Məhkəmə qərarları › İş №1(100)-65/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-65/2022

14.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-65/2022 14.01.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: X13 oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 və onların müdafiəçiləri Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1988-ci ildə Lənkəran rayonunun Yuxarı- Nüvədi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, Lənkəran rayonunun Yuxarı-Nüvədi kəndində qeydiyyatda olmaqla yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı X3 həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddəsi ilə, 1 sentyabr 1984-cü ildə Lənkəran rayonunun Şıxəkəran kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, məhkum olunmuş, Lənkəran rayonunun Şıxəkəran kəndində qeydiyyatda olmaqla yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı X3 həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs1 satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq, məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə, külli miqdarda, yəni ümumi çəkisi 19,811 qram olan narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, 11 avqust 2019-cu il tarixdə, saat 03 radələrində Lənkəran şəhəri E.Məmmədov küçəsində tanışı Şahid9 ilə görüşərək sonuncuya həmin külli miqdarda 19.811 qram çəkidə olan narkotik vasitə heroini 300 manata satmış və həmin gün saat 05 radələrində Lənkəran Şəhər Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Şahid9 saxlanılaraq həmin şöbəyə gətirilib üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan şalvarın sağ yan cibindən «More» markalı siqaret qutusunun içərisində 3 bükümdə 19,811 qram çəkidə külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni bir bükümdə təmiz çəkisi 1,232 qram olan narkotik vasitə heroini əldə edərək üzərində daşıyıb yaşadığı Lənkəran rayonunun Yuxarı-Nüvədi kəndində yerləşən evinə gətirib evin yataq otağında olan çarpayının üzərindəki döşəyin altında gizlədərək saxlamış, 22 avqust 2019-cu il tarixdə saat 12:30-da Lənkəran Şəhər Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 yaşadığı evə baxış keçirilərkən o, həmin bir bükümdə narkotik vasitə heroini gizlətdiyi yerdən götürüb polis əməkdaşlarına təqdim etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmək, saxlamaq, daşımaq və satmaq barədə tanışı Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslə razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, sonuncu aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq əldə etdiyi külli miqdarda 131,702 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda 16,550 qram çəkidə psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs1 vermiş, sonuncu həmin narkotik vasitəni və psixotrop maddəni daşımaqla Lənkəran rayonu ərazisinə gətirib özündə saxlamışdır. Bundan sonra 2 dekabr 2019-cu il tarixdə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la birlikdə Gəncə şəhərində yaşayan tanışları Şahid1 telefonla zəng edib ondan narkotik vasitə və psixotrop maddənin satılması üçün müştəri tapmağı xahiş edərək narkotik vasitə və psixotrop maddəni daşımaqla Gəncə şəhərinə gətirmiş, orada Şahid1la görüşərək hər üçü Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsində yerləşən «Göbələk» yeməkxanasına getmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz əməlləri barədə Şahid1 əvvəlcədən verdiyi məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X12 şöbəsinin əməkdaşları tərəfindən 2 dekabr 2019-cu il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində onlar həmin gün saat 23.30-da qeyd olunan yerdə saxlanılaraq baxış keçirilərkən polis əməkdaşlarının təklifindən sonra bir ədəd sellofan torbada olan mandarinlərin arasından «Coca-Cola» içkisinin plastik qabının içərisində olan üzüm yarpaqlarının arasından orada gizlətdiyi bir ədəd şəffaf rəngli və on bir ədəd qırmızı rəngli polietilen kəsiklərinə bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 17,950 qram, 13,618 qram, 11,434 qram, 9,722 qram, 11,230 qram, 12,308 qram, 10,312 qram, 5,586 qram, 8,670 qram, 10,750 qram, 8,817 qram və 11,305 qram olmaqla ümumilikdə və ayrıayrılıqda külli miqdar təşkil edən 131,702 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və bir ədəd şəffaf rəngli polietilen kəsiyinə bükülmüş külli miqdarda 16,550 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini çıxarıb polis əməkdaşlarına təqdim etmişlər. Təqsirləndirilən şəxs2 əvvəllər törətdiyi az ağır cinayətə görə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 aprel 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il 3 ay müddətə azadlıqan məhrum etmə cəzasına məhkum edilməsinə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 6 mart 2018-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunması və 2 aprel 2018-ci il tarixdə şərti cəza müddətinin bitməsinə baxmayaraq, qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülmədən və ödənilmədən yenidən, qəsdən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmək, saxlamaq, daşımaq və satmaq barədə tanışı Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslə razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, sonuncu aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq əldə etdiyi külli miqdarda 131,702 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda 16,550 qram çəkidə psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs1 vermiş, sonuncu həmin narkotik vasitəni və psixotrop maddəni daşımaqla Lənkəran rayonu ərazisinə gətirib özündə saxlamışdır. Bundan sonra 2 dekabr 2019-cu il tarixdə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la birlikdə Gəncə şəhərində yaşayan tanışları Şahid1 telefonla zəng edib ondan narkotik vasitə və psixotrop maddənin satılması üçün müştəri tapmağı xahiş edərək narkotik vasitə və psixotrop maddəni daşımaqla Gəncə şəhərinə gətirmiş, orada Şahid1la görüşərək hər üçü Gəncə şəhəri Nizami rayonu, Yeni Gəncə qəsəbəsində yerləşən «Göbələk» yeməkxanasına getmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz əməlləri barədə Şahid1 əvvəlcədən verdiyi məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X12 şöbəsinin əməkdaşları tərəfindən 2 dekabr 2019-cu il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində onlar həmin gün saat 23.30-da qeyd olunan yerdə saxlanılaraq baxış keçirilərkən polis əməkdaşlarının təklifindən sonra bir ədəd sellofan torbada olan mandarinlərin arasından «Coca-Cola» içkisinin plastik qabının içərisində olan üzüm yarpaqlarının arasından orada gizlətdiyi bir ədəd şəffaf rəngli və on bir ədəd qırmızı rəngli polietilen kəsiklərinə bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 17,950 qram, 13,618 qram, 11,434 qram, 9,722 qram, 11,230 qram, 12,308 qram, 10,312 qram, 5,586 qram, 8,670 qram, 10,750 qram, 8,817 qram və 11,305 qram olmaqla ümumilikdə və ayrıayrılıqda külli miqdar təşkil edən 131,702 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və bir ədəd şəffaf rəngli polietilen kəsiyinə bükülmüş külli miqdarda 16,550 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini çıxarıb polis əməkdaşlarına təqdim etmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 234.1, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən on ildir narkotik vasitələr qəbul edir. Son bir neçə ildə yalnız heroin və metamfetamindən istifadə etmişdir. Narkotik vasitələri tanımadığı təsadüfi şəxslərdən almışdır. 2012-ci ildə Lənkəran rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətə azadlıqdan məhrum edilmiş və 2013-cü ildə azadlığa buraxılmışdır. 22 avqust 2019-cu il tarixdə saat 12:33-də Astara sərhəd buraxılış məntəqsindən İran İslam Respublikasına getmək istəyərkən DSX-nin X6 Məntəqəsinin əməkdaşları sərhədkeçməsinə məhdudiyyət olduğunu bildirib, onu Lənkəran ŞRPŞ-nin əməkdaşlarına təhvil vermişlər. Polis əməkdaşları dəvət olunmuş iki nəfər hal şahidinin iştirakı ilə onun yaşadığı evə baxış keçirmişlər. Baxış zamanı evin ona məxsus yataq otağında çarpayıda döşəyin altında öz şəxsi istifadəsi üçün saxladığı 1 bükümdə təxminən 1,2 qram narkotik vasitə heroin aşkar edilmişdir. Həmin büküm heroin zərfə qoyularaq möhürlənmiş və üzəri imzalanmışdır. Sorğu zamanı polis əməkdaşına üstündən aşkar edilmiş heroini bir neçə gün əvvəl Lənkəran şəhəri Böyük bazar deyilən yerdə tanımadığı şəxsdən 45 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bu barədə protokol tərtib edilmiş və bütün tədbir iştirakçıları tərəfindən imzalanmışdır. Həmyerlisi Təqsirləndirilən şəxs2 5 ildir ki, tanıyır. Bir neçə dəfə sonuncu ilə birlikdə narkotik vasitələr qəbul elmişdir. 2019-cu ilin noyabr ayında Emin Gəncədən olan əvvəllər bir yerdə cəza çəkmiş tanışı Anarın onlara qonaq gəldiyini demişdir. O, Eminin vasitəsi ilə Anarla tanış olmuş və bir qədər söhbət etmişdir. 2 dekabr 2019-cu il tarixdə Eminlə birlikdə Gəncə şəhərinə getmişdir. Anara satmaq üçün özü ilə birlikdə 20 qram heroin götürmüş, lakin Eminin bundan xəbəri olmamışdır. Axşam saatlarında Gəncədə Anarla görüşmüş və sonuncu onları bir yeməkxanaya aparmışdır. Üzərindəki 20 qram heroini Şahid1 satmışdır. Bir qədər sonra BNMİ-nin regional şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışlar. «Coca- Cola» içkisinin plastik qabı və onun içərsindəki narkotik vasitələr Şahid1 məxsus olmuşdur. Şahid9 adlı şəxsə narkotik vasitə satmamışdır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2011-ci ildən müxtəlif narkotik vasitələrdən istifadə edir. Son aylar isə metamfetamin və heroini yandırıb tüstüsünü çəkmək yolu ilə qəbul etmişdir. Narkotik vasitələri tanımadığı şəxslərdən almışdır. 2011-ci ildə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 206.3.2 və 234.1-ci maddələri ilə təqsirli bilinmiş və ona 4 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Sonuncu dəfə 2016-cı ildə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hökmü ilə eyni maddə ilə təqsirli bilinib 2 il 3 ay müddətə azadlıqdan məhrum edilmişdir. Həmyerlisi Təqsirləndirilən şəxs1 5-6 ildir ki, tanıyır və münasibətləri yaxşıdır. Bir neçə dəfə birlikdə narkotik vasitələr qəbul etmişdir. 2016-cı ildə Bakı İstintaq Təcridxanasında Şahid1la tanış olmuş və yaxın münasibətləri yaranmışdır. Anar da onun kimi narkotik vasitələrə görə həbs edilmişdir. Azadlığa çıxandan sonra Anarla tez-tez telefonla əlaqə saxlamışdır. 2019-cu ilin noyabr ayında Şahid1 Lənkarana gəlmiş, onun evində qonaq olmuşdur. Təqsirləndirilən şəxs1 də onun yaşadığı evdə olmuş və üçü birlikdə narkotik vasitə qəbul etmişlər. Daha sonra Şahid1 onları Gəncə şəhərinə dəvət etmişdir. 2 dekabr 2019-cu il tarixdə Təqsirləndirilən şəxs1lə birlikdə Gəncə şəhərinə yola düşmüşlər. Həmin gün axşam saatlarında onlar Gəncəyə çatmışdır. Şahid1 onları qarşılayıb yeməkxanaya aparmışdır. Orada Şahid1 ona narkotik vasitə satmağı təklif etsə də, razılaşmamışdır. Bir qədər sonra polis əməkdaşları tərəfindən tutulmuş və bu zaman onun üzərində narkotik vasitə olmamışdır. Özünü narkotik vasitələrdən istifadə etməkdə, yəni CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir. İbtidai istintaq zamanı fiziki təzyiq altında adından yazılmış ifadələrə imza etmişdir. Həmin ifadələri təsdiq etmir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X12 Şöbənin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkilidir. 2 dekabr 2019-cu il tarixdə Şahid1 şöbəyə müraciət edərək Lənkəran rayon sakinləri Emin və Anar adlı şəxslərin narkotik vasitə heroin və psixotrop maddə metamfetamini satmaq üçün Gəncə şəhərinə gətirəcəklərini bildirmişdir. Sonuncuların şəxsiyyəti dəqiqləşdirilmiş, onların Lənkaran rayon sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduqları müəyyən edilmişdir. Məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmişdir. Bundan sonra Şahid1 verdiyi məlumata əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələr satmaq üçün Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində yerləşən «Göbələk» yeməkxanasına getmələri müəyyən edilmişdir. Odur ki, əməliyyat qrupu dərhal həmin obyektə yollanmışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini təqdim edib, narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaları barədə məlumat daxil olduğundan şübhəli şəxs qismində saxlanıldıqları elan edərək, üzərlərində qanunsuz saxladıqları əşya və ya maddə olduğu halda təqdim etmələri təklif olunmuşdur. Təqsirləndirilən şəxs1 yerdən polietilen torbanı götürüb masanın üzərinə qoyaraq içərisində olan mandarinlərin arasında heroin və metamfetamin olmasını bildirmişdir. Həmin yeməkxanada videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 təqdim etdiyi polietilen torbanın içərisindən bir ədəd plastik «Coca-Cola» içkisinin qabını çıxarıb təqdim etmiş və içərisində heroin və metamfetamin olduğunu, Təqsirləndirilən şəxs2la birlikdə Şahid1 vasitəsilə satmaq üçün gətirdiklərini demişdir. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 dediklərini təsdiq etmişdir. «Coca-Cola» içkisinin qabı iştirakçılarla birlikdə kəsilərək açılmış, içərisində duza qoyulmuş üzüm yarpaqları bükülüləri olduğunu görmüşdür. Həmin üzüm yarpağı bükülüləri bir-bir çıxarılaraq içərisinə baxış keçirilmiş, onların arasından üzəri skoçla sarılmış iki büküm aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 bükülülərin birində 16 qram şüşə adlandırılan psixotrop maddə metamfetamin, digərində isə 130 qrama yaxın narkotik vasitə heroin olmasını etiraf etmişdir. Balaca bükülünün içərisində kristal halında psixotrop maddə metamfetaminə bənzər maddə, digər iri bükülüdə isə 1 ədədi boz rəngli və 11 ədəd qırmızı rəngli politelen bükülü olmaqla ümumilikdə, 12 ədəd bükümün içərisində tünd qəhvəyi rəngdə kəskin iyli heroinə bəzər maddə olmuşdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin kütləni satmaq üçün Lənkarandan Gəncə şəhərinə gətirdiklərini bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 heroin və metamfetamini bir neçə gün əvvəl Lənkəranda tanımadığı İran İslam Respublikası vətəndaşından əldə etdiyini, satdıqdan sonra pulunu verəcəyini demişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi heroin və psixotrop maddə metamfetamin videoçəkiliş aparılmaqla ayrı-ayrılıqda qablaşdırılaraq möhürlənmişdir. Baxışın nəticələrin dair protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Fərux oğlu, Şahid4, X4 və Şahid6 Şahid2 ifadəsinə oxşar ifadə verdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, 11 avqust 2019-cu il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid9 19,811 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Şahid9 ifadəsində heroini Təqsirləndirilən şəxs1 aldığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 narkotik vasitələrin satışı ilə məşğul olduğu, üzərində və yaşadığı mənzildə saxladığı barədə əməliyyat məlumatları əldə etmişlər. 22 avqust 2019-cu il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasından İran İslam Respublikasına piyada keçmək istəyərkən Astara sərhəd nəzarət məntəqəsində saxlanılmışdır. Həmin gün Təqsirləndirilən şəxs1 Astara sərhəd nəzarət məntəqəsindən təhvil alınmışdır. Təqsirləndirilən şəxs1 yaşadığı Lənkəran rayonunun Yuxarı-Nüvədi kəndində yerləşən evinə getmişlər. Hal şahidlərinin iştirakı ilə evə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 yataq otağında yerləşən çarpayıdakı döşəyin altından bir ədəd sellofan büküm aşkar edilmişdir. Həmin bükümün içərisində kəskin iyli, narkotik vasitə heroinə bənzər 1,2 qram çəkidə maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 həmin maddənin narkotik vasitə heroin olduğunu, şəxsi istifadəsi üçün Lənkəran şəhərində Böyük bazar ərazisində tanımadığı şəxsdən aldığını bildirmişdir. Sonra həmin maddə zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək üzəri imzalanmışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, “narkotik vasitə heroini inyeksiya yolu ilə qəbul edir. Narkotik vasitəni Təqsirləndirilən şəxs1 alır. 10 avqust 2019-cu il tarixdə saat 23 radələrində narkotik vasitə heroin əldə etmək üçün Anarla əlaqə saxlamışdır. 11 avqust 2019-cu il tarixdə gecə saat 3 radələrində Anarla yaşadığı məhəllənin yaxınlığında görüşüb, sonuncudan hər bir bükümü 100 manat olmaqla ümumlikdə qiyməti 300 manat olan 3 bükümdə 20 qrama yaxın narkotik vasitə heroin almışdır. Anara 150 manat vermiş, 150 manat isə borclu qalmışdır. Təxminən bir saatdan sonra polis əməkdaşları tərəfindən saxlanılmış, Anardan aldığı narkotik vasitə aşkar edilərək götürülmüşdür. Həmin hadisəyə görə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 dekabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinmiş və ona 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir”. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, “Təqsirləndirilən şəxs2la məhkumluq həyatı yaşayarkən tanış olmuşdur. Azadlığa çıxandan sonra arabir Emin onunla telefon əlaqəsi saxlamışdır. Danışıqların birində sonuncu onu Lənkərana dəvət etmiş və hadisədən təxminən 1-2 ay əvvəl Lənkərana gedib Eminlə görüşmüşdür. Söhbət zamanı Emin ona Gəncə şəhərində narkotik vasitə kakos və şüşə satmağı təklif etmiş və o, bundan imtina etmişdir. Emin onu səhəri gün Təqsirləndirilən şəxs1lə tanış etmişdir. Söhbət zamanı Təqsirləndirilən şəxs1 Gəncəyə narkotik vasitə kakos və şüşə apara biləcəyini deyib, həmin narkotik vasitələrə müştəri tapmaqda köməklik göstərməsini xahiş etmiş, sonuncuya bu barədə fikirləşəcəyini bildirmişdir. Əvvəllər bir dəfə narkotiklə bağlı məhkumluq həyatı yaşamaqla, həyatının bir neçə ili dəmir barmaqlıqlar arasında keçdiyindən, onun narkotik vasitələri satanlara nifrəti yaranmışdır. Gəncəyə qayıdandan sonra da Emin ona bir neçə dəfə zəng edib, narkotikə müştəri tapıb-tapmadığını soruşmuş, sonuncuya elə bir adam tanımadığını bildirmişdir. 2 dekabr 2019-cu il tarixdə səhər vaxtlarında Emin istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla onun ***-***- **-** nömrəli mobil telefonuna zəng edib, Təqsirləndirilən şəxs1lə Gəncə şəhərinə 130 qram heroin və 16 qram metamfetamin gətirdiklərini deyərək, onlar gələnədək müştəri tapmasını xahiş etmişdir. Emin və Anarın israrla onu narkotik vasitə satmaqda köməklik göstərməyinə vadar etmələrinə acığı tutmuş və qərara gəlmişdir ki, sonuncuları ifşa etsin. Bu məqsədlə 2 dekabr 2019-cu il tarixdə Gəncədə yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin X12 şöbəsinə gələrək bu barədə məlumat vermişdir. Bu barədə protokol tərtib olunmuş və o, polis əməkdaşları tərəfindən təlimatlandırılmışdır. Belə ki, Emin və Anarın yeri barədə məlumat vermək üçün əvvəllər tanımadığı polis əməkdaşının mobil telefonunu götürmüşdür. Həmin gün Emin və Anarla görüşüb Gəncə şəhərində yerləşən «Göbələk» kafesinə getmişlər. Orada onların dəqiq narkotik vasitə və psixotrop maddə satmaq istədiklərini və həmin maddəni gətirdiklərində əmin olandan sonra polis əməkdaşlarına zəng edib xəbər vermişdir. Bir qədər sonra polis əməkdaşları onların olduğu otağa daxil olub özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində daxil olmuş məlumat əsasında qəbul edilmiş qərarla tanış edildikdən sonra polis əməkdaşları tərəfindən onlara üzərlərində qanunsuz saxladıqları əşya və ya maddə varsa təqdim etmələri təklif olunmuşdur. Təqsirləndirilən şəxs1 yerdən polietilen torbanı götürərək masanın üzərinə qoyub içərisindəki mandarinlərin arasında narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu demişdir. Videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi polietilen torbadakı plastik «Coca- Cola» qabının içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu və onları Təqsirləndirilən şəxs2 vasitəsi ilə satmaq istədiyini demişdir. Emin Təqsirləndirilən şəxs1 dediklərini təsdiq etmişdir. Plastik «Coca-Cola» içkisinin qabı polis əməkdaşları tərəfindən kəsilərək açılmış və bu zaman içərisindən üzüm yarpağı bükülüləri çıxmışdır. Polis əməkdaşları tərəfindən üzüm yarpağı bükülülərinə bir-bir baxış keçirilmiş və onların arasından üzəri skoçla sarılmış iki ədəd büküm aşkar olunmuşdur. Anar həmin bükülülərin birində 16 qram psixotrop maddə metamfetaminin, digərində isə 130 qrama yaxın narkotik vasitə heroinin olduğunu bildirmişdir. Baxış zamanı balaca bükülünün içərisində metamfetaminə, iri bükülüdə 12 ədəd bükümün içərisində heroinə oxşar maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin narkotik vasitələri satmaq üçün Lənkərandan Gəncəyə gətirdiklərini etiraf etmişlər. Bundan sonra onlar şöbəyə dəvət olunmuş və orada vəkillərin iştirakı ilə protokol tərtib edilmişdir. Protokol onlara oxunmuş və bütün iştirakçılar tərəfindən imzalanmışdır”. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsindən görünür ki, “2018-ci ildən etibarən Lənkəran rayonu Səpnəkəran kənd ərazi nümayəndəsi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs1 həmkəndlisi kimi tanıyır. 22 avqust 2019-cu il tarixdə, saat 15 radələrində ərazi nümayəndəliyin müavini Məmmədəli Şahmarovla birlikdə kənddə olarkən polis əməkdaşlarından bir nəfər ona zəng edərək Təqsirləndirilən şəxs1 evinə keçiriləcək baxışda hal şahidi qismində iştirak etməyini xahiş etmişdir. Razılaşıb Məmmədəli ilə birlikdə Təqsirləndirilən şəxs1 yaşadığı evə getmişdir. Evin qarşısında Hacıbaba Ağayev adlı polis əməkdaşı olmuşdur. Təhqiqatçı tərəfindən onlara hüquq və vəzifələri izah edilmişdir. Sonra polis əməkdaşlarının iştirakları ilə həmin evə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 yaşadığı evin yataq otağında taxtın üzərindəki döşəyin altında 1 ədəd sellofan büküm aşkar edilmişdir. Həmin sellofan bükümün içərisində toz şəkilli, qəhvəyi rəngli maddə aşkar edilmişdir. Anar Əliyv həmin maddənin narkotik vasitə heroin olduğunu, bir neçə gün əvvəl Lənkəran şəhəri Böyük bazar deyilən yerdə tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını bildirmişdir. Sonra aşkar olunmuş heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş, çəkisi 1,34 qram təşkil etmişdir. Aşkar olunmuş bir bükümdə heroinə bənzər kütlə zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri imzalanmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs1 evindən başqa qanunsuz əşya aşkar edilməmişdir. Bu barədə təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokol bütün iştrakçılara və Təqsirləndirilən şəxs1 özünə ucadan oxunduqdan sonra imzalanmışdır”. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 13 dekabr 2019cu il tarixli “telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "xxxx" MMC-dən əldə edilmiş məlumatlara baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2-***-***-**-** və ***-***-**-**, Təqsirləndirilən şəxs1 isə ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrini istifadə etmişdir. Həmin nömrələrin müxtəlif mobil telefon nömrələri arasında həm telefon danışıqları, həm də sms mətn yazışmaları olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə barələrində məlumat verən məlumat Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi arasında 18 noyabr 2019-cu il tarixdə saat 11:42-dən 2 dekabr 2019-cu il tarixdə saat 21:35-dək olan müddət ərzində 38 dəfə telefon danışıqları olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə barələrində məlumat verən Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi arasında 19 noyabr 2019-cu il tarixdə saat 14.09-dan 02 dekabr 2019-cu il tarixdə saat 11:34-dək olan müddət ərzində 16 dəfə telefon danışıqları olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** və ***-***-**- ** saylı mobil telefon nömrələri ilə barələrində məlumat verən məlumat Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi arasında telefon danışıqları aşkar edilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə İran İslam Respublikasının mobil operatoruna məxsus **********0449 saylı mobil telefon nömrəsi arasında 10 noyabr 2019-cu il tarixdə saat 08.30-dan 27 noyabr 2019-cu il tarixdə saat 00:39-dək olan müddət ərzində 15 dəfə telefon danışıqları olmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 28 sentyabr 2019-cu il tarixli “CD” diskdə olan məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, iş üzrə məhkəmə qərarı əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən əldə edilmiş məlumatlara baxış keçirilən zaman müəyyən edilmişdir ki, Şahid9 ***-***-**-**, Təqsirləndirilən şəxs1 isə ***-***-**-** saylı mobil telefon nömrələrindən istifadə etmişlər. Həmin nömrələri arasında çoxlu sayda telefon danışıqları olmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin 11 avqust 2019-cu il tarixli 920 nömrəli rəyindən görünür ki, «Şahid9 üzərindən ...» sözləri yazılmış kağız paketi açdıqda 3 ədəd sellofanda ayrı-ayrılıqda təmiz çəkisi 7.965 qram, 7.890 qram, 3.956 qram, ümumi təmiz çəkisi 19,811 qram olam maddə tiryəkdən kustar üsulla hazırlanmış eyni tərkibə malik olan narkotik vasitə heroindir (qalıq: heroin 19,661 qram). Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin 23 avqust 2019-cu il tarixli 950 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1 yaşadığı...» sözləri yazılmış kağız paketdəki 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 1.232 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (qalıq: heroin 1.182 qram). Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin 30 avqust 2019-cu il tarixli 972 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şahid9 üzərindən...» sözləri və imzalar olan kağız paketdəki 3 ədəd bükümdə olan heroinlə üzərində “Təqsirləndirilən şəxs1 yaşadığı...» sözləri yazılmış kağız paketdəki 1 ədəd bükümdə olan heroin eyni tərkiblidir. (qalıq: birinci paketdəki heroin - 19,511 qram, ikinci paketdəki heroin - 1,132 qram). Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X15 Bölməsinin 3 dekabr 2019-cu il tarixli, 675 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «02 dekabr 2019-cu il tarixdə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən «Göbələk» adlanan yeməkxananın 2 nömrəli otağında şübhəli şəxs kimi saxlanılan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqdim etdikləri narkotik vasitə heroinə bənzər kütlə» sözləri və imzalar olan kağız paketdəki, 1 ədəd şəffav rəngli, 11 ədəd qırmızı rəngli polielilen kəsiklərinə bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 17.950 qram, 13.618 qram, 11.434 qram, 9.722 qram, 11.230 qram, 12.308 qram, 10.312 qram, 5.586 qram, 8.670 qram, 10.750 qram, 8.817 qram, 11.305 qram, ümumi təmiz çəkisi 131,702 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində «02 dekabr 2019-cu il tarixdə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən «Göbələk» adlanan yeməkxananın 2 nömrəli otağında şübhəli şəxs kimi saxlanılan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqdim etdikləri psixotrop maddə metamfetaminə bənzər kütlə» sözləri və imzalar olan kağız paketdəki, 1 ədəd şəffaf rəngli polietilen kəsiyinə bükülmüş təmiz çəkisi 16,550 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrini və onların prekursorları» 1 siyahısının İİ bəndinə daxildir (qalıq: heroin-131,462 qram, metamfetamin 16,350 qram). Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 8 yanvar 2020ci il tarixli 14 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 15 yanvar 2020-ci il tarixli 76 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi nəticəsində narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış «maddi sübut hesab edilməsi haqqında» 4 dekabr 2019-cu il tarixli qərar və məktubdan görünür ki, iş üzrə aşkar olunub götürülmüş iki ədəd kağız paketlərdə qablaşdırılan, tədqiqatdan sonra qalıq qalan 131,462 qram narkotik vasitə heroin və 16,350 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Azərbaycan Respublikası BMCMİ-nin maddi sübutların saxlama yerinə təhvil verilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış «əşyanın maddi sübut kimi tanınması və saxlanca verilməsi haqqında» 19 yanvar 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 götürülmüş 1 ədəd kağız zərfin içərisində olan bir bükümdə qalıq çəkisi 1,32 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Lənkəran ŞRPŞ-nin saxlama kamerasına təhvil verilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış «Sübutların qiymətləndirilməsi haqqında» qərardan görünİür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən iki ədəd CD disklər maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsi və hökmün surətindən görünür ki, Əliyev X11 rayon məhkəməsinin 5 noyabr 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsi və hökmlərin surətindən görünür ki, Əhmədov X5 Ağır Cinayətlər Məhkəməsinin 31 oktyabr 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinib 4 (dörd) il müddətinə azadlıqan məhrum etmə cəzasına məhkum edilmiş və 16 iyul 2015-ci il tarixdə cəzasının sonu ilə cəzadan azad olunmuşdur. Bundan başqa o, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 aprel 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 6 mart 2018-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuş və 2 aprel 2018-ci il tarixdə şərti cəza müddəti bitmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 dekabr 2019-cu il tarixli hökmünün surətindən görünür ki, Şahid9 11 avqust 2019-cu il tarixdə şəxsiyyəti istintaqa Anar adı ilə məlum olan şəxslə görüşüb, sonuncudan 19,811 qram narkotik vasitə heroin almışdır. Hökmlə Şahid9 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinmiş və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 22 avqust 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Lənkəran rayon məhkəməsinin 24 avqust 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilərək, barəsində 3 ay müddətə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Lənkəran rayon məhkəməsinin 15 noyabr 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığının müddəti 22 yanvar 2020-ci il tarixədək uzadılmışdır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Nərimanov rayon məhkəməsinin 02 dekabr 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 02 dekabr 2019cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 2 dekabr 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tam, hərtərəfli və obyektiv tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli olmaları kifayət qədər sübuta yetirildi. Məhkəmədə təqsirləndirilən şəxslərin təqsirlərini təkzib edə biləcək hal müəyyən olunmadı. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahının tətbiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun İ siyahısında narkotik vasitələr hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdarın (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qram göstərilmişdir. Bundan başqa həmin Qanununun İİ siyahısında psixatrop maddə hesab edilən metafetaminin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdarın (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qram göstərilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanununun 10.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanununun 10.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 10.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri və psixotrop maddələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin, psixotrop maddələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 5-ci bəndinə əsasən təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Qeyd edilən Qərarın 13-cü bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, şəxs narkotik vasitəni və ya psixotrop maddəni satış məqsədilə əldə edir və özündə saxlayırsa, belə maddə bir şəxsə və ya bir çox şəxsə satıla bilər. Əgər qeyd edilən maddə və ya onun bir hissəsi eyni vaxtda, yaxud da müxtəlif vaxtlarda iki və ya daha çox şəxsə satılarsa, belə satma həmin maddələrin satış məqsədi ilə əldə edilib saxlanılması hərəkətləri ilə birlikdə vahid niyyətlə əhatə olunduğundan təkrar satma kimi deyil, belə maddənin satış məqsədi ilə əldə edilməsi (saxlanılması) və satılması əməli kimi (bir əməl) qiymətləndirilməli və satış məqsədi ilə əldə olunmuş narkotik vasitə, psixotrop maddənin miqdarından asılı olaraq CM-in 234.2 və ya 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə özlərini qismən təqsirli bildilər. Onların bu ifadələri ibtidai istintaq zamanı müdafiəçilərinin iştirakı ilə verdikləri etirafedici ifadələri, məhkəmədə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, cinayət işi materiallarına əlavə edilmiş çoxsaylı protokollar və işin digər faktiki halları ilə təkzib edildiyindən məhkəmə həmin ifadələrə tənqidi yanaşıraq həqiqətə uyğun olmayan ifadələr kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxslərin əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası CM-nin 234.1, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 əməlləri isə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə tövsif olunmalı, onlar həmin maddələrlə təqsirli bilinməli və onlara cəza təyin edilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivinin olmasını məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cümaddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsində isə deyilirki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə, yuxarıda şərh edilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrinin, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq olar. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 22 avqust 2019-cu il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə CM-nin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.3-cü maddəsinə əsasən o, cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 2 dekabr 2019-cu il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Maddi sübutlar: Azərbaycan Respublikası DİN-in BMCMİ-də saxlanılan iş üzrə aşkar olunub götürülmüş iki ədəd kağız paketlərdə qablaşdırılan, tədqiqatdan sonra qalıq qalan 131,462 qram narkotik vasitə heroin və 16,350 qram psixotrop maddə metamfetamin, Lənkəran ŞRPŞ-də saxlanılan Təqsirləndirilən şəxs1 götürülmüş 1 ədəd kağız zərfin içərisində olan bir bükümdə qalıq çəkisi 1,32 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iki ədəd CD disk isə iş materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 115 (yüz on beş) manat 30 (otuz) qəpik Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 57 (əlli yeddi) manat 65 (altmış bes) qəpik olmaqla dövlət nəfinə tutulmalıdır. Bundan başqa, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 maddi imkanları olmadığından onların hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçilər təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 həyata keçirmişlər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçlərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» qərarına edilmiş 03 may 2018-ci il tarixli dəyişikliyə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün altı manat məbləğində haqq ödənilməlidir. Müdafiəçilərin məhkəməyə təqdim etdikləri hesabatlardan isə görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxslərə vəkillər 25 iş saatı həcmində hüquqi yardım göstərmişlər. Odur ki, həmin hesabla təqsirləndirilən şəxslərə göstərilmiş cəmi 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkillər Müdafiəçi1 və Müdafiəçi2 işlədikləri Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına hər bir vəkil üçün ayrı-ayrılıqda 150 manat, ümumilikdə 300 manat məbləğində pul köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Ona CM-nin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 22 avqust 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2 dekabr 2019-cu-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in BMCMİ-də saxlanılan iş üzrə aşkar olunub götürülmüş iki ədəd kağız paketlərdə qablaşdırılan, tədqiqatdan sonra qalıq qalan 131,462 qram narkotik vasitə heroin və 16,350 qram psixotrop maddə metamfetamin və Lənkəran ŞRPŞ-də saxlanılan Təqsirləndirilən şəxs1 götürülmüş 1 ədəd kağız zərfin içərisində olan bir bükümdə qalıq çəkisi 1,32 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İki ədəd CD disk isə iş materiallarında saxlanılsın. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2 vəkil işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesabına hər birinə ayrı-ayrılıqda 150 (bir yüz əlli) manat məbləğində pul köçürülsün. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 115 (yüz on beş) manat 30 (otuz) qəpik Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 57 (əlli yeddi) manat 65 (altmış bes) qəpik olmaqla dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar