Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-62/2022 06.04.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Rüstəmov Elmin İltizam oğlu, Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X13 və X11, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X8, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, müdafiəçilər - Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri X14, X6, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxx 1987-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvələr məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1, 177.2.1, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə, xx.xx.1994-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Gəncə şəhər Nizami rayon Məhkəməsinin 21.04.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təyin olunmuş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altlı) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 22.02.2022-ci il tarixli qərarı ilə “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən üzərində saxlanılmış və çəkilməmiş 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, məhkumluğu ödənilməmiş, Gəncə şəhəri, DOS-6, ev 15, mənzil 1-də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs1 insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuş və qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək binaya qanunsuz daxil olmaqla dövlət əhəmiyyətli su xətti hesab edilən özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, 01 aprel 2021-ci il tarixdə, saat 11 radələrində yaşadığı və avtomobil təmiri ilə məşğul olduğu Gəncə şəhəri, Kəpəz rayonu, Uşinski küçəsi, 4-cü döngədə yerləşən 5 nömrəli fərdi yaşayış evinin qarşısında tanışı X8 ilə sonuncuya məxsus “VAZ 21011” minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri ilə bağlı aralarında yaranmış mübahisə zamanı Emin İsmayılova avtomobilini daha təmir etməyəcəyini bildirdikdə Emin İsmayılov əsəbləşib onun yaşadığı evin qarşısında və ailə üzvlərinin eşidə biləcəyi şəraitdə ünvanına nalayiq söz işlətdiyinə görə qisas hissi və mübahisəni davam etdirmək məqsədi ilə sonuncunu öz yaşadığı evin qarşısından bir neçə metr kənara çağırıb orada aralarında davam edən mübahisə zəminində Emin İsmayılovla qarşılıqlı şəkildə əlbəyaxa olarkən həmin vaxt üzərində olan kustar üsulla hazırlanmış kəsici-deşici xassəyə malik məişət təyinatlı predmetlə Emin İsmayılovun sinə nahiyəsinə qəsdən bir dəfə vurub ağciyərin, diafraqmanın, dalağın yaralanması, daxili qanaxma və İİ dərəcəli hemmoragik şokla müşayiət olunan, döş qəfəsinin sol yarısının daxilə nüfuz edən bir ədəd deşilmişkəsilmiş yarası xəsarəti yetirərək həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Bundan başqa, o, 07.05.2021-ci il tarixdə, saat 13 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Gəncə şəhəri, Uşinski küçəsində yerləşən və Gəncə şəhər İcra Hakimiyyətinin tabeliyində olan Gəncə şəhər 10 nömrəli körpələr evi uşaq baxçasının hadisə vaxtı kilidi açıq vəziyyətdə olan giriş qapısından içəri qanunsuz daxil olaraq baxçanın zirzəmisində çəkilmiş 75x10 ölçüdə olmaqla ümumi uzunluğu 21.25 metr, 63x8 ölçüdə olmaqla ümumi uzunluğu 39.9 metr, 50x6 ölçüdə olmaqla ümumi uzunluğu 8.5 metr və 100x2 ölçüdə olmaqla uzunluğu 1.5 metr təşkil edən plastik materialdan olan istifadədə olmuş dövlət əhəmiyyətli su xəttini təşkil edən boruları, hər biri 75x10 ölçüdə olan boruya aid olmaqla birləşdirici hissəsi plastik materialdan, dəstəyi isə dəmirdən olan 5 ədəd istifadədə olmuş vintili və 1 ədəd plastik materialdan olan paylayıcını, hər biri 63x8 ölçüdə olan boruya aid olmaqla plastik materialdan olan 20 ədəd birləşdiricini, 50x6 ölçüdə olan boruya aid olmaqla birləşdirici hissəsi və dəstəyi plastik materialdan olan 1 ədəd vintili, ümumilikdə isə hazırki cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxs qismində tanınmış Gəncə şəhər İcra Hakimiyyətinin tabeliyində olan Gəncə şəhər 10 nömrəli körpələr evi uşaq baxçasının 2000 manat dəyərində dövlət əhəmiyyətli su xəttini təşkil edən əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək binaya qanunsuz daxil olmaqla dövlət əhəmiyyətli su xətti hesab edilən özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, 07.05.2021-ci il tarixdə, saat 13 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Gəncə şəhəri, Uşinski küçəsində yerləşən və Gəncə şəhər İcra Hakimiyyətinin tabeliyində olan Gəncə şəhər 10 nömrəli körpələr evi uşaq baxçasının hadisə vaxtı kilidi açıq vəziyyətdə olan giriş qapısından içəri qanunsuz daxil olaraq baxçanın zirzəmisində çəkilmiş 75x10 ölçüdə olmaqla ümumi uzunluğu 21.25 metr, 63x8 ölçüdə olmaqla ümumi uzunluğu 39.9 metr, 50x6 ölçüdə olmaqla ümumi uzunluğu 8.5 metr və 100x2 ölçüdə olmaqla uzunluğu 1.5 metr təşkil edən plastik materialdan olan istifadədə olmuş dövlət əhəmiyyətli su xəttini təşkil edən boruları, hər biri 75x10 ölçüdə olan boruya aid olmaqla birləşdirici hissəsi plastik materialdan, dəstəyi isə dəmirdən olan 5 ədəd istifadədə olmuş vintili və 1 ədəd plastik materialdan olan paylayıcını, hər biri 63x8 ölçüdə olan boruya aid olmaqla plastik materialdan olan 20 ədəd birləşdiricini, 50x6 ölçüdə olan boruya aid olmaqla birləşdirici hissəsi və dəstəyi plastik materialdan olan 1 ədəd vintili, ümumilikdə isə hazırki cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxs qismində tanınmış Gəncə şəhər İcra Hakimiyyətinin tabeliyində olan Gəncə şəhər 10 nömrəli körpələr evi uşaq baxçasının 2000 manat dəyərində dövlət əhəmiyyətli su xəttini təşkil edən əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-in 126.1, 177.2.1, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə ona elan edilmiş ittihamlar üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, X4 təxminən 2 il olar ki, tanımışdır. Emin özünə məxsus “Vaz 21011” markalı avtomobilinin arxa hissəsində çürümüş vəziyyətdə olan detallarının dəmirçi işini ona təmir etdirmişdir. Həmin vaxtdan bir-birilərini tanımış, münasibətləri də normal olmuşdur. Aralarında heç vaxt ədavət və ya düşmənçilik olmamışdır. 2020-ci ilin sonlarında, dəqiq xatırlamadığı tarixdə Emin həmin avtomobili gətirib avtomobilin çürümüş detallarını təmir etməsini və dəyişməsini xahiş etmişdir. O da razılıq verib həmin avtomobili Emin dediyi kimi təmir edəcəyi halda 450 manat zəhmət haqqı alacağını bildirmiş, Emin də razılaşmışdır. Eminin avtomobilini təmir etdikcə əlavə işlər ortaya çıxmışdır. O, avtomobilinin yaxşı olmasını istəsə həmin detalları da alıb verməsini Eminə demiş, ilk əvvəl Emin həmin detalları alıb versə də həmin işlərin görülməsi üçün ona əlavə zəhmət haqqı ödəməli olduğu halda ödəməmişdir. Bundan sonra avtomobilin digər yerlərində də görüləsi əlavə işlər ortaya çıxanda heç olmasa istifadə etdiyi əşyaların pulunu verməsini Emindən xahiş etmiş, Emin də avtomobili təmir edib qurtarandan sonra verəcəyini bildirmişdir. O isə Eminə imkanının çatmadığını, əgər imkanı çatarsa edə biləcəyini demişdir. 01 aprel 2021-ci il tarixdə, saat 11 radələrində o, yaşadığı evin həyətində digər müştərinin avtomobilini təmir edərkən Emin gəlmişdir. Həmin vaxt Eminin yanında bir nəfər tanışı da olmuşdur. Emin gəlib onunla mübahisə etməyə başlayaraq, nə üçün avtomobilini yarımçıq qoyub başqa müştərinin avtomobilini təmir etdiyini soruşmuş, o da istifadə etdiyi materialın pulunu vermədiyini, bunun üçün də məcbur olub digər avtomobili təmir etdiyini bildirmişdir. Emin yenə də yüksək səslə danışıb mübahisə etməyə davam etmişdir. O, Eminə bir neçə dəfə qışqıra-qışqıra danışmamasını, evdə uşaqlarının və yaşlı anasının eşidib pis olduğunu desə də Emin ona məhəl qoymamışdır. O, Eminə sakit durmasını, avtomobilini aparıb kimə istəyir ona da düzətdirməsini deyəndə Emin onun ünvanına nalayiq söyüş işlətmişdir. Həmin vaxt o, əsəbləşib Emini bir qədər kənara çağırmış, Eminlə mübahisə etmiş və əlbəyaxa olmuşlar. Həmin vaxt o, əlində olan ucu kəsici dəmir alətlə bir dəfə Eminin sinəsinin sol yan hissəsindən vurmuşdur. Sonra o, Emindən aralanmış, Emindən də getməsini tələb etmiş, sonuncu da oradan getmişdir. Həmin vaxt o, Eminə ağır xəsarət yetirdiyini zənn etməmiş, Emin özü də heç bunu hiss etməmişdir. Emin gedəndə isə ona “bu dəmir sənə baha başa gələcək” deyərək uzaqlaşmışdır. Bundan sonra, Eminin polisə şikayət edəcəyini və polislərin onu qoca anasının, üç azyaşlı övladının gözü qarşısında tutub aparacaqlarını düşünüb evdən çıxıb Şəmkir rayonuna getmiş və orada 3 gün mehmanxanada qalmışdır. 03 aprel 2021-ci il tarixdə isə Gəncə şəhər Baş Polis İdarəsinə gəlib təslim olmuşdur. X5 ağır xəsarət yetirməsinə səbəb Eminin onun yaşadığı evin qarşısında ünvanına nalayiq söyüş söyüb onu təhqir etməsi olmuşdur. Emin onun ünvanına nalayiq söyüş söydüyü üçün əsəbləşərək mübahisəni davam etdirmək məqsədi ilə Emini kənara aparmışdır. Həmin vaxt orada süpürləşən kimi olmuşlar və o, aqıxlı olduğundan əlində olan və ucu kəsici dəmir alətlə Emini vurub xəsarət yetirmişdir. O, Emini öldürmək niyyətində olmamış, özü öz hərəkətlərinə son vermişdir. Hadisə təxminən 2-3 dəqiqə arasında baş vermiş və həmin vaxt küçədə heç kim olmadığı üçün Eminlə olan dava-dalaşı görməmişdir. O, Eminlə dalaşarkən özü heç bir xəsarət almamışdır. Bundan başqa, o, maddi imkanı zəif olduğuna görə şəxsi ehtiyacları üçün pul tapa bilməyib oğurluq etmək qərarına gələrək tanışı Təqsirləndirilən şəxs2la yaşadığı evin yaxınlığında olan 10 nömrəli uşaq baxçasına daxil olub içəridən satıla biləcək dəyərli əşyaları oğurlamaq qərarına gəlmişlər. 07.05.2021-ci il tarixdə, saat 13 radələrində o, Mehmanla birlikdə həmin baxçaya getmişdir. Baxçanın həyətinə daxil olmaq üçün hasarın qapısı kilidli olduğuna görə hasarın dəmir barmaqlıqları arasından keçib içəri daxil olmuşlar. Daha sonra baxçanın binasının plastik qapısından binaya daxil olmuş və zirzəmidə plastik boruların olduğunu görüb onları oğurlamaq qərarına gəlmişlər. Bunun üçün Mehman evə gedib əl arabası və balta gətirmişdir. Həmin vaxt isə o, baxçanın içərisində gözləmişdir. Mehman gəldikdən sonra onlar birlikdə həmin boruları divardan söküb içəridə balta ilə hissələrə ayırmış, sonra isə həmin boruları metal alqı-satqısı məntəqələrinə satmaq üçün Mehmanla birlikdə əl arabası ilə öz evinə aparmışdır. Polis əməkdaşları küçədə olarkən onu və Mehmanı saxlayıb Kəpəz RPİ-yə aparmışlar. Orada izahat alınmış və törətdikləri əməli səmimi olaraq etiraf etmişlər. Daha sonra evinin qarşısında olan həmin plastik boruları polisə təqdim etmişdir. 10 nömrəli uşaq baxçasına Mehmanla birlikdə oğurluq məqsədi ilə daxil olmuşlar. Həmin vaxt orada ikisindən başqa heç kim olmamışdır. O və Mehman oğurluğu birlikdə etmişlər. Onlar baxçadan yalnız plastik boruları oğurlamış və baxçadan yalnız bir dəfə, 07.05.2021-ci il tarixdə oğurluq etmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-in 177.2.1, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə ona elan edilmiş ittihamlar üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, maddi imkanı zəif olduğuna görə narkotikə olan tələbatını ödəmək və digər şəxsi ehtiyacları üçün pul tapa bilməyib oğurluq etmək qərarına gələrək tanışı Təqsirləndirilən şəxs1lə yaşadığı evin yaxınlığında olan 10 nömrəli uşaq baxçasına daxil olub içəridən satıla biləcək dəyərli əşyalar oğurlamaq barədə razılaşmışlar. 07.05.2021-ci il tarixdə, saat 13 radələrində o, Qəhrəmanla birlikdə həmin baxçaya getmişlər. Baxçanın həyətinə daxil olmaq üçün hasarın qapısı kilidli olduğuna görə onlar hasarın dəmir barmaqlıqları arasından keçərək içəri daxil olmuşlar. Bundan sonra baxçanın binasının plastik qapısından binaya daxil olmuş və zirzəmidə çəkilmiş plastik boruların olduğunu görüb onları oğurlamaq qərarına gəlmişlər. Bunun üçün o, evə gedib əl arabası və balta gətirmişdir. Həmin vaxt isə Qəhrəman baxçada onu gözləmişdir. Onlar birlikdə həmin boruları divardan söküb içəridə balta ilə hissələrə ayırmış, sonra isə həmin boruları daha metal alqı-satqısı məntəqələrinə satmaq üçün əl arabası ilə Qəhrəmanın evinə aparmışlar. Həmin boruları Qəhrəmanın evinin qarşısında yerə boşaltdıqdan sonra o, öz evinə getmişdir. Daha sonra polis əməkdaşları küçədə olarkən onu və Qəhrəmanı saxlayıb Kəpəz RPİ-yə aparmışlar. Orada izahatları alınarkən onlar törətdikləri əməli səmimi olaraq etiraf etmişlər. O, 10 nömrəli uşaq baxçasına Qəhrəmanla birlikdə oğurluq məqsədi ilə daxil olmuşlar. Həmin vaxt orada ikisindən başqa heç kim olmamışdır. O və Qəhrəman oğurluğu birlikdə etmişlər. Onlar baxçadan yalnız plastik boruları oğurlamış və baxçadan yalnız bir dəfə, 07.05.2021-ci il tarixdə oğurluq etmişlər. Boruları oğurladıqdan sonra satmağa imkan tapa bilmədikləri üçün sata bilmədən polislər onları saxlamışlar. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs1 2 ildir ki, tanımışdır. Belə ki, Qəhrəman yaşadığı evin qarşısında avtomobillərin təmiri işini görmüşdür. O, 2 il əvvəl özünə məxsus avtomobilin dəmir işlərini Qəhrəmana gördürmüş və tanışlığı bu səbəbdən yaranmışdır. 2020-ci ilin sonlarında, dəqiq xatırlamadığı tarixdə o. özünə məxsus “Vaz-21011” minik markalı, **-BH- *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün Qəhrəmanın yanına getmişdir. Qəhrəman avtomobilə baxıb dəmirçi işlərini görmək üçün zəhməthaqqı kimi ondan 350 manat pul istəmiş, o da qeyd edilən məbləğə razılaşaraq avtomobilini Qəhrəmana təhvil vermiş, həmin vaxt 100 manat da əvvəlcədən pul vermişdir. Qəhrəman avtomobilin dəmirçi işlərini təxminən 20-25 günə yekunlaşdıracağına söz vermişdir. O, aradabir Qəhrəmanın yanına gedib avtomobilində hansı işlərin görüldüyünə nəzarət etmişdir. Lakin hər dəfə gedəndə Qəhrəmanın başqa şəxsin avtomobilinin təmiri ilə məşğul olduğunu, onun avtomobilinin təmirinə isə çox az vaxt ayırdığın, yəni görüləsi işləri tam görmədiyini müşahidə etmişdir. O, Qəhrəmanın yanına gedib-gəldikcə Qəhrəman ondan avtomobildə əlavə işlər gördüyünü bildirib əlavə 100 manat da almışdır. Sonuncu dəfə Qəhrəman ondan avtomobilə material almaq üçün 30 manat da pul istədikdə o, 8 manat vermiş, qalan 22 manatı da verəcəyini bildirmişdir. Onun Qəhrəmanla danışığı 350 manat olsa da, Qəhrəmana 400 manatadək pul vermişdir. Avtomobilinin təmir üçün verilməsindən artıq xeyli müddət keçməsinə baxmayaraq, Qəhrəman işi yekunlaşdırmadığı üçün o, 01.04.2021-ci il tarixdə, saat 11 radələrində iş yoldaşı Şahid3la birlikdə sonuncunun “İSUZİ” markalı avtomobili ilə Qəhrəmanın yaşadığı evə getmişdir. Həmin vaxt Qəhrəman yenə başqa şəxsin avtomobilinin təmiri ilə məşğul olmuş, onun avtomobilinin təmiri isə hələ də başa çatmamışdır. Həmin vaxt o, Qəhrəmandan avtomobilinin təmirini başa çatdırmamasının səbəbini soruşduqda Qəhrəman aqressiv şəkildə danışmağa başlamışdır. Belə ki, Qəhrəman ona “bura qədər işləmişəm, bundan sonra gücüm çatmır, apar başqa yerə orda düzəltdir” deyə bildirmişdir. O, Qəhrəmana avtomobili heç yerə aparmayacağını, onun düzəltməyə borclu olduğunu bildirdikdə sonuncu onun ünvanına aid olmasa da ümumilikdə nalayiq söz işlətmişdir. O da əsəbləşib Qəhrəmanın ünvanına nalayiq söz işlətdikdə arlarında mübahisə yaranmışdır. Qəhrəman onu evin qarşısından bir qədər kənara dəvət etmiş, o da etiraz etməyərək Qəhrəmanla birlikdə həmin yerə getmişdir. Dalan kimi yerə çatdıqda Qəhrəmanla orada yenə mübahisə etməyə başlamışlar. Mübahisə zamanı Qəhrəman ona əl atıb vurmaq istədikdə onlar tutaşmışlar. Həmin vaxt Qəhrəman hansısa deşici-kəsici alətlə onun sinəsinin sol hissəsindən bir dəfə vurmuşdur. O, zərbədən yerə yıxılmış, Qəhrəman isə oradan qaçıb getmişdir. Bundan sonra iş yoldaşı Əli onun yanına gəlib avtomobili ilə onu xəstəxanaya aparmışdır. Onların arasında mübahisə, sonradan isə dava olduğu üçün həmin vaxt Qəhrəman ona bıçaqla xəsarət yetirmişdir. Hadisə, təxminən 1-2 dəqiqə davam etmiş və orada həmin vaxt heç kim olmamışdır. Qəhrəmanın ona hansı alətlə xəsarət yetirdiyini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, hadisədən az əvvəl Qəhrəman söhbətlərini davam etdirmək üçün Emini bir qədər kənara çəkib apararkən onların arasında ciddi bir hadisə ola biləcəyini ehtimal etmədiyi üçün avtomobilində gözləməyə başlamışdır. Emin və Qəhrəman ondan təxminən 15-20 metr uzaqlaşıb gözdən itərək döngəyə daxil olmuşlar. Bu vaxt Qəhrəmanın anası qapıya çıxıb onların dalaşa biləcəklərindən ehtiyat etdiyini bildirərək ondan Qəhrəmangilin arxasınca getməsini xahiş etmişdir. O da avtomobildən düşüb Emingilin arxasınca getmişdir. Onların olduğu döngəyə çataçatda Eminin yerdə uzanıqlı vəziyyətdə olduğunu, Qəhrəmanın isə geri qayıtdığını görmüşdür. O, tez Eminə kömək edib ayağa qaldırmış və Emini öz avtomobili ilə xəstəxanaya aparmışdır. Yolda olarkən Emin, Qəhrəmanın hansısa deşici alətlə ona xəsarət yetirdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 oğlu ifadəsində bildirmişdir ki, 2014-cü ildən Gəncə şəhəri, Kəpəz rayonu, Uşinski küçəsində yerləşən 10 nömrəli körpələr evi uşaq baxçasının müdiri işləmişdir. 2020-ci ilin oktyabr ayında Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının şəhərlərinə təcavüzü ilə həmin körpələr evi uşaq baxçasının yaxınlığına roket düşməsi nəticəsində baxçanın binasına ziyan dəymiş, istifadəyə yararsız hala düşmüşdür. Ona görə də həmin vaxtdan baxça fəaliyyət göstərməmişdir. Buna baxmayaraq, baxça binasının strukturu pozulmamış, qapısı, müəyyən inventar avadanlıqları, həmçinin içərisində sanitariya qovşağı, istilik sistemi yerində olmuşdur. Baxçanın həyətyanı sahəsi hasarla hüdudlanmış, hasarın dəmir barmaqlıqlı qapısı isə kilidli olmuşdur. X9 2014-cü ildən qeyd edilən baxçanın gözətçisi işləmiş, baxça fəaliyyətini dayandırsa da sonuncu tez-tez baxçaya nəzarət etmiş, əmlakın qorunub saxlanılmasına cavabdehlik daşımışdır. 07.05.2021-ci il tarixdə, günorta saatlarında gözətçi Xəyal ona zəng edərək, baxçanın zirzəmisində su istlik borularının oğurlandığını bildirmişdir. O, həmin məlumatı alıb baxçaya getmiş və doğurdan da baxçanın zirzəmisindən təxminən 70-80 metr uzunluqda və 2000 manat dəyəri olan plastik su borularının yerindən sökülməklə oğurlandığını aşkar etmişdir. Bundan sonra isə Gəncə şəhər Kəpəz RPİ-yə ərizə ilə müraciət edib oğurluq barədə məlumat vermişdir. O, ifadəsində daha sonra bildirmişdir ki, hadisə nəticəsində baxçanın tabe olduğu Gəncə şəhər İcra Hakimiyyətinin müvafiq şöbəsinə 2000 manat maddi ziyan dəymişdir. Oğurluq vaxtı baxça fəaliyyət göstərmədiyi üçün oğurluq vaxtı orada olmamışdır. Oğurluğu edən şəxslərin baxçanın yaxınlığında yaşayan Mehman və Qəhrəman adlı şəxslər olmasını sonradan polis əməkdaşlarından eşitmişdir. Baxçadan yalnız 2000 manat dəyərində su boruları oğurlanmış, baxçanın inventarı roket hücumu nəticəsində zədələnmiş, məhv olmuşdur. Oğurluq zamanı isə hər hansı zədələnmə olmamışdır. Baxçanın ərazisinə kənar şəxslərin daxil olmaq hüququ olmamışdır. Binaya daxil olmaq üçün qapı olsa da, roket hücumundan sonra qapı açıq vəziyyətdə olsa da heç kimə fəaliyyəti dayandırılmış müddətdə baxçaya daxil olmağa icazə verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 06.05.2021-ci il tarixdə nəzarət məqsədi ilə baxçaya gedib içəriyə daxil olmuş və hər bir şeyin olduğu kimi qaydasında olmasını müəyyən etmişdir. Ertəsi gün, yəni 07.05.2021-ci il tarixdə, günorta saatlarında baxçaya nəzarət üçün baxçanın zirzəmisində olan plastik su borularının yerində olmadığını aşkar etmişdir. Həmin vaxt oğurluq olduğunu başa düşüb bu barədə baxçanın müdiri Şahid1 bildirmişdir. Günay xanım isə bu barədə polisə müraciət etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 03.04.2021-ci il tarixli “şübhəli şəxsin barəsində qətimkan tədbirinin seçilməsi” haqqında qərardan görünü ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 09.05.2021-ci il tarixli “şübhəli şəxsi tutma” protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 09.05.2021-ci il tarixli “şübhəli şəxsi tutma” protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “məhkəmətibb” ekspertizasının 16.04.2021-ci il tarixli, 527 saylı rəyindən görünür ki, X3 bədənində aşkar edilmiş xəsarət- ağciyərin, diafraqmanın, dalağın yaralanması, daxili qanaxma, İİ dərəcəli hemmoragik şokla müşayiət olunan döş qəfəsinin sol yarısının bir ədəd deşilmişkəsilmiş yarası deşici-kəsici alətlə yetirilmişdir, əmələgəlmə müddəti 01.04.2021-ci il tarixə uyğun gəlir və həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. E.Ə.İsmayılovun bədənində aşkar edilmiş deşilmiş-kəsilmiş yaranın ekspertizaya təqdim edilmiş dəmir alətin, yəni Təqsirləndirilən şəxs1 yaşadığı evin qarşısından götürülmüş deşici-kəsici xassəyə malik deşici-kəsici dəmir predmetin təsirindən əmələ gələ bilməsinin təyini xəsarət alan zaman üzərində olan paltarların xüsusi ekspertizasının (trasoloji) və ya məhkəmə-tibbi kriminalistik ekspertizasının keçirilməsindən sonra mümkündür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “məhkəmətibbi bioloji” ekspertizasının 27.04.2021-ci il tarixli, 12 saylı rəyinən görünür ki, X19 oğlunun maye halda qanının qrup göstəricisi AB0 sistemi üzrə B (İİİ) alfadır.Təqdim olunmuş bir ədəd kəsici alət üzərində qan aşkar olunmadı. Təqdim olunmuş X5 məxsus bir ədəd gödəkçə, bir ədəd jaket, bir ədəd mayka üzərində insana məxsus qan aşkar olundu. Həmin qanın ABO sistemi üzrə qrup göstəricisi B (İİİ) alfa olduğundan onun özünə məxsus ola bilər. X3 təqdim olunmuş bir ədəd cins şalvarının üzərində qanabənzər ləkələr aşkar olunmadığından müayinə edilmədi. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş keçirilmiş “kompleks məhkəmə-soyuq silah” və “trasoloji” ekspertizasının 24.06.2021-ci il tarixli, 16/500/501 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən predmet kustar üsulla hazırlanmış kəsici-deşici xassəyə malik məişət təyinatlı metal predmetdir və soyuq silah hesab edilmir. Təqdim olunan uzunqol gödəkçənin, uzunqol poluverin və maykanın səthində olan ( hər birində bir ədəd olmaqla) zədə kəsici-deşici xassəyə malik olan predmetin, o cümlədən təqdim edilmiş metal predmetin və ya ona bənzər xassəli hər hansı bir alətin təsiri nəticəsində yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Lakin təqdim edilmiş paltarların üzərindəki zədələrdə ( hər birində bir ədəd olmaqla) zədə yaradan predmetə aid xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş metal predmetin təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Təqdim edilən cins şalvarın üzərində mexaniki zədə aşkar edilməmişdir.Tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya ETT Birliyinin 16.04.2021-ci il tarixli, 527 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarət ilə təqdim edilmiş paltarın səthində olan zədələr müqayisə edildi və müəyyən olundu ki, bədəndə yerləşən “ağciyərin, diafraqmanın, dalağın yaralanması, daxili qanaxma, İİ dərəcəli hemmoragik şokla müşayiət olunan döş qəfəsinin sol yarısının bir ədəd deşilmiş-kəsilmiş yarası” xəsarəti ilə gödəkçənin, poluverin və maykanın səthində olan ( hər birində bir ədəd olmaqla) zədələr yerləşmə sahəsinə və sayına görə uyğunluq təşkil edir, yəni zədə və xəsarət üst-üstə düşür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “məhkəməəmtəəşünaslıq” ekspertizasının 26.07.2021-ci il tarixli, 9/5088 nömrəli rəyinən görünür ki, fotoşəkilləri təqdim edilən 21.25 metr uzunluqda 75x10 mm ölçüdə plastik borunun istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin may ayına olan orta bazar qiyməti ilə 1 metri üçün dəyəri nəzəri qaydada təxminən 2.5 manat olmaqla ümumilikdə 55.13 manat, 39.9 metr uzunluqda 63x8 mm ölçüdə plastik borunun 1 metri üçün dəyəri nəzəri qaydada təxminən 1.8 manat olmaqla ümumilikdə 71.82 manat, 8.5 metr uzunluqda 50x6mm ölçüdə plastik borunun 1 metri üçün dəyəri nəzəri qaydada təxminən 1.5 manat olmaqla ümumilikdə 12.75 manat, 1.5 metr uzunluqda 100x2 mm ölçüdə plastik borunun 1 metri üçün dəyəri nəzəri qaydada təxminən 1.5 manat olmaqla ümumilikdə 2.25 manat, ümumilikdə isə təxminən 139.95 manat təşkil edir. 75x10 mm ölçüdə olan boruya aid olmaqla plastik materialdan 1 ədəd birləşdirici hissə, dəstəyi dəmirdən olan 5 ədəd vintil, plastik materialdan olan 1 ədəd paylayıcı, 63x8 mm ölçüdə olan boruya aid olmaqla plastik materialdan olan 20 ədəd birləşdirici, 50x6 mm ölçüdə olan boruya aid olmaqla birləşdirici hissəsi və dəstəyi plastik materialdan olan 1 ədəd vintil boru ütüsü ilə plastik borulara yapışdırıldığından həmin paylayıcılar, birləşdirici hissələr və vintillər yararsız hesab edilir və qiymətsizdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş əməliyyat tapşığının icrası ilə bağlı Gəncə şəhər Kəpəz RPİ-nin əməkdaşları tərəfindən bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmiş və müəyyən edilmişdir ki, 01.04.2021-ci il tarixdə Gəncə şəhəri, Uşinski küçəsi, 5 nömrəli evin yaxınlığında X8 ilə Təqsirləndirilən şəxs1 arasında avtomobilin təmiri ilə bağlı yaranmış mübahisə, sonradan isə dava-dalaş nəticəsində sonuncu kəsici-deşici alətlə Emin İsmayılova xəsarət yetirmiş, onların arasında əvvəllər heç bir ədavət və düşmənçilik olmamışdır. Bununla belə, keçirilmiş əməliyyat-axtarış tədbirlərinə baxmayaraq, hər iki hadisə yerinin yaxınlığında müşahidə kameraları aşkar edilməmiş, həmçinin cinayətin digər iştirakçılarının olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 18.10.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 126.1-ci maddəsi üzrə təqsirli bilinərək, 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 07.04.2010-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq Azərbaycan Respublikasının DİN-in BƏSİİ-dən alınmış arayışından görünür ki, Təqsirləndirilən şəxs2 Gəncə şəhər Nizami rayon Məhkəməsinin 26.12.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi üzrə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 02.07.2015-ci il tarixdə Salyan rayon Məhkəməsinin qərarı ilə 03 ay 29 gün vaxtından əvvəl şərti azad olunmuş, Gəncə şəhər Nizami rayon Məhkəməsinin 21.04.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi üzrə təqsirli bilinib, 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 22.02.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən üzərində saxlanılmış və çəkilməmiş, 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 11.05.2021-ci il tarixli 4(043)-87/2021 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 02 ay 25 gün müddətinə, yəni 03.08.2021-ci il tarixədək “həbs” qətimkan tədbiri seçilməklə, “həbs” etmənin əvvəli 09.05.2021-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 11.05.2021-ci il tarixli 4(043)-87/2021 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 02 ay 25 gün müddətinə, yəni 03.08.2021-ci il tarixədək “həbs” qətimkan tədbiri seçilməklə, “həbs” etmənin əvvəli 09.05.2021-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 22.09.2021-ci il tarixdə zərərçəkmiş şəxs X10 tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş AZ-İİİ № 780851 və AZ-İİİ № 184562 “doğlum haqqında şəhdətnamələrin” surətlərindən görünür ki, 02.10.2013-cü il təvəllüdlü X7 və 30.05.2016-cı il təvəllüdlü X2 atası Təqsirləndirilən şəxs1dur. Beləliklə məhkəmə, ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikasının CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikasının CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1, 177.2.1, 177.2.3 və 177.2.3-2-ci, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onlar tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs1 əməllərində Cinayət Məcəlləsinin 126.1, 177.2.1, 177.2.3 və 177.2.3-2-ci maddələri, Təqsirləndirilən şəxs2 əməlində isə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır və həmin cinayətin törədilməsində onlar təqsirlidirlər. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinin tələblərinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumladə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddələrinin sanksiyasında nəzərdə tutulan həddə ona azadlıqdan mərhumetmə cəzası təyin etməklə cəzanın məqsədinə nail olmasını mümkün sayır. Məhkəmə eyni zamanda hesab edir ki, təqsirləndirilən şəxslərə onların törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmaqla onların təqsirli bilindiyi maddələrnin sanksiyasında nəzərdə tutulan aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə bu mənada «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndinin izahını da nəzərə alır. Belə ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etsinlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Beləliklə məhkəmə kollegiyası ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkəti protokollarını və digər sənədləri Azərbaycan Respublikasının CPM-nin 143-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1, 177.2.1, 177.2.3 və 177.2.3-2-ci, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.3-2-ci maddələrinin əlamətləri olduğundan onların əməlləri yuxarda qeyd olunan maddələrlə tövsif edilmədilir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1, 177.2.1, 177.2.3 və 177.2.3-2-ci, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.3-2-ci maddələrinin nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermiş, təqsirləndirilən şəxslərin əməllərinə düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz onlar tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində onlar təqsirlidirlər. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşağın olması, Azərbaycan Respublikasının CM-nin 59.1.12ci maddəsinə əsasən zərərçəkmiş şəxs X8 ilə barışması, zərərçəkmiş şəxslərin ona qarşı hər hansı bir iddiasının, şikayətinin və tələbinin olmaması onun cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 59 və 61-ci maddələrində nəzərdə tutulan qaydada cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə təqsirləndirildiyi maddələrinin sanksiyasında nəzərdə tutulan həddə onlara azadlıqdan mərhumetmə cəzası təyin etməklə cəzanın məqsədinə nail olmasını mümkün sayır. Həmin Məcəllənin 60.1-ci maddəsinə görə Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 3 (üç) ildən 8 (səkkiz) ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışıq əldə etməsini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəllənin 60-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin ediləcək cəza Azərbaycan Respublikasının Cinayət Məcəllənin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin dörddə üçündən, yəni 06 (altı) ildən artıq ola bilməz. Azərbaycan Respublikasının CM-nin 15.4–cü maddəsinə görə Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlləri az ağır və ağır cinayətlər hesab edildiyindən və həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilməsi müəyyən edildiyindən, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi maddələrin sanksiyası həddində cəza təyin edilərək həmin cəzalar qismən toplanmaqla qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunsa da onun barəsində azadlığın məhdudlaşdırması cəzası təyin edildiyindən, azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edilmədiyindən residiv yaratmır. Azərbaycan Respublikasının CM-in 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residiv yaratmır. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 22.02.2022-ci il tarixli qərarı ilə onun barəsində “8 noyabr –Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən üzərində saxlanılmış və çəkilməmiş 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının CM-nin 68.1.1-1-ci maddəsinə əsasən iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən ona yeni təyin edilmiş cəzaya qismən birləşdirilməlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinin tələbləri qaydasında cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin həbsdə olduqları müddət onların cəza müddətlərinə hesablanmalı olduğundan, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarının başlanğıcı onların tutulduqları, 09 may 2021-ci il tarixdən hesablanmalı, barələrində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübutlar- Gəncə şəhər BPİ-də saxlanılan 1 ədəd mayka, 1 ədəd poluver, 1 ədəd gödəkçə, 1 ədəd cins şalvar, 1 ədəd deşici-kəsici xassəyə malik məişət təyinatlı metal predmet, həmçinin plastik su boruları sahibinə qaytarılmalı, imtina etdikdə məhv edilməldir. İş üzrə məhkəmə məsrəflərinə aid olan 113 (yüz on üç) manat ekspertiza tədqiqatlarının dəyəri təqsrləndirilən şəxslərdən müştərək qaydada, Təqsirləndirilən şəxs1 56,50 manat Təqsirləndirilən şəxs2 56,50 manat tutularaq, Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 126.1, 177.2.1, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzasının əvvəli onun tutulduğu gündən, 09 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 Gəncə şəhər Nizami rayon Məhkəməsinin 21.04.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təyin olunmuş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altlı) gün azadlığın məhdudlaşdırılması cəzasının, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 22.02.2022-ci il tarixli qərarı ilə onun barəsində “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən üzərində saxlanılmış və çəkilməmiş 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının CM-nin 68.1.1-1-ci maddəsinə əsasən iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən ona yeni təyin edilmiş cəza ilə qismən birləşdirilərək Təqsirləndirilən şəxs2 hökmlərin məcmusu üzrə qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzasının əvvəli onun tutulduğu gündən, 09 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış Gəncə şəhər BPİ-də saxlanılan 1 ədəd mayka, 1 ədəd poluver, 1 ədəd gödəkçə, 1 ədəd cins şalvar, 1 ədəd deşici-kəsici xassəyə malik məişət təyinatlı metal predmet, həmçinin plastik su boruları sahibinə qaytarılsın imtina etdikdə məhv edilsin. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 113 (yüz on üç) manat ekspertiza tədqiqatlarının dəyəri təqsrləndirilən şəxslərdən müştərək qaydada, Təqsirləndirilən şəxs1 56,50 manat Təqsirləndirilən şəxs2 56,50 manat tutularaq, Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabina keçirilməlidir. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-62/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-62/2022
06.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver