Məhkəmə qərarları › İş №1(100)-67/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-67/2022

08.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-67/2022 08.04.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Səmədov Xəqani Hacı oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimova Nuranə Lazım qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər – Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, xx xxxxxxx 1987-ci ildə Gəncə şəhərində anadan olmuş, Аzərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, məhkumluğu olmayan, ünvan 2-də qeydiyyatda olmaqla yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxta və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 2,494 qram çəkidə psixotrop maddə olan metamfetamini və 445 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla yaşadığı Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 28 May küçəsi, 19 saylı evin qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X10 Şöbəsinin əməkdaşları tərəfindən 12 noyabr 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, saat 18:10-da qeyd olunan ünvanın qarşısında saxlanılaraq Gəncə şəhəri, Atatürk prospekti, 13A ünvanda yerləşən Daxili İşlər Nazirliyinin BNMİ-nin X10 Şöbəsinə dəvət olunub üzərinə şəxsi axtarış keçirilərkən əlində saxladığı bir ədəd göy rəngli polietilen torbanın içərisində üç ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda çəkiləri 160 qram, 170 qram və 115 qram olmaqla ümumilikdə 445 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən iki ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda çəkiləri 1,509 qram və 0,985 qram olmaqla ümumilikdə külli miqdarda 2,494 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və əynindəki qara rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir neçə ildir ki, narkotik vasitə olan qurudulmuş marixuananı yandırıb tüstüsünü çəkmək yolu ilə qəbul edir. Qəbul etdiyi narkotik vasitəni müxtəlif şəxslərdən almışdır. 2018-ci ildə Gəncə şəhəri Nizami rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1 və 29, 317- 1.1-ci maddələri ilə təqsirli bilinərək 1 (bir) il 06 (altı) ay azadlıqdan məhrum etmə çəzasma məhkum edilmişdir. 24.08.2018-ci il tarixdə Gəncə şəhəri Nizami rayon Məhkəməsinin qərarına əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad edilərək azadlığa buraxılmışdır. Etibarnamə əsasında ona məxsus olan “Hundai İ30” markalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş, "xxxx" ASC şirkətində sərnişin daşıma avtobusunun sürücüsü vəzifəsində işləmişdir. 2019-cu ildə “İstagram” sosial şəbəkəsi vasitəsilə tanımadığı narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olan şəxslə tanış olmuşdur. O, həmin şəxsin adını bilmir. Əvvəllər həmin şəxsdən narkotik vasitə almasa da, 07 noyabr 2020-ci il tarixdə saat 11 radələrində öz şəxsi istifadəsi üçün narkotik vasitə marixuana almaq qərarına gəlmişdir. Buna görə də, “İstagram” sosial şəbəkəsi vasitəsilə mobil nömrəsini əldə etdiyi şəxsin yadında qalmayan mobil nömrəsinə zəng edib həmin şəxsdən şəxsi istifadəsi üçün narkotik vasitə marixuana satmasını xahiş etmişdir. İnstaqram səhifəsinin də adını hazırda xatırlamır. Həmin şəxs ona təxminən 430-450 qram arası marixuananı 700 ABŞ dollarına satmağa razılaşmışdır. Onlar razılığa gələndən sonra 12 noyabr 2020-ci il tarixdə saat 11 radələrində Yevlax rayonunun Varvara kəndi ərazisinə gəlməsini ondan xahiş etmişdir. O, da, həmin şəxsə həmin tarixdə dediyi yerə 700 ABŞ dolları ilə birlikdə gələcəyini bildirmişdir. Sonra həmin şəxs ondan avtomobilinin markasını və qeydiyyat nişanını soruşmuşdur. O, həmin şəxsə bu barədə məlumat verdikdən sonra həmin şəxslə sağollaşmışdır. 12 noyabr 2020-ci il tarixdə səhər saatlarında o, “Hundai İ30” markalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edib Yevlax rayonunun Varvara kəndi ərazisinə getmişdir. O, həmin kəndə çatmasına təxminən 20 kilometr qalmış tanımadığı mobil nömrədən istifadəsində olan ***- ******* mobil nömrəsinə zəng gəlmişdir. O, narkotik vasitə alacağı adamla bir qədər danışdıqdan sonra həmin şəxsə Varvara kənində 20 dəqiqədən sonra çatacağını bildirmişidir. Həmin şəxs ona kəndin girişində onu gözlədiyini bildirmişdir. Sonra o, Varvara kəndinin girişində bir nəfər təxminən 40-50 yaş arası kişinin ona əl etdiyini görmüşdür. O, dərhal avtomobilini dayandırıb sükandan yerə düşmüşdür. Sonra həmin şəxslə bir qədər söhbət etmiş və həmin şəxs onu asfalt yolun kənarından torpaq sahəsinə tərəf aparmışdır. Torpaq sahəsində həmin şəxs ağacın dibində gizlətdiyi bir ədəd göy rəngli sellofan torbanı təqdim edərək içərisində olan paketlərdə 430-450 qram arası narkotik vasitə marixuana olduğunu bildirmişdir. Sonra o, marixuanaya baxış keçirmişdir. O, həmin şəxsə marixuananı aldığını bildirən zaman həmin şəxs ona əlavə olaraq iki ədəd bükülüdə psixotrop maddə metamfetamini pay vermişdir. Sonra o, həmin şəxsə 700 ABŞ dolları pulu verib həmin şəxsin yanından uzaqlaşıb avtomobilinə tərəf getmişdir. Bir neçə dəqiqə sonra o, avtomobilinə yaxınlaşıb sükana əyləşmiş və mühərriki işə salaraq Gəncə şəhəri istiqamətində hərəkətə başlamışdır. Təxminən saat 16 radələrində o, Gəncə şəhəri Kəpəz rayonu Fikrət Əmirov küçəsində yaşadığı evə gəlmişdir. O, yaşaıdğı evdə bir qədər istirahət etdikdən sonra qayınatası Maarifə məxsus Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində hərbiçilər üçün inşa edilmiş binada yerləşən evə getmək və həmin binanın damında aldığı narkotik vasitəni və psixotrop maddəni gizlətmək qərarına gəlmişdir. Bu məqsədlə o, yaşadığı evi tərk edib avtomobili ilə həmin binanın qarşısına getmişdir. Həmin binanın qarşısına çatıb avtomobildə saxladığı narkotik vasitəni, elecə də, aldığı narkotik vasitənin çəkisini dəqiqləşdirmək üçün avtomobildə saxladığı və təsərrüfatda istifadə etdiyi elektron tərəzini götürüb avtomobildən enib binanın bloku istiqamətində yollanmışdır. Həmin gün saat 18 radələrində Daxili İşlər Nazirliyinin “bandotdel” kimi tanınan Baş Mütəşəkkli Cinayətkarlıqla mübarizə idarəsinin əməkdaşları ona yaxınlaşıb Gəncə şəhərində yerləşən Baş Nakoriklərlə Mübarizə İdarəsinin Regional şöbəsinə aparmışlar. Polislər onunla kobud davranmış, ona qarşı zor işlətmişlər. Sonra üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Bu zaman o, əlində saxladığı içərisində 3 bükümdə marixuana olan torbanı, əynində olan qara rəngli gödəkçənin sağ yan cibində olan iki bükümdə metamfetamini və gödəkçənin sol yan cibində olan elektron tərəzini və 6 manat pulu təqdim etmişdir. O, təqdim etdiyi torbada narkotik vasitə qurudulmuş marixuana, iki ədəd bükümdə isə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, ondan aşkar edilmiş metamfetamin ittihamda qeyd olunan çəkidə olmayıb. Qeyd olunan metamfetaminin çəkisi qanunun tələbinə görə külli miqdar hesab olunur. Ona pay verilmiş metamfetamin isə olduqca az miqdarda olmuşdur. Yəni külli miqdar olmamışdır. Eyni zamanda bildirir ki, ondan aşkar olunan qurudulmuş marixuana da külli miqdar deyil. Belə ki, ondan cəmi 445 qram marixuana aşkarlanıb. Qanuna görə də yalnız 500 qram qurudulmuş marixuana və ondan yuxarı külli miqdar hesab olunur. Həmçinin bildirir ki, sms məlumatlarında çoxsaylı kart nömrələri, ayrı ayrı şəxslərə pul göndərmək məqsədilə sözügedən kart nömrələrini göndərməsi və s. Xüsusatlar aşkar edilsə də, onun narkotik vasitələri satmaq niyyəti olmayıb. Xahiş edir ki, əməli CM-in 234.1-ci maddəsinə tövsif edilsin. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Təqsirləndirilən şəxs ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, 2011-ci ildə X2 ilə ailə həyatı qurmuş, həmin nigahdan iki azyaşlı övladı var. Təxminən iki ilə yaxındır ki, narkotik vasitə olan qurudulmuş marixuananı yandırıb tüstüsünü çəkmək yolu ilə qəbul edir. Qəbul etdiyi narkotik vasitəni müxtəlif üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi Gəncə şəhəri ərazisində təsadüfən görüşdüyü şəxslərdən almışdır. 2018-ci ildə Gəncə şəhəri Nizami rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1 və 29, 317-1.1-ci maddələri ilə təqsirli bilinərək 1,5 il azadlıqdan məhrum etmə çəzasma məhkum edilmişdir. 24.08.2018-ci il tarixdə Gəncə şəhəri Nizami rayon Məhkəməsinin qərarına əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad edilərək azadlığa buraxılmışdır. Etibarnamə əsasında ona məxsus olan “Hundai İ30” markalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edirmiş. "xxxx" ASC şirkətində sərnişin daşıma avtobusunun sürücüsü işləyirmiş. 2019-cu ildə “İstagram” sosial şəbəkəsi vasitəsilə tanımadığı narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olan şəxslə tanış olmuşdur. O, həmin şəxsin adını bilmir. Əvvəllər həmin şəxsdən narkotik vasitə almasa da, 07 noyabr 2020-ci il tarixdə saat 11 radələrində öz şəxsi istifadəsi üçün narkotik vasitə marixuana almaq qərarına gəlmişdir. Buna görə də, “İstagram” sosial şəbəkəsi vasitəsilə mobil nömrəsini əldə etdiyi şəxsin yadında qalmayan mobil nömrəsinə zəng edib həmin şəxsdən şəxsi istifadəsi üçün narkotik vasitə marixuana satmasını xahiş etmişdir. İnstaqram səhifəsinin də adını xatırlamır. Həmin şəxs ona təxminən 430-450 qram arası marixuananı 700 ABŞ dollarına satmağa razılaşmışdır. Onlar razılığa gələndən sonra 12 noyabr 2020-ci il tarixdə saat 11 radələrində Yevlax rayonu Varvara kəndi ərazisinə gəlməsini ondan xahiş etmişdir. O, da, həmin şəxsə həmin tarixdə dediyi yerə 700 ABŞ dolları ilə birlikdə gələcəyini bildirmişdir. Sonra həmin şəxs ondan avtomobilinin markasını və qeydiyyat nişanını soruşmuşdur. O, həmin şəxsə bu barədə məlumat verdikdən sonra həmin şəxslə sağollaşmışdır. 12 noyabr 2020-ci il tarixdə səhər saatlarında o, “Hundai İ30” markalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edib Yevlax rayonu Varvara kəndi ərazisinə getmişdir. O, həmin kəndə çatmasına təxminən 20 kilometr qalmış tanımadığı mobil nömrədən istifadəsində olan ***-******* mobil nömrəsinə zəng gəlmişdir. O, narkotik vasitə alacağı adamla bir qədər danışdıqdan sonra həmin şəxsə Varvara kənində 20 dəqiqədən sonra çatacağını bildirmişidir. Həmin şəxs ona kəndin girişində onu gözlədiyini bildirmişdir. Sonra o, Varvara kəndinin girişində bir nəfər təxminən 40-50 yaş arası kişinin ona əl etdiyini görmüşdür. O, dərhal avtomobilini dayandırıb sükandan yerə düşmüşdür. Sonra həmin şəxslə bir qədər söhbət etmiş və həmin şəxs onu asfalt yolun kənarından torpaq sahəsinə tərəf aparmışdır. Torpaq sahəsində həmin şəxs ağacın dibində gizlətdiyi bir ədəd göy rəngli sellofan torbanı təqdim edərək içərisində olan paketlərdə 430-450 qram arası narkotik vasitə marixuana olduğunu bildirmişdir. Sonra o, marixuanaya baxış keçirmişdir. O, həmin şəxsə marixuananı aldığını bildirən zaman həmin şəxs ona əlavə olaraq iki ədəd bükülüdə psixotrop maddə metamfetamini pay vermişdir. Sonra o, həmin şəxsə 700 ABŞ dolları pulu verib həmin şəxsin yanından uzaqlaşıb avtomobilinə tərəf getmişdir. O, avtomobilinə yaxınlaşan zaman ayağı büdrüyərək yerə yıxılmışdır. O, yerə yıxılan zaman baş nahiyyəsi zərbə ilə yerə dəydiyi üçün yaralanmışdır. Bir neçə dəqiqə sonra o, avtomobilinə yaxınlaşıb sükana əyləşmiş və mühərriki işə salaraq Gəncə şəhəri istiqamətində hərəkətə başlamışdır. Təxminən saat 16 radələrində o, Gəncə şəhəri Kəpəz rayonu Fikrət Əmirov küçəsində yaşadığı evə gəlmişdir. O, yaşaıdğı evdə bir qədər istirahət etdikdən sonra qayınatası Maarifə məxsus Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində hərbiçilər üçün inşa edilmiş binada yerləşən evə getmək və həmin binanın damında aldığı narkotik vasitəni və psixotrop maddəni gizlətmək qərarına gəlmişdir. Bu məqsədlə o, yaşadığı evi tərk edib avtomobili ilə həmin binanın qarşısına getmişdir. Həmin binanın qarşısına çatıb avtomobildə saxladığı narkotik vasitəni, elecə də, aldığı narkotik vasitənin çəkisini dəqiqləşdirmək üçün avtomobildə saxladığı və təsərrüfatda istifadə etdiyi elektron tərəzini götürüb avtomobildən enib binanın bloku istiqamətində yollanmışdır. Bu zaman həmin gün saat 18 radələrində ona bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişdilər. Polis əməkdaşları ondan özünü təqdim etməsini xahiş etmişlər, o, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişdilər. O, da səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetamin vardır. Bundan sonra polis əməkdaşları onu Gəncə şəhərində yerləşən Baş Nakoriklərlə Mübarizə İdarəsinin Regional şəbösinə dəvət etmişdilər. O, buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Avtomobili də şöbəyə gətirmişlər. Orada hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Bu zaman o, əlində saxladığı içərisində 3 bükümdə marixuana olan torbanı, əynində olan qara rəngli gödəkçənin sağ yan cibində olan iki bükümdə metamfetamini və gödəkçənin sol yan cibində olan elektron tərəzini və 6 manat pulu təqdim etmişdir. O, təqdim etdiyi torbada narkotik vasitə qurudulmuş marixuana, iki ədəd bükümdə isə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Narkotik vasitə marixuanaya bənzər kütlələlərin olduğu üç ədəd sellofan paketlər ayrı-ayrılıqda elektron tərəzidə çəkilmişdir. Həmin kütlələrin ümumi çəkilərinin 170 qram, 170 qram və 115 qram olması müəyyən edilmişdir. Bundan sonra psixotrop maddə metamfetaminə bənzər iki bükümdə kütlələr elektron tərəzidə çəkilmiş və ümumi çəkilərinin 2,62 qram olması müəyyən edilmişdir. Həmin torba və bükümlərə baxış keçirildikdən sonra elektron tərəzi ilə birlikdə ayrı-ayrı qablaşdırılmışdır. Sorğu zamanı o, üzərindən aşkar edilmiş iki ədəd bükümdə olan “şüşəni” və bir ədəd torbadaki üç ədəd torbada olan “nəşəni” 700 ABŞ dollarına aldığını bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan başqa 6 manat pul onun özünə qaytarılmışdır. Bundan sonra üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı polis əməkdaşları tərəfindən protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuşdur, düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan başqa idarə etdiyi avtomobilə baxış keçirilmiş lakin heç bir qanunsuz əşya aşkar edilməmişdir. Baxışla bağlı protokol tərtib edilmiş və o, həmin protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. O, həmin narkotik vasitə qurudulmuş marixuananı özü istifadə etmək üçün alaraq üzərində saxlamışdır, psixotrop maddə metamfetamini isə gələcəkdə hər hansı bir şəxsə hədiyyə verəcəkdir, cünki o, “şüşə” qəbul etmir. Həmin narkotik vasitə və psixotrop maddəni satmaq fikri olmamışdır. O, narkotik vasitəni və psixotrop maddəni ayrı-ayrı bükümlərə bölünmüş vəziyyətdə almışdır. O, heç bir vaxt narkotik vasitə və ya psixotrop maddələrin alveri ilə məşğul olmamışdır. O, narkotik vasitə və psixotrop masddəni aldığı şəxsin şəxsin anket məlumatlarını bilmir. Həmin şəxs özünü təqdim etməmişdir. Həmin şəxsin olduğu yeri bilmir, həmin şəxslə təsadüfən rastlaşmışdır. Həmin şəxs uzun boylu, arıq bədən quruluşlu, qaraşın, təxminən 40-50 yaşlı şəxs olmuşdur. O, saxlanılan vaxt üzərinə baxış keçirilən zaman ona heç bir fiziki və ya psixi zor göstərilməyib. Özü sərbəst şəkildə müdafıəçinin iştirakı ilə izahat vermişdir. O, nə narkoloji, nə vərəm və nə də psixo-nevroloji dispanserdə qeydiyyatda deyil. Ona Polis şöbəində hər hansı bir təsir, təziq və ya fiziki işqəncə göstəriləmişdir, ona qarşı heç bir qanunsuz hərəkət edilməmişdir. O, başqa heç bir cinayət törətməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncu ilə heç bir ədavət və düşmənçliyi olmamışdır. 12 noyabr 2020-ci il tarixdə ünvan 2-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkoik vasitəni üzərində gəzdirməsi və satması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə raportla rəhbərliyə məlumat verdikdən sonra əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi və əməliyyat qrupunun yaradılması haqda qərar qəbul olunmuşdur. Bundan sonra idarənin digər əməkdaşları, yəni, Şahid2 və Şahid3la birlikdə keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 12 noyabr 2021-ci il tarixdə, saat 18 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 28 May küçəsi, 19 saylı evin qarşısında olmasını müəyyən edib həmin yerə getmişlər və Təqsirləndirilən şəxs həmin ərazidə idarə etdiyi “Hyundai İ 30” markalı, **-EG-*** dövlət nömrə nişanlı avtomobildən düşərək həmin binanın dəhlizinə tərəf getdiyini görmüşdülər. Həmin vaxt Təqsirləndirilən şəxs əlində göy rəngli sellofan torba olmuşdur. O, və digər polis əməkdaşları Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər, barəsində qəbul olunmuş təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə dair qərarla Təqsirləndirilən şəxs tanış etmişdilər və üzərinə baxış keçirtmək məqsədi ilə Toğrulu əlindəki sellofan torba və avtomobili ilə birlikdə BNİM-nin X10 Şöbəsinə gətirmişdilər. Təqsirləndirilən şəxs üzərinə baxış keçirtməzdən əvvəl hüquqlarını müdafiə etmək məqsədilə müdafiəçi qismində X14 şöbəsinə dəvət edib Təqsirləndirilən şəxs təqdim etmişlər və Toğrul ona təqdim olunmuş Kərim Məmmədov tərəfindən hüquqlarının müdafiə olunmasına etiraz etməmişdir. Bundan sonra müdafiəçinin iştirakı ilə video çəkilişdən istifadə olunmaqla Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış keçirilməzdən qabaq Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud işüzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra əvvəlcə Təqsirləndirilən şəxs əlində saxladığı 01 ədəd göy rəngli polietilen torbanı təqdim edərək, həmin torbanın içərisində narkotik vasitə marixuana olduğunu bildirmişdir. Həmin torbanın içərisində baxış keçirilən zaman 03 (üç) ədəd sellofan paketdə ot kütlələri aşkar edilmişdir. Aşkar edilmiş kütlələrin hər birinə ayrı-ayrılıqda baxış keçirilmişdir. Baxış zamanı kütlələrin kəskin iyli, narkotik vasitə marixuanaya bənzər olmaları müəyyən edilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində digər narkotik vasitə və psixotrop maddə olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 02 (iki) ədəd sellofan bükülüləri təqdim edərək, həmin bükülülərin içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Sonra narkotik vasitə marixuanaya bənzər kütlələlərin olduğu üç ədəd sellofan paketlər ayrı-ayrılıqda elektron tərəzidə çəkilmişdir. Həmin bükülülərin ümumi çəkilərinin 170 qram, 170 qram və 115 qram olması müəyyən edilmişdir. Sonra üç ədəd sellofan paket qablaşdırılması üçün aşkar edildiyi 01 ədəd göy rəngli polietilen torbanın içərisinə qoyulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 02 (iki) ədəd sellofan bükülülərin hər birinə ayrı-ayrılıqda baxış keçirilmişdir. Baxış zamanı kütlələrin kəskin iyli, psixotrop maddə metamfetaminə bənzər olmaları müəyyən edilmişdir. Sonra kütlələr elektron tərəzidə çəkilmiş və ümumi çəkilərinin 2,62 qram olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd qara rəngli elektron tərəzi aşkar edilmişdir. Şəxsi axtarış zamanı Torul Əliyevin üzərindən digər narkotik vasitə, psixotrop maddə və qanunla daşınması qadağan edilmiş digər əşya aşkar edilməmişdir. Narkotik vasitə marixuanaya bənzər kütlə, psixotrop maddə metamfetaminə bənzər külə və 01 (bir) ədəd elektron tərəzi zərflərin içərilərinə qoyulmuş və zərflərin ağızları möhürlənərək qablaşdırılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitəni həmin günü Yevlax rayonu ərazisində çöl yolunda tanımadığı şəxsdən 700 (yeddi yüz)ABŞ dollara almışdır. Həmin şəxs psixotrop maddəni Toğrula hədiyyə vermişdir. Toğrul tanımadığı şəxslə yolun kənarında olan ağacın yaxınlığında söhbət edən zaman yıxılaraq baş nahiyyəsindən xəsarət almışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman polis əməkdaşları və hər hansı bir şəxs Təqsirləndirilən şəxs qarşı fiziki güc tətbiq etməmişdir, sonuncunu təhqir etməmişdilər. Narkotik vasitələrdən istifadə etmir. Elektron tərəzi Təqsirləndirilən şəxs uzun müddətdir ki, vardır. Elektron tərəzi avtomobilində qırıq vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs elektron tərəzini avtomobilindən götürüb evə aparmaq istəmişdir. Gələcəkdə elektron tərəzini tullamaq istəmişdir. 12 noyabr 2020-ci il tarixdə saat 18 radələrində istifadəsində olan avtomobildən narkotik vasitəni və psixotrop maddəni əlinə götürüb binanın blokunda aparıb gizlətmək istəyən zaman polis əməkdaşları Təqsirləndirilən şəxs saxlayaraq avtomobili ilə birlikdə polis şöbəsinə aparmışlar. Toğrul narkotik vasitəni gizlədib bayram günlərində çəkmək istəmişdir. Aşkar edilmiş kütlələri satmaq niyyəti olmamışdır. Psixotrop maddə metamfetamini gələcəkdə ya tullayacaq, yada tanışlarına hədiyyə verəcəkmiş. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai İ 30” markalı, **-EG-*** dövlət nömrə nişanlı avtomobilə yuxarıda göstərilən şəxslərin iştirakı ilə və videoçəkilişlə baxış keçirilmiş, lakin avtomobildən digər narkotik vasitə, psixotrop maddə və qanunla daşınması qadağan edilmiş digər əşya aşkar edilməmişdir. Bu barədə də müvafiq protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs hər hansı fiziki zor tətəbiq edilməmiş, psixoloji təsir göstərilməmişdir. Sonuncunun məhkmə istintaqı zamanı verdiyi ifadəsi həqiqəti əks etdirmir. Həmçinin, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə bağlı məlumat daxil olmuşdur, lakin Toğrulun kimlərə narkotik vasitə satmasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3, Şahid1 ilə eyni məzmunlu ifadə vermiş və işin halları ilə bağlı onun göstərmiş olduğu xüsusatları tam təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 13.11.2020-ci il tarixli “cinayət işinin başlanması haqqında” qərardan görünür ki, həmin cinayət işinin başlanmasına səbəb və əsas Təqsirləndirilən şəxs barəsində daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X10 Şöbəsinin əməkdaşları tərəfindən 12 noyabr 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saat 18:10-da Gəncə şəhər, Nizami rayon, Yeni Gəncə qəsəbəsi, 28 May küçəsi, 19 saylı evin qarşısında saxlanılaraq BNİM-nin X10 Şöbəsinə dəvət olunub üzərinə şəxsi axtarış keçirilərkən üzərindən bır ədəd göy rəngli polietilen torbanın içərisində üç ədəd sellofan bükümlərdə ümumilikdə 445 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, iki ədəd sellofan bükümlərdə külli miqdarda 2,494 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülməsi faktına görə Baş Narkotiklərlə Mübarizə İdarəsinin X10 Şöbəsində toplanmış material olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 12.11.2020-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12.11.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 12.11.2020-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması barədə” protokoldan və protokola əlavə edilmiş video diskdən və “video diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 12.11.2021-ci il tarixdə BNİM-nin X10 Şöbəsində təhqiqatçı Yunis Quliyevin, idarənin digər polis əməkdaşları, yəni, Şahid1, Şahid3 və Şahid2, həmçinin müdafiəçi X4 və narkotik vasitələrin istifadəsində və saxlamasında, satışında şübhəli bilinərək saxlanılmış şəxs Təqsirləndirilən şəxs iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilir. Baxış keçirilməzdən qabaq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılması ilə bağlı hüquq və vəzifələrini izah etdikdən sonra paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud işüzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilir. Bu təklifdən sonra əvvəlcə Təqsirləndirilən şəxs əlində saxladığı 01 ədəd göy rəngli polietilen torbanı təqdim edərək, həmin torbanın içərisində narkotik vasitə marixuana olduğunu bildirir. Həmin torbanın içərisində baxış keçirilən zaman 03 (üç) ədəd sellofan paketdə ot kütlələri aşkar edilir. Aşkar edilmiş kütlələrin hər birinə ayrı-ayrılıqda baxış keçirilir. Baxış zamanı kütlələrin kəskin iyli, narkotik vasitə marixuanaya bənzər olmaları müəyyən edilir. Sonra Təqsirləndirilən şəxs üzərində digər narkotik vasitə və psixotrop maddə olub-olmaması soruşulur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 02 (iki) ədəd sellofan bükülüləri təqdim edərək, həmin bükülülərin içərisində psixotrop maddə metamfetamin olduğunu bildirir. Sonra narkotik vasitə marixuanaya bənzər kütlələlərin olduğu üç ədəd sellofan paketlər ayrı-ayrılıqda elektron tərəzidə çəkilir. Onların ümumi çəkilərinin 170 qram, 170 qram və 115 qram olması müəyyən edilir. Sonra üç ədəd sellofan paket qablaşdırılması üçün aşkar edildiyi 01 ədəd göy rəngli polietilen torbanın içərisinə qoyulur. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 02 (iki) ədəd sellofan bükülülərin hər birinə ayrı-ayrılıqda baxış keçirilir. Baxış zamanı kütlələrin kəskin iyli, psixotrop maddə metamfetaminə bənzər olmaları müəyyən edilir. Sonra kütlələr elektron tərəzidə çəkilir və ümumi çəkilərinin 2,62 qram olması müəyyən edilir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd qara rəngli elektron tərəzi aşkar edilir. Şəxsi axtarış zamanı Torul Əliyevin üzərindən digər narkotik vasitə, psixotrop maddə və qanunla daşınması qadağan edilmiş digər əşya aşkar edilmir. Narkotik vasitə marixuanaya bənzər kütlə, psixotrop maddə metamfetaminə bənzər külə və 01 (bir) ədəd elektron tərəzi zərflərin içərilərinə qoyulur və zərflərin ağızları möhürlənərək qablaşdırılır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirir ki, üzərindən aşkar edilmiş narkotik vasitəni həmin günü Yevlax rayonu ərazisində çöl yolunda tanımadığı şəxsdən 700 (yeddi yüz) ABŞ dollara almışdır. Həmin şəxs psixotrop maddəni ona hədiyyə vermişdir. O tanımadığı şəxslə yolun kənarında olan ağacın yaxınlığında söhbət edən zaman yıxılaraq baş nahiyyəsindən xəsarət almışdır. O saxlanılan zaman polis əməkdaşları və hər hansı bir şəxs ona qarşı fiziki güc tətbiq etməmişdir, onu təhqir etməmişlər. Narkotik vasitələrdən istifadə etmir. Elektron tərəzi onda uzun müddətdir ki, vardır. Elektron tərəzi avtomobilində qırıq vəziyyətdə olmuşdur. O elektron tərəzini avtomobilindən götürüb evə aparmaq istəmişdir. Gələcəkdə elektron tərəzini tullamaq istəmişdir. 12 noyabr 2020-ci il tarixdə saat 18 radələrində istifadəsində olan avtomobildən narkotik vasitəni və psixotrop maddəni əlinə götürüb binanın blokunda aparıb gizlətmək istəyən zaman polis əməkdaşları onu saxlayaraq avtomobili ilə birlikdə polis şöbəsinə aparmışlar. O, narkotik vasitəni gizlədib bayram günlərində çəkmək istəyirmiş. Aşkar edilmiş kütlələri satmaq niyyəti olmamışdır. Psixotrop maddə metamfetamini gələcəkdə ya tullayacaq, yada tanışlarına hədiyyə verəcəkmiş. Videogörüntülərə baxış keçirilməsi barədə müvafiq protokol tərtib edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, kompleks məhkəmə-bioloji və məhkəmə-kimyəvi ekspertizasının 13 noyabr 2020-ci il tarixli, 16/762 nömrəli rəyindən görünür ki, - Tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə mariuxanaya bənzər kütlə” sözləri olan kağız paketdəki, 1 (bir) ədəd göy rəngli polietilen torbanın içərisindəki digər 3 (üç) ədəd sellofan paketdə, ayrı-ayrılıqda təmiz çəkiləri 160 qram, 170 qram, 115 qram, ümumi təmiz çəkisi 445 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır, xarici əlamətlərinə və tərkiblərinə görə eynidirlər. - Tədqiqata təqdim edilmiş, üzərində “........şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminə bənzər kütlə” sözləri olan kağız paketdəki, 2 (iki) ədəd sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,509 qram, 0,985 qram, ümumi təmiz çəkisi 2,494 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir, xarici əlamətlərinə və tərkiblərinə görə eynidirlər. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin 1-ci siyahısının İİ bəndinə daxildir. - Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd elektron tərəzinin üzərində narkotik və psixtrop maddə izləri yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14.11.2020-ci il tarixli 4(005)-1276/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 12.11.2020-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Respublika Psixiatriya Xəstəxanası” X17 14.11.2020-ci il tarixli 7927 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs “Respublika Psixiatriya Xəstəxanası”-da müalicədə olmayıbdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 16.11.2020-ci il tarixli “cinayət işinin aidiyyəti üzrə göndərilməsi haqqında” qərardan görünür ki, 16 noyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair olan ********* nömrəli cinayət işi ərazi aidiyyəti üzrə Gəncə şəhər BPİ-nə göndərilmiş, cinayət işi üzrə istintaqın davam etdirilməsi 14 dekabr 2020-ci il tarixdə Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin sabiq müstəntiqi Elxan Əsədova həvalə edildiyindən həmin tarixdə cinayət işi icraata qəbul edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 12.01.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami rayon Məhkəməsinin 30.04.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 29,317-1.1-ci maddələri ilə 1 il 5 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Gəncə şəhər Nizami rayon Məhkəməsinin 24.08.2018-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 8 ay 8 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. 01.05.2019-cu il tarixdə cəzasını çəkib qurtarmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Respublika Narkoloji Mərkəzi” X17 16.11.2020-ci il tarixli 19/51-10969 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs “Respublika Narkolji Mərkəzin”-də müalicədə olmayıbdır və qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 18.11.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami rayon Məhkəməsinin 30.04.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 29,317-1.1-ci maddələri ilə 1 il 5 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Gəncə şəhər Nizami rayon Məhkəməsinin 24.08.2018-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 8 ay 8 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. 01.05.2019-cu il tarixdə cəzasını çəkib qurtarmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 27.11.2020-ci il tarixli 3087 saylı və 3088 saylı Gəncə şəhər Kəpəz RİHB 1 nömrəli SİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışlardan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında qeydiyyatdadır və 1993-cü il təvəllüdlü arvadı X5, 2013-cü il təvvəlüdlü oğlu X7, 2020-ci il təvəllüdlü qızı X8 və 1939-cu il təvəllüdlü nənəsi X1 ibarət ailə üzvləri vardır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Kəpəz RİHB 1 nömrəli SİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında qeydiyyatdadır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 03.12.2020-c il tarixli məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə və ya narkotik vasitə əldə etməsində ona kömək edən şəxsin olub-olmamasının, güclü təsir edən maddə və ya narkotik vasitəni əldə etdiyi şəxsin şəxsiyyətinin, həmçinin həmin şəxsin rayon ərazisində baş vermiş digər cinayətlərdə iştirak edib-etməməsinin əməliyyat yolu ilə müəyyən edilməsi mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-narkoloji ekspertizasının 18.01.2021-ci il tarixli 139 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatından sui-istifadə etməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata götürülməsi məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Nizami rayon Məhkəməsinin 30.04.2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 29,317-1.1-ci maddələri ilə təqsirli bilinib 1 il 5 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 17.02.2021-ci il tarixli “cinayət işinin icraata qəbul edilməsi, cinayət işinin bir icraata birləşdirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Bərdə RPŞ-nin İB-də istintaqı aparılan ********* nömrəli cinayət işi 15 yanvar 2021-ci il tarixdə aidiyyəti üzrə Gəncə şəhər BPİ-nə göndərilmiş və həmin cinayət işi 17 fevral 2021-ci il tarixdə sabiq müstəntiqi Elxan Əsədovun icraatına qəbul edilməklə Təqsirləndirilən şəxs barəsində olan ********* nömrəli cinayət işinə birləşdirilmiş və cinayət işi üzrə cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.4.3 və 263-1.3-cü maddəsinə tövsif edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 18.05.2020-ci il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işinin başlanmasına səbəb və əsəs 18 may 2020-ci il tarixdə Bərdə mərkəzi rayon xəstəxanasından həkim Əlizadənin Bərdə RPŞ-yə Bərdə şəhəri, Atatürk küçəsi ev 77- də yaşayan 1985-ci il təvəllüdlü X3 yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alaraq Bərdə MRX-ya daxil olması və qəza nəticəsində aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə telefon vasitəsilə məlumat verməsi, həmin məlumat əsasında toplanmış materialda avtomobil idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma cinayətinin əlamətlərinə işarə edən Bərdə RPŞ-nin İB-də toplanmış ilkin dəlillərin məcmusu olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, qərarlardan görünür ki, 18 may 2020-ci il tarixdə Bərdə RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X9 tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanmış, 13 avqust 2020-ci il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsindən həmin Məcəllənin 263-1.3-cü maddəsinə tövsif edilmiş və 30 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 263-1.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş "xxxx" MMC-dən daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsindən 13.10.2020-ci tarixdən 13.11.2020-ci il tarixədək sms-lərin çıxarışı olduğu 01 ədəd diskə baxış keçirilmişdir. Baxış zamanı aşağıdakı məzmunda SMS-lər müəyyən edilmişdir: 13-10-2020 00:52:19 1.1.**********11 1.1.**********77 Totu tural sabah gelende imkanin olsa ma biraz pulda gonder 13-10-2020 00:52:19 13-10-2020 00:53:00 1.1.**********11 1.1.**********77 Totu tural sabah gelende imkanin olsa ma biraz pulda gonder 14-10-2020 20:30:23 1.1.**********73 1.1.**********77 ma zey vur 14-10-2020 20:30:23 14- 10-2020 20:35:34 1.1.**********73 1.1.**********77 ma zey vur 14-10-2020 20:40:24 14-10- 2020 21:32:48 1.1.**********73 1.1.**********77 noldu ayqa 14-10-2020 20:40:24 1.1.**********73 1.1.**********77 noldu ayqa 15-10-2020 13:35:20 15-10-2020 13:35:20 1.1.**********97 1.1.**********77 Yigacam seni 15-10-2020 13:35:20 1.1.**********97 1.1.**********77 Yigacam seni 16-10-2020 10:20:49 16-10-2020 10:20:50 1.1.**********73 1.1.**********77 **********495405 16-10-2020 10:20:49 1.1.**********73 1.1.**********77 **********495405 16-10-2020 14:05:05 16-10-2020 14:05:06 1.1.**********38 1.1.**********77 İMİ ВАGMАN USАXLАRİNİN USTUNЕ SOHВЕTЕ АPАRАNDА YАXSİYDİX BİZ İNDİ P 16- 10-2020 14:05:05 1.1.**********38 1.1.**********77 İMİ ВАGMАN USАXLАRİNİN USTUNЕ SOHВЕTЕ АPАRАNDА YАXSİYDİX BİZ İNDİ P 16-10-2020 14:05:10 16-10-2020 14:05:10 1.1.**********38 1.1.**********77 İSİK COX KЕCMЕZ OZUN YİGАRSАN АSİMİ YА MЕNİ SАLİX OLSUN 16-10-2020 14:05:10 1.1.**********38 1.1.**********77 İSİK COX KЕCMЕZ OZUN YİGАRSАN АSİMİ YА MЕNİ SАLİX OLSUN 16-10-2020 15:07:32 1.1.**********48 1.1.**********77 Sonra zəng edərəm. 16-10-2020 15:07:32 16-10-2020 15:07:32 1.1.**********48 1.1.**********77 Sonra zəng edərəm. 16-10-2020 15:08:20 16-10-2020 15:08:21 1.1.**********48 1.1.**********77 4169-7413-7517-1020 16-10-2020 15:08:20 1.1.**********48 1.1.**********77 4169-7413-7517-1020 20-10-2020 20:01:01 20-10-2020 20:01:01 1.1.**********50 1.1.**********77 **********330082 20-10-2020 20:01:01 1.1.**********50 1.1.**********77 4169-7413-2333-0082 22-10-2020 13:31:36 22-10-2020 13:31:37 1.1.**********00 1.1.**********77 totu o adam kende gedib qalsin soraya 22-10- 2020 13:31:36 1.1.**********00 1.1.**********77 totu o adam kende gedib qalsin soraya 25- 10-2020 15:15:01 1.1.**********20 1.1.**********77 Mada tema götür qadan alim gedendede ma zeng vur oxu poz 25-10-2020 15:15:01 25-10-2020 15:15:01 1.1.**********20 1.1.**********77 Mada tema götür qadan alim gedendede ma zeng vur oxu poz 25-10-2020 15:57:38 1.1.**********48 1.1.**********77 5117 7622 2225 3134 Bitme 01/22 Tural duman oglu 25-10-2020 15:57:38 25-10-2020 15:57:39 1.1.**********48 1.1.**********77 5117 7622 2225 3134 Bitme 01/22 Tural duman oglu 25-10-2020 16:17:14 25-10-2020 16:17:14 1.1.**********48 1.1.**********77 100 vur 25-10-2020 16:17:14 1.1.**********48 1.1.**********77 100 vur 26-10-2020 10:06:54 26-10-2020 10:06:54 1.1.**********00 1.1.**********77 Unibank 5117 7622 2276 4569 01/22 Esgerov Gunduz 26- 10-2020 10:06:54 1.1.**********00 1.1.**********77 Unibank 5117 7622 2276 4569 01/22 Esgerov Gunduz 26-10-2020 11:00:57 1.1.**********78 1.1.**********77 Bu nomreni yig.evde seni gozleyirem 26-10-2020 11:00:57 26-10-2020 11:00:57 1.1.**********78 1.1.**********77 Bu nomreni yig.evde seni gozleyirem 27-10-2020 15:12:20 1.1.**********99 1.1.**********77 **********345835 kapital 27-10-2020 15:12:20 27-10-2020 15:12:20 1.1.**********99 1.1.**********77 **********345835 kapital 27-10-2020 20:00:56 27-10-2020 20:00:56 27-10- 2020 20:00:56 5.0. 28-10-2020 17:52:24 28-10-2020 17:52:24 1.1.**********20 1.1.**********77 Kekotudan mada ver axsama sada sat xeberim var dollarnan baxli 28- 10-2020 17:52:24 1.1.**********20 1.1.**********77 Kekotudan mada ver axsama sada sat xeberim var dollarnan baxli 28-10-2020 19:49:25 28-10-2020 19:49:25 1.1.**********48 1.1.**********77 4169-7413-7517-1020 28-10-2020 19:49:25 1.1.**********48 1.1.**********77 **********171020 30-10-2020 01:09:41 5.0.İnstagram 1.1.**********77 <#> 264 895 senin İnstagram kodun SİYRxKrru1t 30-10-2020 01:09:41 30-10-2020 01:09:41 5.0.İnstagram 1.1.**********77 <#> 264 895 senin İnstagram kodun SİYRxKrru1t 31-10-2020 14:02:00 31- 10-2020 14:02:00 1.1.**********99 1.1.**********77 31-10-2020 14:02:00 1.1.**********99 1.1.**********77 31-10-2020 16:59:31 31-10-2020 16:59:31 1.1.**********11 1.1.**********77 **********461663 kapital bank gor imkanin varsa biraz artix vur konturda vurum.balansima ayligin vaxdidi ma xeber ele indi weherdeyem cixardim 31-10-2020 16:59:31 1.1.**********11 1.1.**********77 **********461663 kapital bank gor imkanin varsa biraz artix vur konturda vurum.balansima ayligin vaxdidi ma xeber ele indi weherdeyem cixardim 31-10-2020 16:59:51 31-10-2020 16:59:51 1.1.**********11 1.1.**********77 **********461663 kapital bank gor imkanin varsa biraz artix vur konturda vurum.balansima ayligin vaxdidi ma xeber ele indi weherdeyem cixardim 31-10-2020 16:59:51 1.1.**********11 1.1.**********77 **********461663 kapital bank gor imkanin varsa biraz artix vur konturda vurum.balansima ayligin vaxdidi ma xeber ele indi weherdeyem cixardim 31-10-2020 17:02:32 1.1.**********11 1.1.**********77 Sefeq mehdiyeva onun adinadi kart 31-10-2020 17:02:32 31-10-2020 17:02:33 1.1.**********11 1.1.**********77 Sefeq mehdiyeva onun adinadi kart 31-10-2020 17:03:07 31-10-2020 17:03:08 1.1.**********11 1.1.**********77 Totu indi vur ki cixardim.men gedim uwaxlar gediler birazdan ma xeber ele 31-10-2020 17:03:07 1.1.**********11 1.1.**********77 Totu indi vur ki cixardim.men gedim uwaxlar gediler birazdan ma xeber ele 01-11-2020 17:36:22 1.1.**********31 1.1.**********77 Sakit 01-11-2020 17:36:22 01-11-2020 17:36:22 1.1.**********31 1.1.**********77 Sakit 01-11-2020 17:54:58 1.1.**********20 1.1.**********77 01-11-2020 17:54:58 1.1.**********20 1.1.**********77 sun ki ota zada göre demirem menim s….de döy cekdim nolur cekmed 01-11-2020 17:54:58 01-11-2020 17:54:59 1.1.**********20 1.1.**********77 sun ki ota zada göre demirem menim s......de döy cekdim nolur cekmed 01-11-2020 19:34:56 01-11-2020 19:51:44 1.1.**********12 1.1.**********77 Kelme 01-11-2020 19:34:56 1.1.**********12 1.1.**********77 Kelme 02-11- 2020 13:34:10 1.1.**********20 1.1.**********77 **********084324 02-11-2020 13:34:10 02-11- 2020 13:34:11 1.1.**********20 1.1.**********77 **********084324 02-11-2020 14:35:23 1.1.**********02 1.1.**********77 Meni yig isim var 02-11-2020 14:35:23 02-11-2020 14:35:23 1.1.**********02 1.1.**********77 Meni yig isim var 02-11-2020 23:18:45 02-11-2020 23:18:45 1.1.**********24 1.1.**********77 Totu o malini s….m 02-11-2020 23:18:45 1.1.**********24 1.1.**********77 Totu o malini s…m 04-11-2020 19:00:09 1.1.**********97 1.1.**********77 4169 7414 6265 2791 04-11-2020 19:00:09 04-11-2020 19:00:09 1.1.**********97 1.1.**********77 4169 7414 6265 2791 05-11-2020 01:02:03 5.0. 1.1.**********77 Şifrən budur: FB-47623. Təsdiqləmək üçün Facebooka keçərək şifrəni 05-11-2020 01:02:03 05-11- 2020 01:02:03 5.0.FACEBOOK 1.1.**********77 Şifrən budur: FB-47623. Təsdiqləmək üçün Facebooka keçərək şifrəni 05-11-2020 01:02:05 05-11-2020 01:02:05 5.0.FACEBOOK 1.1.**********77 daxil et və ya bu keçidə keç: https://fb.me/1HFEHa9iTAmkMpx 05-11-2020 01:02:05 5.0.FACEBOOK 1.1.**********77 daxil et və ya bu keçidə keç: https://fb.me/1HFEHa9iTAmkMpx 05-11-2020 21:01:22 05-11-2020 21:01:22 5.0.WhatsApp 1.1.**********77 05-11-2020 21:01:22 5.0.WhatsApp 1.1.**********77 05-11-2020 21:05:44 5.0.Google 1.1.**********77 G-732232 Sizin Google doğrulama kodunuzdur. 05-11-2020 21:05:44 05-11-2020 21:05:44 5.0.Google 1.1.**********77 G-732232 Sizin Google doğrulama kodunuzdur. 05-11-2020 23:10:21 05-11-2020 23:10:22 1.1.**********02 1.1.**********77 5117 7622 2225 3134.qaqa buna 100 m vur tez qaqamsan.vacibfir 05-11- 2020 23:10:21 1.1.**********02 1.1.**********77 5117 7622 2225 3134.qaqa buna 100 m vur tez qaqamsan.vacibfir 07-11-2020 12:47:29 1.1.**********03 1.1.**********77 Ay yetim sen Elsadin cani yadimnan cixif silmemisem.bacimizdan menim adimnan uzur uste.siz menim ucun dogmasiz. 07-11-2020 12:47:29 07-11-2020 12:47:29 1.1.**********03 1.1.**********77 Ay yetim sen Elsadin cani yadimnan cixif silmemisem.bacimizdan menim adimnan uzur uste.siz menim ucun dogmasiz. 08-11-2020 11:33:31 08-11-2020 11:33:31 1.1.**********11 1.1.**********77 Ay totu uwaxlar 12 kimi cixajaxlar gor nagarsan ma dediyimi yoluna qoy de 08-11-2020 11:33:31 1.1.**********11 1.1.**********77 Ay totu uwaxlar 12 kimi cixajaxlar gor nagarsan ma dediyimi yoluna qoy de 08-11-2020 23:08:00 1.1.**********37 1.1.**********77 Am…q olma a peyser men ne haldayam bilmisen g.t-g.t danisisan nolar ki biraz dusunceli olsan iki xesteye baxmaqa calisiram sabah gelecem tema duz qos pu 08-11-2020 23:08:00 08-11-2020 23:08:00 1.1.**********37 1.1.**********77 Am…q olma apeyser men ne haldayam bilmisen g.t-g.t danisisan nolar ki biraz dusunceli olsan iki xesteye baxmaqa calisiram sabah gelecem tema duz qos pu 08-11-2020 23:08:02 08-11-2020 23:08:02 1.1.**********37 1.1.**********77 l yiqacam camahatdan 08- 11-2020 23:08:02 1.1.**********37 1.1.**********77 l yiqacam camahatdan 08-11-2020 23:11:00 1.1.**********37 1.1.**********77 350 düzüb qoşacam 08-11-2020 23:11:00 08-11- 2020 23:11:00 1.1.**********37 1.1.**********77 350 düzüb qoşacam 08-11-2020 23:11:49 1.1.**********37 1.1.**********77 Ok 08-11-2020 23:11:49 08-11-2020 23:11:49 1.1.**********37 1.1.**********77 Ok 08-11-2020 23:13:33 1.1.**********37 1.1.**********77 Başa dusurem 08-11-2020 23:13:33 08-11-2020 23:13:33 1.1.**********37 1.1.**********77 Başa dusurem 08-11-2020 23:24:59 1.1.**********37 1.1.**********77 Ok bir gey var orda məni bezdirib belke köhne günlerine qayidasan 08-11-2020 23:24:59 08-11-2020 23:24:59 1.1.**********37 1.1.**********77 Ok bir gey var orda məni bezdirib belke köhne günlerine qayidasan 08-11-2020 23:26:34 08-11-2020 23:26:35 1.1.**********37 1.1.**********77 Geylermi 08-11-2020 23:26:34 1.1.**********37 1.1.**********77 Geylermi 08-11-2020 23:26:53 1.1.**********37 1.1.**********77 Qoy onda si……..t 08-11-2020 23:26:53 08-11- 2020 23:26:53 1.1.**********37 1.1.**********77 Qoy onda s………t 08-11-2020 23:27:47 08- 11-2020 23:27:48 1.1.**********37 1.1.**********77 Oldu 08-11-2020 23:27:47 1.1.**********37 1.1.**********77 Oldu 10-11-2020 11:01:44 1.1.**********24 1.1.**********77 Ay mati dur 10-11- 2020 11:01:44 10-11-2020 11:01:44 1.1.**********24 1.1.**********77 Ay mati dur 10-11-2020 17:28:45 10-11-2020 17:28:45 1.1.**********63 1.1.**********77 +**********63 sebekeye qayitdi. Ona yeniden zeng ede bilersiniz. 10-11-2020 17:28:45 1.1.**********63 1.1.**********77 +**********63 sebekeye qayitdi. Ona yeniden zeng ede bilersiniz. 13-10-2020 18:10:41 1.1.**********77 1.1.**********99 **********345835 kapital 13-10-2020 18:10:41 13- 10-2020 18:10:41 1.1.**********77 1.1.**********99 **********345835 kapital 13-10-2020 23:57:09 13-10-2020 23:57:09 1.1.**********77 1.1.**********61 Men sennen mezelenesi olsam ayagin goyde basin yere yarde qalajax. 13-10-2020 23:57:09 1.1.**********77 1.1.**********61 Men sennen mezelenesi olsam ayagin goyde basin yere yarde qalajax. 14- 10-2020 13:19:58 1.1.**********77 1.1.**********50 Tyomnu durarix yandirmiyax bilmesinner 14-10-2020 13:19:58 14-10-2020 13:19:59 1.1.**********77 1.1.**********50 Tyomnu durarix yandirmiyax bilmesinner 14-10-2020 19:25:20 1.1.**********77 1.1.**********02 **********345835 kapital 14-10-2020 19:25:20 14-10-2020 19:25:20 1.1.**********77 1.1.**********02 **********345835 kapital 15-10-2020 13:35:04 15-10-2020 13:35:04 1.1.**********77 1.1.**********97 Totudu 15-10-2020 13:35:04 1.1.**********77 1.1.**********97 Totudu 15-10-2020 13:35:35 1.1.**********77 1.1.**********97 Texmini 15-10- 2020 13:35:35 15-10-2020 13:35:35 1.1.**********77 1.1.**********97 Texmini 15-10-2020 13:35:44 15-10-2020 13:35:45 1.1.**********77 1.1.**********97 Cunki gozduyen var 15-10- 2020 13:35:44 1.1.**********77 1.1.**********97 Cunki gozduyen var 15-10-2020 19:29:05 15- 10-2020 19:29:05 1.1.**********77 1.1.**********07 **********345835 15-10-2020 19:29:05 1.1.**********77 1.1.**********07 **********345835 16-10-2020 14:50:58 16-10-2020 14:50:58 1.1.**********77 1.1.**********38 Be nagarmaliyam 16-10-2020 14:50:58 1.1.**********77 1.1.**********38 Be nagarmaliyam 16-10-2020 14:51:30 1.1.**********77 1.1.**********38 O boyda divijenyalarim oluf size kime demeliyemki yaxsi s...m 16-10-2020 14:51:30 16-10- 2020 14:51:30 1.1.**********77 1.1.**********38 O boyda divijenyalarim oluf size kime demeliyemki yaxsi si...m 16-10-2020 14:54:00 1.1.**********77 1.1.**********38 İnnen bele demerem 16-10-2020 14:54:00 16-10-2020 14:54:00 1.1.**********77 1.1.**********38 İnnen bele demerem 16-10-2020 15:07:46 1.1.**********77 1.1.**********48 Kodu at 16-10-2020 15:07:46 16-10-2020 15:07:46 1.1.**********77 1.1.**********48 Kodu at 16-10-2020 21:28:11 1.1.**********77 1.1.**********60 Ay qa bu nagarmaxdi ma zeng ele 16-10-2020 21:28:11 16-10-2020 21:36:49 1.1.**********77 1.1.**********60 Ay qa bu nagarmaxdi ma zeng ele 16-10-2020 21:46:59 16-10-2020 21:46:59 1.1.**********77 1.1.**********60 **********345835 16-10-2020 21:46:59 1.1.**********77 1.1.**********60 **********345835 18- 10-2020 14:25:31 1.1.**********77 1.1.**********99 Agali yeke kisisen noldu 18-10-2020 14:25:31 18-10-2020 14:25:31 1.1.**********77 1.1.**********99 Agali yeke kisisen noldu 18-10-2020 14:27:21 1.1.**********77 1.1.**********01 Ay muslum noldu e senol eytiyac olmasa demerem 18-10-2020 14:27:21 18-10-2020 14:27:22 1.1.**********77 1.1.**********01 Ay muslum noldu e senol eytiyac olmasa demerem 18-10-2020 17:56:25 18-10-2020 17:56:25 1.1.**********77 1.1.**********12 Vusaldi 18-10-2020 17:56:25 1.1.**********77 1.1.**********12 Vusaldi 19-10-2020 17:29:18 1.1.**********77 1.1.**********03 **********345835 19-10-2020 17:29:18 19-10-2020 17:29:18 1.1.**********77 1.1.**********03 **********345835 20-10-2020 16:04:58 20-10-2020 16:04:58 1.1.**********77 1.1.**********59 ********** 20-10-2020 16:04:58 1.1.**********77 1.1.**********59 ********** 20-10-2020 16:41:13 20-10-2020 16:41:13 1.1.**********77 1.1.**********60 Ay sebus nagarax qaqa bu hereket yaxsi hereket doy meni pis palajenyada qoyufsan arada haqi salam var onudami siley 20-10-2020 16:41:13 1.1.**********77 1.1.**********60 Ay sebus nagarax qaqa bu hereket yaxsi hereket doy meni pis palajenyada qoyufsan arada haqi salam var onudami siley 20-10-2020 18:12:02 20-10-2020 18:42:25 1.1.**********77 1.1.**********89 Ayqa noldu qadan alim senol pul vermelitem gozduyuller 20-10-2020 18:12:02 1.1.**********77 1.1.**********89 Ayqa noldu qadan alim senol pul vermelitem gozduyuller 20-10-2020 19:08:34 1.1.**********77 1.1.**********67 Qaqa atmenit ele 20-10-2020 19:08:34 20-10- 2020 19:08:34 1.1.**********77 1.1.**********67 Qaqa atmenit ele 21-10-2020 20:09:43 1.1.**********77 1.1.**********94 **********345835 21-10-2020 20:09:43 21-10-2020 20:09:43 1.1.**********77 1.1.**********94 **********345835 22-10-2020 17:35:55 1.1.**********77 1.1.**********03 **********345835.kapital 22-10-2020 17:35:55 22-10-2020 17:35:56 1.1.**********77 1.1.**********03 **********345835.kapital 23-10-2020 14:09:42 23-10-2020 14:09:42 1.1.**********77 1.1.**********12 **********345835.kapital.eliyev togrul 23-10-2020 14:09:42 1.1.**********77 1.1.**********12 **********345835.kapital.eliyev togrul 23-10-2020 18:43:07 1.1.**********77 1.1.**********94 Agali tez vacib hell ele pulu senol problem var itdernen pul verleliyem 23-10-2020 18:43:07 23-10-2020 18:43:08 1.1.**********77 1.1.**********94 Agali tez vacib hell ele pulu senol problem var itdernen pul verleliyem 23-10- 2020 20:14:52 1.1.**********77 1.1.**********94 G.tsen nagarsan samir varyoxsunu s...m itdere pul vermeliyem 23-10-2020 20:14:52 23-10-2020 20:14:52 1.1.**********77 1.1.**********94 Gtsen nagarsan samir varyoxsunu s....m itdere pul vermeliyem 23-10-2020 20:46:10 23-10-2020 20:46:10 1.1.**********77 1.1.**********94 Ay samir 25 manat pul vurdu ay brat qalani nagarax 23-10-2020 20:46:10 1.1.**********77 1.1.**********94 Ay samir 25 manat pul vurdu ay brat qalani nagarax 23-10-2020 22:06:03 1.1.**********77 1.1.**********20 Tez meni yig 23-10-2020 22:06:03 23-10-2020 22:10:42 1.1.**********77 1.1.**********20 Tez meni yig 24-10-2020 14:37:56 1.1.**********77 1.1.**********33 **********345835 kapital 24-10-2020 14:37:56 24-10-2020 14:37:56 1.1.**********77 1.1.**********33 **********345835 kapital 24-10-2020 23:19:08 1.1.**********77 1.1.**********60 Agali sen uje hormetsizdiy elitsen 24-10-2020 23:19:08 24-10-2020 23:19:08 1.1.**********77 1.1.**********60 Agali sen uje hormetsizdiy elitsen 25-10-2020 20:53:44 1.1.**********77 1.1.**********60 Sebus sen uje kankret hormetsizdiy eliysen cunki 3 gundu telfonun cagirir goturmusen.harda olusan ol vaxt ele meni yig elemekde lazimdi. 25-10-2020 20:53:44 25-10-2020 20:53:44 1.1.**********77 1.1.**********60 Sebus sen uje kankret hormetsizdiy eliysen cunki 3 gundu telfonun cagirir goturmusen.harda olusan ol vaxt ele meni yig elemekde lazimdi. 26-10-2020 20:23:49 26- 10-2020 20:23:50 1.1.**********77 1.1.**********02 Burda f i blokunu tap gel qavagina 26- 10-2020 20:23:49 1.1.**********77 1.1.**********02 Burda f i blokunu tap gel qavagina 26- 10-2020 20:24:23 26-10-2020 20:24:23 1.1.**********77 1.1.**********02 F.1bloku 26-10- 2020 20:24:23 1.1.**********77 1.1.**********02 F.1bloku 27-10-2020 08:37:18 27-10-2020 08:37:19 1.1.**********77 1.1.**********60 Agali sen uje ag eliysen.mada lezet elemir menim vereceyim var bu gun vaxt ele oturulajax o temani verenide getirmelisen 27- 10-2020 08:37:18 1.1.**********77 1.1.**********60 Agali sen uje ag eliysen.mada lezet elemir menim vereceyim var bu gun vaxt ele oturulajax o temani verenide getirmelisen 27-10-2020 08:40:08 27-10-2020 08:40:08 1.1.**********77 1.1.**********60 Lumu duzu vereni senol kankret kurs olunuf geje usaxlar el ceymirdi indi gedey deyirdiler saxladim bu gunebrat bu gunu kecse aramizda moykem narahatcilix 27-10- 2020 08:40:08 27-10-2020 08:40:08 1.1.**********77 1.1.**********60 olojax men zaralni iurs eledim 27-10-2020 08:40:08 1.1.**********77 1.1.**********60 olojax men zaralni iurs eledim 27-10-2020 08:40:08 1.1.**********77 1.1.**********60 Lumu duzu vereni senol kankret kurs olunuf geje usaxlar el ceymirdi indi gedey deyirdiler saxladim bu gunebrat bu gunu kecse aramizda moykem narahatcilix 27-10-2020 08:42:36 1.1.**********77 1.1.**********60 275 manat oz borcundu.o birinde basqa cur olunajax limon duzu. 27- 10-2020 08:42:36 27-10-2020 08:42:37 1.1.**********77 1.1.**********60 275 manat oz borcundu.o birinde basqa cur olunajax limon duzu. 27-10-2020 08:45:24 1.1.**********77 1.1.**********60 Men 15 gundu gozdedim meni s.kine qoyan olmadi.indi men s.kime qoymuyajam senol.o varyoxu siydiyimin verdiyi mala gore camat olurdu blet ele oda gelejey 27-10-2020 08:45:24 27-10-2020 08:45:24 1.1.**********77 1.1.**********60 Men 15 gundu gozdedim meni s.kine qoyan olmadi.indi men s.kime qoymuyajam senol.o varyoxu siydiyimin verdiyi mala gore camat olurdu blet ele oda gelejey 27-10-2020 08:47:15 1.1.**********77 1.1.**********60 Karoci brat ya o uze cixmalidi bu gun yada ozun onun evezine cavab verersen.axsama 27-10-2020 08:47:15 27-10-2020 08:47:15 1.1.**********77 1.1.**********60 Karoci brat ya o uze cixmalidi bu gun yada ozun onun evezine cavab verersen.axsama 27-10-2020 17:07:04 1.1.**********77 1.1.**********48 Sozum var 27-10-2020 17:07:04 27-10-2020 17:07:04 1.1.**********77 1.1.**********48 Sozum var 27-10-2020 17:37:22 1.1.**********77 1.1.**********24 Qaqa pulu vurmax lazimdi 27-10-2020 17:37:22 27-10-2020 17:37:22 1.1.**********77 1.1.**********24 Qaqa pulu vurmax lazimdi 27-10-2020 19:45:58 1.1.**********77 1.1.**********21 Togruldu.belke bu gece qullugunuzda durum 27-10-2020 19:45:58 27-10-2020 19:45:58 1.1.**********77 1.1.**********21 Togruldu.belke bu gece qullugunuzda durum 29-10-2020 12:48:49 1.1.**********77 1.1.**********03 **********345835 29-10-2020 12:48:49 29-10-2020 12:48:49 1.1.**********77 1.1.**********03 **********345835 29-10-2020 13:28:24 1.1.**********77 1.1.**********50 Vusal ma pul lazimdi 29-10-2020 13:28:24 29-10-2020 13:28:24 1.1.**********77 1.1.**********50 Vusal ma pul lazimdi 29-10-2020 16:27:45 1.1.**********77 1.1.**********20 Gel yeni genciye 29-10-2020 16:27:45 29-10-2020 16:27:45 1.1.**********77 1.1.**********20 Gel yeni genciye 29-10-2020 18:08:09 1.1.**********77 1.1.**********16 **********345835 29-10-2020 18:08:09 29-10-2020 18:08:10 1.1.**********77 1.1.**********16 **********345835 30-10-2020 17:37:04 1.1.**********77 1.1.**********02 Leyla zatini si..ejem 30-10-2020 17:37:04 30-10-2020 17:37:05 1.1.**********77 1.1.**********02 Leyla zatini si...ejem 30-10-2020 17:50:53 30-10-2020 17:50:53 1.1.**********77 1.1.**********02 Leyle bungun toyundu 30-10-2020 17:50:53 1.1.**********77 1.1.**********02 Leyle bungun toyundu 30-10-2020 17:53:35 30-10-2020 17:53:35 1.1.**********77 1.1.**********02 0senol sa kansert hazirramisam 30-10-2020 17:53:35 1.1.**********77 1.1.**********02 0senol sa kansert hazirramisam 30-10-2020 17:54:09 30-10-2020 17:54:09 1.1.**********77 1.1.**********02 Nagarax 30-10-2020 17:54:09 1.1.**********77 1.1.**********02 Nagarax 30- 10-2020 17:58:24 30-10-2020 17:58:24 1.1.**********77 1.1.**********02 Gorersen 30-10- 2020 17:58:24 1.1.**********77 1.1.**********02 Gorersen 30-10-2020 18:06:56 30-10-2020 18:06:56 1.1.**********77 1.1.**********02 Senol it kimi pesman olassan 30-10-2020 18:06:56 1.1.**********77 1.1.**********02 Senol it kimi pesman olassan 30-10-2020 18:07:03 30-10- 2020 18:07:03 1.1.**********77 1.1.**********02 On 30-10-2020 18:07:03 1.1.**********77 1.1.**********02 On 30-10-2020 18:07:35 30-10-2020 18:07:35 1.1.**********77 1.1.**********02 Onsuzda sennen ele hayifliyamki 30-10-2020 18:07:35 1.1.**********77 1.1.**********02 Onsuzda sennen ele hayifliyamki 30-10-2020 18:09:22 1.1.**********77 1.1.**********02. Sende ma cavab yazmisan deye hec yaxsi olmuuyajax 30-10-2020 18:09:22 30-10-2020 18:09:22 1.1.**********77 1.1.**********02. Sende ma cavab yazmisan deye hec yaxsi olmuuyajax 30-10-2020 18:29:05 1.1.**********77 1.1.**********02 Gel gotduy eleme 5 ..10 deyqa kayfimizitytax 30-10-2020 18:29:05 30-10-2020 18:29:05 1.1.**********77 1.1.**********02 Gel gotduy eleme 5 ..10 deyqa kayfimizitytax 30-10-2020 18:39:51 30-10-2020 18:39:51 1.1.**********77 1.1.**********02 Men seher gedim evde gozduyum gozel bir qiz 30-10-2020 18:39:51 1.1.**********77 1.1.**********02 Men seher gedim evde gozduyum gozel bir qiz 30-10-2020 18:48:55 1.1.**********77 1.1.**********02 Seher emele geler ya yox duz de 30-10-2020 18:48:55 30-10-2020 18:48:56 1.1.**********77 1.1.**********02 Seher emele geler ya yox duz de 30-10-2020 18:50:24 30-10-2020 18:50:24 1.1.**********77 1.1.**********02 Leyla bu sefer meleyin cani sa kecmerem 30-10-2020 18:50:24 1.1.**********77 1.1.**********02 Leyla bu sefer meleyin cani sa kecmerem 30-10- 2020 19:13:00 1.1.**********77 1.1.**********02 Qagaga otu 30-10-2020 19:13:00 30-10- 2020 19:13:00 1.1.**********77 1.1.**********02 Qagaga otu 30-10-2020 19:14:17 30-10- 2020 19:14:17 1.1.**********77 1.1.**********02 Qavaga otur polnu 30-10-2020 19:14:17 1.1.**********77 1.1.**********02 Qavaga otur polnu 31-10-2020 19:44:03 1.1.**********77 1.1.**********03 Ay yetim pul gozduye gozdduye qalmisam 31-10-2020 19:44:03 31-10-2020 19:44:04 1.1.**********77 1.1.**********03 Ay yetim pul gozduye gozdduye qalmisam 02-11- 2020 13:34:55 02-11-2020 13:34:56 1.1.**********77 1.1.**********24 **********084324 02-11- 2020 13:34:55 1.1.**********77 1.1.**********24 **********084324 03-11-2020 09:30:18 03-11- 2020 09:30:18 1.1.**********77 1.1.**********37 Malini si.im nedi 03-11-2020 09:30:18 1.1.**********77 1.1.**********37 Malini si.im nedi 03-11-2020 14:34:04 03-11-2020 22:44:37 1.1.**********77 1.1.**********44 Ay qa o pulu vurmax lazimdi.**********778467.kapital.togrul yazilijax 03-11-2020 14:34:04 1.1.**********77 1.1.**********44 Ay qa o pulu vurmax lazimdi.**********778467.kapital.togrul yazilijax 03- 11-2020 20:47:10 03-11-2020 20:47:10 1.1.**********77 1.1.**********37 Anar meni coreyimnen eliysen 03-11-2020 20:47:10 1.1.**********77 1.1.**********37 Anar meni coreyimnen eliysen 03-11-2020 21:53:36 1.1.**********77 1.1.**********60 Deyen ozun istiysen aramizda narazcilix oısun hesne 03-11-2020 21:53:36 04-11-2020 06:45:52 1.1.**********77 1.1.**********60 Deyen ozun istiysen aramizda narazcilix oısun hesne 04-11- 2020 14:05:45 04-11-2020 14:05:45 1.1.**********77 1.1.**********24 **********778467 04-11- 2020 14:05:45 1.1.**********77 1.1.**********24 **********778467 04-11-2020 16:24:12 1.1.**********77 1.1.**********33 **********778467 04-11-2020 16:24:12 04-11-2020 16:24:13 1.1.**********77 1.1.**********33 **********778467 04-11-2020 23:23:56 1.1.**********77 1.1.**********93 Kimdi 04-11-2020 23:23:56 04-11-2020 23:23:58 1.1.**********77 1.1.**********93 Kimdi 05-11-2020 18:19:16 05-11-2020 18:19:16 1.1.**********77 1.1.**********03 Agali bu ne hereketdi eliyaen men ustaya pul veremmirem 05-11-2020 18:19:16 1.1.**********77 1.1.**********03 Agali bu ne hereketdi eliyaen men ustaya pul veremmirem 07-11-2020 12:27:06 1.1.**********77 1.1.**********03 Nasdi ptofilde sekilni goruf mende dedimki meftunun nomresidi bu yaqin arzuynan dosdu ona verif sennen sorusan yada yigsam tanimamazdiga vur sorusandadz 07-11-2020 12:27:06 07-11-2020 12:27:07 1.1.**********77 1.1.**********03 Nasdi ptofilde sekilni goruf mende dedimki meftunun nomresidi bu yaqin arzuynan dosdu ona verif sennen sorusan yada yigsam tanimamazdiga vur sorusandadz 07-11-2020 12:37:41 1.1.**********77 1.1.**********03 Meftun soypeti oldu.ilkinin boynunda qaldi guya ilkin zapis eliyifki leyliya soz desin zaryarkasi yoxiydu deye 07-11-2020 12:37:41 07-11-2020 12:37:41 1.1.**********77 1.1.**********03 Meftun soypeti oldu.ilkinin boynunda qaldi guya ilkin zapis eliyifki leyliya soz desin zaryarkasi yoxiydu deye 07-11-2020 12:38:36 07-11-2020 12:38:36 1.1.**********77 1.1.**********03 Sennende sorusan olsa ne bu nomreni tanimisan.hemde mennen zehlen gedir 07-11-2020 12:38:36 1.1.**********77 1.1.**********03 Sennende sorusan olsa ne bu nomreni tanimisan.hemde mennen zehlen gedir 07-11-2020 12:38:57 07-11-2020 12:38:57 1.1.**********77 1.1.**********03 Ne gezejey nomrem sende ele de 07-11-2020 12:38:57 1.1.**********77 1.1.**********03 Ne gezejey nomrem sende ele de 07-11-2020 14:01:13 07- 11-2020 14:01:14 1.1.**********77 1.1.**********03 Tekem cavab ver 07-11-2020 14:01:13 1.1.**********77 1.1.**********03 Tekem cavab ver 07-11-2020 14:18:41 1.1.**********77 1.1.**********16 Nicat adamin mazgini xaraf elemedana xosunami gelir gelim ruskide seni tutum 07-11-2020 14:18:41 07-11-2020 14:18:41 1.1.**********77 1.1.**********16 Nicat adamin mazgini xaraf elemedana xosunami gelir gelim ruskide seni tutum 07-11-2020 14:20:25 07-11-2020 14:20:25 1.1.**********77 1.1.**********50 Vusal senol krasisike vermeye pulum yoxdu masin orda qalif 07-11-2020 14:20:25 1.1.**********77 1.1.**********50 Vusal senol krasisike vermeye pulum yoxdu masin orda qalif 08-11-2020 11:32:51 1.1.**********77 1.1.**********11 Mənə sms yaz. 08-11-2020 11:32:51 08-11-2020 11:32:52 1.1.**********77 1.1.**********11 Mənə sms yaz. 08-11-2020 23:04:12 08-11-2020 23:04:12 1.1.**********77 1.1.**********24 Bu ne qe.beliydi ay anar bile bile men pis palajenyada qoyusan sagol 08-11-2020 23:04:12 1.1.**********77 1.1.**********24 Bu ne qe.beliydi ay anar bile bile men pis palajenyada qoyusan sagol 08-11-2020 23:09:55 08-11-2020 23:09:57 1.1.**********77 1.1.**********37 Senol balamin cani kohne karta vurulmasa tezedende 200 duzelmese balamin cani emele gelmiyefey 08-11-2020 23:09:55 1.1.**********77 1.1.**********37 Senol balamin cani kohne karta vurulmasa tezedende 200 duzelmese balamin cani emele gelmiyefey 08-11-2020 23:11:28 1.1.**********77 1.1.**********37 400 manat pul duzeltmelisen yoxsa balalarimizin cani duzelmiyefey o kanal doy 08-11-2020 23:11:28 08-11-2020 23:11:28 1.1.**********77 1.1.**********37 400 manat pul duzeltmelisen yoxsa balalarimizin cani duzelmiyefey o kanal doy 08-11- 2020 23:12:10 1.1.**********77 1.1.**********37 350 olsa keki az olajax 08-11-2020 23:12:10 08-11-2020 23:12:10 1.1.**********77 1.1.**********37 350 olsa keki az olajax 08-11-2020 23:12:26 1.1.**********77 1.1.**********37 Senol ayri kanaldi 08-11-2020 23:12:26 08-11- 2020 23:12:26 1.1.**********77 1.1.**********37 Senol ayri kanaldi 08-11-2020 23:23:20 08- 11-2020 23:23:23 1.1.**********77 1.1.**********37 Qaqa danisdim 410 pul duzelmelidiki 5 goturesen 100 manatda borcun qala.indi hal hazirda 210du 08-11-2020 23:23:20 1.1.**********77 1.1.**********37 Qaqa danisdim 410 pul duzelmelidiki 5 goturesen 100 manatda borcun qala.indi hal hazirda 210du 08-11-2020 23:26:12 1.1.**********77 1.1.**********37 Her seyini si.im tutdurullar 08-11-2020 23:26:12 08-11-2020 23:26:12 1.1.**********77 1.1.**********37 Her seyini si.im tutdurullar 08-11-2020 23:27:25 08-11-2020 23:27:25 1.1.**********77 1.1.**********37 He sen 410 u fikirres 08-11-2020 23:27:25 1.1.**********77 1.1.**********37 He sen 410 u fikirres 10-11-2020 19:19:02 10-11-2020 19:19:02 1.1.**********77 1.1.**********16 Mende seni sozune putun kisi bilirdim salimo 40manata ne mej urdu 10-11-2020 19:19:02 1.1.**********77 1.1.**********16 Mende seni sozune putun kisi bilirdim salimo 40manata ne mej urdu 10-11-2020 19:19:05 10-11- 2020 19:19:05 1.1.**********77 1.1.**********16 Mende seni sozune putun kisi bilirdim salimo 40manata ne mej urdu 10-11-2020 19:19:05 1.1.**********77 1.1.**********16 Mende seni sozune putun kisi bilirdim salimo 40manata ne mej urdu 12-11-2020 11:08:21 12-11- 2020 11:08:21 1.1.**********77 1.1.**********03 **********778467 12-11-2020 11:08:21 1.1.**********77 1.1.**********03 **********778467 Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Nizami rayon Məhkəməsinin 06.03.2021-ci il tarixli 4(044)-44/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 05.07.2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-******* saylı mobil telefon nömrəsinə 2020-ci ilin oktyabr ayının 13-dən etibarən noyabr ayının 13-ə qədər olan müddət ərzində daxil olan, eləcə də çıxan zənglərin və mesaj mətnlərinin izahlarının, zəngi edən və ya qəbul edən abunəçilərin anket məlumatlarının götürülməsi üçün müvafiq sorğular verilərək cavab alınmışdır. Bununla əlaqədar olaraq daxil olmuş cavab məktubuna əlavə edilmiş diskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxsun istifadəsində olmuş ***-******* saylı mobil nömrəyə daxil olan zənglərə baxış keçirilərkən müəyən edilmişdir ki, həmin nömrəyə bir çox nömrələrdən zənglər edilmişdir. 12 noyabr 2021-ci il tarixdə, saat 12 radələrinə qədər həmin nömrə Gəncə şəhərində quraşdırılmış anten dairələrinin əhatəsində olsa da, həmin günü saat 12 radələrindən 16 radələrinə qədər olan müddət ərzində Yevlax rayonu, Hacıselli kəndi, Yaldili kəndi, Tanrıqulular kəndi, Balçılı kəndi, Samux rayonu, Əliuşağı kəndi, Goranboy rayonu, Cinliboluslu kəndi, Samux rayonu, Əliuşağı kəndi, Goranboy rayonu,Borsunlu kəndi, Dəliməmmədli kəndi, Alpout kəndi, Samux rayonu, Yuxarı Ağasıbəyli kəndi, Çobanabdadlı kəndi, Yuxarı Ağasıbəyli kəndi ərazilərindən quraşdırılmış anten dairələrinin əhatəsində olmuş, saat 15:42-də isə Gəncə şəhəri ərazisinə daxil olmuşdur. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-******* saylı mobil telefon nömrəsinə daxil olan və çıxan sms və zənglərə baxış zamanı iş üçün başqa əhəmiyyət kəsb edən hal aşkar edilmədi. Odur ki, bu barədə protokol tərtib edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 20.10.2020-ci il tarixli AZ-İV 506453 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 11.10.2020-ci il təvəllüdlü X21 Əliyevin qızıdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 06.09.2013-cü il tarixli AZ-İİİ 157499 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 31.07.2013-cü il təvəllüdlü Hüseyn Əliyev Təqsirləndirilən şəxs oğludur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 15.08.2021-ci il tarixli “sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında” qərardan görünür ki, 18 may 2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi cinayətinin istintaqının hərtərəfli və obyektiv aparılması, həmin faktla bağlı cinayət işinin yekunlaşdırılaraq baxılması üçün məhkəməyə göndərilməsi məqsədi ilə bir çox zəruri istintaq hərəkətləri həyata keçirilməlidir. Belə ki, həmin xüsusatla bağlı Təqsirləndirilən şəxs hadisə vaxtı avtomobili özünün idarə etməsi barədə şifahi olaraq bildirdiyi polis əməkdaşları, hadisənin bilvasitə şahidi olmuş şəxslərin şəxsiyyəti müəyyən edilməli və ifadələri alınmalı, hadisədən sonra Təqsirləndirilən şəxs zəng etmiş mərhum Elgün Məmmədovunarvadının şəxsiyyəti, istifadəsindəki mobil telefon nömrəsi müəyyən edilməli və ifadəsi alındıqdan sonra sonuncunun mobil telefon nömrəsindən gedən-gələn zəng və smslər çıxarılmaqla baxış keçirlməli, mərhum Elgün Məmmədovun və Təqsirləndirilən şəxs hadisədən qabaq yeyib-içdikləri Elgün Məmmədovun iş yoldaşının şəxsiyyəti müəyyən edilməli və ifadəsi alınmalı, mərhum Elgün Məmmədovun və Təqsirləndirilən şəxs sonuncu dəfə evində olduqları Samir adlı şəxsin şəxsiyyəti və ailə üzvüləri müəyyən edilməli və ifadələri alınmalı, üzləşmə istintaq hərəkəti həyata keçirilməli, ortaya çıxa biləcək yeni xüsusatlara qiymət verilməli və s. Azərbaycan Respublikası CPM-nin 211-ci maddəsinə əsasən cinayət işinin həcminin həddən artıq böyüklüyü işdə iştirak edən şəxslərin hüquq və qanuni mənafelərinin təmin edilməsinə maneçilik törətdikdə, araşdırmanı və işin məhkəməyə göndərilməsini yolverilməz dərəcədə uzatdıqda müstəntiq və öz icraatında olan cinayət işinin materiallarından başqa cinayət işini ayrıca icraata ayırır. Sadalanmış istintaq hərəkətlərinin həyata keçirilməsi iş üzrə Təqsirləndirilən şəxs hüquq və qanuni mənafeyinin təmin edilməsinə maneçilik törətməsini, araşdırmanı və işin məhkəməyə göndərilməsini yolverilməz dərəcədə uzatmasını əsas tutaraq hazırki cinayət işindən Bərdə şəhəri, H.Əliyev prospektində 18 may 2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi faktına görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair olan ********* nömrəli cinayət işi ayrılmış və cinayət işi üzrə cinayət əməli isə Azərbaycan Respublikası CM-nin 234.4.3 və 263-1.3-cü maddələrindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilmişdir. ilkin araşdırma zamanı Təqsirləndirilən şəxs üstünə baxış keçirilərkən üzərindən aşkar edilib götürülmüş narkotik vasitə olan marixuananın çəkisi 170 qram, 170 qram və 115 qram, psixotrop maddə olan metamfetaminin ümumi çəkisi isə 2,62 qram olması müəyyən edilmişdir. Lakin nəzərə almaq lazımdır ki, həmin narkotik vasitələrin ilkin çəkisi bu sahə üzrə mütəxəssis və ya ekspert tərəfindən ölçülməmiş və nisbətən qeyri-dəqiq çəkilər müəyyən edilmişdir. Odur ki, ilkin araşdırma materiallarında 170 qram, 170 qram, 115 qram 2,62 qram kimi qeyd edilmiş Təqsirləndirilən şəxs üstündən aşkar edilib götürülmüş narkotik vasitənin çəkisi bu sahə üzrə mütəxəssi tərəfindən müəyyən edilmiş və kompleks məhkəmə-kimyəvi və məhkəmə bioloji ekspertin rəyində göstərilən kimi, yəni, müvafiq olaraq 160 qram, 170 qram, 115 qram və 2,494 qram kimi saxlanılmışdır. 12.11.2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Daxili İşlər Nazirliyinin BNMİ-nin X10 Şöbəsində Təqsirləndirilən şəxs üzərinə baxış zamanı narkotik vasitə aşkar edilərkən istifadə edilmiş video çəkilişin bir ədəd “DVD” diski iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və işə əlavə edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-******* saylı mobil telefon nömrəsinə daxil olan, eləcə də çıxan zənglərin və mesaj mətnlərinin izahlarının, zəngi edən və ya qəbul edən abunəçilərin anket məlumatlarının əks olunduğu bir ədəd disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və işə əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 15.08.2021-ci il tarixli “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs narkotik vasitəni satmış şəxsin barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 16.08.2021-ci il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham edilməsi haqqında” qərardan görünür ki, 16 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə məzmun və mahiyyət baxımından yeni məzmunda ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 19.08.2021-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş qablaşdırılmış və ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz qalıq çəkisi 444,4 qram narkotik vasitə olan qurudulmuş marixuana və təmiz qalıq çəkisi 2,294 qram psixotrop maddə olan metamfetamin, həmçinin bir ədəd tərəzi iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış ki, təqsirləndirilən şəxs və onun müdafiəçisi cinayət işinin materialları və maddi sübutla tanış olduqdan sonra Gəncə şəhər BPİ-nə məsul saxlanca verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 29.11.2021-ci il tarixli və 07.12.2021-ci il tarixli Azərbaycan Respublikasının DİN BMCMİ-nin rəisi Əbülfət Rzayevin Məhkəməyə ünvanladığı məktublarından görünür ki, 12.11.2020-ci il tarixdə Daxili İşlər Nazirliyi-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin X10 şöbəsinin əməkdaşları tərəfindən Gəncə şəhəri ərazisində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılarkən üzərindən külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Faktla bağlı DİN BMCMİ-nin İstintaq və Təhqiqat İdarəsində 13.11.2020-ci il tarixdə ********* nömrəli cinayət işi başlanaraq, Təqsirləndirilən şəxs 14.11.2020-ci il tarixdə Azərbaycan Respubliaksı Azərbaycan Respublikası CM-in 234.3.4-cü maddəsi ilə ittiham elan edilməklə barəsində həbs qətimkan tədbiri seçilmiş və 16.11.2020-ci il tarixdə cinayət işi istintaqının davam etdirilməsindən ötrü Gəncə şəhər Baş Polis İdarəsinə göndərilmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində ondan aşkar edilmiş həmin narkotik vasitəni və psixotrop maddəni satmaq fikri olmamasına, aşkar edilmiş metamfetaminin külli miqdar təşkil etməməsinə, polis əməkdaşları tərəfindən təzyiqə məruz qalmasına dair göstərdiyi xüsusatlara tənqidi yanaşır. Məhkəmə sözügedən xüsusatları məsuliyyətdən boyun qaçırmaq məqsədi güddüyündən həqiqətə uyğun hesab etmir. Belə ki, iş materiallarında olan təqsirləndirən şəxs Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefondan yazılmış və qəbul edilmiş SMS mətnləri, təqsirləndiriən şəxsin ifadəsinin ibtidai istintaq zamanı verdiyi etiraf ifadəsi,əməliyyat məlumatları ,aşkar edilmiş narkotik vasitələrin müxtəlif cinsli olmaqla külli miqdar təşkil etməsi, elektron tərəzinin aşkar edilməsi, şahid ifadələri və.s sübutlar sözügedən xüsusatların həqiqət olmadığını açıqdan-açığa sübut edir. Bundan başqa məhkəmə eyni zamanda qedy etməyi zərusi hesab edir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndinin 2-ci hissəsində təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin hazırlanması üçün avadanlığın olması ilə yanaşı başqa sübutların, narkotik vasitənin miqdarının və işin digər hallarının nəzərə alınması məhkəmələrə tövsiyə edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitələrin bir neçə növdə olması, küllli miqdar təşkil etməsi, bükümlərə ayrılması, elekton tərəzinin aşkar edilməsi, satışla bağlı telefon vasitəsi ilə ötürülən məlumatların və bu barədə əməliyyat məlumatlarının olması sonuncunun narkotik vasitəslərin satışını həyata keçirməsini ehtiva edən əsas əlamətlər kimi çıxış edir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddəsinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iş üzrə Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisəsiləri həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirlidir və o həmin maddənin sanksiyası daxilində azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əsasən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0. 6,1.0.9, 1.0.10, 1.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbayyan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.9-cu maddəsinə əssən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi – həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bundan başqa Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» müəyyən edilmiş 1 saylı Siyahının tələbləri baxımından da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» 1 saylı Siyahısına əsasən qurudulmuş marixuana, narkotik vasitə hesab olunur, qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarı 5 qram və ondan yuxarı, külli miqdarı isə 500 qram hesab olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, ona yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli və o dərhal məhkəmə zalından həbsə alınmalı, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük içtimai təhlükə törətməyən, az ağır və ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslərin cəzasını-ümumi rejimli cəzaçəkmə müəsissələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.6 maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.2.1-ci maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməklə həbsetmənin əvvəli 12.11.2020ci il tarixdən hesablanmalıdır. Bununla bərabər məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı çəkməlidir, belə ki, onun islah olunması və cəzanın məqsədlərinə nail olunması yuxarıda qeyd olunduğu kimi yalnız bu yolla mümkündür, həmçinin onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə və ya onun şərti məhkum edilməsinə əsaslar yoxdur. Bundan əlavə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-narkoloji ekspertizasının 18.01.2021-ci il tarixli 139 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatından sui-istifadə etməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata götürülməsi məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.2-cü maddəsinə əsasən alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslərin müalicəsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş qablaşdırılmış və ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz qalıq çəkisi 444,4 qram narkotik vasitə olan qurudulmuş marixuana və təmiz qalıq çəkisi 2,294 qram psixotrop maddə olan metamfetamin, həmçinin bir ədəd tərəzi iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və Gəncə şəhər BPİ-nə məsul saxlanca verilmiş, maddi sübut hesab edilmiş 12.11.2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Daxili İşlər Nazirliyinin BNMİ-nin X10 Şöbəsində Təqsirləndirilən şəxs üzərinə baxış zamanı narkotik vasitə aşkar edilərkən istifadə edilmiş video çəkilişin bir ədəd “DVD” diski və Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-******* saylı mobil telefon nömrəsinə daxil olan, eləcə də çıxan zənglərin və mesaj mətnlərinin izahlarının, zəngi edən və ya qəbul edən abunəçilərin anket məlumatlarının əks olunduğu bir ədəd disk iş materiallarına əlavə edilmişdir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş qablaşdırılmış və ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz qalıq çəkisi 444,4 qram narkotik vasitə olan qurudulmuş marixuana və təmiz qalıq çəkisi 2,294 qram psixotrop maddə olan metamfetamin, həmçinin bir ədəd tərəzi məhv edilməli, 12.11.2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Daxili İşlər Nazirliyinin BNMİ-nin X10 Şöbəsində Təqsirləndirilən şəxs üzərinə baxış zamanı narkotik vasitə aşkar edilərkən istifadə edilmiş video çəkilişin bir ədəd “DVD” diskin və Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-******* saylı mobil telefon nömrəsinə daxil olan, eləcə də çıxan zənglərin və mesaj mətnlərinin izahlarının, zəngi edən və ya qəbul edən abunəçilərin anket məlumatlarının əks olunduğu bir ədəd diskin iş materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Digər tərəfdən həmçinin müəyyən edilmişdir ki, iş üzrə 60 manat 80 qəpik məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə məsrəfi təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 6 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə zalından həbsə alınsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu tarixdən, yəni 12 noyabr 2020-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş qablaşdırılmış və ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz qalıq çəkisi 444,4 qram narkotik vasitə olan qurudulmuş marixuana və təmiz qalıq çəkisi 2,294 qram psixotrop maddə olan metamfetamin, həmçinin bir ədəd tərəzi məhv edilsin, 12.11.2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Daxili İşlər Nazirliyinin BNMİ-nin X10 Şöbəsində Təqsirləndirilən şəxs üzərinə baxış zamanı narkotik vasitə aşkar edilərkən istifadə edilmiş video çəkilişin bir ədəd “DVD” diskin və Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-******* saylı mobil telefon nömrəsinə daxil olan, eləcə də çıxan zənglərin və mesaj mətnlərinin izahlarının, zəngi edən və ya qəbul edən abunəçilərin anket məlumatlarının əks olunduğu bir ədəd diskin iş materiallarına əlavə edilməsi nəzərə alınsın. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 60 manat 80 qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar