Məhkəmə qərarları › İş №1(100)-68/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-68/2022

28.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-68/2022 28.01.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: X18 oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X3, onun nümayəndəsi X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Samux rayonu Sərkar kəndində anadan olmuş, evli-2 uşaq atası, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Azərbaycan Respublikasının vətəndaşı, Samux rayonu Sərkar kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 26.02.2021-ci il tarixdə günorta saatlarında Samux rayonu, Sərkar kəndinin ərazisində olan kafeyə daxil olarkən həmkəndlisi Elşən Məmmədovun ona niyə salam vermirsən deyə müraciətinə «mən bariqa»ya salam vermirəm deməsinə görə aralarında yaranmış sözlə olan mübahisə sonrakı günlərdə də onların arasında telefon danışıqları ilə davam etdirilərək kəskinləşmiş, nəticədə 01.03.2021-ci il tarixdə, saat təxminən 12 radələrində Təqsirləndirilən şəxs Sərkar kəndinin ərazisində, Sərkar-Gəncə yolunun 4-cü kilometrliyində, «dördyol deyilən» yerdə yolun kənarı ilə piyada gedərkən Elşən Məmmədov idarə etdiyi Vaz-2107 markalı, **-VH-*** qeydiyyat nömrə nişanlı avtomobillə ona yaxınlaşıb avtomobili saxlayaraq avtomobildən düşmədən əvvəldən aralarında yaranmış mübahisəyə aydınlıq gətirmək üçün onun «Kür» çayının kənarına getmək barədə verdiyi təklifə hiddətlənərək, Elşəni söyüb təhqir edərək ondan qisas almaq məqsədi ilə Elşən Məmmədovu qəsdən öldürmək qərarına gəlmiş və bu cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə istintaqla dəqiq müəyyən edilə bilməyən tarixdə və vaxtda qəsdən qanunsuz olaraq əldə edib, üstündə gəzdirdiyi kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı ilə X6 əvvəlcə onun idarə etdiyi Vaz-2107 markalı avtomobilin sükanının arxasında, sol bud nahiyəsinə üç dəfə bıçaq zərbələri endirməklə ona sol bud nahiyyəsinin orta 1/3nin bayır səthində 1,5x0,2, 2x0,2 sm. ölçülərdə iki ədəd, aşağı 1/3-hissəsində isə 1,2x0,3 sm. ölçüdə bir ədəd düz xətt formalı, kənarları hamar bir ucu iti, bir ucu qovs formalı yara xəsarətləri yetirmiş, bundan sonra Elşən Məmmədov avtomobildən düşüb onun üstünə gələrkən Təqsirləndirilən şəxs cinayət törətməyə yönəlmiş hərəkətlərini başa çatdırmaq məqsədi ilə əlində olan bıçağın kəsici-deşici hissəsi ilə Elşən Məmmədovun bədəninin müxtəlif nahiyələrinə qəsdən çoxsaylı bıçaq zərbələri endirərək, ona başın ənsə nahiyəsində ortada 3,5 x 0,5 sm. ölçüdə bir ədəd, sol yanaq nahiyəsində 1,5 x 0,2 sm ölçüdə bir ədəd, sol körpücüküstü nahiyədə 1,2x0,3 sm ölçüdə bir ədəd, sol said nahiyəsinin aşağı 1/3 hissəsinin bayır səthində 3x0,3 sm. ölçüdə bir ədəd, ön-iç səthində 2x0,5 sm ölçüdə bir ədəd, ağırlıq dərəcələrinə görə hər biri ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid cəmi səkkiz ədəd, döş qəfəsinin ön səthində solda, ön qoluqaltı xəttlə İ-İİ qağırğalar səviyyəsində 5x2,0 sm ölçüdə kənarları hamar bir ucu iti, bir ucu qovs formalı, yara kanalının dərinliyi 4-5 sm. olan döş qəfəsinin daxilinə nüfuz edib sol ağciyərin zədələnməsi ilə müşayiət edilən kəsilmiş-deşilmiş yarası nəticəsində əmələ gələn daxili və xarici qanitirmə nəticəsində ölümünə səbəb olan, ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmaya aid edilən bir ədəd olmaqla cəmi doqquz ədəd kəsilmiş-deşilmiş bıçaq xəsarətləri yetirib X7 qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, mərhum X7 həmkəndli kimi tanımış, lakin onunla yaxın münasibətdə olmamışdır. Atası Rövşəni isə həmkəndli kimi yaxından tanımış və münasibətləri normal olmuşdur. Hadisədən bir neçə gün əvvəl yaşadıqları kəndin kənarında olan çayxanaya girərkən Elşənlə rastlaşmış, çayxanaya girən zaman o Elşənə salam vermədiyinə görə Elşən ondan salam verməməsinin səbəbini soruşmuş, o isə Elşənə mən «bariqa»ya salam vermirəm deyə cavab vermişdir. Bu səbəbdən onların arasında mübahisə yaranmış, lakin onların yanında olan yoldaşlar onları sakitləşdirmiş və o çayxanadan bayıra çıxmışdır. Elşən də onun arxası ilə bayıra çıxmış və onu aralarında mübahisəni davam etdirmək üçün «Kür» çayının kənarına getməsini təklif etmişdir. Lakin yanlarında olan yoldaşlar onları sakiləşdirib evlərinə yola salmışlar. Elə həmin gün axşam və sonrakı günlərdə Elşən ona dəfələrlə zənglər etmiş, mesaj göndərərək mübahisəni genişləndirərək ondan əl çəkməmişdir. O isə Elşənin dəvətlərindən qəsdən yayınaraq ona əhəmiyyət vermək istəməmişdir. Nəhayət 01.03.2021-ci il tarixdə saat 12 radələrində yaşadığı evdən çıxıb Sərkar kəndinin içərisində olan «dördyol» deyilən əraziyə doğru gedərkən Elşən idarə etdiyi, qırmızı rəngli Vaz-2107 markalı avtomobillə gəlib onun yanından keçmiş, bir az irəlilədikdən sonra yanında oturan Elçini növbəti «dördyol»da düşürərək onun yanına qayıtmış, ona avtomaşına oturaraq «Kür» çayının kənarına getməsini təklif etmişdir. O isə Elşəndən gələn xətanı dərk edib onu özündən təcrid etməyə çalışmasına baxmayaraq Elşən ondan əl çəkməmiş, təkidlə onu aparmaq istəmişdir. Buna görə yolun ortasında onunla mübahisələri yaranmış, mübahisə edərkən Elşən avtomobildən enmədən qabaq qapının şüşəsini bir qədər aşağı endirib onu bıçaqla vurmaq istəmişdir. Bundan sonra o özündə gəzdirdiyi bıçağı cibindən çıxarıb sükan arxasında əyləşən Elşənin sol ayağından üç dəfə bıçaqla vurmuşdur. Hər dəfə bıçaq zərbələri ilə Elşəni ayağından vurarkən bıçaq dərinliyə işləməsin, sadəcə ona yüngül ağrı verməklə oradan getsin deyə barmağını bıçağın uc hissəsinə qoymuşdur. Həmin zərbələrə baxmayaraq Elşən avtomaşından yerə enmiş və əlində bıçaq onun üzərinə gələrkən o özünü qorumaq məqsədilə Elşənin bədəninin müxtəlif nahiyyələrinə bıçaq zərbələri ilə vurduqdan sonra hadisə yerindən getmişdir. O hadisə yerindən gedərkən Elşəni ayaqüstə qoyub getmiş, Elşən sonradan özü avtomaşını idarə etməklə hadisə yerindən getmişdir. Aradan bir neçə saat keçdikdən sonra Elşənin ölməsi xəbərini eşitmiş və bundan sonra cinayət hadisəsində istifadə etdiyi bıçaqla birlikdə Samux rayon PŞ-nə gəlib təslim olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsində istifadə etdiyi bıçağı bir neçə il öncə Gəncə şəhərində tanımadığı şəxsdən əldə etməsini bildirdi. Əlavə olaraq bildirdi ki, onun Elşən Məmmədovu öldürmək niyyəti olmamış, sadəcə özünü müdafiə etmək məqsədilə ona bıçaq xəsarətləri yetirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, oğlu X29la eyni kənddə, yəni Samux rayonu Sərkar kəndində yaşamasına baxmayaraq oğlunun evi onun yaşadığı evdən bir qədər aralı məsafədə olmuş, oğlunun məşğuliyyəti əsasən əkinçiliklə bağlı olmuş, arvadı Şahid1 isə evdar qadın olmuşdur. O, qeyd etmişdir ki, təxminən 25 fevral 2021-ci il tarixdə Samux rayon Sərkar kəndinin içərisində olan çayxanada həmkəndliləri Təqsirləndirilən şəxs oğlu Elşən Məmmədova «bariqa» sözü deməsinə görə aralarında mübahisə yaranmış, oğlu Elşən Vüqara bu məsələni aydınlaşdırmaq üçün «Kür» çayının sahilinə getməyi təklif etmişdir. Lakin orada olan şəxslər onları sakiləşdirmiş və onlar ayrılıb getmişlər. Bundan sonrakı günlərdə Vüqar oğlu Elşənin mobil telefonuna dəfələrlə zəng edərək onu Toğana və Qızılca yoluna dəvət etmişdir. Nəhayət oğlu Elşən 01.03.2021-ci il tarixdə Vüqarla Sərkar kəndinin içərisindəki avtomobil yolunda görüşən zaman onu idarə etdiyi avtomobildən düşməyə imkan verməmiş və sükan arxasında bıçaqlamışdır. Bu zaman onların yanında kimsə olmamış və hadisəni yalnız yaxınlıqda olan balaca bir uşaq görmüşdür.Vüqar Elşəni bıçaqladıqdan sonra hadisə yerindən qaçıb getmişdir. Elşən Vüqar tərəfindən bıçaqlandıqdan sonra yanında heç kim olmadığına görə özü avtomaşını idarə edərək Sərkar kənd orta məktəb binasının yanına kimi gəlmiş və orada avtomaşını idarə edə bilmədiyi üçün saxlamışdır. Həmin vaxt yaxınlıqda yaşayan Etibar adlı şəxs Elşənin avtomobilini idarə edərək onu Samux rayon xəstəxanasına çatdırmışdır. Oradan isə həkimlər Elşəni təcili yardım avtomaşını ilə Gəncə şəhər 3 saylı xəstəxanaya aparıb təhvil vermişlər. O bu barədə məlumat alan kimi həmin xəstəxanaya getmiş və xəstəxanaya getdikdən az sonra oğlu vəfat etmişdir. O, həmçinin qeyd etmişdir ki, hadisədən əvvəlki günlərdə oğlu Elşənin Vüqarla hər hansı bir mübahisəsi olmamış, Vüqarın cinayət hadisəsində istifadə etdiyi bıçağı həmkəndliləri Pəviz Qasımov ona hədiyyə etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X9 əlavə olaraq bildirdi ki, Təqsirləndirilən şəxs könüllü deyil, polis əməkdaşları tərəfindən tutularaq Samux RPŞ-yə aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və mərhum X7 bir həmkəndli kimi tanımışdır. Elşənlə dostluq, Vüqarla isə kirvəlik münasibətlərində olmuşdur. 01.03.2021-ci il tarixdə saat 11 radələrində Sərkar kəndində dostu Elşənlə görüşmüş, onun avtomaşını ilə yanacaq doldurduqdan sonra birlikdə rayon mərkəzində olan Kapital Banka gedərək oradan pul kartını götürmüşdür. Daşa sonra o, Elşənlə birikdə yaşadıqları Sərkar kəndinə qayıtmış və «dördyol» deyilən yerdə avtomaşından düşmüşdür. Elşən onu avtomaşından düşürdükdən sonra avtomaşını geriyə döndərib kəndin içərisinə doğru hərəkət etmişdir. O isə alış-veriş üçün mağazaya girmişdir. Aradan 10-15 dəqiqə keçdikdən sonra Elşənin kiminləsə savaşmasını, daha sonra isə kənd sakinlərindən Vüqarın kəndin ərazisində Elşəni bıçaqlamasını eşitmişdir. Axşam saatlarında isə Elşənin ölüm xəbərini eşitmişdir. Elşənin Vüqar tərəfindən harada, hansı şəraitdə bıçaqlanmasını görməmişdir. O, qeyd etmişdir ki, Elşənlə Vüqarın əvvəllər münasibətləri yaxşı olmuş və bir-birinin evinə gedib-gələn olmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, mərhum X11 ilə ailəli olmuş və himayələrində iki azyaşlı övladı olmuşdur. Elşən təxminən 25 fevral 2021-ci il tarixdə saat təxminən 13 radələrində əsəbi halda evlərinə gəlmiş, ondan nə baş verməsini, niyə əsəbi olduğunu soruşduqda o «Hozu Vüqarla» savaşmalarını və Vüqarın ona nəşə satan deməsini bildirmişdir. 01.03.2021-ci il tarixdə isə həmin mübahisənin davam olaraq X33 kəndinin ərazisində bıçaqlayaraq öldürmüşdür. Elşənlə Vüqarın arasında əvvəllər hər hansı bir narazılıq olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, 01.03.2021-ci il tarixdə atasının işlədiyi Samux rayonu Sərkar kəndindəki emalatxanada təkbaşına olarkən saat təxminən 12 radələrində emalatxananın qarşısında qırmızı rəngli Vaz-2107 markalı avtomobilin ikinci döryol adlandırılan əraziyə doğru piyada hərəkət edən şəxsin yanında dayandığını görmüşdür. Sürücü avtomobili dayandıqdan sonra, piyada hərəkətdə olan şəxslə aralarında mübahisə baş vermişdir. O, emalatxanada olduğundan onların səslərini eşitməsə də hər ikisinin əsəbi olmasını hiss etmişdir. Mübahisə zamanı avtomobillə gələn şəxs yerə enmiş və onlar yaxalaşaraq mübahisəni davam etdirmişlər. Həmin vaxt piyada hərəkətdə olan şəxsin əlində bıçaq olmasını və qarşısına olan şəxsi vurmasını görmüşdür. Ancaq harasından vurmasını görə bilməmişdir. Bundan sonra o qorxub qapının qarşısından kənara çəkilmişdir. Aradan bir qədər keçdikdən sonra atası emalatxanaya dönmüş və o bu barədə atasına məlumat vermişdir. O, həmçinin qeyd etmişdir ki, hadisə yerində yalnız iki nəfər şəxsin olmasını görmüş, yəni avtombili idarə edən şəxslə, hadisə yerinə piyada gələn şəxslərin yanında heç kim olmamış, hadisəni kənardan kiminsə müşahidə etməsini isə görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 Şahid5 ifadəsinə oxşar məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və mərhum X7 bir həmkəndli kimi tanımış, onların hər biri ilə münasibətləri yaxşı olmuşdur. O, qeyd etmişdir ki, hadisədən bir neçə gün əvvəl Vüqarla Elşən arasında kəndin kənarındakı kafedə mübahisə baş vermişdir. Mübahisədən əvvəl kafeyə daxil olan Vüqar Elşənə salam verməmiş, bunun səbəbini Elşən Vüqardan soruşarkən, Vüqar ona «mən bariqaya salam vermirəm» deyə cavab vermişdir. Buna görə onların arasında baş verməsini sonradan onların özündən eşitmişdir. Vüqar bu hadisədən sonra Elşənin ona dəfələrlə zəng edərək «Kür» çayının qırağına gəlməsini demiş o isə onu Toğanaya və Qızılca yoluna gəlməsini bildirmişdir. O, bununla bağlı Elşənlə söhbət edən zaman Elşən ona mənim işimə qarışma demiş, bundan başqa heç nə deməmişdir. Aradan bir neçə gün keçdikdən sonra Vüqar kəndin ərazisində Elşəni bıçaqlayaraq öldürmüşdür. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X22 ifadəsində göstərdi ki, o, Samux rayonu CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Hadisə olan gün saat 12- 13 radələrində xəstaxanadan bir nəfər şəxsə bıçaqla xəsarət yetirilməsi barədə məlumat daxil olmuş və onlar məlumat əsasında xəstəxanaya getmişlər. Onlar xəstəxanada bıçaqlanmış şəxsin Elşən Məmmədov, onu bıçaqlayan şəxsin isə Təqsirləndirilən şəxs olmasını dəqiqləşdirdikdən sonra dərhal Təqsirləndirilən şəxs yaşadığı Samux rayonu, Sərkar kəndinə gedərək, Vüqarın yaşadığı evə və onun ola biləcəyi yerlərə baxmışlar. Həmin vaxt sabiq polis rəisi Fuad Qarayev onlara zəng edərək, təcili polis idarəsinə gəlmələrini bildirmiş, onlar tapşırığa əsasən polis idarəsinə getmişlər. Onlar idarənin qarşısına çatan zaman Təqsirləndirilən şəxs qara Lada 015 markalı avtomobildən düşərək onlara yaxınlaşmış və cinayət törətdiyini bildirərək əlində olan bıçağı təhvil vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X3 vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, o, Samux rayonu, Sərkar kəndində kafe işlədir. Məlum hadisədən 3-4 gün əvvəl Təqsirləndirilən şəxs o, işlətdiyi kafedə nahar vaxtına yaxın dostları ilə birlikdə çay içmiş, həmin vaxt Elşən Məmmədov da kafeyə gəlib yemək yemiş və Bizon içkisi sifariş vermişdır. O, Elşənin sifarişi əsasında Bizon içkisi gətirmək üçün mətbəxtə keçmiş, mətbəxtdən qayıtdıqda artıq Vüqarla Elşənin mübahisə etdiyini görmüş və onlar mübahisə edə-edə kafedən bayıra çıxmışlar. Elşən və Vüqar söhbət etmək üçün avtomobilə oturub getmək istəyəndə onlara mane olunmuş və onları barışdırmışlar. Elşən yemək üçün yenidən kafeyə qayıtmış və masanın arxasında oturub ağlayaraq hirsindən bizonu sıxmışdır. Həmin vaxt kafedə olan Sevinc adlı işçi Elşənə bele şeylərə görə narahat olmamasını söyləmişdir. O, qardaşı Turaldan nə baş verdiyini soruşduqda Tural ona Elşənlə Vüqarın “bariqa” sözünün üstündə mübahisə etdiyini bildirmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 03 mart 2021-ci il tarixli “hadisə yerinin baxışının aparılması haqqında” protokoldan və fotoşəkillərdən görünür ki, hadisə yeri Samux rayonu, Sərxar kəndinin ərazisində Gəncə-Sərkar avtomobil yolunun 4-cü km-də yerləşir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 01 mart 2021-ci il tarixli raportdan görünür ki, 01 mart 2021-ci il tarixdə Samux PŞ-nin növbətçi hissəsinə Samux rayon, Ziyadlı kənd sakini X16 mobil telefonla zəng edərək, Samux rayonu, Kolayır kəndində bir nəfər şəxsin yaralı vəziyyətdə yerdə olması barədə məlumat vermişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 01 mart 2021-ci il tarixli “Meyitə baxış və götürmə aparılması haqqında” protokoldan və fotoşəkillərdən görünür ki, meyitin sol çiyin nahiyyəsində 5x1,5 sm ölçüdə kənarları hamar, ucları iti kəsilmiş-deşilmiş yara vardır. Ənsə nahiyyəsinin ənsə qabarığında 3x0,3 sm deşilmişkəsilmiş yara, sol sifət nahiyyəsində 0,8x0,1 sm ölçüdəkəsilmiş yara, sol baldır nahiyyəsinin yuxarı 3/1-nin bayır səthində 1,5x2 sm, sol said nahiyyəsinin yuxarı 3/1-nin bayır sətnində 2.5x0,3 sm,sol said nahiyyəsinin orta 3/1-nin arxa səthində 3x0,3 sm ölçüdə, so bud nahiyyəsinin aşağı 3/1-nin bayır səthində 1.5x0.3 sm, sol bud nahiyyəsinin aşağı 3/1-nin arxa səthində 2.5x0.3 sm, sol bud nahiyyəsinin orta 3/1-nin bayır səthində 1.2x0.2 sm analoji xarakterli yaralar aşkar edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 01 mart 2021-ci il tarixli “şəxsin könüllü gəlməsi barədə” protokoldan və fotoşəkildən görünür ki, Təqsirləndirilən şəxs 01 mart 2021-ci il tarixdə Samux RPŞ-nə könüllü gələrək 01 mart 2021-ci il tarixdə X7 üzrərində gəzdirdiyi bıçaqla vurub öldürdüyünü səmimi etiraf etmiş və hadisənin predmeti olan bir ədəd bıçağı təqdim etmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X15 Bölməsinin 13 aprel 2021-ci il tarixli 16/269/270 nömrəli ekspert rəyindən görünür ki, təqiqata təqdim edilmiş bir ədəd bıçaq kustar üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır və soyuq silah hesab olunur. Tədqiqata təqdim edilmiş uzunqol gödəkcənin üzərində olan 05 ədəd «a»,»b» zədələri, qolsuz gödəkcənin üzərində olan zədə, şalvarın üzərində olan 03 ədəd «d», «e» zədələri bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin, o cümlədən, təqdim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində aşağıdan yuxarıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Tədqiqata təqdim edilmiş 01 ədəd uzunqol gödəkcənin üzərində olan 01 ədəd «c» zədəsi fiziki qüvvənin təsirindən yaranmağa xarakterik dartılıb cırılma zədəsidir. Təqdqiqata təqdim olunan 01 ədəd maykanı, 01 cüt corabın və bir ədəd kişi alt tumanın üzərində hər hansı mexaniki zədə yoxdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsi Rayonlararası Psixonevroloji Dispanserin 16 aprel 2021-ci il tarixli 204/58 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin psixopatik çizgiləri) baxmayaraq o, hazırki cinayət əməlini törədərkən öz əməlini faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, hərəktəlrini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni Anlaqlı olmuşdur. Onun əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs ekspertiza zamanı da öz əməlini faktiki xarakterini dərk etmək, hərəkələrini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin 08 may 2021-ci il tarixli 524 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan konnobinridlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir və narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X20-Təcrübi və X28 Hüquqi şəxsin 01 aprel 2021-ci il tarixli, 02 nömrəli ekspertiza rəyindən görünür ki, X5 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində deşici-kəsici alətlə yetirilmiş doqquz ədəd yaralar müəyyən edilmişdir. Həmin yaralardan bir ədəd yara döş qəfəsinin sol yarısının ön səthində yerləşir, daxilə keçərək sol ağciyəri zədələdiyindən atırlıq dərəcəsinə görə, həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aid edilir, yara kanalının istiqaməti, soldan sağa, bir qədər yuxarıdan-aşağıya, öndən arxaya doğrudur. Yara kanalının dərinliyi təqribən 4-5 sm-dir. Digər səkkiz ədəd yaralar isə yerləşmə nahiyələrinə görə, bir ədəd yara ənsə nahiyəsində. Bir ədəd yara sol yanaq nahiyəsində. Bir ədəd yara sol körpücük üstü nahiyyədə. İki dədə yara sol said nahiyəsində. Üç ədəd yara sol bud nahiyəsində yerləşir. Bu xəsarətlər dərəcələrinə görə hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Həmin xəsarətlərin əmələ gəlmə müddəti 01.03-21-ci il tarixə uyğun gəlir. E.Məmmədovun bədən səthində başqa xəsarət izləri müəyyən edilməmişdir. Mərhum E.Məmməlova bədən xəsarətləri yetirilərkən o müxtəlif vəziyyətlərdə (ayaq üstə, oturmuş, uzanmış və.s) ola bilərdi. Bu səbəbdən xəsarətlərin yetirilmə ardıcıllığını müəyyən etmək mümkün deyil. E.Məmmədovun ölümü meyitin müayinə edildiyi vaxta nəzərən 1-2 saat əvvəl baş vermişdir. E.Məmmədovun ölümünə səbəb döş qəfəsinin ön səthinin daxilə keçən sol ağciyərin zədələnməsi ilə müşaiyət olunan kəsilmiş-deşilmiş yarası nəticəsində əmələ gələn kəskin xarici-daxili qanitirmə olmuşdur.E.Məmmədovun meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi təhqiqatı zamanı tiryək qrupuna aid olan morfin adlı alkoloidin sintetik analoqu olan «Heroin» aşkar edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X20-Təcrübi və Tədris Birliyinin 04 mart 2021-ci il tarixli, 13 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs bədən səthində xəsarət izləri aşkar edilməmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanser tərəfindən verilmiş 30 mart 2021-cu il tarixli, 1521 nömrəli arayışından və Gəncə şəhər Psixiatriya Xəstəxanasının 07 aprel 2021-ci il tarixli 75 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserində və Psixiatriya xəstəxanasında qeydiyyatda durmur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin 30 mart 2021-ci il tarixli, 1261 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 17 mart 2021-ci il tarixli “telefona əlavə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, “Watsapp” mesenger proqramına daxil olduqda söhbətlər bölməsində şəxslərlə mesajлашmalar vardır. Vuqar yazılan ***-***-**-** nömrəli profilə daxil olduqda, 28 fevral 2021-ci il tarixdə saat 02:53 də X29 tərəfindən həmin profilə “Vuqar goruwek kim kimi poxa salir” mesaj göndərilmişdir. Vüqar adlı şəxs isə saat 10:44 “Ehtiyatl ol poxundan sene her terefli dedim gel toqnaya ora gelmisense gel axşam 8 de qlzllca yoluna” mesaj gelmişdir. Aliko yazılan ***-***-**-** nömrəli profilə daxil olduqda, 27 fevral 2021-ci il tarixdə saat 22:50 də Aliko adlı şəxsdən 10 saniyəlik səs yazısı gəlmişdir. Həmin səs yazısında “aye salam elis nagarsan nə var nə yox canın başın ay qaqa işin gücün nətər olduəə dünənki söhbətin nə yerdə qaldı” səsli mesaj gəlmişdir. X29 tərəfindən saat 22:52-də 35 saniyəlik səs yazısı göndərilmişdir Həmin səs yazısında “ sağlığın qadan alım axşamın xeyir. Heş nə gəlmədi. Dünən çay kənd dedi soramda Toğana dedi. Gəl toğanaya o da hamı bilir ki, Toğanaya maşınmı qalxar. Pox yeyiree evdəydi çıxmadı üzə çıxmıyıb. Büyünərim eləcə onu güdmüşəm çıxmıyıf çölə. Telefonumada cavab vermir. EE çıxajax onan qavaxlaşajam. O elə bilir mən onan qurtarajam amma mən onan bərk qavaxlaşajıyıx. Aliko adlı şəxsdən saat 22:54-də 23 saniyəlik səs yazısı gəlmişdir. Həmin səs yazısında “ əə hə heşnə qadanam ay eliss. ƏƏ neniysən baş qoşma qoyy. O, başını itirif təmiz neniysən eyy. ƏƏ neniysən başını burax qoy getsin qadanam. Ayrı vəzyətin zadın işin gücün salamatçılıqdı qaqaa. Heşnə qadanalaram oldu ay qaqa.” X29 tərəfindən saat 22:55-də 11 saniyəlik səs yazısı göndərilmişdir. Həmin səs yazısında “Qadanalram atam gejən xeyrə qalsın. Yoxx onsuzda o havaxsa cıxacaqda bu havaxa kimi gizdənəjəyki.” Nicat yazılan ***-***-**-** nömrəli profilə daxil olduqda 27 fevral 2021-ci il saat 19:54-də Nicat adlı şəxsdən 6 saniyəlik səs yazısı gəlmişdir. Həmin səs yazısında “ nagarsan ay qa, nə var nə yox. Nə söhbətdi ay yetim deyir. Nə oluv ay qa” səli mesaj gəlmişdir. X29 tərəfindən saat 19:55də 6 saniyəlik səs yazısı göndərilmişdir. Həmin səs yazısında “nə söhbətiki qadan alım. Noluf kim isə nə isə deyif” Nicat adlı şəxsədən saat 19:55-də “yox ayqa vuqarnan nese sopetin olub?” mesaj gəlmişdir. X29 tərəfindən saat 19:57-də “He ayqa gelmir soypete” mesaj göndərrilmişdir. Nicat adlı şəxsədən saat19:57-də “Onda qo sikdirsin. Uwaq var o dedi beyaq. Ona gore sorucdum”. X29 tərəfindən saat 19:58-də 5 saniyəlik səs yazısı göndərilmişdir. Həmin səs yazısınada “Kim idiki ayqa usax kim danışırıdkı” . Nicat adlı şəxsədən saat19:59-da 12 saniyəlik səs yazısı gəlmişdir. Həmin səs yazısında “ƏƏ adam var ay yetim o dedi. Deyir nəvilim dünən aşağıda nağarıfısnız nağarıfısınız başım çıxmır. Mənən soruşdu dedim ay qa bilmirəm. Dedim Elşənən soruşaram görüm nə oluf heş xəvərim yoxdur.” X29 tərəfindən saat 19:59-da 23 saniyəlik səs yazısı göndərəilmişdir. Həmin səs yazısında “Ee sen öl söhbətə çağırıram gəlmirəə. Onun bığına tüpürüm. Deyirəm gəl dana gəl söhbət eleəmək istəmisən gəl səsnsən tək çıxıram. Problem yoxdur. Gəlmir axşamnan frıyır. Büyündə zəy vurmamışam. Dedim indi yaxşı qavaxlaşarıx. Amma belə qavaxlaşsax sənin üçün pis olacaq.” Nicat adlı şəxsədən saat20:01 də “Onda bawnı burax qaqa” mesaj gəlmişdir. X29 tərəfindən saat 20:01 də 17 saniyəlik saat 20:02 də isə 6 saniyəlik səs yazıları göndərilmişdir. Həmin səs yazılarında “Ayqa mən söpətimdə düzəmee o səhvdi deye qaçıb gizlənir. Ona görə çıxmır. Mən söpətimdə düzəm. Mən onun başını buraxsam o elə biləjəy mən onan qorxmuşam yanı nə səhv başa düşsən o kim di ki. Həqqi sən canı kim dedi ki, Eşqinn şeyin oğlu Şəmistanın qardaşı oğlu.” Nicat adlı şəxsədən saat 20:02 də “Yox senol qaqa” saat 20:03 də “Deyərəm. Sopet elyeriy. Ele sefdi diye qacırdana” mesaj gəlmişdir. X29 tərəfindən saat 20:03 də “ He ayqa soypet eliyeriy” mesaj göndərilmişdir. Nicat adlı şəxsədən saat 20:03 də “ Nə vaxtsa qabaxlaşanda soznu deyersen bele hec axtarma”mesaj gəlmişdir. Mustafa adlı ***-***-**-** nömrəli profilə daxil olduqda 8 fevral 2021-ci il saat 21:36 da X29 tərəfindən həmin profilə “oldu” mesaj göndərilmişdir. Mustafa adlı şəxsdən saat 19:21 və 19:22 də “ Qaqa nagarisan. Ne var nə yox. İmkan olsa goruse bilerik? Ozun bildin da” mesaj gəlmişdir. X30 tərəfindən saat 21:18 də “ sagol ayqa qarajin qabağındayam” mesaj göndərmişdir. Feqan adlı ***-***-**-** nömrəsi olan profilə daxil odluqda 8 fevral 2021-ci il tarixdə saat 17:08 də həmin profildən “ Ay qa bir usaq var sey goturmək isdiyir elin girir seyə “mesaj gəlmişdir. X29 tərəfindən saat 17:09 da 20 saniyəlik səs yazısı göndərilmişdir. Həmin səs yazısında “Qaqa nağarsan neyniysən. Ayqa vallah əlim girən yer yoxdu. Elə məndə belə düşəndə Əlisqa gəlir. Belə dana özümüz öz aramızda 5-5, 3-3 atışırıq. Olanan olandıda. Bidənə Elçiən zadnan görüşəndə eliyəndə bax belə”. Fəqan adlı şəxsdən saat 17:14 də 14 saniyəlik və 2 saniyəlik səs yaazısı gəlmişdir. Həmin səs yazılarında “ Sənin qadanalaram ay elşən. Şükür salamatçlıq. Sən nagarsan isdər güjdər gedirmi ayqa. Elə belə soruşdum görüm şey kanadın varmı ay qa. Çünki Samik bayaxları zəng elədi ki lazımdı. Dedim qoy bidənə maraxlanım görüm tapa billəmi. Kin nömrəsini bilsənmi ayqa?” X29 tərəfindən saat 17:14 də 6 saniyəlik səs yazısı göndərilmişdir. Həmin səs yazısnda “Ayqa səsin yarımçıx düşdü adını biləmədim bidənə təzdən deyərsən.” Fəqan adlı şəxsdən saat 17:17 də “Zobik ay qa” mesajı gəlmişdir. X29 tərəfindən saat 17:17 də “Yox ayqa” mesaj göndərilmişdir. Fəqan adlı şəxsdən saat 17:19 da “liu qadan alim giruseruk insallag G H “mesaj gəlmişdir.Elçin Got adlı ***-***-**-** nömrəsiolan profilə daxil olduqda 29 yanvar 2021-ciil saat 11:20 də X29 tərəfindən “Teləlefonu aç yerini denən gəlim ora” mesajı göndərilmişdir. X30 tərəfindən saat 12:25 də 20 saniyəlik səs yazısı göndərilmişdir. Həmin səs yazısında “ Elçin sən özünü qəhbəliyə qoyusan, cırıxlığa Amma sən var sən. Səni büyün cırajam da. Mənnən görüşmüyən oğlanın bığını sikim. Vest sərkar siksin mənən görüməyən oğlanı bax büyünəri. Yerini denən telefonu aç orda görüşək, gör sənin götünü cırıram cırmıram.” Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 21 aprel 2021cu il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, mərhum X5 istifadəsində olmuş ***-******* mobil nömrəsindən istintaqa aidiyyəti olmayan bir sıra mobil nömrələrlə danışıqların aparması müəyyən edilmişdir. E.Məmmədovun istifadəsində olmuş ***-******* mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-******* mobil nömrəsi ilə aparılan danışıqlar əsasən 26.02.2021-ci il tarixdə saat 17:30-dəqiqədə 412 saniyə, 17:39dəqiqədə 146 saniyə, 17:42-dəqiqədə 57 saniyə, 17:43-dəqiqədə 75 saniyə, 18:47dəqiqədə 55 saniyə, 20:42-dəqiqədə 34 saniyə, 23:05-dəqiqədə 103 saniyə, 23:06dəqiqədə 102 saniyə, 23:10-dəqiqədə 33 saniyə danışıqlar aparılmışdır. Sonrakı günlərdə qeyd olunan nömərələrdən daxil olan və çıxan zənglər qeydə alınmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 22 may 2021-ci il tarixli “maddi sübutların tanınması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət hadisəsində bir alət kimi istifadə etdiyi bir ədəd soyuq silah hesab edilən ov bıçağı, meyitin müayinəsi zamanı götürülmüş bir üt qara rəngli corab, göy rəngli cins şalvar, qara rəngli qolsuz gödəkcə, qara rəngli qollu gödəkcə, boz rəngli mayka, qara rəngli trusik cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Samux rayon İcra Başçısının Sərkar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 03 mart 2021-ci il tarixli, 202 nömrəli arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvəri arvadı X13, qızı X10 və oğlu X8 ilə birlikdə Samux rayonu, Sərkar kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladı var. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 01 mart 2021-ci il tarixli “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması” protokolundan və 03 mart 2021-c1 il tarixli Samux rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs 01 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 20 mart 2021-ci tarixli tələbnamədən, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 28 sentyabr 2007-ci il tarixli hökmünün və Bakı Apellyasiya Məhkəməsinin 20.08.2008-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı ACDİÜ Azərbaycan Respublikası Məhkəməsinin 28.09.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 20.08.2008-ci il tarixli qərarı hökm dəyişdirilmiş, əməli Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinə tövsif edilərək 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhər Nizami rayon Məhkəməsinin 02.12.2011-ci il tarixli qərarına əsasən cəzanın çəkilməmiş 01 il 5 ay 16 günündən vaxtından əvvəl şərti azad olunmuşdur. Həmçinin tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Moskva şəhər Şerbinsk rayon məhkəməsinin 24.12.2015-ci il tarixli hökmü ilə Rusiya Federasiyası CM-nin 162-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək 02 il 6 ay azadlıqdan məhrum edilmişdir. 26.07.2017-ci ildə cəzasının sonu ilə azadığa buraxılmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Onun yuxarıda qeyd edilən məhkəmə qərarı üzrə olan məhkumluğu ödənildiyindən Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə müvafiq olaraq hazırda barəsində məhkumluqla bağlı heç bir hüquqi nəticə yaratmır. Məhkəmə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham üzrə sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddələrinin tələblərini rəhbər tutmaqla bir-biri ilə və ayrı-ayrılıqda, məcmu halda müqayisəli şəkildə araşdıraraq məhkəmədə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələrini, məhkəmə istintaqı zamanı tədqiq olumuş istintaq hərəkətlərinin protokollarını, eləcə də məhkəmə ekspertiza rəylərini, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirməklə həmin ifadələri, istintaq hərəkətlərinin protokollarını və ekspertiza rəylərini təqsirləndirilən şəxsin əməlinin cinayət tərkibini yaratması, cinayətin törədilməsində iştirakını, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini müəyyən edən sübut növləri kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs Elşən Məmmədovu öldürmək niyyətinin olmamasına dair məhkəmə istintaqında verdiyi ifadəsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, iş üzrə şahidlərin ifadələri, məhkəmə ekspertizasının rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə digər şübhə doğurmayan sübutlarla ziddiyyət təşkil etdiyi qənaətinə gələrək həmin ifadəni həqiqətə uyğun gəlməyən, təqsirləndirilən şəxs tərəfindən öz hüququndan istifadə edərək cinayət məsuliyyətini yüngülləşdirmək məqsədi ilə verilmiş ifadələr kimi qiymətləndirir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin hüquqi varisi və şahidləri dinləyərək, iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olması qənaətinə gəlir. «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 №-li qərarında göstərilmişdir ki, qəsdən adam öldürmə cinayətlərinin ictimai-təhlükəlilik dərəcəsi nəzərə alınaraq məhkəmələrin diqqəti törədilmiş cinayət hadisəsinin hərtərəfli, tam və obyektiv araşdırılması zəruriliyinə cəlb edilsin. Bu zaman işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar, yəni təqsirin xarakteri, dərəcəsi, təqsirləndirilən və zərərçəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri, cinayətin məqsədi, motivi, törədilmə üsulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmalıdır. Həmin qərarda həmçinin göstərilmişdir ki, təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı (9 ədəd), xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin tövsifi məsələsini müzakirə edərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı tövsiyələrini işin faktiki halları ilə, yəni Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə yetirdiyi bədən xəsarətinin xarakterini və həyat üçün mühüm orqana xəsarət yetirilməsi ilə lokalizasiyasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasındakı qarşılıqlı münasibətləri, sonuncular arasında hadisə baş verməmişdən əvvəl mübahisə predmetinin mövcudluğunu iş materiallarında olan obyektiv sübutların məcmusu ilə qarşılıqlı şəkildə tədqiq və təhlil edərək hesab edir ki, onun yuxarıda qeyd olunan törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 120.1 və 228.4-cü maddələri ilə tövsif edilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 01 mart 2021-ci il tarixli “şəxsin könüllü gəlməsi barədə” protokoldan və məhkəmə iclasında şahid qismində dindirilmiş şahid X14 ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs 01 mart 2021-ci il tarixdə Samux RPŞ-nə könüllü gələrək 01 mart 2021-ci il tarixdə Samux rayonu, Sərkar kəndində X7 üzərində gəzdirdiyi bıçaqla vurub öldürdüyünü səmimi etiraf etmiş və hadisənin predmeti olan bir ədəd bıçağı təqdim etmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında qeyd edilmişdir ki, könüllü gəlib təqsirini boynuna alma heç bir məcburiyyət olmadan təqsirkar şəxsin könüllü olaraq öz-özünü istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına təqdim etməsini, törədilmiş və ya hazırlanan cinayət və ya həmin cinayətdə iştirak etməsi barədə bu orqanlara dürüst məlumat verməsini ehtiva edir. Həmçinin qeyd edilir ki, könüllü gəlib təqsirini boynuna alma şəxsin istintaq, təhqiqat və ya digər dövlət orqanına müəyyən təsir və təzyiq tədbirlərinin nəticəsində deyil, könüllü gəlməsindən və törədilmiş və ya hazırlanan cinayət, yaxud da onda iştirakı barədə düzgün məlumat verməsindən ibarət olmalıdır. Bu mənada nəzərə almaq lazımdır ki, müəyyən təsir və təzyiq nəticəsində şəxsin öz təqsirini boynuna alması və şübhəli şəxs kimi saxlandığı zaman cinayət hadisəsini törətməkdə iştirak etməsini etiraf etməsi halları könüllü gəlib təqsirini boynuna alma kimi qiymətləndirilə bilməz. Hər bir halda “könüllülük” məsələsi ciddi araşdırılmalı və könüllü gəlib təqsirini boynuna alma halının mövcud olub-olmaması məsələsinə baxarkən məhkəmələr təqsirkarın bu barədə istintaq və ya təhqiqat orqanına ərizə və ya hər hansı formada məlumat verməsinin könüllü olduğunu yoxlamalıdırlar. Hüquq-mühafizə orqanlarına törədilmiş cinayət və onu törədən şəxsin məlum olması, lakin onun tapılması üçün əməliyyat-axtarış tədbirlərinin heç bir nəticə vermədiyi halda şəxsin könüllü gəlib təqsirini boynuna alması şəxsin könüllü gəlib təqsirini boynuna alması kimi qiymətləndirilməsini mümkün edir. Konstitusiya Məhkəməsinin Plenumu qərarından açıq-aşkar cinayət törətdikdən dərhal sonra şəxsin hüquq mühafizə orqanlarına və ya digər dövlət orqanına könüllü gəlib təqsirini boynuna almasını (bu zaman cinayətin şahidləri olmuş şəxslərin təqsirkarın hüquq mühafizə orqanlarına gedib çatanadək onun barəsində xəbər vermələri, habelə xəsarət alaraq tibb müəssisəsinə yerləşdirilmiş zərər çəkmiş şəxs haqqında və ya onun sözlərindən cinayətin halları barədə həmin müəssisədən hüquq-mühafizə orqanlarına məlumat verilməsi qeyd olunan nəticəyə gəlməyə mane olmamalıdır) şəxsin könüllü gəlib təqsirini boynuna alması kimi qiymətləndirilməsini mümkün hesab edir. Məhkəmə yuxarıda qeyd edilən plenum qərarında nəzərdə tutulmuş müddəaları rəhbər tutaraq cinayət işinin mövcud olan və məhkəmə istintaqı zamanı araşdırılmış 01 mart 2021-ci il tarixli “şəxsin könüllü gəlməsi barədə” protokoluna, təqsirləndirilən şəxs və iş üzrə şahid Elşad Kərimovun həmin xüsusatla bağlı ifadələrində qeyd etdiklərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs hər hansı bir əməliyyat-axtarış tədbirləri nəticəsində və ya təsir və təzyiq tədbirlərinin nəticəsində deyil, öz istəyi ilə polis şöbəsinə gəlmiş, etdiyi cinayət əməlini etiraf edərək, özünü və hadisə zamanı istifadə etdiyi bıçağı könüllü olaraq təqdim etmişdir. Odur ki, təqsirləndirilən şəxsin həmin əməli könüllü gələrək təqsirini boynuna alma kimi qiymətləndirilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində iki azyaşlı uşağın olmasını, CM-nin 59.1.10-cu maddəsinə əsasən könüllü gəlib təqsirini boynuna almasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10-ci maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsini tətbiq etməklə cəza təyin olunmasını mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyasında 9 ildən 14 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, həmin məcəllənin 228.4-ci maddəsində isə üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması cəmiyyətdən təcrid olunması yolu ilə mümkündür və yalnız bu yolla cəzanın məqsədinə nail olmaq olar. Azərbaycan Respublikası CM-nin 8, 9 və 58-ci maddələrinin tələblərini rəhbər tutaraq və işin yuxarıda şərh edilərək sadalanan hallarına məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1 və 228.4-ci maddələrinin sanksiyası həddində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq mümkündür. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ilk dəfə xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CPM-nın 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən ibtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 01 mart 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınaraq Samux rayon prokurorluğunun dəxtərxanasında saxlanılan “Samsung” markalı mobil telefon aparatı hökm qanuni qüvvəyə mindikdən sonra mərhum X5 yaxın qohumuna qaytarılmalı, bir cüt qara rəngli corab, göy rəngli cins şalvar, qara rəngli qolsuz gödəkcə, qara rəngli qollu gödəkcə, boz rəngli mayka, qara rəngli alt tumanı və 1 ədəd soyuq silah olan ov bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olan 63 (altmış üç) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Bundan başqa iş materiallarına əlavə edilmiş hesabat arayışlarından görünür ki, Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə prosesində dövlət hesabına dəvət edilmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 40 saat iştirak etməklə müdafiə etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 31 nömrəli qərara və həmin qərara dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin 02 may 2018-ci il tarixli, 202 №-li qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə prosesi zamanı müdafiə etməyə görə müdafiəçinin xidmət haqqı dövlət hesabına təmin edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 228.4ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-ci maddəsi ilə 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 10 (on) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan – 01 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınaraq Samux rayon Prokurorluğunun dəxtərxanasında saxlanılan “Samsung” markalı mobil telefon aparatı hökm qanuni qüvvəyə mindikdən sonra mərhum X5 yaxın qohumuna qaytarılsın, bir cüt qara rəngli corab, göy rəngli cins şalvar, qara rəngli qolsuz gödəkcə, qara rəngli qollu gödəkcə, boz rəngli mayka, qara rəngli alt tumanı və 1 ədəd soyuq silah olan ov bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 63 (altmış üç) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Təqsirləndirilən şəxs dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və (və ya) şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar