Məhkəmə qərarları › İş №1(100)-68/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-68/2023

13.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-68/2023 13.09.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, X10, X17, X14, X2 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X18, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçilər - Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, X3, Goranboy rayon Vəkil Bürosunun vəkili – Müdafiəçi3, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxxxxx 1989-cu il tarixdə Goranboy şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, məhkumluğu olmayan, Goranboy şəhəri, Nizami küçəsi ev 45-də qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.1 və 310-cu maddələri ilə, xx xxxxxx 1994-cü ildə Goranboy şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, 23 nömrəli "xxxx" MMC-də sürücü işləmiş, evli, məhkumluğu olmayan, Goranboy şəhəri, Nizami küçəsi ev 30-da qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.1 və 310-cu maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəy Təqsirləndirilən şəxs1 özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını tələb etməklə fiziki şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmişdir. Belə ki, o, özgənin əmlakını hədə-qorxu ilə tələb etmə yolu ilə əldə etmək məqsədilə qonşusu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, ünvan 1 ünvanında yaşayan qonşusu Şahid1 dayısı oğlu Zərərçəkmiş şəxs ilə gecələr gizli olaraq öz evində görüşüb intim münasibətdə olmasını əvvəlcədən bilərək, sonuncunu izləyib 2021-ci ilin oktyabr ayının 18-dən 19-na keçən gecə saat 23-24 radələrində Zərərçəkmiş şəxs Şahid1 evinə gedərək sonuncu ilə intim münasibətdə olduqdan sonra həmin gecə saat 04 radələrində evdən çıxıb Goranboy şəhəri Nizami küçəsi ilə piyada hərəkətdə olduğu zaman əvvəlcədən özünün idarə etdiyi VAZ-2107 markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobildə əyləşərək qaranlıqda gizləndikləri yerdən avtomobili işə salıb hərəkət etdirərək Zərərçəkmiş şəxs yanına sürüb saxladıqdan sonra Təqsirləndirilən şəxs2la birlikdə avtomobildən düşüb əvvəllər Azərbaycan Respublikası Daxili işlər orqanlarında işlədiyi üçün polis əməkdaşlarının özlərini təqdim etmələrinə dair müəyyən olunmuş qaydaları bildiyindən həmin qaydalara riayət etməklə özbaşına vəzifəli şəxsin səlahiyyətlərini mənimsəyərək özlərini vəzifəli şəxs, yəni Goranboy rayon polis şöbəsinin polis nəfərləri kimi təqdim edib Zərərçəkmiş şəxs haradan gəlməsi barədə sorğu-sual etdikdən sonra sonuncunu Goranboy rayon polis şöbəsinə aparmaq adı ilə avtomobilə mindirib hərəkət etdikləri zaman guya polis əməkdaşları olduqları üçün Zərərçəkmiş şəxs barəsində bütün şəxsi məlumatları, o cümlədən Şahid1 ilə intim münasibətləri, onların uşaqlıqda bir-birini sevmələri, hətta həmin yerə gəldiyi avtomobilin markası, dövlət qeydiyyat nişanı və avtomobili saxladığı yer barədə məlumatlı olduqlarını bildirməklə qeyd edilən məlumatları Şahid1 əri Şahid4 çatdıracaqları və digər qohumlarına yayacaqlarını deyərək Zərərçəkmiş şəxs qorxutmuş, həmin vaxt Təqsirləndirilən şəxs2 təklifi ilə Zərərçəkmiş şəxsla Şahid1 intim münasibətlərinin gizli saxlanılması üçün sövdələşmək məqsədilə avtomobili Goranboy şəhəri Heydər Əliyev adına parkın qarşısında saxlamış, orada Təqsirləndirilən şəxs2la birlikdə Zərərçəkmiş şəxs Şahid1 ilə gizli intim münasibətləri haqqında rüsvayedici məlumatları yayma hədəsi ilə hədələyərək 5000 manat pul verməsini tələb etmiş, Zərərçəkmiş şəxs üzərində həmin məbləğdə pul olmadığını bildirib kredit kartından 2000 manat çıxarıb onlara verə biləcəyini dedikdən sonra bu təkliflə razılaşıb Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 müşayiəti ilə Goranboy şəhəri H.Əliyev prospekti 9 ünvanında yerləşən “Kapital Bank”ın Goranboy rayon filialının qarşısına göndərib orada quraşdırılmış bankomatdan Zərərçəkmiş şəxs “4169 **** **** 6279” nömrəli kredit kartından 19 oktyabr 2021-ci il tarixdə saat 04:35 və 04:36 dəqiqədə hər dəfə 1000 manat olmaqla çıxardığı cəmi 2000 manat pulu əldə etməklə Zərərçəkmiş şəxs qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törədərək sonuncunun 2000 manat pulunu hədə-qorxu ilə tələb edərək ələ keçirmişdir. Təqsirləndirilən şəxs2 özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını tələb etməklə fiziki şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmişdir. Belə ki, o, özgənin əmlakını hədə-qorxu ilə tələb etmə yolu ilə əldə etmək məqsədilə qonşusu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, ünvan 1 ünvanında yaşayan qohumu və qonşusu olan Şahid1 dayısı oğlu Zərərçəkmiş şəxs ilə gecələr gizli olaraq öz evində görüşüb intim münasibətdə olmasını əvvəlcədən bilərək, sonuncunu izləyib 2021-ci ilin oktyabr ayının 18-dən 19-na keçən gecə saat 23-24 radələrində Zərərçəkmiş şəxs Şahid1 evinə gedərək sonuncu ilə intim münasibətdə olduqdan sonra həmin gecə saat 04 radələrində evdən çıxıb Goranboy şəhəri Nizami küçəsi ilə piyada hərəkətdə olduğu zaman əvvəlcədən Təqsirləndirilən şəxs1 idarə etdiyi VAZ-2107 markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobildə əyləşərək qaranlıqda gizləndikləri yerdən sonuncu avtomobili işə salıb hərəkət etdirərək Zərərçəkmiş şəxs yanına sürüb saxladıqdan sonra Təqsirləndirilən şəxs1lə birlikdə avtomobildən düşüb özbaşına vəzifəli şəxsin səlahiyyətlərini mənimsəyərək özlərini vəzifəli şəxs, yəni Goranboy rayon polis şöbəsinin polis nəfərləri kimi təqdim edib Zərərçəkmiş şəxs haradan gəlməsi barədə sorğu-sual etdikdən sonra sonuncunu Goranboy rayon polis şöbəsinə aparmaq adı ilə avtomobilə mindirib hərəkət etdikləri zaman guya polis əməkdaşları olduqları üçün Zərərçəkmiş şəxs barəsində bütün şəxsi məlumatları, o cümlədən Şahid1 ilə intim münasibətləri, onların uşaqlıqda bir-birini sevmələri, hətta həmin yerə gəldiyi avtomobilin markası, dövlət qeydiyyat nişanı və avtomobili saxladığı yer barədə məlumatlı olduqlarını bildirməklə qeyd edilən məlumatları Şahid1 əri Şahid4 çatdıracaqları və digər qohumlarına yayacaqlarını deyərək Zərərçəkmiş şəxs qorxutmuş, həmin vaxt onun təklifi ilə Zərərçəkmiş şəxsla Şahid1 intim münasibətlərinin gizli saxlanılması üçün sövdələşmək məqsədilə Təqsirləndirilən şəxs1 avtomobili Goranboy şəhəri Heydər Əliyev adına parkın qarşısında saxlamış, orada sonuncu ilə birlikdə Zərərçəkmiş şəxs Şahid1 ilə gizli intim münasibətləri haqqında rüsvayedici məlumatları yayma hədəsi ilə hədələyərək 5000 manat pul verməsini tələb etmiş, Zərərçəkmiş şəxs üzərində həmin məbləğdə pul olmadığını bildirib kredit kartından 2000 manat çıxarıb onlara verə biləcəyini dedikdən sonra bu təkliflə razılaşıb Zərərçəkmiş şəxsla birlikdə Goranboy şəhəri H.Əliyev prospekti 9 ünvanında yerləşən “Kapital Bank”ın Goranboy rayon filialının qarşısına gedib orada quraşdırılmış bankomatdan Zərərçəkmiş şəxs “4169 **** **** 6279” nömrəli kredit kartından 19 oktyabr 2021-ci il tarixdə saat 04:35 və 04:36 dəqiqədə hər dəfə 1000 manat olmaqla çıxardığı cəmi 2000 manat pulu əldə etməklə Zərərçəkmiş şəxs qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törədərək sonuncunun 2000 manat pulunu hədə-qorxu ilə tələb edərək ələ keçirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikasının CM-nin 182.2.1 və 310-cu maddələri ilə elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Şahid1 2012-ci ildən tanımışdır. Şahid1 qonşusu Şahid4 arvadı olmuşdur. Nə Şahid4la, nə də Şahid1 ilə qohumluğu olmamışdır. 2012-ci ildə Şahid1 ilə onun arasında münasibət yaranmış, həmin ildən 2021-ci ilin oktyabr ayınadək onların arasında sevgi münasibəti davam etmiş, fürsət düşən kimi o, Ulduzun evinə gedib onunla görüşüb cinsi əlaqədə olmuşdur. Ulduzun əri Şahid4 “Kamaz” sürücüsü olduğu üçün hərdən bir gecələr evdə olmadığı vaxt Ulduz onu evinə çağırmış, o da Ulduzun evinə gedib onunla cinsi əlaqədə olmuşdur. 2021-ci ilin noyabr ayında, gecə saat 24 radələrində qonşusu Təqsirləndirilən şəxs2la birlikdə öz fermasına getmişdir. O, fermaya özünə məxsus «VAZ-2107» markalı **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobillə getmiş, gecə saat 04 radələrinədək fermada olmuş, heyvan doğduqdan sonra saat 04 radələrində Orxanla birlikdə evlərinə qayıtmışdır. Evlərinə gələrkən küçələrinində adının Zərərçəkmiş şəxs olduğunu bildiyi bir oğlanın küçə ilə gəldiyini görmüş, avtomobilini Təbiyətin yanında saxlayıb ondan haradan gəldiyini soruşmuş, Təbiyət Elsevərin qohumu olduğunu, Elsevərgilin evindən gəldiyini demişdir.Həmin vaxt Təqsirləndirilən şəxs2 Təbiyətə özünün Elsevərin qohumu olduğunu, onu tanımadığını bildirmişdir. Bu vaxt Şahid1 öz evinin pəncərəsindən onları görüb Təbiyətin telefonuna zəng etmiş, o,Təbiyətin əlindən telefonu alıb cavab vermiş, Şahid1 Təbiyəti nəzərdə tutub “o, mənim yanımdan çıxıb, burax getsin” demiş, o, da Ulduza “qəhbə” dedikdə, Ulduz ona “mal mənimdir yaxşı eliyirəm, burax onu getsin” demiş,dir. O, Təbiyətdən haraya getdiyini soruşmuş, Təbiyət avtomobili Heydər Əliyev adına parkın yaxınlığında saxladığını, avtomobili saxladığı yerə getdiyini demiş, o da Təbiyətin düz deyib-demədiyini yoxlamaq üçün onu öz avtomobilinə əyləşdirmiş və Orxanla birlikdə X19 adına parka aparmışdır. O,həmi vaxt Təbiyətin “Lada” markalı avtomobilini parkın qarşısında saxladığını görmüşdür. X20 Ulduzla qohum ola-ola onunla gizli görüşməyinə görə utanıb-utanmadığını soruşmuş, Təbiyət Ulduzla uşaqlıqdan bir-birini sevdiyini, ona görə Ulduzla görüşdüyünü demişdir. Təbiyəti parkın qarşısında düşürtdükdən sonra onunla söhbət etmmiş, Təbiyətə Ulduzla özünün arasında 10 ildən artıqdır ki, münasibət olduğunu, Ulduzla evində görüşüb cinsi əlaqədə olduğunu demişdir. Təbiyət ona son iki il yarımda Ulduzla əlaqəsi olduğunu etiraf etmişdir. Təbiyətin bu sözündən Ulduzun onunla əlaqəsi ola-ola Təbiyətlə görüşməklə, həm onu, həm də Təbiyəti aldatdığını başa düşmüşdür. O, Təbiyətə Ulduzun evinə gedib Ulduzdan telefonunu alıb gətirməyi demiş, Təbiyət öz avtomobili ilə Ulduzun evinə getmiş, Ulduzdan telefonunu alaraq gətirib ona vermiş və onlardan ayrılıb poliqona getmişdir. O da Orxanla birlikdə öz evlərinə qayıtmışdır. Ertəsi gün Ulduz onun telefonuna zəng vurmuş o, Ulduza pozğun olduğunu deyib dalaşmış, Ulduzun telefonunu bloka salmış və bir həftə Ulduzla əlaqə saxlamamışdır. Bir həftədən sonra Ulduz oğlunun telefonu ilə ona zəng edib “bu nə oğraşlıqdır ki, edirsən” demiş, Ulduzdan nə baş verdiyini soruşmuş, Ulduz Orxanın pul istədiyini demişdir. O, Ulduzun sözünə inanmayıb Orxana zəng vurmuş və Ulduzdan pul istəyib-istəmədiyini soruşmuş, Orxan Ulduzdan pul istəmədiyini demişdir.O, Təbiyətdən borc istəmək üçün Təbiyətin telefon nömrəsini Ulduzdan istədiyini demiş, o, Orxana heç kimdən pul istəməməyi, bu işin problemlə nəticələnə biləcəyini demiş, Orxan ona bir daha Ulduzdan yaxud Təbiyətdən pul istəməyəcəyinə söz vermişdir . Orxanla danışandan sonra Ulduz ona zəng edib evinə dəvət etmiş, həmin gün gecə Ulduzun evinə gedib onunla cinsi əlaqədə olmuş, cinsi əlaqədən sonra Ulduz ona guya Orxanla onun Təbiyətdən 2000 manat pul aldığını demişdir. O, Təbiyətdən pul almadıqlarını demiş, Ulduz onun yanında Təbiyətə “Vatsap”da yazıb Orxanla onun Təbiyətdən pul alıb-almadıqlarını soruşmuş, Təbiyət Ulduza yazdığı cavabda guya Orxanla onun Təbiyətdən pul aldıqlarını yazmışdır. Ertəsi gün o, Orxanla görüşüb onların Təbiyətdən pul almaları barədə Təbiyətin oradaburada danışdığını demiş, Orxanın telefonu səsyazan olduğundan Orxan Təbiyətə zəng edib ondan pul alıb-almadıqlarını soruşmuş, Təbiyət Ulduzun onu bezdirdiyini, ona görə ondan pul aldıqlarını dediyini bildirmişdir.Daha sonra o, öz telefonu ilə Təbiyətə zəng etmiş, həmin vaxt ikinci telefonu ilə Ulduza zəng edib Təbiyətin səsini Ulduza eşitdirmiş, Ulduz eşidə-eşidə Təbiyətdən ondan pul alıb-almadıqlarını soruşmuş, Təbiyət ondan pul aldıqlarını dedikdə o, əsəbləşib Təbiyətə var-yox söyüşü söymüş, söyüş söyərkən Təbiyət sakit durmuş, bu söhbətin böyüyüb problemə çevriləcəyini hiss etdiyindən Təbiyətə kartının şəklini onun telefonuna göndərməyi, kartına 2000 manat pul göndərəcəyini, bir daha pul barədə danışmamağı demişdir. Təbiyət razılaşıb kartının şəklini onun telefonuna göndərmiş, o, Təbiyətə 2000 manat göndərəcəyini Ulduza bildirdikdə, Ulduz ona hər ay ona 200 manat qaytaracağına söz vermişdir .Növbəti gün o, Təbiyətin kartına 2000 manat göndərmiş, qəbzin şəklini çəkib Ulduza göndərmiş və Təbiyətlə əlaqəsi tammailə kəsilmişdir. Onun Ulduza yazdığı mesaj Elsevər tərəfindən tutulduqdan sonra Ulduzla Təbiyətin, onun arasında baş vermiş hadisələrin üstü açılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikasının CM-nin 182.2.1 və 310-cu maddələri ilə elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Şahid1 təxminən 15 ildir ki, tanımışdır. Ulduzun qayınatası Vüqar Sadıqov onun atasının bibisi oğludur, həm də onlar Vüqar Sadıqovla qonşudurlar. Vüqar Sadıqov onun oğlu Elsevər və gəlini Ulduzla qohum kimi münasibəti yaxşı olmuş, aralarında bu məsələyə qədər narazılıq olmamışdır. Ulduzun əxlaqsızlıqla məşğul olduğunu 2021-ci ilin oktyabr ayında onun dayısı oğlu Təbiyəti küçələrində görənədək bilməmişdir. 2021-ci il oktyabr ayının ortalarında, gecə saat 23-24 radələrində qonşusu Təqsirləndirilən şəxs1lə birlikdə fermaya getmiş, həmin gecə İlkinin fermasında heyvan doğmalı olduğundan, gecə saat 04-05 radələrində heyvan doğduqdan sonra İlkinlə birlikdə evlərinə qayıdarkən küçədə bir nəfər cavan oğlanın Ulduzgilin evi tərəfdən gəldiyini görmüşlər. İlkin idarə etdiyi avtomobili həmin oğlanın yanında saxlamış, o və İlkin avtomobildən düşüb küçə ilə gedən oğlandan haradan gəldiyini soruşmuşlar. Sonradan adının Təbiyət olduğunu bildiyi həmin şəxs İlkinə Ulduzun qohumu olduğunu və Ulduzun evindən gəldiyini demişdir. O, Təbiyətə özünün də Ulduzun qohumu olduğunu, lakin onu tanımadığını demiş, Təbiyət Ulduzun dayısı oğlu olduğunu, Ulduzla əlaqəsi olduğunu bildirmişdir. İlkin və o, Təbiyətə “utanmırsan Ulduz qohumun olaola onunla əlaqən var, Elsevərlə çörək kəsmisən, ancaq Elsevərə xəyanət edirsən, onun arvadı ilə görüşürsən” deyib iradlarını bildirmişlər. Təbiyət uşaqlıqdan Ulduzla bir-birini sevdiklərini, ona görə Ulduzla əlaqəsi olduğunu demişdir. X11 evindən çıxıb haraya getdiyini soruşmuş, Təbiyət maşınını Heydər Əliyev adına parkın yanında saxladığını, parka tərəf getdiyini bildirib İlkindən onu parka aparmasını xahiş etmişdir. Onlar Təbiyəti parka gətirmiş, yolda Təbiyətin telefonuna zəng gəlmiş, İlkin Təbiyətdən telefonu alıb zəng edənin Ulduz olduğunu görmüş, zəngə cavab verərək Ulduzla bir-birini söymüşlər. Onlar Təbiyəti parkda düşürdükdən sonra onunla söhbət edib bir daha onların küçəsinə gəlməməyi və Ulduzla görüşməməyi salmışlar .Təbiyət hətta onlara pul təklif edib Ulduzla onun münasibətini heç kimə bildirməməyi xahiş etmiş, onlar Təbiyətə əgər bir daha onların yaşadığı küçəyə gəlsə, onlar Təbiyətin Ulduzla münasibətini Ulduzun ərinə, qayınatasına deyəcəklərini bildirmişlər. Daha sonra X21 evinə göndərib Ulduzun telefonunu gətirtmiş, Təbiyəti yola saldıqdan sonra İlkin öz evinə, o da öz evinə getmişdir. Öz evinə saat 05 radələrində çatmış, atası ondan evə gec gəlməyinin səbəbini soruşmuş, o, atasına İlkinin fermasında heyvan gec doğduğu üçün evə gec gəldiyini demişdir. Həmçini atasına qohumu Ulduzun dayısı oğlu ilə gecələr evində görüşdüyünü, evlərinə gələrkən Ulduzun evindən çıxan qohumunu küçədə tutduqlarını demişdir. Lakin Ulduzun evindən konkret olaraq kimin çıxdığını və həmin şəxslə aralarında baş vermiş söhbəti atasına ətraflı danışmamışdır. Təxminən bir həftə sonra ona pul lazım olmuş, Təbiyəti küçədə tutduqları gecə Təbiyətin onlara pul təklif etməsi yadına düşdüyündən Təbiyətdən borc pul istəmək qərarına gəlmişdir. O, öz telefonu ilə Ulduza “Vatsap”da mesaj yazıb ondan Təbiyətin telefon nömrəsini istəmiş, Ulduz ondan Təbiyətin telefon nömrəsini istəməyinin səbəbini soruşmuş, ona 1000 manat pul lazım olduğunu, Təbiyəti küçələrində tutan vaxt Təbiyətin ona pul təklif etdiyini, ona görə Təbiyətə zəng edib borca 1000 manat pul istəyəcəyini Ulduza bildirmiş, Ulduz isə ona guya o, İlkinlə birləşib onu şantaj etdiyi barədə cavab yazmışdır .O, Ulduza onu yaxud, Təbiyəti şantaj etsəydi, bir həftə əvvəl Təbiyəti küçələrində tutan vaxt şantaj edərdi deyə cavab yazmışdır. Ulduz Təbiyətin nömrəsini ona versə də, o, Təbiyətə zəng etməmişdir. Ertəsi gün Təbiyət ona zəng vurmuş Ulduzun ona zəng etdiyini, pul söhbəti etdiyini bildirmiş, o, Təbiyətə ona pul lazım olduğuna görə nömrəsini Ulduzdan istədiyini demişdir. Təbiyət avtomobilini kreditə götürdüyünü, ona verməyə pulu olmadığını bildirmiş, o da Təbiyətə “pulun yoxdur allah canını sağ eləsin” deyib sağollaşmışdır.O, həmin gündən sonra nə Təbiyətə, nə də Ulduza zəng vurmamışdır. X6 kartına 2000 manat pul köçürdüyünü eşitsə də, bunun səbəbini bilməmişdir. Həmin hadisədən təxminən iki ay sonra Ulduzun əri Elsevər Ulduzun telefonunda İlkinin müsajını oxuyub tutandan sonra Ulduzun həm Təbiyətlə, həm də İlkinlə münasibəti olduğunu bilmişdir. O,2021-ci il oktyabr ayının ortalarında İlkinlə birlikdə Təbiyəti küçələrində tutarkən nə özünün, nə də İlkinin Təbiyətə özlərini polis kimi təqdim etməmiş, Təbiyəti Şahid1 ilə münasibətinin olmasını Ulduzun qohumlarına bildirməklə qorxutmamış, Təbiyətdən pul istəməmiş və almamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şahid1 bibisi qızıdır. Uşaq olan vaxt Ulduzla bir-birini sevmiş, hərbi məktəbə qəbul olunduqdan sonra Bakıda hərbi məktəbdə oxumuş, ailəsi Ulduzu ərə verdiyindən 2016-cı ilədək Ulduzla əlaqəsi olmamışdır. 2016-cı ilin may ayında Yevlax rayonuna poliqona gəlmiş, həmin vaxt Goranboy rayonu Veyisli kəndində yaşayan bibisi Firəngizin evinə qonaq gedib Ulduzu orada görmüş, həmin vaxtdan Ulduzla onun arasında münasibət yenidən yaranmışdır. Ulduz ondan telefon nömrəsini alıb hərdən bir ona zəng vurmuş telefonla danışmışdır.2018-ci ilin avqust ayınadək Ulduzun ona zəng edib telefonla danışmasından ailəsinin xəbəri olmamışdır. 2018-ci ilin avqust ayında qızının ad günü ilə əlaqədar Ulduz ona mesaj yazmış, o, anasına Ulduzun ondan əl çəkmədiyini, tez-tez mesaj yazdığını demiş, hətta anasından bu barədə Ulduzun anasına məlumat verilməsi xahiş etmişdir.Lakin anası ona Ulduzun anası xəstədir, əgər onlar Ulduzun hərəkətləri barədə anasına nə isə desələr, Ulduzun anasının xəstəliyi şiddətlənər demişdir . Buna görə həmin vaxt onlar Ulduzun anasına heç nə deməmişlər. Bundan sonra Ulduz yenə də hərdən bir ona zəng etmiş və mesaj yazmışdır. Ulduzun onunla gizli telefon əlaqəsini Ulduzun ailəsindən heç kim bilməmişdir. Ulduzla telefon əlaqəsi olsa da, 2021-ci ilin avqust ayınadək Ulduzla cinsi əlaqədə olmamışdır. Ulduz onu sevdiyini bildirib lüt şəkillərini ona göndərmiş və onunla cinsi əlaqədə olmaq istədiyini bildirmişdir. 2021-ci ilin avqust ayında təlimlə əlaqədar Goranboy rayonuna poliqona gəlmişdir. Ulduzun əri Elsevər “Kamaz” sürücüsü olduğundan, Elsevər 2021-ci ilin avqust ayında evdə olmadığı vaxt Ulduz onu evinə dəvət etmişdir. Həmin ay, dəqiq hansı gün olduğu yadında qalmasa da, gecə saat 02-03 radələrində özünə məxsus “Lada Vesta” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Goranboy şəhərinə gəlib avtomobilini H.Əliyev adına parkda saxlayıb piyada Ulduzun evinə getmişdir. Ulduzun yatdığı otağın pəncərəsi küçəyə açıldığından küçədən Ulduzun otağına girib onunla cinsi əlaqədə olub, saat 04-05 radələrində Ulduzun evindən çıxıb getmişdir. 2021-ci ilin avqust ayından oktyabr ayınadək üç-dörd dəfə gecə vaxtı Ulduzun evinə gedib onunla görüşmüş və cinsi əlaqədə olmuşdur. Sonuncu dəfə Ulduzla 2021-ci il oktyabr ayının 18-dən 19-na keçən gecə görüşmüşdür. Həmin gecə özünə məxsus avtomobillə Goran qəsəbəsindən Goranboy şəhərinə gəlmiş, avtomobilini H.Əliyev adına parkda saxlayıb Ulduzun evinə getmiş, gecə Ulduzla cinsi əlaqədə olmuş və saat 04 radələrində Ulduzun evindən çıxıb küçə ilə parka tərəf gedəndə küçənin başlanğıcında onun qarşısını iki nəfər cavan oğlan kəsmişdir. Həmin cavan oğlanları o vaxtadək görməmiş və tanımamışdır. Sonradan bilmişdir ki, onun qarşısını kəsən oğlanlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 adlı şəxslərdir. İlkinlə Orxan zoğalı rəngdə “VAZ-2107” markalı avtomobillə onun qarşısını kəsmiş, özlərini polis əməkdaşı kimi təqdim etmiş və ondan gecə vaxtı küçədə gəzməyinin səbəbini soruşmuşlar. O, İlkinlə Orxana xidmət yerinə getdiyini bildirmiş, İlkin və Orxan onu avtomobilə əyləşdirib polis şöbəsinə aparacaqlarını bildirmiş, o, İlkinin idarə etdiyi avtomobilə əyləşmişdir.İlkin ondan telefonunu alıb avtomobili idarə edərək onu güddüklərini, Ulduzun evindən çıxdığını gördüklərini demişdir. Onlar avtomobillə H.Əliyev adına parkın yaxınlığından keçəndə Orxan İlkinə parkda dayanıb onunla söhbət etməyi təklif etmiş, İlkin Orxanın təklifindən sonra avtomobili parka sürüb saxlamış, onlar avtomobildən düşüb söhbət etmişlər.Həmin vaxt İlkin və Orxan orada onu təhqir etmiş, onun Goranboy şəhərində hansı kafedə oturub yeyib-içdiyini, avtomobilini harada saxladığını, harada xidmət etdiyini, adını, neçə uşağı olduğunu, yəni onun haqqında bütün məlumatları onun üzünə demişlər. Həmin vaxt o, İlkin və Orxan tərəfindən izlənildiyini başa düşmüş və onların polis işlədiklərinə inanmışdır. İlkinlə Orxan ona hədə qorxu gələrək Ulduzun əri Elsevəri parka çağırtdırıb onun Ulduzla olan münasibətini Elsevərə deyəcəklərini, onu Elsevərə öldürtdürəcəklərni demişlər. Daha sonra İlkinlə Orxan onu Goranboy rayon polis şöbəsinə aparıb izahatını alacaqları ilə qorxutmuş və İlkin ondan məsələnin bağlanmağını istəyib-istəmədiyini soruşmuş, o, Ulduzun ailəsinin dağılmaması, qohumları arasında rüsvay olmamaq üçün İlkindən bu söhbətə son qoymağı və heç yerdə yaymamağı xahiş etmişdir. İlkin söhbətin yayılmaması üçün əvvəlcə ondan 5000 manat pul istəmiş, o, üstündə həmin məbləğdə pul olmadığını bildirmiş, İlkin daha sonra ondan 4000, 3000 manat pul istəmiş, o, üstündə pul olmadığını, kredit kartı olduğunu və kartından 2000 manat pul çıxara biləcəyini demişdir. İlkin onunla razılaşıb Orxanın müşayiəti ilə onu “Kapital Bank”ın Goranboy filialının qarşısına göndərmiş və özü parkda onları gözləmişdir. O, Orxanla birlikdə öz avtomobili ilə “Kapital Bank”ın Goranboy filialının qarşısına gəlmiş, bankın qarşısındakı bankomatdan 2000 manat pul çıxarmışdır. Pulu çıxardığı vaxt saat 04:35 və 04:36 dəqiqə olmuşdur. Pulu çıxardıqdan sonra o, Orxanla birlikdə İlkinin yanına qayıdıb 2000 manat pulu İlkinə vermiş, İlkin pulu Orxana verməyi demiş, o, həmin pulu Orxana vermiş, Orxan ondan 2000 manat pulu alıb cibinə qoymuşdur. Daha sonra İlkin ondan Ulduzdan telefonu alıb ona verməyi tələb etmiş, İlkin ona Ulduzun telefonunu sındıracağını və bununla bütün məsələnin həll olunacağına söz vermişdir . O, İlkinə inanıb Ulduzgilə getmiş, Ulduzdan telefonunu alıb həmin telefonu İlkinə vermiş və öz telefonunu İlkindən almış, İlkin Ulduzun telefonunu sındıracağına söz versə də, sındırmamış, o isə İlkingildən uzaqlaşıb poliqona getmişdir. Həmin gecə o, İlkinin və Orxanın polis işləməmələrindən şübhələnmişdir. Ertəsi gün Ulduz ona oğlunun telefonu ilə zəng etmiş, o, İlkinlə Orxanın onun başına açdığı oyunları Ulduza danışmış, X24 polis işləmədiklərini, qonşu uşaqlar olduğunu, onun pulunu qaytartdıracağını bildirmişdir.O, biabır olmamaları üçün Ulduzdan İlkinə heç nə deməməsin xahiş etmişdir . İlkingil ondan pul aldıqdan təxminən bir həftə sonra, Ulduz ona zəng edib Orxanın ondan 1000 manat borc pul istədiyini bildirmiş və yazdığı mesajın şəklini ona göndərmiş, o, Orxana 1000 manat pul verdiyi halda gələcəkdə İlkinlə Orxanın yenidən ondan pul istəyəcəklərini fikirləşib, Orxana pul verməmək qərarına gəlmişdir. Ulduz Orxanın ondan 1000 manat pul istəməyini İlkinə deyəcəyini bildirmiş, o, biabır olmamaları üçün əvvəl razı olmasa da, Ulduzun israrından sonra o etiraz etməmimişdir.X32 zəng edib Orxanın ondan 1000 manat pul istədiyini bildirmişdir. Həmin vaxt İlkin Ulduzdan onun telefon nömrəsini alıb ona zəng etmişdir. Sonradan ona məlum olmuşdur ki, Ulduz İlkinlə danışarkən İlkinə ondan pul almalarından xəbəri olduğunu bildirmiş, İlkin ondan pul almadıqlarını bildirib Ulduzu inandırmaq üçün ikinci telefonu ilə ona zəng edərək onun səsini mikrofona qoymuş və ondan özünün və Orxanın pul alıb-almadıqlarını soruşmuş, o, İlkinə ondan pul aldıqlarını bildirdikdə, onun bu cavabı İlkinin yalanını üzə çıxarmışdır.İlkin telefon danışığında onun ünvanına söyüş söyüb ondan kartının şəklini istəmiş, pulu qaytaracağına söz vermişdir. Həmin gün o, əmək haqqı kartının şəklini çəkib İlkinin telefonuna göndərmiş, 2-3 gün gözləsə də, İlkinin karta pulu köçürmədiyini görüb Ulduza zəng etmiş və İlkinin pulu göndərmədiyini demişdir. Ulduz ondan kartının şəklini istəmiş, o, kartının şəklini Ulduzun telefonuna göndərdiyi gün İlkin onun əmək haqqı kartına 2000 manat pul köçürmüşdür. Bundan sonra o, öz işinə görə, yəni Ulduzla münasibətinin bilinməməsi üçün İlkindən və Orxandan şikayət etməmək qərarına gəlmişdir. Ulduzla onun münasibətinin olması 2021-ci ilin dekabr ayınadək gizli qalmış və heç kimin bundan xəbəri olmamışdır. 2021-ci ilin dekabr ayında İlkinin Ulduza yazdığı mesaj Ulduzun əri Elsevər tərəfindən tutulduqdan sonra Ulduzla onun münasibətinin olması bütün qohumlarına məlum olmuşdur. Ulduz İlkin və Orxanın barəsində Goranboy rayon polis şöbəsinə şikayət etdikdən sonra 2022-ci ilin fevral ayında o, Goranboy rayon polis şöbəsinə dəvət edilib izahat vermiş, həmin izahatında İlkin və Orxan onu öldürməklə qorxutduqları üçün, həm də iş yerindən tez-tez icazə alıb Goranboy rayon polis şöbəsinə gəlməmək üçün səhv izahat vermiş, İlkinin, Orxanın ondan 2000 manat pul istəmədiklərini və almadıqlarını göstərmişdir. Lakin Gəncə hərbi prokurorluğuna verdiyi izahatda İlkinin və Orxanın ondan 2000 manat pul aldıqlarını yazmışdır. İlkinin və Orxanın ondan hədə qorxu yolu ilə 2000 manat pul almaları ilə bağlı Goranboy rayon prokurorluğuna 25 may 2022-ci il tarixdə şikayət etmiş, tələbi İlkin və Orxan özlərini polis əməkdaşı kimi təqdim edib ondan hədə qorxu yolu ilə 2000 manat pul aldıqlarına görə cinayət məsuliyyətinə cəlb olunmasından ibarət olmuşdur .Hazırda ona dəyiş ziyan ödənilmişdir,təqsirləndirlən şəxslərlə barışmış, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs dayısı oğludur. Təbiyətlə uşaq vaxtı bir-birini sevmiş, lakin o, Təbiyətdən iki yaş böyük olduğu üçün onunla ailə qurmamışdır. Təxminən iki-üç il bundan əvvəl onun qonşusu Təqsirləndirilən şəxs1 ilə münasibəti yaranmışdır. Həmin vaxt İlkin subay olmuş, Goranboy rayon polis şöbəsində polis nəfəri işləmişdir. İlkinlə onun arasında münasibət yarandıqdan sonra əri Elsevər evdə olmadığı vaxtlarda İlkin gecələr onun evinə gəlib onunla cinsi əlaqədə olmuşdur. İlkinlə onun arasında münasibətin olmasından heç kimin xəbəri olmamışdır. İlkin onun lüt şəklini çəkib telefonunda saxlamış və ondan ayrıldığı halda şəklini yaymaqla hədələyib onu özündən asılı vəziyyətdə saxlamışdır. 2021-ci ilin avqust ayından etibarən dayısı oğlu Təbiyət hərbi qulluqçu olduğundan üç həftədən bir Goran qəsəbəsinə poliqona gəlmiş, poliqonda olduğu müddətdə Təbiyət onunla telefonla danışmış, aralarında münasibət yenidən yaranmışdır.Əvvəllər Təbiyətlə sevgili olduğundan onunla görüşmək qərarına gəlmişdir. 2021-ci ilin avqust ayından oktyabr ayınadək olan müddətdə Təbiyət onun evinə üç-dörd dəfə gəlib onunla cinsi əlaqədə olmuşdur. Sonuncu dəfə Təbiyət 18 oktyabr 2021-ci il tarixdə saat 23-24 radələrində onun evinə gəlmişdir. Həmin gecə o, Təbiyətlə öz otağında cinsi əlaqədə olmuş, oktyabrın 19-na keçən gecə saat 04 radələrində Təbiyət onun evindən çıxıb getmişdir. Onun otağının pəncərəsi küçəyə açıldığından Təbiyət otaqdan birbaşa küçəyə tullanıb getmiş, həmin gecə qonşuları İlkin və Orxan Təbiyətin qarşısını kəsib özlərini polis kimi təqdim etmiş, Təbiyətdən onların yaşadığı küçəyə gəlməyinin səbəbini soruşmuşlar. Təbiyət qorxduğu üçün onunla görüşə gəldiyini İlkinə və Orxana etiraf etmişdir. O, evdən X4rşısını kəsdiklərini görən kimi dərhal öz telefonundan Təbiyətin telefonuna zəng etmiş, İlkin zəngə cavab verib ona söyüş söyərək Təbiyətlə birlikdə onun əlində olduqlarını demişdir.O, İlkinə yolunu kəsdiyi şəxsin dayısı oğlu olduğunu və onu buraxmağı demiş, İlkin yenidən ona söyüş söyərək Təbiyəti öldürəcəyini demiş və Orxanla birlikdə Təbiyəti maşına mindirib aparmışlar. Sonradan Təbiyətin ona deməyinə görə X22 Goranboy şəhərində Heydər Əliyev adına parkın qarşısına aparıb orada Təbiyəti döymüş, sonra İlkin Təbiyəti qorxudaraq onunla olan intim münasibətini heç kimə deməməsi üçün 5000 manat pul istəmişdir. Təbiyət İlkinə 2000 manat verə biləcəyini demiş, İlkin həmin məbləğə razılaşdıqdan sonra Orxanla Təbiyət “Kapital Bank”ın Goranboy filialının qarşısına getmiş, orada olan bankomatdan Təbiyət kartından 2000 manat pul çıxarıb həmin pulu İlkinlə Orxana vermişdir.Daha sonra İlkin Təbiyəti onun evinə göndərib ondan telefonunu aldırmışdır. Təbiyət poliqona getdikdən sonra ona zəng etmiş, İlkinlə Orxanın ona özlərini polis əməkdaşları kimi təqdim etdiklərini bildirmişdir.O, Orxanın heç vaxt polisdə işləmədiyini, İlkinin isə əvvəllər polisdə işlədiyini, bir müddət əvvəl polis orqanlarından xaric edildiyini Təbiyətə demişdir. X5 hədə qorxu gəlib 5000 manat pul istədiklərini, o da kartından 2000 manat pul çıxarıb İlkinlə Orxana verdiyini demişdir.O, Təbiyətə “gərək onlara pul verməzdin” demiş, X16 hədə-qorxu gəldiklərini, pulu verməsə onu Goranboy rayon polis şöbəsinə aparacaqlarını, onunla olan münasibətini əri Elsevərə və digər qohumlarına bildirəcəklərini, bu yolla onu öldürdəcəklərini, bu səbəbdən qorxduğu üçün İlkinlə Orxana 2000 manat pul verdiyini demişdir. Hətta Təbiyət həmin gecə əmək haqqı kartından 2000 manatı çıxararkən telefonuna gələn mesajın şəklini ona göndərmiş və ondan İlkinlə Orxanın ondan pul almalarını nə İlkinə, nə də Orxana deməməsini xahiş etmişdir .X28 nə isə desə, onlar Təbiyətlə onun münasibəti barədə əri Elsevərə məlumat verəcəklərlərindən ehtiyyat etdiyindən Təbiyət və o, susmaq qərarına gəlmişlər. Bu hadisədən təxminən bir həftə sonra Orxan ona “Vatsapp”da mesaj yazaraq ondan Təbiyətin telefon nömrəsini istəmişdir. Orxan həmin mesajında ona 1000 manat pul lazım olduğunu, buna görə Təbiyətin telefon nömrəsini istədiyini, əgər Təbiyət ona pul verməsə, 1000 manat pulu onun borc kimi verməsini yazmışdır. O, Təbiyətə Orxanın onun telefon nömrəsini istədiyini, ona zəng edib borc pul istəyəcəyini dedikdə, Təbiyət əsəbləşərək İlkinlə Orxana pul verdiyini, ondan nə istədiklərini demiş, o da Təbiyətə İlkinə zəng edib Orxanın onlardan pul istəməyini bildirəcəyini demişdir. Təbiyət əvvəlcə onun fikri ilə razılaşmamış, o, bu məsələni İlkinə demədiyi halda Orxanın onları bezdirəcəyini bildirmiş, bundan sonra Təbiyət razılıq vermişdir.O, İlkinə zəng edib Orxanın onlardan pul istədiyini demişdir. İlkin əvvəl onun sözünə inanmamış, o, Orxanın pul istəməyi ilə bağlı ona yazdığı mesajı İlkinin telefonuna göndərmiş, İlkin Orxanın onlardan pul istəməyindən xəbəri olmadığını, Təbiyətdən pul almadığını bildirmiş, onunla telefonla danışa-danışa İlkin Təbiyətə zəng edib telefonun səsini mikrofona qoymuş, Təbiyətdən pul alıb-almadığını soruşmuşdur. Təbiyət İlkinə ondan pul aldıqlarını dedikdə İlkin Təbiyətə söyüş söyməyə başlamış, lakin İlkinin söyüşlərinin qarşısında Təbiyət sakit dayanmış, axırda İlkin Təbiyətə kartının şəklini çəkib onun telefonuna göndərməyi, 2000 manatı həmin karta köçürəcəyini, bir daha Ulduzu narahat etməməyi demişdir. Təbiyət İlkinin bu şərtinə razılıq verib kartının şəklini İlkinə göndərmişdir. Təbiyət İlkinlə telefonla danışandan sonra ona zəng edib İlkinin ona zəng edib kartının şəklini istədiyini, 2000 manatı karta köçürəcəyini söz verdiyini bildirmişdir. Bundan 2-3 gün sonra Təbiyət ona zəng edib İlkinin onun kartına pul köçürmədiyini, pulu qaytarmaq üçün maaş kartından pul götürəcəyini və bunun ailəsi tərəfindən bilinəcəyini demişdir.O, İlkinə zəng edib Təbiyətin kartına pul köçürməyi, əgər köçürməyəcəksə, pulu özünün tapıb köçürəcəyini bildirmiş, onun zəngindən sonra İlkin Təbiyətin kartına 2000 manatı köçürmüşdür. Bundan sonra Təbiyətlə onun arasında baş vermiş hadisə bir müddət gizli qalmış və o, Təbiyətlə əlaqəsini kəsmişdir. Həmin vaxtdan sonra İlkin bir neçə dəfə gecələr onun evinə gəlib onunla cinsi əlaqədə olmuş, o da qorxduğu üçün İlkinə etirazını bildirməmişdir. 2021-ci il dekabr ayının 5-də anasının qolu sındığı üçün o, Veyisli kəndinə ata evinə getmiş, həmin gün Təbiyət onun anasına baş çəkmək üçün poliqondan çıxıb onun ata evinə qonaq gəlmiş, İlkin Təbiyəti güddüyündən Təbiyətin onunla görüşdüyündən şübhələnib onun telefonuna söyüşlə mesajlar yazmış, o, İlkinin yazdığı mesajların bir hissəsini pozsa da, həmin mesajların bir hissəsi onun telefonunda qalmış, telefonunda qalmış mesajı əri Elsevər tapıb oxumuş və bundan sonra onun İlkinlə, Təbiyətlə sevgi münasibətində olduğunu bilmişdir. Elsevər İlkinin ona yazdığı mesajı 12 dekabr 2021-ci il tarixdə onun telefonunda tapıb oxuduqdan sonra onu atasının evinə qovmuşdur. Bundan sonra o, 15 dekabr 2021-ci il tarixdə İlkinin və Orxanın barəsində Goranboy rayon polis şöbəsinə şikayət etmişdir. Qardaşı Şahid2 isə Təbiyətin barəsində Gəncə hərbi prokurorluğuna şikayət etmişdir. Ailəsi dağıldığı üçün o, 29 aprel 2022-ci il tarixdə saat 21 radələrində Goranboy rayonu, Veyisli kəndində, atasının evində bitki dərmanı olan “Vet kuller” dərmanı içərək özünü öldürmək istəmiş, lakin qardaşı Qurban onu Goranboy rayon xəstəxanasına çatdırdığından onun həyatı xilas edilmişdir. Özünü öldürmək istəməyinə görə təqsiri İlkində, Orxanda və Təbiyətdə görmüşdür. Çünki onlar onu rüsvay etmiş və nəticədə ailəsi dağılmışdır. Ailəsi dağıldığı üçün öz həyatına qəsd etmişdir. Atasının evində qaldığı müddətdə nə atası, nə qardaşı, nə də hansısa qohumu ona qarşı amansız rəftar etməmiş, onu heç kim hədələməmiş və təhqir etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Şahid1 bacısı, Zərərçəkmiş şəxs dayısı oğlu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə bacısı Ulduzun qonşuları olmuşlar. O, 2021-ci ilin dekabr ayınadək Təqsirləndirilən şəxs1 tanımamış, Təqsirləndirilən şəxs2 isə Ulduzun qayınatası Vüqar Sadıqovun qohumu və qonşusu kimi tanımışdır. Ulduzla Təbiyətin və İlkinin arasındakı münasibət barədə 2021-ci ilin dekabr ayınadək onun xəbəri olmamışdır. 12 dekabr 2021-ci il tarixdə gecə saat 01-02 radələrində atası ona zəng edib Ulduzun evində söz-söhbət olduğunu bildirmiş, bu səbəbdən Ulduzun evinə getməyi tapşırmış, o, bacısı Ulduzun yaşadığı evə getmiş və çatanda Ulduzla əri Elsevərin arasında dava-dalaş baş verdiyini görmüşdür. O, yeznəsi Elsevərdən nə baş verdiyini soruşmuş, Elsevər Ulduzun telefonunda mesaj tapdığını bildirmiş, o, Ulduzun telefonundakı mesajı oxumuş və ona məlum olmuşdur ki, mesajı yazan şəxs Təqsirləndirilən şəxs1dir. Elsevər ona bildirmişdir ki, İlkinin mesajını Ulduzun telefonunda tapandan sonra İlkinlə görüşərək Ulduza mesaj yazmağının səbəbini soruşmuş, X23 bir yerdə tutduğunu və buna görə mesaj yazdığını bildirmişdir.Həmin gecə o, öz telefonu ilə Təbiyətin telefonuna zəng edib söyüş söymüş, Təbiyətə Ulduzun ona bacı olduğunu deyib hansı üzlə Ulduza pis münasibət bəslədiyini soruşmuş və sonra həmin gecə Ulduzu götürüb öz evinə gətirmişdir. Səhəri gün Ulduzun qayınatası Vüqar və baldızının əri Elman onların evinə gəlmiş və onlara Təbiyət Ulduzun yanından çıxıb küçə ilə gedərkən qonşuları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Təbiyəti küçədə tutub aparıb döydüklərini bildirmişlər. Onlar həmin gün şikayət etmək istəsələr də, Vüqar və Elman onları şikayət etməyə qoymamışlar. Elmanla Vüqar onlara əgər şikayət etsələr, rayonda biabır olacaqlarını bildirmişlər. Elmanla Vüqar onlardan gedəndən sonra o, Təbiyətə zəng edib ona söyüş söymüş, Təbiyət ona 2021-ci ilin oktyabr ayının 19-na keçən gecə o, Ulduzla görüşüb çıxandan sonra İlkinlə Orxan onu küçədə tutub özlərini polis kimi təqdim etdiklərini və onu Goranboy şəhərində Heydər Əliyev adına parka aparıb orada onu qorxudub Ulduzla arasındakı münasibəti yaymaqla hədələyib ondan 5000 manat pul istədiklərini, onun da üstündə həmin məbləğdə pul olmadığından həmin gecə kartından 2000 manat pul çıxarıb İlkinlə Orxana verdiyini demişdir. Həmin telefon danışığında Təbiyət Orxanın və İlkinin onu döymədiklərini, lakin söyüb təhqir etdiklərini və onu hədələdiklərini bildirmişdir. 15 dekabr 2021-ci il tarixdə Ulduzu Goranboy rayon polis şöbəsinə aparmış, Ulduz İlkindən, Orxandan və Təbiyətdən şikayət etmiş, Ulduzun şikayət ərizəsinə əvvəl təhqiqatçı Mübariz, sonra müstəntiq Gündüz baxmış, lakin heç bir tədbir görülməmişdir. Hətta o, Təbiyətin barəsində Gəncə hərbi prokurorluğuna şikayət etmişdir. Ulduzun ailəsi dağıldığından, İlkinin, Orxanın, Təbiyətin barələrində heç bir tədbir görülmədiyindən 29 aprel 2022-ci il tarixdə Ulduz dərman içib özünü öldürmək istəmiş, o, dərhal Ulduzu Goranboy rayon xəstəxanasına gətirdiyindən və həkimlərin səyi nəticəsində Ulduzun həyatı xilas edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun oğlu, Təqsirləndirilən şəxs1 isə qonşusudur. Bundan başqa İlkinlə Orxan dost və kirvədirlər. Şahid1 bibisi oğlu Vüqar Sadıqovun gəlinidir. Vüqar Sadıqov həm də onun qonşusudur. Vüqar Sadıqov və onun ailəsi ilə qohum və qonşu kimi münasibətləri yaxşı olmuş, aralarında hər hansı narazılıq olmamışdır. Şahid1 əri Elsevərə xəyanət etməsini təxminən 5-6 ay əvvəl bilməmişdir. 2021-ci ilin oktyabr ayının ortalarında, gecə saat 23-24 radələrində İlkin onlara gəlib Orxanı özü ilə fermasına aparmasını bildirmişdir. İlkinin deməsinə görə həmin gecə onun heyvanı doğmalı imiş və Orxanı buna görə fermaya aparmışdır. Həmin gecə yatdığı vaxta kimi Orxan evə gəlməmiş, səhərə yaxın saat 05 radələrində yuxudan oyanıb Orxanın evə gəlmədiyini görmüş, Orxana zəng edib harada olduğunu soruşmuş, Orxan evə çatdığını bildirmiş, təxminən 5 dəqiqə sonra Orxan evə gəlmişdir.Orxandan indiyədək harada olduğunu soruşmuş, Orxan İlkinlə birlikdə fermada olduğunu bildirmiş, o, Orxana “gecənin bu vaxtına kimi insan çöldə olmaz” deyərək iradını bildirmişdir. Orxan öz otağına, o da öz otağına keçib yatmış, səhər yuxudan oyanıb işə getmiş, işdə olduğu vaxt Ulduz ona zəng edib Orxanın telefon nömrəsini istəmiş, o da Orxanın telefon nömrəsini Ulduza vermişdir.Günorta evə gəlib nahar edərkən Orxana Ulduzun onun telefon nömrəsini istədiyini bildirib Ulduzla danışıbdanışmadığını soruşmuş, Orxan gecə bir hərbçinin Ulduzun evindən çıxarkən İlkinlə birlikdə həmin hərbçini küçədə tutduqlarını, hərbçinin Ulduzun bibisi oğlu Təbiyət olduğunu demişdir.Orxanın bu sözlərindən sonra şoka düşüb bu söhbəti heç yerdə danışmamağı Orxana tapşırmışdır. Həmin məsələdən təxminən ay yarım sonra, 2021-ci il dekabr ayının 6-da Vüqar Sadıqov onlara gəlib gəlini Ulduzun oğlu Elsevərə xəyanət etdiyini, gəlininin qohumu Təbiyət adlı şəxsin gecə vaxtı onun evindən çıxarkən X12 küçədə tutduqlarını demişdir.O, bu sözləri eşidəndə özünü sanki Vüqarın dediyi sözləri ilk dəfə eşidir kimi aparmışdır . 2022-ci il yanvar ayının əvvəlində X25 evinə gedib İlkinin atası Mehraba gəlini Ulduzun telefonunda İlkinin mesajını tapdığını demiş, həmin ərəfədə hətta Vüqarla İlkinin arasında küçədə dava-dalaş baş vermiş və Vüqar İlkinin barəsində Goranboy rayon polis şöbəsinə şikayət etmişdir. X13 gizli münasibətinin olmasını eşitmişdir. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərmişdir ki, 2007-ci ildə Şahid1 ilə evlənmiş, birgə nikahdan iki oğlan övladı dünyaya gəlmişdir. Ulduzun ona xəyanət etməsini 2021-ci ilin dekabr ayınadək bilməmişdir. Onun “Kamaz” markalı yük avtomobili vardır, mişar daşı daşıdığından bəzən gecələr evdə olmamış, Ulduz onun gecələr evdə olmamağından istifadə edib ona əvvəl İlkinlə, son vaxtlar isə Təbiyətlə xəyanət etmişdir. Onların yataq otağının pəncərəsi birbaşa küçəyə açıldığından İlkin və Təbiyət onun evdə olmadığı vaxtlar Ulduzla görüşə gələndə küçədən birbaşa onların yataq otağına girmiş, buna görə atasının, anasının Ulduzun hərəkətlərindən xəbərləri olmamışdır. Ulduzun ona xəyanət etməyini 2021-ci il dekabr ayının ortalarında bilmişdir. Belə ki, 2021-ci il dekabr ayının ortalarında Ulduzun telefonuna baxarkən İlkinə məxsus ***-***-**-** nömrəsindən Ulduza “Vatsapp”da yazılmış mesaja rast gəlmişdir. İlkin Ulduza nə isə yazmış, Ulduz həmin yazını skrin etmiş və mesaj Ulduzun telefonunda qalmış, o, bu mesajı oxuyandan sonra Ulduzla İlkinin arasında münasibətin olmasından şübhələnmiş, Ulduzdan ona yazılmış mesajı soruşduqda, Ulduz həmin nömrədən ona mesaj yazıldığını, qorxduğu üçün ona demədiyini bildirmişdir. Ulduz ona xəyanət etmədiyini, mesaj yazanın kim olduğunu bilmədiyini demişdir.O, ***-***-**-** nömrəsinin İlkinə məxsus olduğunu bilib İlkinə zəng edərək onu evlərinə çağırmışdır. İlkin onun evinə gəlib Ulduzla heç bir əlaqəsi olmadığını, Ulduzla Təbiyətin münasibəti olduğunu, 2021-ci ilin oktyabr ayında Təbiyətin Ulduzun yanından çıxarkən qonşu Orxanla birlikdə Təbiyəti küçədə tutduqlarını, X19 adına parka aparıb orada döydüklərini və bir daha onların evinə gəlməmək barədə xəbərdar etdiklərini demişdir. Həmin gün axşam o, qaynı Qurbanı da evinə çağırmış, Ulduzun Təbiyətlə ona xəyanət etdiyini, Ulduzla ailə kimi yaşaya bilməyəcəyini, Ulduzu özü ilə götürüb aparmağı Qurbana demişdir. Qurban həmin gecə Ulduzu öz evinə aparmışdır. Bir neçə gündən sonra evdən iki mobil telefon tapmış və ona məlum olmuşdur ki, həmin telefonların birini Ulduza İlkin, digərini isə Təbiyət almış, Ulduzun həm İlkinlə, həm də Təbiyətlə münasibəti olmuşdur. Bundan sonra o, Ulduzdan boşanmaq barədə Goranboy rayon məhkəməsinə ərizə vermiş, 17 iyun 2022-ci il tarixdə Şahid1 rəsmən boşanmışdır. Ulduzu evdən qovduğu dövrdən Ulduz qardaşının, atasının evində yaşamışdır. 2021-ci ilin dekabr ayında Ulduz İlkinin, Orxanın və Təbiyətin barəsində Goranboy rayon polis şöbəsinə şikayət etmiş və həmin vaxt ona məlum olmuşdur ki, Təbiyət 2021-ci il oktyabr ayında onun evindən çıxıb gedərkən İlkin Orxanla birlikdə Təbiyəti küçədə tutub özlərini polis əməkdaşı kimi təqdim etmiş, Təbiyəti Goranboy şəhərində avtomobilin saxladığı Heydər Əliyev adına parkın qarşısına aparıb orada döymüş və həmin gecə Təbiyətə hədəqorxu gəlib Ulduzla münasibətini yaymaqla hədələyərək Təbiyətdən 2000 manat pul almışlar. Bu hadisədən bir həftə sonra Orxan Ulduza mesaj yazıb əlavə 1000 manat pul istədikdən sonra Təbiyət İlkindən pulunu geri istəmiş və İlkin Goranboy şəhərindəki “Tac Market”də quraşdırılmış “Milli ön” aparatından Təbiyətin kartına 2000 manat köçürərək onun pulunu geri qaytarmışdır. Təqsirləndirilən şəxs1 özünün müdafiəsi üçün dəlil gətirərək Zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatları yaymaqla hədələmədiyini, sonuncudan 5000 manat pul istəmədiyini və 2000 manat pul almadığını göstərmişdir. Habelə Təqsirləndirilən şəxs2 özünün müdafiəsi üçün dəlil gətirərək Zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatları yaymaqla hədələmədiyini, sonuncudan 5000 manat pul istəmədiyini və 2000 manat pul almadığı ilə bağlı ifadələrini ifadəsinə tənqidi yanaşaraq, işin faktiki hallarına uyğun olmadığından, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, üzləşdirmə protokolları, “Kapital Bank”dan əldə edilmiş çıxarışlar və cinayət işinin materiallarında olan digər mötəbər sübutlarla təkzib edildiyindən, həmin ifadələrə tənqidi yanaşaraq inandırıcı hesab etməyib,həmin ifadələri özünü müdafiə məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Goranboy rayon məhkəməsinin 21 iyun 2022-ci il tarixli 4(045)-35/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “həbs” qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və 21 iyun 2022-ci il tarixli “qətimkan təqdiribin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Goranboy rayon məhkəməsinin 14 iyun 2022-ci il tarixli 1(045)-33/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 3 ay 18 gün həddində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 14 iyun 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə Apellyesiya Məhkəməsinin 20 iyun 2022-ci il tarixli 4(104)-74/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1lə üzləşdirilərkən sonuncunun Təqsirləndirilən şəxs2la birlikdə 19 oktyabr 2021-ci il tarixə keçən gecə saat 04 radələrində Goranboy şəhərində Nizami küçəsində onu tutaraq özlərini Goranboy rayon polis şöbəsinin əməkdaşları kimi təqdim etdiklərini, Zərərçəkmiş şəxs Şahid1 ilə intim münasibətini sonuncunun əri Şahid4 deməklə hədələyib 5000 manat pul tələb etdiklərini, Zərərçəkmiş şəxs üstündə həmin məbləğdə pul olmadığından kredit kartından 2000 manat çıxarıb verə biləcəyini təklif etdiyini, həmin təklifə Təqsirləndirilən şəxs1 razılıq verdikdən sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 müşayiəti ilə “Kapital Bank”ın Goranboy filialının qarşısına gedib orada quraşdırılmış bankomatdan 2000 manat pul çıxararaq Goranboy şəhəri H.Əliyev adına parkın qarşısında həmin pulu Təqsirləndirilən şəxs1 göstərişi ilə Təqsirləndirilən şəxs2 verdiyini, səhəri gün Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 polis əməkdaşları olmadıqlarını bildiyini, buna baxmayaraq qohumları arasında rüsvay olmamaq üçün Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şikayət etmədiyini, həmin hadisədən təxminən bir həftə sonra Təqsirləndirilən şəxs2 Şahid1 vasitəsilə Zərərçəkmiş şəxs telefon nömrəsini borc pul istəmək səbəbilə axtardığını, bundan sonra Təqsirləndirilən şəxs1 pulunu tələb etdiyini və sonuncunun “Milli Ön” ödəmə terminalı vasitəsilə 2000 manat pulu qaytardığını Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 üzünə qarşı demişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 03 iyun 2023-cü il tarixli “üzləşdirmə protokolundan görünür ki, ”Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2la üzləşdirilərkən sonuncunun Təqsirləndirilən şəxs1lə birlikdə 19 oktyabr 2021-ci il tarixə keçən gecə saat 04 radələrində Goranboy şəhərində Nizami küçəsində onu tutaraq özlərini Goranboy rayon polis şöbəsinin əməkdaşları kimi təqdim etdiklərini, Zərərçəkmiş şəxs Şahid1 ilə intim münasibətini sonuncunun əri Şahid4 deməklə hədələyib 5000 manat pul tələb etdiklərini, Zərərçəkmiş şəxs üstündə həmin məbləğdə pul olmadığından kredit kartından 2000 manat çıxarıb verə biləcəyini təklif etdiyini, həmin təklifə Təqsirləndirilən şəxs1 razılıq verdikdən sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 müşayiəti ilə “Kapital Bank”ın Goranboy filialının qarşısına gedib orada quraşdırılmış bankomatdan 2000 manat pul çıxararaq Goranboy şəhəri H.Əliyev adına parkın qarşısında həmin pulu Təqsirləndirilən şəxs1 göstərişi ilə Təqsirləndirilən şəxs2 verdiyini, səhəri gün Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 polis əməkdaşları olmadıqlarını bildiyini, buna baxmayaraq qohumları arasında rüsvay olmamaq üçün Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şikayət etmədiyini, həmin hadisədən təxminən bir həftə sonra Təqsirləndirilən şəxs2 Şahid1 vasitəsilə Zərərçəkmiş şəxs telefon nömrəsini borc pul istəmək səbəbilə axtardığını, bundan sonra Təqsirləndirilən şəxs1 pulunu tələb etdiyini və sonuncunun “Milli Ön” ödəmə terminalı vasitəsilə 2000 manat pulu qaytardığını Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 üzünə qarşı demişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “üzləşdirmə protokolundan görünür ki, Şahid1 Təqsirləndirilən şəxs1lə üzləşdirilərkən sonuncu ilə 2012-ci ildən 2021-ci ilin dekabr ayınadək ər-arvad münasibətində yaşadığını, 19 oktyabr 2021-ci il tarixə keçən gecə saat 04 radələrində dayısı oğlu Zərərçəkmiş şəxs onun yanından çıxıb gedərkən küçədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs qabağını kəsərək özlərini polis əməkdaşları kimi təqdim etdiklərini, həmin şəxslərin Zərərçəkmiş şəxs Goranboy şəhəri H.Əliyev adına parkın qarşısına aparıb orada sonuncunu söyüb təhqir etdiklərini, döydüklərini, Zərərçəkmiş şəxs Şahid1 ilə intim münasibətini sonuncunun əri Şahid4 deməklə hədələyib 5000 manat pul istədiklərini, həmin gecə Zərərçəkmiş şəxs “Kapital Bank”ın Goranboy filialının qarşısındakı bankomatdan 2000 manat pul çıxarıb Təqsirləndirilən şəxs1 göstərişi ilə həmin pulu Təqsirləndirilən şəxs2 verdiyini, bir həftə sonra sonuncu onun vasitəsilə Zərərçəkmiş şəxs 1000 manat borc pul istədiyini, bundan sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 hədə-qorxu yolu ilə aldığı 2000 manat pulu tələb etdiyini, Təqsirləndirilən şəxs1 Goranboy şəhərində yerləşən “Tac Market”də quraşdırılmış “Milli Ön” ödəmə terminalı vasitəsilə Zərərçəkmiş şəxs kartına 2000 manat pulu köçürdüyünü Şahid1 Təqsirləndirilən şəxs1 üzünə qarşı demişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 13 iyun 2023-cü il tarixli “üzləşdirmə protokolundan görünür ki, Şahid1 Təqsirləndirilən şəxs2la üzləşdirilərkən 19 oktyabr 2021-ci il tarixə keçən gecə saat 04 radələrində dayısı oğlu Zərərçəkmiş şəxs onun yanından çıxıb gedərkən küçədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs qabağını kəsərək özlərini polis əməkdaşları kimi təqdim etdiklərini, həmin şəxslərin Zərərçəkmiş şəxs Goranboy şəhəri H.Əliyev adına parkın qarşısına aparıb orada sonuncunu söyüb təhqir etdiklərini, döydüklərini, Zərərçəkmiş şəxs Şahid1 ilə intim münasibətini sonuncunun əri Şahid4 deməklə hədələyib 5000 manat pul istədiklərini, həmin gecə Zərərçəkmiş şəxs “Kapital Bank”ın Goranboy filialının qarşısındakı bankomatdan 2000 manat pul çıxarıb Təqsirləndirilən şəxs1 göstərişi ilə həmin pulu Təqsirləndirilən şəxs2 verdiyini, bir həftə sonra sonuncu onun vasitəsilə Zərərçəkmiş şəxs 1000 manat borc pul istədiyini, bundan sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 hədə-qorxu yolu ilə aldığı 2000 manat pulu tələb etdiyini, Təqsirləndirilən şəxs1 Goranboy şəhərində yerləşən “Tac Market”də quraşdırılmış “Milli Ön” ödəmə terminalı vasitəsilə Zərərçəkmiş şəxs kartına 2000 manat pulu köçürdüyünü Şahid1 Təqsirləndirilən şəxs2 üzünə qarşı demişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəməpsixiatrik ekspertizanın 23 iyun 2022-ci il tarixli, 406 nömrəli rəyinən görünür ki, Təqsirləndirilən şəxs1 ona şamil edilən hazırkı cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək, hərəkətlərinin faktiki xarakterini və içtimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyac yoxdur. O, hal-hazırda da öz hərəkətlərini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəməpsixiatrik ekspertizanın 20 iyun 2022-ci il tarixli, 396 nömrəli rəyinən görünür ki, Təqsirləndirilən şəxs2 ona şamil edilən hazırkı cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək, hərəkətlərinin faktiki xarakterini və içtimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyac yoxdur. O, hal-hazırda da öz hərəkətlərini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Zərərçəkmiş şəxs adına olan “416973******6279” nömrəli kartın çıxarışından görünür ki, 19 oktyabr 2021-ci il tarixdə həmin kartdan Goranboy şəhəri H.Əliyev prospekti 9 ünvanında, “Kapital Bank”ın Goranboy filialındakı bankomatdan hər dəfə 1000 manat olmaqla 2 dəfə, cəmi 2000 manat pul çıxarılmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Zərərçəkmiş şəxs adına olan “416974******6025” nömrəli kartın çıxarışından görünür ki, 29 oktyabr 2021-ci il tarixdə həmin karta “EManat” ödəmə terminalı vasitəsilə 2000 manat köçürülmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Goranboy RMX PHŞ-nin 10 iyun 2022-ci il tarixli, 454 nömrəli araşında görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid1 Goranboy RMX-nın poliklinikasının ruhi-əsəb, onkoloji, vərəm və narkoloji kabinetlərində dispanser qeydiyyatında dayanmır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər Psixonevroloji Dispanserinin 14 iyun 2022-ci il tarixli, 3667 və 3668 nömrəli arayışlarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin dispanserdə qeydiyyatda durmurlar. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 12 iyul 2021-ci il tarixli, 2445-001-21 nömrəli və Goranboy RPŞ-nin rəisinin 12 iyul 2021-ci il tarixli, Ə18Ş/H-197-21 nömrəli əmrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 “Polis haqqında” Azərbaycan Respublikası Qanununun, DİN-in 680-01 nömrəli Təlimatının, 130-05 nömrəli əmrinin, G14-001-12 nömrəli göstərişinin tələblərini pozduğuna, anda və xidməti borca sadiq olmadığına, dövlət hakimiyyəti nümayəndəsi olaraq sağlam düşüncə və aydın mövqe nümayiş etdirmədiyinə, vəzifələrinin icrası ilə birbaşa bağlı olmayan məsələlərə müdaxilə etməklə xidməti mövqeyindən şəxsi məqsədlər üçün istifadə etdiyinə, cinayət xarakterli müraciətin müvafiq qaydada qeydiyyata alınmasını və aidiyyəti üzrə təhqiqat orqanına verilməsini təmin etmədiyinə, qanunsuz küçə ticarətinə şərait yaratdığına, xüsusi karantin rejimi qaydalarını pozaraq toy şənlikləri və yas mərasimləri keçirmiş şəxslər barədə məlumatları özünə məlum səbəblərdən rəhbərliyə məruzə etmədiyinə, inzibati xəta törətmiş şəxslərin məsuliyyətə cəlb olunmaması məqsədilə digər xidmət əməkdaşlarına təsir etməyə cəhd göstərdiyinə, sosial şəbəkələrdə qeydiyyatdan keçərək mülki geyimdə şəkillərini və tabel silahının şəklini paylaşdığına, cəmiyyətdə qəbul olunmuş ailə-məişət normalarına riayət etmədiyinə, ailəli olduğu halda digər qadınlarla əxlaq normalarına zidd münasibət qurduğuna, xidməti yoxlama zamanı özünü qeyri-səmimi aparmaqla hərəkətlərinə bəraət qazandırmağa çalışdığına və bununla da polis əməkdaşı adına xələl gətirən hərəkətlərə yol verdiyinə görə Goranboy rayon polis şöbəsinin İctimai təhlükəsizlik bölməsinin sahənin polis nəfəri, polis baş serjantı Təqsirləndirilən şəxs1 “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-ci bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 21 iyun 2022-ci il tarixli, “Axtarışda olan şəxsin könüllü gəlməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 21 iyun 2022-ci il tarixdə könüllü olaraq Goranboy RPŞ-nə gələrək özünü təqdim etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli arayışdan və hökmlərin surətlərindən görünür ki, Goranboy rayon məhkəməsinin 06 may 2016-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 2000 manat cərimə cəzasına məhkum olunmuşdur. Goranboy rayon məhkəməsinin 27 oktyabr 2016-cı il tarixli qərarından görünür ki, Rəsulov X8 rayon məhkəməsinin 06 may 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsi ilə ona təyin olunmuş 2000 manat miqdarında cərimə cəzasından 01 iyun 2016-cı il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 06 may 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanununun 2.2-ci maddəsinə əsasən azad olunmuş və məhkumluğu olmayan hesab edilmişdir. Məhəkmə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatları yaymaqla hədələməməsi, sonuncudan 5000 manat pul istəməməmsi və 2000 manat pul almaması bardə və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatları yaymaqla hədələməməmsi, sonuncudan 5000 manat pul istəməməməsi və 2000 manat pul almaması ilə bağlı ifadələrinə tənqidi yanaşaraq, onların bu ifadələri işin faktiki hallarına uyğun olmadığından, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, üzləşdirmə protokolları, “Kapital Bank”dan əldə edilmiş çıxarışlar və cinayət işinin materiallarında olan digər mötəbər sübutlarla təkzib edildiyindən, həmin ifadələrə tənqidi yanaşaraq inandırıcı hesab etməyib, özlərini müdafiə məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə ,məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkəti protokollarını və digər sənədləri Azərbaycan Respublikasının CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq CPM-nin 143-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikasının CM-nin 182.2.1 və 310-cu maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermiş, cinayət hadisələri məhz onlar tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində onlar təqsirlidirlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd edilən əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.1 və 310cu maddələri ilə təqsirli bilinib cəzalanmalıdılar. Azərbaycan Respublikasının CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinin tələblərinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 59-cü maddəsinə əsasən ilk dəfə cinayət törətməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, CM-nin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi, Azərbaycan Respublikasının CPM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşağının olmasını zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq ödəməsini 59.1.13-cü maddəsinə, Azərbaycan Respublikasının CM-nin 59-cü maddəsinə əsasən yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Goranboy rayon məhkəməsinin 27 oktyabr 2016-cı il tarixli qərarına əsasən Rəsulov X8 rayon məhkəməsinin 06 may 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə ona təyin olunmuş 2000 manat miqdarında cərimə cəzasından 01 iyun 2016-cı il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 06 may 2016-cı il tarixli Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən azad olunmuş və məhkumluğu olmayan hesab edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs2 əvəllər məhkum olması heç bir hüquqi nəticə yaratmır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onların törətdikləri cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmaqla onların təqsirli bilindiyi maddələrnin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsində deyilir ki, bu Məcəllənin 59.1.14, 59.1.12 və 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 islah olunması cəmiyyətdən təcrid olunması yolu ilə mümkündür. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməllərinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikasıməm Cinayət Məcəlləsinin 182.2.1 və 310-cu maddələrinin sanksiyası həddində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkilməsi müəyyən edildiyindən, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin olunan cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsəndə çəkməlidirlər. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs1 cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 23 noyabr 2022-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs2 cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 14 iyun 2022-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübutlar, məhkəmə məsrəfi, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə Hök Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.1 və 310-cu maddələri ilə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1-ci maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə 01 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı onun şübһəli şəxs qismində tutulduğu 23 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.1 və 310-cu maddələri ilə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.1-si maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə 01 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı onun şübһəli şəxs qismində tutulduğu 14 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut, məhkəmə məsrəfi, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar