Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-64/2025 07.03.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi, hakimlər: Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), Məmmədzadə Mikayıl Maarif oğlu və İbişov İlkin İlqar oğlundan ibarət tərkibdə, tərcüməçi: X2, İclas katibi: X5, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X6 və ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin və müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1965-ci ildə Türkiyə Respublikası Hopa rayonu, Kırıkhan ilçəsində doğulmuş, Türkiyə Respublikasının vətəndaşı, evli, orta təhsilli, sürücü, məhkumluğu olmayan, Türkiyə Respublikası Hopa rayonu, Kırıkhan ilçəsi Cumhuriyyət məhəlləsi, 311 küçə n15/a ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Penitensiar Xidmətinin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 200-1.2.2, 200-1.2.3 və 206.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2021-ci ilin sentyabr ayında dəqiq məlum olmayan vaxtda şəxsiyyəti dəqiq məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək qanunla dövlət qeydiyyatı tələb olunan lakin Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməmiş külli miqdarda dərman vasitələrini satış məqsədi ilə Türkiyə Respublikasından əldə etmə, saxlama və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə keçirib dövriyyəsini qanunsuz olaraq təşkil etmə barədə razılığa gəlmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq Türkiyə Respublikasında cinayətkar qrupun şəxsiyyəti məlum olmayan qrup üzvündən 1 qutusunun qiyməti 4,65 manat olmaqla 953,25 manat dəyərində 205 qutu Tegretol CR 400 mg, 1 qutusunun qiyməti 3,90 manat olmaqla 1228,50 manat dəyərində 315 qutu Tegretol 200 mg, 1 qutusunun qiyməti 42 manat olmaqla 1974 manat dəyərində 47 qutu Levitra 20 mg, 1 qutusunun qiyməti 405 manat olmaqla 2025 manat dəyərində 5 qutu Herceptin 150mg,1 qutusunun qiyməti 13,12 manat olmaqla 4277,12 manat dəyərində 326 qutu Aknetrent 20 mg, 1 qutusunun qiyməti 153,60 manat olmaqla 1843,20 manat dəyərində 12 qutu Pegasys 180 mg/0.5ml, 1 qutusunun qiyməti 4,65 manat olmaqla 79,05 manat dəyərində 17 qutu Üropan 5 mg/5 ml, 1 qutusunun qiyməti 982,22 manat olmaqla 2946,66 manat dəyərində 3 qutu Pirfekt 200 mg,1 qutusunun qiyməti 2,50 manat olmaqla 792,50 manat dəyərində 317 qutu Citanest 20ml, 1 qutusunun qiyməti 2,55 manat olmaqla 816 manat dəyərində 320 qutu Marcaine 0.5%/20ml, 1 qutusunun qiyməti 75,60 manat olmaqla 378 manat dəyərində 5 qutu Evasif 245mg, 1 qutusunun qiyməti 952,70 manat olmaqla 2858,10 manat dəyərində 3 qutu Tykerb 250mg , 1 qutusunun qiyməti 8,31 manat olmaqla 33,24 manat dəyərində 4 qutu Fosamax 70mg, 1 qutusunun qiyməti 35,83 manat olmaqla 1791,50 manat dəyərində 50 qutu Xarelto 20mg, 1 qutusunun qiyməti 12,66 manat olmaqla 1215,36 manat dəyərində 96 qutu Xarelto 10mg, 1 qutusunun qiyməti 4,63 manat olmaqla 912,11 manat dəyərində 197 qutu Ventolin 2.5mg, 1 qutusunun qiyməti 55,30 manat olmaqla 1603,70 manat dəyərində 29 qutu PK-Merz 200mg 500ml, 1 qutusunun qiyməti 16 manat olmaqla 800 manat dəyərində 50 qutu Tacrolin 0.03% 30g, 1 qutusunun qiyməti 17,15 manat olmaqla 857,50 manat dəyərində 50 qutu Tacrolin 0.1% 30gr, 1 qutusunun qiyməti 6,62 manat olmaqla 2601,66 manat dəyərində 393 qutu Cardura 4mg, 1 qutusunun qiyməti 234,17 manat olmaqla 10771,82 manat dəyərində 46 qutu Norditropin 10mg, 1 qutusunun qiyməti 43,96 manat olmaqla 791,28 manat dəyərində 18 qutu Stattera 4mg, 1 qutusunun qiyməti 106,06 manat olmaqla 318,18 manat dəyərində 3 qutu Budenofalk 3mg, 1 qutusunun qiyməti 51,66 manat olmaqla 413,28 manat dəyərində 8 qutu Proxeed plus -5g, 1 qutusunun qiyməti 33,55 manat olmaqla 67,10 manat dəyərində 2 qutu Fosit 4g, 1 qutusunun qiyməti 3,80 manat olmaqla 76 manat dəyərində 20 qutu Parlodel 2.5 mg, 1 qutusunun qiyməti 14,96 manat olmaqla 388,96 manat dəyərində 26 qutu Arava 10mg,1 qutusunun qiyməti 6,77 manat olmaqla 304,65 manat dəyərində 45 qutu Lansor 30 mg, 1 qutusunun qiyməti 6,50 manat olmaqla 617,50 manat dəyərində 95 qutu Madopar125mg, 1 ampulun qiyməti 1 manat olmaqla 448 manat dəyərində 448 ampul Bactrim 400mg, 1 qutusunun qiyməti 86,18 manat olmaqla 3964,28 manat dəyərində 46 qutu Ronix 4mg, 1 qutusunun qiyməti 13,47 manat olmaqla 1360,47 manat dəyərində 101 qutu Priorix 0.5 ml, 1 qutusunun qiyməti 70,62 manat olmaqla 3248,52 manat dəyərində 46 qutu Zoladex 3.6mg,1 qutusunun qiyməti 32,77 manat olmaqla 3145,92 manat dəyərində 96 qutu Seretide Diskus100mg+50 mcg, 1 qutusunun qiyməti 5 manat olmaqla 485 manat dəyərində 97 qutu Fluorouracil 1000mg/20ml,1 qutusunun qiyməti 6,91 manat olmaqla 905,21 manat dəyərində 131 qutu Propotol-Lipuro 1% 10mg/ml, 1 qutusunun qiyməti 6,96 manat olmaqla 348 manat dəyərində 50 qutu Nimotop 10mg/50ml, 1 qutusunun qiyməti 14,10 manat olmaqla 648,60 manat dəyərində 46 qutu Lithuril 300mg, 1 qutusunun qiyməti 3,66 manat olmaqla 18,30 manat dəyərində 5 qutu Epanutin 100mg, 1 qutusunun qiyməti 14,84 manat olmaqla 7420 manat dəyərində 500 qutu Kolistate 150mg 2 ml, 1 qutusunun qiyməti 20 manat olmaqla 1900 manat dəyərində 95 qutu Dobcard 250mg/20ml, 1 qutusunun qiyməti 9,36 manat olmaqla 336,96 manat dəyərində 36 qutu Perlinganit 10mg/10ml, 1 qutusunun qiyməti 13,12 manat olmaqla 2282,88 manat dəyərində 174 qutu Neucurium 50 mg/5ml, 1 konvalutun qiyməti 10,76 manat olmaqla 1291,20 manat dəyərində 120 konvalut Lipanthyl 267mg və 1 konvalutun qiyməti 4,50 manat olmaqla 900 manat dəyərində 200 konvalut Prednol 16 mg olmaqla qanunla dövlət qeydiyyatı tələb olunan, lakin, Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməmiş külli miqdarda, 72438,56 manat dəyərində dərman vasitələrini, həmçinin 1 qutusunun qiyməti 7 manat olmaqla 1050 manat dəyərində 150 qutu “Marlboro Edge less smell”, 1 qutusunun qiyməti 7 manat olmaqla 140 manat dəyərində 20 qutu “Marlboro touch” və 1 qutusunun qiyməti 7 manat olmaqla 280 manat dəyərində 40 qutu “Parliament super slims” markalı cəmi 1470 manat dəyərində siqaretlərdən ibarət, ümumilikdə xeyli miqdarda 73908,56 manat dəyərində olan malları əldə etmiş, aralarında olan razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq Azərbaycan Respublikasına gətirib cinayətkar qrupun məlum olmayan üzvlərinə çatdırmaq məqsədilə həmin dərman vasitələrini və siqaretləri idarə etdiyi “Mercedes-Benz” markalı 31N4456/31N8128 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin yük yerində satış məqsədilə saxlamış və xx.xx.2021-ci il tarixdə saat 4 radələrində Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin, Qazax rayonun inzibati ərazisində yerləşən “Qırmızı Körpü” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük orqanına kağız üzərində və ya elektron formada yazılı, həmçinin şifahi bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, həmin tarixdə “Qırmızı Körpü” gömrük postunda nəqliyyat vasitəsinə keçirilən gömrük baxışı zamanı qeyd olunan mallar aşkar edilərək götürülmüşdür. Məhkəmədə ifadə verən Təqsirləndirilən şəxs göstərmişdir ki, Türkiyədə olarkən yük avtomobil sürücüləri ilə Konya şəhərində Azərbaycan Respublikasına makaron yükü gətirməyə getmiş, həmin vaxt orada olan sürücülərin yanında tanımadığı bir şəxsin sürücülərə dərman vasitəsi təklif etdiyini görmüş, maraqlanda Cengiz adlı həmin şəxs dərmanları aparıb satacağı təqdirdə yaxşı gəlir əldə edə biləcəyini demişdir. O maddi ehtiyacı olduğu üçün Cengizdən ancaq dərmanların narkotik tərkibli olub-olmamasını soruşmuş, Cengiz isə ona narahat olmamağı, hər şeyin qanuni olduğunu demişdir. O növbəti gün Cengizdən aldığı dərmanları maşının qoşqusundakı yüklərin yanına yığmış, Türkiyədə avtomobil gömrük yoxlanışından keçib müvafiq sənədləşmə aparıldıqdan sonra Gürcüstana, oradan isə Azərbaycana gəlmişdir. Azərbaycana keçdikdən sonra gömrük əməkdaşları ona yaxınlaşmış və avtomobilə baxış keçirəcəklərini demişlər. Avtomobilin yük yeri açılanda oraya qoyduğu dərman və siqaretlər aşkar edilib götürülmüşdür. Sonra isə avtomobili Tovuz rayonundakı Gömrük İdarəsinə aparmış. orada izahat və ifadə vermiş, sonra isə onu buraxmışlar. Maşının sahibləri gəlib maşını apardıqdan sonra Azərbaycanda qohumları və qalmağa yeri olmadığı, eləcə də ölkədən çıxa bilmədiyi üçün tanımadığı avtomobilin yük yerində gizlin əvvəlcə Gürcüstana, sonra isə oradan şəxsiyyət vəsiqəsi ilə Türkiyəyə keçmişdir. Yenidən işinə qayıdıb Moldovaya yük aparanda isə orada saxlanılmışdır. Məhkəmədə verilən suallara cavab olaraq Kıvcı Abdulakdir göstərdi ki, dərmanlar xərçəng əleyhinə, ürək fəaliyyətinin yaxşılaşdırılması və müalicəsi ilə bağlı olmuş, əvvəllər dərman satmasa da, həmin dərmanları satıb gəlir əldə edəcəyini düşünmüş, sata bilməyəcəyi təqdirdə isə Vətən Müharibəsində iştirak etmiş xəstəlikdən əziyyət çəkən şəxslərə verəcəyini düşünmüşdür. “WhatsApp” mobil tətbiqində əlaqə saxladığı “+994 55 736 14 85” mobil nömrəsini istifadə edən “Tuc Sakit”, yəni “Tüccar Sakit” adında tanışı Sakit Dılışova qara çuğundur (şalqam suyu) gətiməklə bağlı danışmış, həmin şəxs gömrükdə siqaret satan və valyuta dəyişən şəxs olmuşdur. Türkiyəyə gedəndən sonra pasportunu itirdiyini deyib yeni pasport almış, bir müddət sonra xarici ölkəyə yük aparanda Moldovada saxlanılmış və Azərbaycana gətirilmişdir. Törətdiyi əməldən peşmandır, həyat yoldaşı isə ağır xəstədir, qızı da ərindən ayrıldıqdan sonra onlarla birlikdə yaşayır. 2023-cü ildə baş vermiş zəlzələdən əziyyət çəkənlərdəndir. Ailəsinin vəziyyətini və həbsdə qaldığı müddəti nəzərə alıb ona az cəza verilməsini azad edilib, ailəsinin yanına qayıtmağını, eləcə də məhkəmədən ona rəhm edilməsini xahiş edir. Məhkəmədən fərqli olaraq ibtidai istintaq zamanı verdiyi ifadəsində isə Təqsirləndirilən şəxs göstərmişdir ki, … sürücülüklə məşğuldur... Azərbaycana da on ilə yaxındır ki, yük nəqliyy at vasitəsində sürücü kimi gəlib-gedir...Son dəfə xx.xx.2021-ci il tarixdə Konya şəhərinə idarə etdiyi “Mercedes-Benz yük” markalı, 31N4456/31N8128 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə yük götürməyə getmiş, “Saville” markalı makaron yükü nəqliyyat vasitəsinə yüklənmiş, Konyada yerləşən gömrük idarəsinə gedəndə yolda yerləşən dayanacaqların birində nəqliyyat vasitəsini saxlamış, sürücülərlə danışan vaxt daha əvvəl tanıdığı Türkiyə vətəndaşı olan Cengiz adında tanışıyla görüşmüş, əczaçılıq anbarında işlədiyini demiş, dərmanları alıb Azərbaycanda satmağı təklif etmişdir. Cengizdən dərmanların tərkibində narkotik vasitə olub-olmadığını soruşmuş, Cengiz də dərmanların tərkibində problem olmadığını demişdir. Cengizə 1200 ABŞ dolları pul verib dərmanları götürmüş, sonuncu ona Azərbaycana keçirib sata biləcəyi halda hər qutusuna görə 300 ABŞ dolları pul qazana biləcəyini demişdir. Cengizlə razılaşmış, +**********34 nömrəsi ilə əlaqə saxlayaraq qeydiyyat nişanını unutduğu, ağ rəngli “Fiat Doblo” markalı nəqliyyat vasitəsində 9 (doqquz) qutu dərman vasitələrini gətirmişdir. Həmin dərman vasitələrini idarə etdiyi “Mercedes-Benz yük” markalı, 31N4456/31N8128 dövlət nömrə nişanlı nəqliyyat vasitəsində yük yerində olan “makaron” yükünün yanına yığmış, əvvəldən dyuti fridən əldə etdiyi “Marlboro Edge less smell” markalı 150 (bir yüz əlli) qutu, “Marlboro touch” yazısı olan 20 (iyirmi) qutu və üzərində “Parliament super slim” yazısı olan 40 (qırx) qutu siqaretləri ilə birlikdə gizlətmişdir. Gömrük idarəsinə getdikdən sonra mallara və sənədlərə baxılaraq idarə etdiyi “Mercedes-Benz yük” markalı, 31N4456/31N8128 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi möhürlənmiş, Azərbaycana yola düşmüş, Gürcüstan ərazisindən tranzit keçib Azərbaycan Respublikası sərhədinə çatmışdır. xx.xx.2021-ci il tarixdə saat 4 radələrində “Qırmızı Körpü” gömrük postuna daxil olmuş, gömrük nəzarəti həyata keçirildikdən sonra nəqliyyat vasitəsinin çıxışı təsdiqlənmişdir. Nəqliyyat vasitəsini idarə edərək çıxış qapısına yaxınlaşan zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq dayandırıb xidməti vəsiqələrini təqdim edərək gömrük əməkdaşı olduqlarını deyib nəqliyyat vasitəsinə baxış keçirəcəklərini qeyd etmiş, o da hər hansı əşyası olmadığını bildirmişdir. Gömrük əməkdaşları idarə etdiyi nəqliyyat vasitəsinin yük yerində olan “makaron” yükünün yanına yığılmış, markaları və sayları yadında qalmamış 9 qutudakı dərmanlar və siqaretləri aşkar edib götürmüşlər.... Məhkəmədə şahid qismində dindirilmiş X3 göstərdi ki, hadisə vaxtı Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi, Əməliyyat Şöbəsinə baş əməliyyat müvəkkili işləmişdir. Dərman vasitələrinin yük nəqliyyat vasitələrində qanunsuz gətirilməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuş, qeyd olunan məlumata əsasən müəyyən şəxslərin Türkiyə Respublikasından dərman preparatları gətirəcəyini bildirilmişdir. Əməliyyat məlumatında qeyd edilən “MERCEDES" yük markalı, 31N4456/31N8128 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi tərəfindən nəzarətə götürülmüş, xx.xx.2021-ci il tarixində saat 4 radələrində sözügedən nəqliyyat vasitəsi “Qırmızı Körpü” gömrük postuna Gürcüstan istiqamətindən daxil olmuş, sürücü nəqliyyat vasitəsini idxal xəttinə sürüb avtomobildən düşərək sənədləri qeydiyyatdan keçirmiş və nəqliyyat vasitəsi gömrük nəzarətinə təqdim etmişdir. Gömrük nəzarəti həyata keçirildikdən sonra nəqliyyat vasitəsinin çıxışı təsdiqlənmiş, sürücü nəqliyyat vasitəsini idarə edərək çıxış qapısına doğru yaxınlaşarkən sürücüyə yaxınlaşıb ətraflı baxış keçirəcəyi bildirmiş, sürücüdən gizlədilmiş hər hansı əşya olub-olmamasını soruşmuş, apardığı makaron yükündən əlavə mütləq bəyan olunacaq hər hansı bir mal olmadığını demişdir. Nəqliyyat vasitəsinə baxış keçirilməsi üçün iki nəfər hal şahidini dəvət etmiş və hüquq və vəzifələrini onlara izah etmişdir. Bundan sonra onların iştirakı ilə nəqliyyat vasitəsinə baxış keçirilmiş, dərmanların nəqliyyat vasitəsinin yük yerində gizlədilməsi ehtimal edildiyindən baxış keçirmək üçün yük yerinin qapısı açılanda nəqliyyat vasitəsinin yük yerində yığılmış makaron yükünün yanında sellofan torbalarda qablaşdırılmış aksiz markası olmayan dəqiq sayını və miqdarını xatırlamadığı siqaretlər və çoxsaylı müxtəlif dərman preparatları aşkar edilmişdir. Məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, iş yeri olmadığı üçün həm özünə məxsus avtomobillə Gəncə-Qırmızı Körpü istiqamətində taksi kimi fəaliyyət göstərmişdir. “Qırmızı Körpü” gömrük postunda idxal xəttində vətəndaşlara məxsus əl yüklərinin daşınmasında onlara xidmət göstərmiş və bunun müqabilində müəyyən miqdar pul almışdır. xx.xx.2021-ci il gecə X8 gömrük postuna müştəri aparmış və müştəri gözləmişdir. Təxminən saat 4-5 radələrində gömrük əməkdaşı olan Təvəkgül ona yaxınlaşıb yük nəqliyyat vasitəsinə gömrük yoxlaması keçirmək istədiyini, həmin yoxlamada hal-şahidi qismində iştirak etməsini təklif etmişdir. Gömrük postunda idxal yük xəttində “MERCEDES" markalı, 31N4456/31N8128 nömrə nişanlı nəqliyyat vasitəsinin yanına getmiş, orada sonradan ad və soyadını sonradan bildiyi Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs və Ramil adlı şəxs də olmuşdur. Baxışdan əvvəl Təvəkgül hal şahidi qismində iştirak etdikləri üçün hüquq və vəzifələrini onlara izah etmiş və əlavə olaraq keçirilən gömrük baxışında diqqətli olmağı və burada aşkar olacaq mallar barədə soruşulduqda düzünü deməyi, qanunvericiliklə məsuliyyət daşıdıqlarını qeyd etmişdir. Təvəkgül nəqliyyat vasitəsini yoxlamağa başlamış, Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsinin yük yeri sellofan torbada qablaşdırılmış aksiz markası olmayan150 (bir yüz əlli) qutu “Marlboro Edge less smell” markalı, 20 (iyirmi) qutu “Marlboro touch” markal və 40 (qırx) qutu “Parliament super slims” maraklı siqaretlər və 9 (doqquz) ədəd karton qutularda qablaşdırılmış dəqiq adları hazırda yadında qalmamış, ümumilikdə 45 adda müxtəlif növ dərman preparatları aşkar edilərək götürülmüş, qablaşdırılmış, protokol tərtib edilmiş və həmin protokolla tanış olduqdan sonra imzalamışdır. İş materiallarında olan və məhkəmədə tədqiq edilən 15 noyabr 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 2015-ci ildən etibarən müxtəlif vaxtlarda Azərbaycan Respublikasına gəlib-getmiş, son dəfə xx.xx.2021ci il tarixdə Gürcüstandan idarə etdiyi “Mercedes-Benz" markalı, 31N4456/31N8128 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsilə “Qırmızı Körpü“ gömrük postundan keçməklə Azərbaycan Respublikası ərazisinə daxil olmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş 6 sentyabr 2023-cü il tarixli “nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes-Benz" markalı, 31N4456/31N8128 qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yük yerindən gömrük nəzarətinə bəyan edilməmiş 205 qutu Tegretol CR 400 mg, 315 qutu Tegretol 200 mg, 47 qutu Levitra 20 mg, 5 qutu Herceptin 150 mg, 326 qutu Aknetrent 20 mg, 12 qutu Pegasys 180 mg/0.5ml, 17 qutu Üropan 5 mg/5 ml, 3 qutu Pirfekt 200 mg, 317 qutu Citanest 20ml, 320 qutu Marcaine 0.5%/20ml, 5 qutu Evasif 245mg, 3 qutu Tykerb 250mg, 4 qutu Fosamax 70mg, 50 qutu Xarelto 20mg, 96 qutu Xarelto 10mg, 197 qutu Ventolin 2.5mg, 29 qutu PK-Merz 200mg 500ml, 50 qutu Tacrolin 0.03% 30g, 50 qutu Tacrolin 0.1% 30g, 393 qutu Cardura 4mg, 46 qutu Norditropin 10mg, 18 qutu Stattera 4mg, 3 qutu Budenofalk 3mg, 8 qutu Proxeed plus -5g, 2 qutu Fosit 4g, 20 qutu Parlodel 2.5 mg, 26 qutu Arava 10mg, 45 qutu Lansor 30 mg, 95 qutu Madopar125mg, 448 ampul Bactrim 400mg, 46 qutu Ronix 4mg, 101 qutu Priorix 0.5 ml, 46 qutu Zoladex 3.6mg, 96 qutu Seretide Diskus100mg+50 mcg, 97 qutu Fluorouracil 1000mg/20ml, 131 qutu Propotol-Lipuro 1% 10mg/ml, 50 qutu Nimotop 10mg/50ml, 46 qutu Lithuril 300mg, 5 qutu Epanutin 100mg, 500 qutu Kolistate 150mg 2 ml, 95 qutu Dobcard 250mg/20ml, 36 qutu Perlinganit 10mg/10ml, 174 qutu Neucurium 50 mg/5ml, 120 konvalut Lipanthyl 267 mg və 200 konvalut Prednol 16 mg dərman vasitələri, həmçinin 150 qutu “Marlboro Edge less smell”, 20 qutu “Marlboro touch” və 40 qutu “Parliament super slims” siqaretlər aşkar edilib götürülmüşdür. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən Səhiyyə Nazirliyi “X4” X9 daxil olmuş xx.xx.2021-ci il tarixli 04/14720 nömrəli məktubdan görünür ki, təqdim olunan preparatlar - Tegretol CR 400 mg, Tegretol 200 mg, Levitra 20 mg, Herceptin 150mg, Aknetrent 20 mg, Pegasys 180 mg/0.5ml, Üropan 5 mg/5 ml, Pirfekt 200 mg, Citanest 20ml, Marcaine 0.5%/20ml, Evasif 245mg, Tykerb 250mg, Fosamax 70mg, Xarelto 20mg, Xarelto 10mg, Ventolin 2.5mg, PK-Merz 200mg 500ml, Tacrolin 0.03% 30g, Tacrolin 0.1% 30g, Cardura 4mg, Norditropin 10mg, Stattera 4mg, Budenofalk 3mg, Proxeed plus -5g, Fosit 4g, Parlodel 2.5 mg, Arava 10mg, Lansor 30 mg, Madopar 125mg, Bactrim 400mg, Ronix 4mg, Priorix 0.5 ml, Zoladex 3.6mg, Seretide Diskus100mg+50 mcg, Fluorouracil 1000mg/20ml, Propotol-Lipuro 1% 10mg/ml, Nimotop 10mg/50ml, Lithuril 300mg, Epanutin 100mg, Kolistate 150mg 2 ml, Dobcard 250mg/20ml, Perlinganit 10mg/10ml, Neucurium 50 mg/5ml, Lipanthyl 267mg və Prednol 16 mg dərman vasitəsidir, dövlət reyestrində qeydiyyatı yoxdur və dövlət qeydiyyatına alınması mütləqdir. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə ekspertizasının 11 oktyabr 2021-ci il tarixli, 6/4040-7/928-9/6550 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində « Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi Tovuz Gömrük Postu…» dairəvi möhür əksi olan qutuda adları Cədvəl 1-də göstərilən 45 adda dərman preparatları üzərində olan tarix göstəricilərinə əsasən istifadəyə yararlı olub, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərəzisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan preprekursorların siyahıları» na və 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Güclü təsir edən və zəhərli maddələrin siyahısı»na daxil deyil. Tədqiqata təqdim edilmiş cədvəl № 1-də göstərilmiş aksiz markası olmayan 1 qutu “Marlboro Edge less smell”, 1 qutu “Marlboro touch” və 1 qutu “Parliament super slims” markalı tütün məmulatları (siqaret) istifadəyə yararlıdır. Ekspertiza tədqiqatına təqdim edilmiş dərman preparatlarının və filterli siqaretlərin ümumilikdə xx.xx.2021-ci il tarixə orta qiyməti təxminən 73908,56 (yetmiş üç min doqquz yüz səkkiz manat əlli altı qəpik) manat müəyyən edilir. Həmin dərman preparatlarının və filterli siqaretlərin ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində olan 3 №-li cədvəldə göstərilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən 25 iyul 2023-cü il tarixli, 3-16-16/2-6/3659-7/967 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş adları cədvəl №1-də göstərilən dərman preparatlarının üzərində olan tarix göstəricilərinə əsasən xx.xx.2021-ci il tarixinə istifadə müddəti bitməmişdir. Həmin dərman preparatlarının istifadəyə yararlı olub-olmaması fiziki-kimyəvi ekspertizalar şöbəsinin həll etdiyi məsələlər predmetinə aid deyildir. Tədqiqata təqdim edilmiş aksiz markası olmayan 148 qutu “Marlboro Edge less smell”, aksiz markası olmayan 12 qutu “Marlboro touch”, aksiz markası olmayan 38 qutu “Parliament super slims” markalı tütün məmulatları (siqaretlər) xx.xx.2021-ci il tarixə istifadəyə yararlıdırlar. İş materiallarında olan və məhkəmədə araşdırılan 31 iyul 2023-cü il tarixli «sübutların qiymətləndirilməsi haqqında » qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes-Benz" markalı, 31N4456/31N8128 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsindən aşkar edilərək götürülmüş 205 qutu Tegretol CR 400 mg, 315 qutu Tegretol 200 mg, 47 qutu Levitra 20 mg, 5 qutu Herceptin 150mg, 326 qutu Aknetrent 20 mg, 12 qutu Pegasys 180 mg/0.5ml, 17 qutu Üropan 5 mg/5 ml, 3 qutu Pirfekt 200 mg, 317 qutu Citanest 20ml, 320 qutu Marcaine 0.5%/20ml, 5 qutu Evasif 245mg, 3 qutu Tykerb 250mg, 4 qutu Fosamax 70mg, 50 qutu Xarelto 20mg, 96 qutu Xarelto 10mg, 197 qutu Ventolin 2.5mg, 29 qutu PK-Merz 200mg 500ml, 50 qutu Tacrolin 0.03% 30g, 50 qutu Tacrolin 0.1% 30g, 393 qutu Cardura 4mg, 46 qutu Norditropin 10mg, 18 qutu Stattera 4mg, 3 qutu Budenofalk 3mg, 8 qutu Proxeed plus -5g, 2 qutu Fosit 4g, 20 qutu Parlodel 2.5 mg, 26 qutu Arava 10mg, 45 qutu Lansor 30 mg, 95 qutu Madopar125mg, 448 ampul Bactrim 400mg, 46 qutu Ronix 4mg, 101 qutu Priorix 0.5 ml, 46 qutu Zoladex 3.6mg, 96 qutu Seretide Diskus100mg+50 mcg, 97 qutu Fluorouracil 1000mg/20ml, 131 qutu Propotol- Lipuro 1% 10mg/ml, 50 qutu Nimotop 10mg/50ml, 46 qutu Lithuril 300mg, 5 qutu Epanutin 100mg, 500 qutu Kolistate 150mg 2 ml, 95 qutu Dobcard 250mg/20ml, 36 qutu Perlinganit 10mg/10ml, 174 qutu Neucurium 50 mg/5ml, 120 konvalut Lipanthyl 267mg və 200 konvalut Prednol 16 mg dərman vasitələri, həmçinin 150 qutu “Marlboro Edge less smell”, 20 qutu “Marlboro touch” və 40 qutu “Parliament super slims” markalı siqaretlərin maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatlarına istifadə olunan hissə çıxılmaqla qalmış 205 qutu Tegretol CR 400 mg, 315 qutu Tegretol 200 mg, 47 qutu Levitra 20 mg, 5 qutu Herceptin 150mg, 326 qutu Aknetrent 20 mg, 12 qutu Pegasys 180 mg/0.5ml, 17 qutu Üropan 5 mg/5 ml, 3 qutu Pirfekt 200 mg, 317 qutu Citanest 20ml, 320 qutu Marcaine 0.5%/20ml, 5 qutu Evasif 245mg, 3 qutu Tykerb 250mg, 4 qutu Fosamax 70mg, 50 qutu Xarelto 20mg, 96 qutu Xarelto 10mg, 197 qutu Ventolin 2.5mg, 29 qutu PK-Merz 200mg 500ml, 50 qutu Tacrolin 0.03% 30g, 50 qutu Tacrolin 0.1% 30g, 393 qutu Cardura 4mg, 46 qutu Norditropin 10mg, 18 qutu Stattera 4mg, 3 qutu Budenofalk 3mg, 8 qutu Proxeed plus -5g, 2 qutu Fosit 4g, 20 qutu Parlodel 2.5 mg, 26 qutu Arava 10mg, 45 qutu Lansor 30 mg, 95 qutu Madopar125mg, 448 ampul Bactrim 400mg, 46 qutu Ronix 4mg, 101 qutu Priorix 0.5 ml, 46 qutu Zoladex 3.6mg, 96 qutu Seretide Diskus100mg+50 mcg, 97 qutu Fluorouracil 1000mg/20ml, 131 qutu Propotol-Lipuro 1% 10mg/ml, 50 qutu Nimotop 10mg/50ml, 46 qutu Lithuril 300mg, 5 qutu (498 konvolut) Epanutin 100mg, 500 qutu Kolistate 150mg 2 ml, 95 qutu Dobcard 250mg/20ml, 36 qutu Perlinganit 10mg/10ml, 174 qutu Neucurium 50 mg/5ml, 120 konvalut Lipanthyl 267mg və 200 konvalut Prednol 16 mg dərman vasitələri və 139 qutu “Marlboro Edge less smell”, 11 qutu “Marlboro touch” və 36 qutu “Parliament super slims” markalı siqaretlər Dövlət Gömrük Komitəsinin Azərterminalkompleks“ Birliyinə təhvil verilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış DİN Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəl məhkumluğu olmamışdır. İş materiallarında olan və məhkəmədə tədqiq edilən qərardan görünür ki, Təqsirləndirilən şəxs 15 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 200- 1.2.2, 200-1.2.3 və 206.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmə qərarlarından görünür ki, Kişinyov Ciciona Məhkəməsinin qərarı ilə Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş həbsin əvvəli saxlanıldığı xx.xx.2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli, 3-16-17/382-2347/2023 saylı məktubundan görünür ki, Moldova Respublikasında tutulduqdan sonra Azərbaycan Respublikasına ekstradisiya edilərək xx.xx.2023-cü ildə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs dərman vasitələrini Cengiz adlı tanışından alıb Azrbaycanda tanımadığı apteklərə satacağı, hər dərmandan gəlir əldə etmək məqsədi olduğunu, siqaretləri isə özünün vergidən azad hissədə nisbətən ucuz qiymətə alıb gətirməsi, dərman vasitələrini tək keçirtməsi ilə bağlı hissədə ifadələrini məhkəmə istintaqı zamanı müəyyən edilmiş işin obyektiv hallarına uyğun olmaması və həmçinin cinayət işinin materialları, ekspertiza rəyləri, istintaq hərəkəti protokolları və əlavə edilmiş video-foto çəkiliş və maddi sübutlarla təkzib olunduğuna görə həmin hissəsinə tənqidi yanaşıb inandırıcı hesab etmir və təqsirləndirilən şəxsin cəzadan yayınmaq cəhdi və özünümüdafiəsi kimi qiymətləndirir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin Plenum Qərarının xx.xx.2016-cı il tarixli, 10№li qərarının 19-cu bəndinə əsasən əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslandırılmaldır. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Həmin qərarın 12-ci maddəsinə əsasən qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinə aid olan hərəkətlərdən biri kimi bəyan etməmə dedikdə, gömrük bəyannaməsində və ya GM-də nəzərdə tutulmuş malların digər üsulla bəyan edilməsi zamanı malların və bəyan edilməli olan nəqliyyat vasitələrinin buraxılması, onların seçilmiş gömrük proseduruna salınması, gömrük ödənişlərinin hesablanması və tutulması haqqında qərarın qəbul edilməsi üçün zəruri olan məlumatların bilərəkdən göstərilməməsi başa düşülür. Təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsi, eləcə də iş materiallarına əlavə edilmiş sənədlərə əsasən Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası ərazisinə tütün məmulatları keçirərək satışını həyata keçirtməsi istisna edilməsə də, onun Azərbayanda fəaliyyət göstərən əczaçılıq şirkətləri və apteklər şəbəkələri, tibb və müalicə müəssisələri ilə əlaqəsini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Bu da şəxsin qanunsuz olaraq dərman vasitələrini qabaqcadan əlbir olan bir qrup şəxs halında gömrük sərhədindən gizli keçirib qaçaqmalçılıq törətməsini təsdiq edir. Məhkəmə qeyd edir ki, şübhəli və təqsirləndirilən şəxs tərəfindən hadisə ilə bağlı könüllü olaraq verilən ilkin ifadə və izahatlar adətən hadisədən dərhal sonra verildiyindən ifadə verən şəxs hadisəni olduğu kimi, obyektiv əlamətlərlə qavradığı kimi təsvir etməyə çalışır, həmin vaxt onda məsuliyyəti yüngüllləşdirmək, yaxud yayınmaq meyilləri daha az olur. İstintaqın sonrakı mərhələsində xüsusilə istintaq təcridxanası və cəzaçəkmə müəssisələrində şəxsin olduğu mühit və sonrakı dövrdə törədilmiş əməlin hərtərəfli qavranılması şəxsi özünümüdafiəsinə daha çox meyilləndirməklə hadisəni təhrif etməyə sövq edir. Odur ki, hazırki iş üzrə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələr işin faktiki halı ilə daha uyğun olduğundan məhkəmə Təqsirləndirilən şəxs həmin ifadəsini sübut kimi qəbul edir, məhkəmədə verdiyi ifadəsində göstərdikləri öz ifadəsindən başqa digər sübutlarla təsdiqini tapmadığından həqiqətəuyğun olmayan ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, üzləşdirmə protokollarını, istintaq hərəkəti protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1 maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 200-1.2.2, 200-1.2.3 və 206.3.2-ci maddələri ilə tövsif edilmişdir və O, həmin maddələrlə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəyə əsasən təqsirləndirilən şəxsin əsrin faciəsi kimi xarakterizə edilən 2023-cü il fevral ayında Türkiyə Respublikasında baş vermiş zəlzələdən əziyyət çəkməsini, himayəsində qızı və azyaşlı nəvəsinin olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası CM-nin 200-1.2.2, 200-1.2.3-cü maddələrinə əsasən ......qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin ....satış məqsədilə saxlanması və ya idxalı.....qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və külli miqdarda törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsinə əsasən Qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə bu Məcəllənin 206.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla malların və digər əşyaların külli miqdar keçirilməsi beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma yalnız əlavə cəza kimi tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır.....cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması cəmiyyətdən təcrid olunması yolu ilə mümkündür və yalnız bu yolla cəzanın məqsədinə nail olmaq olar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə əsasən ...ağır cinayətlə görə məhkum edilmiş şəxslərin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2.-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır tutulduğu və həbsdə saxlanıldığı müddət həmin müddətə aiddir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun Moldova Respublikasında saxlanıldığı tutulduğu xx.xx.2022-ci ildən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı çəkdikdən sonra Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisindən məcburi qaydada çıxarılmaldır. Cinayət Prosessual Məcəllənin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks Birliyi“ndə saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 205 qutu Tegretol CR 400 mg, 315 qutu Tegretol 200 mg, 47 qutu Levitra 20 mg, 5 qutu Herceptin 150mg, 326 qutu Aknetrent 20 mg, 12 qutu Pegasys 180 mg/0.5ml, 17 qutu Üropan 5 mg/5 ml, 3 qutu Pirfekt 200 mg, 317 qutu Citanest 20ml, 320 qutu Marcaine 0.5%/20ml, 5 qutu Evasif 245mg, 3 qutu Tykerb 250mg, 4 qutu Fosamax 70mg, 50 qutu Xarelto 20mg, 96 qutu Xarelto 10mg, 197 qutu Ventolin 2.5mg, 29 qutu PK-Merz 200mg 500ml, 50 qutu Tacrolin 0.03% 30g, 50 qutu Tacrolin 0.1% 30g, 393 qutu Cardura 4mg, 46 qutu Norditropin 10mg, 18 qutu Stattera 4mg, 3 qutu Budenofalk 3mg, 8 qutu Proxeed plus -5g, 2 qutu Fosit 4g, 20 qutu Parlodel 2.5 mg, 26 qutu Arava 10mg, 45 qutu Lansor 30 mg, 95 qutu Madopar125mg, 448 ampul Bactrim 400mg, 46 qutu Ronix 4mg, 101 qutu Priorix 0.5 ml, 46 qutu Zoladex 3.6mg, 96 qutu Seretide Diskus100mg+50 mcg, 97 qutu Fluorouracil 1000mg/20ml, 131 qutu Propotol-Lipuro 1% 10mg/ml, 50 qutu Nimotop 10mg/50ml, 46 qutu Lithuril 300mg, 5 qutu (498 konvolut) Epanutin 100mg, 500 qutu Kolistate 150mg 2 ml, 95 qutu Dobcard 250mg/20ml, 36 qutu Perlinganit 10mg/10ml, 174 qutu Neucurium 50 mg/5ml, 120 konvalut Lipanthyl 267mg və 200 konvalut Prednol 16 mg dərman vasitələri dövlət nəfinə müsadirə edilərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə təhvil verilməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks Birliyi“ndə saxlanılan 139 qutu “Marlboro Edge less smell”, 11 qutu “Marlboro touch” və 36 qutu “Parliament super slims” markalı siqaretlər isə məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfi olan 176,70 (bir yüz yetmiş altı manat, yetmiş qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi məhkəmə Ekspertiza Mərkəzinə köçürülməlidir. İş üzrə xüsusi müsadirə edilməli olan əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 və 206.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200-1.2.2 və 200- 1.2.3-cü maddələri ilə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən əsas cəzaları qismən toplamaq və əlavə cəzanı əsas cəzaya tam birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı Moldova Respublikasında saxlanıldığı xx.xx.2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş əsas cəzanı çəkdikdən sonra Azərbaycan Respublikası ərazisindən məcburi qaydada çıxarılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks Birliyi“ndə saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 205 qutu Tegretol CR 400 mg, 315 qutu Tegretol 200 mg, 47 qutu Levitra 20 mg, 5 qutu Herceptin 150mg, 326 qutu Aknetrent 20 mg, 12 qutu Pegasys 180 mg/0.5ml, 17 qutu Üropan 5 mg/5 ml, 3 qutu Pirfekt 200 mg, 317 qutu Citanest 20ml, 320 qutu Marcaine 0.5%/20ml, 5 qutu Evasif 245mg, 3 qutu Tykerb 250mg, 4 qutu Fosamax 70mg, 50 qutu Xarelto 20mg, 96 qutu Xarelto 10mg, 197 qutu Ventolin 2.5mg, 29 qutu PK-Merz 200mg 500ml, 50 qutu Tacrolin 0.03% 30g, 50 qutu Tacrolin 0.1% 30g, 393 qutu Cardura 4mg, 46 qutu Norditropin 10mg, 18 qutu Stattera 4mg, 3 qutu Budenofalk 3mg, 8 qutu Proxeed plus -5g, 2 qutu Fosit 4g, 20 qutu Parlodel 2.5 mg, 26 qutu Arava 10mg, 45 qutu Lansor 30 mg, 95 qutu Madopar125mg, 448 ampul Bactrim 400mg, 46 qutu Ronix 4mg, 101 qutu Priorix 0.5 ml, 46 qutu Zoladex 3.6mg, 96 qutu Seretide Diskus100mg+50 mcg, 97 qutu Fluorouracil 1000mg/20ml, 131 qutu Propotol- Lipuro 1% 10mg/ml, 50 qutu Nimotop 10mg/50ml, 46 qutu Lithuril 300mg, 5 qutu (498 konvolut) Epanutin 100mg, 500 qutu Kolistate 150mg 2 ml, 95 qutu Dobcard 250mg/20ml, 36 qutu Perlinganit 10mg/10ml, 174 qutu Neucurium 50 mg/5ml, 120 konvalut Lipanthyl 267mg və 200 konvalut Prednol 16 mg dərman vasitələri dövlət nəfinə müsadirə edilərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə təhvil verilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks Birliyi“ndə saxlanılan 139 qutu “Marlboro Edge less smell”, 11 qutu “Marlboro touch” və 36 qutu “Parliament super slims” markalı siqaretlər məhv edilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və (və ya) şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-64/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-64/2025
07.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver