Məhkəmə qərarları › İş №1(100)-65/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-65/2025

30.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-65/2025 30.09.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər İbişov İlkin İlqar oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X13 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.1999-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, işsiz, orta təhsilli, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(043)-18/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(104)-18/2021 saylı qərarına əsasən Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(043)-18/2021 saylı hökmü dəyişdirilərək Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 (bir) il 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(003)-860/2024 saylı qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(104)-18/2021 saylı qərarı təyin edilmiş 01 (bir) il 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) ili azaldılmış, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(104)-18/2021 saylı qərarı ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) ay 07 (yeddi) gün hissəsi 18 (on səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş, Gəncə şəhəri, Dədə Qorqud küçəsi, ev 1, mənzil 49-da qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tanışı X8 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədi ilə özgənin əmlakını gizli olaraq talamaq niyyəti ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan müddət ərzində Zərərçəkmiş şəxs2 məxsus ünvan 1 ünvanında yerləşən saxlanc yerinə qanunsuz daxil olub oradan sonuncuya məxsus hər birinin qiyməti 225 manat olmaqla, ümumilikdə 1350 manat dəyərində 06 ədəd istifadə edilməmiş velosipedi, 01 ədəd 430 manat dəyərində istifadə edilmiş velosipedi, hər birinin qiyməti 02 manat olmaqla, ümumilikdə 170 manat dəyərində 85 ədəd velosipedin ehtiyat hissəsi olan kameri, 210 manat dəyərində misi, 30 manat dəyərində içərisində avtomobili üçün alətlər olan əl çantanı, ümumi dəyəri 90 manat olan 04 ədəd avtomobil ehtiyat hissəsi olan forsunkanı, 30 manat dəyərində avtomobil üçün alətləri, 40 manat dəyərində 01 ədəd səsucaldanı, ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs2 məxsus 2350 (iki min üç yüz əlli) manat dəyərində əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrar tamah məqsədi ilə özgənin əmlakını hüquqa zidd və əvəzsiz ələ keçirmək məqsədi ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində vahid niyyətlə Zərərçəkmiş şəxs1 məxsus ünvan 2 ünvanında yerləşən və yaşayış sahəsi hesab edilən fərdi yaşayış evinə pəncərədən qanunsuz daxil olmaqla, mənzilin otaqlarından 39.000 manat nağd pul, 01 ədəd 4800 manat dəyərində 585 əyar, 60 qram çəkidə qadın qızıl boyun bağını, 01 ədəd 1520 manat dəyərində 585 əyar 19 qram çəkidə qadın qızıl qolbağını, 02 ədəd 100 manat dəyərində (nikel rayal Rusiya istehsalı) qazan dəsti, 01 ədəd 50 manat dəyərində (Rusiya istehsalı) güllü qazan dəsti, 01 ədəd 10 manat dəyərində (Rusiya istehsalı) divar saatı, 01 ədəd 5 manat dəyərində (Rusiya istehsalı) stolüstü saat, 01 ədəd 10 manat dəyərində (Rusiya istehsalı) mətbəx divar saatı, 01 ədəd 15 manat dəyərində (Rusiya istehsalı) ütü, 01 ədəd 120 manat dəyərində (Rusiya istehsalı) ayaq üstü parlı ütünü, 04 ədəd hər biri 10 manatdan ümumilikdə 40 manat (naçnik Rusiya istehsalı) stol üstü işıq, hər birinin dəyəri 160 manat olmaqla 02 ədəd 320 manat dəyərində 10 litr (Rusiya istehsalı) od samovarını, 02 ədəd mis qazan hər biri 30 litr (Rusiya istehsalı) hər biri 60 manat, ümumilikdə 120 manat, 72 ədəd dərin boşqab dəsti (Rusiya istehsalı) hər biri 4 manat, ümumilikdə 288 manat, 36 ədəd düz boşqab dəsti (Rusiya istehsalı) hər biri 2 manat, ümumilikdə 72 manat, 24 ədəd orta dərin boşqab dəsti (Rusiya istehsalı) hər biri 3 manat, ümumilikdə 72 manat, 02 ədəd alüminium mantı qazan dəsti (Rusiya istehsalı) hər biri 20 manat, ümumilikdə 40 manat, 01 ədəd nikel mantı qazanı (Rusiya istehsalı) 30 manat, 02 ədəd bıçaq dəsti (Türkiyə istehsalı) hər biri 30 manat, ümumilikdə 60 manat, 60 ədəd qaşıq-çəngəl bıçaq dəsti (Türkiyə istehsalı) 60 manat, 04 ədəd nikel sini (Rusiya istehsalı) hər biri 15 manat, ümumilikdə 60 manat, 04 dəst hər biri 6 ədəd olan rumka ruletka cəmi 24 ədəd (Baqema Çexiya istehsalı) hər biri 15 manat, ümumilikdə 60 manat, 02 dəst hər biri 6 ədəd rumka qızılı işləmələrlə cəmi 12 ədəd (Çexiya istehsalı) hər biri 15 manat, ümumilikdə 30 manat, 04 ədəd yaşıl rəngli gül qabı (Çexiya istehsalı) hər biri 10 manat, ümumilikdə 40 manat, 02 ədəd qızılı işləmələrlə gül qabı (Çexiya istehsalı) hər biri 10 manat, ümumilikdə 20 manat, 04 ədəd yaşıl rəngli meyvə qabı (Çexiya istehsalı) hər biri 8 manat, ümumilikdə 32 manat, 02 ədəd qızılı işləmələrlə olan meyvə qabı (Çexiya istehsalı) hər biri 8 manat, ümumilikdə 16 manat, 02 ədəd böyük içərisində güllər olan suvenir vaz (Baqema Çexiya istehsalı) hər biri 10 manat, ümumilikdə 20 manat, 02 ədəd mürəbbə qabı (Çexiya istehsalı) hər biri 5 manat, ümumilikdə 10 manat, 12 ədəd mürəbbə üçün rozetka (Çexiya istehsalı) hər biri 2 manat, ümumilikdə 24 manat, 02 ədəd mərtəbəli konfet qabı (Çexiya istehsalı) hər biri 10 manat, ümumilikdə 20 manat, 01 ədəd qızılı işləməli kompot qabı (Çexiya istehsalı) 5 manat, 01 ədəd qəhvəyi rəngli kompot qabı (Çexiya istehsalı) 5 manat, 06 ədəd mərtəbəli konfet qabı (Çexiya istehsalı) hər biri 5 manat, ümumilikdə 30 manat, 12 ədəd su üçün stəkan sadə (Çexiya istehsalı) hər biri 1 manat, ümumilikdə 12 manat, 12 ədəd çay üçün stəkan sadə (Çexiya istehsalı) hər biri 1 manat, ümumilikdə 12 manat, 02 ədəd meyvə qabı (Çexiya istehsalı) hər biri 10 manat, ümumilikdə 20 manat, 02 ədəd mürəbbə qabı (Çexiya istehsalı) hər biri 5 manat, ümumilikdə 10 manat, 02 ədəd konfet qabı (Çexiya istehsalı) hər biri 5 manat, ümumilikdə 10 manat, 06 ədəd limon qabı (Çexiya istehsalı) hər biri 3 manat, ümumilikdə 18 manat, 02 ədəd ləpə qabı (Çexiya istehsalı) hər biri 5 manat, ümumilikdə 10 manat, 100 ədəd xrustal stəkan (Çexiya istehsalı) hər biri 1 manat, ümumilikdə 100 manat, 100 ədəd Baqema nəlbəki (Çexiya istehsalı) hər biri 1 manat, ümumilikdə 100 manat, 02 ədəd pakrıval gəlincik (Türkiyə istehsalı) hər biri 25 manat, ümumilikdə 50 manat, 12 ədəd pastel dəsti (Türkiyə istehsalı) hər biri 20 manat, ümumilikdə 240 manat, 12 ədəd can dəsmalı məhrəba (Türkiyə istehsalı) hər biri 5 manat, ümumilikdə 60 manat, 12 ədəd əl-üz dəsmalı (Türkiyə istehsalı) hər biri 3 manat, ümumilikdə 36 manat, 05 ədəd can məhrəbası dəsti (Türkiyə istehsalı) hər biri 10 manat, ümumilikdə 50 manat, 12 ədəd uşaq üçün dəsmal dəsti (Türkiyə istehsalı) hər biri 10 manat, ümumilikdə 120 manat, 24 ədəd çay dəsmalı (Türkiyə istehsalı) hər biri 1 manat, ümumilikdə 24 manat, 01 ədəd Samsung markalı televizor 82 ekran (Koreya istehsalı) 150 manat, 01 ədəd ev üçün Panasonik markalı telefon (Koreya istehsalı) 20 manat, 02 ədəd 5 litrlik samovar (Rusiya istehsalı) hər biri 80 manat, ümumilikdə 160 manat, 02 ədəd selencline-XJ 10302 markalı kartof fıri bişirmək üçün elektrik plitə (Türkiyə istehsalı) hər biri 20 manat, ümumilikdə 40 manat, 02 ədəd Tefal markalı çaynik (Türkiyə istehsalı) hər biri 10 manat, ümumilikdə 20 manat, 02 ədəd Molinex markalı ət çəkən maşın (Türkiyə istehsalı) hər biri 30 manat, ümumilikdə 60 manat, 03 ədəd Royal markalı çəngəl bıçaq qaşıq dəsti çamadan şəkilində (Türkiyə istehsalı) hər biri 15 manat, ümumilikdə 45 manat, 01 ədəd Marqus markalı su motoru qidrafonla birlikdə (Rusiya istehsalı) 80 manat, 01 ədəd X15 markalı gözlük (Koreya istehsalı) 15 manat, 01 ədəd İtimat markalı mikrovalnovka (Türkiyə istehsalı) 30 manat, 02 ədəd yağla işləyən radiator (Rusiya istehsalı) hər biri 50 manat, ümumilikdə 100 manat, 06 ədəd pokrıval gəlincik (Türkiyə istehsalı) hər biri 25 manat, ümumilikdə 150 manat, 04 ədəd pakrıval (Rusiya istehsalı) hər biri 20 manat, ümumilikdə 80 manat, 01 ədəd Rovento markalı toz soran (Türkiyə istehsalı) 80 manat, 02 ədəd BOSS markalı böyük drel miksel ilə birlikdə (Türkiyə istehsalı) hər biri 35 manat, ümumilikdə 70 manat, 05 ədəd böyük qazandan ibarət qazan dəsti (Türkiyə istehsalı) hər biri 55 manat, ümumilikdə 275 manat, 01 ədəd çamadanda qaşıq dəsti (Türkiyə istehsalı) 25 manat, 02 ədəd Arya markalı kişi üçün kostyum (Türkiyə istehsalı) hər biri 120 manat, ümumilikdə 240 manat, 02 ədəd Blueerina markalı qadın üçün kostyum (Türkiyə istehsalı) hər biri 60 manat, ümumilikdə 120 manat, 02 ədəd smalirovannı qab dəsti (Çexiya istehsalı) hər biri 90 manat, ümumilikdə 180 manat, 03 ədəd elektrik hava nəmləndiricisi (Rusiya istehsalı) hər biri 28 manat, ümumilikdə 84 manat, 01 ədəd korolevski servis (Çexiya istehsalı) 150 manat, 01 ədəd Baqema çay dəsti (Çexiya istehsalı) 150 manat, 02 ədəd Baqema yemək dəsti (Çexiya istehsalı) hər biri 85 manat, ümumilikdə 170 manat, 01 ədəd Branza markalı lustur (Çexiya istehsalı) 150 manat, 02 ədəd böyük yemək servisi (Çexiya istehsalı) hər biri 300 manat, ümumilikdə 600 manat, 02 ədəd kiçik yemək servisi (Çexiya istehsalı) hər biri 90 manat, ümumilikdə 180 manat, 02 ədəd lenta adyal qış üçün (Türkiyə istehsalı) hər biri 125 manat, ümumilikdə 250 manat, 02 ədəd gündəlik pakrıval (Türkiyə istehsalı) hər biri 125 manat, ümumilikdə 250 manat, 08 ədəd üst pərdə (Türkiyə istehsalı) hər biri 52 manat 50 qəpik, ümumilikdə 420 manat, 04 ədəd pərdə dəsti (Türkiyə istehsalı) hər biri 37 manat 50 qəpik, ümumilikdə 150 manat, 04 ədəd divan üçün örtük (Türkiyə istehsalı) hər biri 55 manat, ümumilikdə 220 manat, 12 ədəd skatert (Rusiya istehsalı) hər biri 30 manat, ümumilikdə 360 manat, 24 ədəd stol üstü (Türkiyə istehsalı) hər biri 17 manat 50 qəpik, ümumilikdə 420 manat, 02 ədəd tozsoran üçün qab (Türkiyə istehsalı) hər biri 15 manat, ümumilikdə 30 manat, 01 ədəd xəmiryoğuran (Rusiya istehsalı) 140 manat, 01 ədəd Samsung markalı kombayn (Koreya istehsalı) 70 manat, 04 ədəd gündəlik yun pakrıval (Türkiyə istehsalı) hər biri 45 manat, ümumilikdə 180 manat, 02 ədəd Capsella markalı pərdə (Türkiyə istehsalı) hər biri 40 manat, ümumilikdə 80 manat, 02 ədəd svarovski qaşları ilə bəzədilmiş nikel sini (Rusiya istehsalı) hər biri 40 manat, ümumilikdə 80 manat, 01 ədəd X21 markalı avtomobil qabaq bamperi (Yaponiya istehsalı) 200 manat və bir cüt X21 markalı avtomobilin qabaq işıqları (Yaponiya istehsalı) hər biri 125 manat, ümumilikdə 250 manat dəyərində əmlakı gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs1 külli miqdarda, yəni 54000 (əlli dörd min) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Cinayət Məcəlləsi) 177.3.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Xəyal ilə birlikdə “Türklər qəsəbəsi” deyilən yerdə yerləşən zavod ərazisinə bənzər bir yerə hasardan düşüb daxil olmuşdur. Hasardan keçdikdən sonra yarımtikilinin qapısından içəri daxil olub 5-6 ədəd velosiped və velosiped şinləri götürmüşlər. Həmin əşyaları elə hasardan düşürüb aparmışlar və oradan təxminən 200 metr məsafədə yerləşən yarımtikilinin içərisinə qoymuşlar. Oradan götürdükləri əşyaları qaytarıb vurduqları ziyanı ödəmişlər. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Xəyal ilə velosipedləri götürdükləri yerin qabaq tərəfdə darvazası olmuş, lakin onlar arxa tərəfdə hasarı olmadığından oradan keçmişlər. Oradan götürdükləri əşyaları əllərində, elə oraya girdikləri yerdən çıxartmışlar. Əşyaları götürdükləri yerin qapısı açıq olmuşdur. Zərərçəkmiş şəxs2 məhkəmədə ifadəsində göstərdikləri doğru olmuşdur. O, yıxılıb xəsarət almamış, polis əməkdaşları tərəfindən törətdiyi cinayətə görə döyülmüşdür. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, Zərərçəkmiş şəxs1 evində yaşayış olmadığını bilmişdir. Buna görə də gecə saat 01-02 radələrində arxa tərəfdəki pəncərəni açıb içəri girmişdir. O, həmin evə aralarında 5-10 gün fərq olmaqla ümumilikdə 3 dəfə girmişdir. Zərərçəkmiş şəxs1 evindən qızıl zinət, qab-qacaq və məişət əşyaları götürmüşdür. O, Zərərçəkmiş şəxs1 evindən nağd pul istisna olmaqla ittiham aktında qeyd olunan əşyaların hamısını götürmüş və həmin əşyaların hamısı onun tərəfindən geri qaytarılmışdır. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, ümumiyyətlə Zərərçəkmiş şəxs1 tanımamışdır. Sonuncuya məxsus evdən nağd pul götürməmiş, həmin evə bir neçə dəfə girmiş, növbəti dəfə Zərərçəkmiş şəxs1 məxsus evə girəndə orada heç bir dəyişiklik hiss etməmişdir. Həmin evə birinci dəfə arxa tərəfdəki pəncərədə olan çürümüş dəmir barmaqlığı vint açanla qırıb girmişdir. Evə ilk dəfə girəndə gecə saat 2 olduğundan və çürük barmaqlığı səssiz qırıldığından heç kim bilməmişdir. Zərərçəkmiş şəxs1 ilə qonşuluqda qaldığı üçün o, hər gün həmin evin qabağından keçmiş və orada yaşayış olmadığını bilmişdir. Buna görə də evə girmək qərarına gəlmişdir. Zərərçəkmiş şəxs1 məxsus evə birinci dəfə aynadan girdikdən sonra dəmir barmaqlığı yerinə qoymuş və evin qapısını üzərindəki açarla arxadan açmışdır. Növbəti dəfələrdə isə həmin evə qapıdan daxil olmuşdur. Evin açarı qırılıb qapının üzərində qalmış, o da qapını sadəcə örtüb getmişdir. O, Zərərçəkmiş şəxs1 evində nağd pul görməmiş və sonuncunun nə üçün evdə 39.000 manat pul olduğunu deməsini bilməmişdir. O, əvvəllər narkotik vasitə istifadə etmişdir. Övladının gözündə problem olduğundan pula ehtiyacı olmuşdur. O, Zərərçəkmiş şəxs1 evinə ilk dəfə istisna olmaqla qalan vaxtlarda qapıdan girmiş və götürdüyü əşyaların hamısını qapıdan aparmışdır. Çünki o qədər əşyanı pəncərədən və evin arxasına çəkilmiş məftil hasardan keçirib apara bilməzdi. Hadisənin üzərindən uzun müddət keçdiyindən əşyaları dəqiqliklə xatırlamamış, lakin elan edilmiş ibtidai istintaq zamanı verdiyi ifadələrini “Zərərçəkmiş şəxs1 evinə hər dəfə pəncərədən daxil olma” hissəsi istisna olmaqla təsdiq etmişdir. O, həm də əvvəlki məhkəmə istintaqı zamanı verdiyi ifadəsini də təsdiq etmişdir. Zərərçəkmiş şəxs1 məxsus yaşayış evini həmin evə baxış protokoluna əlavə edilmiş fotoşəkillərdə olan hala o, gətirmiş, əşyaları o, dağıdıb-tökmüşdür. Döşəkləri yerə salıb dağıtmaqda məqsədi pul və yaxud qiymətli əşya tapmaq olmuşdur. Evdən oğurladığı qızılzinət əşyalarını mətbəxdəki şkafın üzərində olan bankanın içərisindən götürmüşdür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - Cinayət-Prosessual Məcəllə) 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində də göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməsi onun qismən etirafedici ifadəsi ilə yanaşı məhkəmə istintaqında ifadəsi elan edilməklə tədqiq edilmiş zərərçəkmiş şəxsin, məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 2-da qeydiyyatda olsa da, ailə üzvləri ilə birlikdə X3 şəhərində yaşamış, özü rəsmi olaraq heç bir yerdə işləməmişdir. xx.xx.2023-cü il tarixdə DİN-in 102 xidmətinə zəng etmiş, xx.xx.2023-cü il tarixdə isə Gəncə şəhər Baş Polis İdarəsinə ərizə ilə mürciət etmişdir. Çünki onun ünvan 2-da evi olmuşdur. Həmin mənzili təxminən 2005-ci ildə almış, mənzildə o və ailə üzvləri birlikdə X4 şəhərinə gələn vaxtlarda qalmışlar. Sonunca dəfə 2020-ci ilin mart ayının əvvəllərində növbəti dəfə Azərbaycan Respublikasına gələn zaman Gəncə şəhərinə gəlmişlər və özünə məxsus Gəncə şəhəri, D.Qorqud küçəsi, bina 1A, mənzil 36-da təxminən 10 gün qaldıqdan sonra COVİD-19 epidemiyasının yayılması və sərt karantin rejiminin tədbiqi ilə bağlı yenidən Rusiya Federasiyasına qayıtmışlar. Ona məxsus Gəncə şəhəri, D.Qorqud küçəsi, bina 1A, mənzil 36-da yaşamaq üçün hər bir şərait olmuş və həmin mənzil təmirli şəkildə olmuşdur. 2018cil ildə Gəncə şəhəri, Sadıllı qəsəbəsində olan özünə məxsus fərdi yaşayış evini satmaq üçün gəlmiş, həmin vaxtı Gəncə şəhəri Sadıllı qəsəbəsində olan evini 43000 (qırx üç min) manata satmışdır. Onun fikri var idi ki, Gəncə şəhərindən bina evi alsın, lakin həmin vaxtı Gəncə şəhərində mənzillərin qiymətləri qalxdığı üçün bina evi ala bilməmiş və təxminən bir aydan sonra yenidən Rusiya Federasiyasına qayıtmışdır. Rusiya Fedrasiyasına qayıdan zaman satdığı evin pulundan 40000 (qırx min) manat pulu ona məxsus Gəncə şəhəri, D.Qorqud küçəsi, bina 1A, mənzil 36-da qonaq otağında olan şkafın üst hissəsinə görünməyən yerə qoyub getmişdir. 2020-ci ilin mart ayının əvvəllərində X4 şəhərinə qayıtmış və ona məxsus mənzildə qoyduğu 40000 (qırx min) manat pulu yerindən götürmüş, lakin əvvəldə qeyd etdiyi kimi COVİD-19 epidemiyası ilə bağlı sərt karantın rejimi elan olunduğu üçün gəldiyi gündən on gün sonra yenidən Rusiya Fedrasiyasına qayıdan zaman həmin pulu yenə də yataq otağında olan şkafın üstünə qoymuşdur. Gəncə şəhərində olan zaman mənzildə saxladığı 43000 manat puldan 4000 manatını xərcləmiş, qalan 39000 manatı isə qalmışdır. 16 yanvar 2023-cü il tarixdə Rusiya Federasiyasında olan zaman bacısı Nərminə zəng edərək Gəncə şəhərində olan evində oğurluq olduğunu, evdən pulun, qızıl-zinət əşyalarının və qab-qacaqların oğurlandığını bildirmişdir. O, buna görə Rusiya Federasiyasından birbaşa Gəncə şəhərinə gələrək evinə baxış keçirmişdir. Oğurluq baş verən vaxtı həqiqətən də evdə 39000 manat nağd pulu, 72 qram çəkidə qadın qızıl boyun bağı, bir ədəd 585 əyar, 30 qram çəkidə qadın qızıl qolbağı, bir də 10000 manat dəyərində müxtəlif qab-qacaqlar olmuşdur. Həmin əşyalardan 2 ədəd qazan dəsti (nikel rayal Rusiya istehsalı), 1 ədəd güllü qazan dəsti (Rusiya istehsalı), 2 ədəd qab dəsti (smalirovannı çiçəkli Çexiya istehsalı), 1 ədəd divar saatı (Rusiya istehsalı), 1 ədəd stolüstü saat (Rusiya istehsalı), 1 ədəd mətbəxt divar saatı (Rusiya istehsalı), 1 ədəd ütü (Rusiya istehsalı), 1 ədəd parlı ütüt ayaq üstü (Rusiya istehsalı), 4 ədəd stol üstü işıq (naçnik Rusiya istehsalı), 2 ədəd mis od samavarı hər biri 10 litr (Rusiya istehsalı), 2 ədəd mis qazan hər biri 30 litr (Rusiya istehsalı), 1 ədədə X21 üçün bamper (Yaponiya istehsalı), 2 ədəd X22 üçün qabaq işığı (Yaponiya istehsalı), 72 ədəd dərin boşqab dəsti (Rusiya istehsalı), 36 ədəd düz boşqab dəsti (Rusiya istehsalı), 24 ədəd orta dərin boşqab dəsti (Rusiya istehsalı), 2 ədəd alüminium mantı qazanı (Rusiya istehsalı), 1 ədəd nikel mantı qazanı (Rusiya istehsalı), 3 ədəd elektrik hava nəmləndirici (Rusiya istehsalı), 2 ədəd bıçaq dəsti (Türkiyə istehsalı), 60 ədəd qaşıq- çəngəl bıçaq dəsti (Türkiyə istehsalı), 4 ədəd nikel sini (Rusiya istehsalı), 1 ədəd korolevski sevsis (Çexiya istehsalı), 1 ədəd çay dəsti (Baqema Çexiya istehsalı), 1 ədəd yemək dəsti (Baqema Çexiya istehsalı), 4 dəst hər biri 6 ədəd olan rumka ruletka cəmi 24 ədəd (Baqema Çexiya istehsalı), 2 dəst hər biri 6 ədəd rumka qızılı işləmələrlə cəmi 12 ədəd (Çexiya istehsalı), 4 ədəd yaşıl rəngli gül qabı (Çexiya istehsalı), 2 ədəd qızılı işləmələrlə gül qabı (Çexiya istehsalı), 4 ədəd yaşıl rəngli meyvə qabı (Çexiya istehsalı), 2 ədəd qızılı işləmələrlə olan meyvə qabı (Çexiya istehsalı), 2 ədəd böyük içərisində güllər olan suvenir vaz (Baqema Çexiya istehsalı), 2 ədəd mürəbbə qabı (Çexiya istehsalı), 12 ədəd mürəbbə üçün razetka (Çexiya istehsalı), 2 ədəd mərtəbəli kanfet qabı (Çexiya istehsalı), 1 ədəd qızılı işləməli kampot qabı (Çexiya istehsalı), 1 ədəd qəhvəyi rəngli kampot qabı (Çexiya istehsalı), 6 ədəd kanfet qabı (Çexiya istehsalı), 12 ədəd su üçün stəkan sadə (Rusiya istehsalı), 12 ədəd çay üçün stəkan sadə (Rusiya istehsalı), 1 ədəd lustr branza (Çexiya istehsalı), 2 ədəd meyvə qabı (Çexiya istehsalı), 2 ədəd kanfet qabı (Çexiya istehsalı), 2 ədəd mürəbbə qabı (Çexiya istehsalı), 6 ədəd limon qabı (Çexiya istehsalı), 2 ədəd ləpə qabı (Çexiya istehsalı), 100 ədəd xrustal stəkan (Çexiya istehsalı), 100 ədəd Baqema nəlbəki (Çexiya istehsalı), 2 ədəd böyük yemək servisi (Çexiya istehsalı), 2 ədəd kiçik yemək servisi (Çexiya istehsalı), 2 ədəd pakrıval gəlincik (Türkiyə istehsalı), 2 ədəd lenta adyal qış üçün (Türkiyə istehsalı), 2 ədəd gündəlik pakrıval (Türkiyə istehsalı), 12 ədəd pastel dəsti (Türkiyə istehsalı), 12 ədəd can dəsmalı məhraba (Türkiyə istehsalı), 12 ədəd əl-üz dəsmalı (Türkiyə istehsalı), 5 ədəd can məhrabası dəsti (Türkiyə istehsalı), 12 ədəd uşaq üçün dəsmal dəsti (Türkiyə istehsalı), 24 ədəd çay dəsmalı (Türkiyə istehsalı), 8 dəst pərdə üst (Türkiyə istehsalı), 4 dəst pərdə alt (Türkiyə istehsalı), 4 ədəd divan üçün örtük (Türkiyə istehsalı), 12 ədəd skatert (Rusiya istehsalı), 24 ədəd stol üstü (Türkiyə istehsalı), 1 ədəd Samsung markalı televizor 82 ekran (Koreya istehsalı), 1 ədəd ev üçün panasonik markalı telefon (Malaziya istehsalı), 2 ədəd toz soran üçün qab (Rusiya istehsalı), 2 ədəd 5 litrlik samovar (Rusiya istehsalı), 2 ədəd selencline-XJ 10302 markalı kartof fri bişirmək üçün elektrik plitə (Türkiyə istehsalı), 2 ədəd tefal markalı çaynik (Türkiyə istehsalı), 2 ədəd molinex markalı ət çəkən maşın (Türkiyə istehsalı), 3 ədəd Royal markalı çəngəl bıçaq qaşıq dəsti çamadan şəklində (Türkiyə istehsalı), 1 ədəd marqus markalı su matoru gidrafonla birlikdə (Rusiya istehsalı), 1 ədəd X15 markalı gözlük (Koreya istehsalı), 1 ədəd xəmir yağuran (Rusiya istehsalı), 1 ədəd Samsung markalı kambayn (Koreya istehsalı), 1 ədəd itimat markalı mikrovalnovka (Türkiyə istehsalı), 2 ədəd yağla işləyən radiator (Rusiya istehsalı), 4 ədəd pakrıval yun gündəlik (Türkiyə istehsalı), 6 ədəd pakrıval gəlincik (Türkiyə istehsalı), 4 ədəd pakrıval (Rusiya istehsalı), 12 nəfərlik yemək servisi (Almaniya istehsalı), 1 ədəd Rovento markalı toz soran (Türkiyə istehsalı), 2 ədəd kansella markalı pərdə (Türkiyə istehsalı), 2 ədəd svarovski daşları ilə bəzədilmiş nikel sini (Rusiya istehsalı), 2 ədəd BOSS markalı böyük drel miksel ilə bilrikdə (Türkiyə istehsalı), 5 ədəd böyük qazandan ibarət qazan dəsti (Türkiyə istehsalı), 1 ədəd çamadanda qaşıq dəsti (Türkiyə istehsalı), 2 ədəd arya markalı kişi üçün kostyum (Türkiyə istehsalı), 2 ədəd Blueerina markalı qadın üçün kostyum (Türkiyə istehsalı) oğurlamışlar. Ona məxsus evdən bir ədəd 585 əyar, 60 qram çəkidə qadın qızıl boyun bağı, bir ədəd 585 əyar, 19 qram çəkidə qadın qızıl qolbağı, 39000 manat nağd pul, bir də 10000 manat dəyərində müxtəlif qab-qacaqlar olmuşdur. Bundan başqa oğurluğa girmiş şəxs və ya şəxslər evdə olan bəzi əşyaları sındırıb yararsız hala salmışlar. Ona ümumilikdə 54500 manat maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında yerləşən anbara velosiped və onun ehtiyat hissələrini yığmışdır. Həmin yer ona məxsus deyil, lakin yeri olmadığından oranı anbar kimi istifadə etmişdir. Anbardan oğurluq edilməsindən sonrakı gün ona oğurluq məlum olmuşdur. Oğurluq nəticəsində ona 1193 manat dəyərində zərər dəymiş və həmin zərərin 600 manatı ödənilmişdir. Xatırladığı qədəri ilə 6-7 velosiped və onun ehtiyat hissələri oğurlanmışdır. Ümumi ziyan olan 2350 manatdan bir hissəsi ödənildiyindən və velosipedlərini götürdüyündən dəymiş ziyan 1193 manat təşkil etmişdir. Dəymiş ziyandan ödənilmiş 600 manatı isə oğurluqda iştirak etmiş digər şəxsin valideynləri ödəmişdir. Hazırda təxminən 593 manat məbləğində ödənilməmiş ziyanı qalmaqdadır. İfadəsinin davamı olaraq Zərərçəkmiş şəxs2 bildirmişdir ki, o, təqsirləndirilən şəxslə barışmış, sonuncudan şikayəti yoxdur, ona dəymiş ziyan qismən ödənilmişdir. O, təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Oğurluq olunan anbar hazırda da qaraj binasıdır və bağlı yerdir. Zorxan və digər şəxs hasardan atılıblar və qapını kilidini sındırmaqla içəri giriblər. Oğurluq edilən yerin gözətçisi özü olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, bacısı Zərərçəkmiş şəxs1 evinin açarı onda olmuşdur. O, bacısının evinə tez-tez gedib baş çəkmişdir. Lakin hadisə baş verməmişdən bir müddət əvvəl başı qarışıq olduğundan bacısının evinə gedib baş çəkə bilməmişdir. Sonuncu dəfə evə gedəndə binanın qapısının qırıq, evin qapısının isə açıq olduğunu görmüşdür. Həmin vaxt Əminəyə zəng edib evində oğurluq hadisəsi baş verdiyini demişdir. Hadisədən sonra bir neçə dəfə həmin evə getmiş, lakin ona polis əməkdaşlarının evdə baxış keçirdiyini, evin qapısının bağlı olduğunu demişlər. İfadəsinin davamı olaraq Nərminə Məmmədova bildirmişdir ki, bacısı Əminə evində oğurluq hadisəsi baş verəndən sonra onunla danışmamış, o, zənn etmiş ki, bacısı hadisənin səbəbi kimi onun evə tez-tez baş çəkməməyini görmüşdür. Əminə ona evdən nə oğurlandığını deməmişdir. Bacısının hadisədən əvvəl başqa evinin olması yaxud həmin evi satması barədə onun məlumatı olmamışdır. Zərərçəkmiş şəxs1 evində baş verən oğurluq hadisəsində onu günahlandırmamışdır. Əminə hazırda Rusiya Federasiyasında yaşayır. O, Zərərçəkmiş şəxs1 evinə sonuncu dəfə baş verən oğurluq hadisəsindən təxminən 1 ay əvvəl getmişdir. O, əvvəllər Əminənin evinə gedəndə evin içərisinə nəzarət edib qayıtmışdır. Sonuncu dəfə Əminənin evinə gedəndə evin mətbəx hissəsində xatırladığı qədəri ilə divanın üzərində dağınıq vəziyyətdə ədyal görmüşdür. Bundan sonra bacısına zəng edərək evin açarlarını başqa birinə verib-verməməsini soruşmuş, Əminə də evin açarlarını başqasına vermədiyini demişdir. Həmin vaxt evdə divanın üzərində dağınıq vəziyyətdə olan ədyaldan başqa heç nə görməmişdir. Bacısı evində oğurluq hadisəsi baş verdiyinə görə onunla danışmamış, həmin vaxtdan onlar küsülü olmuşlar. Zərərçəkmiş şəxs1 sonuncu dəfə pandemiya zamanı Azərbaycana gəlmişdir. Əminə Rusiya Federasiyasına qayıdanda evində pul yaxud qızıl olması barədə ona heç nə deməmişdir. Ümumiyyətlə bacısı heç vaxt ona evində pul olması barədə heç nə deməmişdir. Zərərçəkmiş şəxs1 övladları özü ilə birlikdə Rusiya Federasiyasında yaşayır. O, hadisə günü Əminənin evinə daxil olanda evi dağınıq vəziyyətdə görüb qorxmuş və qızı xəstə olduğuna görə sonuncunun evinə getmişdir. Bundan sonra Əminəyə zəng edərək evində oğurluq hadisəsi baş verdiyini demişdir. Sonuncu da qısa müddətdə Azərbaycan Respublikasına gələcəyini demişdir. O, hadisə yerinə gedəndə evin qapısının açıq olduğunu görmüşdür. Evin içərisinə girəndə yorğan və ədyalın evin ortasında, qabların qırıq, evin isə dağınıq vəziyyətdə olduğunu görmüşdür. Evin içərisində bütün otaqlara girməmiş, sadəcə qapıdan nəzər yetirmişdir. Qonaq otağında yorğan-döşək yerdə olmuşdur. O, hadisədən sonra evin açarlarını Əminənin nəvəsinə təhvil vermişdir. Nə Əminə, nə də nəvəsi evdən nəyin oğurlanması barədə ona heç nə deməmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, hadisə ərəfəsində əməliyyat olunmuşdur. Bir gün xalası Zərərçəkmiş şəxs1 ona zəng edərək evində oğurluq hadisəsi baş verdiyini demiş və evinə gedə bilib-bilməcəyini soruşmuşdur. O, həmin gün yoldaşı Məqsəd Orucovla birlikdə Əminənin evinə getmiş və evin qapısını qırıq olduğunu görmüşdür. Bundan sonra o, evin içərisinə daxil olmadan DİN-nin “102” xidmətinə zəng edib şikayətini bildirmişdir. İfadəsinin davamı olaraq Xəyalə Quliyeva bildirmişdir ki, Zərərçəkmiş şəxs1 evindən qablar, pul və qızıl oğurlanmışdır. O, həmin pulun məbləğini bilməmişdir. Zərərçəkmiş şəxs1 hadisədən əvvəl sonuncu dəfə nə vaxt Azərbaycan Respublikasına qayıtmasını xatırlamır. Xalası Əminənin hadisədən əvvəl hər hansı əmlak satması barədə məlumatı olmamışdır. Onlar Zərərçəkmiş şəxs1 evinə polis əməkdaşları gəldikdən sonra daxil olmuşlar. Xatırladığı qədəri ilə Zərərçəkmiş şəxs1 evində baş verən oğurluq hadisəsindən bir neçə gün sonra Azərbaycan Respublikasına gəlmişdir. Polis əməkdaşları onun mobil telefonu vasitəsilə Zərərçəkmiş şəxs1 ilə görüntülü danışan zaman xalası evində olan qızılın və pulun yerini göstərmişdir. Əminənin deməsinə nəzərən pulu döşəyin altında olmuşdur. Lakin qızılını saxladığı qabın ağzı açıq, içərisi boş, yorğan-döşək isə dağınıq halda olmuşdur. Hadisə günü o, Zərərçəkmiş şəxs1 evinə gedəndə içəri daxil olmamış, qapının ağzında xalasına görüntülü zəng etmişdir. O, əri ilə hadisə yerinə getdikdən sonra polis əməkdaşlarına zəng edərək şikayətini bildirmişdir. Bundan sonra polis əməkdaşları Əminəylə görüntülü danışaraq evin içərisinə baxış keçirmişlər. Həmin vaxt yoldaşı ilə onu digər polis əməkdaşı qapının yanında saxlayıb içəri daxil olmaqlarına icazə verməmişdir. Əminə zəngdə mebelin yanında yerləşən qabda qızıl olduğunu demişdir. Həmçinin xalasının döşəyin altında pul olduğunu deməsinə baxmayaraq, ev dağınıq, pul isə yerində yox idi. O, Zərərçəkmiş şəxs1 evinin açarlarının kimdə olduğunu bilməmişdir. Zərərçəkmiş şəxs1 evində oğurluq hadisəsi baş verməsi barədə məlumatı kimin dediyini də bilməmişdir. O, hadisə baş verən gün Əminənin evində olan zaman digər xalası Nərminəni orada görməmişdir. Zərərçəkmiş şəxs1 hadisə günü ona zəng edərək “evimdə oğurluq hadisəsi baş verib, gedib evə baxa bilərsənmi? Ancaq evin içərisinə daxil olma” demişdir. Hadisədən sonra onun xalası Əminə ilə əlaqəsi kəsilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsi doğru olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X9 arvadı X5 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəllənin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/7480 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarın təsviri hissəsində və fotocədvəllərdə göstərilən 5 adda malların 2022-c ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1912,50 manat müəyyən olunur. Qərarda göstərilən digər 3 adda mallar haqqında kifayət qədər məlumat olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/1641 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 69 adda malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə müvafiq olaraq 2022-ci ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi nəzəri hesablama yolu ilə təxminən 10736,00 manat müəyyən edilir. Digər 23 adda mallar haqqında kifayət qədər məlumat (markası, modeli, ölçüləri və.s) olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmadı. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə-Univermaq Əmlak Kompleksinin rəhbəri X10 tərəfindən verilmiş 8.08.2023-cü il tarixli arayışdan görünür ki, 2022-ci ilin dekabr ayında 01 ədəd Çexiya istehsalı smalirovannı qab dəstinin orta bazar qiyməti 90 manat, 01 ədəd Rusiya istehsalı elektrik hava nəmləndiricisinin orta bazar qiyməti 28 manat, 01 ədəd Çexiya istehsalı koroloevski servisin orta bazar qiyməti 150 manat, 01 ədəd Çexiya istehsalı Baqema çay dəstinin orta bazar qiyməti 150 manat, 01 ədəd Çexiya istehsalı Baqema yemək dəstinin orta bazar qiyməti 85 manat, 01 ədəd Çexiya istehsalı Branza lusturun orta bazar qiyməti 150 manat, 01 ədəd Çexiya istehsalı böyük yemək dəstinin orta bazar qiyməti 300 manat, 01 ədəd Çexiya istehsalı kiçik yemək dəstinin orta bazar qiyməti 90 manat, 01 ədəd Türkiyə istehsalı lenta adyalın orta bazar qiyməti 125 manat, 01 ədəd Türkiyə istehsalı pakrıvalın orta bazar qiyməti 125 manat, 01 ədə Türkiyə istehsalı üst pərdənin orta bazar qiyməti 52 manat 50 qəpik, 01 ədəd Türkiyə istehsalı alt pərdənin orta bazar qiyməti 37 manat 50 qəpik, 01 ədəd Türkiyə istehsalı divan üçün örtüyün orta bazar qiyməti 55 manat, 01 ədəd Rusiya istehsalı skatertin orta bazar qiyməti 30 manat, 01 ədəd Türkiyə istehsalı stol üstü örtüyün orta bazar qiyməti 17 manat 50 qəpik, 01 ədəd Rusiya istehsalı tozsoran üçün qabın orta bazar qiyməti 15 manat, 01 ədəd Koreya istehsalı mətbəx kombaynın orta bazar qiyməti 70 manat, 01 ədəd Türkiyə istehsalı yun gündəlik ədyalı orta bazar qiyməti 45 manat, 01 ədəd Türkiyə istehsalı Capsella markalı pərdənin orta bazar qiyməti 40 manat, 01 ədəd Rusiya istehsalı svarovski qaşları ilə bəzədilmiş nikel sininin orta bazar qiyməti 40 manat, 01 ədəd Yaponiya istehsalı X21 markalı avtomobilin qabaq bamperinin orta bazar qiyməti 200 manat və 01 ədəd Yaponiya istehsalı X21 markalı avtomobilin qabaq işiqlarının orta bazar qiyməti 250 manat kimi müəyyən edilir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-nin xx.xx.2022-ci il tarixli, T 557/2022 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər sol dirsək sümüyünün aşağı 1/3-nin qapalı yerdəyişmiş sınığı, sol said nahiyəsinin qançır və şişkinliyi, sol said nahiyəsinin sıyrıqları, bel nahiyəsinin və döş qəfəsinin qançırları olmuşdur. Qeyd edilən xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərilən vaxtda, yəni xx.xx.2022-ci il tarixdə özünün yıxılması zamanı əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, X8 həmin gün saat 17:00-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 18:00-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələr ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” qərardan görünür ki, həmin gün saat 17:00-da Təqsirləndirilən şəxs saxlanıldığı Gəncə ŞBPİ-nin MSY-dən azad olunmaqla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 21:00-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələr ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 18 yanvar 2023-cü il tarixdən hesablamaqla 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri - Zərərçəkmiş şəxs2 məxsus ünvan 1 ünvanında yerləşən saxlanc yeridir. Baxış zamanı Zərərçəkmiş şəxs2 həmin saxlanc yerindən ümumilikdə 2350 manat dəyərində velosipedlərin və digər əşyaların oğurlandığını göstərmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı o, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan müddət ərzində Zərərçəkmiş şəxs2 məxsus ünvan 1 ünvanında yerləşən saxlanc yerinə daxil olma şəraitini, həmin yerdən götürdüyü velosipedlərin və digər əşyaların yerini, həmçinin istintaq hərəkətinin davamı olaraq Gəncə şəhərində Şokolad Zavodu deyilən ərazidə yerləşən yarımtikilini əyani göstərməklə həmin yerdə oğurladıqları velosiped və ehtiyat hissələrini gizlətdiyini bildirib törətdiyi cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri – ünvan 2-dır. Baxış zamanı Zərərçəkmiş şəxs1 ona məxsus həmin mənzilin yataq otağında olan paltar şkafının üst tərəfinə qoyduğu 39000 manat nağd pulun, 10000 manat dəyərində qab-qacaq, məişət əşyalarının, bir ədəd qızıl boyun bağı və bir ədəd qızı qol bağının oğurlandığını göstərmişdir. Baxış zamanı evin ümumi səliqəsiz, yorğan-döşəyin və digər əşyaların isə dağınıq vəziyyətdə olması aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı o, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs1 məxsus ünvan 2 ünvanında yerləşən evə daxil olma şəraitini və həmin evdən götürdüyü əşyaların yerini, həmçinin istintaq hərəkətinin davamı olaraq ünvan 3 ünvanında yerləşən evin içərisində olan əşyaları əyani göstərməklə həmin əşyaları Zərərçəkmiş şəxs1 məxsus evdən oğurladığı bildirib törətdiyi cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə ŞBPİ-nin 2-ci PŞ-nin NH-nin məsul növbətçisinin tərtib etdiyi xx.xx.2022-ci il tarixli raportdan görünür ki, həmin gün saat 08:08-də Zərərçəkmiş şəxs2 DİN-nin 102 zəng xidmətinə zəng edərək, Gəncə şəhəri Dəmiryolu yaxınlığında yerləşən saxlanc anbarından özünə məxsus hər birinin dəyəri 250 manat olan 6-7 ədəd, eləcə də 450 manat dəyərində olan velosipedlərin naməlum şəxs tərəfindən oğurlanması barədə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs2 Gəncə ŞBPİ-yə ünvanlandığı xx.xx.2022-cü il tarixli ərizəsindən görünür ki, o, Gəncə şəhəri, Cavid küçəsində yerləşən saxlanc kimi istifadə etdiyi köhnə restorandan ümumilikdə 2370 manat dəyərində velosipedlərin və digər əşyaların oğurlandığını göstərib bu hadisəni törətmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə ŞBPİ-nin 2-ci PŞ-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında oğurluq edən şəxslər X8 və Təqsirləndirilən şəxs saxlanılaraq istintaqa təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə ŞBPİ-nin 2-ci PŞ-nin NH-nin məsul növbətçisinin tərtib etdiyi xx.xx.2022-ci il tarixli raportdan görünür ki, həmin gün saat 18:06-da 3 nömrəli TTYX-dan növbətçi həkim məlumat verərək Təqsirləndirilən şəxs sol dirsək sümüyünü aşağı 1/3-nin qapalı sınığı ilə xəstəxanaya daxil olması, həmçinin deməsinə görə polislərdən qaçarkən yıxılıb aldığını bildirməsi barədə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə ŞBPİ-nin 2-ci PŞ-nin NH-nin məsul növbətçisinin tərtib etdiyi xx.xx.2023-cü il tarixli raportdan görünür ki, həmin gün saat 13:39-da X5 DİN-nin 102 zəng xidmətinə zəng edərək, xalasının evində oğurluq hadisəsi olması barədə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs1 Gəncə ŞBPİ-yə ünvanlandığı xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, özünə məxsus ünvan 2-dan 39000 manat nağd pulun, 10000 manat dəyərində qabaq-qacaq və qızı-zinət əşyalarının oğurlandığını göstərib bu hadisəni törətmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə ŞBPİ-nin 2-ci PŞ-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus evdən oğurluq edən şəxs Təqsirləndirilən şəxs həmin gün saxlanılaraq istintaqa təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(043)-18/2021 saylı hökmünün və Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(003)-860/2024 saylı qərarının surətindən görünür ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(043)-18/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(104)-18/2021 saylı qərarına əsasən Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(043)-18/2021 saylı hökmü dəyişdirilərək Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 (bir) il 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(003)-860/2024 saylı qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(104)-18/2021 saylı qərarı təyin edilmiş 01 (bir) il 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) ili azaldılmış, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(104)-18/2021 saylı qərarı ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) ay 07 (yeddi) gün hissəsi 18 (on səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş DİN-nin BDYPİ-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına nəqliyyat vasitəsi qeydiyyata alınmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına məlumat bazasında və Respublika üzrə daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər narkoloji dispanserin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər psixonevroloji dispanserin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs2 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, oğurluq hadisəsi nəticəsində ona dəymiş 2370 manat maddi ziyandan 1177 manat dəyərində ziyan ödənilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq Gəncə şəhər prokurorluğunun müstəntiqi X14 tərəfindən 525 C-22 nömrəli ilkin yoxlama materialı üzrə xx.xx.2022-ci il tarixdə qəbul olunmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Gəncə ŞBPİ-nin 2-ci PŞ-nin əməkdaşları tərəfindən qanunsuzluğa məruz qalması barədə Təqsirləndirilən şəxs müraciəti əsasında şəhər prokurorluğunda araşdırma aparılaraq cinayət hadisəsi olmadığından Cinayət-Prosessual Məcəllənin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, X8 və Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış 07 ədəd velosiped maddi sübut kimi tanınaraq cinayət işinin materialları ilə tanış olduqdan sonra sahibi Zərərçəkmiş şəxs2 qaytarılması qərara alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə ŞBPİ-nin xx.xx.2023-cü il tarixli məktubundan və həmin tarixli aktın surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Gəncə ŞBPİ-nin MSY-nə qəbul olunaraq tibbi müayinədən keçirilərkən sol qolunda sınıq xəsarəti aşkar edilmişdir. Bu barədə akt tərtib olunan zaman Təqsirləndirilən şəxs polis əməkdaşlarından yayınmaq məqsədi ilə qaçarkən yıxılaraq xəsarət aldığını bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs1 nümayəndəsi tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X2 (Zərərçəkmiş şəxs1 qızıdır) ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 104 kv/m fərdi yaşayış evini X6 25000 manata satmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs1 nümayəndəsi tərəfindən təqdim edilmiş fotoşəkillərdən görünür ki, xx.xx.2019-cu il tarixdə çəkilmiş çoxlu sayda olan pulların ən üstə qoyulmuş 100 manatlıq əsginas üzərində əlyazma və rəqəmlə 39000 manat yazılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş AZ-İV 639760 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il təvəllüdlü Xan Rzayev adlı övladı vardır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixdə Rusiya Federasiyası istiqamətində Azərbaycan Respublikasının ərazisini tərk etmiş, geri donuş yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə ŞBPİ-nin xx.xx.2025-ci il tarixli məktubundan və məktuba əlavə edilmiş Gəncə şəhər İH-i MKTİB-nin 10 nömrəli Xidmət Sahəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Zərərçəkmiş şəxs1 hal-hazırda ünvan 2-da yaşamadığı üçün onun Gəncə Ağır Cinayətlər Məhkəməsinə məcburi gətirilməsini təmin etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi ziyanın bir qismi ödənilmiş, onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur, onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Rzayev X7 Səbuhi İsa oğluna məxsus saxlanc yerindən oğruluq etdikdən sonra polis əməkdaşları tərəfindən saxlanılarkən sonuncuların ona fiziki zorakılıq tətbiq etdiklərini, həmçinin Zərərçəkmiş şəxs1 məxsus evdən ittiham aktında göstərilən bütün əşyaları, paltarları və qızıl-zinət əşyalarını götürməsinə baxmayaraq, həmin evdən 39000 manat nağd pul götürmədiyini göstərmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan, məsuliyyətdən yayınmağına xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və sair iş materialları ilə tam təkzib olunduğunu hesab edir. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs birinci oğurluq epizodu üzrə polis əməkdaşları tərəfindən saxlanılarkən fiziki zorakılığa məruz qaldığını iddia etsə də, iş materiallarında olan Gəncə ŞBPİ-nin MSY-in əməkdaşlarının tərtib etdiyi xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs polislər tərəfindən döyüldüyünü deyil, məhz saxlanılarkən qaçmağa cəhd etdiyini və bu zaman yıxılaraq xəsarət aldığını göstərmişdir. Qeyd edilən akt həm polis əməkdaşları, həm də Təqsirləndirilən şəxs tərəfindən heç bir qeyd daxil edilmədən imzalanmışdır. Həmçinin iş materiallarında olan Gəncə ŞBPİ-nin 2-ci PŞ-nin NH-nin məsul növbətçisinin tərtib etdiyi xx.xx.2022-ci il tarixli raportdan da görünür ki, 3 nömrəli TTYX-da həkim müayinəsindən keçən zaman Təqsirləndirilən şəxs bədəni üzərində olan xəsarətləri polislərdən qaçarkən yıxılıb aldığını bildirməsi göstərilmişdir. O cümlədən fiziki zorakılığa məruz qalması barədə Təqsirləndirilən şəxs müraciəti əsasında Gəncə şəhər prokurorluğunda araşdırma aparılaraq onun barəsində məhkəmətibbi ekspertiza təyin edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, T 557/2022 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyində Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərin xx.xx.2022-ci il tarixdə özünün yıxılması zamanı əmələ gələ bilməsi göstərilmişdir. Nəticə etibarı ilə Təqsirləndirilən şəxs müraciəti əsasında Gəncə şəhər prokurorluğunda araşdırma aparılaraq cinayət hadisəsi olmadığından xx.xx.2022-ci il tarixli qərarla Cinayət-Prosessual Məcəllənin 39.1.1-ci maddəsinə əsasən bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə baxmayaraq, həmin qərardan nə Təqsirləndirilən şəxs, nə də ki dövlət hesabına müdafiəçisinin nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmələri də öz təsdiqini tapmır. Göründüyü kimi, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyüldüyünü iddia etsə də, məhkəmə-tibbi ekspertizasının rəyi, eləcə də digər tibbi sənədlərlə onun bədəni üzərində tutulduğu günə uyğun gələn döyülməyə xarakterik xəsarətin olması öz təsdiqini tapmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs zərərçəkən Zərərçəkmiş şəxs1 evindən 39000 manat nağd pul götürmədiyini göstərsə də, o, məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq bildirmişdir ki, övladının gözündə problem olduğundan pula ehtiyacı olduğu üçün oğurluq etmiş, həmçinin Zərərçəkmiş şəxs1 evində olan döşəkləri yerə salıb dağıtmaqda məqsədi pul və yaxud qiymətli əşya tapmaq olmuşdur. Göründüyü kimi, təqsirləndirilən şəxs özü dolayısı ilə evə girməkdə məqsədinin pul oğurlamaq olmasını təsdiq edir. Həmçinin zərərçəkən Zərərçəkmiş şəxs1 ibtidai istintaqın əvvəlindən sonunadək ona məxsus evdən 39000 manat nağd pulun oğurlandığını birmənalı olaraq təsdiq etmişdir. Hətta həmin xüsusatla bağlı məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş Xəyalə Quliyeva ifadəsində xalası Zərərçəkmiş şəxs1 ona zəng edib özünə məxsus evdə oğurluq olması barədə məlumat verdikdən sonra sonuncunun evinə getdiyini, həmin vaxtı polis əməkdaşlarının onun mobil telefonu vasitəsilə Zərərçəkmiş şəxs1 ilə görüntülü danışdıqlarını və danışıq zamanı Zərərçəkmiş şəxs1 evində olan qızılın və pulun yerini polislərə göstərdiyini bildirmişdir. Eyni zamanda zərərçəkən Zərərçəkmiş şəxs1 nümayəndəsi məhkəmə istintaqı zamanı daşınmaz əmlakın alqı-satqısına dair 2019-cu ilə aid müqavilənin surətini, habelə 39000 manat məbləğində pulun fotoşəkilini təqdim edərək həmin pulun məhz daşınmaz əmlakın alqı-satqısından formalaşdığını bildirmişdir. Eyni xüsuatları Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində də təsdiq etmişdir. Belə olan halda bir tərəfdən övladının gözündə problem olduğundan pula ehtiyacı olduğu üçün oğurluq etmək qərarına gələn, eləcə də Zərərçəkmiş şəxs1 evində olan döşəkləri yerə salıb dağıtmaqda məqsədi pul və yaxud qiymətli əşya tapmaq olan Təqsirləndirilən şəxs digər tərəfdən məhz zərərçəkənə məxsus evdən ittiham aktında göstərilən bütün əşyaları, paltarları və qızıl-zinət əşyalarını götürməsinə baxmayaraq, nağd pul götürmədiyini bildirməsi məhkəməyə inandırıcı gəlmir və buna görə də məhkəmə hesab edir ki, həmin məzmunlu ifadələr qeyri-səmimi olmaqla təqsirləndirilən şəxsin özünümüdafiə xarakteri daşıyır. Bununla da, yuxarıda sadalanan mötəbər və mümkün hesab edilən sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb təkrar külli miqdarda oğurluq etməsi tam olaraq sübuta yetirilmişdir. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmə tərkibi himayəsində bir azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən, Zərərçəkmiş şəxs2 ilə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən, zərərçəkmiş və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Cinayət-Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəllənin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(104)-18/2021 saylı qərarına əsasən Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(043)-18/2021 saylı hökmü dəyişdirilərək Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 (bir) il 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə isə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət Məcəlləsinin 177.2-ci maddəsi Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən az ağır cinayət hesab olunur. Cinayət Məcəlləsinin 83.3.2-cü maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqla residiv müəyyən edilməsi zamanı nəzərə alınmır. Hazırkı iş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihamdan görünür ki, o, birinci epizod üzrə ittiham olunduğu əməli xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan müddət ərzində, ikinci epizod üzrə isə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində törətmişdir. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, əvvəlki hökm üzrə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyi üçün onun əməlində cinayətlərin residivi yoxdur, lakin azadlığın məhdudlaşdırılması cəzasını çəkib qurtardığı gündən bir il keçməmiş, yəni əvvəlki hökm üzrə məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş Təqsirləndirilən şəxs hazırkı iş üzrə ittiham olunduğu cinayət əməllərini törətdiyinə görə o, məhkum olunmuş şəxs hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən, qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 25 may tarixli Qərarına əsasən, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 46-ci bəndində göstərilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Məhkəmə tərkibi hesab edir ki, baxmayaraq ki, ibtidai istintaq orqanı ittiham aktında cinayətlərin residivini təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal kimi qeyd etmişdir, faktiki olaraq təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivi mövcud olmadığı üçün həmin hal onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə məhkəmə tərkibi törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin yüksək ictimai təhlükəli şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Cinayət-Prosessual Məcəllənin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı, CPM-in 158.2.2-ci maddəsinə əsasən isə ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəllənin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarinin təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. Hazırkı işin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs birinci oğruluq epizodu üzrə 03 avqust 2022-ci il tarixdən 05 avqust 2022-ci il tarixədək, yəni 02 (iki) gün şübhəli şəxs qismində tutulmuş, 05 avqust 2022-ci il tarixdə isə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə MYS-dən azad edilmiş, 18 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ikinci oğruluq epizodu üzrə Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə yenidən şübhəli şəxs qismində tutulmuş və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs birinci oğruluq epizodu üzrə 03 avqust 2022-ci il tarixdən 05 avqust 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablamaqla Təqsirləndirilən şəxs təyin olunacaq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılmalı, onun üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza saxlanılmalı, həbsdə saxlanılması müddəti ona təyin ediləcək cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 18 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən dövlət hesabına həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Cinayət-Prosessual Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 115 (bir yüz on beş) iş saatı (89 iş saat xx.xx.2025-ci il tarixədək, 26 iş saatı isə həmin tarixdən hökm çıxarılan günədək) həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi üçün 820 (səkkiz yüz iyirmi) manat pul onun vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəllənin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 100 (bir yüz) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəllənin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış 07 ədəd velosipedin sahibi Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs birinci epizod üzrə 03 avqust 2022-ci il tarixdən 05 avqust 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablamaqla hazırkı iş üzrə ona təyin edilmiş 05 (beş) il müddətə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılsın və onun üzərində qəti olaraq 04 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 18 yanvar 2023-cü il tarixdən hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 820 (səkkiz yüz iyirmi) manat pul onun vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 100 (bir yüz) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış 07 ədəd velosipedin sahibi Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar