Məhkəmə qərarları › İş №1(100)-69/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-69/2021

18.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-69/2021 18.05.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Bağırov Məhəmməd Ənvər oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən Təqsirləndirilən şəxs1 qanuni nümayəndəsi Qanuni nümayəndə, müdafiəçilər Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi1 və təqsirləndirilənlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.2003-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Gəncə şəhəri, Q.Zakir küçəsi ev 9A-da qeydiyyatda olan, Gəncə şəhəri, Heydər Əliyev prospekti, ev 33, mənzil 36-da yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə xx.xx.2001-ci ildə Gəncə şəhəri, anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Gəncə şəhəri, Z.Hacıyev küçəsi ev 7-də qeydiyyatda olmaqla, Gəncə şəhəri, Məhsəti qəsəbəsində yaşamış,barəsində polisin nəzarəti altınavermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında 31 mart 2020-ci il tarixdə saat 15 radələrində ictimai yer hesab edilən və vətəndaşların sıx toplaşdığı yer olan Gəncə şəhəri, 6-cı Vağzal küçəsində yerləşən 42 saylı orta məktəbin həyətində Zərərçəkmiş şəxs “instagram” sosial şəbəkəsində “yaxşı oğlanın bacısı namaz qılar” sözlərini yazdığı üçün sonuncunu həmin yerə çağırıb əsassız mübahisə yaradaraq ətrafdakı insanları özlərinə cəlb etməklə ətrafda olan şəxslərə məhəl qoymayıb cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə müşayiət olunan hərəkətlər edərək Vaqif Rzayev yumruğu ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə qəsdən zərbə vurub zorakılıq edərək üzərində gəzdirdiyi istintaq zamanı müəyyən edilməmiş bıçağıçıxarıb nümayiş etdirərək hədələməklə qərəzli hərəkətlərini davam etdirmək istəyən zaman Zərərçəkmiş şəxs zorakılıqdan yayınmaq üçün qaçaraq oradan uzaqlaşmaq istəmiş, bundan sonra o, Təqsirləndirilən şəxs2lə birlikdə qərəzli xuliqanlıq hərəkətlərini davam etdirib Zərərçəkmiş şəxs arxasınca qaçaraq məktəbin stadionunda sonuncunu yaxalayıb ətrafdakışəxslərə məhəl qoymadan ictimai qaydanı kobud surətdə pozaraq razılaşdırılmışümumi niyyətdən kənara çıxaraq xuliqanlıq niyyəti ilə əlində olan soyuq silah hesab edilməyən turist bıçağını silah qismində tətbiq edib Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən qəsdən zərbələr vuraraq sol ağciyərin zədələnməsi ilə müşayiət edilən solda V qabırğa səviyyəsində döş qəfəsinin ön səthinin bir ədəd daxilə keçən kəsilmiş-deşilmiş yarası ilə nəticələnən həyatıüçün təhlükəli olan qəsdən sağlamlığına ağır, qaraciyərin zədələnməsi ilə müşayiət edilən qarının epiqrastal nahiyəsinin ön səthinin bir ədəd daxilə keçən kəsilmiş-deşilmiş yarası ilə nəticələnən həyatıüçün təhlükəli olan qəsdən sağlamlığına ağır, bir ədəd sol dirsək oynağının və bir ədəd sağ bazu nahiyəsinin kəsilmiş-deşilmiş yaraları ilə nəticələnən hər biri ayrı-ayrılıqda sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmaya aid edilən xəsarətlər yetirməklə xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurub qərəzli xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında 31 mart 2020-ci il tarixdə, saat 15 radələrində ictimai yer hesab edilən və vətəndaşların sıx toplaşdığı yer olan Gəncəşəhəri, 6-cı Vağzal küçəsində yerləşən 42 saylı orta məktəbin həyətində Zərərçəkmiş şəxs “instagram” sosial şəbəkəsində “yaxşı oğlanın bacısı namaz qılar” sözlərini yazdığıüçün sonuncunu həmin yerəçağırıb əsassız mübahisə yaradaraq ətrafdakı insanlarıözlərinə cəlb etməklə ətrafda olan şəxslərə məhəl qoymayıb cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü vəətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə müşayiət olunan hərəkətlər edib yumruğu ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə qəsdən zərbə vurub zorakılıq edərək üzərində gəzdirdiyi istintaq zamanı müəyyən edilməmiş bıçağı çıxarıb nümayiş etdirərək hədələməklə qərəzli hərəkətlərini davam etdirmək istəyən zaman Zərərçəkmiş şəxs zorakılıqdan yayınmaq üçün qaçaraq oradan uzaqlaşmaq istəmiş, bundan sonra o, Təqsirləndirilən şəxs1lə birlikdə qərəzli xuliqanlıq hərəkətlərini davam etdirərək Zərərçəkmiş şəxs arxasınca qaçmış, Təqsirləndirilən şəxs1 məktəbin stadionunda Zərərçəkmiş şəxs yaxalayıb ətrafdakışəxslərə məhəl qoymadan ictimai qaydanı kobud surətdə pozaraq razılaşdırılmışümumi niyyətdən kənara çıxaraq xuliqanlıq niyyəti iləəlində olan soyuq silah hesab edilməyən turist bıçağını silah qismində tətbiq edib Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən qəsdən zərbələr vuraraq sol ağciyərin zədələnməsi ilə müşayiət edilən solda V qabırğa səviyyəsində döş qəfəsinin ön səthinin bir ədəd daxilə keçən kəsilmiş-deşilmiş yarası ilə nəticələnən həyatıüçün təhlükəli olan qəsdən sağlamlığına ağır, qaraciyərin zədələnməsi ilə müşayiət edilən qarının epiqrastal nahiyəsinin ön səthinin bir ədəd daxilə keçən kəsilmişdeşilmiş yarası ilə nəticələnən həyatıüçün təhlükəli olan qəsdən sağlamlığına ağır, bir ədəd sol dirsək oynağının və bir ədəd sağ bazu nahiyəsinin kəsilmiş-deşilmiş yaraları ilə nəticələnən hər biri ayrı-ayrılıqda sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmaya aid edilən xəsarətlər yetirməklə xuliqanlıq niyyəti iləqəsdənsağlamlığa ağır zərər vurub qərəzli xuliqanlıqetmişdir. Təqsirləndirilən şəxslərin qeyd olunan cinayət əməllərini törətmələri özlərinin səmimi etirafları ilə yanaşı zərəçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin faktiki halları ilə aşağıda şərh olunan qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikasının CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Zakir oğlunu təxminən 3 ildir ki, tanıyır, münasibətləri normal olmuş, Anarla mübahisəsi 29 mart 2020-ci il tarixdə telefonda onunla zarafat etdikdən sonra Anarın onu təhqir etməsi, onun kişiliyinə şübhəsi olduğunu bildirməsi və Anarın instagram” sosial şəbəkəsində “yaxşı oğlanın bacısı namaz qılar” deyə post paylaşması olmuşdur. O, Anarla zarafat etməsinə baxmayaraq Anar onun etdiyi zarafatı ciddi qəbul etmişdir. Anarla görüşüb çay içib söhbət etmək üçün dəvət etsə də, Anar onun oğlanlığının olmadığını bildirərək görüşməkdən imtina etmişdir. O, həmin gün söhbət etmək üçün Anarın yaşadığı evin qapısına getmiş, lakin Anarın atası evin qapısına çıxdığı üçün Anarla danışa bilməmişdir. Həmin mübahisədən sonra 2 gün müddətində “Whatsapp”sosial şəbəkəsində təkrar Anarla bu barədə söhbətlər edib məsələni həll etməyə çalışmağına baxmayaraq Anar yenə də onun kişiliyinə şübhəsi olduğunu dediyi və ümumən kişiliklə bağlı olmayan söhbətlər işlətdiyi üçün Anarla olan mübahisə davam etmiş, bu mübahisələr davam edən zaman o, dəfələrlə Anara görüşüb söhbəti həll etməyi desə də sonuncu onunla görüşməkdən imtina etdiyi üçün bu barədə Vaqifə məlumat vermiş, sonuncu da Anarla danışaraq bu barədə söhbət eməyə başlamışdır. Vaqiflə söhbət edən zaman Anar onun yazdığı mesajları Vaqifə göndərmişdir. 30 mart 2020-ci il tarixdə o, Vaqiflə birlikdə olan zaman Gəncə şəhər Heydər Əliyev prospektində yerləşən “Elton” marketin yaxınlığında Anarı görüb çağırıb yanına getmiş, Anarın yanına gedən zaman Vaqif Anarı kənara çəkmək istədikdə Anar Vaqifi vurmaq istəmiş, lakin vura bilməmiş, Vaqif isə qarşılıq verərək sifət nahiyəsindən yumruqla Anarı vurmuşdur. Həmin vaxt Anar qaçmışdır. Bundan sonra Vaqif, Eltun adlı şəxsə zəng edərək sabah Anarı gətirməsini, onunla söhbət edəcəklərini demiş, Eltun isə dəqiq söz verməsə də Anarı gətirə biləcəyi halda bu barədə məlumat verəcəyini bildirmişdir. 30 mart 2020-ci il tarixdə axşam saatlarında Səməd kimi tanıdıqları, Ruslan adlı şəxs “İnstagram” sosial şəbəkəsində ona mesaj yazaraq problemin nə olduğunu, hansı səbəbdən Anarı axtardıqlarını soruşmuş, o da Ruslanı, Vaqifə yönləndirərək onunla danışmasını demişdir. Ruslan Vaqiflə danışdıqdan sonra ona yenə də həmin sosial şəbəkədə yazaraq, Gəncə şəhər 42 saylı tam orta məktəbdə görüşəcəklərini bildirmişdir. 31 mart 2020-ci il tarixdə saat 15 radələrində o, Vaqif, Rəhman və Vaqiflə birlikdə gələn 1 nəfər tanımadığı şəxs ilə birlikdə Gəncə şəhər 6-cı Vağzal küçəsində yerləşən 42 saylı tam orta məktəbin həyətinə getmişlər. Oraya çatan zaman Anar, Ruslan, Eltun və Azər adlı şəxslər orada olmuş, həmin şəxslərin yanına gedib salamlaşdıqdan sonra o, ilk əvvəl Eltunla söhbət etmişdir. Həmin vaxt orada ondan başqa Vaqif, Anar, Ruslan, Azər, Rəhman və Vaqiflə gələn 1 nəfər tanımadığı şəxs, əlavə olaraq ətrafda tanımadığı məktəbin stadionunda idmanla məşğul olan şəxslər də olmuşdur. Həmin vaxt onların aralarında mübahisə yaranmış və həmin mübahisə təxminən 40 dəqiqə davam etmişdir. Mübahisənin baş verməsinə səbəb isə Anarın onu telefonda təhqir etməsi, onun kişiliyinə şübhəsi olduğunu bildirməsi olmuşdur. Mübahisə əsnasında onlar Anarın səhv hərəkətlərini başa salmaları üçün uca səslə danışdıqlarına görə ətrafda olan şəxslərin diqqətini cəlb etmişlər. Anarla söhbət edib qurtardıqdan sonra Vaqiflə Anar aralaşaraq bir az kənara çəkilmişlər. Bir qədər sonra kiminsə Vaqifə qışqırdığını eşitmiş geriyə çevrilən kimi Eltunun və orada olan tanımadığı şəxslərin Vaqifə mane olduğunu, Vaqifin əlində bıçaq olduğunu, yüksək səslə Anarın arxasından qışqırdığını və Anarı vuracağını dediyini eşitmiş və cibində olan bıçağı çıxarıb o da Anarın arxası ilə qaçmışdır. Anar stadionun yanında dayanaraq onun üzərinə gəlib yumruq atan zaman o, Anarın bir dəfə qol, bir dəfə isə qarın nahiyəsindən vurduqdan sonra zərbəni Anarın ürəyinin alt nahiyəsindən özü də bilmədən vurmuşdur. Anar ona yumruq atdığı üçün o, bıçağı qolundan vurmaq istəyəndə bıçaq yayındığından sinə nahiyəsindən dəymişdir. O, Anarı vurduqdan sonra bir qədər qorxduğu üçün dayanmış, Anar isə uzaqlaşaraq qaçmışdır. Anar qaçan zaman Vaqif də Anarın arxası ilə qaçanda Vaqifə qışqıraraq getməməsini, Anarı bıçaqla vurduğunu demişdir. Bundan sonra həmin yerdən ayrılıb “Sovxoz Nizaminin dairəsi” adlanan yerə, oradan isə “Qələbə parkı” adlanan yerə gedib bıçağın qanını bulaqda yumuş və oradan da öz yaşadığı evə getmişdir. Məhkəmə iclasında dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 28 mart 2020-ci il tarixdə dostu İlham ona mesaj yazaraq Anarın dəli kimi nəisə danışdığını, “Whatsapp” sosial şəbəkəsində qrup açacağını, orada Anarla onun mesajlaşaraq söhbət etməklərini istəmişdir. O da İlhamla razılaşmış və Anarla həmin sosial şəbəkədə yazışanda, Anarın yekəxana şəkildə danışdığını görmüşdür. Anardan nə baş verdiyini soruşan zaman Anar ona İlhamın onunla zarafat etdiyini, lakin İlhamla telefonda zarafat etmək istəmədiyini, yalnız üz-üzə olduqda zarafat etmək istədiyini ona demişdir. O, Anara həmin zarafatlarla bağlı müəyyən izahlar versə də Anar yenə də onun dediklərini kənara qoyub öz dediklərini demişdir. O, sonradan Anara qrupdan çıxmağını, öz aralarında yazışmağını demişdir. O, Anarla söhbətləşən zaman onu anlamayacağını görüb səhər görüşüb söhbət etməyi təklif etsə də Anar onu “Whatsapp” sosial şəbəkəsində qara siyahıya ataraq ona cavab verməmişdir. Səhəri gün saat 16 radələrində o, Dəmiryol Vağzalının yaxınlığında olan zaman Anara telefonla zəng edib etdiyi hərəkətin səbəbini soruşanda Anar onunla telefonda yenə də kobud surətdə danışaraq onu yola verib telefonu söndürmüş və zəngdə də onu qara siyahıya salmışdır. 30 mart 2020-ci il tarixdə saat 16 radələrində o, yenə də “Dəmiryol Vağzalı” adlanan yerin yaxınlığında, “2-ci Vağzal adlanan” ərazidə İlhamla birlikdə olan zaman Anarı görmüş, Anarı görən kimi yanına çağırmış, Anar onun yanına gələn zaman o, zarafatla Anarın qolundan tutub küçəyə çəkmiş, Anar isə ona ciddi şəkildə baxıb nə isə xatırlamadığı xoşagəlməz söz dediyindən Anara yumruq atmış, lakin yumruq dəyməmişdir. Anar isə onu bir dəfə baş nahiyəsindən yumruqla vuraraq qaçıb getmişdir. O, həmin gün axşam evə gedib özünə məxsus olan ***- ***-**-** saylı digər nömrə ilə “Whatsapp” sosial şəbəkəsində Anara yazaraq onu vurmaq əvəzinə öldürməyini, bu hərəkətinin pis cavabının olacağını, başına oyun açacağını demiş və həmçinin Anardan hansı səbəbdən ona yumruq atmasının səbəbini soruşsa da, Anar ona heç bir cavab verməmişdir. Mübahisə zamanı Anar ailəsinin hamı tərəfindən tanındığını, 2 bacısının olduğunu, bacılarının namaz qıldığını, hər bir yaxşı kişinin də bacısının namaz qılmalı olduğunu demiş, o, da Anara kobud surətdə müraciət edərək dediyi sözün düzgün olmadığını bildirmişdir. Anar ona eyni formada kobud surətdə müraciət etdikdən sonra növbəti gün Anara görüşməyi təklif etsə də Anar ona polisdə işinin olduğunu, gələ bilməyəcəyini dediyindən, Eltun adlı tanışına zəng edərək Anarı 31 mart 2020-ci il tarixdə onunla görüşmək üçün gətirməsini istəmişdir. Eltun isə Anarla danışaraq Gəncə şəhəri ərazisində olan 42 saylı məktəbin həyətinə gələcəklərini və söhbətin mehribançılıqla yoluna qoyulacağını bildirmişdir. 31 mart 2020-ci il tarixdə saat 15 radələrində o, İlham, Məcid və Rəhmanla birlikdə məktəbə getmişlər, məktəbə gedib çatan zaman Anarın, Səmədin, Eltunun və Azərin orada olduğunu görmüş, oraya çatdıqdan sonra bir qədər orada uşaqlarla söhbət etmişdir. Oranın qarışıq olduğunu görüb Anarı kənara çəkərək Anara ona yazdığı mesajları oxudub söhbətləşməyə başlamışlar. Anar bəzi səhv sözlərini anlayıb, dediyi bəzi sözlərin isə səhvən yazıldığını dedikdə, o bir qədər əsəbləşdiyi üçün susmuş, bir qədər dayanıb əlini cibindən çıxararaq Anarı yumruqla ağzının üstündən vurmuşdur. O, Anarı vuran kimi oradan uşaqlar qaçaraq yanlarına gəlib araya girmişlər. Anar isə ona baxıb yumruğunu sıxsa da onu vurmamışdır. Həmin vaxt İlham, Anar, Eltun, Məcid, Rəhman, Səməd, Azər və stadionda olan tanımadığı şəxslər olmuşlar. Mübahisə əsnasında onlar Anarın səhv hərəkətlərinin başa salınması üçün aralarında söyüş söymüşlər. Orada o və İlham uca səslə danışdığına görə ətrafda olan şəxslərin diqqətini cəlb etmişlər. Anarın hələ də səhvini başa düşmədiyini görüb cibindən açılıb-qatlanan qara rəngli bıçağı çıxararaq açmış, Anarı qorxutmaq məqsədi ilə üzərinə gedərək lazım olsa onu bıçaqla vura biləcəyini demişdir. Həmin vaxt Rəhman onu arxadan tutduğundan Anar həmin yerdən qaçmış, onun əlidə olan bıçağı almışlar. O, çevrilən zaman Anarın qaçdığını, İlhamın da arxası ilə getdiyini, sonradan isə onların məktəbin sol tərəfinə çevrilərək gözdən itdiklərini görmüşdür. O da nə baş verdiyini görmək üçün əks tərəfə qaçmış, Anarın İlhamla stadionda əlbəyaxa olmasını və daha sonra Anarın, İlhamı itələyib qaçmasını görmüşdür. Anarın qaçdığını görüb tutmaq üçün arxası ilə qaçmaq istəsə də, İlham ona qışqıraraq Anarı bıçaqla vurduğunu arxası ilə getməməsini demişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 uşaq vaxtlarından tanıyır, hər ikisi ilə münasibəti daim olaraq dost kimi olmuşdur. O, mart ayının təxminən 25-də namaz qılmağa başladıqdan sonra evdən çıxmadığı üçün uşaqlarla görüşə bilmədiyindən onlarla aralarında soyuqluq yaranmağa başlamışdır. 2020-ci ilin mart ayının təxminən 28-29 ərəfələrində onun “Whatsapp” sosial şəbəkəsində İlhamın onu söyməsi səbəbi ilə İlhamla aralarında mübahisə baş vermiş, İlhamdan hansı səbəbdən onunla bu tərzdə danışdığını soruşanda, İlham isə ona hansı səbəbdən bir neçə gündür ki, onlarla deyil başqa uşaqlarla gəzməyini soruşmuşdur. O da İlhama heç bir aidiyyətinin olmamasını demişdir. İlham ona söz çatdıra bilmədiyi üçün həmin sosial şəbəkədə Vaqiflə birlikdə qrup yaratmışdır. Həmin günün səhərisi Vaqif ona həmin sosial şəbəkədə yazaraq Dəmiryol vağzalının yaxınlığında yerləşən parka getməyini, orada onunla söhbət etmək istədiyini desə də o, parka getməmiş, Vaqifə evdən çıxmağa icazə vermədiklərini demişdir. Bu zaman Vaqif ona məxsus ***-***-**-** saylı mobil nömrəyə zəng edərək onu nalayiq ifadələrlə təhqir etməyə başlamışdır. Söhbət əsnasında o, bacılarının da namaz qıldığını, hər bir yaxşı kişinin də bacısının çalışıb namaz qılmalı olduğunu demiş, lakin onun sözü Vaqif tərəfindən düzgün başa düşülmədiyindən mübahisə daha da kəskinləşmişdir. 30 mart 2020-ci il tarixdə o, yaşadığı evdən çıxıb Dəmiryol Vağzalının yaxınlığında yerləşən aptekə getmiş, aptekdən qayıdan zaman yolda Vaqif və İlhamı görən zaman İlham onu yanına çağırmışdır. O, İlhamın yanına çatan zaman Vaqif onunla bir qədər danışıb yumruqla vurmuş, o da cavabında Vaqifi yumruqla vurub oradan qaçaraq uzaqlaşmışdır. Vaqif 30 mart 2020-ci il tarixdə ona “Whatsapp” sosial şəbəkəsində səslər ataraq “kaş məni öldürərdin, amma vurmazdın, bu hərəkəti bu cür qoymayacam, sənin başına oyun açacam” deyib hədələmişdir. Bundan sonra o, bu barədə Eltun adlı dostuna yazaraq İlham və Vaqiflə probleminin olduğunu demiş, Eltun da Vaqiflə telefonda nə isə danışdıqdan sonra ona məsələnin həll olunduğunu, heç bir problem qalmadığını, lakin İlhamla olan problemin həll olunmadığını, İlhamın söhbəti bağlamadığını demişdir. O, Eltundan nə etməyi ilə bağlı məsləhət alan zaman gedib birlikdə söhbət etməyini, səhv olanın üzr istəməyini, bununla da hər şeyin yoluna qoyulacağını demişdir. 31 mart 2020-ci il tarixdə o, Səməd və Eltunla birlikdə Gəncə şəhər 6-cı Vağzal küçəsində yerləşən 42 saylı orta məktəbə getmiş, təxminən bir saat sonra İlham, Vaqif və tanımadığı bir neçə uşaq həmin məktəbə gəlmişlər. Onlar həmin məktəbin arxa tərəfinə getmişlər, orada hər iki tərəfdən gələn şəxslər və orada yerləşən futbol meydançasında futbol oynayan tanımadığı şəxslər öz aralarında söhbət etmişlər. Həmin vaxt stadionda futbol oynayan tanışı Azər də oraya gəlmişdir. O isə Vaqifin çağırışı ilə oradan kənara keçib Vaqiflə söhbət etməyə başlamışdır. O, Vaqiflə söhbət edən zaman heç bir səbəb olmadan danışdığı yerdə Vaqif üz nahiyəsindən yumruqla vurub daha sonra qara rəngli açılıb-qatlan bıçaq çıxarıb ona tərəf tutaraq qarnını deşik-deşik edəcəyini demişdir. Həmin vaxt orada olan tanımadığı bir nəfər şəxs Vaqifi tutanda o, oradan qaçmışdır. O, qaçan zaman İlham da onun arxasınca qaçmağa başlamışdır. O, məktəbin yan hissəsinə keçmiş, məktəbin yan hissəsində yerləşən stadiona çatmağa az qalmış İlham ona yaxınlaşıb, onu dayandırmışdır. İlham əlində bıçaqla onun üstünə gələn zaman İlhamın bıçağından özünü qorumaq üçün İlhama yumruq atmışdır. Onun yumruq atmağı ilə eyni vaxtda İlham onu bıçaqla vurmuş və onun əli açıq olduğundan bıçaq döş qəfəsi nahiyəsindən dəymişdir. Lakin o, güclü ağrı hiss etmədiyini, sonradan İlhamın onun qarın boşluğundan da 1 dəfə bıçaq vurduğunu bildirmişdir. O, özünü müdafiə etmək üçün yumruqla vurmaq istəyən zaman İlhamın vurduğu zərbələr sağ və sol qolundan dəymiş, o, İlhamı əli ilə itələyərək yerə yıxmış və oradan qaçmağa başlamışdır. O, qaçan zaman uzaqdan Vaqifin də onun arxasınca qaçdığını görmüşdür. Vaqifin ona qışqırdığını eşitsə də yenə də öz yoluna davam edərək yaşadığı evə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, dəqiq tarixi xatırlamdığı vaxtda Gəncə şəhər 42 saylı orta məktəbin stadionunda bir neçə nəfər qonşu ərazilərdə yaşayan uşaqlarla futbol oynayan zaman Anar, Eltun və yanında olan bir neçə nəfər tanımadığı şəxslər məktəbin arxasına gəlmişlər. O, futbol oynadığı üçün onlara çox fikir verməmişdir. Biraz keçmiş İlham, Vaqif və yanlarında olan 3-4 nəfər şəxslər də gəlmişlər. Anar və İlham yanlarında gələn şəxslərlə birlikdə məktəbin arxasına toplaşıb söhbət etdiklərini görmüşdür. Orada olan şəxslərdən nə məsələ olduğunu soruşduqda ona söyüş məsələsi olduğunu demişlər. Biraz söhbət etdikdən sonra Vaqif adlı şəxs Anarı kənara çəkib təkbətək söhbət edən zaman Vaqif Anarın sifət nahiyəsindən bir dəfə yumruqla vurmuş, sonra isə Anarın məktəbin qarşısına doğru qaçdığını və Anar qaçanda onun arxası ilə 3-4 nəfərin də qaçdığını görmüşdür. O, digər şəxslərlə birlikdə məktəbin qarşısına doğru çıxanda Anarın İlhamın sifət nahiyəsindən yumruq vurduğunu görmüşdür. Daha sonra isə oradan çıxıb Anarın yaşadığı küçəyə getdikdə, Anarın yaşadığı evin qarşısına təcili tibbi yardım avtomobili gəldiyini görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 oğlu ifadəsində göstərmişdir ki, o, Anarı, İlhamı və Vaqifi uzun müddətdir ki, tanıyır. 30 mart 2020-ci il tarixdə Anar ona “Whatsap” sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlayaraq İlhamla və Vaqiflə “Whatsap” sosial şəbəkəsində mübahisə etdiyini, bir-birilərinə nalayiq ifadələr işlətdiyini və Anarın “yaxşı oğlanın bacısı namaz qılar” yazdığını və İlhamla Vaqifin onu 31 mart 2020-ci il tarixdə saat 15:00-da həmin məsələ ilə bağlı söhbətə çağırdığını və ondan həmin söhbətə onunla getməyini xahiş etmişdir. O, da Anara işinin olduğunu bildirib, onu yaşadığı evə dəvət etmiş, işini həll etdikdən sonra birlikdə gedəcəklərini bildirmişdir. Anar da 31 mart 2020-ci il tarixdə bir nəfər tanımadığı şəxslə onun yaşadığı evin qarşısına gəlmiş, lakin həmin vaxt onun işi olduğuna görə onlara getmələrini, özünün isə daha sonra gələcəyini bildirmişdir. Təxminən 1 saat sonra söhbət edəcəkləri Gəncə şəhər 6-cı Vağzal adlanan ərazidə yerləşən 42 saylı orta məktəbə getmişdir. O, həmin yerə gələndə orada Vaqif İlham və Anargilin yığışdığını və öz aralarında söhbət etdiklərini daha sonra isə Anarın məktəbin qarşısına doğru qaçdığını görmüşdür. Anar qaçan zaman uşaqlar da Anarın arxası ilə qaçıb onu qabaqlamaq istəsələr də Anarı qabaqlaya bilməmişlər. Anar getdikdən sonra Vaqif Anarın arxası ilə qaçsa da X12 bıçaqla vurduğunu deyib yanına çağırmışdır. Məhkəmədə tədqiq edilən baxış keçirilməsi haqqında 31 mart 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Gəncə şəhəri, 6-cı vağzal küçəsində yerləşən 42 saylı orta məktəbin həyətidir. Məhkəmədə tədqiq edilən əşyanın götürülməsi haqqında 31 mart 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkildən görünür ki, Təqsirləndirilən şəxs1 hadisəni törətdiyi bıçağı istintaq orqanına təqdim etmişdir. Məhkəmədə tədqiq edilən baxış və götürülmə aparılması haqqında 01 aprel 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs hadisə zamanı üzərində olmuş 1 ədəd göy rəngli uzunqol köynək və 1 ədəd ağ rəngli qısaqol mayka götürülmüşdür. Məhkəmədə tədqiq edilən cinayət haqqında şifahi məlumatın qəbul edilməsi barədə 01 aprel 2020-ci il tarixli protokoldan görünür ki, X8 Gəncə şəhər Baş Polis idarəsinə oğlu Zərərçəkmiş şəxs oğlunun Gəncə şəhəri, 42 saylı orta məktəbdə İlham Allaverdiyev tərəfindən bıçaqlandığı, Təqsirləndirilən şəxs2 tərəfindən isə döyüldüyünü və üzərinə bıçaq çıxarıldığı barədə məlumat vermişdir. Məhkəmədə tədqiq edilən məhkəmə-tibbi ekspertizasının 02 aprel 2020-ci iltarixli 491 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 bədəni üzərində xəsarət müəyyən edilməmişdir. Məhkəmədə tədqiq edilən məhkəmə-tibbi ekspertizasının 02 aprel 2020-ci iltarixli 492 rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarət-sağ əlin ikinci barmağının səthi yarası-kəsici alətin bərk təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə 31mart 2020-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmədə tədqiq edilən məhkəmə-tibbi ekspertizasının 04 aprel 2020-ci il tarixli 497 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində deşici-kəsici alətin (alətlərin) təsiri nəticəsində əmələ gəlmiş dörd ədəd deşilmiş-kəsilmiş yara aşkar edildi. Bu yaralardan biri döş qəfəsinin ön səthində solda V qabırğa səviyyəsində, digəri isə qarın nahiyəsinin ön səhtində epiqastral nahiyəndə yerləşdirilmişdir, hər iki yara daxilə nüfuz edən yaradır, sol ağciyərin və qaraciyərin zədələnməsi ilə müşayiət olunur və dərəcəsinə görə hər biri ayı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir, üçüncü yara sol dirsək oynağı nahiyəsində, dördüncü yara isə sağ bazu nahiyəsinin ön səthində yerləşmişdir, dərəcəsinə görə hər biri ayı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid edilir. Xəsarətlərin əmələ gəlmə müddətləri 31mart 2020-ci il tarixə uyğun gəlir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-psixiatrik və psixioloji ekspertizasının 19 may 2020-ci il tarixli 249/96 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nın 21 və 22-ci maddələrinin təsiri altına düşmür, onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 hazırda da öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və hərəkətlərini idarə etmək iqtidarındadır, Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Məhkəmə istintaqı zamanı təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 20 may 2020ci il tarixli 256/99 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nın 21 və 22-ci maddələrinin təsiri altına düşmür, onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 hazırda da öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və hərəkətlərini 20 may 2020-ci il tarixli 256/99 idarə etmək iqtidarındadır, Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Məhkəmədə tədqiq edilən məhkəmə-bioloji ekspertizasının 03 aprel 2020-ci iltarixli 15 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs maye halda qanının qrup göstəricisi ABO sisitemi üzrə A(İİ) betadır. Təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus bir ədəd köynək, bir ədəd mayka üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi A (İİ) beta olduğundan onun özünə məxsus ola bilər. Təqdim olunmuş bir ədəd bıçaq üzərində qanabənzər ləkələr aşkar edilmədiyindən müayinə edilməmişdir. Məhkəmədə tədqiq edilən Məhkəmə Ekspertiza Mərkəzinin 01 iyun 2020-ci il tarixli 16/302/303 rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq kustar üsulu ilə hazırlanmış kəsici-deşici xassəyə malik olan ümumi təyinatlı turist bıçaq olmaqla, soyuq silah hesab edilmir. Təqdim olunan köynəyin səthində olan 01 ədəd zədə və maykanın səthində olan 03 ədəd zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən, təqdim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində yuxarıdan aşağıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Lakin təqdim edilmiş paltarların üzərindəki zədələrdə zədə yaradan predmentə aid xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün olmamışdır. Tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin 04 aprel 2020-ci il tarixli 497 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarət ilə təqdim edilmiş paltarların səthində olan zədələr müqayisə edilən zaman bədəndə yerləşən “Döş qəfəsinin, qarının daxilə keçən kəsilmiş-deşilmiş yaralanması, sağ bazunun, sol dirsəyin kəsilmiş yaraları, köynəyin səthində olan 04 ədəd zədə yerləşmə sahəsinə və sayına görə uyğunluq təşkil edir, yəni zədə və xəsarət üst-üstə düşür. Məhkəmədə tədqiq edilən Gəncə şəhəri Psixonevroloji Dispanserinin və Psixonevroloji Dispanserinin 07 aprel 2020-ci il tarixli, 1554 və 1555 nömrəli arayışlarınndan görünür ki, Təqsirləndirilən şəxs2 dispanserdə qeydiyyatda durmur. Məhkəmədə tədqiq edilən Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserinin və Psixonevroloji Dispanserinin 09 aprel 2020-ci il tarixli 1400 və 1401 nömrəli arayışlarından görünür ki, Təqsirləndirilən şəxs1 dispanserdə qeydiyyatda durmur. Məhkəmədə tədqiq edilən Gəncə şəhəri Kəpəz RİH Başçısının Məhsəti QİƏD üzrə nümayəndəsinin 22.05.2020-ci il tarixli, 260 saylı xasiyyətnaməsindən və 04.06.2020-cil tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 10.06.1978-ci il təvəllüdlü atası X4,17.04.1981-ci il təvəllüdlü anası və 04.10.2002-ci il təvəllüdlü bacısı X2 ibarət ailə tərkibi ilə birlikdə Gəncə şəhəri, Kəpəz rayon, Məhsəti qəsəbəsində yaşayır, yaşadığı müddət ərzində onun barəsində heç bir müraciət daxil olmamışdır. Məhkəmədə tədqiq edilən Gəncə şəhəri Kəpəz RİH Başçısının 2 nömrəli SƏİD üzrə nümayəndəsinin 24.05.2020-ci il tarixli, xasiyyətnaməsindən və 04.06.2020-cil tarixli, 350 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs1 övşən oğlu Gəncə şəhəri, Kəpəz rayon, H.Əliyev prospekti bina 33, mənzil 36-da yaşayır, yaşadığı müddət ərzində onun barəsində heç bir şikayət daxil olmamışdır. Məhkəmədə tədqiq edilən cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 31 mart 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə tədqiq edilən cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 31 mart 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə tədqiq edilən təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında 02 aprel 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq edilən təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında 02 aprel 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə şəhər Baş Polis İdarəsinin MSY-dən azad olunaraq barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Məhkəmədə tədqiq edilən notarial qaydada təsdiq edilmiş 05.05.2020-ci il və 27.04.2021-ci il tarixli ərizələrindən görünür ki, zərərçəkmiş X8 təqsirləndirilən Təqsirləndirilən şəxs1 ilə barışmış, ona dəymiş maddi və mənəvi ziyan ödənilmiş və Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayəti yoxdur. Məhkəmədə tədqiq edilən sübutların qiymətləndirilməsi haqqında 15 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs üzərində olmuş 1 ədəd göy rəngli uzunqol köynək və 1 ədəd ağ rəngli qısaqol mayka və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirdiyi bir ədəd bıçaq maddi sübut kimi tanınmış və saxlanılmaları üçün Gəncə şəhər BPİ-nin saxlama anbarına məsul saxlanca verilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən maddi sübutları, ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını və sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxlər Təqsirləndirilən şəxs1 oğlunun və Təqsirləndirilən şəxs2 əməllərində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12.12.2002-ci il tarixli qərarından görünür ki, qəsdən adam öldürmə o vaxt Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). İstər “Qəsdən adam öldürmə”, istərsə də “Qəsdən sağlamlığa ağır zərər vurma” cinayətlərinin tövsifedici əlaməti olan “xuliqanlıq niyyəti” təqsirkarın öz davranışı ilə özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə əxlaq normalarını kobud surətdə pozması halında öz əksini tapır. Eyni zamanda qeyd edilən cinayət əməlinin çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi bəhanə etməklə törədilməsi xuliqanlıq niyyətinin olmasına dəlalət edir. Qanunun mənasına görə xuliqanlıq niyyəti ilə sağlamlığa ağır zərərvurma təqsirkarın davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan açığa hörmətsizlik, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma zəminində başqa şəxsə zərər vurmada ifadə olunur. Xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edərək heç bir səbəb olmadan, yaxud cüzi səbəbdən bəhanə etməklə cinayət törədir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 1-ci bəndində göstərilir ki, təqsirkar şəxsin ictimai qaydanı kobud surətdəpozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya beləzorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi,yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Həmin Qərarın 8-ci bəndinə əsasən, xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə tövsif edilməsi üçün əsasdır. Qərarın 9 və 10-cu bəndlərində qeyd olunur ki, xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxsin üzərində zor tətbiq olunması və ya zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etdiyinə görə onun əməli Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə, digər təqsirləndirilən Təqsirləndirilən şəxs1 isə xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmuş və bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət edilən silah qismində istifadə edilən əşyadan istifadə etməklə qərəzli xuliqanlıq etdiyinə görə onun əməli Azərbaycan Respublikası CM-in 126.2.4 və 221.3-cü maddələri ilə tövsif edilməli və onlar həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Məhkəmənin gəldiyi bu nəticə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12.12.2002-ci il tarixli qərarının və "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" 23 mart 2004-cü il tarixli qərarının izah və tövsiyələri baxımından da əsaslıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinin sanksiyasında 6 ildən 11 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi maddəsinin sanksiyasında 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 1 ildən 3 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 221.3-cü maddəsinin sanksiyasında isə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2, 58.3 və 86-cı maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini və yetkinlik yaçına çatmamasını, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 84-cü maddəsi cinayət törədərkən 14 yaşı tamam olmuş, lakin 18 yaşına çatmayan şəxsləri yetkinlik yaşına çatmayanlar qrupuna aid edərkən, onların kifayət qədər əqli yetkinliyə çatmadıqlarını və həyat təcrübələrinin az olmasını nəzərə almışdır. Buna görə də cinayət qanunvericiliyi yetkinlik yaşına çatmayanın törətdiyi cinayətə görə onların əməlinin tövsifində, məsuliyyətin həllində və cəza təyinində yetkinlik yaşına çatmayan şəxslərin əqli və iradəvi xüsusiyyətlərinin məhkəmələr tərəfindən nəzərə alınmasını məcburi sayır. Yetkinlik yaşına çatmayanların törətdiyi cinayətlərə görə tətbiq olunan cəza növü Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin 29 noyabr 1985-ci ildə qəbul etdiyi «Yetkinlik yaşına çatmayanlar barəsində ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı X7»na («Pekin qaydaları») uyğun olduğu üçün, məhkəmə, yetkinlik yaşına çatmayanın işi üzrə qəbul etdiyi qərarın və seçdiyi təsir tədbirinin təkcə işin hallarının hüquq pozuntusunun ağırlığına uyğunluğu prinsipinə deyil, həm də yetkinlik yaşına çatmayanın vəziyyətinə və marağına uyğun olmasını da rəhbər tutur. Əgər yetkinlik yaşına çatmayanın əməli hər hansı bir əsaslı səbəb olmadan başqası üzərində zor tətbiq etməklə bağlı deyildirsə və ya yetkinlik yaşına çatmayan dəfələrlə ciddi hüquq pozuntusuna yol verməmişdirsə, onun barəsində azadlıqdan məhrum etmə cəzası tətbiq edilməməlidir. Uşaq hüquqlarının və azadlıqlarının müdafiəsinə, ədalət mühakiməsinin növbədə yetkinlik yaşına çatmayanların mənafelərinin qorunmasına yönəldilməsi barədə «Pekin qaydaları»nın əsas müddəaları «Uşaq hüquqları haqqında» Bəyənnamənin Birləşmiş Millətlər Təşkilatının 20 noyabr 1989-cu il tarixli Konvensiyasının, eyni zamanda «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun və digər bu sahədə qəbul edilmiş çoxsaylı beynəlxalq aktlarında öz əksini tapmışdır. «Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli 4 saylı Qərarın 1-ci bəndində göstərilir ki, yetkinlik yaşına çatmayan şəxslər barədə ədalət mühakiməsi ilk növbədə həmin şəxsin mənafelərinə xidmət etməli və belələri haqqında görülən təsir tədbirləri onun şəxsiyyətinə və qanuna zidd əməlinin xarakterinə uyğunluq təşkil etməli, yetkinlik yaşına çatmayan şəxslərin hüquqlarının müdafiəsi onların barəsində ədalətli cəzaların təyin edilməsinə, yetkinlik yaşına çatmayan şəxs tərəfindən yeni cinayətlərin törənməsinin qarşısının alınmasına, həmçinin həmin cinayəti doğuran səbəblərin aradan qaldırılmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 cinayəti yetkinlik yaşına çatmayan zaman törətməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə etməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə, səmimi etirafı və əməlindən peşman olması, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi və yaşayış yeri üzrə müsbət xarakterizə olunması isə həmin Məcəlləsinin 59.2-ci maddəsinə əsasın onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin təqsirləndirilən Təqsirləndirilən şəxs2 qarşı şikayətinin olmaması, səmimi etirafı və əməlindən peşman olması, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi və yaşayış yeri üzrə müsbət xarakterizə olunması Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasın onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəllənin 60-cı maddəsinə əsasən hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışıq əldə etdiyindən, ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəllənin 126.2.4 və 221.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin dörddə üçündən, artıq ola bilməz. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran halların olmamasını, habelə yetkinlik yaşına çatmaması yuxarıda sadalanan və onun cəzasını yüngülləşdirən halların toplusunu, eyni zamanda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsinin əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni törətmiş olduğu cinayət əməlini səmimi etiraf edərək əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin, tələbinin və iddiasının olmamasını nəzərə alaraq barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsini tədbiq etməklə onun cəza çəkmədən islah olunmasını mümkün sayır və bu səbəbdən Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması haqqında qərar çıxarılmasını məqsədə uyğun hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməli və CM-in 70.5-ci maddəsinə əsasən davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalı, habelə davranışı üzərində nəzarət Gəncə şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Sınaq müddəti məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs1 31 mart 2020-ci il tarixdən 02 aprel 2020-ci il tarixədək “şübhəli şəxs qismində” tutulduğu müddət, Azərbaycan Respublikasının CPM-in 158.2 və CM-in 69.3-cü maddələrinin tələbinə əsasən təqsirləndirilən şəxsin cəza müddətinə hesablanmalı olduğundan, ona təyin olunacaq cəzadan çıxılmalıdır. Məhkəmə, digər təqsirləndirilən Təqsirləndirilən şəxs2 da cəza təyin edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni törətdiyi cinayət əməlinin az ağır cinayətlər kateqoriyasına aid edilməsini, şəxsiyyətini, cinayətin törədilməsində iştirak dərəcəsini, habelə cəzanı yüngülləşdirən halları, məhkəmə istintaqı zamanı islah olunmaq yönündəki davranışlarını nəzərə alaraq təqsirləndirildiyi maddənin sanskiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini ədalətli hesab edib bununla da cəzanın məqsədlərinə cavab veriləcəyi qənaətinə gəlir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Eyni Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə, Təqsirləndirilən şəxs2 Gəncə şəhər ərazisində olmasını, ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, ona gecə saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini, Gəncə şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalı və icrası Gəncə şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin Təqsirləndirilən şəxs2 31 mart 2020-ci il tarixdən 02 aprel 2020-ci il tarixədək “şübhəli şəxs qismində” tutulduğu müddət, Azərbaycan Respublikasının CPM-in 158.2 və CM-in 69.3-cü maddələrinin tələbinə əsasən təqsirləndirilən şəxsin cəza müddətinə hesablanmalı olduğundan, ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CPM-in 132-ci maddəsinin tələbləri baxımından, cinayət işi üzrə maddi sübutlar olan və Gəncə şəhər BPİ-nin saxlama anbarında saxlanılan hadisə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirdiyi bir ədəd bıçaq yararsız olduğundan məhv edilməli və Zərərçəkmiş şəxs hadisə zamanı üzərində olmuş 1 ədəd göy rəngli uzunqol köynək və 1 ədəd ağ rəngli qısaqol mayka və onun özünə qaytarılmalı, qəbul etməkdən imtina etdikdə isə məhv edilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198.4cü maddəsində göstərilmişdir ki, yetkinlik yaşına çatmamış şəxs məhkum olunarkən onun qanuni nümayəndələrinin bu şəxsin davranışına zəruri nəzarət həyata keçirilmədiyindən cinayətin törədilməsi sübuta yetirilərsə, məhkəmə məsrəflərinin ödənilməsi onların üzərinə qoyula bilər. Məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan təqsirləndirilən Təqsirləndirilən şəxs1 valideynləri tərəfindən onun davranışına zəruri nəzarət həyata keçirilməmişdir. Belə olan halda Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198.4-cü maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 63 manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qanuni nümayəndəsi Qanuni nümayəndə müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Həmçinin cinayət işinə əlavə edilmiş hesabatlardan görünür ki, Gəncə 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 təqsirləndirilən Təqsirləndirilən şəxs1, Müdafiəçi1 isə təqsirləndirilən Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı ayrı-ayrılıqda 21 iş saatı həcmində hüquqi yardım göstərmişdirlər. Ona görə də məhkəmə hesab edir ki, göstərilən hüquqi yardımla əlaqədar hər bir vəkilə ayrı-ayrılıqda 126 manat məblğində pul dövlət hesabından tutularaq Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 31 mart 2020-ci il tarixdən 02 aprel 2020-ci il tarixədək “şübhəli şəxs qismində” tutulduğu müddət Azərbaycan Respublikasının CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə hesablanmaq yolu ilə təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 06 (altı) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş 06 (altı) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə ona 2 (iki) il sınaq müddəti təyin edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə sınaq müddəti ərzində davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Davranışı üzərində nəzarət Gəncə şəhəri Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 31 mart 2020-ci il tarixdən 02 aprel 2020-ci il tarixədək “şübhəli şəxs qismində” tutulduğu müddət Azərbaycan Respublikasının CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablanmaq yolu ilə təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə gecə saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini, Gəncə şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun, icrası Gəncə şəhər icra Probasiya Şöbəsinə həvalə edilsin. Cəzanın çəkilməsi müddətinin başlanğıcı məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut qismində Gəncə şəhər BPİ-nin saxlama anbarında saxlanılan bir ədəd bıçaq yararsız olduğundan məhv edilsin, Zərərçəkmiş şəxs hadisə zamanı üzərində olmuş 1 ədəd göy rəngli uzunqol köynək və 1 ədəd ağ rəngli qısaqol mayka onun özünə qaytarılsın, qəbul etməkdən imtina etdikdə isə məhv edilsin. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qanuni nümayəndəsi Qanuni nümayəndə 63 manat məbləğində məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi1 vəkil işlədikləri Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına hər bir vəkilə ayrı-ayrılıqda 126 manat məbləğində pul köçürülsün Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

1. Sədrlik edən Məhəmməd Bağırov Hakimlər:

2. Dadaş İmanov

3. Nural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar