Məhkəmə qərarları › İş №1(100)-65/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-65/2021

23.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-65/2021 23.02.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X16 Məhkəməsinin sədri Əliyev Natiq Mürsəl oğlunun sədrliyi, hakimlər Bağırov Məhəmməd Ənvər oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş Zərərçəkmiş şəxs qızının, müdafiəçi – Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Daşkəsən şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli olmaqla sonradan boşanmış, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə uzun müddətli ailə həyatı olan arvadı Zərərçəkmiş şəxs qızı ilə boşanmaq ərəfəsində olması ilə bağlı aralarında yaranmış narazılıqlara görə mobil telefon vasitəsilə onun anası X9 zəng edib təhqiredici ifadələr işlətməsindən hiddətlənərək ailə-məişət münasibətləri zəminində qisas alıb qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə öz cinayətkar niyyətini həyata keçirmək üçün Gəncə şəhəri, Əhməd Cəlil küçəsində yerləşən “Azər”adlı yanacaq doldurma məntəqəsindən plastik qab içərisində 0,5 litr həcmdə “A92” markalı benzini alıb üzərində götürərək, həmin gün saat 21-22 radələrində Zərərçəkmiş şəxs yaşadığı evinə gəlmiş, sonuncunun qonşuluğunda olan xalası Şahid1 Gəncə şəhəri, H.Əliyev prospekti ev 637 saylı mənzilində olmasını bilib, oraya gedərək həmin evin qonaq otağında Zərərçəkmiş şəxs ilə qarşılaşıb “sən qudurmusan ki, anamı təhqir eləyirsən” sözlərini deməklə onunla eyni otaqda olan Şahid1 yanında əvvəlcədən qərarlaşdırdığı niyyətini, yəni xüsusi amansızlıq və ümumi təhlükəli üsulla yandırıb, öldürməklə həyatdan məhrum etmək üçün əldə edib üzərində gətirdiyi tez alışan neft məhsulu olan benzini arvadının üzərinə töküb, cibindən alışqanı çıxarıb onu yandırmaq istəyən zaman sonuncu yaxınlıqda yerləşən elektrik qızdırıcıdan alışaraq yanmış, arvadının ölməsini arzuladığından üzərində yanan alovun söndürlüməsinin qarşısını almaq üçün əlləri ilə onu tutaraq otaqdakı şkafa doğru sıxmış, lakin zərərçəkmiş şəxsin üzərində olan alovun onun üzərinə sıcramasına görə əli və kurtkası yanmağa başladığı üçün sağlamlığa qısa müddət pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aid edilən sol bud, hər iki əl barmaqlarının İİ-İİİ termiki yanıq xəsarətlər alaraq ağrılara dözə bilməməsi, eləcə də hadisə yerində olan qohumu Şahid1 ona müdaxilə etməsinə görə Zərərçəkmiş şəxs buraxmağa məcbur olub hadisə yerindən uzaqlaşmış, qısa müddətdən sonra arvadının yanaraq ölməsinə əmin olmaq üçün təkrar hadisə yerinə qayıdan zaman həmin yerə qışqırıq səsinə gəlmiş az yaşlı doğma qızı Şahid7 gözü qarşısında xüsusi amansızlıqla arvadını öldürmək üçün “Sən yanmadın, sən ölmədin” sözlərini deməklə üzərinə hücum edən zaman Şahid7 onu aralaşdırmasına görə oradan uzaqlaşmış, Zərərçəkmiş şəxs vaxtında müdaxiləsi edilməsi nəticəsində üzərində olan yanğının söndürülməsinə, qısa müddət ərzində Gəncə şəhər 3 saylı təcili tibbi yardım xəstəxanasına çatdırılaraq ixtisaslı tibbi yardım göstərilməsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aid edilən sağ bazu, sağ said, sağ bud, sağ ayaq pəncəsinin termiki yanıq xəsarətləri yetirməklə ümumi təhlükəli üsulla həyatdan məhrum etməyə yönəldilmiş qəsdən edilən əməli öz iradəsindən asılı olmayan göstərilən səbəblərdən niyyətini başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs qızını qəsdən xüsusi amansızlıq və ümumi təhlükəli üsulla öldürməklə həyatdan məhrum etməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün qismən etirafedici ifadəsi ilə yanaşı zərəçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin faktiki halları ilə aşağıda şərh olunan qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş təqsirləndirilən X12 ona Azərbaycan Respublikasının CM-nin 29, 120.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs qızı ilə evli olsalar da, sonradan məhkəmə qaydasında rəsmi olaraq boşanmışdır. xx xxxxx 2020-ci il tarixdə Gəncə şəhərində xalası Bəstinin yaşadığı evə gələrək oradan birlikdə yemək yemək üçün oğlu Ruzini çağırmış, lakin Ruzi onunla birlikdə getmək istəməmişdir. Buna görə də o, çox hirslənmiş və Ruziyə bir daha yanına gəlməyəcəyini bildirmişdir. Anasıgildə olduğu zaman Məhbubə onun anasına zəng edərək xəstə anasını nalayiq ifadələr işlətməklə təhqir etməyə başlamış, o da bunu eşitdikdən sonra bərk əsəbiləşmiş və evdən çıxıb Məhbubənin evinə gedəndə üstünə benzin töküb sonuncunu qorxutmaq qərarına gəlmişdir. Buna görə də 3 nömrəli xəstəxananın ətrafında yerləşən adını xatırlamadığı göy rəngli yanacaq doldurma məntəqəsindən 50 qəpiklik 0,5 litr yanacaq almış və Məhbubənin yaşadığı ev istiqamətdə getmişdir. O, xalasının yaşadığı evin arxa hissəsindən, hasar olmayan tərəfdən evin həyətinə daxil olmuş, Məhbubə ilə xalası Bəsti bir həyətdə yaşamışlar. O, Məhbubənin səsindən onun xalası Bəstinin evində olduğunu bilmiş və xalasının evinə daxil olmuşdur. Həmin an otaqda yataqda əyləşən xalası və masa arxasında əyləşmiş Məhbubəni görərək sonuncuya “sən qudurmusan ki, anamı təhqir eləyirsən”-demiş və onu qorxutmaq məqsədilə benzini Məhbubənin üzərinə tökmüş, əlindəki plasmas qabın içərisində olan benzinin qalığı da onun əlinə və ayağına tökülmüşdür. Həmin zaman otaqda yerləşən plitka yanılı olduğu üçün Məhbubə və o, alışmağa başlamışlar. Bundan sonra tez evdən çölə çıxmış və hadisə yerindən uzaqlaşıb getmişdir. Hadisə zamanı əynindəki gödəkçə yandığı üçün həmin qara rəngli gödəkçəni çıxardıb xalasının yaşadığı evin həyətinə tullamış, həmin vaxt şəxsiyyət vəsiqəsi də gödəkçəsinin cibində olduğu üçün həmin yerə düşərək yanmışdır. Bundan sonra bütün gecəni küçələrdə olduqdan sonra əlinin ağrısına dözməyərək evə gedib əlinə dərman vurmuş və təqribən günorta saat 15-16 radələrində Nizami RPİ-nə gedərək təslim olmuşdur. Məhbubə anasını təhqir etdiyi üçün onu qorxutmaq istəmiş və bu məqsədlə onun üzərinə benzin tökmüş, onda alışqan olmamış, Məhbubəni yandırmaq və öldürmək məqsədi olmamış və hazırda əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs qızı ifadəsində göstərmişdir ki, xx xxxxx 2020-ci il tarixdə, saat 19 radələrində oğlu Ruzi qonşuluqda yaşayan Simonun xalası Bəstigilə onun nəvələri ilə oynamağa getmiş və təxminən 1 saat sonra Simonun bacısı Zülfiyyənin yoldaşı Vüsal içkili vəziyyətdə gələrək Simonun gəlib Ruzini dərman almağa aparacağını bildirmiş, o da onların hər ikisinin də içkili olduğunu başa düşüb Vüsala əgər Simon Ruzini görmək istəyirsə, sabahı gün ayıq vəziyyətdə gəlməsini demişdir. Bundan sonra Vüsal getmiş və bir qədər sonra o, Simonun anasına zəng vurmuş, lakin telefona Simonun bacısı Zülfiyyə cavab vermişdir. O, Simonun xalası Bəstigilə keçib ona baş vermiş hadisə barədə danışmışdır. Təxminən yarım saat sonra Simon əlində plastik qab ilə otağa daxil olmuş, o, ayağa qalxıb otaqdan qaçmaq istəsə də, Simon qabda olan benzini onun üzərinə və ətrafa tökmüşdür. Simon tökdüyü benzini yandırmaq istəsə də həmin zaman plitka yanılı olduğu üçün benzin alışmış və o, yanmağa başlamışdır. O, alışdıqdan sonra qaçmaq istəsə də Simon onu yansın deyə tutub otaqdakı şkafa sıxmışdır. Həmin vaxt Simonun əli və kurtkası yandığı üçün oun buraxmağa məcbur olmuş və otaqdan çölə çıxdıqda o da otaqdan çıxıb orada içində su olan vedrəni yanğını söndürmək üçün üstünə tökmüşdür. Sonradan Bəstinin köməyi ilə patlarlarını çıxartmış və evdəki yanğını söndürməyə başlamışlar. Onların qışqırıq səslərinə qızı Günay evdən çıxıb Bəstinin evinə gəlmiş, həmin zaman Simonun evin zirzəmisində gizlənməsi məlum olmuş və uşağın səsini eşitdikdən sonra çıxıb “Sən ölmədin? Sən yanmadın?”deməklə onun üstünə hücum etmişdir. Lakin Günay atası Simonun qabağını kəsdiyi üçün ona toxuna bilməmiş və özü də yandığı üçün çıxıb getməyə məcbur olmuşdur. Bundan sonra uşaqları qonşuya qoyub çölə çıxdıqda polis maşını görüb saxlatmış və polis əməkdaşları onu xəstəxanaya aparmışlar. Onun Simonun anası ilə telefon danışığı olmamış, benzin tökməmişdən əvvəl Simon onu öldürəcəyini demiş, ikinci dəfə gəlib “Sən ölmədin? Sən yanmadın?”-deməklə onun üstünə hücum etmiş, Simonun niyyəti onu öldürmək olmuş, lakin Simonun öz əli və kurtkası da yandığı üçün öz cinayətkar əməlini başa çatdıra bilməmişdir. Hazırda təqsirləndirilən Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə Məhbubənin oğlu Ruzi onun evinə nəvələri ilə oynamağa gəlmiş və təqribən saat 21 radələrində Məhbubə oğlunu evlərinə çağırmış, özü isə əyləşib onunla ümumi söhbətlər etməyə başlamışdır. Həmin zaman bacısı oğlu Simon qəflətən içəri daxil olduğundan o, ayağa qalxmış, Məhbubə də arxaya çönüb Simonu görəndə qaçmaq istəyəndə toqquşmuşlar. Simon Məhbubəyə “sən qudurmusan ki, anamı təhqir eləyirsən”demiş və əlindəki plasmas qutunun içərisində olan benzini Məhbubənin üstünə səpələmişdir. Həmin vaxt benzin döşəməyə tökülmüş və otaqdakı plitka yanılı olduğu üçün benzin alışdığına görə Məhbubə yanmağa başlamışdır. Bundan sonra Simon evdən qaçıb getmiş, Məhbubə də çölə çıxıb onun və özünün köməkliyi ilə üzərindəki yanğını keçirtmişlər. Bundan sonra Məhbubə xəstəxanaya getmiş, hadisə yerinə polislər gəlmişlər. Simon otağa girən zaman Məhbubəni öldürəcəyini deməmiş, Məhbubəni tutub otaqdakı şkafa sıxmamış, hadisə baş verdikdən sonra Simonu ikinci dəfə görməmiş, benzin döşəməyə töküldüyündən otaqdakı plitka yanılı olduğu üçün benzin alışmış və Məhbubə yanmağa başlamış, Məhbubə ona qaynanası ilə mübahisə etdiyini və bir-birlərinə nalayiq ifadələr işlətdiklərini demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx xxxxx 2020-ci il tarixdə saat 21-22 radələrində işlədiyi “Azəryanacaq” YDM-də növbədə olduğu zaman kapuşonlu qara kurtkada, əvvəllər tanımadığı bir şəxs əlində plastik qabla yaxınlaşaraq benzin almaq istədiyini bildirdiyini, onun da həmin şəxsə xidmət göstərib plastik qabını benzinlə dolduraraq yola saldığını, aralarında başqa hər hansı bir başqa söhbət olmadığını və hansı məqsədlə benzin aldığını bilmədiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx xxxxx 2020-ci il tarixdə qaynı Simon onlara gələrək oğlu Ruzini dərman almağa getmək üçün götürməyini xahiş etmiş, o da bu barədə Məhbubəyə bildirmiş, Məhbubə isə Simonun pullarına ehtiyacı olmadığını, öz uşaqlarına təkbaşına baxacağını demişdir. Bu vaxt Ruzi evə girib anası Məhbubəyə Simonun onu dərman almağa aparmaq istədiyini demiş, eyni zamanda Simon pəncərədən onu çağırmış, Məhbubə isə qışqıra-qışqıra “bizə onun pulu lazım deyil”-kimi ifadələr işlətməyə başlamışdır. O da Simonun hirslənərək dava salacağından qorxduğu üçün evdən çıxıb Simonu öz evlərinə aparmışdır. Evdə Simon anasına baş vermiş hadisəni danışan vaxt zəng gəlmiş, telefondan gələn səsdən məlum olmuşdur ki, zəng eləyən şəxs Məhbubədir və Simonun anasına nalayiq ifadələr işlədərək onu təhqir etməyə başlamışdır. Qaynanasının tez telefonunu söndürməsinə baxmayaraq telefondan səs uca gəldiyi üçün Simon da Məhbubənin təhqirlərini eşitmişdir. Məhbubə bundan sonra yenidən qayınanasına zəng eləyərək daha ağır söyüşlər söymüşdür. O, baldızı Ülviyəni qarşılayıb evə gətirdikdən sonra Simonun Məhbubəgilə getməsini bilmişdir. Bundan təxminən bir saat sonra Simon benzin iylənə-iylənə və paltarları cırıq vəziyyətdə darvazadan evə daxil olub onlara Məhbubəni yandırdığını bildirərək çıxıb getmişdir. Növbəti gün saat 3-4 radələrində Simon evə qayıtmış və onlar Simona təslim olmaq lazım olduğunu deyib onu Nizami RPİ-nə göndərmişlər. Həmin gün o və Simon içkili olmamış, Simon Məhbubəni öldürəcəyini deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 və Şahid5 Şahid3lə eyni məzmunlu ifadələr verərək Məhbubə analarına zəng etdikdən sonra Simonun heç bir söz demədən evdən çıxıb getdiyini bildirmişlər Məhkəmə iclasında qanuni nümayəndənin vasitəsilə şahid qismində dindirilmiş azyaşlı Şahid6 ifadəsində göstərmişdir ki, xx xxxxx 2020-ci il tarixdə axşam saat 19-20 radələrində Bəstigildə onun nəvələri ilə birlikdə oturub televizora baxan zaman atası Simon içkili vəziyyətdə evə daxil olmuş və onu özü ilə aparmaq istədiyini bildirmişdir. O da atası içkili olduğu üçün qorxmuş və atasına getmək istəmədiyini demiş, atası Simon da buna görə hirslənib orada olan çay stəkanını sındırıb onu təhqir edərək oradan qovmuşdur. O, qorxduğu üçün qaçıb evlərinə qayıtdıqda bibisinin yoldaşı Vüsalı görmüş, anası da baş vermiş hadisəni danışdıqdan sonra Vüsal çıxıb getmidir. Təxminən yarım saat keçdikdən sonra anası Bəstigilə getmiş və bir müddət sonra qışqırıq səsini eşitdiləri üçün bacısı Günay və nənəsi Lilparla Bəstigilə getmişlər. Darvaza bağlı olduğu üçün Günay evin digər tərəfinə keçmiş, nənəsi ilə yavaş yeridikləri üçün ora çatanda anası artıq yanmış vəziyyətdə olmuşdur. Anası üstlərinə gələrək polisə gedəcəyini bildirmişdir. Anası Məhbubə nənəsi ilə danışan zaman qışqırmış, lakin nalayiq ifadələr işlətməmişdir. Sonrada anası Məhbubəni atası Simon benzin tökərək yandırdığını bilmişdir. Məhkəmə iclasında qanuni nümayəndənin vasitəsilə şahid qismində dindirilmiş azyaşlı Şahid7 Şahid6la eyni məzmunlu ifadə vermiş və əlavə olaraq Bəstinin evinin həyətinə daxil olub pilləkənlə qalxaraq anasının yanıq vəziyyətdə olduğunu gördüyünü, həmin zaman qəflətən atası Simonun pilləkənlə qalxaraq “sən hələ ölməyibsən, sən hələ yanmayıbsan”-deyərək anasına hücüm etmək istədikdə qarşısına çıxdığı üçün hücum edə bilmədiyini, bundan sonra atasının anasına “gör sənin başına nə oyun açacam, səni öldürəcəm”-deyə-deyə çıxıb getdiyini, atasının pilləkəndən qalxıb anasını vurmaq istədiyini, lakin əlində heç nə olmadığını, atasının gödəkçəsinin yerdə olduğunu və üzərində yanıq izlərini görmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində Şahid6la eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında qanuni nümayəndənin vasitəsilə şahid qismində dindirilmiş azyaşlı X10 ifadəsində göstərmişdir ki, xx xxxxx 2020-ci il tarixdə dayısı oğlu Ruzi onlara gələrək birlikdə oynamışlar. Həmin vaxt dayısı Simon gələrək Ruzini özü ilə aparmaq istəsə də Ruzi atası ilə birlikdə getmək istəmədiyi üçün Simon hirslənib çıxıb getmişdir. Simon getdikdən sonra Ruzi də öz evlərinə getmiş, sonradan isə dayısı Simonun yoldaşı Məhbubə onlara gələrək nənəsi ilə söhbət etmişlər. Məhbubə gəldikdən sonra o, qardaşı ilə cücələri yığmağa getmiş, cücələri yığаn vaxt qəflətən nənəsinin qışqırdığını eşitdiyi üçün qardaşı ilə birlikdə nənəsinin yanınа qaçmış, həmin vaxt otaqda balış və döşəklərin yanmasını görmüşdür. O, hadisə zamanı dayısı Simonu evdə görməmişdir. Məhkəmə iclasında qanuni nümayəndənin vasitəsilə şahid qismində dindirilmiş azyaşlı Şahid10 ifadəsində şahid Kənan Qarabığovla eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə tədqiq edilən hadisə yerinə baxış keçirilməsi haqqında xx xxxxx 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Gəncə şəhəri, H.Əliyev prospekti 637 ünvanında yerləşən fərdi yaşayış evidir. Hadisə yerinə baxış zamanı içərisində qırmızımtıl maye olan materialı plastmasdan düzəldilmiş və yanğın nəticəsində ərimiş qab, habelə hadisə nəticəsində yanmış xalçanın kəsilmiş bir parçası götürülmüşdür. Məhkəmədə tədqiq edilən xx xxxxx 2020-ci il tarixli könüllü təqdim edilmiş əşyaların götürülməsi və baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi hadisə vaxtı əynində olmuş bir ədəd qara rəngli qısaqol köynəyə və bir ədəd qara rəngli şalvara baxış keçirilərək götürülmüşdür. Məhkəmədə tədqiq edilən xx xxxxx 2020-ci il tarixli əşyanın götürülməsi və baxış keçirilməsi haqqında, eləcə də paltarların götürülməsi və baxış keçirilməsi haqqında protokollardan və xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, Gəncə şəhər TTY Xəstəxanasının kiçik tibb bacısı X5 təqdim etdiyi Zərərçəkmiş şəxs qızı xəstəxanaya gətirilən zamanı onun üzərində olan bir ədəd qara rəngli bluzka və bir ədəd göy rəngli cins şalvar, eləcə də “Samsung Duos” markalı bir ədəd mobil telefon baxış keçirilərək götürülmüş, xx.xx.2020-ci il tarixdə mobil telefon Zərərçəkmiş şəxs təhvil verilmişdir. Məhkəmədə tədqiq edilən xx xxxxx 2020-ci il tarxili hadisə yerinə əlavə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, baxış zamanı aşkar edilmiş Təqsirləndirilən şəxs məxsus olmuş gödəkçənin yanmış hissələri və bənövşəyi rəngdə alışqan baxış keçirilərək götürülmüşdür. Məhkəmədə tədqiq edilən xx xxxxx 2020-ci il tarixli sənədin götürülməsi və baxış keçirilməsi haqqında protokoldan görünür ki, “Azəryanacaq” X3 təhlükəsizlik kamerasının görüntülərində əks olunan vaxt həqiqi vaxtdan 20 dəqiqə öndədir. Həmin video görüntüdə əks olunanlara baxış keçirildiyi zaman müəyyən edildi ki, xx.xx.2020-ci il tarixdə, həqiqi vaxtla saat 21:52-də əynində kapüşonlu qara kurtka olan bir şəxs əlində plastik qabla X3 əməkdaşlarına yaxınlaşır, həmin vaxt X3 əməkdaşı görüntüdə qeydə alınan boz rəngli avtomobilin sürücüsünə xidmət göstərib qurtardıqdan sonra plastik qabla yaxınlaşan şəxsdən qabı götürüb digər yanacaq doldurma aparatına yaxınlaşaraq həmin qabı doldurmağa başlayır. YDM-nin əməkdaşı qabı doldurub əynində kapüşonlu qara kurtka olan şəxsə qaytardıqdan sonra sonuncunun həmin qabı götürərək YDM-nin kamerasının əhatə etdiyi ərazini tərk etdiyi görünür. Məhkəmədə tədqiq edilən məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 505 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sol bud və hər iki əl barmaqlarının İİ-İİİ dərəcəli termik yanıq yaraları - yüksək hərarətin (alovun) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2020-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Məhkəmədə tədqiq edilən məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 586 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs qızının bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sağ bazu, sağ said, sağ bud, sağ ayaq pəncəsinin termik yanıq yaraları yüksək hərarətin (alovun) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2020-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səsbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Məhkəmədə tədqiq edilən Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 6/823 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs qızının və Təqsirləndirilən şəxs geyim paltarlarının üzərində kənar lif mikrohissəcikləri vardır. Həmin kənar lif mikrohissəciklərinin arasında - Təqsirləndirilən şəxs şalvarının üzərindən tapılmış göy rəngli pambıq liflər cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs şalvarının tərkib lifləriən uyğun gəlirlər. Zərərçəkmiş şəxs şalvarının üzərindən tapılmış qara rəngli pambıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs şalvarının tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş yanmış gödəkçənin parça franqmentlərinin, qismən ərimiş plastik qabın, içərisində maye olan qabın və xalça kəsiyinin üzərində kənar lif mikrohissəcikləri yoxdur. Tədqiqata nümunə qismində təqdim olunmuş neft məhsulu tərkibinə görə tezalışan neft məhsulu – A92 markalı benzindir. Tədqiqata təqdim olunmuş qara rəngli şalvarın və tünd göy rəngli şalvarın, yanıq izləri olan qara rəngli uzunqol koftanın, yanmış xalça kəsiyinin üzərində, qismən ərimiş plastik qabın içərisində tezalışan neft məhsullarına məxsus izlər vardır. Neft məhsulları yüksək tempratur və ya buxarlanma şəraitində tərkiblərində əsaslı dəyişikliklər baş verdiyi üçün qara və tünd göy rəngli şalvarın, yanıq izləri olan qara rəngli uzunqol koftanın, yanmış xalça kəsiyinin üzərlərində və qismən ərimiş plastik qabın içərisində olan neft məhsullarına məxsus izlərin növünü müəyyən etmək mümkün olmamışdır. Tədqiqata təqdim olunmuş qara rəngli qısaqol köynəyin və yanmış parça qalıqlarının üzərlərində neft məhsullarına məxsus izlər yoxdur. Tədqiqata təqdim olunmuş qara və tünd göy rəngli şalvarların, yanıq izləri olan qara rəngli uzunqol koftanın, yanmış xalça kəsiyinin üzərlərində və qismən ərimiş plastik qabın içərisində olan neft məhsullarına məxsus izlər ilə nümunə qismində təqdim olunmuş neft məhsulu tərkiblərinə görə eyni qrup mənsubiyyətinə malikdirlər. Məhkəmədə tədqiq edilən Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 9/1498 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən, əvvəllər istifadə edilmiş tədqiqat obyektlərinin hadisədən əvvəlki vəziyyətdə, xx xxxxx 2020-ci il tarixə respublikadaxili orta bazar pərakəndə satış qiymətləri təxminən aşağıdakı kimi müəyyən olunur: bir ədəd üzərində «Kenzo» markalanma yazıları olan, xarici görünüşünə görə istifadə edilmiş vəziyyətdə, cins adlı parçadan tikilmiş qara rəngli şalvar – 15,00 manat; bir ədəd üzərində «Jeans» markalanma yazıları olan, xarici görünüşünə görə istifadə edilmiş vəziyyətdə, içi narıncı rəngli, üzərində göy və qırmızı naxışlar, sağ arxa cibində, gümüşü metalla «2» sözləri yazılmış cins adlı parçadan tikilmiş göy rəngli şalvar – 20,00 manat; bir ədəd xarici görünüşünə görə istifadə edilmiş vəziyyətdə, üzərində tikmə güllər naxışları ilə bəzək vurulmuş, qara rəngli uzunqol qadın bluzka (jaket) – 15,00 manat; bir ədəd üzərində «expert sportswear» markalanma yazıları olan, xarici görünüşünə görə istifadə edilmiş vəziyyətdə, qabaq sol hissədə «W&X21» yazısı olan, qollarında, boğazlığında və ətəyində ağ və qırmızı rəngli zolaqlar ilə bəzək vurulmuş qısaqol köynək – 10,00 manat. Tədqiqata təqdim edilmiş öz ilkin əmtəə görünüşü tam itirmiş yanmış xalça parçası və gödəkçə hissələri üzrə qiymətlərin müəyyən edilməsi mümkün deyil və ekspert baxışı keçrilmədən onların konkret olaraq modelini, əmtəə görünüşünü, ölçülərini, yararlığı, texniki göstəricilərini, hansı vəziyyətdə olmasını, mənəvi və fiziki köhnəlməyə hansı dərəcədə məruz qalmasını müəyyən etmədən onlar üzrə tədqiqat və qiymətləndirmə aparılmamışdır. Məhkəmədə tədqiq edilən Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 3/491 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş koftanın və iki ədəd şalvarın səthində zədə yoxdur. Tədqiqata təqdim olunmuş köynəyin ön hissəsinin yuxarı tərəfində rəyin tədqiqi hissəsində təsvir edilmiş bir ədəd zədə vardır, həmin zədə fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik dartılıb cırılma zədəsidir. Tədqiqata təqdim olunmuş bağlamsının üzərində «Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş gödəkçənin hissələri» qeydləri edilmiş gödəkçə hissələrinin, xalça parçasının və plastik qabın səthində rəyin tədqiqi hissəsində təsvir edilən izlər vardır, həmin izlər termiki təsir nəticəsində yaranmağa xarakterikdir. Məhkəmədə tədqiq edilən kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə psixoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 443/194 nömrəli rəyindən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zamanı öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR-nın CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyyacı yoxdur. Məhkəmədə tədqiq edilən Gəncə şəhər Nizami rayon Polis İdarəsinin xx.xx.2020-ci il tarixli 316-2528-1220 nömrəli, Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin xx.xx.2020-ci il tarixli 122-15976-1220 nömrəli və Daşkəsən rayon Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli 199-4467-1220 nömrəli məktublarından görünür ki, Təqsirləndirilən şəxs barəsində təqsirləndirici material olmamış və münaqişəli ailə kimi qeydiyyatda yoxdur. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı istintaq təcridxanasının xx.xx.2020-ci il tarixli xx/xx-1565 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 17:45 radələrində təcridxanaya daxil olanda tibbi baxışdan keçirilən zaman onun sağ əlinin üst nahiyəsində və sol budunun arxa nahiyəsində yanıq xəsarətləri aşkar edilmiş, Təqsirləndirilən şəxs izahatında həmin xəsarətləri xx.xx.2020-ci il tarixdə Gəncə şəhərində törətdiyi cinayət hadisəsi zamanı aldığını bildirmişdir. Məhkəmədə tədqiq edilən Daşkəsən rayon Mərkəzi Xəstəxanasının xx.xx.2020-ci il tarixli 52 nömrəli məktubundan görünür ki, Abbasov X11 şəhər Poliklinikasının ruhi-əsəb və narkoloji kabinetlərində dispanser qeydiyyatında durmur. Məhkəmədə tədqiq edilən Gəncə şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2020-ci il tarixli, 60 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada müalicədə olmamışdır. Məhkəmədə tədqiq edilən Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserinin xx.xx.2020-ci il tarixli, 1474 nömrəli və Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2020-ci il tarixli 1642 nömrəli arayışlarından görünür ki, Təqsirləndirilən şəxs dispanserlərdə qeydiyyatda durmur. Məhkəmədə tədqiq edilən Gəncə şəhər X8 xx.xx.2020-ci il tarixli 83 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada son 8 il ərzində stasionar müalicədə olmamışdır. Məhkəmədə tədqiq edilən Daşkəsən rayon İcra Daşkəsən şəhər Kommunal- Müəssisələri Kombinatının xx.xx.2020-ci il tarixli 1044 və 1045 nömrəli arayışlarından, 183 nömrəli xasiyyətnaməsindən görünür ki, Abbasov X11 şəhəri, Nizami küçəsi, ev 20, mənzil 1-də qeydiyyatdadır, anası X6, bacıları X2 və Şahid5 ibarət ailə üzvləri vardır, Daşkəsən şəhər Kommunal-Müəssisələri Kombinatına barəsində şifahi və ya yazılı şikayət daxil olmamışdır. Məhkəmədə tədqiq edilən AZ-İ №236356 nömrəli nikah haqqında şəhadətnamənin və AZ-İ №802684, AZ-İİ №172717 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2006-cı il tarixdə Abbasova (İbrahimova) Məhbubə Vaqif qızı ilə nikaha daxil olmuş, onun xx.xx.2006-cı il təvəllüdlü Şahid7 və xx.xx.2009-cu il təvəllüdlü Şahid6 adlı övladları vardır. Məhkəmədə tədqiq edilən AZ-İ №345862 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs qızı arasında olan nikah xx.xx.2020-ci tarixdə ləğv edilmişdir. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X1 tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə tədqiq edilən cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx xxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə tədqiq edilən Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxx 2020ci il tarixli 4(044)-27/2020 nömrəli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxxxx 2020-ci il tarixdən hesablanmışdır. Məhkəmədə tədqiq edilən sübutların qiymətləndirilməsi haqqında xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, hadisə yerindən götürülmüş yanğın nəticəsində yanaraq ərimiş hala düşən içərisində qırmızımtıl maye olan plastmas qab, xalçanın kəsilmiş bir parçası, Təqsirləndirilən şəxs məxsus gödəkçənin yanmış hissələri, bənövşəyi rəngli alışqan, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd qara rəngli qolu qısa köynək və bir ədəd qara rəngli şalvar, hadisə zamanı Zərərçəkmiş şəxs qızının əynində olmuş bir ədəd qara rəngli bluzka və bir ədəd göy rəngli cins şalvar, Zərərçəkmiş şəxs qızı xəstəxanaya gətirilən zamanı onun üzərində olan «Samsung Duos» markalı bir ədəd mobil telefon iş üzrə mühüm əhəmiyyət kəsb etdiklərinə görə maddi sübut kimi tanınmış, «Samsung Duos» markalı bir ədəd mobil telefon sahibi Zərərçəkmiş şəxs qızına təhvil verilmiş, digər maddi sübutlar isə saxlanılması üçün Gəncə şəhər Prokurorluğunun dəftərxanasına təhvil verilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs özünü ona ittiham elan olunmuş Azərbaycan Respublikasının CM-nın 29, 120.2.4-cü maddəsi ilə qismən təqsirli bilərək zərərçəkmiş Zərərçəkmiş şəxs öldürmək məqsədinin olmadığını, onu qorxutmaq məqsədilə benzini üzərinə tökdüyünü, həmin zaman otaqda yerləşən plitka yanılı olduğu üçün Məhbubənin alışmağa başladığını, Məhbubənin anasını təhqir etdiyi üçün onu qorxutmaq istədiyini və bu məqsədlə onun üzərinə benzin tökdüyünü, Məhbubəni yandırmaq məqsədinin olmadığını bildirmişdir. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs göstərmiş olduğu həmin xüsusatlara tənqidi yanaşır, həmin ifadənin onun öz hüquqlarından istifadə edərək özünü müdafiə etmək, eləcə də xüsusilə ağır cinayətin məsuliyyətindən yayınmaq məqsədi daşıması kimi qiymətləndirir və onun ifadəsinin həmin hissələri özünün ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələri, eləcə də məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, ekspert rəyləri və işin faktiki halları ilə uyğun gəlmədiyindən inandırıcı hesab etmir. Belə ki, ibtiddai istintaq zamanı xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində, xx.xx.2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə dindirilən Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, Məhbubə anasını təhqir etdiyinə görə bərk əsəbiləşmiş və evdən çıxıb Məhbubənin evinə gedəndə üstünə benzin töküb sonuncunu öldürmək qərarına gəlmişdir. Buna görə də 3 nömrəli xəstəxananın ətrafında yerləşən yanacaq doldurma məntəqəsindən yanacaq almışdır. O, Məhbubənin xalası Bəstinin evində olduğunu görüb evə daxil olan zaman Məhbubəyə “sən qudurmusan ki, anamı təhqir eləyirsən”-demiş və benzini Məhbubənin üzərinə tökmüşdür. Həmin zaman otaqda yerləşən plitka yanılı olduğu üçün Məhbubə və o, alışmağa başlamışlar. O, əslində cibində olan alışqanla Məhbubəni yandırmaq istəmişdir. Bundan sonra o, tez evdən çölə çıxıb uzaqlaşmışdır. Bundan başqa, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Simon əlində plastik qab ilə otağa daxil olanda o, otaqdan qaçmaq istəsə də, Simon qabda olan benzini onun üzərinə və ətrafa tökmüşdür. Simon əlini cibinə atıb nəsə çıxartmaq istəyəndə otaqda həmin zaman plitka yanılı olduğu üçün benzin alışmış və o, yanmağa başlamışdır. O, alışdıqdan sonra qaçmaq istəsə də Simon qaça bilməyib daha çox yansın deyə onu tutub otaqdakı şkafa sıxmışdır. Həmin vaxt Simonun əli və kurtkası yandığı üçün onu buraxmağa məcbur olmuş və otaqdan çölə çıxdıqda o da otaqdan çıxıb orada içində su olan vedrəni yanğını söndürmək üçün üstünə tökmüşdür. Sonradan Bəstinin köməyi ilə patlarlarını çıxartmış və evdəki yanğını söndürməyə başlamışlar. Onların qışqırıq səslərinə qızı Günay evdən çıxıb Bəstinin evinə gəlmiş, həmin zaman Simonun evin zirzəmisində gizlənməsi məlum olmuş və uşağın səsini eşitdikdən sonra çıxıb “Sən ölmədin? Sən yanmadın?”-deməklə onun üstünə hücum etmişdir. Lakin Günay atası Simonun qabağını kəsdiyi üçün ona toxuna bilməmiş və özü də yandığı üçün ağrıya görə çıxıb getməyə məcbur olmuşdur. Onun Simonun anası ilə telefon danışığı olmamış, benzin tökməmişdən əvvəl Simon onu öldürəcəyini demiş, ikinci dəfə gəlib “Sən ölmədin? Sən yanmadın?”-deməklə onun üstünə hücum etmiş, Simonun niyyəti onu öldürmək olmuş, lakin Simonun öz əli və kurtkası da yandığı üçün öz cinayətkar əməlini başa çatdıra bilməmişdir. Həmçinin məhkəmə istinataqı zamanı dindirilmiş azyaşlı Şahid7 ifadəsində göstərmişdir ki, Bəstinin evinin həyətinə daxil olub pilləkənlə qalxaraq anasının yanıq vəziyyətdə olduğunu görmüş, həmin zaman qəflətən atası Simon pilləkənlə qalxaraq “sən hələ ölməyibsən, sən hələ yanmayıbsan”-deyərək anasına hücüm etmək istədikdə qarşısına çıxdığı üçün hücum edə bilməmiş, bundan sonra atası anasına “gör sənin başına nə oyun açacam, səni öldürəcəm”-deyə-deyə çıxıb getmiş, atası pilləkəndən qalxıb anasını vurmaq istəmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs və Şahid7 təqsiləndirilən Təqsirləndirilən şəxsla keçirilmiş üzləşmə zamanı da ifadələrində qeyd etdikləri xüsusatları təqsirləndirilən şəxsə bildirmişlər. Bundan başqa, Şahid4 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, xx xxxxx 2020-ci il tarixdə axşam saatlarında Zərərçəkmiş şəxs mobil telefonla zəng edib onun anasını təhqir edən zaman telefonda səs uca gəldiyi üçün otaqda olan hər kəs, o cümlədən qardaşı Təqsirləndirilən şəxs da həmin vaxt Məhbubənin dediyi sözləri eşitdiyi üçün əsəbiləşib özündən çıxmış, hirsləndiyi üçün “gözlə bu dəqiqə gəlib sənin axırına çıxacam, səni öldürəcəm, səni məhv edəcəm”-deyib evdən çıxıb getmişdir. Həmçinin cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs, xx xxxxx 2020-ci il tarixdə, saat 22 radələrində xalası Şahid1 yaşadığı Gəncə şəhəri, H.Əliyev prospekti 637 ünvanda yerləşən fərdi yaşayış evinə gedib həyat yoldaşı Zərərçəkmiş şəxs qızının üstünə benzin töküb yandıraraq sonuncuya yüksək hərarətin (alovun) təsiri nəticəsində əmələ gəlmiş sağ bazu, sağ said, sağ bud, sağ ayaq pəncəsinin termiki yanıq yaraları ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb yüngül dərəcəli bədən xəsarətləri yetirməklə ümumi təhlükəli üsulla öldürməyə cəhd etmişdir. Yuxarıda qeyd olunan hallar təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsinin məhkəmədə qeyri-səmimilik göstərərək özünü müdafiə xarakterli ifadə verməsini, eləcə də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xüsusi amansızlıqda və ümumi təhlükəli üsulla qəsdən həyatdan məhrum etməyə cəhd etməsini, yəni Şahid7 atası Təqsirləndirilən şəxs qarşısını kəsərək yenidən anası Zərərçəkmiş şəxs üzərinə hücum etməsinə imkan verməməsi nəticəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ümumi təhlükəli üsulla və xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmiş qəsdən edilən əməli öz iradəsindən asılı olmayan göstərilən səbəblərdən niyyətini başa çatdıra bilməməsini bir daha təsdiq edir. «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2002-ci il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə edilərək göstərilmişdir ki, qəsdən adam öldürmə işlərinin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar, yəni təqsirin xarakteri, dərəcəsi, təqsirləndirilən və zərərçəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri, cinayətin məqsədi, motivi, törədilmə üsulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmalıdır. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Həmçinin həmin qərarda göstərilmişdir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Həmçinin qeyd olunan qərardan görünür ki, təqsirkarın əməlini xüsusi amansızlıqla adam öldürməyə cəhd etmə kimi CM-nin 29, 120.2.4-cü maddəsinə tövsif edərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürməyə cəhd etmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə cəhd etmə kimi yönəlmiş olsun. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrum etməyə cəhd etmə ərəfəsində və ya adam öldürməyə cəhd prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməyə cəhd etmədə də ifadə oluna bilər. Eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 2002-ci il 12 dekabr tarixli qərarından görünür ki, təqsirkarın əməlini ümumi təhlükəli üsulla adam öldürməyə cəhd etmə kimi CMnin 29, 120.2.4-cü maddəsinə tövsif edərkən nəzərə almaq lazımdır ki, ümumi təhlükəli üsulla yandırmaqla, partlatmaqla, zəhərləməklə, dağıtmaqla, qəzalar törətməklə, zərərçəkmiş şəxsi qətlə yetirməyə cəhd etmək məqsədi ilə qazda boğmaqla, kütləyə nizamsız atəş açmaqla və s. adam öldürməyə cəhd etmə aid edilir. Göründüyü kimi təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin həyatı üçün təhlükə olan yandırması, həmçinin onun ölməsini arzuladığından üzərində yanan alovun söndürülməsinin qarşısını almaq üçün əlləri ilə onu tutaraq otaqdakı şkafa doğru sıxması, sonradan ikinci dəfə hadisə yerinə qayıdıb zərərçəkmiş şəxsə “Sən ölmədin? Sən yanmadın?”-deməklə onun üstünə hücum etməsi, lakin qızı Günayın onun qabağını kəsdiyi və özü də yandığı üçün ağrıya görə çıxıb getməyə məcbur olması təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs xüsusi amansızlıq və ümumi təhlükəli üsulla qəsdən həyatdan məhrum etməklə öldürməyə cəhd etməsini birmənalı olaraq təsdiq edir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən maddi sübutları, ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını və sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə zərərçəkmiş Zərərçəkmiş şəxs qızını yanıq xəsarətləri yetirməklə ümumi təhlükəli üsulla həyatdan məhrum etməyə yönəldilmiş qəsdən edilən əməli öz iradəsindən asılı olmayan səbəblərdən niyyətini başa çatdıra bilməyərək zərərçəkmiş Zərərçəkmiş şəxs qızını qəsdən xüsusi amansızlıq və ümumi təhlükəli üsulla öldürməklə həyatdan məhrum etməyə cəhd etdiyinə görə onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi ilə tövsif olunmalı və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinin sanksiyasında on dörd ildən iyirmi ilədək müddətə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsində göstərilir ki, cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinin sanksiyasının yuxarı həddi iyirmi il müddətə azadlıqdan məhrum etmə cəzası ilə məhdudlaşdırıldığından, həmin Məcəllənin 63.3-cü maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs cinayət etməyə cəhdə görə, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi ilə təyin edilə biləcək cəzanın yuxarı həddi 15 (on beş) ildən artıq ola bilməz. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhəmkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladının olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin, cinayət işinin materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli 4(044)-27/2020 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxxxx 2020-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikasının CPM-nin 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edilməklə bərabər həmçinin məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, ona azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanın başlanğıcı şübhəli şəxs qismində tutulduğu xx xxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut qismində Gəncə şəhər prokurorluğunda saxlanılan hadisə yerindən götürülmüş yanğın nəticəsində yanaraq ərimiş hala düşən içərisində qırmızımtıl maye olan plastmas qab, xalçanın kəsilmiş bir parçası, Təqsirləndirilən şəxs məxsus gödəkçənin yanmış hissələri, bənövşəyi rəngli alışqan məhv edilməli, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd qara rəngli qolu qısa köynək və bir ədəd qara rəngli şalvar onun yaxın qohumlarına, hadisə zamanı Zərərçəkmiş şəxs qızının əynində olmuş bir ədəd qara rəngli bluzka və bir ədəd göy rəngli cins şalvar onun özünə qaytarılmalı, qəbul etməkdən imtina etdikdə məhv edilməli, Zərərçəkmiş şəxs qızına məxsus «Samsung Duos» markalı bir ədəd mobil telefonun onun özünə qaytarılması, eləcə də protokol əlavələri olan 10 ədəd diskin cinayət işinin materiallarına əlavə olunmaları nəzərə alınmalıdır. Həmçinin, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 504 manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Bundan əlavə, təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçinin xidmətlərini ödəməyə vəsaiti olmadığına görə onun hüquqlarının müdafiəsi üçün həm ibtidai, həm də məhkəmə istintaqı dövründə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə ibtidai istintaq dövründə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X13, məhkəmə istintaqı dövründə isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçilərin təqdim etdikləri hesabatlardan görünür ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə vəkil Rihat Məmmədov 20 iş saatı, məhkəmə prosesi mərhələsində isə təqsirləndirilən şəxsə vəkil Müdafiəçi 31 iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, həmin hesablarla təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı göstərilmiş cəmi 20 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil X7 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 120 manat, məhkəmə istintaqı zamanı isə təqsirləndirilən şəxsə göstərilmiş cəmi 31 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 186 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-354, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nın 29, 120.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs kimi tutulduğu xx xxxxx 2020-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut qismində Gəncə şəhər prokurorluğunda saxlanılan hadisə yerindən götürülmüş yanğın nəticəsində yanaraq ərimiş hala düşən içərisində qırmızımtıl maye olan plastmas qab, xalçanın kəsilmiş bir parçası, Təqsirləndirilən şəxs məxsus gödəkçənin yanmış hissələri, bənövşəyi rəngli alışqan məhv edilsin, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd qara rəngli qolu qısa köynək və bir ədəd qara rəngli şalvar onun yaxın qohumlarına, hadisə zamanı Zərərçəkmiş şəxs qızının əynində olmuş bir ədəd qara rəngli bluzka və bir ədəd göy rəngli cins şalvar onun özünə qaytarılsın, qəbul etməkdən imtina etdikdə məhv edilsin, Zərərçəkmiş şəxs qızına məxsus «Samsung Duos» markalı bir ədəd mobil telefonun onun özünə qaytarılması, eləcə də protokol əlavələri olan 10 ədəd diskin cinayət işinin materiallarına əlavə olunmaları nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 504 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından müdafiəçilər X7 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 120 manat, Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına isə 186 manat məbləğində pul köçürülsün. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində X16 Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Natiq Əliyev Hakimlər: Məhəmməd Bağırov Nural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar