Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-62/2024 04.12.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Məmmədov Abdulla Elşad oğlu və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1987-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, qəti olaraq 01 (bir) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və cəzası çəkilməmiş, işsiz, Şəmkir rayonu, Çinarlı qəsəbəsində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, külli miqdarda, yəni təmiz çəkisi 3.270 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə edərək 4 ədəd hər biri ayrı-ayrılıqda 2,522 qram, 0,254 qram, 0.245 qram və 0.249 qram olmaqla siqaretin şəffav sellofanına bükərək bir ədəd ağ rəngli “LD” siqaret qutusunda əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxlamış, Gəncə şəhər BPİ-nin Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən 14 oktyabr 2022-ci il tarixdə, saat 19:30-da Gəncə şəhəri, Əziz Əliyev prospektində yerləşən «Lukoil» yanacaq doldurma məntəqəsinin yaxınlığında saxlanılaraq, ünvan 1 ünvanında yerləşən Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli şalvarın sağ yan cibində gizlətdiyi bir ədəd “LD” siqaret qutunusun içərisində 4 ədəd hər biri ayrı-ayrılıqda 2,522 qram, 0.254 qram, 0.245 qram və 0.249 qram olmaqla siqaretin şəffaf sellofanına bükülmüş, ümumilikdə təmiz çəkisi 3.270 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, üzərində narkotik vasitə olmuş və polis əməkdaşları tərəfindən Gəncə şəhərində «posyolka» adlanan ərazidə yanacağ doldurma məntəqəsinin yanında saxlanılmış və Gəncə şəhər Baş Polis İdarəsinə gətirilmişdir. O, polis əməkdaşlarına narkotik vasitəni şəxsən özü təqdim etmiş və istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. O, narkotik maddələri satmaq məqsədilə daşımamış, şəxsi istifadə üçün üzərində gəzdirmişdir. Məhkəmədən ona ədalətli cəza təyin olunmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət-axtarış idarəsinə Əli adlı adamın qanunsuz narkotik dövriyyəsində şübhəli bilinməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Həmin şəxsin yeri müəyyənləşdirilmiş, Əziz Əliyev prospektində saxlanılmış, Gəncə şəhər BPİ-nə dəvət edilmiş, təhqiqatçı ilə bir yerdə üzərinə baxış keçirilmişdir. Üzərindən 1 ədədi iri olmaqla 4 bükümdə narkotik vasitə aşkar olunmuşdur. Bükümün təqribi çəkisi 7 qramdan artıq olmuşdur. Saxlanılan zaman təqsirləndirilən şəxs heç bir müqavimət göstərməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2022-ci ilin oktyabr ayında təqsirləndirilən şəxs Əziz Əliyev prospektində saxlanılmış və Gəncə şəhər Baş Polis İdarəsinə gətirilmişdir. O, təqsirləndirilən şəxsin saxlanılmasında və üzərində şəxsi axtarışın keçirilməsində iştirak etmişdir. Təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitənin çəkisi təxminən 4 qr olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş 14 oktyabr 2022-ci il tarixli şübhəli şəxsin tutması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş 16 oktyabr 2022-cü il tarixli “təqsirləndirlən şəxs barəsində qətimkan tədbirin seçilməsi və onun MSY-dən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” haqqında qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş 15 yanvar 2023-cü il tarixli “təqsirləndirlən şəxs barəsində axtarış elan edilməsi və tutulması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və yerinin müyyən edilib tutulması üçün qərar adiyyəti üzrə icra olunması üçün Gəncə şəhər Baş Polis İdarəsinə göndərilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin 25 fevral 2023-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs 25 fevral 2023-cü il tarixdə Bakı şəhər ərazisində tutularaq Gəncə şəhər Baş Polis İdarəsinin MSY-nə təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş Gəncə şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(125)-100/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 01 (bir) ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Məhkəmə- Kimyəvi Ekspertizasının 15 oktyabr 2022-ci il tarixli 16/1192 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə 7.03 qram yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd «LD» markalı siqaret qutusunda olan 2 (iki) ədəd iç-içə sellofan bükümdə və 3 (üç) ədəd tək sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 2.522 qram, 0,254 qram, 0,245 qram, 0,249 qram ümumi təmiz çəkisi 3.270 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə- Narkoloji Ekspertizasının 02 mart 2023-cü il tarixli 365 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibində bir ədəd ağ rəngli “LD” markalı siqaret qutusunu çıxarıb təqdim edir və həmin siqaret qutusunun içərisindən bir ədəd iri və üç ədəd xırda siqaretin ağ sellofana bükülmüş halda tünd qəhvəyi rəngli narkotik vasitə olan heroin olduğu müəyyən olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 315.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdə cəzanın sonu ilə azad olunmuş, Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 10 dekabr 2022-cü il tarixli “Sübutların qiymətləndirlməsi haqqında” qərardan görünür ki, Gəncə şəhər Baş Polis İdarəsində məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 3.270 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınaraq cinayət təqibi üzrə icraat başa çatanadək Gəncə şəhər Baş Polis İdarəsinə məsul saxlanca verilmiş, həmçinin cinayət işinə əlavə edilmiş şəxsi axtarış zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 1 ədəd “DVD” disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Probasiya İdarəsinin xx.xx.2024-cü il tarixli, 18050-21-1/36243-14 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 01 (bir) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə qeydiyyata götürülməsinə baxmayraq ona təyin olunmuş cəza çəkilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı üzərindən aşkar edilmiş narkotik vasitə heroini satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün üzərində saxlaması barədə ifadəsini, şahid ifadələri, ekspertiza rəyləri və digər sübütlarla təkzib edildiyindən inandırıcı hesab etmir, özünü müdafiə məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirirərk sübut kimi qəbul etmir. Beləliklə, Təqsirləndirilən şəxs külli miqdarda, yəni təmiz çəkisi 3.270 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə edərək 4 ədəd hər biri ayrı-ayrılıqda 2,522 qram, 0.254 qram, 0.245 qram və 0.249 qram olmaqla siqaretin şəffav sellofana bükərək bir ədəd ağ rəngli «LD» siqaret qutusunda əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə qoyaraq saxlaması və daşıması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, sübutları müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinin izahını da nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar olunub götürülmüş narkotik vasitələrin miqdarının şəxsi istehlak miqdardan dəfələrlə artıq olması, Təqsirləndirilən şəxs siqaret qutunusun içərisində 4 ədəd hər biri ayrı-ayrılıqda 2,522 qram, 0.254 qram, 0.245 qram və 0.249 qram olmaqla siqaretin şəffaf sellofana bükülmüş, ümumilikdə təmiz çəkisi 3.270 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsinə, daşımasına və saxlanmasına dəlalət edir. Təqsirləndirilən şəxs qeyd edilən əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, o, Azərbaycan Respublikasıının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cinayət cəzası daşımaldır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Təqsirləndirilən şəxs CM-in 59-cu maddəsinə əsasən cəsasını yüngülləşdirən və CM-in 61-ci maddəsinə əsasən isə ağırlaşdıran hallar yoxdur. Məhkəmə kollegiyası, Təqsirləndirilən şəxs şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Belə ki, təqsirləndirilən şəxsin əvvəllər də qəsdən cinayət törətməyə görə cinayət məsuliyyətinə cəlb edilməsi onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Məhəkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakteri və ictimai təlükəlilik dərəcəsi, şəxsiyyəti nəzərə alınmaqla, barəsində yalnız azadlıqdan məhrum elmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, qəti olaraq 01 (bir) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Probasiya İdarəsinin xx.xx.2024-cü il tarixli, 18050-21-1/36243-14 nömrəli məktubundan görünür ki, hökmün icrası ilə əlaqədar Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə qeydiyyata götürülmüş, ona təyin olunmuş cəzanı çəkməmişdir. Azərbaycan Respublikasının CM-in 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 03 (üç) ay hissəsi Azərbaycan Respublikasının CM-in 68.1.1-1-ci maddəsinə əsasən 07 (yeddi) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla və Azərbaycan Respublikasının CM-in 66.5-ci maddəsinə əsasən yeni hökm üzrə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaq yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilməli və bu halda birinci hökmə əsasən çəkilməmiş cəza tam və ya qismən qəti cəza müddətinə həsablanmalıdır. Məhəkəmə hesab edtir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə Təqsirləndirilən şəxs əvvəlki hökmlə təyin edilmiş cəza ilə hazırki iş üzrə təyin olunacaq cəza qismən toplanmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs 14 oktyabr 2022-ci il tarixdən 16 oktyabr 2022ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 25 fevral 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsaəsən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut Gəncə şəhər BPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 3.270 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Gəncə şəhər BPİ və “Azərbaycan Respublikası Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Maddi sübut olan 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 30,40 (otuz manat qırx qəpik) məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 05 (beş) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən təyin edilmiş və çəkilməmiş 01 (bir) il 03 (üç) ay azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının CM-in 68.1.1-1-ci maddəsinin tələbinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla cəzanın çəkilməməiş qalan 07 ay (yeddi) 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının CM-in 66.5-ci maddəsinə əsasən yeni hökm üzrə təyin olunmuş 05 (beş) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona qəti olaraq ona 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 14 oktyabr 2022-ci il tarixdən 16 oktyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikasının CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə hesablamaq yolu ilə təyin edilmiş əsas cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 05 (beş) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 25 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsaəsən narkomaniyadan məcburi müalicə təyin edilsin və narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut Gəncə şəhər BPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 3.270 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Gəncə şəhər BPİ və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. İş üzrə məhkəmə məsrəfi ekspertiza tədqiqatının dəyəri 30,40 (otuz manat qırx qəpik) manat Təqsirləndirilən şəxs alınaraq, Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-62/2024
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-62/2024
04.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver