Məhkəmə qərarları › İş №1(100)-63/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-63/2021

03.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-63/2021 03.02.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X28 Məhkəməsinin hakimi Bağırov Məhəmməd Ənvər oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X9, müdafiəçi - Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Gədəbəy rayonu, Sarıköynək kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli olmaqla himayəsində 3 azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, işləməyən, Gədəbəy rayonu, Sarıköynək kəndində qeydiyyatda olmaqla, Şəmkir şəhəri, S.Sərxanlı küçəsi, ev 58-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə ittiham verilmişdir ona görə ki, o, xx xxx 2020-ci il tarixdə təxminən saat 21:47 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Tovuz rayonu Əyyublu kəndi ərazisindən keçən 423.5-ci kilometrliyində “X30” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq nəqliyyat vasitələrini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi və müvafiq etibarnamə olmadan idarə etdiyi “VAZ-21063” markalı **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı istiqamətində hərəkət etdirərkən həmin Qanunun 50-ci maddəsinin 1-ci bəndinin tələbləri pozaraq yəni, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli və bununlada hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməyərək yolun Qazax istiqamətindən digər istiqamətinə keçmək istəyən piyada X10 avtomobilin ön sol hissəsi ilə vurması nəticəsində sonuncuya sağ körpücüyün minimal yerdəyişmiş, hər iki kürək sümüklərinin cisimlərinin yerdəyişmiş, sağ tərəfli 1,2,3-4-5-ci qabırğaların, sol tərəfli 1-2-3-cü qabırğların snıqları, sol ənsə nahiyəsinin lövhəşəkilli subdural hematoması və sol mədəcikətrafı kontuziyası ilə müşayiət olunan baş beyinin ağır dərəcəli əzilməsindən ibarət xəsarətlər yetirməklə ehsiyyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə əsəbəb olan yol nəqliyyat hadisəsi törədərək qeyd edilən Qanunun 37-ci maddəsinin 4-cü hissəsinin 2ci bəndinin tələblərini pozmaqla, yəni zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, ”təcili tibbi yardım” maşını çağırmalı, zərərçəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onları səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nişanını bildirməli, sonra isə hadisə yerinə qayıtmalı olduğu halda bunları etməyərək hadisə yerindən qaçmışdır. Təqsirləndirilən şəxsin qeyd olunan cinayət əməlini törətməsi onun özünün səmimi etirafı ilə yanaşı, zərəçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin faktiki halları ilə aşağıda şərh olunan qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 263-1.3 və 264-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünə məxsus “VAZ-21063” markalı **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobillə istixanalardan pomidor alıb Şəmkir rayonu ərazisində yerləşən “Şəmkir Səbəti” adlanan bazarda satmaqla məşğul olmuşdur. xx.xx.2020-ci il tarixdə Şəmkir rayonu, Seyfəli kəndində yerləşən istixanada olarkən iş vaxtı qurtardıqdan sonra iş yoldaşını yaşadığı Tovuz rayonu, Düz-Cırdaxan kəndinə aparmışdır. Bundan sonra yaşadığı Şəmkir şəhərinə qayıtmaq üçün Tovuz rayonu, Düz- Cırdaxan kəndindən Bakı-Qazax yoluna çıxaraq Bakı istiqamətində hərəkətə başlamışdır. Təxminən saat 21:30 radələrində yolun Tovuz rayonu, Əyyublu kəndi ərazisindən keçəndə bir anda yolun sol tərəfindən qarşısına piyadanın çıxdığını görmüş, həmin vaxt arada təxminən 1-2 metr məsafə olmuş, piyadanı vurmamaq üçün tormoz versə də, avtomobilinin ön sol hissəsi ilə piyadanı vurmuş və qorxduğu üçün avtomobili saxlamayaraq hərəkətinə davam edib hadisə yerindən uzaqlaşmışdır. Şəmkir rayonu Düyərli kəndi ərazinə daxil olduqdan sonra kənd yolu ilə Zəyəm qəsəbəsinə, qəsəbədən isə Şiştəpə kəndinin yolu ilə bir başa yaşadığı evə gedib avtomobili evin həyətinə salmışdır. Avtomobildən düşəndən sonra ön kapotun üzərində olan plastik barmaqlığın, ön banperin sol künc tərəfində olan “klık” adlanan detalın hadisə zamanı yerindən düşdüyünü və ön alın şüşəsinin sındığını görmüşdür. Alın şüşəsini gizlətmək məqsədi ilə onu yerindən çıxararaq evinin həyətində olan quyuya tullamışdır. Bundan sonra avtomobili yaxınlıqda yaşayan qohumu Şahid2 evinin həyətinə salmış, lakin törətmiş olduğu hadisə barədə Elsevərə bir söz deməmişdir. Hadisənin tərəfindən törədilməsi bəlli olandan sonra polis əməkdaşları onu saxlamışlar, avtomobili isə Elsevərin həyətindən götürmüşlər. Həmin vaxt piyadanın yəni adını soradan bildiyi X6 almış olduğu xəsarətlərdən öldüyünü bilmişdir. O, daha sonra ifadəsində bildirmişdir ki, hadisə baş verən zaman avtomobilin işıqlanması təxminən 2-3 metr qabağı göstərmiş, tormoz versə də hadisənin qarşısını ala bilməmiş, eləcə də həmin yerdə piyada keçid olmamışdır. Avtomobili 40-50 km/saat sürətlə idarə etmiş, piyadanı vurduğunu hiss etmiş, lakin qorxduğu üçün kömək etməyə düşməmişdir. Hazırda zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmış, əməlindən peşmandır. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X20 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə təxminən saat 21:50 radələrində evdə olduğu zaman tanışları ona zəng edərək qardaşı Məşədinin Bakı-Qazax yolunun yaşadıqları Tovuz rayonu, Əyyublu kəndi ərazisindən keçən hissəsində naməlum avtomobil ilə vurulduğunu və xəsarət aldığı üçün Tovuz Mərkəzi Rayon Xəstəxanasına aparıldığını bildirmişdir. O, xəstəxanaya getmiş və qardaşı Məşədinin ağır vəziyyətdə olduğunu görmüşdür. Xəstəxanada olarkən ona qardaşı Məşədinin yolun Qazax istiqamətindən digər istiqamətinə keçərkən Bakı istiqamətində hərəkətdə olan markası, qeydiyyat nişanı və sürücüsü məlum olmayan avtomobil tərəfindən vurulduğu və həmin avtomobilin dayanmayaraq hadisə yerindən qaçdığı məlum olmuşdur. Məşədi bir neçə gün xəstəxanada müalicə olunmasına baxmayaraq özünə gəlmədiyi üçün xx.xx.2020-ci il tarixdə onu evə aparmışlar. Qardaşı xx.xx.2020-cl il tarixdə almış olduğu xəsarətlərdən evdə ölmüşdür. xx.xx.2020-ci il tarixdə qardaşını vuraraq hadisə yerindən qaçan şəxsin, Şəmkir rayon sakini, adını sonradan bildiyi Təqsirləndirilən şəxs Xanoğoğlan oğlunun polis əməkdaşları tərəfindən aşkar edilərək tutulduğunu eşitmişdir. Hazırda Təqsirləndirilən şəxsla barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Hadisə zamanı qardaşı Məşədi içkili olmuş və hadisə yerində piyada keçidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, yaşadığı evin həyətində olan avtomobil təmiri sexində dəmirçi-rəngsaz ustası işləyir. xx.xx.2020-cil ildə təxminən saat 11 radələrində evdə olduğu zaman uzaq qohumu və həmkəndlisi Arzu özünə məxsus qəhvəyi rəngli “VAZ-21063” markalı **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə gələrək avtomobilinin alın şüşəsini ağacla sındırdığını bildirib, alın şüşəsini yenisi ilə əvəz etməyini xahiş etmişdir. O, həmin gün vaxtının olmadığını, ad günü məclisinə gedəcəyini bildirsə də Arzu avtomobilini sexə salıb getmişdir. Səhəri günü, yəni xx.xx.2020-ci il tarxidə təxminən saat 11-12 radələrində evdə olduğu zaman polis əməkdaşları Arzu ilə birgə evinə gələndə Arzu avtomobili polislərə göstərib avtomobilin alın şüşəsini ağacla sındırdığını demişdir. Polis əməkdaşları avtomobilə baxandan sonra ona Arzunun qeyd edilən avtomobil ilə Tovuz rayon ərazisində piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəini törətdiyini və hadisə yerindən qaçdığını bildirmişlər. O, polis əməkdaşlarına bu barədə heç bir məlumatının olmadığını, Arzunun alın şüşəsini özünün sındırdığını bildirdiyini demişdir. Bundan sonra polislər avtomobili aparmışlar və həmin gününün axşamı Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ görə tutulduğunu eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx xxx 2020-ci il tarixdə saat təxminən 21 radələrində yaşadığı kəndin yuxarı hissəsində, Bakı-Qazax yolunun Bakı istiqamətindəki hərəkət zolağının kənarında yerləşən “NZS” adlanan kafeyə getmiş və həmkəndlisi X6 da orada olduğunu görmüşdür. Həmin vaxt kafedə olan bir nəfər müştəri sərxoş oluduğundan və özünü idarə edə bilmədiyindən Məşədi Tağıyev ondan həmin şəxsi köməkli yolun digər tərəfinə aparıb avtomobilinə əyləşdirməyi xahiş etmiş, lakin həmin şəxsin sərxoş olduğunu görüb bundan imtina etmişdir. Bundan sonra Məşədi Tağıyev sərxoş şəxsi kafedən çıxartmış, o da kafedə işləyən qohumu Şahid4 ilə kafenin qarşısında, Bakı-Qazax yolunun kənarındakı səkinin üzərində durub söhbət etmişlər. Həmin vaxt arxadan səs eşidib geriyə baxanda Məşədi Tağıyevin yolun Qazax istiqamətindəki hərəkət zolağının kənarından yolu keçməyə çalışarkən avtomobil ilə vurulub, yolun Qazax istiqamətindəki hərəkət zolağının üzərində olduğunu görmüş və kafedəki şəxslərə Məşədinin avtomobil ilə vurulduğunu bildirmişdir. Sonra Qazax istiqamətində Tır yük avtomobillərinin hərəkətdə olduğunu görüb, həmin yük avtomobillərin Məşədinin üzərindən keçəcəyini düşünərək avtomobilərin qarşısına çıxıb saxlatmış və hadisə yerinə toplaşan şəxslər Məşədini avtomobilə qoyub Tovuz MRX-na aparmışlar. O, daha sonra ifadəsində avtomobilin Məşədi Tağıyevi vurduğunu görmədiyini, səs eşidib arxaya dönəndə Məşədi Tağıyevin yerdə uzanıqlı olduğunu, hadisə yerindən qaçan nəqliyyat vasitəsinin Məşədini vurduqdan sonra dayanmadan hərəktinə davam etdiyini, həmin avtomobilin “VAZ-2106” markalı avtomobil olduğunu, sürət həddinin təxminən 60-70 km/saat olduğunu gördüyünü, lakin avtomobilin dövlət qeydiyyat nişanını və sürücüsünü görmədiyini, hadisə zamanı Məşədinin içkili olduğunu, eləcə də hadisə yerində piyada keçidinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Şahid3la eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat təxminən 21:45 radələrində yaşadığı kəndin yuxarı hissəsində, Bakı-Qazax yolunun Qazax istiqamətindəki hərəkət zolağının kənarında yerləşən özünə məxsus inşaat malları mağazasının qarşısında olan zaman təxminən 50-60 metr qarşıdan avtomobilin təkər sürüşməsinin səsini eşitmişdir. Səs gələn tərəfə gedib yaxınlaşanda həmkəndlisi Məşədi Tağıyevin yerdə uzanıqlı halda olduğunu görmüş və orada olan şəxslərin köməkliyi ilə Məşədini öz avtomobilinə qoyub Tovuz Rayon Xəstəxanasına aparmışdır. Sonradan hadisə yerində olan şəxslərdən Məşədini “VAZ-2106” markalı avtomobillə vurulduğunu, sürücüsünün isə vuraraq hadisə yerindən qaçdığını eşitmişdir. Məhkəmədə tədqiq edilən yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx xxx 2020-ci il tarixli protokoldan, ona əlavə edilmiş sxemdən və fotoşəkillərdən görünür ki, hadisə yeri Bakı-Qazax-Gürcüstan sərhəd yolunun Tovuz rayonu Əyyublu kəndi ərazisindən keçən 423.5-ci kilometrliyidir. Hadisə yerindən Avtomobilə aid ön kapotun üst hissəsində olan plastik materiallardan hazırlanmış qara rəngli barmaqlıq aşkar edilərək götürülmüşdür. Məhkəmədə tədqiq edilən baxış aparılması haqqında xx xxx 2020-ci il tarixli protokoldan və ona əlavə CD» diskdən, eləcə də xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdə Bakı-Qazax-Gürcüstan sərhəd yolunun Tovuz rayonu, Alakol kəndi ərazisindən keçən 426,2-ci km-də saat 21:45:09 dəqiqədə sağ arxa işıq farası yanmayan nəqliyyat vasitəsinin Bakı istiqamətində hərəkətdə olub, saat 21:46:27 dəqiqədə Bakı-Qazax yolunun Tovuz rayonu Düz Qırıqlı kəndi ərazisindən keçən 425-cikm-ə quraşdırılmış müşahidə kamerasınının altından keçərək Bakı istiqamətində hərəkətini davam etdirməsi və saat 21:47 dəiqiqədə Bakı-Qazax yolunun Tovuz rayonu Əyyublu kəndi ərazindən keçən 423,5-ci km-nə çatdıqda yolun sol kənarından qarşısına çıxan piyadanı Bakı istiqamətindəki hərəkət zolağının üzərində vurması, piyadanın zərbənin təsirindən yolun əks hərəkət zolağının üzərinə düşməsi, piyadanı vuran nəqliyyat vasitəsinin isə sonra dayanmayaraq hadisə yerindən qaçması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs ona təqdim edilmiş həmin görüntülərdəki avtomobilin ona məxsus olmasını və avtomobili özü idarə etdiyini bildirmişdir. Məhkəmədə tədqiq edilən götürmə aparılması barədə xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, X6 hadisə vaxtı əynində olmuş cırılmış vəziyyətdə olan damadama köynək və qara rəngli cins şalvar götürülmüşdür. Məhkəmədə tədqiq edilən avtomobilə baxış keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, “VAZ-21063” markalı **- FT-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön və arxa hissələrində mövcud qeydiyyat nişanları, həmçinin ön alın şüşəsi, ön sağ qanadının uc hissəsi, damının ön sol tərəfi əzilmiş, ön kapotun üzərində sol tərəfdə zavod tərəfindən nəzərdə tutulmuş yerində plastik materildan olan barmaqlıq, həmçinin ön banperin sol künc hissəsində klık adlanan detal yerində yoxdur və avtomobilin arxa sağ işığı yanmır. Məhkəmədə tədqiq edilən məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 23 nömrəli rəyindən görünür ki, mərhum X6 meyiti üzərində aşkar edilmiş xəsarətlər: qapalı kəllə-beyn travması (dəqiqləşdirilməmiş komatoz vəziyyət), sağ 1-ci qabırğanın yerdəyişmiş sınığı, sağ körpücük sümüyünün yerdəyişməz sınığı klinik diqanozu qoyulmuşdur. xx.xx.2020-ci il taixdə aparılmış KT müayinəsi zamanı sol ənsə nahiyəsinin subdural hematoması, sol periventrikulyar, yəni mədəcik ətrafı kontuzion ocaq aşkar edilmişdir. Qapal kəllə beyin travması, sağ 1-ci qabırğada yerdəyişmiş, sağ körpücük sümüyünün yerdəyişməmiş sınığı, komatoz vəziyyət son klinik diqanozu qoyulmuşdur. X6 ekshumasiya edilmiş meyitində (sümüklərdə) aşağıdakı xəsarətlər aşkar edilmişdir: sağ körpücük sümüyünün minimal yerdəyişmiş, hər iki kürək sümüklərinin cisimlərinin yerdəyişmiş, sağ tərəfli 1-2-3-4-5-ci qabırğaların, sol tərəfli 1-2-3-cü qabırğaların sınıqları. Qeyd edilən xəsarətlər və KT müayinəsi zamanı aşkar edilmiş xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün gətirildiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə əmələ gəlmişdir, həyatidir, ölümlə səbəbli əlaqəsi vardır və dərəcələrinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir. Bu xəsarətlərin hərəkətdə olan avtomobilin piyada M.İ.Tağıyevi vurması nəticəsində əmələ gələ bilməsi inkar edilmir. X6 ölümünə səbəb nəqliyyat travması nəticəsində baş verən sol ənsə nahiyəsinin lövhəşəkilli subdural hematoması və sol mədəcikətrafı kontuziyası ilə müşayiət olunan baş beyinin ağır dərəcəli əzilməsi olmuşdur. Məhkəmədə tədqiq edilən Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 6/1024 nömrəli rəyindən görünür ki, X11 məxsus 01 ədəd köynək və 01 ədəd şalvar səthlərində avtonəqliyyata aid boya mikrohissəcikləri və lak-boya örtüyünün sürtünmə izləri yoxdur. Məhkəmədə tədqiq edilən Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 8/619 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş plastmas hissə formasına, marfoloji quruluşuna, üzərində olan zavod yazısına və s. əlamətlərinə görə “VAZ-2103” markalı avtomobillərin istismarı üçün nəzərdə tutulmuş kapotun üzərində bərkidilən küləkləyici gözlükdür. Həmin gözlük digər VAZ markalı avtomobillərə də quraşdırıla bilər. “VAZ-21063” markalı **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X30” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “X30” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bədninin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs piyadanı vurduqdan sonra hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alan şəxslərə yardım göstərmədən hadisə yerindən getdiyindən onun hərəkətlərində “X30” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X31 xx xxxx 2020-ci il tarixli 016-853 nömrəli məktubundan görünür ki, kompyuter bazasına əsasən Təqsirləndirilən şəxs adına sürücülük vəsiqəsi verilməmiş və onun adı sürücülük hüququndan məhrum edilənlərin siyahısında yoxdur. Məhkəmədə tədqiq edilən AA №208571 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında ƏN-Vİ № 368819 nömrəli etibarnamənin surətlərindən görünür ki, “VAZ-21063” markalı **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobil X19 məxsusdur və sonuncu xx.xx.2008-ci il tarixdə Təqsirləndirilən şəxs 5 ay 29 gün müddətinə etibarnamə vermişdir. Məhkəmədə tədqiq edilən AZ-İ №319538 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İsmayılov X14 Bahar Fərmayıl qızı ilə xx.xx.2007-ci il tarixdə nikaha daxil olmuşdur. Məhkəmədə tədqiq edilən Şəmkir rayon İcra Hakimiyyəti Başçısının Şəmkir şəhər X27 üzrə Nümayəndəliyinin xx.xx.2020-ci il tarixli 1314 saylı arayışından və həmin tarixli 58 saylı xasiyyətnaməsindən, eləcə də AZE №12800403, AZE №12534671 və AA0924228 saylı şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Gədəbəy rayonunda qeydiyyatda olmaqla Şəmkir şəhəri, Sərxan yeni yaşayış massivində yaşayan Təqsirləndirilən şəxs xx.xx.1983 təvəllüdlü arvadı X2, xx.xx.2007-ci il təvəllüdlü qızı X7, xx.xx.2008-ci il təvəllüdlü oğlu X13 və xx.xx.2019-cu il təvəllüdlü oğlu X8 ibarət ailə tərkibi vardır, barəsində nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Məhkəmədə tədqiq edilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin Uşaq Bərpa Mərkəzinin 866 saylı stasionar reabilitasiya kartasından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs övladı X22 “Uşaq serebral iflici- hiperkinetik forma sinir-psixi və nitq inkişafının ləngiməsi” diaqnozu ilə sağlamlıq imkanları məhduddur. Məhkəmədə tədqiq edilən tutma haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə tədqiq edilən Tovuz rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 4(062)- 19/2020 nömrəli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxx 2020-ci il tarixdən hesablanmışdır. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası DİN Baş Əməliyyat və X3 tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə tədqiq edilən cinayət işinin yekunlaşdırılması və toplanmış sübutlara hüquqi qiymət verilməsi barədə və maddi sübutun tanınması və cinayət işinə əlavə edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərarlardan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsinin görüntülərini özündə əks etdirən bir ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınıb işə əlavə edilmiş, “VAZ-21063” markalı, **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınaraq saxlanılması üçün X4 təhvil verilmiş, habelə X6 əynində olan bir ədəd köynək və bir ədəd şalvar, hadisə yerindən götürülmüş bir ədəd plastik materialdan olan qara rəngli barmaqlıq maddi sübut kimi tanınaraq saxlanılması üçün DİN-nin Bİ və Tİ-nin YNHDİÜ İstintaq və Təhqiqat şöbəsinin saxlanc anbarına təhvil verilmişdir. Məhkəmədə tədqiq edilən X9 xx.xx.2020-ci il tarixli notarial qaydada təsdiq olunmuş və xx.xx.2020-ci il tarixli ərizələrdən görünür ki, X1 Arzu Xanoğlan oğlu ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124–136-cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətdiyindən və hadisə yerindən qaçdığından onun həmin əmələri cinayət təqibi orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2013-cü tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2013-cü tarixli, 5 saylı qərarının 15, 16 və 21-ci bəndinlərində göstərilmişdir ki, «X30» Qanuna müvafiq olaraq sürücü yol-nəqliyyat hadisəsindən zərər çəkmiş şəxslərə kömək göstərmək üçün mümkün olan tədbirləri görməyə, «təcili tibbi yardım» maşını çağırmağa, ekstremal hallarda zərərçəkmişləri eyni səmtə gedən nəqliyyat vasitəsi ilə xəstəxanaya yola salmağa, bu mümkün olmadıqda isə özünün nəqliyyat vasitəsi ilə yaxınlıqdakı müalicə müəssisəsinə çatdırmağa borcludur. («X30» Qanunun 37-ci maddəsinin İV hissəsi). Qanunun bu tələbindən irəli gələn vəzifələri yerinə yetirməyən sürücülərin məsuliyyət məsələsini həll edərkən məhkəmələr nəzərə almalıdırlar ki, CM-nin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozan şəxsin yol-nəqliyyat hadisəsi yerindən qaçması müvafiq olaraq CM-nin 263-cü və ya 263-1-ci maddələri ilə yanaşı, həm də CM-nin 264cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin sanksiyasında isə üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə nəzərdə tutulan iki müstəqil cinayəti törətməsi həmin Məcəlləsinin 17.1-ci maddəsinə əsasən cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Həmin Məcəllənin 66.4-cü maddəsində həmçinin göstərilir ki, cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs himayəsində 3 nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının CM-nın 59.1.4-cü, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini Azərbaycan Respublikasının CM-nın 59.1.12-ci, səmimi etirafını, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını isə həmin Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Həmçinin, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 60-cı maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəllənin 60-cı maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəllənin 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin dörddə üçündən, yəni 6 ildən, həmçinin CM-nin 264-cü maddəsində nəzərdə tutulmuş cəza daha ciddi cəza növünün son həddinin dörddə üçündən, yəni 1 il 6 aydan artıq ola bilməz. Məhkəmə tərkibi yuxarıda sadalanan cəzanı yüngülləşdirən halları, habelə himayəsində olan üç azyaşlı uşaqlarından biri, X16 “Uşaq serebral iflici- hiperkinetik forma sinir-psixi və nitq inkişafının ləngiməsi” diaqnozu ilə sağlamlıq imkanlarının məhdud olmasını, eləcə də Təqsirləndirilən şəxs şəxsiyyətini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddələrinin sanksiyasının aşağı həddində azadlıqdan məhrum etmə növündə, həmin Məcəllənin 264-cü maddəsi ilə isə maddənin sanksiyasında nəzərdə tutulan alternativ cəza növü olan azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Belə olan halda, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutularaq azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməli, CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən cinayətlərin məcmusu qaydasında Azərbaycan Respublikası CM-nin 263-1.3 və 264-cü maddələri ilə təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaqla ona həmin maddələrlə təyin edilmiş cəzaların hər birindən çox olan qəti əlavə və əsas cəza təyin olunmalı və cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməsi müəyyən edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cinayətlərin məcmusu qaydasında təyin edilməli olan beş ildən artıq təşkil edəcək qəti cəzanın məntəqə tipli cəza çəkmə müəssisəsində çəkilməli olmasına münasibət bildirərək qeyd edir ki, CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanı məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayətn Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2013-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin mənasına uyğun olaraq: - şəxs cinayətlərin (hökmlərin) məcmusu qaydasında ehtiyatsızlıqdan törədilən cinayətə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə və qəsdən törədilən böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzaya məhkum olunduqda cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilməlidir. Konstitusiya Məhkəməsinin sözügedən qərarından göründüyü kimi qanunvericilik həm ehtiyatsızlıqdan, həm də qəsdən törədilmiş cinayətlərə görə cəza təyini zamanı cəzanın məntəqə tipli cəza çəkmə müəssisəsində çəkilməsinin müəyyən edilməsi üçün qəti cəza müddətinin deyil, məhz cinayətlərin məcmusuna daxil olan ehtiyatsızlıqdan törədilən cinayətə görə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının beş ildən artıq olmayan müddət həddində olmasını nəzərdə tutur. Hazırki halda Təqsirləndirilən şəxs cinayətlərin məcmusu qaydasında təyin olunacaq cəza beş ildən artıq təşkil etsə də, ona ehtiyatsızlıqdan törədilən cinayətə görə təyin olunmuş cəzanın müddəti beş il həddini aşmır. Məcmuya daxil olan ilk dəfə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən cinayətə görə isə Təqsirləndirilən şəxs təyin olunacaq cəza azadlıqdan məhrum etməklə əlaqədar deyildir. Cinayət işinin materillarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli şübhəli şəxs qismində tutulduğu tarixdən hesablanmışdır. Ona görə də, Azərbaycan Respublikasının CPM-nin 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, ona azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanın başlanğıcı xx xxx 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəlləsinin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. İş üzrə maddi sübut olan baş vermiş yol-nəqliyyat hadisəsinin görüntülərini özündə əks etdirən bir ədəd DVD diskin iş materiallarına əlavə edilməsi nəzərə alınmalı, habelə DİN-nin Bİ və Tİ-nin YNHDİÜ İstintaq və Təhqiqat şöbəsinin saxlanc anbarında saxlanılan X6 hadisə zamanı əynində olan bir ədəd köynək və bir ədəd şalvar zərərçəkmiş şəxsin hüquqi varisi X17 qaytarılmalı, imtina etdikdə məhv edilməli, hadisə yerindən götürülmüş bir ədəd plastik materialdan olan qara rəngli barmaqlıq isə məhv edilməlidir. Bundan başqa, iş materiallarından görünür ki, iş üzrə maddi sübut olan “VAZ- 21063” markalı, **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobil X4 təhvil verilmişdir. Məhkəmədə tədqiq edilən AA №208571 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında ƏN-Vİ № 368819 nömrəli etibarnamənin surətlərindən görünür ki, “VAZ-21063” markalı **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobil X18 mülkiyyətindədir və sonuncu həmin avtomobili xx.xx.2008-ci il tarixdə Təqsirləndirilən şəxs 5 ay 29 gün müddətinə etibar etmişdir. Həmçinin, məhkəmədə tədqiq edilən cinayət işinin yekunlaşdırılması və toplanmış sübutlara hüquqi qiymət verilməsi barədə xx.xx.2020-ci il tarixli qərardan görünür ki, “VAZ- 21063” markalı **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobilin və üzərində olan səlahiyyətlərin Təqsirləndirilən şəxs məxsus olması qəbul edilmişdir. Göründüyü kimi “VAZ-21063” markalı **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibi kimi X23 qeydiyyata alınmış, Təqsirləndirilən şəxs isə xx.xx.2008-ci il tarixdə 5 ay 29 gün müddətinə sərəncam hüququ ilə etibar edilmişdir. Belə olan halda, “VAZ- 21063” markalı **-FT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinin tələblərinə ziddir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinin tələbinə əsasən cinayət törədilərkən istifadə edilən alət və vasitələr o halda məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alına bilər ki, onlar qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr olmasın. Göründüyü kimi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsi ilə qanuni sahibinə qaytarılmalı olan əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması istisna olunur. Bununla da iş üzrə maddi sübut olan “VAZ-21063” markalı **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobil dövlət nəfinə alınmamalı və X4 təhvil verilməsi nəzərə alınmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 304 manat 16 qəpik məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Həmçinin, cinayət işinə əlavə edilmiş hesabatdan görünür ki, Gəncə 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini məhkəmə istintaqında 24 iş saatı həcmində dövlət hesabına həyata keçirmişdir. Ona görə də məhkəmə hesab edir ki, göstərilən hüquqi yardımla əlaqədar 144 manat dövlət hesabından tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 68.1.1-1-ci maddəsinə əsasən həmin Məcəllənin 264-cü maddəsi ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması əsas cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş əsas və əlavə cəzalar Azərbaycan Respublikasının CM-nin 66.3 və 66.4 maddələrinə əsasən qismən toplanmaqla ona qəti olaraq 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli xx xxx 2020-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilməklə həmin cəzanın icrası əsas cəza olan azadlıqdan məhrum etmə cəzasının çəkilib qurtarmasından sonra başlansın. İş üzrə maddi sübut olan baş vermiş yol-nəqliyyat hadisəsinin görüntülərini özündə əks etdirən bir ədəd DVD diskin iş materiallarına əlavə edilməsi nəzərə alınsın, habelə DİN-nin Bİ və Tİ-nin YNHDİÜ İstintaq və Təhqiqat şöbəsinin saxlanc anbarında saxlanılan X6 hadisə zamanı əynində olan bir ədəd köynək və bir ədəd şalvar zərərçəkmiş şəxsin hüquqi varisi X17 qaytarılsın, imtina etdikdə məhv edilsin, hadisə yerindən götürülmüş bir ədəd plastik materialdan olan qara rəngli barmaqlıq isə məhv edilsin. Həmçinin, iş üzrə maddi sübut olan “VAZ-21063” markalı, **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobilin X4 təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 304 manat 16 qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs müdafiəsini məhkəmə istintaqında Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirdiyindən 144 manat dövlət büdcəsindən tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində X28 Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. 1.Sədrlik edən Məhəmməd Bağırov Hakimlər:

2. Dadaş İmanov

3. Nural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar