Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-69/2022 13.06.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Səmədov Xəqani Hacı oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, X17, X23, X18 və Bayramova Aysel Hafiz qızının katibliyi ilə, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və İ dərəcəli hüquqşünas X14, müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkilləri X15 və X6 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında, xx.xx.1959-cu ildə Goranboy rayonun Şəfibəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Goranboy rayonun Şəfibəyli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi, xx.xx.1990-cı ildə Yevlax rayonunun Qaraoğlan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Yevlax rayonunun Qaraoğlan kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs1 2020-ci ilin payız aylarında Goranboy rayonu Zeyvə bələdiyyəsindən icarəyə götürdüyü bələdiyyə torpağında olan narkotik tərkibli çətənə (kannabis) bitkilərinin istifadəyə yararlı hissələrini toplayıb qurutmaqla qanunsuz olaraq satış məqsədi ilə əldə etdiyi tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda 11550 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı satış məqsədilə qanunsuz saxlayıb, daşıyaraq Goranboy rayonu Şəfibəyli kəndində yaşadığı fərdi yaşayış evinə gətirib,evin həyətyanı sahəsində yerləşən anbarda qanunsuz olaraq saxlamış, 05 yanvar 2021ci il tarixdə həmin narkotik vasitə-qurudulmuş marixuananı külli miqdar hesab edilən 1200 qramını qohumu Təqsirləndirilən şəxs2 əvvəllər də bir-birinə verdikləri kimi əvəzli olaraq vermiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 05 yanvar 2021-ci il tarixdə saat 19:45 dəqiqədə Goranboy rayonu Şəfibəyli kəndində yaşadığı fərdi yaşayış evinə və evin həyətyanı sahəsində yerləşən anbara keçirilmiş baxış zamanı qanunsuz olaraq satış məqsədilə əldə edib iki ədəd ağ rəngli sintetik kisədə saxladığı tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda 10350 qram çəkidə narkotik vasitə-qurudulmuş marixuana evin həyətyanı sahəsində yerləşən anbarda aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 05 yanvar 2021-ci il tarixdə Goranboy rayonu Şəfibəyli kəndində yaşayan qohumu Təqsirləndirilən şəxs1 tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda, 1200 qram çəkidə narkotik-vasitə qurudulmuş marixuananı bir ədəd üzərində “Baku Azerbaijan” sözləri əks olunmuş göy rəngli polietilen torbanın içərisində iki ədəd iç-içə keçirilmiş ağ rəngli polietilen torbalarda əvvəllər də bir-birinə verdikləri kimi əvəzli olaraq götürüb, satış məqsədilə qanunsuz olaraq əldə edərək üzərində saxlamaqla daşımış, həmin gün saat 17 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Goranboy rayonu Şəfibəyli kəndi ərazisində saxlanılaraq Goranboy rayon polis şöbəsinə gətirilib, üzərində şəxsi axtarış aparılarkən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda 1200 qram çəkidə narkotik vasitə-qurudulmuş marixuana əlindəki polietilen torbada aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, bədənində ağrılar olduğu üçün narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. Goranboy rayonu Şəfibəyli kəndində yaşayan Təqsirləndirilən şəxs1 onun xalasının əridir. O, Təqsirləndirilən şəxs1 bir müddətdir ki, narkotik vasitə olan qurudulmuş marixuana istifadə etdiyini, Mehman da onun narkotik vasitə olan qurudulmuş marixuana istifadə etdiyini bilmiş, müxtəlif vaxtlarda hər hansı birində narkotik vasitə olan qurudulmuş marixuana olduqda bir-birinə əvəzli olaraq hədiyyə kimi verərək istifadə etmişlər. 05 yanvar 2021-ci il tarixdə səhər saatlarında o, yaşadığı evdən çıxıb Təqsirləndirilən şəxs1 yaşadığı evə qonaq gəlmiş, Təqsirləndirilən şəxs1la söhbət əsnasında ona narkotik vasitə olan marixuana qəbul etmək istədiyini bildirmiş, Təqsirləndirilən şəxs1 yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinin sol tərəfində olan anbara keçib orada saxladığı narkotik vasitə olan qurudulmuş marixuanadan bir ovuc, təxminən 100 qram narkotik vasitəni ağ sellofana doldurub ona vermiş, o, həmin sellofanda narkotik vasitə olan qurudulmuş marixuananı Təqsirləndirilən şəxs1 götürmüş, bir qədər sonra saat 17 radələrində yaşadığı evə getmək üçün oradan çıxarkən Təqsirləndirilən şəxs1 onu ötürmək üçün onunla birlikdə çıxmış, Goranboy rayonu Şəfibəyli kəndində piyada gedərkən bir neçə nəfər mülki geyimli şəxslər onlara yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş, sonra isə onun və Təqsirləndirilən şəxs1 narkotik vasitələrin dövriyyəsində şübhəli olduqlarını bildirərək onları Goranboy rayon polis şöbəsinə dəvət etmişlər. Onlar birlikdə Goranboy rayon polis şöbəsinə gəlib, şöbənin inzibati binasında dəvət edilmiş müdafiəçilərin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, sonra müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı o, sağ əlində sellofan torbada saxladığı və daşıdığı narkotik vasitə olan qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim edərək masanın üzərinə qoymuş və içərisində özünə məxsus narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmiş, təqdim etdiyi içərisində narkotik vasitə qurudulmuş marixuana olan sellofan torbaya polis əməkdaşları tərəfindən baxış keçirilmiş, bundan sonra onun üzərində şəxsi axtarış aparılmış və üzərindən özünə məxsus şəxsiyyət vəsiqəsi, bir ədəd mobil telefon və 36 manat pul aşkar edilərək götürülmüş, onun təqdim etdiyi narkotik vasitə olan qurudulmuş marixuana elektron tərəzidə çəkilərək götürülmüşdür. Polis əməkdaşları tərəfindən bir ədəd mobil telefonun və şəxsiyyət vəsiqəsinin iş üzrə əhəmiyyət kəsb etdiyi izah edildikdən sonra götürülmüş, 36 manat pulu isə özünə geri qaytarılmışdır. Sorğu zamanı həmin narkotik vasitə olan qurudulmuş marixuananın özünə məxsus olduğunu, həmin narkotik vasitəni saxlanılmamışdan əvvəl Goranboy rayonu Şəfibəyli kəndində yaşayan qohumu Təqsirləndirilən şəxs1 öz şəxsi istifadəsi üçün götürdüyünü bildirmişdir. Bundan sonra onunla birlikdə polis şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş şəxsiyyət vəsiqəsi və mobil telefon götürülmüş, üzərindən aşkar edilmiş açar isə özünə geri qaytarılmış, Təqsirləndirilən şəxs1 onun üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı həmin gün, yəni xx.xx.2021-ci ildə ona verdiyini və yaşadığı evdə özü istifadə etmək üçün narkotik vasitə olan qurudulmuş marixuana saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs1, o, müdafiəçilərin və polis əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs1 yaşadığı evə getmişlər. Təqsirləndirilən şəxs1 yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinin sol tərəfində yerləşən anbarda iki ədəd sintetik kisələrdə masanın altından qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Evin digər yerlərinə də baxış keçirilmiş, lakin narkotik vasitə aşkar edilməmişdir. İfadəsinə əlavə olaraq Təqsirləndirilən şəxs1 aldığı narkotik vasitənin miqdarının ittihamda göstərildiyi çəkidə olmadığını, həmin narkotik vasitənin bir ovuc, təxminən 100 qram olduğunu, narkotik vasitənin çəkisinin polis əməkdaşları tərəfindən artırıldığını, həmin narkotik vasitəni pul müqabilində deyil, 15-20 günlük istifadəsi üçün pay olaraq Mehmandan aldığını, narkotik vasitəni satmaq məqsədi olmadığını, ibtidai istintaq zamanı verdiyi ifadələrinin təzyiq altında alındığını, həmin ifadələrinin həqiqəti əks etdirmədiyini, özünü CM-in 234.1-ci maddəsilə təqsirli bildiyini, həmin hissədə də əməlindən peşmançılıq çəkdiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, şəkər xəstəsi olduğuna görə bədənində olan ağrıları kəsmək üçün 2020-ci ilin əvvəllərindən narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. Yevlax rayonu Qaraoğlan kəndində yaşayan Təqsirləndirilən şəxs2 onun baldızı oğludur. Narkotik vasitədən istifadə etdiyi üçün 2020-ci ilin yaz aylarında icarə ilə götürdüyü torpaq sahəsində özü istifadə etmək üçün 3-4 ədəd narkotik vasitə olan marixuana bitkisi əkib-beçərməyə başlamış, həmin bitkiləri becərdikdən sonra 2020-ci ilin payızında kökündən çıxarıb sahənin kənarında olan moruq kollarının yanına düzüb qurutmuş, qurutduqdan sonra yığaraq yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinin sol tərəfində yerləşən anbara gətirib gizlətmiş, sonra həmin narkotik vasitədən özü istifadə etməyə başlamışdır. O, qohumu Təqsirləndirilən şəxs2 da narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyini bildiyi üçün qurudulmuş marixuana olduqda dəfələrlə hədiyyə kimi əvəzli olaraq bir-birinə istifadə etmək üçün vermişlər. 05 yanvar 2021-ci il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs2 onun yaşadığı evə qonaq gəlmiş, Təqsirləndirilən şəxs2la söhbət əsnasında sonuncu narkotik vasitə olan qurudulmuş marixuana istifadə etmək istədiyini bildirmiş, o, da Təqsirləndirilən şəxs2 evində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu demiş, Təqsirləndirilən şəxs2 ondan özü istifadə etmək üçün narkotik vasitə olan qurudulmuş marixuana istəmiş, o, yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinin sol tərəfində olan anbara keçib orada masanın altında saxladığı narkotik vasitə olan qurudulmuş marixuanadan bir qədər hissəsini, təxminən 100 qrama qədərini Təqsirləndirilən şəxs2 vermişdir. Həmin gün saat 17 radələrində Təqsirləndirilən şəxs2 yaşadığı evə getmək istəyərkən onu ötürmək üçün birlikdə evdən çıxıb Goranboy rayonu Şəfibəyli kəndində piyada getdikləri zaman bir neçə nəfər mülki geyimli şəxslər onlara yaxınlaşaraq özlərini təqdim edib, polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin vaxt onun verdiyi sellofan torbada narkotik vasitə olan qurudulmuş marixuana Təqsirləndirilən şəxs2 əlində olmuşdur. Sonra isə onun və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin dövriyyəsində şübhəli olduqları bildirilərək onlar Goranboy rayon polis şöbəsinə dəvət edilmişlər. Onlar birlikdə Goranboy rayon polis şöbəsinə gəlmişlər. Goranboy rayon polis şöbəsinin inzibati binasında dəvət edilmiş müdafiəçilərin iştirakı ilə onlar şübhəli şəxs qismində tutulmuşlar. Sonra müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmış, bundan sonra Təqsirləndirilən şəxs2 sağ əlində sellofan torbada saxladığı və daşıdığı narkotik vasitə olan qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim edərək masanın üzərinə qoymuş və içərisində özünə məxsus narkotik vasitə olan qurudulmuş marixuana olduğunu demişdir. Sonra həmin narkotik vasitə polis əməkdaşları tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs2 sorğu zamanı həmin narkotik vasitə olan qurudulmuş marixuananın özünə məxsus olduğunu, həmin narkotik vasitəni saxlanılmamışdan əvvəl ondan öz şəxsi istifadəsi üçün götürdüyünü bildirmişdir. Bundan sonra onun üzərində də şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı onun üzərində aşkar edilmiş şəxsiyyət vəsiqəsi və mobil telefonu polis əməkdaşları tərəfindən götürülmüş, üzərindən aşkar edilmiş açar isə özünə geri qaytarılmışdır. O, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı həmin gün, yəni xx.xx.2021-ci ildə ona verdiyini və yaşadığı evdə özü istifadə etmək üçün narkotik vasitə olan qurudulmuş marixuana saxladığını bildirmişdir. Sonra o, Goranboy rayonu Şəfibəyli kəndində yerləşən fərdi yaşayış evinə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmaması barədə ərizə vermiş, Təqsirləndirilən şəxs2 və o, müdafiəçilərlə və polis əməkdaşları ilə birlikdə onun yaşadığı evə getmişlər. O, yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinin sol tərəfində yerləşən anbarda masanın altında saxladığı qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi narkotik vasitə təxminən 80-100 qram olmuşdur. Aşkar olunmuş qalan narkotiki isə həmin yerə polis əməkdaşları kisələrdə özləri qoyaraq sonra oradan çəkilişlə götürmüşlər. Həmin kütlələrə baxış keçirildikdən sonra polis əməkdaşları tərəfindən qablaşdırlaraq götürülmüşdür. Bundan sonra onun yaşadığı fərdi yaşayış evinin digər yerlərinə baxış keçirilmiş, baxış zamanı evinin digər yerlərindən narkotik vasitə aşkar edilməmişdir. İfadəsinə əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs2 narkotik vasitəni satmamış, əvəzsiz, pay kimi vermiş, həmin narkotikin çəkisi təxminən 100 qram olmuş, həmçinin evindən aşkar edilmiş narkotik vasitə ittihamda göstərilən çəkidə olmamış, həmin narkotikin də çəkisi təxminən 80-100 qram olmuş, lakin çəkilişlə aşkar edilmiş kisələrdə olan narkotik vasitə polis əməkdaşlarının özləri tərəfindən onun evinə qoyulmuş, özü də narkotik istifadəçisi olduğundan narkotik vasitələrin satışı ilə məşğul olmamış, ibtidai istintaq zamanı verdiyi ifadələri təzyiq altında alınmış, həmin ifadələri həqiqəti əks etdirməmiş, özünü yalnız CM-in 234.1-ci maddəsilə təqsirli bildiyindən həmin hissədə törətdiyi əmələ görə peşmançılıq çəkdiyini, övladları Vidadi Behbudzadə və Elşən Behbudzadənin hərbi qulluqçu olmaqla “Vətən Müharibəsi”-də iştirak etdiklərini göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, DİN-nin BNMİ-nin əməliyyat müvəkkili vəzifəsində xidmətdə olduğu vaxt 05 yanvar 2021-ci il tarixdə Yevlax rayonunun Qaraoğlan kəndində yaşayan Təqsirləndirilən şəxs2 qanunsuz olaraq külli miqdarda narkotik vasitələri satış məqsədilə əldə edərək Goranboy rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı almış, bu barədə dərhal idarə rəhbərliyinə raportla məruzə etmişdir. Təqsirləndirilən şəxs2 ətrafında təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin keçirilməsinə icazə verildikdən sonra Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2, əməliyyat müvəkkili Şahid3və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra onlar 05 yanvar 2021-ci il tarixdə saat 17 radələrində Goranboy rayonunun Şəfibəyli kəndi ərazisində Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə birlikdə piyada hərəkət edən zaman müəyyən edib, onlara yaxınlaşıb xidməti vəsiqələrini göstərərək özlərini təqdim edib, onları saxlayaraq Goranboy rayon polis şöbəsinə dəvət etmişlər. Goranboy RPŞ-nin inzibati binasında müdafiəçilərin də iştirakı iləBaş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı Nəcəf Aburşu tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşlar. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərindəvideo çəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl onlara paltarlarında, əşyalarında və ya bədənlərində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, Təqsirləndirilən şəxs2 sağ əlində olan göy rəngli sellofan torbada açıq yaşıl rəngli, spesfik iyə malik, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmiş, sonra onun üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi, bir ədəd qızılı rəngli “SAMSUNG” markalı mobil telefon, həmin şalvarın sol arxa cibindən 36 manat pul aşkar olunmuş, bir ədəd sellofan torbada olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş, çəkisinin 1295 qram olduğu müəyyən olunmuş, sellofan torbanın ağzı bağlanaraq qablaşdırılmış, möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmış, şübhəli şəxs, müdafiəçi tərəfindən imzalanmış və ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş sellofan paketdəki qurudulmuş marixuananın özünə məxsus olduğunu, həmin kütləni onunla eyni vaxtda saxlanılan Təqsirləndirilən şəxs1 şəxsi istifadəsi üçün əldə etdiyini, Təqsirləndirilən şəxs1 ona qurudulmuş marixuananı pul qarşılığında satmadığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə, psixotrop maddə və qanunla daşınması qadağan edilən əşya, predmet olmadığını bildirmiş, onun üzərinə şəxsi axtarış keçirilmiş, əynində olan göy rəngli gödəkçənin sol yan cibindən bir ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi, bir ədəd qara rəngli “NOKİA” markalı mobil telefon və bir ədəd açar aşkar olunmuş, iş üzrə əhəmiyyət kəsb etdiyi üçün şəxsiyyət vəsiqəsi və qara rəngli “NOKİA” markalı mobil telefon götürülmüş, açar isə özünə geri qaytarılmış, Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq, Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunan sellofan torbada qurudulmuş marixuananı yaşadığı kənddə ona şəxsi istifadəsi üçün verdiyini, Goranboy rayonu Şəfibəyli kəndində yerləşən fərdi yaşayış evində narkotik vasitə olan qurudulmuş marixuana saxladığını, həmin narkotik vasitəni təqdim edə biləcəyini, yaşadığı fərdi yaşayış evinə baxış keçirilməsinə etirazının olmadığını bildirib bu barədə ərizə təqdim etmişdir. Tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra iştirakçılarla birlikdə Təqsirləndirilən şəxs1 yaşadığı Goranboy rayonu Şəfibəyli kəndində yerləşən fərdi yaşayış evinə getmişlər. Orada təhqiqatçı Nəcəf Aburşu tərəfindən Təqsirləndirilən şəxs1 yaşadığı fərdi yaşayış evində video çəkilişdən istifadə edilməklə, baxış və götürmə aparılmış, təhqiqatçı Nəcəf Aburşu tərəfindən baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs1 bu barədə qərarla tanış edilərək, fərdi yaşayış evində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs1 fərdi yaşayış evinin sol tərəfində yerləşən anbar kimi istifadə etdiyi otağın girişindən sağ tərəfdə yerləşən masanın altından içində açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan iki ədəd polietilen torbaları təqdim etmiş, həmin kütlələr elektron tərəzidə çəkilmiş və hər iki torbanın ümumi çəkisinin 10 kq-dan artıq olduğu müəyyən edilmiş, aşkar olunmuş torbaların ağzı bağlanaraq möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmış, şübhəli şəxs, müdafiəçi tərəfindən imzalanmış və ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Sonra evin qonaq otağına, mətbəxə, dəhlizə baxış keçirilmiş və evin digər hissələrindən əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet və maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 şifahi sorğu zamanı yaşadığı evin anbarından aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananın özünə məxsus olduğunu, həmin narkotik vasitəni 2020-ci ilin yaz aylarında əkdiyi narkotik tərkibli çətənə bitkilərinin hissələrindən toplayıb qurutduğunu, şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Bundan sonra protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid1 ifadəsilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, atası Təqsirləndirilən şəxs1 narkotik vasitə olan çətənə kolları əkməsindən, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etməsindən və narkotik vasitəni evlərinin anbarında saxlamasından xəbəri olmamış, həmin gün polislərin əllərindəki iki ağ sellofan torbada olan narkotik vasitəni anbardakı stolun altına qoyduqlarını görmüş, aşkar olunmuş narkotik vasitələrin atasına məxsus olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X1 şahid X5 ifadəsilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarına əlavə edilmiş 05 yanvar 2021-ci il tarixli “şübhəli şəxsin tutulması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin təhqiqat Qrupunun təhqiqatçısı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş 05 yanvar 2021-ci il tarixli “şübhəli şəxsin tutulması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin təhqiqat Qrupunun təhqiqatçısı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş 05 yanvar 2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində video çəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə aparılmış, bundan əvvəl isə ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş əşyaları verməsi təklif olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs2 sağ əlində olan göy rəngli sellofan torbada açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmiş, bu zaman Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli şalvarın sol yan cibindən 1(bir) ədəd şəxsiyyət vəsiqəsi,1(bir)ədəd qızılı rəngli “Samsung” markalı mobil telefon,həmin şalvarın sol arxa cibindən 36 (otuz altı)manat pul aşkar olundu. Sonra 1(bir) ədəd sellofan torbada olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkildi və çəkisinin 1 kq 295 qram (bir kq iki yüz doxsan beş qram) olduğu müəyyən edildi. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş sellofan paketdəki qurudulmuş marixuananın özünə məxsus olduğunu, həmin kütləni ona Təqsirləndirilən şəxs1 şəxsi istifadəsi üçün əldə etdiyini, Təqsirləndirilən şəxs1 marixuananı pul qarşılığında satmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş 05 yanvar 2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli gödəkçənin sol yan cibindən 01 (bir) ədəd şəxsiyyət vəsiqəsi və 01 (bir) ədəd qara rəngli “Nokia” markalı mobil telefon götürülmüşdür. İş materiallarına əlavə edilmiş 05 yanvar 2021-ci il tarixli “evə baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 fərdi yaşayış evinin sol tərəfində yerləşən anbar kimi istifadə etdiyi otağın girişindən sağ tərəfdə yerləşən stolun altından, içində açıq yaşıl rəngli,spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan 2(iki) ədəd polietilen torbaları təqdim etmişdir.Sonra kütlələr elektron tərəzidə çəkilmiş və hər iki torbanın ümumi çəkisinin 10 (on) kq 315 (üç yüz on beş) qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 sorğu zamanı aşkar olunmuş narkotik vasitənin özünə məxsus olduğunu, həmin maddələri 2020-ci ilin yaz aylarında yaşadığı evin həyətində əkdiyini, yaşadığı evdə qurutduğunu, şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X20 Bölməsinin 06 yanvar 2021-ci il tarixli 16/18 nömrəli rəyindən görünür ki, ”Şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərindən aşkar olinmuş 1 ədəd sellofan torbada qurudulmuş marixuanaya bənzər kütlə...” sözləri yazılmış kağız paketdəki, digər 2 (iki) ədəd içiçə keçirilmiş polietilen torbada təmiz çəkisi 1200 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkar olunmuş...” sözləri yazılmış ağ rəngli sintetik kisədəki, təmiz çəkisi 5600 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində ”Şübhəli şəxs Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkar olunmuş...” sözləri yazılmış ağ rəngli sintetik kisədəki, təmiz çəkisi 4750 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Həmin marixuanaların ümumi təmiz çəkisi 11550 qramdır. Tədqiqata təqdim edilmiş bir ədəd polietilen torbada və 2 ədəd ağ rəngli sintetik kisələrdə olan marixuanalar tərkiblərinə görə eynidirlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X20 Bölməsi tərəfindən təqdim edilmiş 30 aprel 2021-ci il tarixli 7/304 nömrəli məhkəmə bioloji ekspertizasına dair rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərindən..1 ədəd polietilen torbada....” yazıları olan ağ rəngli torbadakı təmiz çəkisi-1199,9 qram, olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədiqaqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs1 yaşadığı evdən...” yazıları olan ağ rəngli torbanı açdıqda içərisində təmiz çəkisi-5599,9 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs1 yaşadığı evdən...” yazıları olan ağ rəngli torbadakı təmiz çəkisi-4749,9 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixunadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin 9 iyun 2021-ci il tarixli 678 nömrəli ambulator məcburi narkoloji tibbi yoxlamaya dair rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin 9 iyun 2021-ci il tarixli 679 nömrəli ambulator məcburi narkoloji tibbi yoxlamaya dair rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş 15 iyun 2021-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı evə baxış keçirilərkən Təqsirləndirilən şəxs1 şifahi sorğu zamanı, yaşadığı evin anbarından aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananın özünə məxsus olduğunu,həmin narkotik maddələri 2020-ci ilin yaz aylarında yaşadığı evin həyətində 15-17 ədəd çətənə kolu əkdiyini, narkotik tərkibli çətənə bitkilərindən toplayaraq yaşadığı evdə qurutduğunu, həmin kütlələri şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. İş materiallarına əlavə edilmiş Goranboy Rayon Məhkəməsinin 07 yanvar 2021-ci il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 03(üç) ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 05 yanvar 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə edilmiş Goranboy Rayon Məhkəməsinin 03 fevral 2021-cil il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş və o, məhkəmə iclas zalında həbsdən azad olunmuşdur. İş materiallarına əlavə edilmiş Goranboy Rayon Mərkəzi X21 Şəxsin 22 yanvar 2021-ci il tarixli 212 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 RMX-nın poliklinikasının narkoloji və ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatında dayanmır. O, poliklinikanın endekrinoloji kabinetində xx.xx.2007-ci il tarixdən “şəkərli diabet tip 2 orta ağır forma” diaqnozu ilə dispanser qeydiyyatındadır. İş materiallarına əlavə edilmiş Yevlax şəhər İcra Başçısının Aşağı Salamabad kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş Yevlax rayon İcra Başçısının Aşağı Salamabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 29 yanvar 2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 atası X19, anası X8, həyat yoldaşı X2, qardaşı X7 ibarət tərkibdə ailə üzvləri vardır. İş materiallarına əlavə edilmiş Goranboy rayon İcra Hakimiyyəti Başçısının X31 Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin 01 fevral 2021-ci il tarixli xasiyyətnaməsindən görünür ki,Təqsirləndirilən şəxs1 haqqında icra nümayəndəliyinə təqsirləndirici məlumat daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Goranboy rayon İcra Hakimiyyəti Başçısının X31 Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin01 fevral 2021-ci il tarixli 63 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 həyat yoldaşı X3, oğlu X10, oğlu X16, oğlu X4 ibarət tərkibdə ailə üzvləri vardır, o, Goranboy rayonunun Şəfibəyli kəndində qeydiyyatda olmaqla yaşayır. İş materiallarına əlavə edilmiş DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. İş materiallarına əlavə edilmiş AR DİN tərəfindən verilmiş vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 müharibə veteranıdır. İş materiallarına əlavə edilmiş arayışlardan görünür ki, X24 xx.xx.1994-cü il tarixdə şəhid olmuşdur. İş materiallarına əlavə edilmiş sənədlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 övladları X10 və X16 hərbi xidmət hərbi qulluqçularıdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara elan edilmiş ittihamlarla özlərini qismən, CM-in 234.1-ci maddəsilə təqsirli bildiklərini, ibtidai istintaq zamanı verdikləri ifadələrin onlardan təzyiq altında alındığını, həmin ifadələrin həqiqəti əks etdirmədiyini, aşkar edilmiş narkotik vasitələrin miqdarının az olduğunu, lakin polis əməkdaşları tərəfindən həmin narkotikin çəkilərinin artırıldığını göstərmişlər. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan, məsuliyyətlərini yüngülləşdirməyə xidmət edən ifadələr kimi qəbul etməklə, onların təqsirinin həm məhkəməyədək icraat zamanı özlərini qismən təqsirli bilməklə verdikləri ifadələri, şahidlərin ifadələri, ekspert rəyləri və digər iş materialları ilə öz təsdiqini tapdığını hesab edir. Belə ki, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində Təqsirləndirilən şəxs1 göstərmişdir ki, “... şəkər xəstəsidir. Ona görə də, bədənində ağrılar olduğu üçün narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. Yevlax rayonu Qaraoğlan kəndində yaşayan Təqsirləndirilən şəxs2 tanıyır. Belə ki, Təqsirləndirilən şəxs2 onun baldızı oğludur. Təqsirləndirilən şəxs2la münasibəti normal olmuş, onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. O, çətin dolandığıüçün Zeyvə kəndinin ərazisində bələdiyyəyə məxsus torpaq sahəsini icazə ilə götürüb, həmin ərazidə göy-göyərti əkmişdir. Həmin ərazi kəndin kənarında Hacallı kəndi tərəfdə yerləşir. O, narkotik vasitə olan qurudulmuş marixuanadan 2020-ci ilin əvvəllərindən istifadə edir. Belə ki, narkotik vasitə olan qurudulmuş marixuananın şəkər xəstəliyinin müalicəsinə köməklik etdiyini və bədəndə olan ağrıları azaltdığını eşitmiş, bu səbəbdən də, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etməyə başlamışdır. Narkotik vasitədən istifadə etdiyi üçün 2020-ci ilin yaz aylarında icazə ilə götürdüyü torpaq sahəsində özü istifadə etmək üçün 12 ədəd narkotik vasitə olan marixuana bitkisi əkibbeçərməyə başlamış, həmin bitkiləri becərdikdən sonra 2020-ci ilin payızında kökündən çıxarıb sahənin kənarında olan moruq kollarının yanına düzüb qurutmuş, qurutduqdan sonra iki ədəd ağ rəngli sintetik kisəyə doldurub yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinin sol tərəfində yerləşən anbara gətirib masanın altında gizlətmiş, sonra həmin narkotik vasitədən özü istifadə etməyə başlamışdır. O, qohumu Təqsirləndirilən şəxs2, sonuncu isə onun narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyini xeyli müddətdir bildiyi üçün qurudulmuş marixuana olduqda dəfələrlə hədiyyə kimi əvəzli olaraq bir-birinə istifadə etmək üçün vermişlər. 05 yanvar 2021-ci il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs2 onun yaşadığı evə qonaq gəlmiş, Təqsirləndirilən şəxs2la söhbət əsnasında sonuncu narkotik vasitə olan qurudulmuş marixuana istifadə etmək istədiyini bildirmiş, o, da Təqsirləndirilən şəxs2 evində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu demiş, Təqsirləndirilən şəxs2 ondan özü istifadə etmək üçün narkotik vasitə olan qurudulmuş marixuana istəmiş, o, yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinin sol tərəfində olan anbara keçib orada masanın altında iki ədəd ağ rəngli sintetik kisədə saxladığı narkotik vasitə olan qurudulmuş marixuanadan bir sellofan torbaya doldurub Təqsirləndirilən şəxs2 vermişdir. Həmin gün saat 17 radələrində Təqsirləndirilən şəxs2 yaşadığı evə getmək istəyərkən onu ötürmək üçün birlikdə evdən çıxıb Goranboy rayonu Şəfibəyli kəndində piyada getdikləri zaman bir neçə nəfər mülki geyimli şəxslər onlara yaxınlaşaraq özlərini təqdim edib, polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin vaxt onun verdiyi sellofan torbada narkotik vasitə olan qurudulmuş marixuana Təqsirləndirilən şəxs2 əlində olmuşdur. Sonra isə onun və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduqları bildirilərək onlar Goranboy rayon polis şöbəsinə dəvət edilmişlər. Onlar birlikdə Goranboy rayon polis şöbəsinə gəlmişlər. Goranboy rayon polis şöbəsinin inzibati binasında dəvət edilmiş müdafiəçilərin iştirakı ilə ona və Təqsirləndirilən şəxs2 şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunduqdan sonra onlar şübhəli şəxs qismində tutulmuşlar. Sonra müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı polis əməkdaşları Təqsirləndirilən şəxs2 üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməyini təklif etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs2 sağ əlində sellofan torbada saxladığı və daşıdığı narkotik vasitə olan qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim edərək masanın üzərinə qoymuş və içərisində özünə məxsus narkotik vasitə olan qurudulmuş marixuana olduğunu demişdir. Sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi içərisində narkotik vasitə qurudulmuş marixuana olan sellofan torbaya baxış keçirilmiş, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmış və üzərindən özünə məxsus şəxsiyyət vəsiqəsi, bir ədəd mobil telefonu və 36 manat pul aşkar edilərək götürülmüşdür. Sonra onun Təqsirləndirilən şəxs2 verdiyi və özü istifadə etmək üçün ondan götürüb saxladığı və daşıdığı qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş, narkotik vasitə olan qurudulmuş marixuananın çəkisinin 1295 qram olduğu müəyyən edilmiş, torbanın ağzı bağlanaraq DİN-in 7 nömrəli möhürü ilə möhürlənmiş, üzəri Təqsirləndirilən şəxs2, müdafiəçisi tərəfindən imzalanmış və iş üzrə əhəmiyyət kəsb etdiyi üçün polis əməkdaşları tərəfindən götürülmüşdür. Bir ədəd mobil telefonu vəşəxsiyyət vəsiqəsi işüzrə əhəmiyyət kəsb etdiyi üçün bu barədə Təqsirləndirilən şəxs2 izah verildikdən sonra polis əməkdaşları tərəfindən götürülmüş, 36 manat pul isə özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs2 sorğu zamanı həmin narkotik vasitə olan qurudulmuş marixuananın özünə məxsus olduğunu, həmin narkotik vasitəni saxlanılmamışdan əvvəl ondan öz şəxsi istifadəsi üçün götürdüyünü bildirmişdir. Bundan sonra onun üzərində də şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı onun üzərində aşkar edilmiş şəxsiyyət vəsiqəsi və mobil telefonu polis əməkdaşları tərəfindən götürülmüş, üzərində aşkar edilmiş açar isə özünə geri qaytarılmışdır. O, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı həmin gün, yəni xx.xx.2021-ci ildə ona verdiyini və yaşadığı evdəözü istifadə etmək üçün narkotik vasitə olan qurudulmuş marixuana saxladığını bildirmişdir. Sonra o, Goranboy rayonu Şəfibəyli kəndində yerləşən fərdi yaşayış evinə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmaması barədə ərizə vermiş, Təqsirləndirilən şəxs2 və o, müdafiəçilərlə və polis əməkdaşları ilə birlikdə onun yaşadığı evə getmişlər. O, yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinin sol tərəfində yerləşən anbarda masanın altında ayrı-ayrılıqda iki ədəd ağ rəngli sintetik kisədə saxladığı qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Həmin kütlələrə baxış keçirildikdən sonra polis əməkdaşları tərəfindən qablaşdırlaraq götürülmüşdür. Bundan sonra onun yaşadığı fərdi yaşayış evinin digər yerlərinə baxış keçirilmiş, baxış zamanı evinin digər yerlərindən narkotik vasitə aşkar edilməmişdir. Həmçinin, ifadəsində narkotik vasitə olan qurudulmuş marixuananı bələdiyyədən icazə ilə götürdüyü torpaq sahəsində əkdiyini, sonra həmin kolları yığıb qurudaraq evə gətirdiyini, bu barədə arvadı X1 və oğlu Gündüz Behbudzadənin bilmədiklərini, saxlanılan zaman ona polis əməkdaşları tərəfindən heç bir zorakılıq tətbiq edilmədiyini, polis əməkdaşları onları saxlayan zaman ola bilsin ki, hər ikisi cox həyəcanlanıb qorxduqları, eləcə də şəkəri yüksəldiyi üçün Təqsirləndirilən şəxs2 ondan ilk dəfə qurudulmuş marixuana aldığını göstərdiyini, əslində isə bir-birinə dəfələrlə narkotik vasitə olan qurudulmuş marixuananı hədiyyə kimi əvəzli olaraq verdiklərini, polis əməkdaşları tərəfindən saxlanılarkən sahədə 15-17 ədəd narkotik vasitə olan çətənə bitkiləri əkməsi, həmin marixuananı yaşadığı evin həyətində qurutması, Təqsirləndirilən şəxs2 yalnız həmin gün ondan qurudulmuş marixuana istəməsi barədə göstərdiklərinin düz olmadığını, həyəcanlı olduğu və şəkəri yüksəldiyi üçün həmin məzmunda izah verdiyini, həqiqətdə isə ağır şəkər xəstəsi olduğu üçün heç bir yerdə işləyə bilmədiyindən çox çətinliklə dolandığı üçün Zeyvə bələdiyyəsinə gedib ona əkib-becərmək üçün torpaq sahəsi verilməsini xahiş etdiyini, Zeyvə bələdiyyəsi də ona əkib becərmək üçün torpaq sahəsi verdiyini, lakin aralarında heç bir müqavilə bağlamadıqlarını, həmin sahədə əkin işləri apararkən özü istifadə etmək məqsədi ilə 12 ədəd narkotik tərkibli çətənə bitkisi əkib becərdiyini, həmin bitkiləri becərdikdən sonra 2020-ci ilin payız ayında kökündən çıxarıb sahənin kənarında olan moruq kollarının yanına düzüb qurutduğunu, iki ədəd ağ rəngli sintetik kisəyə qablaşdırıb yaşadığı fərdi yaşayış evinə gətirərək həyətyanı sahəsinin sol tərəfində yerləşən anbardakı masanın altında gizlətdiyini, Zeyvə bələdiyyəsinin onun həmin torpaq sahəsində narkotik vasitə olan çətənə kolları əkdiyindən xəbəri olmadığını, başqa şəxslərin də bu barədə məlumatlarının olmadığını göstərmişdir”. Həmçinin məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində Təqsirləndirilən şəxs2 göstərmişdir ki, “...Goranboy rayonu Şəfibəyli kəndində yaşayan Təqsirləndirilən şəxs1 tanıyır. Belə ki, Təqsirləndirilən şəxs1 onun xalasının əridir. Təqsirləndirilən şəxs1la münasibəti normal olmuş, onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. O, Təqsirləndirilən şəxs1 bir müddətdir ki, narkotik vasitə olan qurudulmuş marixuana istifadə etdiyini, sonuncu da onun narkotik vasitə olan qurudulmuş marixuana istifadə etdiyini bilmiş, müxtəlif vaxtlarda hər hansı birində narkotik vasitə olan qurudulmuş marixuana olduqda bir-birinə əvəzli olaraq hədiyyə kimi vermişlər. 05 yanvar 2021-ci il tarixdə səhər saatlarında o, yaşadığı evdən çıxıb Təqsirləndirilən şəxs1 yaşadığı evə qonaq gəlmiş, Təqsirləndirilən şəxs1la söhbət əsnasında ona narkotik vasitə olan marixuana qəbul etmək istədiyini bildirmiş, Təqsirləndirilən şəxs1 yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinin sol tərəfində olan anbara keçib orada masanın altında iki ədəd ağ rəngli sintetik kisədə saxladığı narkotik vasitə olan qurudulmuş marixuanadan bir sellofan torba doldurub ona vermiş, o, həmin sellofanda narkotik vasitə olan qurudulmuş marixuananı Təqsirləndirilən şəxs1 götürmüş, bir qədər sonra saat 17 radələrində yaşadığı evə getmək üçün oradan çıxarkən Təqsirləndirilən şəxs1 onu ötürmək üçün onunla birlikdə çıxmış, Goranboy rayonu Şəfibəyli kəndində piyada gedərkən bir neçə nəfər mülki geyimli şəxslər onlara yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş, sonra isə onun və Təqsirləndirilən şəxs1 narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduqlarını bildirərək onları Goranboy rayon polis şöbəsinə dəvət etmişlər. Onlar birlikdə Goranboy rayon polis şöbəsinə gəlib, şöbənin inzibati binasında dəvət edilmiş müdafiəçilərin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuş, ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuş, sonra müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı polis əməkdaşları ona üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməsini təklif etmişlər. O, sağəlində sellofan torbada saxladığı və daşıdığı narkotik vasitə olan qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim edərək masanın üzərinə qoymuş və içərisində özünə məxsus narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmiş, təqdim etdiyi içərisində narkotik vasitə qurudulmuş marixuana olan sellofan torbaya polis əməkdaşları tərəfindən baxış keçirilmiş, bundan sonra onun üzərində şəxsi axtarış aparılmış və üzərindən özünə məxsus şəxsiyyət vəsiqəsi, bir ədəd mobil telefon və 36 manat pul aşkar edilərək götürülmüş, onun təqdim etdiyi narkotik vasitə olan qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş, 1295 qram olduğu müəyyən edilmiş, sonra sellofan torbanın ağzı bağlanaraq DİN-in 7 nömrəli möhürü ilə möhürlənmiş, üzəri onun, müdafiəçisi tərəfindən imzalanmış və iş üzrə əhəmiyyət kəsb etdiyi üçün polis əməkdaşları tərəfindən götürülmüşdür. Polis əməkdaşları tərəfindən bir ədəd mobil telefonun və şəxsiyyət vəsiqəsinin iş üzrə əhəmiyyət kəsb etdiyi izah edildikdən sonra götürülmüş, 36 manat pulu isə özünə geri qaytarılmışdır. Sorğu zamanı həmin narkotik vasitə olan qurudulmuş marixuananın özünə məxsus olduğunu, həmin narkotik vasitəni saxlanılmamışdan əvvəl Goranboy rayonu Şəfibəyli kəndində yaşayan qohumu Təqsirləndirilən şəxs1 öz şəxsi istifadəsi üçün götürdüyünü bildirmiş, bundan sonra onunla birlikdə polis şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş şəxsiyyət vəsiqəsi və mobil telefon götürülmüş, üzərindən aşkar edilmiş açar isə özünə geri qaytarılmış, Təqsirləndirilən şəxs1 onun üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı həmin gün, yəni xx.xx.2021-ci ildə ona verdiyini və yaşadığı evdə özü istifadə etmək üçün narkotik vasitə olan qurudulmuş marixuana saxladığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs1 Goranboy rayonu Şəfibəyli kəndində yerləşən fərdi yaşayış evinə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmaması barədə ərizəsi alınmış, Təqsirləndirilən şəxs1, o, müdafiəçilərin və polis əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs1 yaşadığı evə getmişlər. Təqsirləndirilən şəxs1 yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinin sol tərəfində yerləşən anbarda iki ədəd sintetik kisələrdə masanın altında saxladığı qurudulmuş marixuanaları polislərə təqdim etmiş, həmin kütlələrə polis əməkdaşları tərəfindən baxış keçirildikdən sonra qablaşdırlaraq götürülmüş, Təqsirləndirilən şəxs1 yaşadığı fərdi yaşayış evinin digər yerlərinə də baxış keçirilmiş, lakin evin digər yerlərindən narkotik vasitə aşkar edilməmişdir. Həmçinin, ifadəsində Təqsirləndirilən şəxs1 aldığı narkotik vasitəni öz şəxsi istifadəsi üçün götürdüyünü, üzərində şəxsi axtarışın video çəkilişlə təhqiqatçı tərəfindən aparıldığını, saxlanılan zaman ona polis əməkdaşları tərəfindən heç bir zorakılıq tətbiq edilmədiyini, polis əməkdaşları onları saxlayan zaman çox həyacanlandığı və qorxduğu üçün Təqsirləndirilən şəxs1 ilk dəfə qurudulmuş marixuana aldığını göstərdiyini, lakin əslində Təqsirləndirilən şəxs1la əvvəllər də bir-birinə hədiyyə kimi əvəzli olaraq narkotik vasitə olan qurudulmuş marixuana verdiklərini, Təqsirləndirilən şəxs1 külli miqdarda 1200 qram qurudulmuş marixuananı satmaq və digər şəxsə vermək niyyəti ilə deyil, öz şəxsi istifadəsi üçün götürdüyünü göstərmişdir...”. Həmçinin iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında”, “evə baxış keçirilməsi və götürmə haqqında” protokollardan, həmin protokollara əlavə edilmiş video görüntülərdən, məhkəmə bioloji ekspertizasına dair rəylərdən də onlara verilmiş ittihamın öz təsdiqini tapdığı müəyyən olunur. Bundan başqa iş materiallarında olan ambulator məcburi narkoloji-tibbi yoxlamaya dair rəylərdən görünür ki, Təqsirləndirilən şəxs1 müayinə zamanı aşkar edilmiş narkotik vasitəni özü istifadə etmək üçün əkib-becərdiyini, Təqsirləndirilən şəxs2 isə aşkar edilən narkotik vasitəni Təqsirləndirilən şəxs1 aldığını bildirsələr də, narkotik vasitələrin çəkilərinin az olması ilə bağlı heç nə göstərməmişlər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarında göstərilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” 28 iyun 2005-ci il tarixli siyahısına görə qurudulmuş marixuananın külli miqdarı (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 500 qramdır. Qeyd olunanlara əsasən məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələri şəxsi istehlak məqsədilə saxlamalarına, o cümlədən onlardan aşkar edilmiş narkotik vasitələrin çəkisinin 80-100 qram olmasına dair verdiyi ifadələrini inandırıcı hesab etmir. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dinrilmiş Gündüz Behbudzadə ifadəsində polislərin yaşadıqları evin anbarındakı stolun altına iki kisə narkotik vasitə qoyduqlarını bildirmiş, aşkar olunmuş narkotik vasitələrin atasına məxsus olmadığını bildirmiş, şahid qismində dindirilmiş Gülbəniz Baxşaliyeva da Gündüz Behbudzadənin ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə hesab edir ki, həmin şəxslər təqsirləndirilən Təqsirləndirilən şəxs1 yaxın qohumları olduqlarından onların ifadələri həqiqi, obyektiv və işin faktiki halları ilə uyğun ifadələr kimi qəbul edilməməlidir. Beləliklə, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ncinayət əməlləri məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onların törətmiş olduqları əməl Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onların törətdikləri cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətlərini, eləcə də cəzalarını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onların törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyətləri nəzərə alınaraq barələrində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, “şəkərli diabet tip 2 orta ağır forma” diaqnozu ilə dispanser qeydiyyatında olmasını, özünün müharibə veteranı olmasını, qardaşının şəhid olmasını, övladları Vidadi Behbudzadə və Elşən Behbudzadənin hərbi qulluqçu olmaqla “Vətən Müharibəsi”-də iştirak etmələrini Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal kimi qəbul edir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunan azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidirlər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 05 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Goranboy Rayon Məhkəməsinin 07 yanvar 2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həmin Məhkəmənin 03 fevral 2021-cil il tarixli qərarı ilə onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə onun barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət (158.2.1) və ev dustaqlığında saxlanıldığı müddət (158.2.2.) həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində narkomaniyadan məcburi müalicə təyin edilməklə, narkoloji kabinetdə qeydiyyata alınmalıdırlar. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Goranboy RPŞ-nin saxlancına verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan 1199,8, 5599,8 və 4749,8 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfi olan 111 (bir yüz on bir) manat 22 (iyirmi iki) qəpik ekspertiza xərci təqsirləndirilən şəxslərin hər birindən 55 (əlli beş) manat 61 (altmış bir) qəpik olmaqla tutularaq ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı iş üzrə şübhəli şəxs qismində tutulduğu tarixdən, yəni 05 yanvar 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı iş üzrə şübhəli şəxs qismində tutulduğu tarixdən, yəni 05 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Goranboy RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 1199,8 qram, 5599.8 qram və 4749,8 qram kutsar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan 111 (yüz on bir) manat 22 (iyirmi iki) qəpik ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində nаrkоmаniyаdаn məcburi müаlicə təyin edilsin və narkolоji kabinetdə profilaktik qeydiyyаtа alınsınlar. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətini aldıqları andan) Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-69/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-69/2022
13.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver