Məhkəmə qərarları › İş №1(100)-67/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-67/2023

26.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-67/2023 26.07.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Rüstəmov Elmin İltizam oğlu və X2 ibarət tərkibdə, X17, X23, X19 və X8 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1976-cı ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Yevlax şəhəri, X29 küçəsi, ev 27 ünvanında qeydiyyatda olmaqla, Bərdə şəhəri, X29 küçəsi, ev 5 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edib üzərində və yaşadığı evin bağçasındakı torpaq sahəsində saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun müvafiq olaraq İ və İİ siyahılarına əsasən külli miqdarda, yəni təmiz çəkisi 1222,027 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, ümumi təmiz çəkisi 1135 qram narkotik vasitə olan qurudulmuş marixuananı və təmiz çəkisi 112,508 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində və yaşadığı ünvan 3 ünvanında yerləşən yaşayış evinin bağçasındakı torpaq sahəsini qazıb torpağa basdırmaqla saxlamış, 08 aprel 2022-ci il tarixdə saat 05:00 radələrində Daxili İşlər Nazirliyi, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bərdə şəhəri, M.F.Axundov küçəsinin ərazisində şübhəli şəxs qismində saxlanılmaqla Bərdə rayon polis şöbəsinə gətirilmiş, polis şöbəsində üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynində olan gödəkcənin sol yan cibindən satış məqsəli ilə saxladığı 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 67,027 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, keçirilmiş əməliyyat tədbirlərinin davamında həmin gün saat 07:15 dəqiqədə yaşadığı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin bağçasındakı torpaq sahəsindən satış məqsədi ilə saxladığı 01(bir) ədəd sellofan bağlamada təmiz çəkisi 1155 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 01 ədəd sellofan torbada təmiz çəkisi 112,508 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və 02 (iki) ədəd sellofan torbalarda, ayrı-ayrılıqda təmiz çəkiləri 455 qram və 680 qram olmaqla ümumi təmiz çəkisi 1135 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuna aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək, ibtidai istintaq zamanı ifadəsini təzyiq və təsir altında verdiyindən təsdiq etmədiyini bildirib, ifadəsində göstərmişdir ki, 08 aprel 2022-ci il tarixdə saat 05:00 radələrində ünvan 3 ünvanının yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs evinə girib ona yaxınlaşmış və özlərini polis əməkdaşı kimi təqdim edib onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib onu Bərdə RPŞ-nə aparmışlar. Bərdə RPŞ PŞ-də müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış aparılmış, o, əynindəki gödəkçənin sol yan cibindən 1(bir) ədəd bükümdə 0.3 qram heroini, həmin gödəkçənin sol yan cibindən 1(bir) ədəd açarı, əynində olan şalvarın sağ yan cibindən 1(bir) ədəd “Redmi” markalı mobil telefonunu, sol yan cibindən özünə məxsus olan şəxsiyyət vəsiqəsini təqdim edərək, masanın üzərinə qoymuşdur. Onun üzərindən başqa heç nə aşkar edilməmişdir. Sonra təqdim etdiyi heroin elektron tərəzidə çəkilərkən nədənsə, heroinin çəkisi 70,7 qram olmuşdur. Həmin kütlə kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in möhürü ilə möhürlənmiş, o, müdafiəçisi və təhqiqatçı tərəfindən imzalanmışdır. Üzərindən çıxan 1(bir) ədəd “Redmi” markalı mobil telefon və 1(bir) ədəd ona məxsus şəxsiyyət vəsiqəsi izah verildikdən sonra götürülmüş, 1(bir) ədəd açar onun özünə geri qaytarılmışdır. O, narkotik vasitəni Abşeron rayonu ərazisində yerdən tapmış və götürəndən sonra polis əməkdaşları tərəfindən saxlanılmışdır. Sonra polis əməkdaşlaraı onun yaşadığı evə baxış keçrəcəklərini ona bildirmiş o, evinə baxış keçirilməsinə etiraz etməmişdir. Evdə həyətyanı sahəyə baxış keçirilmiş həyətdə torpağa basdırdırılmış yerdən 1(bir) ədəd bükümdə heroin, 1(bir) ədəd bükümdə metamfetamin, 2(iki) ədəd bükümdə qurudulmuş marixuana, 2(iki) ədəd elektron tərəzi, 1(bir) ədəd şüşə qab, 2 (iki) ədəd kağız parçası (falqa) çıxarılmışdır. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, heroinin çəkisi 1(bir) kq 345 (üç yüz qırx beş) qram, metamfetaminin çəkisi 113 (yüz on üç) qram və qurudulmuş marixuananın 1(bir) kq 187 (yüz səksən yeddi) qram olmuşdur. Sorğu-sual zamanı həmin narkotik vasitələrin kim tərəfindən və necə ora basdırıldığını bilməməsi və onun heç bir məlumatı olmaması barədə polis əməkdaşlarına bildirmişdir. Daha sonra həmin kütlələr, 2(iki) ədəd elektron tərəzi, 1(bir) ədəd şüşə qab və 2(iki) ədəd kağız parçası (falqa) sellofan torbanın içərisinə qoyularaq qablaşdırılmış, DİNin möhürü ilə möhürlənmiş və o, müdafiəçisi və təhqiqatçı tərəfindən imzalanmışdır.O, saxlanılarkən üzərində «Redmi» markalı mobil telefon olmuş, lakin telefonun içərisində ***- ***-**-** mobil nömrəsi olmamış, onun elə bir mobil nömrəsi olmamış, telefonun üzərində ***-***-**-** və 055- ***-**-** mobil nömrə olmuşdur. O, Fərhad adlı şəxsi tanımamış və sonuncu ilə danışmamışdır. Bərdə şəhər sakini X12 tanımış, Anarın Rusiya Federasiyasında yaşayan əmisi Xəqani ilə münasibəti olmuşdur. X13 adlı şəxs tanımamışdır. O, əvvəlcə ***-***-**-** mobil nömrəni Anarın adına almış, amma ikinci ***- ***-**-** mobil nömrəni haradan, necə almağını xatırlamır. Yevlax şəhər sakinləri Sənan Bəxtiyarov, Rəşid Ələkbərov, Kəmalə Rəsulovanı qonşu kimi tanımış və münasibətləri də normal olmuşdur. O, Fərhadın harada yaşamasını və əlaqə telefonunu bilməmişdir. Onun yaşadığı evin bağçasında aşkar edilmiş iki ədəd elekron tərəzini, iki ədəd kağız parçaları (falqaları) və bir ədəd şüşə qabı, narkotik vasitələrlə və psixotrop maddələrin necə və kim tərəfindən gətirildiyini bilmir,güman edir ki, həmin narkotik vastələr və psxotrop maddələri polis əməkdaşları tərəfindən gətirilib basdırmışdır. Məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiy ifadəsindən görünür ki, o,ona ittiham verlmiş maddə ilə özünü tam təqsirli bilərək etirafedici ifadə verərək ifadəsində göstərmişdir ki; “-rəsmi olaraq heç bir yerdə işləmir, ailə üzvləri ilə birlikdə ünvan 4 ünvanında yaşayır. 08 aprel 2022-ci il tarixdə saat 05:00 dəqiqədə, ünvan 4 ünvanının yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini ona polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərib barəsində əməliyyat- axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu Bərdə RPŞ-nin inzibati binasına dəvət etmişlər. Orada dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmış, şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya varsa təqdim etməyi təklif olunmuş, bu təklifdən sonra o, əynində olan gödəkçənin sol yan cibindən 1(bir)ədəd bükümdə heroini, həmin gödəkçənin sol yan cibindən 1(bir) ədəd açarı, əynində olan şalvarın sağ yan cibindən 1(bir) ədəd içərisində ***-***-**-** simkart nömrəsi olan “Redmi” markalı mobil telefonunu, sol yan cibindən özünə məxsus olan şəxsiyyət vəsiqəsini təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi heroin elektron tərəzidə çəkilmiş, heroinin çəkisi 70,7 (yetmiş tam yeddi) qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri onun, müdafiəçisi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1(bir) ədəd “Redmi” markalı mobil telefon və 1(bir) ədəd ona məxsus şəxsiyyət vəsiqəsi bu barədə ona izah verildikdən sonra götürülmüş, 1(bir) ədəd açar onun özünə geri qaytarılmışdır. Onun üzərindən aşkar edilmiş narkotik vasitələri əvvəlcədən razılaşdırılımış plan üzrə Abşeron rayonu ərazisindən yerdən götürmüş, üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni İran İslam Respublikası vətəndaşı olan “Fərhad” adlı şəxsin vasitəsi ilə “bir” gün bundan əvvəl Abşeron rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən götürdüyünü, sonuncunun göstərişi ilə həmin kütləni ondan tanımadığı şəxsin götürəcəyini, narkotik vasitələri dediyi şəxsə verməyinə görə “Fərhad” adlı şəxsin ona pul verəcəyini, əvvəllər məhkum olunduğunu, həmçinin Bərdə şəhərində yaşadığı evdə narkotik maddə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmiş və bundan sonra onun yaşadığı evə getmişlər. Orada ona evdə saxladığı narkotik vasitələri təqdim etmək təklif olunmuş, bu təklifdən sonra o, evdə həyətdə torpağa basdırdığı yerdən 1(bir) ədəd bükümdə heroini, 1(bir) ədəd bükümdə metamfetamini, 2(iki) ədəd bükümdə qurudulmuş marixuananı, 2(iki) ədəd elektron tərəzini, 1(bir) ədəd şüşə qabı, 2 (iki) ədəd kağız parçasını (falqa) təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, heroinin çəkisi 1(bir) kq 345 (üç yüz qırx beş) qram, metamfetaminin çəkisi 113 (yüz on üç) qram və qurudulmuş marixuananın 1(bir) kq 187 (yüz səksən yeddi) qram olmuşdur. Daha sonra həmin kütlələr, 2(iki) ədəd elektron tərəzi, 1(bir) ədəd şüşə qab və 2(iki) ədəd kağız parçası (falqa) içərisi boş olan sellofan torbanın içərisinə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və üzəri onun, müdafiəçisi və təhqiqatçı tərəfindən imzalanmışdır. Zərurət olmadığından yaşadığı evin digər hissələrinə baxış keçirilməmişdir. Onun yaşadığı evdən aşkar edilmiş narkotik vasitələri və psixotrop maddələri ilə əvvəlcədən razılaşdırılımış plan üzrə Abşeron rayonu ərazisindən yerdən götürmüşdür. Həmçinin əlavə ifadəsində bildirmişdir ki, Fərhad adı tanış narkotiklərlə bağlı onunla danışığı, onunla danışanda demişdir ki, yazıları silsin, o da bütün yazları silmiş, hazırda o yazılar olmadığı üçün təqdim edə bilməz, bütün səhifəsini silmişdir. O, Fərhadın harada yaşamasını bilmir, əlaqə telefonunu da bilmir. o, yaşadığı evin bağçasında aşkar edilmiş iki ədəd elekron tərəzləri, iki ədəd kağız parçaları (falqaları) və bir ədəd şüşə qabı da Abşeron ərazisindən narkotik vasitələri və psixotrop maddəni götürəndə sellofan torbada olduğu üçün birlikdə narkotik vasitələrlə və psixotrop maddə ilə gətirmiş, Fərhad demişdir ki, narkotik vasitələri və psixotrop maddəni çəkib dediyi şəxsə verər. O, Fərhadla pul danışmamış, Fərhad demişdir ki, hörməti olunacaq, o da imkansız olduğu üçün, evdə xəstələri olduğu üçün razılaşmışdır. Onun istifadəsində ***-***-**-** və ***-***-**-** mobil nömrələrdən başqa ayrı mobil nömrəsi olmamışdır, Abşeron ərazisinə gedəndə də həmin mobil nömrələr üstündə olmuşdur, nəyə görə anten dairəsi düşməmişdir bilmir, o haqda heç nə deyə bilməz. Onun mobil nömrə yadında qalmır, ifadəsində qeyd etdiyi kimi heç bir nömrəni əzbərdən bilmir, o, özü mesaj yazmır, ona yazılan mesajlara da baxmır, nəyə görə. nə məqsədlə dəqiq tanımadığı mobil nömrələrdən ona o cür narkotk vasitələrin istənilməsi barədə mesajların yazılmasını da bilmir və ona görə də o haqda heç nə deyə bilməz. O, narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmur, heç kəsə narkotik vasitə satmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 Cəmyət oğlu ifadəsində göstərmişdir ki, 07 aprel 2022-ci il tarixdə daxil olmuş əməliyyat məlumatına əsasən Şahid2 və X5 ibarət qrup yaradılmış, qrupa o rəhbərlik etmişdir. Həmin gündən etibarən Bərdə şəhər sakini Təqsirləndirilən şəxs əməliyyat müşahidəsinə götürülmüş, Təqsirləndirilən şəxs 08 aprel 2022-ci il tarixdə saat 05 radələrində yaşadığı ünvan 3 ünvanın yaxınlığında piyada gedərkən tərəflərindən saxlanılmış və Bərdə rayon Polis şöbəsinə gətirilmişdir. PŞ-də, Təqsirləndirilən şəxs Baş Narkotiklərlə Mübarizə idarəsinin X3, X14 tərəfindən şübhəli şəxs qismində tutularaq ona hüquqları izah edilmiş, özünün istəyinə əsasən vəkil X20 hüquqlarını müdafiə etməsi məqsədilə Polis Şöbəsinə dəvət edilmiş və Təqsirləndirilən şəxs vəkil təyin edilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl vəkili X10 iştirakı ilə Təqsirləndirilən şəxs təkrarən hüquq və vəzifələri izah edilmiş, üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməsinə etirazının olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına və şəxsi axtarışın video vasitəsi ilə aparılmasına heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmaması soruşulmuş, varsa könüllü təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol yan cibindən 1(bir) ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni, həmin gödəkçənin sol yan cibindən 1(bir) ədəd açarı, əynində olan şalvarın sağ yan cibindən 1(bir) ədəd içərisində ***-***-**-** kart nömrəsi olan «Redmi» markalı mobil telefonu, sol yan cibindən özünə məxsus olan şəxsiyyət vəsiqəsini təqdim edərək masanın üzərinə qoymuş, 1(bir) ədəd bükümdə olan kütlənin heroin olmasını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən üzərindən hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan olunmuş əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1(bir) ədəd büküm elektron tərəzidə çəkilmiş, bükümlə birlikdə çəkisi 70,7 (yetmiş tam onda yeddi) qram olmuş, həmin kütlə iştirakçılar, Təqsirləndirilən şəxs və müdafiəçisi Xanım İsayevanın iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri DİN-nin 7 saylı möhürü ilə möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra 1(bir) ədəd açar Təqsirləndirilən şəxs qaytarılmış, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi və 1(bir) ədəd «Redmi» markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni İran İslam Respublikasının vətəndaşı «Fərhad» adlı şəxsin vasitəsilə tutulmamışdan bir gün əvvəl Abşeron rayonu ərazisində təyin edilmiş yerdən götürdüyünü, Fərhadın deməsinə görə götürdüyü narkotik vasitəni dediyi şəxsə verəcəyini, bunun müqabilində Fərhadgilin ona pul verəcəklərini bildirmişdir.Həmçinin Təqsirləndirilən şəxs bildirmişdir ki, yaşadığı ünvan 6 ünvana baxış keçirilməsinə hər hansı bir etirazı yoxdur və bu barədə rəsmi ərizə də vermişdir. Bundan sonra əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı Bərdə şəhəri, M.F.Axundov küçəsi, 5 ünvanına tərəflərindən baxış keçirilmiş, baxış zamanı N. Cabbarovdan yaşadığı evdə hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın olub-olmaması soruşulmuş. varsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs yaşadığı evin həyətində torpağa basdırdığı yerdən 1(bir) ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni, 1(bir) ədəd bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütləni, 2(iki) ədəd bükümdə açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni, 2(iki) ədəd elektron tərəzini, 1(bir) ədəd şüşə qabı, 2(iki) ədəd kağız parçasını (falqanı) təqdim etmişdir. Təqsirləndirilən şəxs baxış zamanı təqdim etdiyi həmin kütlələr elektron tərəzidə çəkilmiş, heroinə bənzər kütlənin çəkisi 1(bir) kiloqram 345 (üç yüz qırx beş) qram, psixotrop maddə olan metamfetaminə bənzər kütlənin çəkisi 113 (yüz on üç) qram və qurudulmuş marixuanaya bənzər kütlənin ümumi çəkisi 1(bir) koiloqram 187 (yüz çəksən yeddi) qram olmuşdur.Həmin kütlələr sellofan torbaya qoyularaq qablaşdırılmış, DİN-nin 7 saylı möhürü ilə möhürlənmiş, iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Baxış zamanı Təqsirləndirilən şəxs, evin həyətində aşkar edilmiş kütlələrin özünə məxsus olmasını, «Fərhad» adlı şəxsin göstərişi ilə tutulmamışdan bir gün əvvəl Abşeron rayonu ərazisindən təyin edilmiş yerdən götürməsini, «Fərhad» adlı şəxsin dediyi şəxsə verəcəyi müqabilində ona pul verəcəklərini bildirmişdir.Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən və yaşadığı evə baxış keçirilərkən video çəkilişdən istifadə edilmiş, video çəkiliş Şahid2 tərəfindən çəkilmiş, ayrıayrılıqda DVD disklərə köçürələrək protokollara əlavə edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən yanında heç kəs olmamış, eləcə də üzərinə şəxsi axtarış keçirilərkən, yaşadığı evə baxış keçirilərkən iştirkçılardan başqa kənar şəxslər olmamışlar.Tərəflərindən keçirilmiş tədbirlər zamanı Təqsirləndirilən şəxs üzərində və yaşadığı evin həyətində aşkar edilmiş narkotik maddələri, psixotrop maddə metamfetamini dəqiq haradan əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Lakin Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısı ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuş, aşkar edilmiş narkotik vasitələrin, psixotrop maddələrin çəkilərinin çoxluğu, ayrı-ayrı çeşidlərin olması, elektron tərəzilərin də aşkar edilməsi onun həmin narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısı ilə məşğul olmasına dəlalət edir, hazırda Təqsirləndirilən şəxs üzərində və yaşadığı evin həyətində aşkar edilmiş narkotik vasitələri, psixotrop maddəni haradan əldə etməsi, konkret olaraq kimlərə satması istiqamətində tədbirləri davam etdirilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid1 Cəmyət oğlu ilə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərilənləri təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3, ifadəsində göstərmişdir ki, oğlu Nəsimi 2012-ci ildə cinayət törətdiyi üçün 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını günə-gün çəkib başa çatdırmış, cəzasını çəkib qurtarandan sonra oğlu Səmədə baxmışdır. Nəsimi cəzaçəkmə müəsissəsindən çıxandan sonra fərdi əməklə məşğul olmuş, tikintidə və digər yerələrdə iş olanda gedib işləmiş, ona və xəstə qızına da baxmış, hələ oğlu Səmədə də köməklik etmişdir. 08 aprel 2022-ci il tarixdə səhər saatlarında ona məlum olmuşdur ki, oğlu Nəsimini narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı tutmuşlar.Polis əməkdaşları gəlib onların evinin həyətinə də baxış keçirmiş, o, həmin baxışı görməmiş, nə aşkar edildiyini də bilməmişdir.O, evdə olmuş, onu çölə çıxmağa qoymamışlar. Nəsimi tutulandan sonra onunla danışanda ona demişdir ki, narkotikə görə tutulmuşdur. O, ağrıdığı üçün Nəsimidən necə tutulmasını, niyə tutulmasını soruşmamış, Nəsimi də ona heç nə deməmişdir. Nəsiminin əvvəllər narkoik vasitədən istifadə edib-etməməsini bilməmiş, ona görə də o haqda heç nə deyə bilməz. Nəsiminin kimlərlə yaxınlıq etməsini də bilməmişdir. O, Nəsiminin həyətdə narkotik vasitəni və psixotrop maddəni nə basdıranda, nə çıxaranda görməmiş, heç indi də onları hara basdırmasını, haradan çıxarmasını bilmir, ona görə də o haqda da heç nə deyə bilməz. Məhkəmədə şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Gecə saat 02- 03 radələrində qəfildən polis əməkdaşları onaların evinə daxil olmuş və evlərində hər yeri axtarmışlar. Polis əməkdaşları onları evin yuxarı mərtəbəsinə çıxarmış ,aşağı düşməyə imkan verməməişlər.Onun atası yataq xəstəsidir. Polislər qardaşına güc tətbiq edərək agzı üstə yerə uzatmış və üst-başını axtarmışlar. Lakin qardaşının üzərində heç nə olamamışdır. Polis əməkdaşları qardaşını Bərdə Rayon Polis Şöbəsinə aparmışlar.Polislər gedəndən sonra onlar evlərinin arxasında həyətdə qazıntı görmüşlər. Halbuki onların həyətində elə qazıntı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusudur. 08 aprel 2022-ci il tarixdə saat 05:00 dəqiqədə, yaşadığı evin həyətindən baxarkən, Təqsirləndirilən şəxs 2 nəfər şəxsin yaxınlaşdığını görmüş, bu zaman ona həmin şəxslər evə girməsini demişlər. O, pənəcrdən baxmış həmin şəxslərin Nəsimini apardıını görmşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 08 aprel 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” porotokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bərdə rayon Məhkəməsinin 09 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətə “həbs” qətimkan tədbir seçilmiş və həbsetmənin əvvəli 08 aprel 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 08 aprel 2022-ci il tarixli «Şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, video çəkilişlə Təqsirləndirilən şəxs Bərdə rayon PŞ-nin inzibati binasında üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs oğlunun şəxsi axtarış keçirilərkən Bərdə rayon Vəkil bürosunun vəkili X10 iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qanunla qadağan olunmuş əşyanın olub-olmaması soruşulmuş, varsa təqdim etməsi təklif olunmuş. Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol yan cibindən 1(bir) ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malmik narkotik vasitə olan heroinə bənzər kütləni, həmin gödəkçənin sol yan cibindən 1(bir) ədəd açarı, əynində olan şalvarın sağ yan cibindən 1(bir) ədəd içərisində ***-***-**-** mobil nömrəsinin olması bildirilən «Redmi» markalı mobil telefonu, şağ yan cibindən isə özünə məxsus olan şəxsiyyət vəsiqəsini çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra sellofan bükümdə olan heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş, ümumi çəkisinin 70,7 (yetmiş tam onda yeddi) qram olması məlum olmuşdur. Həmin kütlə zərfə qoyularaq qablaşdırılmış, DİN-nin 7 saylı möhürü ilə möhürlənmiş, iştirakçıların hamısı tərəfindən imzalanaraq götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs həmin kütləni haradan, kimdən əldə etməsi soruşulmuş, Təqsirləndirilən şəxs həmin kütləni tutulmamışdan 1(bir) gün əvvəl Abşeron rayonu ərazisindən İnstagram sosial şəbəkəsi vasitəsilə tanıdığı Fərhad adlı şəxsin deməsinə görə götürüb saxlamasını, Fərhad adlı şəxslə danışıb həmin şəxsin deyəcəyi şəxsə verəcəyini, əvəzində Fərhad adlı şəxs ona pul verəcəyini, maddi imkansızlığı səbəbindən, evdə xəstələrinin olması səbəbindən Fərhadın təklifinə razı olmasını bildirmişdir. Bundan sonra N. Cabbarovdan polisə gətirilərkən, saxlanılarkən polislər tərəfindən hər hansı bir təzyiq və təsirə məruz qalıb-qalmadığı, təhqir olunubolunmadığı soruşulmuş, N. Cabbarov polislər tərəfindən heç bir təsir və təzyiqə məruz qalmadığını, təhqir olunmadığını bildirmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 08 aprel 2022-ci il tarixli «Evə baxış və götürmə aparılması haqqında» protokoldan görünür ki, video çəkilişlə Təqsirləndirilən şəxs yaşadığı Bərdə şəhəri, X29 küçəsi 5 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən müdafiəçisi Bərdə rayon Vəkil Bürosunun vəkili X20 iştirak etmiş, baxış keçirmə zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılarkən yaşadığı evdə narkotik vasitə və psixotrop maddə gizlətməsini bildirdiyi üçün evə baxış keçirmək üçün gəldikləri bildirilib Təqsirləndirilən şəxs gizlətmiş olduğu narkotik vasitə və psixotrop maddəni göstərməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs evin bağçasında qazıb basdırdığı bir ədəd iri ölçülü sellofan torba, bir ədəd isə nisbətən xırda ölçülü sellofan torba çıxarmış, həmin torbaların içərisinə baxış keçirmə zamanı 1(bir) ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütlə, 1(bir) ədəd bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütlə, 2(iki) ədəd bükümdə açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə, 2(iki) ədəd elektron tərəzi, 1(bir ədəd) şüşə qab, 2(iki) ədəd kağız parçası (falqa) aşkar edilmişdir. Bundan sonra aşkar edilmiş 1(bir)ə ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş, bükümlə birlikdə kütlənin ümumi çəkisinin 1(bir) kiloqram, 345 (üç yüz qırx beş) qram olması, 1(bir) ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlənin bükümlə birlikdə çəkisinin 113 (yüz on üç) qram olması, qurudulmuş marixuanaya bənzər kütlələrin ümumi çəkisinin isə 1(bir) kiloqram 187 (yüz səksən yeddi)qram olması məlum olmuşdur. Bundan sonra iki ədəd elektron tərəzi, bir ədəd şüşə qab və iki ədəd kağız parçaları (falqa) da sellofan torbaya qoyularaq üzərində hər hansı bir hissəciklərin olub-olmadığını müəyyən etmək üçün qablaşdırılmış, qablaşdırılan sellofan torbalar üzərinə iştirakçıların adları. soyadları, ata adları yazılmış, qablaşdırılaraq DİN-nin 7 saylı möhürü ilə möhürlənib götürülmüşdür, iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs həyətdə aşkar edilmiş kütlələri haradan əldə etməsi soruşulmuş, Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin kütləni tutulmamışdan 1(bir) gün əvvəl Abşeron rayonu ərazisindən İnstagram sosial şəbəkəsi vasitəsilə tanıdığı Fərhad adlı şəxsin deməsinə görə götürüb saxlamış, Fərhad adlı şəxslə danışıb həmin şəxsin deyəcəyi şəxsə verəcəyini, əvəzində Fərhad adlı şəxs ona pul verəcəyini, maddi imkansızlığı səbəbindən, evdə xəstələrinin olması səbəbindən Fərhadın təklifinə razı olmasını, Fərhad adlı şəxsin üzünü görmədiyini, Fərhad adlı şəxsin Şəxsi axtarış zamanı dediyi Fərhad olmasını bildirmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən video çəkilişdən istifadə edildiyi üçün həmin video çəkilişi əks etdirən bir ədəd DVD diskə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, diskdə bir ədəd fayl vardır, həmin fayla daxil olduqda faylda vido çəkilişin olması, həmin video çəkilişin 10 dəqiqə, 12 saniyə müəddtinə çəkilməsi məlum olmuşdur. Video görüntüyə baxış keçirmə zamanı məlum olmuşdur ki, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat qrupunun təhqiqatçısı, polis mayoru X14 özü barədə, şəxsi axtarış keçirmədə iştirak edən şəxslər barədə məlumat vermiş, video çəkilişin Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 tərəfindən aparılmasını, şəxsi axtarış keçirmədə Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 Cəmyət oğlunun iştirak etməsini, ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün Bərdə rayon PŞ-nə gətirilməsini, onun hüquqlarını Bərdə rayon Vəkil bürosunun vəkili X10 müdafiə etməsini elan etmişdir, şübhəli şxəs Təqsirləndirilən şəxs hüquq və vəzifələrini barədə Bildirişin verilməsini, hüquq və vəzifələrinin izah edilməsini bildirmişdir. Bundan sonra təhqiqatçı Yelmar Vahabov şübhəli şəxs Təqsirləndirilən şəxs işrirakçılara, müdafiəçiyə qarşı etirazının olub-olmadığını soruşmuş, Təqsirləndirilən şəxs iştirakçılara və müdafiəçiyə qarşı heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qanunla qadağan olunmuş əşyanın olub-olmaması soruşulmuş, varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan gödəkçənin soly an cibindən 1(bir) ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malmik narkotik vasitə olan heroinə bənzər kütləni, həmin gödəkçənin sol yan cibindən 1(bir) ədəd açarı, əynində olan şalvarın sağ yan cibindən 1(bir) ədəd içərisində ***-***-**-** mobil nömrəsinin olması bildirilən «Redmi» markalı mobil telefonu, şağ yan cibindən isə özünə məxsus olan Şəxsiyyət Vəsiqəsini çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra sellofan bükümdə olan heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş, ümumi çəkisinin 70,7 (yetmiş tam onda yeddi) qram olması məlum olmuşdur. Həmin kütlə zərfə qoyularaq qablaşdırılmış, DİN-nin 7 saylı möhürü ilə möhürlənib iştirakçıların hamısı tərəfindən imzalanaraq götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs həmin kütləni haradan, kimdən əldə etməsi soruşulmuş, Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin kütləni tutulmamışdan 1(bir) gün əvvəl Abşeron rayonu ərazisindən İnstagram sosial şəbəkəsi vasitəsilə tanıdığı Fərhad adlı şəxsin deməsinə görə götürüb saxlamış, Fərhad adlı şəxslə danışıb həmin şəxsin deyəcəyi şəxsə verəcəyini, əvəzində Fərhad adlı şəxs ona pul verəcəyini, maddi imkansızlığı səbəbindən, evdə xəstələrinin olması səbəbindən Fərhadın təklifinə razı olmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə əməliyyatçı Şahid1 tərəfindən şəxsi axtarış keçirilərkən, üzərindən hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs polisə gətirilərkən, saxlanılarkən polislər tərəfindən hər hansı bir təzyiq və təsirə məruz qalıb-qalmadığı, təhqir olunubolunmadığı soruşulmuş, Təqsirləndirilən şəxs polislər tərəfindən heç bir təsir və təzyiqə məruz qalmadığını, təhqir olunmadığını bildirmişdir. Daha sonra iştirakçılara şəxsi axtarış və götürmə aparılması ilə bağlı suallarının olub-olmadığı soruşulmuş, iştirakçılar heç bir suallarının olmadığı bildirmiş və bununla da şəxsi axtarış və götürmənin başa çatması elan edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulanadək yaşamış olduğu Bərdə şəhəri, X29 küçəsi 5 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən video çəkilişdən istifadə edildiyi üçün həmin video çəkilişi əks etdirən bir ədəd DVD diskə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, diskdə bir ədəd fayl vardır, həmin fayla daxil olduqda faylda vido çəkilişin olması, həmin video çəkilişin 21 dəqiqə, 06 saniyə müəddtinə çəkilməsi məlum olmuşdur. Video görüntüyə baxış keçirmə zamanı məlum olmuşdur ki, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat qrupunun təhqiqatçısı, polis mayoru X14 özü barədə, şəxsi axtarış keçirmədə iştirak edən şəxslər barədə məlumat vermiş, video çəkilişin Azərbaycan Respublikasının DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnikleytenantı Şahid2 tərəfindən aparılmasını, evə baxış və götürmədə Azərbaycan Respublikasının DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 Cəmyət oğlunun iştirak etməsini, ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün Bərdə rayon PŞ-nə gətirilməsini, onun hüquqlarını Bərdə rayon Vəkil bürosunun vəkili X10 müdafiə etməsini elan etmiş, şübhəli şxəs Təqsirləndirilən şəxs hüquq və vəzifələrini barədə Bildirişin verilməsini, hüquq və vəzifələrinin izah edilməsini bildirmişdir. Bundan sonra təhqiqatçı Yelmar Vahabov şübhəli şəxs Təqsirləndirilən şəxs işrirakçılara, müdafiəçiyə qarşı etirazının olub-olmadığını soruşulmuş, Təqsirləndirilən şəxs iştirakçılara və müdafiəçiyə qarşı heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılarkən yaşadığı evdə narkotik vasitə və psixotrop maddə gizlətməsini bildirdiyi üçün evə baxış keçirmək üçün gəldiklərini deyib Təqsirləndirilən şəxs gizlətmiş olduğu narkotik vasitə və psixotrop maddəni göstərməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs evin naves hissəsindən bağça hissəsinə keçərək ağacın qarşı tərəfində olan torpaq yeri göstərib bir gün əvvəl həmin yerə narkotik vasitə və psixotrop maddə basdırmasını bildirmiş, əməliyyatçı Şahid1 tərəfindən əlinə bel götürələrək Təqsirləndirilən şəxs göstərmiş olduğu torpaq yer qazılmış, yerdən bir ədəd iri ölçülü sellofan torba, bir ədəd isə nisbətən xırda ölçülü sellofan torba çıxarılmış, həmin torbaların içərisinə baxış keçirmə zamanı 1(bir) ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütlə, 1(bir) ədəd bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütlə, 2(iki) ədəd bükümdə açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə, 2(iki) ədəd elektron tərəzi, 1(bir ədəd) şüşə qab, 2(iki) ədəd kağız parçası (falqa) aşkar edilmişdir. Bundan sonra aşkar edilmiş 1(bir)ə ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş, bükümlə birlikdə kütlənin ümumi çəkisinin 1(bir) kiloqram, 345 (üç yüz qırx beş) qram olması, 1(bir) ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlənin bükümlə birlikdə çəkisinin 113 (yüz on üç) qram olması, qurudulmuş marixuanaya bənzər kütlələrin ümumi çəkisinin isə 1(bir) kiloqram 187 (yüz səksən yeddi)qram olması məlum olmuşdur. Bundan sonra iki ədəd elektron tərəzi, bir ədəd şüşə qab və iki ədəd kağız parçaları (falqa) da sellofan torbaya qoyularaq üzərində hər hansı bir hissəsciklərin olub-olmadığını müəyyən etmək üçün qablaşdırılmış, qablaşdırılan sellfon torbalar üzərinə iştirakçıların adları. soyadları, ata adları yazılmış, qablaşdırılaraq DİN-nin 7 saylı möhürü ilə möhürləniö götürülərək iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs həyətdə aşkar edilmiş kütlələri haradan əldə etməsi soruşulmuş, Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin kütləni tutulmamışdan 1(bir) gün əvvəl Abşeron rayonu ərazisindən İnstagram sosial şəbəkəsi vasitəsilə tanıdığı Fərhad adlı şəxsin deməsinə görə götürüb saxlamış, Fərhad adlı şəxslə danışıb həmin şəxsin deyəcəyi şəxsə verəcəyini, əvəzində Fərhad adlı şəxs ona pul verəcəyini, maddi imkansızlığı səbəbindən, evdə xəstələrinin olmiası səbəbindən Fərhadın təklifinə razı olmasını, Fərhad alı şəxsin üzünü görmədiyini, Fərhad adlı şəxsin Şəxsi axtarış zamanı dediyi Fərhad olmasını, Fərhad adlı şəxsdən əvvəllər narkotik vasitə almadığını, özü əvvəllər narkotik vasitənin marixuana növündən istifadə etməsini, 6 aydır ki, həbsdən çıxmasını bildirmişdir. Bundan sonra iştirakçılardan evə baxış və götürmə aparılması ilə bağlı suallarının olub-olmadığı soruşulmuş, iştirakçılar heç bir suallarının olmadığı bildirmiş, təhqiqatçı evə baxış keçirməyə lüzum olmadığını bildirib bununla da evə baxış və götürmənin başa çatması elan etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azerfon MMC-dən xx.xx.2022-ci il tarixli, AZF/LGL-5531/22 saylı məktubla daxil olmuş 01 ədəd diskə baxış keçirilmiş, baxış keçirmə zamanı məlum olmuşdur ki, 01 ədəd diskdə 05 ədəd qovluğun olması məlum olmuşdur.1-ci üzərində X7 **********0444 7********. pdf yazıları olan qovluğa daxil olduqda, həmin qovluqda ***-***-**-** mobil nömrənin ünvan 11 ünvanında yaşayan X11 adına qeydiyyat olunması məlum olmuşdur. Bundan sonra 2-ci üzərində SMS Tarixçəsi **********0116 ********* pdf yazıları olan qovluğa daxil olduqda, həmin qovluqda ***-***-**-** moböil nömrə istifadəçisinin xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində daxil olan və çıxan sms-lərin mətninin və hansı mobil istifadəçisi ilə, nə vaxt yazılması hallarının göstərilməsi məlum olmuşdur. Həmin sms mətnlərinə baxış keçirilərkən məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixdə ***- ***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə «QAQA BAŞİNA DÖNƏRƏM BƏYAX UŞAX BİZDƏN DÜşəndə əməlyatçılar padyezdə qaoıb şumon elədilər», «İndidə peşkom gəzişirlər zdaniyanın qabağında mki itdər getsin sora», «ikiyüz irmi manat cibimdə qalanınıda uşaxlar gətirirdi mən daxlatdım itdər getsin sora», «Allaha min şükür qaqa bulların başı üçün döyül spalicni nəysi tutma bizdən», «Sabah özüm pulları götürüb gələcəm» «Narahat olma», «Axşamda vuracam» kimi mesajların yazılması, bundan əlavə xx.xx.2022-ci il tarixdə yenə də ***-***-**-** mobil nömrə istifadəçisindən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə «Qaqa başına dönüm çıxmışam qaqa üç ayna torpağı beş bir bir bir dört bir.birdə mənədə beş torpax qadan alaram əyətindən keçib onu düəlt» kimi mesajların yazılması, xx.xx.2022-ci il tarixdə yenə də ***-***-**-** mobil nömrə istifadəçisindən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə «qaqa rufet gelsin ona 1 qram kola ver uzağı 20 dəyqiyə yanındayam yol gəlirəm klent qaçmasın» kimi mesajların olması, bundan sonra xx.xx.2022-ci il tarixdə ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə «Axşamın xeyirsene daş deyirdim ey o terefden gelme daş ona gore deyirem menen danış birdedeyem lazımdı sene onan» kimi mesajların yazılması məlum olmuş, həmin qovluqda digər iş üçün əhəmiyət kəsb edə biləcək yazıların, mesajların olmadığı məlum oldu. Bundan sonra 3-cü üzərində SMS Tarixçəsi **********0121 7********.pdf yazıları olan qovluğa daxil olduqda, həmin qovluqda yenə də ***-***-**-** mobil nömrə istifadəçisinin xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində daxil olan və çıxan sms-lərin mətninin və hansı mobil istifadəçisi ilə, nə vaxt yazılması hallarının göstərilməsi məlum olmuşdur. Həmin mesajlarının mətninə nəzər saldıqda iş üçün əhəmiyyət kəsb edən elə bir yazının olmaması, ***-***-**-** mobil nömrə istifadəçisi ilə narkotik vasitə, psixotrop maddə və qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya barədə yazıların olmadığı məlum olmuşdur. Bundan sonra 4-cü üzərində Zənglərin Detallaşması **********5626 .7********.pdf yazıları olan qovluğa daxil olduqda, həmin qovluqda ***-***-**-** mobil nömrənin istifadəçisinin xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində daxil olan giriş-çıxış zənglərin, sms-lərin və həmin müddət ərzində qeyd edilən mobil nömrə istifadəçisinin və həmin nömrə ilə əlaqə saxlamış digər mobil nömrə istifadəçisinin yerləşdiyi anten dairəsinin göstərilməsi məlum olmuşdur. ***-***-**-** mobil nömrə istifadəçisinin sorğu edilən müddət ərzində Bərdə və Yevlax şəhərində olması, Bakı və ya Abşeron rayonları ərazisində olmadığı müəyyən edilmişdir.Bundan sonra sonuncu 5-ci üzərində X4 **********5729,775659636 NAR.pdf yazaları olan qovluğa daxil olduqda, həmin qovluqda ***-***-**-** mobil nömrənin və soruğ edilən müddət ərzində həmin nömrə ilə əlaqə saxlamış Azerfon abunəçilərinin adları, soyadları, ünvanları və digər inisialları barədə məlumatların olması, ***-***-**-** mobil nömrənin ünvan 11 ünvanında yaşayan X11 adına qeydiyyat olunması məlum olmuşdur. Baxış keçirmə zamanı 2-cü və 2-cü qovluqda olan SMS tarixçələri və qeyd edilən mobil nömrələrlə giriş-çıxış sms-lərin mətnini əks etdirən yazılar və 5-ci qovluqda Azerfon abunəçilərinin adlarını. soyadlarını və digər inisialları əks etdirən yazılar olan 09 vərəqdən ibarət məlumatlar printer vasitəsi ilə çıxarılıb protokola əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X18 Bölməsinin 08 aprel 2022-ci il tarixli, 17/325 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükümdə narkotik vasitə....” sözləri yazılmış zərfin içərisindəki 01(bir) ədəd sellofan bükümdə, təmiz çəkisi- 67,027 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata təqdim edilmiş, üzərinə yapışdırılmış vərəqədə “Təqsirləndirilən şəxs evində....aşkar edilmiş kütlələr, 2 ədəd elektron tərəzi və əşyalar...” sözləri yazılmış ağ rəngli sellofan torbanın içərisindəki; -01(bir) ədəd sellofan bağlamada, təmiz çəkisi-1155 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, -01(bir) ədəd sellofan torbada, təmiz çəkisi- 112,508 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir, - 02(iki_ ədəd sellofan torbalarda, yarı-yarılıqda təmiz çəkiləri- 445 qram., 680 qram, ümumi təmiz çəkisi 1135 qram olan bitki mənşədi kütlələr tərkibindən narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. -02(iki)ə ədəd elektron tərəzinin hər birinin üzərindən aşkar edilmiş cüzi miqdarda olan maddə hissəcikləri-heroin və metamfetamin hissəcikləridir. Həmin heroin və metamfetamin hissəcikləri cüzi miqdarda olduqlarına görə təmiz çəkilərini müəyyən etmək mümkün olmamışdır. -01(bir) ədəd şüşə flakonun içərisindən aşkar edilmiş cüzi miqdarda olan maddə hissəcikləri-heroin hissəcikləridir.Həmin heroin hissəcikləri cüzi miqdarda olduqlarına görə təmiz çəkilərini müəyyən etmək mümkün olmamışdır. -02(iki) ədəd gümüşü falqaların üzərindən narkotik vasitə və psixotrop maddə hissəcikləri aşkar edilməmişdir. Tədqiqata təqdim edilmiş, 01(bir) ədəd sellofan bükümdə və 01(bir) ədəd sellofan bağlamada olan heroinlər tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş, 02(iki) ədəd sellofan torbalarda olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş, 02(iki) ədəd elektron tərəzilərin hər birinin üzərindən aşkar edilmiş heroin və metamfetamin hissəcikləri, 01(bir) ədəd şüşə flakonun içərisindən aşkar edilmiş heroin hissəcikləri cüzi miqdarda olduqlarına görə həmin obyektlərlə 01(bir) ədəd sellofan bükümdə, 01(bir) ədəd sellofan bağlamada olan heroinlərin və 01(bir) ədəd sellofan torbada olan metamfetaminin müqayisəli tədqiqatını aparmaq mümkün olmamışdır. Heroinləri ümumi təmiz çəkisi -1222,027 qram, tədqiqata sərf edilmişdir 0,100 qram(hər obyektə 0,050 qram) qalıq-1221,927 qram olmuşdur. Metamfetaminin təmiz çəkisi -112,508 qram, tədqiqata sərf edilmişdir -0,050 qram, qallıq-112,458 qram olmuşdur. Marixuananın təmiz çəkisi -1135,00 qram, tədqiqata sərf edilmişdir-0,10 qram(hər obyektə 0,05 qram), qalıq-1134,90 qram qalmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş X9 13 iyul 2022-ci il tarixli, 988 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniyə xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bərdə rayon Polis şöbəsinə verilmiş əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İstintaq bölməsində Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evin həyətindən aşkar edilmiş külli miqdarda narkotik vasitələrin, psixotrop maddələrin əldə olunma mənbəyini, o cümlədən Fərhad adlı şəxsi müəyyən etmək istiqamətində bir sıra əməliyyat tədbirləri keçirilsə də narkotik vasitələrin, psixotrop maddənin əldə olunma mənbəyini, eləcə də Fərhad adlı şəxsi müəyyən etmək mümkün olmamışdır. Əməliyyat tapşırığında adları göstərilən şəxslərdən Bərdə şəhəri, Şəhriyar küçəsi ev 5-də yaşayan X21 dindirilməsi üçün istintaqa təqdim edilmiş, digər şəxslərin istifadəsində olan mobil nömrələrlə əlaqə saxlanılsa da mobil nömrələrin aktiv olmaması səbəbindən, həmçinin Bakı və digər kənar yerlərdə yaşamaları səbəbindən istintaqa təqdim etmək mümkün olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs, Rusiya Federasiyası Moskva şəhəri Çertanovski rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə RF-nın CM-nin 161-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinib 01(bir) il müddətə azadlıqqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 182.1, 181.2.2, 181.2.5, 221.3, 126.2.2, 126.2.4-cü maddələri ilə təqsirli bilinib 10(on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 11 ay, 8 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Nərimanov rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ləğv edilmiş, cəzasının qalan hissəsinə çəkmək üçün 10 saylı Cəzaçəkmə müəsissəsinə qaytarılmış, xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının CM-nin 182.1, 181.2.2, 181.2.5, 221.3, 126.2.2, 126.2.4-cü maddələri ilə təqsirli bilinib 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bərdə rayon Mərkəzi xəstəxanası X30 xx.xx.2022-ci il tarixli, 1590 saylı arayışlarından görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyatda dayanmır. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı üzərindən aşkar olunan narkotik vasitələrin ona məxsus olmaması və istintaq zamanı ifadəsini təsir və təzyiq altında verməsi ilə bağlı ifadəsinə işin faktiki hallarına uyğun olmadığından və digər iş materialları ilə təkzib edildiyindən, həmin ifadəyə tənqidi yanaşaraq inandırıcı hesab etməyib təqsirləndirilən şəxsin həmin ifadəsini məsuliyyətdən yaxa qurtarmaq üçün verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadələri, şəxsi axtarış və götürmə aparılması protokolu, evə baxış keçirmə və götürmə aparılması protokolu, kompleks məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizalarının, məhkəmə-narkoloji ekspertizanın rəyləri, şahid ifadələri, telefon danışıqlarını əks etdirən disklərə baxış protokolları, şəxsi axtarış və götürmə, evə baxış və video görüntülərə baxış protokolları və digər sənədləri ilə tam qaydada sübuta yetirilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq üzərindən və və yaşadığı evin bağçasından aşkar edilərək götürülmüş 01 ədəd sellofan torbada 02 ədəd zərfin içərisində ümumilikdə təmiz çəkisi 1222,027 qram olmuş, ekspertizadan sonra qalıq çəkisi 1221,927 qram qalmış narkotik vasitə olan heroin, 02 ədəd zərfdə ümumi təmiz çəkisi 1135,00 qram olmuş, ekspertizadan sonra qalıq çəkisi 1134,90 qram qalmış narkotk vasitə olan marixuana, ümumi təmiz çəkisi 112,508 qram olmuş, ekspertizadan sonra qalıq çəkisi 112,458 qram qalmış psixotrop maddə olan metamfetamin əldə etməsi, qanunsuz daşıması və saxlaması tam sübuta yetirilmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, sübutları müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinin izahını da nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar olunub götürülmüş narkotik vasitənin miqdarının şəxsi istehlak miqdarından, külli miqdardan dəfələrlə artıq olması üzərindən və və yaşadığı evin bağçasından aşkar edilərək götürülmüş 2 ədədə tərəzi ,01 ədəd sellofan torbada 02 ədəd zərfin içərisində ümumilikdə təmiz çəkisi 1222,027 qram olmuş, ekspertizadan sonra qalıq çəkisi 1221,927 qram qalmış narkotik vasitə olan heroin, 02 ədəd zərfdə ümumi təmiz çəkisi 1135,00 qram olmuş, ekspertizadan sonra qalıq çəkisi 1134,90 qram qalmış narkotk vasitə olan marixuana, ümumi təmiz çəkisi 112,508 qram olmuş, ekspertizadan sonra qalıq çəkisi 112,458 qram qalmış psixotrop maddə olan metamfetamin qanunsuz olaraq əldə edib, daşıyıb saxlaması sonuncu tərəfindən həmin narkotik vasitənin qanunsuz olaraq satış məqsədi ilə əldə edilməsi və saxlanmasına dəlalət edir. Təqsirləndirilən şəxs qeyd edilən əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, o, Azərbaycan Respublikasıının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cinayət cəzası daşımaldır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 182.1, 181.2.2, 181.2.5, 221.3, 126.2.2, 126.2.4-cü maddələri ilə təqsirli bilinib 10(on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 11 ay, 8 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Nərimanov rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ləğv edilmiş, cəzasının qalan hissəsinə çəkmək üçün 10 saylı Cəzaçəkmə müəsissəsinə qaytarılmış, xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikasının CM-in 18.3.2-ci maddəsinə əsasən onun əməli cinayətin təhlükəli residivi kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən ağır cinayət törətdiyindən, təhlükəli residiv olması Azərbaycan Respublikasının CM-nin 61.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran haldır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs şəxsiyyətini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkmələri müəyyən edildiyindən, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onların cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 08 aprel 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsaəsən narkomaniyadan məcburi müalicə təyin edilməli və narkoloji kabinetdə qeydiyyata alınmaldır. İş üzrə maddi sübut kimi tanınıb Bərdə rayon Polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən və və yaşadığı evin bağçasından aşkar edilərək götürülmüş 01 ədəd sellofan torbada 02 ədəd zərfin içərisində ümumilikdə təmiz çəkisi 1222,027 qram olmuş, ekspertizadan sonra qalıq çəkisi 1221,927 qram qalmış narkotik vasitə olan heroin, 02 ədəd zərfdə ümumi təmiz çəkisi 1135,00 qram olmuş, ekspertizadan sonra qalıq çəkisi 1134,90 qram qalmış narkotk vasitə olan marixuana, ümumi təmiz çəkisi 112,508 qram olmuş, ekspertizadan sonra qalıq çəkisi 112,458 qram qalmış psixotrop maddə olan metamfetamin və 01 ədəd zərfin içərisində 02 ədəd elektron tərəzi, 01 ədəd şüşə flakon, 02 ədəd gümüşü falqalar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Bərdə rayon Polis şöbəsinə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Maddi sübut olan 02 (iki) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd Redmi markalı mobil telefon sübut əhəmiyyətinə malik olmadığı üçün maddi sübut kimi tanındığından və Təqsirləndirilən şəxs atası Şahid3 təhvil verilməsi nəzərə alınmaldır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 107 manat 90 qəpik məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 09 ( doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 08 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsaəsən narkomaniyadan məcburi müalicə təyin edilməli və narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınıb Bərdə rayon Polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən və və yaşadığı evin bağçasından aşkar edilərək götürülmüş 01 ədəd sellofan torbada 02 ədəd zərfin içərisində ümumilikdə təmiz çəkisi 1222,027 qram olmuş, ekspertizadan sonra qalıq çəkisi 1221,927 qram qalmış narkotik vasitə olan heroin, 02 ədəd zərfdə ümumi təmiz çəkisi 1135,00 qram olmuş, ekspertizadan sonra qalıq çəkisi 1134,90 qram qalmış narkotk vasitə olan marixuana, ümumi təmiz çəkisi 112,508 qram olmuş, ekspertizadan sonra qalıq çəkisi 112,458 qram qalmış psixotrop maddə olan metamfetamin və 01 ədəd zərfin içərisində 02 ədəd elektron tərəzi, 01 ədəd şüşə flakon, 02 ədəd gümüşü falqalar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Bərdə rayon Polis şöbəsinə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirisin. İş üzrə Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd Redmi markalı mobil telefon sübut əhəmiyyətinə malik olmadığı üçün maddi sübut kimi tanınmış və Təqsirləndirilən şəxs atası Şahid3 təhvil verilməsi nəzərə alınsın. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 107 manat 90 qəpik məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar