Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-64/2022 01.11.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Səmədov Xəqani Hacı oğlu (sədrlik edən), hakimlər Mahmudov Faiq Nüsrət oğlu və İmanov Dadaş Hüseyn oğlundan ibarət tərkibdə, X5, X8, X9 və Məmmədov Orxan Elxan oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3 və onların qanuni nümayəndəsi Qanuni nümayəndə, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi4, Müdafiəçi2, Müdafiəçi1 və Müdafiəçi3 iştirakları ilə, xx.xx.1988-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri xx.xx.1993-cü ildə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, işləməyən, ünvan 2 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri xx.xx.1985-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3, 181.2.5, 29,186.2.2-ci maddələri ilə təqsirli bilinərək 09 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, işləməyən, ünvan 3 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri xx.xx.1981-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3, 237.1-ci maddələri ilə təqsirli bilinərək 05 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, işləməyən, Gəncə şəhəri, Cavadxan küçəsi, 2-ci döngə, ev 10-da qeydiyyatda olmaqla, Gəncə şəhəri, Məhsəti qəsəbəsində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs4 qayınanası X2 bacısı Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə söhbəti zamanı 45000 manat qarşılığında ev almaq istədiklərini və sonuncularda 45000 manat pulun olmasını, Zərərçəkmiş şəxs1 qızı Zərərçəkmiş şəxs2 və iki azyaşlı nəvələri-Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 ilə birlikdə Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 4-cü küçədə yerləşən fərdi yaşayış evində yaşadıqlarını, ev sakinlərinin hamısının yataq otağında bir yerdə yatdıqlarını, Zərərçəkmiş şəxs1 45000 manat pulu üzərində - sinəsinə qoyub saxladığını, evin giriş qapısının gecələr kilidli olmadığını öyrəndikdən sonra qabaqcadan Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və şəxsiyyətləri istintaqa məlum olmayan 3 nəfər şəxslə əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz olaraq girib silah qismində istifadə edilən əşya tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və bu cür zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın törədib, tamah niyyətilə həmin pulu, yəni özgənin əmlakını xeyli miqdarda ələ keçirmək məqsədilə quldurluq etmək qərarına gəlmişlər. Razılığa əsasən qrup üzvü Təqsirləndirilən şəxs4 Təqsirləndirilən şəxs3 öyrəndiklərini danışdıqdan sonra, onlar birlikdə Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 4-cü küçəyə gedib, Zərərçəkmiş şəxs1 ailəsi ilə birlikdə yaşadığı evə baxmışlar, bundan sonra cinayətkar niyyətin həyata keçirilməsi üçün Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və şəxsiyyətləri istintaqa məlum olmayan 3 nəfər şəxs Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “Azərbaycan” inşaat mağazasına getmiş, həmin mağazadan Təqsirləndirilən şəxs2 törədiləcək cinayət zamanı əl-barmaq izlərinin aşkar edilməməsi üçün rezin əlcəklər almış, eləcə də, istintaqa məlum olmayan mənbədən zərər çəkmiş şəxslərin zərərsizləşdirilməsi məqsədi ilə yapışqanlı lent və plastik ip əldə edərək avtomobilində saxlamış, eyni zamanda basqın edilən zaman tanınmamaları üçün Təqsirləndirilən şəxs1 şəxsiyyətləri istintaqa məlum olmayan iki nəfər şəxslə papaqlar və maskalar əldə etdikdən sonra Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və şəxsiyyətləri istintaqa məlum olmayan 3 nəfər şəxslə Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 4cü küçəyə getmiş, Təqsirləndirilən şəxs3 orada Zərərçəkmiş şəxs1 ailəsi ilə birlikdə yaşadığı evi və evə daxil olunacaq giriş hissələrini göstərmiş, daha sonra aralarında olan razılaşmaya əsasən 04 noyabr 2020-ci il tarixdə, gecə saat 02 radələrində şəxsiyyəti istintaqa məlum olmayan üç nəfər şəxslərdən biri ünvan 4 ünvanında yerləşən evdə əldə ediləcək qənimətin bölünməsi üçün gözləmişdir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və şəxsiyyətləri məlum olmayan iki nəfər şəxslə birlikdə Təqsirləndirilən şəxs2 idarə etdiyi “VAZ 2121” markalı “**-BG-***” dövlət qeydiyyat nişanlı avtomobillə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz olaraq girib silah qismində istifadə edilən əşya tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və bu cür zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın törədib tamah niyyətilə özgənin əmlakını xeyli miqdarda ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 yaşadığı Gəncə şəhəri, Məhsəti qəsəbəsi 4-cü küçədə yerləşən fərdi yaşayış evinin yaxınlığına Təqsirləndirilən şəxs4 verdiyi istiqamət üzrə getmişlər. Təqsirləndirilən şəxs2 avtomobilin sürücüsü kimi, Təqsirləndirilən şəxs3 isə ev sakinlərinin tanımaması və istiqamətverən şəxs kimi Təqsirləndirilən şəxs2 avtomobilinin yanında gözləmişlər. Təqsirləndirilən şəxs1 şəxsiyyətləri məlum olmayan digər iki nəfər şəxslə birlikdə əllərinə əlcək, üzlərinə maska, başlarına isə papaq geyinib, özləri ilə qabaqcadan əldə etdikləri, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən onlara təqdim edilmiş yapışqanlı lenti, plastik ipi alıb qanunsuz olaraq hasardan Zərərçəkmiş şəxs1 kirayəçi kimi yaşadığı fərdi yaşayış evinin həyətinə, oradan isə açıq qapıdan evə və evin yataq otağına daxil olaraq yatmış vəziyyətdə olan Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 üzərinə həyat və sağlamlıq üçün təhlükəli olan basqın edib onları yuxudan ayıltdıqdan sonra, müqavimət göstərməmələri və səs-küy salmamaları üçün yataq otağında Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 tutub saxlamış, digər şəxsiyyətləri məlum olmayan iki nəfər şəxslərdən biri həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edib çarpayıda dizini Zərərçəkmiş şəxs1 qarın nahiyəsinə dirəyib əvvəlcə əli ilə, daha sonra isə bir neçə dəfə silah qismində istifadə etdiyi balıncla boğub sifət nahiyəsinə zərbələr endirməklə sonuncuya sağlamlığa zərər vurmadığından dərəcələri təyin edilməyən xəsarətlər yetirib evdə olan pulu tələb etmiş, eyni zamanda digər adı məlum olmayan şəxs isə həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq edib Zərərçəkmiş şəxs2 çarpayıda əli ilə boğub daha sonra çarpayıdan yerə yıxaraq ayağını kürəyinə dirəyib saçından tutaraq üz nahiyəsinə əli ilə zərbələr endirib sonuncuya sağlamlığa zərər vurmadığından dərəcələri təyin edilməyən xəsarətlər yetirib evdə olan pulu tələb etmişdir. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 pulun yeri barədə məlumat vermədiklərini gördükdən sonra həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq edəcəkləri barədə hədə-qorxu gələrək şəxsiyyəti məlum olmayan şəxs üzərində olan yapışqanlı lenti çıxarıb Zərərçəkmiş şəxs2 ağzını bağlamağa çalışaraq Zərərçəkmiş şəxs1 üzərində olan şəxsiyyəti məlum olmayan şəxsə Zərərçəkmiş şəxs1 işarə edərək “boğ getsin...” sözlərini demiş, bu zaman Zərərçəkmiş şəxs2 ona və şəxsiyyətləri məlum olmayan digər iki nəfər şəxsə anası və övladlarını öldürməmələri üçün yalvarıb pulun yerini deyəcəyini dedikdən sonra Zərərçəkmiş şəxs2 üzərində olan şəxs Zərərçəkmiş şəxs2 pulun yerini göstərməsi məqsədi ilə sərbəst buraxmış, bundan istifadə edən Zərərçəkmiş şəxs2 dərhal yataq otağını tərk edib pəncərədən qışqıraraq səs-küy salıb kömək çağırdığından Təqsirləndirilən şəxs1 şəxsiyyətləri məlum olmayan digər iki nəfər şəxslə həmin evdən çıxaraq Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3la birlikdə gözlədiyi yerə, yanlarına gedib Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobillə hadisə yerindən uzaqlaşmaqla quldurluq etmişlər. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 оnа Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə elаn edilmiş ittihаmlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o hadisənin baş verdiyi gündən 3-4 gün əvvəl Röyalla görüşərkən Röyal söhbət zamanı ona içərisində pul olan ev olduğunu, heç kimin evdə olmadığını, oğurluq etmək üçün onun da iştirak etmək istəyib-istəmədiyini soruşmuşdur. Pula ehtiyacı olduğu üçün oğurluq etməyə razılaşmışdır. Röyal ona bu barədə Orxanın da məlumatının olduğunu, onlarla birlikdə gedəcəyini demiş, lakin onlar bu barədə onun yanında danışmamışdılar. Orxanın da məlumatlı olduğunu ona Röyal demişdir. Gecə saat 03 radələrində Röyal ona zəng edərək evdə heç kimin olmadığını, pulu götürüb çıxacaqlarını və hazır olmağını bildirmişdir. Ona Orxanla birlikdə Elnurgilin evində gözlədiyini, Elnurun Dəmiryolu vağzalının yaxınlığında qaldığını, həmin evə gəlməyini demişdir. O, Elnurgilin evinə getmiş, orada Röyal, Orxan, Elnur və iki nəfər də tanımadığı şəxslər olmuşlar. O, 3 nəfər olacaqlarını düşünmüş, digər şəxslərin də olacağını sonradan bilmişdir. O, həmin şəxslərin kim olduqlarını soruşanda Röyal ona “məni necə tanıyırsansa onarı da elə tanı” deyə bildirmişdir. Onlar hadisə yerinə Orxanın avtomobili ilə getmişlər, avtomobildə Orxan, Röyal, o və iki nəfər də tanımadığı şəxslər olmuşlar. Avtomobili həmin evdən təxminən 200 metr aralıda saxlamışlar. Onlar özləri ilə əlcək və qara tibbi maskalar da aparmışdılar. Həmin vaxt onun üzərində sarı rəngli əlcək və qara rəngli tibbi maska olmuşdur. Əlcəyi əllərin izi düşməsin deyə, maskanı da onları heç kim tanımasın deyə aparmışdılar. Razılaşmalarına əsasən evdən götürəcəkləri pulu Röyal 6 nəfər arasında bölməli idi. Onlar evin divarından həyətə düşmüşlər. Həmin yerdə Orxan avtomobildə dayanaraq gözləmiş, Röyalla birlikdə avtomobildən düşərək daxil olacaqları evə doğru bir qədər getmişlər, Röyal onlara bir daha evə necə daxil olacaqlarını izah edərək Orxanın yanına geri qayıtmışdır. Bundan sonra o iki nəfər tanımadığı şəxslə birlikdə evə daxil olmuşdur. Onlara evdə heç kimin olmadığı deyilsə də, evə daxil olduqları vaxt evdə yaşayış olduğunu anlamışdır. Birlikdə evə daxil olduğu şəxslər zərərçəkənlərin üzərinə gedəndə evdəki qadın qışqırmış, sonra uşaqlar qışqırıb ağlamışdılar. O, həmin vaxta kimi evdə kiminsə olduğunu dəqiq bilməmişdir. Uşaqların qorxduqlarını görüb onları sakitləşdirmiş və kömək edərək onları oradan çıxartmışdır. O, evdəki şəxslərdən pul tələb etməmiş və onlara xəsarət yetirməmişdir. Evdə qadının əl-qolunun bağlandığını görməmiş, evdə insanların olduğunu görüb oradan uzaqlaşmışdır. Demək olar ki, evdən birinci o, çıxmışdır. Həmin evə oğurluq niyyəti ilə girmiş, məqsədi quldurluq etmək olmamışdır. İfadəsinə əlavə etmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təzyiq altında vermiş, polis şöbəsində adlarını bilmədiyi şəxslər onu döyərək guya evə quldurluq etmək üçün girdiklərini yazdırmışlar. O, təcridxanaya daxil olanda onu müayinə etmişlər, xəsarət almağı barədə bildirmiş, həmin məlumat qeydə alınmışdır. Həmçinin ifadəsinə əlavə olaraq oğurluq məqsədilə evə daxil olmağa görə peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxslərlə barışıq əldə etdiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 оğlu оnа Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə elаn edilmiş ittihаmlar üzrə özünü təqsirli bilmədiyini, özünü yalnız CM-in 307-ci maddəsilə təqsirli bildiyini qeyd edərək ifadəsində göstərmişdir ki, hadisə günü axşam saat 23 radələrində Röyal ona zəng edərək qonaqları olduğunu, onları avtomobillə aparmaq lazım olduğunu demişdir. O, Röyalın yanına getmiş, getdikdən təxminən 5 dəqiqə sonra Vüsal da gəlmişdir. Sonra onun avtomobili ilə Röyal, Vüsal, o və digər iki nəfər tanımadığı şəxs qəsəbəyə getmişdirlər. Yolda Röyala zəng gəlmiş, o, avtomobildən düşüb telefonla danışmışdır. Onları dedikləri yerə apardıqdan sonra özü qayıtmalı olmuşdur. Röyal demişdir ki, birdən evdə heç kim olmaz, qonaqlar çöldə qalmasın deyə 5 dəqiqə gözləsin, bundan sonra isə birlikdə qayıdacaqlar. Röyalgil avtomobildən düşüb gedəndən təxminən 5-6 dəqiqə sonra Vüsal qaça-qaça gəlib evdə adam olduğunu bildirmişdir. Ondan 1-2 dəqiqə sonra isə digər iki nəfər gəlmişlər və onlar birlikdə oradan uzaqlaşmışlar. O, sonradan bilmişdir ki, onlar oğurluq etmək üçün hansısa evə girmişlər. İfadəsinə əlavə olaraq göstərmişdir ki, 09 noyabr 2020-ci il tarixdə Kəpəz rayon polis şöbəsinin əməkdaşları tərəfindən tutularaq idarəyə aparılmış, orada döyülməklə quldurluq əməlində iştirak etməsi boynuna qoyulmuşdur. Döyülməsilə bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılmışdır. Əlavə etmişdir ki, o, heç bir cinayət əməlinin törədilməsində iştirak etməmiş, yalnız Təqsirləndirilən şəxs1 və tanımadığı iki nəfər şəxsin oğurluq etmək üçün hansısa evə girdiklərini bilmişdir. Buna görə də özünü CM-in 307-ci maddəsilə təqsirli bildiyini, həmin hissədə də əməlindən peşmançılıq çəkdiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 оğlu оnа Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə elаn edilmiş ittihamlarla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs4 onun tanışıdır. Onunla əvvəllər 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən zaman tanış olmuşdur. Azadlığa çıxdıqdan sonra onunla münasibətlərini davam etdirmişdir. Orxan və Vüsal da onun tanışlarıdır. “2705-in dairəsi” adlanan yerin yaxınlığında Cahidlə görüşərkən Cahid ona qayınanasının bacısının Gəncə şəhəri, Məhsəti qəsəbəsində yaşadıqlarını, qadının ev almaq istədiyini, 20000 (iyirmi min manat) pulunun olduğunu, həmin pulu oğurlamağı təklif etsə də Cahidə həmin vaxt ağır xəstəsinin olduğunu, oğurluq etmək istəmədiyini bildirmişdir. Bundan sonra Cahid ona 2-3 dəfə də zəng edib pulun əldən çıxacağını və pulu götürmək lazım olduğunu bildirmişdir. Cahid ona təklif edərkən pul olan evin qohumlarının olduğundan, həmçinin həmin evin yaxınlığında valideynləri yaşadığından həmin evə oğurluğa girmək istəmədiyini bildirmişdir. Evdə adam olmayacağı təqdirdə həmin evə oğurluğa girməkdə Cahidlə razılaşmışdır. Cahid isə ona bildirmişdir ki, həmin şəxsləri çölə çıxaracaqdır. Belə ki, bunun üçün Cahidin qayınanasının bacısı onlara gedəcəkdi. Oğurluq planını hadisə günü Elnurgilin evində qurmuşdular. Oğurluğa girməli olduqları evdən təxminən 50 metr aşağıda atasıgil yaşayırdılar. Cahid əvvəlcədən evi həmin ərazidən keçən zaman ona göstərmişdi. Hadisə günü Cahid ona zəng edib onları çölə çıxara bilmədiyini deyəndə o, bildirmişdir ki, əgər adam varsa evə girməyəcəkdir. Cahid evdə adam olduğunu, onları çıxara bilmədiyini dedikdən sonra Elçin və “Mosu” ləqəbli Rövşən evə girəcəklərini bildirmiş, ona “sən öz fikrində qal biz gedirik”, biz evə girəcəyik deyib getmişdirlər. Orxanı sürücü kimi o, çağırmış, Orxan oğurluğa getməmiş, taksi sürücüsü kimi gedərək orada onları gözləmişdir. Orxana bildirmişdir ki, alacaqları olduğundan onu götürüb qayıdacaqlar. Oğurluğa gedəndə Orxanın və onun başında papaq olmamış, üzlərində maska olmuş və digər şəxslərdə papaq və əlcək olmuşdur. Rövşəngil gedəndə demişdir ki, onlar evə ev sahibləri yatan vaxt girib pulu götürüb çıxacaqlar. Rövşəngil qayıtdıqdan sonra bildirmişdilər ki, evə girəndə evdə adamlar olmuşdur. Mosu qayıdanda onun üstü-başı pis gündə olmuş, boynunda cırmaq izləri olmuşdur. Onun üzündəki tibbi maska cırılmış, papağı isə həmin evdə qalmışdır. O, həmin vaxt “Mosu” ləqəbli Rövşənə problem yaratdığı, evdə olanları oyatdığı üçün sillə vurmuşdur. İfadəsinə əlavə olaraq evə quldurluq məqsədilə deyil, oğurluq etmək niyyətilə girdiklərindən özünü CM-in 177-ci maddəsilə təqsirli bildiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 оğlu оnа Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə elаn edilmiş ittihamlarla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hazırkı iş üzrə həbs edilənə qədər rəsmi olaraq heç bir yerdə işləməmiş, fəhləlik etməklə gündəlik qazancını əldə etmişdir. Əvvəllər qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduğundan Azərbaycan Respublikası CMnin 234.4.3 və 237.1-ci maddəsilə ilə təqsirli bilinərək 2012-ci ildə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 09 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 2017-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Cəzaçəkmə müəssisəsində olarkən orada onunla birlikdə cəza çəkən Təqsirləndirilən şəxs3 ilə tanış olmuş, azadlığa cıxdıqdan sonra da, Röyalla münasibətlərini davam etdirmişdir. 2018-ci ildə Sevil Bayramova ilə qeyri-rəsmi olaraq evlənmiş və həmin nikahdan iki övladı doğulmuşdur. O, evləndikdən sonra arvadı Sevillə birlikdə Sevilin ata evi olan Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən fərdi yaşayış evinə gedərək orada yaşamağa başlamışdır. Qayınanasının bacısı Brilyant, qızı Əfsanə və kürəkəni Natiqlə də, tanış olmuş, bir qohum kimi münasibətləri qaydasında olmuş, ailəvi gediş-gəlişləri olmuşdur. Natiq arvadı Əfsanə, azyaşlı övladları Rəvan və Fidanla Gəncə şəhəri, Gəc zavodu qəsəbəsində yerləşən evlərində yaşamışlar. Daha sonra təxminən 2020-ci ilin aprel ayında həmin evlərini satmış, həmin evi satdıqdan sonra Əfsanəgil bacısı X6 şəhəri, Məhsəti qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşamağa başlamışdılar. 2020-ci ilin sentyabr ayında Aynur özünə məxsus fərdi yaşayış evini satmaq istədiyi üçün Əfsanəgil ailəsilə birlikdə onların evin yaxınlığında yəni, Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 4-cü küçədə kirayə ev tutaraq orada kirayəçi kimi yaşamağa başlamışlar. Qanuni nümayəndə hərbi qulluqçu olduğundan sentyabr ayının sonunda hərbi xidmətə getdiyi üçün Əfsanə tək qalmasın deyə anası Brilyant da, birlikdə yaşamağa başlamışdır. Bundan sonra o, bir qohum kimi kirayə yaşadığı evə gedibgəlmişdir. 2020-ci ilin oktyabr ayının əvvəllərində erməni silahlı birləşmələri Gəncə şəhərinə raket atdıqdan sonra o, öz ailəsini, yəni arvadı Sevili, övladları Eşqini, Öməri, həmçinin Brilyantı, qızı Əfsanəni, Əfsanənin övladları Fidan və Rabili müvəqqəti olaraq Daşkəsən rayonunun Quşçu kəndidə yerləşən evinə aparmış və təmxinən 1 həftə həmin evdə qalmışlar. Həmin evdə qaldığı dönəmdə Brilyantın bir dəfə hamamdan çimib çıxdıqdan sonra pul sayaraq sinəsinə qoyduğunu görmüşdür. Həmin vaxt evdə söhbət zamanı Brilyant ev almaq istədiklərini dedikdə o, həmin pulun ev almaq üçün yığıldığını, məbləğinin isə 20000 manat olduğunu bilmişdir. Daşkəsən rayonun Quşçu kəndidə 1 həftə qaldıqdan sonra onlar yenidən öz evlərinə geri qayıtmışlar. Həmin vaxt maddi baxımdan sıxıntı çəkdiyi üçün Brilyantda olan həmin pulu götürmək lazım olduğu qərarına gəlmiş, həmin pulun hansı yolla götürəcəyini düşündükdə yadına Röyal düşmüş, Röyalın əvvəllər də, quldurluq etdiyinə görə məhkum olunduğunu bildiyi üçün Röyalın bu işi həll edəcəyini düşünmüşdür. Bundan sonra təxminən 2020-ci ilin oktyabr ayının ortalarında, gününü dəqiq xatırlamadığı tarixdə istifadəsində olan mobil nömrədən Röyalın istifadəsində olan mobil nömrəyə zəng edərək görüşmək istədiyini demiş, Röyal onunla razılaşdıqdan sonra onlar “2705-in dairəsi”nin yaxınlığı kimi tanınan yerdə görüşmüşlər. Röyala qayınanasının bacısının Gəncə şəhəri, Məhsəti qəsəbəsində yaşadıqlarını, qadının ev almaq istədiyini, 20000 manat pulunun olduğunu demişdir. Röyal ona nə etmək istədiyini soruşduqda o, Röyala həmin qadının hər səhər tezdən saat 6 radələrində evdən çıxaraq “Grand Qafaz” ticarət mərkəzinə gedərək orada alver etdiyini, pulu sinəsində daşıdığını, qadının onu tanıdığına görə başqa bir tanış taparaq qadın işə gedərkən pulu götürməyi təklif etmiş, pulu bərabər şəkildə böləcəklərini demiş, Röyal isə ona bir fikir bildirəcəyini demişdir. Təxminən 5-10 gün müddətində Röyaldan bir xəbər çıxmadığını görüb təxminən 2020-ci ilin oktyabr ayının ortalarında Röyala zəng edərək fikri qətiləşdirməli olduqlarını demiş, Röyal onunla razılaşmışdır. Bundan sonra o, Brilyantı güdərək bazara getməsini gözləməli və həmin evdən çıxdıqdan sonra bu barədə Röyala məlumat verəcəyi barədə qərar vermiş, lakin Brilyant bundan sonra qayınatası Qabillə birlikdə bazara getdiyinə görə bu fikrin alınmayacağını düşünmüş, bundan sonra Röyala zəng edərək qadının işə tək getmədiyini, planı dəyişməli olduqlarını bildirmişdir. 2020-ci ilin təxminən noyabr ayının 1də o, Röyalla Gəncə şəhəri, Dəmriyolu vağzalının yaxınlığında görüşmüş, o, Röyala pulu ancaq evdən götürməli olduqlarını, qadının qızı və iki azyaşlı nəvələri ilə yaşadığını, hamısının yataq otağında bir yerdə yatdığını, qadının pulu gündüzlər üzərində, gecələr isə sinəsinə qoyduğunu, evə hasardan daxil olunmalı olduğunu, evin giriş qapısının gecələr kilidli olmadığını demiş, həmçinin bildirmişdir ki, imkan olsa evə girdikləri gün onları evdən çıxaracaq. Bundan sonra o, Röyalla Gəncə şəhəri, Məhsəti qəsəbəsinə getmiş və o, Röyala Brilyantın qızı və nəvələri ilə birlikdə yaşadığı evi göstərmiş, Röyal isə tanışları ilə məsləhətləşib bir cavab deyəcəyini demişdir. Həmçinin Röyalla neçə nəfər olarsa pulu hamısının arasında bərabər şəkildə bölünəcəyi barədə razılaşmış, həmin razılıqdan sonra o, Röyaldan ayrılmış, bundan sonra Röyal ona zəng edərək birlikdə 6 nəfər olduqlarını pulu bərabar şəkildə böləcəklərini demiş və o, buna heç bir etiraz etməmişdir. Həmin günün səhərisi o, Brilyantın evin behini verdiyini öyrənmiş, pulun artıq əllərindən çıxacağından ehtiyat etiyi üçün həmin gün yəni, xx.xx.2020-ci il tarixdə saat 16 radələrində Röyala zəng edərək qadının səhərisi ev alacağını, evin behini verdiyini, vaxt itirəcəkləri halda pulun əldən çıxacağını demişdir. Röyal isə ona məlumat verəcəyini bildirmişdir. Hadisə günü Röyala evdəkiləri çölə çıxara bilmədiyini demişdir. Bundan sonra o, Röyalgilin evə girməsini gözləmiş, xx.xx.2020-ci il tarixdə saat 03 radələrində qayınanası Göhərə zəng gəlmiş, həmin an Göhərin həyəcanlı danışdığını görmüş, bu zaman Briliyangilin evinə 3 nəfər şəxs girərək pullarını ələ keçirmək istədiklərini, lakin buna nail ola bilmədiklərini bilmişdir. O, həmin vaxt bunu Röyalgilin etdiyini anlamış, səhərisi Röyal ona zəng edərək evə daxil olduqlarını lakin pulu götürə bilmədiklərini demiş, o isə Röyala pulun evdə olduğunu və özlərinin pulu götürə bilmədiklərini bildirmişdir. İfadəsinə əlavə olaraq pulu quldurluq yolu ilə yox, oğurluq etməklə əldə etməyi Röyalla razılaşdırdıqlarından özünü CM-in 177-ci maddəsilə təqsirli bildiyini göstərərək oğurluq üçün gedən həmin 6 nəfərdən birinin Röyal olduğunu bilsə də, digər 5 nəfər şəxsin kim olmasını və adlarını bilməmiş, həmin şəxsləri hadisədən əvvəl və sonra görməmiş, Röyaldan başqa digər bir şəxsin onu tanımasını istəməmişdir. Əlavə olaraq göstərmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılan zaman da hadisələrdə iştirak etmədiyini bildirmiş, lakin ona polis əməkdaşları tərəfindən təzyiq göstərilmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, hadisə baş verən dövrdə Gəncə şəhər “Grand Qafqaz” bazarında süd məhsullarının alğı-satqısı ilə məşğul olmuşdur. O, əvvəl Gəncə şəhəri, Totanlı küçəsi, 3-cü döngə, ev 29-da yaşamış, 2020-ci ilin aprel ayında qızı Zərərçəkmiş şəxs2 Gəncə şəhəri, Gəc zavodu qəsəbəsində yerləşən evlərini sataraq ailəsi ilə birlikdə digər qızı X6 şəhəri, Məhsəti qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşamağa başlamışlar. 2020-ci ilin sentyabr ayında qızı Aynur özünə məxsus fərdi yaşayış evini satmaq istədiyi üçün Əfsanəgil ailəsilə birlikdə həmin evin yaxınlığında yəni, Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 4-cü küçədə kirayə ev tutaraq orada kirayəçi kimi yaşamağa başlamışlar. Kürəkəni Qanuni nümayəndə işi ilə əlaqədar olaraq sentyabr ayının sonunda hərbi xidmətə getdiyi üçün qızı Əfsanə tək qalmasın deyə o, qızıgillə birlikdə yaşamağa başlamışdır. Kirayəçi kimi yaşadıqları ev 2 yataq otağından, 1 qonaq otağından və 1 mətbəxdən ibarət olmuşdur. Həmin müddət ərzində onlar qızı ilə birlikdə yeni ev almaq üçün qəsəbənin müxtəlif yerlərini gəzərək satılan evlərlə maraqlanmışlar. Bu məqsədlə xx.xx.2020-ci il tarixdə həmin qəsəbədə Oruc adlı şəxsin evini satdığını öyrənmiş və gedərək evi 36000 manat qarşılığında almağa razılaşmışlar. Bundan sonra onlar ilkin olaraq beh kimi xx.xx.2020-ci il tarixdə saat 21 radələrində qızı Əfsanə ilə birlikdə Orucgilə gedərək 5000 manat pul vermiş, razılaşmalarına əsasən isə pulun qalan hissəsini təxminən 10-15 gün ərzində bankdan kredit götürərək verməli olmuş, onlar pulu verdikdən sonra saat 22 radələrində qızı ilə birlikdə kirayədə yaşadıqları evə qayıtmışlar. Evə daxil olarkən darvazanı açarla kilidləyərək açarı kilidin üzərində qoyaraq həyətdən də, evə keçmiş, həmin vaxt evdə o, qızı Əfsanə və nəvələri 2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs3 və 2013-cü il təvəllüdlü Zərərçəkmiş şəxs4 olmuşlar. O, yorğun olduğu üçün saat 22 radələrində yataq otağına keçərək yatmışdır. Saat 24 radələrində isə nəvələri və qızı Əfsanə də, onun yanına gələrək yatmışlar. Onlar adətən axşamlar evin giriş qapısını örtsələr də, qapı kilidli olmamışdır. Həmin gecə də, adəti üzrə evin giriş qapısı örtülü olsa da, kilidli olmamışdır. Saat 02 radələrində o, yuxuda olarkən anidən kimsə onun boğaz nahiyəsindən yapışaraq “dur pulu ver...pul haradadır?...dur pulu ver...” deməyə başlamış, o, yuxulu vəziyyətdə gözlərini açdıqda yatdıqları çarpayının üzərində 3 nəfər üzlərində maska, əllərində əlcək, başlarında isə qara rəngli papaq olan kişilərin olduğunu, birinin qızı Əfsanənin üzərində dayanaraq tutduğunu, birinin nəvələrini tutduğunu, birinin isə onun üzərində olduğunu görmüşdür. Onun üzərində olan şəxs sağ ayağını döşəməyə, sol dizini isə onun qarın nahiyəsinə dirəyərək bir daha ondan pulları tələb edərək sifət nahiyəsinə yumruqla zərbələr endirmiş, o, nə baş verdiyini anlamadan əli ilə özünü müdafiə etməyə çalışaraq “nə pul?...pulumuz yoxdur?...” deyə bildirmiş, həmin şəxs bundan sonra yenə də, onun sifət nahiyəsinə yumruqla zərbələr endirərək pulu tələb etmişdir. Bu zaman qızı Əfsanə onu tutan şəxsin əlindən çıxmağa çalışarkən çarpayıdan üzü üstə yerə düşmüşdür. Əfsanə yerə düşən zaman üzərində olan şəxs bir ayğını çarpayıya digər ayağını isə Əfsanənin kürək nahiyəsinə dirəyərək saçından tutub ağız nahiyəsinə sillə ilə zərbələr endirərək “pulu ver..pulu ver..” deyə qışqırmışdır. Həmin vaxt onun üzərində olan şəxs Əfsanənin yatdığı balıncı götürərək onun üzünə sıxaraq bu dəfə də balıncla onu boğmağa başlamış, bir neçə saniyə balıncı onun üzünə dirəyib saxladıqdan sonra balıncı çəkərək yenidən ondan pul tələb etmiş, o, yenidən pulunun olmadığını dedikdə bir daha üzünə yumruqla zərbə endirərək yenidən balıncı üzünə dirəyərək boğmağa başlamışdır. Həmin şəxs eyni hərəkəti təxminən 3-4 dəfə davam etdirmişdir. Həmin şəxs ona qeyd etdiyi hərəkətləri edərkən onlardan biri çarpayının üzərində nəvələrini əlləri ilə tutaraq müqavimət göstərmələrinə imkan verməmiş, digəri isə eynilə Əfsanəni yuxarıda qeyd etdiyi şəkildə tutaraq ağız nahiyəsindən vurub pulu tələb etmişdir. Əfsanə pulun olmadığını bir daha dedikdə həmin şəxs yapışqanlı lent çıxaraq Əfsanənin ağzını bağlamağa çalışaraq onun üzərində olan şəxsə “boğ getsin...” deyə bildirmişdir. Əfsanənin üzərində olan şəxs həmin sözü dedikdə onun üzərində olan şəxs balıncı onun sifətinə dirəmiş şəkildə saxlamışdır. Bu zaman Əfsanə həmin şəxslərə “yalvarıram anamı və övladlarımı öldürməyin...qadan alım heçnə etməyin...pul məndədir...gedək digər otağa pulu verim...anam pulu mənə verib...” deyə bildirmiş, Əfsanə həmin sözü dedikdə üzərində olan şəxs “gedək ver...” deyə bildirmiş, həmin vaxt onun üzərində olan şəxs də, gücünü azaltmış, bu zaman Əfsanə burularaq üzərində olan şəxsdən qurtularaq qonaq otağına çıxıb pəncərəni açaraq “ay dayı, evə oğrular girib...anamı və övladlarımı öldürürlər..qapını açıq qoymuşam...tez keçin evə...” deyə qışqırmış, Əfsanə qaçarkən Əfsanəni tutan şəxs də, arxası ilə getmiş, bu vaxt o da özünü toplayaraq üzərində olan şəxsin paltarının kürək nahiyəsindən tutaraq dartmış, paltarını dartdıqda həmin şəxsin üzərində olan köynək, mayka, papaq yerə düşmüşdür. Əfsanə qışqırdıqda arxası ilə gedən qonaq otağında olan şəxs onun və nəvələrinin üzərində olan şəxslərə səslənərək “gələn var...gedəyin...” deyə bildirmişdir. Bundan sonra onların üzərində olan iki nəfər şəxs onu və nəvələrini buraxaraq qonaq otağına, oradan da, həyətə çıxmışlar. Həmin şəxslərdən qızı Əfsanəni və nəvələrini tutanlar evin darvazasından, onu tutan isə evin arxa həyətindən, hasardan aşaraq çıxıb qaçmışlar. Bu zaman onlar dərhal otaqların işıqlarını yandırmış və o, həmin şəxslərdən onun üzərində olanının köynəyinin, maykasının, papağının, həmçinin üzərində olan kapron kəndirin, yapışqanlı lentin və əlcəyin yataq otağına döşəməyə düşdüyünü görmüşdür. Bundan sonra o, həyəcanlı şəkildə heç nəyə toxunmadan dərhal DİN-in 102 xidmətinə zəng etmişdir. Bir qədər sonra polis əməkdaşları hadisə yerinə gələrək müvafiq sənədləşməni aparmışlar. İfadəsinə əlavə olaraq göstərmişdir ki, evlərinə basqın edən şəxslər evə qonaq otağının qapısının kilidli olmamasından istifadə edərək daxil olmuşlar. Həmin şəxslərdən biri onu, biri isə qızı Əfsanəni döyərək xəsarət yetirmiş, lakin nəvələrini tutan üçüncü şəxs isə nəvələrini sadəcə tutmuş, hər hansı bir xəsarət yetirməmişdir. O, həmin şəxslərin üzərində sadəcə yapışqanlı lent və kapron kəndir görmüş, başqa heç nə görməmişdir. Həmin şəxslərdən onu tutanı arıq, nisbətən uzun boylu, nəvələrini tutan orta boylu, dolu, qızı Əfsanəni tutan isə orta boylu, dolu olmuşdur. Həmçinin ifadəsinə əlavə olaraq göstərmişdir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs4 tanımış, Cahid onun bacısı Göhər Bayramovanın kürəkənidir. 2020ci ilin oktyabr ayının əvvəlində erməni silahlı birləşmələri Gəncə şəhərinə raket atdıqdan sonra Cahid, arvadı Sevil, övladları Eşqin, Ömər, o, qızı Əfsanə, nəvələri Fidan və Rabil müvəqqəti olaraq Daşkəsən rayonunun Quşçu kəndidə yerləşən evə getmiş və təmxinən 1 həftə həmin evdə qalmışlar. Onlar həmin evdə qaldıqları dönəmdə söhbətlər zamanı 45000 manat qarşılığında ev almaq istədiklərini demiş, həmin söhbətləri zamanı Cahid də onlarla birlikdə olmuş və bu barədə məlumatı olmuş, lakin onlar həmin vaxt Cahidin onların pulunu ələ keçirmək niyyətinin olmasından şübhələnməmişlər. Əlavə olaraq təqsirləndirilən şəxslərlə barışdığını, onlara qarşı şikayət və tələbinin olmadığını göstərmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, gündəlik olaraq evdə məişət işləri ilə məşğul olur. 2008ci ildə Qanuni nümayəndə ilə evlənərək Gəncə şəhəri, Gəc zavodu qəsəbəsində yerləşən evdə yaşamağa başlamış, həmin nikahdan onların 2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs3 adlı qızları və 2013-cü il təvəllüdlü Zərərçəkmiş şəxs4 adlı oğulları doğulmuşdur. 2020-ci ilin aprel ayında onlar Gəncə şəhəri, Gəc zavodu qəsəbəsində yerləşən evlərini sataraq ailəsi birlidkə bacısı X6 şəhəri, Məhsəti qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşamağa başlamışlar. 2020-ci ilin sentyabr ayında bacısı Aynur özünə məxsus fərdi yaşayış evini satmaq istədiyi üçün o, ailəsi ilə birlikdə həmin evin yaxınlığında yəni, Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 4-cü küçədə kirayə ev tutaraq orada kirayəçi kimi yaşamağa başlamışlar. Əri Qanuni nümayəndə işi ilə əlaqədar olaraq sentyabr ayının sonunda hərbi xidmətə getdiyi üçün o, tək qalmasın deyə anası Zərərçəkmiş şəxs1 onlarla birlikdə yaşamağa başlamışdır. Kirayəçi kimi yaşadıqları evin 2 yataq otağı, 1 qonaq otağı və 1 mətbəxi olmuşdur. Həmin müddət ərzində o, anası ilə birlikdə onlara yeni ev almaq üçün qəsəbənin müxtəlif yerlərini gəzərək satılan evlərlə maraqlanmışlar. Bu məqsədlə xx.xx.2020-ci il tarixdə həmin qəsəbədə Oruc adlı şəxsin evini satdığını öyrənmiş və gedərək evi 36000 manat qarşılığında almağa razılaşmışlar. Bundan sonra onlar ilkin beh kimi xx.xx.2020-ci il tarixdə saat 21 radələrində anası Brilyant ilə birlikdə Orucgilə gedərək 5000 manat pul vermişlər. Razılaşmalarına əsasən isə pulun qalan hissəsini təxminən 10- 15 gün ərzində bankdan kredit götürərək verməli olmuşlar. Onlar pulu verdikdən sonra saat 22 radələrində anası ilə birlikdə kirayədə yaşadıqları evə qayıtmışlar, evə daxil olarkən darvazını açarla kilidləyərək açarı kilidin üzərində qoyub həyətdən də, evə keçmişlər. Həmin vaxt evdə o, anası Brilyant və övladları Fidan və Rabil olmuşdur. Anası Brilyant yorğun olduğu üçün saat 22 radələrində yataq otağına keçərək yatmış, saat 24 radələrində isə o, övladları ilə birlikdə anasının yanına, yataq otağına keçərək dördü də, yataq otağındakı eyni çarpayıda yatmışlar. Onlar adətən axşamlar evin giriş qapısını örtsələr də, qapı kilidli olmamışdır. Həmin gecə də, adəti üzrə evin giriş qapısı örtülü olsa da, kilidli olmamışdır. Həmçinin mətbəxin və qonaq otağının işıqları yanılı, digər otaqların işığı isə keçirilmiş olmuşdur. Saat 02 radələrində o, yuxuda olarkən anidən ayaq səsləri eşitmiş, bu zaman yataq otağının qapısı açılmış və o, 3 nəfərin üzlərində maska, əllərində əlcək və başlarında papaq otağa daxil olduqlarını görmüşdür. Daxil olan şəxslərin üzlərində maska olduğu üçün onların üzünü seçə bilməmişdir. Həmin şəxslər otağa daxil olan kimi çarpayının üzərinə çıxaraq biri anasının üzərinə, biri övladlarının üzərinə, üçüncüsü isə onun üzərinə hücum etmiş, onun üzərinə gələn şəxs dərhal onun boğaz nahiyəsindən tutub boğaraq “dur pulu ver...pul haradadır?...dur pulu ver...” deyə qışqırmış, anasının üzərinə hücum edən şəxs də, eyni qaydada anasının boğaz nahiyəsindən yapışaraq “dur pulu ver...pul haradadır?...dur pulu ver...” deyə qışqırmışdır. Anasının üzərində olan şəxs sağ ayağını döşəməyə, sol dizini isə anasının qarın nahiyəsinə dirəyərək bir daha pulları tələb edərək sifət nahiyəsinə yumruqla zərbələr endirmiş, anası isə nə baş verdiyini anlamadan əli ilə özünü müdafiə etməyə çalışaraq “nə pul?...pulumuz yoxdur?...” deyə bildirmişdir. Həmin şəxs bundan sonra yenə də, anasının sifət nahiyəsinə yumruqla zərbələr endirərək pulu tələb etmiş, bu zaman o, üzərində olan şəxsin əlindən çıxmağa çalışarkən çarpayıdan üzü üstə yerə düşmüş, o, yerə düşən zaman üzərində olan şəxs bir ayğını çarpayıya, digər ayağını isə kürək nahiyəsinə dirəyərək onun saçından tutub ağız nahiyəsinə sillə ilə zərbələr endirərək “sənə demirəmmi pulu ver..tez ol pulu ver..” deyə qışqırmışdır. O, çarpayıdan yerə düşərkən anasının üzərində olan şəxs onun yatdığı balıncı götürərək anasının üzünə sıxaraq bu dəfə balıncla onu boğmağa başlamış, həmin şəxs bir neçə saniyə balıncı anasının üzünə dirəyib saxladıqdan sonra balıncı çəkərək yenidən ondan pulun yerini tələb etmiş, anası yenidən pulun olmadığını dedikdə həmin şəxs bir daha anasının üzünə yumruqla zərbə endirərək yenidən balıncı üzünə dirəyərək boğmağa başlamışdır. Həmin şəxs eyni hərəkəti təxminən 3-4 dəfə davam etdirərək anasına qeyd etdiyi hərəkətləri edərkən biri çarpayının üzərində övladları Fidan və Rabili əlləri ilə tutaraq müqavimət göstərməsinə imkan verməmiş, digəri isə onu yuxarıda qeyd etdiyi şəkildə tutaraq ağız nahiyəsindən vurub pulu tələb etmişdir. O, pulun olmadığını bir daha dedikdə həmin şəxs bu dəfə yapışqanlı lent çıxarıb ağzını bağlamağa çalışaraq anasının üzərində olan şəxsə “boğ getsin...” deyə bildirmişdir. Həmin vaxt uşaqları da qorxaraq qışqırmışlar. Bu zaman həmin şəxsin anasını boğaraq öldürəcəyindən qorxaraq üzərində olan şəxsin ayağından yapışaraq yalandan “yalvarıram anamı və övladlarımı öldürməyin...qadan alım heçnə etməyin...pul məndədir...gedək digər otağa pulu verim...anam pulu mənə verib...” deyə bildirmiş, o, həmin sözü dedikdə üzərində olan şəxs ona inanaraq ona tətbiq etdiyi fiziki gücünü azaldıb “gedək ver...” deyə bildirmişdir. Üzərində olan şəxsin ona tətbiq etdiyi fiziki gücünü azalmasından istifadə edərək burulub həmin şəxsdən qurtularaq qonaq otağına çıxıb pəncərəni açaraq onlara həyətdə kiminsə olmasına inandırmaq üçün “ay dayı evə oğrular girib...anamı və övladlarımı öldürürlər..qapını açıq qoymuşam...tez keçin evə...” deyə qışqırmış, o, qonaq otağına qaçarkən onu tutan şəxs də, arxasıca qonaq otağına gəlib yenidən onu tutmağa çalışmış, lakin o, qışqırdığı üçün geri çəkilərək yataq otağında olan digər iki nəfər şəxsə səslənərək “gələn var...gedəyin...” deyə bildirmişdir. Bundan sonra yataq otağında olan şəxslər də, oradan çıxaraq qonaq otağına, oradan da, həyətə çıxmışlar. Yataq otağından çıxarkən onun üzü həyətə sarı olduğu üçün üzlərini seçə bilməmişdir. Bundan sonra yataq otağından çıxan həmin şəxslərdən o və övladlalarını tutanlar evin darvazasından, anasını tutan isə evin arxa həyətindən hasardan aşaraq çıxıb qaçmışdır. Həmin şəxslər evə daxil olarkən mətbəxin və qonaq otağının da, işığını keçirdikləri üçün hər yer qaranlıq olmuşdur. Bu zaman onlar dərhal otaqların işıqlarını yandırmış və o, həmin şəxslərdən anasının üzərində olanının köynəyi, maykası, papağı, həmçinin onların üzərində olan kapron kəndir, yapışqanlı lent və əlcək yataq otağına döşəməyə düşdüyünü görmüş, bundan sonra anası Brilyant həyəcanlı şəkildə heç nəyə toxunmadan dərhal DİN-in 102 xidmətinə zəng etmişdir. Bir qədər sonra polis əməkdaşları hadisə yerinə gələrək müvafiq sənədləşməni aparmışlar. İfadəsinə əlavə olaraq göstərmişdir ki, evlərinə daxil olan şəxslərdən biri onu, biri isə anasını döyərək xəsarət yetirmişdir. Lakin övladlarını tutan üçüncü şəxs isə sadəcə tutmuş, hər hansı bir xəsarət yetirməsə də, uşaqlar həmin vaxt qışqırıb ağlayaraq həyəcan keçirmişlər. O, həmin şəxslərin üzərində sadəcə yapışqanlı lent və kapron kəndir görmüş, başqa heç nə görməmişdir. Həmin şəxslər onların hər hansısa bir əmlaklarını talamamış, məhv etməmiş və ya zədələməmişdirlər. Sadəcə onlardan pulların yerini tələb etmişdirlər. O, xatırladığı qədəri ilə həmin şəxslərdən anasını tutanı arıq, nisbətən uzun boylu, övladlarını və onu tutanlar isə orta boylu, dolu və üzü tüklü olmuşdur. Əlavə olaraq göstərmişdir ki, onun təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və ya Təqsirləndirilən şəxs4 ilə hər hansı bir ədavəti, düşmənçiliyi, borcu olmamışdır. Həmin şəxlərdən sadəcə Təqsirləndirilən şəxs4 tanımış, Cahid onun xalası Göhər Bayramovanın kürəkənidir. 2020-ci ilin oktyabr ayının əvvəlində erməni silahlı birləşmələri Gəncə şəhəri raket atdıqdan sonra Cahid, arvadı Sevil, övladları Eşqin, Ömər, anası Brilyant, o, övladları Fidan və Rabil müvəqqəti olaraq Daşkəsən rayonunun Quşçu kəndidə yerləşən evə getmiş və təmxinən 1 həftə həmin evdə qalmışlar. Onlar həmin evdə qaldıqları dönəmdə söhbətlər zamanı 45000 manat qarşılığında ev almaq istədiklərini demiş, həmin söhbətləri zamanı Cahid də, onlarla birlikdə olmuş və bu barədə eşitmişdir. Lakin onlar həmin vaxt Cahidin onların pulunu ələ keçirmək niyyətinin olmasından şübhələnməmişlər. Əlavə olaraq təqsirləndirilən şəxslərlə barışdığını, onlara qarşı şikayət və tələbinin olmadığını göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 qanuni nümayəndəsi Qanuni nümayəndə Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri, 26 nömrəli tam orta məktəbdə ibtidai təhsil alır. 2020-ci ilin noyabr ayının 3-də axşam anası Əfsanə, nənəsı Brilyant və qardaşı Rabillə birlikdə ev almaq üçün yaşadıqları yerdən bir qədər aralıda yerləşən evə getmiş, orada evlə bağlı söhbət etdikdən sonra öz evlərinə geri qayıtmışlar. Nənəsi yorğun olduğu üçün yataq otağına keçərək yatmış, bir qədər sonra anası, o və qardaşı da nənəsinin yatdığı otağa keçib həmin çarpayıda dördü də yatmışlar. O, yuxuda olanda anidən bir nəfər onun boynundan tutaraq sıxmış, o, gözünü açanda yatdıqları çarpayının üzərində 3 nəfər üzlərində maska, əllərində əlcək, başlarında isə qara rəngli papaq olan kişilərin olduğunu, birinin anası Əfsanənin üzərində dayanaraq tutduğunu, birinin qardaşı ilə onun boynundan tutduğunu, birinin isə nənəsinin üzərində olduğunu görmüşdür. Nənənsinin üzərində olan şəxs sağ ayağını döşəməyə, sol dizini isə onun qarnına dirəyərək ondan pulları tələb edərək üzünə yumruqla zərbələr endirmiş, nənəsi isə “nə pul?...pulumuz yoxdur?...” deyə bildirmiş, həmin şəxs bundan sonra yenə də, nənəsinin üzünə yumruqla zərbələr endirərək pulu tələb etmiş, bu zaman anası Əfsanə tutan şəxsin əlindən çıxamağa çalışarkən çarpayıdan üzü üstə yerə düşmüş, yerə düşən zaman üzərində olan şəxs bir ayağını çarpayıya digər ayağını isə anasının kürək nahiyəsinə dirəyərək onun saçından tutub ağızına şillə ilə zərbələr endirərək ona “pulu ver..pulu ver..” deyə bildirmiş, həmin vaxt nənəsinin üstündə olan şəxs anasının yatdığı balıncı götürərək üzünə qoyaraq bu dəfə balıncla boğmağa başlamışdır. Bir neçə saniyə balıncı nənəsinin üzünə dirəyib saxladıqdan sonra balıncı çəkərək yenidən pul istəmişdir. Nənəsi yenə də pulun olmadığını dedikdə bir daha nənəsinin üzünə yumruqla zərbə endirərək yenidən balıncı üzünə dirəyərək boğmağa başlamışdır. Bu vaxt digər şəxs çarpayının üzərində qardaşı Rabillə onu tutub saxlamış, onlar isə qorxularından qışqıraraq ağlamışlar. Anası Əfsanə üzərində olan adama pulun olmadığını bir daha dedikdə həmin şəxs yapışqanlı lent çıxararaq anasının ağzını bağlamağa çalışaraq nənəsinin üzərində olan şəxsə “boğ getsin...” deyə bildirmişdir. Həmin vaxt qardaşı ilə birlikdə anası və nənəsinin öldürüləcəyindən qorxaraq həyəcan keçirdiklərindən qışqıraraq ağlamışlar. Bu vaxt nənəsinin üzərində olan şəxs balıncı nənəsinin sifətinə dirəmiş şəkildə saxlamış, bu zaman anası həmin şəxslərə “yalvarıram anamı və özladlarımı öldürməyin...qadan alım heçnə etməyin...pul məndədir...gedək digər otağa pulu verim...” deyə bildirmiş, anası həmin sözü dedikdə üzərində olan şəxs “gedək ver...” deyə bildirmiş, bu zaman anası üzərində olan şəxsdən qurtularaq qonaq otağına çıxıb pəncərəni açaraq “ay dayı evə oğrular girib...anamı və övladlarımı öldürürlər..qapını açıq qoymuşam...tez keçin evə...” deyə qışqırmış, anası qaçarkən tutan şəxs də, arxası ilə getmiş, bu vaxt nənəsi də, üzərində olan şəxsin paltarının kürək nahiyəsindən tutaraq dartmış, paltarını dartdıqda həmin şəxsin üzərində olan köynək, mayka, papaq yerə düşmüş, anası qışqırdıqda arxası ilə gedən qonaq otağında olan şəxs qardaşı ilə onun və nənəsinin üzərində olan şəxslərə səslənərək “gələn var...gedəyin...” deyə bildirmişdir. Bundan sonra onların üzərində olan iki nəfər şəxs qardaşı ilə onu və nənəsini buraxaraq qonaq otağına, oradan da, həyətə çıxmışlar. Bundan sonra qardaşı ilə o, qorxudan ağlamağa davam etmişlər və anasıgil polisə zəng etdikdən sonra polislər evlərinə gəlmiş və onlara hadisəni danışmışlar. Qardaşı ilə onun üzərində olan oğlan onların boynundan tutub saxlamış, həmin şəxs onları vurmasa da, onlar həyəcan və qorxudan qışqıraraq ağlasalar da, onlara heç bir əhəmiyyət verməyərək onları buraxmamışdır. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində Zərərçəkmiş şəxs3 ifadəsində göstərdiklərini təsdiq edərək oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, rəsmi olara heç bir yerdə işləmir. 2007-ci ildə 29,120.2.2 və 29,120.2.4-cü maddəlləri ilə təqsirli bilinərək 11 il 06 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və 2019-cu ilin aprel ayında azadlığa çıxmışdır. Təxminən 1 ildir ki, qonşuluğunda yaşayan Röyal adlı şəxslə tanış olmuş, Röyalla söhbətləri zamanı o, Röyalın da onun kimi əvvəllər cinayət törətdiyinə görə tutulmuş və yeni azadlığa çıxdığını bilmişdir. Həmin vaxtdan sonra Röyalla onun münasibəti yaranmış və onlar arada görüşərək çay içib söhbət etmişlər. Röyalla münasibəti yarandıqdan sonra Röyalın vasitəsilə təxminən 4 ay əvvəl Orxanla və təxminən 2-3 ay əvvəl isə Vüsalla tanış olmuşdur. Həmin şəxslərlə də adətən boş vaxtlarında oturub çay içib gündəlik qayğılarından söhbət etmişlər. 03 noyabr 2020-ci il tarixdə 21 radələrində o, Gəncə şəhəri, Dəmiryolu vağzalının yaxınlığında dayanaraq hava alan zaman Röyal ona zəng edərək onlara gəlmək istədiyini, bir-iki saat oturub gedəcəyini demişdir. O da razılaşdıqdan sonra yaşadığı evə getmiş, o, evin qarşısına çatdıqda Röyalın yaşadığı evin önündə idarə etdiyi VAZ 2106 markalı dövlət qeydiyyat nişanının sonu 292 kimi xatırladığı avtmobildə sükan arxasında əyləşdiyini, avtomobildə əlavə olaraq tanımadığı 3 nəfər şəxsin olduğunu görmüş, o, həmin şəxslərin yanına çatdıqda onlar avtomobildən düşmüş, onlar görüşmüş, Röyal ona həmin tanımadığı 3 nəfər şəxsin dostları olduğunu, Yevlax şəhərində yaşadığını, bir az onlarda oturub gedəcəklərini demişdir. O da Röyala problem olmadığını deyərək darvazadan həyətə keçmiş və həyətdə olan masada əyləşmişlər. Həmin vaxt yaşadığı evdə Emin Muxtarov olsa da, Emin yatmışdır. O, həmin şəxslərə çay dəmləyərək vermiş, Röyalgilin söhbətindən bir azdan, yəni gecəyarı oğurluğa girəcəklərini eşitmiş, Röyal ona Vüsalla Orxanın da, gələcəklərini və birlikdə gedəcəklərini demişdir. Təxminən saat 24 radələrində Orxan özünə məxsus VAZ 2121 markalı avtomobili ilə onlara gəlmiş, Orxan da, həyətə keçərək Röyalgillə görüşmüş, Orxan Röyalgillə nəsə söhbət etsələr də, o, nə danışmasını bilməmişdir. Bir qədər sonra Vüsal da, onlara gəlmiş, Vüsalı Röyalla yanında gələn tanımadığı şəxs qarşılamış, Vüsal içəri keçdikdən sonra onlarla görüşmüş, bundan sonra masanın ətrafında əyləşmişlər. O, söhbəti tam eşidə bilməsə də, dediklərindən Röyal oğurlağa girəcəkləri evə necə daxil olunmalı olmasını və kimin nə etməsini izah etdiyini başa düşmüşdür.Röyalgil təxminən yarım saat söhbət etdikdən sonra Röyal ona Röyal, Vüsal, Orxan və yanında gələn digər iki nəfər şəxs Orxanın avtomobili ilə oğurluğa gedəcəklərini, digər yanındakı bir nəfər şəxs isə onunla qalacağını və oğurluq edib qayıtdıqdan sonra gəlib həmin şəxsi də, götürəcəklərini demişdir. O, Röyalla razılaşdıqdan sonra saat 01 radələrində Röyal, Orxan, Vüsal və Röyalın yanındakı adlarını bilmədiyi digər iki nəfər şəxs Orxanın VAZ 2121 markalı avtomobilinə minərək çıxıb getmiş, onun və Röyalın yanında qalmış digər bir nəfər şəxs isə evdə qalaraq qayıtmalarını gözləmişdir. Saat 02 radələrində Röyalgil hamısı eyni qaydada geri qayıtmış, o, darvazanı açaraq qarşılamış və Röyalgil yəni Röyal, Orxan, Vüsal və Röyalın iki nəfər dostu həyətə keçmiş, Röyalın dostu ilə iki nəfər şəxsdən arıq, uzun olanının əynində paltarı olmamış və üzündə sıyrıq izi olmuş, tənginəfəs olmuş, o, dərhal gedib həmin şəxsə su gətirmiş, Röyal pulu götürüb götürməmələrini soruşduqda, Vüsal və digər iki nəfər şəxs Röyala pulu evdə tapa bilmədiklərini, ev sahibi pulun yerini demədiyini, buna görə ev sahibləri ilə tutaşsalar da, bir nəticə olmadığını, hətta qadınlardan biri tutaşan zaman əynindəki paltarı çıxardıqlarını demiş, bundan sonra Röyal hamıya bu barədə heç kəsə bir söz deyilməməsini və hərə öz evinə getməsini demişdir. Hamı bununla razılaşdıqdan sonra Orxan, Vüsal, Röyal və digər 3 nəfər şəxs çıxıb getmişlər. Bundan sonra o, həmin şəxsləri görməmişdir. İfadəsinə əlavə olaraq göstərmişdir ki, o, Röyalgilin oğurluq etməyə getdiklərini bilsə də, dəqiq olaraq hara getmələrini və nə oğurlamalarını bilməmişdir. O, həmin bir nəfər şəxsin nə üçün onunla birlikdə qalmasını bilməmiş, onlar ikisi birlikdə qalarkən də, gündəlik qayğılarından söhbət etmişlər. Həmin şəxslərin evə daxil olduqlarını, lakin evdən heçnə götürə bilmədiklərini, ev sahibləri ilə tutaşdıqlarını öyrənmişdir. Həmin şəxslərə çay verimiş və arada yanlarında oturub sonradan durub öz işi ilə məşğul olmuşdur. İş materiallarına əlavə edilmiş 04 noyabr 2020-ci il tarixli “baxış və götürmə haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisənin baş verdiyi yerə, yəni Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 4-cü küçədə yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, hadisə yerinə baxış zamanı oradan 01 ədəd jaket, 01 ədəd papaq, 01 ədəd mayka, 01 ədəd əlcək, 01 ədəd plastik ip, 01 ədəd yapışqan lent, 01 cüt corab, 01 ədəd yastıq götürülmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “ Məhkəmə-Tibbi Ekspertiza və X7” X23 04 noyabr 2020-ci il tarixli, 1723 nömrəli canlı şəxsin ekspertizasına dair rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sağ göz ətrafı nahiyənin qançırı və alt dodağın selikli qişasının səthi yarası- bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2020-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “ Məhkəmə-Tibbi Ekspertiza və X7” X23 07 noyabr 2020-ci il tarixli, 1747 nömrəli canlı şəxsin ekspertizasına dair rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sol baldır, sol bazu nahiyələrinin qançırları, üst dodağın selikli qişasının qansızması- bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2020-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “ Məhkəmə-Tibbi Ekspertiza və X7” X23 07 noyabr 2020-ci il tarixli, 1748 nömrəli canlı şəxsin ekspertizasına dair rəyindən görünür ki, azyaşlı Zərərçəkmiş şəxs4 bədənində xəsarət müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “ Məhkəmə-Tibbi Ekspertiza və X7” X23 07 noyabr 2020-ci il tarixli, 1749 nömrəli canlı şəxsin ekspertizasına dair rəyindən görünür ki, azyaşlı Zərərçəkmiş şəxs3 bədənində xəsarət müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş 17 noyabr 2020-ci il tarixli “baxış aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş “VAZ 2121” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, avtomobil göy rəngli “VAZ 2121” markalı **-BG-*** dövlət qeydiyyat nişanlıdır.Avtomobilin üzərində və salonunda iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir zədə, əşya, predmet aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Geodeziya və Kartoqrafiya MMC” nin Gəncə şəhər şöbəsi tərəfindən təqdim edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 5 ünvanında yaşamışdır. Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, aparılmış DNT tədqiqatı nəticəsində müəyyən edilmişdir ki, 01 (bir) ədəd papaq və 01 (bir) ədəd rezin əlcək üzərində olan bioloji mənşəli materiallar qarışıq tiplidir (ən azı iki şəxs) və müqayisəli DNT tədqiqatının keçirilməsi üçün yararlı deyildir. 01(bir) ədəd jaket, 01 (bir) ədəd qara mayka, 01 (bir) ədəd plastik bağlayıcı, 01 (bir) ədəd yapışqan lent, 01 (bir) cüt corab və 01 (bir) ədəd yastıq üzərində olan bioloji mənşəli materiallar deqradasiya əlamətlərini özündə əks etdirir və DNT profilinin əldə olunması üçün yararlı deyildir. Bu səbəbdən müqayisəli DNT tədqiqatının keçirilməsi mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “ Məhkəmə-Tibbi Ekspertiza və X7” X23 14 noyabr 2020-ci il tarixli, 1774 nömrəli canlı şəxsin ekspertizasına dair rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədənində xəsarət müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş 10 dekabr 2021-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Gəncə şəhər Baş Polis idarəsinin “Təhlükəsiz Şəhər” xidməti tərəfindən təqdim edilmiş DVD diskə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 idarə etdiyi “VAZ 2121” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixdə saat 01:05 radələrində Gəncə şəhəri, Q.Xalıqov küçəsi istiqamətindən gəlib H.Əliyev prospektinə çıxıb işıqları söndürərək yolun sol tərəfindən sağ tərəfinə 1.3 üfüqi nişanlanma xəttinin üzərindən düzünə keçərək Atatürk prospekti istiqamətində hərəkət edir, 01:08 radələrində Gəncə şəhəri, “Sərçə bazarı” kimi də tanınan Gəncə şəhəri, Ceyhun Mustafayev küçəsi ilə Kamil Musayev küçəsinin kəsişməsinə gələrək oradan S.Əliyev prospekti istiqamətində hərəkət edir, daha sonra isə getdiyi istiqamətlə qayıdaraq 02:08 radələrində isə Gəncə şəhəri, “Sərçə bazarı” kimi də tanınan Gəncə şəhəri, Ceyhun Mustafayev küçəsi ilə Kamil Musayev küçəsinin kəsişməsinə gələrək oradan H.Əliyev prospekti istiqamətində hərəkət edir, 02:10 radələrində isə Atatürk prospekti istiqamətindən gəlib H.Əliyev prospekinə çıxıb yolun sağ tərəfindən sol tərəfinə 1.3 üfüqi nişanlanma xəttinin üzərindən düzünə keçərək Q.Xalıqov küçəsi istiqamətində hərəkət edir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 istifadəsində olmuş 055 785 82 44 saylı, Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ********** saylı və 050 974 57 69 saylı, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 055 976 76 30 saylı, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ********** saylı mobil nömrə ilə aparılan telefon danışıqları, həmçinin anten dairələrinə dair məlumatların olduğu bir ədəd “DVD” diskə baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 11 radələrindən 23 radələrinədək, xx.xx.2020-ci il tarixdə saat 05 radələrindən 23 radələrinədək, xx.xx.2020-ci il tarixdə saat 00 radələrindən 21 radələrinədək, xx.xx.2020-ci il tarixdə saat 14 radələrindən 19 radələrinədək, xx.xx.2020-ci il tarixdə saat 11 radələrindən 22 radələrinədək, xx.xx.2020-ci il tarixdə saat 10 radələrindən 22 radələrinədək, xx.xx.2020-ci il tarixdə saat 10 radələrindən 22 radələrinədək, xx.xx.2020-ci il tarixdə saat 14 radələrindən 22 radələrinədək, xx.xx.2020-ci il tarixdə saat 11 radələrindən 23 radələrinədək, xx.xx.2020-ci il tarixdə saat 18 radələrindən 19 radələrinədək, xx.xx.2020-ci il tarixdə saat 14 radələrindən 15 radələrinədək, xx.xx.2020-ci il tarixdə saat 16 radələrindən 23 radələrinədək, xx.xx.2020-ci il tarixdə saat 02 radələrindən 17 radələrinədək, xx.xx.2020-ci il tarixdə saat 14 radələrindən 20 radələrinədək, xx.xx.2020-ci il tarixdə saat 11 radələrindən 22 radələrinədək, xx.xx.2020-ci il tarixdə saat 10 radələrindən 20 radələrinədək, xx.xx.2020-ci il tarixdə saat 10 radələrindən 18 radələrinədək, xx.xx.2020-ci il tarixdə saat 12 radələrindən 13 radələrinədək, xx.xx.2020-ci il tarixdə saat 10 radələrindən 18 radələrinədək, xx.xx.2020-ci il tarixdə saat 15 radələrindən 23 radələrinədək, xx.xx.2020-ci il tarixdə saat 10 radələrindən 19 radələrinədək, xx.xx.2020-ci il tarixdə saat 15 radələrində, xx.xx.2020-ci il tarixdə saat 13 radələrindən 15 radələrinədək olan müddət ərazində Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ********** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs4 istifadəsində olmuş ********** saylı mobil nömrə arasında, bundan əlavə xx.xx.2020-ci il tarixdə saat 21 radələrindən 22 radələrinədək, xx.xx.2020-ci il tarixdə saat 10 radələrindən 13 radələrinədək, xx.xx.2020-ci il tarixdə saat 00 radələrindən 22 radələrinədək, xx.xx.2020-ci il tarixdə saat 17 radələrindən 21 radələrinədək, xx.xx.2020-ci il tarixdə saat 11 radələrindən 12 radələrinədək, xx.xx.2020-ci il tarixdə saat 13 radələrindən 18 radələrinədək, xx.xx.2020-ci il tarixdə saat 10 radələrindən 13 radələrinədək, xx.xx.2020-ci il tarixdə saat 16 radələrindən 23 radələrinədək, xx.xx.2020-ci il tarixdə saat 06 radələrindən 17 radələrinədək olan müddət ərazində Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ********** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ********** saylı mobil nömrə arasında, bundan əlavə xx.xx.2020-ci il tarixdə saat 17 radələrindən 22 radələrinədək, xx.xx.2020-ci il tarixdə saat 02 radələrindən 23 radələrinədək, xx.xx.2020-ci il tarixdə saat 18 radələrində, xx.xx.2020-ci il tarixdə saat 20 radələrində olan müddət ərzindən Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ********** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ********** saylı mobil nömrə arasında, bundan əlavə xx.xx.2020-ci il tarixdə saat 21 radələrindən 22 radələrinədək, xx.xx.2020-ci il tarixdə saat 16 radələrində, xx.xx.2020-ci il tarixdə saat 13 radələrindən 16 radələrinədək, xx.xx.2020-ci il tarixdə saat 12 radələrindən 20 radələrinədək, xx.xx.2020-ci il tarixdə saat 13 radələrindən 00 radələrinədək, xx.xx.2020-ci il tarixdə saat 00 radələrindən 17 radələrinədək, xx.xx.2020-ci il tarixdə saat 17 radələrindən 19 radələrinədək, xx.xx.2020-ci il tarixdə saat 01 radələrindən 18 radələrinədək, xx.xx.2020-ci il tarixdə saat 14 radələrindən 22 radələrinədək, xx.xx.2020-ci il tarixdə saat 16 radələrindən 22 radələrinədək, xx.xx.2020-ci il tarixdə saat 02 radələrindən 23 radələrinədək, xx.xx.2020-ci il tarixdə saat 14 radələrindən 18 radələrinədək, xx.xx.2020-ci il tarixdə saat 15 radələrindən 23 radələrinədək, xx.xx.2020-ci il tarixdə saat 11 radələrindən 20 radələrinədək, xx.xx.2020-ci il tarixdə saat 14 radələrindən 20 radələrinədək, xx.xx.2020-ci il tarixdə saat 13 radələrindən 14 radələrinədək, xx.xx.2020-ci il tarixdə saat 10 radələrindən 13 radələrinədək, xx.xx.2020-ci il tarixdə saat 12 radələrinədək olan müddət ərzindən Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ********** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ********** saylı mobil nömrə arasında, həmçinin digər mobil nömrələr arasında çoxsaylı zənglər edilmiş, həmin zənglər zamanı ********** saylı mobil nömrə Samux və Yevlax rayonlarında, əsasən isə Gəncə şəhərində müxtəlif ərazilərdə, həmçinin xx.xx.2020-ci ildə saat 21 radələrindən xx.xx.2020-ci il saat 00 radələrinədək olan müddət ərzində Gəncə şəhəri, Dəmriyolu vağzalı ərazisində, ********** saylı mobil nömrə isə əsasən Gəncə şəhərində müxtəlif ərazilərdə, həmçinin 20-27 oktyabr tarixlərində Daşkəsən rayonu ərazisində də, olmuş, bundan başqa xx.xx.2021-ci il tarixdə Gəncə şəhəri, Dəmiryolu vağzalı ərazisində, xx.xx.2021-ci il tarixdə isə Gəncə şəhəri, Məhsəti qəsəbəsi ərazisində, ********** saylı mobil nömrə isə Gəncə şəhərində müxtəlif ərazilərdə xx.xx.2020-ci ildə saat 21 radələrindən xx.xx.2020-ci il saat 00 radələrinədək olan müddət ərzində Gəncə şəhəri, Dəmriyolu vağzalı ərazisində olmuşdur. İş materiallarına əlavə edilmiş 13 noyabr 2020-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Azərbaycan Respublikası CM-nin 181.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına ələvə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(043)-102/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 13 noyabr 2020-ci il tarixdən hesablanmaqla 04 mart 2021ci il tarixədək “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş 16 yanvar 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 həmin tarixdə Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına ələvə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(043)-8/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs4 barəsində həbsetmənin əvvəli 16 yanvar 2021-ci il tarixdən hesablanmaqla 01 (bir) ay 16 (on altı) gün müddətinə, 04 mart 2021-ci il tarixədək “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş 15 yanvar 2021-ci il tarixli “axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdən Kəpəz Polis İdarəsi tərəfindən barəsində axtarış işi açılaraq axtarışda olan, Təqsirləndirilən şəxs3 xx.xx.2021ci il tarixdə Gəncə şəhər ərazisində saxlanaraq Kəpəz rayon polis idarəsinə gətirilmiş və saat 18 radələrində Gəncə şəhər MSY-nə təhvil verilmişdir. İş materiallarına ələvə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(043)-7/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində həbsetmənin əvvəli 15 yanvar 2021-ci il tarixdən hesablanmaqla 01 (bir) ay 19 (on doqquz) gün müddətinə, 04 mart 2021-ci il tarixədək “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(043)-110/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli 11 dekabr 2020-ci il tarixdən hesablanmaqla 04 mart 2021ci il tarixədək “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş “şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerlərində göstərərək ifadəsini bir daha təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş “şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerlərində göstərərək ifadəsini bir daha təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş “şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerlərində göstərərək ifadəsini bir daha təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş “şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerlərində göstərərək ifadəsini bir daha təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş “şəxsin tanınmaya təqdim edilməsi haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 yaşadığı evə basqın etməklə quldurluq etmiş şəxslərdən hər hansı birinin təqdim olunan şəxslərin arasında olub-olmaması soruşulduqda o, soldan sağa 2-ci yerdə dayanmış Təqsirləndirilən şəxs1 tanıyıb, həmin şəxsin evə basqın edib quldurluq etmiş 3 nəfər şəxsdən, övladları Fidanı və Rabili tutmuş şəxs olduğunu göstərmişdir. İş materiallarına əlavə edilmiş “şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 təqdim edilən şəxslərin fotoşəkillərini nəzərdən keçirib 4-cü yerdə qoyulmuş Təqsirləndirilən şəxs3 şəklini tanıyıb göstərərək bildirmişdir ki, həmin şəxs 4.11.2020-ci il tarixdə saat 2 radələrində quldurluq etdikləri zaman qrup üzvü olan Röyal adlı şəxsdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Gəncə şəhər Psixonevroloji Dispanseri” tərəfindən təqdim edilmiş ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasına dair 07 yanvar 2021-ci il tarixli, 12/01 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 cinayət əməlini törətməmişdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da, heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. O, hazırkı cinayət əməlini törədərkən öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci və 22-ci maddələrinin təsiri altına düşmür və onun halhazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 hazırda da, öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 praktiki olaraq özünün fikirlərini müdafiəyə meyllilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arasında konflikt problemlərinin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma kimi fərdi psixoloji xüsusiyyətlərə malikdir. Cinayət əməlini törədərkən adi psixi emosional vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Gəncə şəhər Psixonevroloji Dispanseri” tərəfindən təqdim edilmiş ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasına dair 07 yanvar 2021-ci il tarixli, 13/02 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 cinayət əməlini törətməmişdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. O, hazırkı cinayət əməlini törədərkən öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci və 22-ci maddələrinin təsiri altına düşmür və onun halhazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 hazırda da, öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arasında konflikt problemlərinin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma kimi fərdi psixoloji xüsusiyyətlərə malikdir. Cinayət əməlini törədərkən adi psixi emosional vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Səhiyyə İdarəsi “Rayonlararası Psixonevroloji Dispanseri” tərəfindən təqdim edilmiş ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasına dair 15 fevral 2021-ci il tarixli, 78/23 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs4 cinayət əməlini törətməmişdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da, heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. O, hazırkı cinayət əməlini törədərkən öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs4 əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci və 22 ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs4 hazırda da, öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs4 praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arasında konflikt problemlərinin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma kimi fərdi psixoloji xüsusiyyətlərə malikdir. Cinayət əməlini törədərkən adi psixi emosional vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs4 cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Səhiyyə İdarəsi “Rayonlararası Psixonevroloji Dispanseri” tərəfindən təqdim edilmiş ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasına dair 15 fevral 2021-ci il tarixli, 79/24 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 cinayət əməlini törətməmişdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da, heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Onda müşahidə edilən xarakterioloji xüsusiyyətlərə baxmayaraq (şəxsiyyətin psixopatik cizgiləri) hazırkı cinayət əməlini törədərkən öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs3 hazırda da, öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs3 praktiki olaraq özünün fikirlərini müdafiəyə meyllilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arasında konflikt problemlərinin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma kimi fərdi psixoloji xüsusiyyətlərə malikdir. Cinayət əməlini törədərkən adi psixi emosional vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs3 cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). İş materiallarına əlavə edilmiş Kəpəz rayon polis idarəsinin rəisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 sadəcə sözügedən cinayət əməlinin törədilməsi üçün qabaqcadan razılığa gəlmiş, digər hər hansı bir cinayətdə iştirakçılıqları olmamış, bununçün xüsusi hazırlıq keçməmişdirlər. Bundan başqa Şahid sözgedən cinayətin hazırlanmasını və törədilməsini bilsə də, onun həmin cinayətdə iştirakçılığı müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs4 istifadəsində ********** saylı, Təqsirləndirilən şəxs3 istifadəsində ********** saylı və ********** saylı, Təqsirləndirilən şəxs1 istifadəsində ********** saylı və Təqsirləndirilən şəxs2 istifadəsində isə ********** saylı mobil nömrə olmuş, həmin mobil nömrələr arasında həyata keçirilmiş telefon danışıqları və anten məlumatları əldə edilmişdir. Sözügedən cinayət əməlində iştirak etmiş digər şəxsiyyətləri istintaqa məlum olan 3 nəfər şəxsin şəxsiyyəti müəyyən edilməmiş bu istiqamətində əməliyyat tədbirləri davam etdirilmişdir. Zərər çəkmiş şəxslərin hər hansı bir şəxslərlə ədavətinin, düşmənçiliyinin olub-olmaması müəyyən edilməmişdir. Digər hər hansı bir şəxsin sözgedən cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmsi, qabaqcadan vəd etmədən həmin cinayəti gizlətməsi müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Gəncə şəhər prokurorluğunun müstəntiqi tərəfindən qəbul edilmiş 03 dekabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 xəsarət alması faktına görə toplanmış material üzrə Gəncə şəhər BPİ-nin əməkdaşlarının əməllərində cinayət tərkibinin əlamətləri olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Gəncə şəhər prokurorluğunun müstəntiqi tərəfindən qəbul edilmiş 06 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Gəncə şəhər Kəpəz RPİ-nin əməkdaşları tərəfindən döyüldüyünü bildirməsilə əlaqədar toplanmış material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs4 Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3, 237.1-ci maddələri ilə təqsirli bilinərək 05 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Gəncə Hərbi Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsilə təqsirli bilinərək N il intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3, 181.2.5, 29,186.2.2-ci maddələri ilə təqsirli bilinərək 09 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixli Nizami Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin 29,186.2.2-ci maddəsilə təyin edilmiş cəzadan azad edilmiş, cəzası 08 il 06 aya endirilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. İş materiallarına ələvə edilmiş Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(043)-1902/2020 nömrəli qiyabi qətnaməsindən görünür ki, X3 ilə Təqsirləndirilən şəxs2 arasında Gəncə “Asan xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisində təsdiq olunmuş xx.xx.2020-ci il tarixli 3M-79 reyestr nömrəli kredit müqaviləsi ləğv edilmiş, cavadeh Təqsirləndirilən şəxs2 8000 (səkkiz min) manat borc pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat tutularaq iddiaçı X1 xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarına ələvə edilmiş DİN-in X22 Sisteminin etibarnamələr üzrə axtarış portalından görünür ki, “VAZ 21214” minik markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Təqsirləndirilən şəxs2, “VAZ 21063” minik markalı **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobil isə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Təqsirləndirilən şəxs3 etibar olunmuşdur. Cild 3 səh 142-143 İş materiallarından əlavə edilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.1-ci maddələri ilə təqsirli bilinərək 05 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs3Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3, 181.2.5 və 29,186.2.2-ci maddələri ilə təqsirli bilinərək 09 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Gəncə şəhəri İcra hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat birliyinin 6 nömrəli xidmət sahəsi tərəfindən təqdim edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 6 ünvanında yaşamışdır. Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 evlidir və himayəsində iki azyaşlı uşağı vardır. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tərəfindən notarial qaydada təsdiq edilməklə verilmiş ərizələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə barışmışlar, onlara dəymiş ziyan tamamilə ödənilmişdir, onlardan heç bir şikayət və tələbləri yoxdur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 tərəfindən notarial qaydada təsdiq edilməklə verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs2 ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 təqsirləndirilən şəxs qismində dindirilərkən verilmiş ittihamlarla özlərini təqsirli bilmədiklərini, Təqsirləndirilən şəxs2 özünü CM-in 307ci maddəsilə, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 isə özlərini CM-in 177-ci maddəsilə təqsirli bildiklərini göstərmişlər. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 məhkəmə istintaqı zamanı verdikləri həmin ifadələrinə tənqidi yanaşaraq həmin ifadələri işin faktiki hallarına uyğun olmayan, uydurma, məsuliyyətlərini yüngülləşdirməyə xidmət edən ifadələr kimi qəbul edir. Məhkəmə onların təqsirinin məhkəməyədək icraat zamanı ibtidai istintaqın əvvəlində özlərini təqsirli bilməklə verdikləri ifadələrilə, üzləşdirmədə dindirilmə zamanı verdikləri ifadələrilə, zərər çəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspert rəyləri və digər iş materialları ilə öz təsdiqini tapdığını hesab edir. Belə ki, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü Аzərbаycаn Respublikаsı CM-nin 181.2.1 və 181.2.3-cü mаddələri ilə tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, “gündəlik olaraq qazancını ev təmir edərək əldə etmişdir. Təxminən 1 il əvvəl Gəncə şəhəri “Əlillərin dairəsi” deyilən yerdə yerləşən kafedə yeyib-içərkən Röyal adlı şəxslə tanış olmuş, Röyalla söhbət zamanı o, Röyalın əvvəllər cinayət törətdiyinə görə tutulduğunu və yeni azadlığa çıxdığını bilmiş, həmin vaxtdan sonra Röyalla onun münasibəti yaranmış və onlar arada görüşərək çay içib söhbət etmişlər. Röyalla münasibəti yarandıqdan sonra Röyalın vasitəsilə təxminən 7 ay əvvəl Orxanla və təxminən 2 ay əvvəl isə Elnurla tanış olmuş, həmin şəxslərlə də adətən boş vaxtlarında oturub çay içib gündəlik qayğılarından söhbət etmişlər. 01 noyabr 2020-ci il tarixdə saat təxminən 19 radələrində Röyal istifadəsində olan ********** saylı mobil nömrə ilə onun istifadəsində ********** saylı mobil nömrəyə zəng edərək ona ev olduğunu, içərisində 20000 (iyirmi min) manat pul olduğunu, həmin pulu oğurlamaq istədiyini deyərək onun da iştirak etmək istəyib-istəməsiyini soruşmuş, o isə razılaşaraq gələcəyini demişdir. Röyal isə cavabında xəbər edəcəyini demiş və bununla da, onlar telefon danışıqları sonlanmışdır. Həmin günün səhərisi onun Röyalla danışığı olmamış, birisigün, yəni 03 noyabr 2020-ci il tarixdə saat 19 radələrində Röyal yenə eyni qaydada istifadəsində olan ********** saylı mobil nömrə ilə onun istifadəsində ********** saylı mobil nömrəyə zəng edərək ona gecə saat 00 radələrində zəng edəcəyini, hazır olmasını demiş, o da Röyalla razılaşaraq yaşadığı evə gedib, bu barədə heç kəsə bir söz demədən Röyalın zəngini gözləmiş, 03 noyabr 2020-ci il tarixdən 04 noyabr 2020-ci il tarixə keçən gecə təxminən saat 00 radələrində Röyal yenə eyni qaydada istifadəsində olan ********** saylı mobil nömrə ilə onun istifadəsində olan ********** saylı mobil nömrəyə zəng edərək onu Orxanla birlikdə Elnurgilin evində gözlədiyini, Elnurun Dəmiryolu vağzalının yaxınlığında qaldığını, həmin yerə gəlməsini gələrkən papaq və maska taxmağını demişdir. Bundan sonra o, yaşadığı evdə başına papaq qoyub tibbi maskanı üzünə taxaraq yaşadığı evdən çıxıb Röyalın istiqamətləndirdiyi kimi Elnurgilin evinə doğru getmiş, o, Elnurgilin evlərinə çatana yaxın Röyal adı ona sonradan məlum olan Emin adlı şəxslə onu qarşılamış və o, birlikdə Elnurgilin evinə getmiş, o, Elnurgilin evinin qarşısına çatdıqda Orxanın VAZ 2121 markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilinin və Röyalın VAZ 2106 markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilin orada dayandığını görmüş, bundan sonra onlar həyətə daxil olduqda həyətdə Elnur, Orxan və digər bir nəfər tanımadığı şəxsin olduğunu görmüş, görüşdükdən sonra Röyal onu həmin şəxslərlə tanış edərək onu qarşılayan şəxsin adının Emin olduğunu, Yevlax şəhərində yaşadığını, digərinin adının isə Rövşən olduğunu, Gəncə şəhəri, Dəmiryolu vağzalının yaxınlığında yaşadığını demiş, bunda sonra hamısı həyətdə olan masada əyləşmiş, onlar masada əyləşdikdən sonra Röyal Gəncə şəhəri Məhsəti qəsəbəsində əvvəlcədən tanıdığı ailənin yaşadığını, həmin ailənin ev almaq istədiklərini, evdə yataq otağında 20000 manat pul olduğunu, evdə iki nəfər qadın və iki nəfər azyaşlı uşağın olduğunu, hamısının da, yataq otağında yatdığını, evə hasardan daxil olmalı olduqlarını, lakin evin giriş qapısının kilidli olmadığını, pulu qadınlardan istəməklərini, əgər müqavimət göstərərlərsə əllərini və ağızlarını bağlamaqlarını, pulu götürdəkdən sonra həmin pulu altısı arasında bərabər şəkildə bölünəcəyini demişdir. Bundan sonra Röyal Elnur evdə qalaraq onları gözləməli, o, Orxan, Röyal, Rövşən və Emin isə Orxanın VAZ 2121 markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobili ilə daxil olacaqlarını Gəncə şəhəri Məhsəti qəsəbəsində yerləşən evə getməli, həmin yerdə Röyalla Orxan kənarda avtomobildə dayanaraq onları gözləməli, o, Rövşən və Emin isə öz növbəsində evə daxil olmalı, evə daxil olduqdan sonra o, uşaqları tutmalı, Rövşən və Emin isə hərəsi bir qadını tutmalı, pulu qadınlardan tələb etməli, qadınlar müqavimət göstərərlərsə müqavimətini qırmaq üçün əllərini və ağızlarını bağlamalı, bu yolla pulu götürməli olduqlarını, pulu götürdükdən sonra Orxanla Röyalın yanına qayıtmalı və oradan da, avtomobillə Elnurgilin evinə qayıdaraq pulu orada bölməli olduqlarını əlavə etmişdir. Onlar Elnurgildə təxminən 20 dəqiqə bu barədə söhbət etdikdən sonra hamısı bununla razılaşmış, Elnur evdə qalaraq onları gözləmiş, o, Orxan, Röyal, Rövşən və Emin isə evdən çıxaraq evin önündə dayanmış Orxanın VAZ 2121 markalı avtomobilinə minmiş, Orxan sükan arxasında, Röyal sağ tərəfində öndə, o, Rövşən və Emin isə arxa oturacaqda əyləşmiş, avtomobilə minərkən Röyal ona, Rövşənə və Eminə tikintikdə istifadə olunan sarı rəngli əlcək vermiş, bundan sonra Orxan avtomobilin saxlanc yerindən bir ədəd yapışqanlı lent götürərək Rövşənə vermiş, Röyal isə digər yapışqanlı lent götürərək Eminə vermiş, həmçinin Röyal Eminə əlavə olaraq 1 ədəd qara rəngli kapron kəndir vermiş, bundan sonra Orxan avtomobili işə salmış və onlar Röyalın istiqamətləndirməsi ilə Gəncə şəhəri, Məhsəti qəsəbəsinə getmiş, həmin yerdə Orxan avtomobildə dayanaraq gözləmiş, Röyal, o, Emin və Rövşən isə avtomobildən düşərək təxminən 150-200 metr piyada daxil olacaqları evə doğru getmiş, onlar daxil olacaqları evin qarşısında dayandıqda Röyal onlara bir daha evə necə daxil olacaqlarını qeyd edərək Orxanın yanına geri qayıtmış, bundan sonra onlar üzlərinə tibbi maska, əllərinə əlcək, başlarına papaq keçirib sifətlərini gizlətmiş və sonra Rövşən, ardı ilə Emin, daha sonra isə o, hasardan həyətə daxil olmuş, həyətə daxil olduqdan sonra Rövşən evin darvazasına yaxınlaşaraq açarın üzərində olduğu, çıxarkən həmin yerdən çıxacaqlarını demiş, bundan sonra onlar həyətdən evin qonaq otağına oradan da, evin yataq otağına daxil olmuş, onlar yataq otağına daxil olduqda çarpayının sol tərəfində bir nəfər cavan qadının, ortada iki nəfər azyaşlı uşağın yatdığını, sağ tərəfdə isə yaşlı qadının yatdığını görmüş, bundan sonra onlar dərhal razılaşdıqları kimi çarpayının üzərinə çıxmış və o, uşaqlardan yapışaraq tutmuş, Emin sağ tərədə yatan yaşlı qadını, Rövşən isə sol tərəfdən yatan cavan qadının üzərinə cumaraq əlləri ilə boğmağa başlamış, Emin və Rövşən hər ikisi Röyalın dediyi kimi qadınları tutarkən əlləri ilə balıncı və döşəyi gəzssələr də, pulu tapa bilməmiş, bundan sonra Emin yaşlı qadının boğaz nahiyəsin tutub boğaraq “dur pulu ver...pul haradadır?...dur pulu ver...” deyə bildirmiş, həmçinin eyni zamanda Rövşən də, cavan qadının boğaz nahiyəsindən yapışaraq “dur pulu ver...pul haradadır?...dur pulu ver...” deməyə başlamış, Emin sağ ayağını döşəməyə, sol dizini isə yaşlı qadının qarın nahiyəsinə dirəyərək bir daha pulları tələb edərək sifət nahiyəsinə yumruqla zərbələr endirmiş, yaşlı qadın isə “nə pul?...pulumuz yoxdur?...” deyə bildirmiş, həmin cavabdan sonra Emin yenə də, yaşlı qadının sifət nahiyəsinə yumruqla zərbələr endirərək pulu tələb etmiş, bu zaman Rövşənin tutduğu cavan qadın əlindən çıxamağa çalışarkən çarpayıdan üzü üstə yerə düşmüş, həmin qadın yerə düşən zaman Rövşən bir ayğını çarpayıya digər ayağını isə qadının kürək nahiyəsinə dirəyərək saçından tutub ağız nahiyəsinə sillə ilə zərbələr endirərək “sənə demirəmmi pulu ver..tez ol pulu ver..” deyə bildirmiş, həmin qadın çarpayıdan yerə düşərkən Emin cavan qadının yatdığı balıncı götürüb yaşlı qadının üzünə qoyaraq bu dəfə balıncla boğmağa başlamış, Emin bir neçə saniyə balıncı yaşlı qadının üzünə dirəyib saxladıqdan sonra balıncı çəkərək yenidən ondan pulun yerini tələb etmiş, Yaşlı qadın isə yenidən pulun olmadığını dedikdə Emin bir daha həmin qadının üzünə yumruqla zərbə endirərək yenidən balıncı üzünə dirəyərək boğmağa başlamışdır. Emin qeyd etdiyi hərəkətləri edərkən o, öz növbəsində əlləri ilə uşaqları tutub saxlamış, Rövşən isə cavan qadını yuxarıda qeyd etdiyi şəkildə tutaraq ağız nahiyəsindən vurub pulu tələb etmiş, cavan qadın da, pulun olmadığını bir daha dedikdə Rövşən bu dəfə yapışqanlı lent çıxarıb qışqırmasın deyə ağzını bağlamağa çalışaraq qorxutmaq üçün Eminə yaşlı qadını işə edərək “boğ getsin...” deyə bildirmiş, Rövşən elə dedikdən cavan qadın Rövşənin ayağından yapışaraq “yalvarıram anamı və övladlarımı öldürməyin...qadan alım heçnə etməyin...pul məndədir...gedək digər otağa pulu verim...anam pulu mənə verib...” deyə bildirmiş, cavan qadın həmin sözü dedikdə Rövşən inanaraq tətbiq etdiyi fiziki gücünü azaldıb “gedək ver...” deyə bildirmiş, cavan qadın bundan istifadə edərək burulub Rövşəndən qurtularaq qonaq otağına çıxıb pəncərəni açaraq “ay dayı evə oğrular girib...anamı və övladlarımı öldürürlər..qapını açıq qoymuşam...tez keçin evə...” deyə qışqırmış, o, qadının qışqıramsını görərək digərlərinə gəlin gedək deyə bildirərək dərhal uşaqları buraxıb yataq otağından qonaq otağına, oradan da, həyətə keçmiş və darvazının kilidini açaraq həyətdən qaçıb çıxmış, bu qaydada Rövşən də, onunla birlikdə evdən çıxmış, o, yataq otağından çıxarkən Emin yaşlı qadınla tutaşılı vəziyyətdə qalmış, Rövşənlə o, evdən çıxdıqdan sonra qaçaraq Röyalgilin yanına gedib avtomobildə əyləşmiş, onlar arxalarıca isə Emin də, paltarsız olaraq onların yanına gəlmiş, həmin vaxt Eminin üzündə sıyrıq izləri varmış, Emin yaşlı qadınla tutaşarkən üzərində olan köynək, mayka, papaq, əlcək, kapron kəndir yataq otağına düşüb qaldığını bildirmiş, onlar Röyala pulu götürə bilmədiklərini demiş, bundan sonra onlar dərhal oradan uzaqlaşaraq Orxanın avtomobili ilə Elnurgilə geri qayıtmış, yolda olarkən Rövşən üzərində olan yapışqanlı lenti saxlayamağı üçün ona vermiş, onlar içəri daxil olduqda Elnurun yanında o, bir nəfər əlavə adını bilmədiyi tanımadığı şəxs də, olmuş, ordan Röyal bir daha onlardan hadisənin necə baş verməsini soruşmuş və onlar qadınların pulun yerini demədiyini və müqavimət göstərərk qışqırdıqları üçün onlar məcbur evdən çıxıb qaçmış, bundan sonra o, orada əlcəyi Röyala, yapışqanlı lenti isə Orxana geri qaytarmış, onlar orada hərə öz evinə getmələri barədə və bu barədə heç kəsə bir söz deməmələri barədə razılaşmış, bundan sonra o, razılaşdıqları kimi öz yaşadığı evə gedərək bu barədə heç kəsə bir söz deməmiş və bir daha görməmişdir. Təqsirləndirilən şəхs qismində dindirmə zamanı Təqsirləndirilən şəxs1 оğlu verilmiş suallara cavab olaraq bildirmişdir ki, onların həmin evə daxil olmaqda məqsədi evdə olan 20000 (iyirmi min) manat pulu götürmək olmuşdur. Lakin onlar buna nail ola bilməmiş, o, həmin evin sakinlərini əvvəllər tanımamış, hər hansı bir ədavəti və ya düşmənçiliyi olmamışdır. Həmin evdə əvvəllər olmamış, onlar həmin evə qanunsuz olaraq daxil olmuş, sadəcə Röyal həmin evin sakinləri və pulun olması barədə məlumatı olmuş, lakin Röyalın həmin məlumatları necə əldə etməsini, ev sakinlərini tanıyıb-tanımamasını bilməmişdir. Onlar Elnurgilin evində olarkən həmin razılığı əldə etmiş, evə maskada, papaqda, əlcəkdə daxil olmaları, o, uşaqları tutması, Rövşən və Emin isə qadınları tutması, əgər müqavimət göstərən olarsa əlini və ağzını bağlamalı, pulun yerini deməsələr fiziki güc tətbiq etməli olduqları barədə əvvəlcədən razılaşmış, razılaşdıqları kimi də, etmiş, bütün bunların hamısını Röyal təşkil etmiş, onlar Elnurgilin evində olarkən planı Röyal demiş və Röyal həmin plandan onlara danışarkən bundan Elnur və Orxanın da, xəbəri olmuşdur.Rövşən həmin lenti saxlamaq üçün ona vermiş, o da Elnurgilə geri qayıtdıqdan sonra Orxan Rövşənə verdiyi üçün o da Orxanın özünə qaytarmışdır. O, Elnurun nə üçün onlarla gəlməsini bilmir. Onlar nə etməli olmaqlarını Röyal demiş və Röyaldan bunun səbəbini nə üçün Elnur onlarla gəlmədiyini soruşmamışdır. Onlar sadəcə özləri ilə yapışqanlı lent və rezin kəndir götürmüş, başqa heçnə götürməmiş, lakin onlar həmin yapışqanlı lent və rezin kəndirdən də, istifadə etməmişlər. Onlar razılaşmalarına əsasən onlar əvvəlcə pulu özləri tapmalı, əgər pulu tapa bilməsə ev sahiblərindən soruşmalı, müqavimət göstərərdilərsə isə əllərini və ağızlarını bağlamalı olmuş, məqsədi sadəcə pulu ələ keçirmək olmuşdur. Həmin ev sahiblərini öldürmək kimi bir fikirləri olmamışdır. Əsas məqsədləri qorxudaraq pulun yerini öyrənmək olmuşdur. nə o, kiməsə xəsarət yetirməmiş nədəki ona heç kəs xəsarət yetirməmişdir. O, sadəcə uşaqları tutub saxlamışdır. O, sadəcə yuxarıda qeyd etdiyi cinayət əməlini törətmiş, başqa heç bir cinayət əməlini törətməmiş, nədəki özünün və ya digər şəxslərlə belə bir planı olmamışdır.” İbtidai istintaqın gedişində isə Аzərbаycаn Respublikаsı CM-nin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci mаddələri ilə təqsirləndirilən şəхs qismində dindirilərkən Təqsirləndirilən şəxs1 özünü elаn edilmiş ittihаmlar üzrə qismən təqsirli bildiyini göstərmişdir. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 оğlu özünü Аzərbаycаn Respublikаsı CM-nin 181.2.1 və 181.2.3-cü mаddələri ilə tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, “gündəlik olaraq qazancını avtomobil alıb sataraq əldə edir. Təxminən 3-4 ay əvvəl dostu Anar vasitəsilə Röyal adlı şəxslə tanış olmuş, Röyalla söhbəti zamanı Röyalın əvvəllər cinayət törətdiyinə görə tutulduğunu və yeni azadlığa çıxdığını bilmiş, həmin vaxtdan sonra Röyalla onun münasibəti yaranmış və onlar arada görüşərək çay içib söhbət etmişlər. Röyalla münasibətləri yarandıqdan sonra Röyalın vasitəsilə təxminən 7 ay əvvəl Vüsalla, təxminən 2-3 ay əvvəl Elnurlarla, təxminən 2 ay əvvəl isə İlqarla tanış olmuş, həmin şəxslərlə də, adətən boş vaxtlarında oturub çay içib gündəlik qayğılarından söhbət etmişlər. 03 noyabr 2020-ci il tarixdə saat 19 radələrində Röyal istifadəsində olan ********** saylı mobil nömrə ilə onun istifadəsində ********** saylı mobil nömrəyə zəng edərək onu Elnurgilə dəvət edərək işi olduğunu, avtomobili ilə bir yerə aparmalı olduğunu demiş, o, cavabında Röyala zəng edərsən gələrəm deyə cavab vermiş, bundan sonra təxminən saat 00 radələrində Röyal ona zəng edərək Elnurgilə gəlməsini demişdir. O da Röyalla razılaşaraq idarə etdiyi VAZ 2121 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə minərək Elnurgilə getmiş, o, Elnurgilin evinin önünə çatdıqda Röyalın VAZ 2106 markalı **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobili orada dayandığını görmüş, həmin yerdə Elnur onu qapıda qarşılayaraq içəri dəvət etmiş, içəri keçdikdə həyətdə Elnurdan əlavə Röyalın, İlqarın və həmin vaxt orada tanış olduğu Elməddin və Mosunun oturduğunu görmüş, o, həmin şəxslərlə görüşmüş, Röyal ona Gəncə şəhəri Məhsəti qəsəbəsində tanıdığı ev olduğunu, içərisində 20000 (iyirmi min) manat pul olduğunu, həmin pulu oğurlamaq istədiyini, onun da hörmətini də, edəcəyini deyərək iştirak etmək istəyib-istəməməsini soruşmuş, o, Röyalın təklifi ilə razılaşaraq pulu necə əldə edəcəklərini soruşmuş, ondan təxminən 5-10 dəqiqə sonra Vüsal da, həmin evə gəlmiş və Elnurla Röyal qarşılayaraq içəri dəvət etmiş, bunda sonra hamısı həyətdə olan masada əyləşmiş, onlar masada əyləşdikdən sonra Röyal Gəncə şəhəri Məhsəti qəsəbəsində əvvəlcədən tanıdığı ailənin yaşadığını, həmin ailənin ev almaq istədiklərini, evdə yataq otağında 20000 manat pul olduğunu, iki nəfər qadın və iki nəfər azyaşlı uşağın olduğunu, hamısının da, yataq otağında yatdığını, evə hasardan daxil olunmalı olduğunu, lakin evin giriş qapısının kilidli olmadığını, pulu qadınlardan istəmələrini, əgər müqavimət göstərərlərsə əllərini və ağızlarını bağlamalarını, pulu götürdəkdən sonra həmin pulu aralarında bölünəcəyini demişdir. Bundan sonra Röyal Elnur evdə qalaraq onları gözləməli olmasını, o, Röyal, Vüsal, Elməddin və Mosu isə onun VAZ 2121 markalı avtomobili ilə daxil olacaqlarını Gəncə şəhəri Məhsəti qəsəbəsində yerləşən evə getməli, həmin yerdə Röyalla o, kənarda avtomobildə dayanaraq gözləməli, Vüsal, Elməddin və Mosu isə öz növbələrində evə daxil olmalı, evə daxil olduqdan sonra Vüsal uşaqları tutmalı, Elməddin və Mosu isə hərəsi bir qadını tutmalı, pulu qadınlardan tələb etməli, qadınlar müqavimət göstərərlərsə müqavimətini qırmaq üçün əllərini və ağızlarını bağlamalı, bu yolla pulu götürməli olduqlarını, pulu götürdükdən sonra onunla Röyalın yanına qayıtmalı və oradan da, onun avtomobili ilə Elnurgilin evinə qayıdaraq pulu orada bölməli olduqlarını bildirmişdir. Onlar Elnurgildə təxminən 20 dəqiqə bu barədə söhbət etdikdən sonra hamısı bununla razılaşmış, Elnur və İlqar evdə qalaraq onları gözləmiş, o, Röyal, Vüsal, Elməddin və Mosu isə evdən çıxaraq evin önündə dayanmış onun VAZ 2121 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilimə minmiş, o, sükan arxasında, Röyal onun sağ tərəfində öndə, Vüsal, Elməddin və Mosu isə arxa oturacaqda əyləşmiş, avtomobilə minərkən Röyal Vüsala, Elməddinə və Mosuya tikintikdə istifadə olunan sarı rəngli əlcək, həmçinin Elməddin və Mosuya yapışqanlı lent vermiş, bundan sonra o, avtomobili işə salmış və onlar Röyalın istiqamətləndirməsi ilə ara küçələrlə Gəncə şəhəri, Məhsəti qəsəbəsinə getmiş, həmin yerdə Röyal ona evin yaxınlığına çatdıqlarını, avtomobillə evin qarşısına getsə diqqət cəlb edəcəklərini deyərək avtomobili dayandırmağını bildirmişdir. Bundan sonra o, avtomobili dayandırmış, avtomobili dayandırdıqdan sonra Röyal Vüsal, Elməddin və Mosu ilə birgə avtomobildən düşərək daxil olacağı evi göstərmək üçün getmiş, bir qədər getdikdən sonra qaranlıq olduğu üçün gözdən itmiş, təxminən 5 dəqiqə sonra Röyal geri qayıdaraq Vüsalgilə daxil olacaqları evi göstərdiyini, bir qədər sonra qayıdacaqlarını demiş, təxminən 10-15 dəqiqə sonra əvvəlcə Vüsal, ardı ilə Elməddin, ardı ilə isə Mosu qaçaraq gəlmiş, həmin vaxt Mosunun üzündə sıyrıq izləri varmış, Mosu yaşlı qadınla tutaşarkən üzərində olan köynək, mayka, papaq, əlcək, yataq otağına düşüb qaldığını, həmçinin ev sahibləri qışqır-bağır saldıqları üçün pulu götürə bilmədiklərini demişlər. Bundan sonra dərhal avtomobili işə salmış, onlar oradan uzaqlaşaraq Elnurgilə geri qayıtmış, Elnurgildə Röyal bir daha Vüsalgildən hadisənin necə baş verməsini soruşmuş onlarda qadınlar pulun yerini demədiklərini və müqavimət göstərərk qışqırdıqları üçün məcbur evdən çıxıb qaçdıqlarını demiş, onlar orada hərə öz evinə getməsini və bu barədə heç kəsə bir söz deməmələri barədə razılaşmış, bundan sonra o, razılaşdıqları kimi öz yaşadığı evə gedərək bu barədə heç kəsə bir söz deməmiş və həmin şəxsləri bir daha görməmişdir. Təqsirləndirilən şəхs qismində dindirmə zamanı Təqsirləndirilən şəxs2 оğlu verilmiş suallara cavab olaraq bildirmişdir ki, onun 04 noyabr 2020-ci il tarixdə saat 02 radələrində idarə etdiyi VAZ 2121 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Röyal, Vüsal, Elməddin və Mosunu Gəncə şəhəri, Məhsəti qəsəbəsinə aparmaqda məqsədi, həmin qəsəbədə Röyalın tanıdığı fərdi yaşayış evinə Vüsal, Elməddin və Mosunun basqın edərək evdə olan 20000 manat pulu götürmək, daha sonra isə onları dərhal oradan uzaqlaşdırmaq olmuşdur. Lakin onlar buna nail ola bilməmiş, həmin evdə əvvəllər olmamış, onlar həmin evə qanunsuz olaraq daxil olmuş, sadəcə Röyal həmin evin sakinləri və pulun olması barədə məlumatı olmuş, lakin Röyalın həmin məlumatları necə əldə etməsini, ev sakinlərini tanıyıb-tanımamasını bilməmişdir. Onlar Elnurgilin evində olarkən həmin razılığı əldə etmiş, o, həmin şəxsləri həmin evin yaxınlığına aparması, orada Röyal evin yerini və daxil olma üsülünü izah etməsi, Vüsal, Elməddin və Mosu isə evə maskada, papaqda, əlcəkdə daxil olması, evdə qadınları tutaraq pulu tələb etmələri, əgər müqavimət göstərən olarsa onun əlini və ağzını bağlamalı, pulun yerini deməsələr fiziki güc tətbiq etmələri barədə əvvəlcədən razılaşmış, onlar razılaşdıqları kimi də, etmiş, bütün bunların hamısını Röyal təşkil etmişdir. O, Elnurun nə üçün onlarla gəlməsini bilməmiş, onların nə etməli olmalarını Röyal demiş və Röyaldan bunun səbəbini soruşmamamışlar. Onlar razılaşmalarına əsasən əvvəlcə pulu özləri tapmalı, əgər pulu tapa bilməsələr ev sahiblərindən soruşmalı, müqavimət göstərərdilərsə isə əllərini və ağızlarını bağlamalı olmuş, məqsədləri sadəcə pulu ələ keçirmək olmuşdur. Həmin ev sahiblərini öldürmək kimi bir fikirləri olmamışdır. Əsas məqsədləri qorxudaraq pulun yerini öyrənmək olmuşdur. O, sadəcə yuxarıda qeyd etdiyi cinayət əməlini törətmiş, başqa heç bir cinayət əməlini törətməmiş, nədəki özünün və ya digər şəxslərlə belə bir planı olmamışdır.” İbtidai istintaqın gedişində isə Аzərbаycаn Respublikаsı CM-nin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci mаddələri ilə təqsirləndirilən şəхs qismində dindirilərkən Təqsirləndirilən şəxs2 оğlu оnа elаn edilmiş ittihаm üzrə özünü təqsirli bilmədiyini göstərmişdir. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 оğlu özünü Аzərbаycаn Respublikаsı CM-nin 181.2.1 və 181.2.3-cü mаddələri ilə tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, “rəsmi olaraq heç bir yerdə işləməmiş, gündəlik olaraq qazancını fəhləlik edərək əldə etmişdir. Əvvəllər quldurluq etdiyinə görə Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3, 181.2.5-ci maddəsi ilə təqsirli bilinərək 2012-ci ildə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 09 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 2019-cu ildə cəzasının sonu ilə azad olunmuş, o, cəzaçəkmə müəssisəsində olarkən orada onunla birlikdə cəza çəkən Təqsirləndirilən şəxs4 tanış olmuş, azadlığa cıxdıqdan sonra da, o, Cahidlə münasibətlərini davam etdirərək birlikdə vaxt keçirmişlər. Azadlığa çıxdıqdan 1 ay sonra o, özünə avtomobil almaq istəyərkən tanışı Anarın dostu Orxanla tanış olmuş, Orxanla tanış olduqdan sonra münasibətləri davam etdirmiş, azadlığa çıxdıqdan təxminən 2 ay sonra isə Gəncə şəhəri “Əllərin dairəsi” deyilən yerdə yerləşən kafedə yeyib-içərkən tanış olmuş, Vüsalla da, tanış olduqdan sonra onların münasibətləri davam etdirmiş, azadlığa çıxdıqdan təxminən 4-5 ay sonra isə o, Gəncə şəhəri dəmiryolu vağzalının yaxınlığında kirayədə yaşayarkən həmin ərazinin sakini Elnurla tanış olmuş, təxminən 2020-ci ilin iyul ayında o, Gəncə şəhəri, Mərkəzi Univermağın qarşısında kokteyl içərkən İlqar adlı şəxslə tanış olmuş, İlqarla həmin yerdə tanış olub söhbətimiz zamanı o, İlqar Ukrayna Respublikasında azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və yeni azadlığa çıxaraq ölkəyə qayıtmış və Yevlax şəhərində yaşayır. Bundan sonra İlqarla da münasibəti davam etmiş, sonrakı vaxtlarda hətta o, Vüsal və Orxanla birlikdə Yevlax şəhərinə gedərək orada İlqarla görüşüb çay içib söhbət etmişlər. 2020-ci ilin oktyabr ayının əvvəlində Cahid ona zəng edərək görüşmək istədiyini demiş, o, Cahidlə razılaşdıqdan sonra ona məxsus VAZ 2106 markalı **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobilmlə “2705-in dairəsi”nin yaxınlığa gedərək Orada Cahidlə görüşmüş, Cahidlə görüşmələri zamanı Cahid ona qayınanasının bacısının Gəncə şəhəri, Məhsəti qəsəbəsində yaşadıqlarını, qadının ev almaq istədiyini 45000 (qırx beş min manat) pulunun olduğunu demiş, o, Cahidə nə etmək istəməsini dedikdə Cahid ona həmin qadın hər səhər tezdən saat 06 radələrində evdən çıxaraq Grand Qafaz ticarət mərkəzinə gedərək orada alver etdiyini, pulu sinəsində daşıdığını demiş, qadın Cahidi tanıdığına görə o, başqa bir tanış taparaq qadın işə gedərkən yaxınlaşıb pulu üzərindən götürməsini təklif etmiş, o, Cahidə problem yarancağını dedikdə ona problem olmayacağını rahat yolla qazanc əldə edə biləcəyimizi demişdir. Bundan sonra o, Cahidlə Gəncə şəhəri, Məhsəti qəsəbəsinə getmiş və Cahid ona həmin qadının yaşadığı evi göstərmiş və o, Cahidə bir fikir bildirəcəyini demişdir. Bundan sonra Cahiddən ayrılaraq Orxana zəng edib Gəncə şəhəri, A.Səhhət adına xəstəxananın yaxınlığında görüşmüş, o, Orxana Cahidin ona dediklərini bildirdikdə Orxan borcunun çox olduğunu, Cahidin təklifini qəbul etməsini demişdir. Həmin hadisədən sonra onlar təxminən 5-10 gün Orxanla bu barədə ikisi müzakirə etmiş, təxminən 2020-ci ilin oktyabr ayının ortalarında günü dəqiq yadına qalmayan vaxtda Cahid ona qadının qısa zamanda evi alacağını fikrlərini qətiləşdirməli olduqlarını demişdir. Bundan sonra o, yenidən Orxanla görüşərək Cahid ona dedikərini Cahidə demişdir. Onun atasıgil də, Gəncə şəhəri Məhsəti qəsəbəsində yaşadığından və həmin qadının onu tanıya biləcəyindən ehtiyat etdiyindən Orxanla razılaşmalarına əsasən onlar Cahid xəbər verdikdən sonra qadını güdməli və Orxan qadına yaxınlaşaraq üzərində olan pulu götürüb qaçmalı olmuşlar. Bundan sonra bu barədə Cahidə deyərək zəngini gözləmiş, həmin razılaqdan sonra növbəti 3 gün ərzində Cahid hər gün ona zəng edərək qadının işə getmədiyini planı dəyişməli olduqlarını demiş, o, bu barədə Orxana da, deyərək qadının işə getmədiyini demişdir. Bundan sonra təxminən 2020-ci ilin noyabr ayının 1-də o, Cahidlə Gəncə şəhəri, Dəmriyolu vağzalının yaxınlığında görüşmüş, Cahid ona pulu ancaq evdən götürməli olduqlarını, qadının qızı və iki azyaşlı nəvələri ilə yaşadığını, hamısının yataq otağında bir yerdə yatdığını, qadının 45000 manat pulu gündüzlər üzərində gecələr isə ya sinəsində, ya da, çarpayıda balıncın altına qoyduğunu, evə hasardan daxil olunmalı olduğunu, evin giriş qapısının gecələr kilidli olmadığını demişdir. O, isə Cahidə Orxanla və İlqarı nəzərdə tutaraq bir tanışının olduğunu məsləhətləşib bir cavab deyəcəyini demişdir. Həmçinin Cahidlə neçə nəfər olarsa pul hamısının arasında bərabər şəkildə bölünəcəyi barədə razılaşmış, həmin razılıqdan sonra o, Cahiddən ayrılmış, bundan sonra o, Orxana zəng edərək Gəncə şəhəri Dəmiryolunun yaxınlığında görüşərək Cahidin ona dediklərini demiş, Orxan ondan fikrini soruşduqda o, Orxana tanınar deyə evə girmək istəmədiyini evə Orxanın, Vüsalın və İlqarın girməsinin məsləhət olmasını bildirmiş, çünki evə 3 nəfər girməli olmuş, girən şəxslərdən biri uşaqları tutmalı digərləri isə hərəsi bir qadını tutaraq pulu götürməli olmuşlar. İlqar əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olumuş, Vüsal isə həmişə görüşərkən kasıbçılıqdan əziyyət çəkdiyini pula ehtiyacı olduğunu dediyi üçün Orxandan əlavə həmin şəxslərində evə girə biləcəyini düşünmüşdür. Orxan isə problem olmadığını evə girəcəyini demişdir. Bundan sonra Orxanın yanında İlqara zəng edib bu barədə İlqar təklifini etdikdə İlqar qadın yaşayan evə girmək istəmədiyini, lakin iki nəfər əlavə tanışlarının olduğunu, gələ biləcəyini demişdir. Bundan sonra, Vüsala zəng edərək harada olmasını soruşduqda Vüsala işdə olduğunu demişdir. O, Vüsala Gəncə şəhəri, Məhsəti qəsəbəsində evdə 45000 manat pul olduğunu, evdə yaşlı qadının, qızının və iki azyaşlı övladının yaşadığını, pulun yataq otağında olduğunu və həmin evə girib pulun götürülməli olduğunu deyərək bu barədə fikrini soruşmuş, Vüsal isə onunla razılaşaraq evə girəcəyini demişdir. O isə Vüsala ondan xəbər gözləməsini demiş, bundan sonra o, Cahidə zəng edərək 6 nəfər olduqlarını pulu bərabar şəkildə böləcəklərini demiş və Cahid onunla razılaşmış, səhərisi, yəni xx.xx.2020-ci il tarixdə saat 16 radələrində Cahid ona zəng edərək qadının səhərisi ev alacağını, evin behini verdiyini, əgər gecikəriksə pulun əldən çıxacağını demiş, bundan sonra o, özünə məxsus VAZ 2106 markalı avtmobilini Elnurun yaşadığı evin qarşısında saxlayaraq Orxana zəng edib piyada Gəncə şəhəri, Dəmriyolu vağzalının yaxınlığına gedərək Orada Orxanla görüşərək yanında İlqara zəng edib vəziyyəti izah edərək axşam Gəncə şəhərinə gəlməli olduqlarını bildirmiş, İlqar isə onunla razılaşaraq saat 18 radələrində Gəncə şəhərində olacaqlarını demişdir. Bundan sonra həmin gün saat 18 radələrində Orxanala sonuncuya məxsus VAZ 2121 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə N.Nərimanov prospektinə gedərək orada İlqargilin gəlməsini gözləmişlər, təxminən saat 18 radələrind İlqar iki nəfər digər şəxslə Vita markalı dövlət qeydiyyat nişanının xatırlamadığı sərnişin avtomobili ilə həmin yerə gəlmişlər. Orxanla o, qarşılamış və İlqar onlara həmin şəxslərdən birinin adının Rövşən ləqəbinin isə Mosu olduğunu, digərinin adının isə Elçin olduğunu bildirmiş, bundan sonra onlar hamısı Orxana məxsus avtomobilinə minmişlər. Bundan sonra evə girənlərin istifadə etməsi üçün gedib əlcək almağa qərar vermşlər. avtomobilin saxlanc yerində əl bağlamaq üçün yapışqanlı lent, kapron kəndir olduğundan almağa ehtiyac duymamışlar. Həmin qərardan sonra onlar Orxana məxsus VAZ 2121 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Gəncə şəhəri Ş.İ.Xətai prospektində yerləşən “Azərbaycan” adlı tikinti materiallları satılan mağazaya getmiş, həmin mağazanın qarşısında Orxan avtomobildən düşərək 3 cüt tikinti əlcəyi alaraq gəlib avtombilə əyləşmiş və onlar oradan Gəncə şəhəri Dəmiryolu vağzalının yaxınlığına getmiş, orada o, Gəncə şəhəri Məhsəti qəsəbəsində əvvəlcədən tanıdığı ailənin yaşadığını, həmin ailənin ev almaq istədiklərini, evdə yataq otağında 45000 manat pul olduğunu, evdə iki nəfər qadın və iki nəfər azyaşlı uşağın olduğunu, hamısının da, yataq otağında yatdığını, evə hasardan daxil olmalı olduqlarını, lakin evin giriş qapısının kilidli olmadığını, pulu qadınlardan istəmələrini, əgər müqavimət göstərərlərsə əllərini və ağızlarını bağlamalarını, pulu götürdəkdən sonra həmin pulu arasında bərabər şəkildə bölünəcəklərini demiş, İlqar özü ilə Rövşən və Elçini gətirdiyi üçün Orxanın evə girməsinə lüzum qalmamış, həmçinin hadisədən sonra uzaqlaşmaq üçün avtomobili çevik idarə edə bilən şəxs lazım olmuş, onların razılaşmalarına əsasən İlqar onları gözləməli, o, Orxan, Vüsal, Rövşən və Elçin Orxanın VAZ 2121 markalı **-BG- *** dövlət qeydiyyat nişanlı avtomobili ilə daxil olacaqları Gəncə şəhəri Məhsəti qəsəbəsində yerləşən evə getməli, həmin yerdə onunla Orxan kənarda avtomobildə dayanaraq gözləməli, Vüsal, Rövşən və Elçin isə öz növbəsində evə daxil olmalı, evə daxil olduqdan sonra Vüsal uşaqları tutmalı, Rövşən və Elçin isə hərəsi bir qadını tutmalı, pulu qadınlardan tələb etməli, qadınlar müqavimət göstərərlərsə müqavimətini qırmaq üçün əllərini və ağızlarını bağlamalı, bu yolla pulu götürməli olduqları, pulu götürdükdən sonra Orxanla onun yanına qayıtmalı və oradan da, İlqarın yanına qayıdıb pulu bölməli olmuşlar. Bundan sonra o, Vüsala zəng edərək axşam saat 23 radələrində hazır olmağını evə girəcəklərini, maska və papaq taxmasını demiş, Vüsal isə onunla razılaşaraq zəngini gözləyəcəyini demişdir. Bundan sonra o, daxil olacaqları evi göstərmək üçün hamısı Orxanın avtomobilinə minərək Gəncə şəhəri, Məhsəti qəsəbəsinə getmiş, həmin evin qarşısından keçmiş və o, avtomobillə evin qarşısından keçərkən həmin evi göstərmiş, bundan sonra hava qaranlıqlaşdığı üçün onlara gözləyə biləcəkləri yer lazım olmuş, həmin yer kimi Elnurun evini düşünmüş, o, təxminən 21 radələrində Elnura zəng edərək qonaqlarının olduğunu, yola çıxacaqlarını 2-3 saatlı evində oturmaq istədiklərini demiş, Elnur onunla razılaşdıqdan sonra beşi də Orxanın avtomobili ilə Elnurun evinə getmiş, Elnur onları qarşıladıqdan sonra həyətə keçərək çardağın altında masada əyləşmişlər. Orxan onlara işinin olduğunu 1 saata qayıdacağını deyərək çıxıb getmiş, onlar isə Elnura planları barədə bildirmədən gündəlik qayğılarından söhbət etmişlər. Təxminən saat 23 radələrində Orxan Elnurgilə gəldikdən sonra o, Vüsala zəng edərək Elnurgilin evini istiqamətləndirərək həmin yerə gəlməsini qarşısına çıxacaqlarını demiş, Vüsal isə gələcəyini demiş, bundan sonra Orxanla o, küçəyə çıxaraq Vüsalı qarşılamış və Vüsalda, Elnurgilin evinə keçərək orada masanın ətrafında əyləşmiş, Vüsal İlqarı tanıdığı üçün görüşmüş və o, Elçin və Rövşəni tanış etmiş, Elnur onlara çay süzmək üçün içəri keçdikdə hadisə barədə məlumatlanmasın deyə o, fürsətdən istifadə edərək yenidən Vüsalın da, iştirakı ilə planı danışaraq Gəncə şəhəri Məhsəti qəsəbəsində əvvəlcədən tanıdığı şəxsin qayınanasının bacısının yaşadığını, həmin ailənin ev almaq istədiklərini, evdə yataq otağında 45000 manat pul olduğunu, evdə iki nəfər qadın və iki nəfər azyaşlı uşağın olduğunu, hamısının da, yataq otağında yatdığını, evə hasardan daxil olmalı olduqlarını, lakin evin giriş qapısının kilidli olmadığını, pulu qadınlardan istəmələrini, əgər müqavimət göstərərlərsə əllərini və ağızlarını bağlamalarını, pulu götürdəkdən sonra həmin pulu evi istiqamət verən tanışı da,olmaqla aralarında bərabər şəkildə bölünəcəklərini demişdir. X4raq onları gözləməli, o, Orxan Vüsal, Rövşən və Elçin Orxanın “VAZ 2121” markalı “**- BG-***” dövlət qeydiyyat nişanlı avtomobili ilə daxil olacaqlarını Gəncə şəhəri Məhsəti qəsəbəsində yerləşən evə getməli, həmin yerdə onunla Orxan kənarda avtomobildə dayanaraq gözləməli, Vüsal, Rövşən və Elçin isə öz növbəsində evə daxil olmalı, evə daxil olduqdan sonra Vüsal uşaqları tutmalı, Rövşən və Elçin isə hərəsi bir qadını tutmalı, pulu qadınlardan tələb etməli, qadınlar müqavimət göstərərlərsə müqavimətini qırmaq üçün əllərini və ağızlarını bağlamalı, bu yolla pulu götürməli olduğumuzu, pulu götürdükdən sonra Orxanla onun yanına qayıtmalı və oradan da, İlqarın yanına qayıdıb pulu bölməli olmuşlar. Bundan sonra 03 noyabr 2020-ci il tarixdən 04 noyabr 2020-ci il tarixə keçən gecə saat təxminən 01 radələrində onlar razılaşdıqları kimi İlqar Elnurun yanında qalaraq onları gözləmiş, o, Orxan, Vüsal, Rövşən və Elçin isə evdən çıxaraq evin önündə dayanmış Orxanın VAZ 2121 markalı avtomobilinə minmiş, Orxan sükan arxasında, o, sağ tərəfdə öndə, Vüsal, Rövşən və Elçin isə arxa oturacaqda əyləşmiş, avtomobildə mindikdə o, Orxanın aldığı 3 cüt əlcəklərdən birini Vüsala, birini Rövşənə və birini isə Elçinə vermiş, bundan sonra Orxan avtomobilin saxlanc yerindən bir ədəd yapışqanlı lenti və 1 ədəd qara rəngli kapron kəndiri ötürərək Rövşənə vermiş, həmin yapışqanlı lenti və 1 ədəd qara rəngli kapron kəndirlə ev sakinlərinin əlini bağlamalı olmuşlar. Bundan sonra Orxan avtomobili işə salmış və onlar onun istiqamətləndirməsi ilə Gəncə şəhəri, Məhsəti qəsəbəsinə getmiş, həmin yerdə Orxan avtomobildə dayanaraq gözləmiş, o, Vüsal, Elçin və Rövşən isə avtomobildən düşmüş, Elçin və Rövşənə o, əvvəlcən evi göstədiyi üçün yenidən evin yanına getməyə lüzum görməmiş və təxminən 15-20 metr gedib evin istiqamətini göstərib geri qayıtmış və Vüsal, Elçin və Rövşən başlarında papaq, üzlərində tibbi maska, əllərində isə əlcək taxaraq həmin evə getmiş, onlar Orxanla təxminən 10-15 dəqiqə gözlədikdən sonra əvvəlcə qaçaraq Vüsal, ardı ilə Elçin, ardı ilə də, Rövşən gəlmiş, Rövşənin əynində köynəyi olmadan lüt şəkildə qayıtmış və üzündə sıyrıq izləri olmuş, o, Vüsalı çoxdan tanıdığı üçün Vüsaldan nə etmələrini soruşduqda Vüsal yaşlı qadının və qızının müqavimət göstərdikərini, Emin və Rövşənin nə qədər qadınları tutub güc tətbiq etsələr də, pulu ala bilmədiklərini qadının qızı qışırdığı üçün məcbur qalıb qaçdıqlarını demişdir. Həmçinin Rövşən yaşlı qadınla tutaşarkən üzərində olan köynək, mayka, papaq, əlcək, kapron kəndir yataq otağına düşüb qaldığını demiş, bundan sonra onlar dərhal oradan uzaqlaşaraq Orxanın avtomobili ilə Elnurgilin evinin qarşısında dayanmış və İlqarla Elnur küçəyə çıxaraq onları qarşılamış, Elnur Röşənin lüt olduğunu gördükdə o, Elnura dalaşdıqlarını deyərək su gətirməsini xahiş etmiş, Elnur su gətirmiş və Rövşən su içdikdən sonra o, Orxan, Vüsal, İlqar, Elçin və Rövşən yenidən Orxanın avtmobilinə minərək Vüsalgilin evinin yaxınlığına getmiş, orada Vüsal avtomobildən düşərək evinə gedib Rövşən üçün 1 ədəd köynək gətirmiş və Rövşən həmin paltarı geydikdən sonra Vüsal öz evinə getmiş, bundan sonra onlar X15 şəhəri, Əllərin dairəsi deyilən yerə apararaq orada Yevlax şəhərinə qayıtmaları üçün avtomobildən düşürərək dərhal Orxanla Gəncə şəhəri Dəmiryolu vağzalının yaxınlığına qayıtmış, orada o, avtomobildən düşərək Elnurgilin evinin önünə gedərək avtomobili götürüb öz evinə getmiş, səhərisi o, Cahidə zəng edərək hadisə barədə dedikdə Cahid o evə girənlərin pulu götürə bilmədiklərini, pulun evdə olduğunu demişdir. O isə bir daha onu axtarmamsını bu barədə heç kəsə bir söz deməməsini istəmiş, həmin hadisədən sonrakı günlərdə o, Orxanla bir neçə dəfə görüşsə də, İlqar və Vüsalla telefonla əlaqə saxlamış və ona problem olmadığını heç kəsin axtarmadıqlarını demişdir. Daha sonrasında Vüsal və Orxanı polis əməkdaşları müəyyənləşdirdikdən sonra o, artıq polisin onuda axtaracağını bilərək gizlənməyə çalışmış, lakin buna nail ola bilməmişdir. Təqsirləndirilən şəхs qismində dindirmə zamanı Təqsirləndirilən şəxs3 оğlu verilmiş suallara cavab olaraq bildirmişdir ki, onların 04 noyabr 2020-ci il tarixdə saat 01 radələrində Orxanın idarə etdiyi VAZ 2121 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə o, Orxan, Vüsal, Elçin və Rövşənin Gəncə şəhəri, Məhsəti qəsəbəsinə getməkdə məqsədləri, həmin qəsəbədə Cahidin ona dediyi fərdi yaşayış evinə Vüsal, Rövşən və Elçinin basqın etmək, əgər ev sakinləri müqavimət göstərərlərsə əllərini və qollarını bağlamaq,evdə olan 45000 manat pulu götürmək, daha sonra isə dərhal oradan uzaqlaşdırmaq olmuşdur. Lakin onlar buna nail ola bilməmişlər. O, Təqsirləndirilən şəxs1 evdə 45.000 manat pulun olduğunu demiş, həmçinin Vüsalla birlikdə evə daxil olan şəxslərdən birinin adı Rövşən, digərinin adının isə Emin olduğunu demiş, dəqiq adlarını o da bilmir İlqar ona elə təqdim etmişdir. Evdən isə Rövşən paltarsız olaraq geri qayıtmışdır və üzərində xəsarətlər olmuşdur. O, Təqsirləndirilən şəxs2 da, eyni qaydada evdə 45.000 manat pulun olduğunu demiş, Orxan hadisə barədə yuxarıda qeyd etdiyi tarixdən, yəni lap əvvəlcədən tanış olmuş, hadisə yerinə getməmiş əvvəl Şahid yaşadığı evin qarşısında avtomobildə əlcəkləri o, Vüsala, Elçinə və Rövşənə versə də, bir ədəd yapışqanlı lenti və 1 ədəd qara rəngli kapron kəndir Orxanın avtomobilinin saxlanc yerində olmuş və özü həmin bir ədəd yapışqanlı lenti və 1 ədəd qara rəngli kapron kəndiri Rövşənə vermişdir. Elnurun həmin hadisə barədə heç bir məlumatı olmamışdır. Əldə edəcəkləri 45000 manat pul o, Cahid, Orxan, Vüsal, İlqar, Elçin və Rövşən arasında bərabər şəkildə bölünməli olmuş, o, yekunda ona çatan paydan da, Elnura hadisə barədə məlumat vermədən köməklik məqsədilə pul verməyi düşünmüşdür. O, bacardığı qədər həmin hadisədə özünü gizli saxlamağa çalışmış, çünki vaildeynləri də, Gəncə şəhəri Məhsəti qəsəbəsində basqın edəcəkləri evin yaxınlığında yaşayırlar. Buna görə də, Təqsirləndirilən şəxs2 idarə etdiyi VAZ 2121 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə hadisə yerinə getmişlər. 2020-ci ilin noyabr ayının 1-də o, Cahidlə Gəncə şəhəri, Dəmriyolu vağzalının yaxınlığında görüşmüş, Cahid ona pulu ancaq evdən götürməli olduqlarını, qadının qızı və iki azyaşlı nəvələri ilə yaşadığını, hamısının yataq otağında bir yerdə yatdığını, qadının 45000 manat pulu gündüzlər üzərində gecələr isə ya sinəsində, ya da, çarpayıda balıncın altına qoyduğunu, evə hasardan daxil olunmalı olduğunu, evin giriş qapısının gecələr kilidli olmadığını dedikdən sonra onun da quldurluqla məhkum olunduğumu bildiyi üçün evə yenə də, basqın edib pulu ələ keçirəcəklərini bilmiş, o, Cahidə onunla birlikdə saylarının 6 nəfər olduğunu demişdir. Cahid evinə girəcəkləri qohumları olduğu üçün qrupun digər üzvlərinə özünü göstərməmiş və gizli qalmaq istəmişdir. Həmin hadisə sadəcə o, Cahid, Röyal, Orxan, İlqar, Elçin və Rövşən arasında olmuşdur. Başqa heç kəsin hadisədən əvvəl və ya sonra heç bir məlumatı olmamışdır. O, sadəcə yuxarıda qeyd etdiyi cinayət əməlini törətmiş, başqa heç bir cinayət əməlini törətməmiş, nədəki özünün və ya digər şəxslərlə belə bir planı olmamışdır.” İbtidai istintaqın gedişində isə Аzərbаycаn Respublikаsı CM-nin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci mаddələri ilə təqsirləndirilən şəхs qismində dindirilərkən Təqsirləndirilən şəxs3 оğlu оnа elаn edilmiş ittihаm üzrə özünü qismən təqsirli bildiyini göstərmişdir. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 оğlu özünü Аzərbаycаn Respublikаsı CM-nin 181.2.1 və 181.2.3-cü mаddələri ilə tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, “rəsmi olaraq heç bir yerdə işləməmiş, gündəlik olaraq qazancını fəhləlik edərək əldə etmişdir. Əvvəllər qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduğundan Azərbaycan Respublikası CMnin 234.4.3 və 237.1-ci maddəsilə ilə təqsirli bilinərək 2012-ci ildə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 09 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 2017-ci ildə cəzasının sonu ilə azad olunmuş, o, cəzaçəkmə müəssisəsində olarkən orada onunla birlikdə cəza çəkən Təqsirləndirilən şəxs3 ilə tanış olmuş, azadlığa cıxdıqdan sonra da, o, Röyalla münasibətlərini davam etdirərək birlikdə vaxt keçirmişdir. Bundan əlavə 2018-ci ildə Sevil Bayramova ilə qeyri-rəsmi olaraq evlənmiş və həmin nikahdan onların 2019-cu il təvəllüdlü Eşqin Vəzirzadə və 2020-ci il təvəllüdlü Ömər Vəzirzadə adlı övladları doğulmuşdur. O, evləndikdən sonra arvadı Sevillə birlikdə Sevilin ata evi olan Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən fərdi yaşayış evinə gedərək orada qayınatası Qabil Bayramov, qayınanası Göhər Bayramova, baldızı Sənubər Bayramova və arvadı Sevil Bayramova ilə birlikdə yaşamağa başlamışdır. O, evləndikdən sonra qayınanasının bacısı Brilyant, qızı Əfsanə və kürəkəni Natiqlə də, tanış olmuş, bir qohum kimi münasibətləri qaydasında olmuş, ailəvi gediş-gəlişləri olmuşdur. Natiq arvadı Əfsanə, azyaşlı övladları Rəvan və Fidanla Gəncə şəhəri, Gəc zavodu qəsəbəsində yerləşən evlərində yaşamışlar. Daha sonra təxminən 2020-ci ilin aprel ayında həmin evlərini satmış, həmin evi satdıqdan sonra Əfsanəgil bacısı X6 şəhəri, Məhsəti qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşamağa başlamışdılar. 2020-ci ilin sentyabr ayında Aynur özünə məxsus fərdi yaşayış evini satmaq istədiyi üçün Əfsanəgil ailəsilə birlikdə onların evin yaxınlığında yəni, Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 4-cü küçədə kirayə ev tutaraq orada kirayəçi kimi yaşamağa başlamışlar. Qanuni nümayəndə hərbi qulluqçu olduğundan sentyabr ayının sonunda hərbi xidmətə getdiyi üçün Əfsanə tək qalmasın deyə anası Brilyant da, birlikdə yaşamağa başlamışdır. Bundan sonra o, bir qohum kimi kirayə yaşadığı evə gedib gəlmiş, kirayə yaşadığı evin 2 yataq otağı, 1 qonaq otağı və 1 mətbəxi olmuş, Brilyant qızı Əfsanə və azyaşlı nəvələri Fidan və Rabillə birlikdə evin sağ tərəfində olan yataq otağında yatmış, gecələr yatarkən evlərinin giriş qapısı örtülü olsa da, kilidli olmamış, 2020-ci ilin oktyabr ayının əvvəlində erməni silahlı birləşmələri Gəncə şəhəri raket atdıqdan sonra o, öz ailəsini, yəni arvadı Sevil, övladları Eşqin, Ömər, həmçinin Brilyant, qızı Əfsanə, Əfsanənin övladları Fidan və Rabil müvəqqəti olaraq Daşkəsən rayonunun Quşçu kəndidə yerləşən evinə aparmış və təmxinən 1 həftə həmin evdə qalmış, o, həmin evdə qaldığı dönəmdə Brilyantın bir dəfə hamamdan çimib çıxdıqdan sonra pul sayaraq sinəsinə qoyduğunu görmüş, həmin vaxt evdə söhbət zamanı Brilyant 45.000 manat qarşılığında ev almaq istədiklərini dedikdə o, Brilyantın sinəsinə qoyduğu pulun miqdarı 45.000 manat olduğunu bilmişdir. Daşkəsən rayonun Quşçu kəndidə 1 həftə qaldıqdan sonra onlar yenidən öz evlərinə geri qayıtmış, həmin vaxt o, maddi baxımdan sıxıntı çəkdiyi üçün Brilyantda olan 45.000 manat pulu götürmək lazım olduğu qərarına gəlmiş, həmin pulun hansı yolla götürəcəyini düşündükdə yadına Röyal düşmüş, Röyalın əvvəllər də, quldurluq etdiyinə görə məhkum olunduğunu bildiyi üçün Röyalın bu işi həll edəcəyini düşünmüş, bundan sonra təxminən 2020-ci ilin oktyabr ayının ortalarına yaxın günü dəqiq xatırlamadığı vaxtda istifadəsində olan ********** saylı mobil nömrə ilə Röyalın istifadəsində olan ********** saylı mobil nömrəyə zəng edərək görüşmək istədiyini demiş, Röyal onunla razılaşdıqdan sonra onlar “2705-in dairəsi”nin yaxınlığı kimi tanınan yerdə Röyalla görüşmüş, Röyalla həmin yerə VAZ 2106 markalı **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə gəlmiş, o, Röyalın avtomobilində oturduqdan sonra söhbətə başlayaraq Röyala qayınanasının bacısının Gəncə şəhəri, Məhsəti qəsəbəsində yaşadıqlarını, qadının ev almaq istədiyini 45000 (qırx beş min manat) pulunun olduğunu demiş, Röyal ona nə etmək istəməyini dedikdə o, Röyala həmin qadının hər səhər tezdən saat 06 radələrində evdən çıxaraq Grand Qafaz ticarət mərkəzinə gedərək orada alver etdiyini, pulu sinəsində daşıdığını, qadının onu tanıdığına görə başqa bir tanış taparaq qadın işə gedərkən pulu götürməyi təklif etmiş, o, Röyala problem olmayacağını rahat yolla qazanc əldə edə biləcəklərini, pulu bərabər şəkildə böləcəklərini demiş, Röyal isə ona bir fikir bildirəcəyini demiş və onlar ayrıldıqdan sonra Röyal çıxıb getmiş, həmin hadisədən təxminən 5-10 gün müddətinə xəbər çıxmamış, o, Röyaldan bir xəbər çıxmadığını görüb təxminən 2020-ci ilin oktyabr ayının ortalarında günü dəqiq yadımda qalmayan vaxtda Röyala zəng edərək fikri qətiləşdirməli olduqlarını demiş, Röyal onunla razılaşdıqdan sonra o, Brilyantı güdərək bazara getməsini gözləməli və həmin evdən çıxdıqdan sonra bu barədə Röyala məlumat verməli olmaları barədə qərar vermiş, lakin Brilyant bundan sonra qayınatası Qabilllə birlikdə bazara getdiyinə görə bu fikrin alınmayacağını düşünmüş, bundan sonra Röyala zəng edərək qadının işə tək getmədiyini planı dəyişməli olduqlarını demiş, bundan sonra təxminən 2020-ci ilin noyabr ayının 1-də o, Röyalla Gəncə şəhəri, Dəmriyolu vağzalının yaxınlığında görüşmüş, o, Röyala pulu ancaq evdən götürməli olduqlarını, qadının qızı və iki azyaşlı nəvələri ilə yaşadığını, hamısının yataq otağında bir yerdə yatdığını, qadının 45000 manat pulu gündüzlər üzərində gecələr isə sinəsinə qoyduğunu, evə hasardan daxil olunmalı olduğunu, evin giriş qapısının gecələr kilidli olmadığını demiş, bundan sonra o, Röyalla Gəncə şəhəri, Məhsəti qəsəbəsinə getmiş və o, Röyala Brilyantın qızı və nəvələri ilə birlikdə yaşadığı evi göstərmiş, Röyal isə tanışları ilə məsləhətləşib bir cavab deyəcəyini demişdir. Həmçinin Röyalla neçə nəfər olarsa pul hamısının arasında bərabər şəkildə bölünəcəyi barədə razılaşmış, həmin razılıqdan sonra o, Röyaldan ayrılmış, bundan sonra Röyal ona zəng edərək birlikdə 6 nəfər olduqlarını pulu bərbar şəkildə böləcəklərini demiş və o, buna heç bir etiraz etməmişdir. Həmin günün səhərisi o, Brilyantın evin behini verdiyini öyrənmiş, pulun artıq əllərindən çıxacağından ehtiyat etiyi üçün həmin gün yəni, xx.xx.2020-ci il tarixdə saat 16 radələrində Röyala zəng edərək qadının səhərisi ev alacağını, evin behini verdiyini, əgər gecikəriksə pulun əldən çıxacağını demişdir. Röyal isə ona məlumat verəcəyini bildirmiş, bundan sonra o, Röyalgilin evə girməsini gözləmiş, xx.xx.2020-ci il tarixdə saat 03 radələrində qayınanası Göhərə zəng gəlmiş, həmin an Göhərin həyəcanlı danışdığını görmüş, bu zaman Briliyangilin evinə 3 nəfər şəxs girərək döyüb pullarını ələ keçirmək istəsələr də, buna nail ola bilmədiyini bilmişdir. O, həmin vaxt bunu Röyalgil etdiyini anlamış, səhərisi Röyal ona zəng edərək evə daxil olduqlarını lakin pulu götürə bilmədiklərini demiş, o isə Röyala pulun evdə olduğunu və özlərinin pulu götürə bilmədiyini demiş, bundan sonra isə Röyalla zəngləri sonlanmışdır. Təqsirləndirilən şəхs qismində dindirmə zamanı Təqsirləndirilən şəxs4 оğlu verilmiş suallara cavab olaraq bildirmişdir ki, onun həmin şəxslərlə hər hansı bir ədavəti və ya düşmənçiliyi olmamışdır. O, Röyalın Zərərçəkmiş şəxs1 işə gedərkən pulu kiminlə götürəcəyini bilməmişdir. Röyal əvvələr quldurluqla məhkum olunduğu üçün o, Röyalın planı daha dəqiq quracağını bilmiş. İlkin olaraq o, Röyalın tapdığı digər şəxslərlə evə basqın edərək sinəsindən pulu götürüb çıxacaqlarını anlamışdır. O, həmin 6 nəfərdən birinin Röyal olduğunu bilsə də, digər 5 nəfər şəxsin kim olmasını və adlarını bilməmişdir. O, həmin şəxsləri hadisədən əvvəl və sonra görməmiş, çünki o, Röyaldan başqa digər bir şəxsin onu tanımasını istəməmişdir. O, həmin hadisənin gizili qalmasını, adının bilinməməsini istəmişdir. Bu barədə sadəcə Röyalla söhbəti olub, başqa heç kəsin hadisədən əvvəl və ya sonra heç bir məlumatı olmamışdır. O, sadəcə yuxarıda qeyd etdiyi cinayət əməlini törətmiş, başqa heç bir cinayət əməlini törətməmiş, nədəki özünün və ya digər şəxslərlə belə bir planı olmamışdır.” İbtidai istintaqın gedişində isə Аzərbаycаn Respublikаsı CM-nin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci mаddələri ilə təqsirləndirilən şəхs qismində dindirilərkən Təqsirləndirilən şəxs4 оğlu оnа elаn edilmiş ittihаm üzrə özünü tam təqsirli bildiyini göstərmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 03 dekabr 2020-ci il tarixli qərardan müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 xəsarət alması faktına görə toplanmış material üzrə Gəncə şəhər BPİ-nin əməkdaşlarının əməllərində cinayət tərkibinin əlamətləri olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan həmçinin müəyyən olunmuşdur ki, materialın araşdırılması zamanı Təqsirləndirilən şəxs1 verdiyi izahatında bədənində aşkar olunmuş xəsarətləri xx.xx.2020-ci il tarixdə Gəncə şəhər BPİ-nin əməkdaşları tərəfindən həbs edilməmişdən öncə qaçarkən yıxılan zaman aldığını, xəsarət alması ilə bağlı heç kimdən şikayət və tələbinin olmadığını göstərmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 Gəncə şəhər Kəpəz RPİ-nin əməkdaşları tərəfindən döyüldüyünü bildirməsilə əlaqədar toplanmış material üzrə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Gəncə şəhər prokurorluğunun 06 may 2021-ci il tarixli qərarından müəyyən edilmişdir ki, cinayət hadisəsi müəyyən edilmədiyindən həmin material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin material üzrə izahatında Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən döyüldüyü üçün quldurluq əməlini etiraf etdiyini bildirsə də məhkəmə-tibbi ekspertizasının rəyi ilə Təqsirləndirilən şəxs2 bədəni üzərində xəsarət müəyyən edilməmiş, polis əməkdaşlarının izahatı ilə isə həmin hal təsdiqini tapmamışdır. Bundan başqa cinayət işinin materiallarında olan “baxış və götürmə haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən müəyyən olunmmuşdur ki, hadisənin baş verdiyi yerə, yəni Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 4-cü küçədə yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən oradan 01 ədəd jaket, 01 ədəd papaq, 01 ədəd mayka, 01 ədəd əlcək, 01 ədəd plastik ip, 01 ədəd yapışqan lent, 01 cüt corab, 01 ədəd yastıq götürülmüşdür. Həmçinin iş materiallarında olan məhkəmə tibbi ekspertizasının rəylərindən müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bədənləri üzərində xəsarətlər müəyyən edilmiş və həmin xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməmiş, əmələ gəlmə müddətləri isə hadisənin baş verdiyi tarixə, yəni xx.xx.2020-ci il tarixə uyğun gəlmişdir. Qeyd olunanlarla yanaşı iş materiallarında olan Kəpəz rayon polis idarəsinin rəisi tərəfindən verilmiş əməliyyat tapşırığına cavab məktubundan müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 sadəcə sözügedən cinayət əməlinin törədilməsi üçün qabaqcadan razılığa gəlmiş, digər hər hansı bir cinayətdə iştirakçılıqları olmamışdır. Bundan başqa iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ifadənin yerində yoxlanılmasına dair protokollardan müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ifadələrində qeyd etdikləri xüsusatları hadisə yerlərində göstərərək ifadələrini bir daha təsdiq etmişlər. Həmçinin iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş üzləşdirmədə dindirməyə dair protokollardan müəyyən olunmuşdur ki, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 ilə üzləşdirilməklə dindirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ifadələrində göstərdiklərini təsdiq edərək həmin xüsusatları Təqsirləndirilən şəxs1 üzünə qarşı demişdirlər. Bundan başqa iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş üzləşdirmədə dindirməyə dair protokoldan müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə aparılmış, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiklərini təsdiq edərək həmin xüsusatları Təqsirləndirilən şəxs2 üzünə qarşı demişdir. Həmçinin Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində tanımadığı iki şəxslə birlikdə evə daxil olarkən evdə heç kimin olmadığı deyilsə də, evə daxil olduqları vaxt evdə yaşayış olduğunu anladığını, buna görə də özünü oğurluq əməlində təqsirli bildiyini göstərmişdir. Həmçinin Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 da özlərini oğurluq əməli ilə təqsirli bildiklərini göstərmişlər. Lakin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs3 təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində göstərmişdir ki, “...hadisə günü Cahid ona zəng edib onları çölə çıxara bilmədiyini deyəndə o, bildirmişdir ki, əgər adam varsa evə girməyəcəkdir. Cahid evdə adam olduğunu, onları çıxara bilmədiyini dedikdən sonra Elçin və “Mosu” ləqəbli Rövşən evə girəcəklərini bildirmiş, ona “sən öz fikrində qal biz gedirik”, biz evə girəcəyik deyib getmişdirlər. Orxanı sürücü kimi o, çağırmış, Orxan oğurluğa getməmiş, taksi sürücüsü kimi gedərək orada onları gözləmişdir. Orxana bildirmişdir ki, alacaqları olduğundan onu götürüb qayıdacaqlar...”. Həmçinin Təqsirləndirilən şəxs4 da ifadəsindən müəyyən olunmuşdur ki, o evdəkiləri çıxara bilmədiyini Təqsirləndirilən şəxs3 bildirdikdən sonra Röyal evə girməkdən imtina etməmiş, bundan sonra onların evə girməsini gözləmişdir. Göründüyü kimi təqsirləndirilən şəxslərin ifadələrindən də evə oğurluğa girməklə bağlı göstərdikləri öz təsdiqini tapmamışdır. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründə polis əməkdaşları tərəfindən döyülərək quldurluq cinayətini boyunlarına götürmələrinə dair məhkəmə istintaqı zamanı verdikləri ifadələrini, o cümlədən Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 məhkəmə istintaqı zamanı verdikləri ifadələrini məhkəmə həqiqi və obyektiv ifadələr kimi qəbul etməyərək həmin ifadələrin yuxarıda sadalanan sübutlarla təkzib edildiyi qənaətinə gəlir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ibtidai istintaqın əvvəlində verdikləri ifadələri daha obyektiv və işin faktiki hallarına uyğun ifadələr kimi qəbul edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 5ci bəndində göstərilmişdir ki, oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. Həmin Qərarın 15-ci bəndində göstərilmişdir ki, qabaqcadan əlbir olmaqla quldurcasına basqın törətmiş bir qrup təqsirli şəxsin niyyəti ilə silah və ya silah qismində istifadə edilən predmetlərin tətbiqi əhatə edilmişsə, o zaman onlardan yalnız biri silah və ya silah qismində istifadə edilən predmet tətbiq etsə belə, qrup iştirakçılarının hamısı birgə icraçı kimi CM-nin 181.2.5-ci maddəsi ilə məsuliyyət daşıyır. Həmin Qərarın 25-ci bəndində isə göstərilmişdir ki, şəxs silahı yalnız nümayiş etdirmişsə və ya aşkar yararsız və ya doldurulmamış silahla zərərçəkmişin həyatı və ya sağlamlığı üçün təhlükəli olan xəsarət yetirmək niyyəti olmadan həmin predmetlərlə onu hədələmiş və ya silah tətbiq etmə görüntüsü yaratmışsa, (məsələn, silah maketi, oyuncaq xəncəl və i.a.), digər ağırlaşdırıcı hallar olmadıqda işin konkret hallarından asılı olaraq onun hərəkətləri AR CM-nin 181.1-ci maddəsində nəzərdə tutulan quldurluq kimi tövsif edilməlidir. Zərərçəkmiş silahın yararsız və ya doldurulmamış olmasını, yaxud da silah tətbiq etmə görüntüsü yaradılmasını başa düşmüşsə, dərk etmişsə, əməl soyğunçuluq kimi tövsif edilməlidir. Beləliklə, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 törətmiş olduqları əməllərin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onların cinayət əməlləri məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 törətdikləri əməllər Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələrilə tövsif olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onların törətdikləri cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətlərini, eləcə də cəzalarını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə tərkibi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onların törətdikləri cinayətlərin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyətləri nəzərə alınaraq barələrində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olması, həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə barışıq əldə etməsi, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsi, CM-in 59.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası CM-nin 61.1.7-ci və 61.1.9-cu maddələrinə əsasən Təqsirləndirilən şəxs1 cinayəti azyaşlı zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 qarşı törətməsi, həmçinin sözügedən cinayət əməlini azyaşlı zərər çəkmiş şəxslərin gözü qarşısında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 yastıqla boğularaq xüsusi amansızlıqla törədilməsi cəzasını ağırlaşdıran hallardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ilə barışıq əldə etməsi, CM-in 59.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası CM-nin 61.1.7-ci və 61.1.9-cu maddələrinə əsasən Təqsirləndirilən şəxs2 cinayəti azyaşlı zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 qarşı törətməsi, həmçinin sözügedən cinayət əməlini azyaşlı zərər çəkmiş şəxslərin gözü qarşısında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 yastıqla boğularaq xüsusi amansızlıqla törədilməsi cəzasını ağırlaşdıran hallardır. Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə barışıq əldə etməsi və dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsi, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmaması Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası CM-nin 61.1.1, 61.1.7 və 61.1.9-cu maddələrinə əsasən cinayətlərin təhlükəli residivi, cinayəti azyaşlı zərər çəkmiş şəxslər - Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 qarşı törətməsi, həmçinin sözügedən cinayət əməlini azyaşlı zərər çəkmiş şəxslərin gözü qarşısında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 yastıqla boğularaq xüsusi amansızlıqla törədilməsi Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə barışıq əldə etməsi, dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsi, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmaması, CMin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşağının olması Təqsirləndirilən şəxs4 cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası CM-nin 61.1.1, 61.1.7 və 61.1.9-cu maddələrinə əsasən cinayətlərin təhlükəli residivi, cinayəti azyaşlı zərər çəkmiş şəxslər - Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 qarşı törətməsi, həmçinin sözügedən cinayət əməlini azyaşlı zərər çəkmiş şəxslərin gözü qarşısında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 yastıqla boğularaq xüsusi amansızlıqla törədilməsi Təqsirləndirilən şəxs4 cəzasını ağırlaşdıran hallardır. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs4 Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.1-ci maddələri ilə təqsirli bilinərək 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs3 Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3, 181.2.5, 29,186.2.2ci maddələri ilə təqsirli bilinərək 09 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixli Nizami Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin 29,186.2.2-ci maddəsilə təyin edilmiş cəzadan azad edilmiş, cəzası 08 il 06 aya endirilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-in 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin residivi təhlükəli sayılır. Göründüyü kimi xx.xx.2012-ci il tarixli hökmlə Təqsirləndirilən şəxs4, xx.xx.2012-ci il tarixli hökmlə isə Təqsirləndirilən şəxs3 ağır cinayətlər kateqoriyasına aid olan əmələ görə müvafiq olaraq 05 il 06 ay və 09 il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişlər, məhkumluqları ödənilmədən hazırkı cinayət əməllərini törətmişdirlər. Onların əməllərində cinayətlərin təhlükəli residivi mövcuddur. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələri müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 təyin olunan azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidirlər. İş üzrə maddi sübut olan və Gəncə şəhər Baş Polis İdarəsində məsul saxlanca verilmiş hadisə yerindən götürülmüş 01 ədəd jaket, 01 ədəd papaq, 01 ədəd mayka, 01 ədəd əlcək, 01 cüt corab, 01 ədəd yastıq sahiblərinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, 01 ədəd plastik ip, 01 ədəd yapışqan lent məhv edilməlidir. Təqsirləndirilən şəxs1 ilə Şahid üzləşdirilməsi, Təqsirləndirilən şəxs2 dindirilməsi və ifadəsinin yerində yoxlanılması, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ifadələrinin yerində yoxlanılması zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 4 ədəd “DVD” disk və Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 istifadələrində olmuş mobil nömrələr arasındakı zənglər və anten dairələrinə dair məlumatları özündə əks etdirən 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı iş üzrə şübhəli şəxs qismində tutulduğu tarixdən yəni, 13 noyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən yəni, 11 dekabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən yəni, xx.xx.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs4 cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu tarixdən yəni, 16 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Gəncə şəhər Baş Polis İdarəsində məsul saxlanca verilmiş hadisə yerindən götürülmüş 01 ədəd jaket, 01 ədəd papaq, 01 ədəd mayka, 01 ədəd əlcək, 01 cüt corab, 01 ədəd yastıq sahiblərinə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, 01 ədəd plastik ip, 01 ədəd yapışqan lent məhv edilsin. Təqsirləndirilən şəxs1 ilə Şahid üzləşdirilməsi, Təqsirləndirilən şəxs2 dindirilməsi və ifadəsinin yerində yoxlanılması, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ifadələrinin yerində yoxlanılması zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 4 ədəd “DVD” disk və Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 istifadələrində olmuş mobil nömrələr arasındakı zənglər və anten dairələrinə dair məlumatları özündə əks etdirən 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə (Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 isə hökmün surətini aldıqları andan) Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-64/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-64/2022
01.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver