Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-67/2025 30.10.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər İmanov Dadaş Hüseyn oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibləri - X1 və Talışova Şahnaz Nazir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Göygöl Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.1996-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, işsiz, orta təhsilli, Bakı Hərbi Məhkəmənin xx.xx.2016-cı il tarixli, 1(093)-24/2016 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2, 182.2.3 və 332.2.1-ci maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Hərbi Kollegiyasının xx.xx.2018-ci il tarixli qərarı ilə barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə azadlıqdan məhrum etmə cəzası 03 (üç) il müddətə endirilmiş, Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 04 (dörd) ay 03 (üç) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş, Gəncə şəhəri, H.Z.Tağıyev küçəsi, ev 23, mənzil 9-da qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə, xx.xx.1987-ci il tarixdə Ermənistan Respublikasının Böyük Qarakilsə rayonunda anadan olmuş, evli, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, ev 67-də qeydiyyatda olmaqla yaşamış, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 sərxoş halda, dostu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə əvvəlcədən aralarında cinayətdə rolları bölüşmüş, həmin rollara əsasən o, üzərindəki bıçaqla silah qismində tətbiq etməli, Təqsirləndirilən şəxs2 isə hədə-qorxu ilə tələbedici sözlərlə təsir etməklə əmlakı ələ keçirməli olduqları barədə planlaşdıraraq 13 yanvar 2023-cü il tarixdə saat 21:39 dəqiqədə Gəncə şəhəri, N.Nərimanov prospekti 152 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi “Şərab evi” mağazasına gələrək, həmin mağazada satıcı işləyən Zərərçəkmiş şəxs2 qarşı üzərindəki istintaqa məlum olmayan bıçaqdan silah qismində tətbiq etməklə, Zərərçəkmiş şəxs2 hücuma məruz qoyub, şəxsin həyatı və sağlamlığı üçün zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə basqın edib, həmin bıçaqla sonuncunun sağ qoluna bir dəfə zərbə vuraraq ona sağ dirsək nahiyəsinin deşilmiş səthi yarası ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət yetirməklə zərərçəkmiş şəxsin müqavimət göstərmək imkanını və iradəsini qırmış, Təqsirləndirilən şəxs2 isə sözlə onun tələb etdiyini verməsini bir neçə dəfə Zərərçəkmiş şəxs2 bildirməklə, sonuncuya məxsus içərisində işlənmiş vəziyyətdə olan 20 manat dəyərində «Azərfon MMC»-yə məxsus ********** nömrəli sim kartla birlikdə işlənmiş vəziyyətdə olan 330 manat dəyərində «İphone 8» markalı mobil telefonu, Zərərçəkmiş şəxs1 məxsus mağazanın kassasından 1 ədəd 100 manatlıq pul əsginasını və 1 ədəd 4 manat 10 qəpik dəyərində 1 qutu qalın “Sobranıe” siqaretindən ibarət özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək ələ keçirmək məqsədi ilə silah qismində istifadə edilən bıçaqla hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edib talamaqla, Zərərçəkmiş şəxs1 104 manat 10 qəpik dəyərində, digər Zərərçəkmiş şəxs2 350 manat dəyərində ziyan vurmaqla, cəmi 454 manat 10 qəpik dəyərində pul və əmlakları ələ keçirərək quldurluq cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 sərxoş halda, dostu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə əvvəlcədən aralarında cinayətdə rolları bölüşmüş, həmin rollara əsasən Təqsirləndirilən şəxs1 üzərindəki bıçaqla silah qismində tətbiq etməli, o isə hədə-qorxu ilə tələbedici sözlərlə təsir etməklə, əmlakı ələ keçirməli olduqları barədə planlaşdıraraq 13 yanvar 2023-cü il tarixdə saat 21:39 dəqiqədə Gəncə şəhəri, N.Nərimanov prospekti 152 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi “Şərab evi” mağazasına gələrək, həmin mağazada satıcı işləyən Zərərçəkmiş şəxs2 qarşı Təqsirləndirilən şəxs1 üzərindəki istintaqa məlum olmayan bıçaqdan silah qismində tətbiq etməklə, Zərərçəkmiş şəxs2 hücuma məruz qoyub, şəxsin həyatı və sağlamlığı üçün zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə basqın edib, Təqsirləndirilən şəxs1 həmin bıçaqla Zərərçəkmiş şəxs2 sağ qoluna bir dəfə zərbə vuraraq ona sağ dirsək nahiyəsinin deşilmiş səthi yarası ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət yetirməklə zərərçəkmiş şəxsin müqavimət göstərmək imkanını və iradəsini qırmış, o, isə sözlə Təqsirləndirilən şəxs1 tələb etdiyini verməsini bir neçə dəfə Zərərçəkmiş şəxs2 bildirməklə, sonuncuya məxsus içərisində işlənmiş vəziyyətdə olan 20 manat dəyərində «Azərfon MMC»-yə məxsus ********** nömrəli sim kartla birlikdə, işlənmiş vəziyyətdə olan 330 manat dəyərində «İphone 8» markalı mobil telefonu, Zərərçəkmiş şəxs1 məxsus mağazanın kassasından 1 ədəd 100 manatlıq pul əsginasını və 1 ədəd 4 manat 10 qəpik dəyərində 1 qutu qalın “Sobranıe” siqaretindən ibarət özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək ələ keçirmək məqsədi ilə silah qismində istifadə edilən bıçaqla hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edib talamaqla, Zərərçəkmiş şəxs1 104 manat 10 qəpik dəyərində, digər Zərərçəkmiş şəxs2 350 manat dəyərində ziyan vurmaqla, cəmi 454 manat 10 qəpik dəyərində pul və əmlakları ələ keçirərək quldurluq cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Cinayət Məcəlləsi) 181.2.1 və 181.2.5-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, şərab evinin sahibi Zərərçəkmiş şəxs1 onun dostu olmuşdur. Pula ehtiyacı olduğu üçün o, Ülviyə zəng edib 100 manat pul istəmişdir. Sonuncu da işi ilə bağlı Göygöl rayonunda olduğunu, vacib lazımdısa gedib iş yerindən götürməyini demişdir. O da Ülvinin mağazasına gedib satıcısı Elvinə Ülvi ilə danışdığını və sonuncunun xəbəri olduğunu bildirib ona kassadan 100 manat pul verməsini demişdir. X9 ilə danışmamış pul verə bilməyəcəyini demişdir. O, nə qədər israr etsə də Elvin onu başa düşməmişdir. Həmin vaxt Ülvinin mobil telefonuna zəng çatmadığı üçün o, mağazadan çıxıb getmişdir. Fikirləşmiş ki, bir saat sonra Ülvi telefonu açar və o, yenidən mağazaya gəlib pulu götürər. Bir saat sonra yenidən şərab evinə gedib satıcıya Ülvinin xəbəri olduğunu və 100 manat pul verməsini demişdir. Həmin vaxtı hələ də Ülvinin mobil telefonuna zəng çatmamışdır. X8 ilə danışmamış pul verə bilməyəcəyini deyib etiraz etmişdir. O, Elvindən neçə manatlıq alver etdiyini soruşmuş, sonuncuda 270 manat məbləğində alver etdiyini bildirmişdir. O, Elvinə həmin puldan özünə 100 manat verməsini, Ülvi ilə danışıb sonuncudan razılıq da aldığını, əgər 100 manata görə Ülvi ona nəsə desə 100 manat da artıq verəcəyini demişdir. 15 dəqiqə ərzində satıcı ilə söhbət etməsinə baxmayaraq, Elvin pulu verə bilməyəcəyini demişdir. Həmin vaxt o, hətta söyüş söyüb Ülvinin məlumatı olduğunu bildirmişdir. Onlar bir-birini başa düşmədiyi üçün aralarında mübahisə yaranmış və o, bıçaq atıb Elvinin qoluna xəsarət yetirmişdir. Həmin vaxt satıcının mobil telefonu yerə düşmüş, o da telefonu götürüb sonuncunun özünə vermişdir. O, həmin vaxtı ümumiyyətlə kassaya yaxınlaşmamışdır. Hadisə vaxtı Alpaşa da onun yanında olmuş və sonuncu sadəcə satıcıya “niyə mübahisə edirsən, həqiqətən də Ülvinin xəbəri var” demiş, başqa heç bir hərəkət etməmişdir. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, o, pul istəmək üçün əvvəlcə Ülviyə zəng etmiş, sonuncu da Xanlar rayonunda olduğunu, iş yerinə gedib pulu oradan götürməyini demişdir. Sonra o, iki dəfə mağazaya gedib satıcı ilə danışmış, sonuncu ilə 15 dəqiqə söhbət etmiş, lakin Elvin pulu verməmişdir. Bundan sonra Elvinlə aralarında mübahisə yaranmış, Elvin onu itələmiş, həmin vaxt içkili olduğu üçün o, əsəbiləşib bıçaqla Elvinin qolundan vuraraq sonuncuya xəsarət yetirmişdir. Elvinlə danışan zaman sonuncu telefonda oyun oynamış, daha sonra telefonu əlindən yerə düşmüş, o da telefonu yerdən götürüb Elvinə vermişdir. O, mağazaya quldurluq etmək üçün getməmiş, quldurluq üçün getmiş olsa idi kassadakı pulun hamısını götürüb çıxmış olardı. Həmin vaxt Alpaşa yanlarında olsa da mübahisəyə qarışmamış, sadəcə Elvinə “niyə mübahisə edirsən, həqiqətən Ülvinin xəbəri var, niyə bir-birinizin xətrinizə dəyirsiniz” demiş, başqa heç bir hərəkət etməmişdir. Ülvi onun uşaqlıq dostu olmuş, demək olar ki onlar hər gün bir yerdə olmuş və o, hər gün sonuncunun mağazasına gedib-gəlmişdir. O, əvvəllər də ehtiyacı olanda Ülvi ilə bir-birindən borc pul almışdır. Hadisə günü o, mağazaya iki dəfə getmiş, ikinci dəfə birincidən təxminən 45 dəqiqə, 1 saat sonra getmişdir. Mağazada Elvinlə danışdığı 15 dəqiqə ərzində mağazanın qapısı açıq olmuş və alıcılar giribçıxmışdır. Birinci dəfə mağazada olanda Ülviyə zəng çatmadığı üçün o, fikirləşmiş ki, gedib 1 saat sonra Ülviyə zəng çatanda gələr. Təxminən 1 saat sonra yenidən mağazaya gedəndə yenə Ülviyə zəng çatmamış, həmin vaxt ona vacib pul lazım olduğu üçün Elvinlə danışıb başa salmağa çalışmış, lakin sonuncu onu başa düşməmişdir. O, mağazadakı kassaya toxunmamış, Elvini vurandan sonra sonuncu özü kassanı açıb ona 100 manat vermişdir. O, birinci dəfə mağazaya gedəndə Alpaşa yanında olmamış, sonuncu ikinci dəfə onunla birlikdə özünə siqaret almaq üçün mağazaya getmişdir. O, mağazaya ikinci dəfə getməmişdən əvvəl Alpaşa ilə birlikdə yemək yemişdir. Alpaşaya Ülvidən pul istədiyini və buna görə sonuncunun mağazasına gedib pul götürəcəyini deməmiş, ola bilər ki, o, oturduqları yerdə Ülvi ilə danışarkən Alpaşa bunu eşitmişdir. Ümumiyyətlə də Alpaşanın mağazaya getməkdə məqsədi özünə siqaret almaq olmuşdur. Səhv etmirsə Ülviyə zəng edib sonuncudan pul istəyəndə onlar Alpaşa ilə birlikdə yemək yemişlər. Elvinin qoluna vuranda bıçağın kəsən tərəfindən (tiyəsindən) tutduğu üçün öz əli kəsilmişdir. Məqsədi Elvinə xəsarət yetirmək olmadığı üçün sonuncunun qoluna vuranda bıçağın tiyəsindən tutmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Kənanla birlikdə kafedə oturub yemək yedikdən sonra siqaret almaq üçün mağazaya getmişdir. Kənanın Ülviyə zəng edib sonuncudan pul istəməsindən məlumatı olmamışdır. Mağazada olanda Kənan satıcı Elvinlə 15 dəqiqə söhbət etmiş və aralarında narazılıq olmuşdur. Həmin vaxt o, Kənanla Elvinin nə barədə danışdıqlarını bilməmişdir. Sonradan bilmiş ki, Kənan Ülvidən istədiyi borc pulu sonuncunun mağazasında satıcı işləyən Elvindən götürmüşdür. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, o, hadisə günü Kənanla birlikdə kafedə yemək yemiş, sonra siqaret almaq üçün mağazaya getmişdir. Mağaza ilə kafenin arasında 15-20 metr məsafə olmuşdur. Kafedə oturanda yanlarında 3- 4 nəfər də olmuşdur. Kənan zəng edib Ülvidən borc pul istəmiş, lakin nə üçün istədiyini bilməmişdir. Əvvəlcə Kənan mağazaya tək daxil olmuş, o, içəri daxil olanda Kənan Elvinlə sakit şəkildə söhbət etmişlər. X4 borc pul istədiyini və Ülvinin xəbəri olduğunu deyib kassadan 100 manat verməsini demişdir. O da Elvinə həqiqətən Ülvinin xəbəri olduğunu, Kənanı da tanıdığını deyib pulu verməsini demişdir. Həmin vaxtı Ülvinin mobil telefonuna zəng çatmamış, Elvin də Ülvi ilə danışa bilmədiyi üçün Kənana pul verməmişdir. X7 pul verməsini deməkdə məqsədi sonuncuların mübahisəsinə son qoymaq olmuşdur. O, Kənanda bıçaq olduğunu mağazadan çıxanda bilmiş, çünki Kənan öz əlini kəsmişdir. Kənanın əlinin kəsildiyini görüb o, mağazaya qayıdaraq Elvindən salfet almış və Elvindən nə baş verdiyini soruşmuş, sonuncu da Kənanın əlini kəsdiyini demişdir. Elvin Kənana pulu verəndə o, mağazada olmadığı üçün Elvinin pulu Kənana necə verdiyini bilməmişdir. Kənandan əlinin kəsilməsinin səbəbini soruşanda sonuncu əsəbiləşib bıçaqla öz əlini kəsdiyini demiş, həmin vaxt Elvinin qolunda xəsarət olmamışdır. Mağazadan çıxandan sonra Kənan parka getmiş, o da evlərinə getmişdir. O, dəfələrlə Ülvinin mağazasından nisyə mal alıb sonra pulunu vermişdir. Hadisə günü o, başqa tanışları ilə kafedə oturub yemək yemiş, sonradan Kənan da kafeyə gəlmiş, o, sonuncunu öz masasına dəvət etmiş və onlar birlikdə yemək yemişlər. Yemək yeyərkən mağazaya daxil olmaqla bağlı heç bir danışıqları olmamış, həmişə birlikdə oturduğu şəxslərlə oturub yemək yemişlər, sonra da siqaret almaq üçün mağazaya getmişdir. Kənan mağazaya gedib Elvindən pul almaqla bağlı əvvəlcədən heç nə deməmişdir. Onlar mağazaya daxil olanda mağazaya başqa şəxslər də girib-çıxmış, o özü də bir neçə dəfə mağazaya girib çıxmış, Kənanla Elvin isə 15-20 dəqiqə söhbət etmişlər. Onlar mağazaya daxil olan şəxsləri saxlayıb “işimiz var” deyərək mağazaya girmələrinə mane olmamışdır. Kənan Ülvidən istədiyi borc pulu satıcı işləyən Elvindən götürmək istəyəndə Elvin Ülvi ilə danışıb ona məlumat verə bilmədiyi üçün pulu verməmiş, Kənan da içkili olduğu üçün əsəbiləşib mübahisə etmişdir. Elvinin pul verməməyinin səbəbi Ülvinin mobil telefonuna zəng çatmaması olmuşdur. Elvin Ülvi ilə danışıb kassadan pul götürməklə bağlı ona məlumat verə bilmədiyinə görə pulu vermək istəməmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda qeyd olunan cinayət əməlini törətmələri məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Kənan və Alpaşanı işlədiyi şərab evindən tanımış və sonuncularla yaxın münasibəti olmuşdur. xx.xx.2023-cü il tarixdə Kənan ona işlədiyi şərab evinin müdiri olan Ülvi Namazova zəng edib dediyini və özünə 100 manat pul verməyini istəmişdir. O da Ülviyə deməmiş sözügedən pulu Kənana verə bilməyəcəyini bildirdikdən sonra Ülviyə zəng etsə də, sonuncu mobil telefonuna cavab verməmişdir. Ülvi Namazov telefona cavab vermədiyi üçün o, Kənana pul verə bilməyəcəyini bildirmişdir. Bundan sonra aralarında mübahisə baş vermiş, mübahisə nəticəsində ona məxsus olan “İphone 8 plus” markalı mobil telefon yerə düşmüş və Təqsirləndirilən şəxs1 mobil telefonu yerdən götürüb ona versə də istintaq zamanı guya Kənanın ona məxsus mobil telefonu da götürmək istəməsi kimi qeyd olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs2 da orada olmuşdur. Mübahisə əsnasında o, Təqsirləndirilən şəxs1 itələmiş, sonuncu da onun sözügedən hərəkətindən qəzəblənib bıçaq çıxardaraq ona tərəf atmışdır. Kənan bıçağı atdıqdan sonra sonuncunun özünün əli yaralanmış, həmçinin də o, qol nahiyəsindən yaralanmışdır. Təqsirləndirilən şəxs1 mağazaya gələn vaxt kassada təxminən 300-400 manatdan çox pul vəsaiti olmuşdur. Baş vermiş mübahisədən sonra o, Təqsirləndirilən şəxs1 100 manat məbləğində pul vermiş və sonuncu pulu götürüb getmişdir. Hadisən bir müddət sonra Ülvi Namazov gəlmiş və ona Kənanla danışdıqlarını və sonuncuya pulu verməli olduğunu dedikdə, o, Ülvi Namazova zəng etdiyini, lakin mobil telefona cavab vermədiyi üçün pulu Təqsirləndirilən şəxs1 vermədiyini bildirmişdir. İfadəsinin davamı olaraq Zərərçəkmiş şəxs2 bildirmişdir ki, o, ehtimal etmiş ki, Kənanı itələdiyi və pulu vermədiyi üçün sonuncu bıçağı ona görə çıxartmışdır. Təqsirləndirilən şəxs2 qapıda dayanmış və “Ülviyə demişik də pulu ver, çıxsın getsin, zəhmət olmasa” deyə bildirmişdir. Şikayəti o deyil, atası etmişdir. Təqsirləndirilən şəxs1 ilk dəfə gəldikdə o, Təqsirləndirilən şəxs2 orada olduğunu xatırlamamışdır. Təqsirləndirilən şəxs2 sonuncu dəfə Təqsirləndirilən şəxs1 gəldikdə orada olmuşdur. Təqsirləndirilən şəxs1 bıçağı çıxardıqdan sonra ondan pul tələb etməmiş, həmin vaxtı pulu o, özü vermişdir. Pulu da aralarında mübahisə yarandığı üçün vermişdir. Ülvi Namazov mağazaya gəldikdən sonra ona pulu verməli olduğunu bildirmişdir. Kənan və Alpaşa Ülvi ilə birlikdə gəlib-getmişlər və sonuncunun razılığı ilə əvvəllər nisyə mal və pul götürmüşlər. Çünki Ülvi həmin şəxslərin onun yaxınları olduğunu demişdir. Hadisə vaxtı Alpaşa ona yaxınlaşaraq “Ülviyə demişik də, pulu ver zəhmət olmasa” demişdir. Alpaşa sadəcə mübahisə etməməli üçün ondan pulu verməsini xahiş etmişdir. Alpaşa götürdüyü siqaretin pulunu ödəmək üçün ona yaxınlaşdıqda, o, götürməmiş və sonuncu ilə dalaşmışdır. Alpaşa Təqsirləndirilən şəxs1la birlikdə gəldiyi üçün və Kənanla mübahisə edən zaman onları aralamadığı üçün o, Alpaşa ilə dalaşmışdır. İstintaq zamanı verdiyi ifadəsində də telefonunun götürüldüyünü və pul verilməsə ona məxsus mobil telefonu götürəcəklərini bildirməmiş, ehtimal etmiş ki, sözügedən halları atası bildirmişdir. Kənan ilk dəfə gəldikdə ona mehribançılıqla pul verməyini demiş və o da Ülviyə zəng etməli olduğunu bildirmişdir. Növbəti dəfə gəldikdə isə o, Kənana Ülvinin mobil telefona cavab vermədiyini bildirmişdir. Kənan ona pulu özünə verməyini və səhərisi gün əvəzində götürəcəyi pulun iki dəfə artığını qaytaracağını, ona vacib pul lazım olduğunu demişdir. Kənanla onun mübahisəsi təxminən 30 dəqiqə çəkmiş, həmin ərəfədə iki nəfər də mağazaya girib-çıxmışdır. Onun təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbi yoxdur, sonuncularla barışmış, ona dəymiş zərər ödənilmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Kənan və Alpaşa onun uşaqlıq dostları olmuşlar. xx.xx.2023-cü il tarixdə Kənan ona zəng edib 100 manat borc pul istəmiş, o da rayonda olduğunu, vacib lazımdısa mağazadan götürə biləcəyini demişdir. Satıcı Elvinin də ona dediyinə görə həmin vaxt kassada 100 manatdan çox pul olmuşdur. Kənan mağazaya gedib Elvindən pul istəyəndə sonuncu onunla danışmamış pul verə bilməyəcəyini demişdir. Həmin vaxt onun telefonu söndüyü üçün Elvin onunla danışa bilməmiş və buna görə də Kənana pul vermək istəməmişdir. Bundan sonra sonuncular aralarında mübahisə olmuşdur. Elvin hadisədən sonra onun atasına zəng edib məlumat vermişdir. Atası da dostları vasitəsilə onunla əlaqə saxlayaraq hadisə barədə məlumat vermişdir. O, şəhərə gəlib çatanda Kənanın Elvini bıçaqladığını demişlər. Mağazaya gedib Elvinin qolunda xəsarət olub-olmadığına baxmış, sonuncunun qolunda xəsarət olmasa da yerdə qan izləri olmuşdur. Elvin həmin qanın Kənanın öz qanı olduğunu bildirmişdir. Elvindən nə baş verdiyini soruşanda Kənanın 100 manat istədiyini, sonuncuya pulu onunla danışmamış verə bilməyəcəyini dediyini, ona zəng çatmadığı üçün də pul vermədiyini, sonra da mübahisə etdiklərini bildirmişdir. İfadəsinin davamı olaraq Zərərçəkmiş şəxs1 bildirmişdir ki, hadisə vaxtı Elvin təxminən 3 ay idi mağazada satıcı işləyirdi. Elvin işlədiyi dövrdə Kənanın və ya başqa dostunun mağazadan pul götürməsi hallarının olub-olmadığını dəqiq bilməmidir. Kənanın ona zəng edib borc pul istəməsi ilə hadisə arasında 5-6 saat fərq olmuş, o, telefonunun enerjisinin bitib sönəcəyini düşünə bilməmiş, ona görə əvvəlcədən Elvinə zəng edib Kənan gələndə sonuncuya pul verməsini deməmişdir. Kənan ona saat 17-18-də zəng etmiş, təxminən bir saat sonra isə telefonu sönmüşdür. İstintaq zamanı müstəntiq də “bəlkə pul vermək istəmədiyin üçün telefonu söndürmüşdün” demiş, lakin hadisə vaxtı olduğu “Maralgöl” restoranında işləyən ofisiant da orada olarkən enerji aləti istədiyini, onlarda telefonuna uyğun enerji aləti olmadığı üçün verə bilmədiyini bildirmişdir. Kənan və Alpaşa həmişə ondan borc pul və ya mağazadan nisyə mal alıb sonra da qaytarmışlar, onlar arasında elə münasibət olmamış ki, Kənan pul istəsin o da verməmək üçün telefonunu söndürsün. Kənan əvvəllər də ondan pul alıb sonra qaytarmışdır. Hadisə günü mobil telefonuna zəng çatmış olsa idi Elvinlə danışıb Kənana nə qədər lazımdı pul verməsini demiş olardı. Kənanla barışmış, ona dəymiş zərər ödənilmiş, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hadisə günü Kənan onun işlədiyi kafeyə gəlib əlini kəsdiyini demişdir. O, sonuncudan kimisə vurub-vurmadığını soruşanda Kənan mağazaya Elvindən pul almağa getdiyini, lakin Elvinin pul vermədiyini və əsəbiləşib sonuncunun qolunu cızdığını demişdir. X5 zəng edib pul istədiyini, Ülvinin də gedib mağazadan götürməsini dediyini, lakin mağazada satıcı işləyən Elvinin pulu vermədiyini demişdir. Kənan və Alpaşa həmişə onun işlədiyi kafeyə gəlib yemək yemişlər, həmin gün hadisədən əvvəl də kafedə oturub yemək yemişlər. Kafedə olanda Kənan Ülviyə zəng edib borc pul istəmişdir. Kənan kafeyə ikinci dəfə qayıdanda əli yaralı olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hadisə günü o, atasının işlədiyi kafeyə getmişdir. Həmin vaxt Alpaşa ondan Ülvinin mağazasına gedib nisyə araq alaraq gətirməsini istəmiş, o da araq alıb kafedən çöldə Alpaşaya verərək evə getmişdir. Hadisə ilə bağlı artıq heç nə bilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadığı ərazinin sakinləri kimi tanımışdır. xx.xx.2023-cü il tarixdə siqaret almaq üçün yaşadığı yerə yaxın “Şərab Evi” dükanına getmişdir. Həmin vaxt orada satıcı işləyən Elvin adlı şəxsin dükandakı dostuna bundan bir gün əvvəl axşam vaxtı dükana gəlib üzərinə bıçaq çıxardıqları, siqaret və 100 manat pul götürdükləri barədə danışdığını eşitmişdir. Bundan sonra Elvin ona atası ilə həmyaşıd olduğunu və atasının dünən axşam dükana gələn şəxslərlə söhbət etmək istədiyini bildirib atası ilə danışmağını istəmişdir. O da sonuncuya etiraz etməyib atası ilə telefonla danışmışdır. Dükandan çıxandan sonra o, Alpaşa və Kənanı görmüşdür. O, sonunculara Elvinin atasının baş verən hadisədən məlumatlı olduğunu və onlarla söhbət etmək istədiyini demişdir. Həmin gün axşam saat 19 radələrində Kənangil İzmir kafesinin yanına gəlmişdir. Elvinin atası və tanımadığı şəxs də oraya gəlmişdir. Sonuncular öz aralarında söhbət etmiş, o, həmin şəxslərin söhbətinə qarışmamış, ancaq vəziyyətdən aydın olmuş ki aralarında hər hansı razılaşma olmamışdır. Bundan sonra Elvinin atası oradan getmişdir. İfadəsinin davamı olaraq Şahid5 bildirmişdir ki, o, Elvin dostu ilə söhbət edən zaman “Şərab Evi” dükanından pul və siqaret götürənlərin neçə nəfər olduğunu bilməmişdir. Elvinin dükanda dostu ilə danışarkən dünən axşam mağazaya təkcə Kənanın gəlməsini deməyini eşitməmşdir. O, hadisədən əvvəl Ülvi ilə Kənan arasında “100 manat” söhbəti olmasını və Kənanın Ülvindən 100 manat pul almalı olmasını sonradan eşitmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə axşam saatlarında araq almaq üçün yaşadığı evin yaxınlığında yerləşən “Şərab Evi” dükanına getmişdir. Mağazaya girdikdən sonra Kənan və Alpaşanın da orada oluqlarını və Elvinlə söhbət etdiklərini görmüşdür. O, Elvindən soruşduğu araq markası olmadığından oradan çıxıb evinə qayıtmışdır. İfadəsinin davamı olaraq Şahid1 bildirmişdir ki, o, mağazaya daxil olaraq mobil telefonla danışdığı üçün Kənan və Alpaşanın Elvinlə nə barədə söhbət etdiklərini bilməmişdir. Həmin vaxtı Kənan və Alpaşa Elvinlə mübahisə etmirdilər. O, sadəcə dükan sahibinin Kənana 100 manat pul verməsinə dair söz verməsi barədə söhbət etdiklərini eşitmişdir. Elvin Kənangilə pul verməyəcəyini deməmiş, sadəcə dükan sahibinə məlumat verdikdən sonra pulu verə biləcəyini demiş, lakin Ülviyə zəng etsə də sonuncunun telefonu bağlı olmuşdur. Həmin vaxt o da Ülviyə zəng etmiş, lakin sonuncunun telefonu yenə bağlı olmuşdur. Kənan Elvinə dükan sahibinə zəng etməyini, Ülvi ilə danışdığını və 100 manat pul verməli olduğunu demişdir. Mağazada olduğu müddətdə Alpaşanın nə isə deməsini eşitməmişdir. Dükanın təhlükəsizlik kameralarından onun mağazada olarkən mobil telefonla danışdığı görünmüşdür. O, mağazada olarkən Kənanın əlində bıçaq görməmişdir. O, mağazaya daxil olarkən mağaza işləmiş və müştəriləri qəbul etmişdir. Kənan və Alpaşa içəriyə daxil olub qapını bağlamamışdır. O, dükanda olduğu müddətdə hətta bir şəxs siqaret alıb getmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, hadisədən əvvəl Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 tanımamış və sonuncuların onun oğlu Elvinlə münasibətləri olmasını bilməmişdir. O, həmin şəxslərin oğlu ilə dalaşması barədə eşidəndə əsəbiləşmiş və polisə şikayət etmişdir. Sonradan bilmiş ki, oğlu Kənan və Alpaşa ilə barışmışdır. Oğlu özü ona bu barədə bildirmişdir. Kənan və Alpaşa ilə aralarında hər hansı düşmənçiliyi və ədavəti olmamışdır. Hazırda sonunculardan heç bir şikayət və tələbi yoxdur. İfadəsinin davamı olaraq Şahid4 bildirmişdir ki, oğlu Zərərçəkmiş şəxs2 hazırda Türkiyə Respublikasındadır və yaxın müddətdə qayıtmaq ehtimalı yoxdur. X10 Namazlıya məxsus “Şərab evi” dükanında satıcı işləmişdir. Hadisə baş verənədək oğlu 1-2 ay idi ki dükanda satıcı işləmişdir. Elvin Alpaşa və Kənanla aralarında olan mübahisə haqqında özü ona bildirməmiş, o, bu barədə hadisədən bir neçə gün sonra kənardan eşitmişdir. O, sadəcə Elvinlə Kənangilin mübahisələrinin olduğunu və dalaşdıqlarını eşitmişdir. Elvindən baş verənlər barədə soruşduqda sonuncu Kənan və Alpaşa ilə münasibətinin olduğunu və sonuncularla barışdığını demişdir. Ona görə o, mübahisənin təfərrüatını bilməmişdir. O, Kənan və Alpaşanın oğlu ilə dava etmələrini eşidəndə əsəbiləşmiş və bu barədə fikirləşmədən “102” xidmətinə zəng edərək məlumat vermişdir. “102” xidmətinə zəng edib Kənan və Alpaşanın oğlu ilə mübahisə etdiklərini demişdir. Mübahisə zamanı Alpaşa və Kənanın oğlu Elvindən pul istəyib-istəməmələrindən məlumatı olmamışdır. Hadisə baş verən dövrdə Elvin onunla birlikdə yaşamışdır. Hadisə baş verən gün oğlu Elvində hər hansı bir xəsarət olmasını müşahidə etməmişdir. Hadisə barədə polisə şikayət etdikdən sonra dükanın sahibi Zərərçəkmiş şəxs1 ilə görüşüb danışmışdır. Söhbət zamanı Ülvi Alpaşa və Kənanın onunla, həmçinin oğlu Elvinlə yaxın münasibətləri olduğunu bildirmişdir. O isə bu barədə məlumatının olmadığını sadəcə oğlunu müdafiə etmək üçün polisə şikayət etdiyini demişdir. Ülvi ilə söhbət edən zaman sonuncu Kənan və Alpaşaya hər hansı məbləğdə pul verməli olduğu barədə heç nə deməmişdir. İbtidai istintaq zamanı ifadə verərkən heç kim ona təzyiq göstərməmiş, o, sərbəst formada ifadə vermişdir. Şahid4 məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş və Şahid4 həmin ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun oğlu olmuşdur. Oğlu Gəncə şəhəri, N.Nərimanov prospekti 152 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi «Şərab evi» dükanında satıcı işləmişdir. Zərərçəkmiş şəxs2 hər gün saat 10 radələrində işlədiyi mağazaya gedib açarla mağazanı açmış, saat 23 radələrində isə mağazanı bağlayıb evə gəlmişdir. Hər gün səhər tezdən o, oğlu Elvini yuxudan oyadıb işə yola salmışdır. 14 yanvar 2023-cü il tarixdə səhər saatlarında oğlu Elvini işə getmək üçün oyatmaq istəyəndə sonuncu ağrıdığı üçün işə getmək istəmədiyini bildirmişdir. O da oğluna fikir verməyib evdən çıxaraq getmişdir. Səhərisi gün, yəni 15 yanvar 2023-cü il tarixdə yenə də səhər tezdən yuxudan oyananda oğlu Elvini də işə getmək üçün oyatmaq istəyəndə sonuncu işə getmək istəmədiyini bildirmişdir. O, səbəbini soruşanda Elvin dükanda müştəri ilə aralarında narazılıq olduğu üçün işə getmək istəmədiyini bildirmişdir. O da bunu yüngül mübahisə kimi qəbul edib evdən çıxaraq fəhləlik etdiyi iş yerinə getmişdir. Elvin də ondan sonra evdən çıxıb işlədiyi «Şərab evi» dükanına getmişdir.15 yanvar 2023-cü il tarixdə saat 15 radələrində ***-***-**- ** mobil telefon nömrədən istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng gəlmiş, zəng edən şəxs ona oğlu ilə dükanda dava-dalaş edən şəxsin yaxın adamı kimi zəng etdiyini, zəng etməkdə məqsədinin sonuncuları barışdırmaq olduğunu, davada iştirak etmədiyi üçün heç nədən xəbərinin olmadığını bildirmişdir. O da işdə olduğu üçün həmin şəxsə axşam tərəfi işdən çıxanda oğlu Elvinin işlədiyi «Şərab evi» dükanına gələcəyini və orada görüşüb söhbət etməyi demişdir. Saat 19 radələrində o, işdən çıxıb oğlu Elvinin işlədiyi «Şərab evi» dükanına getmiş, Elvin dükanda tək olmuşdur. O, oğlundan davadalaş baş verib-verməməsi barədə maraqlananda Elvin ona 13 yanvar 2023-cü il tarixdə saat 22 radələrində işlədiyi «Şərab evi» dükanında tək olan vaxt adlarını Kənan və Paşa kimi bildiyi şəxslərin gəldiyini, Kənanın üstündəki bıçaqla sağ qolunun dirsək nahiyəsindən xəsarət yetirib zor tətbiq edərək 100 manat və bir ədəd «Sobranie» siqaretini götürüb getdiyin demişdir. Bundan sonra o, günorta ona zəng edən ***-***-**-** mobil telefon nömrəsinə zəng edib həmin şəxsi dükana çağırmaq istəyəndə həmin şəxsin nömrəsinə zəng çatmamışdır. Daha sonra həmin şəxs yenidən ona zəng edib oraya gələcəyini bildirmiş, bir az keçdikdən sonra dükanın yaxınlığına gəlmişdir. O, həmin şəxslə, yəni adını sonradan bildiyi Vüqar adlı şəxslə dükanın yaxınlığında görüşüb söhbət etmiş, Vüqar ondan baş vermiş hadisəyə görə üzr istəmiş, oğluna qarşı hadisə törətmiş şəxslərlə qohum və ya tanış olmasa da hadisəyə görə bağışlanmalarını xahiş etmişdir. O isə oğluna qarşı quldurluq cinayəti törətmiş şəxslərin ortaya çıxmalarını, həmin şəxslərin özlərinin onlardan üzr istəmələrini istəmişdir. Bir az keçdikdən sonra orta boylu, üzü tüklü, orta bədən quruluşlu bir nəfər cavan oğlan gəlib ona yaxınlaşmışdır. Həmin şəxsi Vüqar da tanımışdır. Həmin şəxs Kənanın əvvəlcə xalası oğlu, daha sonra isə qardaşı olduğunu, Kənanın bütün hərəkətlərinə cavabdeh olduğunu, ümumiyyətlə şəhərin «vəziyyətinə» baxdığını, ağsaqqal olduğuna görə ona heç nə etmədiyini, əks halda onunla başqa cür rəftar edə biləcəyini bildirib onu hədələməyə başlamışdır. O, sonuncunun hərəkətlərini görüb dava-dalaş baş verməməsi üçün dükanın içərisinə getmiş, Vüqar və onunla hədəqorxu ilə danışan şəxs isə oradan çıxıb getmişlər. Bundan sonra o, DİN-in 102 xidmətinə zəng edib oğluna qarşı quldurluq cinayəti baş verməsi barədə məlumat vermişdir. Bir az keçdikdən sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Zərərçəkmiş şəxs2 13 yanvar 2023-cü il tarixdə, saat 23 radələrində işdən evə gəlib və oğlu evə gələndə o, oğlunun sifətində, bədəni üzərində hər hansı bir xəsarətin izlərini görməmiş, oğlunun kiminləsə dava-dalaş etdiyini hiss etməmişdir. Zərərçəkmiş şəxs2 sonradan öyrənmişdir ki, Kənan və Paşa adlı şəxslər dükana gəlmiş, Kənan Elvinə yaxınlaşıb 100 manat pul istəmiş, oğlu isə vermədiyi halda Kənan əlindəki bıçaqla oğlunun qolundan vurub zor tətbiq edərək 100 manat pulu və bir ədəd «Sobranie» siqaretini götürüb quldurluq etmişlər. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Şahid4 bildirmişdir ki, elan olunmuş ifadəsindəki imzalar və əlyazma ona məxsus olmuşdur. Elan edilmiş ifadəni “Kənanın oğlum Elvinə bıçaqla xəsarət yetirməsini bildirməsi” hissəsi istisna olmaqla təsdiq etmişdir. Çünki oğlu sadəcə Kənanın onun üzərinə bıçaq çıxarması barədə demişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - Cinayət-Prosessual Məcəllə) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Gəncə şəhər şöbəsinin xx.xx.2023-cü il tarixli, 61 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 tibbi müayinəsi zamanı bədəni üzərində müəyyən edilmiş xəsarət - sağ dirsək nahiyəsinin deşilmiş səthi yarası - deşici alətin təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 13 yanvar 2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Gəncə şəhər şöbəsinin xx.xx.2023-cü il tarixli, 74 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sağ əl barmaqlarının səthi yaralarıkəsici alətin (alətlərin) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 13 yanvar 2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Gəncə şəhər şöbəsinin xx.xx.2023-cü il tarixli, 78 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 tibbi müayinəsi zamanı bədəni üzərində xəsarət müəyyən edilmədi. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in xx.xx.2023-cü il tarixli, 02 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki: 1) Təqsirləndirilən şəxs1 maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə O(1) alfa, beta-dır; 2) Zərərçəkmiş şəxs2 maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə AB(İV)-dir; 3) Sarı rəngli stolu silmək üçün salfet üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi O(1) alfa, beta olduğundan Təqsirləndirilən şəxs1 məxsus ola bilər; 4) Ağ rəngli nəm salfet üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi AB(İV) olduğundan Zərərçəkmiş şəxs2 məxsus ola bilər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 X2 şöbəsinin xx.xx.2023-cü il tarixli, 31 nömrəli kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 qeyd edilən hadisəni törədən zaman və hal-hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs1 hadisə zamanı və hal-hazırda öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür, onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 aşağıdakı fərdi-psixoloji xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillik, hadisə haqqında məntiqi fikir yüyürtmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən adi psixiemosional vəziyyətində olmuşdur. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 X2 şöbəsinin xx.xx.2023-cü il tarixli, 32 nömrəli kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 qeyd edilən hadisəni törədən zaman və hal-hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs2 hadisə zamanı və hal-hazırda öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür, onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 aşağıdakı fərdi-psixoloji xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillik, hadisə haqqında məntiqi fikir yüyürtmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən adi psixiemosional vəziyyətində olmuşdur. Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/1524 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki: 1) İşlənmiş vəziyyətdə olan «İphone 8» markalı mobil telefonun 2023-cü ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 280 manat, işlənmiş vəziyyətdə olan «Azərfon MMC»yə məxsus ********** nömrəli sim kartın 2023-cü ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 4 manata, qalın «Sobranıe» markalı 1 qutu siqaretin 2023-cü ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 4 manat 10 qəpik olmaqla qeyd edilən malların ümumi dəyəri 288 manat 10 qəpik müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “könüllü olaraq təhqiqat orqanına gəlmə barədə” protokoldan görünür ki, həmin gün saat 17 radələrində Təqsirləndirilən şəxs1 könüllü olaraq Gəncə şəhər BPİ-nin 4-cü PB-ya gələrək xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri, N.Nərimanov prospekti 150 ünvanında yerləşən “Şərab evi” mağazasında Zərərçəkmiş şəxs2 qarşı qulduruq etdiyini bildirib təslim olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 17:30-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 19:00-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələr ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələr ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 17 yanvar 2023-cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli 17 yanvar 2023-cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarından görünür ki, müdafiəçinin verdiyi apellyasiya şikayət təmin edilərək Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş və həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri - Gəncə şəhəri, Nəriman Nərimanov prospektində 152 ünvanında yerləşən «Şərab evi» mağazasıdır. Baxışda iştirak edən Zərərçəkmiş şəxs2 hadisə yerini göstərərək xx.xx.2023-cü il tarixdə saat 22 radələrində tanıdığı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona qarşı quldurluq hərəkətləri etdiklərini, Təqsirləndirilən şəxs1 əlindəki bıçaqla ona xəsarət yetirdiyini, sonuncuların mağazadan 100 manat pul və bir ədəd Sobranie siqareti götürdüyünü bildirmişdir. Hadisə yerinə baxış zamanı üzərində qanabənzər ləkələr olan 01 (bir) ədəd dəsmal, 01 (bir) ədəd nəm salfet və 01 (bir) ədəd kamera görüntüləri olan yaddaş aparatı müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş Gəncə şəhəri, Nəriman Nərimanov prospekti 152-də yerləşən “Şərab evi” mağazasından götürülmüş kamera görüntülərinin olduğu informasiya daşıyıcısı olan diskdən görünür ki, 13 yanvar 2023-cü il tarixdə saat 21:17 dəqiqədə Zərərçəkmiş şəxs2 tək Şərab evi mağazasında olan zaman Təqsirləndirilən şəxs1 tək mağazaya gəlir, Elvinlə bir neçə dəqiqə söhbət edir, sonra mağazadan siqaret alır, Elvində dəftərdə bu barədə qeydlər edir. Bundan sonra saat 21-21 dəqiqədə Təqsirləndirilən şəxs1 oradan çıxıb gedir. Həmin gün saat 21-39 dəqiqədə Təqsirləndirilən şəxs1 yenə mağazaya daxil olur, həmin vaxt Elvin mağazada kassa aparatının arxasında əyləşmişdir. Təqsirləndirilən şəxs1 onun yanına gəlib başının üstündə durur, yenə ona nəsə deyir, danışırlar, 1 dəqiqədən sonra Təqsirləndirilən şəxs2 mağazaya daxil olur. Təqsirləndirilən şəxs2 onların qarşısında dayanıb eləcə baxır, arada nəsə söz deyir. Kənan da Elvinlə danışırlar, bir-birinə nəsə deyirlər. Təqsirləndirilən şəxs2 arxası ilə Şahid1 mağazaya yaxınlaşır, o, mobil telefonla danışır, danışa-danışa bir az mağazanın qarısında gəzir, sonra mağazaya daxil olur, mağazanın içərisində də telefonla danışır. Təqsirləndirilən şəxs2 yenə nəsə onlara deyir. Təqsirləndirilən şəxs1 cibindən bıçaq çıxarar və Elvinə tuşlayıb fırladır, nəsə ona deyir. Zərərçəkmiş şəxs2 nəsə ona deyir, bu zaman Təqsirləndirilən şəxs1 qəflətən Zərərçəkmiş şəxs2 sağ qolunun dirsək nahiyəsindən bıçaqla zərbə vurur, Təqsirləndirilən şəxs1 zərbə vurandan sonra əlində qan görünür orada olan sarı rəngli əksi ilə əlini silir, Zərərçəkmiş şəxs2 stolunun üzərindəki qanı silir. Bu zaman Təqsirləndirilən şəxs2 yenə əli ilə danışaraq Zərərçəkmiş şəxs2 nəsə deyir. Kənan stolun üzərindən bir ədəd qara rəngli telefon götürür. Zərərçəkmiş şəxs2 onun əlindən telefonu almaq istəyir, o da vermir. Təqsirləndirilən şəxs2 da yenə Zərərçəkmiş şəxs2 söz deyir. Həmin vaxt Şahid1 da onlara yaxınlaşır, nəsə deyib kənara çəkilir, həmin vaxt Təqsirləndirilən şəxs1 əlində bıçaq görünür. Bundan sonra mağazaya əlavə 2 nəfər müştəri oğlanlar gəlir, alış veriş edirlər, Azər İbrahimovla kənarda söhbət edirlər. Onlar özləri vitrindən siqar götürəndə Təqsirləndirilən şəxs1 bir dənədə götürüb onlara verir, onlara nəsə deyir. Həmin vaxt Azər İbrahimov artıq mağazadan çıxmışdır. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 nəsə söz deyir, o, mağazadan çölə çıxır. Bu zaman Zərərçəkmiş şəxs2 kassanı açır, kassada pullar görünür, müxtəlif əsginasda pullar qat-qat yığılmışdır. Zərərçəkmiş şəxs2 100 manatlıq olan yerdən bir ədəd 100 manatlıq götürür və Təqsirləndirilən şəxs1 verir. Həmin vaxt Təqsirləndirilən şəxs2 mağazaya daxil olur, Təqsirləndirilən şəxs1 pulu Təqsirləndirilən şəxs2 verir, o da cibinə qoyur. Sonra Təqsirləndirilən şəxs2 kassanın yanında olan vitrindən bir ədəd siqaret götürür və açır. Bu zaman Zərərçəkmiş şəxs2 ona nəsə deyir və o, siqareti qaytarır, Zərərçəkmiş şəxs2 dəftərdə qeyd edir və yenidən siqareti ona qaytarır. Təqsirləndirilən şəxs1 kassanın yanından çıxır, Təqsirləndirilən şəxs2 yanına gəlir və Alpaşaya İbrahimov cibindən pulu çıxarıb Zərərçəkmiş şəxs2 vermək istəyir, o da götürmür, onlar mağazadan çıxırlar. Onlar mağazadan saat 21-49 dəqiqədə çıxırlar. Aradan 2 dəqiqə keçmiş Təqsirləndirilən şəxs2 yenə mağazaya daxil olur, Zərərçəkmiş şəxs2 ona salfet verir. Saat 23-27 dəqiqədə Təqsirləndirilən şəxs2 yenə mağazaya gəlir və xeyli müddət Zərərçəkmiş şəxs2lə söhbət edir, mübahisə edirlər. Bu zaman mağazanın sahibi Zərərçəkmiş şəxs1 da gəlir. Onlar söhbət edirlər və sonra mağazadan çıxıb gedirlər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ilə şübhəli şəxs Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 ona bıçaqla xəsarət yetirdikdən sonra onun satıcı işlədiyi mağazadan 100 manat məbləğində pul götürdüyünü və ifadəsində göstərdiyi digər xüsusatları sonuncunun üzünə qarşı deməklə bir daha ifadəsini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ilə şübhəli şəxs Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 ona bıçaqla xəsarət yetirdikdən sonra onun satıcı işlədiyi mağazadan 100 manat məbləğində pul götürdüyünü və ifadəsində göstərdiyi digər xüsusatları Təqsirləndirilən şəxs2 üzünə qarşı deməklə bir daha ifadəsini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər BPİnin 4-cü PB-nin məsul növbətçinin tərtib etdiyi xx.xx.2023-cü il tarixli raportdan görünür ki, həmin gün saat 20:08-də Şahid4 +99***-***-**-** mobil nömrəsi ilə DİN-nin 102 Zəng xidmətinə zəng edərək Dədəmin aptekinin yanındakı Şərab evində naməlum şəxsin oğlu Elvinin boğazına bıçaq dirəməsi və kassadan 100 manat pul götürüb getməsi barədə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq orqanına təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, həmin tarixdə Gəncə şəhər BPİ-yə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun işlədiyi Şərab evin mağazasına basqın etdiklərini, Təqsirləndirilən şəxs1 bıçaqla ona xəsarət yetirdiyini, Təqsirləndirilən şəxs2 isə 04 manat dəyərində Sobranie siqaretini götürdüyünü göstərib ona qarşı qulduruq etmiş həmin şəxslərin barəsində qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq orqanına təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, həmin tarixdə Gəncə şəhər BPİ-yə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona məxsus Şərab evin mağazasına basqın etdiklərini, Təqsirləndirilən şəxs1 bıçaqla satıcı işləyən Zərərçəkmiş şəxs2 xəsarət yetirdiyini, Təqsirləndirilən şəxs2 isə 04 manat dəyərində Sobranie siqaretini götürdüyünü göstərib qulduruq etmiş həmin şəxslərin barəsində qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər BPinin 4-cü PB-nin xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 xəsarət yetirdiyi bıçağın tapılması mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən və Bakı Hərbi Məhkəmənin xx.xx.2016-cı il tarixli, 1(093)-24/2016 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 məhkəmənin həmin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2, 182.2.3 və 332.2.1-ci maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Hərbi Kollegiyasının xx.xx.2018-ci il tarixli qərarı ilə barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə azadlıqdan məhrum etmə cəzası 03 (üç) il müddətə endirilmiş, Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 04 (dörd) ay 03 (üç) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2018-ci il tarixdə cəzası başa çatmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 həmin dispanserdə qeydiyyatda durmur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 həmin dispanserdə qeydiyyatda durmur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 həmin dispanserdə qeydiyyatda durmur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 həmin dispanserdə qeydiyyatda durmur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş AZ-İV 744347 və AZ-İV 458324 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il təvəllüdlü Nilay İbrahimova və xx.xx.2020-ci il təvəllüdlü Ümid İbrahimov adlı iki azyaşlı övladı vardır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq orqanına təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən onun işlədiyi mağazaya dəymiş ziyan tam olaraq ödənilmiş, o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la barışmış, sonunculardan şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq orqanına təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona məxsus mağazaya dəymiş ziyan tam olaraq ödənilmiş, o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la barışmış, sonunculardan şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Gəncə şəhəri, Nəriman Nərimanov prospekti 152 ünvanında yerləşən “Şərab evi” mağazasından götürülmüş üzərində qanabənzər ləkələr olan 01 (bir) ədəd sarı rəngli dəsmal və 01 (bir) ədəd nəm salfet maddi sübut kimi tanınmış və saxlanılması üçün Gəncə şəhər BPİ-nin saxlanma anbarına saxlanca verilmiş, həmçinin Gəncə şəhəri, Nəriman Nərimanov prospekti 152 ünvanında yerləşən “Şərab evi” mağazasından götürülmüş kamera görüntülərini özündə əks etdirən 02 (iki) ədəd disk maddi sübut kimi tanınaraq iş üçün əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmış, ona dəymiş ziyan tam olaraq araq ödənilmiş, sonunculara qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmış, ona dəymiş ziyan tam olaraq ödənilmiş, sonunculardan şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixdə ölkə sərhədini Türkiyə Respublikası istiqamətində tərk etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində Zərərçəkmiş şəxs2 qarşı qulduruq etmək niyyətində olmadığını, hadisə günü Zərərçəkmiş şəxs1 ilə danışaraq sonuncuya məxsus “Şərab evi” mağazasına gedib pul götürmək istədiyini, lakin Zərərçəkmiş şəxs2 onu başa düşmədiyi üçün və ona 100 manat məbləğində pulu vermədiyi üçün aralarında mübahisə yarandığını, mübahisə gedişaatında da sonuncuya bıçaqla xəsarət yetirdiyini bildirmişdir. Həmçinin digər təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində Zərərçəkmiş şəxs2 qarşı qulduruq etmək niyyətində olmadığını və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olmadığını göstərmişdir. Məhkəmə tərkibi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan, məsuliyyətdən yayınmağa xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin zərərçəkmiş şəxslərin ifadələri, şahidlərin ifadələri, o cümlədən istintaq hərəkətlərinə dair protokollar, protokollara əlavələr, işdə olan ekspert rəyləri və sair iş materialları ilə tam təkzib olunduğunu hesab edir. Belə ki, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində hadisə günü pula ehtiyacı olduğu üçün Zərərçəkmiş şəxs1 zəng edib 100 manat pul istədiyini, sonuncunun isə işi ilə bağlı Göygöl rayonunda olduğunu, vacib lazımdısa gedib iş yerindən götürməyini dediyini, lakin sonradan Zərərçəkmiş şəxs1 zəng çatmadığını və sonuncuya məxsus mağazada olarkən Zərərçəkmiş şəxs2 yanında Zərərçəkmiş şəxs1 ilə danışa bilmədiyini, bununla belə, vacib pula ehtiyacı olduğu üçün Zərərçəkmiş şəxs2 xəsarət yetirərək sonuncunun işlədiyi mağazanın kassasında 100 manat məbləğində pul götürdüyünü göstərmişdir. Həmçinin Zərərçəkmiş şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində birinci səfər aralarında olan danışıq zamanı Təqsirləndirilən şəxs1 konkret olaraq gedib özünə məxsus mağazadan 100 manat pul götürməsini dediyini göstərməmişdir. O cümlədən Zərərçəkmiş şəxs2 də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs1 ilə hadisə günü telefon vasitəsi ilə əlaqə qura bilmədiyini, eləcə də sonuncunun ona həmin gün hadisəyə qədər Təqsirləndirilən şəxs1 gələcəyini və sonuncuya 100 manat pul verməsini demədiyini, məhz buna görə də hadisə günü Təqsirləndirilən şəxs1 pul vermədiyini, sonuncuya etiraz etdiyini, buna baxmayaraq, Təqsirləndirilən şəxs1 onun üstünə bıçaq çıxardaraq ona qol nahiyəsindən xəsarət yetirdiyini göstərmişdir. Həm Təqsirləndirilən şəxs1, həm də zərərçəkmiş şəxslərin ifadələrindən açıq-aydın görünür ki, hadisə baş verən gün Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs1 arasında, sonuncunun Zərərçəkmiş şəxs1 məxsus Zərərçəkmiş şəxs2 satıcı işlədiyi mağazaya gedərək pul götürtməsinə dair konkret razılıq olmamış, Zərərçəkmiş şəxs1 məhz bu məsələdən yayınmaq məqsədi ilə Təqsirləndirilən şəxs1 ona birinci dəfə zəng etdikdən sonra nə qədərki özünün deməsinə görə istifadəsində olan mobil telefonun enerjisi bitməmiş Zərərçəkmiş şəxs2 zəng edib Təqsirləndirilən şəxs1 gələcəyini və sonuncuya 100 manat pul verməsini deməyə imkanı olduğu halda bunu etməmiş, hətta Təqsirləndirilən şəxs1 ona məxsus mağazada olarkən Zərərçəkmiş şəxs2 sonuncunun yanında ona zəng etsə də, o, zəngə cavab verməmişdir. Halbuki Zərərçəkmiş şəxs1 bilirdi ki, Təqsirləndirilən şəxs1 onun işlətdiyi mağazaya gedərək pul götürmək istəyəcək. Məhz buna görə də, Təqsirləndirilən şəxs1 basqın edib bıçaqdan istifadə edərək Zərərçəkmiş şəxs2 xəsarət yetirib kassadan 100 manat məbləğində pulu sonuncunun və Zərərçəkmiş şəxs1 iradəsinə zidd olaraq götürmüşdür. Digər təqsirləndirilən Təqsirləndirilən şəxs2 özünün müdafiəsi üçün gətirdiyi dəlillərlə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həm onun özünün, həm də zərərçəkən Zərərçəkmiş şəxs2 ifadələri ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs2 özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 hədə-qorxu ilə tələbedici sözlərlə təsir etmiş, həmçinin hadisə vaxtı mağazaya girən-çıxan şəxslərə nəzarət etməklə törədilən cinayət aşkar ediləcəyi halda Təqsirləndirilən şəxs1 sığortalamışdır. Qeyd edilən halların hamısı Zərərçəkmiş şəxs1 işlətdiyi mağazanın müşahidə kameralarından götürülmüş görüntülərdə də öz əskini tapmışdır. Bununla da, məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özgənin əmlakını əldə etmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, silah qismində istifadə edilən əşyalar tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək quldurluq cinayət əməllərini törətmələri tam olaraq sübuta yetirilmişdir. Belə ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli 1 nömrəli Qərarının 7-ci bəndində göstərilmişdir ki, quldurluq cinayəti özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır. Həmin Qərarın 10-cu bəndində göstərilmişdir ki, özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir. Həmin Qərarın 11-ci bəndində göstərilmişdir ki, CM-in 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa), onlar CM-in 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-in 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Həmin Qərarın 15-ci bəndində göstərilmişdir ki, qabaqcadan əlbir olmaqla quldurcasına basqın törətmiş bir qrup təqsirli şəxsin niyyəti ilə silah və ya silah qismində istifadə edilən predmetlərin tətbiqi əhatə edilmişsə, o zaman onlardan yalnız biri silah və ya silah qismində istifadə edilən predmet tətbiq etsə belə, qrup iştirakçılarının hamısı birgə icraçı kimi CM-in 181.2.5-ci maddəsi ilə məsuliyyət daşıyır. Həmin Qərarın 23-cü bəndində göstərilmişdir ki, həyat və ya sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmək (CM-in 180.2.4-cü maddəsi) dedikdə, döymə və ya digər zorakı hərəkətlərlə zərərçəkmişə fiziki ağrı yetirmə və ya onun azadlığının məhdudlaşdırılması ilə bağlı hərəkətlər etmək (əl-ayağını bağlama, qollarına qandal keçirmə, ağzı bağlı otaqda saxlama və s.) başa düşülməlidir. CM-in 181.1-ci maddəsində həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə (məsələn zərərçəkmişin boğazına kəndir keçirməklə və s.) ifadə oluna bilər. Həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CM-in 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman CM-in 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. Həmin Qərarın 25-ci bəndində göstərilmişdir ki, təqsirli şəxsin əməli CM-in 181.2.5ci maddəsi ilə tövsif edildikdə, məhkəmələr basqın zamanı tətbiq edilmiş predmetin canlı qüvvənin və ya digər hədəfin vurulması üçün yararlı silah olub-olmamasını ekspert rəyi əsasında müəyyən etməlidir. Qanunda göstərilən hallar mövcud olduqda, belə şəxsin əməli, əlavə olaraq CM-in 228-ci maddəsi ilə də tövsif edilməlidir. Silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və i.a.), həmçinin hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər (məsələn, mexaniki püsgürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir. Şəxs silahı yalnız nümayiş etdirmişsə və ya aşkar yararsız və ya doldurulmamış silahla zərərçəkmişin həyatı və ya sağlamlığı üçün təhlükəli olan xəsarət yetirmək niyyəti olmadan həmin predmetlərlə onu hədələmiş və ya silah tətbiq etmə görüntüsü yaratmışsa (məsələn, silah maketi, oyuncaq xəncər və i.a.), digər ağırlaşdırıcı hallar olmadıqda işin konkret hallarından asılı olaraq onun hərəkətləri CM-in 181.1-ci maddəsində nəzərdə tutulan quldurluq kimi tövsif edilməlidir. Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə əsasən, cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır. Cinayət Məcəlləsinin 33.1-ci maddəsinə əsasən, cinayətin iştirakçılarının məsuliyyəti onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilir. Cinayət Məcəlləsinin 33.2-ci maddəsinə əsasən, cinayətin birgə icraçıları birgə törətdikləri cinayətə görə, bu Məcəllənin 32-ci maddəsinə istinad edilmədən, həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən, qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 may 2022-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, iştirakçılığın obyektiv cəhəti kəmiyyət, keyfiyyət əlamətləri, bütün iştirakçılar üçün vahid cinayətkar nəticə, habelə əməl ilə vahid cinayətkar nəticə arasındakı səbəbli əlaqə ilə səciyyələnir. Keyfiyyət əlaməti cinayətin iştirakçılarının hərəkətlərinin müştərək şəkildə həyata keçirilməsini nəzərdə tutur. Bu əlamətə əsasən cinayət əməli bir neçə şəxs tərəfindən əlaqəli şəkildə törədildiyi zaman hər bir iştirakçı cinayətin törədilməsi üçün müvafiq hərəkətləri (hərəkətsizliyi) yerinə yetirərkən digər iştirakçılara müəyyən dərəcədə vasitəçilik etmiş olur. İcra olunan hərəkətlərdən asılı olaraq onların rolu fərqlənir: - cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətinin əlamətlərini tamamilə əhatə edən hərəkətləri icra etdikdə onlar cinayətin icraçıları kimi çıxış edirlər; - cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətini təşkil edən hərəkətləri qismən icra etdikdə, onların hərəkətləri icraçının hərəkətini tamamlamış olur və bu cür iştirakçılar cinayətin birgə icraçısı sayılmaqla cinayət tərkibinin obyektiv cəhətini səciyyələndirən hərəkəti əlaqəli şəkildə icra edirlər. Məsələn, şəxs rolların bölgüsünə görə, cinayətin törədilməsində icraçıya bilavasitə yardım (dəstək) göstərməyə yönəlmiş hərəkətlər edərsə (şəxsin yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak etməsi, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakın aparılması, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıların sığortalalanması) o, Cinayət Məcəlləsinin 32.2-ci maddəsində göstərildiyi kimi, birgə icraçı hesab edilir. Həmin maddəyə görə, cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq) icraçı sayılır. Hazırkı işin faktiki hallarından görünür ki, təqsirləndirilən şəxslər ittiham olunduğu cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər, yəni Təqsirləndirilən şəxs1 özgənin əmlakını əldə etmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında əldə olunmuş razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 zərərçəkmişin işlədiyi mağazaya daxil olaraq üzərindəki bıçaqla silah qismində tətbiq etməklə sonuncunun sağlamlığa zərər vurmuş, Təqsirləndirilən şəxs2 isə özgənin əmlakını ələ keçirmək məqsədi ilə zərərçəkmiş şəxsə hədə-qorxu ilə tələbedici sözlərlə təsir edərək hadisə vaxtı mağazaya girən-çıxan şəxslərə nəzarət edib törədilən cinayət aşkar ediləcəyi halda Təqsirləndirilən şəxs1 sığortalamış, nəticə etibarı ilə də aralarında olan rolların bölgünüsə əsasən Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 qeyd edilən hərəkətləri real olaraq icra etmişlər. Beləliklə, məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri ittiham olunduqları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmə tərkibi şəxsin könüllü gəlib təqsirini boynuna alması Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərkibi cinayətlərin residivini Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə tərkibi himayəsində iki azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri və onların həmin əməlləri törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Cinayət-Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəllənin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5ci maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxs1 münasibətdə iş materiallarında olan tələbnamədən və Bakı Hərbi Məhkəmənin xx.xx.2016-cı il tarixli, 1(093)-24/2016 saylı hökmünün surətindən görünür ki, o, məhkəmənin həmin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2, 182.2.3 və 332.2.1-ci maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Hərbi Kollegiyasının xx.xx.2018-ci il tarixli qərarı ilə barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə azadlıqdan məhrum etmə cəzası 03 (üç) il müddətə endirilmiş, Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 04 (dörd) ay 03 (üç) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Cinayət Məcəlləsinin 182.2-ci maddəsi Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayət hesab olunur. Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Hazırkı iş üzrə Təqsirləndirilən şəxs1 verilmiş ittihamdan görünür ki, o, təqsirləndirildiyi cinayət əməlini 13 yanvar 2023-cü il tarixdə törətmişdir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin residivi təhlükəli sayılır. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində olan birinci iş üzrə hökmlə ağır cinayətə görə məhkum edildiyi azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edildiyi gündən, yəni xx.xx.2018-ci il tarixdən hesabladıqda altı il keçməmiş hazırkı iş üzrə ittiham olunduğu ağır cinayət hesab olunan əməli törətdiyi üçün o, məhkum olunmuş şəxs hesab olunur və onun əməlində cinayətlərin təhlükəli residivi vardır. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs1 münasibətdə qeyd etməyi zəruri hesab edir ki, onun əməlində Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivini ağırlaşdırıcı hal kimi nəzərə alındığı üçün barəsində Cinayət Məcəlləsinin 60.1-ci maddəsi tətbiq edilə bilməz. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən, qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 25 may tarixli Qərarına əsasən, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs1 cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə məhkəmə tərkibi törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin yüksək ictimai təhlükəli şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasını və cəzanın məqsədinə nail olunmamasını, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5ci maddələri ilə təqsirli bilinərək, ona Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 181.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin üçdə ikisindən az olmamaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs1 ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Məhkəmə tərkibi digər Təqsirləndirilən şəxs2 cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs2 qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə məhkəmə tərkibi törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək, ona maddənin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə tərkibi Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb Cinayət Məcəlləsinin 60.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddəti qeyd edilən maddənin sanksiyalarında göstərilən həmin cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs2 ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Cinayət-Prosessual Məcəllənin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı, CPM-in 158.2.2-ci maddəsinə əsasən isə ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəllənin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılması müddəti ona təyin ediləcək cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduqları vaxtdan, yəni 17 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanılması müddəti, yəni şübhəli şəxs kimi tutulduğu və ev dustaqlığında saxlanıldığı müddət ona təyin ediləcək cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 17 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi Göygöl Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən müqavilə əsasında həyata keçirilsə də, digər Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3 dövlət hesabına həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Cinayət-Prosessual Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs2 Müdafiəçi3 tərəfindən göstərilmiş 10 (on) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından 110 (bir yüz on) manat pul onun vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəllənin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 50 (əlli) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəllənin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-nin saxlanma anbarına saxlanca verilmiş Gəncə şəhəri, Nəriman Nərimanov prospekti 152 ünvanında yerləşən “Şərab evi” mağazasından götürülmüş üzərində qanabənzər ləkələr olan 01 (bir) ədəd sarı rəngli dəsmal və 01 (bir) ədəd nəm salfet məhv edilməli, həmçinin Gəncə şəhəri, Nəriman Nərimanov prospekti 152 ünvanında yerləşən “Şərab evi” mağazasından götürülmüş kamera görüntülərini özündə əks etdirən 02 (iki) ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclası zalında həbs edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) il 06 (alt) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 17 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs növündə qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 17 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Dövlət büdcəsi hesabından Müdafiəçi3 üçün 110 (bir yüz on) manat pul onun vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 50 (əlli) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-nin saxlanma anbarına saxlanca verilmiş Gəncə şəhəri, Nəriman Nərimanov prospekti 152 ünvanında yerləşən “Şərab evi” mağazasından götürülmüş üzərində qanabənzər ləkələr olan 01 (bir) ədəd sarı rəngli dəsmal və 01 (bir) ədəd nəm salfet məhv edilsin. Gəncə şəhəri, Nəriman Nərimanov prospekti 152 ünvanında yerləşən “Şərab evi” mağazasından götürülmüş kamera görüntülərini özündə əks etdirən 02 (iki) ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-67/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-67/2025
30.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver