmüşdür. Pulu böldükdən sonra öz evinə getmişdir, həmin gün günorta saatlarında o, payına düşən pulla kreditini ödəmişdir. Krediti ödədikdən sonra Ağstafa şəhərində Zahidi ailəsi ilə birlikdə Ağstafa şəhərində kənardan görmüş, bundan sonra Zahidi ümumiyyətlə görməmişdir. Bundan başqa Zahid və Talehlə birlikdə etdiyi oğurluqdan təxminən 1 ay sonra Rəşadın sələm borcu olmuş və həmin sələmi ödəyə bilməmişdir, bir neçə tanış adamlardan borc istəsə də Rəşada heç kim borc verməmişdir. Rəşadın sələmə olan borcunu bağlamaq üçün 09.07.2020-ci il tarixdə Ağstafa şəhərində çayxanada oturub çay içə-içə söhbət edən zaman Rəşad, Taleh və o, belə qərara gəlmişlər ki, hər hansı bir yerdən 1 və ya 2 baş xırdabuynuzlu heyvan oğurlayıb Rəşadın sələmini bağlasınlar. Həmin gün saat 00 radələrində Ağstafa şəhərində görüşmüşlər. Bir qədər Ağstafa şəhərində gəzişdikdən sonra Ağstafa şəhərindən Poylu kəndi istiqamətində dəmir yolunun kənarında olan zibil tullantılarının yaxınlığında 2 baş atın yerə mıxçalanmış vəziyyətdə otladığını görmüşdür. Bu zaman Rəşad təklif etmişdir ki, atları minib Poylu kəndinə getsinlər. Bundan sonra Rəşad bir atın, Taleh isə digər atın mıxçasına çıxararaq atlara minmişlərr. Onlar mindikdən sonra o da Rəşadın mindiyi ata, Rəşadın arxasına minmişdir. Bu dəfə Ağstafa rayon Poylu kəndi istiqamətində getməyə başlamışlar. Bir qədər gedib, boş sahəyə çıxmışlar. Boş sahədən gedib kənd yoluna çıxan zaman kəndin içərisindən qoyun-quzu səsi eşidib dayanmışlar. Dayandıqdan sonra baxmışlar ki, səs gələn evin həyətində xırdabuynuzlu heyvanlar var. Bu zaman atları Rəşad və Taleh evdən bir qədər kənara bağlamış və birlikdə evə yaxınlaşmışlar. O, evin hasarının yol tərəfində gözləmiş, Talehlə Rəşad isə hasardan evin həyətinə tullanmışlar. Təxminən 5 dəqiqədən sonra Rəşad və Taleh hasara yaxınlaşıb xırdabuynuzlu 2 baş quzunu ona vermişlər, sonra özləri də hasarda yol tərəfə keçmişlər. Bundan sonra quzuları götürüb atların yanına gəlmiş, quzuları ata yükləmiş, özləri də atlara minib çöllük kimi yolla Ağstafa şəhərinə gəlmişlər. Ağstafa şəhərinə gəldikdən sonra oradan Ağstafa rayon Yenigün kəndinə gəlmişlər. Orada 2 baş xırdabuynuzlu heyvanı Yenigün kənd orta məktəbinin arxasında yerləşən və ailəsinə məxsus, içərisində yarımtikili olan sahəyə buraxmışlar. Heyvanları saxladıqdan sonra hər üçü gedərək atları götürdükləri yerə mıxçalamışlar. Bundan sonra xırdabuynuzlu heyvanları saxladığı yerə gələrək bir müddət orada qalmışlar. Sonra hər üçü heyvanları satmaq üçün adam axtarmağa başlamışlar. O, Ramiz adlı tanışına zəng vurub satılıq quzu olduğunu demişdir. Ramiz bir neçə dəqiqədən sonra zəng vuraraq Yenigün kənd sakini, onun da üzdən tanıdığı və evlərinin yerini bildiyi Elxan adlı şəxsin quzuları almaq istədiyini demişdir. Bundan sonra Rəşad quzuların yanında Talehlə o, Elxangilə getmişlər. Elxanla söhbət zamanı Talehi göstərərək quzuların Talehə məxsus olduğunu demiş və onun satdığını bildirmişdir. Bundan sonra Elxan quzulara baxmağa gəlmiş və quzuları bəyəndikdən sonra qiymətlərini soruşmuşdur. Taleh də “nə verərsən” demişdir. Bu zaman Elxan 300 manat demişdir. Taleh Elxanla razılaşdıqdan sonra Elxan özü quzuların ayağını bağlayaraq “Vito” markalı avtomobilinə qoymuş və birlikdə Elxangilə getmişlər. Elxangildə Elxan özü quzuları düşürmüşdür. Bu zaman o, küçəyə çıxmış, bir neçə dəqiqədən sonra Rəşadla Taleh də küçəyə çıxmışlar. Oradan birlikdə Ağstafa rayon Səməd Vurğun adına parka gəlmişlər, parkda Taleh həmin puldan 205 manatını sələm üçün Rəşada vermiş, sonra 25 manat ona vermiş və yerdə qalan pulla isə Talehlə Rəşad Bakı şəhərinə getmişlər. O, isə ona verilən 25 manat pulu kreditinə vermişdir. Elxan adlı şəxs və taksi sürücüsü xırda buynuzlu heyvanları alan zaman həmin heyvanların oğurluq olduqlarını bilməmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Rəşadı, Zahidi və Fəridi tanıyır, belə ki, Rəşadı təxminən 8-9 ildən artıq olar tanıyır, Rəşad da əvvəllər dəmir yığıb satmaqla məşğul olmuşdur. Fəridi isə N il olar ki, tanıyır, Fərid əvvəllər kompyuter oyunları salonu işlətmişdir. Zahidi isə təxminən 2 ay olar ki, tanıyır, Zahid teztez Fəridin işlətdiyi kompyuter salonuna gəlmiş və orada tanış olmuşlar. Onların hər üçü ilə münasibətləri normal olmuşdur. Təxminən 2 ay bundan əvvəl Fərid, Zahid və o, Ağstafa şəhərində dəmir yol vağzalında söhbət etmiş, söhbət zamanı Zahid övladını həkimə aparmalı olduğunu və kreditinin olduğunu demişdir. Bu zaman Fərid də krediti olduğunu demiş, o da pul problemi olduğunu bildirmişdir. Bu zaman qərara gəlmişlər ki, quzu oğurlayıb sataraq, problemlərini həll etsinlər. Bu zaman Zahid bildirmişdir ki, Pirili kəndində bağ kimi yer var, orada xırdabuynuzlu heyvan saxlanılır, oradan heyvan oğurlaya bilər. Bundan sonra məsləhətləşmişlər ki, gecə gedib oradan oğurluq etsinlər. Həmin gün gecə saat 02 radələrindən sonra hər üçü Ağstafa şəhəri dəmiryol vağzalının qarşısında görüşmüşlər, Zahid “*0066” taksi xidmətindən taksi sifariş vermiş, bir neçə dəqiqədən sonra tanımadığı bir şəxsin idarə etdiyi qara rəngli “Mercedes” markalı bir avtomobil onlara yaxınlaşmışdır. Həmin avtomobillə Pirili kəndi ərazisinə gedərək “Yaşıl Göl” restoranından təxminən 150-200 metr Pirili kəndi istiqamətində taksidən enmişlər. Taksi geri qayıtmışdır. Düşdükləri yerdən piyada Zahidin göstərdiyi yolla, yonca sahəsinin içi ilə bir evə yaxınlaşmışlar. Evin yaxınlığından su kanalı keçmiş, əvvəlcə Fəridlə o, su kanalının kənarında gözləmiş, Zahid isə kanalı keçərək evə getmiş və həmin evdən 1 baş xırdabuynuzlu quzu gətirmişdir. Zahid quzunu gətirdikdən sonra əvvəlcə ona təklif etmişdir ki, quzu Fəridin yanında qalsın o isə Zahidlə birlikdə gedib digər quzuları da gətirsinlər. Bu zaman o, getmək istəməmiş, bel olan halda Zahid həmin təklifi Fəridə etmiş, Fərid də Zahidlə razılaşmışdır. O, kanalın kənarında qalmış Zahidlə Fərid evə tərəf gedərək hərəsi əlində 1 baş xırdabuynuzlu quzu ilə geri qayıtmışlar. Zahid heyvanları kənddə olan evlərinə aparmağı məsləhət görmüşdür. Bundan sonra Zahid dediyi kimi etmiş, heyvanları Zahidin evi dediyi yerə aparmışlar. Zahid evinin qapısını açdıqdan sonra heyvanları həmin evin həyətinə salmışdır. Həmin evdə heç kim olmamışdır. Orada Zahid məsləhət bilmişdir ki, heyvanları Ağstafa şəhərinə gətirərək, Ağstafa şəhərində kirayədə yaşadığı evə qoysun, səhər açıldıqdan sonra satsınlar. Bu zaman o və Fərid Zahidlə razılaşmış və Zahid yenidən “*0066” xidmətinə zəng vuraraq taksi sifariş vermişdir. Bir neçə dəqiqədən sonra hündür boylu, ağ bəniz, qara saçlı, 35 yaşlarında sürücüsü olan “VAZ 21015”markalı, nömrəsinə fikir vermədiyi bir taksi oraya gəlmiş və heyvanları taksinin yük yerinə yerləşdirib, özü də taksiyə əyləşib Ağstafa şəhərinə yola düşmüşdür. Yolda taksi sürücüsü heyvanlarla maraqlanmağa başlamışdır. Bu zaman Zahid heyvanlarının özünün olduğunu və satmaq üçün bazara apardığını demişdir. Bu vaxt taksi sürücüsü “niyə dağadaşa düşürsən, mənə sat” demişdir. Söhbət edə-edə onlar Ağstafa şəhərinə çatmış və Ağstafa RMX-nın qarşısında taksidən enmiş və taksidən endikdən sonra heyvanları həmin taksi sürücüsünə 260 manat pula satmış, həmin taksi sürücüsü heyvanları aldıqdan sonra Zahiddən 10 manat yol haqqı alıb çıxıb getmişdir. Bundan sonra Zahid həmin puldan 70 manat ona, 70 manat Fəridə vermiş, yerdə qalan pulu isə Zahid özü götürmüşdür. Pulu böldükdən sonra hərəsi öz evinə getmiş, həmin gün günorta saatlarında o, payına düşən pulla özünə bazardan pal-paltar almışdır. Bundan sonra o, Zahidi görməmiş, təxminən 15 gün sonra eşitmişdir ki, Zahid türmədədir. Bundan başqa Zahid və Fəridlə birlikdə etdiyi oğurluqdan təxminən 1 ay sonra Rəşadın sələm borcu olmuş və həmin sələmi ödəyə bilməmişdir, bir neçə tanış adamlardan borc istəsə də Rəşada heç kim borc verməmişdir. Rəşadın sələmə olan borcunu bağlamaq üçün 09.07.2020-ci il tarixdə Ağstafa şəhərində çayxanada oturub çay içə-içə söhbət edən zaman Rəşad, Fərid və o, belə qərara gəlmişlər ki, hər hansı bir yerdən 1 və ya 2 baş xırdabuynuzlu heyvan oğurlayıb Rəşadın sələmini bağlasınlar. Həmin gün saat 00 radələrində Ağstafa şəhərində görüşmüşlər. Bir qədər Ağstafa şəhərində gəzişdikdən sonra Ağstafa şəhərindən Poylu kəndi istiqamətində dəmir yolunun kənarında olan zibil tullantılarının yaxınlığında 2 baş atın yerə mıxçalanmış vəziyyətdə otladığını görmüşlər. Bu zaman Rəşad təklif etmişdir ki, atları minib Poylu kəndinə getsinlər. Bundan sonra Rəşad bir atın, o, isə digər atın mıxçasına çıxararaq atlara minmişlər. Atlara mindikdən sonra Fərid də Rəşadın mindiyi ata, Rəşadın arxasına minmişdir. Bu dəfə Ağstafa rayon Poylu kəndi istiqamətində getməyə başlamışlar. Bir qədər gedib, boş sahəyə çıxmışlar. Boş sahədən gedib kənd yoluna çıxan zaman kəndin içərisindən qoyun-quzu səsi eşidib dayanmışlar. Dayandıqdan sonra baxmışdır ki, səs gələn evin həyətində xırdabuynuzlu heyvanlar vardır. Bu zaman atları Rəşad və o, evdən bir qədər kənara bağlamış və birlikdə evə yaxınlaşmışlar. Fərid evin hasarının yol tərəfində gözləmiş, onunla Rəşad isə hasardan evin həyətinə tullanmışlar. Həyətdə olan xırdabuynuzlu heyvanlardan əvvəlcə 1 baş quzunu hasardan keçirib Fəridə vermişlər, Fərid həmin quzunu saxlayarkən Rəşadla o, ikinci, quzunu hasardan Fəridə vermişlər. Orada heyvanların ayaqlarını yoldan tapdığı ot bağlaması kəndiri ilə bağlayıb atlara mindirdikdən sonra özləri də atlara minib çöllük kimi yolla Ağstafa şəhərinə gəlmişlər. Oradan Ağstafa rayon Yenigün kəndinə gəlmişlər. Orada 2 baş xırdabuynuzlu heyvanı Yenigün kənd orta məktəbinin arxasında yerləşən və Fəridin ailəsinə məxsus, içərisində yarımtikili olan sahəyə buraxmışlar. Bundan sonra atları aparıb götüdüyü yerə mıxçalamış və yenidən qoyunları saxladığı yerə qayıtmışlar. Bundan sonra özləri də bir müddət orada qalmışlar. Sonra hər üçü heyvanları satmaq üçün adam axtarmağa başlamışlar. Fərid Ramiz adlı tanışına zəng vurub satılıq quzu olduğunu demişdir. Ramiz bir neçə dəqiqədən sonra Fəridə zəng vuraraq Yenigün kənd sakini Elxan adlı şəxsin quzuları almaq istədiyini demişdir. Bundan sonra Rəşad quzuların yanında qalmış, onunla Fərid isə Elxangilə getmişlər. Bir neçə dəqiqədən sonra Elxan quzulara baxmağa gəlmiş və quzuları bəyəndikdən sonra qiymətlərini soruşmuşdur. O da “nə verərsən” demişdir. Bu zaman Elxan 300 manat demişdir. O, Elxanla razılaşdıqdan sonra Elxan özü quzuların ayağını bağlayaraq “Vito” markalı avtomobilinə qoymuş və birlikdə Elxangilə getmişlər. Elxangildə Elxan özü quzuları düşürmüşdür. Elxan bundan sonra 300 manat sayıb ona vermişdir və küçəyə çıxmışlar. Oradan birlikdə Ağstafa rayon Səməd Vurğun adına parka gəlmişlər, parkda o, həmin puldan 205 manatını sələm üçün Rəşada vermiş, sonra 25 manat Fəridə vermiş və yerdə qalan pulla isə Rəşadla o, Bakı şəhərinə iş tapıb işləməyə getmişlər. Elxan adlı şəxs və taksi sürücüsü xırda buynuzlu heyvanları alan zaman həmin heyvanların oğurluq olduğunu bilməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Talehi və Fəridi tanıyır, Zahidi isə tanımır. Talehlə təxminən 10 il əvvəl tanış olmuş, belə ki, o, əvvəllər dəmir yığıb satmaqla məşğul olmuşdur, Taleh də eynən onun kimi dəmir yığıb satmaqla məşğul olmuş, tanışlığı həmin vaxtdan başlamışdır. Fəridi isə 2-3 ay olar ki, tanıyır, Fəridlə onu Taleh tanış etmiş, Fərid əvvəllər Ağstafa şəhərində yerləşən dəmiryol vağzalında kompyuter oyun salonu işlətmişdir. 09.07.2020-ci il tarixdə saat 20-21 radələrində Taleh və Fəridlə Ağstafa şəhərində görüşüb çayxanada çay içmişlər. Çay içən zaman bildirmişdir ki, sələmi var və ödəyə bilmir, hətta Fərid və Talehdən də borc pul istəsə də onlar da pullarının olmadığını demişlər. Həmin vaxt hər üçü belə qərara gəlmişlər ki, hər hansı bir yerdən 1 və ya 2 baş xırdabuynuzlu heyvan oğurlayıb onun sələmini bağlasınlar. Oğurluq etmək məqsədi ilə həmin gün saat 00 radələrində Ağstafa şəhərində görüşmüşlər. Bir qədər Ağstafa şəhərində gəzişdikdən sonra Poylu kəndi istiqamətində dəmir yolunun kənarında olan zibil tullantılarının yaxınlığında 2 baş atın yerə məxçalanmış vəziyyətdə otladığını görmüşlər. Bu zaman o, təklif etmişdir ki, atlarla Poylu kəndinə getsinlər. Bundan sonra o, bir atın, Taleh isə digər atın mıxçasına çıxararaq atlara minmişlər. Onlar mindikdən sonra Fərid də onun mindiyi ata, onun arxasına minmişdir. Ağstafa rayon Poylu kəndi istiqamətində getməyə başlamışlar. Poylu kəndində asfalt yolun kənarında yerləşən, yanında traktor olan evin yanından keçən zaman evin həyətindən qoyun səsi gəlmiş və həyətinin alçaq beton dirəklərindən olan hasarından boylandıqda həyətdə xırdabuynuzlu heyvanların olduğunu görmüşdür. Bu zaman atları o və Taleh evdən bir qədər kənara bağlamış və birlikdə evə yaxınlaşmışlar. Fərid evin hasarının yol tərəfində gözləmiş, Talehlə o, isə hasardan evin həyətinə tullanmışlar. Həyətdə olan xırdabuynuzlu heyvanlardan əvvəlcə 1 baş quzunu hasardan keçirib Fəridə vermişlər, Fərid həmin quzunu saxlayarkən Talehlə o, ikinci, bir qədər iri heyvanı hasardan Fəridə vermişlər. Orada heyvanların ayaqlarını yoldan tapdığı ot bağlaması kəndiri ilə bağlayıb atlara mindirdikdən sonra özüləri də atlara minib çöllük kimi yolla Ağstafa şəhərinə gəlmişlər. Oradan Ağstafa rayon Yenigün kəndinə gəlmişlər. Orada 2 baş xırdabuynuzlu heyvanı Yenigün kənd orta məktəbinin arxasında yerləşən və Fəridin ailəsinə məxsus, içərisində yarımtikili olan sahəyə buraxmışlar. Bundan sonra atları aparıb götürdüyü yerə mıxçalamış və yenidən qoyunları saxladığı yerə qayıtmışlar. Bundan sonra özləri də bir müddət orada qalmışlar. Sonra hər üçü heyvanları satmaq üçün adam axtarmağa başlamışlar. Fərid Ramiz adlı tanışına zəng vurub satılıq quzu olduğunu demişdir. Ramiz bir neçə dəqiqədən sonra Fəridə zəng vuraraq Yenigün kənd sakini Elxan adlı şəxsin quzuları almaq istədiyini demişdir. Bundan sonra o, quzuların yanında qalmış, Talehlə Fərid isə Elxangilə getmişlər. Bir neçə dəqiqədən sonra Elxan quzulara baxmağa gəlmiş və quzuları bəyəndikdən sonra qiymətlərini soruşmuşdur. Taleh də “nə verərsən” demişdir. Bu zaman Elxan 300 manat demişdir. Taleh Elxanla razılaşdıqdan sonra Elxan özü quzuların ayağını bağlayaraq “Vito” markalı avtomobilinə qoymuş və birlikdə Elxangilə getmişlər. Elxangildə Elxan özü quzuları düşürmüşdür. Elxan bundan sonra 300 manat sayıb Talehə vermiş və küçəyə çıxmışdır. Oradan birlikdə Ağstafa rayon Səməd Vurğun adına parka gəlmiş, parkda Taleh həmin puldan 205 manatını sələm üçün ona vermiş, sonra 25 manat Fəridə vermiş və yerdə qalan pulla isə Talehlə o, Bakı şəhərinə iş tapıb işləməyə getmişlər. O, götürdüyü 205 manat pulu isə sələminə verib borcunu bağlamışdır. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş X16 ifadəsində göstərdi ki, o, Ağstafa rayon Pirili kəndində X38 ilə birlikdə yaşayır. X38 xadiməçi işləyir. 08.07.2020-ci il tarixdə səhər saat 9-da anası işə getmişdir. O, evdə tək qalmışdır. Onların yaşadığı evin həyətyanı bağ sahəsinin aşağı tərəfində su artezianı vardır. O, anası gələnə qədər gedib butulka ilə arteziandan su götürüb gəlməyi fikirləşmiş və evdən butulkaları götürüb bağla artezianın yanına getmişdir. Orada heç kim olmasada, həmkəndlisi Zahidin yerdə yatdığını görmüşdür. Qonşusu Mamed baba da arteziana yaxın qaldığı üçün Mamed babanı çağırmışdır ki, «gəl Zahid yerdə yatır». Mamed baba onun yanına gəlmiş və demişdir ki, «yerdə yatır qoy yatsın». Sonra Mamed getmişdir. O, artezianın yanında olanda qonşusu Gəncə şəhərindən qonaq gəlmiş Orxan adlı şəxsdə oraya gəlmiş, artezianın suyunu qoşmuşdur. Orxan da su doldurmuşdur. Zahid adlı şəxs hələ də yerdə uzanıqlı vəziyyətdə yatmışdır. Zahid özündə olmamışdır. Orxan əlində olan butulkasını su ilə doldurub Zahidin üzünə su tökmüşdür. Su tökəndə Zahid ayılmamış, sonra Orxan oradan çıxıb getmişdir. Orxan gedəndən biraz sonra Zahid ayağa durmuş, həmin vaxt o, oradan uzaqlaşmağa başlamış və yeriyib evinə doğru getmişdir. Zahid isə ayağa durub qaça-qaça onun arxasınca gəlmişdir. Zahid ona çatan kimi əli ilə onun ağzını tutmuş və onu qucağına alıb dərəyə tərəf aparmışdır. Onlar arteziandan təxminən 200-300 metr uzaqlaşmış və dərənin dibində olan ağacların yanına düşmüşlər. Həmin ağacların yanında Zahid «bura hərbi hissəyə yaxındır, birdən kimsə görər» demişdir. Zahid əli ilə onun ağzını tutmuşdur. Bundan sonra onlar dərənin arası ilə təxminən bir xeyli yol getmişlər. O,etirazını bildirdikcə Zahid onun əlindən tutub zorla aparmışdır. Həmin vaxt onun əynində boz rəngli idman şalvarı və ağ rəngli mayka olmuş, alt geyim paltarı isə geyinməmişdir. Zahidin saçları həmin vaxt biz-biz durmuş, ağzında isə qızıl dişləri olmuşdur. Zahid onu dərənin dibinə apardıqdan sonra ilkin olaraq şalvarının qabağını açmış və öz şalvarını dizinə qədər aşağıya çəkmişdir. Ona isə «ağzı üstə yerə uzan» demişdir. O, qorxmuş və ağlamaq istəyəndə Zahid ona demişdir ki, “əgər mənim dediklərimi etməsən səni öldürüb yerə basdıracam”. O, isə qorxduğu üçün Zahidin dediklərini etməyə başlamışdır. O, arxası Zahidə tərəf olmaqla ağzı üstə, əlləri yerdə dayanmışdır. Zahid əli ilə onun şalvarını dizinə qədər aşağıya çəkmişdir. Zahid onun şalvarını aşağı çəkəndə o, Zahidin cinsiyyət orqanını görmüş, Zahidin cinsiyyət orqanı gərilmiş vəziyyətdə olmuşdur. Zahid onun arxasında olmuş, ona demişdir ki, «aşağı tam əyil, arxan mənə tərəf iki əlinin üstündə dayan». O, Zahidin dediyini etmiş və aşağı əyilib iki əli yerdə arxası isə Zahidə tərəf dayanmışdır. Zahid onun arxasında olmuş, o, Zahidin üzünü görməmişdir. Zahid iki əli ilə onun arxa nahiyyəsini aralamış və cinsiyyət oqanını onun arxa dəliyinə soxmağa başlamışdır. Birinci dəfə Zahidin cinsiyət orqanı onun arxasına girəmişdir. O, Zahidə baxanda görmüşdür ki, Zahid əlini ağzına aparıb tüpürcəkləmiş və cinsiyyət orqanını yenidən onun arxasına soxmağa başlamışdır. Zahid cinsiyyət orqanının ucunu tüpürcəkli vəziyyətdə möhkəm onun arxasına soxmuşdur. Zahid bir əli ilə onun ağzını tutmuş, bir əli ilə isə onun ortasından özünə sıxmışdır. O, həmin vaxt güclü arğrı hiss etmişdir. Zahidin əlindən çıxmaq istəyəndə onu buraxmamış, o, isə ağlamağa başlamışdır. Zahid ona demişdir ki, “səsin çıxmasın, yoxsa səni öldürəcəm”. O isə qorxduğundan sakit dayanmışdır. Zahid cinsiyyət orqanını onun arxasına salıb çıxarmışdır. Zahid ilk dəfə başlayanda cinsiyyət orqanını yavaş-yavaş soxub çıxartmış, sonra isə cinsiyyət orqanını onun arxasına tez-tez daxil etməyə başlamışdır. Zahid öz cinsiyyət orqanını bir neçə dəfə onun arxasına salıb, çıxardıqdan sonra dayanmış və arxasının isindiyini hiss etmişdir. Sonra Zahid onu buraxmış və yerə oturmuşdur. Zahid balaca dəftər kimi nə isə çıxartmış, sonra onun adını, soyadını, ata adını və təvəllüdünü soruşmuşdur. Əlində olan qələmlə onun dediklərini həmin dəftərə yazmışdır. Zahid onun adını yazanda yerdə oturaqlı vəziyyətdə olmuş, Zahid onun adını yazdıqdan sonra o, ayağında olan çəkələklərin çıxdığını görmüş və ayağına geyinib Zahidin yanından dərə ilə yuxarıya doğru qaçmağa başlamışdır. O, qışqıra-qışqıra qaçmağa başlamışdır. Dərənin başına çatanda görmüşdür ki, Zahid onun arxasınca gəlir, arxadan ona “qaçma səni harda tutsam öldürəcəm” demişdir. O isə bağın yaxınlığında anasını görmüş və anasının yanına qaçmışdır. Zahid onun anasının yanına qaçdığını görmüş və geri qayıdıb dərəyə doğru getmişdir. O, qaçan zaman arxasından nə isə axdığını hiss etmişdir. O, anasının yanına çatanda «Zahid bayaq məni tutmuşdu, qoyma o sənidə məni də öldürəcək» demişdir. Sonra o, anası ilə həmin dərəyə düşən Zahidin arxası ilə getmək istəmiş, bu zaman yoldan bir nəfər keçən tanımadığı şəxs anasına «onun arxası ilə getmə, nə olubdur, silahı zadı olar» demişdir. Bundan sonra anası ilə o, evə qayıtmışdır. Anası ondan nə baş verdiyini soruşanda o, anasına demişdir ki, tanımadığı bir nəfər şəxs onu döymüşdür. O, anasına onun əlamətlərini desə də anası həmin şəxsi tanımamışdır. O, həmin vaxt yanında Mamed əminin olduğunu demişdir. O, anası ilə birlikdə Mamed babanın evinə getmiş, orada Mamed baba bayaq orada yatanın Zahid adlı həmkəndlisi olduğunu demişdir. Sonra onlar evinə gəlmişdir. Biraz sonra o, arxasında da ağrı hiss etmiş və anasına baş verənləri, yəni adının Zahid olduğunu sonradan bildiyi şəxsin onu dərədə zorladığını demişdir. Hazırda Təqsirləndirilən şəxs1 şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 oğlu ifadəsində göstərdi ki, Ağstafa rayon Pirili kəndində yaşayır və şəxsi təsərrüfatla məşğul olur. Yaşadığı evin həyətində tövlə olsa da, yay vaxtı olduğundan xırdabuynuzlu heyvanları bayırda, iribuynuzlu heyvanları isə tövlədə saxlamışdır. 28.06.2020-ci il tarixdə axşam saat 22 radələrində xırdabuynuzlu heyvanları həyətində olan dəmir torla əhatələnmiş saxlanca salıb, qapısını bağlamış və digər işlərlə məşğul olmuş və yatmışdır. 29.06.2020-ci il tarixdə saat 04 radələrində yuxudan oyanaraq çöl səhəsində olan əkinləri sulamağa getmişdir. Həmin vaxt heyvanlar hamısı yerində olmuşlar. Həmin gün saat 05 radələrində evə qayıdanda görmüşdür heyvanlar saxladığı yerdən çıxmış və həyətdədirlər. Heyvanlarının içərisinə baxanda görmüşdür ki, 2 baş erkək və 1 baş dişi olmaqla hər birinin çəkisi 18 kq olan 3 baş xırdabuynuzlu heyvanları yoxdur. Həmin heyvanları xeyli axtarsa da tapa bilməmişdir. Buna baxmayaraq heyvanlarının oğurlanmasına tam əmin olmadığı üçün bu barədə polisə müraciət etməmiş, lakin sonradan bu barədə polisə müraciət etmiş və ona məlum olmuşdur ki, heyvanlarını Fərid, Taleh və həmkəndlisi Zahid adlı şəxslər oğurlayıb. Hazırda Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4la barışmış, onlar tərəfindən ona dəymiş ziyan ödənilmiş, lakin Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş ziyan ödənilmədiyindən ondan şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, təsərrüfatla məşğul olur. Yaşadığı evin həyətində tövlə olsa da yay vaxtı olduğundan xırdabuynuzlu heyvanları bayırda, iribuynuzlu heyvanları isə tövlədə saxlayır. 09.07.2020-ci il tarixdə axşam saat 20 radələrində xırda buynuzlu heyvanları həyətində olan dəmir torla əhatələnmiş saxlanca salıb, örüş sahəsində otlayan iribuynuzlu heyvanları gətirməyə getmişdir. Həmin gün saat 21 radələrində də iribunuzlu heyvanları gətirib tövləyə salmışdır. Həmin axşam saat təxminən 23:45 radələrində ailə üzvləri və o, yatmağa getmişdir. Ertəsi gün, yəni saat 07 radələrində yuxudan oyanıb səhər yeməyini yemiş və xırda buynuzlu heyvanları otarmağa aparmışdır. Xırdabuynuzlu heyvanlarla birlikdə otlaq sahəsinə çatdıqda 30 kiloqram ağırlığında bir baş erkək toğlusu və 14 kiloqram ağırlığında bir baş erkək quzusunun sürüdə olmadığını görmüşdür. Bu zaman xırdabuynuzlu heyvanları geri qaytarıb həyətdə saxladığı yerə salmışdır. Heyvanları saldıqdan sonra həyət-bacanı axtarmağa başlamışdır. Bu zaman heyvanları saxladığı dəmir torun əyili vəziyyətdə olduğunu görmüşdür. Bu zaman şübhələnmişdir ki, heyvanları kimsə aparmışdır. Bundan sonra hasara göz gəzdirdikdə beton dirəklərdən olan hasarın həyət tərəfində ayaq izinə, hasarın üstündə heyvan yununa, hasarın bayır tərəfində isə ot bağlaması kəndirinə, boş siqaret qutusuna və yolda olan böyürtkən koluna ilişmiş yuna rast gəlmişdir. Bu vaxt tam əmin olmuşdur ki, 2 baş xırdabuynuzlu heyvanı oğurlanmışdır. O, heyvanlarının oğurlanması ilə əlaqədar polisə müraciət etmişdir. 30.07.2020-ci il tarixdə polis əməkdaşları onu polis şöbəsinə dəvət edərək heyvanlarının tapıldığını bildirmiş və tapılan heyvanlara baxış keçirilən zaman heyvanlarını tanımış, polis əməkdaşları da həmin heyvanları məhkəmə həllinədək saxlanması üçün təhvil almışdır. Hal-hazırda həmin 2 baş xırdabuynuzlu heyvanlar özündədir. Hazırda onun təqsirləndirilən şəxslərdən 100 manat tələbi var, şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, o, Ağstafa rayonu, Pirili kənd icra nümayəndəliyində “DOST İş Mərkəzində” xadiməçi işləyir. 08.07.2020-ci il tarixdə səhər saat 9-da işə getmiş, oğlu Elgün isə evdə tək qalmışdır. O, günorta saat 12 radələrində yaşadığı evə gəlmişdir. Evə gələndə oğlu Elgünün evdə olmadığını görmüşdür. Bağın ayağında olan su artezianına doğru getmişdir. Orada Elgünün olmadığını görmüşdür. Həmin vaxt yaxınlıqda olan hərbi hissədən ağ rəngli maşınla bir nəfər kəndə doğru gəlmiş və ona demişdir ki, «bayaq sənin uşağını bir nəfər tanımadığım şəxs dərəyə doğru apardı». O, həmin dərəyə tərəf qaçanda Elgün dərənin aşağısından qaça-qaça onun yanına doğru gəlmişdir. Elgün onun yanına doğru qaçanda onun arxası ilə tanımadığı şəxsdə gəlmiş, həmin şəxs onu görəndə qayıdıb dərəyə getmişdir. Elgün ona demişdir ki, “mama qoyma bayaq məni qaçırdılar, məni öldürəcəklər, burdan çıxıb gedək, yoxsa səni və məni öldürəcəklər”. Sonra Elgün ona demişdir ki, «bayaq məni dərənin dibində döydülər». O, dərəyə doğru getmək istəyəndə yoldan keçən şəxs ona demişdir ki, «getmə hara gedirsən birdən sənə nəsə edər, polisə məlumat ver». Sonra o, Elgünlə birlikdə çıxıb evə gəlmişdir. Elgün ona heçnə deməmişdir. Amma o, axşama qədər Elgünün halının yaxşı olmadığını görmüşdür. Axşam tərəfi Elgün ona demişdir ki, günorta bir nəfər tanımadığı şəxs ona qarşı dərədə seksual xarakterli zorlakılıq hərəkətləri etmişdir. Sonra Elgün arxa anus dəliyini açıb ona göstərmiş, o, Elgünün arxasının qanadığını görmüşdür. Elgün həmin şəxsin əlamətlərini, yəni onun saçlarının biz-biz qıvırcıq olduğunu, qızıl dişləri olduğunu demiş, sonra Elgün ona günorta artezianın yanında həmin şəxs yatarkən qonşusu Mamed dayının da orada olduğunu, həmin şəxsi tanıdığını demişdir. O, Elgünlə birlikdə Mamedgilə getmiş, Mamed ona artezianın yanında yatan şəxsin Zahid adlı həmkəndlisi olduğunu demişdir. Bundan sonra o, Zahidgilin evlərinə getmiş, Zahid evdə olmamış, daha sonra o, bu barədə polisə şikayət etmişdir. Hazırda o, oğluna münasibətdə Təqsirləndirilən şəxs1 şikayətçidir. Şahid qismində dindirilmiş Ramizov Mühəməd XXX oğlu ifadəsində göstərdi ki, 08.07.2020-ci il tarixdə saat təxminən 12 radələrində yaşadığı Ağstafa rayonu, Pirili kəndi ərazisində yerləşən əkin sahəsindən su sulayıb qonşuluqda olan Şadətlə birlikdə evə doğru gəlmişlər. Onun yaşadığı evin çəpərinin yanında olan su artezianın yanına gəlib çatmışlar. Bu zaman qonşuluqda yaşayan azyaşlı Elgün Məmmədov qaça-qaça onların qabağına gəlib bildirmişdir ki, “Ay Mamed baba su artezianın yanında bir nəfər yatır”. O da Elgünə «sənin nə işin qalıbdır, yatır qoy yatsın» demişdir. Bu zaman Şadət də yaxınlıqda olan fermasına doğru getmişdir. O da Elgünlə birlikdə artezianın yanına gəlib çatanda görmüşdür ki, bir nəfər tanımadığı, adını sonradan bildiyi Zahid adlı şəxs yerdə yatır. Zahid yerdə uzanıqlı vəziyyətdə olmuş, onun siqareti əlindən yerə düşmüşdür. O, Zahidə yaxınlaşıb əlində olan siqareti götürüb, üzərinə qoymuş, bir-iki dəfə də oyatmağa cəhd etsə də Zahid oyanmamışdır. Bundan sonra o, Elgünə demişdir ki, «bala çıx get evinə, bu adam piyan zad olar durar səni döyər». Elgün də yaxınlıqda olan evlərinə doğru getmişdir. O da evə gəlmiş, yorğun olduğu üçün yemək yeyib yatmışdır. Həmin gün təxminən saat 17 radələrində Elgünün anası Günel uşaqla birlikdə onun yaşadığı evin həyətinə gələrək, bayaq o, evdə olmayanda Elgünü döydüklərini bilib-bilmədiyini soruşmuşdur. Biraz söhbət etdikdən sonra Günel onun evinin yanından çıxıb getmişdir. Şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, təxminən 7 ildir ki, xırda buynuzlu heyvanlar saxlayır. Təxminən 2020-ci il iyul ayının əvvəllərində Ramiz adlı şəxs ona bildirdi ki, Əfqan müəllimin oğlu Fərid iki baş toğlu satır. O, isə Ramizə münasib qiymətə olsa ala biləcəyini demişdir. Həmin gün təxminən saat 19 radələrində Fərid yanında tanımadığı şəxslə gəlib iki baş heyvanı olduğunu, həmin heyvanı nənəsinin verdiyini bildirmişdir. O, heyvanlara baxmaq istəyərkən Fərid onu Xətai kəndində yerləşən evə aparmışdır. O, heyvanlara baxıb qiymətini soruşduqda Fərid iki heyvan üçün 340 manat istəmişdir. O, isə Fəridə həmin heyvanlara ümumilikdə 300 manat pul verə biləcəyini bildirmiş, Fəriddə razılaşmış və 300 manat pulu Fəridə verərək heyvanları almışdır. Səhəri gün həmin quzulardan birinin xəstə olduğunu görüb Fəridə zəng edərək quzunu aparmasını, onun pulunu qaytarmasını demişdir. Fəriddə söz versədə sözünə əməl etməmişdir. Ona görə də təxminən 3 gün əvvəl, yəni 27.07.2020-ci il tarixdə Fəriddən aldığı quzunun birini Ağstafa rayonu, Yenigün kənd sakini Şahid3 260 manata satmışdır. Digər quzunu isə könüllü olaraq polis əməkdaşlarına təhvil vermişdir. O, Fəriddən aldığı quzuların oğurluq olduğunu bilməmişdir. Şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Ağstafa rayonu, mərkəzi bazarda ticarətlə məşğul olur, yaşadığı evdə xırda buynuzlu heyvanlar saxlayır. Ağstafa rayonu, Xətai kənd sakini Şahid5 tanıyır, həmkəndlisidir. Elxan da öz yaşadığı evdə xırda buynuzlu heyvanlar saxlayır. 27 iyul 2020-ci il tarixdə Elxanla görüşərkən Elxan ona bir baş quzusu olduğunu, satmaq istədiyini demişdir. O da Elxanın yaşadığı evdə quzuya baxmış və bəyənmişdir, Elxanla aralarında olan razılaşmaya əsasən həmin quzunu Elxandan 260 manata almışdır. O, Elxandan aldığı quzunun oğurluq olduğunu bilməmişdir. 30 iyul 2020-ci il tarixdə isə quzunu könüllü olaraq polis əməkdaşlarına təhvil vermişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış ibtidai istintaqa zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, “Ağstafa rayon Pirili kənd sakini Təqsirləndirilən şəxs1 və X4 uzun müddətdir ki, tanıyır. Onlarla arasında heç bir qohumluq əlaqəsi və ədavəti yoxdur. O, özünə məxsus QAZ-53 markalı avtomobili ilə ot bağlamaları daşıyır, Zahiddə onun yanında fəhlə işləyir. Belə ki, 01 iyul 2020-ci il tarixdən etibarən hər gün Zahid onunla birlikdə səhər saatlarında evdən çıxıb ot bağlamaları yığmağa getmiş, saat təxminən 18-19 radələrində isə geri qayıtmışdır. 08 iyul 2020-ci il tarixdə saat təxminən 07 radələrində o, yenə də fəhlələri götürüb ot bağlamaları yığmaq üçün Qazax rayonuna getmişdir. Həmin vaxt Zahiddə onunla getməli olmuş, lakin Zahidin telefonuna zəng çatmamış, Zahidi apara bilməmişdir. Həmin gün saat təxminən 17-18 radələrində Zahid ona zəng edərək evdə olduğunu onu da gəlib aparmağını demişdir. O da Zahidə əsəbləşib niyə gec zəng elədiyini demişdir. Bundan sonra o, Zahidə Ağstafa rayonu, Aşağı Kəsəmən kəndinə getdiyini demiş, Zahiddə Pirili kəndində evinin qarşısından yola çıxmış, həmin yerdən Zahidi götürüb Aşağı Kəsəmən kəndinə getmişdir. Orada otu yüklədikdən sonra Ağstafa rayonu, Saloğlu kəndinə boşaltmışdır. Həmin vaxt Ağstafa rayon polis şöbəsindən ona zəng gəlmiş və ondan harada olduğunu soruşmuşlar. O da Saloğlu qəsəbəsində olduğunu demişdir. O, idarə etdiyi avtomobillə Poylu kəndinə Kür çayının üzərindən keçən körpüyə çatmış, həmin vaxt polis əməkdaşları onları yolda saxlatmışdır. Həmin vaxt onun avtomobilinin arxası ilə gedən həmkəndlisi Xəqaninin yük avtomobilində olan Zahidi düşürərək aparmışdır. Bundan sonra, yəni Zahidi apardıqdan sonra Xəqani ona demişdir ki, Zahidin mobil telefonu onun avtomobilində qalıb. Ona görə də telefonu götürmüş, səhəri gün də həmin telefonu polis əməkdaşlarına təhvil vermişdir. Onun Zahidin həmkəndlisi Günelin azyaşlı oğlu Elgünə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməsini görməmiş, bu barədə Zahid tutuluqdan sonra eşitmiş, ətraflı heç nə bilmir”. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış ibtidai istintaqa zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, “o, hal-hazırda Ağstafa rayonu ərazisində fəaliyyət göstərən «0066» taksi şirkətində taksi sürücüsü kimi fəaliyyət göstərir. Hər gün işdə olur. O, adətən hər gün saat 18 radlərindən səhərə qədər fəaliyyət göstərir. Ağstafa rayon sakinləri Rəşad, Zahid, Fərid və Talehi əvvəllər tanımamış, onunlarla arasında heç bir ədavəti yoxdur. 29 iyun 2020-ci il tarixdə Ağstafa şəhəri, H.Əliyev adına prospektdə rayon Mərkəzi xəstəxanasının qarşısında dayanmışdır. Həmin vaxt şirkətdən ona bildirmişlər ki, Ağstafa rayonu, Pirili kəndində müştəri var, həmin müştərini Ağstafa şəhərinə gətirmək lazımdır. O da həmin şəxsin hazırda xatırlamadığı telefon nömrəsini götürmüş və idarə etdiyi VAZ-21099 markalı, **-BF-*** dövlət nömrə nişanlı avtomobili ilə Ağstafa rayonu, Pirili kəndinə tərəf yola düşmüşdür. Yolda sonradan adını bildiyi Zahidlə danışmışdır. Zahid yolu ona başa salmış, o da Zahidin dediyi evin qarşısına getmişdir. Həmin evdən Zahid və yanında olan iki nəfər tanımadığı şəxs evin həyətindən 3 baş quzu çıxararaq onun avtomobilinin yük yerinə mindirmişdir. Zahid ona həmin heyvanların özünə məxsus olduğunu, satmağa apardığını demişdir. Yolda o, Zahiddən heyvanları neçəyə satdığını soruşmuşdur. Zahid isə ona həmin heyvanları 260 manata satdığını demişdir. O da Zahidlə razılaşmışdır ki, həmin heyvanlara 250 manat pul verəcək, 10 manatda yol pulunu çıxacaq. Zahiddə razılaşmışdır. Onlar Ağstafa şəhərində yerləşən Bayraq meydanının yanına çatmışlar. Həmin şəxslər orada düşmüşlər. O, Zahidə həmin yerdə 250 manat pul verərək quzuları ondan almışdır. Həmin quzuların ikisi balaca biri isə bir az iri quzular olmuş, quzulardan ikisi dişi, biri isə erkək olmuşdur. Həmin quzuları aldıqdan sonra əvvəlcə yaşadığı evə aparmışdır. Bundan üç gün sonra isə həmin quzuları Tovuz rayon bazarına apararaq ümumilikdə 280 manata satmışdır. Quzuları satdığı şəxsi tanımır, əvvəllər görməmişdir. O, Zahidin quzuları oğurladığını bilməmişdir”. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 08 iyul 2020-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və fotoşəkillərdən görünür ki, azyaşlı X2 qarşı seksual xarakterli zorakılıq hərəkətlərinin edildiyi yer onun yaşadığı Ağstafa rayon Pirili kəndindəki evindən təxminən 1,5 kilometr aralıda yerləşən dərələrin arasıdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X31-Təcrübi və Tədris birliyinin 08 iyul 2020-ci il tarixli, 308 nömrəli rəyindən görünür ki, X6 tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilmədi. X6 arxa keçəcək dəliyi nahiyyəsində onunla qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər, qançır və cırılma aşkar olundu. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X31-Təcrübi və Tədris birliyinin 09 iyul 2020-ci il tarixli, 309 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 xarici cinsiyyət üzvlərində cinsi əlaqədə olmağa maneçilik törədən heç bir əlamətlər müşahidə olunmadı. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanerin 11 iyul 2020-ci il tarixli, 363/148 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. O hal-hazırda da öz hərəkətlərini idarə etmək və hərəkətlərinə cavab vermək qabiliyyətindədir. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tələblərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 fərdi-psixi xüsusiyyətlərə malikdir, praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizim əlamətləri, şəxslər arası konfilikt problemlərin olması və başqaları ilə müqaviləyə çətin daxil olma, o cinayət əməlini törədərkən adi psixi-emosional halda olmuşdur, fizioloji affekt halında olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertizası və X31-Təcrübi və Tədris birliyi” Publik Hüquqi şəxsin 27 iyul 2020-ci il tarixli, 2106/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 götürülmüş qan nümunəsinin məhkəmə kimyəvi tədqiqatına əsasən Təqsirləndirilən şəxs1 götürülmüş qan nümunəsində etil spirti aşkar edilməmiş, qan nümunəsinin miqdarı az olduğundan narkotik və psixiatrop maddələrin təyinatını aparmaq mümkün olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 17 avqust 2020-ci il tarixli, 6/1352 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 şalvarının üzərindən tapılmış qara rəngli poliamid kimyəvi liflər cinsi əlamətlərinə görə Elgün Məmmədovun idman şalvarının tərkib liflərinə uyğun gəlirlər. Elgün Məmmədovun şalvarının üzərindən tapılmış göy rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs1 şalvarının tərkib liflərinə uyğun gəlirlər. Təqsirləndirilən şəxs1 dırnaq kəsiklərində X6 geyim paltarlarının tərkib lifləri yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 18 avqust 2020-ci il tarixli, 3/783 nömrəli rəyindən görünür ki, təqdim edilmiş geyim əşyalarının səthində rəyin tədqiqi hissəsində sayı göstərilməklə təsvir edilən zədələr vardır. Təqdim edilmiş qolsuz maykanın, idman şalvarının səthində olan zədələr fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik dartılıb cırılma zədələridir. Xüsusi ədəbiyyatlarda yuxarıda qeyd edilən xarakterə malik zədələrin yaranma mexanizminin müəyyən olunması ilə bağlı tədqiqat metodu olmadığından fizki qüvvənin təsiri nəticəsində yaranan zədələrin əmələ gəlmə mexanizminin kriminalistik tədqiqat aparılması yolu ilə müəyyən edilməsi mümkün deyil. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanerin 07 sentyabr 2020-ci il tarixli, 221 nömrəli rəyindən görünür ki, X16 aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktik olaraq özünün fikirlərini müdafiəyə meyillik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslərarası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə asan daxil olma. X6 yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla, onunla edilən hərəkətlərin xarakter və manasını anlaya bilərdi. X6 özünün psixi və ya fərdi-psixi xüsusiyyətlərindən, intellektual inkişafı və emosional halından aslı olaraq müqavimət göstərmək qabiliyyətinə malik olmuşdur. X6 psixi inkişafını nəzərə alaraq o, yaranmış şəraitin mahiyyətini tam dərk etməsədə ona qarşı törədilən hərəkətlərin nəticəsini anlaya bilərdi. X16 hadisə şəraitini nəzərə alaraq o, iş üçün əhəmiyyətli halları düzgün qavraya bilərdi. X16 başqalarının təsiri altında hərəkət etməyə və özündən uydurmağa meyilli deyildir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertizası və X31-Təcrübi və Tədris birliyi” Publik Hüquqi şəxsin 16 sentyabr 2020-ci il tarixli, 38 nömrəli rəyindən görünür ki, X6 maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə A (İİ) alfa-dır, Təqsirləndirilən şəxs1 maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə O (İ) alfa-betadır. Təqsirləndirilən şəxs1 məxsus bir ədəd tursik üzərində spermatozoidlər aşkar olundu. Qrup göstəricisi O(İ) alfa-beta olduğundan onun özünə məxsus ola bilər. Təqdim olunmuş Təqsirləndirilən şəxs1 məxsus bir ədəd qısaqol köynək və bir ədəd şalvar üzərində qan və spermatozoidlərə oxşar ləkələr aşkar olunmadığından müayinə edilmədi. Təqdim edilmiş zərərçəkmiş şəxs X10 məxsus bir ədəd mayka üzərində qan və spermaya oxşar ləkələr aşkar olunmadığından müayinə edilmədi. Təqdim olunmuş zərərçəkmiş şəxs X10 məxsus bir ədəd idman şalvarından götürülmüş kəsiklərin müayinəsi zamanı qan və sperma aşkar olunmadı. Bir ədəd dəftər vərəqi üzərində insana məxsus qan ləkələri aşkar olundu. Həmin qanın ABO sistemi üzrə qrup göstəricisi A(İİ) beta olduğundan zərərçəkmiş şəxs X10 məxsus ola bilər. Bir ədəd salfet üzərində spermazoidlər aşkar olundu. Qrup göstəricisi O (İ) alfa-beta olduğundan Təqsirləndirilən şəxs1 məxsus ola bilər. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 10 iyul 2020-ci il tarixli zərərçəkmiş şəxs X16 ilə Təqsirləndirilən şəxs1 üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə istintaq hərəkəti zamanı Elgün Məmmədov bir daha ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək Təqsirləndirilən şəxs1 üzünə qarşı demişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 10 iyul 2020-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və fotoşəkillərdən görünür ki, hadisə yeri Ağstafa rayonu, Poylu kəndində yerləşən Zərərçəkmiş şəxs2 yaşadığı evinin həyatyanı bağ sahəsidir və ona məxsus 2 baş xırda buynuzlu heyvan oğurlanmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 31 iyul 2020-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və fotoşəkillərdən görünür ki, hadisə yeri Ağstafa rayonu Pirili kəndində Zərərçəkmiş şəxs3 yaşadığı evin həyətyanı bağ sahəsində yerləşən heyvan tövləsidir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 sentyabr 2020-ci il tarixli, 9/3749 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məxsus oğurlanmış xırdabyunuzlu heyvanlar 1 baş, erkək, yerli cins, 30 kq çəkidə quzu -200 manat, 1 baş, erkək, yerli cins, 14 kq çəkidə quzu -100 manat müəyyən edilmişdir. Zərərçəkmiş şəxs3 məxsus oğurlanmış xırdabyunuzlu heyvanlar 2 baş, erkək, yerli cins, 18 kq çəkidə quzu ümumilikdə 240 manat, 1 baş, dişi, yerli cins, 18 kq çəkidə quzu - 120 manat müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış qəbzlərdən görünür ki, 2 ədəd xırdabuynuzlu heyvan Zərərçəkmiş şəxs2 təhvil verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Qazax Rayon Psixiatriya Xəstəxanasının” 12 avqust 2020ci il tarixli, 836 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 Qazax psixiatriya xəstəxanasında psixoloji qeydiyyatında yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Qazax Rayon Psixiatriya Xəstəxanasının” 12 avqust 2020ci il tarixli, 837 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 Qazax psixiatriya xəstəxanasında psixoloji qeydiyyatında yoxdurlar. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ağstafa rayonu İHB-nın Pirili kənd İƏD üzrə nümayəndəliyinin 30 iyul 2020-ci il tarixli, 141/g və 142/g nömrəli arayışlarından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ailə üzvləri, arvadı X21, azyaşlı oğulları X17 (05.07.2016), X18 (20.05.2019) ilə birlikdə Ağstafa rayonu, Pirili kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ağstafa rayonu İHB-nln Xətai kənd İƏD üzrə nümayəndəliyinin 25 sentyabr 2020-ci il tarixli, 165/g nömrəli arayışından və xasiyyətnaməsindən görünür ki, Qayıbov X25 rayonu, Qarayazı qəsəbəsində qeydiyyatda olmaqla yaşayır, atası əqli qusurludur, anası lap körpə vaxtlarından onu atıb, o, hazırda nəvə babasının himayəsindədir və orta məktəbi yarımçıq oxuyub. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ağstafa rayonu İHB-nın Qarayazı kənd İƏD üzrə nümayəndəliyinin 25 sentyabr 2020-ci il tarixli, 904/g nömrəli arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs3 Ağstafa rayonu, Yenigün kəndində yaşayış və yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ağstafa rayonu İHB-nln Ağstafa şəhər İƏD üzrə nümayəndəliyinin 02 oktyabr 2020-ci il tarixli, 1604/g və 1605/g nömrəli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs2 ailə üzvləri, anası X15, bacısı X19 və qardaşı X33 ilə birlikdə Ağstafa şəhər Təcrübə Tarlasında qeydiyyatda olmaqla yaşayır. Məhkəmənin 11 noyabr 2020-ci il tarixli iclasında təqdim olunmuş və məhkəmədə araşdırılmış ərizədən görünür ki, Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ilə barışmış, ona dəymiş ziyan ödənilmiş və hazırda onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Lakin Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş ziyan ödənilmədiyi üçün ondan şikayətçidir. Məhkəmənin 10 mart 2021-ci il tarixli iclasında təqdim olunmuş və məhkəmədə araşdırılmış ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslərdən şikayəti yoxdur. Onlardan 100 manat məbləğində pul tələbi var, onlara həbslə bağlı olmayan cəza verilməsini xahiş edir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 09 iyul 2020-ci il tarixli protokoldan və 10 iyul 2020-ci il tarixli Ağstafa Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs1 09 iyul 2020-ci il tarixdə cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuş və barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 30 iyul 2020-ci il tarixli protokoldan və 01 avqust 2020-ci il tarixli “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs4 30 iyul 2020-ci il tarixdə cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuş və barəsində “polisin nəzarəti altına vermə” iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 30 iyul 2020-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və 01 avqust 2020-ci il tarixli “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs3 30 iyul 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 30 iyul 2020-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və 01 avqust 2020-ci il tarixli “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 30 iyul 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 07 avqust 2020-ci il tarixli tələbnamədən görünür ki, X22 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 20 iyul 2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 Fizuli-Qubadlı Hərbi Məhkəməsinin 06 yanvar 2010-cu il tarixli Azərbaycan Respublikası CM-nin 338.1, 349.1 və 66.3-cü maddələri ilə təqsirli bilinib N il intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 10 avqust 2020-ci il tarixli tələbnaməsindən görünür ki, Qayıbov X25 Rayon Məhkəməsinin 29 yanvar 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinib 2 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə 6 ay şərti sınaq müddəti verilmiş və 20 avqust 2019-cu il tarixdə sınaq müddətinin sonu ilə qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində — sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 məhkəmə qərarı üzrə olan məhkumluqları ödənildiyindən Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə müvafiq olaraq hazırda barələrində məhkumluqla bağlı heç bir hüquqi nəticə yaratmır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 10 avqust 2020-ci il tarixli tələbnaməsinə, məhkəmə hökmlərindən və probasiya məktub Həsənov X28 Rayon Məhkəməsinin 03 dekabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 3500 manat cərimə cəzasına, həmin məhkəmənin 17 oktyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 66.5 və 68.2-ci maddələri tətbiq edilməklə 4 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzasına və 3500 manat cərimə cəzasına məhkum edilmiş. 03 dekabr 2018-ci il tarixdə Gəncə Apelyasiya Məhkəməsinin qərarı ilə 17 oktyabr 2017-ci il tarixli hökmü dəyişdirilib, CM-nin 66.5-ci maddəsi xaric edilməklə cəzası 2 il 6 aya endirilmiş və CM-nin 67-ci maddəsinə əsasən qəti olaraq 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası və ona 3500 manat cərimə cəzası təyin edilmişdir. Qaradağ rayon Məhkəməsinin 06 mart 2018-ci il tarixli qərarı ilə Tovuz rayon Məhkəməsinin 17 may 2017-ci il tarixli hökmü ilə cəzası azaldılaraq 3 il 6 ay azadlıqdan məhrumetmə cəzasına və 3500 manat cərimə cəzasına məhkum edilmişdir. 16 noyabr 2019-cu il tarixdə cəza sonu ilə azad edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə nazirliyi Ağstafa rayon İcra və Probasiya şöbəsinin 28 aprel 2021-ci il tarixli, 176898/2019 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 ona təyin edilmiş 3500 manat məbləğində cərimə cəzasını ödənmədiyi üçün, Ağstafa rayon Məhkəməsinin 7(015)-22/2020, 30.06.2020-ci il tarixli qərarına əsasən ona təyin edilmiş 3500 manat cərimə cəzası 400 (dörd yüz) saat ictimai işlər cəzası ilə əvəz edilmiş və 400 saat ictimai işlər cəzasını çəkib qurtardığı üçün 25.01.2021-ci il tarixdə qeydiyyatdan çıxarılmışıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3, 177.2.1 və 177.2.3-cü maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələri, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli olmaları sübuta yetirilir və onların törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin qərarın 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Həmin qərarın 10-cu bəndinə əsasən özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək,cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir Məhkəmə Ali Məhkəmənin yuxarıda qeyd edilən hüquqi mövqeyini nəzərə almaqla yanaşı iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin etirafedici ifadələrinə, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrinə, ekspert rəyinə, istintaq hərəkəti protokollarına əsasən hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgə əmlakını gizli olaraq talayıb oğurluq etmələri, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla, özgə əmlakını, təkrar gizli olaraq talayıb oğurluq etmələri tam olaraq sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs1 ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsinə münasibətdə özünü təqsirli bilməyərək zərərçəkmiş şəxs X10 qarşı zərərçəkmiş şəxsin istəyi ilə onunla qeyri təbii yolla cinsi əlaqədə olmasına dair ifadəsi, yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsin ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisin ifadəsi, şahid ifadələri, istintaq hərəkətinin protokoları, çoxsaylı ekspertiza rəyləri, həmçinin cinayət işinin obyektiv halları ilə tam olaraq təkzib edilməklə, təqsirləndirilən şəxs tərəfindən daha ağır cinayət məsuliyyətindən yayınmaq, cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Məhkəmə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittiham üzrə sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddələrinin tələblərini rəhbər tutmaqla bir-biri ilə və ayrı-ayrılıqda, məcmu halda müqayisəli şəkildə araşdıraraq məhkəmədə dindirilmiş zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrini, məhkəmə istintaqı zamanı tədqiq olumuş istintaq hərəkətlərinin protokollarını, eləcə də məhkəmə ekspertiza rəylərini, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətəndirməklə həmin ifadələri, istintaq hərəkətlərinin protokollarını və ekspertiza rəylərini təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 hər birinin ayrı-ayrılıqda və birlikdə əməllərinin cinayət tərkibini yaratması, cinayətin törədilməsində iştiraklarının, törətdikləri əməlin ictimai təhlükəlilik dərəcəsini müəyyən edən sübut növləri kimi qəbul edir. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 törətdikləri əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin həmin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə, işin hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq təqsirləndirilən şəxslərin əməllərinin hüquqi tövsifi məsələsini həll edərkən hesab edir ki, məhkəmədə təqsirləndirilən şəxslərin ittiham olunduqları cinayət əməli tam sübuta yetirildiyindən Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3, 177.2.1 və 177.2.3-cü maddələrinin, Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin dizpozisiya şərtləri ilə uyğun gəlir. Bu səbəbdən də məhkəmə, təqsirləndirilən şəxslərin əməllərinin həmin maddələr ilə tövsif edilməsini əsaslı sayaraq hesab edir ki, təqsirləndirilən şəxslər həmin maddələr ilə təqsirli bilinərək cəzalandırılmalıdırlar. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cu maddəsinə əsasən himayəsində 2 azyaşlı uşağının olmasını, CM-nin 59-cü maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, Zərərçəkmiş şəxs2 ondan şikayətinin olmamasını Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 10 avqust 2020-ci il tarixli tələbnaməsindən və məhkəmə hökmlərindən görünür ki, Təqsirləndirilən şəxs2 qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 16 noyabr 2019-cu il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbacan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayətlər kateqoriyasına daxil olduğundan və Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən həmin növ cinayətləri törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunduğundan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkumluğu müəyyən edilmiş qaydada ödənilmədən və götürülmədən yenidən qəsdən cinayət törətdiyindən onun əməli cinayətlərin residivini yaradır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayətinin olmamasını Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən törətmiş olduğu əməli səmimi etiraf edərək əməlindən peşman olmasını, ilk məhkumluğunun olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, Zərərçəkmiş şəxs2 ilə barışıq əldə etməsini Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs3 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən törətmiş olduğu əməli səmimi etiraf edərək əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, Zərərçəkmiş şəxs2 ilə barışıq əldə etməsini Təqsirləndirilən şəxs4 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs4 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsində isə deyilirki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilirki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə həmçinin cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 64-cü maddəsində göstərilənləri də nəzərə alır. Həmin maddəyə əsasən iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır (CM-nin 64.1). Cəzanı yüngülləşdirən və ya ağırlaşdıran hallar iştirakçılardan birinə aid olduqda, cəza təyin edilərkən yalnız həmin şəxsə münasibətdə nəzərə alınır (CM-nin 64.2). Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsinin sanksiyasında səkkiz ildən on beş ilədək müddətə azadlıqdanməhrum etmə cəzası, CM-nin 177.2-ci maddəsinin sansksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, onun tərəfindən törədilmiş cinayət əməllərinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cinayətin törədilməsində iştirak dərəcəsini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq ona təqsirləndirildiyi maddələrinin sanskiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini ədalətli hesab edib təqsirləndirilən şəxsin yalnız azadlıqdan məhrum edilməklə islah və yenidən tərbiyə olunacağı və bununla da cəzanın məqsədlərinə cavab verəcəyi qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə qəti cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və ona təyin ediləcək qəti cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 09 iyul 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cinayətin törədilməsində iştirak dərəcəsini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq ona təqsirləndirildiyi maddənin sanskiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini ədalətli hesab edib təqsirləndirilən şəxsin yalnız azadlıqdan məhrum edilməklə islah və yenidən tərbiyə olunacağı və bununla da cəzanın məqsədlərinə cavab verəcəyi qənaətinə gəlir. Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün ciddi rejimli cəza çəkmə müəssisəsi müəyyən edilməlidir. Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı, bu gündən, yəni 24 may 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 hazırkı iş üzrə tutulması ilə bağlı 30 iyul 2020-ci il tarixli «şübhəli şəxsin tutulması barədə» protokolu, 01 avqust 2020-ci il tarixli “polisin nəzarəti altına vermə iltizam” qətimkan tədbirinin seçilməsi barədə qərarı araşdırıb və Azərbaycan Respublikası CPM-nin 158.2. və 158.6-cı maddəsində göstərilən «təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalı, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhəkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddətinin məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməsinə dair tələbini rəhbər tutmaqla hesab edir ki, Təqsirləndirilən şəxs2 bu iş üzrə 30 iyul 2020-ci il tarixdən 01 avqust 2020-ci il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 2 (iki) gün müddət ona təyin ediləcək ümumi cəza müddətinə daxil edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid olumaqla islah və yenidən tərbiyə oluna bilcəcəyi qənaətinə gəldiyindən hesab edir ki, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyidirilməli və o, dərhal məhkəmə iclas zalında həbsə alınmalı, “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, təqsirləndirilən şəxs X12 cəza təyin edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni törətdiyi cinayət əməlnin az ağır cinayətlər kateqoriyasına aid edilməsini, şəxsiyyətini, cinayətin törədilməsində iştirak dərəcəsini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, məhkəmə istintaqı zamanı islah olunmaq yönündəki davranışlarını, törətdiyi cinayət əməlinə mənfi münasibətini nəzərə alaraq təqsirləndirildiyi maddələrin sanskiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini ədalətli hesab edib bununla da cəzanın məqsədlərinə cavab veriləcəyi qənaətinə gəlir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Eyni Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə, təqsirləndirilən şəxs X11 hazırkı iş üzrə tutulması ilə bağlı 30 iyul 2020-ci il tarixli «şübhəli şəxsin tutulması barədə» protokolu, 01 avqust 2020-ci il tarixli “polisin nəzarəti altına vermə iltizam” qətimkan tədbirinin seçilməsi barədə qərarı araşdırıb və Azərbaycan Respublikası CPM-nin 158.2. və 158.6-cı maddəsində göstərilən «təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalı, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhəkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddətinin məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməsinə dair tələbini rəhbər tutmaqla hesab edir ki, X11 bu iş üzrə 30 iyul 2020-ci il tarixdən 01 avqust 2020-ci il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 2 (iki) gün müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə daxil edilməklə bir günə iki gün hesabı ilə hesablanmalıdır. Məhkəmə hesab edir ki, X11 üzərinə gecə saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini və Ağstafa rayon hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalı, hökmün icrası X12 aid hissədə Ağstafa rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalı, təqsirləndirilən şəxs X11 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və barəsində seçilmiş “polisin nəzarəti altına vermə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs4 cəza təyin edərkən, onun tərəfindən törədilmiş cinayət əməllərinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni törətdiyi cinayət əməllərinin az ağır cinayətlər kateqoriyasına aid edilməsini, şəxsiyyətini, cinayətlərin törədilməsində iştirak dərəcəsini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, məhkəmə istintaqı zamanı islah olunmaq yönündəki davranışlarını, törətdiyi cinayət əməlinə mənfi münasibətini nəzərə alaraq təqsirləndirildiyi maddələrin sanskiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini ədalətli hesab edib bununla da cəzanın məqsədlərinə cavab veriləcəyi qənaətinə gəlir. Məhkəmə, Təqsirləndirilən şəxs4 hazırkı iş üzrə tutulması ilə bağlı 30 iyul 2020-ci il tarixli «şübhəli şəxsin tutulması barədə» protokolu, 01 avqust 2020-ci il tarixli “polisin nəzarəti altına vermə iltizam” qətimkan tədbirinin seçilməsi barədə qərarı araşdırıb və Azərbaycan Respublikası CPM-nin 158.2. və 158.6-cı maddəsində göstərilən «təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalı, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhəkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddətinin məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməsinə dair tələbini rəhbər tutmaqla hesab edir ki, Təqsirləndirilən şəxs4 bu iş üzrə 30 iyul 2020-ci il tarixdən 01 avqust 2020-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə daxil edilməklə bir günə iki gün hesabı ilə hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 üzərinə gecə saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini və Ağstafa rayon hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalı, hökmün icrası Təqsirləndirilən şəxs4 aid hissədə Ağstafa rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalı, cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs4 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və barəsində seçilmiş “polisin nəzarəti altına vermə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CPM-nın 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Ağstafa RPŞ-də saxlanılan – Təqsirləndirilən şəxs1 məxsus köynək və şalvar, zərərçəkmiş şəxs X10 məxsus şalvar və mayka, hadisə yerindən götürülmüş kağız və salfet parçası təsərrüfat əhəmiyyətini itirdiyindən məhv edilməli, 2 baş xırda buynuzlu heyvanın Zərərçəkmiş şəxs2 verilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi olan əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 müştərək qaydada, materialların məhkəmə ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat və məhkəmə-transoloji ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs1 alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. İş materiallarına əlavə edilmiş hesabat arayışlarından görünür ki, X11 hüquqlarını ibtidai istintaq zamanı dövlət hesabına dəvət edilmiş fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 prosessual hərəkətlərdə 20 saat, Təqsirləndirilən şəxs1 hüquqlarını ibtidai istintaq zamanı dövlət hesabına dəvət edilmiş fərdi fəaliyyət göstərən vəkil X23 prosessual hərəkətlərdə 25 saat, məhkəmə prosesində dövlət hesabına dəvət edilmiş Gəncə şəhər 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 33 saat, Təqsirləndirilən şəxs4 hüquqlarını məhkəmə prosesində dövlət hesabına dəvət edilmiş Gəncə şəhər 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi3 33 saat, Təqsirləndirilən şəxs2 hüquqlarını məhkəmə prosesində dövlət hesabına dəvət edilmiş Gəncə şəhər 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi4 33 saat iştirak etməklə müdafiə etmişlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 31 nömrəli qərara və həmin qərara dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin 02 may 2018-ci il tarixli, 202 №-li qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 hüquqlarını həm ibtidai istintaq zamanı, həm məhkəmə istintaqı zamanı, X11 hüquqlarını ibtidai istintaq zamanı, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 hüquqlarını məhkəmə istintaqı zamanı müdafiə etməyə görə müdafiəçilərin xidmət haqqı dövlət hesabına təmin edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 351, 353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3, 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 13 (on üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 09 iyul 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 30 iyul 2020-ci il tarixdən 01 avqust 2020-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət təyin edilən cəzadan çıxılmaqla ona qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 24 may 2021-ci il tarixdən hesablansın Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və dərhal məhkəmə iclas zalından həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 30 iyul 2020-ci il tarixdən 01 avqust 2020-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət ona təyin olunmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs3 üzərinə gecə saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini və Ağstafa rayon hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası X12 aid hissədə Ağstafa rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4 30 iyul 2020-ci il tarixdən 01 avqust 2020-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət ona təyin olunmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs4 üzərinə gecə saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini və Ağstafa rayon hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs4 aid hissədə Ağstafa rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs4 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut – Ağstafa RPŞ-də saxlanılan təqsirləndirilən şəxsə məxsus köynək və şalvar, zərərçəkmiş şəxsə məxsus şalvar və mayka, hadisə yerindən götürülmüş kağız və salfet parçası təsərrüfat əhəmiyyətini itirdiyindən məhv edilsin, 2 baş quzunun Zərərçəkmiş şəxs2 verilməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 müştərək qaydada, materialların məhkəmə ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat və məhkəmə-transoloji ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs1 alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hüquqi yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Gəncə şəhər 1 saylı Vəkil Bürosunun nəfinə - vəkil Müdafiəçi3 198 manat, vəkil X5 198 manat, vəkil X24 198 manat, vəkil X13 198 manat, vəkil X14 198 manat, vəkil X7 198 manat miqdarında pul ödənilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar