Məhkəmə qərarları › İş №1(100)-67/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-67/2021

04.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-67/2021 04.03.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X16 Məhkəməsinin hakimi Bağırov Məhəmməd Ənvər oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X2 və X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, müdafiəçi – Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.2020-ci il tarixdə Ağstafa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Ağstafa rayonu, Təcrübə Tarlasında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: Təqsirləndirilən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə səhər saatlarında Ağstafa rayonu, Qırılı kəndində yerləşən işlədiyi fermada cinsi ehtirasını təmin etmək məqsədilə ailəsi ilə birlikdə həmin fermada yaşayan, onun üçün aşkar surətdə 14 yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü Zərərçəkmiş şəxs tövləyə apararaq zor tətbiq etməklə ağzıüstə yerə uzadaraq köməksiz vəziyyətindən istifadə edib əynində olan şalvarını dizinə qədər aşağı endirdikdən sonra ehtirasdan gərilmiş cinsiyyət orqanını Zərərçəkmiş şəxs arxa keçəcək nahiyyəsinə daxil edərək cinsi ehtirasını pozğun formada təmin edib uşaqbazlıq etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2020-ci il tarixdə günorta saatlarında ailəsi ilə birlikdə həmin fermada yaşayan, onun üçün aşkar surətdə 14 yaşına çatmayan, xx.xx.2014-cü il təvəllüdlü Zərərçəkmiş şəxs ilə birlikdə heyvanları Ağstafa rayonu Qırılı kəndində yerləşən işlədiyi fermanın yaxınlığında yerləşən otlaq sahəsinə aparan zaman yolun kənarındakı ağacın altında cinsi ehtirasını təmin etmək məqsədi ilə Zərərçəkmiş şəxs zor tətbiq etməklə ağzıüstə yerə uzadaraq köməksiz vəziyyətindən istifadə edib əynində olan şalvarını dizinə qədər aşağı endirdikdən sonra ehtirasdan gərilmiş cinsiyyət orqanını Zərərçəkmiş şəxs arxa keçəcək nahiyyəsinə daxil edərək cinsi ehtirasını pozğun formada təmin edib təkrar uşaqbazlıq etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2020-ci il tarixdə günorta saatlarında Ağstafa rayonu Qırılı kəndində yerləşən işlədiyi fermada cinsi ehtirasını təmin etmək məqsədi ilə, ailəsi ilə birlikdə həmin fermada yaşayan, onun üçün aşkar surətdə 14 yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü Zərərçəkmiş şəxs tövləyə apararaq zor tətbiq etməklə hər iki əlinin qabaqda birləşdirib iplə bir-birinə bağladıqdan sonra ağzıüstə yerə uzadaraq köməksiz vəziyyətindən istifadə edib əynində olan şalvarını dizinə qədər aşağı endirdikdən sonra ehtirasdan gərilmiş cinsiyyət orqanını Zərərçəkmiş şəxs arxa keçəcək nahiyyəsinə daxil edərək sonuncuya arxa keçəcək nahiyyəsində cırılma ilə müşayiət olunan xəsarət yetirib cinsi ehtirasını pozğun formada təmin edib təkrar uşaqbazlıq etmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli iş üzrə dindirilmiş zərərçəkimiş şəxsin və şahidlərin ifadələri, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasi CM-nin 150.3.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli biləməyərək ifadə verməkdən imtina etmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs məkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, dayısı Tahir və bibisi Cəmilə Ağstafa rayonu, Qırılı kəndində yerləşən Abid adlı şəxsin fermasında birlikdə çoban işləmişlər. Bibisi xəstələndiyi üçün 2020-ci ilin mart ayının ortalarında dayısıgilin işlədikləri fermaya kömək etməyə getmiş, fermada onlardan başqa Mahmud adlı çoban da işləmiş və ailəsi ilə birlikdə fermada yaşamışdır. Bundan başqa fermada çoban işləyən Şahid5, onun həyat yoldaşı Qanuni nümayəndə, azyaşlı oğulları Yusif və Elnur, qızları Şahid7 fermada yaşamışlar. Fermada qaldığı müddət ərzində Paşa evdə olarkən onların yaşadığı olacağa getmiş, Paşa ilə oturub söhbət edib çay içmişdir. xx.xx.2020-ci il tarixdə saat 21- 22 radələrində Cavidin avtomobili ilə fermadan Ağstafa rayonu Təcrübə Tarlasında yerləşən evinə gəlmiş, həmin gündən sonra evlərində olmuşdur. xx.xx.2020-ci il tarixdə isə Ağstafa rayonu, Soyuqbulaq kəndində yaşayan dostu Talehgilə gedərək üç gün onun evində qalmış, bir neçə gün sonra polis əməkdaşları onu axtardığı üçün polis şöbəsinə getmişdir. Fermada olduğu müddətdə Zərərçəkmiş şəxs zor tətbiq edərək onunla qeyritəbii yolla cinsi əlaqədə olmamış, ona qarşı heç bir zorakı hərəkət etməmişdir. Zərərçəkmiş şəxs valideynləri tərəfindən niyə ona şər atıldığını bilmir. Təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsi elan olunduqdan sonra o, dövlət ittihamçısının sualına cavab olaraq ola bilsin ki, fermadan xx xxxx 2020-ci il tarixdə deyil, xx xxxx 2020-ci il tarixdə getmişdir. O, fermadan Cavidin avtomobili ilə Ağstafa rayonu Təcrübə Tarlasında yerləşən evinə getmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş azyaşlı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Elşad onlar qalan yatağa gəlib qohumu Tahirin yanında qalmışdır. Yadında qalmayan tarixdə anası və atası Tahirin maşını ilə birlikdə Ağstafa şəhərinə getmişlər, o da qardaşı və bacısı ilə fermada qalmışdır. O, həyətdə olan zaman Elşad yanına gəlib fermanın içərisinə gedib birlikdə malları sulamağı ona demiş və onlar damın içərisinə getmişlər. Damın içərisinə girən kimi Elşad ona yaxınlaşıb əlini qabaqdan iplə bağlamış və onu ağzıüstə yerə uzatmışdır. Bundan sonra Elşad əynində olan şalvarı dizinə qədər aşağı çəkmiş, o, qaçmaq istəsə də, əli bağlı olduğu üçün heç nə edə bilməmişdir. Elşad şalvarının qabağını açıb üstünə doğru əyilmiş və cinsiyyət orqanını onun arxasına salmış və o, güclü ağrı hiss edərək ağlamışdır. Qışqırmaq istəyən zaman Elşad ağzını tutaraq tez bitəcəyini demiş və bir az keçdikdən sonra Elşad onu buraxaraq şalvarının qabağını bağlamışdır. Bundan bir iki gün sonra Elşad fermanın aşağı tərəfində olan dama aparmış, orada heyvanlara ot qoymaq üçün olan dəmirin yanında onu ağzıüstə yıxıb yerə uzadaraq üstünə uzanmış, cinsiyyət orqanını yenə də arxasına salaraq onu incitmişdir. O, Elşadın əlindən çıxıb qaçmaq istəsə də Elşad onu buraxmamış və qışqırmasın deyə ağzını tutmuşdur. Elşad Bir neçə saniyədən sonra üstündən durub bu olanları kiməsə desə dilini kəsəcəyini demişdir. Həmin günün səhərisi Elşadla birlikdə onun dayısıgilin və ferma sahibinin mallarını otlağa aparmış, fermadan biraz uzaqlaşdıqdan sonra Elşad qabaqda olan ağacın altında ona yaxınlaşaraq əvvəllər etdiyi kimi onu ağzıüstə yerə uzadaraq öz cinsiyyət orqanını onun arxasına soxmaqla onu ağrıdan hərəkətləri etmişdir. Elşadın belə etməsindən sonra o, arxasında ağrılar hiss etmiş və bu barədə anası soruşanda olanları anasına danışmışdır. Zərərçəkmiş Zərərçəkmiş şəxs həmçinin ifadəsində Elşadın hər dəfə onu qışqırsa heç kimin onu eşidə bilməyəcəyi yerə apardığını, Elşadla damdan çıxanda bibisinin və bacısının onları gördüyünü və onun damdan çıxanda ağladığını, Elşadın bu olanları kiməsə desə onun dilini kəsəcəyini dediyini göstərmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində tanınmış Qanuni nümayəndə şahid qismində dindirilərkən ifadəsində bildirmişdir ki, xx xxxx 2020-ci il tarixdə səhər saatlarında həyat yoldaşı Paşa və Tahirlə birlikdə sonuncunun maşını ilə Ağstafa şəhərinə həkimə getmiş, günorta saatlarında isə həkimdən qayıtmışlar. xx xxxx 2020-ci il tarixdə evdə paltarları yığanda Elnurun şalvarının içərisində qan ləkəsinə bənzər nə isə olduğunu görmüş və Elnuru çağırıb ondan şalvardakı qanın nə olduğunu soruşmuşdur. Elnur əvvəl heç nə deməmiş, bir az üstünə düşəndən sonra demişdir ki, onlar həkimə gedərkən Elşad onu dama heyvanlara su aparmaq adı ilə aparmış, orada onun əl qolunu bağlayaraq ağzıüstə yerə uzatmaqla öz cinsiyyət orqanını onun arxa anus dəliyinə soxaraq onunla qeyri-təbii yolla cinsi əlaqədə olmuş, nəticədə onun arxası qanamışdır. O, qanlı şalvarla birlikdə Elşadın bibisi Cəmilənin yanına gedərək ona şalvarı göstərmiş və Elşadın azyaşlı oğlu Elnurla zorla qeyri-təbii yolla cinsi əlaqədə olduğunu bildirmişdir. Cəmilə bu hadisəni açıb-ağartmamalarını, yoxsa yataqda qan düşəcəyini demiş, o da razılaşmışdır. Bir neçə gün qorxduğu üçün bu barədə heç kimə heç nə deməmiş, sonra isə yatağı işlədən Cavid adlı şəxs yatağa gələndə Cəmilə ilə Cavidin söhbət etdiklərini görmüşdür. O, Cavidin yanına gedib onun nə yaxşı gəldiyini soruşmaq istəyəndə Cavid maşına minib fermadan getmiş, bir az sonra Cəmilə yanına gələrək Cavidin ondan Elşadın yataqda Elnurla zorla qeyri-təbii yolla cinsi əlaqədə olaraq onu zorladığını soruşduğunu demişdir. Eyni zamanda Cəmilə ondan “Ay Nargilə, Cavid bunları hardan bilir, olmuya sən deyibsən”-deyə soruşmuş, o isə Cavidə demədiyini demişdir. Bu zaman Cəmilə Cavidin yataqda baş verənlərdən məlumatlı olduğunu, əgər X17 zorla qeyri-təbii yolla cinsi əlaqədə olduğunu soruşsa, onların heç birini təsdiqləməməsini bildirmişdir. O isə Cəmiləyə əgər Cavid soruşsa düzünü deyəcəyimi bildirmişdir. Cəmilə olanları heç kimin bilmədiyini, axıra kimi də belə qalmasını, polis gələsi olsa da, Elnuru içəri salmağı, onu görənin olmamasını bildirmiş, həmin gün də Elşad yataqda olmuşdur. Cəmilə onun narahat olduğunu görüb Elşadı Cavidin maşını ilə şəhərə yola salmışdır. xx.xx.2020-ci il tarixdə axşam saatlarında Cavid yataqda olan zaman həyat yoldaşı Paşa olanları bilmiş və axşam tərəfi o, Paşa və Cəmilə pu barədə söhbət edərkən dalaşmışlar. Bundan sonra o, Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng edərək olanlar barədə məlumat vermişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayətçidir, onun barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş azyaşlı Şahid1 ifadəsində bildirmişdir ki, yadında qalmayan tarixdə yataqda olarkən Elşad oynamaq adı ilə onu fermanın arxa tərəfində olan nar ağacları olan əraziyə aparmış, orada onun əl-qolunu tutub onu ağzıüstə yerə yıxmış, əynində olan şalvarı dizinə qədər aşağıya çəkmiş, öz şalvarının isə qabağını açıb cinsiyyət orqanını çıxarıb onun arxasına salmışdır. O, ağrı hiss edib Elşadın əlindən çxıb qaçmaq istəsə də Elşad onu buraxmamışdır. O, qışqırsa da yaxınlıqda səsini eşidəcək heç kim olmamışdır. Elşad cinsiyyət üzvünü bi neçə dəfə onun arxasına soxub çıxardıqdan sonra dayanmış və üzərindən qalxmışdır. Elşad ayağa qalxdıqdan sonra ona ciddi olaraq tapşırmışdır ki, bu olanları heç kimə deməsin, əgər desə onun dilini kəsəcək. Sonra onlar oradan qayıdıb fermanın həyətinə gəlmiş, o Elşadın ona qarşı zorakılıq hərəkətləri etməsi barədə heç kimə heç nə deməmiş, bundan bir neçə gün sonra Elşadın onun kiçik qardaşı Elnuru da zorladığını eşitmiş, Elşadın tək Elnuru deyil, onu da zorladığını anasına demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, 2020-ci ilin mart ayının 23-də axşam saatlarında işlədiyi fermada Cavid ona yaxınlaşıb fermada hadisə olduğunu, məlumatının olub-olmadığını soruşmuş, o da nə olduğunu soruşanda Cavid iki-üç gün əvvəl yataqda işləyən Tahirin bacısı oğlu Elşadın azyaşlı oğlu Elnura qarşı orakılıq hərəkətləri etdiyini, deyilənə görə Elşadın oğlu Elnuru zorlamasının videosunun da olduğunu demişdir. Bundan sonra yoldaşı Nargilənin yanına gedərək ondan baş verənlərlə bağlı soruşmuş, X14 zorladığını bildiyini, 102 zəng xidmətinə bununla bağlı müraciət etmək istəyəndə Elşadın dayısının arvadı Cəmilənin ona mane olduğunu, ona bu hadisənin heç kimin bilməməsini, yoxsa qan düşəcəyini dediyini bildirmişdir. Bundan sonra Elnuru yanına çağırıb bu barədə soruşmuş, Elnur da olanları təsdiq etmişdir. Qızı Şəbnəm onlar Ağstafada olan gün yataqda olduğunu, yatağın yaxınlığında sıxma bişirmək üçün ot yığarkən Elşadla Elnurun yatağın sol tərəfində olan damdan çıxdıqlarını və birlikdə damın qabağında olan mal salınması üçün nəzərdə tutulmuş xal-xalın qapısına doğru getdiklərini gördüyünü, Xalxalın hasarına çatana yaxın Elşadın Elnuru qucağına alıb hasardan çölə qoyduğunu və Elnurun ağlıya-ağlıya qaçaraq gəlib “Mıkkı” dediyi Elşadın onun arxası ilə gəlib-gəlmədiyini soruşduğunu, Elnurun həmin vaxt ağlayaraq əsdiyini, üst başının toz-torpaq olduğunu görüb onun əynini dəyişmək istəsə də, Elnurun ağlayıb ona əynini dəyişməyə imkan vermədiyini, sonra onun şalvarını əynindən çıxaranda Elnurun arxa tərəfindən qan axdığını gördüyünü demişdir. Elnurun arxasına baxanda onun arxasının yara olduğunu görmüşdür. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan Şahid7 ifadəsində bildirmişdir ki, təxminən 2020-ci ilin mart ayının ortalarında yatağa gəlmiş, atası və anası yataqda olmayanda olacağa da gəlibgetmişdir. 2020-ci ilin mart ayının 26-da təxminən saat 11 radələrində atası və anası fermada işləyən çoban Tahirin avtomobili ilə Ağstafa şəhərinə getmişlər. Günorta saatlarına yaxın ferma ərazisində olan sahədən Elşadın bibisi Cəmilə və Mahmudun qızı Nəzrin ilə sıxma bişirmək üçün göyərti yığmağa gedərkən Elşadla Elnurun fermanın sol tərəfində olan dama getdiklərini görmüşdür. Elşad Elnura bilikdə malları sulamağı demiş, Elnur isə getmək istəməmişdir. X23 gülə-gülə Elnuru qucağına alıb dama aparmışdır. Onlar fermanın kənarında olan sahəliyə gedib göyərti yığıb, təxminən 10 gəqiqə sonra fermaya qayıdanda Elnurla Elşadın həmin damdan çıxaraq onlara doğru gəldiklərini görmüş, Elşad Elnuru qucağına almış və birlikdə damın qabağında olan metal tordan keçib gəlmişlər. Elşad Elnuru qucağından yerə qoyanda Elnur ağlayıb, qollarını qabağa tutaraq əsmiş, Elnurdan niyə ağladığını soruşanda Elnur heç nə deməmiş, o da Elnura “nə olubsa gəl sakitcə mənim qulağıma de”-demişdir. Həmin vaxt Elnurun əl və qollarında ip görməmişdir. X23 Elnurun əlindən tutaraq yanına gəlməyə qoymamışdır. Cəmilə Elnura fikir vermədiyindən çıxıb getmiş, Nəzrin isə yanında olmuşdur. Bundan sonra Elnurun üst başının batdığını görüb ondan nə olduğunu soruşanda Elnur yıxıldığını demiş, o da əynini dəyişməsi üçün paltar gətirmiş və Elnurun əynində olan göy rəngli cins şalvarı əynindən çıxaranda şalvarın iç tərəfində qan ləkəsi olduğunu görmüşdür. Həmçinin Elnurun arxa anus dəliyi nahiyəsinin qanadığını görmüş və Elnurdan həmin qanın nə olduğunu soruşsa da cavab verməmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan X6 Şahid7 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində bildirmişdir ki, təxminən 2020-ci ili mart ayının 15-i Təqsirləndirilən şəxs yatağa dayısıgilin yanına gəlmişdir. xx xxxxx 2020-ci il tarixdə axşam saatlarında fermanın həyətində ucadan səsküy eşitmiş və çölə çıxanda Cəmilə ilə Nargilənin mübahisə etdiklərini görmüşdür. Nargilə Cəmiləyə “sənin ərinin bacısı oğlu Təqsirləndirilən şəxs mənim azyaşlı oğlum Zərərçəkmiş şəxs qarşı zorakılıq edib, onunla qeyri-təbii yolla cinsi əlaqədə olubdur”-demiş, lakin o, həmin vaxt xəstə olduğu üçün çöldə çox dayana bilməmiş və qaldığı olacaga gedib yatmışdır. Səhəri gün bilmişdir ki, Təqsirləndirilən şəxs Paşanın azyaşlı oğlu Zərərçəkmiş şəxs zorlayıbdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində bildirmişdir ki, Ağstafa rayon Qırılı kəndində yerləşən qohumu Abidin fermasında heyvandarlıqla məşğul olur. 2020-ci ilin aprel ayının 9-da yataqda işləyən Tahirin bacısı oğlu Təqsirləndirilən şəxs yataqda işləyən Şahid5 azyaşlı uşağı Elnuru zorladığını eşitmişdir. Bundan sonra o, yatağa getmiş, yataqda birinci Tahirin arvadı Cəmiləni yanına çağırıb ona Elşadın yataqda Şahid5 azyaşlı oğlu Elnuru zorlaması ilə bağlı məlumatın yayıldığını, bunun nə məsələ olduğunu soruşmuşdur. Cəmilə və Tahir ona yataqda belə şey olmadığını demişlər. Mart ayının 27-si o, özünə məxsus avqtomobil ilə Cəmilə ona Elşadı da şəhərə aparmasını dediyindən o, Elşadı Ağstafa şəhərinə aparmış, ona görə də həmin vaxt Elşad yataqda olmamışdır. O, Cəmilə və Tahir ilə söhbət edəndə Nargilə onları kənardan görmüş və avtomobilinin yanına gələrək onu saxladıb Cəmilə ilə Tahirin ona nə dediklərini soruşmuşdur. O, Nargiləyə Elşadı soruşduğunu demiş, Nargilə də ona bir neçə gün bundan qabaq onlar yataqda olmayanda Elşadın onun azyaşlı oğlu Elnuru zorladığını, Cəmilə və əri Tahirin də bunu bildiyini demişdir. O, Nargiləyə Cəmilə ilə Tahirin heç nə demədiklərini demiş, Nargilə isə Cəmilənin ona Elşadın Elnuru zorladığını ona deməməsini, Paşa bilsə problem olacağını dediyini bildirmişdir. O, Cəmiləni yanına çağırıb “Nargilə nə deyir, bayaq səndən Mıkkının nə isə etdiyini soruşanda sən mənə dedin ki, heç nə olmayıbdır”-demiş, Cəmilə isə Nargilənin ona şər atdığını, elə bir şey olmadığını bildirmişdir. Həmin vaxt onların arasında mübahisə düşmüş, mübahisə zamanı Nargilə Cəmiləyə “bayaq sən mənə demirdinmi ki, əgər Cavid məndən nəsə soruşa Cavidə heç nə demiyim”-demiş, eləcə də bildirmişdir ki, söz verdiklərini edərdin, məndə bunu açıbbükməzdin. O, sonradan bilmişdir ki, Cəmilə, onun əri Tahir və Elşadın anası Gülnarə Nargilə ilə razılaşıblar ki, onlar Nargiləyə heyvan verəcəklər, Nargilədə Elşadın azyaşlı oğlu Elnuru zorlaması barədə şikayət etməyəcəkdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Ağstafa rayonu, Qırılı kəndində yerləşən fermada yoldaşı Şahid4la birlikdə çoban işləmiş, səhhətində problemlər yarandığına görə Tahirin bacısı oğlu Elşad 2020-ci ilin mart ayının 15-də fermaya gəlib onlara kömək etmişdir. Mart ayının 24-də Elşada artıq yaxşılaşdığını, istiyirsə kəndə qayıda biləcəyini demiş, Elşad da Cavidlə birlikdə Ağstafa şəhərinə getmişdir. Elşadın Zərərçəkmiş şəxslə qeyri-təbii yolla cinsi əlqədə olmasından heç bir məlumatı olmayıb, o, belə bir halın şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, 2020-ci ilin mart ayının 17-də günorta saatlarında evdə olan vaxt bir qadınla kişi gələrək Elşadı çağırmışlar, Elşad da evdən çıxıb, onlarla birlikdə getmişdir. O, Gülnarəyə onların Elşadı fermaya apardıqlarını demiş, həmin qadın isə qızını Elşada verəcəyini demişdir. xx.xx.2020-ci ili tarixdə həmin fermanın sahibi Cavid adlı şəxs Elşadı evə gətirmiş, Elşad bir neçə gün evdə qalmış, sonra isə polis əməkdaşları gəlib Elşadın barəsində şikayət olduğunu bildirmişlər. Paşagilin qoyun oğurladıqlarına və çoxlu borcları olduğuna görə Elşada şər atmışlar, Nargilə onlardan şikayətçi olmamağa görə əvvəlcə 5000 manat, sonra isə 300 manat pul istəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 Şahid6 ilə eyni məzmunlu ifadə verərək, Paşa və Nargilənin borcu olduqlarından oğlu Elşada şər atdıqlarını bildirmişdir. Məhkəmədə tədqiq edilmiş baxış keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Ağstafa rayonu, Qırlı kəndinin çöllük ərazisində yerləşən X10 məxsus heyvandarlıq üçün nəzərdə tutulan fermada baş vermişdir. Məhkəmədə tədqiq edilmiş əşyaya baxış keçirilməsi və götürmə haqqında xx.xx.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Qanuni nümayəndə təqdim etdiyi azyaşlı oğlu Zərərçəkmiş şəxs məxsus bir ədəd göy rəngli cins şalvar, bir ədəd yaşıl rəngli parça şalvar və bir ədəd kofta baxış keçirilərək götürülmüş, cins şalvarın iç tərəfinin yuxarı hissəsində qurumuş halda qanabənzər ləkə aşkar edilmişdir. Məhkəmədə tədqiq edilmiş əşyaya baxış keçirilməsi və götürmə haqqında xx.xx.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şahid8 təqdim etdiyi bir ədəd “Xiaomi” markalı mobil telefon, 02 CD disk, Təqsirləndirilən şəxs məxsus bir ədəd tünd göy rəngli cins şalvar və bir ədəd göy rəngli papaqlı uzunqol kofta iş üçün əhəmiyyət kəsb etdiyindən baxış keçirilərək götürülmüşdür. Məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 152 saylı rəyindən görünür ki, azyaşlı Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarətin obyektiv əlaməti aşkar edilməmişdir. Azyaşlı Zərərçəkmiş şəxs arxa keçəcək dəliyi nahiyyəsində onunla qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamət-cırılma aşkar olunmuş, həmin cırılma 26-xx.xx.2020-ci il tarixdə əmələ gələ bilərdi. Məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 157 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvlərində cinsi əlaqədə olmağa maneçilik törədən heç bir əlamətlər müşahidə olunmamışdır. Məhkəmədə tədqiq edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 6/1353 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş X7, X8 və Təqsirləndirilən şəxs geyim paltarlarının üzərində kənar lif mikrohissəcikləri vardır. Həmin kənar lif mikrohissəcikləri arasında Elnur Mehdiyevin şalvarının üzərində tapılmış tünd göy rəngli pambıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs şalvarının tərkib liflərinə uyğun gəlirlər, Yusif Mehdiyevin şalvarının üzərində tapılmış tünd göy rəngli pambıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs şalvarının tərkib liflərinə uyğun gəlirlər, Təqsirləndirilən şəxs geyim paltarlarının üzərində Elnur Mehdiyevə və Yusif Mehdiyevə məxsus geyim paltarlarının tərkib liflərindən yoxdur. Məhkəmədə tədqiq edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 3/784 nömrəli rəyindən görünür ki, təqdim edilmiş geyim əşyalarının səthində rəyin tədqiqi hissəsində sayı göstərilməklə təsvir edilən zədələr vardır. Təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs məxsus...” yazı qeydləri olan bağlamadan aşkar edilmiş cins şalvarın səthində olan “a” zədə fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik dartılıbsökülmə zədəsi, üzərində “Zərərçəkmiş şəxs məxsus...” yazı qeydləri olan bağlamadan aşkar edilmiş cins şalvarın səthində olan “b” zədəsi, üzərində “Şahid1 məxsus...” yazı qeydləri olan bağlamadan aşkar edilmiş sviterin, şalvarın səthində olan zədələr fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik dartılıb-cırılma zədələridir. Xüsusi ədəbiyyatda yuxarıda qeyd edilən xarakterə malik zədələrin yaranma mexanizminin müəyyən olunması ilə bağlı tədqiqat metodu olmadığından fiziki qüvvənin təsiri nəticəsində yaranan zədələrin əmələ gəlmə mexanizminin kriminalistik tədqiqat aparılması yolu ilə müəyyən edilməsi mümkün deyil. Məhkəmədə tədqiq edilmiş maddi sübutların ekspertizasının xx.xx.2020-ci il tarixli 37 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə O (İ) alfa-beta, Təqsirləndirilən şəxs maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə A (İİ) betadır. Zərərçəkmiş şəxs məxsus bir ədəd göy rəngli cins şalvar üzərində insana məxsus qan ləkələri aşkar olundu. Həmin qanın ABO sistemi üzrə qrup göstəricisi ABO sistemi üzrə O (İ) alfa-beta olduğundan onun özünə məxsus ola bilər. Zərərçəkmiş şəxs məxsus bir ədəd göy rəngli cins şalvar üzərində spermatozoidlər aşkar olundu, qrup göstəricisi A (İİ) beta olduğundan Təqsirləndirilən şəxs məxsus ola bilər. Şahid1 məxsus bir ədəd boz rəngli jaket, bir ədəd şalvar üzərində müayinə zamanı qana və spermaya oxşar ləkələr aşkar olunmadığından müayinə aparılmadı. Məhkəmədə tədqiq edilmiş ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 319/126 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin aksentuasiyası) baxmayaraq o, şamil edilən hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə edə bilmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini idarə etmək və hərəkətlərinə cavab vermək qabiliyyətindədir. Təqsirləndirilən şəxs praktik olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərinin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma kimi psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs şamil edilən cinayət əməlini törədərkən adi psixi-emosional halda olmuşdur. Təqsirləndirilən şəxs ona şamil edilən cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). Məhkəmədə tədqiq edilmiş ambulator məhkəmə psixoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 135 saylı rəyindən görünür ki, cinayət işi üzrə zərərçəkmiş azyaşlı Zərərçəkmiş şəxs cinsi əlaqədə olmanın mahiyyətini tam dərk etmək qabiliyyətində olmamışdır, bununla yanaşı ona qarşı törədilmiş qanunazidd əməli “pis iş gördü” deyə xarakterizə edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs cinsi əlaqədə olmanın mənasını və gələcəkdə onun hansı nəticələrə səbəb olacağını tam dərk etməmiş və hazırda da tam dərk etmir. Məhkəmədə tədqiq edilmiş Qazax Rayon Psixiatriya Xəstəxanasının xx.xx.2020-ci il tarixli 460 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada psixoloji qeydiyyatda yoxdur. Məhkəmədə tədqiq edilmiş Ağstafa RİH başçısının Ağstafa şəhər İƏD üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli 746/g nömrəli arayışından və həmin tarixli xasiyyətnaməsindən görünür ki, Həsənov X11 şəhər Təcrübə Tarlasında qeydiyyatdadır, xx.xx.1973-cü il təvəllüdlü anası Şahid8 Xamidovnadan, xx.xx.1993-cü il təvəllüdlü bacısı X3 və xx.xx.1995-ci il təvəllüdlü qardaşı X9 ibarət ailə üzvləri vardır, barəsində nümayəndəlikdə heç bir məlumat yoxdur. Məhkəmədə tədqiq edilmiş xx.xx.2020-ci il tarixli şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Məhkəmədə tədqiq edilmiş Ağstafa rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli 4(015)-10/2020 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxxxx 2020-ci il tarixdən hesablanmışdır. Məhkəmədə tədqiq edilmiş DİN-nin Baş Əməliyyat və X5 tərəfindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Məhkəmədə tədqiq edilmiş sübutların qiymətləndirilməsinə dair xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs məxsus olan 1 ədəd şalvar, Təqsirləndirilən şəxs məxsus olan 1 ədəd şalvar, 1 ədəd köynək və içərisində ***-***-**-** saylı nömrə olan “Xiaomi” markalı mobil telefon maddi sübut kimi tanınaraq Ağstafa RPŞ-da məsul saxlanca verilmiş, “xxxx” MMC-dən əldə edilmiş 1 ədəd CD disk və “xxxx” MMC-dən əldə edilmiş 1 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. Həmçinin Təqsirləndirilən şəxs özü üçün aşkar surətdə on dörd yaşına çatmayan xx.xx.2012-ci il təvəllüdlü Şahid1 zor tətbiq etməklə uşaqbazlıq etməsi faktı öz təsdiqini tapmadığından həmin hissədə toplanmış cinayət işinin materialları üzrə AR CMnın 150.3.3-cü maddəsi ilə cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs zor tətbiq edərək onunla qeyri-təbii yolla cinsi əlaqədə olmaması, ona qarşı heç bir zorakı hərəkət etməməsi kimi ifadəsinə məhkəmə tənqidi yanaşaraq, həmin ifadənin onun öz hüquqlarından istifadə edərək özünü müdafiə etmək və cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıması kimi qiymətləndirir. Belə ki, iş üzrə dindirilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə və şahidlərin məhkəmə baxışı iclasında verdikləri ifadələri, eləcə də məhkəmədə tədqiq edilmiş ekspert rəyləri, həmçinin işdə olan digər sübutlarla təqsirləndirilən Təqsirləndirilən şəxs verdiyi ifadəsi təkzib edildiyindən, məhkəmə, təqsirləndirilən şəxsin məhkəmə istintaq zamanı verdiyi ifadəsini inandırıcı hesab etmir. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsinə hüquqi qiymət verərək hesab edir ki, sonuncunun qeyd edilən cinayət əməlini törətməsi məhkəmə istintaqında tədqiq olunmuş mötəbər sübutların obyektiv cəmi ilə də birmənalı təsdiq olunur. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsində Elnurdan şalvardakı qanın nə olduğunu soruşduqda, onun iki gün əvvəl onlar həkimə gedərkən Elşadın onu dama heyvanlara su aparmaq adı ilə apardığını, orada onun əl qolunu bağlayaraq ağzı üstə yerə uzatmaqla öz cinsiyyət orqanını onun arxa anus dəliyinə soxaraq onunla qeyri-təbii yolla cinsi əlaqədə olduğunu, nəticədə onun arxasının qanadığını dediyini bildirmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs də həmçinin qanuni nümayəndəsinin iştirakı ilə dindirilən zaman ifadəsində Təqsirləndirilən şəxs ona zor tətbiq edərək onunla qeyri-təbii yolla cinsi əlaqədə olmasını qeyd etmişdir. Həmçinin Şahid7 ifadəsindən görünür ki, 2020-ci ilin mart ayının 26-da təxminən saat 11 radələrində atası və anası Ağstafa şəhərinə getmişlər. Günorta saatlarına yaxın ferma ərazisində olan sahədən Elşadın bibisi Cəmilə və Mahmudun qızı Nəzrin ilə sıxma bişirmək üçün göyərti yığmağa gedərkən Elşadla Elnurun fermanın sol tərəfində olan dama getdiklərini görmüşdür. Elşad Elnura birlikdə malları sulamağı demiş, Elnur isə getmək istəməmişdir. X23 gülə-gülə Elnuru qucağına alıb dama aparmışdır. Onlar fermanın kənarında olan sahəliyə gedib göyərti yığıb, təxminən 10 gəqiqə sonra fermaya qayıdanda Elnurla Elşadın həmin damdan çıxaraq onlara doğru gəldiklərini görmüş, Elşad Elnuru qucağına almış və birlikdə damın qabağında olan metal tordan keçib gəlmişlər. Elşad Elnuru qucağından yerə qoyanda Elnur ağlayıb, qollarını qabağa tutaraq əsmiş, Elnurdan niyə ağladığını soruşanda Elnur heç nə deməmiş, o da Elnura “nə olubsa gəl sakitcə mənim qulağıma de”-demişdir. Həmin vaxt Elnurun əl və qollarında ip görməmişdir. X23 Elnurun əlindən tutaraq yanına gəlməyə qoymamışdır. Bundan sonra Elnurun üst başının batdığını görüb ondan nə olduğunu soruşanda Elnur yıxıldığını demiş, o da əynini dəyişməsi üçün paltar gətirmiş və Elnurun əynində olan göy rəngli cins şalvarı əynindən çıxaranda şalvarın iç tərəfində qan ləkəsi olduğunu görmüşdür. Həmçinin Elnurun arxa anus dəliyi nahiyəsinin qanadığını görmüş və Elnurdan həmin qanın nə olduğunu soruşsa da cavab verməmişdir. Zərərçəkmiş şəxsin və şahidin ifadəsində göstərdikləri xüsusatlar məkəmə istintaqı zamanı dindirilmiş şahidlər Şahid5 və X4 verdiyi ifadələrlə birmənalı olaraq sübuta yetirilir. Bundan başqa, məhkəmədə tədqiq edilmiş əşyaya baxış keçirilməsi və götürmə haqqında xx.xx.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Qanuni nümayəndə təqdim etdiyi azyaşlı oğlu Zərərçəkmiş şəxs məxsus cins şalvarın iç tərəfinin yuxarı hissəsində qurumuş halda qanabənzər ləkə aşkar edilmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 152 saylı rəyindən isə görünür ki, azyaşlı Zərərçəkmiş şəxs arxa keçəcək dəliyi nahiyyəsində onunla qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamət-cırılma aşkar olunmuş, həmin cırılma 26-xx.xx.2020-ci il tarixdə əmələ gələ bilərdi. Həmçinin məhkəmədə tədqiq edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 6/1353 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş X7, X8 və Təqsirləndirilən şəxs geyim paltarlarının üzərində kənar lif mikrohissəcikləri vardır. Həmin kənar lif mikrohissəcikləri arasında Elnur Mehdiyevin şalvarının üzərində tapılmış tünd göy rəngli pambıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs şalvarının tərkib liflərinə uyğun gəlirlər. Eləcə də, məhkəmədə tədqiq edilmiş maddi sübutların ekspertizasının xx.xx.2020ci il tarixli 37 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə O (İ) alfa-beta, Təqsirləndirilən şəxs maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə A (İİ) betadır. Zərərçəkmiş şəxs məxsus bir ədəd göy rəngli cins şalvar üzərində insana məxsus qan ləkələri aşkar olundu. Həmin qanın ABO sistemi üzrə qrup göstəricisi ABO sistemi üzrə O (İ) alfa-beta olduğundan onun özünə məxsus ola bilər. Zərərçəkmiş şəxs məxsus bir ədəd göy rəngli cins şalvar üzərində spermatozoidlər aşkar olundu, qrup göstəricisi A (İİ) beta olduğundan Təqsirləndirilən şəxs məxsus ola bilər. Bununla da, tədqiq olunmuş yuxarıda qeyd edilən sübutlarla Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməli birmənalı olaraq sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs onun üçün aşkar surətdə on dörd yaşına çatmayan zərərçəkmiş Zərərçəkmiş şəxs zor tətbiq edib, onun köməksiz vəziyyətindən istifadə etməklə ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etdiyinə görə onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsinin sanksiyasında səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 85.5-ci madddəsində göstərilmişdir ki, azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 84-cü maddəsi 14 yaşından 18 yaşadək olan şəxsləri yetkinlik yaşına çatmayanlar qrupuna aid edərkən, onların kifayət qədər əqli yetkinliyə çatmadıqlarını və həyat təcrübələrinin az olmasını nəzərə almışdır. Buna görə də cinayət qanunvericiliyi yetkinlik yaşına çatmayanın törətdiyi cinayətə görə onların əməlinin tövsifində, məsuliyyətin həllində və cəza təyinində yetkinlik yaşına çatmayan şəxslərin əqli və iradəvi xüsusiyyətlərinin məhkəmələr tərəfindən nəzərə alınmasını məcburi sayır. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və cəzanın məqsədlərini, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman yetkinlik yaşına çatmaması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyasının həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə nail olmaq mümkündür. «Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli 4 saylı Qərarın 21-ci bəndində göstərilir ki, yetkinlik yaşına çatmadığı dövrdə qəsdən cinayət (o cümlədən xüsusilə ağır cinayət) törətmiş şəxs hökm çıxarılan vaxt yetkinlik yaşınaçatarsa və azadlıqdan məhrum etmə cəzasına məhkum edilərsə o, cəzasını çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə, ehtiyatsızlıqdan cinayət törətməyə görə 5 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdə isə məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilməlidir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməli, eləcə də cəza çəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu gündən, yəni xx xxxxx 2020-ci il tarixdən hesab edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəllənin 132-ci maddəsinin tələbinə əsasən iş üzrə maddi sübut qismində tanınaraq Ağstafa RPŞ-da saxlanılan Zərərçəkmiş şəxs məxsus olan 1 ədəd şalvar onun qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs məxsus olan 1 ədəd şalvar, 1 ədəd köynək və içərisində ***-***-**-** saylı nömrə olan “Xiaomi” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalı, geyim əşyalarını götürməkdən imtina etdikdə onlar məhv edilməli, “xxxx” MMC-dən əldə edilmiş 1 ədəd CD diskin və “xxxx” MMC-dən əldə edilmiş 1 ədəd CD diskin maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmalıdır. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197.1, 197.1.6-cı maddələrinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs 178 manat məbləğində məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin, təqsirləndirilən Təqsirləndirilən şəxs maddi imkanı olmadığından onun hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxsə vəkil Müdafiəçi 27 iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş cəmi 27 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 162 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə tətbiq ediləcək əmlak müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli xx xxxxx 2020-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut qismində tanınaraq Ağstafa RPŞ-da saxlanılan Zərərçəkmiş şəxs məxsus olan 1 ədəd şalvar onun qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs məxsus olan 1 ədəd şalvar, 1 ədəd köynək və içərisində ***-***-**-** saylı nömrə olan “Xiaomi” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın, geyim əşyalarını götürməkdən imtina etdikdə onlar məhv edilsin, “xxxx” MMC-dən əldə edilmiş 1 ədəd CD diskin və “xxxx” MMC-dən əldə edilmiş 1 ədəd CD diskin maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunması nəzərə alınsın. Təqsirləndirilən şəxs 178 manat məbləğində məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 162 manat məbləğində pul köçürülsün. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində X16 Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər:

1. (sədrlik edən) Məhəmməd Bağırov

2. Dadaş İmanov

3. Nural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar