Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-63/2024 24.04.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, X4 məhkəmə iclas katibliyi ilə, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X8, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxxx 1993-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1, 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs təkrarən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda və satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni külli miqdarda əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, o, dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,274 qram təşkil edən narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq daşımış, 31 avqust 2022ci il tarixdə saat 16:40-da Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinə daxil olmuş məlumat əsasında həmin bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri, X13 prospektində “2705” dairəsinin yaxınlığında saxlanılaraq, Gəncə şəhəri Heydər Əliyev prospekti 265 ünvanında yerləşən Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1(bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,274 qram kuslar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan külli miqdarda, yəni ümumi təmiz çəkisi 5,176 qram kustar üsulla hazırlanmış pisxotrop maddə olan metanfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 26 noyabr 2022-ci il tarixdə, saat 19 radələrində BNMİ-nin QBRŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, qanunsuz olaraq narkotik vasitə əldə edib istifadə etməkdə və üzərində saxlamaqda şübhəli bilindiyi üçün Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 2 nömrəli məktəbin yaxınlığında saxlanılaraq Gəncə şəhəri, Atatürk prospekti 41 ünvanında yerləşən BNMİ-nin QBRŞ-nə gətirilmiş, idarədə üzərində şəxsi axtarış aparılan zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibindən 1 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 5,176 qram qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ildən o, narkotik vasitə olan heroin qəbul etmişdir. 31 avqust 2022-ci il tarixdə, saat 18:40 radələrində Gəncə şəhəri “2705” dairəsinin yaxınlığında olarkən 2 nəfər mülki formada olan şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş və narkotik vasitə gəzdirməkdə, saxlanılmasında şübhəli olduğumu bildirib Gəncə şəhəri Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə getməyi ona təklif etmişlər. O, da etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Gəncə şəhəri Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə getmiş, orada inzibati otaqların birində onun hüquqularını müdafiə etmək üçün müdafiəçi ilə təmin olunmuşdur. Daha sonra Şöbədə müdafiəçinin iştirakı ilə video çəkiliş ilə üzərinə şəxsi axtarış keçirilmiş, onun üzərində hər hansı cinayət xarakterli əşya və ya predmet olubolmadığı soruşulmuş o, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Sorğu-zamanı sağ yan cibindən çıxan bir ədəd sellofan bükümünün içərisində olan kütlənin “kakos” olduğunu, ona məxsus olduğunu, həmin narkotik vasitəni tutulmazdan təxminən 15 gün əvvəl Daşkəsən rayonunda avtovağzalda olarkən yerdən kibrit qutusu tapıb götürdüyünü, içərisinə baxan zaman içərisində bir ədəd sellofan bükülünün olduğunu, həmin bükülünün içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdtir.Həmin narkotik vasitədən o,heç kimə satmamadığını, başqa yerdə saxlamadığını, həmin kütlədən az miqdarda istifadə etdiyini polis əməkdaşlarına bildirmişdir. Onun üzərində şəxsi axtarış aparılmış və bundan başqa üzərində hər hansı cinayət xarakterli əşya və ya predmet aşkar edilməmişdir. Həmin bükülünün içərisində narkotik vasitə olan heroin müdafiəçinin və iştirakçıların iştirakı ilə aptek tərəzisində çəkilmiş, ümumi çəkisi 0,39 qram olmuşdur. Bundan sonra həmin kütlə müvafiq qaydada qablaşdırılaraq protokol tərtib edilmiş və doğruluğunu imzaları ilə təsdiq etmişlər. O, həmçinin bir il olar ki, psixotrop madde metamfetamin istifadə etmişdir. 26 noyabr 2022-ci il tarixdə, saat 19:40 radələrində o, Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində, 2 nömrəli orta məktəbin arxasında olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq narkotik vasitəni saxlamaqda şübhəli olduğunu bildirib xidməti vəsiqələrini ona göstərərək polis əməkdaşları olduqlarını və birlikdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinə getməyi demişlər. O, da bu barədə polis əməkdaşlarına heç bir etiraz etməmiş, onu Gəncə şəhərində yerləşən Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin inzibati binasınına aparmışlar. Şöbənin inzibati binasında xidməti iş otağında hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olmunmağından ötrü ona müdafiəçilərin siyahısı təqdim edilmiş, həmin müdafiəçilərdən kimi istəyirəsə seçməsini, əgər seçməkdə tərəddüd edirsə növbətçi vəkilin yardımından istifadə edə biləcəyini ona izah etmişlər. O, təqdim olunmuş vəkillərin siyahısından X1 hüquqlarının dövlət hesabına müdafiə olunması üçün seçmiş, bu barədə ərizə ilə müraciət etmişdir. Müdafiəçi X2 dəvət olunaraq ona təqdim edilmiş, bundan sonra protokol və digər sənədlər tərtib olunmuşdur. O, həmin sənədləri düzgün tərtib edildiyinə görə imzalamışdır. Müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı o, içərisində psixotrop maddə metamfetamin olan bir ədəd sellofan bükümü qara rəngli şalvarının sağ yan cibindən çıxarıb masanın üzərinə qoymuşdur. Onun üzərinə şəxsi axtarış keçirilərkən başqa qanunsuz əşya aşkar olunmamışdır. Sorğu-zamanı o metamfetamini 26 noyabr 2022-ci il tarixdə Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində, 4A marşrut avtobusunun axırıncı dayanacağının yanında yerləşən beş mərtəbəli binanın 2-ci blokunda, beşinci mərtəbədə yaşayan Seymur adlı şəxsdən hər bir qramını 55 manata aldığını, özü istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Həmin bükümə baxış keçirilərkən içərisindəki psixotrop maddə metamfetamin aşkar olunmuş, onun iştirakı ilə elekrton tərəzidə çəkilmiş və içərisində metamfetamin olan həmin bükümün çəkisi 5,22 qram olmuşdur. Əslində isə ondan aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminin çəkisi az olmuşdur. Həmin büküm bir ədəd ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, onunla yanaşı digər iştirakçılar həmin zərfin üzərini imzalamışlar və həmin zərf ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Sonra protokol tərtib edilmiş, uca səslə oxunduqdan sonra o, müdafiəçinin iştirakı ilə həmin protokolu imzalamışdır.Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 31 avqust 2022-ci il tarixdə Gəncə şəhəri X11 küçəsi ev 4, mənzil 10-da qeydiyyatda olmaqla müvəqqəti olaraq Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi, mütəmadi olaraq narkotik vasitələr əldə edib üzərində gəzdirməsi, saxlaması barədə daxil olmuş məlumatı əsasında onun tərəfindən əməliyyat axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul olunmuş və həmin gün saat 18:40 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri X13 prospektində “2705” dairəsinin yaxınlığında müəyyən edib əməliyyat müşahidəsinə götürmüşlər. Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib qanunsuz olaraq narkotik vasitə əldə edib üstündə saxlamaqda şübhəli olduğunu bildirib üzərinə baxış keçirtmək məqsədi ilə 2-ci Polis Şöbəsinin inzibati binasına aparmışlar. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi Gəncə şəhər BPİ-nin 2-ci X6 Bölməsinin təhqiqatçısı, polis leytenantı X7 tapşırılmışdır. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməzdən əvvəl hüquqlarını müdafiə etmək məqsədilə müdafiəçi dəvət olunmuş, Təqsirləndirilən şəxs təqdim edilmiş edilmişdir. Daha sonra videoçəkiliş vasitəsilə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zamanı üzərində saxlanılması qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olması soruşulanda Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofana bükülmüş bükülünü çıxarıb təqdim etmişdir. Sorğu-zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükülünün içərsindəki kütlənin narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni saxlanıldığı gündən 15 gün əvvəl Daşkəsən rayonu ərazisində yolun kənarından tapdığını, özü istifadə etmək məqsədilə üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs və müdafiəçi ilə yanaşı onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş sellofan bükülünün içərisinə baxış keçirilən zamanı orada həqiqətən də qəhvəyi rəngdə, kəskin iyli, ilk görünüşdən narkotik vasitə olan heroinə bənzər kütlənin olması məlum olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş içərisində narkotik vasitə olan bir ədəd sellofan bükülü aptek tərəzisində çəkilərək zərfə qoyularaq qablaşdırılıb DİN-in 120 saylı möhürü ilə möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi barədə təhqiqatçı tərəfindən tərtib olunmuş protokolu onunla yanaşı baxış zamanı iştirak edən digər şəxslər də imzalamışlar. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zamanı «Samsung» markalı mobil telefonla qeydə alınmış video görüntü diskə köçürülərək materiala əlavə olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən 0,39 qram çəkidə narkotik vasitə olan heroindən başqa saxlanılması qanunla qadağan olunmuş digər hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs ilə heç bir münasibəti, o cümlədən hər hansı bir düşmənçilik və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs qarşı heç bir zor və fiziki güc tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs psixotrop maddə və ya narkotik vasitələrin satışı ilə məşğul olması barədə onlarda hər hansı bir məlumat olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək şahid Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Cəfərov Əmrah Fİkrət oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsнун barəsində narkotik vasitə aludəçisi olması, üzərində daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs yeri müəyyən edilərək o Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi ərazisində saxlanılmışdır. O, saxlanıldıqdan dərhal sonra юзцнцн разылыьы иля Gəncə şəhər BNMİ QBRŞ-nə gətirilmiş, həmin vaxt onun üzərinə axtarış-baxış keçirilmiş və onun üzərindən psixotrop maddə metamfetamə oxşar kütlə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsn tutulan zaman bildirmişdir ki, öz istifadəsi üçün Seymur adlı şəxsdən алмышдыр. Seymur adlı şəxsin yerini müəyyən etmək mümkün olmamışdır. Psixotrop maddə olan metamfetaminin çəkisi təxminən 5 qram olmuşdur. Təqsirləndirilən şəxs tutulan zaman hər hansı bir təyziq təsir olmamışdır. Təqsirləndirilən şəxs Gəncə şəhər BNMİ QBRŞ-ya gətirildikdən sonra təhqiqatçı tərəfindən vəkil dəvət olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Иbrahimov Seymur Sabir oğlu ifadəsində göstərmişdir ki, əməliyyat qrupu yaradlmış və o da həmin əməliyyat qrupunun üzvü olmuşdur. Onlar Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 2 nömrəli orta məktəbin arxa hissəsinə getmişlər. Həmin vaxt özlərini vətəndaşa təqdim edərək onu Gəncə şəhər BNMİ QBRŞ-ya gətirilmişlər. Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Təqsirləndirilən şəxs şəxsi istifadəsi üçün əldə etdiyini bildimişdir. Psixotrop maddə olan metamfetaminin çəkisi təxminən 5 qram olmuşdur. Təqsirləndirilən şəxs hər hansı bir təyziq və təsir olmamыşdır. Məhkəmədə tədqiq edilmiş 26 noyabr 2022-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, onun üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 5,176 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülməsi barədə toplanılmış təhqiqat materialı olmuşdur. Məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 27 noyabr 2022-ci il tarixli, 16/1333 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 (bir) ədəd sellofan bükümdə psixotrop maddə matamfetaminə bənzər kütlə yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 5,176 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Məhkəmədə tədqiq edilmiş 30 noyabr 2022-ci il tarixli “video görüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 ədəd “Wincester” markalı siqaret qutusunu, 1 ədəd alışqanı, 26 manat 50 qəpik pulu, 1 ədəd ATB banka məxsus **********422765 nömrəli plastik bank kartını, şalvarının sağ yan cibindən isə 1 ədəd şəffaf rngli sellofan bükümü çıxarıb təqdim etmişdir. Məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 01 sentyabr 2022-ci il tarixli, 16/1042 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vətəndaş Təqsirləndirilən şəxs götürülmüş bir ədəd maddi sübut” sözlər və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf sellofan kəsiyinə bükülmüş digər şəffaf politilen kəsəyi bükümdə təmiz çəkisi 0, 274 qram maddə, küstar üsulla hazırlanmış narkotik vasitəheroindir. Məhkəmədə tədqiq edilmiş 30 noyabr 2022-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd sellofana bükülmüş bir ədəd büküm aşkar edilmişdir. Həmin bükümün içərisində qəhvəyi rəngli kəskin iyli və ilk baxışdan narkotik vasitə olan heroinə axşar kütlə aşkar olunaraq götürülmüşdür. Məhkəmədə tədqiq edilmiş 08 sentyabr 2022-ci il tarixli “video görüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd sellofana bükülünü çıxarıb təqdim etmişdir. Həmin sellofan kəsiyinə bükülmüş bükülü açılır və sellofana büklümüş bükülünün də içərisində qəhvəyi rəngli, kəskin iyili, ilkin baxışdan heroinə bənzər kütlə aşkar olunmuşdur. Həmin kütlənin çəkisi 0,39 qram müəyyən olunmuşdur. Məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 06 mart 2023-cü il tarixli, 397 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddədən və narktoik vasitədən istifadə edir. Psixotrop maddə olan metamfetamindən və narkotokdən vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 25 fevral 2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş,CM-in 83-cü maddəsinə əsasən məhkumluğu ödənilmişdir. Məhkəmədə tədqiq edilmiş 31 avqust 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 31 avqust 2022-ci il tarixdə, saat 19:10-da şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə tədqiq edilmiş 02 sentyabr 2022-ci il tarixli “təqsirləndirilən şəxsin MSY-dən azad olunması və barəsində qətimkan tədbirinin seçilməsi” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 sentyabr 2022-ci il tarixdə Gəncə şəhər Baş Polis İdarəsinin MSY-dən azad olunaraq, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq edilmiş 26 noyabr 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 noyabr 2022-ci il tarixdə, saat 19:40-da şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə araşdırılmış Gəncə Şəhər Məhkəməsinin 28 noyabr 2022-ci l tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 26 noyabr 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq edilmiş Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2023-cü il tarixli 1484 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. Məhkəmədə tədqiq edilmiş X3 xx.xx.2023-cü il tarixli 1477 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı onda aşkar edilən narkotik vasitə və psixotrop maddənin miqdarının ona verilən ittihamda göstərilən miqdardan az olması ilə bağlı verdiyi ifadəsinə işin faktiki hallarına uyğun olmadığından həmin ifadələrə tənqidi yanaşaraq inandırıcı hesab etməyib təqsirləndirilən şəxsin həmin ifadəsini məsuliyyətdən yaxa qurtarmaq üçün verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetfmini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlayaraq daşımışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə sübutlar məhkəmə iclasında hərtərəfli, tam, obyektiv araşdırılmış və göstərilən sübutların tədqiqi və araşdırılması nəticəsində Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik narkotik vasitə heroini və psixotrop maddə metamfetfmini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlayaraq daşıması öz təsdiqini tapmışdır. Məhkəmə bu nəticəyə gələrkən aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlama Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlidir ki, qeyd olunan bu əməl də «Narkotik vasitələrin, psixotrop maddələrin və onlarin prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinin təsiri altına düşən hərəkətlərdəndir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrinin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya" əsasən "heroin" narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2,0 qram müəyyən edilmişdir. Başqa sözlə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin kütləsi 0,274 qram , metamfetfminin miqdarı isə 5.176 qram olduğundan şəxsi istehlak miqdarından artıq miqdar külli miqdar kimi qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-huquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından,cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusiyon prinsiplərin pozulmasına gətirib çıxara bilər. Beləliklə də, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təmiz çəkisi 0,274 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlayıb daşıması, həmçinin təmiz çəkisi 5,176 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan metamfetamini məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib gədirməyi,özünün qismən etirafedici ifadələri ,istintaq hərəkəti protokolları, maddi sübutlar, ekspert rəyləri, şahid ifadələri, həmçinin cinayət işinin obyektiv halları ilə tam olaraq təsdiq edildiyindən və həmin sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri-digərini əlaqəli şəkildə tamamlamaqla mötəbər sayılmağa və yekun nəticəyə gəlməyə imkan verdiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməlidir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd edilən əməllərinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhəkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələrinin hər biri ayrı-ayrı cinayət əməlləri olduğundan ona hər bir cinayətə görə ayrılıqda cəza təyin edilməli və təyin edilmiş cəzaları cinayətlərin məcmusu üzrə qismən toplamaqla qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsində satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma 234.1-ci maddədə müəyyən edildiyi halda, həmin əməllərin külli miqdarda törədilməsi isə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində müəyyən edilməklə, qeyd edilən əməllər hər biri ayrı cinayət əməli kimi təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 31 avqust 2022-ci il tarixdən 02 sentyabr 2022-ci il tarixədək, yəni 2 (iki) gün müddətində tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 (iki) gün müddətində tutulmasını nəzərə alaraq, həmin müddətin ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs oğlünün cəzasını yüngülləşdirən və ağırlaşdırılan hallar yoxdur. Məhkəmə bu mənada qeyd etməyi zəruri hesab edir ki, Cinayət Məcəlləsinin 16.1ci maddəsinə əsasən həmin Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edildiyindən və Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələrinin hər birində ayrı-ayrı cinayət əməlləri müəyyən edildiyindən ,təqsirləndirilən şəxsin əməlində Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsində müəyyən edilmiş cinayətlərin təkrar törədilməsi kimi cəzanı ağırlaşdıran hal yoxdur. Odur ki, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin Təqsirləndirilən şəxs qəsdən ağır və az ağır cinayətlər törətməsini nəzərə alınaraq, həm sosial ədalətin bərpası, həm də onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1, 234.1-1-ci maddələrinin sanksiyası daxilində, cinayətlərin məcmusuna görə cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla, şəxsiyyətinə uyğun, ədalətli müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini məqsədə uyğun hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 26 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli,barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsaəsən narkomaniyadan məcburi müalicə təyin edilməli və narkoloji kabinetdə qeydiyyata alınmalıdr. İş üzrə Gəncə şəhər Baş Polis İdaərsinə saxlanca verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,254 qram çəkidə olan narkotik vasitə heroin və ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,126 qram çəkidə olan psixotrop maddə metamfetamin məhv edilməli,məhv etmə “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. İş üzrə məhkəmə məsrəfi – 62,80 (altmış iki manat səksən qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 31 avqust 2022-ci il tarixdən 02 sentyabr 2022-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 03 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 26 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsaəsən narkomaniyadan məcburi müalicə təyin edilsin və narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdaərsinə saxlanca verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,254 qram çəkidə olan narkotik vasitə heroin və ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,126 qram çəkidə olan psixotrop maddə metamfetamin məhv edilsin, məhv etmə “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. İş üzrə məhkəmə məsrəfi – 62,80 (altmış iki manat səksən qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-63/2024
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-63/2024
24.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver