Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-66/2021 08.05.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər Rüstəmov Elmin İltizam oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı oğlu, Zərərçəkmiş şəxs, müdafiəçilər Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, xx xxxxxxxx 1989-cu ildə Goranboy rayonu Ağamalıoğlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Goranboy Rayon Məhkəməsinin 13 mart 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.21, 177.2.2 və 177.2.3-cü maddələri ilə 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 26.04.2019-cu il tarixli qərarı ilə cəzası 03 il 03 aya endirilmiş və 10.08.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, Goranboy rayonu Düzqışlaq kəndində qeydiyyatda olmaqla həbs olunanadək Tərtər şəhəri M.Hüseynzadə küçəsində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 və xx xxxxxx 1972-ci ildə Kəlbəcər rayonu Əlibayramlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məcburi köçkün, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Tərtər şəhəri H.Cavid küçəsi ev 06-da qeydiyyatda olmaqla Tərtər şəhəri Nəsimi küçəsi ev 9-da yaşayan, barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə qeyri-rəsmi olaraq birgə nikahda yaşadığı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan qrup halında birləşərək 2020-ci ilin yanvar ayında Təqsirləndirilən şəxs2 ilə kirayə yaşadıqları evdə Təqsirləndirilən şəxs2 ilə Zərərçəkmiş şəxs intim xarakterli video görüntüsünü çəkərək özünə nümayiş etdirdikdən sonra həmin video görüntünü onun yaxınlarına göstərəcəyi, eləcə də barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədəqorxu gəlib 2020-ci ilin təxminən yanvar ayının ortalarından iyun ayına qədər olan vaxt ərzində sonuncudan hər dəfə 100(bir yüz), 70(yetmiş), sonuncu dəfə isə1000(min)manat olmaqla ümumilikdə 1470(bir min dörd yüz yetmiş) manat nağd pulunu hədə-qorxu ilə tələb edərək vahid niyyətlə əhatə olunan qəsdlə almaqla Zərərçəkmiş şəxs ümumilikdə 1470 manat nağd pulunu ələ keçirmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə qeyri-rəsmi olaraq birgə nikahda yaşadığı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan qrup halında birləşərək 2020-ci ilin yanvar ayında Təqsirləndirilən şəxs1la kirayə yaşadıqları evdə özünün Zərərçəkmiş şəxsilə intim xarakterli video görüntüsünü çəkərək özünə nümayiş etdirdikdən sonra həmin video görüntünü onun yaxınlarına göstərəcəyi, eləcə də barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gəlib 2020-ci ilin təxminən yanvar ayının ortalarından iyun ayına qədər olan vaxt ərzində sonuncudan hər dəfə 100(bir yüz), 70(yetmiş), sonuncu dəfə isə1000(min)manat olmaqla ümumilikdə 1470 (bir min dörd yüz yetmiş) manat nağd pulunu hədə-qorxu ilə tələb edərək vahid niyyətlə əhatə olunan qəsdlə almaqla Zərərçəkmiş şəxs ümumilikdə 1470 manat nağd pulunu ələ keçirmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri zərərçəkmiş şəxs və şahidlərin ifadələri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1-ci maddəsi ilə özünü təqsirli bilməyərk ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 ilə qeyri-rəsmi olaraq ər-arvad kimi yaşayır və birlikdə kafe işlətmişlər. Zərərçəkmiş şəxs tanıyır, o Tərtər şəhərində çörək sexində işləyir. O, tutulmamışdan təxminən bir ay əvvəl eşitmişdir ki, Humayla Sadayın aralarında olan intim münasibəti Humay telefona çəkmişdir. Bunu eşidəndən sonra Humaydan bu barədə soruşmuş, Humay isə belə bir məsələnin olmadığını demişdir. Onun telefonunu əlindən alaraq baxmışdır və görmüşdür ki, orada video yoxdur, həmçinin Humay and içmişdir ki, videonu pozubdur. Zərərçəkmiş şəxs dedikləri tamamilə yalandır, ondan pul almamış və onu şantaj etməmişdir. Zərərçəkmiş şəxs həqiqətən kafeyə gəlmişdir, orada isə o özü yox Təqsirləndirilən şəxs2 ona kafenin yanda olan zibilləri yığdırmışdır. Təqsirləndirilən şəxs2 dedikləri də yalan, şər və böhtandır, onun həmin videodan xəbəri yoxdur, orada olmamışdır və Zərərçəkmiş şəxs zəng edərək ondan pul istəməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Kəlbəcər rayonundan məcburi köçkün düşdükdən sonra Tərtər rayonunda yaşayır. Bərdə rayonunda bazarda köyərti sataraq dolanır. İkinci Qarabağ müharibəsi zamanı Tərtər şəhərində yerləşən evinə düşəmən tərəfindən atılan mərmi nəticəsində evi dağılmış, hazırda Bərdə rayonunda yerləşən qızının evində yaşayır. Zərərçəkmiş şəxs tanıyır, o Tərtər şəhərində cörək sexində işləyir. Təxminən onu 8 il əvvəl ilk dəfə tanış olmuş və həmin vaxt o onun evinə gələrək pulla onunla cinsi əlaqədə olmuşdur. Təxminən bir il əvvəl Saday onu yenidən görmüşdür və onun nömrəsini götürərək zəng edib gəlib evində onunla görüşmüşdür. Saday onunla Tərtər şəhəri H.Cavid küçəsində yerləşən evinə gəlmişdir ki, pul verib görüşsün. O isə razılaşmış və onunla görüşmək üçün 10 manatını almışdır. Saday kişiliyinin xəstə olmasını bildirərək onun cinsiyyət orqanımı yalamaq istədiyini bildirmişdir və özü könüllü olaraq onun cinsiyyət orqanını yalamağa başlamışdır. Sonra Saday bir neçə dəfə gələrək hər dəfə pul verib onun cinsiyyət orqanını yalamışdır. Təxminən 2019-cu ilin avqust ayının sonlarından isə o Goranboy rayon sakini Təqsirləndirilən şəxs1 ilə qeyri-rəsmi yaşamışdır. Onunla tanış olandan sonra Zərərçəkmiş şəxs yenə ona zəng eləmiş, o isə Kamilin qorxusundan telefonunu açmamışdır. Lakin, Kamil onun Sadayla münasibətini biləndə qısqanaraq demişdir ki, niyə onunla görüşür. O isə demişdir ki, onun kişiliyi yoxdur, o onun cinsiyyət orqanını yalayaraq pul verir. Kamil isə demişdir ki, Saday gələndə onu onu da çağırsın yanında yalasın ki, o da görsün. Növbəti dəfə Saday ona zəng edib görüşmək istədiyini bildirən də demişdir ki, “gəl evə görüşək”. O isə demişdir ki, “bu gecə növbədəyəm, sabah gələcəm”. Bundan sonra sabahı gün o ona zəng etmişdir ki, yanına gəlir və o Kamilə bu barədə bildirmişdir ki, gizlənsin çünki onun yanında yalamayacaqdı. Bu məqsədlə də əvvəlcədən Kamillə razılaşmşdır və o mətbəxdə gizlənsin ki, Saday gəlsin və onun cinsiyyət orqanını yalasın ki, o gəlib onları elə vəziyyətdə görsün. Sonra Saday gəlib onun cinsiyyət orqanını yalayanda Kamil mətbəxdən gəlmiş və Sadaya demişdir ki, guya onun qardaşıdır. Sonra isə Sadaya demişdir ki, işində ol burada qəbahət yoxdur, məndə baxanda xoşum gəlir və Saday yenidən cinsiyyət orqanını yalamağa başlayanda Kamil özünə məxsus telefonla gələrək onları o vəziyyətdə çəkməyə başlamışdır və o isə ona mane olmamışdır ki, rahatlıqla çəksin. Çəklişdə olan görüntü yalnız bir hissəsidir. Bundan sona o Zərərçəkmiş şəxs həmin videonu göstərək demişdir ki, “sənin mənim bacımın cinsiyyət orqanını yalamağını telefona çəkmişəm, sən yalayırsan”. Saday isə demişdir ki, “qaqa həmişə yalayıram, mən Humayı sevirəm”. Kamil ona sual vermişdir ki, “arvadının da cinsiyyət orqanını yalayırsan?”, o isə cavab vermişdir ki, arvadı onu yaxına qoymur, amma bir neçə tanımadıqları qadının adını çəkmişdir ki, onların da cinsiyyət orqanını yalayır. Bundan sonra o Sadaya demişdir ki, cibini boşaltsın və üzərini yoxlamışdır. Sadayın üzərindən 7(yeddi) manat pul, köhnə telefon, spiçka çıxmışdır, başqa heç nə çıxmadığı üçün Kamil onun telefonunu əlindən almışdır və demişdir ki, o bu görüntünü pozmayacaq, əgər pul verməsə polisə məlumat verəcək ki, o yalayır, həmçinin görüntünü ailəsinə göndərəcək, internetdə yayacaqdır. Saday isə ağlamışdır ki, heç kimə deməsin, sonra isə ona yalvarmışdır ki, maaşını alanda 25 manat Kamilə, 10 manat isə oona pul gətirib verəcək, heç kimə deməsinlər, hər ayda pulunu verəcəkdir. O isə demişdir ki, ona lazım deyil çıxıb getsin. Kamil onu döymək istəmişdir və buna görə də o Kamilə yalvarmışdır ki, onu buraxsın. X18 demişdir ki, “işlədiyin yeri də bilirəm, əgər pulu gətirməsən bu videonu sənin oğluna yollayacam”, o isə ağlayaraq yalvarmışdır ki, göndərməsin pul verəcək. Bundan sonra Kamil Sadayı da götürüb bayıra çıxaraq söhbət edib onu yola salmışdır. Lakin, o onların bayırda nə danışdıqlarını bilməmişdir. Bundan sonra isə bir müddət Zərərçəkmiş şəxs nə ona zəng etmişdir, nə də evinə gəlməmişdir. Təxminən 10-15 gün sonra isə Saday ona zəng etmişdir və həmin vaxt Kamil də yanında olmuşdur. Kamil biləndə ki, Saday yanındadır, telefonu ondan alaraq danışmışdır və Zərərçəkmiş şəxs telefonda qışqırmışdır ki, “niyə pulu gətirmirsən, səninlə söz danışmışıq”. Saday isə ona demişdir ki, yadındadır, pul yığır, həmçinin anası ölüb və yasdadır vaxt istəmişdir ki, pulu gətirəcək. Sonra Saday ona zəng etmiş, Kamilin getdiyini biləndən sonra onun yanına gələrək ona 5 manat pul vermişdir ki, yenədə cinsiyyət orqanını yalasın. Lakin, bu vaxt yenə də Kamil gəlmişdir və ona qışqırmışdır ki, “pulu niyə gətirmədin” və sillə ilə onu vurmuşdur. Saday isə ağlamışdır ki, gətirəcəkdir. Bundan təxminən bir müddət sonra isə o zəng etmişdir ki, Ana və uşaq abidəsinin yanındadır, xahiş etmişdir ki, onunla görüşsün. O isə Kamillə gedərək onu öz avtomobillərinə götürərək işlətdiyi kafeyə getmişdir. Orada o Kamilə 10 manat vermişdir, Kamil isə qışqırmışdır ki, “25 manat demişdin, bu niyə azdır”, o isə demişdir ki, gətirəcək. Bundan sonra növbəti dəfə özü gələrək Kamilə 8 manat vermişdir. Kamil yenə də ona qışqırmışdır ki, azdır. Bundan sonra o növbəti dəfə ona zəng etmişdir ki, Kamil onun iş yerinə gedib və orada ondan 17 manat pul almışdır. Bundan sonra o növbəti dəfə gələndə o demişdir ki, Kamilə pul verməsin, o isə demişdir ki, “ Kamil iş yerinə gələrək ondan pul istəyir, ona görə verir”. Zərərçəkmiş şəxs ona ümumlikdə 12 manat pul vermişdir, həmçinin çörək gətirmişdir, kontur vermişdir, lakin baş verənlər onun yuxarıda qeyd etdiyi şəkildə olmuşdur, o onun çəkilişindən xəbəri olsa da Təqsirləndirilən şəxs1 çəkmişdir, o ondan dediyi pulları almamışdır və ona zəng edərək tələb etməmişdir. Zərərçəkmiş şəxs şikayətindən bir həftə əvvəl tanışı olan Əzizə adlı qadın ona həmin videonu göstərmişdir və o bundan qorduğu üçün istəmişdir ki, Sadayla görüşərək xəbərdarlıq etsin. Zərərçəkmiş şəxs 2020-ci ilin fevral ayının əvvəllərində 100 manat, mart ayının əvvəllərinmdə 100 manat, may ayının əvvəllərində 70 manat, may ayının ortalarında 100 manat, həmçinin iyun ayında sonucu dəfə isə həmin videonun tamamilə pozulması üçün 1000 manat olamaqla ümumilikdə 2020-ci ilin yanvar ayından iyun ayınadək müddət ərzində 1470 manat pulu onun və Təqsirləndirilən şəxs1 hədə-qorxu gələrək ondan alması barədə dedikləri yalandır, şər və böhtandır. Bundan başqa may ayında Zərərçəkmiş şəxs həqiqətən kafeyə gəlmişdir, orada isə o ona kafenin həyətini sulatmışdır. Eyni zamanda Zərərçəkmiş şəxs özü ona demişdir ki, Kamil ondan benzin pulu alır, lakin o özü bunu yalnız bir dəfə görmüşdür ki, o Sadaydan cibində olan iki manatını benzin pulu alıb. Özünü Zərərçəkmiş şəxs cinsiyyət orqanını yalatdırmaqda və bunu Təqsirləndirilən şəxs1 telefona çəkməsinə şərait yaratmasında təqsirli bilir, lakin o Zərərçəkmiş şəxs hədə-qorxu ilə pul tələb etməmişdir və almamışdır, Təqsirləndirilən şəxs1la da bu işdə əlbir olmamışdır. Kamilin Sadaydan aldığı pulun bir qismini o, Sadaya qaytarmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, X3 tanıyır. Belə ki, o, Tərtər şəhərində yaşayır və fahişəliklə məşğul olur. 2020-ci ilin yanvar ayının əvvəllərində o, Təqsirləndirilən şəxs2 mobil telefonuna zəng edərək onunla görüşüb cinsi əlaqədə olmaq istədiyini bildirmişdir. O, isə ona demişdir ki, “pul götür gəl görüşək”. O məbləği soruşanda demişdir ki, “fərqi yoxdur, təki pul olsun”. O isə gedib onunla öz yaşadığı evdə görüşərək ona işlədiyi yerdən çörək aparmışdır, kontur alıb aparmışdır və 10 manat pul vermişdir. Onlar onunla evdə ikisi olmuşdur və onun yataq otağında cinsi əlaqədə olan zaman onun cinsiyyət orqanı cinsi əlaqədə olmağa imkan vermədiyi üçün Humay ona təklif etmişdir ki, “başqa üsulla cinsi əlaqədə olaq” və ona təklif etmişdir ki, onun cinsiyyət orqanını yalasa onun cinsiyyət orqanı imkan verəcək ki, onunla cinsi əlaqədə olsun. Bundan sonra o onun cinsiyyət orqanını yalamışdır, lakin yenə də cinsiyyət orqanı imkan verməmişdir ki, onunla cinsi əlaqqədə olsun. Sonra isə Humay demişdir ki, “eybi yox indi get hamının başına gəlir, sonra gəl görüşək yaxşı olacaq”. Sonra isə bir neçə gün keçmişdir və yanvar ayının 11-də Təqsirləndirilən şəxs2 ona zəng etmişdir ki, “gəl görüşək”. O həmin gün gecə növbəsində işdə olduğu üçün ona demişdir ki, sabah səhər tezdən işdən çıxan kimi gələcək görüşə, üzərində 106 manat pulu da var, demişdir ki, “sənə nə alım?”. O isə demişdir ki, “özün gələ bəsdi”, sonra isə demişdir ki, “kontur al” və o səhəri gün kontur alaraq və işlədiyi çörək sexindən çörək götürərək gedib yaşadığı evdə Humayla görüşmüşdür. O onlara gedəndə evlərində heç kim olmamışdır və onlar yataq otağına keçərək Humay yenə də ona demişdir ki, onun cinsiyyət orqanını yalasın və onun cinsiyyət orqanı qaydasına düşərək imkan verəcək ki, onunla cinsi əlaqədə olsun. O onun dediyi kimi, edərək onun cinsiyyət orqanını yalayan zaman görmüşdür ki, bir nəfər cavan oğlan yanlarına gələrək onu telefona çəkir. Bu vaxt o getmək istədikdə o onu saxlamışdır ki, Humayın qardaşıdır, eybi yox davam etsin, Humay ona hər şeyi danışıb, onun yalamağına baxmaq xoşuna gəlir. Onlar hər ikisi onu məcbur etmişdirlər ki, yenə də Humayın cinsiyyət orqanını yalasın və həmin oğlan öz telefonu ilə onun bir neçə videosunu çəkmişdir. Sonra isə o həmin videonu ona göstərərək demişdir ki, viodeonu ailəsinə göstərəcək və hamıya yayacaq, onu isə rüsvay edəcək. O yalvarmışdır ki, pozsun, o yenə də ona söyərək qışqırmışdır ki, əgər pul verməsə həmin videonu yayacaq. Həmin vaxt o onun ciblərini stolun üzərinə boşaltdırmışdır, üzərində olan 105 manat puldan 100 manatıni götürərək 5 mantıni ona vermişdir və demişdir ki, əgər ona yenə pul verməsə həmin videonu yayacaq və onu rüsvay edəcək. Sonra o onu hədələyərək buraxmışdır ki, onu gözləyəcək, pulu gətirsin. O getdikdən sonra o ona Təqsirləndirilən şəxs2 telefonu ilə zəng etmişdir ki, yenə ona pul versin. O isə demişdir ki, günü 7 manata işləyir, gözləsin yığıb verəcək. O isə onunla razılaşmışdır ki, hər ayın əvvəli ona 100 manat pul verməsə videonu hamıya yayacaq. Buna görə də o fevral ayının əvvəllərində maaşını və anasının təqaüdünü alaraq 100 manat pul aparıb Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onların yaşadıqları evin balkonunda onlara vermişdir və hətta Təqsirləndirilən şəxs2 orada onu hədələmişdir ki, “bax hər ay bu qədər gətir, az olmasın, yoxsa videonu hamıya göstərəcəyik, oğluna da verəcəyik”. O isə yalvarmışdır ki, hər ay pulu gətirəcək, heç kimə videonu göstərməsinlər. Bundan sonra mart ayının əvvəllərində o yenə də onların evinə gedərək 100 manat pulu onlara vermişdir və demişdirlər ki, “bax belə ağıllı ol heç nə olmayacaq”. Sonra isə mart ayının 20-də anası rəhmətə getdiyi üçün o bir müddət işə gedə biməmişdir və aprel ayında onlara demişdir ki, anası rəhmətə gedib, işləmir pulu yoxdur, onlar isə demişdirlər ki, “bu dəfə səni bağışlayırıq, amma may ayının 1-dən yenə də həmişə ki kimi davam edək”. O may ayının əvvəllərində anasının 40 deyilən yas mərasimində qohumların köməklik etdiyi puldan 70 manatını gizli götürərək aparıb onların yaşadıqları evin darvazasının yanında onlara vermişdir. Bundan sonra isə yenə də işinə başlamışdır və onlar ona zəng edərək demişdirlər ki, “bilirik işləyirsən, bu ay 100 manat da gətirərsən”. O isə məcbur qalaraq razılaşmışdır və may ayının əvvəllərində oğlu İqbal cərrahi əmliyyat olunması üçün tanışları Sevdimalıdan aldığı 500 manat puldan 100 manatını ondan alaraq aparıb Tərtər rayonu Təzəkənd kəndi yaxınlığında yerləşən kafedə Humay və Kamilə vermişdir, hətta orada Humay ona çay vermək istəsə də Kamil onu qorxuzaraq həmin kafeinin həyətini sulatdırmışdır sonra isə yenə də hədə-qorxu gəlmişdir ki, pulu gecikdirirsən, belə getsə videonu hamıya göstərəcəyik və orada bir daha videonu ona göstərərək xatırlatmışdır ki, pozamayıb video ondadır. Bundan sonra iyun ayının əvvəllərində o yenə də pulu düzəldə bilməmişdir və Təqsirləndirilən şəxs1 ona Humayın telefonu ilə zəng etmişdir ki, “pulu gətir”. O isə demişdir ki, “düzəldə bilməmişəm, hər ay belə alınmır, ailəm maaşımı bilir və pulu yığa bilmirəm”. O isə demişdir ki, onda bir dəfəlik 1000( min) manat pul gətir. Videonu pozum səninlə qurtaraq. O razılaşmışdır ki, çalışacaq elə də etsin. İqbal bankdan kredit götürüb may ayında Sevdimalıdan aldığı borcu qaytarmay istəmişdir. Buna görə də o İqbaldan xahiş etmişdir ki, krediti çox, yəni 1500 manat götürsün ki, 1000 manatını da ona versin. İqbal əvvəl əsəbləşmişdir ki, niyə borc etmişdir, o isə ona yalvarmışdır ki, ata-balayıq evdə bilməsinlər, özü krediti ödəyəcəkdir. İqbal sonda onunla razılaşmışdır və bankdan 1500 manat kredit götürərək 1000 manatını ona vermişdir. O isə həmin pulu aparıb kafedə Kamilə vermişdir və onlar videonu ona bir daha göstərək demişdilər ki, “sildik artıq səninlə qurtardıq”, sonra isə özlərinə məxsus VAZ 2102 markalı avtomobili göstərək gülüb demişdirlər ki, “maşını satıb sənin pulunu da üzərinə qoyub yeni maşın alacağıq, gələn dəfə gələndə səni də gəzdirərik”. Sonra isə o çıxıb getmişdir. İyul ayının əvvəllərində Kamil yenə də ona zəng edərək demişdiri ki, aylığın gecikir. O isə demişdir ki, “artıq sizinlə keçən ay razılaşaraq qurtarmışıq, videonu da silmisiniz, mən isə sizə verdiyim pulun əvəzində kredit ödəyirəm pulum yoxdur”. O isə demişdir ki, “videonu silməmişik ondan bizdə çoxdur, ağıllı ol və pulumuz gətir”. O əsəbləşərək ona demişdir ki, “siz məni bitirdiniz artıq pulum yoxdur”. O isə telefonda onu söymüşdür və yenə də hədə-qorxu gəlmişdir ki, “başına gələcəkləri özün istədin” və telefonu söndürmüşdür. Sonra isə bir neçə gün keçmiş oğlu İqbal əsəbi halda evə gələrək həmin videonu ona göstərmişdir və o olanları ona danışaraq onunla birlidə Polis şöbəsinə gəlmişdir və ərizə ilə müraciət etmişdir. Kamilə verdiyi pullardan əlavə də o müxtəlif vaxtlarda ona zəng edərək və “benzin pulum yoxdur deyərək” ondan 10-15 manat civarlarında pul almışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ***-***-**-** mobil telefon nömrəsindən ona zəng edərək və hədələyərək deyirdilər ki, “pul təcili çatmalıdır, əks halda videonu hamıya, o cümlədən ailənə göstərəcəyik”. Ümumlikdə isə 1470(bir min dörd yüz yetmiş) manat verdiyi pullar dəqiq yadındadır, Hazırda təqsirləndirilən şəxslərlə barışmış, heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun atasıdır. Atası uzun illərdir ki, Tərtər şəhəri mərkəzi bazarın arxasında yerləşən çörək sexində fəhlə işləyirdi. Təxminən yanvar ayınadək ailələrində hər şey qaydasında gedirdi. Belə ki, atası aldığı maaşını evlərinə gətirir, ailə büdcələrinə köməklik edirdi, həmçinin anası xəstə olduğundan onun müalicə olunmasına da köməklik edirdi. Həmçinin, o hər gün işdən çıxanda isə evlərinə işlədiyi sexdən çörək gətirirdi. Lakin, 2020-ci ilin yanvar ayından başlayaraq o nə evə çörək gətirmirdi, nə də maaşını neylədiyini bilmirdilər. Hər dəfə isə soruşanda müxtəlif bəhanələr gətirirdi. Buna görə hətta ailələrində bir neçə dəfə münaqişə də baş vermişdir. Bu uzun müddət idi ki, davam edirdi və onlar artıq düşünürdülər ki, atası ya hansısa qadınla qeyri-rəsmi yaşayır, ya da qumar oynayır. Hətta, atasının anası olan nənəsinin yas mərasimində yasdan yığılan pulun bir hissəsini də atası götürərək demişdir ki, “borcu var onu məcbur edirlər ki, qaytarsın”. Lakin, onlar onun nə borc etməsini bilməmişlər. Sonra isə 2020-ci ilin may ayında o tanışı Sevdimalıya olan borcunun əvəzinə bankdan kredit götürərək ona 500 manat verməli olmuşdur. Bu vaxt atası ona ikilikdə demişdir ki, onun borcu var və min manat pul lazımdır, ona yalvarmışdır ki, 1500 manat kredit götürərək 1000 manatını ona versin, özü ödəyəcəkdir. O əsəbləşsə də atası olduğundan, həmçinin söz verib ki, bu sondur, borcu qurtarır, ona görə də razılaşmışdır və 1500 manat kredit götürərək 1000 manatını ona vermişdir. 2020-ci ilin iyul ayının əvvəllərində o əhali arsında yayılmış videogörüntünü gördükdə dərhal atasının yanına getmişdir və ona məlum olmuşdur ki, o yanvar ayında işlədiyi çörək sexindən növbədən çıxdıqdan sonra Humay adlı qadın atasının iş yerinə yaxın yerə gəlib avtomobillə atasını götürüb. Həmin vaxt Humayın yanında atasının tanımadığı sonradan Goranboy rayon sakini Təqsirləndirilən şəxs1 olduğunu bildiyi oğlan da olub. Onlar atasıyla birgə Humayın yaşadığı evə gediblər. Orada bir müddət sonra atasıyla Humay intim münasibətdə olub. Bu vaxt Humay atasını videolentə çəkib. Həmin gündən sonra atasına Humay və həmin oğlan zəng edərək onlarda görüntünün olduğu, onlara pul verməyəcəyi təqdirdə həmin çəkmiş olduğu görüntünü yayacağını bildiriblər. Atası da qorxduğuna görə ona yanvar ayından etibarən hər ay pul verib. Ancaq iyun ayında onlara pul vermədiyinə görə Humay və həmin oğlan sözü gedən videogörüntünü internet şəbəkəsində və camaat arasında paylaşıblar. Onun da bu olanlardan sonradan xəbəri olmuşdur. Həmin videogörüntü yayılmazdan əvvəl atası Təqsirləndirilən şəxs2 və ya Təqsirləndirilən şəxs1 borcunun olamsı, eləcə də onun başına gələnlər barədə, ona hədə qorxu gəlinməsi bardə deməsə də sonradan danışmışdır. Atasıyla söhbət edəndə o hesablayaraq ona bildirmişdir ki, əvvəlcədən axıra kimi Humay və Kamil ondan 1470 manat pul alıblar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qohumudur və o həmişə onunla dərdləşir. Zərərçəkmiş şəxs sadəlöv, sakittəbiətli, bir az yüngülxasiyət, tezaldanan adamdır. Buna baxmayaraq qohumlar və tanışlar həmişə onunla zarafat edirlər, onun xətrini istəyirlər. Xüsusən Saday heç vaxt ondan heç nə gizlətmir və təxminən bir neçə ay əvvəl onun anası vəfat edəndə görmüşdür ki, o çox fikirlidir və ona təsəıli vermək istəmişdir. O isə ona dərdini danışaraq demişdir ki, başına elə bir iş gəlmişdir ki, anasının ölümü onun yanında heç nədir. O ondan soruşanda o ona heç kimə deməyəcəyi barədə and içdirərək baş verənləri danışaraq bildirmişdir ki, bütün Tərtər rayonu ərazisində yüngül həyat tərzi keçirərək fahişə kimi tanınanan Humay adlı qadın onunla intim münasibətdə olaraq videosunu çəkərək onunla qeyri-rəsmi nikahda yaşayan Kamil adlı Goranboylu oğlanla ona hədəqorxu gəlirlər ki, videonu yaycaqlar, polisə verəcəklər və ailəsinə göstərəcəklər, ondan vaxtaşırı pul alırlar, istədiklərini ona elətdirilər. O istəmişdir ki, bu işə qarışsın, o yalvarmışdır ki, qarışmasın, özü həll edəcək, hətta o ona demişdir ki, “kişisən çəkib-çəkib narahat olma”. O isə demişdir ki, “sən bilməzsən məndən əl çəkmirlər”. O ona demişdir ki, “axı sən kasıb adamsan, pulu hardan alırsan?”. O isə demişdir ki, “nəyim var alırlar, 5-10- 20-50-100, nə varsa alıralr, hətta işdən çıxanda müdür çörək verir onu da onlara aparıb verib evimə gedirəm, telefonumda kontur olan kimi Kamil adlı Goranboy rayonundan olan oğlan öz telefonuna köçürür”. Bu söhbətlərindən bir müddət keçmiş, təxminən iyul ayının əvvəllərində yaşadığı Yeni Qəsəbədə kafedə oturan zaman ətrafda olan tanışlar Saday haqqında xoşagəlməz sözlər danışmışlar. Həmin vaxt orada olanlar videogörüntünün yayıldığını demişlər. Ondan sonra onun da mobil telefonuna göndərmişlər. Videoya baxmış, həqiqətən də görüntüdə olan Zərərçəkmiş şəxs olmuşdur. Bütün olanları yuxarıda da qeyd etdiyi kimi Saday özü ona anasının yas mərasimində demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun əmisi nəvəsidir. O özü Tərtər rayonunda avtobus sürücüsü işləyir. Təxminən 03 iyul 2020-ci il tarixdə avtobus sürən zaman rayon mərkəzində yerləşən bazarın qarşısında olmuşdur. Bu vaxt tanıdığı adamlar videoya baxdıqlarını və həmin videodakı şəxsin Saday olduğunu demişlər. O da nə videosu olduğunu soruşmuşdur. Həmin vaxt sözü gedən görüntünü ona da göstərmişdilər. Görüntü Sadayın qeyri-təbii yolla rayon əhalisinin fahişə kimi tanıdığı Təqsirləndirilən şəxs2 ilə intim münasibəti ilə bağlı çəkilmişdi. Bundan sonra Sadayla görüşmüşdür və ondan nə baş verdiyini soruşmuşdur. O da olanlar barədə ona məlumat vermişdir ki, həmin videogörüntünü yayılmamağına görə Humay adlı qadın və onun yaşadığı Kamil adlı Goranboy rayonundan olan oğlan ondan pul istəmiş, yanvar ayından etibarən ona hər ay pul verdiyini demişdir. Amma iyun ayında pul vermədiyinə görə onlar ona xəbərdarlıq edərək vaxt qoymuşlar və videonu yaymışlar. Eyni zamanda bütün olanlar yuxarıda da qeyd etdiyi kimi olmuşdur, o yalnız videogörüntünü görəndən sonra ilk dəfə video yayılandan sonra Zərərçəkmiş şəxs bütün olanları eşitmişdir, sonra isə oğlu İqbal demişdir ki, neçə aydır ki, atası evə pul gətirmir, deyir ki, borcu var, anasının yasından pul götürüb, krediti aparıb onlara vermişdir. Zərərçəkmiş şəxs isə dəqiq nə qədər pul verməsini bilmir, lakin İqbal ona demişdir ki, 1500 manatadək pullarını alıblar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Diskə baxış keçirilməsi haqqında 04.07.2020-ci il tarixli protokoldan görünür ki, günün işıqlı vaxtı, boz divar örtüyü, divarda plazma markalı qara rəngli televizor olan otaqda Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxs yarıçılpaq vəziyyətdə, yəni, Təqsirləndirilən şəxs2 bədəni çılpaq, ayağında şabalıdı corab, Zərərçəkmiş şəxs isə əynində hərbi rəndə köynək olmaqla yarıçılpaq vəziyyətdə qeyri-təbii yolla cinsi əlaqədə olurlar. Belə ki, Təqsirləndirilən şəxs2 arxası üstə uzanmış və ayaqları qurşaxdan və dizdən qatlanmış vəziyyətdədir, Zərərçəkmiş şəxs isə onun cinsiyyət orqanını yalamaqla qeyri-təbii yolla cinsi əlaqədə olurlar. Həmin videoçəkiliş vaxtı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs ilə söhbət edərək onun adını çəkir, ona suallar verir, həyat yoldaşı ilə də bu cür cinsi əlaqədə olub-olmamasını soruşur və həmin videoçəkiliş bu şəkildə 1,45 dəqiqə davam edir. İş üzrə əhəmiyyət kəsb etdiyindən həmin disk zərfə qoyularaq möhürlənmiş və cinayət işini materiallarında saxlanılmışdır. Diskə baxış keçirilməsi haqqında 09.10.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** mobil nömrəsi, Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** mobil nömrəsi və Zərərçəkmiş şəxs məxsus ***-***-**-** mobil nömrəsi arasında zənglər aşkar olunmuşdur.Həmin zənglər 01.01.2020-ci il tarixdən 30.06.2020-ci il tarixədək Təqsirləndirilən şəxs2 mobil nömrəsi ilə Zərərçəkmiş şəxs mobil nömrəsi arasında, 18.06.2020-ci il tarixdə isə Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs arasında, eləcə də 01.01.2020-ci il tarixdən 04.07.2020-ci il tarxədək isə Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 mobil nömrələri arasında təkrarlanır və kifayət qədər onlar arasında danışıqlar olmuşdur.Eyni zamanda müəyyən olundu ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər dəfə Zərərçəkmiş şəxs zəng edərək mobil telefon vasitəsilə danışan zaman Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 mobil nömrələrinin anten dairələri eyni ünvanı göstərir.Xüsusən həömin videonun çəkildiyi vaxt yəni, 13.01.2020-ci il tarixdə də Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 mobil nömrələrinin an ten dairələri bütün gün boyu eyni anten dairəsini, yəni ünvan 1 ünvanını göstərir. İş üzrə əhəmiyyət kəsb etdiyindən həmin disk zərfə qoyularaq möhürlənmiş və cinayət işini materiallarında saxlanılmışdır. Tərtər rayon polis şöbəsinin 09.10.2020-ci il tarixli məktubundan görünür ki, əməliyyat tapşırıqları əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əlbir şəkildə mütəmadi olaraq Zərərçəkmiş şəxs əllərində olan rüsvayedici məlumat hesab etdikləri videogörüntünü yayacaqları ilə hədə-qorxu gələrək ondan pul almışdırlar. Buna baxmayaraq onların digər analoji cinayətlərdə iştiraklarının olub-olmaması, eləcə digər şəxslərin onlarla əlbirliklərinin olması müəyyən olunmamışdır. Tapşırığa əsasən müəyyən olunmuşdur ki, sözügedən dövr ərzində Təqsirləndirilən şəxs1 tərəfindən ***-***-**-** azərsel mobil nömrəsi, Təqsirləndirilən şəxs2 tərəfindən ***-***-**-** azərsel mobil nömrəsi, Zərərçəkmiş şəxs tərəfindən isə ***-***-**-** mobil nömrəsi istifadə olunmuşdur ki, bununla bağlı olaraq 08 avqust 2020-ci il tarixdə Tərtər rayon məhkəməsi tərəfindən “Texniki vasitələrdən informasiyaların çıxarılması barədə” 5(061)14/2020 nömrəli qərar qəbul olunaraq 01 yanvar 2020-ci il tarixdən 05 iyul 2020-ci il saat 00:00-a qədər olan müddət ərzində həmin nömrələr ararsında olan giriş-çıxış zəngləri, anten dairəsi və s. məlumatlar əldə olunmuşdur. "Üzləşdirmə haqqında” 07.07.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs arasında üzləşdirmə dindirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs 2020-ci ilin yanvar ayında Təqsirləndirilən şəxs2 ilə əlbir olaraq özünün Təqsirləndirilən şəxs2yla qeyri-təbii yolla intim əlaqəsini videogörtüyə çəkərək özünə nümayiş etdirdikdən sonra 2020-ci ilin yanvar ayından iyul ayınadək müddət ərzində əlbir şəkildə həmin videogörüntünü ailəsinə göstərəcəkləri, polisə verəcəkləri və internetdə paşylaşacaqları ilə ona hədə-qorxu gələrək ondan pul almalarını, ona müxtəlif işlər gördürdüklərini Təqsirləndirilən şəxs1 üzünə qarşı demişdir. "Üzləşdirmə haqqında” 07.07.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə dindirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə zamanı Təqsirləndirilən şəxs2 Bəhrəm qızı 2020-ci ilin yanvar ayında Zərərçəkmiş şəxs onunla qeyri-təbbi yolla intim əlaqəsini videogörtüyə çəkərək özünə nümayiş etdirdikdən sonra 2020-ci ilin yanvar ayıından iyul ayınadək müddət ərzində tək başına həmin videogörüntünü ailəsinə göstərəcəyi, polisə verəcəyi və internetdə paşylaşacağı ilə Zərərçəkmiş şəxs hədə-qorxu gələrək ondan pul almasını, ona müxtəlif işlər gördürdüyünü Təqsirləndirilən şəxs1 üzünə qarşı demişdir. "Üzləşdirmə haqqında” 05.10.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə dindirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs 2020-ci ilin yanvar ayında Təqsirləndirilən şəxs1 ilə əlbir olaraq özünün onunla qeyri-təbbi yolla intim əlaqəsini videogörtüyə çəkərək özünə nümayiş etdirdikdən sonra 2020-ci ilin yanvar ayıından iyul ayınadək müddət ərzində əlbir şəkildə həmin videogörüntünü ailəsinə göstərəcəkləri, polisə verəcəkləri və internetdə paşylaşacaqları ilə ona hədə-qorxu gələrək ondan pul almalarını, ona müxtəlif işlər gördürdüklərini Təqsirləndirilən şəxs2 üzünə qarşı demişdir. Ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 17.09.2020-ci il tarixli 527/237 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ona qarşı törədilən qanunzidd əməllərin mahiyyətini dərk edərək həmin vaxt öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini dərk etmək iqtidarında olmuşdur. Ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 17.09.2020-ci il tarixli 528/238 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 cinayət əməlini törədən zaman öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini dərk etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs2 əməli AR CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hazrıda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 17.09.2020-ci il tarixli 529/239 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 cinayət əməlini törədən zaman öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini dərk etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs1 əməli AR CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hazrıda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Goranboy Rayon Mərkəzi X7 Şəxsin 04.09.2020-ci il tarixli 829 saylı arayışından görünür ki, Bayramov X5 Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin ruhi-əsəb kabinetində dispanser qeydiyyatında yoxdur. Tərtər Rayon Mərkəzi X7 Şəxsin 15.09.2020-ci il tarixli 944 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs2 Tərtər Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin ruhi-əsəb kabinetində dispanser qeydiyyatında yoxdur. Kəlbəcər Rayon Mərkəzi X7 Şəxsin 17.09.2020-ci il tarixli 186 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs2 və Əliyev X6 Rayon Mərkəzi Xəstəxanası poliklinika şöbəsinin ruhi-əsəb kabinetində dispanser qeydiyyatında yoxdurlar. Goranboy rayon Düzqışlaq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 24.07.2020-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Goranboy rayon Düzqışlaq kəndində anası X2, bacısı X9. Bacısı övldaları X10 və X13 ilə birlikdə yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Tərtər şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 06.08.2020-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Tərtər şəhəri H.Cavid küçəsi ev 06-da qeydiyyatdadır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Vətən Müharibəsi Veteranlar birliyi Tərtər rayon Şöbəsinin 23.04.2021ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı Tərtər şəhərində yerləşən evi 2020-ci ildə ikinci Qarabağ müharibəsi zamanı ermənilər tərəfindən atılan mərmilər nəticəsində dağılmışdır. “Şübhəli şəxsin tutulması haqqında” 04.07.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Tərtər Rayon Məhkəməsinin 06 iyul 2020-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 04 iyul 2020-ci il tarixdən hesablanmışdır. “Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” 18.08.2020-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışı və cinayət işinə əlavə edilmiş hökmün surəti ilə müəyyən edilir ki, Bayramov X5 Rayon Məhkəməsinin 17.03.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1,177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 26.04.2019-cu il tarixli qərarı ilə cəzası 03 il 03 aya endirilmiş və 10.08.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışı müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 hazırda məhkumluğu yoxdur. “Sübutların qiymətləndirilməsi haqqında” 11.10.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən ərizəsinə qoşma olunaraq verilmiş bir ədəd CD-R disk və CAB-dən daxil olmuş telefon məlumatları barədə bir ədəd CD-R disk iş üçün əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmış və onlara qarşı şikayət, tələbi yoxdur. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində cinayət tərkibi vardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 182.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham üzrə özünü təqsirli bilməyərək, Zərərçəkmiş şəxs hədə-qorxu gələrək pul tələb etmədiyini, ondan pul almadığını bildirsə də, eləcə də digər Təqsirləndirilən şəxs2 da ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 182.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham üzrə özünü təqsirli bilməyərək, Zərərçəkmiş şəxs heç bir hədə-qorxu gələrək pul tələb etmədiyini, ondan pul almadığını və cinayəti Təqsirləndirilən şəxs1 tək törədərək Zərərçəkmiş şəxs hədə-qorxu gələrək pul tələb etdiyini və bütün pulları onun aldığını qeyd edsə də, məhkəmə onların bu ifadələrini məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs və şahidlərin ifadələrini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını əsas götürərək həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut növü kimi qəbul etmir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 182.2.1-ci maddəsi ilə, düzgün tövsif edilmiş, qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 182.2.1ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətdiklərindən həmin maddə təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzər alır. Bayramov X5 Rayon Məhkəməsinin 17.03.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1,177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 26.04.2019-cu il tarixli qərarı ilə cəzası 03 il 03 aya endirilmiş və 10.08.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur.Təqsirləndirilən şəxs1 hazırda ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 182.2.1-ci maddəsində nəzərdə tutulan əməli 2020-ci ilin yanvar ayında törətmişdir. Belə olan halda Təqsirləndirilən şəxs1 əvvəl törətdiyi cinayətə görə məhkumluğu, hazırda ittiham olunduğu CM-in 182.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyi zaman ödənilmədiyindən əməlində cinayətlərin residivi yaranmışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivinin olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlinin xarakterini, ictimai təhlükəliliyini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmasını və CM-nin 65-ci maddəsinin tələblərini nəzərə alaraq, təqsirləndirilən şəxsə ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyası hədlərində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun hesab etməklə cəzanın məqsədlərinə və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, məcburi köçkün olmasını, Tərtər şəhərində yerləşən evinin 2020-ci ildə ikinci Qarabağ müharibəsi zamanı düşmən tərəfindən atılan mərmilər nəticəsində dağılmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzər alır. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-in 62-ci maddəsinə əsasən cinayətin məqsəd və motivi, təqsirkarın cinayət törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddəndə az cəza təyin edilə bilər. Həmin maddənin 62.2-ci maddəsində göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmuyu müstəsna hal hesab edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, məcburi köçkün olmasını, Tərtər şəhərində yerləşən evinin 2020-ci ildə ikinci Qarabağ müharibəsi zamanı düşmən tərəfindən atılan mərmilər nəticəsində dağılmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, cəzasını ağırlaşdıran halın olmamasını, şəxsiyyətini ailə və sosial vəziyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, törətdikləri cinayətin məqsəd və motivini, cinayətin törədilməsində rolunu nəzərə alaraq hesab edir ki, cəzasını yüngülləşdirən halların məcmuyu müstəsna hal kimi qiymətləndirilməli və Azərbaycan Respublikası CM-in 62-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi qanuni, ədalətli və əsaslı hesab etməklə, cəzanın məqsədinə və cəzanın məqsədlərindən olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Onlar barəsində ibtidai istintaq zamanı seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və yaşayış yeri olan Tərtər və Bərdə rayonlarının hüdudlarını tərk etməmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut olan Zərərçəkmiş şəxs tərəfindən ərizəsinə qoşma olunaraq verilmiş bir ədəd CD-R disk və CAB-dən daxil olmuş telefon məlumatları barədə bir ədəd CD-R disk iş üçün əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri, mülki iddia və xüsusi müsadirə tətbiq olunacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə çəzaçəkmənin başlanğıcı şübhə edilən şəxs qismində tutulduğu, 04 iyul 2020-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.1-ci maddəsi təqsirli bilinsin və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona 02 (ik) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində ibtidai istintaq zamanı seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşadığı və qeydiyyatda olduğu yer üzrə Tərtər Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 üzərinə elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və yaşayış yeri olan Tərtər və Bərdə rayonlarının hüdudlarını tərk etməmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. İş üzrə maddi sübut hesab edilən Zərərçəkmiş şəxs tərəfindən ərizəsinə qoşma olunaraq verilmiş bir ədəd CD-R disk və CAB-dən daxil olmuş telefon məlumatları barədə bir ədəd CD-R disk iş üçün əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxslərə isə onlara hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-66/2021
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-66/2021
08.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver