Məhkəmə qərarları › İş №1(100)-66/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-66/2023

21.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-66/2023 21.09.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Rüstəmov Elmin İltizam oğlu və X2 ibarət tərkibdə, X15, X21, X6 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X16, müdafıəçi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X7, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 2001-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməsinə, yəni digər şəxsi xuliqanlıq niyyəti ilə qəsdən həyatdan məhrum etməsnə görə ittiham verilmişdir Belə ki, istintaqın gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə M.Xələfov küçəsinin kəsişməsində yerləşən “Avro” çay evinin yaxınlığında olan ödəmə terminalının qarşısında əvvəllər tanıdığı X28 ilə təsədüfən qarşılaşaraq, yuxarıda adı qeyd olunan çay evinə daxil olduqdan sonra sonuncunun ondan siqaret almaq üçün pul istəyib əvəzində narkotik vasitə təklif etməsini özünə qarşı təhqir hesab edib qəzəblənərək, ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərib həmin məsələni sakit formada aydınlaşdırmaq əvəzinə, öz şəxsiyyətini Abbas Əliyevin şəxsiyyətinin fövqündə qoyub özünün uydurma mülahizələrini cinayət törətmək üçün bəhanə edib heç bir əsaslı səbəb olmadan sonuncunu qəsdən öldürmək qərarına gələrək, Abbas Əliyev ilə mübahisə edib, məsələni aydınlaşdırmaq üçün sonuncunu çay evindən kənara çıxararaq yaxınlıqda kənar şəxslərin olmamasını öz cinayətkar niyyətini həyata keçirmək üçün əlverişli şərait kimi qiymətləndirib, həmin zaman Abbas Əliyevə yumruq zərbəsi vurmaqla sonuncunun sağ təpə-ənsə nahiyəsinin yumşaq toxumalarına qansızma kimi ölümündən əvvəl bərk küt əşyanın təsiri nəticəsində əmələ gələn canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlər kimi qiymətləndirilən dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, daha sonra üzərində gəzdirdiyi, istintaqa məlum olmayan, deşici-kəsici xassəli bıçaqla qəsdən bir bıçaq zərbəsi endirməklə Abbas Əliyevin ölümünə bilavasitə səbəb olan döş qəfəsinin sol yarısının ön səthində yerləşən, sol döş boşluğuna keçərək ürəyin sol qulaqcığını və sol ağciyəri zədələyən və həyat üçün təhlükəli olan həyati xəsarət yetirməsi ilə əmələ gələn sağlamlığa ağir zərər vurmaya aid edilən, daxili və xarici qanitirmə ilə nəticələnən xəsarət yetirib, xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsi qəsdən həyatdan məhrum etməklə öldürmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhərində tutulub Gəncə şəhərinə gətirilən zaman polis əməkdaşları tərəfindən ona qarşı psixi təsir olunduğundan və həyəcanlı olduğundan şübhəli və təqsirləndirlən şəxs qismində verdiyi ifadələrin bəzi hissələrində düzgün ifadə vermədiyindən həmin ifadələrini təsdiq etmir və məhəkəmə istintaqı zamaanı verdiyi ifadəsini əsas götürməyi məhkəmədən xahiş edir. Təqsirləndirlən şəxs ifadəsində göstərmişdir ki,hadisə çayxanada baş vermişdir. Hadisənin baş verməsinə səbəb çayxanada olan zaman Abbasın özündə olan narkotik vasitə dərman həblərinin ona təklif etməsi səbəbindən aralarında yaranmış mübahisə olmuşudur.Belə ki, o, Abbasın narkotik vasitələrin satışı ilə məşğul olmasını bilmiş buna etiraz etdikdə isə həmişə Abbas onu təhqir edərək eyni sözləri təkrar etməklə onunla mübahisə etmişdir. O, hadisə günü Abbasın ona narkotik vasitə təklif etməsindən qəzəblənmiş və aralarında olan mübahisəni həll etəmk üçün Abbasa çölə çıxmasını və mhbahisəni çoldə həll etməsini demişdir. Abbas öndə, o isə Abbasın arxasınca çölə çıxmış və iki tikilinin arasında qaranlıq olan keçidə gedərək mübahisəni orada davam etdirmişlər. Abbas onu nalayiq söyüşlərlə təhqir etdiyindən, onların arasında olan mübahisə davaya çevrilmiş o, Abbasın üz nahiyəsindən bir dəfə yumruqla vurmuş, Abbas da ona bşından yumruq vurmuşdur.Abbas ona yumruq vurduqdan sonra çayxananın yan tərəfində olan tikililərin arasından keçidə gedən zaman üzərində olan bıçağı çıxarmış, onu nalayiq söyüşlərlə təhqir edərək bıçağı ona tərəf tutaraq hədələmişdir.Qarşılıqlı dalaşma zamanı o,Abbasın əlindən bıçağı almış özünü müdafiə və Abbasın müqavimətini qırmaq məqsədi ilə sonuncunun qoluna xəsarət yetirmək məqsədi ilə (01) bir dəfə bıçaq zərbəsi vurmaq istəsə də, zərbə Abbasın sol çiyin nahiyyəsinə dəymişdir.Abbası vurduqdan sonra sonuncunun əlindən narkotik vasitə olan dərman həblərini almış, həmin dərman həblərindən istifadə etmədiyindən və hadisə vaxtı şok vəziyyətində olduğundan dərmanları xatırlamadığı yerə atmışdır. Hadisə baş verən zaman Abbas və o, ayaq üstə olmuş, Mirzəli isə onları ayırmağa çalışmışdır. Bıçaq zərbəsini vurduqdan sonra Abbas Ş.İ.Xətai prospekti istiqamətində yola tərəf çıxmış, o və Mirzəli isə əks tərəfə binaların arasına tərəf keçmişdir. Binaların arasında olan zaman Mirzəli ondan ayrılaraq Abbasın yanına getmiş, o isə binaların arasından keçərək Abbas Səhhət xəstəxanasının qarşısına tərəf getmişdir. X35 şəhər Abbas Səhhət xəstəxanasının yanında “Oba” marketin qarşısında xatırlamadığı taksiyə əyləşdirərək taksi sürücüsünə nəsə demiş və ona tərəf gəlmişdir. Həmin vaxt o uzaqda Ş.İ.Xətai prospektinin əksi istiqamətində getmişdir. Mirzəli Abbası orada əyləşdirdəkdən sonra ona tərəf gəlmiş və birlikdə yaşayış evi istiqamətində Gəncə şəhər Dəyirman dairəsinin yaxınlığına gedərək orada ayrılmışlar.Onun Abbası öldürmək niyyəti olmamışdır.Abbas onun başından yumruqla vurduğundan o əsəbələşmiş və Abbasa sonuncunu bçağı ilə bir bıçaq zərəbəi vurmuşudr. Abbası öldürmək istəsəydi ona daha sox bıçaq zərəbələr vurar və onu öldürərdi. Məhkəmədən barəsində ədalətli hökm çıxarılmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, X28 onun əri olmuşdur. Abbas Əliyevin anası Sürayə Əliyeva, atası isə Əziz Əliyev olmuş, başqa qardaş və ya bacısı olmamışdır. Abbas övladlığa götürülmüş, Əziz Əliyev və Sürayə Əliyevanın övladları olmadığından Abbası körpə vaxtından götürüb saxlamışlar. Onlar eyni məhəllədə yaşamış, X39 Əliyeva ilə eyni məktəbdə təhsil almış, rəsmi olaraq xx.xx.2011-ci il tarixdə Abbasla evlənmişdir. Həmin evlilikdən X10, X22, X17, X18 adlı dörd övladları olmuşdur. Abbas əvvəllər namaz qılan, dindar, xoş təbiətli insan olmuş, daha sonralar təxminən 2019-2020-ci il tarixlərdən başlayaraq narkotik vasitələrin istifadəsinə başlamışdır. Narkotik vasitlərədən istifadə etdikdən sonra ətrafdakılara qarşı münasibəti tamam dəyişmiş, evdə olan bütün əşyaları sataraq ona məlum olmayan mənbədən narkotik almaqla istifadəsiylə məşğul olmuşdur. Abbas Əliyev həmin vaxtlarda evdə tez-tez onunla və övladları ilə dava-dalaş etmiş, bu səbəbdən o 22 aprel 2022-ci il tarixdən etibarən Abbas ilə tamamilə əlaqələrini kəsərək övladları ilə birlikdə atası Camal Qafarovun evinə getmiş və 03 dekabr 2022-ci il tarixədək sonuncuya məxsus ünvan 2 ünvanda yaşamışdır. 03 dekabr 2022-ci il tarixdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə övladları ilə birlikdə yerləşmiş və övladları ilə birlikdə orada yaşamışlar. Abbas Əliyev 2022-ci ilin noyabr ayında yaşadığı Gəncə şəhəri, V.Xuluflu küçəsi, 1-ci döngə, 79A nömrəli evi yandırmışdır. Evi yandırmaqda məqsədi həmin ev sığortalı olduğundan dövlət tərəfindən veriləcək sığorta pulunu götürmək olmuşdur. Evi yandırdıqdan sonra heç bir pul əldə edə bilməmiş, tüfeyli həyat tərzi sürməklə həmin yanmış evin hamam otağından betonun üzərində kardon yerləşdirməklə yatmışdır. Abbas Əliyevin telefonu olmamış, əlində olan bütün əşyaları satmaqla narkotik vasitə əldə edərək istifadə etmişdir. Abbas Əliyevin anası Sürəyya Əliyevə xx.xx.2017-ci il tarixdə, atası Əziz Əliyev isə 23 aprel 2019-cu il tarixdə ölmüşlər. O, 24 mart 2022-ci il tarixdə Abbasın Emil adlı şəxs tərəfindən bıçaqlanaraq öldürüldüyünü bilmişdir. 22 aprel 2021-ci il tarixdə Abbas Əliyevdən ayrıldıqdan sonra ona və övladlarına hədə-qorxu gəlmiş, buna görə də həyatları üçün təhlükə yaradacağından qorxduqları üçün övladları ilə birlikdə Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə yerləşmişlər. Təqsirləndirilən şəxs ümumiyyətlə tanımamış, onun ilə Abbas Əliyev arasındakı münasibət barədə məlumatı olmamışdır. xx.xx.2022-ci il tarixdə Abbas Əliyevin ölümü ilə nəticələnən Təqsirləndirilən şəxslə arasında olan münaqişənin hansı səbəbədən başlanması barədə məlumatı olmamışdır. Abbas Əliyev heç bir işlə məşğul olmamış, tüfeyli-həyat tərzi keçirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2020-ci ilin yay aylarında Rafael adlı şəxslə tanış olmuş, Rafael yetim olmaqla Gəncə şəhəri Ü.Hacıbəyov küçəsində Dost qapısı restoranının qarşısındakı binanın 3-cü mərtəbəsində tək yaşamışdır. Rafaellə yaxşı münasibətləri olmuşdur. 2022-ci ilin mart ayının əvvəllərində atası Qorxmazla arasında sözlü mübahisə olmuş və evi tərk edib, Rafaelin yanında qalmışdır. Həmin vaxt Rafaelin evinə gəlib-gedən Emil adlı qonşusu ilə tanış olmuş və Emilin narkotik vasitə istifadə etməsini eşitdiyinə görə Rafaellə münasibət saxlamasına mane olmağa çalışmışdır. 23 mart 2022-ci il tarixdə şəhərdə olan zaman saat 10 radələrində Emil ona zəng edərək, Rafaelin onu evə buraxmadığını, xalasının evdə olduğunu bəhanə etdiyini, Mirzəlinin evə gəlməyini dedikdən sonra, o taksi ilə Rafaelgilə gəlmişdir. Həmin vaxt Emil binanın qarşısında dayanmış və o çatandan sonra Emil ona yenədə Rafaelin onu evə buraxmadığını dedikdə o, Emilin oradan uzaqlaşması üçün yalandan Rafaelin xalasının evdə olmasını demişdir. Bu zaman Emil ondan dərman (tramadol) satan tanışının olub-olmamasını soruşmuş, o da bu barədə məlumatının olmadığını demişdir.Daha sonra Emil Ruslan adlı şəxsdən narkotik vasitə əldə etmək üçün “Əminə” marketin yaxınlığına getməyini təklif etmiş, o isə Emili oradan uzaqlaşdırmaq üçün və narkotik vasitə almaq fikrindən yayındırmaq üçün sonuncu ilə birlikdə Abbas Səhhət xəstəxanasının yaxınlığına getməyi təklif etmiş və birlikdə Abbas Səhhət adına xəstəxana istiqamətində getmişlər. Həmin vaxt narkotik vasitə satan Ruslan adlı şəxsin nömrəsinə o və Emil zəng etsələr də Ruslan telefona cavab verməmişdir. 23 mart 2022-ci il tarixdə saat 23 radələrində həmin çayçı bağlandığından Emillə birlikdə küçəylə evə getmişlər. O “Əminə” marketin qarşısında dayanan narkotik vasitə satan Ruslanla Emilin görüşməməsindən ötrü işıqforun yaxınlığında yerləşən çayçının ayaqyolundan istifadə etmək üçün həmin çayçıya gedərək vaxt qazanmaq istəmiş, bu zaman işıqforun yaxınlığında olan ödəmə terminalının qarşısında Emil əvvəllər tanıdığı Abbas adlı şəxslə görüşmüşdür. Daha sonra o çayçının ayaqyolundan istifadə etmək üçün 2-ci mərtəbəsinə qalxmış, bu zaman Təqsirləndirilən şəxs də onun arxasınca gəlmişdir. O, Emillə birlikdə çay içmmiş, bu Abbas Əliyev də çayçıya girərək, onların əyləşdiyi masaya yaxınlaşıb, “olarmı çayınızdan bir stəkan içim” demişdir. O, ona bir stəkan gətirərək masada əyləşə biləcəyini bildirmiş, Abbas da stəkan gətirərək masada onun yanında əyləşmiş və Emillə söhbət etməyə başlamışdır. O həmin vaxt telefonla məşğul olmuş, 1-2 dəqiqə sonra Emillə Abbasın sözlü mübahisəsi olmuşdur. O, Emilə səs-küy salmamasını kənarda insanlar əyləşdiyin dediyindən Abbas durub çayçıdan çıxmış, Emil də çayçıdan çıxmışdır. O da çayçıdan çıxanda, çayçıdakı orta yaşlı bir kişi ona “Abbas xəstə, bədbəxt adamdı onu yola versin” demişdir. O, isə narahat olmamasını deyib çölə çıxmış, bayırda heç kimi görməmiş, çayçının yanına getdikdə Abbasla Emilin əlbəyaxa dalaşdıqlarnı və Emilin Abbası yumruqla vurduğunu ,Abbasın da Emilə başından yumruq vurduğun görmüşdür. O da Abbasın hücum etdiyini fikirləşib, Abbası itələmiş və ardıyla Emili tutub aralamışdır. Bu zaman Abbasa çıxıb getməsini demiş, həmin vaxt Emil arxadan gəlmiş, sağ əliylə Abbasın sol tərəfindən bıçaqla vurmuşdur.O, araya girərək Emili kənara çəkmiş, Abbasın artıq Emilin üstünə gəlmədiyini gördükdən sonra binaların arasıyla Emili aparmışdır. Bu zaman Emil ona Abbası bıçaqla vurduğunu demiş ,onun Abbasa yumruq vurduğunu və Abbasın da ona yumruq vurduğunu özünə sığışdırmayaraq bu səbəbdən onu Abbası vurduğunu ona demişdir. Bıçağı cibinə qoyanda, Abbasın vəziyyətindən narahat olmuş, Emilə gəlməməsini demiş, Abbasın yanına qayıtmış, Abbasın qoluna girərək Gəncə şəhər Abbas Səhhət adına xəstəxanaya aparmaq istədikdə Abbas ona “Niyə bu cavanlar belədi deyərək” sol qolunu sirkələdikdə qolundan xeyli qan yerə tökülmüşdür. O,həmiş vaxt Abbası tezliklə xəstəxanaya çatdırmağa çalışmışdır. Daha sonra Gəncə şəhər Abbas Səhhət adına xəstəxananın yaxınlığında yerləşən “Oba” market istiqamətində Emilin yenidən Abbasa xəsarət yetirməsinin qarşısının alınması üçün o, Emili kənara çəkmişdir. Bu zaman Abbası xəstəxanaya çatdırmaları üçün yaxınlıqdakı olan yaş asfalt rəngli taksinin kök yaşlı sürücüsündən xahiş etmişdir. Emilə atasına zəng vuraraq Abbasa tibbi yardım göstərməsi üçün köməklik etməsini demiş, daha sonra Emili yaşayış binaları istiqamətində gətirmiş və atasına bu barədə məlumat verməsini tələb etmişdir. Emil atası ilə telefonla danışmaq üçün ondan uzaqlaşmış, daha sonra onu görməmişdir. O bundan sonra dostluq münasibətində olduğu Rəfailin evinə getmiş, gecə bir neçə dəfə Emilə zəng etmiş, lakin sonunucu telefonu açmamışdır. xx.xx.2022-ci il tarixdə gecə 01-02 radələrində Emil ona zəng vurmuş bu barədə heç kimə məlumat verməməsini, aradan çıxmasını bildirmiş onun tutulduğu halda özünün də tutulacağını bildirmişdir. O, gecə radələrində 102 çağrı mərkəzinə zəng vurmuş və baş vermiş hadisə ilə bağlı məlumat vermişdir. O, hadisənin baş vermə səbəbini dəqiq bilməmiş, amma Emil ona Abbasa yumruq vurduğun və qarşılıqlı olaraq Abbasın da ona yumruq vurduğun və bunu özünə sığışdırmayaraq bu səbəbdən Abbası bıçaqla vurduğunu ona demişdir. Emil və Abbas hadisə zamanı ona heç bir xəsarət yetirməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 23 mart 2022-ci il tarixdə axşam radələrində o, dostları Ruslan Əsədov və Xəyal Məmmədov ilə birlikdə, Xəyalın vaz 2107 markalı avtomobilini Gəncə şəhəri, M.Xələfov küçəsində yerləşən “Oba” marketin qarşısında saxlamaqla Ruslan Əsədova məxsus Hunday Sonata markalı avtomobillə domino oynamaq məqsədi ilə kafeyə getmişlər. Həmin gün, yəni 23 mart 2022-ci il tarixdə təxminən gecə saat 23:30 radələrində artıq geriyə qayıdaraq Xəyal Məmmədovu maşının yanına düşürmək məqsədi ilə yenidən Gəncə şəhəri, M.Xələfov küçəsində “Oba” marketin qarşısına getmişlər. Həmin zaman “Oba” marketin qarşısında olan işıq dirəyinin yanında Abbası Əliyevi görmüşdür.Yaxın ərazilərdə yaşadığından Abbas Əliyevi kiçik yaşlarından tanımışdır. Həmin vaxt Abbasın oturduğu yerdə qan izlərinin olduğunu gördüyündən ona yaxınlaşmışdır. O,Abbasa yaxinlaşanda sonuncunu sol çiyin nahiyəsinin qana bulaşdığını görmüş və dərhal TTY-ə zəng vurmuş təcili yardım çağırmışdır. TTY gələrək Abbas Səhhət adına xəstəxanaya aparmış, bir müddət sonra Abbasın xəstəxanada öldüyünü billmişdir. Abbası görən zaman, Abbas sağ olmuş, onun vəziyyəti ağır olduğuna görə danışmağa çətinlik çəkdiyindən kim tərəfindən ona xəsarət yetirildiyi barədə məlumat verə bilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 24 mart 2022-ci il tarixli tərtib olunmuş hadisə yerinə baxış keçirilməsi protokolundan görünür ki, hadisə yeri – M.Xələfov küçəsində yerləşən Abbas Səhhət adına xəstəxana ilə üzbəüz dayandıqda sol tərəfdə yanında yerləşən 4 (död) mərtəbəli binanın küçəyə baxan hissəsinin önüdür. Şahid3 göstərməsinə əsasən Abbas Əliyevi yaralı vəziyyətdə gördüyü yer həmin binanın 1-ci (birinci) mərtəbəsində yerləşən “Oba” marketin qarşısıdır. Şahid3 dediyi yerə baxdıqda səkidən asfalt örtüyü üzərinə üfüqi vəziyyətdə axıntı halında 46x16 sm ölçüdə qanabənzər ləkələr aşkar edildi. Həmin qanabənzər ləkə şərti olaraq “ 1 “ rəqəmi ilə nömrələnməklə qanunamüvafiq şəkildə qablaşdırılaraq götürüldü. Qeyd olunan M.Xələfov küçəsinin eni 22 m, səki hissəsinin eni isə 1.57 m-dir. Binanın küçəyə baxan hissəsi ilə üzbəüz dayandıqda binanın sağ küncündən “ 1 “ rəqəmi ilə nömrələnmiş qanabənzər ləkəyə qədər olan məsafə 26.52 m-dir. Səki üzərinə quraşdırılmış küçə işıqlandırılması üçün nəzərdə tutulan işıq dirəyindən qanabənzər ləkəyə qədər məsafə isə 2.18 m-dir. Ətrafa vizual baxış keçirildikdə qeyd olunan “ 1 “ rəqəmi ilə nömrələnmiş qanabənzər ləkələr olan yeri çəkə biləcək “Oba” marketin qarşısında olan müşaidə kamerasının olduğu müəyyən olunmuş, şərti “ 1 “ rəqəmi ilə adlandırılmış qana bənzər ləkədən Ş.İ.Xətai pr. istiqamətində yolun eyni tərəfində 46.82 m məsafədə səkidən 15 sm aralıda asfalt örtük üzərində 48x33 sm ölçüdə damcılar şəklində qanabənzər ləkələr aşkar edildi. Həmin qanabənzər ləkələr şərti olaraq “ 2 “ rəqəmi ilə nömrələnməklə qanunamüvafiq şəkildə qablaşdırılaraq götürüldü. Binanın küçəyə baxan hissəsi ilə üzbəüz dayandıqda həmin binanın sol küncündən qanabənzər ləkəyə qədər olan məsafə 18.73 m-dir. Səki üzərində quraşdırılmış küçənin işıqlandırılması üçün nəzərdə tutulan işıq dirəyindən isə 1.31 m məsafədə, şərti “ 2 “ rəqəmi ilə adlandırılan qanabənzər ləkədən 21.27 m məsafədə yolun digər tərəfində asfalt örtük üzərində damcılar şəklində qanabənzər ləkələr aşkar edildi. Həmin qanabənzər ləkə şərti olaraq “ 3 “ rəqəmi ilə nömrələnməklə qanunamüvafiq şəkildə qablaşdırılaraq götürüldü. Səki üzərində quraşdırılmış küçənin işıqlandırılması üçün nəzərdə tutulan elektrik dirəyindən həmin qanabənzər ləkələrə qədər olan məsafə 7.09 m məsafədə,şərti “ 3 “ rəqəmi ilə adlandırılan həmin qanabənzər ləkədən şimal-şərq istiqamətində 6.12 məsafədə damcılar şəklində qanabənzər ləkələr aşkar olundu. Həmin qanabənzər ləkə şərti olaraq “ 4 “ rəqəmi ilə nömrələnməklə qanunamüvafiq şəkildə qablaşdırılaraq götürüldü. Səki üzərində quraşdırılmış küçənin işıqlandırılması üçün nəzərdə tutulan elektrik dirəyindən həmin qanabənzər ləkələrə qədər olan məsafə 6.32 m məsafədə , şərti olaraq “ 4 “ rəqəmi ilə adandırılan həmin qanabənzər ləkədən Ş.İ.Xətai pr. istiqamətində 4.33 m məsafədə, səki ilə 3.37 m aralıqda qanabənzər ləkələr aşkar edilmişdir. Həmin qanabənzər ləkələr şərti olaraq “ 5 “ rəqəmi ilə nömrələnməklə qanunamüvafiq şəkildə qablaşdırılaraq götürülmüşdür.Şərti “ 5 “ rəqəmi ilə adlandırılan həmin qanabənzər ləkədən Ş.İ.Xətai pr. istiqamətində 79.54 m məsafədə “Buta” apteklə üzbəüz dayandıqda sol küncündən 4.82 m məsafədə qanabənzər ləkələr aşkar edilmiş və həmin qanabənzər ləkələr şərti olaraq “ 6 “ rəqəmi ilə nömrələnməklə qanunamüvafiq şəkildə qablaşdırılaraq götürülmüşdür.Şərti olaraq “ 6 “ rəqəmi ilə adlandırılan həmin qanabənzər ləkədən Ş.İ.Xətai pr. istiqamətində 15.93 m məsafədə, M.Xələfov küçəsi ilə Ş.İ.Xətai pr.-nin kəsişməsində yerləşən tikilinin yaxın küncündən 2.47 m məsafədə yerləşən qanabənzər ləkələr aşkar edilmiş və həmin qanabənzər ləkələr şərti olaraq “ 7 “ rəqəmi ilə nömrələnməklə qanunamüvafiq şəkildə qablaşdırılaraq götürülmüşdür. Ətrafa vizual baxış keçirildikdə M.Xələfov küçəsi ilə Ş.İ.Xətai pr.-nin kəsişməsində GTŞ-084 nömrəli Təhlükəsiz Şəhər Kamerasının olduğu müəyyən olunmuşdur.Şərti olaraq “ 7 “ rəqəmi ilə adlandırılan həmin qanabənzər ləkədən Ş.İ.Xətai pr.-də yerləşən “Rza” market istiqamətində 15.36 m məsafədə, həmin marketlə üzbəüz dayandıqda sol küncündən 93 sm məsafədə qanabənzər ləkələr aşkar edilmiş və həmin qanabənzər ləkələr şərti olaraq “ 8 “ rəqəmi ilə ilə nömrələnməklə qanunamüvafiq şəkildə qablaşdırılaraq götürülmüşdür.Şərti olaraq “ 8 “ rəqəmi ilə adlandırılmış qanabənzər ləkədən həmin istiqamətdə 9.71 m məsafədə “Meyvə-tərəvəz” dükanı ilə üzbəüz dayandıqda həmin dükanın sol küncündən 1.63 m məsafədə qanabənzər ləkələr aşkar edilmiş və həmin qanabənzər ləkələr şərti olaraq “ 9 “ rəqəmi ilə ilə nömrələnməklə qanunamüvafiq şəkildə qablaşdırılaraq götürülmüşdür.Şərti olaraq “ 9 “ rəqəmi ilə adlandırılmış qanabənzər ləkədən həmin istiqamətdə 9.82 m məsafədə üzərində “Barber” yazılan obyekt ilə 327A nömrəli yarımtikili arasında “Barber” yazılan obyektin küncündən 1.72 m məsafədə qanabənzər ləkələr aşkar edilmiş və həmin qanabənzər ləkələr şərti olaraq “ 10 “ ədəd ilə nömrələnməklə qanunamüvafiq şəkildə qablaşdırılaraq götürülmüşdür.Şərti olaraq “ 10 “ rəqəmi ilə adlandırılmış qanabənzər ləkədən Ş.İ.Xətai pr.-nin əks istiqamətində (M.Xələfov küçəsinə paralel) 1.41 m məsafədə sol divardan 1.17 m məsafədə qanabənzər ləkələr aşkar edildmiş və həmin qanabənzər ləkələr şərti olaraq “ 11 “ ədədi ilə nömrələnməklə qanunamüvafiq şəkildə qablaşdırılaraq götürülmüşdür.Şərti olaraq “ 11 “ rəqəmi ilə adlandırılmış qanabənzər ləkədən Ş.İ.Xətai pr.-nin əks istiqamətində (M.Xələfov küçəsinə paralel) 2.53 m məsafədə sol divardan 47 sm məsafədə qanabənzər ləkələr aşkar edilmiş və həmin qanabənzər ləkələr şərti olaraq “ 12 “ ədədi ilə nömrələnməklə qanunamüvafiq şəkildə qablaşdırılaraq götürülmüşdür.Şərti olaraq “ 12 “ rəqəmi ilə adlandırılmış qanabənzər ləkədən Ş.İ.Xətai pr.-nin əks istiqamətində (M.Xələfov küçəsinə paralel) 5.82 m məsafədə sol divardan 1.12 m məsafədə qanabənzər ləkələr aşkar edilmiş və həmin qanabənzər ləkələr şərti olaraq “ 13 “ ədədi ilə nömrələnməklə qanunamüvafiq şəkildə qablaşdırılaraq götürülmüşdür.Hadisə yerinə baxış zamanı ətrafı nəzərə alaraq belə qənaətə gəlinmişdir ki, hadisənin baş verdiyi yer məhz sonuncu “ 13 “ ədədi ilə nömrələnmiş qan ləkələrinin mövcud olduğu yer olmuşdur. Daha sonra ətrafa bütünlükdə baxış keçirilmiş, lakin hadisə ilə bağlı əhəmiyyət kəsb edən digər hər hansı bir hal aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 24 mart 2022-ci il tarixli meyitə baxış keçirilməsi haqqında protokoldan görünür ki, təşrih masası üzərində meyit arxası üstə uzadılmışdır. Əynində aşağıdakı paltarlar vardır: 1. Boz rəngli pambıq materialdan şalvar, şalvar bir qədər aşağı doğru çəkilmiş vəziyyətdədir. Şalvarın sol ayağın iç tikişi yuxarı 1/3 hissədə 20 sm uzunluqda sökülüb, şalvarın yuxarı kənarı sol tərəfdə qanabənzər maddəyə bulaşıb, iç səthi aralıq nahiyəsində nəcisə bulaşıb, aralıq hissəsi cırılmışdır; 2. Qara rəngli pambıq materialdan tursik, tursikin sol ön səthi qanabənzər maddəyə bulaşıb,tursikin iç səthi aralıq nahiyəsində nəcisə bulaşıb. Paltarlar köhnədir, əyninə düzgün geyilmişdir. Paltarları soyundurduqda meyit kişi cinsidir. Düzgün bədən quruluşlu, kafi köklükdədir, boyunun uzunluğu 178 sm-dir. Dərisi ağımtıl rəngdədir, əllə yoxladıqda soyuqdur. Meyit ləkələri meyitin arxa səthlərində yerləşmişdir. Solğun göyümtül-bənövşəyi rəngdə olub, barmaqla təzyiq etdikdə rəngi avazıyır və öz əvvəlki rənginə 5 dəqiqədən sonra bərpa olur. Meyit qacıması yoxlanılan əzələ qruplarında yaxşı inkişaf etmişdir. Meyit çürüməsi əlamətləri yoxdur. Kəllə qapağı sümükləri əllə yoxladıqda tamdır. Göz qapaqları örtülüdür, gözlərin birləşdirici toxumalarına qansızma yoxdur. Bəbəklər dairəvi formalıdır, bərabər genəlmişlər, buynuz qişalar bulanıqdır. Burun və qulaq dəlikləri sərbəstdir. Burun sümükləri və qığırdaqları əllə yoxladıqda tamdır. Ağzı yarıaçıqdır. Dodaqların daxili səthi ağımtıl rəngdədir, dişləri tamdır, təbiidir. Dili dişlərin arxasındadır. Boynu gövdəyə müvafiq inkişaf etmişdir. Döş qəfəsi normastenikdir, simmetrikdir, qabırğalar əllə yoxladıqda tamdır. Qarnı döş qəfəsi səviyyəsindən aşağıda yerləşir. Xarici cinsiyyət üzvləri düzgün inkişaf etmişdir. Anal dəlik örtülüdür, ətrafı nəcislə bulaşmışdır. Yuxarı və aşağı ətraf sümükləri əllə yoxladıqda tamdır. Xəsarətər: «Döş qəfəsinin ön səthində solda ön qoltuqaltı xəttlə l-ll qabırğalar səviyyəsində çəp yerləşmiş 5x2 sm ölçüdə kənarları hamar bir ucu iti, bir ucu qövsvari olan uzunsov formalı yara vardır. Hər iki said nahiyələrinin ön səthlərində köndələn yan-yana yerləşmiş ağımtıl rəngli, düz xətt formalı ölçüləri 5 x 0,2 sm-dən 6 x 0,2 sm-ə qədər olan çapıqlar. Sağ dirsək çuxurunda beş ədəd nöqtəvari yaralar qeyd edilir(inyeksiya yeri). Meyitin xarici müayinəsi zamanı bədənində başqa xəsarətlər müəyyən edilmədi. Meyitə baxış zamanı üzərində olan 01 ədəd boz rəngli şalvar müvafiq qaydada qablaşdırılmaqla götürüldü. Xarici müayinə başa çatdıqdan sonra meyitin daxili müayinəsi həyata keçirilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 24 mart 2022-ci il tarixli əşyanın götürülməsi haqqında protokoldan görünür ki, ********* nömrəli cinayət işinin istintaqı üçün əhəmiyyət kəsb edə biləcəyi nəzərə alınaraq hadisə zamanı X19 üzərində olmuş 01 ədəd boynu tüklü qara rəngli gödəkçə; 01 ədəd qara rəngli köynək; 01 ədəd boz rəngli köynək; 01 ədəd mayka; 01 ədəd tünd boz rəngli şalvar, 01 cüt qara rəngli ayaqqabı Gəncə şəhər Abbas Səhhət adına xəstəxanadan götürülmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 24 mart 2022-ci il tarixli əşyaya baxış keçirilməsi haqqında protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Gəncə şəhər Abbas Səhhət adına xəstəxanadan və X19 meyitinə baxış zamanı götürülmüş sonuncuya məxsus 01 ədəd boynu tüklü qara rəngli gödəkçə; 01 ədəd qara rəngli köynək; 01 ədəd boz rəngli köynək; 01 ədəd mayka; 01 ədəd tünd boz rəngli şalvar; 01 ədəd boz rəngli şalvarı; 01 cüt qara rəngli ayaqqabıya baxış keçirilmiş,X4 məxsus paltarla baxış zamanı aşağıdakılar aşkar olunmuşdur:- 01 ədəd gödəkçə –qara rəngli, boynu tüklü, ön hissədən zəncirbəndli, 02 (iki) yan zəncirbəndli cibi, sol çiyin hissədə 03 (üç) ədəd paralel şəkildə zəncirbəndli cib olmaqla uzunluğu 73 sm, bel hissədən eni 53 sm, üzərində qanabənzər ləkələr müşahidə edilməklə, gödəkcənin ön sol tərəfində yuxarı son kənarında 1.5 sm aşağıda 01 (bir) ədəd 2.3 sm uzunluğunda zədə vardır;- 01 ədəd köynək - qara rəngli,uzunluğu 66 sm, bel hissədən eni 47 sm, üzərində qanabənzər ləkələr müşahidə edilməklə köynəyin ön sol tərəfində yuxarı son kənarından 3.7 sm aşağıda 01 (bir) ədəd 2.1 sm uzunluğunda zədə vardır;- 01 ədəd köynək – boz rəngli, uzunluğu 68 sm, bel hissədən eni 48 sm üzərində qanabənzər ləkələr müşahidə edilməklə köynəyin ön sol tərəfində yuxarı son kənarından 4.2 sm aşağıda 01 (bir) ədəd 1.7 sm uzunluğunda zədə vardır;- 01 ədəd mayka – ağ rəngli, uzunluğu 62 sm, bel hissədən eni 43 sm olmaqla üzərində qanabənzər ləkələr vardır;- 01 ədəd şalvar – tünd boz rəngli, uzunluğu 98 sm, bel hissədən eni 39 sm, iki ədəd yan cibli, öndən zəncirbəndli və düyməli olmaqla üzərində qanabənzər ləkələr vardır;- 01 ədəd şalvar – boz rəngli, uzunluğu 96 sm, bel hissədən eni 37 sm-dir.Bununla da 01 ədəd boynu tüklü qara rəngli gödəkçə; 01 ədəd qara rəngli köynək; 01 ədəd boz rəngli köynək; 01 ədəd mayka; 01 ədəd tünd boz rəngli şalvar; 01 ədəd boz rəngli şalvarı; 01 cüt qara rəngli ayaqqabıya baxış keçirilməsi sona çatdı və fotoşəkilləri müvafiq qaydada çəkilərək protokola əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 24 mart 2022-ci il tarixli əşyanın götürülməsi və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid1 hal şahidlərinin iştirakı ilə hadisə zamanı əynində olmuş 01 ədəd qara rəngli gödəkçəni, 01 ədəd qara rəngli uzunqol köynəyi, 01 ədəd qara rəngli cins şalvarı, 01 ədəd ağ rəngli maykanı Gəncə şəhər prokurorluğunun inzibati binasında könüllü olaraq təqdim etmiş,-01 ədəd gödəkçə - dəri materialından olmaqla qara rənglidir.- 01ədəd köynək – parça materialdan uzunqol olmaqla qara rənglidir, - 01 ədəd şalvar – cins materialdan olmaqla qara rənglidir,-01 ədəd mayka - ağ rəngli olmaqla üzərində sarımtıl ləkələr müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 26 mart 2022ci il tarixli əşyanın götürülməsi və baxış keçirilməsi haqqında protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs hal şahidlərinin və müdafiəçisinin iştirakı ilə hadisə zamanı əynində olmuş 01 ədəd qolu manjetli, boynu tüklü dəri materialından qara rəngli gödəkçə, 01 ədəd qara rəngli köynək, 01 ədəd boz rəngli cins şalvar, 01 ədəd başında qara rəngli çeçenka papaq, 01 ədəd ayağında qara rəngli ayaqqabını Gəncə şəhər prokurorluğunun inzibati binasında könüllü olaraq təqdim etmişdir,-01 ədəd gödəkçə - qolu manjetli, boynu tüklü dəri materialından qara rənglidir,-01 ədəd köynək - qara rənglidir ,-01 ədəd cins şalvar boz rənglidir,-01 ədəd papaq qara rəngli çeçenka formalıdır,-01 ədəd ayaqqabı qara rənglidir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 28 mart 2022-ci il tarixli video görüntü ilə bağlı diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, “Avro” çay evindən götürülmüş video görüntülərlə bağlı diskə baxış keçirilmişdir. Baxış zamanı həmin disk «HP» markalı kompüterə yerləşdirilmiş, disk açılan zaman içərisində aşağıdakı faylların olduğu müəyyən edilmişdir:1. “Video 01.MOV”,2. “Video 02.MOV”3,“Video 03.MOV”,“Video 04.MOV” Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə M.Xələfov küçəsinin kəsişməsinin yaxınlığında yerləşən “Avro” çay evinin daxili müşahidə kameraları vasitəsilə qeydə alınmış video görüntülərə baxış keçirilərkən real vaxt rejimini və həmin çay evinin sahibi X11 istintaqa verdiyi ifadəni nəzərə aldıqda ilkin olaraq müəyyən edilmişdir ki, həmin çay evinin videogörüntülərini qeydə alan kameranın saatı real vaxt rejimindən 2 saat 22 dəqiqə 17 saniyə öndədir. İlk olaraq “Video 01.MOV” adlı videogörüntüyə baxış keçirildi. Həmin videogörüntüdən görünür ki, xx-xx-2022-ci il tarixdə saat 01:55:09-da (real vaxt rejimi ilə xx.xx.2022-ci il saat 23:32:52-də) Şahid1 “Avro” çay evinə çöl qapıdan daxil olaraq pilləkənlərlə yuxarı qalmış, xx-xx-2022-ci il tarixdə saat 01:55:20-də isə (real vaxt rejimi ilə xx.xx.2022-ci il tarixdə saat 23:33:03-də) Təqsirləndirilən şəxs ilə X28 daxil olaraq bir müddət giriş hissədə danışdıqdan sonra Təqsirləndirilən şəxs pilləkən vasitəsi ilə çay evinə qalxmış, Abbas Əliyev isə çölə çıxmışdır. “Video 02.MOV” adlı videogörüntüyə baxış keçirildikdə müəyyən edildi ki, xx.xx.2022-ci il tarixdə saat 01:55:18-də (real vaxt rejimi ilə xx.xx.2022-ci il tarixdə saat 23:33:01-də) Şahid1 “Avro” çay evinə daxil olur. Yaxinlaşaraq 2 nəfər şəxslə salamlaşdıqdan sonra, çay evində işləyən Şahid2 ilə salamlaşır. Saat 01:56:20-də (real vaxt rejimi ilə 23:34:03-də) Təqsirləndirilən şəxs çay evinə daxil olur. Təqsirləndirilən şəxs gəldikdən sonra çay evində işləyən Şahid2 ilə salamlaşır. Daha sonra hər ikisi çay evinin küncündə olan sarımtıl rəngli stolu, qara rəngli stul rolunu oynayan divanda əyləşir. Saat 01:59:32-də (real vaxt rejimi ilə 23:37:15) X28 “Avro” çay evinə daxil olaraq Təqsirləndirilən şəxs və Abbas Mirzəyev oturan masaya yaxınlaşaraq əyləşir. Bundan sonra Təqsirləndirilən şəxs təmas etmədən bədən dili ilə Abbas Əliyevə qarşı aqressiv hərəkətlər etdiyi müşahidə olunur. Saat 02:04:41-də (real vaxt rejimi ilə 23:42:24-də) hər üçü oturduqları masadan qalxaraq çay evindən çölə çıxmışlar. “Video 03.MOV” adlı videogörüntüyə baxış keçirildikdə müəyyən edildi ki, “Video 02.MOV” adlı videogörüntüdə əks olunanlarla eynilik təşkil edir. “Video 04.MOV” adlı videogörüntüyə baxış keçirildikdə müəyyən edildi ki, xx.xx.2022-ci il tarixdə 02:05:04-də (real vaxt rejimi ilə 23:42:47-də) X28 ardınca Təqsirləndirilən şəxs və Şahid1 çay evinin 1-ci mərtəbədə yerləşən qapısından çölə çıxmışdırlar. Video görüntülərlə bağlı diskə baxış keçirilməsi zamanı cinayət təqibi üçün əhəmiyyət kəsb edən başqa hal aşkar edilməmiş, bununla da diskə baxış sona çatmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 29 mart 2022-ci il tarixli video görüntü ilə bağlı diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, “Oba” marketdən götürülmüş video görüntülərlə bağlı diskə baxış keçirilmişdir. Baxış zamanı həmin disk «HP» markalı kompüterə yerləşdirilmiş, disk açılan zaman içərisində aşağıdakı “Video .MOV” adlı faylın olduğu müəyyən edilmişdir. Gəncə şəhəri, M.Xələfov küçəsində yerləşən “Oba” marketin müşahidə kamerası vasitəsilə qeydə alınmış video görüntülərə baxış keçirilərkən real vaxt rejimini və “Oba” marketin sahibi X12 istintaqa verdiyi ərizəni nəzərə aldıqda ilkin olaraq müəyyən edildi ki, həmin marketin videogörüntülərini qeydə alan kameranın saatı real vaxt rejimindən 10 dəqiqə 05 saniyə geridədir. “Video .MOV” adlı videogörüntüyə baxış keçirilən zaman görünür ki, xx-xx-2022ci il tarixdə saat 23:43:05-də (real vaxt rejimi ilə xx.xx.2022-ci il saat 23:53:10-da) X28 Ş.İ.Xətai pr. istiqamətindən M.Xələfov küçəsi ilə gələrək “Oba” marketin qarşısında əyləşmiş, daha sonra xx.xx.2022-ci il saat 23:46:20-də (real vaxt rejimi ilə xx.xx.2022-ci il saat 00:56:25-də) ağ rəngli “Hunday Sonata” markalı avtomobil ona yaxınlaşaraq içərisindən 2 nəfər şəxs onun yanına gəlmiş, xx.xx.2022-ci il saat 23:50:50-də (real vaxt rejimi ilə xx.xx.2022-ci il saat 00:00:55-də) TTY gələrək Abbas Əliyevi götürmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 03 may 2022-ci il tarixli GTŞ video görüntü ilə bağlı diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə M.Xələfov küçəsinin kəsişməsində quraşdırılmış Gəncə BPİ-nin “Təhlükəsiz şəhər” xidmətinə məxsus GTŞ-084 saylı kamerada qeydə alınmış xx.xx.2022-ci il tarixdə saat 22:00-dan 23:59-dək qeydə alınmış görüntüləri əks etdirən DVD diskə baxış keçirilmiş,baxiş zamanı həmin disk «HP» markalı kompüterə yerləşdirildi. Disk açılan zaman içərisində “GTŞ-084 2-2022-03- 23_22h00min00s000ms.mp4” adlı faylın olduğu müəyyən edilmişdir.“GTŞ-084 2-2022-03- 23_22h00min00s000ms.mp4” adlı videogörüntüyə baxış keçirilən zaman müəyyən olundu ki, görüntü uzaq məsafədən, eləcə də gecə qaranlıq saatlar olduğundan videogörüntüdə hərəkətdə olan şəxslərin kimliyinin müəyyən olunması mümkün olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 02 iyun 2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, cinayət işi üzrə "xxxx" MMC-dən Gəncə şəhər prokurorluğuna məktubla daxil olmuş, BKC/LGL-8455/22 nömrəli məktub üzrə bir ədəd üzərində “bakcell; 8455” yazılan CD diskinə baxış keçirilmiş, baxiş zamanı həmin disk «HP» markalı kompüterə yerləşdirilmiş, disk açılan zaman içərisində aşağıdakı faylların olduğu müəyyən edilmişdir:“SMS_Tarixçəsi__**********2050__555605144”;“SMS_Tarixçəsi__**********2055 __555605144”;“Zənglərin_Detallaşması__**********4601___554046910_1”;“Zənglərin_Det allaşması__**********4625___555605144_1(1)”“Zənglərin_Məxsusluq_Tarixçələri__******** **4613___554046910_BKC_1”;“Zənglərin_Məxsusluq_Tarixçələri__**********4622___5556 05144_BKC_1”;Qeyd olunan fayllara növbəli şəkildə baxış keçirilmiş, fayllara baxış zamanı cinayət işi üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat əldə edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 24 mart 2022-ci il tarixdə X3 barəsində təyin edilmiş məhkəmə-tibbi ekspertizasının həmin tarixli, 31 saylı rəyindən görünür ki, 1991-ci il təvəllüdlü X19 meyitinin məhkəmə-tibbi müayinəsinə və laborator müayinələrin cavablarına əsasən, ekspertiza qarşısında qoyulan sualları da nəzərə alaraq nəticəyə gəlinmişdir:

1. X3 meyitinin bədənində bir ədəd kəsilmiş- deşilmiş yara müəyyən edildi. Bu xəsarət döş qəfəsinin sol yarısının ön səthində yerləşir, sol döş boşluğuna keçərək ürəyin sol qulaqcığını və sol ağciyəri zədələmişdir. Qeyd edilən xəsarət həyatidir, bir tərəfi kəsici xüsusiyyətə malik olan deşici-kəsici alətlə yetirilmişdir və həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. Xəsarətin əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 23.03.22-ci il tarixə uyğun gəlir. Yara kanalının istiqaməti yuxarıdan aşağıya, soldan sağa, bir qədər öndən arxaya doğrudur.

2. X8mın bədənində olan yaranın yerləşmə nahiyəsini və paltarlarında olan qan ləkələrinin axma istiqamətini nəzərə alaraq hesab edilmişdir ki, xəsarət yetirilən anda A.Əliyev ayaq üstə olmuşdur.

3. X3 bədənində kəsilmiş-deşilmiş yaradan başqa sağ təpə-ənsə nahiyəsinin yumşaq toxumalarına qansizma kimi xəsarət də aşkar edildi. Bu xəsarət həyatidir, bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti 23.03.22-ci il tarixə uyğun gəlir və belə xəsarətlər canlı şəxslərdə saglamlığa zərər vurmayan xəsarətlər kimi qiymətləndirilir və dərəcələri təyin edilmir.

4. X3 ölümünə səbəb döş qəfəsinin sol yarısının ön səthinin daxilə keçən ürəyin sol qulaqçıgının və sol ağciyərin zədələnməsi ilə müşaiyət olunan kəsilmiş-deşilmiş yarası nəticəsində əmələ gələn kəskin daxili və xarici qanitirmə olmuşdur. Ölümün müddəti stasionar xəstənin tibbi kartasında göstərilən tarixə, yəni 24.03.22-il tarixə, saat 00:30 uyğun gəlir.

5. X3 meyitindən götürül qanın məhkəmə-kimyəvi tətqiqatı zamanı etil spirti və narkotik maddə aşkar edilmədi İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 26 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində təyin edilmiş məhkəmə-tibbi ekspertizasının həmin tarixli, 441 saylı rəyindən görünür ki, 2001-ci il təvəllüdlü vət. Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsinə əsasən nəticəyə gəlinmişdir:

1. Vət. Təqsirləndirilən şəxs bədənində xəsarət yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 24 mart 2022-ci il tarixdə Şahid1 barəsində təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 28 mart 2022-ci il tarixli, 459 saylı rəyindən görünür ki, 1996-cı il təvəllüdlü vət.Şahid1 məhkəmə-tibbi məsinə əsasən nəticəyə gəlinmişdir: Vət. Şahid1 bədənində xəsarət müəyyən edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 26 mart 2022-ci il tarixdə təyin edilmiş məhkəmə-tibbi bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 08 saylı rəyindən görünür ki, ********* saylı cinayət işi əlaqədar olaraq təqdim olunmuş maddi sübutların məhkəmə-tibbi tədqiqinə əsasən aşağıdakı nəticəyə gəlinmişdir:

1. X19 maye halda qanının qrup göstəricisi A (İİ) betadır.

2. Təqdim olunmuş 1-ci zərf üzərində “hadisə yerindən götürülmüş qan nümunələri” (Ob №-l-7dək) üzərindəki ləkələrdə insan qanı aşkar olundu, həmin qanın qrup göstəricisi A (İİ) beta olduğundan X4 məxsus ola bilər.

3. Təqdim olunmuş 2-ci zərf üzərində “hadisə yerindən götürülmüş qan nümunələri” (Ob №-8-İ3dək) üzərindəki ləkələrdə insan qanı aşkar olundu, həmin qanın qrup göstəricisi A (İİ) beta olduğundan X4 məxsus ola bilər.

4. Təqdim olunmuş X4 məxsus paltarlar (bir ədəd uzunqol gödəkçə, bir ədəd tuman, bir cüt ayyaqqabi, bir ədəd şalvar, bir ədəd uzunqol köynək, bir ədəd mayka, bir ədəd uzunqol köynək) (ob No-14-21-dək) üzərindəkı ləkələrdə insan qanı aşkar olundu, həmin qanın qrup göstəricisi A (İİ) beta olduğundan mərhumun özünə məxsus ola bilər.

5. Təqdim olunmuş Şahid1 məxsus paltarlar (bir ədəd uzunqol köynək, bir ədəd mayka, bir ədəd cins şalvar, bir ədəd gödəkcə) üzərində qanaoxşar ləkə aşkar olunmadığından müayinə edilmədi.

6. Təqdim olunmuş X13 məxsus paltarlar ( bir ədəd idman papağı, uzunqol köynək, bir ədəd cins şalvar, bir ədəd gödəkcə, bir cüt ayaqqabı) üzərində qanaoxşar ləkə aşkar olunmadığından müayinə edilmədi. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 26 mart 2022-ci il tarixdə təyin edilmiş kompleks məhkəmə-psixoloji və ambulator məhkəmə-psixiatriya ekspertizasına dair 01 aprel 2022-ci il tarixli 174/53 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməmişdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, halhazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl, həmin əməli törədərkən və hazırki ekspertiza zamanı DİSSOSİAL ŞƏXSİYYƏT POZUNTUSU XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.2 xəstəliyi keçirmişdir və keçirir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, tibbi sənədlər (Gəncə şəhər Psixonevroloji Dispanserindən verilmiş xx.xx.2019-cu il tarixli 49/2019 saylı ambulator karta, 1475 saylı xx.xx.2020-ci il tarixli sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı), anamnestik məlumatlar və hazırki ekspertiza (ekspertiza zamanı onda emosional davamsızlıq aşkar olunması, hövsələsiz, acıqlı və kobud olması, tez qıcıqlanması, xırda qıcığa güclü cavab reaksiyası verməsi, onda əsəbiliyə meyillilik müşahidə olunması, əsəbilik zamanı özünə təkrari xəsarətlər yetirməsi və s.) imkan verir. Təqsirləndirilən şəxs DİSSOSİAL ŞƏXSİYYƏT POZUNTUSU XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.2 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik nevrotik səviyyədə və nisbi yaxşılaşma (kompensasiya) mərhələsində olduğundan o, hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun halhazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hazırda da öz hərəkətlərini dərk etmək, ölçüb-biçmək, hərəkətlərinə hesabat vermək, görmüş olduğu hadisələri qavramaq, yadda saxlamaq, təsvir etmək iqtidarına malikdir. Komissiyanın bu nəticəyə gəlməsinə Təqsirləndirilən şəxs 2019-cu ildə Gəncə şəhər Psixonevroloji Dispanserində müayinə olunaraq ilkin “Dissosial şəxsiyyət pozuntusu” diaqnozu qoyulması, 2020-ci ildə hərbi komissarlığın göndərişi əsasında ambulator müşahidədən keçirilərək həmin diaqnozun təsdiq edilməsi, xəstəliyi ilə əlaqədar olaraq sülh dövründə hərbi xidmətə yararsız hesab edilməklə hərbi xidmətdən möhlət hüququ verilməsi (Gəncə şəhər Psixonevroloji Dispanserindən verilmiş xx.xx.2019-cu il tarixli 49/2019 saylı ambulator karta, 1475 saylı xx.xx.2020-ci il tarixli sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı), istintaq və ekspertiza zamanı dolğun və ardıcıl ifadələr verərək törətmiş olduğu cinayət əməlini etiraf etməsi, cinayət əməlini törədərkən, istintaq və hazırki ekspertiza zamanı düşünülmüş və məqsədyönlü hərəkətlər etməsi, hazırki ekspertiza zamanı onda qavrama, yaddaş, təfəkkür, intellekt pozğunluqlarının aşkar olunmaması, ekspertiza zamanı psixoproduktiv simptomatika (hallüsinasiya və sayıqlama ideyaları) aşkar edilməməsi, düşdüyü vəziyyətə tənqidi münasibət bəsləməsi, onda müşahidə edilən emosiya və davranış pozuntularnın (ekspertiza zamanı onda emosional davamsızlıq aşkar olunması, hövsələsiz, acıqlı və kobud olması, tez qıcıqlanması, xırda qıcığa güclü cavab reaksiyası verməsi, onda əsəbiliyə meyillilik müşahidə olunması, əsəbilik zamanı özünə təkrari xəsarətlər yetirməsi və s.) az ifadəli olması əsas vermişdir.

1. Təqsirləndirilən şəxs aşağıdakı fərdi psixoloji xüsusiyyətlərə malikdir: praktiki öz olaraq fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, özün fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma.

2. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi emosional vəziyyətdə olmuşdur. Bu halın yaranma səbəblərindən biri zərərçəkmişlə mübahisəsi ola bilər.

3. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halinda olmamışdır (keçirməmişdir). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 27 may 2022-ci il tarixli məhkəmə-lifli ekspertizasının 6/2741 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, X23, Təqsirləndirilən şəxs və Şahid1 məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 №-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş X23 məxsus şalvarın üzərindən aşkar edilmiş tünd boz rəngli təbii pambıq lifləri rənginə və təbiətinə görə Şahid1 məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş,X23 məxsus şalvarın üzərindən aşkar edilmiş qara rəngli poliester kimyəvi lifləri rənginə və təbiətinə görə Təqsirləndirilən şəxs məxsus köynəyin tərkib liflərinə uyğun gəlirlər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 10 iyun 2022-ci il tarixli məhkəmə-trasoloji ekspertizasının 3/637 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs X46.." yazıları olan bağlamadan aşkar edilmiş uzunqol gödəkçənin, uzunqol köynəklərin səthindəki zədələr kəsici, ucu deşici xassəyə malik olan predmetin təsirindən yaranmağa xarakterik deşilib-kəsilmə zədələridir. Təqdim edilmiş “Zərərçəkmiş şəxs X46.." yazıları olan bağlamadan aşkar edilmiş uzunqol gödəkçənin, uzunqol köynəklərin material xüsusiyyətlərindən asılı olaraq zədə bucaqlarını müəyyən etmək mümkün olmadığından qeyd edilən geyim əşyalarının səthində olan deşilib-kəsilmə zədələrinin yaranma mexanizmini təyin etmək mümkün olmadı. Təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs X46.." yazıları olan bağlamadan aşkar edilmiş uzunqol gödəkçənin, uzunqol köynəklərin səthindəki zədələrdə xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq bir predmetin, yoxsa bir neçə predmetin təsirindən yaranmasını müəyyən etmək mümkün deyil,təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs.."yazıları olan bağlamadan aşkar edilmiş şalvarın səthində olan zədə isə fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik dartılıb-cırılma zədəsidir. Xüsusi ədəbiyyatlarda yuxarıda qeyd edilən xarakterə malik zədənin yaranma mexanizminin müəyyən olunması ilə bağlı tədqiqat metodu olmadığından fiziki güvvənin təsiri nəticəsində yaranan zədələrin əmələ gəlmə mexanizminin kriminalistik tədqiqat aparılması yolu ilə müəyyən edilməsi mümkün deyil. Tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin xx.xx.2022-ci il tarixli 31 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarət ilə təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs X46.." yazıları olan bağlamadan aşkar edilmiş uzunqol gödəkçənin, uzunqol köynəklərin səthində olan zədələr müqayisə edildi və müəyyən oldu ki, bədəndə yerləşən “Döş qəfəsinin sol yarısının ön səthinin daxilə keçən ürəyin sol qulaqcığının, sol ağciyərin zədələnməsi..” xəsarəti ilə təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs X46..” yazıları olan bağlamadan aşkar edilmiş uzunqol gödəkçənin, uzunqol köynəklərin səthində olan olan zədələr yerləşmə sahəsinə görə uyğunluq təşkil edir, yəni zədə və xəsarət üstüstə düşmüşdür.Tədqiqata təqdim edilmiş digər geyim əşyalarının səthində trasoloji zədə olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Cinayət işinə əlavə edilmiş Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli 122-25309- 1222 nömrəli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Gəncə şəhəri, V.Xuluflu küçəsi, 1-ci döngə, ev 19-da qeydiyyatda olmaqla yaşamış X19 Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 119, mənzil 31-də yaşayan Təqsirləndirilən şəxs tərəfindən bıçaqla xəsarət yetirməsi nəticəsində ölməsi faktı ilə bağlı bir sıra əməliyyat axtarış tədbirləri həyata keçirilmiş, lakin heç bir müsbət nəticə əldə olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Cinayət işinə əlavə edilmiş Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli, 3307 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə xx.xx.2019-cu il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhəri Kəpəz Rayon Şöbəsinin xx.xx.2019-cu il tarixli, 33 nömrəli göndərişinə əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasında stasionar müayinəyə qəbul olunub. xx.xx.2019-cu il tarixdə Həkim Psixiatrik Komissiyasına təqdim olunub və həmin tarixdə xəstəxanadan evə yazılmaqla “yüngül nevrotik reaksiyalar, özünü kəsmələrlə” diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Cinayət işinə əlavə edilmiş Gəncə şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli, 76 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixiatriya Xəstəxanasında müalicə olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Cinayət işinə əlavə edilmiş Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2022-ci il tarixli, 3951 nömrəli məktubdan görünür ki, Quliyev X9 qeydiyyatda durmur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Cinayət işinə əlavə edilmiş Respublika Narkoloji Mərkəzinin xx.xx.2022-ci il tarixli, xx/xx-6902 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Respublika Narkoloji Mərkəzində müalicə olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Cinayət işinə əlavə edilmiş Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserinin xx.xx.2022-ci il tarixli, 2822 nömrəli arayışından görünür ki, Quliyev X9 qeydiyyatda durmur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs barəsində DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, o, xx.xx.2018-ci il tarixdə barəsində Gəncə şəhər Kəpəz rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.1; 177.2.2; 177.2.3; 66.2, 194.1-ci maddələri ilə hökm çıxarılaraq 500 (beş yüz) manat cərimə edilmiş, həmin hökm xx.xx.2018-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Təqsirləndirilən şəxs barəsində xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasının CM-nin 67.1, 177.2.3-ci maddəsi ilə hökmlərin məcmusu qaydasında 01 il azadlığın məhdudlaşdırılıması və 450 azn cərimə cəzası tətbiq olunmuşdur. xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 52- 1.5, 177.2.3-cü maddə ilə azadlığın məhdudlaşdırılması cəzasının şərtlərinin pozulduğundan 03 ay 26 gün azadlıqdan məhrum etmə cəzası seçilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edildiyindən və Azərbaycan Respublikasının CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs barəsində Gəncə şəhər BPİ-dən daxil olmuş xx.xx.2022-ci il tarixli, 120- 13566-1222 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində təqsirləndirici material yoxdur və ailəsi münaqişəli ailə kimi qeydiyyata alınmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər Kəpəz rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(043)-113/2018 nömrəli hökmünün surətindən görünür ki:Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1; 177.2.2; 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat cərimə cəzasına və Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat cərimə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər Kəpəz rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(043)-77/2019 nömrəli hökmünün surətindən görünür ki:Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş,CM-in 67.1 -ci maddəsinə əsasən ona Kəpəz Rayon Məhkəməsinin 11 oktyabr 2018- ci il tarixli 1 (043)-113/2018 nömrəli hökmü ilə təyin edilmiş cərimə cəzasının ödənilməmiş 450 (dörd yüzə əlli) manat hissəsi həmin hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına tam birləşdirilməklə üzərində qəti olaraq 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası və 450 (dörd yüz əlli) manat cərimə cəzası saxlanılmışdır.Təyin edilmiş cəza müddəti ərzində üzərinə yaşayış yerini hər gün saat 22:00dan növbəti gün saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı təhsil və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmuş,cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması,cərimə cəzası müstəqil icra edilməsi, barəsində seçilmiş "yetkinlik yaşına çatmayanı nəzarət altına vermə" qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər Nizami rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, xx-xx/2022 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Nizami rayon məhkəməsinə hər hansı bir işlə bağlı müraciət etməmiş, sonuncunun təqsirləndirilməsinə dair materiala baxılmamışdır. Cinayət işinin istintaq materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə xx.xx.2022-ci il tarixli 161 nömrəli və 162 nömrəli arayışdan, eləcə də xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilməklə, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Təqsirləndirilən şəxs Ramiz oğlu – atası X5 – anası X24 – qardaşı X14 – bacısından ibarət ailə tərkibi vardır: Məhkəmə təqçirləndirlən şəxs Təqsirləndirilən şəxs Abbas Əliyevi qəsdən öldürməsində özünü qismən təqsirli bilərək hadisənin törədilməsi zamanı bıçağın onda deyil Abbas Əliyevdə olması və özünü müdafiə etmək məqsədi ilə zərərçəkmişdə olan bıçağı alıb sonuncunu vurması, A.Əliyevi öldürmək niyyətinində olmamasına dair hissədə ifadəsinə təniqidi yanaşaraq, cinayət işinin materiallarına uyğyn olmadığından və Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində müdafiəçinin iştirakı ilə verdiyi qismən etirafedici ifadələri, eləcə də ifadələrin yerində yoxlanılması istintaq hərəkəti protokolları, şahid ifadələri digər sənədlərlə təkzib edildiyindən həmin ifadəyə tənqidi yanaşaraq təqsirləndirilən şəxsin özünü müdafiə məqəsədi ilə verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə kollegiyası təqsirləndirlən şəxşin əmlinin hüquqi tofsiv məsələsini də müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən tam, hərtərəfli və obyktiv araşdırma aparaılmadın yanlış olaraq, Azərbaycan Respublikasının CM-nin 120.2.2-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikasının CPM-nin 351.2-ci maddsinə görə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2-ci maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən hüquqi qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumunun qərarında qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin qeyd edilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə verilən ittihamla əlaqədar, məhkəmə kollegiyası Azərbaycan Respublikasının CPM-nin 144-145-ci maddələrini rəhbər tutaraq, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb müqayisəli şəkildə təhlil etməklə hesab edir ki, Təqsirləndirilən şəxs şəxs münasibət zəmninidə A.Əliyevi bıçaqla vurub qəsdən öldürməsi, yəni Azərbaycan Respublikasının CM-nin 120.1.-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmədə tam sübuta yetirililmişdir. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs zərəçəkmişi qəsdən öldürməsi cinayətini xuliqanlıq niyyəti ilə törədilən əməl kimi qiymətləndirərkən, heç bir hüquqi fakta əsaslanmadan, bunu ümumi fikirlə əsaslandırmış, təqsirləndirilən şəxslə zərərəçəkmişin arasında münaqişə və mübahisənin olmasını, sonradan həmin mübahisənin davaya çevrilməklə qarşılıqlı dalaşma nətcəsində zərəçəkimşin təqsirləndirilən şəxsi təhqir etməsi faktını nəzərə almadan baş vermiş cinayət hadisəsəini xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə kimi qiyməitlənidirib Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikasının CM-nin 120.2.2.-ci maddəsi ilə tövsif etmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Təqsirləndirilən şəxs A.Əliyevi məhz xuliqanlıq niyyəti ilə qəsdən öldürməsi barədə ibtidai istintaq orqanının gəldiyi nəticə nə ibtidai istintaq, nə də məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş heç bir mötəbər sübutlarla öz təsdiqini tapmamışdır. Məhkəmə istintaqında araşdırılmış sübutlarla təsdiq edilmiş işin obyektiv hallarından görünür ki, cinayət hadisəsinin baş verməsinə səbəb təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin arasında olan şəxsi mübahisələr zəmnində mübahisə olmuşdur. Bu hal həm təqsirləndirilən şəxsin verdiyi soxsaylı ifadələri, həm də məhəkəmədə dindirilmiş şahid Mirəzəli Verdiyevin ifadəsinin yerində yoxlanması protokolu və digər sübutlarla təsdiq olunmuşudur. Belə ki, Şahid1 təqsirləndirlən şəxslə zərəçəkmiş şəxsin hələ sayxanada olarkən sozlə mübahisə etməsini, hətta o, çayxanada başqa şəxslər olduğundan Emilə çıxıb çöldə mübahisə etəmələrəini deməsini, təqsirəndirilən şəxslə zərəçəkmişin şəxsin sölə çıxmasını, çöldə onların ələbəyaxa olaraq dalaşmalarının və dalaşma zamanı Emilin Abbası, Abbasın isə qarşılıqlı olaraq Emili vurmasını və daha sonra Emilin Abbası bıçaqla vurmasını gördüyünü məhəkəmədə verdiyi ifadəsində bir daha təsdiq etmişdir. Təqsirləndirilən şəxslə zərəçəkmişin arasında mübahisənin olması istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihamda da öz əkçini tapmışıdır. Belə ki, istintaq orqanı tərfindən Təqsirləndirilən şəxs verilmiş itthaimın özündə də «….Abbas Əliyev ilə mübahisə edib, məsələni aydınlaşdırmaq üçün sonuncunu çay evindən kənara çıxararaq…» kimi qeyd olunmasına baxmayaraq, istintaq orqani tərəfindən nəzərə alnmadan və həmin hala yetərincə hüquqi qiymət verilmədən, təqsirləndirlən şəxsin əməli cinayət törətmək üçün bəhanə edilib, “heç bir əsaslı səbəb” olmadan zəzərəsəkmişi qəsdən öldürmək kimi qiymətələndirilmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi şəxsi münasibətlər zəmnində (zəzərəçəkmiş şəzsn təqsirləndirilən şəxsə narkotik tərkibli hağlərin təklif etməkələ onun şexsiyyatınə toxunmasına və özünə təhqir kikimi qəbul etmsindən sonra) yaranmış mübahisə nəticəsində biri-birilərini vurması, daha sonra isə zərəçəkmişin təqsirləndirlən şəxsə söyüş verib onu təhqir etməsi ilə qanunsuz hərəkələri nəticəsində təqsirləndirlən şəxsin əsəbələşərək zərərəçəkmişi bıçaqla vurması və onu qəsdən öldürməsi təqsirləndirilən şəxsin özünün qismən etirafedici ifadəsi, şahid ifadələri, ekspertiza rəyləri və cinayət işinin materiallarında olan digər sübutlarla da öz təsdiqini tapmamışdır. «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2002-ci il 12 dekabr tarixli qərarının 6-cı bəndinə əsasən, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-nin 120.2.2-ci maddəsi ilə yanaşı 221-ci maddəsinin də tərkibini yaradır. Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıbyaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Həmin qərarın 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının CMnin 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CM-nin 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Yuxarıda sadalanlara, həmçinin məhkəmə istintaqında hərtərəfli araşdırılmış, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, baxış, götürmə və başqa istintaq hərəkəti protokolları, maddi sübutlar, ekspertiza rəyləri, habelə cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən toplanılmış digər mötəbər sübutların məcmusu ilə müəyyən edilmişdir ki, cinayət hadisəsinin baş verməsinə səbəb təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin aralarında şəxsi münasibətlər zəmnində olan mübahisə olmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə M.Xələfov küçəsinin kəsişməsində yerləşən “Avro” çay evinin yaxınlığında olan ödəmə terminalının qarşısında əvvəllər tanıdığı X28 ilə təsədüfən qarşılaşaraq, yuxarıda adı qeyd olunan çay evinə daxil olduqdan sonra sonuncunun ondan siqaret almaq üçün pul istəyib əvəzində narkotik vasitə təklif etməsini özünə qarşı təhqir hesab edib qəzəblənərək, aralarında yaranmış şəxsi münasibətlər zəmninidə mubahisə və dava-dalaş nətcəsəində Abbas Əliyevə yumruq zərbəsi vurmaqla sonuncunun sağ təpə-ənsə nahiyəsinin yumşaq toxumalarına qansızma kimi ölümündən əvvəl bərk küt əşyanın təsiri nəticəsində əmələ gələn canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlər kimi qiymətləndirilən dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, daha sonra üzərində gəzdirdiyi, məlum olmayan, deşici-kəsici xassəli bıçaqla qəsdən bir bıçaq zərbəsi endirməklə Abbas Əliyevin ölümünə bilavasitə səbəb olan döş qəfəsinin sol yarısının ön səthində yerləşən, sol döş boşluğuna keçərək ürəyin sol qulaqcığını və sol ağciyəri zədələyən və həyat üçün təhlükəli olan həyati xəsarət yetirməsi ilə əmələ gələn sağlamlığa ağır zərər vurmaya aid edilən, daxili və xarici qanitirmə ilə nəticələnən xəsarət yetirib, zərərçəkmiş şəxsi şəxsi münasibətlər zəmninidə qəsdən həyatdan məhrum etməklə öldürmüşdür. Məhkəmə təqsirləndirlən şəxsin əməlinin tövsifi məsələsini həll edərəkən qanunvericiliyin tələbləri ilə yanaşı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən qərarında göstərilən hüquqi mövqeyini rəhbər tutur. Məhəkəmə hesab edir ki,yuxarıda qeyd olunan hüquqi əsaslar nəzərə alnmaqla Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Abbas Əliyevlə aralarında baş vermiş mübahisə və dalaşma nəticəsində bıçaqla vurub qəsdən öldürdüyündan, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 120.2.2-ci maddəsindən Azərbaycan Respublikasının CM-nin 120.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını və digər sənədləri Azərbaycan Respublikasının CPMnin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 143-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 120.1-ci maddəsində maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar olmadığından o, təqsirləndirildiyi maddənin sanksiyası həddində cinayət cəzası daşımalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinin tələblərinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2018-ci il tarixdə Gəncə şəhər Kəpəz rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.1; 177.2.2; 177.2.3; 66.2, 194.1-ci maddələri ilə hökm çıxarılmış,o 500 (beş yüz) manat cərimə edilmiş, həmin hökm xx.xx.2018-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Təqsirləndirilən şəxs barəsində xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasının CM-nin 67.1, 177.2.3-ci maddəsi ilə hökmlərin məcmusu qaydasında 01 il azadlığın məhdudlaşdırılıması və 450 azn cərimə cəzası tətbiq olunmuşdur. xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasının CM-nin 52-1.5, 177.2.3cü maddə ilə azadlığın məhdudlaşdırılması cəzasının şərtləri pozulduğundan onun barəsində 03 ay 26 gün azadlıqdan məhrum etmə cəzası seçilmiş, o,xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edildiyindən və Azərbaycan Respublikasının CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsində nəzərdə tutulan üç illik müddət keçdiyindən, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş hesab olunur. Belə vəziyyətdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması heç bir hüquqi nəticə yaratmır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini və zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddəsinə əsasən, cinayəti zərərçəkmiş şəxsin qanunusuz hərəkətləri nəticəsində törətməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.8-ci maddəsinə əsasən, yaşayış yerindən müsbət xarakterizə olunmasını Azərbaycan Respublikasının CM-nin 59-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində nəzərdə tutulan qaydada cəzasını ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin bu Məcəllənin 59.1.8, 59.1.12, 59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar (zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayəti zərərçəkmiş şəxsin qanunusuz hərəkətləri nəticəsində törətməsi,) olarsa və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhəkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.8, 59.1.12, 59.1.13-cü maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar nəzərə alnmaqla ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə ona azadlıqdan mərhumetmə cəzası təyin etməklə cəzanın məqsədinə nail olmasını mümkün sayır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkilməsi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəndə çəkməlidir. Cəzasının çəkilmə müddətinin başlanğıcı 25 mart 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan mərhumetmə cəzası təyin etməklə cəzanın məqsədinə nail olmasını mümkün sayır. İş üzrə maddi sübutlar- Gəncə şəhər prokurorluğunun maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 ədəd qolu manjetli, boynu tüklü dəri materialından qara rəngli gödəkçə; 01 ədəd qara rəngli köynək; 01 ədəd boz rəngli cins şalvar; 01 ədəd qara rəngli papaq; 01 ədəd ayağında qara rəngli ayaqqabı; zərərçəkmiş şəxs X23 məxsus 01 ədəd boynu tüklü qara rəngli gödəkçə; 01 ədəd qara rəngli köynək; 01 ədəd boz rəngli köynək; 01 ədəd mayka; 01 ədəd tünd boz rəngli şalvar; 01 ədəd boz rəngli gecə şalvarı; 01 cüt qara rəngli ayaqqabı; Şahid1 məxsus 01 ədəd qara rəngli gödəkçə; 01 ədəd qara rəngli uzunqol köynək; 01 ədəd qara rəngli cins şalvar; 01 ədəd ağ rəngli mayka ona qaytarılmalı, imtina edildikdə isə məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri 154 (yüz əlli dörd) manat və məhkəmətrasoloji ekspertizasının keçirilməsi ilə əlaqədar 64 (altmış dörd) manat olmaqla ümumilikdə 218 (iki yüz on səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməldir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344347, 349, 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə

hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının təqsirli bilinsin, ona CM-nin 120.1-ci maddəsi ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin olunan cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 25 mart 2022ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar- Gəncə şəhər prokurorluğunun maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 ədəd qolu manjetli, boynu tüklü dəri materialından qara rəngli gödəkçə; 01 ədəd qara rəngli köynək; 01 ədəd boz rəngli cins şalvar; 01 ədəd qara rəngli papaq; 01 ədəd ayağında qara rəngli ayaqqabı yaxın qohumlarına qaytarılsın,imtina edildikdə məhv edilsin,zərərçəkmiş şəxs X23 məxsus 01 ədəd boynu tüklü qara rəngli gödəkçə; 01 ədəd qara rəngli köynək; 01 ədəd boz rəngli köynək; 01 ədəd mayka; 01 ədəd tünd boz rəngli şalvar; 01 ədəd boz rəngli gecə şalvarı; 01 cüt qara rəngli ayaqqabı yaxın qohumlarına qaytarılsın,imtina edildikdə məhv edilsin,Şahid1 məxsus 01 ədəd qara rəngli gödəkçə; 01 ədəd qara rəngli uzunqol köynək; 01 ədəd qara rəngli cins şalvar; 01 ədəd ağ rəngli mayka sahibinə qaytarılsın ,imtina edildikdə isə məhv edilsin. İş üzrə məhkəmə xərci materialların məhkəmə-lifli ekspertizasının keçirilməsi ilə əlaqədar 154 (yüz əlli dörd) manat və məhkəmə-trasoloji ekspertizasının keçirilməsi ilə əlaqədar 64 (altmış dörd) manat olmaqla ümumilikdə 218 (iki yüz on səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar