Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-63/2023 15.09.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər X20 və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, X26, X27, X34 və X15 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X35 və onun nümayəndəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, müdafiəçi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1973-cü il tarixdə Bərdə rayonu, Lənbəran kəndində anadan olmuş, Azərbaycan Respublikasıının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Bərdə rayonu, Lənbəran kəndində qeydiyyatda olmaqla şübhəli şəxs qismində tutulanadək həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İbtidai istinaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qisas almaq niyyətilə qəsdən ümumi təhlükəli üsulla adam öldürməsinə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməsinə görə ittham verilmişdir. Belə ki, o, 22 yanvar 2022-ci il tarixdə saat 17:50 radələrində “Vaz 21099” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xaçın çayının Bərdə rayonu, Lənbəran kəndindən keçən hissəsindəki dəmir körpünün girişində asfalt yolla hərəkətdə olarkən qarşıdan “Vaz 21060” markalı, **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobillə ona doğru hərəkətdə olan həmkəndlisi X10 görüb, İsrafil Hüseynovun onun mərhum qardaşı X16 2019-cu ildə rəsmi olaraq nikahına xitam verilmiş keçmiş arvadı Şahid3 ilə ailə quraraq qardaşının ailəsini dağıtmasından əsəbiləşib, qardaşının qız övladlarının İsrafil Hüseynovla birgə eyni evdə yaşamasını namusuna ləkə gətirməsi kimi qəbul edib sonuncunu qisas almaq niyyətilə qəsdən öldürmək qərarına gəlmiş, cinayətkar niyyətini həyata keçirmək məqsədilə əl işarəsi edərək İsrafil Hüseynovdan onun arxasınca gəlməsini istəmiş, İsrəfil Hüseynov idarə etdiyi avtomobillə onun arxasınca təxminən 100- 150 metr hərəkət etdikdən sonra irəliyə keçərək avtomobili yolun kənarında saxlamış və yerə düşüb ondan avtomobildə arvad-uşağın olub-olmamasını soruşduqda, o, İsrəfil Hüseynovdan avtomobili irəli sürməsini istəyərək avtomobilində saxlayaraq daşıdığı 1706 №-li şəhadətnamə ilə xx.xx.2021-ci il tarixdən əldə etdiyi, 12 kalibrli, Türkiyə istehsalı, “AXE” modelli, 21AZ-0038 №-li, yarımavtomatik, pompalı, təklüləli yivsiz odlu ov tüfənginə 4 ədəd patron yerləşdirib təxminən 300 metr irəlidə Bərdə şəhəri istiqamətində asfalt yolun sağ kənarında İsrəfil Hüseynovun idarə etdiyi avtomobilin arxasında öz avtomobilini saxlayıb təklüləli yivsiz odlu ov tüfəngini atəşə hazır vəziyyətə gətirib yerə düşmüş, qarşıdakı avtomobildən düşən İsrəfil Hüseynov və Şahid1 ilə üzbəüz dayanıb Şahid1 da atəş istiqamətində olmasına məhəl qoymaraq sonuncunun həyat və sağlamlığı üçün təhlükə yarandığını şüurlu surətdə dərk edərək İsrafil Hüseynova doğru təxminən 5 metr məsafədən ardıcıl olaraq 4 dəfə atəş açaraq İsrafil Hüseynova sağ 8-9-10-11-ci qabırğaların və 8-9-10-cu fəqərələrin sınıqları,qara ciyərin, sağ böyrəyin yaralanması ilə qarın boşluğuna keçən, döş qəfəsinin daxilə keçməyən, sol sağrı nahiyəsinin kor odlu silah yaralanması nəticəsində dərəcəsinə görə ölümlə nəticələnən sağlamlığa ağır zərər vurmaya aid edilən, döş qəfəsi nahiyəsinin odlu silah yaralanmaları ilə əlaqədar daxili üzvlərin, qaraciyər, böyrəyin yaralanmaları nəticəsində baş vermiş kəskin qanitirmədən ölümünə səbəb olan xəsarətlər yetirməklə ümumi təhlükəli üsulla X10 qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-in 120.2.2-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək, CM-in 120.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, arvadı Gülşən, övladları Eltun və Misir Hacıyevlə birlikdə Bərdə rayonu, Lənbəran kəndində özümə məxsus evdə yaşamışdır. X4 2005-ci il tarixdə Ağcabədi rayon sakini Hacıyeva (Haqverdiyeva) Nargilə Kamandar qızı ilə ailə həyatı qurmuş, birgə nikahlarından 2006-cı il təvəllüdlü Nərgiz Hacıyeva, Aysu Hacıyeva və Məhəmməd Hacıyev adlı üç uşaqları olmuşdur. Xaqani əvəllər ailəsi ilə birlikdə Bərdə şəhərində yaşamış,daha sonra isə qardaşi Rusiya Federasiyasında işlədiyi üçün ailəsi ilə birlikdə Rusiya Federasiyasında yaşamışdır.İsrəfil onun həmkəndlisi olmaqla qonşusu olmuş və qardaşı Xaqani ilə birlikdə RF-da işləmişdir. Həmin vaxtlarda Xaqani ilə İsrəfilin yoldaşlıq münasibətləri olmuş, bir-birinin evlərinə gedib-gəlmişlər. Qardaşı 2 il bundan öncə RF-dan deport olunmuş, Bərdə rayonuna gəlmiş, arvadı Nargilə və uşaqları Rusiya Federasiyasında Nargilənin atasının yanında qalmışlar. Həmin vaxtdan da qardaşı ilə arvadı ayrılmışlar. İsrəfil təxminən 6 il öncə RF-da cinayət törətdiyindən məhkum olunmuş və təxminən bir il yarım bundan öncə azadlğa çıxmış və Nargilə ilə münasibət qurmuş və bir yerdə yaşamışlar. Qardaşının uşaqları da Nargilə və İsrəfillə birlikdə yaşamışlar. İsrəfilin bu hərəkətindən sonra onunla İsrəfilin arasında telefonla mübahisə düşmüş və sonuncu onu söymüşdür. xx.xx.2021-ci il tarixdə Xaqani ürək çatışmazlığından ölmüşdür. Xaqani ürək çatışmazlığından öləndə Nargilə və İsrəfili günahkar bilmişdir. İsrəfil həməin vaxtlarda hətta onun oğlu Misirə də telefonla zəng vurub onu təhqir etmişdir. İsrəfil hadisələn əvvəl deport olunmuş və Bərdə rayonuna gəlmişdir. Nargilə isə ondan sonra Bərdə rayonuna gəlmişdir. xx.xx.2022-ci il tarixdə, saat 17-18 radələrində o, üzünü təraş etdirmək üçün kəndlərində yerləşən bərbərxanaya getmiş, bərbərxananın qarşısında xeyli sayda insan olduğu üçün qardaşı Elxasa məxsus avtomobilə benzin tökmək üçün yanacaqdoldurma məntəqəsinə getmişdir. Kəndin içərisində şəhid şəkilləri olan yerdə tanımadğı bir nəfər kişi ona əl edərək avtomobili saxlamağı demiş,onlar avtomobili saxlamış,həmin şəxs ona Xaçın çay istiqamətində getmək istədiyini bildirmiş, o da həmin şəxsə həmin yerə gedəcəyini demiş və onlar birlikdə getmişdir. O, kəndin çıxışında körpünün üzərində hərəkət edən zaman ağ rəngli «Vaz 2106» markalı avtomobillə ilə üzüzə gəlmiş,lakin sürcüsünü tanımamışdır. O, hərəkətdə olan zaman həmin nəqliyyat vasitəsinin sürücüsü avtomobili geri döndərib onun arxasınca gəlmiş və onun avtomobilinin qarşısına çıxaraq onu saxlatdırmışdır. Sürücü avtomobildən düşmüş və ona tərəf gələn zaman həmin şəxsin İsrəfil olduğunu bilmişdir.O, həmin vaxt avtomobildən düşməmiş, İsrəfil ona yəxınlaşıb avtomobildə ailə üzvlərinin olub-olmadığını soruşdmuşdur.O, avtrmobildə İsrəfilə ailə üzvlərindən heç kimin olmadığını bildirib sonuncuya getməsini demişdir. O, irəlidə İsrəfil isə arxada avtomobili sürmüşdür. Bir qədər getdikdən sonra İsrəfil avtrmobilin işığı ilə ona işarə verib yolunu kəsmiş, İsrəfil və sonuncunun yeznəsi Emin avtomobildən düşmüş və ona tərəf gəlmişdir. Həmin vaxt avtomobillərin arasında təxminən 3-4 metr məsafə olmuşdur. O da avtomobildən aşağı düşmüş və İəsrəfilgilin ona çatmaqlarına təxminən 1-2 metr məsafə qalmış avtmobildə gəzdirdiyi özünə məxsus vinçester tüfəngini götürmüş və İsrəfil və yeznəsi Elvin ona çatan vaxt ondan aralı durmalarını və çıxıb getmələrini demişdir. O, İsrəfil və Elvinə xəbərdarlıq etməsinə baxmayraq, sonuncuların yenə də onun üzərinə gəldiklərindən, İsrəfil və Elvinin onu vuracaqlarını düşündüyündən, o İsrəfili qorxutmaq üçün tüfəngdən bir dəfə havaya atəş açmışdır.Həmin vaxt Elvin İsrəilin göstərişi ilə onun üzərinə hücum çəkmiş və onun əlindən tutaraq silahı əlindən almaq istəmiş, hətta Elvin ona kəllə ilə vuraraq burnuna xəsarət yetirmişdir. O, da Elvini kəllə ilə vurmuşdur. Elvin onun əlindən tüfəngi almaq istəyəndə dartışma nəticəsində tüfəngdən bir neçə dəfə atəş açılmış və İsrəfilə dəymiş və İsrəfil «ay mama» dedeiyindən atəşdən sonra o, Elvinə artıq mübahisə etməmələrini və İsrəfili xəstəxanaya aparmasını demiş özü isə polis şöbəsinə gedərək könüllü təslim olmuş, tüfəngi də polis şöbəsinə təhvil vermişdir.Baş vermiş hadisə barədə də könüllü olaraq etirafedisi ifadə etmişdir.Onun İsrəfili öldürmək niyyəti olmamış,hadisə ehtiyyatsızlıqdan baş vermiş və İsərəfilə atəş açılanda İsrəfilin yanında və həmin istiqamətdə heç kim olmamışdır.Birinci güləni göyə atdıqdan sonra Elvin ona hücum etmiş və tüfəngi onun əlindən alsın deyə tüfəngdən tutub onu dartışdıran zaman güllələr açılmağa başılamışdır. Həmin vaxt o, göyə güllə atdıqdan sonra tüfəngi İsrəfilə doğru tutduğundan çəkişmə zamanı atılan güllələr İsrəfilə dəymişdir. O,Elvinlə İsrəfilin arasına güllə atmamış, güllə atılan zaman İsrəfillə Elvin fərqli istiqamətdə olmuşlar.Bundan başqa həmin vaxt sonuncuların arasında avtombil olduğundan ,hətta güllə atılmış olsaydı belə onlara yox avtomobilə dəyməli idi.O,İsrəfili öldürmək istəməməiş ,İsrəfili öldürmək niyyəti olsaydı sonuncu ilə onun arasında 2 metrdən az məsafə olduğundan və ona həmin vaxt heç kim mane olmadığından, xəbərdarlıq üçün İsrəfilin başının üstündən atdığı ilk gülləni və sonrakı güllələri souncunun ürəyindən vurub dərhal öldürərdi.Təqsirləndirlən şəxs daha sonra müdafəçinin suallarına cavab olaraq bildirimşdir ki,o mütəmadi olaraq İsrəfil tərəfindən təhdid edilmiş, hətta bir dəfə ounun öldürülməsi məqsədi ilə də avtomobillərini təmir etdirmək məqəsdi ilə onun üstünə adamlar göndərmiş o, vaxtında duyuq düşdüyündən həmiş şəxslərdən yaxa qurtarmış və həmin şəxslərin barəsində polisə müraciət etmişdir.Həmin şəxslər polis tərəfindən saxlanılmış və qısa müddətdən sonra buraxılmışlar. O,İsrəfili öldürmək istəməmiş,atəşlər dartışma nəticəsində baş vermişdir.istintaq zamanı və məhəkəmədə verdiyi ifadələri verən zaman özündə olmadığından,məhəkəmədə verdiyi sonuncu ifadəsini təsdiq edir. Məhkəmədən onun əməlinin düzgün qiymətlənidirlməsini və ədələtli cəza təyin olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X35 ifadəsində göstərmişdir ki, İsrəfil onun böyük oğlu olmuşdur. İsrəfil Rusiya Federasiya Perm şəhərində yaşamış və ticarətlə məşğul olmuşdur. X31 adlı qızla evlənmiş, İsrəfilin övladı olmamışdır. İsrəfil 2021-ci ilin dekabr ayının əvvəllərində sənədlərini düzəltmək üçün Bərdə şəhərinə gəlmişdir. 22 yanvar 2021-ci il tarixdə saat 13 radələrində İsrəfil ona zəng edərək, 23 yanvar 2021-ci il tarixdə gecə Bakıya, oradan da təyyarə ilə Rusiyaya gedəcəyini bildirmişdir.Təxminən saat 15 radələrində İsrəfil Elvinlə birgə avtomobili təmir etmək üçün Bərdə rayonu, Hacallı kəndinə Lətif adlı ustanın yanına gedəcəyini demişdir. O, bacısı Simuzəri evlərinə düşürdükdən sonra, İsrəfil və Elvinin yanına getmişdir. İsrəfil ona orada olarkən həm bacanağı Rəhimin yas yerinə gələcəyini, həm də Rusiyaya gedəcəyindən ailə üzvləri ilə görüşmək istədiyini demişdir. O, İsrəfilə Elxanla rastlaşarsa Elxanla işi olmamasını, ondan uzaq durmasını demişdir. Elxanı tanımış, onun əsl adı Sərvan olmuş, kənd arasında Elxan demişlər. O, Bərdə rayonu, Lənbəran kəndinə getmiş, evdə olarkən saat 16-17 radələrində İsrəfilə zəng etmiş, sonuncu cavab verməmişdir. Saat 17 radələrində o, Elvinə zəng etmiş, X43 kəndindən çıxaraq Lənbəran kəndinə gələcəklərini demişdir. Elvin 22 yanvar 2022-ci il tarixdə, saat 17-18 radələrində ona zəng vurmuş və “Elxan İsrəfili güllələdi” demişdir. O, Dilqəmlə hadisə olan tərəfə getmiş,yolda Elvini görmüş Elvin avtomobili yaxşı idarə edə bilmədiyindən o,İsrəfilin olduğu «Vaz 21060» markalı avtomobili xəstəxanaya tərəf sürmüş, Qarayusifli kəndinə çatanda 103 təcili tibbi yardım avtomobili gəlmiş X23 mərkəzinə aparmışlar. İsrəfilin arvadı Nargilə İsrəfillə evlənməmişdən əvvəl Elxanın qardaşı Xəqani ilə evli olmuş, Xəqani həmin vaxt Rusiyada yaşamışdır. İsrəfil və Xəqani qohum olmuş, kənddə eyni küçədə qonşu kimi yaşamışlar. Xəqani bir il əvvəl ölmüş , Sərvan Xəqaninin ölümündə İsrəfili günahkar görmüş və İsrəfilin Xəqaninin arvadı ilə evlənməsini qəbul etməmişdir. Sərvanın oğlu Misir onun arvadı avtomobildə olarkən avtomobili saxlatdırmış və oğlu Dilqəmi təhqir etmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir və ən ona ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, İsrəfil Hüseynov onun qaynıdır. xx.xx.2022-ci il tarixdə saat 16 radələrində o,İsrəfillə Rəhimin yas mərasiminə Lənbəran kəndinə getmişdir. İsrəfil “VAZ 2106” markalı avtomobili idarə etmiş, o, ön yan oturacaqda əyləşmişdir. Avtomobildə ikisi olmuşdur. Saat 17: 40 radələrində Xaçın çayının üzərindəki körpüdən keçəndə əks istiqamətdən Lənbəran kəndi istiqamətində kənd arasında “Elxan” adı ilə tanınan Təqsirləndirilən şəxs «Vaz 21099» markalı avtomobillə gəlmişdir. O, Bərdə şəhəri istiqamətində hərəkət etmişdir. O, qaynı İsrəfilə avtomobilin içindən əl işarəsi ilə qayıt işarəsi vermişdir. Sərvan avtomobildən düşməmişdir.İsrəfil avtomobillə onun ardınca getmişdir. Bu zaman o, İsrəfilə birdən Sərvanla dalaşarsan, Rusiyaya gedəcəksən, özünü işə salma demişdir. İsrəfil ona narahat olma demişdir. Sərvanın avtomobilndə bir nəfər kişi olmuş, həmin şəxsi tanımamışdır. Onlar 100-150 metr getdikdən sonra Sərvan avtomobili saxlamış, həmin vaxt İsrəfil avtomobilini Sərvanın avtomobilinin qarşısında saxlamışdır. İsrəfil avtomobildən düşmüş, o da Sərvan İsrəfillə dalaşar deyə avtomobildən aralamaq üçün düşmüşdür. İsrəfil Sərvanın avtomobilnə yaxınlaşmış, sürücü tərəfdən Sərvana yan şüşəni açmağını demişdir. Sərvan avtomobildən düşməmiş, digər şəxs də yan oturacaqda əyləşmişdir. İsrəfil Sərvandan avtomobildə qadın olub-olmamasını soruşmuş, Sərvan həmin vaxt avtomobildə sürücü oturacağının altında nə isə axtarmışdır. O, bu zaman avtomobilin ön şüşəsinin qarşısında olmuşdur. Sərvan İsrəfilə avtomobili irəliyə sürməyi demiş, İsrəfil və o, avtomobilə minmiş, Elxanın ardınca getmişlər. O, İsrəfilə Sərvanı vurmamağı, dalaşmamağını demiş, İsrəfil dalaşmayacağını, sadəcə Sərvanın dərdinin nə olduğunu bilmək istədiyini demişdir. Sərvan avtomobillə 150-200 metr getdikdən sonra saxlamış, İsrəfil də avtomobili Sərvanın avtomobilinin qarşısında saxlamış, İsrəfil avtomobildən aşağı düşmüş, ona isə avtomobildə oturmağını demişdir. O da avtomobildən düşməmişdir. İsrəfil avtomobilin qapısını bağladığı an bu zaman şıqqıltı, “zarajat” səsi gəlmiş, o tez avtomobildən düşmüş, bu zaman Sərvan tüfənglə İsrafilə tərəf atəş açmışdır.Həmin vaxt onlar üzbəüz dayanmış və Sərvanın yanında avtomobildə əyləşmiş şəxs avtomobildən düşüb qaçmışdır. İsrəfil və Sərvanın arasında 3 metr məsafə olmuşdur. Sərvan İsrəfilə tərəf irəliləmiş, İsrəfil maşına tərəf qaçmış, həmin vaxt İsrəfilə güllənin dəyib-dəymədiyini bilməmişdir. O, Sərvana tərəf qaçmaq istəyəndə Sərvan tüfənglə onun və İsrəfilin arasına bir dəfə atəş açmış, lakin ona güllə dəyməmişdir. Sərvan yenindən arda-arda iki dəfə tüfənglə İsrəfilə atəş açmışdır. İsrəfil həmin vaxt arxasını Sərvana tərəf çevirmiş güllədən qaçmaq istəmişdir. İsrəfil ona “ qoyma onu” demiş, o, Sərvana tərəf qaçmış, Sərvanın əlindən silahı almaq üçün bir əli ilə silahın ucundan, digər əli ilə Sərvanın biləyindən tutmuşdur. Sərvan ona kəllə ilə burnundan zərbə vurmuş,o da Sərvana kəllə ilə zərbə vurmuşdur. Sərvan yenidən kəllə ilə üzündən zərbə vurmuş, o, silahı Sərvanın əlindən ala bilməmiş Sərvana silahı versin deyə yalvarmışdır. O,Sərvana otur maşına get demiş, ona hər ikimiz 3-ə qədər sayaq silahı buraxaq demiş, o, silahdan əlini çəkmişdir. Bundan sonra o arxa arxaya İsrəfilə tərəf getmiş, Sərvan da silahı da götürüb avtombilinə minib Bərdə istiqamətində getmişdir. O, İsrəfilə tərəf gəlmiş, silkələmiş, İsrəfil bu zaman yerə yıxılmışdır. O, Mersedes markalı avtomobili saxlatdırmış, Mersedesin sürücüsü və 2 nəfər kömək edərək İsrəfili sonuncunun avtomobilin arxa oturacağına yerləşdirmiş, daha sonra avtomobili özü idarə edərək, 1 ci sürətlə “skorusla” idarə etmişdir. O, 103 xidmətinə, qaynatası Hümbətə zəng vurmuş Elxanın İsrəfili vurduğunu demişdir. O, Bərdə şəhəri Mal bazarının yaxınlığına çatanda Təcili tibbi yardım xidmətinin avtomoli gəlmiş, İsrəfili həmin avtomobilə yerləşdirmişlər. Bildiyinə gorə İsrəfil Nargilə ilə evləndikdən sonra Sərvanın qardaşı öldüyündən və Sərvanın qardaşının ölümündə İsrəfili günahkar bildiyindən onların arasında münasibət yaxşı olmamışdr. O, və Sərvan silahdan tutaraq dartışan zaman atəş açıldığını eşitməmiş və görməmişdir. Sərvan ona tərəf atəş açmamış, lakin o, tüfəngi onun əlindən almaq üçün onunla mübarizə aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Qazaxlar kəndində çobanlıq etmişdir. 22 yanvar 2022-ci il tarixdəLənbəran kəndində ferması olan Fərahim adlı şəxsin yanına getmək üçün Lənbəran kəndinə getmişdir.O, Fərahimə zəng etmiş, sonuncu isə kənddə olmadığını bildirmişdir.Həmin gün 17:30 radələrində Lənbərandakı kənd yolunda, Şəhidlər abidəsinin yanında durmuş, «VAZ 21099» markalı avtomobilə əllə işarə verib saxlatdırmış ,Xaçın çayı tərəfə gedibgetmədiyini soruşmuş, həmin şəxs ona həmin istiqamətdə getdiyini bildirmiş, o, həmin avtomobilin ön oturacağına əyləşmiş və onlar getmişlər. Xaçın tərəfədəki dəmir körpünü keçən zaman , Bərdə şəhərindən kənd istiqamətinə doğru əks istiqamətdə gələn ağ rəngli «VAZ 2106» markalı avtomobil gəlmişdir.Həmin ağ rəngli «VAZ 2106» maraklı avtomobil onların avtomobilin önündə saxlamış və «VAZ 2106» markalı avtomobilin sürücüsü o əyləşdiyi avtomobilə tərəf gəlmiş, bu zaman o, avtomobildə yanında əyləşdiyi şəxsə şüşəni açmadan avtomobili sürüb getməsini demişdir. Onlar 100-150 metr getdikdən sonra «VAZ 2106» markalı avtomobil gəlmiş və avtomobili Lənbəran kəndinin girişində onların avtomobilin önündə saxlamışdır. «VAZ 2106» markalı avtomobildə əyləşən 2 nəfər kişi onların olduğu avtomobilə tərəf gələn zaman onun yanında əyləşən və avtomobili idarə edən şəxs avtomobildən düşərək «Vaz 2106» markalı avtomobilin sürücüsü istiqamətində bir dəfə atəş açmışdır. Bu zaman «VAZ 2106» markalı avtomobilin sürücüsünə güllənin dəyib-dəymədiyini bilməmiş, lakin həmin şəxs ayaq üstə olmuşdur.O,qorxduğundan avtomobildən düşümüş oradan qaçmış kənardan hadisəni izləmişdir. Bundan sonra onların olduğu avtomobilin sürücüsü yenidən «VAZ 2106» markalı avtomobilin sürücüsünə tüfənglə atəş açmış, ardınca daha 2-3-cü dəfə atəş səsi eşitmişdir.Atəşlərdən sonra «VAZ 2106» markalı avtomobilin sürücü “ ay mama” demiş, onun yanında olan şəxsə «VAZ 21099» markalı avtomobilin sürücüsünü tutmağı demiş, həmin şəxs isə qorxduğunu demişdir. Həmin vaxt «VAZ 2106» markalı avtomobilin sürücüsünün yanında olan şəxs atəş açan şəxsin silahının lüləyindən tutaraq silahı dartışmışlar. Daha sonra onlar aralanmış və onun olduğu avtomobilin sürücüsü avtomobilnə minərək Bərdə şəhəri isitqamətinə getmişdir. Gülləni atan şəxs «Vaz 2106» marakalı avtomobildə vurulan şəxsin yanında olan şəxsə ona kömək etməyini və avtomobili sürməyini demiş, həmin şəxsi xəstəxanaya aparmaq lazım olduğunu bildirmiş ,o isə avtomobil sürə bilmədiyini və qorxduğunu demişdir. Həmin şəxs vurulan şəxsi «Vaz 2106» markalı avtomobilə yerləşdirərək Bərdə şəhəri istiqamətində getmiş, o isə Xaçın çayı istiqamətində yol maşını ilə getmişdir. O, tüfənglə atəş açan şəxsi tanımamış, indi də kim olduğunu bilməmiş, həmin şəxs ona avtomobildə olan zaman hər hansı bir söz deməmiş, söhbət də etməmişdir Həmin şəxs tüfəngi onun yanında götürmüş və digər şəxsə atəş açmışdır. O qorxduğu üçün DİN-nin 102 xidmətinə bu hadisə barədə məlumat verməmiş,nə etdiyini bilməmişdir. O, tüfənglə atəş açan şəxsin «Vaz 2106» markalı avtomobildə olan sürücünün yanındakı şəxsə atəş açdığını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, X17 ilə 2019-cu ildə rəsmi nikahda olmuşdur.Birgə nikahlarından övladları olmamışdır.O, X28 ilə birgə nikahlarından olan övladları 2006-cı il təvəllüdlü Nərgiz Hacıyeva, 2008-ci il təvəllüdlü Alsu Hacıyeva, 2012-ci il təvəllüdlü Məhəmməd Hacıyevlə birgə yaşamışdır. İsrəfil meyvə satmaqla məşğul olmuşdur. 13 noyabr 2021-ci il tarixdə İsrəfilə Rusiyada məhkəmə qərarı ilə ölkə hüdudlarından kənara çıxarılma cəzası verildiyindən, İsrəfil 26 noyabr 2021-ci il tarixdən Bərdə şəhərinə gəlmişdir. İsrəfil o gələnə kimi Lənbəranda atasının yanında qalmışdır. O, hərdən Lənbəran kəndinə getdiyini ona telefonla demişdir. O, 11 yanvar 2022-ci il tarixdə Rusiya Federasiyasından Bərdə şəhərinə uşaqlarının sənədlərini qaydasına salmaq üçün gəlmişdir. İsrəfil 25 yanvar 2022-ci il tarixdə təyyarə ilə Belarusiyaya getməli olduğundan və o da həmin gün Rusiya Federasiyasına getməli olduğundan İsrəfil 22 yanvar 2022-ci ildə xalası yoldaşı Rəhimin yas mərasiminə getmək və atası ilə görüşmək üçün Lənbərana gəlmişdir. İsrəfil atasının istifadəsində olan «VAZ 2106» markalı avtomobili idarə etmişdir. O, Bərdə şəhərinə gələndə İsrəfil Sərvana nə zəng etmiş, nə görmüşdür. İsrəfil ona Sərvanla (Elxanla) heç vaxt üzbəüz gəlmədiyini demişdir. Lakin Sərvan yayda İsrəfilin ailəsini ölümlə təhdid etdiyin bilmiş,İsrəfilin qardaşı Dilqəm və anası Bəsirə bu barədə polisə şikayət etmişdir. Sərvanı (Elxanı) əvvəlcədən tanımışdır. Belə ki, o, 2005-ci ildən 2016-cı ilə qədər Sərvanın qardaşı X29 ilə birgə qalmışdır.O, 2017-ci ildə Bərdə rayon məhkəməsində rəsmi olaraq Xəqani ilə boşanmışdır. İsrafil və Xəqani həmkəndli kimi Rusiyada olduqları zaman münasibətləri olmuşdur. Elxan o, İsrəfillə evləndikdən sonra onunla bir dəfə danışmış, İsrfil Sərvana onun anasını narahat etməməyi demişdir. Sərvanın mübahisəsi onun Xəqani ilə boşandığı üşün onların, İsrəfillə onun ailəsini sındırmaq olmuşdur. Sərvan 2018-ci ildə X52 şəhərinə dayılarının yanına gəlmiş, onun atasına onun həyatını məhv edəcəyini demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. Digər qardaşı Xəqani 2021-ci ildə ürək çatışmazlığından ölmüşdür. Sərvan evinin həyətində minik avtomobillərini təmir etməklə məşğul olmuşdur. Sərvan qardaşlarının ölümündən sonra əsəb xəstəsi olmuşdur. Hacıyev İsrəfili həm qohum həm də qonşu kimi tanımışdır. Xəqaninin Nargilə ilə birgə nikahından 3 uşağı olmuşdur. Nargilə və Xəqani Rusiyada yaşamışlar. Daha sonra Nargilə və Xəqani ayrılmış, İsrəfil Rusiyada cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra Nargilə ilə evlənmişdir. Xəqaninin qızlarının 14-16 yaşı, oğlunun isə 10 yaşı olduğundan , onların heysiyyatına toxunmunduğundan o və Sərvan qardaşı övladlarını Nargilədən onlara verməyini istəmiş,sonuncu isə onalara uşaqları verməmişdir. 22 yanvar 2022-ci il tarixdə o, X44 çayıının yanındakı körpü tərəfdə yolda tüfənglə öldürdüyünü əmisi oğlu Fəzaildən eşitmişdir.Hadisə olan günü Sərvanın idarə etdiyi avtomobil ona məxsus olmuşdur. Avtomobili hadisədən sonra polis şöbəsinə təhvil vermişdir. Sərvanın hadisə zamanı istifadə etdiyi tüfəngin Sərvanda olduğunu bilmişdir. Həmin tüfəngi Sərvan evin həyətinə çaqqal və vəhşi heyvanlar daxil olanda ev heyvanlarını qorumaq, ov etmək üçün istifadə etmişdir. Həmin gün Sərvanın tüfəngi avtomobilə yerləşdirdiyini görməmişdir. Sərvanın İsrəfili öldürəcəyi ilə bağlı məlumatlı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Elxan adı ilə, İsrəfili də həmkəndli kimi tanımışdır. Sərvan və İsrəfilin arasında problem İsrəfilin Sərvanın qardaşı Xəqanin arvadı Nargilə ilə münasibətlərinin olması olmuşdur. 22 yanvar 2022-ci il tarixdə saat 18:00-da Sərvan telefonla ona zəng vurmuş və silahla İsrəfilə atəş açdığını demişdir. Sərvan ona evinə getməyini deyib uşaqlarına və arvadına İsrəfilin qohumlarının nəsə edə biləcəyindən qorxduğunu bildirmişdir. O, Sərvanın evinə getmiş, Sərvanın arvadı Gülşən, oğlu Eltun evdə olmuş, həmçinin qohumları gəlmişdir. O, 18:20-də Sərvanın mobil telefonuna zəng etmiş, sonuncun harada olduğunu soruşmuş, Sərvan ona silahı da götürüb Bərdə polis şöbəsinə getdiyini demişdir. O, Sərvanın gözləməyini, şöbəyə bir yerdə getmələrini demiş,sonra Bərdə polis şöbəsinin CAB-nin Lənbəran kəndinə baxan əməliyyat müvəkillinə zəng etmiş və hadisə barədə, Sərvanı da gətirəcəyi barədə məlumat vermişdir.O, “Pojarni” adlanan dairədən Bərdə polis şöbəsinə gedən yolun kənarında Sərvanın idarə etdiyi avtomobili görmüş, Sərvan avtomobilin qapısının açıb silahı götürmüş., həmin an polis əməkdaşları gəlmiş, silahı da götürüb Sərvanla bir yerdə polis şöbəsinə getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Elxan adı ilə tanınmış , Sərvanın bacısı Gülşənin əri olmuşdur.İsrəfili də tanımış onunla düşmənçiliyi və ədavəti olmamışdır. Sərvanla İsrəfilin arasında münaqişə İsrəfilin Sərvanın qardaşı Xəqanin keçmiş arvadı Nargilə ilə münasibətlərinin olması olmuşdur. 22 yanvar 2022-ci il tarixdə o, saat 18 radələrində Sərvana telefonla zəng etmiş, lakin sonuncu telefona cavab verməmişdir. Sərvan saat 18:17 radələrində ona zəng etmiş, özünə məxsus silahdan atəş açıldığını deyib və bacısı və onun uşaqlarının yanına getməyini bildirmiş, özü isə polisə təslim olmağa gedəcəyini demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, X24 onun əridir. Sərvan kənd arasında Elxan adı ilə tanınmışdır. İsrəfil Hüseynovu tanımış, onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Sərvanın qardaşı Xəqani 2021-ci ildə ölmüş, Xəqaninin əvvəlki arvadı X32 Federasiyasında evlənmişdir. 22 yanvar 2022-ci il tarixdə o və oğlu Elton, Elxan evdə olmuşdur. Elxan saçını kəsdirmək üçün 17- 18 radələrində kənddə bərbərə gedəcəyini demişdir. İsrəfil Sərvana zəng vurmuş, hədələmiş, onun qardaşına söymüşdür. Sərvan həmin gecə əsəbləşmiş, əsəb xəstəsi olmuşdur. 2021-ci ildə iyun ayında tanımadığı şəxs o, Sərvanın yanında olarkən, onun telefonun zəng etmiş, Bakıdan olduğunu, Bəciravan kəndindən olduğunu, avtomobilini vurduğunu, avtomobilə baxmaq lazım olduğunu bildirmişdir. Sərvan avtomobilin şəklini çəkərək telefonla ona göndərmək lazım olduğunu bildirmişdir. Sərvan və Elxaz avtomobillə həmin şəxslərlə görüşmüş, Sərvan bundan sonra polisə şikayət edərək, həmin şəxslər tərəfindən öldürülmək istənildiyini bildirmişdir. Həmin şəxslər polis tərəfindən tutulmuş, 3 gün sonra buraxılmışlar. Sərvanın ov etmək üçün 2021-ci ildə silah aldığını bilmiş, ama silahın özünü görməmişdir. Sərvan İsrəfili silahla vurduqdan sonra ona zəng etməmiş, qohumlar onlara gələndə o, Sərvanın silahdan atəş açdığını bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Hacıyev X39 Hacıyevanın ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, o, X10 tanımış,İsrəfil onun dayısı oğludur, münasibətləri yaxın olmuşdur. Elxan adı ilə kənddə tanınan Təqsirləndirilən şəxs tanımışdır. Sərvanla düşmənçiliyi və ədavətim olmamışdır. Sərvanın qardaşı Xəqaninin əvvəlki arvadı Nargilə İsrəfillə evləndiyi üçün Sərvanla İsrəfilin münasibətləri pis olmuşdur. 22 yanvar 2022-ci ildə saat 14 radələrində Bərdə şəhərində dairədə İsrəfilin avtomobili ilə qarşılaşmış və İsrəfillə 2-3 dəqiqə ayaqüstü söhbət etmişdir. Həmin gün saat 16 radələrində İsrəfil və Elvin Bərdə şəhərinə, o, işlədiyi yerə getmişdir. Saat 17:50 radələrində o, İsrəfilə zəng vurmuş, İsrəfildən harada olduğunu soruşmu, İsrəfil ona Lənbərana atasının yanına getdiyini, Lənbəranda, Xaçın çayının üzərindəki körpüyə çatdığını bildirmişdir. Bu zaman söyüş işlətmiş, telefonda danışıq kəsilmişdir.O, təkrərən İsrəfilə zəng etsə də, İsrəfil cavab verməmişdir. Saat 17:58-də Elvin ona zəng edərək, “ Elxan İsrəfilə atdı, gəl” demişdir. O, anası ilə Lənbərana getdiyi zaman Mal Bazarının yanındaTəcili tibbi yardımın avtomobili ilə qarşılaşmışdır. Sonradan bilmişdir ki,X23 Mərkəzinə aparmışlar, sonuncu əməliyyat edilmiş və orada ölmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, İsrəfil onun böyük qardaşı olmuşdur.Elxan adı ilə kənddə tanınan Təqsirləndirilən şəxs tanımış, həmkəndlisi olmuşdur. Sərvanla düşmənçiliyi və ədavəti olmamışdır. Sərvanın qardaşı Xəqaninin əvvəlki arvadı Nargilə İsrəfil evləndiyi üçün Sərvanla İsrəfilin münasibəti pis olmuşdur. İsrəfil 2021-ci ilin noyabr ayında Bərdə şəhərinə gəlmiş və kirayədə qalmışdır. O, Lənbəran kənində atasının və ailəsinin yanına arada gəlmişdir. Nargilə isə İsrəfil Azərbaycan gəldikdən sonra Bərdəyə gəlmişdir. İsrəfil Azərbaycana gəldiyi vaxtdan hadisə baş verən günə kimi Sərvanla qarşılaşmamışdır. İsrəfil ölməmişdən əvvəl 2021-ci ilin yayında Sərvan avtomobili Lənbəranda kənddə onun üstünə sürmüşdür. Bu barədə o, Bərdə rayon polis şöbəsinə şikayət etmişdir. 22 yanvar 2022-ci il tarixdə xalası yoldaşı Rəhim vəfat etmiş, o və atası Hümbət yas yerində olduqları zaman atası ona əyləş maşına gedək demişdir. Avtomobildə atası Sərvanın qardaşı İsrəfili güllələdiyini demişdir. O və atası Lənbəran yazılan yerdən irəlidə İsrəfilin avtomobilini görmüşdür. Avtomobili Elvin sürmüşdür. Daha sonra İsrəfilin avtomobilini atası sürmüşdür. O, Mal Bazarı adlanan yerdə Qarayusifli kəndi ərazisində Təcili yardımın gəldiyini görmüş, onu avtomobilə mindirmişdir. X23 Mərkəzinə gətirilmiş, orada əməliyyat olunmuş, lakin axşam saatlarında ölmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, X10 tanımışdır. İsrəfil onun dostu olmuşdur, münasibətləri yaxın olmuşdur. Elxan adı ilə kənddə tanınan Təqsirləndirilən şəxs tanımışdır. Təqsirləndirilən şəxslə uzaq qohumluq münasibətləri olmuş, Sərvanla düşmənçiliyi və ədavəti olmamışdır. İsrəfillə Sərvanın münasibətləri pis olmuşdur. 22 yanvar 2022-ci il tarixdə saat 14 radələrində İsrəfil telefonla ona zəng vurub «Vaz 2106» markalı avtomobilin ön hissəsinin rənglənməsini istəmişdir. Avtomobili rənglədikdən sonra İsrəfillə bir qədər söhbət etmişdir. 22 yanvar 2022-ci il tarixdə axşam saatlarında İsrəfilin Sərvan tərəfindən silahla öldürüldüyünü eşitmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 22 yanvar 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu 22 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bərdə Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs oğlunun barəsində 04 (dörd) ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 22 yanvar 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “hadisə yerinə baxış keçirilməsi” haqqında 23 yanvar 2022-ci il tarixli protokola və ona əlavə edilmiş fotocədvələ əsasən, Bərdə rayonu Lənbəran kəndindən Bərdə şəhər istiqamətinə gedən asfalt yol və onun sağ və sol hissələridir. Baxış zamanı “1,2,3,4” nömrələri ilə şərti işarələnmiş 04 ədəd giliz, “5” şərti rəqəmi ilə işarələnmiş 03 ədəd torba, qanabənzər mayedən tənzif tampona hopdurulmaqla “6” şərti rəqəmi ilə işarlənmiş nümunə, “7” şərti rəqəmi ilə işarələnmiş 01 ədəd qış papağı, “8” şərti rəqəmi ilə işarələnmiş 01 ədəd qış gödəkçəsi, “9” şərti rəqəmi ilə işarələnmiş 01 ədəd”Kent” markalı siqarət, 01 ədəd kibrit qutusu, 01 ədəd plastik əşyavə 02 ədəd kiçik metal əşya ayrı-ayrılıqda müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. 1şərti rəqəmi ilə işarələnmiş gilizlə 2 şərti rəqəmi ilə işarələnmiş giliz arasında 2,6 metr, “2” şərti rəqəmi ilə işarələnmiş gilizlə “3” şərti rəqəmi ilə işarələnmiş giliz arasında 55 santimetr, 4 şərti rəqəmi ilə işarələnmiş gilizlə asfalt yolun kənarındakı məsafə 18 santimetr, “6” şərti rəqəmi ilə işarələnmiş qanabənzər maye gölməçə ilə “1” şərti rəqəmi ilə işarələnmiş giliz arasında məsafə 6 metr təşkil etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 04 fevral 2022-ci il tarixli 71/21 nömrəli rəyinədən gönür ki, Təqsirləndirilən şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma kimi fərdi psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs ona qarşı edilən hüquqazidd hərəkətlərdən əvvəl adi, baş vermiş hadisə zamanı və hadisədən sonra isə əsəbi və həyəcanlı psixi-emosional halda olmuşdur. Bu halın yaranma səbəblərindən biri zərərçəkmişlə aralarında olan mübahisə ola bilər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmətibbi ekspertizasının 22 yanvar 2022-ci il tarixli 04 nömrəli rəyindən görünür ki, mərhum X6 meyitinin bədənində aşağıdakı xəsarətlər-sağ Vİİİ-İX-X-Xİ qabırğaların və Vİİİ-İX-X-cu fəqərələrin sınıqları, qara ciyərin, sağ böyrəyin yaralanması ilə qarın boşluğuna keçən, döş qəfəsinin daxilə keçməyən, sol sağrı nahiyəsinin kor odlu silah (qırma) yaralanmaları vardır. Həmin xəsarətlər həyatidir, ölümdən az əvvəl törənmişlər, müddəti qərarda göstərilən- xx.xx.2022-ci il tarixə uyğun gəlir, xəsarətlərin xarakterik xüsusiyyətlərinə görə və yumşaq toxuma içərisindən aşkar edilərək çıxarılan metal yad cismə (qırmaya) əsasən demək olar ki, bu yaralar patronu qırma ilə doldurulmuş odlu silahdan açılmış atəş (atəşlər) nəticəsində qırmaların təsirindən törənmişdir və dərəcəsinə görə ölümlə nəticələnən sağlamlığa AĞİR zərər vurmaya aiddir. X1 ölümünə döş qəfəsi nahiyəsinin odlu silah (qırma) yaralanmaları ilə əlaqədar daxili üzvlərin (qaraciyər, böyrəyin) yaralanmaları nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. X2 ölümü meyit əlamətlərinin inkişaf mərhələsinə görə demək olar ki, onun meyitinin məhkəmə-tibbi müayinəsindən əvvələ doğru 2-4 saat olar baş vermişdir. X2 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşkar olunan xəsarətlərin yerləşdikləri nahiyəyə və yara kanallarının istiqamətinə görə demək olar ki, döş qəfəsi nahiyəsindəki yara kanalının istiqaməti sağdan-sola, yuxarıdan-aşağıya doğru, sol sağrı nahiyəsindəki yara kanalının istiqaməti isə arxadan-önə doğru olmuşdur. X1 meyitinin bədəni üzərində olan yaraların odlu silah yaralanmasının giriş dəlikləri olub mərmi (qırma) ilə dondurulmuş odlu silahdan mərmilərin (qırmaların) kompakt (yığcam) və atəşin əlavə faktorlarının təsir etdiyi məsafədən açılmış atəşlər nəticəsində əmələ gələ bilərdilər. X1 meyitindən götürülmüş qanda məhkəməkimya tədqiqiatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir.( xx.xx.2022-ci il tarixli 284/k saylı maddi sübutların müayinəsi aktı). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəməballistik və trasoloji ekspertizasının 05 mart 2022-ci il tarixli, 3/166, 3/171 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd silah Türkiyədə “Adler Arms” müəssisəsində zavod üsulu ilə istehsal edilmiş, “12 kalibrli, “AXE” modelli, “21AZ-0038” №-li, pompalı, təklüləli tüfəngdir - yivsiz odlu ov silahıdır, saz vəziyyətdədir, tətiyini çəkmədən kənar fiziki təsir nəticəsində atəş açılmır və atəş açmaq üçün yararlıdır.Silahın hissələrinin üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir.Bu modelli silahdan atəş açıldıqdan sonra,şəraitdən asılı olaraq giliz sağa doğru istiqamətdə 2-4 metrə qədər məsafəyə düşür.Tədqiqata təqdim edilmiş 4(dörd) ədəd predmet zavod üsulu ilə hazırlanmış,12 kalibrli olmaqla, həmin kalibrə malik yivsiz odlu ov tüfənglərində istifadə edilmək üçün nəzərdə tutulmuş patronların atəşlə ayrılmış hissələridir-gilizləridir. Həmin gilizlər tədqiqata təqdim edilmiş “AXE” modelli, “21 AZ-0038” №-li ov tüfəngindən atılmışdır. Tədqiqata təqdim edilmiş 10(on) ədəd predmet yivsiz ov tüfənglərində istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış, patronların daxilinə doldurulan atəş komponentlərinin hissəsidir-qırmalardır. Həmin qırmaların üzərində xüsusi əlamətlərə malik olmadığından, onların “AXE” modelli, “21 AZ-0038” №-li ov tüfəngindən atılıb-atılmadığını müəyyən etmək mümkün olmamışdır. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd predmet yivsiz odlu ov tüfənglərində istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış 12 kalibrli patronun daxilinə doldurulan atəş komponentinin hissəsidir- polietilen (“konteyner” tipli) tıxacdır. Həmin tıxacın üzərində izlər xüsusi əlamətlərə malik olmadığından tıxacın “AXE” modelli, “21 AZ-0038” №-li ov tüfəngindən atılıb-atılmadığını müəyyən etmək mümkün olmamışdır. Tədqiqata təqdim edilmiş bir ədəd silahın lülə kanalda atəşin əlavə tam yanmamış tüstüsüz barıt hissəciklərinin aşkar edilməsinə əsasən, həmin silahdan atəş (atəşlər) açılmışdır. Lakin müvafiq elmi metodik vəsait olmadığından atəşin vaxtını müəyyən etmək mümkün olmamışdır. Tədqiqata təqdim edilmiş “İsrəfil Hüseynova” məxsus olduğu qeyd edilən bir ədəd jilet, bir ədəd gödəkçə, bir ədəd jaket, bir ədəd qolsuz mayka, bir ədəd cins şalvar, bir ədəd alt tumanının üzərində rəyin tədqiqi hissəsində göstərilən sayda və ölçüdə zədə vardır. Bir ədəd jilet, bir ədəd gödəkçə, bir ədəd qolsuz maykanın üzərində ətrafında qurğuşun metal izinin aşkar edilməsinə baxmayaraq, onların ətrafında atəşin əlavə faktoru olan, tam yanmamış, tüstüsüz barıt hissəciklərinin aşkar edilməsinə, onların formasına, ölçüsünə, morfoloji quruluşuna əsasən bir ədəd jilet, bir ədəd gödəkçə, bir ədəd qolsuz maykanın üzərində olan zədələr giriş zədəsi olmaqla, hamarlüləli odlu silahdan açılan bir atəş nəticəsində mərmilərin-qırmaların təsirindən, 2 metrdən yuxarı məsafədən, soldan sağa doğru istiqamətdə, bir ədəd cins şalvar və bir ədəd alt tumanı üzərindəki zədələrin ətrafında atəşin əlavə faktoru olan, tam yanmamış tüstüsüz barıt hissəciklərinin və qurğuşun metal izinin aşkar edilməsinə, onların forması, ölçüsünə, morfoloji quruluşuna əsasən həmin zədələr giriş zədəsi olmaqla, hamarlüləli açılan bir atəş nəticəsində mərmilərin-qırmaların təsirindən, 20 sm-dən 2 metrədək olan məsafə daxilində, sağdan sola doğru istiqamətdə yetirilməyə xarakterikdir. Bu zədələr təqdim edilmiş silahdan açılan atəş nəticəsində qırmaların, o cümlədən təqdim edilmiş İsrafil Hüseynovun bədənindən götürülmüş kiçik oval formalı seçməyə bənzər metalların təsirindən də yarana bilər. Bu zədələrin rikoşet güllənin təsirindən yaranıb- yaranmamasını müəyyən etmək mümkün olmamışdır. Zədələrin ətrafından aşkar edilmiş atəşin əlavə faktoru olan, tam yanmamış tüstüsüz barıt hissəcikləri digər geyim əşyalarının üzərində təqdim edilmiş “21AZ-0038” markalı tüfəngin lülə kanalından aşkar edilmiş tam yanmamış tüstüsüz barıt hissəcikləri ilə öz kimyəvi tərkibinə görə eynilik təşkil edir. Tədqiqata təqdim edilmiş üzərində “İsrəfil Hüseynova” məxsus olduğu qeyd edilən bir cüt ayaqqabı, üzərində “ Təqsirləndirilən şəxs və “Şahid1” məxsus olduğu qeyd edilən geyim əşyalarının səthində odlu silahdan açılan atəş nəticəsində mərmilərin-qırmaların təsirindən yaranmağa xarakterik zədələr aşkar edilmədi. Tədqiqata təqdim edilmiş üzərində “ Təqsirləndirilən şəxs”ə məxsus olduğu qeyd edilən geyim əşyalarının və “ Şahid1” məxsus olduğu qeyd edilən bir ədəd gödəkçənin səthindən atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edildi. Bu hissəciklər digər geyim əşyalarının üzərindən və təqdim edilmiş “21AZ-0038” markalı tüfəngin lülə kanalından aşkar edilmiş tam yanmamış tüstüsüz barıt hissəcikləri ilə kimyəvi tərkibinə görə eynilik təşkil edir. Tədqiqata təqdim edilmiş İsrəfil Hüseynova” məxsus olduğu qeyd edilən digər geyim əşyalarının üzərində atəşin əlvaə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edilmədi. Atəş açlan zaman İsrafil Hüseynovun və Təqsirləndirilən şəxs vəziyyəti müəyyənləşdirilsin sualı istintaq yolu ilə müəyyənləşdirilə bilər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə ballistik ekspertizasının 10 may 2022-ci il tarixli, 3/574 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd silah Türkiyədə “Adler Arms” müəssisəsində zavod üsulu ilə istehsal edilmiş, “12 kalibrli” “AXE” modelli, “**-AZ-***8” nömrəli öv tüfəngindən atəş yarımavtomatik şəkildə açılır.Xüsusi ədəbiyyatlarda göstərilən texniki məlumatlara əsasən zavod üsulu ilə doldurulmuş patronların daxilində olan qırmalar atəş prosesində silahın lülə ağızlığından konteynerin daxilində səpələnmədən (yayılmadan) kompakt halda çıxır və təxminən 2,5 metr məsafədən sonra səpələnməyə başlayır və məsafə artdıqca səpələnmə radiusu böyüyür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmətibbi bioloji ekspertizasının 31 mart 2022-ci il tarixli 70/2022-MTBŞ saylı ekspert rəyindən görünür ki, mərhum X9 ABO sistemi üzrə qrup göstəricisi:Balfa (İİİ), Şahid1 ABO sistemi üzrə qrup göstəricisi:A(İİ)(şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən), Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi:A(İİ)(şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən). Ekspertizaya təqdim edilmiş İ.H. Hüseynova məxsus gödəkçə, qolsuz jilet, boz rəngli parca şalvar, qolsuz köynək, kişi tumanı, jaket, 02 ədəd tənzif kəsiyi, 01 ədəd pambıq tampon, 10 ədəd qırmalar, tənzif kəsiyi, 01 ədəd tıxac, E.M. Əlişova məxsus uzunqol jaket, parça şalvar, S.M. Hacıyevə məxsus uzunqol gödəkcə, hadisə yerindən götürülmüş gödəkcə üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə İ.H. Hüseynova məxsus gödəkçə, qolsuz jilet, hadisə yerindən götürülmüş gödəkcə, boz rəngli parca şalvar, qolsuz köynək, kişi tumanı, bir ədəd jaket, 02 ədəd tənzif kəsiyi, 01 ədəd pambıq tampon, 10 ədəd qırmalar, tənzif kəsiyi, hadisə yerindən götürülmüş gödəkcə və 01 ədəd tıxac üzərində yalnız “B” antigeni alındı. Aqqlyutininlər isə alınmadı. Belə olan halda bu qan ləkələri Balfa (İİİ) qruplu şəxsə, o cümlədən də X11 məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş S.M. Hacıyevə məxsus uzunqol gödəkcə üzərində olan ləkələrin qrup göstəriciləri ABO sistemi üzrə tədqiq edildikdə yalnız “A” antigeni alındı. Aqqlyutininlər isə alınmadı. Belə olan halda bu qan ləkələri Abeta(İİ) qruplu Təqsirləndirilən şəxs və ya Şahid1 məxsus ola bilər (əgər onlarda qanaxma ilə müşahidə olunan xəsarətləri olubsa), Ekspertizaya təqdim edilmiş E.M. Əlişova məxsus uzunqol jaket və bir ədəd parça şalvar üzərində olan ləkələrin qrup göstəriciləri ABO sistemi üzrə tədqiq edildikdə yalnız “A” antigeni alındı. Aqqlyutininlər isə alınmadı. Belə olan halda bu qan ləkələri Abeta(İİ) qruplu Şahid1 və ya Təqsirləndirilən şəxs məxsus ola bilər (əgər onlarda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarətləri olubsa). Ekspertizaya təqdim edilmiş bir ədəd tüfəng, S.M. Hacıyevə məxsus gecə alt köynəyi, cins şalvar və bir ədəd mələfə üzərində qan, İ.H. Hüseynova məxsus bir cüt qış ayaqqabısı, E.M. Əlişova məxsus qısaqol köynək, Təqsirləndirilən şəxs məxsus kişi alt şalvarı, uzunqol jaket, hadisə yerindən götürülmüş qış papağı və 05 ədəd patron üzərində isə qana şübhəli ləkələr aşkar olunmadı. Bir ədəd mələfənin üzərində tük və dırnaq qalıntıları aşkar olunmadı. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmətibbi ekspertizasının 24 yanvar 2022-ci il tarixli 57 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-alının sol yarısının, burun kökünün, sol gözaltı nahiyənin sıyrıqları, sol gözaltı nahiyənin qançırı, hər iki dodağın diş səthində, sağ arxa təpə nahiyəsinin səthi əzilmiş yaraları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmətibbi ekspertizasının 31 yanvar 2022-ci il tarixli 75 nömrəli rəyindən görünür ki, Şahid1 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət-burun kökü nahiyəsinin sıyrığı küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş avtomobilə baxış keçirilməsi haqqında 23 yanvar 2022-ci il tarixli protokola və ona əlavə edilmiş fotocədvələn görünür ki, X6 idarə etdiyi “Vaz 21060” markalı, **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ oturacağının rezin materialdan olan örtüyünün üst və alt hissəsindən qanabənzər ləkədən tənzif tampona hopdurulmaqla nümunə müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 06 aprel 2022-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokola və ona əlavə edilmiş fotocədvələn görünür ki, hadisə yerinə baxış istintaq hərəkəti zamanı aşkar edilmiş, “8” şərti rəqəmi ilə işarələmiş və maddi sübut kimi götürülmüş 01 ədəd kapşonlu qış gödəkçəsi tanınmaya təqdim olunmuşdur. Şahid1 tanınma üçün ona təqdim edilmiş qış gödəkçələrini diqqətlə nəzərdən keçirib 3 nömrəsi altında tanımaq üçün ona təqdim edilmiş qış gödəkçəsinin ona məxsusluğunu, qış gödəkçəsini bağlanan ön hissədə olan qırmızı xəttdən, ciblərinin yanındakı emblem kimi əlamətlərinə görə tanıdığını, xx.xx.2022ci il tarixdə həmin qış gödəkçəsi onun əynində olduğunu, daha sonra İsrəfil Hüseynovu avtomobilə yerləşdirməyə getdiyi zaman həmin qış gödəkçəsini yolunun kənarına atdığını təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 23 yanvar 2022-ci il tarixli “ifadənin yerində yoxlanması” haqqında protokolandan görünür ki, Təqsirləndirilən şəxs 22 yanvar 2022-ci il tarixdə, təxminən saat 17-18 radələrində həmkəndlisi X10 onu öldürmək istədiyini düşündüyü üçün tüfənglə sonuncunu vurduğu yeri və şəraiti göstərərək törətmiş olduğu cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmiş, 23 yanvar 2022-ci il tarixli protokolla ifadənin yerində yoxlanılması istintaq hərəkəti rəsmiləşdirilərək onun şübhəli şəxs qismində istintaqa vermiş olduğu ifadəsinin düzgünlüyü müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 05 aprel 2022-ci il tarixli ifadənin yerində yoxlanması istintaq hərəkəti haqqında protokolundan görünür ki, ifadəsi yerində yoxlanılan Şahid2 bildirmişdir ki, “VAZ 21099” markalı avtomobildə əyləşən 2 nəfər kişi “VAZ 21099” markalı mən əyləşdiyim avtomobilə tərəf gələn zaman onun yanında əyləşdiyi şəxs avtomobildən düşərək 1-ci atəşi göyə ya yerə atmış bilməmiş, ama atəş açmış, cəmi 3 dəfə atəş açıldığını görmüş və eşitmiş, “Vaz 21099” markalı avtomobilin sürücüsü 2-ci atəşi açandan sonra “Vaz2106” markalı avtomobilin sürücü yıxılmamış, ama ona güllə dəymişdir. 3-cü atəş zaman vurulan şəxs “ay mama” demiş, avtomobilin arxa qapısı tərəfdə yıxılaraq, qohumudur yaxud kimdirsə həmin şəxsə silahı əlindən almasını demişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 17 aprel 2022-ci il tarixli ifadənin yerində yoxlanması istintaq hərəkəti haqqında protokolundan görünür ki, ifadəsi yerində yoxlanılan Şahid1 bildirmişdir ki, İsrəfil avtomobildən düşən kimi şakkıltı səsi gəlmiş, o düşəndə görmüşdür tak-tak səsləri gəlmişdir. O baxdığı zaman Sərvan İsrəfilə tərəf silahı tutub ata-ata gəlmişdir. O bu zaman Sərvan tərəf cummaq istəyəndə Sərvan o və İsrəfilin arasına atəş açmışdır.O, İsrəfilə baxanda sonuncu avtomobilin arxa qapısı tərəfə söykənmişdir. İsrəfil ona Sərvanın əlindən silahı almağını demişdir. O, Sərvana tərəf cummuş, silahdan yapışmış, sonuncun yola tərəf basmalamışdır. O, 3-4 dəfə atəş səsi eşitmiş, Sərvan silahı İsrəfilə tərəf tutub atəş açıb üstünə gəlmişdir. İfadənin yerində yoxlanılması zamanı protokola əlavə olunmaq üçün Şahid1 Sərvan, İsrəfil və onun arasında məsafələri və duruş vəziyyətlərini əyani şəkildə göstərmiş və sxem tərtib olunmuşdur. Sxemə əsasən İsrəfil və Sərvan üzbəüz duruş vəziyyətində olmuş, aradakı məsafə təxminən 5 metr olmuş, İsrəfillə və özünün arasındakı məsafə isə 2 metr olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 17 mart 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, istintaq zamanı verdikləri ifadələrdə ziddiyətlər olan Şahid1 və Təqsirləndirilən şəxs üzləşmiş, Şahid1 Təqsirləndirilən şəxs üzünə ilk atılmış güllənin İsrəfil Hüseynova dəyib-dəymədiyini görmədiyini, lakin silahla atəş açan zaman güllələrdən ikisinin İsrəfil Hüseynova dəydiyini, Təqsirləndirilən şəxslə silahdan tutub dartışan zaman atəş açılmadığını, özünün və İsrəfilin əlində hər hansı deşici və kəsici alət, bıçaq olmadığını demişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 17 mart 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, istintaq zamanı verdikləri ifadələrdə ziddiyətlər olan Şahid2 və Təqsirləndirilən şəxs üzləşmiş, Şahid2 Təqsirləndirilən şəxs üzünə sonuncunun İsrəfil Hüseynova 3 dəfə atəş açdığını, 2-ci və 3-cü atəş zamanı Sərvan və İsrəfilin üzbəüz olduğunu, Şahid1la Təqsirləndirilən şəxs silahdan tutub dartışan zaman silahdan atəş açılmadığını demiş, Təqsirləndirilən şəxs silaha 4 patron doldurduğunu üzləşdirmə zamanı bildirmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş "xxxx" MMC-nin 07 aprel 2022-ci il tarixli, 5801 nömrəli məktuna əlavə edilmiş 01 ədəd CD diskə baxış protokoluna əsasən aşağıdakılar müəyyən edilmişdir: - “**********90.SMS” faylı açıb içərisinə baxış keçirən zaman qeyd olunan mobil nömrəyə daxil olan və həmin nömrədən göndərilən smslərdə iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar edilmədi. - “**********90.txt” faylı açıb içərisinə baxış keçirən zaman qeyd olunan mobil nömrənin Bərdə rayonu, Lənbəran kəndində yaşayan Elxan Hacıyevə məxsus olduğu, həmin mobil nömrəni faktiki Təqsirləndirilən şəxs istifadə etdiyi mobil nömrə “**********94” mobil nömrəsi ilə xx.xx.2022-ci il tarixdə, saat 17:58:08 saniyədə 14 saniyə, “**********” mobil nömrəsi ilə xx.xx.2022-ci il tarixdə, saat 18:00:19 saniyədə 38 saniyə, “**********” mobil nömrəsi ilə xx.xx.2022-ci il tarixdə saat 18:02:29 saniyədə 99 saniyə, “**********” mobil nömrəsi ilə xx.xx.2022-ci il tarixdə saat 18:06:24 saniyədə 9 saniyə, “**********” mobil nömrəi ilə xx.xx.2022-ci il tarixdə saat 18:07:26 saniyədə 23 saniyə, “**********” mobil nömrəsi ilə xx.xx.2022-ci il tarixdə saat 18:14:38 saniyədə 65 saniyə, “**********” mobil nömrəsi ilə xx.xx.2022-ci il tarixdə saat 18:16:02 saniyədə 22 saniyə, saat 18:20:50 saniyədə 11 saniyə, saat 18:27:48 saniyədə 47 saniyə, saat 18:38:49 saniyədə 18 saniyə, saat 18:45:09 saniyədə 14 saniyə, “**********” mobil nömrəsi ilə xx.xx.2022-ci il tarixdə saat 18:17:00 saniyədə 120 saniyə, saat 18:34:25 saniyədə 38 saniyə, “**********” mobil nömrəsi ilə xx.xx.2022-ci il tarixdə saat 18:40:42 saniyədə 93 saniyə, “**********” mobil nömrəsi ilə xx.xx.2022-ci il tarixdə saat 18:42:40 saniyədə 23 saniyə, “**********” mobil nömrəsi ilə xx.xx.2022-ci il tarixdə 18:42:58 saniyədə 32 saniyə, 18:47:59 saniyədə 22 saniyə aralarında telefon danışığı baş tutmuşdur. “**********” mobil nömrəsi ilə xx.xx.2021-ci il tarixdə saat 12:44:41 saniyədə 352 saniyə, saat 13:48:39 saniyədə 108 saniyə, xx.xx.2022-ci il tarixdə saat 15:24:30 saniyədə 52 saniyə, saat 15:25:57 saniyədə 180 saniyə, saat 15:48:18 saniyədə 115 saniyə, saat 15:51:32 saniyədə 113 saniyə, saat 15:56:54 saniyədə 56 saniyə, saat 15:59:38 saniyədə 248 saniyə telefon danışığı baş tutmuşdur. -“antena2022.xls” faylı açıb içərisinə baxış keçirən zaman xx.xx.2022-ci il tarixdə saat 17:57:11 saniyədə Bərdə rayonu, Lənbəran kəndi ilə sərhəd olan Ağcabədi rayonu, Qiyaməddinli kəndi ərazisində olduğu müəyyən edildi. - “abuneciler.xls” faylı açıb içərisinə baxış keçirən “**********” mobil nömrəsinin Bərdə rayonu, Lənbəran kəndində yaşayan Şahid5, **********” mobil nömrəsinin Bərdə rayonu, Lənbəran kənd sakini Şahid4, **********” mobil nömrəsinin Bərdə rayonu, Lənbəran kənd sakini X12, “**********” mobil nömrəsinin Bakı şəhəri, Sulutəpə qəsəbəsi ev 16-da qeydiyyatda olan X21, “**********” mobil nömrəsinin Bərdə rayonu, Lənbəran kənd sakini X22, “**********” mobil nömrəsinin Ağcabədi rayon Qiyaməddinli kənd sakini Şahid6, “**********” mobil nömrəsinin X36, , “**********” mobil nömrəsinin Ağcabədi rayonu, Qiyaməddinli kənd sakini X18 məxsus olduğu müəyyən edildi. - “antena2021.xls” faylı açıb içərisinə baxış keçirən zaman iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar edilmədi. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş ilmiş "xxxx" MMC-nin 01 mart 2022-ci il tarixli, 3568 nömrəli məktuna əlavə edilmiş 01 ədəd CD diskə baxış protokoluna əsasən aşağıdakılar müəyyən edildi: -“**********22-SMS.txt” faylı açıb içərisinə baxış keçirən zaman qeyd olunan mobil nömrəyə daxil olan və həmin nömrədən göndərilən smslərdə iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar edilmədi. - “**********22”.txt” faylı açıb içərisinə baxış keçirən zaman qeyd olunan mobil nömrənin Bərdə rayonu, Lənbəran kəndində yaşayan Hüseyn Hüseynova məxsus olduğu, həmin mobil nömrəni faktiki X6 istifadə etdiyi mobil nömrə “516761290” mobil nömrəsi ilə xx.xx.2022-ci il tarixdə, saat 16:05:32 saniyədə 67 saniyə, “513899306” mobil nömrəsi ilə xx.xx.2022-ci il tarixdə, saat 16:48:44 saniyədə 10 saniyə, saat 18:02:25 saniyədə 87 saniyə, “507561609” mobil nömrəsi ilə xx.xx.2022-ci il tarixdə saat 17:03:38 saniyədə 34 saniyə, “508312949” mobil nömrəsi ilə xx.xx.2022-ci il tarixdə saat 17:06:47 saniyədə 415 saniyə, “**********” mobil nömrəsi ilə xx.xx.2022-ci il tarixdə saat 17:14:19 saniyədə 53 saniyə, “514106047” mobil nömrəsi ilə xx.xx.2022-ci il tarixdə saat 17:46:14 saniyədə 106 saniyə, saat 18:22:19 saniyədə 69 saniyə, “**********” mobil nömrəsi ilə xx.xx.2022-ci il tarixdə saat 17:49:28 saniyədə 76 saniyə aralarında telefon danışığı baş tutmuşdur. -“antena2022.xls” faylı açıb içərisinə baxış keçirən zaman xx.xx.2022-ci il tarixdə saat 17:13:47 saniyədə Bərdə rayonu, Xanərəb kəndi ərazisində olduğu müəyyən edildi. -“abuneciler.xls” faylı açıb içərisinə baxış keçirən “513899306” mobil nömrəsinin Bərdə rayonu, Lənbəran kəndində yaşayan X25, **********” və “507561609”mobil nömrəsinin Bərdə rayonu, Həsənli kənd sakini Şahid10, “**********” mobil nömrəsinin Bərdə rayonu, Lənbəran kənd sakini X13, “**********”mobil nömrəsinin Bərdə rayonu, Həsənli kənd sakini Şahid10 məxsus olduğu müəyyən edildi. -“antena2021.xls” faylı açıb içərisinə baxış keçirən zaman smslərdə iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar edilmədi. - “adlarına olan nomreler.xls adlı faylın içərisinə baxış keçirən zaman iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar edilmədi. Qeyd olunanlardan başqa diskə baxış keçirilən zaman sübut əhəmiyyəti kəsb edən əlavə məlumat aşkar edilmədi. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 22 yanvar 2022-ci il tarixli götürmə protokoluna əsasən, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 01 ədəd qış gödəkçəsi, 01 ədəd cins şalvar, 01 ədəd jaket, 01 ədəd gecə köynəyi, 01ədəd mayka, 01 ədəd gecə şalvarı, 01 ədəd tuman götürülmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 22 yanvar 2022-ci il tarixli götürmə protokolundan görünür ki, “Bərdə RMX”PHŞ-nin diaqnostika mərkəzinin həkimi X49 hadisə baş verən günü İsrəfil Hüseynovun əynində olmuş və cərrahiyyə əməliyyatı zamanı çıxarılmış 01 ədəd şalvarı, 01 ədəd uzunqol koftanı, 01 ədəd jaketi, 01 ədəd gödəkçəni, 01 ədəd kapşonlu (papaqlı) gödəkçəni,01 cüt qış ayaqqabısını, cərrahiyyə əməliyyatı zamanı İsrafil Hüseynovun bədənindən çıxarılmış 01 ədəd qırmanı, 01 ədəd tıxacı istintaq könüllü təqdim etmiş və qeyd olunanlar götürülərək protokola əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş sənədə baxış keçirilməsi haqqında 03 fevral 2022-ci il tarixli protokola və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi 12 kalibrli, “Adler-arms” markalı, 21 AZ-0938 nömrəli yivsiz lüləli ov silahı saxlanılması və təyinatıüzrə istifadə edilməsi üçün30iyul 2021-ci ildə verilib 1706 nömərli şəhadətnamə sonuncuya verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 23 yanvar 2022-ci il tarixli mobil telefona baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs 22 yanvar 2022-ci il tarixdə 050-525- 57- 18, “Eltun 2” adı ilə qeyd edilmiş ***-***-**-**, “Tonba» adı ilə qeyd edilmiş ***-***-**-**, ***-***-**-**, “Niyazi” adı ilə qeyd edilmiş 050-311- 63 -30, “Vüsal” adı ilə qeyd edilmiş ***-***-**-**, “Elşen Video» adı ilə qeyd edilmiş ***-***- **-**, ***-***-**-** (buraxılmış zəng), «Mepxemet» adı ilə qeyd edilmiş ***-***-**-** , «İlkin» adı ilə qeyd edilmiş ***-***-**-** telefon nömrələri ilə danışmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 03 fevral 2022-ci il tarixli mobil telefona baxış protokolundan görünür ki, 22 yanvar 2022-ci il tarixdə X17 15:48, 15:58 dəqiqədə «Letif A» (+**********1) adlı şəxslə, saat 16:05, 17:49, 19:02 dəqiqədə «Ata Azerb»( +**********06), saat 16:07 dəqiqədə «Ziveyde Mamam» (+**********309), adlı şəxslə, +********** mobil nömrəsi ilə saat 16:29,18:46, 17:05 dəqiqədə, saat 17:06 dəqiqədə «Sima» (+**********90), «Zara Mamam» saat 18:03, 18:04 dəqiqədə, «Ayqun xazeka» (+**********49) adlı şəxslə 18:07 dəqiqədə, «Murad 2» (+**********)adlı şəxslə 18:50 dəqiqədə danışmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2022ci il tarixli, 15749 nömrəli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə, saat 17 radələrində xx.xx.1973-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Bərdə rayonu, Lənbəran kəndində asfalt yolda X13 odlu silahdan atəş açarkən sonuncunun müqavimətinin qırılmasında kənar şəxslərin iştirakı müəyyən olmamışdır. Təqsirləndirilən şəxs İsrəfil Hüseynova silahdan atəş açarkən hadisənin şahidi İsrəfilin bacısı əri Şahid1 və Şəki şəhər sakini Şahid2 olmuşdur. Şəki şəhər sakini Şahid2 ilə Təqsirləndirilən şəxs arasında əvvəlcədən tanışlıq münasibətləri olmamış, hadisə baş verən günü Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21099” markalı avtomobilə Bərdə şəhəri istiqamətində magistral yola çıxmaq üçün əyləşmişdir. Hadisə baş verən günü İsrəfil Hüseynovun idarə etdiyi etdiyi avtomobildə onun bacısı əri Şahid1 olmuş və hadisənin şahidi olmuşdur. X6 hadisə baş verən günü və saatda Bərdə rayonu, Lənbəran kəndinə gəlməsi barədə har hansı şəxsin məlumat verməsini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs hadisə baş verən zamanı istifadə etdiyi “Adler-Armas” markalı, 21 AZ-0038 markalı ov tüfənginin əvvəllər onun tərəfindən hər hansı hadisə zamanı istifadə etməsi barədə rayon polis şöbəsində məlumat əldə edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli, ***-**** nömrəli Bərdə RPŞ-nin məktubuna əlavə edilmiş özünü könüllü təqdim etmə barədə protokolundan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 17 radələrində Bərdə rayonu, Lənbəran kəndinin ərazisində olan asfalt yolda şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanə xx.xx.1973-cü il təvəllüdlü Bərdə rayonu Lənbəran kənd sakini Təqsirləndirilən şəxs həmkəndlisi xx.xx.1990-cı il təvəllüdlü X13 Bərdə RPŞ-da qeydiyyat alınmış Türkiyə Respublikası istehsalı 12 kalibrli AXE modelli, “Adler Arms” markalı təklüləli odlu silahla yaxın məsafədən birn neçə dəfə atəş açaraq xəsarət yetirmiş, könüllü olaraq Bərdə RPŞ-ya gələrək istintaqa könüllü təslim olmuş, hadisə törətdikdən sonra təqsirini boynuna aldığını bildirmiş və hadisə zamanı atəş açdığı 12 kalibrli AXE modelli, “Adler Arms” markalı təklüləli odlu silahı istintaqa təqdim etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş X68 Dispanserinin 29 yanvar 2022-ci il tarixli, 48 nömrəli sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs X68 Dispanserində dispanser müşahidəsində deyildir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 09 iyun 2022-ci il tarixli, SDS-842/2022 nömrəli sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində Bərdə Rayon Məhkəməsinə son 3 il ərzində təqsirləndirici material daxil olmamış və baxılmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu kartotekasından görünür ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “Bərdə rayon Mərkəzi xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli, 215 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Bərdə RMX”-nin poliklinikasının narkoloji və ruhi-əsəb kabinetində dispanser qeydiyyatda deyildir. Təqsirləndirilən şəxs xx.xx.2022ci il tarixdə poliklinika şöbəsinin oftomoloji kabinetinə XBT (T15.0) “Buynuz qişada yad cisim” diaqnozu ilə müraciət etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli, 4966 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində rayon polis şöbəsində heç bir material olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bərdə rayon polis şöbəsinin 10 may 2022-ci il tarixli, 138-15421 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına “Adler-Arms” markalı “2AZ-0038” markalı silah qeydiyyata alınmış, Təqsirləndirilən şəxs adına hər hansı başqa silah qeydiyyatda yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bərdə RİHBnin Lənbəran kənd İƏD-si üzrə nümayəndəliyinin 03 fevral 2022-ci il tarixli, 53 №-li arayışı və eyni tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu, Lənbəran kəndində qeydiyyatda olmaqla həmin kənddə ailəsi ilə birlikdə yaşayır. Ailə üzvləri arvadı Şahid8, yetkinlik yaşına çatmış oğulları 1997-ci il təvəllüdlü Şahid9 və 2001ci il təvəllüdlü X30, anası X14, qardaşı Şahid4, qardaşının arvadı X19, qardaşı oğulları X37 və X5 ibarətdir. Təqsirləndirilən şəxs sakit, müalyim, çalışqan insan olmuş, kənd əhalisi arasında hörmətə malik olmuş, ictimai və təşkilatı tədbirlərdə fəal iştirak etmişdir. Bundan əlavə, barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 30 may 2022-ci il tarixli “Sübutların qiymətləndirlməsi haqqında” qərardan görünür ki, 01 ədəd odlu ov tüfəngi, 04 ədəd giliz, 01 ədəd tıxac, 10 ədəd qırma, 02 ədəd tənzif kəsiyi, 01 ədəd pambıq tampon, İsrəfil Hüseynova məxsus 01 ədəd gödəkçə, 01 ədəd qolsuz jilet, 01 ədəd jaket, 01 ədəd qolsuz mayka, 01 ədəd cins şalvar, 01 ədəd alt tumanı, Təqsirləndirilən şəxs məxsus 01 ədəd qış gödəkçəsi, 01 ədəd cins şalvar, 01 ədəd uzunqol jaket, 01 ədəd ədəd uzunqol alt köynəyi, 01 ədəd uzunqol alt şalvarı, Şahid1 məxsus 01 ədəd qış gödəkçəsi, “Xiaomi Mi A2 Lite” maraklı 01 ədəd telefon və “Samsung Galaxy M 21” markalı 01 ədəd mobil telefonBərdə rayon prokurorluğunun “maddi sübutların saxlanması otağı”nda saxlanılır, 02 ədəd “CD” disk və 03 ədəd “DVD” disk cinayət işinin materiallarına əlavə edilmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə İsrəfil və Elvinin onu vuracaqlarını düşündüyündən, İsrəfil və Elvinə xəbərdarlıq etməsinə baxmayraq, sonuncular yenə də onun üzərinə gəldiklərindən, o sonuncuları qorxutmaq üçün tüfəngdən bir dəfə havaya atəş açması, həmin vaxt Elvinin onun əlindən tutaraq silahı əlindən almaq istəməsi zamanı dartışma nəticəsində tüfəngdən bir neçə dəfə atəş açılması və nəticədə İsrəfiə dəyməsi ilə bağlı ifadəsinə tənqidi yanaşaraq, özünün ilkin ifadələri, məhəkəmədə verdiyi ifadələri ilə, eləcə də iş üzrə dindirilmiş çoxsaylı şahidlərin ifadələri, hadisə yerinə, meyitə baxış, ifadənin yerində yoxlanılması, üzləşdirmə istintaq hərəkəti protokolları, maddi sübut, ekspert rəyləri ilə ilə tam təkzib olunduğundan həmin ifadəsini özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Məhkəmə həmçinin Şahid1 olğlunun İsrəfil və Sərvanın (Elxanın) arasında üç metr məsafə olması, onun (Elxan) Sərvana tərəf qaçmaq istəyəndə Sərvanın tüfənglə onun və İsrəfilin arasına bir dəfə atəş açması , lakin güllənin ona dəyməməsi ilə bağlı ifadəsi də istintaq hərəkəti protokolları, maddi sübut, ekspert rəyləri ilə tam təkzib olunduğundan zərərçəkmişin qohumu olmaqla (iş materiallarından göründüyü kimi Şahid1 zərəçəkmişin qaynıdır) və təqsirlondirilən şəxsə verimliş ittham üzrə onun vəziyyətini ağırlaşdıran xüsusatlara üstünlük verməsi və işin nəticəsi ilə maraqlı olması şübhə doğurmadığından Şahid1 ifadəsinin həmin hissəni inandırıcı hesab etməyib sübut kimi qiymətləndirmir. Belləklə, məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2-ci maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən tam, hərtərəfli və obyktiv araşdırma aparaılmadın yanlış olaraq Azərbaycan Respublikasının CM-nin 120.2.2-ci maddəsi ilə tövsif olunmuşdur. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs İsrəfil Hüseynovu qəsdən öldürməsi cinayətini ümumi təhlükəli üsulla törədilən əməl kimi qiymətləndirərkən, heç bir hüquqi fakta əsaslanmadan, yalnız zərərçəkmişlə qohumluq əlaqəsi olan şahid E. Əlişovun ifadəinə üstünlük verərək və əsas götürərək ümumi təhlükəli üsüulun nədə ifadə olunduğunu əsaslandırmadan Təqsirləndirilən şəxs törətmiş olduğu qəsdən adam öldürmə ilə bağlı cinayət əməlini Azərbaycan Respublikasının CM-nin 120.2.2.-ci maddəsi ilə tövsif etmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə bu mənada hesab edir ki, Təqsirləndirilən şəxs X6 məhz ümui təhlükəli üsulla qəsdən öldürməsi barədə ibtidai istintaq orqanının gəldiyi nəticə istər ibtidai istintaq, istərsə də məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş heç bir mötəbər sübutlarla öz təsdiqini tapmamışdır. Əvvəla təqsirləndirilən şəxsə verilmiş ittihamdan gorünür ki, guya təqsirləndirlən şəxs zərərçəkmiş şəxsi əli ilə çağırıb arxası ilə gəlməsini demişdir. Təqsirləndirirlən şəxsin zərərçəkmiş şəxsi əli ilə çağırıb arxası ilə gəlməsini bildirməsi məhəkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır .Bu fakt təqsirləndirilən şəxsin heç bir ifadəsində nə şübhəli, nə də təqsirləndirirlən şəxs qimsində vermiş olduğu ifadələrində zərərçəkmiş şəxsi əli ilə çağırmağını bildirməmişdir. Təqsirləndirilən şəxsin bu mənada ifadəsi onun hadisə vaxtı yanında olan və işin nəticəsi ilə heç bir marağı olmayan şahid Aslanın Abduyevin ifadəsi ilə də tam təsdiq edilir. Həmin şahid iafdəsində təqsirləndiriın şəxsin zərərçəkmiş şəxsi əli ilə çağırmasını görmədiyini ,elə bir halın olmadığını və əksinə təqsirlndirilən şəxsə avtomobilin yan şüşəsini açmadan sürub getməsini deməsini bir daha məhəkəmədlə təsdiq etmişdir. Bu mənada zərəşəçəkmiş şəxsin yaxın qohumu Şahid1 vermiş olduğu ifadəsi işdə olan heç bir digər sübütla məhəkəmədə öz təsdiqini tapmamış,əksinə işdə olan yuxarıda qeyd edtdiyimiz sübutlarla tam təkzib edilmişdir. Hadisənin həmçinin İ.Hüsuynovun qanunsuz hərəkətləri nətisəində baş verməsi məhəkmədə təsdiq olunmuşdur. Belə ki, işdə olan ifadələrdən görünür ki,avtomobili təqsirləndirirlən şəxsin qarşısına iki dəfə sürüb saxladan məhz zərərçəkmiş şəxs olmuşdur. Təqsirləndirilən şəxsin həmin vaxt avtomobilin yan şüşəsini qaldırması və onlara çıxıb getmələrini deməsi , zərərçkmiş şəxsin təqsirləndirilən şəxsin avtomobilinə yaxınlaşması və avtomobildə arvad uşaq olub olmamasını soruşması , təqsirləndirlən şəxsin zərərçəkmiş şəxsə xəbərdarlıq etməsinə baxmayaraq, ikinci dəfə avtomobili təqsirləndirilən şəxsin avtomobilinin önünə verib saxlaması da məhkəmədə öz təsdiqini tapmışdır.Başqa sozlə hadisənini birbaşa zərəçəkmiş şəxsin qanunsuz hərəkləri nəticəsində baş verməsi məhkəmədə tam öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxsin cinayəti ümumi təhlüklə üsulla törətməsinə gəlincə isə məhəkəmə hesab edir ki,əməlin ümumi təhlükləli üsulla törədilməsi məhkəmədə öz təsdiqini tapmamışdır. Belə ki, ki, təqsirləndirirlən şəxs ifadəsində bildirmişdir ki, birinci güləni göyə atdıqdan sonra zərəçəkmiş şəxs yenə ona hücum etmək istəmiş və Şahid1 bildirmişdir ki,tüfəngi onun əlindən alsın. Həmin vaxt Şahid1 qaçaraq onun əlində olan tüfəngdən tutub onu dartışdıran zaman güllələr açılmağa başılamışdır. Həmin vaxt göyə güllə atdıqdan sonra tüfəngi İsrəfilə doğru tutduğundan çəkişmə zamanı atılan güllələr İsrəfilə dəymişdir. Şahid1 isə ifadəsində göstərmişdir ki, guya həmin vaxt güllənin biri onunla İsrəfilin arasına atılmışdır . Məhkəmədə müəyyən olunmuşdur ki, İsrəfillə Elvin eyni deyil fərqli istiqamətlərdə durmuşlar, yəni onların biri avtomobilin bir tərəfində, digər isə avtomobilin başqa tərəfindən olmuş və onların arasında avtomobil olmuşdur. Başqa sözlə belə vəziyyətdə onların aralarına güllə atılmış olsaydı belə bu zaman güllə mütləq avtomobilı dəyməli idi. Lakin məhkəmədə avtomobilə güllənin dəyməsi müəyyən edilməmişdir. Şahid1 isə ifadəsində bildirmişdir ki,birinci güllədən sonra İsrəfilin araxası təqsirləndirilən şəxsə doğru olmuş, özünü güllədən qorumuşdur. Zərərçəkmiş şəxsin bədənində olan xəsarətlərin hər ikisi zərərçəkmiş şəxsə arxadan və bir qədər yandan dəyməsi müəyyəən edildiyndən, Şahid1 ifadəsində göstərdiyi xüsusatlar digər faktlarla tam təkizb edilmişdir. Yəni ikinci və üçüncü güllənin tor şəkildə zərərçəkmiş şəxsə dəyməsi təsdiq olunduğundan,həmin güllələrin Şahid1 dəyməsi mümkünsüz olmuşdur. Belə vəziyyətdə onların arasında avtomobilin olması və güllənin yaxın məsafədən açılması təhlükənin ümumiliyini istisna edir. Bundan başqa dördüncü güllənin harada olması, ümumiyyətlə istintaq tərfindən müəyyən olunmamışdır. Belə ki, hər üç patron sağ istiqamətə düşmüş və onlar arasında olan məsafə çox yaxın olmuş,digər patron isə sol tərəfə düşmüş və digər patronlardan daha uzaqda yerləşmişdir. Bundan başqa Şahid1 ifadəsində bildirmişdir ki, o və Sərvan silahdan tutaraq dartışan zaman atəş açıldığını nə eşitmiş, nə görmüşdür. Sərvan ona tərəf atəş açmamış, lakin o, tüfəngi onun əlindən almaq üçün onunla mübarizə aparmışdır. O, 3-4 dəfə atəş səsi eşitdiyini, Sərvanın 2 dəfə İsrəfili güllə ilə vurduğunu və güllənin dəydiyini görmüşdür. Göründüyü kimi təqsirləndirilən şəxsin Şahid1 tərəf güllə atmaması yuxarıda göstərilən xüsusatlarla tam olaraq üst üstə düşməklə Şahid1 öz ifadəsi ilə də tam təsdiq edilir..Qeyd edilənlərlə yanaşı güllənin 2.5 metr məsafədən atılması (bu fakt ekspertiza rəyində isə güllənin 20 sm məsafədən 2.5 metr məsafəyə qədər olan məsafədən atılması qeyd edilib) ümumi təhlükəli üsulu tamamilə təkzib edir. Cöstərilən bu xüsusat Elvin Alışovun paltarları üzərinə zəif formada barıt hissəciklərinin olması ilə bağlı eskeprtiza rəyi ilə də aydınlaşdırılmışdır. Belə ki, məhkəmə istinaqında ifadəsi təqiq edilmiş Şahid14 bildirmişdir ki, 05 mart 2022-ci il tarixli, 3\166, 3/171 saylı ekspertiza rəyinin İV hissəsinin 5-ci abzasında tədqiqata təqdim edilmiş “Şahid1” məxsus olduğu qeyd edilən bir ədəd gödəkçənin səthindən atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərinin zəif halda aşkar edildiyini, geyim əşyalarının səthində barıt hissəciklərinin qalmasının təsadüfü hal olduğunu və həmin geyim əşyasının üzərində daşıyan şəxsin hadisə zamanı yaxından iştirak edibetməməsindən asılı olmayan digər səbəblərdən də həmin həmin hissəciklərin geyim əşyalarının səthinə düşə bilər. Belə ki, bu hissəciklərin şəxsin üzərində olan geyim əşyalarının səthində qalmasına səbəb həmin şəxsin digər şəxslərlə təmasda olması, şəxsin geyim əşyasına silahın sürtünməsi, silahdan atəş açılan zaman həmin şəxsin (Şahid1) dayandığı yer, atəş açılan zaman hava şəraiti (havanın küləkli olması) və s. hallarda ola bilər. Lakin bunlar ehtimal xarakterlidi və konkret fikir söyləməyə imkan vermir. İş materiallarında olan Şahid1 ifadəsinə diqqət yetridikdə aydın olur ki,təqsirləndirirlən şəxs ilə onlar tüfəngdən tutub süpürləşmişlər. Bu da eskeprtin dediyi kimi onun paltarının üzərinə barıt hissəciyinin düşməsini istisna etmir. İş materiallarından göründüyü kimi istintaq orqanının ittiham aktında istinad etdiyi kimi Şahid1 həyat və səhhəti üçün təhlükə olmasını və bu təhlükənin mümkünlüyünü təsdiq edən hər haqsı möətəbər sübüt müəyyən edmlməmişdir. Belə ki, təqsirləndirlən şəxs məhkəmədə də göstərmişdir ki, o, İəsrəfillə üzbə-üz dayanmaqla 2- metrdən az olmuş, bu zaman Şahid1 başqa istiqamətdə olmuşdur. İbtidai istintaq orqanı isə zərərçəkmişin qohumu olan (iş materiallarından göründüyü kimi Şahid1 zərəçəkmişin qaynıdır) və işin nəticəsilə maraqlı olması şübhə doğurmayan bu şahidin ifadəsinə əsasən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət vermişdir. Göründüyü kimi işin bu xüsüsatını (Şahid1 həyat və sağlamlığı üçün təhlükənin olmasını) təsdiq edən sübut kimi ittiham aktında istinad olunan məlumatlar qeyri-dəqiq olmaqla, onların mötəbərliliyi hər hansı inandırıcı dəlillərlə, xüsusatla əsaslandırılmadığından, atəş açılan zaman güllənin Şahid1 dəyə bilməsini və onun həyat və sağlamlığı üçün təhlükənin yaranmasını təsdiq edən sübut kimi qiymətləndirilə bilməz ( iş materiallarında bu halı təsdiq edə bilən hər hansı digər sübut yoxdur, ittiham aktında da başqa sübuta istinad olunmamışdır). Digər tərəfdən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli 3 nömrəli qərarının 8-ci bəndində izah olunur ki, ümumi təhlükəli üsulla adam öldürmə cinayətində təqsirkar hər hansı şəxsi öldürmək istəyərkən şüurlu surətdə elə vasitə seçir ki, bu vasitə nəinki zərərçəkmişin, həmçinin başqalarının (heç olmasa bir nəfərin) də həyatı üçün təhlükəli olur. Təqsirləndirilən şəxsin atəşi İsrəfilə 2 metrdən az məsafədən açmasını, bu zaman Şahid1 başqa imtiqamtədə olması məhkəmə ballistik, məhkəmə ,məhkəmə trasoloji ekspertizaların rəyləri ilə atəşin 20 sm-dən 2 metrə qədər məsafədən (təqsirləndirilən şəxsin ifadəsinə uyğun) atılmasının müəyyən edilməsini, şahidlərin də şahid Aslanın da hansı məsafədə olmasına dair təqsirləndirlən şəxsin ifadəsinə uyğun ifadələr verməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin zərərçəkmişi tüfəngdən atəş açaraq, öldürərkən şüurlu surətdə başqalarının da (Şahid1) həyatı üçün təhlükəli vasitə və üsul seçməsi barədə fikir söyləməyə əsas yoxdur. Belə olan halda təqsirləndirlən şəxsin İsrəfili öldürmək məqsədilə tüfəngdən atəş açarkən Şahid1 İsrəfilin yanında olmasına, təqsirləndirilən şəxs tərəfindən bunu Şahid1 həyat və sağlamlığı üçün təhlükə törədə bilən ümumi təhlükəli üsulla edilməsinə dair hər hansı fikir yalnız mülahizə (ehtimal) xarakteri daşıyır. Azərbaycan Respublikasının CPM-nin 351.2 maddəsinə görə isə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz (Azərbaycan Respublikasının CPM-nin digər maddələrində, o cümlədən 28.5 maddəsində də həmin normaya uyğun norma nəzərdə tutulmuşdur). Odur ki, təqsirləndirilən şəxs Səvan tərəfindən edilmiş qəsdən adam öldürmə cinayətinin məhz ümumi təhlükəli üsulla törədilməsi təsdiq olunmur. Azərbaycan Respublikasının CPM-nin 318.1 maddəsinin tələbinə görə məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə yuxarıda göstərilən normaları rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız qəsdən adam öldürmə cinayətini törətməkdə (Azərbaycan Respublikasının CM-nin 120.2 maddəsində nəzərdə tutulan tövsifedici əlamətlər olmadan) təqsirli bilinməli və onun əməli cinayət qanununun həmin cinayətə görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. Beləlklə, məhkəmə kollegiyası Azərbaycan Respublikasının CPM-nin 144-145-ci maddələrini rəhbər tutaraq, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb müqayisəli şəkildə təhlil edib hesab edir ki, Təqsirləndirilən şəxs 22 yanvar 2022-ci il tarixdə saat 17:50 radələrində, İsrəfil Hüseynovun onun mərhum qardaşı X16 2019-cu ildə rəsmi olaraq nikahına xitam verilmiş keçmiş arvadı Şahid3 ilə ailə quraraq qardaşının ailəsini dağıtmasından əsəbiləşib, qardaşının qız övladlarının İsrəfil Hüseynovla birgə eyni evdə yaşamasını namusuna ləkə gətirməsi kimi qəbul edib sonuncunu qisas almaq niyyətilə özünə məxsus 12 kalibrli, Türkiyə istehsalı, “AXE” modelli, 21AZ-0038 №-li, yarımavtomatik, pompalı, təklüləli yivsiz odlu ov tüfəngi ilə atəş açaraq, sonuncuya sağ 8- 9-10-11-ci qabırğaların və 8-9-10-cu fəqərələrin sınıqları,qara ciyərin, sağ böyrəyin yaralanması ilə qarın boşluğuna keçən, döş qəfəsinin daxilə keçməyən, sol sağrı nahiyəsinin kor odlu silah yaralanması nəticəsində dərəcəsinə görə ölümlə nəticələnən sağlamlığa ağır zərər vurmaya aid edilən, döş qəfəsi nahiyəsinin odlu silah yaralanmaları ilə əlaqədar daxili üzvlərin, qaraciyər, böyrəyin yaralanmaları nəticəsində baş vermiş kəskin qanitirmədən ölümünə səbəb olan xəsarətlər yetirməklə X10 qisas almaq məqsədi ilə qəsdən öldürmüş, yəni digər şəxsi həyatdan məhrum etmişdir. Azərbaycan Respublikasının CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının CPM-nin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Şərh edilənlərə əsasən, CPM-nin yuxarıda sadalanan maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikasının CMnin 120.2.2-ci maddəsindən həmin Məcəllənin 120.1-ci maddəsinə tövsif edilməsini əsaslı və qanunauyğun hesab edərək qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli,onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədiyindən o,həmin maddənin sanksiyası həddində cəzalanmalıdır Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna almasını Azərbaycan Respublikasının CM-nin 59.1.10-cu maddəsinə əsasən, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, oğlunun İİ qarabağ mübaribəsi işitakçısı olması, cinayəti zərərçəkmiş şəxsin qanunusuz hərəkətləri nəticəsində törətməsini Azərbaycan Respublikasının CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qəbul nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cinayəti odlu silahdan törətməsi Azərbaycan Respublikasınn Cinayət Məcəlləsinin 61.1.10-cu maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran haldır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs özünü könüllü olaraq polisə təqdim etməsi yüngülləşdirici hal kimi nəzərə alınsa da, cinayət edilən silahdan istifadə etməklə törətməsi ağırlaşdırıcı hal olduğundan ona təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 120.1-ci maddəsi ilə cəza təyin olunarkən bu Məcəllənin 60.1-ci maddəsində müəyyən edilmiş qayda tədbiq edilə bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli xüsusilə ağır cinayət hesab olunduğundan, o, Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbləri qaydasında təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu gündən, yəni 22 yanvar 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş materiallarına əlavə olunmuş Bərdə rayon polis şöbəsinin 10 may 2022-ci il tarixli, 138-15421 saylı məktubundan və xx.xx.2021-ci il tarixli 1706 saylı şəhdətnamədən görünür ki, Təqsirləndirilən şəxs adına “Adler-Arms” markalı “2AZ-0038” markalı silah qeydiyyata alınmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş müsadirə olunmalı əmlakları müəyyən edilmədiyindən məhkəmə onun barəsində xüsusi müsadirənin tətbiq olunmamasını əsaslı və qanuni sayır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübutlar- Bərdə rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan - Təqsirləndirilən şəxs məxsus 01 ədəd odlu ov tüfəngi Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Silah Sursat anbarina təhvil verilməli, 01 ədəd qış gödəkçəsi, 01 ədəd cins şalvar, 01 ədəd uzunqol jaket, 01 ədəd ədəd uzunqol alt köynəyi, 01 ədəd uzunqol alt şalvarı onun yaxın qohumlarına qaytarılmalı, imtina etdikdə məhv edilməli, İsrəfil Hüseynova məxsus 01 ədəd gödəkçə, 01 ədəd qolsuz jilet, 01 ədəd jaket, 01 ədəd qolsuz mayka, 01 ədəd cins şalvar, 01 ədəd alt tumanı, Şahid1 məxsus 01 ədəd qış gödəkçəsi, “Xiaomi Mi A2 Lite” maraklı 01 ədəd telefon və “Samsung Galaxy M 21” markalı 01 ədəd mobiltelefon onun yaxın qohumlarına qaytarılmalı, imtina edildikdə məhv edilməlidir. Bir ədəd bıçaq, 04 ədəd giliz, 01 ədəd tıxac, 10 ədəd qırma, 02 ədəd tənzif kəsiyi, 01 ədəd pambıq tampon məhv edilməldir. İş üzrə məhkəmə məsrəflərinə aid olan 242 (iki yüz qırx iki) manat t məbləğində ekspertiza tədqiqatlarının dəyəri Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinsin, ona 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 22 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar- Bərdə rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan -Təqsirləndirilən şəxs məxsus 01 ədəd odlu ov tüfəngi Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Silah Sursat anbarina təhvil verisin, 01 ədəd qış gödəkçəsi, 01 ədəd cins şalvar, 01 ədəd uzunqol jaket, 01 ədəd ədəd uzunqol alt köynəyi, 01 ədəd uzunqol alt şalvarı onun yaxın qohumlarına qaytarılsın, imtina etdikdə məhv edilsin. İsrəfil Hüseynova məxsus 01 ədəd gödəkçə, 01 ədəd qolsuz jilet, 01 ədəd jaket, 01 ədəd qolsuz mayka, 01 ədəd cins şalvar, 01 ədəd alt tumanı, Şahid1 məxsus 01 ədəd qış gödəkçəsi, “Xiaomi Mi A2 Lite” maraklı 01 ədəd telefon və “Samsung Galaxy M 21” markalı 01 ədəd mobiltelefon onun yaxın qohumlarına qaytarsın, imtina edildikdə məhv edilsin. Bir ədəd bıçaq, 04 ədəd giliz, 01 ədəd tıxac, 10 ədəd qırma, 02 ədəd tənzif kəsiyi, 01 ədəd pambıq tampon məhv edisin. İş üzrə məhkəmə məsrəflərinə aid olan 242 (iki yüz qırx iki) manat məbləğində ekspertiza tədqiqatlarının dəyəri Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ödənilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-63/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-63/2023
15.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver