Məhkəmə qərarları › İş №1(100)-64/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-64/2021

13.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-64/2021 13.08.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi,hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, X8 və X4 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, ədliyyə müşaviri X20, zərərçəkmiş şəxslərin hüquqi varisləri X9, X17, Zərərçəkmiş şəxs, müdafiəçi- Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X18, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1977-ci il tarixdə Tovuz rayonu, Dondar Quşçu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmayan, Tovuz rayonu, Dondar Quşçu kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i: Təqsirləndirilən şəxs idarə etdiyi DAF markalı **-TM-*** dövlət qeydiyyat nişanlı qoşqulu yük avtomobili ilə yol hərəkəti qaydalarını pozub ehtiyatsızlıqdan iki şəxsin ölmünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs- 13 aprel 2020-ci il tarixdə təxminən saat 19:50 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Şəmkir rayonu, Sarıtəpə kəndi ərazisindən keçən 411-ci kilometrliyində “X23” Azərbaycan Respublikası Qanununun 69cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq yəni, 1.1 üfiqi nişanlanma xəttini (ağ bütöv xətti) kəsib keçmək qadağan olduğu halda bunaları etməyərək idarə etdiyi idarə etdiyi DAF markalı **-TN-*** dövlət qeydiyyat nişanlı qoşqulu yük avtomobilini Qazax istiqamətində hərəkət etdirərkən həmin Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli və bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməyərək yolun sağ kənarındakı ikinci dərəcəli yoldan qarşısına çıxan sürücü X10 idarə etdiyi VAZ-21214 markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşması nəticəsində sonuncu avtomobilin sürücüsü X12 alın nahiyəsinin sol yarısının əzilmiş yarası,kəllə qapağı və kəllə əsası sümüklərinin sınıqları,beynin yumşaq qişasına qansızma,beyin toxumasının əzilməsi, döş qəfəsinin qapalı küt travması,sol tərəfli 3-4-5-6- 7-ci qabırğalarının sınıqları, sol bazu sümüyünün orta 1/3-nin qapalı yerini dəyişmiş sınığı, sol əlin arxa səthinin əzilmiş səthi yaraları və sağ ayağın iç topuq nahiyəsinin sıyırıqları ilə müşayət edilən xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına həyat üçün təhlükəli olan ağır zərər vurmaqla ölümünə, həmin avtomobildə sərnişin olan X7 alın və üz nahiyəsinin qançırları, üz skleti və kəllə əsası sümüklərinin sınıqları,beyinin yumşaq qişasına qansızmalar,beyin toxumasının əzliməsi, döş qəfəsinin qapalı küt travması,sol tərəfli 2-3-4-5-6-7-8-ci qabırğaların sınıqları, sol diz oynağının və sağ baldırın ön səthinin sıyırıqları ilə müşaiyət edilən xəsarətlər yetirməklə ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına həyat üçün təhlükəli olan ağır zərər vurmaqla ölümünə, bundan başqa idarə etdiyi DAF markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı qoşqulu yük avtomobilinin əzilməsi ilə əlaqədar sahibi Zərərçəkmiş şəxs 8540 (səkkiz min bez yüz qırx), həmçinin VAZ-21214 markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi ilə əlaqədar sahibi X12 5138 (beş min yüz otuz səkkiz) manat maddi zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 263.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, Bakı şəhərində yaşayan tanışı Zərərçəkmiş şəxs məxsus DAF markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı qoşqulu yük avtomobilini etibarnamə əsasında idarə etmiş və avtomobili idarə etmək üçün hazırda qüvvədə olan “BCE” dərəcəli sürücülük vəsiqəsi olmuşdur. 13.04.2020-ci il tarixdə təxminən saat 19:50 radələrində qeyd edilən yük avtomobilini 60 km/saat sürətlə Bakı-Qazax yolu ilə Qazax istiqamətində hərəkət etdirərkən həmin yolun Şəmkir rayonu, Sarıtəpə kəndi ərazisindən keçəndə yolun sağ kənarında olan torpaq örtüklü yol ayırıcısından qəflətən VAZ-21214 markalı avtomobil dayanmadan və gözləmədən sola doğru çəpinə vəziyyətdə baş yola, yəni onun yoluna çıxmış, o, hadisənin qarşısını almaq üçün sükanı sola burmuş, lakin buna baxmayaraq, “VAZ-21214” markalı avtomobilin sol yan hissəsi ilə onun idarə etdiyi yük avtomobilinin ön hissəsi toqquşmuşdur. Onun hərəkəti üçün təhlükə “VAZ-21214” markalı avtomobilin 40 km/saat sürətlə dayanmadan və gözləmədən baş yola, yəni qarşısına çıxdığı andan yaranmış, həmin vaxt arada 5-6 metr məsafə olmuşdur. Zərərçəkmiş şəxslərə dəymiş zərəri ödəmiş, zərərçəkmiş şəxs və zərərçəkmiş şəxslərin hüquqi varisləri ilə barışmışdır. Məhkəmədən ona həbslə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, özünə məxsus DAF markalı **-TN-*** dövlət qeydiyyat nişanlı qoşqulu yük avtomobili olmuş, həmin avtomobili idarə edilməsi üçün etibarnamə əsasında tanışı Təqsirləndirilən şəxs istifadəsinə vermişdir, lakin buna baxmayaraq həmin avtomobil və üzərində olan bütün səlahiyyətlər yalnız onun özünə məxsus olmuşdur. 12.04.2020-ci ildə Tovuz rayonu, Dondar-Quşçu kəndində olarkən Bakı şəhərində yerləşən evinin əşyalarını Tovuz rayonuna gətirilməsi üçün həmin məqsədlə Təqsirləndirilən şəxs qeyd edilən avtomobil ilə Bakı şəhərinə göndərmişdir. 13.04.2020-ci ildə təxminən saat 12 radələrində Kamal, ona zəng edərək yükləri avtomobilə yığıdığını və Tovuz rayonuna qayıtmaq üçün yola düşdüyünü bildirmişdir. Təxminən saat 20 radələrində Tovuz rayonundakı evində olarkən Kamal, ona zəng edərək idarə etdiyi avtomobil ilə Bakı-Qazax yolunun Şəmkir rayonu, Sarıtəpə kəndi ərazisindən keçən hissəsində ikinci dərəcəli yoldan qarşısına çıxan “VAZ- 21214” markalı avtomobil ilə toqquşduğunu, nəticədə minik avtomobilində olan 2 nəfər şəxsin öldüyünü bildirmişdir. O, xəbəri eşidəndən sonra hadisə yerinə getmiş və hadisə yerinə çatanda “VAZ-21214” markalı avtomobilin sağ yanı üstə aşmış vəziyyətdə olduğunu, özünə məxsus DAF markalı avtomobilin isə ön sol hissənin əzildiyini görmüşdür. Həmin vaxt Kamalın deməsindən sonra sonuncunun idarə etdiyi yük avtomobili ilə Qazax istiqamətində hərəkətdə olarkən “VAZ-21214” markalı avtomobil yolun sağ tərəfindəki torpaq örtüklü ikinci dərəcəli yoldan dayanmadan və gözləmədən baş yola, yəni Kamalın qarşısına çıxdığı məlum olmuşdur. X15 barışmış, avtomobilinə dəyən zərər ödənildiyi üçün ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmədən təqsirləndirilən şəxsə həbslə bağlı olmayan cəza təyin olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X9 göstərmişdir ki, X3 atası olmuşdur. Atasının özünə məxsus “VAZ-21214” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobili olmuşdur.13.04.2020-ci ildə günorta saatlarında evdə olarkən atası qeyd edilən avtomobili ilə şəxsi işi ilə əlaqədar evdən çıxıb getmişdir. Həmin gün təxminən saat 20:30 radələrində evdə olduğu zaman mobil telefonuna zəng gəlmiş və atası Xaqaninin idarə etdiyi avtomobili ilə Bakı-Qazax yolunun Şəmkir rayonu, Sarıtəpə kəndi ərazisindən keçən hissəsində avtoqəzaya uğradığı və almış olduğu xəsarətlədən öldüyü üçün Şəmkir MRX-na aparıldığı bildirilmişdir. O, bu xəbəri eşidən kimi dərhal xəstəxanaya getmiş və xəstəxanaya çatanda atası və əvvəllər tanıdığı, atasının dostu olan X5 öldüyünü bilmişdir. Həmin vaxt ona atasının idarə etdiyi “VAZ-21214” markalı avtomobili ilə ikinci dərəcəli yoldan baş yola çıxarkən baş yol ilə Qazax istiqamətində hərəkətdə olan adını sonradan bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi “DAF” markalı **- TN-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşmuşdur. Onun, baş vermiş hadisə zamanı atasının ölməsi ilə əlaqədar heç kimə qarşı şikayət və tələbi yoxdur. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, onlara vurulmuş zərər ödənilmişdir, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X17 göstərmişdir ki, mərhum X13 atası olmuşdur. X3 atası Eyvazın dostu olmuş, sağlıqlarında aralarında normal müasibətləri olmuşdur. 13.04.2020-ci il tarixdə səhər saatlarında evdə olarkən atası Eyvazla görüşüb işə getmişdir. Həmin gün təxminən saat 19:50 radələrində işdə olduğu zaman növbətçi hissəyə Bakı-Qazax yolunun Şəmkir rayonu, Sarıtpə kəndi ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsinin baş verməsi və qəzaya uğramış avtomobildə bir nəfər şəxsin sıxışaraq avtomobilin içərisində qalması barədə məlumat daxil olmuşdur. O, məlumatı alan kimi təlimata uyğun olaraq növbədə olan əməkdaşlarla birgə qeyd edilən hadisə yerinə getmişdir. Hadisə yerinə çatanda bir nəfər şəxsin yerə uzanıqlı vəziyyətdə, digər bir nəfər şəxsin isə “VAZ-21214” markalı avtomobilin sükanı arxasında sıxışıb qaldığını görmüşdür. O, həmin avtomobilə tərəf yaxınlaşanda ətrafda olan tanımadığı şəxsdən sükan arxasında sıxışıb qalan şəxsin Xaqani Abbasov olduğunu eşitmiş və bunu eşidən kimi dərhal yerə uzanıqılı vəziyyətdə olan şəxsə yaxınlaşmış, həmin şəxsin atası Eyvaz olduğunu və almış olduğu xəsarətlədən öldüyünü görmüşdür. Hadisə yerində olarkən ona atasının, dostu Xaqaninin idarə etdiyi “VAZ-21214” markalı **- BU-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Sarıtəpə kəndində yerləşən fermadan qayıdarkən, Xaqani idarə etdiyi avtomobili ilə ikinci dərəcli yoldan baş yola çıxanda baş yol ilə Qazax istiqamətində hərəkətdə olan adını sonradan bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi “DAF” markalı **-TN-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşduğu məlum olmuşdur. Onun, baş vermiş hadisə zamanı atası X5 ölməsi ilə əlaqədar heç kimə qarşı şikayət və tələbi yoxdur. Hazırda təqsirləndirilən şəxslə barışmış, heç bir şikayəti və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında" protokoldan görünür ki, hadisə yeri Bakı- Qazax-Gürcüstan sərhəddi yolunun Şəmkir rayonu Sarıtəpə kəndi ərazisindən keçən 411ci km-dir. Hadisə yerində hava qaranlıq, yol asfalt örtükülü olmaqla quru və hamardır,düz profillidir, eniş-yoxuş yoxdur, yol yaşayış məntəqəsinə daxil olmasada yolda təmir işləri getdiyindən sürət həddi 60 km/saata endirilmişdir. Hadisə yerində yol iki zolaqdan ibarətdir, zolaqları qırıq-qırıq xətt ayırır. Yolun ümumi hərəkət hissəsinin eni 7,3 metrdir. Yolun Qazax istiqamətindəki yol çiyni üzərində təmir işləri getdiyi üçün yol ilə yol çiyni arasında ip çəkilərək ipdən qırmızı rəngdə bayraqcıqlar asılmışdır. Buna görə də həmin hissədə yol çiyni yoxdur,həmin yerdə əkin sahəsinə getmək üçün torpaq örtüklü yol ayırıcısı və 4.2.2 (maneəni soldan keçmə) yol nişanı vardır. Yolun digər istiqamətindəki yol çiyinin eni 3 metrdir. Burada “VAZ-21214” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “DAF” markalı **-TN-*** dövlət qeydiyyat nişanlı qoşqulu yük avtomobili toqquşmuşdur. Toqquşmadan sonra hər iki avtomobil yolun Bakı istiqamətindəki yol çiynindən sonra olan torpaq sahədə dayanmışdır. “VAZ-21214” markalı avtomobilin sol yan hissəsi, “DAF” markalı yük avtomobilinin isə kabinasının ön sol hissəsi əzilmişdir. Baxış zamanı toqquşma yeri müəyyən edildi. Toqquşma yolun Bakı istiqamətindəki hərəkət zolağının üzərində sağdan sola doğru 1 metr məsafədə yerləşir. Toqquşma nötqəsindən yolun “VAZ-21214” markalı avtomobilə qədər 23 metr, “DAF” markalı yük avtomobilinə qədər 35 metr məsafə,qeyd edilən yol ayırıcısına qədər isə 8.7 metr məsafə vardır. Hadisə yerində yolun Bakı istiqamətindəki hərəkət zolağının üzərində “DAF” markalı yük avtomobilinin təkərlərindən 5.5 metr uzunluğunda sürtünmə izi vardır. Hadisə yerinə baxış zamanı hər hansı bir tormoz izi aşkar edilmədi. Hadisə yerinə baxış zamanı müəyyən edilmişdir ki, “DAF” markalı yük avtomobil baş yol ilə Qazax istiqamətində hərəkətdə olarkən “VAZ-21214” markalı avtomobil yolun sağ kənarında olan torpaq örtüklü yol ayırıcısından sola doğru çəpinə vəziyyətdə baş yola çıxaraq “DAF” markalı yük avtomobili ilə toqquşmuşdur. (iş vərəqə: 6-18) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoş olmamışdır. (iş vərəqə: 21) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmətibbi ekspertizasının 28.04.2020-ci il tarixli 16 nömrəli rəyindən görünür ki, X10 meyiti üzərində müəyyən edilmiş xəsarətlər- alın nahiyəsinin sol yarısının əzilmiş yarası,kəllə qapağı və kəllə əsası sümüklərinin sınıqları, beynin yumşaq qişasına qansızma,beyin toxumasının əzilməsi, döş qəfəsinin qapalı küt travması, sol tərəfli 3-4-5-6-7-ci qabırğalarının sınıqları,sol bazu sümüyünün orta 1/3-nin qapalı yerini dəyişmiş sınığı,sol əlin arxa səthinin əzilmiş səthi yaraları və sağ ayağın iç topuq nahiyəsinin sıyırıqları küt əşyaların təsirindən törənmişdir, 13.04.2020-ci il tarixdə avtomobillərin toqquşması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Mərhum X.İ.Abbasovun ölümünə səbəb avtomobil qəzası zamanı aldığı ağır kəllə-beyin travması nəticəsində baş beyin yumşaq qişasına toxumasına qansızmalar və beyin toxumasının əzilməsi olmuşdur. X.İ.Abbasovun meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində 1,1 faiz promoli qatılığında etil spirti aşkar edilmişdir,lakin narkotik maddə aşkar edilməmişdir. Rəsmi cədvəl üzrə bu miqdar etil spirti canlı şəxlərdə yüngül dərəcədə alkoqol sərxoşluğu vəziyyətinə uyğun gəlir. (iş vərəqə: 48-51) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmətibbi ekspertizasının 28.04.2020-ci il tarixli 17 nömrəli rəyindən görünür ki, X5 meyiti üzərində müəyyən edilmiş xəsarətlər- alın və üz nahiyəsinin qançırları,üz skleti və kəllə əsası sümüklərinin sınıqları, beyinin yumşaq qişasına qansızmalar,beyin toxumasının əzliməsi, döş qəfəsinin qapalı küt travması,sol tərəfli 2-3-4-5-6-7-8-ci qabırğaların sınıqları, sol diz oynağının və sağ baldırın ön səthinin sıyırıqları küt əşyaların təsirindən törənmişdir, 13.04.2020-ci il tarixdə avtomobillərin toqquşması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Mərhum E.N.Vəliyevin ölümünə səbəb avtomobil qəzası zamanı aldığı ağır kəllə-beyin travması nəticəsində baş beyin yumşaq qişasına toxumasına qansızmalar və beyin toxumasının əzilməsi olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 08.06.2020-ci il tarixi 8/637 nömrəli rəyindən görünür ki, “VAZ 21214” markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X10 hərəkətlərində “X23” Azərbaycan Respublikası Qanunun 77-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü X.İ.Abbasov idarə etdiyi “VAZ 21214” markali avtomobillə yolun ortasında olan bütöv xətti kəsdiyindən onun hərəkətlərində “X23” Azərbaycan Respublikası Qanunun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. “DAF” markalı **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X23” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Şəmkir RPŞ-nin müvəqqəti saxlama meydançasında saxlanılan “DAF” markalı **-TN-*** və VAZ-21214 markalı **-BU-*** markalı dövlət qeydiyyat nişanlı avtomobillər maddi sübut kimi tanınmaqla cinayət işinə əlavə edilmiş, “VAZ-21214” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılması üçün sahibi X10 hüquqi varisi X6, DAF markalı **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobil isə saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs qaytarılmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş DİN-in BDYPİ-nin Tovuz RQİ və TBŞ-si tərəfindən verilmiş 22.07.2020-ci il tarixli 016-984 nömrəli məktubda görünür ki, Təqsirləndirilən şəxs adına 27.02.2019-cu il tarixdən 27.02.2029-cu il tarixə kimi AE-338633 nömrəli “BCE” dərəcəli sürücülük vəsiqəsi verilmiş və onun adı sürücülük hüququndan məhrum edilənlərin siyahısında yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası 1N-li Avto xidmətın zərər aktından görünür ki, “DAF” markalı **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobilə 8540 manat zərər dəydiyi göstərilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası 1N-li Avto xidmətın zərər aktından görünür ki “VAZ-21214” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilə 5138 manat zərər dəydiyi göstərilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Tovuz RİH başçısının Dondar Quşçu kəndi İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 30.07.2020-ci il tarixli xəsiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Tovuz RİH başçısının Dondar Quşçu kəndi İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 30.07.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi, 01.07.1950-ci il təvəllüdlü atası X11, 01.07.1950-ci il təvəllüdlü anası X2 ibarədir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin hüquqi varisi X9 tərəfindən verilmiş notarial qaydada təsdiq olunmuş və zərərçəkmiş şəxsin hüquqi varisi X17 tərəfindən məhkəmədə verilmiş ərizədən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ilə hazırda barışmışlar, onların təqsirləndirilən şəxsə qarşı şikayət və tələbləri yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş zərərçəkmiş şəxslərin hüquqi varisləri X9 və tərəfindən verilmiş notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ilə hazırda barışmışdır. Onun təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan iki nəfər şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətməsi tam sübuta yetirilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməli törətməkdə təqsirli bilinib, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikasının CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə və zərərçəkmiş şəxslərin hüquqi varisləri ilə barışıq əldə etməsini, zərərçəkmiş şəxslərin və zərərçəkmiş şəxslərin hüquqi varislərinin ondan heç bir şikayət və tələblərinin olmamasını, Azərbaycan Respublikasının CM-in 59.1.13-cü maddəsinə əsasən vurmuş olduğu zərəri tam ödəməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əvvəllər məhkum olunmamasını, himayəsində yaşlı ata və anasının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsinin sanksiyasında beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azalıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.4-cü, 59.1.12 və 59,1.13cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” «15» noyabr 2013-cü il tarixli qərarının 21-ci bəndinə əsasən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz.Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə cəza təyini ilə bağlı qanunvericiliyin tələblərini və yuxarıda qeyd edilən Plenum qərarında nəzərdə tutulmuş halları – Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, təyin ediləcək cəzanın onun islah olunmasına, özünün və ailəsinin həyat şəraitinə təsirini, barəsində olan yüngülləşdirici halları olmasını və barəsində ağırlaşdırıcı halların olmamasını, habelə hadisənin mexanizmini, yəni onun əsas yolda gəlməsi digər avtomobilin sürücüsünün sərxoş halda köməkçi yolla hərəkət edərək qəflətən onun qarşısına çıxmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs həmin maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə cəza təyin etməklə cəzanın məqsədinə nail oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsinin sanksiyasında əsas cəza ilə yanaşı əlavə cəza kimi müəyyən müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə məcburi hal kimi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müəyyən müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrumetmə cəzası əlavə cəza kimi təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45-ci maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə növündə cəzanın da təyin olunmasını və bu cəzanın icrasının əsas cəzanı çəkib qurtardığı vaxtdan hesablanmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün məntəqə tipli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş müsadirə olunmalı olan əmlakı müəyyən edilmədiyindən məhkəmə onun barəsində xüsusi müsadirənin tətbiq olunmamasını əsaslı və qanuni sayır. Təqsirləndirilən şəxs cəzasının başlanğıcı məntəqədə qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə iş üzrə Şəmkir RPŞ-nin müvəqqəti saxlama meydançasında saxlanılan “VAZ-21214” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılması üçün sahibi X10 hüquqi varisi X6, “DAF” markalı **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobil isə saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs qaytarılmasını nəzərə almalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinərək 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs əsas cəza kimi təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı hökm onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikasının CM-nin 45.2-ci maddəsinə əsasən əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə bu cəza üçün müəyyən edilmiş 4 (dörd) il müddətə şamil edilsin. Hökmün icrası Tovuz rayon Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan Şəmkir RPŞ-nin müvəqqəti saxlama meydançasında saxlanılan VAZ-21214 markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılması üçün sahibi X10 hüquqi varisi X6, DAF markalı **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobil isə saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak yoxdur, iş üzrə mülki iddia yoxdur. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar