Məhkəmə qərarları › İş №1(100)-63/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-63/2022

01.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-63/2022 01.12.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X9 oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi-Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi İnqilab oğlunun və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1993-cü ildə Xanlar rayonu, Çaylı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, Göygöl rayonu, Çaylı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Şahid2 ilə xx.xx.2016-cı il tarixdə Daşkəsən rayonu Xoşbulaq kəndində tanış olduqdan sonra, 6 avqust 2016-cı il tarixdə, saat 17 radələrində Şahid2la Daşkəsən rayonu, Xoşbulaq kəndində “Eloğlu” kafesində görüşüb, Şahid2 tanışı Zərərçəkmiş şəxs guya ona verməli olduğunu əsassız olaraq hesab etdiyi, lakin Zərərçəkmiş şəxs borclu olmadığı üçün verməkdən imtina etdiyi 500 (beş yüz) manat məbləğində pulu ona zor tətbiq etməklə, hədə-qorxu ilə tələb etmək qərarına gəlmiş, bu niyyətlə Şahid2la qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək, cinayətkar niyyətlərini həyata keçirmək məqsədilə Şahid2la əlaqə saxlamayan Zərərçəkmiş şəxsla görüşmək üçün onun barəsində soraqlaşıb Daşkəsən rayonu, Xoşbulaq kəndi istiqamətinə avtomobillə gəlməsi barədə məlumat əldə etdikdən sonra, həmin ərəfədə tanış olduğu Şahid3 idarə etdiyi “Vaz 21214” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomibillə Zərərçəkmiş şəxs gəldiyi istiqamətdə gedərək onunla qarşılaşmış, əyləşdiyi avtmobildən enib Zərərçəkmiş şəxs hərəkət etdiyi X5 idarə etdiyi “Vaz 21011” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək, onu Şahid2 həmin kənddə gözlədiyi Elman adlı şəxsə məxsus olan adsız kafeyə gətirmiş, orada Zərərçəkmiş şəxs 500 (beş yüz) manat məbləğində Şahid2 borcunun olduğunu bildirməklə, ondan həmin pulu almağın yolunu bildiklərini onun nəzərinə çatdırmaqla, həmin məbləği ondan hədə-qorxu ilə tələb etmiş, bu zaman sonuncu israrla Şahid2 borclu olmadığını deməklə onlara pul verməyəcəyini bildirmiş, bundan sonra onlar söhbətlərini davam etdirmək üçün, həmin kafedən çıxaraq Şahid2la birlikdə Daşkəsən şəhərinə avtomobili üçün ehtiyat hissəsi almağa gedən tanışı Şahid3 idarə etdiyi “Vaz 21214” markalı, **-BS-*** dövlət nömrə nişanlı avtomobillə Daşkəsən şəhəri istiqamətində gedərkən o, üzərində gəzdirdiyi cib bıçağını cibindən çıxarıb onlarla birlikdə qeyd olunan avtomobilə əyləşməklə Daşkəsən şəhərinə doğru hərəkət edən Zərərçəkmiş şəxs nümayiş etdirərək, 500 (beş yüz) manat məbləğində pulu ondan yenidən hədə-qorxu ilə tələb etmiş, onlar Daşkəsən şəhərinə çatdıqdan, Şahid3 avtomobili üçün ehtiyat hissəsi aldıqdan sonra, söhbəti davam etdirmək üçün sonuncudan avtomobili Gəncə şəhəri istiqamətində idarə etməsini xahiş etmiş, lakin Şahid3 imtina edərək Daşkəsən rayonu Xoşbulaq kəndinə qayıtdığı üçün, onlar da məcburi olaraq onun idarə etdiyi avtomobillə Xoşbulaq kəndinə qayıdaraq, həmin tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs əyləşdikləri həmin avtomobillə Şahid2la birlikdə Xoşbulaq kəndində çayın kənarına apararaq, yenə də Şahid2 Zərərçəkmiş şəxs ona borclu olduğunu iddia etdiyi pulu tələb etmiş, sonuncu bu dəfə də həmin məbləği verməkdən imtina etdikdə Şahid2 500 (beş yüz) manat məbləğində pulu hədə-qorxu ilə tələb edib ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs zor tətbiq etməklə üzərində gəzdirdiyi cib bıçağı ilə onu qəsdən vuraraq ona qarın nahiyyəsinin deşilmiş-kəsilmiş yarası ilə nəticələnən, dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmiş, bundan sonra Şahid2 Səbuhi Əhmədova dostlarından birinə qeyd olunan məbləğdə pulun verilməsinə boyun olması üçün zəng etməsini təklif etmiş, bu zaman Zərərçəkmiş şəxs xəsarət aldığından artıq qorxduğu üçün Şahid2 mobil telefonu ilə Ağcabədi şəhərində yaşayan, hər ikisinin tanışı olan Şahid6 zəng edib sonuncudan Şahid2la danışaraq razılaşdıqları kimi ona 250 (iki yüz əlli) manat məbləğində pul boyun olmasını xahiş etmiş, bundan sonra məsələ barədə Şahid2la birlikdə Şahid6la danışdıqdan, sonuncu buna razılıq verdikdən sonra, Zərərçəkmiş şəxs aldığı xəsarətlə əlaqədar yardım göstərilməsi üçün birlikdə yaxınlıqda yerləşən “Eloğlu” kafesinə gedərək orada ona yardım göstərildikdən sonra, orada Şahid2 yenə Zərərçəkmiş şəxsla tələb etdiyi pul barəsində söhbət etməyə başlamış, həmin vaxt Şahid2 pul verəcəyinə inanmadığını Zərərçəkmiş şəxs bildirmiş, sonuncu da Şahid2 ona inanması üçün pulu verənədək “Samsung j5” markalı mobil telefonunu könüllü olaraq sonuncuya vermiş, Şahid2 telefonu alıb içindəki nömrə kartlarını ona qaytarmış, Zərərçəkmiş şəxs Şahid2 vəd etdiyi 250 (iki yüz əlli) manat məbləğində pulu iki gün sonra, yəni 9 avqust 2016-cı il tarixdə tanışı Şahid7 vasitəsilə Şahid8 adından köçürmə yolu ilə "xxxx" ASC-nin Daşkəsən rayon filialından Ağcabədi şəhərinə Şahid6 adına göndərmiş, Şahid6 isə öz növbəsində həmin gün 250 (iki yüz əlli) manat məbləğində pulu bankdan nağdlaşdıraraq, həmin tarixdə Ağcabədi şəhərində Şahid2 vermiş, Şahid2 isə Zərərçəkmiş şəxs məxsus “Samsung j5” markalı mobil telefonu ona qaytarılması üçün Şahid6 vermiş, bununla da qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində, zor tətbiq etməklə Zərərçəkmiş şəxs əmlakını hədə-qorxu ilə tələb etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Şahid2 ilə 5 avqust 2016-cı ildə Daşkəsən rayonu Xoşbulaq kəndində tanış olmuşdur. Zərərçəkmiş şəxs da 6 avqust 2016-cı il tarixdə Daşkəsən rayonu, Xoşbulaq kəndində tanımışdır. Belə ki, xx.xx.2016-cı il tarixdə istirahət etmək məqsədilə Daşkəsən rayonu Xoşbulaq kəndinə gəlmiş, 6 avqust 2016-cı il tarixdə Xoşbulaq kəndində Ramin adlı şəxsin icarə ilə işlətdiyi “Eloğlu” adlanan kafedə çörək yeyərkən əmisi oğlu Ayxanla rastlaşmış və bir masada əyləşərək çay içmişlər. Həmin vaxtı 1 gün əvvəl tanış olduğu Şahid2 da yanında olmuşdur. O, Ayxan və Tural ilə bir masada əyləşərək bir qədər ordan-burdan söhbət etmiş, Zərərçəkmiş şəxs Şahid2 500 manat borcunun olmasını bilmişdir. Eyni zamanda onlar bir yerdə olan zaman Şahid2 Zərərçəkmiş şəxsla mobil telefonda danışaraq sonuncuya Xoşbulaq kəndində olduğunu, Səbuhi isə ona Xoşbulaq kəndində olmadığını, bir qədər sonra yanına gələcəyini söyləmiş, bundan sonra o, mobil telefonuna kontur almaq üçün masadan qalxan zaman Şahid2 ondan əgər kəndin yuxarı tərəfinə gedirsə Zərərçəkmiş şəxs gəldiyi avtomobilin markasını deyərək onunla rastlaşdıqda sonuncunu da özü ilə gətirməsini xahiş etmişdir. O, Turala heç bir etiraz etməyərək Ayxanla birlikdə kafedən çıxmış və sonradan tanıdığı, Daşkəsən rayonu Xoşbulaq kənd sakini Şahid3 idarə etdiyi “Vaz 21214” markalı avtomobili ilə Xoşbulaq kəndinin yuxarı tərəf istiqamətində hərəkət etmişdir. Bir qədər getdikdə qarşıdan “Vaz 21011” markalı avtomobilin əks istiqamətdə gəldiyini görmüş, həmin avtomobil onlara yaxınlaşdıqda saxlamışdır. Bundan sonra qarşıdan gələn avtomobilin ön sərnişin oturacağından bir nəfər sonradan tanıdığı Zərərçəkmiş şəxs yerə düşmüş o, da avtomobildən yerə düşərək avtomobildə olanlardan Turalın dostu Səbuhinin kim olduğunu soruşmuşdur. Səbuhi özünü ona təqdim etdikdən sonra o Səbuhiyə dostu Şahid2 Xoşbulaq kəndində olan kafedə onu gözlədiyini söyləmiş və Ayxanla birlikdə Səbuhinin əyləşdiyi avtomobilə əyləşərək onunla birlikdə Şahid2 olduğu kafeyə yollanmışdır. Turalın olduğu kafenin qarşısında dayandıqda, Zərərçəkmiş şəxs avtomobildən yerə düşərək kafenin qarşısında gözləyən Şahid2 yaxınlaşaraq sonuncu ilə salamlaşmış, bir qədər kafenin qarşısında dayandıqdan sonra həmin kafeyə daxil olaraq masa arxasında əyləşib söhbət etməyə başlamışlar. Həmin vaxtı Şahid2 və Zərərçəkmiş şəxs öz aralarında keçmişdən söhbət etmiş, eyni zamanda Tural orada Səbuhiyə ona borclu olduğunu bildirməklə, ondan borcunu qaytarmasını xahiş etmişdir. Həmin vaxt o, Səbuhiyə əgər Turala borcu varsa qaytarmasını məsləhət görmüşdür. Səbuhi isə Turala hazırda pulunun olmadığını, borcunu isə yavaş-yavaş qaytaracağını demiş, bir qədər söhbət etdikdən sonra Tural və Səbuhi öz aralarında razılaşaraq ətrafda gəzişmək üçün çay kənarına getmək istədiklərini və ondan avtomobil tapmağını xahiş etmişlər. O, onların nə üçün çay kənarına getmək istədiklərini bilməmişdir. Bundan sonra o, kafenin arxasına çıxmış və oradan ağ rəngli “VAZ 21214” markalı avtomobilin keçdiyini görmüş və həmin şəxsdən onları çay kənarına aparmasını xahiş etmişdir. Avtomobil sürücüsü Sənan adlı şəxs etiraz etməmişdir. Bundan sonra o, Ayxan, Tural və Səbuhi avomobilə əyləşərək çay kənarına yollanmışlar. Tural və Səbuhi kənara çəkilərək söhbət etmək istədiklərini bildirmişlər. Bu səbəbdən o və orada olan əmisi oğlu Ayxan onlardan bir qədər aralıda dayanmışlar. Bir qədər sonra Tural və Səbuhinin yüksək səslə mübahisə etdiklərini görmüş və onlara yaxınlaşaraq ayırmış və etdikləri hərəkətin ayıb olduğunu bildirmişdir. Həmin vaxt Turalın əlində bıçaq olduğunu, Səbuhinin isə xəsarət aldığını görmüş, o, Səbuhinin aldığı xəsarətə görə ona yardım etmişdir. O və Ayxan Turalı sakitləşdirib bıçağı Turalın əlindən almışlar. Sonra onlar piyada təkrar “Eloğlu” adlı kafeyə yollanmışlar. Həmin kafeyə çatdıqda Tural və Səbuhinin kafenin sol tərəfində olan otağa daxil olduğunu görmüşdür. O çöldə telefonla danışan zaman həmin otaqdan sonradan tanıdığı Aysel adlı xanım çıxaraq spirt və bint lazım olduğunu bildirmişdir. Bundan sonra o, spirtli içki olan araq və dəsmal taparaq Ayselə vermiş. Həmin vaxt Aysel ona sağ ayağının qanadığını söyləmiş o isə cavabında piyada hərəkət edərkən yıxılıb xəsarət aldığını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verilən suallara cavab olaraq bildirdi ki, o, cibindən hər-hansısa bıçağı çıxarıb nümayiş etdirməmiş, 500 manat məbləğində pulu Zərərçəkmiş şəxs hədə-qorxu ilə tələb etməmiş, o sadəcə olaraq Zərərçəkmiş şəxs əgər Şahid2 pul borcu varsa qaytarmasını məsləhət görmüşdür. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Şahid2 onun həmyerlisidir, uzun müddətdir onu tanıyır, onunla münasibəti əvvəllər normal olmuş, heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Təxminən iki il əvvəl Turalla birlikdə Vüsaldan(Rəfail adı ilə tanınan) borca 1300 manat pul almış, həmin pulun 1100 manat hissəsini vaxtında qaytarsalar da, 200 manat pulu bir neçə aydan sonra qaytarmışdır. Bununla əlaqədar Vüsal ilə aralarında narazılıq yaranmış, iki ay sonra Ağcabədi şəhərində olarkən Tural onunla əlaqə saxlayıb Vüsalın pulunu gecikdirdiyi vaxt o, həmin pulu ondan almaq məqsədilə əziyyət çəkib onu axtardığını və buna görə də ona 200 manat pul verməli olduğunu bildirmişdir. O, Turalla razılaşmamış, bir neçə gün sonra Turalla yenə görüşən zaman Tural Vüsala olan borc məsələsinə müdaxilə edərək onu axtardığı və əziyyət çəkdiyi üçün ondan bu dəfə 500 manat pul istəmişdir. O, borc probleminin həll olunduğunu bildirib Turala heç bir manatda verməyəcəyini bildirmiş və ondan ayrılmışdır. Təxminən 3 ay keçdikdən sonra Bakı şəhərində dostu Əbülfəzin qaynı Ramillə gəzərkən təsadüfən Turalla rastlaşmış, Ramillə Turalı tanış etmişdir. 2016-cı ilin may ayının axırlarında Ağcəbədi rayonunda fermada saxladığı xırda buynuzla heyvanları Daşkəsən rayonuna yaylağa aparmış, yaylaqda yaşadığı müddətdə təsərrüfatla məşğul olmuşdur. Təsərrüfat işi ilə əlaqədar xx.xx.2016-cı il tarixdə tanışı Abilin “Vaz-21011” markalı avtomobili ilə çobanı Elvinlə birlikdə Əbülfəzin Təzəkənddə yerləşən fermasına yola düşmüşlər. Xoşbulaq kəndində yolun kənarında Əbülfəzin qaynı Ramillə rastlaşmış, Ramillə görüşmüş, Ramil yanında olan xanımı yola saldıqdan sonra birlikdə Xoşbulaq kəndində işlətdiyi kafedə yeyib içməyi təklif etmişdir. Ramillə birlikdə Əbülfəzin fermasına getmək üçün yola düşmüşlər. Kəndə çatarkən Əbülfəzə zəng etmiş, ancaq Əbülfəz Gəncə şəhərində olduğundan bildikdə Ramilin kafesində yeyib-içmək məqsədilə Xoşbulaq kəndinə qayıtmışlar. Xoşbulaq kəndinin girişində əks istiqamətdə hərəkət edən ağ rəngli “Vaz-2121” markalı, hazırda dövlət nömrə nişanını xatırlamadığı avtomobil onlara saxla işarəsi vermiş, Abil avtomobili kənara çəkib saxlamışdır. Həmin avtomobildən tanımadığı iki nəfər şərnişin düşərək onlara yaxınlaşmış, sürücü sükan arxasında qalmışdır. Sonradan adlarını bildiyi həmin şəxslər, yəni Ayxan və Elxan onlara yaxınlaşıb Səbuhinin kim olduğunu soruşmuş, o, Ramillə avtomobildən düşüb özünü təqdim etdikdə Elxan onunla işi olduğunu, onların avtomobilinə oturmasını, yaxınlıqda olan kafelərdən birinə gedərək orada söhbət edəcəklərini demişdir. O, öz əyləşdiyi avtomobillə gedəcəyini deyib onları da avtomobilə dəvət etmiş, bu vaxt Ramil “Vaz-2121” markalı avtomobilin sürücüsünü tanıdığından onun avtomobilində oturmuş, Elxanla Ayxan isə onun əyləşdiyi avtomobildə arxada Elvinin yanında oturmuşlar. Yolda gedərkən Elxan söhbət etmək üçün Turalın Ağcabədidən gəldiyini, onunla kafedə görüşüb söhbət etmək üçün getməli olduqlarını bildirmiş, bir qədər sonra onlar yolun kənarında olan kafenin qarşısında dayanmış, onlar avtomobildən düşdükdə Turalı kafenin qarşısında görüb təəccüblənmiş, ondan Xoşbulaq kəndinə nə üçün gəldiyini soruşmuşdur. Tural onunla görüşmək üçün gəldiyini, bir neçə gündür Ramilin yanında qaldığını demiş, onu kafeyə dəvət etmişdir. O, Tural, Ayxan və Elxan birlikdə kafeyə keçib masanın arxasında oturmuş, Abil, Elvin, Ramil və Sənan isə kafenin qarşısında dayanmışlar. Bir qədər söhbətdən sonra Tural ona 500 manat pul verməli olduğunu, Vüsala borclu olduğu pulu gecikdirdiyi, əziyyət çəkib onu axtardığı üçün həmin pulu istədiyini bildirmişdir. O, Turala bu söhbəti əvvəllər də etdiklərini, ona verəcəyi pulu olmadığını dedikdə masanın arxasında oturmuş Elxan da əgər pul borca alınıbsa o pulun verilməli olmasını bildirmişdir. Abil və Elvinə fermaya qayıtmalarını deyərək bir qədər əvvəl Elxangilin gəldiyi “Vaz-2121” markalı avtomobilə minmiş, avtomobilin sükanı arxasında yenə də sürücü Sənan olmuş, o Tural və Ayxanla arxa oturacaqda, Elxan isə qabaq oturacaqda əyləşmişdir. Yolda gedərkən gödəkçəsi Abilin avtomobilində qaldığı üçün onları saxlatmış və cibində “Samsunq J 5” markalı mobil telefonu olan gödəkçəni götürüb geyinmişdir. Kəndin içərisində yol gedən zaman Tural Sənana avtomobili sakit bir yerə sürməsini xahiş etmişdir. Həmin vaxt Elxan belindən tünd rəngli tutacağı olan bıçaq çıxarmış,hadisənin üzərindən xeyli vaxt keçdiyindən sonra o, Elxanın bıçağı nə səbəbə çıxarmasını bilməmişdir. Bu vaxt Ayxan Elxana bıçağı yerinə qoymasını bildirmişdir. Elxan bıçağı avtomobilin əl qabının altında olan boşluğa qoymuşdur. Sənan avtomobilə tosol almalı olduğunu bildirib avtomobili Daşkəsən şəhərinə sürmüş, orada dükanlardan birindən tosol alıb qayıtmışdır. Sonra Tural onları Xoşbulaq kəndinə çayın kənarına aparmağı xahiş etmiş, Sənan da avtomobili Xoşbulaq kəndinə sürmüş və həmin tarixdə, təxminən saat 22 radələrində Xoşbulaq kəndinə çatıb orada çayın kənarında sakit bir yerdə avtomobili saxlamışdır. O, Elxan, Ayxan və Tural avtomobildən düşdükdən sonra Sənan avtomobilini sürüb getmişdir. Çayın kənarına dərəyə enərkən Tural yenidən pul söhbətini açmış və ona 500 manat verməli olduğunu demiş, o isə Turala borcu olmadığını, ona heç bir məbləğdə pul verməyəcəyini bildirmişdir. Həmin vaxt Ayxan təxminən 5-10 metr aralı məsafədə təbii ehtiyacını ödəmiş, Tural onunla mübahisə edən zaman onlar qarşılıqlı olaraq bir-birilərinə söyüşlər etmiş və Tural anidən belindən qara rəngli bıçaq çıxarıb onun sağ tərəfindən vuraraq ona xəsarət yetirmiş, Elxan və Ayxan gəlib Turalı sakitləşdirib bıçağı onun əlindən almışdır. Bu vaxt onun mobil telefonuna zəng gəlmiş və Tural onun əlində telefonu gördükdən sonra əsəbiləşərək onun telefonunu alıb sındırmaq istəmiş, Ayxan həmin vaxt Tural telefonu sındırmasın deyə telefonu saxlamaq üçün ondan almış, o, razılaşıb telefonu vermişdir. Daha sonra Ayxan Turalın alt köynəyini çıxararaq onun yarasını bağlamış, bu vaxt Tural öz mobil telefonunu ona verərək dostlarından birinə zəng etməsini və ona pul boyun olmasını təklif etmişdir. O, xəsarət aldığından artıq qorxduğu üçün Turalın telefonu ilə hər ikisinin tanışı olan Elşənə zəng edib, Turalla danışıb 250 manat pul boyun olmasını xahiş etmişdir. Tural Elşənlə danışıb razılaşmış, bundan sonra aldığı xəsarətlə bağlı ona yardım edilməsi üçün yaxınlıqda olan Ramilin işlətdiyi kafeyə getmişlər. Piyada həmin kafeyə gedərkən telefonuna zəng gəldiyindən Ayxan telefonu ona qaytarmışdır. Kafeyə çatdıqdan sonra Ayxan həyətdə olan masanın arxasında oturub yemək sifariş etmiş, o isə Tural və Elxanla kafenin mətbəxinə keçmişlər. Orada Tural və Elxan onun yarasına spirt qoyaraq sarımışlar, sonra həyətə çıxıb Ayxanın yanında oturmuşdur. Ayxan masadan durub maşın tapmaq üçün kafedən çıxmış, təxminən 10 dəqiqə sonra qayıdıb maşın tapmadığını demiş, sonra Ayxanın mobil telefonuna zəng gəldiyi üçün telefonla danışaraq kafenin çıxışına doğru getmişdir. Həmin vaxt Tural yenə onunla pul barəsində söhbət etməyə başlamış, ona pul verəcəyinə inanmadığını bildirmişdir. O da Turalın ona inanması və artıq mübahisəyə son qoyulması üçün pulu verənədək telefonunu özü könüllü olaraq Turala vermiş, Tural telefonu alıb içindəki nömrə kartlarını ona qaytarmış, 250 manat pulu Ağcabədi rayonunda Elşən ona verdikdən sonra telefonu qaytaracağını demişdir. O, özü də bilmişdir ki, Turalın məqsədi pul almaq olduğundan onun telefonu Turala lazım deyil, pulu alandan sonra telefonunu qaytaracaqdır. Ona görə də, özü könüllü olaraq mobil telefonunu Turala vermişdir. Bundan sonra o, piyada yaşadığı evə getmişdir. İki gün sonra Turala vəd etdiyi 250 manat pulu xx.xx.2016-cı il tarixdə Musa adlı tanışının vasitəsi ilə bankdan köçürmə yolu ilə Ağcəbədi rayonunda yaşayan Şahid6 göndərmiş və bu barədə Elşənə məlumat vermişdir. Həmin gün, yəni xx.xx.2016-cı il tarixdə Elşən axşam saatlarında zəng edərək 250 manat pulu Ağcabədi şəhərində Turala verdiyini, Turalın telefonu ona qaytardığını bildirmişdir. Sonra isə o telefonunu Elşəndən götürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 Zərərçəkmiş şəxs ifadəsinə oxşar məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, hazırki işlə bağlı ona azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və cəzasını çəkib qurtarmışdır. Zərərçəkmiş şəxs uzun müddətdir ki, həmyerlisi kimi tanıyır və aralarında normal münasibətləri olmuşdur. Bir müddət əvvəl Səbuhi ona birlikdə ticarətlə məşğul olub pul qazanmağı, yonca kipi alıb-satmağı təklif etmiş, o da razılaşmış, lakin bunun üçün pulları olmamışdır. Səbuhi ona kimdənsə borc pul almasını demiş, o da dostu Vüsaldan(Rəfail) 1300 manat məbləğində borc pul almış və həmin pulu birlikdə iş görmələri üçün Səbuhiyə vermişdir. Ancaq sonra işləri alınmamışdır. Səbuhi işlə bağlı beh verdiyini, gördükləri işin arxasının da gələcəyini demiş, lakin onu aldadaraq heç bir iş görməmiş və ondan aldığı pulu dolayı yolla qaytarmaqdan imtina etmişdir. Vüsal isə pulu ondan tələb etmişdir. O da məcbur olub Vüsaldan aldığı borcu tam ödəmiş, ancaq Səbuhi ona borclu qalmışdır. Səbuhini axtarıb tapmaq üçün xərc çəkmiş, Səbuhi bir ildən çox müddət ərzində onu müxtəlif bəhanələrlə aldadaraq pulunu qaytarmamış və həmin borcla bağlı aralarında dəfələrlə mübahisə olmuşdur. Səbuhinin ona 500 manat məbləğində borcu olmuş və o, Səbuhidən borcunu istəmişdir. Səbuhi ilə sonuncu dəfə isə Daşkəsən rayonunun Xoşbulaq kəndində aralarında həmin pulla bağlı ciddi dava-dalaş baş vermişdir. Belə ki, 3 avqust 2016-cı il tarixdə istirahət emək məqsədilə tanışı Aysellə Səbuhinin vasitəsi ilə tanış olduğu Daşkəsən rayonu Xoşbulaq kəndində yaşayan, yaxın münasibət saxladığı Ramilin işlətdiyi yeməkxanaya gəlmiş, yeməkxananın qonaq otağında qalmış, orada Elxan və onun əmisi oğlu Ayxanla tanış olmuşdur. 6 avqust 2016-cı il tarixdə Xoşbulaq kəndində kafelərdən birində Ayxan və Elxanla birlikdə oturub söhbət edərkən hazırda Xoşbulaq kəndi yaxınlığında yaylaqda olan Səbuhinin ona 500 manat pul verməli olduğunu, lakin vermədiyini bildirmiş, həmin vaxt Ramil ona zəng edib Səbuhi ilə rastlaşdığını və onunla birlikdə yeməkxanaya gəldiklərini demişdir. Ayxan və Elxan kafenin yaxınlığında olan Xoşbulaq kənd sakini Sənan adlı şəxsin idarə etdiyi "VAZ 2121" markalı avtomobillə onları qarşılamaq üçün getmiş, təxminən saat 18 radələrində Sənangilə məxsus kafedə olarkən Ayxan və Elxan "VAZ 21011" markalı avtomobildən Səbuhi ilə birlikdə düşüb ona yaxınlaşmış, Səbuhi ilə görüşüb birlikdə kafeyə keçib oturub söhbət edərkən ondan 500 manat pulu verməsini tələb etmişdir. Lakin, Səbuhi pul vermək istəmədiyini bildirdikdə o, başqa yerdə söhbət etməyi təklif etmiş, birlikdə kafedən çıxıb Sənanın idarə etdiyi "VAZ 2121" markalı avtomobilə minmiş, Sənan avtomobilinə tosol alacağını bildirdiyindən onunla Daşkəsən şəhərinə getmiş, Elxan Sənandan onları Gəncə istiqamətində aparmasını xahiş etsədə Sənan razılaşmamış, onları Xoşbulaq kəndində yaşayış evlərindən bir qədər kənarda çayın kənarında düşürüb getmişdir. Avtomobildə onunla Səbuhinin arasında normal qaydada söhbət olmuş, heç kim heç kimi, həmçinin Elxan da Səbuhini hədələməmişdir. Birlikdə dərəyə, çayın kənarına düşüb söhbət edərkən Səbuhi ilə pul üstündə yenidən aralarında mübahisə yaranmış, Səbuhi onun pulunu verməyəcəyini deyərək ona qarşı söyüş etmiş, Səbuhinin söyüş etməsinə görə o, əsəbləşərək cibində olan bıçağı çıxarıb Səbuhini vuraraq ona xəsarət yetirmişdir. Orada olarkən Səbuhinin mobil telefonuna zəng gəlmiş, Səbuhi onun pulunu vermədiyinə görə həmin vaxt o, əsəbləşərək Səbuhinin telefonunu alıb qırmaq istəmiş, ancaq qətiyyən Səbuhinin telefonunu almaq məqsədi olmamışdır. Səbuhiyə dərədə xəsarət yetirdikdən sonra onlar birlikdə piyada Ramilin işlətdiyi kafeyə getmişlər və orada Səbuhinin yarasını spirtlə təmizləmişlər. Yeməkxanada olarkən Səbuhi özü pulu verənədək telefonunu ona girov verib getmişdir. Səbuhi telefonu ona verərkən o, Səbuhini bıçaqla vuracağı ilə hədələməmiş, ona hər hansı zor tətbiq etməmişdir. Həmin vaxt o, Səbuhiyə sadəcə ona inanmadığını bildirmiş və bununla əlaqədar aralarında sözlə mübahisə olmuşdur. Səbuhi də onu pulu verəcəyinə inandırrnası üçün telefonu özü ona vermişdir. Onun Səbuhini kafedə təkrar bıçaqla vurmaq fikri olmamış və belə bir hərəkət etməmişdir. Hələ dərədə Səbuhi söyüş etdiyinə görə əsəbləşərək onu bıçaqla vurandan sonra o çox peşman olmuş, hətta maykasını çıxarıb Səbuhinin yarasını sarımış, ona yardım etmiş, ona yardım üçün onu təkrar kafeyə gətirmişlər. Kafedə də ona yardım etmişlər. 9 avqust 2016cı il tarixdə Səbuhi onların hər ikisinin tanışı olan Şahid6la ona 250 manat pul göndərmiş, o da Səbuhinin telefonunu Elşənin vasitəsilə özünə qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, özünə məxsus “Vaz-2121” markalı, **-BS-*** dövlət nömrə nişanlı avtomobillə arada bir Daşkəsən rayonu ərazisində və başqa istiqamətlərdə fərdi qaydada sərnişin daşımaqla məşğul olmuşdur. Həmçinin kənddə atasına məxsus kafesi də vardır. 6 avqust 2017-ci il tarixdə, təxminən saat 17 radələrində atasına məxsus kafedən küçəyə çıxan zaman əvvəllər tanımadığı iki nəfər, adları sonradan ona məlum olan Elxan və Ayxan ona yaxınlaşmış, Elxan Ramili tanıyıb-tanımadığını soruşmuş, o, Ramili tanıdığını bildirdikdə Elxan onları Ramilin yanına aparmasını xahiş etmiş, o da razılaşaraq avtomobili Qabaqtəpə kəndi istiqamətində idarə etməyə başlamış, təxminən 200-250 metr yol getdikdən sonra kəndin qutaracağına yaxın, əks istiqamətdə “Vaz-21011” markalı avtomobilin hərəkət etdiyini görmüşdür. Elxan pəncərədən əlini çıxarıb həmin avtomobilə saxlamaq işarəsi vermiş, maşın yolun kənarında dayanmış, o da avtomobili saxlamış, Elxan və “Vaz-21011” markalı avtomobildən sürücü ilə birlikdə dörd nəfər yerə düşmüş, onların arasında tanıdığı Ramil də olmuş, digərlərini isə tanımamışdır. Ramillə Elxan görüşmüş, Elxan onlardan Səbuhi adlı şəxsin kim olduğunu soruşduqda ucaboylu, birqədər dolu bədənli oğlan Səbuhi olduğunu demişdir. Elxan onunla işi olduğunu deyib maşına oturmasını demiş, Səbuhi isə gəldiyi avtomobillə gedəcəyini demiş, bundan sonra Elxan və Ayxan həmin avtomobilə, Ramil isə onun avtomobilinə oturmuşlar. Onlar birlikdə Xoşbulaq kəndinə qayıtmış, onları götürdüyü yerdə atasına məxsus yeməkxananın qarşısında düşürüb yaxınlıqda yerləşən evlərinə getmişdir. Təxminən yarım saat sonra Daşkəsən şəhərindən avtomobilə tosol almaq məqsədilə evdən çıxmış və həmin yeməkxananın qarşısından keçərkən həmin şəxslər fit səsi ilə ona saxla işarəsi vermiş, Elxan, Ayxan, Səbuhi və adı sonradan ona məlum olan, əvvəllər tanımadığı Tural yaxınlaşıb hara getməsi ilə maraqlanmış, o, Daşkəsən şəhərinə tosol almaq üçün getdiyini bildirdikdən sonra həmin şəxslər onları da aparmağı xahiş etmişlər. O, razılaşdıqdan sonra Elxan qabaq oturacaqda, Səbuhi, Ayxan və Tural isə arxa oturacaqda oturmuş, həmin vaxt arxadan həmin “Vaz-21011” markalı avtomobil də hərəkət etmişdir. Səbuhi gödəkçəsinin həmin avtomobildə qaldığını deyib maşını saxladıb gödəkçəsini götürüb geyinmiş, sonra həmin avtomobil uzaqlaşıb getmişdir. Birlikdə Daşkəsən şəhərinə gəlib ehtiyat hissələri mağazasından tosol alıb maşına qayıtmış, Elxan onları Gəncə istiqamətinə aparmasını xahiş etsə də o, razılaşmamış, sonra Turalın və Elxanın istəyi ilə onları Xoşbulaq kəndinə çayın kənarına aparmış, Elxan, Ayxan, Tural və Səbuhi maşından düşub getdikdən sonra o, yaşadığı evə qayıtmışdır. Elxan maşından düşərkən yol haqqı kimi oturacağın yanına 6 manat pul qoymuşdur. Təxminən üç gün sonra polis şöbəsinə dəvət olunarkən avtomobildən düşüb getdikdən sonra ona Elxan və Turalın Səbuhi ilə mübahisə etdikləri, Səbuhidən pul tələb etmələri və Turalın Səbuhiyə bıçaqla xəsarət yetirməsi məlum olmuşdur. O, həmin şəxslərlə birlikdə idarə etdiyi avtomobillə Daşkəsən şəhəri istiqamətində hərəkətdə olarkən X10 ilə pul barədə danışdıqlarını eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Ağcabədi rayonunda yaşayan Zərərçəkmiş şəxs Daşkəsən rayonu ərazisinə yay aylarında qoyun-quzu gətirdiyindən uşaq vaxtıdan tanıyır, bacısının əri Əbülfəzlə yaxın münasibətləri yaranmışdır. Təxminən üç il əvvəl Bakı şəhərində Səbuhi ilə görüşərkən o, həmyerlisi Şahid2la onu tanış etmiş, yaxın münasibətləri yaranmışdır. Tural və Səbuhi Bakı şəhərində həmin vaxt bir evdə kirayədə qalmış, Bakı şəhərində olarkən onlarla mütəmadi görüşüb çayxanada çay içib söhbət etmiş, Daşkəsən rayonu, Bayan kəndində yaşadığı müddət ərzində isə vaxtaşırı telefon vasitəsi ilə əlaqə saxlamışdır. Telefon danışıqları zamanı Tural ondan Səbuhini soruşmuş, ondan Səbuhini nə üçün axtardığını soruşduqda Tural Səbuhinin ona 500 manat verəcəyi olduğunu, ona görə ondan qaçdığını demişdir. Səbuhi ilə telefon əlaqəsi saxlayan zaman Turala 500 manat borcunun olub-olmadığını xəbər aldıqda Səbuhi Turala heç bir borcu olmadığını demişdir. 2016-cı ilin iyun ayının ortalarından Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən tanışına məxsus olan “Eloğlu” kafesini icarəyə götürərək işlətmiş, Səbuhinin təsərrüfatındakı heyvanları Xoşbulaq kəndi yaxınlığındakı “Azosun yeri” adlanan yaylağa gətirməsi barədə məlumatı olmuşdur. Dəfələrlə onunla zəngləşib görüşmüş, yaylağa gedib heyvanlara çəpər çəkməkdə ona köməklik etmişdir. 3 avqust 2016-cı il tarixdə işlətdiyi kafedə olarkən Tural mobil telefonla zəng edərək tanışı Aysel adlı xanımla Gəncə şəhərində olduqlarını, istirahət etmək üçün Xoşbulaq kəndinə onun yanına gəlmək istədiklərini bildirmiş, yaxın münasibətləri olduğundan etiraz edə bilməmiş və Turalın xahişi ilə onları Gəncə şəhərində qarşılayıb taksi ilə Xoşbulaq kəndinə işlətdiyi kafeyə gətirmişdir. Tural qalmağa yerləri olmadığını, həmin kafedə qalmaq istədiklərini dediyindən kafenin həyətində olan, işçilərin və özünün istirahəti üçün nəzərdə tutulmuş otağı bir neçə günlük Turala ayırmışdır. Ertəsi gün Tural ondan ortaq dostları olan Səbuhinin harada olduğunu soruşmuş, ona Səbuhinin hal-hazırda Xoşbulaq kəndi yaxınlığında olan “Azosun Yeri” adlanan yaylaqda müvəqqəti olaraq yay mövsümi ilə bağlı yaşadığını demişdir. Tural Xoşbulaqda onun yanında qaldığı müddətdə kafeyə gəlib-gedən, tanıdığı Elxan və Ayxan adlı əmioğlu olan şəxslərlə də tanış olmuş, onlarla ünsiyyət saxlamışdır. xx.xx.2016-cı il tarixdə təxminən saat 17 radələrində kafedə olarkən kafedə işləyən Vüsalə adlı qadın onu yaşadığı Daşkəsən şəhərinə yola salmasını xahiş etmiş, bu ərəfədə Səbuhi ilə də telefonla danışmış və onunla görüşməyi qərarlaşdırmışdır. Onun Səbuhi ilə görüşəcəyindən Turalın da məlumatı olmuşdur. O, Vüsaləni yola salmaq üçün yol kənarına çıxıb, orada dayanıb maşın gözləyərkən Səbuhi “Vaz-21011” markalı açıq göy rəngli avtomobillə gəlib onun yanında maşını saxladıb onunla görüşmüşdür. Səbuhi Əbülfəzin yaylağına atını gətirməyə getdiyini bildirmiş, o Vüsaləni yola saldıqdan sonra birlikdə işlətdiyi kafedə yemək yeməyi təklif etmiş, Səbuhi də onunla razılaşmışdır. O, Vüsaləni yol maşını ilə yola salıb Səbuhinin avtomobilinə əyləşmiş, Təzəkənd istiqamətində getdikdən sonra Səbuhi mobil telefonu ilə Əbülfəzə zəng edərək atını aparmağa gəldiyini demiş, Əbülfəz isə Gəncə şəhərində olduğunu bildirmişdir. Bu vaxt sürücü Abil Səbuhinin tapşırığı ilə avtomobili geri döndərmiş və yenidən Xoşbulaq kəndinə qayıtmışlar. Yolda Turala mobil telefonla zəng edib Səbuhi ilə yeməkxanaya gəldiklərini demiş və orada süfrə açdırmağı tapşırmışdır. Əvvəldən Səbuhiyə yeməkxanada Turalla birlikdə oturmağı təklif etmiş, o razılaşmışdır. Xoşbulaq kəndinin girişinə çatmağa təxminən 200-300 metr qalmış kənd sakini, tanıdığı Sənanın idarəetdiyi “Vaz-2121” markalı, **-BS-*** nömrəli avtomobil uzaq vuran işıqları ilə onların oturduqları avtomobilə saxlama işarəsi verdiyi üçün Abil avtomobili saxlamış, həmin avtomobildən Ayxan və Elxan düşüb onların avtomobilinə yaxınlaşmış, Elxan Səbuhinin kim olduğunu soruşmuş, Səbuhi özünü onlara təqdim etmiş, Elxan Səbuhiyə sözləri olduğunu bildirib onların avtomobili ilə yaxınlıqdakı kafeyə getməyi təklif etmişdir. Səbuhi razılaşmayıb Elxangilə gəldiyi avtomobillə getmələrini təklif etmiş və onlar razılaşmışlar. Avtomobildə yer olmadığından Sənanı tanıdığına görə onun avtomobilinə oturmuş, Elxan və Ayxan isə “Vaz- 21011” markalı avtomobilə əyləşmişlər. Səbuhigilin oturduqları avtomobil onların arxasınca hərəkət etmiş, Sənan avtomobili özlərinə məxsus kafenin qarşısında saxlamış, arxadan gələn Abil də kafenin qarşısında avtomobilini saxlamış və Səbuhigil avtomobildən düşüb həmin vaxt kafenin qarşısında dayanmış Turala yaxınlaşmışlar. Səbuhi və Tural salamlaşdıqdan sonra o, Tural, Elxan, Səbuhi və Ayxan kafeyə keçib masanın arxasında oturmuş, bu vaxt anası mobil telefonuna zəng etdiyi üçün telefonla danışaraq küçəyə çıxmış və bir neçə dəqiqə sonra kafeyə qayıtdıqda onların heç birinin kafedə olmadıqlarnı görüb işlətdiyi kafeyə getmişdir. Biriki saat kafedə olduqdan sonra işçisi Vüsalə zəng edərək evi üçün aldığı əti Daşkəsən şəhərinə, evə aparmasını xahiş etdiyindən o, Daşkəsənə getmiş, bir neçə saat orada qalmışdır. Xoşbulaq kəndində olanda Turalın mobil telefonuna zəng etmiş, o Daşkəsən şəhərində olduqlarnı demiş, lakin onların hansı məqsədlə Daşkəsən şəhərində olmaları ilə maraqlanmamışdır. Gecə yarısı Xoşbulaq kəndinə işlətdiyi kafeyə qayıtdıqda Turalı görmüş, Elxangilin və Səbuhinin harada olduğunu soruşmuş, Tural Səbuhi ilə aralarında borc üstündə mübahisələri yarandığını, çayın kənarında bıçaqla Səbuhini vurub ona xəsarət yetirdiyini, birlikdə kafeyə qayıtdıqlarını, Səbuhinin pulu verənədək öz telefonunu girov qoyduğunu və getdiyini demiş, ertəsi gün isə Tural da Aysellə birlikdə getmişdir. O, Elxan və Ayxanı kafeni icarəyə götürdükdən sonra müştəri kimi tanımış, onlarla yaxın münasibətləri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, həmyerliləri Zərərçəkmiş şəxs və Şahid2 uzun müddət tanımış, hər ikisi ilə normal münasibətləri olmuşdur. xx.xx.2016-cı il tarixdə Tural öz mobil telefon nömrəsindən onun mobil telefonuna zəng edərək Daşkəsən şəhərində Zərərçəkmiş şəxsla birlikdə olduqlarını demiş, Səbuhinin ona 200 manat pul borclu olduğunu və həmin pulu 2-3 günə ona qaytaracağına söz verdiyini, onun da bu məsələdən məlumatı olması üçün ona zəng etdiyini bildirmişdir. Eyni zamanda həmin vaxtı sonradan tanıdığı Təqsirləndirilən şəxs ilə də mobil telefonda danışmış, sonuncu ona Tural ilə Səbuhi arasında olan söhbətdə Səbuhinin səhv etdiyini, buna görə də ona Turalın tərəfini tutmasını demiş, bu zaman o, Elxana Tural ilə Səbuhinin dost olduqlarını, buna görə də onların arasında olan söhbətə qarışmamasını məsləhət görmüşdür. xx.xx.2016cı il tarixdə isə Zərərçəkmiş şəxs ona "xxxx" vasitəsilə adına 250 manat pul köçürmüş, o bankdan pulu götürərək Səbuhinin tapşırığı ilə həmin gün Ağcabədi şəhərində Şahid2la görüşərək pulu ona vermiş, sonra isə Turalın ona verdiyi Səbuhiyə məxsus olan “Samsung J 5” markalı mobil telefonu Səbuhiyə göndərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, saxladığı xırda buynuzlu heyvanları yay aylarında Daşkəsən rayonu ərazisinə yaylağa gətirərkən Ağcabədi rayonundan olan Zərərçəkmiş şəxs və onun atası ilə tanış olmuş, normal münasibətləri yaranmışdır. xx.xx.2016-cı il tarixdə Səbuhi onun mobil telefonuna zəng edərək Şahid6 adına bank vasitəsi ilə 250 manat pul köçürməsini xahiş etmiş, o da "xxxx"ın Daşkəsən rayon filialına getmiş, lakin şəxsiyyət vəsiqəsini unutduğu üçün tanışı, Göygöl rayonu Mollahəsənli kənd sakini Fəxrəddin İsgəndərovun adından 250 manat pulu bank vasitəsi ilə Şahid6 adına göndərmişdir. Sonra Səbuhinin ona verdiyi nömrə ilə Şahid6la əlaqə saxlayıb Səbuhinin bank vasitəsilə onun adına pul köçürdüyünü bildirib pulun alınması üçün bankın kod nömrəsini ona vermişdir. Bundan sonra Səbuhi ilə Xoşbulaq kəndində görüşüb bankın qəbzini və kod nömrəsini ona vermişdir. Səbuhi hansı məqsədlə Şahid6 adına 250 manat pul göndərməsini ona bildirməmiş və onun bu barədə heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və Şahid2 əvvəllər tanımamış, onlarla aralarında hər hansı münasibəti olmamışdır. 09 avqust 2016-cı il tarixdə Daşkəsən şəhərində fəaliyyət göstərən "xxxx" ASC-nin Daşkəsən filialının inzibati binasında olarkən tanışı Şahid7 ilə rastlaşmış, həmin vaxtı sonuncu ona bir nəfər tanışına pul köçürəcəyini, şəxsiyyət vəsiqəsi üzərində olmadığından həmin əməliyyatı həyata keçirə bilmədiyini deyərək, onun adından pul köçürülməsini xahiş etmiş, Musanı tanıdığı üçün hər hansı problem olmayacağını düşünərək şəxsiyyət vəsiqəsi ilə Musanın tanışına öz adından pul köçürməsi əməliyyatını həyata keçirmiş, Şahid7 onun vasitəsilə tanışına 250 manat pul göndərmişdir. Şahid1 məhkəmə iclasında dindirilməsi mümkün olmadığı üçün ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə istintaqı zamanı elan olunmuş ifadəsindən görünür ki, “yay mövsümi ilə əlaqədar istirahət etmək məqsədilə xx.xx.2016-cı il tarixdə Daşkəsən rayonu Xoşbulaq kəndində yaşayan qohumları evinə qonaq getmiş, ertəsi gün, yəni xx.xx.2016-cı il tarixdə təxminən saat 17 radələrində qaldığı evin yaxınlığında olan kafelərdən birində təsadüfən əmisi oğlu Elxanla rastlaşmış, hərbi xidmətdən yeni qayıtdığından Elxan onu çay içmək üçün oturduğu masaya dəvət etmiş, həmin vaxt Elxanın yanında əvvəllər tanımadığı və heç bir münasibəti olmadığı, adını sonradan bildiyi Tural adlı şəxs də olmuşdur. Çay içib söhbət edərkən Tural hazırda Daşkəsən rayonu ərazisində yaylaqda olan Ağcabədi rayonundan Səbuhi adlı tanışının uzun müddətdir ki, ona borclu olduğu pulu qaytarmadığını, bu məqsədlə Daşkəsən rayonuna gəldiyini demiş, söhbət zamanı ona zəng gəlmiş və axtardığı Səbuhinin “Vaz-21011” markalı avtomobillə Xoşbulaq istiqamətində gəlməsi barədə məlumat verilmişdir. Turalın təklifi ilə o, Elxanla birlikdə tanımadığı, adı sonradan ona məlum olan Sənan adlı şəxsin idarə etdiyi “Vaz-2121” markalı, hazırda dövlət nömrə nişanını xatırlamadığı avtomobilə yaxınlaşmış, X11 tanıyıb-tanımadığını soruşmuş, Sənan Ramili tanıdığını bildirmiş, Elxan Sənandan onları Ramilin yanına aparmasını xahiş etmişdir. Elxan avtomobildə sürücünün yanında, o isə arxa oturacaqda oturub Sənanın idarə etdiyi avtomobillə yola düşmüşlər, Tural isə kafedə qalmışdır. Təxminən 300 metr yol getdikdən sonra Xoşbulaq kəndinin yuxarı hissəsində uzaqdan “Vaz-2101” markalı avtomobilin yaxınlaşdığını gördükdə, Elxan Sənana həmin avtomobili saxlatmasını xahiş etmiş, Sənan işarə edərək avtomobili saxlatmış, o Elxanla yerə düşmüş, “Vaz-21011” markalı avtomobildə olan sərnişinlər də düşdükdə Elxan onlardan hansının Səbuhi olduğunu soruşmuş, uca boylu, bir qədər dolu bədənli şəxs Səbuhi olduğunu bildirib nə lazım olduğunu soruşmuş, Elxan Səbuhiyə onunla işi olduğunu, “Vaz-2121” markalı avtomobilə oturub yaxınlıqda olan kafelərdən birinə gedib orada söhbət etmək istədiyini bildirmişdir. Səbuhi öz oturduğu avtomobillə gedəcəyini bildirmiş, avtomobildən düşən, əvvəllər tanımadığı Ramil adlı şəxs keçib “Vaz-2121” markalı avtomobilə oturmuş, o isə Elxanla birlikdə Səbuhigilin gəldiyi “Vaz- 21011” markalı avtomobildə oturmuşlar. Bir qədər yol getdikdən sonra Səbuhi Elxandan onunla nə sohbət etmək istədiyini soruşmuş, Elxan ona X2 kəndinə gəlib onunla görüşmək istədiyini, onun yanına getdiklərini bildirmiş, Səbuhi etiraz etməmişdir. Sənanın idarə etdiyi avtomobil kafenin qarşısında dayandıqdan sonra Elxan “Vaz-21011” markalı avtomobilin sürücüsünə avtomobili yaxınlıqda saxlamasını demiş, onlar avtomobildən düşərək kafenin qarşısında dayanan Turala yaxınlaşmışlar. Səbuhi Turalla salamlaşıb ondan Xoşbulaq kəndində niyə gəldiyini soruşmuş, Tural Səbuhiyə onunla görüşmək üçün gəldiyini, bir neçə gündür Ramilin yanında qaldığını demiş, onları kafeyə dəvət etdikdən sonra o, Tural, Elxan və Səbuhi kafedə masanın arxasında oturmuş, Abil, adını sonradan bildiyi Elvin, Ramil və Sənan isə kafenin qarşısında dayanmışlar. Tural Səbuhi ilə bir qədər söhbət etdikdən sonra ondan 500 manat borcunu nə səbəbdən qaytarmadığını soruşmuş, Səbuhi isə ona hazırda pulu olmadığını bildirmişdir. Bu vaxt masanın arxasında onlarla oturan Elxan Səbuhiyə pulu verməli olduğunu demiş, Səbuhi yenə razılaşmadıqda Tural başqa yerdə söhbət etməyi təklif etmişdir. Onlar birlikdə kafedən küçəyə çıxmış, Səbuhi Abil və Elvinə fermaya qayıtmalarını tapşırmış, özü isə bir qədər əvvəl gəldikləri Sənan idarə etdiyi avtomobilə minmişdir. Elxan qabaqda sürücünün yanında, o arxa oturacaqda Elxanın arxasında, Tural sürücünün arxasında, Səbuhi isə ortada oturmuşdur. Səbuhinin gödəkçəsi Abilin avtomobilində qaldığından onun xahişi ilə onları dayandırmış və gödəkçəni götürüb geyinmişdir. Kəndin içərisi ilə gedən zaman Elxan Sənana məsələni həll etmək üçün sakit bir yerə sürməsini xahiş etmiş, Səbuhi onunla razılaşmışdır. Sənan avtomobilə tosol almalı olduğunu deyib avtomobili Daşkəsən şəhərinə sürmüş, orada avtomobildən düşüb dükanlardan birindən tosol alıb yenidən avtomobilə qayıtmışdır. Elxan ondan Gəncə istiqamətində getməyi xahiş etsə də, Sənan razılaşmamış və onları Xoşbulaq kəndinə geri qaytarmışdır. Həmin tarixdə, təxminən saat 22 radələrində Sənan Xoşbulaq kəndinə çatıb çayın kənarındakı sakit bir yerdə avtomobili saxlamış, onlar, yəni o, Elxan, Səbuhi, Tural avtomobildən düşdükdən sonra avtomobili sürüb getmişdir. Onlar birlikdə dərəyə enərkən Tural və Elxan Səbuhi ilə yenidən pul söhbətini etməyə başlamış, o isə bir qədər kənarda təbii ehtiyacını ödəmişdir. Bir anda onların qışqırdıqlarını eşidib geriyə dönərkən Səbuhinin əli ilə sağ tərəfıni tutduğunu, Turalın isə əlində bıçaq olduğunu görmüşdür. O, qaçaraq onların yanına çatıb Elxanla birlikdə Turalı sakitləşdirib bıçağı Turalın əlindən almışlar. Bu vaxt Səbuhinin mobil telefonuna zəng gəldiyindən Tural əsəbləşərək Səbuhinin telefonunu alıb sındırmaq istəmiş, o Turalın telefonu sındırmaması üçün saxlamaqdan ötrü Səbuhinin razılığı ilə telefonu ondan almış, sonra Turalın alt köynəyini çıxararaq Səbuhinin yarasına bağlamış, Tural öz mobil telefonunu Səbuhiyə verərək dostlarından birinə zəng etməsini və kiminsə onun əvəzinə Ağcabədi rayonunda pul boyun olmasını tələb etmişdir. Səbuhi Turalın telefonu ilə Elşən adlı şəxsə zəng edib Turalla telefonla danışıb 250 manat pul boyun olmasını xahiş etmiş, Tural Elşənlə danışmış və onlar razılaşmışlar. Bundan sonra onlar piyada Ramilin işlətdiyi “Eloğlu” kafeyə getmişlər, yolda Səbuhinin mobil telefonuna zəng gəldiyi üçün telefonu Səbuhiyə qaytarmışdır. Kafeyə çatıb masanın arxasında oturub yemək sifariş etmiş, Səbuhi, Tural və Elxan kafenin mətbəxi sayılan otağa keçmişlər. Həmin vaxt orada olan Aysel adlı qızla birlikdə Səbuhinin yarasına spirt qoyaraq ona yardım etmişlər. Sonra Səbuhi həyətə çıxıb onun yanında oturmuş və ondan getməsi üçün maşın tapmasını xahiş etmişdir. O, küçəyə çıxmış, təxminən 10 dəqiqə sonra maşın tapmadığından Səbuhinin yanına qayıtmışdır. Sonra mobil telefonuna zəng gəldiyindən danışaraq kafenin çıxışına doğru getmiş, təxminən 10 dəqiqə sonra Turalla Səbuhinin birlikdə kafedən çıxıb yolla piyada getdiklərini görmüşdür. Bir qədər sonra Tural qayıdıb kafenin girişində onun yanına gəlmiş və həmin vaxt onun əlində Səbuhinin mobil telefonunu görüb ondan nəyə görə Səbuhidən telefonu aldığını soruşmuş, Tural da telefonu Səbuhinin özünün pulu verənədək girov qoyduğunu, pulu alandan sonra telefonu qaytaracağını demişdir. Hadisədən uzun müddət keçdiyi üçün o, Sənan Həsəmovun idarə etdiyi “Vaz-2121” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Daşkəsən şəhəri istiqamətində hərəkətdə olarkən Təqsirləndirilən şəxs cibindən bıçaq çıxararaq Zərərçəkmiş şəxs hədə qorxu gəlməsini xatırlamır.” Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və Patoloji anatomiya” Birliyinin 11 avqust 2016-cı il tarixli 1386 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində qarın nahiyəsinin deşilmiş-kəsilmiş yarası kimi xəsarət aşkar edilmiş, həmin xəsarət deşisi-kəsici alətin təsiri nəticəsində əmələ gəlmişdir. Xəsarətin əmələ gəlmə müddəti xx.xx.2016-cı il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevreloji Dispanserin 20 may 2021-ci il tarixli, 265 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və ya hərəkətlərini idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun halhazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və ya hərəkətlərini idarə etmək iqtidarındadır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 13 iyul 2021-ci il tarixli “üzləşdirmə aparmaq haqqında” protokoldan görünür ki, Şahid1 Təqsirləndirilən şəxs ilə üzləşdirmədə dindirmə zamanı da eyni məzmunlu ifadə verərək, o cümlədən 06 avqust 2016cı il tarixdə Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən adsız kafedə Zərərçəkmiş şəxs Şahid2la pul barədə söhbət edərkən onların söhbətinə müdaxilə edərək həmin pulu verməli olduğunu deməsini onun üzünə demişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Gəncə Ağır Cinayətlər Məhkəməsinin 6 iyul 2018-ci il tarixli 1(088)-29/2018 saylı hökmündən görünür ki, Şahid2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Göygöl rayon İcra Hakimiyyəti başçısının Çaylı kənd İƏDÜ nüməydəlinin 31 iyul 2021-ci il tarixli arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Göygöl rayonu, Çaylı kəndində qeydiyyatda olmasına baxmayaraq həmin kənddə yaşamır və nümayəndəliyə onun barəsində şikayət daxil olmamışdır. Məhkəmə istintaqı zamanı təqdim edilmiş və cinayət işi materiallarına əlavə edilməklə araşdırılmış Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Gürcüstan Baş Prokurorluğunun 19 mart 2021-ci il tarixli 13/15597 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 22 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikasına ekstradisiya olunmaq üçün saxlanılmışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin 14 iyul 2017 və 11 avqust 2021-ci il tarixli tələbnamələrindən və Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 09 aprel 2014-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 09 aprel 2014-cü il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 1000 manat cərimə təyin edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daşkəsən Rayon Polis Şöbəsinin 26 iyul 2021-ci il tarixli 199- 7996-1121 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində təyin olunmuç 1000 (min) manat cərimə cəzası tam ödənmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Gürcüstan Respublikası Rustavi şəhər Məhkəməsinin 07 iyun 2017-ci il tarixli hömkündən görünür ki, Hüseynli X3 Respublikası Rustavi şəhər Məhkəməsinin 7 iyun 2017-ci il tarixli hökmü ilə Gürcüstan Cinayət Məcəlləsinin 236-ci maddəsinin 3-cü hissəsinə əsasən təqsirli bilinərərk 4 il müddətinə azadlıqdan məhrum edilmişdir. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə heç bir hədə-qorxu gəlməməsinə, zərərçəkmiş şəxsə Şahid2 borcu varsa qaytarmasını sadəcə məsləhət görməsinə, cib bıçağını cibindən çıxarıb Zərərçəkmiş şəxs nümayiş etdirərək, 500 (beş yüz) manat məbləğində pulu ondan hədə-qorxu ilə tələb etməməsinə dair verdiyi ifadəsini zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, 6 iyul 2018-ci il tarixli hökm, istintaq hərəkəti protokolları və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrıayrılıqda tədqiq edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmədə verdiyi həmin ifadələri öz hüquqlarından istifadə edərək özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək məqsədi daşıyır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 142-ci maddəsinin tələblərinə əsasən Şahid2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin 6 iyul 2018-ci il tarixli 1(088)- 29/2018 saylı hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qüvvəsinə görə preyudisiyal qüvvəyə malik olması nəzərə alınmalıdır. Məhkəmə gəldiyi nəticələri “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 oktyabr 2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Belə ki, qeyd olunan plenum qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182-ci maddəsinə əsasən hədə-qorxu ilə tələb etmə cinayət əməli özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə anından başa çatmış hesab edilir. Hədəqorxu ilə tələblərin ifadə edilməsi anından cinayət başa çatmış hesab olunur. Belə ki, əmlakın, əmlaka olan hüququn verilməsi və ya əmlak xarakterli hərəkətlərin edilib edilməməsindən asılı olmayaraq, hədə-qorxu irəli sürüldüyü andan bu cinayət başa çatmış hesab olunur. Hədəqorxu ilə tələb etmə zamanı şəxsiyyətə qəsd qeyri-qanuni əmlak tələbləri etmə və hədələmə yolu ilə şəxsin həyatına hüquqazidd müdaxilədən ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli, 1 nömrəli qərarlarındakı mövqeyi də, məhkəmənin hazırki iş üzrə mövqeyi ilə üst-üstə düşür. Belə ki, həmin Plenum qərarının 6-cı bəndində göstərilmişdir ki, soyğunçuluq və quldurluq cinayətini əmlakın hədə-qorxu ilə tələb edilməsi cinayətindən (CM-nin 182-ci maddəsi) fərqləndirərkən nəzərə almaq lazımdır ki, soyğunçuluq və quldurluqda əmlakın ələ keçirilməsi zor tətbiq edilməsi ilə eyni vaxtda və ya ondan dərhal sonra baş verirsə, özgə əmlakını hədə-qorxu ilə tələb etmə zamanı təqsirli şəxsin əməli əmlakın və ya ona olan hüquqların gələcəkdə əldə edilməsinə yönəlir. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ifadələri, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.3-cü maddələri ilə tövsif edilmişdir. O, maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməllərin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsində isə deyilirki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışmasını, CM-in 59.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Təqsirləndirilən şəxs istinad edilən Azərbaycan Respublikası CM-nin 182.2.1 və 182.2.3-cü maddələrinin sanksiyasında beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 60.1-cı maddəsinin tələblərinə görə həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən yuxarıda qeyd edilənlərlə yanaşı onun tərəfindən törədilmiş cinayət əməlinin üzərindən 6 ildən artıq müddət keçməklə həmin cinayətin ictimai təhlükəlilik dərəcəsinin xeyli azalmasını, təqsirləndirilən Təqsirləndirilən şəxs cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsini də nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 64.1-ci maddəsinə əsasən iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Cinayət işinin materiallarından göründüyü kimi təqsirləndirilən şəxs Hüseynli X3 Respublikası Rustavi şəhər Məhkəməsinin 07 iyun 2017-ci il tarixli hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həmin cəzanı çəkib qurtarmışdır. Təqsirləndirilən şəxsin hazırki törətmiş olduğu cinayət əməli isə Gürcüstan Respublikası Rustavi şəhər Məhkəməsinin 07 iyun 2017-ci il tarixli hökmü çıxarılmamışdan əvvəl, yəni 6 avqust 2016-cı il tarixdə törətmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 64.3-cü maddəsinə əsasən xarici dövlətlərin məhkəmələri və istintaq orqanları qərarlarının Azərbaycan Respublikası ərazisində məcburiliyi Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. Həmin Məcəllənin 522.1-ci maddəsinə əsasən xarici dövlətlərin müvafiq səlahiyyətli orqanının sorğusu əsasında xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması bununla bağlı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə mövcud olduğu halda həyata keçirilir. Belə beynəlxalq müqavilə olmadıqda xarici dövlətlərin məhkəmələrinin hökmləri və ya digər yekun qərarları qarşılıqlılıq prinsipinə riayət ediləcəyinə dair həmin dövlətin müvafiq səlahiyyətli orqanı tərəfindən təminat verildiyi halda tanına bilər. Həmin Məcəllənin 522.2-ci maddəsinə əsasən xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması üçün xarici dövlətin müvafiq səlahiyyətli orqanı Azərbaycan Respublikasının Baş Prokurorluğuna və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanına sorğu ilə rəsmi müraciət edir. Xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması ilə bağlı sorğunun daxil olduğu müvafiq icra hakimiyyəti orqanı və ya digər dövlət orqanları daxil olmuş belə sorğunu xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının bu Məcəllənin 522 – 525-ci maddələri ilə müəyyən edilmiş qaydada tanınması üzrə icraatın təmin edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərir. Qanunvericiliyin tələbləri baxımından xarici dövlətin məhkəmə hökmlərinin Azərbaycan Respublikası ərazisində hüquqi qüvvəyə malik olması üçün onun qanunvericiliklə müəyyən edilmiş qaydada tanınması nəzərdə tutulur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikasının Baş Prokurorluğunun 24 iyun 2022-ci il tarixli 08/10347 nömrəli və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 noyabr 2022-ci il tarixli 9(104)-04/2022 nömrəli məktublarından görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi İnqilab oğlu Təqsirləndirilən şəxs barəsində olan Gürcüstan Respublikası Rustavi şəhər Məhkəməsinin 7 iyun 2017-ci il tarixli hökmünün tanınması barədə müraciət etmiş, lakin həmin müraciətlər Azərbaycan Respublikası CPM-nin 522.2-ci maddəsinə uyğun olmadığından nəticəsiz qalmışdır. Göründüyü kimi qanunvericilikdə təqsirləndirilən şəxs tərəfindən barəsində xarici dövlət tərəfindən qəbul edilmiş məhkəmə hökmünün Azərbaycan Respublikası ərazisində tanınması ilə bağlı müraciət etmək imkanı nəzərdə tutulmadığından məhkəmə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” qərarında göstərilən hüquqi mövqeyin tələblərinə müvafiq olaraq cəza təyin etməsi imkanına malik deyildir. Lakin məhkəmə hesab edir ki, həmin halın mövcudluğu təqsirləndirilən şəxsin hüquqlardan tam istifadə etmək imkanına malik olmaması kimi məhkəmə tərəfindən nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə belə cəza təyin edildikdə, həmin cəzanın onun və ailəsinin həyat şəraitinə mənfi təsir göstərəcəyi qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62.1-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar olduqda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət hadisəsinin törədilməsindən uzun müddət keçməklə həmin cinayətin ictimai təhlükəlilik dərəcəsinin xeyli azalmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərəçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, onun cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsini, Gürcüstan Respublikasında 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını nəzərə alır və həmin halları müstəsna hal kimi qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.3-cü maddələrinə həmin Məcəllənin 62-ci maddəsini tətbiq etməklə həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş aşağı həddən də az cəza təyin edilməsi ilə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə, Təqsirləndirilən şəxs cəza məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması cəmiyyətdən təcrid olunması yolu ilə mümkündür. Odur ki, ona azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq mümkündür. Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı, Gürcüstan Respublikası ərazisində tutulduğu gündən, yəni 22 fevral 2021-ci il tarixdən hesablanmalı, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə görə məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Bundan əlavə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi İnqilab oğlu həyata keçirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçlərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» qərarına edilmiş xx.xx.2018-ci il tarixli dəyişikliyə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün altı manat miqdarında haqq ödənilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan isə görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxsə vəkil Müdafiəçi İnqilab oğlu 44 iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs müdafiəsini məhkəmə istintaqında Gəncə 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi İnqilab oğlu həyata keçirdiyindən 264 manat dövlət hesabından tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına keçirilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək barəsində CM-nin 62-ci maddəsi tətbiq olunmaqla 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 22 fevral 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsi hesabından vəkil Müdafiəçi İnqilab oğlunun işlədiyi Gəncə Şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 264 (iki yüz altmış dörd) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar