Məhkəmə qərarları › İş №1(100)-62/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-62/2025

06.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-62/2025 06.08.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Müslümov Bəhruz Firizman oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X14, X20, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, ədliyyə müşaviri X22 və müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.1960-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 311.1 və 326.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə külli miqdarda özgənin əmlakını ələ keçirərək təkrarən dələduzluq etmiş, vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar etdiyi hərəkətə görə özü üçün birbaşa yolla şəxsən maddi neməti rüşvət qismində istəmiş, eləcə də almış, tamah məqsədi ilə rəsmi sənədi talamışdır. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Dəmir Yolları QSC-nin sədrinin xx.xx.2014-cü il tarixli, NOK-33 saylı əmri və Azərbaycan Dəmir Yolları QSC-nin Həkim-Sanitar Xidməti rəisinin xx.xx.2014-cü il tarixli, 17/K saylı əmrinə əsasən Gəncə X23nın baş həkimi vəzifəsində işləyən zaman xəstəxananın rəhbəri kimi öz qulluq mövqeyinə görə ona olan inam və etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək qərarına gəlmiş, bu niyyətlə şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə Zərərçəkmiş şəxs5 külli miqdarda əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək məqsədi ilə guya geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrindən istifadə edərək dərman alqı-satqısı ilə məşğul olduğunu və pul verəcəyi halda sonuncunu həmin alqı-satqıya nəzarət edən şəxs kimi təyin edəcəyini vəd edərək, üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda Zərərçəkmiş şəxs5 bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə sonuncudan 2016-ci ilin noyabr ayında günü istintaqa dəqiq məlum olmayan tarixdə Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən “Gəncə Otel”in qarşısında 15000 (on beş min) manat, 2018-ci ilin yay aylarında günü istintaqa dəqiq məlum olmayan tarixdə Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən "Gəncə Otel”in qarşısında 40000 (qırx min) manat, daha sonra ucuz torpaq sahəsinin olduğunu bildirərək, həmin torpaq sahəsini almaq adı ilə Zərərçəkmiş şəxs5 pul istəyib qısa zamanda qaytaracağını vəd edərək üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda sonuncuya bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verməklə inandırıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs5 2018-ci ilin noyabr ayında günü istintaqa dəqiq məlum olmayan tarixdə Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən “Gəncə Otel”-in qarşısında 2600 (iki min altı yüz) manat, daha sonra baş həkim işlədiyi Gəncə X16 yoxlama aparıldığını və bununla bağlı 50000 (əlli min) manat pul lazım olduğunu bildirərək, Zərərçəkmiş şəxs5 bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verməklə inandırıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə sonuncudan 2020-ci ilin yanvar ayının 10-da Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən “Gəncə Otel”-in qarşısında 50000 (əlli min) manat, daha sonra yenidən Zərərçəkmiş şəxs5 dərman alqı-satqısı ilə məşğul olduğunu və sonuncunu həmin alqı-satqıya nəzarət edən şəxs kimi təyin edəcəyini vəd edərək, üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda Zərərçəkmiş şəxs5 bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, etibardan suiistifadə etmə və aldatma yolu ilə sonuncudan 2020-ci ilin fevral ayında günü istintaqa dəqiq məlum olmayan tarixdə Gəncə şəhəri, Məhrəsə Bağı, 8 saylı binanın yanında 45000 (qırx beş min) manat, 2020-ci ilin mart ayının əvvəllərində günü istintaqa dəqiq məlum olmayan tarixdə Gəncə şəhəri, Atatürk prospektində “95 saylı” Aptekin yanında 50000 (əlli min) manat pulu qeyd olunan şəkildə hissə-hissə ələ keçirərək ümumilikdə Zərərçəkmiş şəxs5 vahid niyyətlə 202600 (iki yüz iki min altı yüz) manat məbləğində külli miqdarda maddi ziyan vuraraq öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Gəncə X23nın baş həkimi vəzifəsində işləyən zaman təkrarən xəstəxananın rəhbəri kimi öz qulluq mövqeyinə görə ona olan inam və etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlmiş, bu niyyətlə şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə Zərərçəkmiş şəxs2 əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək məqsədi ilə guya geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrindən istifadə edərək 2000 (iki min) manat pul verəcəyi halda sonuncuya pensiya müavinəti təyin etdirəcəyini yalandan vəd verərək, üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda Zərərçəkmiş şəxs2 bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə sonuncudan 2018-ci ilin oktyabr ayının əvvələrində günü istintaqa dəqiq məlum olmayan tarixdə Gəncə şəhəri, Mehdi bəy Sultanov 17 ünvanında yerləşən X5 xidməti iş otağında 1400 manat, 2018-ci ilin oktyabr ayının ortalarında günü istintaqa dəqiq məlum olmayan tarixdə həmin niyyətinin davamı olaraq Zərərçəkmiş şəxs2 əri Şahid2 vastəsilə Gəncə şəhəri, Mehdi bəy Sultanov 17 ünvanında yerləşən X4 xidməti iş otağında 100 manat, 2019-cu ilin mart ayının əvvəllərində günü istintaqa məlum olmayan vaxtda Gəncə şəhəri, Mehdi bəy Sultanov 17 ünvanında yerləşən X5 xidməti iş otağında 500 manat pulunu ələ keçirərək ümumilikdə Zərərçəkmiş şəxs2 vahid niyyətlə 2000 manat məbləğində maddi ziyan vurmaqla öz qulluq mövqeyindən istifadə etməklə təkrarən dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Gəncə X23nın baş həkimi vəzifəsində işləyən zaman təkrarən xəstəxananın rəhbəri kimi öz qulluq mövqeyinə görə ona olan inam və etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlmiş, bu niyyətlə şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə Zərərçəkmiş şəxs1 əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək məqsədi ilə guya geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrindən istifadə edərək 4000 (dörd min) manat pul verəcəyi halda sonuncunun arvadı Aybəniz Məmmədovaya pensiya müavinəti təyin etdirəcəyini yalandan vəd verərək, üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda Zərərçəkmiş şəxs1 bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə sonuncudan 21 avqust 2019-cu il tarixdə Gəncə şəhəri, Mehdi bəy Sultanov 17 ünvanında yerləşən X9 xidməti iş otağında 1500 manat. 30 dekabr 2019-cu il tarixdə Gəncə şəhəri Atatürk prospekti “Azərin hədiyyələri” adlı mağazanın qarşısında isə 2500 (iki min beş yüz) manat pulunu ələ keçirərək ümumilikdə ona vahid niyyətlə 4000 manat məbləğində maddi ziyan vurmaqla öz quluq müvqeyindən istifadə etməklə təkrarən dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Gəncə X23nın baş həkimi vəzifəsində işləyərkən 04 aprel 2017-ci il tarixdə təsdiq edilmiş, 05 aprel 2017-ci il tarixdə ********** nömrəsi ilə dövlət qeydiyyatına alınmış "xxxx" QSC Həkim-Sanitar Xidmətinin Gəncə X23 MMC-nin nizamnaməsinə əsasən kadr məsələlərini həll etmək və işçiləri vəzifəyə, eləcə də gözətçi vəzifəsinə təyin etmək səlahiyyətlərinə malik vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar rəhbəri olduğu Gəncə X16 gözətçi vəzifəsinə işə təyin edilmək üçün müraciət etmiş Zərərçəkmiş şəxs6 pulu-maddi neməti rüşvət qismində istəmək və almaq qərarına gəlmiş, həmin niyyətlə sonuncunu Gəncə X16 gözətçi vəzifəsinə təyin etmək müqabilində 2019-cu ilin sentyabr ayının əvvəlində günü istintaqa dəqiq məlum olmayan tarixdə Gəncə şəhəri, Mehdi bəy Sultanov 17 ünvanında yerləşən Gəncə X16 xidməti iş otağında özü üçün birbaşa olaraq 500 (beş yüz) manat pulu rüşvət qismində istəmiş, daha sonra cinayətkar əməlini davam etdirərək Zərərçəkmiş şəxs6 Gəncə X16 gözətçi vəzifəsinə işə təyin etmək üçün 2019-cu ilin sentyabr ayının əvvəlində günü istintaqa dəqiq məlum olmayan tarixdə Gəncə şəhəri, Mehdi bəy Sultanov 17 ünvanında yerləşən Gəncə X16 xidməti iş otağında özü üçün birbaşa olaraq şəxsən Zərərçəkmiş şəxs6 500 (beş yüz) manat pulu rüşvət qismində alaraq, həmin vaxt xəstəxanada gözətçi vəzifəsi vakant olmadığından, Zərərçəkmiş şəxs6 ərizəsi əsasında xx.xx.2019-cu il tarixli əmr verib, imzalamaqla sonuncunu 0.5 ştat vahidi üzrə fəhlə vəzifəsinə təyin etmiş, daha sonra cinayətkar niyyətinin davamı olaraq Zərərçəkmiş şəxs6 həmin xəstəxanada gözətçi vəzifəsinə təyin etmək müqabilində 2019-cu ilin sentyabr ayının sonlarında günü istintaqa dəqiq məlum olmayan tarixdə Gəncə şəhəri, Mehdi bəy Sultanov 17 ünvanında yerləşən Gəncə X16 xidməti iş otağında özü üçün birbaşa olaraq 2500 (iki min beş yüz) manat istəmiş, daha sonra əməlini davam etdirərək 2019-cu ilin dekabr ayının əvvəlində günü istintaqa dəqiq məlum olmayan tarixdə Gəncə şəhəri, Mehdi bəy Sultanov 17 ünvanında yerləşən X9 xidməti iş otağında özü üçün birbaşa olaraq şəxsən Zərərçəkmiş şəxs6 2500 (iki min beş yüz) manat pulu alaraq, ümumilikdə vahid niyyətlə 3000 (üç min) manat pulu-maddi neməti qeyd olunan ünvan və tarixlərdə xidməti iş otağında xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar rüşvət qismində istəmiş və almışdır. Bundan başqa, Təqsirləndirilən şəxs Gəncə X23nın baş həkimi vəzifəsində işləyən zaman təkrarən xəstəxananın rəhbəri kimi öz qulluq mövqeyinə görə ona olan inam və etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlmiş, bu niyyətlə şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə Zərərçəkmiş şəxs8 əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək məqsədi ilə guya geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrindən istifadə edərək 3000 (üç min) manat pul verəcəyi halda sonuncunun arvadı Şahid8 pensiya müavinəti təyin etdirəcəyini yalandan vəd verərək, üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda Zərərçəkmiş şəxs8 bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, etibardan suiistifadə etmə və aldatma yolu ilə sonuncudan 07 oktyabr 2019-cu il tarixdə Gəncə şəhəri, Mehdi bəy Sultanov 17 ünvanında yerləşən X10 xidməti iş otağında 3000 (üç min) manat, daha sonra öz cinayətkar niyyətinin davamı olaraq Zərərçəkmiş şəxs8 guya geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrindən istifadə edərək 500 (beş yüz) manat pul və sonuncuya məxsus olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyası (TSEK) tərəfindən verilmiş rəsmi sənəd hesab olunan tibbi sənədi təqdim edəcəyi halda Zərərçəkmiş şəxs8 ömürlük pensiya müavinəti təyin etdirəcəyini yalandan vəd verərək, üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda sonuncuya bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs8 2021-ci ilin dekabr ayında günü istintaqa məlum olmayan tarixdə Gəncə şəhəri, Nizami Gəncəvi küçəsində yerləşən Heydər Əliyev parkında 500 (beş yüz) manat pulu, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyası (TSEK) tərəfindən verilmiş rəsmi sənəd olan Ə.Ramzanova məxsus tibbi sənədi tamah məqsədi ilə talayaraq, ümumilikdə sonuncuya vahid niyyətlə 3500 (üç min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla öz qulluq müvqeyindən istifadə edərək təkrarən dələduzluq etmiş, həmçinin tamah məqsədi ilə rəsmi sənədi talamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs Gəncə şəhər X26 qeyri- rəsmi formada həkim kimi işləyən zaman təkrarən öz qulluq mövqeyinə görə ona olan inam və etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlmiş, bu niyyətlə şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə Zərərçəkmiş şəxs9 əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək məqsədi ilə guya geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrindən istifadə edərək 1500 (min beş yüz) manat pul verəcəyi halda sonuncuya pensiya müavinəti təyin etdirəcəyini yalandan vəd verərək, üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda Zərərçəkmiş şəxs9 bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə sonuncudan 2021-ci ilin mart ayında günü istintaqa dəqiq məlum olmayan tarixdə Gəncə şəhəri, Müseyib Bağırov küçəsində yerləşən X26 xidməti iş otağında 1500 (min beş yüz) manat pulu ələ keçirərək, sonuncuya həmin məbləğdə maddi ziyan vurmaqla öz qulluq mövqeyindən istifadə edərək təkrarən dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrar tamah məqsədilə ona olan inam və etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ələ keçirmək qərarına gəlmiş, bu niyyətlə şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə Zərərçəkmiş şəxs7 qızının xeyli miqdarda əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək niyyəti ilə övladı - Mirmustafa Seyidovun təhsil xərcləri ilə bağlı Zərərçəkmiş şəxs7 8000 (səkkiz min) manat pul istəyib qısa zamanda qaytaracağını vəd edərək, üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda sonuncuya bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs7 02 iyun 2021-ci il tarixdə Gəncə şəhəri, Heydər Əliyev prospektində yerləşən “Asan Xidmət”-in yanında 8000 (səkkiz min) manat, daha sonra cinayətkar niyyətinin davamı olaraq hesabında olan pulunun bloklandığını bildirərək, hesabı blokdan çıxarmaqla Zərərçəkmiş şəxs7 aldığı pulu qaytarmaq üçün sonuncudan 10200 (on min iki yüz) manat pul istəyib qısa zamanda qaytaracağını vəd edərək, üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda sonuncuya bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs7 2021-ci ilin iyun ayının 11-də Gəncə şəhəri, Vəli Xuluflu küçəsində yerləşən “Nur” kafenin yanında 10200 (on min iki yüz) manat, 2021-ci ilin iyun ayının 16-da Gəncə şəhəri, Dədə Qorqud küçəsində 2500(iki min beş yüz) manat pulunu ələ keçirərək ümumilikdə ona vahid niyyətlə 20700 (iyirmi bir min yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Gəncə şəhər X26 qeyri- rəsmi formada həkim kimi işləyən zaman təkrarən öz qulluq mövqeyinə görə ona olan inam və etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlmiş, bu niyyətlə şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə Zərərçəkmiş şəxs3 əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək məqsədi ilə 1500 (min beş yüz) manat pul verəcəyi halda sonuncunu müalicə edəcəyinə söz verərək üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda Zərərçəkmiş şəxs3 bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə sonuncudan 06 iyun 2021-ci il tarixdə Gəncə şəhəri, Məhsəti qəsəbəsində (köhnə Sevinc qəsəbəsi) yerləşən fərdi yaşayış evində 1500 manat pulu ələ keçirərək, həmin məbləğdə maddi ziyan vurmaqla öz quluq mövqeyindən istifadə edərək təkrarən dələduzluq etmişdir. Eləcə də, Təqsirləndirilən şəxs təkrar tamah məqsədilə ona olan inam və etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ələ keçirmək qərarına gəlmiş, bu niyyətlə şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə Zərərçəkmiş şəxs4 qızının xeyli miqdarda əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək məqsədi ilə guya öz şəxsi hesabında problem yarandığını bildirərək yaranmış problemin aradan qaldırdıqdan sonra sonuncunun kürəkəni Zərərçəkmiş şəxs5 dələduzluq yolu ilə ələ keçirdiyi pulları geriyə qaytaracağını söz verib, həmin problemi aradan qaldırmaq üçün Zərərçəkmiş şəxs4 pul istəyib qısa zamanda qaytaracağını vəd edərək üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda sonuncuya bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Notariat kontorunda pulu ələ keçirməyi dələduzluq əməlinin üsulu kimi istifadə edərək sonuncudan 2021-ci ilin iyul ayının 6-da Gəncə şəhəri, Atatürk prospektində yerləşən Gəncə şəhəri 5 saylı Notariat kontorunda 4900 (dörd min doqquz yüz) manat, 2021-ci ilin iyul ayının 8- də Zərərçəkmiş şəxs4 yaşadığı ünvan 12 ünvanında 3500 manat, 2021-ci ilin iyul ayının 9-da Zərərçəkmiş şəxs4 yaşadığı ünvan 12 ünvanında 1500 manat, 2021-ci ilin iyul ayının 23-də Gəncə şəhəri, Atatürk prospektində yerləşən Gəncə şəhəri 5 saylı Notariat kontorunda 10000 (on min) manat, 01 avqust 2021-ci il tarixdə Zərərçəkmiş şəxs4 yaşadığı ünvan 12 ünvanında 10000(on min) manat, 11 avqust 2021-ci il tarixdə Zərərçəkmiş şəxs4 yaşadığı ünvan 12 ünvanında 1800(min səkkiz yüz) manat, 12 avqust 2021-ci il tarixdə Zərərçəkmiş şəxs4 yaşadığı ünvan 12 ünvanında 500(beş yüz) manat, 2021-ci ilin dekabr ayının 13-də Zərərçəkmiş şəxs4 yaşadığı ünvan 12 ünvanında “Kapital Bank” mobil tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs adına olan 4286 5212 6155 6395 nömrəli “Access Bank” debet kartına göndərdiyi həmin tarix üçün 1700 (min yeddi yüz) manat dəyərində olan 1000 (min) ABŞ dollarını, 2021-ci ilin dekabr ayının 14-də Zərərçəkmiş şəxs4 yaşadığı ünvan 12 ünvanında “Kapital Bank” mobil tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs adına olan 4286 5212 6155 6395 nömrəli “Access Bank” debet kartına göndərdiyi həmin tarix üçün 680 (altı yüz səksən) manat dəyərində olan 400 (dörd yüz) ABŞ dollarını, 2021-ci ilin dekabr ayının 16-da Zərərçəkmiş şəxs4 yaşadığı ünvan 12 ünvanında “Kapital Bank" mobil tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs adına olan 4286 5212 6155 6395 nömrəli “Access Bank” debet kartına göndərdiyi 4845 manat dəyərində 2850 ABŞ dollarını, 2021-ci ilin dekabr ayının 16-da Zərərçəkmiş şəxs4 yaşadığı ünvan 12 ünvanında “Kapital Bank” mobil tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs adına olan 4286 5212 6155 6395 nömrəli “Access Bank” debet kartına göndərdiyi 340 manat dəyərində 200 ABŞ dollar pulunu ələ keçirərək, ümumilikdə ona vahid niyyətlə 39765 (otuz doqquz min yeddi yüz altmış beş) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 178.3.2, 311.1 və 326.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü CM-nın 178.3.2-ci maddəsi ilə qismən təqsirli, CM-nın 311.1 və 326.1-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Faiq adlı şəxslə uzun zaman öncə tanış olmuş, Faiq pul dəyişmək işi ilə məşğul olduğu üçün bir neçə dəfə pul dəyişməklə bağlı söhbətləri olmuşdur. Pul məsələləri ortaya çıxan zaman isə ona “pulu bazardan götürüb sonra faizlə verirəm”, lakin sonra məlum olmuşdur ki, pulu bazardan yox qaynanası Humaydan götürürmüş, həmçinin Zərərçəkmiş şəxs4 pulu sələmlə verirmiş. Onun Faiqlə 3 dəfə pul söhbəti olmuş, ondan 5,10,20 min miqdarında pul almış, lakin qaynanası Humay ilə birgə həmin pulun faizini şişirdərək 202.000(iki yüz iki min) manat ediblər. Həmçinin evi satdığı adamı da Faiq tapmış, ona “evi girov qoy 35.000( otuz beş min) manat götür, mənə ver. Aramızdaki əsas borc bununla bitsin” demişdir. Daha sonra həmin şəxs ona “evi mənim adıma keçir borc məsələniz bitsin, yenidən sənə geri qaytaracam” demişdir. Eyni zamanda evin qiymətinin 80.000(səksən min) manat olduğunu, onu aldadaraq evi ondan 35.000(otuz beş min) manata aldıqlarını və həmin pulunda Faiq adlı şəxsə verildiyini qeyd etmişdir. Onlar faizlərlə birgə pulu 202.000(iki yüz iki min) manat etmişlər. O, Ələsgər adlı şəxsin ondan nə kağız istədiyini başa düşə bilmədiyini, kömək etdiyini və bu sayədə pensiya aldığını demiş, həmçinin Humay adlı şəxsə təxminən 25.000(iyirmi beş min) manata yaxın pul verdiyini bildirmişdir. İfadəsinə əlavə olaraq bildirmişdir ki, ona ümumilikdə 35.000(otuz beş min) manat pul verilmiş, həmin pulları da hissə-hissə qaytarmışdır. Eyni zamanda Zərərçəkmiş şəxs2 qaynanası müalicə üçün ona yaxınlaşmış və həmin şəxsdən müalicəsi baha olduğu üçün 1500 manat pul almış, lakin daha sonra gedib Bakıda müalicə alması üçün pulu bir qismini geri qaytarmışdır. Zərərçəkmiş şəxs6 isə fəhlə kimi işə götürmüş, amma o mühafizəçi keçmək istəmişdir. Mühafizəçi kimi keçirmək üçün 1000-1500 arası pul verməsi bağlı söhbət olmuş, lakin Zərərçəkmiş şəxs6 ona pul verməmişdir. Zərərçəkmiş şəxs8 onun xəstəsi olmuş, özü xəstəliyinə görə pensiyaya çıxdıqdan sonra həyat yoldaşının da pensiyaya çıxmasını istəmişdir. Həyat yoldaşının pensiyaya çıxmasıyla bağlı isə təxminən 1500 manat pul vermişdir. Zərərçəkmiş şəxs9 həyat yoldaşı xəstə olduğu üçün onun yanına getmiş, həmçinin onunda pensiyası kəsildiyi üçün onu bərpa etmək istəmişdir. Həmin məsələ ilə bağlı pul söhbəti təxminən ***-**** manat arası olmuş, lakin ondan pul götürməmişdir. Şəfəq adlı şəxsdən 9000 manat borc almışd,lakin 8000 manat borcu qalmış və onu ödəyəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs3 müalicəsi üçün 1400 manat almış, daha sonra uşaq xəstə olduğu üçün onuda müalicə etmiş və sonda isə ona heç nə etmədiyini deyərək pulu ondan geri almışlar. 2019-cu ilin dekabr ayında baş həkimlikdən çıxmış, ümumilikdə Şəfəq adlı şəxsə 8000 manat, Humay adlı şəxsə 4000 manat, Faiq və Ələsgərə isə ayrı-ayrılıqda 1500 manat borcu qaldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs xəstəxanada işlədiyi vaxt həyat yoldaşı xəstə olmuş, orada Vidadi onlara “sənin həyat yoldaşın xəstədir ona qanuni pensiya düşür, lakin bunun üçün xəstəxanada yatmalıdır” demişdir. Bununla bağlı onlardan ödəniş istəmiş, lakin heç bir prosedur həyata keçirilməmişdir. Belə olduğu halda o ödənişini geri istəmiş və ona ödəniş geri qaytarılmışdır. İfadəsinə əlavə olaraq bildirmişdir ki, xəstəxanadan kənarda verilməli olan analizlər üçün təxminən 4000 manata yaxın pul verilmiş, lakin heç bir analiz keçirilməmidir. Həmçinin bütün bunları həyat yoldaşının əlillik dərəcəsi ala bilməsi üçün etmişdir. Pulu geri verən zaman isə Təqsirləndirilən şəxs evinin yanına getmiş və oradan götürmüşdür, eyni zamanda Təqsirləndirilən şəxs aldığı pulu ona 2 dəfəyə geri qaytarmışdır. O, Təqsirləndirilən şəxsla barışdığını, heç bir şikayət və tələbinin olmadığını bildirmiş və istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həkimi olmuş və şahid müalicə məqsədilə onun yanına getmişdir. Şahidin ayağında varikoz problemi olmuşdur. Qayınanası yaxşı həkim olduğunu deyərək onu Vidadi həkimin yanına aparmış, həkim isə müalicə təyin etmişdir. Həmin vaxt şahidin ayaqları pis vəziyyətdə olmuş, şişmiş, qızarmış və o, yeriyə bilməmişdir. Vidadi həkim ona ayaqlarının ağır vəziyyətdə olduğunu, əməliyyat olunmalı olduğunu bildirmişdir. Həkim, xəstəxana xərcləri, analizlər və dərmanlar üçün müəyyən məbləğdə pul lazım olduğunu demişdir. Şahid maddi imkanı olmadığı üçün qızıllarını lombarda qoyaraq pul götürmüşdür. Vidadi həkim ona təqaüdə çıxmasına köməklik göstərəcəyini demiş və bu səbəbdən xəstəxana xərclərini ödəməli olduğunu bildirmişdir. İfadəsinə əlavə olaraq şahid göstərmişdir ki, ümumilikdə 1500 (min beş yüz) manat pul vermişdir. Lombarddan 1400 (min dörd yüz) manat götürərək vermiş, çatışmayan 100 (yüz) manatı isə sonradan ödəmışdir. Bir müddət sonra Vidadi həkim zəng edərək, pulun kifayət etmədiyini və əlavə 500 (beş yüz) manat lazım olduğunu bildirmişdir. Şahid əlavə olaraq 500 (beş yüz) manat da vermişdir ki, əsas pensiyası düzəlsin. Lakin pensiyası düzəlməmişdir. Şahid hansı qaydada və kim vasitəsilə düzəldəcəyini bilmədiyini qeyd etmişdir. Vidadi həkim ona, analizlərdən və yoxlamalardan keçməsi üçün çağıracağını demiş, lakin müəyyən müddət gözlədikdən sonra xəbər çıxmamış, yalnız müalicə yazmağa davam etmişdir. Şahid pulu geri almış, yalnız 250 (iki yüz əlli) manat məbləğ qalığını almışdır. Ümumilikdə verilmiş məbləğ 2000 (iki min) manat olmuşdur. Şahid, ona təyin olunacaq cəza məsələsini məhkəmənin mülahizəsinə buraxdığını, qalan 250 (iki yüz əlli) manatı isə tələb etmədiyini və ondan keçdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Ayağı qırılan zaman qardaşı onu Təqsirləndirilən şəxs yanına aparmış, Vidadi müalicə üçün onlardan 1500 manat pul almışdır. Dsha sonra isə telefonları açmamış, ayağı 14 gün gipsdə qalmışdır. İfadəsinə əlavə olaraq bildirmişdir ki, verdiyi pulun 1400 manatı geri qaytarılmışdır, həmçinin heç bir şikayət və tələbi yoxdur. O, istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qeyd etdiyi pulların 250.000-nin içində 79.000 onun pulu olmuşdur. Torpaq satmış əlində 40.000 pulu olmuş, Faiq ona “tanışıma pul lazımdır” demişdir. Ondan aldığı pulu bitcoinlə ödəyəcəyini düşünmüş, daha sonra ödəyə bilməmişdir. Təqsirləndirilən şəxs onlara başqalarının evini, maşınını, torpaqlarını göstərmişdir.Faiqdən aldığı pulları az-az vermişdir. Ondan ilk öncə 40.000(qırx min) almış,daha sonra 30.000(otuz min) manat natarius ilə, 9000(doqquz min) manat da əldən almışdır. İfadəsinə əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs verilən 250.000(iki yüz əlli min) manat pulun 79.000(yetmiş doqquz min) manatını o vermişdir. Həmçinin qeyd etmişdir ki, Təqsirləndirilən şəxs pulları iş qurmaq məqsədilə almış və insanlardan borclarını aldıqdan sonra onların pulunu geri qaytarcağını vəd etmişdir. Eyni zamanda pulu təqsirləndirilən şəxsə hissə-hissə verdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 1999-cu ildən tanımış, yaxın əlaqələri olmuşdur.Təqsirləndirilən şəxs bu yaxın əlaqələrdən istifadə edərək 2016-cı ildə obyektə yoxlama gəldiyi bəhanəsi ilə ondan bir dəfə 2000(iki min) manat, bir dəfə də 15000(on beş min) pul götürmüşdür. Pulları baş həkim kimi işlədiyi idarə üçün istəmiş, ona “dərman alıb satıram, iş qurmuşam” demişdir. Aldığı pullar bəzən qaytarmış, bəzən də qaytarmamış ümumilikdə isə ondan 6 dəfə pul istəmişdir. İfadəsinə əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2000(iki min)-2600 (iki min altı yüz) manat pul vermiş, Vidadi həmin pulları 2016-cı ildə qaytaracağını bildirmiş, lakin geri qaytarmamışdır. Həmçinin 2020-ci ildə ondan yenidən pul almış, bu zaman ona iş qurduğunu və pul yığmaq işini ona verəcəyini bildirmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs orca görə evinin satıldığından xəbərdar olduğunu, lakin həmin puldan ona çatmadığını sadəcə yoldaş kimi arada vasitəçi olduğunu qeyd etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, o, xəstəxanada işlədiyi zaman Təqsirləndirilən şəxs orada baş həkim olmuşdur. O, mühafizə keçmək üçün Təqsirləndirilən şəxs pul vermişdir. İfadəsinə əlavə olaraq bildirmişdir ki, ilk dəfə fəhlə kimi işə götürülən zaman 500 manat pul vermiş, daha sonra isə mühafizəçi keçmək üçün 3000 manat pul vermişdir. O, istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla ailəvi tanışlıqları olmuş. Bir gün Vidadinin həyat yoldaşı ona zəng edərək onu çay içməyə dəvət etmişdir. Çay içən zaman Vidadinin həyat yoldaşı ona “oğlum imtahan verib xarici ölkəyə oxumaq üçün getməlidi, amma illiyini ödəyə bilmirik, uşaq da depresiyaya düşüb” demişdir. Ona “bizim bankdan götürəcəyimiz pul var, amma 10 günə götürəcik, götürüb sənə verərik, 3 gün ərzində illiyi ödəməyə kömək et” demişdir. O da lombarda getmiş, oradan pul götürərək Təqsirləndirilən şəxs vermiş, lakin daha sonra Vidadi ona “pulu bankdan çıxara bilmirəm, kredit götürmüşəm deyə çıxarmaq olmur” demişdir. Vidadi ilə birlikdə qızıllarını götürmüş və lombarda qoymuşdur. Ümumilikdə Vidadiyə 20700(iyirmi min yeddi yüz) manat pul vermişəm. İfadəsinə əlavə olaraq bildirmişdir ki, “Şans” klinikasına gedəndə Vidadi ona kartını göstərər “kartın vaxtı bitib, onun üçündə sığorta pulu istəyirlər” demişdir. Təqsirləndirilən şəxs ona cəmi 300 manat pul qaytarmışdır. O, istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxsla onu əməliyyat edən zaman tanış olmuşdur. Həyat yoldaşı ağrıdığı üçün Vidadi ona “yoldaşını pensiyaya çıxaraq” demiş, ondan pensiya adı ilə 3500(üç min beş yüz) manat məbləğində pul almışdır. Həmin vaxt ona həyat yoldaşını 6 aya pensiyaya çıxaracağını demiş, lakin heç nə etməmişdir. Həmçinin o Təqsirləndirilən şəxs olan sənədlərinin və pulunun geri qaytarılmasını istədiyini bildirmişdir. İfadəsinə əlavə olaraq bildirmişdir ki, 9 ildir aldığı pensiyasının davamlı olması üçün də Təqsirləndirilən şəxs pul vermiş, lakin Vidadi ona xəstəlik kağızı verməmişdir. O, Təqsirləndirilən şəxs şikayətçi olduğunu qeyd etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla həyat yoldaşı xəstə olan zaman onu xəstəxanaya aparanda tanış olmuş, ünsiyyətləri yaranmışdır. Sonra bir neçə dəfə Vidadi ondan pul istəmiş, ən sonda ona “gəl yoldaşını pensiyaya çıxaraq” demiş, lakin həyat yoldaşı pul verməyə razı olmamışdır. O, təqsirləndirilən şəxsə 1500(min beş yüz) manat pul vermiş, daha sonra Vidadi ondan iki dəfə əlavə pul istəmiş, lakin o verməmişdir. İfadəsinə əlavə olaraq bildirmişdir ki, Vidadi pulu aldıqdan sonran ona pensiyanın 3 ay ərzində düzələcəyini bildirmiş, lakin heç nə düzəlməmişdir. Daha sonra o Təqsirləndirilən şəxs verdiyi məbləği geri almaq üçün onun işlədiyi yerə getmiş, amma təqsirləndirilən şəxsi orada tapmamışdır. Həmçinin Təqsirləndirilən şəxs verdiyi pul ona geri qaytarılmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs xəstəxanada baş həkim işləyən zaman valideynlərinə pensiya düzəltmək üçün ona müraciət etmiş, Təqsirləndirilən şəxs ilk başda 1500 manat pul verilmiş, daha sonra isə yenə ödəniş edilmişdir. Həmin zaman o valideynlərinin yanında olmamış, həmçinin hadisənin üzərindən 2-3 il keçməsinə baxmayaraq heç nə düzəlməmişdir. İfadəsinə əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ilk dəfə 1500 manat daha sonra isə əlavə 1000 manat ödəniş edilmişdir. 2 il sonra heç nə düzəlmədiyi üçün ödəniş geri istənilmiş və Təqsirləndirilən şəxs aldığı məbləği geri qaytarmışdır. O, istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Ərşad oğlu ifadəsində göstərmişdir ki, Onun həyat yoldaşının ayağı varikoz olduğu üçün Təqsirləndirilən şəxs yanına müalicə məqsədilə getmiş, həmin zaman mülaicə üçün Təqsirləndirilən şəxs onlardan 2000 manat məbləğində pul verməyi istəmiş, lakin onlara kömək etməmişdir. İfadəsinə əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs onlardan aldığı məbləğin hamısını geri qaytarmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Qardaşının ayağı qırıldığı üçün “Şans” klinikasından Vidadi həkimi tapmış, Vidadi onlardan 1400 manat pul tələb etmişdir. Pulu verdikdən sonra 1 dəfə gələrək qardaşının ayağını gipsə salıb getmişdir. Daha sonra başqa həkim çağırılmış, həmin həkim mülaicənin səhv getdiyini bildirmişdir. İfadəsinə əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxsla barışıq əldə etmişdir, heç bir şikayət və tələbi yoxdur. O, istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, kürəkəni Sofi ayağı qırıldığı üçün dağdan Gəncəyə gətirmiş, Təqsirləndirilən şəxs onların evinə gedərək onun ayağına gips qoymuşdur. Gips qoyan zaman 1 həftə sonra gələrək gipsi dəyişəcəyini bildirmiş, lakin getməmişdir. İfadəsinə əlavə olaraq bildirmişdir ki, pulu Sofinin qardaşı ilə birlikdə vermiş, verilmiş pulun miqdarı isə təxminən 1500-2000 manat olmuşdur. O, istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Şahid ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs qiyabi tanıyır. Zərərçəkmiş şəxs1 onun iş yoldaşı olub və BTB Bankda birlikdə işləyiblər. Şahid, zərərçəkmiş Xəyal və Vidadi həkim birlikdə Vağzala getmişlər. Zərərçəkmiş Xəyal ödəniş etməli olduğunu bildirmişdir. Səhv etmirsə, zərərçəkmiş Xəyal Vidadi həkimə 1500 (min beş yüz) manat məbləğində pul vermişdir. Şahid qeyd etmişdir ki, Xəyalın yoldaşının xəstəxana xərcləri var idi və ehtimal ki, həmin məbləğ bununla bağlı verilmişdir. İfadəsinə əlavə olaraq şahid bildirmişdir ki, zərərçəkmiş Xəyal cəmi 1500 (min beş yüz) manat pul vermişdir. Səhv etmirsə, Vidadi həkim həmin prosedurların ümumi xərcinin 4000 (dörd min) manat olduğunu demişdir. Həmin vaxt zərərçəkmişin yoldaşı hələ müalicə olunmamışdı. Şahid belə başa düşmüşdür ki, Vidadi həkim Xəyalın yoldaşını müalicə etməmiş və bu səbəbdən zərərçəkmiş Xəyal Prokurorluğa müraciət etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, yeznəsi Sofinin ayağı qırılmış bu səbəbdəndə Sofinin qardaşı Elşən Vidadi həkimi gətirmişdir. Təqsirləndirilən şəxs Sofinin ayağına baxdıqdan sonra 1400 manat pul istəmiş, daha sonra Təqsirləndirilən şəxs Sofinin ayağına gips qoymuşdur. 1 ay keçdikdən sonra başqa həkim gətirilmiş, o isə diaqnozun səhv qoyulduğunu bildirmişdir. Həmin müddətdə Təqsirləndirilən şəxs telefonlara cavab verməmişdir. Daha sonra o Təqsirləndirilən şəxs işlədiyi yerə gedərək pulunu tələb etmiş, bir müddət sonra isə yeznəsi şikayət etmişdir. İfadəsinə əlavə olaraq bildirmişdir ki, ikinci müalicə üçün Təqsirləndirilən şəxs onlardan pul tələb etmiş, lakin daha sonra aldığı pulları geri qaytarmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onlara oğlunun xaricdə oxduğunu və Azərbaycana gətirilməsi üçün pul lazım olduğunu bildirərək onlardan pul almışdır. Həmçinin pulu alan zaman 1 ay ərzində geri verəcəyini qeyd etmişdir. İfadəsinə əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəlcə qızındanda pul almışdır. O, Vidadinin onlara nə qədər borcu qaldığını bilmədiyini söyləmiş və istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onu pensiyaya çıxarmaq üçün ondan pul almışdır. İfadəsinə əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ilk dəfə 3000 manat daha sonra isə əlavə 500 manat məbləğində pul vermiş, həmin zaman Vidadi işlərinin 3-4 ay ərzində həll olunacağını deyərək onu aldatmışdır. O, istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, O, xəstə olduğu üçün “Şans” xəstəxanasına getmiş, orada Təqsirləndirilən şəxs ona müalicə yazmışdır. Daha sonra ona “yoldaşının pensiyasını mən bərpa edə bilərəm” demiş və bunun üçün də onlardan 1500 manat pul istəmişdir. Aradan 2-3 ay keçmiş, lakin heç nə etmədən oları hər dəfə aldatmışdır. Daha sonra dəfələrlə yenə pul istəmiş, lakin onlar verməmişdir. O, Təqsirləndirilən şəxs onun oulunu geri qaytarmasını tələb etmişdir. İfadəsinə əlavə olaraq bildirmişdir ki, pulu verdikdən sonra pensiyanın 3 ay ərzində düzələcəyini bildirmiş, lakin düzəlmədiyi halda 2 dəfə də pul istəmişdir. O, istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X21 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Baş həkim işləyən zaman ona “səni işlə təmin edə bilərəm, bizdə dərman paylanır səni onun başına qoya bilərəm, lakin pul vermək lazımdır” demişdir. Daha sonra Təqsirləndirilən şəxs dələduzluq etdiyini görmüş və şikayət etmişdir. İfadəsinə əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ümumilikdə 38.000(otuz səkkiz min) manat pul vermiş, verdiyi pulun 20.000(iyirmi min) manatını rəsmi qaydada vermişdir. Həmçinin evi 35.000(otuz beş min) manata satmış, lakin Təqsirləndirilən şəxs hər ay 2250 manat pul ödəməmişdir. Təqsirləndirilən şəxs evdə 6 ay qalıb daha sonra çıxacağını bildirmiş, lakin evdən çıxmamış daha sonra isə məhkəmə yolu ilə çıxarılmışdır. Eyni zamanda bu məsələlər olan zaman Zərərçəkmiş şəxs5 orada olmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə istintaqında araşdırılmış diskə baxış keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli Protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında olan danışıqlarda pensiya təyin olunmasına köməkliyin göstərilməsi barədə aralarında razılaşma olmasına və pulun verilməsinə baxmayaraq sonuncu üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə istintaqında araşdırılmış Zərərçəkmiş şəxs1 xx.xx.2021-ci il tarixli şikayət ərizəsinə və eyni məzmunlu izahatınan görünür ki, Təqsirləndirilən şəxs ona pensiya düzəlməsinə köməklik göstərəcəyini vəd edərək birinci dəfə 1500 manat, ikinci dəfə 2500 manat olmaqla ümumilikdə 4000 manat pulunu ələ keçirmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə istintaqında araşdırılmış Zərərçəkmiş şəxs2 xx.xx.2021-ci il tarixli şikayət ərizəsinə və eyni məzmunlu izahatınan görünür ki, Təqsirləndirilən şəxs ona pensiya düzəlməsinə köməklik göstərəcəyini vəd edərək ilk dəfə xidməti iş otağında 1500 manat, növbəti dəfə isə 500 manat olmaqla ümumilikdə 2000 manat pulunu və şəxsiyyət vəsiqəsi ilə birlikdə müvafiq tibbi sənədlərini ələ keçirmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə istintaqında araşdırılmış Zərərçəkmiş şəxs3 xx.xx.2021-ci il tarixli şikayət ərizəsinə və eyni məzmunlu izahatınan görünür ki, Təqsirləndirilən şəxs onu müalicə edəcəyinə söz verərək, ümumilikdə 1500 manat pulunu ələ keçirmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə istintaqında araşdırılmış Zərərçəkmiş şəxs4 qızının xx.xx.2021-ci il tarixli şikayət ərizəsinə və eyni məzmunlu izahatınan görünür ki, Təqsirləndirilən şəxs ona müxtəlif vədlər verərək ümumilikdə onun 32800 manat pulunu ələ keçirmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə istintaqında araşdırılmış Zərərçəkmiş şəxs5 xx.xx.2021-ci il tarixli tarixli şikayət ərizəsinə və eyni məzmunlu izahatınan görünür ki, Təqsirləndirilən şəxs birlikdə dərman satışı ilə məşğul olacaqları vədi ilə ümumilikdə onun 200000 manat pulunu ələ keçirmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə istintaqında araşdırılmış diskə baxış keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli Protokola əsasən Təqsirləndirilən şəxs məxsus olan (***-***-**-**) nömrəsi ilə Zərərçəkmiş şəxs1 məxsus olan (***-***-**-**) nömrə arasında danışıqlar həyata keçirilmiş, danışıqların mətnindən görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs verdiyi 4000 manat pulu tələb edir. İş materiallarına əlavə edilmiş və məhkəmə istintaqında araşdırılmış Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-fonoskopik ekspertizasının 7 iyul 2023-cü il tarixli, 4/1066 nömrəli rəyindən görünür ki, 7. Ekspertizaya təqdim olunmuş üzərində “Zərərçəkmiş şəxs4 qızı tərəfindən təqdim edilən səs yazıları” xüsusi qeydi olan 1 ədəd “BİNGO” markalı diskdəki audioyazıların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. Ekspertizaya təqdim olunmuş üzərində “Zərərçəkmiş şəxs4 qızı tərəfindən təqdim edilən səs yazıları” xüsusi qeydi olan 1 ədəd “BİNGO” markalı diskdə aşkar edilən mübahisəli fonoqramdakı danışıqlar 2 nəfər kişi (K1 və КЗ) və 1 nəfər qadın (Q2) cinsinə məxsus diktor tərəfindən aparılmışdır. 8. Ekspertizaya təqdim olunmuş üzərində “Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilən səs yazılan" xüsusi qeydi olan 1 ədəd “Verbatim" markalı diskdəki audioyazıların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. Ekspertizaya təqdim olunmuş üzərində “Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilən səs yazıları” xüsusi qeydi olan 1 ədəd “Verbatim” markalı diskdə aşkar edilən mübahisə fonoqramdakı danışıqlar 2 nəfər kişi (K1 və K4) cinsinə məxsus diktor tərəfindən aparılmışdır. 9 Ekspertizaya təqdim olunmuş üzərində “Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilən səs yazıları” xüsusi qeydi olan 1 ədəd “PRİNCO” markalı diskdəki audioyazıların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. Ekspertizaya təqdim olunmuş üzərində "Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilən səs yazıları” xüsusi qeydi olan 1 ədəd “PRİNCO” markalı diskdə aşkar edilən mübahisəli fonoqramdakı danışıqlar 2 nəfər kişi (K1 və КЗ) və 1 nəfər qadın (Q2) cinsinə məxsus diktor tərəfindən aparılmışdır. Ekspertizaya təqdim olunmuş üzərində “Zərərçəkmiş şəxs4 qızı tərəfindən təqdim edilən səs yazıları” xüsusi qeydi olan 1 ədəd “BİNGO” markalı diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində «K1» kimi işarə olunmuş diktorun səsi və nitqi - Təqsirləndirilən şəxs, «КЗ» kimi işarə olunmuş diktorun səsi və nitqi - Zərərçəkmiş şəxs5, «Q2» kimi işarə olunmuş diktorun səsi və nitqi - Zərərçəkmiş şəxs4 qızına məxsusdur. Ekspertizaya təqdim olunmuş üzərində “Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilən səs yazıları” xüsusi qeydi olan 1 ədəd “Verbatim” markalı diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində «K1» kimi işarə olunmuş diktorun səsi və nitqi - Təqsirləndirilən şəxs, «K4» kimi işarə olunmuş diktorun səsi və nitqi - Zərərçəkmiş şəxs1 məxsusdur. Ekspertizaya təqdim olunmuş üzərində “Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilən səs yazıları” xüsusi qeydi olan 1 ədəd “PRİNCO” markalı diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində «K1» kimi işarə olunmuş diktorun səsi və nitqi - Təqsirləndirilən şəxs, «K2» kimi işarə olunmuş diktorun səsi və nitqi - Şahid2 Ərşad oğluna, «Q1» kimi işarə olunmuş diktorun səsi və nitqi - Zərərçəkmiş şəxs2 məxsusdur. İş materiallarına əlavə edilmiş və məhkəmə istintaqında araşdırılmış Gəncə X23 MMCdən daxil olmuş xx.xx.2023-cü il tarixli 41 nömrəli məktubdan görünür ki, sabiq baş həkim Təqsirləndirilən şəxs Gəncə X23 MMC-ə “Azərbaycan Dəmir Yolları’Qapalı Səhmdar Cəmiyyəti Sədrinin xx.xx.2014-cü il tarixli NOK 33 nömrəli və "xxxx" QSC Həkim-Sanitar Xidməti rəisinin xx.xx.2014-cü il tarixli 17/K nömrəli əmrlərinə əsasən xəstəxanaya baş həkim vəzifəsinə təyin edilib. “Azərbaycan Dəmir Yollarf’QSC Həkim- Sanitar Xidməti rəisinin xx.xx.2019-cü il tarixli 18/K nömrəli əmrinə əsasən öz xahişiylə baş həkim vəzifəsindən azad edilib. Təqsirləndirilən şəxs baş həkim vəzifəsində işlədiyi illərdə işə işçi qəbulu səlahiyyəti varidi. Zərərçəkmiş şəxs6 xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs tərəfindən Gəncə X23 MMC-nin köməkçi bölməsinə 0.5 ştat vahidi üzrə fəhlə vəzifəsinə qəbul edilib, xx.xx.2020-ci il tarixdə öz xahişiylə əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə istintaqında araşdırılmış Gəncə X23 MMCdən daxil olmuş xx.xx.2023-cü il tarixli 47 nömrəli məktubdan görünür ki, sabiq baş həkim Təqsirləndirilən şəxs Gəncə X23 MMC-də xx.xx.2014-cü ildən 26.12 2019-cu ilə kimi baş həkim vəzifəsində işlədiyi müddətdə vəzifə təlimatı olmadığı üçün xəstəxananın nizamnaməsi əsasında vəzifə səlahiyyətlərini yerinə yetirmişdir. Xəstəxananın baş həkimi, 2014- 2019 cu illərdə həkim vəzifələrinə "xxxx" QSC Həkim-Sanitar Xidməti rəisinin razılıq məktubu əsasında işə qəbul edə bilib, orta tibb işçiləri, kiçik tibb işçiləri, baş mühasib, mühasib, təsərrüfat müdiri, kadrlar üzrə mütəxəssis, anbar müdiri - Mülki müdafiə üzrə mütəxəssis, elektrik, sürücü, kargüzar, arxiv işçisi, xadimə, bağban, fəhlə, gözətçi vəzifələrinə işə qəbul etmək baş həkimin öz səlahiyyətində olubdu. 2014-cü ildən 2019-cu ilə olan Xəstəxananın ştat cədvəlində “mühafizəçi” vəzifəsi olmayıb. Xəstəxananın baş həkimi pensiya düzəltmək üçün hər hansı sənəd toplamaq səlahiyyəti yoxdur. Baş həkiminin qəbuluna rəsmi giriş çıxış kitabı yoxdur. Zərərçəkmiş şəxs2 2014-2019 cu illərdə xəstəxanada stasionar müalicə alması haqqında heç bir qeydiyyat tapılmamışdır. Həmçinin həmin müşayiət məktubuna əlavə edilmiş 04 aprel 2017ci il tarixdə təsdiq edilmiş, 05 aprel 2017-ci il tarixdə ********** nömrəsi ilə dövlət qeydiyyatına alınmış "xxxx" QSC Həkim-Sanitar Xidmətinin Gəncə X23 MMC-nin nizamnaməsindən görünür ki, Cəmiyyətin rəhbəri (baş həkim) səlahiyyətləri daxilində kadr məsələrlərini həll edir; qanunvericilikdə müəyyən edilmiş qaydada işçilərin vəzifəyə təyin və vəzifədən azad edilməsi, həvələndirilməsi, intizam tənbeh tədbirlərinin tətbiq edilməsi və vəzifədən kənarlaşdırılması barədə tədbir görür. İş materiallarına əlavə edilmiş və məhkəmə istintaqında araşdırılmış "xxxx" QSC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli 13-1-14/2-58/2023 nömrəli məktubdan və ona əlavə edilmiş xasiyyətnamədən görünür ki, "xxxx" QSC Həkim-Sanitar Xidməti Gəncə X23 MMC-nin xx.xx.2014-ci ildən xx.xx.2019-cü ilə qədər baş həkimi işləmiş, 1960-cı il 12 yanvar təvəllüdlü, azərbaycanlı Təqsirləndirilən şəxs 1977-ci ildən 1983-cü ilə kimi N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunu Müalicə ixtisası üzrə bitirmişdir. Təqsirləndirilən şəxs 1984-cü ildən 1992-ci ilə kimi Şəmkir Rayonu Mərkəzi Xəstəxanasında həkim-travmatoloq, Gəncə X16 xx.xx.1998-ci ildən xx.xx.1999-ci ilə qədər həkim-travmatoloq, xx.xx.1999-ci ildən cərrah vəzifəsinə keçirilmiş, xx.xx.1999-ci ildən xx.xx.2009-cu ilə kimi poliklinikanın cərrahiyyə kabinetinin müdiri, xx.xx.2009- cu ildən 01,07.2014-cü ilə kimi cərrahiyyə şöbəsinin müdiri və xx.xx.2014-cü ildən xx.xx.2019-cu ilə qədər baş həkim vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs baş həkim işlədiyi müddət ərzində öz vəzifə səlahiyyətlərini tələb olunun səviyyədə yerinə yetirmədiyinə görə Həkim-Sanitar Xidmətinin xx.xx.2018-ci il tarixli 10 NVS nömrəli əmrlə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Təqsirləndirilən şəxsla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən Həkim- Sanitar Xidmətinin 26 dekabr 2019-cu il tarixli 18/K nömrəli əmri ilə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə istintaqında araşdırılmış X31 MMC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli 023/36 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adlı səxs X31 MMC fəaliyyətə başladığı tarixdən xx.xx.2023-cü il tarixinədək adı yuxarıda göstərilən şəxs X26 fəaliyyət göstərməyib. Məktubda adları göstərilən şəxslər xx.xx.1980-ci il təvəllüdlü Zərərçəkmiş şəxs3 oglu və xx.xx.1986-cı il təvəllüdlü Şahid9 qizinın tibb mərkəzinə müraciətləri araşdırıldı və xx.xx.2021-ci tarixindən xx.xx.2023-cü il tarixinədək müraciətləri olmamışdır. xx.xx.2021-ci il tarixinədək olan məlumatlari texniki səbəbdən araşdırmaq imkan xaricindədir. Səbəb xx.xx.2021-ci il tarixinədək məlumatlar daxili qeydiyyat kompyuterlərin sərt disklərində olan nasazlığa görə yanmışdır. Bu səbəbdən əvvəlki tarixlərdəki mürciətlər barəsində məlumat vermək imkan xaricindədir. İş materiallarına əlavə edilmiş və məhkəmə istintaqında araşdırılmış Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş 23 iyun 2023-cü il tarixli 6- 1-20/2-3836/2023 saylı məktubdan görünür ki, Mərkəzi Bankın rəsmi məzənnəsinə görə 10-20 dekabr 2021 -ci il tarixləri üzrə 1 ABŞ dolları 1.7000 manat (AZN) təşkil etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə istintaqında araşdırılmış Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə ərazi idarəsindən daxil olmuş sorğudan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Üç-bulaq yaşayış ərazisi, məhəllə B, sahə 13-də yerləşən fərdi yaşayış evi Təqsirləndirilən şəxs adına olmuş, Gəncə şəhər 2 saylı notariat kontorunun 30.01 2016-cı il tarixli 4Ə-11 saylı alqı-satqı müqaviləsinə əsasən bu əmlak X1.Gəncə şəhəri, Qurtuluş küçəsi, 1-ci döngə, ev 61, mənzil 42 Təqsirləndirilən şəxs adına olmuş, Gəncə şəhər 2 saylı notariat kontorunun xx.xx.2018-ci il tarixli 4Ə-93 saylı alqı-satqı müqaviləsinə əsasən bu əmlak X3.ünvan 14 ünvanda yerləşən 0,05 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi Təqsirləndirilən şəxs adına olmuş,Şəmkir rayon 1 saylı notariat ofisinin xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən bu əmlak X2.Hal-hazırda Təqsirləndirilən şəxs adına Gəncə şəhəri, Göygöl, Samux, Daşkəsən rayonları inzibati ərazi vahidi daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyesterində, keçmiş Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarələrinin arxiv məlumatlarında, Əmlak Məsələləri Dövlət Komitəsi və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş elektron məlumat-bazasında və Respublika üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Milli Qeydiyyat Sistemində məlumat yoxdur. İş materiallarına əlavə edilmiş və məhkəmə istintaqında araşdırılmış Gəncə şəhər rayonlararası Psixo-Nevroloji dispanserindən və Gəncə şəhər rayonlararası narkoloji dispanserindən alınmış arayışlardan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserlərdə qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş və məhkəmə istintaqında araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə heç bir məlumat yoxdur. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxslərin ərizələridən görünür ki, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs6 Təqsirləndirilən şəxs ilə barışmış, lakin Zərərçəkmiş şəxs4 qızı, Zərərçəkmiş şəxs5, X8, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs9 Təqsirləndirilən şəxs şikayətçidirlər. Beləliklə, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun əməli Azərbaycan Respublikası CM-in 178.3.2, 311.1 və 326.1-ci maddələri ilə tövsif olunmalıdır. Sübutların qarşılıqlı və müqayisəli tədqiqi nəticəsində məlum olur ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə münasibətdə həyata keçirdiyi dələduzluq cinayətinin əsas məqsədi onlara məxsus olan pulun ələ keçirilməsi olmuşdur. Belə ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarına əsasən törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Eləcə də, Təqsirləndirilən şəxs qulluq mövqeyindən sui-istifadə edərək, sözügedən dələduzluq cinayətlərini törətmişdir. Belə ki, Azərbaycan Dəmir Yolları QSC-nin Gəncə X23nın baş həkimi vəzifəsində çalışan zaman özünün böyük əlaqələrinin olmasını, ona müraciət edən şəxslərə öz əlaqələrindən istifadə edərək pensiya təyin etdirilməsinə köməklik göstərəcəyini bildirərək vətəndaşların etibarından sui-istifadə etmişdir. Sözügedən Plenum qərarına əsasən dələduzluğun şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi (CM-nin 178.2.3-cü maddəsi) dedikdə, həmin əməlin CM-nin 308-ci maddəsinin qeydində göstərilən vəzifəli şəxslərlə yanaşı, vəzifəli şəxs olmayan, lakin müəyyən səlahiyyətlərə malik olan digər şəxslər tərəfindən də törədilməsi başa düşülür. Eləcə də, Qərarın 36-cı bəndinə əsasən özgənin əmlakını ələ keçirmək məqsədi ilə vəzifəli şəxs öz qulluq mövqeyinə görə onun səlahiyyətlərinə aid olmayan hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsini vəd edib aldadaraq və ya etibardan sui-istifadə edərək pul, qiymətli kağızlar və ya sair maddi nemətlər aldıqda təqsirkarın əməli dələduzluq kimi qiymətləndirilməlidir. Eyni zamanda Zərərçəkmiş şəxs6 pulu-maddi neməti rüşvət qismində istəmək və almaq qərarına gəlmiş, həmin niyyətlə sonuncunu Gəncə X16 gözətçi vəzifəsinə təyin etmək müqabilində 2019-cu ilin sentyabr ayının əvvəlində günü istintaqa dəqiq məlum olmayan tarixdə Gəncə şəhəri, Mehdi bəy Sultanov 17 ünvanında yerləşən Gəncə X16 xidməti iş otağında özü üçün birbaşa olaraq 500 (beş yüz) manat pulu rüşvət qismində istəmiş, daha sonra cinayətkar əməlini davam etdirərək Zərərçəkmiş şəxs6 Gəncə X16 gözətçi vəzifəsinə işə təyin etmək üçün 2019-cu ilin sentyabr ayının əvvəlində günü istintaqa dəqiq məlum olmayan tarixdə Gəncə şəhəri, Mehdi bəy Sultanov 17 ünvanında yerləşən Gəncə X16 xidməti iş otağında özü üçün birbaşa olaraq şəxsən Zərərçəkmiş şəxs6 500 (beş yüz) manat pulu rüşvət qismində alaraq, həmin vaxt xəstəxanada gözətçi vəzifəsi vakant olmadığından, Zərərçəkmiş şəxs6 ərizəsi əsasında xx.xx.2019-cu il tarixli əmr verib, imzalamaqla sonuncunu 0.5 ştat vahidi üzrə fəhlə vəzifəsinə təyin etmiş, daha sonra cinayətkar niyyətinin davamı olaraq Zərərçəkmiş şəxs6 həmin xəstəxanada gözətçi vəzifəsinə təyin etmək müqabilində 2019-cu ilin sentyabr ayının sonlarında günü istintaqa dəqiq məlum olmayan tarixdə Gəncə şəhəri, Mehdi bəy Sultanov 17 ünvanında yerləşən Gəncə X16 xidməti iş otağında özü üçün birbaşa olaraq 2500 (iki min beş yüz) manat istəmiş, daha sonra əməlini davam etdirərək 2019-cu ilin dekabr ayının əvvəlində günü istintaqa dəqiq məlum olmayan tarixdə Gəncə şəhəri, Mehdi bəy Sultanov 17 ünvanında yerləşən X9 xidməti iş otağında özü üçün birbaşa olaraq şəxsən Zərərçəkmiş şəxs6 2500 (iki min beş yüz) manat pulu alaraq, ümumilikdə vahid niyyətlə 3000 (üç min) manat pulu-maddi neməti qeyd olunan ünvan və tarixlərdə xidməti iş otağında xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar rüşvət qismində istəmiş və almışdır. Digər törtədiyi cinayətlərdən fərqli olaraq Təqsirləndirilən şəxs bu əməlində vəzifəli şəxs olaraq tamah niyyətilə birbaşa sərəncam verəcəyini dərk edərək Zərərçəkmiş şəxs6 işə götürmüş, bunun müqabilində isə ondan ilk öncə 500 manat almış və 0,5 ştat vahidi ilə fəhlə vəzifəsinə götürmüşdür. Əlavə olaraq isə 2500 (iki min beş yüz) manat pulu alaraq onu daha sonra gözətçi vəzifəsinə işə qəbul edəcəyini bildirib. Nəticə etibarı ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 311.1-ci maddəsində qeyd olunan əməlləri törətmişdir. Belə ki, sözügedən maddədə qeyd olunur ki, vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi sözügedən cinayət əməlinin törənməsini ehtiva edir. Eləcə də, Cinayət Məcəlləsinin 308-ci maddəsinin Qeyd hissəsinə əsasən “vəzifəli şəxs” dedikdə dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, o cümlədən publik hüquqi şəxslərin, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarının rəhbərləri və işçiləri, eləcə də dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, o cümlədən publik hüquqi şəxslərdə, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarında xüsusi səlahiyyət üzrə təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən şəxslər hesab olunur. Təqdim olunmuş sənədlərdən də görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın baş həkimi olaraq işçini işə qəbul etmək və işdən azad etmək vəzifə səlahiyyətlərinə aid edilib. Belə olan halda isə o, zərərçəkmişdən pulun ilkin hissəsini alaraq onu işə qəbul etmiş, daha sonra onu gözətçi vəzifəsinə keçirəcəyini bildirərək öz mənafeyi naminə pulu qəbul etmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası CM-in 59.1.14-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 23-cü bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etsinlər. Bu zaman əlavə cəza maddənin sanksiyasında nəzərdə tutulmuş hər hansı əsas cəza ilə yanaşı təyin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən isə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Odur ki, məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 311.1 və 326.1-ci maddələrilə cəza təyin olunarkən dövlət orqanlarında, yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə bağlı əlavə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 311.1-ci maddələri ilə təqsirli bilinməli və cəzalanmalı, ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.1-ci maddəsi ilə isə təqsirli bilinsə də, Azərbaycan Respublikası CPM-in 44.2.1-ci maddəsinə əsasən bu maddə üzrə ona cəza təyin edilməməlidir. Azərbaycan Respublikası CPM-in 44.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda, yəni cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə və təqsirli özünü təqsirli bilmədiyi halda məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Odur ki, Təqsirləndirilən şəxs qeyd olunan əmələ görə təqsirli bilinsə də ona Azərbaycan Respublikası CPM-in 44.2.1-ci maddəsinə əsasən cəza təyin edilməməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi pul vəsaiti və digər əmlakı, habelə həmin pul vəsaitləri və ya digər əmlakı hesabına əldə edilən gəlirlər, cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr olması müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin edilməməlidir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 150 (yüz əlli) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 311.1 və 326.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.1-ci maddəsi ilə təqsirli bilinib CPM-in 44.2.1-ci maddəsinə əsasən cəza təyin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinməklə ona 01 (bir) il 06 (altı) ay müddətə dövlət orqanlarında və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə növündə cəza, Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə təqsirli bilinməklə ona 01 (bir) il 06 (altı) ay müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, eləcə də ev dustağlığında və həbsdə saxlanıldığı 03 (üç) ay, ümumilikdə 03 (üç) ay 02 (iki) gün müddət azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablamaqla hazırkı iş üzrə ona təyin edilmiş 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılsın və onun üzərində 02 (iki) il 06 (altı) ay müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə ilə 08 (səkkiz) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi vaxtdan, yəni 03 iyun 2023-cü il tarixdən hesablansın. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 150 (yüz əlli) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Məhkəmə baxışında zərər çəkmiş şəxslər, cinayət mühakimə icraatı zamanı mülki iddia vermədiklərindən onlara mülki mühakimə icraatı qaydasında mülki iddia qaldırmaq hüquqlarının olması izah olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar