Məhkəmə qərarları › İş №1(100)-63/2020

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-63/2020

29.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-63/2020 29.10.2020 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X20 Məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və Bağırov Məhəmməd Ənvər oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Mehdiyeva Vəfa Zakir qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə X8 məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokurorları, kiçik ədliyyə müşaviri Mirhşimov Pərviz Böyükağa oğlunun, ədliyyə müşaviri Dövlət ittihamçısı3 və İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Göygöl rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1988-ci ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Qazax şəhəri Ə.Seyidov küçəsi ev 13-də qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu Ə.Bağırov küçəsində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə hal-hazırda 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3, 181.2.5 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq soyuq silah hesab edilən ov bıçağını üzərində gəzdirib, həmin soyuq silahı tətbiq etməklə özgənin əmlakını ələ keçirmək məqsədilə, zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək quldurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək, cinayətə hazırlıq görüb özünə məxsus qara rəngli idman papağından maska düzəltmiş və bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı soyuq silah hesab edilən ov bıçağı ilə silahlanaraq xx xxxxxx 2018-ci il tarixdə saat 19 radələrində Qazax şəhəri ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs yaşadığı evin qarşısına gəlib divardan aşaraq bağa keçmiş, özü ilə gətirdiyi maskanı başına geyinib evin giriş qapısının açıq olmasından istifadə edib mənzilə qanunsuz daxil olaraq mətbəx otağının qarşısında ev sahibəsi Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı basqın edərək qanunsuz olaraq üzərində gəzdirdiyi ov bıçağı ilə hədələyib pul tələb etdikdə, Zərərçəkmiş şəxs ona qarşı törədilən hüquqa zidd əməldən qorxub yataq otağındakı güzgülü şkafdan 60 manat dəyərində qızılı rəngli saatı və ümumi dəyəri 700 ABŞ dolları - Azərbaycan manatına nisbətdə 1190 manat qulağındakı brilliant qaşlı qızıl sırğalarla dəst olan qızıl üzüyü gətirib vermək istədikdə işarə ilə stolun üstünə qoymağı tapşırdığından həmin yerə qoymuş, daha sonra qulağındakı sırğaların qızıl olduğunu soruşub öyrəndikdən sonra çıxarmağı tələb etdiyindən çıxarıb həmin əşyaların yanına qoymuş, o, Zərərçəkmiş şəxs hədələyərək pul qabını gətirməyi tələb etdiyindən şkafa qoyduğu çantasından pul qabını çıxarıb içərisindəki 50 manat pulu qızılların yanına gətirib qoyduqdan sonra Təqsirləndirilən şəxs həmin əşyaları və pulu götürərək, yaşayış sahəsinə qanunsuz daxil olaraq üzərində qanunsuz olaraq gəzdirdiyi soyuq silah tətbiq etməklə zərərçəkmiş şəxsin ümumilikdə 1300 manat məbləğində əmlakını ələ keçirməklə quldurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Rəsulov X5 Məcəlləsinin 181.2.3, 181.2.5 və 228.4-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, o, artıq 3-4 ildir ki, narkotik vasitə qəbul edir və üzərində narkotik vasitə saxladığına görə 1 il 6 ay müddətinə azadlıqdan məhkum edilmiş və xx xxxxxx 2018-ci il tarixdə həbsdən çıxmışdır. O, iki gün Bakı şəhərində qaldıqdan sonra xx xxxxxx 2018-ci il tarixdə Bakı şəhərindən şəxsiyyət vəsiqəsini dəyişdirmək üçün atası Cavanşirlə birlikdə Qazax şəhərinə gəlmişlər. Onlar Qazax şəhərində yaşayan rəhmətə getmiş əmisi evinə gəlib orada qalmışlar. O, şəxsiyyət vəsiqəsi dəyişdirmək üçün xx xxxxxx 2018-ci il tarixdə səhər radələrində Qazax RPŞ-nin pasportstoluna getmişdir. Lakin oranın məsul işçisi ona 3 gün ərzində şəxsiyyət vəsiqəsinin veriləcəyini bildirmişdir. Atası Cavanşirin Bakı şəhərində işləri yarımçıq qaldığından atası 3 gün onunla Qazax şəhərində qala bilməmiş, ona görə də o, atasını xx xxxxxx 2018-ci il tarixdə günorta radələrində Bakıya yola salmaq üçün Bakı-Qazax avtobusunda yer sifariş etmişdir. O, xx xxxxxx 2018-ci il tarixdə saat 18 radələrində “Fadik” kimi tanıdığı Fuad adlı taksi sürücüsün “VAZ-2106” markalı avtomobili ilə atası Cavanşiri Bakıya yola salıb yenidən rəhmətlik əmisinin evinə geri qayıtmış, evin qarşısında avtomobildən düşüb evə daxil olmuş, bundan sonra o, bir daha evdən çıxmamış və bütün gününü evdə keçirmişdir. Səhəri gün bibisi onu oyadıb polislərin gəldiyini demiş və polis əməkdaşları onu polis şöbəsinə aparmışlar. Bundan sonra onu hadisə baş verən ünvana yəni Qazax rayonu, ünvan 2 ünvanına aparmışlar. Onu şübhəli şəxs qismində zərərçəkmiş şəxsə təqdim etdikdə, zərərçəkmiş şəxs qəti şəkildə onun olmadığını bildirmişdir. O, da öz növbəsində cinayətlə heç bir əlaqəsinin olmadığını bildirmişdir. Bundan sonra o, şəxsiyyət vəsiqəsini götürüb, Bakı şəhərinə, ailəsi ilə birlikdə daimi yaşadığı ünvana getmişdir. Bakı şəhərində olarkən xx xxxxx 2019-cu il tarixdə Qazax rayon polis əməkdaşları onu tutaraq Qazax rayon Polis şöbəsinə aparmışlar. Orada ona işgəncələr verərək cinayəti üzərinə götürməyə məcbur etmişlər. Lakin o heç bir sənədə imza atmadığından və 48 saat tamam olduğundan onu buraxmışlar. O, təxminən şöbədən 100-150 metr uzaqlaşdıqda iki nəfər polis serjantı onu tutaraq polis şöbəsinə, oradan da Qazax rayon Məhkəməsinə apararaq polisə müqavimət maddəsi ilə təqdim etmişlər. Hakim onun xəsarətlərinə və sözlərinə məhəl qoymadan ona 10 sutka inzibati həbs vermişdir. O, müvəqqəti saxlama yerində olan zaman onu lüt bədənə döydüklərindən və çox təhqiredici hərəkətlər etdiklərindən, o, məcbur olub polislərin təqdim etdikləri bütün sənədlərə qol çəkmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında əlavə olaraq bildirdi ki, o, xx xxxxxx 2018-ci il tarixdə cəzaçəkmə müəssisəsindən çıxdığı zaman başını keçəl qırxdırmışdır. Bundan başqa ibtidai istintaq zamanı hadisənin onun tərəfindən törədilməsinə dair ifadəsini təyziq altında vermiş, hadisə yerinə baxış zamanı hər yeri göstərməsi isə əvvəlcədən təlimatlandırılmış qaydada olmuşdur. Hadisənin baş verdiyi yerlərin ona videoçəkiliş vasitəsilə, yəni görüntü vasitəsilə qabaqcadan göstərilərək, təlimatlandırıldığını bildirmiş və həmin ifadənin yerində yoxlanılması zamanı o, narkotik vasitələrin təsiri altında olmuşdur. Bundan başqa təqsirləndirilən şəxs masqa və bıçağın ona aid olmadığını, belə ki, o, müvəqqəti saxlama yerində olan zaman masqanın əməliyyatçılar tərəfindən hazırlandığını, ona başına keçirməyə məcbur edildiyini, bu səbəbdən papağın içində olan tüklərin ona məxsus oluğunu bildirdi. Həmçinin polis əməkdaşları öz məqsədlərinə nail olmaq üçün onun qeydiyyatda olduğu, hazırda bibisi Şahid5 yaşadığı evə bibisinin razılığı olmadan daxil olaraq, bıçağı və masqanı bibisinin evinin həyətində yerləşən toyuq damına yerləşdirdiklərini bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqından fərqli olaraq ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, “3-4 ildir ki, narkotik vasitələr qəbul edir. Narkotik vasitə saxlamağa görə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş, xx xxxxxx 2018-ci il tarixdə həbsdən çıxmışdır. 2 gün Bakı şəhərində qaldıqdan sonra Qazax şəhərində yaşayan rəhmətə getmiş əmisinin evinə gəlib orada qalmışdır. Zərərçəkmiş şəxs tanımamış, onunla heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. xx xxxxxx 2018-ci il tarixdə saat 18 radələrində atası Cavanşiri Bakıya yola salıb “Fadik” kimi tanıdığı Fuad adlı taksi sürücüsüün “VAZ 2106” markalı avtomobili ilə geriyə qayıtmışdır. Evinin qabağında avtomobildən düşüb evə daxil olmuş, daha sonra evdən çıxıb “7 qaya” marketə gedib oradan bir ədəd 250 qram araq, bir ədəd çaxır, bir-iki çərəz və siqaret alıb evə qayıtmışdır. Mətbəxdə çörək yeyib araq və çaxırdan biraz içmiş, daha sonra çölə çıxıb bir ədəd siqaretə doldurduğu marixuananı, üstündən də bir ədəd siqaret çəkmişdir. Həmin vaxt evdə bibisi ilə o, olmuşdur. O, siqaret çəkə-çəkə hərbi şəhərciyə tərəf getmiş, lakin ağlına bir fikir gəldiyi üçün geriyə qayıtmışdır. O, bir evdən yaxud mağazadan başına maska taxaraq oğurluq etmək fikrində olmuşdur. O, başında olan qara papağı maska düzəltmək üçün üstündə gəzdirdiyi bıçaqla iki yerdən deşib göz yerləri düzəltmiş və cibinə qoyub evdən çıxmışdır. Mağaza və ya bir ev tapıb oradan oğurluq etmək məqsədilə bir qədər irəliləyib qarşısına iki yol çıxmışdır. Bir yol göy binalara tərəf, digəri isə sağ tərəfə gedən yol olmuşdur. O, göy binalara gedən yolun üstündə iki nəfər cavan oğlanın və bir nəfər qadının durduğunu görmüşdür. O, həmin şəxsləri keçib bir qədər irəliləmiş, lakin işə yarayacaq bir şey olmadığını görüb geriyə qayıdaraq hadisə olan yola, yəni sol yola girmişdir. Həmin yolda maşın olmuş, lakin o maşının dayandığı evin işıqları yandığı üçün evə girməmişdir. Bir qədər də gedib sağ tərəfdə bir ev görmüş və həmin evə girməyi qərara almışdır. Saat təxminən 19:35-40 radələri olmuşdur. Həyət qapısının yan tərəfindəki hasar hündür olduğundan o, evin baş tərəfinə gəlmiş, orada olan hasar alçaq olduğu üçün həmin yerdən daxil olmağı qərara almışdır. Bu zaman qara papağında düzəltdiyi maskanı başına keçirərək həmin evin bağından hasarına tullanıb həyətə keçmişdir. Həyətdə bir mərtəbəli, kürsülü, hündür bir ev olmuş və maşın olmamışdır. Getdikcə içkinin və narkotikin təsiri artmağa başlamışdır. O, hər ehtimala qarşı kimsə qabağına çıxsa, qorxutmaq üçün cibindən açılıb-bağlanan bıçağını çıxarıb açaraq əlində tutmuşdur. O, evin giriş qapısına doğru irəliləmiş, pilləkənlərdən qalxıb qapını yoxlayanda açıq olduğunu görüb evə girmişdir. Sağ tərəfə doğru irəliləyərək mətbəxə çatanda orada bir qadın görmüşdür. Qadın orta boylu, qarayanız, orta yaşlı olmuş və sonuncu onu görən kimi həyəcanlanmışdır. Qadına bıçağı göstərib “tez ol mənə pul gətir ver” deyib giriş qapısının qarşısına doğru gəlmişdir. Qadın giriş qapısı ilə üzbəüz otağa keçib oradan qızıl üzük və saat gətirmişdir. O, qadına həmin əşyaları stolun üstünə qoymağı dedikdən sonra, sonuncu onları stolun üstünə qoymuş, ardınca isə qulağındakını çıxarıb stolun üstünə qoymuşdur. Daha sonra qadına pul verməsini demiş, sonuncu giriş qapısından sol tərəfdə yerləşən dolabı açıb çantasından 50 manat pul çıxararaq stolun üstünə qoymuş və “halalın olsun” demişdir. O, da pulu, saatı və qızılları bir əlinə xışmalayıb götürərək cibinə qoymuş və qadına otağa keçib səsini çıxarmamasını demişdir. Qadın otağa keçdikdən sonra o, qapını açıb oradan qaçaraq həyətin baş tərəfinə getmiş və gəldiyi yerdən çıxıb qaçaraq arxasına baxmadan getmişdir. Oradan birbaşa evə gəlmiş, həmin vaxt bibisi qonaq otağında televizora baxmışdır. O, siqareti yolda itirdiyi üçün mətbəxdə olan siqaretindən götürüb birini yandırıb çəkmişdir. Sonra yataq otağına gedib ələ keçirdiklərini döşəyin altına qoyub yatmışdır. Onu səhəri gün polis əməkdaşları çağırıb dindirsə də, o, etiraf etməmişdir. Polis əməkdaşları ona əynindəki jaket barədə sual verəndə sonuncu evinə girdiyi qadının jaketi yadında saxladığını anlamışdır. Buna görə jaketi cırıb zibilliyə atmış və iki gün Qazaxda qaldıqdan sonra Bakıya gəlib 50 manat pulu xərcləmişdir. O, bıçağı Bakı şəhərində yerləşən “Rus” bazarından aldığını bildirmişdir. O, yolda qaçarkən ələ keçirdiyi saatın siqaret və 12 manat pulla birlikdə cibindən düşüb itdiyini, qızıl üzüyü Bakı şəhərində Zabrat qəsəbəsində tanış olduğu Aysel adlı qıza verdiyini qeyd etmişdir. Qızıl sırğaları Zabrat qəsəbəsində “Zabrat 1” ərazisində, yolun kənarında adını “Emoş” kimi qələmə verdiyi adama 1 qram narkotik vasitə olan heroinə qarşılıq vermiş və həmin heroini 8 dəfə istifadə etmişdir. Ayselin nömrəsinin onda olmadığını və onunla Zabrat qəsəbəsində tanış olduğunu bildirmişdir. Aysel gözəl olduğundan ondan xoşu gəlmiş, buna görə də sonuncuya münasibət qurmaq üçün qızıl üzüyü vermişdir. Lakin, Aysel qızıl üzüyü aldıqdan sonra yoxa çıxmışdır. Aysel ona Razin qəsəbəsində yaşadığını demişdir. O, Ayselin sarışın, arıq, göy göz, onunla bir boyda və 20-25 yaşı olduğunu demişdir. Emoşu bir dəfə görmüş, sonuncunun ondan azca hündür, arıq, sarışın, 23-25 yaş arası olduğunu bildirmiş və onun harada yaşamasını və nömrəsini bilmədiyini qeyd etmişdir. O, tutulmamışdan qabaq marixuananı yaş halda əldə edib qurudaraq şüşə butulkanın içinə qoymuş və evin qabağında yolda torpağa basdırmışdır. Həbsdən gələndən sonra onu yerdən çıxarıb siqaretə dolduraraq cibinə qoyub Qazaxa gəlmişdir”. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, xx.xx.2018-ci il tarixdə saat təxminən 17:30-də qonşuya iynə vurdurmağa getmiş, saat təxminən 19:20-25 radələrində evinə gəlmişdir. Həyətdə bəzi işləri görüb evinə daxil olmuş, daha sonra qatıq satan Mələk adlı qonşuya zəng etmişdir. Telefonu baldızı açaraq Mələyin əlində işi olduğunu və özünün zəng edəcəyini demişdir. Biraz sonra onlar özü zəng etmiş və o, yola çıxıb qatığı qonşudan götürərək evə yollanmışdır. 5-7 dəqiqə qonşusu ilə söhbət edib evinə getmişdir. O, qatığı almağa gedərkən darvazanın və evin qapısını açıq qoyub getdiyini qeyd etmişdir. O, qatığı soyuducuya qoyduqdan sonra xurmanı yuyub əlində saxlayaraq ayaqüstə televizora baxarkən anidən mətbəxin qapısının qarşısında bir nəfər əlində bıçaqla dayandığını görüb özünü itirmişdir. Adamın başında qara maska olmuş, onun yalnız gözləri görünmüşdür. Həmin şəxs əlində bıçaq tutaraq ona “səsini çıxartma, səsini çıxartsan səni öldürəcəyəm, gəl mənə pul ver” demişdir. Onun səsi batmış, əli ilə həmin şəxsə razılıq bildirmiş və həmin şəxs ona gəlib verməsini demişdir. O, yataq otağına keçib güzgülü dolabın rəfindən qızıl üzüyünü və sadə qızılı rəngli saatını gətirib adama vermək istəmişdir. Lakin həmin şəxs ona əli ilə stolu işarə edib stolun üstünə qoymağını tələb etmişdir. Adam saata baxıb qızıl olub olmadığını soruşanda o, saatın qızıl olmadığını demişdir. Adam bundan sonra onun qulağındakı sırğaların qızıl olub-olmadığını soruşduqda o, sırğaların brilliant olduğunu demişdir. Adam sırğaları çıxartmasını tələb etdikdən sonra o, qulağındakı sırğaları çıxarıb qızıl üzüyünün və sadə qol saatının yanına qoymuşdur. Adam ona pul qabını gətirməsini bildirmiş, o, da dolabda olan çantasını götürüb içərisində olan pul qabını açaraq 50 manat olduğunu demişdir. O, həmin pulu da qızılların olduğu stolun üstünə qoyaraq “bu da halalın olsun” demişdir. Həmin maskalı adam sağ əli ilə qızılları, saatı və 50 manat pulu götürüb cibinə qoymuş və ona “səsini çıxarmadan keç yataq otağına” bildirmiş, o, qorxusundan oraya keçib qapını örtmüşdür. Aradan bir dəqiqə keçməmiş o, otaqdan çıxıb evinin qapısının açıq olduğunu görmüş və həmin adamın getdiyini bilmişdir. O, tez açarı götürüb qapını bağlayaraq qorxusundan yataq otağına keçmiş, aradan 10 saniyə sonra əri Fərman onun mobil telefonuna zəng etmişdir. O, Fərmana təlaşla evə gəlməməsini və onu öldürəcəklərini deyib polis çağırmasını bildirmişdir. Fərman ondan nə olduğunu soruşduqda, sonuncu heç nə olmadığını, lakin maskalı adamın gəlib qızılları və pulları apardığını demişdir. Aradan 3-4 dəqiqə sonra Fərman, bir qədər sonra isə polis əməkdaşları gəlmişlər. O, evinə girən adamın əynində gümüşü, qara qarışıq yun paltar (jaket) və başında qara yun maska olduğunu, yalnız gözlərinin göründüyünü bildirmişdir. O, həmin şəxsin yaşının təxminən 30-35, arıq bədən quruluşlu, kişi cinsli, boyunun ondan bir az hündür olduğunu deyib, hansı bölgənin ləhcəsi ilə danışdığını deyə bilmədiyini və danışarkən sakit tərzdə, sanki dişləri olmayan adam kimi danışdığını demişdir. Həmin adamın apardığı qızıl sırğa və üzüklərin dəst olmaqla brilliant qaşlı olduğunu, sırğaların 6 qram, üzüyün isə 3 qram olduğunu və onları təxminən 15 il bundan qabaq 700 ABŞ dollarına aldığını bildirmişdir. Qızıl sırğanın ortasında tünd göy rəngli qaşı olduğunu, ətrafının gül formalı, onların da üstündə xırda brilliant qaşlarının olduğunu qeyd etmişdir. Qızılı rəngli, bağı yumru halqalardan ibarət sadə qol saatını 2-3 il bundan qabaq 60 manata aldığını demişdir. O, evinə daxil olan şəxsin əlindəki bıçağın dəstəyinin rəngini xatırlamasa da, tiyəsinin parıltısının gümüşü rəngli olmaqla uzunluğunun təxminən 10-15 sm olduğunu bildirmişdir. O, hadisə ilə bağlı əlavə ifadə verərək 2018-ci ilin noyabr ayının 9-da quldurluq hadisəsi törədildikdən sonra Qazax RPŞ-nin əməkdaşlarının xx xxxxx 2019-cu il tarixdə onu rayon polis şöbəsinə dəvət etdiyini bildirmişdir. Şöbədə olarkən polis əməkdaşları ona yan-yana düzülmüş 4 nəfər şəxsi təqdim edib həmin şəxslərə diqqətlə baxmağını və onlardan hansının ona qarşı quldurluq hadisəsini törətdiyini göstərməyini təklif etmişlər. Bundan sonra o, həmin şəxslərə diqqətlə baxmış, bu zaman əlində “3” nömrəsini tutan şəxs ona tanış gəlmişdir. Həmin şəxsə yaxınlaşıb diqqətlə sonuncunu nəzərdən keçirmiş və bədən quruluşuna, boyuna, başının formasına, kürək nahiyyəsinin bir qədər əyilmiş olmasına və gözlərinin quruluşuna baxıb onu tanıyaraq quldurluq hadisəsini sonuncunun törətdiyini bildirmişdir. Bundan sonra o, həmin şəxsə “sən utanmırsanmı, qadına qarşı belə hərəkət edirsən?” demişdir. Həmin şəxs ondan üzr istəyəndə sonuncu onun səsini eşidib bir daha tam əmin olmuşdur ki, hadisə günü ona quldurluq edən şəxsin səsidir. Orada olarkən o, həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. İki gün keçdikdən sonra polis əməkdaşları yenidən onu Qazax RPŞ-yə dəvət etmişlər. Bu dəfə ona stolun üstünə düzülmüş 4 ədəd bıçaq göstərib Təqsirləndirilən şəxs bu bıçaqlardan hansının ona qarşı quldurluq hadisəsini törədərkən istifadə etdiyini soruşmuşlar. O, bıçaqlara baxıb diqqətlə nəzərdən keçirmiş, polis əməkdaşına həmin bıçağı göstərib hadisə baş verən zaman Vüsalın bu bıçaqdan istifadə etdiyini demişdir. Səhəri gün günorta radələrində polis əməkdaşları Təqsirləndirilən şəxs onun yaşadığı evə gətirmişlər. Vüsal onlarda olarkən hadisəni necə törətdiyini əyani olaraq bir-bir göstərmişdir. Vüsal hasardan necə həyətə keçdiyini, pilləkənlə yuxarı qalxıb mətbəxə gəldiyini və ondan pulları və qızılları necə tələb etdiyini göstərmiş, polis əməkdaşları isə Vüsalın göstərdiklərini videolentə almışlar. Videoçəkiliş qurtardıqdan sonra Vüsalın ona qarşı quldurluq hadisəsini törətdiyindən bir daha əmin olmuşdur. Belə ki, Vüsal polis əməkdaşlarına hadisə necə baş vermişdirsə, dəqiqliklə hər şeyi olduğu kimi göstərmişdir. O, Vüsalın səsindən, davranış və hərəkətlərindən quldurluq hadisəsini məhz sonuncunun törətdiyini o dəqiqə bilmişdir. Bundan başqa hadisə baş verən gün həmin şəxs mətbəxin qapısının yanında olduğundan o, birincinin boyunu yadında saxlayıb qapıya bir işarə qoymuşdur. Vüsalı polis əməkdaşları gətirərkən mətbəxin qapısının yanında onun boyuna baxmış və həqiqətən sonuncunun boyunun quldurluq hadisəsi törədən adamın boyu ilə üst-üstə düşdüyünü görmüşdür. Beləliklə o, bir daha tam əmin olmuşdur ki, ona qarşı quldurluq hadisəsini Vüsal törətmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında verilən suallara cavab olaraq bildirdi ki, polis əməkdaşları onların evində cəmi 1 dəfə Vüsalın iştirakı ilə çəkiliş aparmış, polis əməkdaşları tərəfindən əvvəllər hər hansı videoçəkiliş aparılmamış, Vüsal daha əvvəl polis əməkdaşları ilə onun evi ilə tanış olmamış və çəkiliş zamanı Təqsirləndirilən şəxs hər yeri özü sərbəst şəkildə tək-tək göstərmişdir. Hətta o, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı yalvara-yalvara ona “məni bağışlayın, çəkdiyim mal tuxta çıxıb, həmdə çaxır, araq içmişdim” ifadələrini işlətdiyini bildirmişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Qazax şəhər sakini Təqsirləndirilən şəxs tanımamış, onunla əvvəllər arasında heç bir düşmənçilik və ya ədavəti olmamışdır. O, bacanağı X15 rayon Qaz İstismar idarəsinin inzibati binasının arxasında yerləşən “Təzə Məhəllə” adlanan ərazidə yaşadığını, qaynanası da həmin evdə yaşadığından arvadının tez-tez oraya gedib gəldiyini bildirmişdir. Bacanağı Elmarla onun münasibətləri yaxşı olduğundan onların bir-biri ilə daimi gediş-gəlişi olmuşdur. O, Qazax rayonunun İcra Başçısının müavini olmuş Fərman müəllimi tanıdığını, sonuncunun evinin bacanağıgilin evinə gedən yolun üstündə yerləşdiyini bildirmişdir. O, hər dəfə bacanağıgilə gedəndə Fərman müəllimin evinin qarşısından keçib getmişdir. 2018-ci ilin noyabr ayının əvvəlində bacanağıgilə gedəndə qonşuluqda yaşayanlardan dünən Fərman müəllimgilin evinin yarıldığını eşitmişdir. Bundan bir neçə ay sonra, 2019cu ilin aprel ayının axırlarında yaşadığı evdə nahar etdikdən sonra elə-belə söhbət etmək üçün bacanağı Elmargilin evi istiqamətində getmişdir. Şahid1 evinin qarşısından keçərkən orada polis maşınlarının dayandığını görmüş, tanımadığı bir neçə nəfər şəxsin orada toplaşdığını görüb o, da onlara yaxınlaşaraq burada nə baş verdiyi barədə maraqlanmışdır. Onların söhbətlərindən ona belə məlum olmuşdur ki, Fərman müəllimgilin evinə girən şəxsi polislər tutub buraya gətirmişlər. Həmin vaxt polis əməkdaşları əlində qandal olan şəxsi Fərman müəllimgilin evinin darvazasından çıxaranda həmin şəxs ona tanış gəlmişdir. O, üstündə “polis” yazısı olan “Mercedes” markalı iri maşının yanında dayanmış, polislər həmin şəxsi maşına oturtmaq üçün gətirəndə o, bir daha adama baxıb sonuncunu 2018-ci ilin noyabr ayının əvvəlində Fərman müəllimin evinin qarşısında gördüyünü xatırlamışdır. Belə ki, o, həmin oğlanla təxminən həmyaşıd olduğundan fikirləşmişdir ki, əgər bu Qazaxlı olsa, onunla mütləq rastlaşarmış. Polis əməkdaşları həmin oğlanı maşına oturtduqdan sonra sonuncuya diqqətlə baxmaq üçün maşına yaxınlaşmış, polis əməkdaşlarından biri ona kənara çəkilməsini tələb etdikdə sonuncu həmin şəxsi tanıdığını və hadisə baş verən vaxt onu Fərman müəllimin evinin qarşısında gördüyünü demişdir. Bundan sonra polis əməkdaşlarından biri onun haqqında məlumatları götürüb mobil telefon nömrəsini istəmiş, lakin o, mobil nömrəsinin olmadığını bildirərək oradan kənarlaşmışdır. Sonradan polis əməkdaşları onu Qazax RPŞ-yə dəvət etmişlər, o, da onlara heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə Qazax RPŞ-yə getmişdir. O, həmin şəxsi ilk dəfə görəndə havanın qaranlıq olmasına baxmayaraq, oranın darvazanın qarşısındakı elektrik işığı ilə işıqlandığından, o, həmin şəxsin sifətini işıq düşən yerdən görmüş, onların arasında təxminən 8-10 metr məsafə olmuş və o, həmin şəxsin əynində tünd rəngli paltarlar görmüşdür. Lakin o, həmin şəxsin əlində hər hansı bir əşyanın olduğunu görə bilməmişdir. O, Qazaxlı olduğundan həmyaşıd olduğu şəxslərin demək olar ki, hamısını tanıdığını və həmyaşıd olduğuna görə həmin şəxslə salamlaşmaq istədiyini bildirmiş, lakin sonuncuya diqqətlə baxdıqda onun tanış olmadığını görüb ötüb keçərək geriyə belə dönüb baxmamış və həmin şəxsin haraya getdiyini bilməmişdir. Onu gördükdə həmin şəxs onda cinayət törədəcək şübhəsi doğurmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Qazax RPŞ-nin Cinayət Axtarışı bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir və quldurluq hadisəsi baş verən yer onun xidmət etdiyi ərazidir. O, Qazax şəhər sakini Zərərçəkmiş şəxs qarşı Təqsirləndirilən şəxs tərəfindən törədilmiş quldurluq hadisəsinə görə sonuncunun ifadəsinin yerində yoxlanılması üçün xx xxxxx 2019-cu il tarixdə hadisə baş verən yer, yəni Zərərçəkmiş şəxs yaşadığı evə getmiş, bu vaxt Təqsirləndirilən şəxs ilk öncə hasardan necə həyətə keçdiyini, daha sonra pilləkənlərlə mənzilə qalxıb Zərərçəkmiş şəxs qarşı necə quldurluq etdiyini əyani olaraq göstərmişdir. İfadənin yerində yoxlanması qurtardıqdan sonra Vüsalı Qazax RPŞ-yə məxsus “Mercedes” markalı avtomobilə tərəf aparmışlar və bu vaxt o, həmin avtomobilin yanında əvvəllər tanımadığı bir nəfər şəxsin Vüsala diqqətlə baxdığını görmüşdür. Vüsalı avtomobilə mindirərkən həmin şəxsə kənara çəkilməsini və işlərinə mane olmamasını bildirmiş, Vüsal əyləşdikdən sonra isə həmin şəxs ona yaxınlaşıb gətirdikləri adamı, yəni Vüsalı tanıdığını və sonuncunu 2018-ci ilin noyabr ayında Şahid1 evinin qarşısında gördüyünü demişdir. Bundan sonra o, müstəntiqə bu barədə məlumat vermiş, müstəntiq həmin şəxsdən kimliyini soruşduqda sonuncu özünü təqdim edib Şahid2 olduğunu bildirmişdir. Telefon nömrəsini istədikdə həmin şəxs mobil telefonunun olmadığını demiş, müstəntiq onun adını, soyadını və yaşadığı ünvan haqqında məlumatları dəftərinə yazıb sonuncunun Qazax RPŞ-yə gəlib ifadə verməsini demişdir. Nə sərbəst ifadə verən zaman, nə də ifadənin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin təsiri altında olmamış və ona hər hansı zor tətbiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, xx xxxxxx 2018-ci il tarixdə yaşadığı qadın olan X3 ailəsinə məxsus “VAZ 2106” markalı, **- CH-*** nömrəli avtomobillə şəhər hamamından götürüb evinə düşürmüş, daha sonra öz evinə gəlmişdir. Oradan “7 qaya” marketə gedib iki ədəd çörək alaraq evə qayıtmışdır. Axşam radələrində Günay ona zəng edib rəfiqəsi Nailəgilə aparmağını demiş, o, X10 şöbəsinin qarşısındakı binada yaşayan Nailəgilə düşürüb yenidən evinə gəlmişdir. Təxminən 20-25 dəqiqə sonra təzəcə yemək yeyərkən, onu qonşusu Cavanşir çağırıb Bakı şəhərinə getdiyini və sonuncunu “Su-15” dairəsinə aparmasını bildirmişdir. O, razılaşdıqdan sonra Cavanşir və oğlu Vüsalla birlikdə avtomobilinə əyləşib həmin dairəyə tərəf yollanmışlar. Onlar bazarın qabağından meyvə dolusu qutunu götürmüş, daha sonra Cavanşir Əzim adlı bir nəfərə zəng edib ondan pul istəmişdir. 10-15 dəqiqədən sonra bir avtomobil gəlib Cavanşirə pul vermiş, daha sonra onlar “Su-15” dairəsinə gedib orada gözləmiş və az sonra avtobus gəlmişdir. Onlar Cavanşiri avtobusla Bakı şəhərinə yola saldıqdan sonra Vüsalı gətirib evlərinə düşürmüş, özü isə “Mütəfəkkirlər” parkında yerləşən internet kluba gəlmişdir. Aradan 15-20 dəqiqə keçmiş o, Qazax RPŞ-yə çağırılmış və polis əməkdaşları onun olduğu yerə gəlib rayon polis şöbəsinə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qaynı oğludur. Vüsalın narkotik vasitələrdən istifadəyə görə məhkum olunduğunu, xx xxxxxx 2018-ci il tarixdə həbsdən çıxdığını bildirmişdir. Bundan təxminən 2 gün sonra, Vüsal şəxsiyyət vəsiqəsinin vaxtı qurtardığından onun yaşadığı evdə qeydiyyatda olduğu üçün vəsiqəsini dəyişdirməyə, həm də ki, həbsdən çıxdığına görə kompensasiya almağa görə atası Cavanşirlə birlikdə onun evinə gəlmişdir. Bir gün qaldıqdan sonra Vüsal müəyyən səbəblərə görə şəxsiyyət vəsiqəsini dəyişdirə bilməmiş, xx xxxxxx 2018-ci il tarixdə Cavanşir Vüsalın işinin uzandığını görüb sonuncundan onu Bakı şəhərinə yola salmağı xahiş etmişdir. Həmin gün axşam radələrində Vüsal gedib taksi sürücüsü işləyən Fadik kimi tanıdığı bir adamı gətirərək Cavanşiri də götürüb onu Bakı şəhərinə yola salmaq üçün getmişlər. Bir neçə dəqiqə keçdikdən sonra Vüsal onun yaşadığı evə qayıtmış, həmin günü evdən çıxmamışdır. Səhəri gün polis əməkdaşları gəlib Vüsalı rayon polis şöbəsinə dəvət etmiş, o, nə baş verdiyini və Vüsalı nə üçün apardıqlarını soruşduqda polis əməkdaşları dünən axşam hadisə olduğunu, həmin məsələ ilə bağlı Vüsalın izahatını alacaqlarını bildirmişlər. Vüsal da onlara heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə çıxıb getmiş və elə həmin gün yaşadığı evə qayıtmışdır. Bir gün onlarda qaldıqdan sonra şəxsiyyət vəsiqəsini də alıb Bakı şəhərinə getmişdir. Şahid5 məhkəmə iclasında verilən suallara cavab olaraq bildirdi ki, polis əməkdaşları 2-3 dəfə onların evinə gəlmiş, sonuncu dəfə Təqsirləndirilən şəxs da özləri ilə gətirmişdir. Polis əməkdaşları onun evinə gələn zaman Təqsirləndirilən şəxs saatı qaldığını bildirmişlər və ondan icazə alınmadan evin hər yerinə baxış keçirmişlər. Şahid5 məhkəmə istintaqından fərqli olaraq ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, “xx xxxxxx 2018-ci il tarixdə Cavanşir Vüsalın işinin uzandığını görüb sonuncundan onu Bakı şəhərinə yola salmağı xahiş etmişdir. Həmin gün axşam radələrində Vüsal gedib taksi sürücüsü işləyən Fadik kimi tanıdığı bir adamı gətirərək Cavanşiri də götürüb onu Bakı şəhərinə yola salmaq üçün getmişlər. Bir neçə dəqiqə keçdikdən sonra Vüsal onun yaşadığı evə qayıtmış, biraz oturub təkrar evdən çıxıb getmişdir. Lakin o, Vüsalın nə vaxt evə gəlməyini bilməmişdir. Səhəri gün polis əməkdaşları gəlib Vüsalı rayon polis şöbəsinə dəvət etmiş, o, nə baş verdiyini və Vüsalı nə üçün apardıqlarını soruşduqda polis əməkdaşları dünən axşam hadisə olduğunu, həmin məsələ ilə bağlı Vüsalın izahatını alacaqlarını bildirmişlər. Vüsal da onlara heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə çıxıb getmiş və elə həmin gün yaşadığı evə qayıtmışdır. Bir gün onlarda qaldıqdan sonra şəxsiyyət vəsiqəsini də alıb Bakı şəhərinə getmişdir. xx xxxxx 2019-cu il tarixdə günorta radələrində yaşadığı evdə olan zaman polis əməkdaşları ilə birlikdə Vüsalın gəldiyini görmüşdür. Polis əməkdaşları onun evindən axtarış etmək üçün icazə aldıqdan sonra Vüsal onlarla birlikdə evin arxa tərəfində yerləşən toyuq hininə tərəf gedib qapının üstündə olan plastik borunun içərisindən papaq və bıçaq çıxarmış və həmin əşyaları polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları Vüsalın təqdim etdiyi papaq və bıçağı götürdükdən sonra sonuncu ilə birlikdə onun yaşadığı evdən getmişdir. Sonradan o, Vüsalın Qazax şəhər sakini Şahid1 evindən quldurluq hadisəsi törətdiyini, təqdim etdiyi bıçaqla papağı isə həmin hadisədə istifadə etdiyini bilmişdir”. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, oğlu Vüsal həbsdən çıxdıqdan sonra şəxsiyyət vəsiqəsinin vaxtı qurtardığından, həm də ki, həbsdən çıxdığına görə kompensasiya almaq üçün əri Cavanşirlə birlikdə x xxxxxx 2018ci il tarixdə Qazax şəhərinə yola düşmüşdür. Buna səbəb onların ailə üzvlərinin qaynı Səttarın adına olan Qazax şəhəri Ə.Seyidov küçəsi ev 13-də qeydiyyatda olmasıdır. Yol uzun olduğundan noyabr ayının 8-i səhər radələrində əri Cavanşirlə oğlu Vüsal Qazax şəhərində olmuş, sonuncu Qazax RPŞ-yə şəxsiyyət vəsiqəsini dəyişdirmək üçün getmiş, lakin şöbənin məsul işçisi Vüsala günortadan sonra gəlməsini bildirmişdir. Bundan sonra Vüsalla Cavanşir qaynı Səttargilin evinə getmişdir. Səttarın rəhmətə getdiyindən hazırda həmin evdə Səttarın arvadı İradə tək yaşayır. Günortadan sonra Vüsal yenidən Qazax RPŞ-nin pasport stoluna getmiş, lakin sistem işləmədiyi üçün sonuncunun sabah gəlib şəxsiyyət vəsiqəsini götürməsini demişlər. Həmin gün axşam radələrində əri Cavanşir xəstə olduğundan Bakıya qayıtmaq istəmiş, buna görə də Vüsaldan onu Bakı şəhərinə yola salmasını istəmişdir. Vüsal da İradəgilin qonşusu, Fadik adlı taksi sürücüsü ilə birlikdə Cavanşiri axşam radələrində Bakı şəhərinə yola salmışdır. Vüsal bundan sonra yenidən İradənin evinə qayıtmış və həmin gün bir daha evdən bayıra çıxmayıb sonuncunun yanında olmuşdur. Vüsal sonradan Qazax şəhər sakini Şahid1 evindən baş vermiş quldurluq hadisəsinə görə tutulmuş və tutulduqdan sonra o, Vüsalın yanında olmuşdur. Vüsal ona həmin quldurluq hadisəsini törətmədiyini demişdir. Buna görə o, oğlunun günahsız olduğuna əmin olaraq sonuncuya güvəndiyini və onun doğru dediyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2018-ci il tarixdə saat 17:30-da Qazax şəhərində yoldaşları ilə birlikdə gəzintiyə və çay içməyə çıxmışdır. Yoldaşlarla çay içib gəzdikdən sonra saat təxminən 19:30-da onlardan ayrılıb avtomobilinə oturaraq evinə gəlmişdir. Lakin gün ərzində az gəzdiyindən Səməd Vurğun heykəlinin yanında avtomobilini saxladıb bir az da orada gəzmiş, saat təxminən 20:00-da avtomobillə evinə doğru gəlməyə başlamışdır. Saat 20:04-də yolda olarkən evə çatmağa 150 metr qalmış qapını açması üçün arvadı Fəranənin mobil telefon nömrəsinə zəng etmiş, Fəranə telefonunu açan kimi təlaş içərisində onun evə gəlməməsini və sonuncunu öldürəcəklərini demişdir. O, nə baş verdiyini və ona nəsə olubolmadığını soruşduqda, Fəranə özünə heç nə olmadığını, lakin evinə gələn maskalı adamın qızılları və pulu apardığını bildirib, ona polisə zəng etməsini demişdir. O, da “102” xidmətinə zəng edib hadisə barədə məlumat vermiş, daha sonra evinə gəlmişdir. Fəranəni böyük həyəcan içində görüb nə baş verdiyini soruşmuşdur. Fəranə evdə olarkən bir nəfər maskalı adamın evə girib əlində bıçaqla ondan pul tələb etdiyini, səsini çıxaracağı təqdirdə öldürəcəyini demiş, bu zaman birinci yataq otağında olan dolabdan qızıl üzüyünü, qulağında olan qızıl sırğasını, qolundakı sadə saatını və pul qabından 50 manat pulu həmin şəxsə vermişdir. Həmin şəxs Fəranəyə otağa girməsini deyib çıxıb getmişdir. Fəranə bu sözləri danışdıqdan sonra evə polislər gəlmiş, hadisə yerinə baxış keçirib protokol tərtib edilərək ərizə yazılmışdır. Daha sonra polislər Təqsirləndirilən şəxs onların evinə gətirən zaman Təqsirləndirilən şəxs sərbəst şəkildə hər yeri özü göstərmiş, hətta o, Təqsirləndirilən şəxs “a bala sənə istiqamət veriblər, adını de səni bağışlayım” dedikdə, Təqsirləndirilən şəxs ona “ay dayı məni balalarının başına dola, məni bağışla” demiş, o, Vüsaldan qızılların harada olmasını soruşduqda Təqsirləndirilən şəxs üzüyü Zabratda Aysel adlı qıza verdiyini bildirmişdir. Şahid1 həmçinin ifadəsinə əlavə olaraq bildirmişdir ki, ifadənin yerində yoxlanılmasından əvvəl polis əməkdaşları onların evində hər hansı telefon çəkilişi aparmamışlar. Müdafiəçi vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, o, 30 illik iş stajı olmaqla ali dərəcəli ekspertdir. Tük onlara daxil olanda ilkin olaraq yuyulur, sonra isə ekspertizaya verilir və onlar tərəfindən verilmiş saçın uzunluq, boy və marfologiyasına baxılır. Əslində qaydaya uyğun olaraq tük onlara dibdən çıxarılıb verilməlidir. Lakin hazırki tük nümunələrində həm dartılma, həm özü düşmüş, həm də kəsilmiş saçlar təqdim olunmuşdur. Qeyd etmişdir ki, dartılma papağın başdan çıxarılması zamanı saçın dartılaraq düşməsi nəticəsində yarana bilər. Bundan başqa ekspert Rəna Hüseynova məhkəmə iclasında verilmiş suallara cavab olaraq saçın nə vaxt çıxmasının müəyyən edilməsi ilə bağlı ekspertiza keçirilməsinin mümkün olmadığını, başın müəyyən hissələri yazılmadığını, başın hər hansı hissəsindən olmasına baxmayaraq ümümi baş tükləri kimi qeyd olunduğunu, insan genetikasından asılı olaraq insanın saç tükünün həftədə 3,5 ml metr uzandığını, saç uzanmasının individual olduğunu və hər kəsdə fərdi xarakter daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs şifahi vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma əmisi oğludur. O, cinayət hadisəsi baş verən zaman Bakı şəhərində olmuş, cinayət hadisəsini şəxsən görməmiş, sadəcə Təqsirləndirilən şəxs anası Ərkinazın xahişi ilə kənardan məlumat toplamışdır. Belə ki, tanışlardan, yaşadığı məhlədən, həmçinin adını deyə bilməyəcəyi iki narkoman tərəfindən aldığı məlumata əsasən cinayətin zərərçəkmiş şəxsin qohumu X12 tərəfindən törədildiyini ehtimal edir. Belə ki, İslam Əhmədov dəfələrlə müxtəlif cinayətlərə görə məhkum olunmuşdur. Bundan başqa məhkəmə iclasında verilmiş suallara cavab olaraq cinayətin İ.Əhmədov tərəfindən törədilə biləcəyini kimlərin ona dediyini xatırlamadığını, Təqsirləndirilən şəxs ümumiyyətlə telefonun olmadığını, Vüsalın zəng etmək üçün istifadə etdiyi ***-***-**-** saylı telefonun onun anası Şahid5 məxsus olduğunu, Vüsalın telefonu özü ilə harasa aparmasına anasının razı olmayacağını, belə ki, anasının gün ərzində tez-tez bacıları ilə danışdığını bildirmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2018-ci il tarixli protokoldan görünür ki, cinayət hadisəsinin baş verdiyi yer Şahid1 məxsus Qazax şəhəri, ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evidir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx xxxxx 2019-cu il tarixli “baxış keçirilməsi haqqında” qərardan və fotoşəkillərdən görünür ki, Şahid5 evinə baxış keçirilmiş və baxış keçirilən zaman Təqsirləndirilən şəxs bildirmişdir ki, o, xx.xx.2019-cu il tarixdə quldurluq hadisəsini törətdikdən sonra müvəqqəti yaşadığı evə gəlmiş, istifadə etdiyi maskanı və bıçağı toyuq hininə girib orada olan plastik borunun içərisinə gizlətmişdir. Bundan sonra toyuq hinin içərisində plastik boruya baxış keçirərkən oradan bir ədəd qara rəngli yun papaqdan düzəldilmiş maska və bir ədəd tiyəsi və tutacağı gümüş rəngli bıçaq aşkar edilmişdir. Maskanın uzunluğu 49 sm, eni isə 18.5 sm təşkil etmişdir. Maskanın yuxarı tərəfində iki yerdə 5 və 4.5 sm ölçüsündə iki ədəd aypara şəklidə yırtıq açılmışdır. Bıçağın tiyəsi 10.5 sm, 12.5 sm ölçüsündə və üzrəində bərkidilmiş bir neçə vintlər vardır. Tiyənin üzərində rus hərfləri ilə Volk yazılmışdır. Bundan sonra həmin masqa və bıçaq iş üçün sübut əhəmiyyətinə malik ola biləcəyindən qablaşdırılıb götürülmüşdür. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış “Şəxsin tanınmaya təqdim edilməsi haqqında” xx xxxxx 2019-cu il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs təqdim edilən şəxsləri nəzərdən keçirib 3 nömrəsi altında dayanmış şəxs bədən quruluşuna, boyuna, başının formasına, qarşılıqlı dayanma vəziyyətində kürək nahiyyəsini az dərəcədə əyməsinə görə və gözlərinin quruluşundan tanıyıb bildirmişdir ki, xx.xx.2018-ci il tarixdə ona qarşı quldurluq törədən şəxs həmin şəxsdir. O, 3 nömrə altında olan şəxslə (Təqsirləndirilən şəxsla) danışıq ünsiyyətində olub bir daha tam əminliklə bildirmişdir ki, məhz həmin şəxsin səsi də quldurluq törətmiş şəxsin danışıq səsidir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx xxxxx 2019-cu il tarixli Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi masqa və bıçağı qeydiyyatda olduğu ünvan 7 ünvanında yerləşən toyuq hininə gizlətdiyini bildirmiş, o, masqa və bıçağın oradan götürülməsinə etiraz etməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx xxxxx 2019-cu il tarixli Şahid5 ərizəsindən görünür ki, o, qeydiyyatda olduğu yəni ünvan 7 ünvanına baxış keçirilməsinə etiraz etmir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsi Rayonlararası Psixonevroloji Dispanserin xx xxx 2019-cu il tarixli, 236 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin psixopatik cizgiləri) baxmayaraq o, ona şamil edilən hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək, etdiyi əməli dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsini təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X14-Təcrübi və Tədris Birliyinin xx xxx 2019-cu il tarixli, 299/MTBŞ-2019 nömrəli ekspert rəyindən görünür ki, maskadan alınmış bir yığım obyektlər insanın baş tükləridir. Bu tüklər əsas morfoloji əlamətlərə görə öz aralarında və Təqsirləndirilən şəxs baş tük nümunələri ilə oxşarlıq təşkil edirlər və ona məxsus ola bilərlər, Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X17 Bölməsi tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli, 272 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır və soyuq silah hesab edilir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx xxxxx 2019-cu il tarixli “əşyanın tanınmaya təqdim edilməsi haqqında” qərardan və fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs dəstəyi gümüşü rəngli bıçağı tanıyaraq bildirmişdir ki, həmin bıçaq hadisə baş verən zaman ona qarşı quldurluq edilərkən istifadə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx xxxxx 2019-cu il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və diskdən görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ilkin ifadəsində göstərilən xüsusatları bir daha təsdiq edərək xx.xx.2018-ci il tarixdə Qazax şəhəri ünvan 8 5, mənzil 370 ünvanında yaşayan Zərərçəkmiş şəxs evindən quldurluq hadisəsini necə törətməsini əyani olaraq göstərmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış “Tədqiqat üçün nümunələrin götürülməsi haqqında” xx xxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hər iki gicgah nahiyyəsi, ənsə, təpə və alın nahiyyələrindən qayçı ilə tüklər kəsilib götürülmüşdür. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Qazax rayonlararası Ruhi xəstəxanasının xx xxx 2019-cu il tarixli, 659 nömrəli arayışından və məktubundan görünür ki, Təqsirləndirilən şəxs Qazax rayonlararası Ruhi xəstəxanasında psixoloji qeydiyyatda durmur, lakin narkoman kimi qeydiyyatdadır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış “maddi sübut kimi tanınma haqqında” xx xxxx 2019-cu il tarixli qərardan görünür ki, bir ədəd soyuq silah hesab edilən ov bıçağı, bir ədəd maska və Təqsirləndirilən şəxs başının sağ, sol gicgah, təpə, alın və ənsə nahiyyələrindən götürülmüş tük nümunələri maddi sübut kimi tanınaraq Qazax RPŞ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qazax rayon şöbəsindən daxil olmuş xx xxxxxx 2019-cu il tarixli, 173-8622-1219 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi qızıl üzüyü Bakı şəhəri, Sabunçu rayonu Bakıxanov qəsəbəsində tanış olduğu Aysel adlı qadına verməsi, qızıl sırğaları isə Bakı şəhəri, Sabunçu rayonu Bakıxanov qəsəbəsində tanış olduğu narkotik alverçisi Emoş ləqəbli şəxsə narkotik vasitə ilə dəyişdirdiyini deməsi faktı ilə bağlı, həmin şəxslərin şəxsiyyətinin müəyyən edilməsi məqsədilə əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, lakin həmin şəxslərin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış “Cinayət işi başlanılmasının rədd edilməsi haqqında” xx xxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs rayon polis şöbəsinə gətirilərək orada fiziki zor tətbiq edilməsi, isgəncəyə məruz qalması öz təsdiqini tapmadığından cinayət işi başlanılması rədd edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qazax rayon polis şöbəsindən daxil olmuş və məhkəmədə araşdırılmış xx xxxx 2020-ci il tarixli, 173-10447-1220 nömrəli məktubdan və fərdi uçot kartoçkasından görünür ki, Təqsirləndirilən şəxs vətəndaşın şəxsiyyət vəsiqəsi almaq məqsədilə xx.xx.2018-ci il tarixdə Qazax RPŞ-nin QŞVQ-na müraciət etmiş və xx.xx.2018-ci il tarixdə şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qazax rayon polis şöbəsindən daxil olmuş və məhkəmədə araşdırılmış xx xxxxxx 2020-ci il tarixli, 173-13921-1220 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 12.04xx.xx.2019-cu il tarixlərində Qazax RPŞ-nin MSY-də olmuş, orada olan zaman həkim müayinələrindən keçirilmiş və praktiki sağlam olduğu müəyyən edilmiş, xx.xx.2019-cu il tarixli müayinə zamanı isə narkotik istifadəçisi olduğu üçün ağrıkəsicidən istifadə etməsi göstərilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Qazax rayon Məhkəməsindən daxil olmuş xx xxxx 2020-ci il tarixli, 159 nömrəli məktubdan görünür ki, Qazax rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 1(023)-41/2019 saylı hökmünə əsasən Şahid2 Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 360 (üç yüz altmış) saat ictimai işlər cəzasına məhkum edilmişdir. Lakin onun cinayət işləri üzrə şahid qismində iştirak etməsi barədə Qazax rayon Məhkəməsinin icraatında cinayət işi mövcud deyildir. Məhkəmənin sorğusuna cavab olaraq Qazax rayon Məhkəməsindən daxil olmuş və məhkəmədə araşdırılmış xx xxxxxx 2020-ci il tarixli məktubundan və Qazax rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 3(023)-197/2019 nömrəli İnzibati xəta haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətə inzibati həbs edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Qazax rayon İcra Hakimiyyəti başçısının Qazax şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx xxxxxxxx 2019-cu il tarixli, xx-xx/2019 nömrəli arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 9 ünvanında qeydiyyatda olmasına baxmayaraq həmin ünvanda yaşamır və Təqsirləndirilən şəxs barəsində məhəllə sakinləri tərəfindən şikayət və narazılıq daxil olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış “Doğum haqqında şəhadətnamələrdən”dən görünür ki, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı övladıxx.xx.2011-ci il təvəllüdlü Rəsulov Ömər Vüsal oğlu, xx xxxxx 2013-cü il təvəllüdlü X7 və xx xxxx 2015-ci il təvəllüdlü X13 var. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx xxxxx 2019-cu il tarixli “şübhəli şəxsin tutulması haqqında” və Qazax Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 4(023)11/2019 nömrəli “Həbs qətimkan tədbirinin seçilməsi haqqında” qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 181.2.3, 181.2.5, və 228.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi sərbəst ifadəsində özünü təqsirli bilməyərək ittiham olunduğu cinayət əməllərinin onun tərəfindən törədilmədiyini göstərsə də cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində təqsirləndirilən şəxsi bədən quruluşuna, boyuna, başının formasına, kürək nahiyəsinin bir qədər əyilmiş olmasına, gözlərinin quruluşuna, həmçinin asta səs tonu ilə aramla danışmasına və danışarkən sözləri dişləri olmayan şəxs kimi ifadə etməsinə görə tam əminliklə məhz yaşadığı evə basqın edən şəxsin Təqsirləndirilən şəxs olduğunu göstərmiş və həmin şəxs əlində bıçaq tutaraq ona “səsini çıxartma, səsini çıxartsan səni öldürəcəyəm, gəl mənə pul ver” demişdir. Həmçinin, Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs polis əməkdaşları ilə birlikdə ifadəsi yerində yoxlanılarkən ona “məni bağışlayın, çəkdiyim mal tuxta çıxıb, həm də çaxır, araq içmişdim” deməsini bildirmişdir. Məhkəmə hesab edir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində “çəkdiyim mal tuxta çıxıb” kimi ifadə işlətməsi, ailəli, evdar qadının təxəyyülünün nəticəsi, onun tərəfindən uydurulmuş bir ifadə kimi qiymətləndirməsi mümkün deyildir. Bundan əlavə məhkəmə istintaqı zamanı dindirilmiş Şahid1 verdiyi ifadəsində Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı ona “ay dayı balalarının başına dola, məni bağışlayın” deməsini, həmçinin “götürmüş olduğu üzüyü Zabratda bir qadına hədiyyə verdiyini” deməsini göstərmişdir. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində hadisənin baş verdiyi gün Təqsirləndirilən şəxs hadisə baş verən ünvanın qarşısında gördüyünü bildirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Şahid2 barəsində polisin xeyrinə dəfərlərlə müxtəlif cinayət işləri üzrə şahid qismində ifadələr verdiyini göstərsə də həmin xüsusatlarla bağlı məhkəmə tərəfindən Qazax rayon məhkəməsinə sorğu verilmiş və sorğuya cavab olaraq Şahid2 cinayət işləri üzrə şahid qismində iştirak etməsi barədə Qazax rayon Məhkəməsinin icraatında cinayət işi mövcud olmadığı bildirilmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində həmçinin ibtidai istintaq zamanı verdiyi ifadələri narkotik vasitələrin təsiri altında, ibtidai istintaq zamanı Qazax RPŞ-nin MSY-də saxlanılan zaman ona fiziki zor tətbiq edilməsi nəticəsində verdiyini, hətta buna görə Qazax RPŞ-nin MSY-də saxlanılan zaman ona dəfələrlə təcili tibbi yardım çağrıldığını qeyd etmişdir. Həmin xüsusatla bağlı məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq Qazax RPŞ-dən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli məktubdan görünür ki, 12.04-xx.xx.2019-cu il tarixlərində yəni Təqsirləndirilən şəxs Qazax RPŞ-nin MSY-də olan zaman həkim müayinələrindən keçirilmiş və praktiki sağlam olduğu müəyyən edilmiş, xx.xx.2019-cu il tarixli müayinə zamanı isə narkotik istifadəçisi olduğu üçün ağrıkəsicidən istifadə etməsi göstərilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs şikayəti əsasında Qazax rayon prokurorluğunda araşdırma aparılmış Təqsirləndirilən şəxs rayon polis şöbəsinə gətirilərək orada fiziki zor tətbiq edilməsi, isgəncəyə məruz qalması öz təsdiqini tapmadığından cinayət işi başlanılması rədd edilmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ilkin ifadəsində cəzaçəkmə müəssisəsindən xx xxxxxx 2018-ci il tarixdə çıxdığı zaman başını keçəl qırxdığı üçün xx xxxxxx 2018-ci il tarixdə şəxsiyyət vəsiqəsi almaq üçün müraciət edən zaman keçəl olmasını, buna görə də maddi sübut kimi tanınmış masqada (papaqda) olan tüklərin ona məxsus olmasının mümkünsüzlüyünü bildirmişdir. Məhkəmənin həmin xüsusatla bağlı verdiyi sorğuya cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qazax rayon şöbəsindən daxil olmuş xx xxxx 2020-ci il tarixli, 173-10447-1220 nömrəli məktuba əlavə edilmiş fərdi uçot kartoçkasında olan şəkildən Təqsirləndirilən şəxs başında saçının olması müəyyən edildikdən sonra Təqsirləndirilən şəxs ona verilən suala cavab olaraq ifadəsində dəyişiklik edərək xx xxxxxx 2018-ci il tarixdə cəzaçəkmə müəssisəsindən çıxmamışdan 10-15 gün əvvəl başını tam keçəl olmamaqla qırdığını bildirmiş. Həmçinin həmin masqanın (papağın) hadisə baş verdikdən 5 ay sonra o, MSYdə saxlanılan zaman polis əməkdaşları tərəfindən onun başına taxılıb-çıxarılması nəticəsində papağın içərisində onun tüklərinin qaldığını bildirmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi sərbəst ifadəsində hadisənin baş verdiyi yerin video çəkilişinin polis əməkdaşları tərəfindən ona qabaqcadan nümayiş etdirildiyini, ona hadisənin baş vermə mexanizminin polis əməkdaşları tərəfindən qabaqcadan bildirildiyini göstərməsinə baxmayaraq məhkəmə istintaqı zamanı ifadə vermiş zərərçəkmiş Zərərçəkmiş şəxs və Şahid1 polis əməkdaşları tərəfindən hadisə baş verdiyi, onlara məxsus yaşayış sahəsinin qabaqcadan heç bir video çəkilişinin aparılmamasını göstərməsindən sonra Təqsirləndirilən şəxs ona ünvanlanan suallara cavab olaraq ifadəsini dəyişərək ifadənin yerində yoxlanılması istintaq hərəkəti aparıldığı gün ilk öncə polis əməkdaşlarının onu hadisənin baş verdiyi evin həyəti və otaqları ilə tanış etdiklərini, ona hadisənin necə baş verdiyini bildirdiklərini və o da narkotik vasitələrin təsiri altında olduğuna görə video çəkiliş zamanı ona deyilən kimi hərəkət etdiyini bildirərək bir-biri ilə ziddiyyət təşkil edən ifadələr vermişdir. Lakin Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi həmin xüsusat da zərəçəkmiş şəxs və Şahid1 tərəfindən təkzib edilərək belə bir halın olmadığı göstərilmişdir. Həmçinin, məhkəmə istintaqı zamanı ifadənin yerində yoxlanılması istintaq hərəkətinin video çəkilişini özündə əks etdirən diskə baxış zamanı Təqsirləndirilən şəxs hadisələrin baş vermə mexanizmini dəqiqliklə hətta ən incə detallarına qədər (evə giriş qapısının dəstəyinin hansı istiqamətə açılması və s...) əminliklə göstərdiyi görünür. Odur ki, məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi həmin ifadələr, eyni zamanda şahid qismində dindirilmiş Şahid5 məhkəmə istintaqı zamanı verdiyi ifadələr, əlavə şahid qismində dindirilmiş X4 əldə edilmə mənbəyi göstərilmədən öz şəxsi mülahizəsinə əsaslanan ifadəsi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu xx xxxxx 2019-cu il tarixli ifadəsi, Şahid5 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi, şahid ifadələri, zərərçəkmiş şəxsin həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, cinayət işinin materiallarına əlavə edilmiş istintaq hərəkətlərinin protokolları, video yazılar, cinayət işi üzrə tədqiq edilmiş ekspert rəyləri və cinayət işi üzrə toplanmış digər mötəbər sübutlarla tam olaraq təkzib olunduğundan həmin ifadələri (K. Rəsulova və İ. Rəsulovaya münasibətdə qohumlarına) onun özünü müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş cəzadan yaxa qurtarmağa, cəzasını yüngülləşdirməyə yönəlmiş səyi kimi qiymətləndirir. Məhkəmə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham üzrə sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddələrinin tələblərini rəhbər tutmaqla bir-biri ilə və ayrı-ayrılıqda, məcmu halda müqayisəli şəkildə araşdıraraq məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini, məhkəmə istintaqı zamanı tədqiq olunmuş istintaq hərəkətlərinin protokollarını, video yazıları, eləcə də məhkəmə ekspertiza rəylərini, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirməklə həmin ifadələri, istintaq hərəkətlərinin protokollarını, video yazıları və ekspertiza rəylərini təqsirləndirilən şəxsin əməllərinin cinayət tərkibini yaratmasını, cinayətin törədilməsində iştirakını, törətdiyi əməllərin ictimai təhlükəlilik dərəcəsini müəyyən edən sübut növləri kimi qəbul edir. Məhkəmə, göstərilən sübut növlərinə əsasən hesab edir ki, məhkəmədə Təqsirləndirilən şəxs qanunsuz olaraq soyuq silah hesab edilən ov bıçağını üzərində gəzdirib, həmin soyuq silahı tətbiq etməklə özgənin əmlakını ələ keçirmək məqsədilə, zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək quldurluq etməsi tam sübuta yetirildi. Məhkəmənin həmin mövqeyə gəlməsini “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun x xxxx 2005-ci il tarixli Qərarında göstərilən hüquqi mövqeyə əsasən də qanuni hesab edir. Belə ki, həmin Qərarının 7-ci bəndində qeyd edilir ki, quldurluq cinayəti özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır. Plenum qərarının 23-cü bəndində qeyd edilir ki, CM-nin 181.1-ci maddəsində «həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə (məsələn zərərçəkmişin boğazına kəndir keçirməklə və s.) ifadə oluna bilər. Həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CM-nin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman CM-nin 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. Plenum qərarının 25-ci bəndində qeyd edilir ki, təqsirli şəxsin əməli AR CM-nin 181.2.5-ci maddəsi ilə tövsif edildikdə, məhkəmələr basqın zamanı tətbiq edilmiş predmetin canlı qüvvənin və ya digər hədəfin vurulması üçün yararlı silah olubolmamasını ekspert rəyi əsasında müəyyən etməlidir. Qanunda göstərilən hallar mövcud olduqda, belə şəxsin əməli, əlavə olaraq AR CM-nin 228-ci maddəsi ilə də tövsif edilməlidir. Silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və i.a.), həmçinin, hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər (məsələn, mexaniki püsgürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini, zərərçəkmiş şəxsin ifadəsini və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.3, 181.2.5, və 228.4cü maddələri ilə nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli və cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 1(008)-17/2018 nömrəli hökmündən və Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X1 xx.xx.2019-cu il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən 01 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbacan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayətlər kateqoriyasına daxil olduğundan və Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən həmin növ cinayətləri törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunduğundan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu müəyyən edilmiş qaydada ödənilmədən və götürülmədən yenidən qəsdən cinayət törətdiyindən onun əməli cinayətlərin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Eyni zamanda, məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində üç azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərər alır. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran haldır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması cəmiyyətdən təcrid olunması yolu ilə mümkündür. Məhkəmə, Təqsirləndirilən şəxs törədilmiş cinayət əməllərinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3, 181.2.5 və 228.4-cü maddələrinin sanksiyası həddində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq mümkündür. Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. Məhkəmə, yuxarıda tədqiq edilən «şübhəli şəxsin tutulması haqqında» protokola əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı, bu iş üzrə şübhəli şəxs qismində tutulduğu gündən, yəni xx xxxxx 2019-cu il tarixdən hesablanmalı, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınaraq Qazax rayon Polis Şöbəsinin anbarında saxlanılan 1 ədəd soyuq silah hesab edilən ov bıçağı, 1 ədəd maska və X2 başının sağ, sol gicgah, təpə, alın və ənsə nahiyyələrindən götürülmüş tük nümunələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilmədi. İş üzrə ekspertiza tədqiqatlarının dəyəri olan 31 (otuz bir) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilməlidir. Bundan əlavə, təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Göygöl rayon Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində Təqsirləndirilən şəxs vəkil Müdafiəçi 75 (yetmiş beş) iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş cəmi 75 (yetmiş beş) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Göygöl rayon Vəkil Bürosunun hesabına 450 (dörd yüz əlli) manat məbləğində pul köçürülməlidir Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, həmçinin Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3, 181.2.5 və 228.4-cü maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3. və 181.2.5-сi maddələri ilə 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı xx xxxxx 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınaraq Qazax rayon Polis Şöbəsinin anbarında saxlanılan 1 ədəd soyuq silah hesab edilən ov bıçağı, 1 ədəd maska və X2 başının sağ, sol gicgah, təpə, alın və ənsə nahiyyələrindən götürülmüş tük nümunələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 50 (əlli) qəpik məbləğində məhkəmə məsrəfləri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilsin. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Göygöl rayon Vəkil Bürosunun hesabına 450 (dörd yüz əlli) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətində X20 Məhkəməsinin vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və (və ya) apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və (və ya) apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar