Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-62/2023 22.09.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər X5 və Mahmudov Faiq Nüsrət oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X3 və X14 oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrinadə dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi– Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkili X2 və Təqsirləndirilən şəxs Zülfüqar oğlunun iştirakları ilə açıq məhkəmə iclasında xx.xx.1981-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, işsiz, Gəncə şəhər məhkum edilmiş məhkumluğu ödənilməmiş və götürülməmiş, Gəncə şəhəri, Nizami küçəsi 10-cu döngə ev 7-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hal-hazırda 2 saylı İstintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Zülfüqar oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs Zülfüqar oğlu istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan ilə külli miqdarda, yəni təmiz çəkisi 2.566 qram psixotrop maddə olan metamfetamini, şəxsi istehlak miqdarından artıq miqdarda,yəni təmiz çəkisi 65 qram narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, Gəncə şəhər BPİ-nin 1-ci polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə, saat 19:00 radələrində o, Gəncə şəhəri, Atatürk prospektində yerləşən“Xan Bağı” adlı parkın yaxınlığında saxlanılaraq keçmiş Gəncə şəhər BPİ-nin 1-ci polis şöbəsinə gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd polietilen kəsiyində külli miqdarda yəni təmiz çəkisi 2,566 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, əynində olan göy rəngli cins gödəkçənin sol iç cibindən 1 ədəd polietilen torbanın içərisində şəxsi istehlak miqdarından artıq miqdarda yəni təmiz çəkisi 65 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı iclasında Təqsirləndirilən şəxs Zülfüqar oğlu ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında yaşayır. xx.xx.2022-ci il tarixdə saat 19 radələrində Gəncə şəhəri Xan Bağının yaxınlığından keçən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmişlər və narkotik vasitə, psixotrop maddə gəzdirməkdə və üzərində saxlamaqda şübhəli olduğunu bildirib onu keçmiş Nizami RPİ-yə dəvət etmişlər. O polis əməkdaşlarına heç bir etiraz etməmişdir. Hüquqlarının müdafiəsi üçün ona dövlət hesabına müdafiəçi təyin edilmişdir. Nizami RPİ-də müdafiəçisinin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş və üzərində olan ağ rəngli sellofana bükdüyü içərisindəki “Zəfəran Aptek” yazılan sellofan torbada saxladığı nəşə adlandırdığı marixuana və ağ rəngli sellofana bükülmüş şüşə adlandırdığı psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Həmin kütlələr ayrı-ayrılıqda zərfdə qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmənin diqqətinə çatdırır ki, ibtadi istintaqa həmin kütlələri xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri 27/05 dairəsi deyilən yerin yaxınlığında dərədən dəmir dəmir axtaran zaman tapdığını desə də, bildirir ki, həmin vasitələri adını demək istəmədiyi şəxsdən əldə etmişdır. Üzərindən aşkar olunmuş kütlələr ondan götürülərək ekspertizaya göndərilmişdir. Ekspertizanın rəyi ilə müəyyən edilmişdir ki, üzərindən aşkar olunmuş kütlələr təmiz çəkisi 65 qram olan narkotik vasitə olan marixuana və təmiz çəkisi 2,566 qram olan metamfetamindir. Törətdiyi əməldən peşmandır. Üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddə metamfetamin ona məxsudur. O həmin narkotik vasitəni və pxsixotrop maddəni heç kəsə verməmiş və satmamışdır, belə bir niyyəti də olmamışdır. Üzərində narkotik vasitə və psixotrop maddə olmasından heç kəsin xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri 1-ci polis bölməsində əməliyyat müvəkkili vəzifəsində xidmət edir. ünvan 3 ünvanında qeydiyyatda olmaqla Nizami küçəsi 10-cu döngə ev 7 ünvanında yaşayan xx.xx.1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin qəbul etməsi, üzərində saxlamaqla daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun və əməliyyat müvəkkili Şahid2 iştirakı ilə tərəflərindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 19 radələrində Gəncə şəhəri Xan Bağının yaxınlığında saxlanılaraq Nizami RPİ-yə gətirilmiş və Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah olunmaqla müdafiəçi ilə təmin olunmuşdur. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra Polis şöbəsində "Panasonic" markalı video kamera vasitəsi ilə müdafiəçi X6 iştirakı ilə Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra onun üzərində şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı onun əynində olan göy rəngli cins şalvarın sağ cibindən 1 ədəd ağ rəngli sellofana bükülmüş büküm və üzərində olan göy cins gödəkçənin sol iç cibindən ağ sellofanın içərisində olan üzərində “Zəfəran Aptek” yazısı olan paket aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitələri “2705 in dairəsi” deyilən yerdən tapdığını, öz istifadəsi üçün üzərində gəzdirdiyini polis əməkdaşlarına bildirmişdir. Həmin kütlələr müdafiəçinin və şəxsi axtarış iştirakçılarının iştirakı ilə elektron tərəzidə çəkilmiş və metamfetaminə oxşar kütlə büküldüyü sellofan torba ilə 3,16 (üç tam yüzdə on altı) qram gəlmişdir. Narkotik vasitə marixuanaya bənzər kütlə isə 200 qram (iki yüz) qram gəlmişdir. Təqsirləndirilən şəxs götürülmüş kütlələr qablaşdırılaraq tərkibinin və dəqiq çəkisinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin Gəncə Regional bölməsinə göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid1 ilə eyni məzmunlu ifadə vermiş və işin halları ilə bağlı onun göstərmiş olduğu xüsusatları tam təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022ci iil tarixli “Cinayət işi başlamaq və icraata götürülməsi haqqında” qərardan görünür ki, 26 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Zülfüqar oğlu barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin başlanmasına səbəb Gəncə şəhər Nizami RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Zülfüqar oğlu 25 fevral 2022-ci il tarixdə saat 19:00-da Gəncə şəhəri Atatürk prospektində yerləşən Xan Bağının yaxınlığında saxlanılaraq Gəncə şəhər H.Əliyev prospekti 475 ünvanında yerləşən Nizami RPİ-nə gətirilmiş, həmin ünvanda onun üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd ağ rəngli sellofana bükülmüş təmiz çəkisi 2,566 qram kustar üsulla hazırlanmış psxiotrop maddə olan metamfetamin, əynində olan göy rəngli cins sol iç cibindən 65 qram narkotik vasitə olan marixuananın aşkar edilərək götürülməsi, əsas isə faktla bağlı toplanmış material olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 25 fevral 2022-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zülfüqar oğlu 25 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 27 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Zülfüqar oğlunun törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsindən, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinə tövsif edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər, Nizami Rayon Məhkəməsinin 27 fevral 2022-ci il tarixli, 4 (044)-22/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Zülfüqar oğlunun barəsində 02 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər, Nizami Rayon Məhkəməsinin 16 aprel 2022-ci il tarixli, 4 (044)-54/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Zülfüqar oğlunun həbsdə saxlama müddəti 02 ay müddətinə uzadılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər, Nizami Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 4(044)-110/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Zülfüqar oğlunun həbsdə saxlama müddəti 15 iyul 2022-ci il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər, Nizami Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 1(044)-95/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Zülfüqar oğlu Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Zülfüqar oğlunun xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək tutulduğu 02 (iki) gün həbsdə saxlamanın bir günə bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, cəmi 04 (dörd) gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq, 01 (bir) il 05 (beş) ay 26 (iyirmi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və cəzanın başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 28 aprel 2022-ci il tarixli “video görüntüyə baxış keçirilməsi haqqında“ protokoldan görünür ki, Gəncə şəhər Nizami RPİ-nin TB-nin təhqiqatçısı polis baş leytenantı X1, Gəncə şəhər Nizami RPİnin CAŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Gəncə şəhər Nizami RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili polis kiçik leytenantı Şahid2, müdafiəçi X6 iştirakı ilə Təqsirləndirilən şəxs Zülfüqar oğlunun üzərinə şəxsi axtarış keçirmişdir. Şəxsi axtarış keçirilməzədən qabaq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir və üzərinə şəxsi axtarış keçirlmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ cibindən 1 ədəd ağ rəngli sellofana bükülmüş metamfetaminə bənzər kütlə və əynində olan göy rəngli cins gödəkçənin sol iç cibindən ağ sellofanın içərisində marixuanaya bənzər kütlə aşkar edilmişdir. Həmin kütlələr elektron tərəzidə çəkilir. Metamfetaminə bənzər kütlənin çəkisi 3,16 qram olmuşdur. Digər marixuanaya bənzər kütlənin çəkisi 200 qram olmuşdur. Daha sonra həmin kütələr zərfdə qablaşdırılaraq və üzəri möhürlənmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 13 aprel 2022-ci il tarixli “axtarış aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zülfüqar oğlunun yaşadığı ünvan 7 ünvandan qanunla qadağan edilmiş heç bir əşya və ya predment aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəməkimyəvi ekspertizasının 26 fevral 2022-ci il tarixli 16/221 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Vətəndaş Təqsirləndirilən şəxs Zülfüqar oğlunun üzərində aşkar olunmuş sellofan torbada narkotik vasitəyə bənzər kütlə..” sözləri və imzalar olan kağız paketdəki, 2(iki) ədəd iç-içə keçirilmiş polietilen torbada təmiz çəkis 65 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədiqata təqdim olunmuş üzərində ”Nizami RPİ-də vətəndaş Təqsirləndirilən şəxs Zülfüqar oğlunun üzərindən aşkar olunan 3,16 qr çəkidə kütlə.” Sözləri və imzalar olan kağız paketəki, 1(bir) ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 2,566 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmənarkoloji ekspertizasının 24 may 2022-ci il tarixli, 703 nömrəli rəyindən göürünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə kannabinoiddən, psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 05 may 2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitənin və psixotrop maddənin mənbəyini və rayon ərazisində baş vermiş digər cinayətlərdə iştirak edib-etməməsini, narkotik vasitəni və psixotrop maddəni əldə etməsində ona köməklik edən şəxsin olub-olmamasını müəyyən etmək mümkün olmamış, o, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olsada lakin, narkotik vasitələri və psixotrop maddələri konkret olaraq satmış olduğu şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Zülfüqar oğlunun barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi xx.xx.2022-ci il tarixdə məhkəməyə göndərilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 03 mart 2022-ci il tarixli, 1010 saylı Azərbyacan Respublikası Gəncə şəhər, Psixonevroloji Dispanserindən verilmiş arayışdan görünür ki, Məmmədov X9 şəhər, Psixonevroloji Dispanserində qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbyacan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər, Narkoloji Dispanserindən verilmiş 11 mart 2022-ci il tarixli 1228 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Zülfüqar oğlu xx.xx.2022-ci il tarixdən “heroindən” asılılıqdan dispanser qeydiyyatındadır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən verilmiş sorğuya 07 avqust 2023-cü il tarixli Gəncə şəhər BPİ-dən verilmiş cavab məktubundan görünür ki, Gəncə şəhər BPİ-nin inzibati binasında quraşdırılmış nəzarət müşahidə kameralarının yaddaşsaxlama müddəti 1 ayadək olduğundan xx.xx.2022-ci il tarixdə hər hansı görüntü əldə etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 02 iyun 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Zülfüqar oğlunun üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 2,516 qram psixotrop maddə olan metamfetamin və 64,95 qram narkotik vasitə olan marixuana maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİnin saxlama anbarına saxlanca verilmişdir. 25 fevral 2022-ci il tarixdə keçirilmiş əməliyyataxtarış tədbirlərindən sonra X4 üzərinə şəxsi axtarış və yaşadığı evdə axtarışın video çəkilişi olan 01 ədəd “DVD” disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Beləliklə məhkəmə, ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zülfüqar oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs Zülfüqar oğlunun əməlində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır və həmin cinayətin törədilməsində o, təqsirlidir. Məhkəmə eyni zamanda vurğulayır ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Zülfüqar oğlunun əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Zülfüqar oğlunun qanunsuz olaraq əldə edib, üstündə qanunsuz saxlamaqla daşıdığı ümumi təmiz çəkisi 65 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuananı və 2,566 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, üzərində saxlaması və daşıması qənaətinə gəlsə də məhkəməyə bununla bağlı sübut təqdim edilməmişdir. Nə iş üzrə aparılmış ibtidai araşdırma zamanı, nə də ki, məhkəmə tərəfindən aparılan məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Zülfüqar oğlunun yuxarıda qeyd olunan narkotik vasitəni satış məqsədilə əldə etməsini, saxlamasını, daşımasını, təsdiq edən hər hansı bir sübut müəyyən edilməmişdir. Belə olduğu təqdirdə istintaq orqanının tərəfindən hansı əsasla Təqsirləndirilən şəxs Zülfüqar oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilməsi qeyri-müəyyəndir. Cinayət işinin materiallarından da göründüyü kimi, Təqsirləndirilən şəxs Zülfüqar oğlu həm ibtidai araşdırma zamanı ibtidai istintaq orqanına həmdə məhkəmə istintaqı zamanı “üzərindən aşkar edilmiş narkotik vasitələri özü istifadə etmək üçün alaraq üzərində saxladığını bildirmiş, bu mövqedən çıxış edərək onun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zülfüqar oğlunun əməli ibtidai istintaq orqanı tərəfindən yalnış olaraq Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edildiyindən, törədilən cinayət əməlinə düzgün hüquqi qiymət verilməklə Təqsirləndirilən şəxs Zülfüqar oğlunun əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Belə ki, cinayət işinin materiallarından da göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Zülfüqar oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmiş, ona həmin maddə ilə ittiham elan olunmaqla ittiham aktı tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Lakin cinayət işinin materiallardan görünür ki, ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs Zülfüqar oğlu həm şübhəli şəxs qismində, həm də təqsirləndirilən şəxs qismində dindirilərkən ifadəsində “narkotik vasitədən istifadə etdiyini lakin onun satışı ilə məşğul olmadığını, həmin maddə ilə özünü təqsirli bilmədiyini və polis əməkdaşlarının təzyiqləri ilə etiraf edici ifadələr verdiyini” bildirmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə qeyd edilən narkotik vasitəni satış məqsədi ilə əldə etməsi və üzərində daşıması barədə ifadə verməmişdir. Həmçinin, cinayət işi üzrə dindirilən şahidlər Şahid1 və Şahid2 da şahid qismində ifadə verərkən Təqsirləndirilən şəxs ilkin sorğu zamanı və digər istintaq hərəkətləri aparılan zaman sonuncunun üzərindən aşkar edilən kütləni şəxsi istifadəsi üçün üzərində saxladığına dair xüsusatları polis əməkdaşlarının diqqətinə çatdırdığını vurğulamışlar. Qeyd olunmalıdır ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci Qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki bu qəbildən olan işlərə baxılarkən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin üzərindən çıxan narkotik vasitənin miqdarının həmin narkotik vasitə üçün külli miqdar hesab edilməsi, hələ onun satış üçün əldə olunması və satış məqsədi ilə daşınması demək deyildir və yalnız bu əsasla şəxsin əməlinin satış məqsədi ilə narkotik vasitənin əldə edilməsi və daşınması əməli kimi, yəni Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi düzgün deyildir. Göründüyü kimi, iş üzrə mövcud olan heç bir sübut növü Təqsirləndirilən şəxs Zülfüqar oğlunun qeyd edilən narkotik vasitəni satış məqsədilə əldə etdiyini, saxladığını və üzərində daşıdığını təsdiq etmir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarında öz əksini tapan sübutlarla Təqsirləndirilən şəxs Zülfüqar oğlunun qeyd edilən narkotik vasitəni satış məqsədi olmadan əldə etdiyi və daşıdığı sübut olunur və cinayət işində mövcud olan heç bir sübut bu halı təkzib etmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 28.4.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatını həyata keçirən məhkəmələr şübhəli və ya təqsirləndirilən şəxsi ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifəsini yerinə yetirməlidirlər. Cinayət prosessual qanunvericiliyin bu tələblərinə riayət edilib-edilməməsi məsələsi ilə bağlı qeyd olunmalıdır ki, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsini, saxlanılmasını və daşınmasını iddia edən və bunu ittihamda göstərən ittiham tərəfi ittiham aktında həmin nəticəsini əsaslandırmaq üçün bir dəlilə də olsun istinad etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Zülfüqar oğlunun satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda – ümumi təmiz çəkisi 2,566 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini və 65 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşıması özünün ibtidai araşdırma zamanı verdiyi etiraf edici ifadələrlə yanaşı, şahidlərin ifadələri, məhkəmə-narkoloji, məhkəmə-kimyəvi ekspertizasının rəyləri ilə, əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə protokolla və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Odur ki, məhkəmə kollegiyası yuxarıda sadalananları hazırki iş üzrə tətbiq edərək hesab edir ki, ibtidai araşdırma orqanının gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmadığından, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Bununla bağlı məhkə eyni zamanda aşağıdakıları da qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Cinayət məsuliyyətinin əsaslarını müəyyən edən CM-in 3-cü maddəsinə əsasənyalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-in 234.1-ci maddəsində “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə,saxlama, hazırlama, emal etmə, daşıma” ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. CM-in 234.2-ci maddəsində “Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Cinayət Məcəlləsinin 234.4-cü maddəsinə əsasən bu Məcəllənin 234.2 və 234.3-cümaddəsində nəzərdə tutulmuş əməllər: -234.4.3. külli miqdarda törədildikdə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir.“Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında”Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinəyetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslərtərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.“Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-cimaddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirməkimkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundanməhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur.Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin,psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il 2 №-li Qərarının 8-ci bəndində qeyd edilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində şərh verilmişdir. Belə ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Qərarın 9-cu bəndində isə qeyd edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satmadeyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama,hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs əməlində narkotik maddələrin satış məqsədi ilə əldə edilməsini təsdiq edən və Ali Məhkəməinin Plenumunun qeyd edilən Qərarında sadalanan əlamətlərin olması nə ibtidai araşdırma orqanı tərəfindən aparılan istintaq zamanı, nə də məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməsinə dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir, 145.3-cü maddəyə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.CPM-in 351.2-ci maddəsinin tələblərinə görə, məhkəmənin ittiham hökmü ehtimallaraəsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında xatırlatmışdır ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır.Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları vəqanunvericiliyin istinad edilən normaları və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında verilən şərhlər və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarında verilən tövsiyələrin tələbləri baxımından qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etməsi iş materialları ilə kifayət qədər sübuta yetirilmir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs “satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma” cinayəti törətməsi iş materialları ilə kifayət qədər sübuta yetirilir. Ona görə də təqsirləndirilən Təqsirləndirilən şəxs əməli “satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, daşıma və saxlama”ya görə cinayət məsuliyyətini nəzərdə tutan CM-in 234.4.3-cü maddəsindən, “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma” ya görə cinayət məsuliyyətini nəzərdə tutan CM-in 234.1-ci maddəsi ilə tövsif edilməli və Təqsirləndirilən şəxs həmin maddə ilə cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmalıdır. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Digər tərəfdən məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs Zülfüqar oğlunun əldə etdiyi narkotik vasitənin qanunsuz olması göstərilən sübutlarla bərabər həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əsasən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0. 6,1.0.9, 1.0.10, 1.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbayyan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.9-cu maddəsinə əssən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi – həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bundan başqa Təqsirləndirilən şəxs Zülfüqar oğlunun cinayət əməli Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» müəyyən edilmiş 1 saylı Siyahının tələbləri baxımından da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» həmin qanunun 1-ci siyahısının 12-ci bəndində marixuana adlı narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı hədinin 5 qram, külli miqdarı (təmiz halda qramlarla) isə 500 qram və ondan yuxarı olması göstərilmişdir. həmin Qanunun 2 saylı Siyahısına əsasən metamfetamin isə psixotrop maddə hesab olunur, heroinin və metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarı isə 2 qram və ondan yuxarı hesab olunur. Odur ki, Təqsirləndirilən şəxs Zülfüqar oğlu Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Məhkəmə eyni zamanda vurğulayır ki, Təqsirləndirilən şəxs yol verdiyi əməl CM-in 234.1-1ci maddəsilə tövsif edilə bilməz. Belə ki, sözügedən norma 2022-ci ilin may ayından cinayət qanununa əlavə edilməklə qüvvəyə minmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli isə bu tarixdən əvvəl baş vermişdir. Azərbaycan Respublikası CM-in 234.1-cü maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən isə cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs Zülfüqar oğlunun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun törətdiyi cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Təqsirləndirilən Təqsirləndirilən şəxs Zülfüqar oğlunun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə, habelə törətdiyi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsinə və ya onun şərti məhkum edilməsinə isə əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs Zülfüqar oğlunun əməlində cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Zülfüqar oğlunun əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər, Nizami Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 1(044)-95/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Zülfüqar oğlu Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həminhökmlə təyin edilmiş cəzadan şübhəli şəxs qismində tutulduğu cəmi 04 (dörd) gün müddət çıxılaraq ona qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Odur ki, X10 Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinin tələblərini nəzərə alaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük içtimai təhlükə törətməyən, az ağır və ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslərin cəzasını-ümumi rejimli cəzaçəkmə müəsissələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zülfüqar oğluna təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Bundan əlavə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Məhkəmə-narkoloji ekspertizasının 24 may 2022-ci il tarixli, 703 nömrəli rəyindən göürünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə kannabinoiddən, psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Ona görə də Təqsirləndirilən şəxs Zülfüqar oğluna cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 25 fevral 2022-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zülfüqar 25 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər, Nizami Rayon Məhkəməsinin 27 fevral 2022-ci il tarixli, 4 (044)-22/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Zülfüqar oğlunun barəsində 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 25 fevral 2022-ci il tarixdən hesablanmışdır. Odur ki, qanunun həmin tələbini rəhbər tutaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zülfüqar oğlunun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək bu iş üzrə cəmi 2 gün həbsdə saxlandığı müddət, ona təyin olunan cəza müddətinə hesablanmalı, Təqsirləndirilən şəxs Zülfüqar oğlunun həbsdə saxlanıldığı müddət, yəni onun tutulduğu xx.xx.2022-ci il tarixdən hökmün qanuni qüvvəyə mindiyi vaxta qədər həbsdə olacağı müddət Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən ona təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, iş üzrə maddi sübut olan X4 üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 2,516 qram psixotrop maddə olan metamfetamin və 64,95 qram narkotik vasitə olan marixuana maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmişdir. 25 fevral 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra X4 üzərinə şəxsi axtarış və yaşadığı evdə axtarışın video çəkilişi olan 01 ədəd “DVD” disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan X4 üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 2,516 qram psixotrop maddə olan metamfetamin və 64,95 qram narkotik vasitə olan marixuana məhv edilməli, 25 fevral 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra X4 üzərinə şəxsi axtarış və yaşadığı evdə axtarışın video çəkilişi olan 01 ədəd “DVD” diskin iş üzrə cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Bundan əlavə təqsirləndirilən Təqsirləndirilən şəxs Zülfüqar oğlunun hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi Şamil oğlu həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçlərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 2001-ci il 01 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə xx.xx.2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün altı manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs Zülfüqar oğluna göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkili Müdafiəçi Şamil oğlunun işlədiyi Gəncə şəhər 1 saylı vəkil bürosunun hesabına 240 manat məbləğində pul köçürülməlidir. Digər tərəfdən həmçinin müəyyən edilmişdir ki, iş üzrə 32 manat 40 qəpik məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs Zülfüqar oğlunun maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə məsrəfi təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Zülfüqar oğlu Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona həmin maddə ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Gəncə şəhər, Nizami Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 1(044)-95/2022 saylı hökmü ilə ona qəti olaraq təyin olunmuş 01 (bir) il 05 (beş) ay 26 (iyirmi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanılaraq qəti olaraq Təqsirləndirilən şəxs Zülfüqar oğluna 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edislin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı tutulduğu tarixdən, yəni 25 fevral 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs Zülfüqar oğluna cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan X4 üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 2,516 qram psixotrop maddə olan metamfetamin və 64,95 qram narkotik vasitə olan marixuana məhv edilsin, 25 fevral 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra X4 üzərinə şəxsi axtarış və yaşadığı evdə axtarışın video çəkilişi olan 01 ədəd “DVD” diskin iş üzrə cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs Zülfüqar oğluna göstərilmiş 40 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi Şamil oğlunun işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Təqsirləndirilən Təqsirləndirilən şəxs Zülfüqar oğlundan 32 manat 40 qəpik məbləğində məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən onun elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-62/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-62/2023
22.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver