Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-66/2025 14.03.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər məhkəməsi Hakimlər: Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), Məmmədzadə Mikayıl Maarif oğlu və İbişov İlkin İlqar oğlundan ibarət tərkibdə, İclas katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri X5 və ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs və nümayəndəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Nümayəndə Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs və müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1978-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs 2000-ci ildən nikah münasibətində olduğu arvadı Zərərçəkmiş şəxs əvvəlki günlərdə onunla əvvəlki kimi ər-arvad münasibətləri və yaxınlıq etməkdən imtina etməsini xəyanət etməsi ilə əlaqələndirib sonuncunu bu məqsədlə aldadaraq özünün müayinədən keçməsi adı ilə Bakı şəhərinə apararaq həkim müayinəsindən keçirtmiş, bununla bağlı yolda gələrkən aralarında yaranmış şəxsi münasibətlər zəminində yaranmış və Gəncə şəhərinə yaşadıqları evə qayıtdıqdan sonra ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin yataq otağında xx.xx.2022-ci il tarixdə səhər saat 08:30 radələrində evin yataq otağında yenidən başlayan münaqişə zamanı sonuncunun ondan boşanacağını bildirib bu dəfə özünün müayinədən keçib onu təhqir etdikləri üçün əvəz çıxacağını bildirməsinə əsəbiləşərək sonuncunu qəsdən həyatdan məhrum etmək qərarına gəlmiş, cinayətkar niyyətini həyata keçirmək üçün məlum olmayan tarixdə və mənbədən əldə etdiyi, deşici-kəsici alət - bıçaqla Zərərçəkmiş şəxs öldürmək istəyini qətiləşdirib müstəsna dərəcədə qəddarlıq nümayiş etdirməklə, xüsusi əzab verdiyini dərk edərək sonuncuya döş qəfəsinin sağ yarısının arxa səthinin daxilə nüfuz edən deşilmişkəsilmiş yara ilə müşayiət olunan 1 (bir) ədəd ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilən, döş qəfəsinin sağ yarısının arxa səthinin 2 (iki) ədəd, sol yarısının arxa səthinin 1 (bir) ədəd, yan səthinin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları ilə müşayiət olunan ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilən, ümumilikdə 5 (beş) ədəd deşilmiş-kəsilmiş yara xəsarətləri, eləcə də sağ bud, sağ diz, sol bazu nahiyələrinin qançırları kimi canlı şəxslərdə sağlamlığa zərər vurmayan və dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirmiş, Zərərçəkmiş şəxs özünü müdafiə etməsi və çağırması nəticəsində, Təqsirləndirilən şəxsla birgə nikahdan doğulan Şahid1 hadisə baş verən otağa gəldikdən sonra da hərəkətlərini davam etdirərək Şahid1 gözləri qarşısında ona xüsusi əzab verdiyini dərk edərək Zərərçəkmiş şəxs bıçaqla yenidən xəsarət yetirməyə cəhd edərkən sonuncunun atasının hərəkətlərinin qarşısını alaraq aktiv müqavimət göstərməsinə, eləcə də Zərərçəkmiş şəxs vaxtında tibb müəssisəsinə aprılaraq ona təxirəsalınmaz tibbi yardım göstərilməsi və cərrahi əməliyyat olunması ilə bağlı həyatının xilas olunması ilə nəticələnən xüsusi amansızlıqla qəsdən zərərçəkmiş şəxsi həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Azərbaycan Respublikası CM-in 29, 120.2.4-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, arvadı Zərərçəkmiş şəxs ilə 2000-ci ildə rəsmi nikaha daxil olmuşdur, iki övladları var. Aytən ilə aralarında tez-tez mübahisə olmuşdur. 2022-ci ilin sentyabr ayının sonunda yaşadığı evdə mərhum atası Hidayət Süleymanovun ölümünün ikinci ildönümü ilə bağlı ehsan süfrəsi açılmış, bacısı Səadət və digər qohumları işdən gələn Aytənə ehsan yeməyi tövsiyə etsələr də, sonuncu yeməyəcəyini təkid etmiş, Aytənin davranışı ona pis təsir etmiş, bir neçə gün keçdikdən sonra Aytən işdən gələndə yenidən mübahisə etmiş, əsəbiləşərək evin əşyalarını sındırmışdır. Bundan sonra Aytən ondan küsüb İlahiyyə Nəbiyevanın yaşadığı Məhsəti qəsəbəsinə getmiş, bir neçə gün sonra gedib sonuncu ilə barışıb evə gətirmişdir. Təxminən bir həftə sonra Aytən oğlu Hikməti əleyhinə öyrətdiyini bəhanə edib onunla mübahisə etmişdir. Aytənin niyə bu qədər əsəbi olduğunu araşdırıb dekabr ayında “Youtube” sosial şəbəkəsində həkim-ginekoloq Günay Hacıyevanın “vaginizm” xəstəliyi haqqında müsahibəsinə baxmış, xəstəliyin əlamətlərinin Aytəndə olması qənaətinə gəlib, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yaşayan bacısı Səadətin evinə gedib bu barədə bildirmişdir. Müsahibədə xəstəliyi daşıyan şəxslərin öz xəstəliklərini gizlətməsi, əlamətlərdən biri kimi qeyd edilmişdir. O, bacısı Səadət ilə Aytən Bakı şəhərinə həkim-ginekoloq Günay Hacıyevanın yanına aparmaq, Aytənə həqiqəti Bakı şəhərində bildirmək barədə razılaşmış, daha sonra evə qayıdaraq Aytənə xəstə olduğunu, Bakı şəhərinə həkimə gedəcəyini demiş, onunla birlikdə gəlməsini xahiş etmiş, Aytən onunla razılaşmışdır. xx.xx.2022-ci il tarixdə saat 05:30-da o, arvadı Zərərçəkmiş şəxs və bacısı Səadət Səmədova ilə birlikdə, Bakı şəhərində yerləşən “Real Hospital” xəstəxanasına getmiş, Aytənə də həkim müayinəsindən keçməyi bildirmiş, Səadət Aytəni həkimin qəbuluna yazdırmışdır. Aytən məsələni başa düşmüş, müayinədən əvvəl bacısı Səadətə Günay həkimə Aytənin əsəbi olduğunu və sonuncuda “vaginizm” xəstəliyinin əlamətlərinin olmasını bildirməsini demişdir. Günay isə müayinədən sonra ona Aytəndə sözügedən xəstəliyin əlamətlərinin olmadığını bildirmiş, bacısı Səadət Gəncə şəhərinə qayıtmış, o isə arvadı Aytən ilə birlikdə Bakı şəhərində qalmışdır. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində arvadı ilə birlikdə Gəncə şəhərinə qayıtdığı zaman sonuncu hansı səbəbə aldadılaraq həkimə gətirildiyini soruşmuş, o da “vaginizm” xəstəliyinə görə gətirdiyini izah etmişdir. Aytən məsələni oğlu Hikmətə danışmış, bu zaman Aytənlə onun arasında sözlə mübahisə baş vermiş, Aytən Hikmətlə birlikdə ginekoloqa gedəcəyini demişdir. O, Aytənə Hikməti bu məsələyə qatmamasını bildirmiş, xx.xx.2022-ci il tarixdə saat 6-da yuxudan oyanmış, oğlu Hikmət yaşadıqları evin həyətində iribuyunuzlu heyvana yem vermək üçün mal tövləsinə getmiş, Aytən də Hikmətin ardınca oraya getmişdir. O, Aytənə Hikmətə mane olmamasını və sonuncu ilə mübahisə etməməsini deyərək evə gəlməsini bildirmiş, bir müddət sonra yenidən həyətə çıxaraq Aytəni çağırmış, lakin sonuncu onun sözünə əhəmiyyət verməyərək Hikmətlə mübahisəyə davam etmişdir. Yenidən evə daxil olmuş, Hikmət işini qurtardıqdan sonra hamama girmiş, Aytən isə birinci mərtəbədə yerləşən yataq otağına daxil olub onunla mübahisə etmişdir. O, Aytənə Hikmətlə mübahisə etməməsini, aralarındakı mübahisəyə sonuncunu qatmamasını bildirmiş, mübahisə zamanı Aytən onu, daha sonra o da Aytəni itələmişdir. Onun əlində yemək hazırlamaq üçün bıçaq olmuş, çox əsəbiləşdiyi üçün əlindəki bıçaqla Aytənə zərbələr endirmişdir. Aytən xəsarət aldıqdan sonra uca səslə oğlu Hikmət çağırmış, Hikmət gələndə Aytən döşəmənin üzərində yıxılmış vəziyyətdə olmuş özü isə şok vəziyyətdə kənarda durmuşdur. Hikmət bıçağı onun əlindən alaraq yerə atmış, anasına qonşuya getməsini bildirmiş, anası çıxdıqdan sonra Hikmət də evi tərk etmişdir. O xəsarət yetirdiyi bıçağı, Aytənə və ona məxsus “Samsung” markalı mobil telefonları götürərək evi tərk etmiş, Aytənin telefonunu götürməkdə məqsədi sonuncunu kimin öyrətməsini öyrənmək olmuşdur. Telefona baxmış, heç nə aşkar etməmişdir. Daha sonra bıçağı və telefonları sındıraraq “Xan arxı”na tullamış, Sumqayıt şəhərinə gedərək ad və yerini dəqiq xatırlamadığı hoteldə qalmış, daha sonra polis idarəsinə gedərək təslim olmuşdur. Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində isə göstərmişdir ki,.....xx.xx.2022-ci il tarixdə, hadisənin baş verməsindən əvvəl Aytən oğlu Hikmətə mane olmamasını və sonuncu ilə mübahisə etməməsini deyərək evə gəlməsini bildirmişdir. Bir müddət keçdikdən sonra yenidən həyətə çıxaraq Aytəni çağırmış, lakin sonuncu onun sözünə əhəmiyyət verməyərək Hikmətlə mübahisəni davam etdirmişdir. Özü evə, Hikmət isə işini qurtardıqdan sonra hamama girmiş, Aytən də yataq otağına daxil olmuşdur. Aytən onunla mübahisə etmiş, Aytənə Hikməti aralarındakı mübahisəyə qatmamasını bildirmişdir. Mübahisə zamanı Aytən onu, daha sonra o da Aytəni itələmişdir. Əlində yemək hazırlamaq üçün bıçaq olmuş. çox əsəbiləşdiyi üçün əlindəki bıçaqla Aytənə zərbə endirmişdir. Aytənin bədəninin hansı nahiyəsinə və neçə bıçaq zərbəsi vurduğunu xatırlamır. Aytəni öldürmək və xəsarət yetirmək məqsədi olmamışdır. Aytən yaralandıqdan sonra uca səslə oğlu Hikməti çağırmış, Hikmət gələndə Aytən döşəmənin üzərində yıxılmış özü isə şok vəziyyəndə kənarda olmuşdur. Hikmət bıçağı əlindən alaraq yerə atmış, anasına qonşunun evinə getməsini bildirmişdir. Anası çıxdıqdan sonra Hikmət də evi tərk etmişdir. O, daha sonra istifadə etdiyi bıçağı, Aytənə və ona məxsus “Samsung” markalı mobil telefonları götürərək evi tərk etmiş, Aytənin telefonunu götürməkdə məqsədi sonuncunu kimin öyrətməsini öyrənmək olmuşdur. Telefonda heç nə aşkar etməmiş, bıçağı və telefonları sındıraraq “Xan arxı”na tullamış, Sumqayıt şəhərinə gedib ad və yerini dəqiq xatırlamadığı oteldə qalmış, təxminən 10 gün sonra Gəncədə polis idarəsinə gedib təslim olmuşdur. Məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2000ci ildə rəsmi nikaha daxil olmuşdur və rəsmi nikahından iki övladı vardır. 2022-ci ilin sentyabr ayının sonlarında yaşadıqları evdə mərhum qaynatası Hidayətin ölümünün ikinci ildönümü ilə əlaqədar ehsan süfrəsi hazırlanarkən Zaur heç bir səbəb olmadan onunla mübahisə etmiş, o da Zaurdan küsmüşdür. Bir neçə gün sonra evdən işə gələndə Zaur evin əşyalarını sındırmış, o, bu hərəkətlərdən bezərək bacısının yaşadığı Məhsəti qəsəbəsinə getmişdir. Bir neçə gün sonra əri Təqsirləndirilən şəxs onun ardınca gəlmiş, barışaraq evə qayıtmışdır. Zaur xx.xx.2022-ci ildə dostları ilə görüşdükdən sonra evə qayıtdığı zaman altı ay müddətində bir nəfər şəxsə onu izlətdirdiyini, yolunu azdığını və adına söz çıxdığını demişdir. Zaurdan onu izləyən şəxsin kim olduğunu və hara getdiyini soruşmuş, Zaur ona “getdiyini qapını bilmirsən?!” deyə kinayəli formada cavab vermiş, sualı təkrarlayanda Zaur ona qonşuları Elyargilə getdiyini demişdir. Elyargilin qonşuları olduğunu deyəndə sonuncu Elyarın oğlu Əli ilə münasibəti olduğunu bildirmişdir. xx.xx.2022-ci il tarixdə Zaur səhhətində problem olduğu üçün müalicəyə Bakıya getməyi xahiş etmiş, o da razılaşmışdır. Zaur ona Bakıda işləyən həkimin əmisi oğlunu müalicə etdiyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə saat 05:30-da o, Zaur və baldızı Səadətlə birlikdə Bakı şəhərinə getmişlər. Xəstəxanada bilmişdir ki, Zaur onun başqa şəxslə münasibəti olmasından şübhələndiyi üçün ginekoloqa gətirmiş, məlumatı olmadan götürdüyü şəxsiyyət vəsiqəsini xəstəxanada həkimə vermiş, həkimlə təklikdə söhbət etmişdir. O, həkim-ginekoloq tərəfindən müayinə edildikdən sonra Zaur bacısı Səadəti Gəncəyə yola salmış, bacısı pul və onun şəxsiyyət vəsiqəsini Zaura qaytarmışdır. Zaura “Bu nə oyundu başıma açırsan” deyib mübahisə etmiş, xx.xx.2022-ci ildə Zaurla birlikdə Gəncəyə yaşadıqları evə qayıtmış, sonuncu ona heç yerə getməməsini. evdə cadu qoyduğuna görə səhhətində problem olduğunu demiş, bundan sonra təkrar Zaurla mübahisə etmiş, boşanacağını demişdir. xx.xx.2022-ci il səhər saat 8 radələrində həyəti süpürdükdən sonra evin birinci mərtəbəsindəki otağa girmiş, Zaur onu görüb arxasınca otağa gəlmişdir. O, çantasından kosmetika götürdüyü zaman Zaur qəfil onun kürək nahiyəsinin sağ və sol tərəfinə bir neçə bıçaq zərbəsi vurmuşdur. O, oğlu Hikməti uca səslə çağırmış, sonuncu gələrək Zaurun əlindən bıçağı almış və qabağını kəsmişdir. O, çətinliklə qonşusu Ziyafətin evinə getmiş, sonuncu təcili tibbi yardıma zəng etmiş, ardı ilə oğlu Şahid1 gəlmişdir. Təcili tibbi yardım həkimləri gələrək ilkin tibbi yardım göstərmiş və Gəncə şəhər 3 saylı xəstəxanaya aparmış, orada tibbi yardım göstərmiş və cərrahi əməliyyat etdirmişlər. Zərərçəkmiş şəxs verilən suallara cavab olaraq bildirdi ki, Təqsirləndirilən şəxs hadisədən əvvəl bir neçə dəfə qısqanclıq zəminində onunla mübahisə etmiş, xx.xx.2022-ci il tarixdə saat 08:30 radələrində Zaura onu nə üçün Bakı şəhərinə həkimə aparmasını soruşmasından sonra mübahisə yaranmış, Zaur qəfil arxası ona dönük olarkən bıçaqla dörd-beş dəfə xəsarət yetirmişdir. Zaurun otağa nə vaxt gəlməsini bilməmiş, onu qəfil vurmuş, oğlu Hikmət gələrək mane olmuş və bıçağı atasının əlindən almışdır. Məhkəmədə şahid qismində əvvəlki tərkib tərəfində dindirilmiş Şahid1 bildirdi ki, hadisə vaxtı tələbə olmuş, atası və anası arasında mübahisələr olmuş, xx.xx.2022-ci il tarixdə saat 08:20 radələrində evinin hamam otağına girmiş, təxminən 10-15 dəqiqə sonra anası Aytənin “Hikmət, Hikmət” deyə qışqırıq səsini eşitmiş, alt paltarında səs gələn yataq otağına qaçmış, anasının üzü üstə uzandığını, kürəyində qan, atası Zauru isə əlində bıçaq görmüşdür. X9 bıçaqla xəsarət yetirdiyini başa düşmüş, atasının əlindən bıçağı alıb xatırlamadığı yerə tullamış, anasına isə qonşuya getməsini bildirmişdir. Qonşuları təcili yardıma zəng etmiş, bir neçə dəqiqə sonra həkimlər gələrək Aytənə ilkin tibbi yardım göstərib, Gəncə şəhər 3 saylı xəstəxanaya aparmışlar. Məhkəmədə verilən suallara cavab olaraq bildirdi ki, atasının anasına necə və hansı formada xəsarət yetirdiyini dəqiq görməmişdir. Atasının əlindən bıçağı aldığı zaman sol əlindən xəsarət almış, hadisə baş verdiyi vaxt həmin yerdə heç bir şəxs olmamışdır. Məhkəmənin yeni tərkibi tərəfindən şahid qismində dindirilmiş Şahid1 isə verilən suallara “xatırlamıram” “bilmirəm” məzmununda cavablar vermişdir ki, məhkəmə bununla bağlı hökmün əsaslandırıcı hissəsində ayrıca qiymətləndirəcəkdirr. Məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X3 göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onun qonşularıdır. Yaşadığı evin qarşısındakı evdə yaşayırlar, təxminən 20 ildir tanıyır. Təqsirləndirilən şəxs heyvandarlıqla məşğul olur, arvadı Zərərçəkmiş şəxs isə müəllim işləyir. xx.xx.2022-ci il tarixdə saat 8 radələrində evdə olarkən darvazanın qapısı möhkəm örtülmüş, sonra isə Zərərçəkmiş şəxs qan içində evə daxil olduğunu görmüşdür. O dərhal Aytəndən nə baş verdiyini soruşmuş, sonuncu əri Təqsirləndirilən şəxs bıçaqla ona xəsarət yetirdiyini bildirmiş, həkimə məlumat verməsini xahiş etmişdir. O, Aytənə ilkin tibbi yardım göstərmiş, təcili tibbi yardıma zəng etmiş, bir neçə dəqiqə sonra Aytənin oğlu Hikmət də yanlarına gəlmişdir. Təcili tibbi yardım avtomobili gəldikdən sonra Aytən Gəncə şəhər 3 saylı birləşmiş xəstəxanaya aparılmış, sonra isə polis əməkdaşları gəlmişdir. Zaur və Aytən arasında əvvəllər mübahisə baş verib-verməməsi barədə heç bir məlumatı yoxdur. Cinayət işinə əlavə edilmiş və məhkəmədə tədqiq edilən “hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri, ünvan 2 ünvanında yerləşən ikimərtəbəli fərdi yaşayış evidir. Evin giriş hissəsində boz rəngli darvaza var. Darvazadan içəri daxil olduqda sağ tərəfdə otaqlar yerləşir. Evin sol tərəfi hasarla əhatə olunmuşdur, çardağın axırında hamam və tualet yerləşir. Hadisə yerinə baxışda iştriak edən Şahid1 hamamda duş qəbul edərkən anası Zərərçəkmiş şəxs səsini eşidib otağa qaçaraq gəldiyini bildirmiş, atası Təqsirləndirilən şəxs anasına xəsarət yetirdiyi yeri göstərmişdir. Otaq dağınıq vəziyyətdədir.Hadisədən sonrakı halları özündə əks etdirən videogörüntülər götürülmüşdür. Cinayət işinə əlavə edilmiş və məhkəmədə tədqiq edilən xx.xx.2023-cü il tarixli “Video görüntü ilə bağlı diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, - “2_02_R_**********3300” adlı fayldakı 05 dəqiqə 56 saniyə davam edən videogörüntüyə baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 08:33:01-də Şahid1 əynində alt paltarı, bir cüt corab və tərlik olmaqla pilləkəndən aşağı düşür, qaçaraq parça örtükdən keçməklə evin birinci mərtəbəsinə daxil olur. Saat 08:37:42-də Zərərçəkmiş şəxs parça örtükdən çölə çıxaraq evin çöl qapısı istiqamətində çətinliklə hərəkət etməklə qapıdan çölə çıxır. Zərərçəkmiş şəxs əynində qara rəngli şalvar, boz rəngli kofta, qəhvəyi rəngli corabı vardır, kürəyində aşkar olunan qanabənzər ləkələrin olması müşahidə edilir. -“1_01_R_**********3300” adlı fayldakı videogörüntüdə xx.xx.2022-ci il tarixdə saat 08:38:00-da Zərərçəkmiş şəxs qapıdan yola çıxır, qarşıdakı darvaza istiqamətində çətinliklə hərəkət edir. Saat 08:38:46-da qonşu darvazanın qapısından içəri daxil olur. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2023-cü il tarixli “baxış və götürmə aparılması haqqında” protokol və əlavəsi olan fotocədvəldən görünür ki, Gəncə şəhər TTYX-dən təqdim edilmiş Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş paltar bir ədəd boz rəngli, üzərində çəhrayı, sarı rəngli yazı naxışları olan, iki yan cibə malik kapşonlu uzunqol poluveri götürülmüşdür. Poluverin arxa sağ tərəfində aşağı son kənarından 450 mm, 530 mm yuxarıda uyğun olaraq 02 ədəd 30 mm və 31 mm uzunluğunda zədələr vardır, poluverin arxa sağ tərəfində aşağısında 350 mm, 355 mm yuxarıda, uyğun olaraq 02 ədəd 32 mm və 16 mm uzunluğunda zədələr vardır, poluverin arxa sol tərəfində aşağı son kənarından 410 mm, 400 mm yuxarıda,uyğun olaraq 02 ədəd 32 mm və 16 mm uzunluğunda zədələr vardır, poluverin arxa sol tərəfində aşağı son kənarından 260 mm yuxarıda, 02 ədəd 12 mm uzunluğunda zədə vardır. Təqdim edilmiş bir ədəd ağ rəngli qolsuz maykanın arxa sağ tərəfində aşağı son kənarından 270 mm, 270 mm yuxarıda uyğun olaraq 02 ədəd 8 mm və 9 mm uzunluğunda zədələr vardır, maykanın arxa sol tərəfində aşağı son kənarından 195 mm yuxarıda, 01 ədəd 8 mm uzunluğunda zədə vardır. Cinayət işinə əlavə edilmiş və məhkəmədə tədqiq edilən məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 2232 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – döş qəfəsinin sağ yarısının arxa səthinin üç ədəd, sol yarısının arxa səthinin bir ədəd, yan səthinin bir ədəd deşilmişkəsilmiş yaraları deşici-kəsici əşyanın (əşyaların) təsiri nəticəsində sağ bud, sağ diz, sol bazu nahiyələrinin qançırları bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir. Zərərçəkmiş şəxs döş qəfəsinin sağ yarısının arxa səthində aşkar edilmiş üç ədəd deşilmiş-kəsilmiş yaralardan biri daxilə keçərək hempnevmotoraksla müşahidə edildiyindən dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilir, döş qəfəsinin sağ yarısının arxa səthinin digər iki ədəd və sol yarısının iki ədəd deşilmiş-kəsilmiş yaraları hər biri ayrıayrılıqda sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilirlər, sağ bud sağ diz sol bazu nahiyələrinin qançırları sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin edilmir. Cinayət işinə əlavə edilmiş və məhkəmədə tədqiq edilən məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 77 saylı rəyindən görünür ki, Şahid1 bədəni üzərində aşkar edilmiş xəsarət - sol mil-bilək oynağı nahiyəsinin deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci ilə uyğun gəlir, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. Cinayət işinə əlavə edilmiş və məhkəmədə tədqiq edilən kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 34 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən hadisəni törədən zaman və halhazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs hadisə zamanı və hal-hazırda öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslərarası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi emosional vəziyyətdə olmuşdur və bunun yaranma səbəbi həyat yoldaşı ilə mübahisəsi ola bilər. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). Cinayət işinə əlavə edilmiş və məhkəmədə tədqiq edilən məhkəmə-tibbi bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 11 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs maye halda qanının qrup göstəricisi “ABO” sistemi üzrə O (l) alfa, betadır. Zərərçəkmiş şəxs məxsus bir ədəd boz rəngli kofta və bir ədəd ağ rəngli mayka üzərində insana məxsus qan aşkar olunmuşdur. Həmin qanın “ABO” sistemi üzrə qrup göstəricisi O (l) alfa, beta olduğundan özünə məxsus ola bilər. Cinayət işinə əlavə edilmiş və məhkəmədə tədqiq edilən məhkəmə trasoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 16/355 nömrəli rəyindən görünür ki, təqdim olunan poluverin üzərində olan 07 ədəd zədələr və maykanın üzərində olan 03 ədəd zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən, bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində aşağıdan yuxarıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 2232 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarət ilə təqdim edilmiş poluverin və maykanın səthində olan zədələr müqayisə olunduqda “döş qəfəsinin sağ yarısının arxa səthində üç ədəd, sol yarısının arxa səhinin bir ədəd, yan səthinin bir ədəd deşilmiş-kəsilmiş yaraları” ilə poluverin üzərində olan 07 ədəd zədələr və maykanın üzərində olan 03 ədəd zədələr yerləşmə sahəsinə görə uyğunluq təşkil edir, yəni yuxarıda göstərilən zədələr və xəsarətlər üst-üstə düşür. İş materiallarına əlavə edilən və məhkəmədə araşdırılan Gəncə şəhər İHB-nin 1 nömrəli sahə inzibati ərazi üzrə nümayəndəlikdən verilmiş xx.xx.2023-cü il tarixli 135 arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən Gəncə şəhər Psixonevroloji Dispanserdən verilmiş xx.xx.2023-cü il tarixli 414 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda deyil. İş materiallarında olan və məhkəmədə tədqiq edilən Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserində xx.xx.2023-cü il tarixli 427 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda deyil. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2022-ci il tarixli, ********* №li əməliyyat tapşırığından görünür ki, hadisəsini törədən Təqsirləndirilən şəxs Hikmət oğlunun və cinayət alətinin olduğu yerin müəyyən edilməsi üçün əməliyyat tapşırığı verilmişdir. İş materiallarında olan Gəncə Şəhər 4-cü Polis Bölməsindən verilmiş xx.xx.2022 tarixli 3-/3-12859-1122 №li məktubdan görünür ki, Təqsirləndirilən şəxs Hikmət oğlu saxlanılaraq istintaqa təhvil verilmişdir. İşin məhkəmə baxışı zamanı məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq Gəncə şəhər 3-cü Polis Bölməsi tərəfindən verilmiş xx.xx.2025-ci tarixli, 3-13-57-3/2- 1625/2022 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri ərazisində tutularaq Gəncə şəhər 3-cü Polis Bölməsinə gətirilmədən istintaqa təhvil verilmiş, buna görə də sonuncunun adı gətirilmiş şəxslərin qeydiyyatı kitabına daxil edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışında və ibtidai istintaq zamanı özünümüdafiəsinə dəlil olaraq göstərmişdir ki, hadisədən əvvəl əlində iş görmək üçün bıçaq olmuş, aralarındakı mübahisə isə zərərçəkmişin oğullarına təsir etməməsinə irad bildirməsinə görə olmuşdur. Zərərçəkmiş şəxs onunla mübahisə etdiyi üçün əsəbiləşərək özündə olmadan zərərəçəkmiş şəxsə bir neçə dəfə bıçaqla kürək nahiyyəsində xəsarət yetirmiş, lakin onun zərərçəkmiş şəxsi öldürmək məqsədi olmamışdır. O, arvadına bıçaqla xəsarət yetirdikdən sonra oğlu Hikmət otağa daxil olmuşdur. Hikmət olanları görməmiş, o da həmin vaxt zərərçəkmiş şəxsə bıçaqla xəsarətlər yetirməmişdir. Hikmət bıçağı əlindən almaq istəyəndə o özündə olmadığı üçün bıçağı vermək istəməmişdir, və yaranmış xəsarət də bununla bağlı ola bilər. Hadisədən sonra özünə və zərərçəkmişə məxsus mobil telefonu götürüb yaxından keçən su arxına atmış, Bakı şəhərinə getsə də, sonradan özü polis şöbəsinə yaxınlaşıb təslim olmuşdur. Hadisədən peşmandır. Ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, işin faktiki halları - hadisənin baş vermə mexanizmi və zərərçəkmiş şəxsin və şahid ifadələri ekspertiza rəyləri hadisə vaxtı Təqsirləndirilən şəxs zərərçəkmişi öldürmək niyyətinin olmamasını inkar edir. Belə ki, hadisənin mexanizmi yəni zərərçəkmişdə olan bədən xəsarətlərinin müqavimət göstərmək imkanında olmadığı vaxtda arxa kürək nahiyyəsindən yetirilməsi, həmin xəsarətlərin nisbətən az xəsarətlə nəticələnə biləcək yuxarı və aşağı ətrafa (qol ayaq hissələrinə deyil) həyati vacib orqanların yerləşdiyi nahiyyələrə yetirilməsi, (dəfələrlə) və zərərçəkmiş şəxsin qışqırığından sonra hadisə yerinə gəlmiş iş üzrə yeganə şahid olan oğlunun bıçağı təqsirləndirilən şəxs (atasının) əlindən alıb tullaması və anasına evdən çıxıb getmək üçün şərait yaratması təqsirləndirilən şəxsin, qəsdən həyatdan məhruetmə niyyətini göstərən işin obyektiv hallarıdır. Nəzərdən qaçırılmamalıdır ki, sonradan qonşuya gedən zərərçəkmiş şəxsə vaxtında təcili, təxirəsalınmaz tibbi yardım göstərilməsi və onun cərrahi əməliyyat edilməsi nəticəsində zərərçəkmiş Zərərçəkmiş şəxs həyatını xilas etmək mümkün olmuşdur. Həmçinin iş materiallarına - təyin edilmiş tibbi ekspertiza rəyinə əsasən şəxslər arasında münaqişə zamanı zərərçəkmişin bədən səthində olan küt əşya təsiri nəticəsində yaranmış xəsarətlər də zərərçəkmiş şəxsin sonrakı kəsici-deşici alətlərlə yetirilən zərbələrdən qorunaraq təqsirləndirilən şəxsə müqavimət göstərməsini təsdiq edir. İşin yeganə şahidi olan Şahid1 ibtidai istintaq və məhkəmə baxışında nisbətən fərqli məzmunlu ifadələr verməsi yəni ibtidai istintaq zamanı atasının xəsarət yetirmək istəməsinə görə onun əlindən bıçağı alıb yerə atarkən xəsarət almasına, məhkəmə istintaqı zamanı əvvəlki məhkəmə tərkibinə otağa daxil olanda atasının anasına zərbələr yetirmək imkanı olsa da hərəkətlərini davam etdirməməsini, əlindəki xəsarəti isə bir neçə gün əvvəl almasını bildirməsi, məhkəmənin son tərkibi tərəfindən dindirilərkən isə həmin xəsarəti hansı şəraitdə almasını xatırlamamasına və suallardan yayınmasına münasibətdə qeyd edir ki, adətən istənilən şəxsin hadisədən sonra verdiyi ifadə (emosional vəziyyətdən çıxdıqdan sonra) daha həqiqətəuyğun və işin faktiki hallarına uyğun olur. Yəni baş vermiş hadisənin isterikasından təsirindən çıxandan sonra istənilən şəxs (şahid) hadisələri görüb qavradığı və müşahidə etdiyi formada ifadə etməyə meylli olmaqla onda özündən uydurma (əlavələr etmə artırb azaltma) meylləri olduqca aşağı səviyyədə olur. Sonrakı müddətdə isə şəxsin özü ilə bağlı obyektiv-hadisənin üzərindən müyyən müddət keçməsi, və subyektiv- şəxsin fərdi psixoloji xüsusiyyətləri faktorlar, eləcə də kənar təsirlər (tərəflərin, qohumlarının təsir və təzyiqləri,) hadisələri olduğu kimi deyil, hər hansı maraq və əhəmiyyət kəsb etməsə də, artırıb-azaltmaq meyllərin güclənməsinə gətirib çıxarır. Hazırki cinayət işinin materiallarından da göründüyü kimi iş üzrə tərəflər (zərərçəkmiş və təqsirləndirilən şəxs) şahidin yaxın qohumları valideynləri olduğundan, istintaqda ilkin ifadəsindən sonra onun hadisənin əhəmiyyətini və ağırlığını verdiyi ifadənin tərəflərə təsirini nəzərə alması, eləcə də zahirən hər hansı tərəf (ata yaxud anasına) meylli formada ifadə verməsinə görə daxili narahatlıq keçirməsi son dəfə dindirilərkən onun verilən suallara “bilmirəm, xatırlamıram” yadımda deyil kimi cavablar verməsi ilə nəticələnmişdir. Odur ki, məhkəmə iş üzrə Şahid1 iş üzrə ibtidai istintaq zamanı verdiyi ifadəsi yuxarıda qeyd edilən əsaslara görə daha dolğun və işin faktiki hallarına uyğun olduğundan onun həmin ifadəsini əsas götürür, məhkəmənin əvvəlki tərkibinə verdiyi ifadələrini isə yaxın qohumluq münasibətlərindən irəli gələn, doğma atasının onun verdiyi ifadələr əsasında ifşa edilməsi nəticəsində dərin narahatlıq və psixoloji gərginlik keçirməsi ilə əlaqəli olduğundan onun məhkəmənin ilkin baxınışdakı ifadəsini sübut kimi qəbul etmir. Nəzərdə qaçırılmamalıdır ki, şahid barəsində təyin edilmiş məhkəmə tibbi ekspertizasının rəyinə əsasən Şahid1 bədəni üzərində aşkar edilmiş xəsarət - sol mil-bilək oynağı nahiyəsinin deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin təsiri nəticəsində və xx.xx.2022-ci ildə yaranmışdir ki, məhkəmə həmin sübutu daha obyektiv və şahidin məhkəmə də mərhəmət niyyəti ilə verdiyi ifadələrini inkar edən sübut kimi qiymət verir. Yəni xəsarətin (deşilmiş kəsilmiş yaxud kəsilmiş-deşilmiş) yaranma mexanizmi ilə qarşılıqlıq təhlil edildikdə aydın olur ki, həmin xəsarət ya digər şəxs tərəfindən yetirilmiş, ya da şəxsin özünə istiqamətlənmiş zərbənin dəf etməsi bədən səthindən yayındırma nəticəsində yaranmışdır. (bu həm zərərçəkmişə istiqamətlənmiş zərbənin qarşının alınması nəticəsində, həm də məhkəmənin qənaətinə əsasən bıçağı təqsirləndirilən şəxsin əlindən almağa çalışarkən sonuncunun şahidi özündən kənarlaşdırmaq məqsədilə əlini irəli geri hərəkət etdirməsi nəticəsində yaxud sair oxşar situasiyada yarana bilərdi) Odur ki, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi ilə (xüsusi amansızlıqla qəsdən adamöldürmə) tövsif edilmişdir və O, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə baxışında Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu”nun xx.xx.2012-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən könüllü gəlib təqsirini boynuna alma şəxsin istintaq, təhqiqat və ya digər dövlət orqanına müəyyən təsir və təzyiq tədbirlərinin nəticəsində deyil, könüllü gəlməsindən və törədilmiş və ya hazırlanan cinayət, yaxud da onda iştirakı barədə düzgün məlumat verməsindən ibarət olmalıdır. Bu mənada nəzərə almaq lazımdır ki, müəyyən təsir və təzyiq nəticəsində şəxsin öz təqsirini boynuna alması və şübhəli şəxs kimi saxlandığı zaman cinayət hadisəsini törətməkdə iştirak etməsini etiraf etməsi halları könüllü gəlib təqsirini boynuna alma kimi qiymətləndirilə bilməz. Hazırki işin faktiki hallarından görünür ki, təqsirləndirilən şəxsin öz ifadəsinə əsasən O, cinayət hadisəsini törətdikdən sonra Bakı şəhərinə getmiş, sonradan isə Gəncə şəhərinə qayıdaraq saxlanılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən axtarıldığını bildikdən sonra Gəncə şəhərinə qayıtması könüllü gəlməsi kimi deyil törətdiyi əməldən çəkdiyi səmimi peşmanlıq kimi mənəvi yükdən azad olmaq istəyi kimi qiymətləndirilə bilər. Məhkəmə həmçinin qeyd edir ki, bütün ibtdai istintaq və məhkəmə baxışında Təqsirləndirilən şəxs özünün könüllü olaraq Gəncə şəhər 2 cü Polis Şöbəsinə təslim olmaq üçün getməsini göstərsə də o uzun müddət 10 (on) qaldığı rayon polis şöbəsi, dövlət yol polisinin stasionar postları mövcud olduğundan Elşən Quliyev təslim olmaq üçün könüllü olaraq istənilən hüquq-mühafizə orqanına yaxınlaşıb törətdiyi xüsusilə ağır cinayət əməli etiraf edə bilərdi. Onun davranışı isə Gəncə şəhərinə qayıtması isə ifşa olduqdan sonra qaçmağın mənasız olmasını başa düşməsi, əməlindən peşman olması kimi qiymətləndirilə bilər. Məhkəmə təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən “şübhəli şəxsin tutulması protokol”dan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə xx.xx.2022-ci ildə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Gəncə şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4 (125)- 272/2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddədə nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinin sanksiyasına əsasən qeyd edilən cinayət əməli on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 15.5-ci maddəsinə əsasən Bu Məcəllə ilə qəsdən törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olan əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Cinayət Məcəlləsinin 56.1.4-cü maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş.... xüsusilə ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Azərbaycan Respublikası CM-nin 63-cü maddəsin əsasən başa çatmayan cinayətə görə cəza təyin edilərkən, cinayətin başa çatdırılmamasına səbəb olan hallar nəzərə alınır. Cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Cinayət etməyə cəhdə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza təyin edilmir. Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Qeyd edilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyinini məqsədəmüvafiq sayır. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə verilmiş mülki iddia isə təmin edilməlidir. Azərbaycan respublikası CPM-nin 179.1. Cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 179.3. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən fiziki....şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda;181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Həmin Məcəllənin 181.2. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə yanaşı 181.2.4. mənəvi ziyanın ödənilməsini tələb edə bilər. CPM-nin181.3-cü maddəsinə əsasən maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, aşağıdakı xərclər şəklində özünü göstərir: 181.3.1. zərərçəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə 183.2. Cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 771-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqazidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. Belə ki, Mülki Məcəllənin 21-ci maddəsinə müvafiq olaraq, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki qanunvericilikdə şəxsin ölümü və ya sağlamlığına zərər yetirilməsi ilə əlaqədar mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən konkret hüquq normasının nəzərdə tutulmaması bu barədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz və belə tələb Mülki Məcəllənin 23-cü maddəsinə əsaslanmaqla mənəvi zərərin ödənilməsi qaydasında irəli sürülə bilər. Mülki Məcəllənin 14-cü maddəsinə başqa şəxsə zərər vurulması həmin maddə ilə hüquq və vəzifə doğuran əsas kimi nəzərdə tutulmuşdur (Mülki Məcəllənin 14.2.6-cı maddəsi). Bu hüquq normasındakı “qanunvericilikdə nəzərdə tutulmasa da” ifadəsi isə bilavasitə Məcəllə ilə nəzərdə tutulmayan hallarda belə mənəvi zərərin ödənilməsi ilə bağlı tələbin irəli sürülməsi üçün əsas yaradır. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Belə ki, iş materiallarından və zərərçəkmiş şəxsin məhkəmə baxışında davranışından da göründüyü kimi məhkəmə iddia ərizəsində göstərilən 2000 (iki min) manat mənəvi zərər vurulmasının sübuta yetirildiyini qənaətinə gəlir. Məhkəmə Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin hərəkətləri nəticəsində dərin psixoloji sarsıntılar keçirməsi fonunda səhətində mənfi təzahürlərin olması aşkar müşahidə edildiyindən dəymiş mənəvi zərərin əvəzi olaraq təqsirləndirilən şəxsdən zərərçəkmiş şəxsin xeyrinə 2000 (iki) min manat pul tutulmasını ədalətli və qanun sayır. Beləliklə, vurulmuş mənəvi zərərə görə Təqsirləndirilən şəxs 2000 manat. ödənilmiş rüsum 40 (qırx) manat olmaqla, ümumilikdə 2040 (iki min qırx) manat pul tutularaq Zərərçəkmiş şəxs verilməlidir. İş üzrə maddi sübut olan Gəncə şəhər prokurorluğunda saxlanılan zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus 1 ədəd boz rəngli üzərində çəhrayı və sarı rəngli bəzəkləri olan kofta və 1 ədəd ağ rəngli mayka zərərçəkmiş şəxsə qaytarılmalı, qəbul etmədikdə isə məhv edilməlidir. Hadisə yerinə baxış zamanı qana bənzər ləkələrdən hopdurularaq götürülmüş 08 ədəd tampon, əzilmiş salfet, siqaret kötükləri, siqaret külü və tum qabığı məhv edilsin, hadisənin görüntüləri olan 1 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur, mülki iddia verilməmişdir. Məhkəmə məsrəfi olan 31,50 (otuz bir manat, əlli qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4cü maddəsi ilə təqsirli bilinsin ona 14 (on dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Çəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs oğlu şübhəli şəxs qismində tutulduğu xx.xx.2022-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Gəncə şəhər prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs məxsus 1 ədəd boz rəngli üzərində çəhrayı və sarı rəngli bəzəkləri olan kofta və 1 ədəd ağ rəngli mayka zərərçəkmiş şəxsə qaytarılsın qəbul etmədikdə isə məhv edilsin, hadisə yerinə baxış zamanı qana bənzər ləkələrdən hopdurularaq götürülmüş 08 ədəd tampon, əzilmiş salfet, siqaret kötükləri, siqaret külü və tum qabığı məhv edilsin, hadisənin görüntüləri olan 1 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi ekspertiza tədqiqatının dəyəri olan 31,50 (otuz bir manat, əlli qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Verilmiş mülki iddia təmin edilsin. Vurulmuş mənəvi zərərə görə Təqsirləndirilən şəxs 2000 manat, ödənilmiş rüsumun əvəzi olan 40 (qırx) manat olmaqla, ümumilikdə 2040 (iki min qırx) manat pul tutularaq Zərərçəkmiş şəxs verilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-66/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-66/2025
14.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver