Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-69/2023 10.02.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X9, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərər çəkmiş şəxsin hüquqi varisi X7 və müdafiəçi – Göygöl rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1992-ci ildə Daşkəsən rayonu Qabaqtəpə kəndində, anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Daşkəsən rayonu Qabaqtəpə kəndində qeydiyyatda olan və Daşkəsən rayonu Bayan kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 05 dekabr 2022-ci il tarixdə saat 17 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozmaqla nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi “VAZ 21725” minik markalı **-AE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Gəncə- Daşkəsən yolunun Göygöl rayonu Yeni Qızılca kəndindən keçən hissəsində Daşkəsən şəhəri istiqamətində hərəkətdə olan zaman həmin qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla, yəni nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən artıq sürətlə sürməklə, hərəkət üçün təhlükə yarandığını görüb, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməyib, Göygöl rayonu Yeni Qızılca kəndinin inzibati ərazisində yerləşən “Səviskar” qəbiristanlığının qarşısından “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-cü hissəsinin tələblərini pozaraq yolayırıcına daxil olan X2 idarə etdiyi Vaz 2101 minik markalı **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan Vaz 2101 minik markalı **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 aldığı sağ təpə-gicgah nahiyyəsinin loskutvari əzilmiş-cırılmış yarası, subdural, subaraxnoidal, dərialtı hematoma, baş-beyinin əzilməsi ilə müşayiət olunan açıq kəllə-beyin travması, sağ alın-gicgah, alın, sağ və sol gözətrafı nahiyələrdə, sol əl pəncəsinin arxa səthində qançırlar, sol bazunun yuxarı, aşağı 1/3-nin bayır, sol mil-bilək oynağının və sol əl pəncəsinin arxa səthlərində sıyrıqlarla müşayət olunan, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarətlər nəticəsində sonuncunun 11 dekabr 2021-ci il tarixdə müalicə olunduğu Gəncə şəhər Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasında ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli zərərçəkimiş şəxsin hüquqi varisinin və şahid ifadəsi, ekspertiza rəyləri, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Daşkəsən rayonu Bayan kəndində ailə üzvləriylə birlikdə yaşayır. Hal-hazırda rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əmək fəaliyyəti ilə məşğul olur. 05 dekabr 2021-ci il tarixdə saat 17:50 radələrində "xxxx" QSC-yə məxsus olan, sürücülük vəsiqəsi və etibarnaməsi olmadan idarə etdiyi “Vaz 21725 minik” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhərindən Göygöl rayonu Yeni Qızılca kəndi istiqamətində hərəkət etmişdir. Göygöl rayonu Yeni Qızılca kəndinin inzibati ərazisində yerləşən “mal-qara” bazarının qarşısından keçib “Səviskar” deyilən qəbirstanlığın qarşısına çatarkən həmin yerdə “BMW” markalı avtomobil yola çıxmaq üçün duraraq hərəkətin azalmasını gözləmişdir. O da idarə etdiyi “VAZ 21725” markalı avtomobil ilə təxminən 70-80 km/saat sürətlə hərəkətimi davam etdirmişdir. Həmin avtomobilin onu gördüyünü və gözlədiyini görüb hərəkətini eyni sürətlə davam etdirmişdir. O, həmin avtomobilə yaxınlaşmağa təxminən 10-15 metr məsafə qalmış onun sağ yan tərəfindən “Vaz 2101” markalı avtomobil onun hərəkətdə olduğu yol zolağına doğru qəflətən çıxmışdır. Onun əyləci sıxmağa belə imkanı olmamış və həmin avtomobil ilə toqquşmanın qarşısını ala bilməmişdir. Onun idarə etdiyi Priora markalı avtomobil Vaz 2101 markalı avtomobilin sol orta hissəsindən toqquşmuşdur. Vaz 2101 markalı avtomobil zərbənin təsirindən deformasiyaya uğramışdır. Onun idarə etdiyi avtomobilin də ön hissəsi əzilmişdir. Avtomobildən düşmüş və Vaz 2101 markalı avtomobilin sürücüsünün əvvəldən tanıdığı Məhəmməd Ağakişiyev olduğunu görmüşdür. Məhəmməd Ağakişiyev xəsarət aldığı üçün o, dərhal başqa bir avtomobil ilə onu Gəncə şəhər 3 saylı Təcili Tibbi yardım xəstəxanasına aparmışdır. 11 dekabr 2021-ci il tarixdə isə Məhəmməd Ağakişiyevin aldığı xəsarətlər nəticəsində xəstəxanda vəfat etmişdir. Hadisədən öncə o, spirtli içki qəbul etməmişdir. Polis əməkdaşları onu həkim müayinəsindən keçirmişdir. O, “Vaz 2101” markalı avtomobili hadisədən əvvəl görməmişdir. Göygöl rayonu Yeni Qızılca kəndinin inzibati ərazisində yerləşən “mal-qara bazarı”nı Daşkəsən rayonu istiqamətində keçdikdən sonra yolun sağ hissəsində yerləşən “Səviskar” deyilən qəbristanlığın qarşısına çatarkən təxminən 50 metr məsafədən “BMW” markalı avtomobili görmüşdür. O da onu gördüyü üçün dayanıb onun keçməsini gözləmişdir. “Vaz 2101” markalı avtomobili həmin yerdə yola çıxmaq üçün dayanmış “BMW” markalı avtomobilin arxa tərəfindən gəldiyini görmüş, sağ yan hissəsindən qəflətən yolun hərəkət hissəsinə çıxmışdır. Onun əsas diqqəti “BMW” markalı avtomobildə və öz yolunda olduğu üçün “Vaz 2101” markalı avtomobili onun yoluna çıxdığı zaman, toqquşmadan təxminən 3-4 saniyə əvvəl, təxminən 10-15 metr məsafədən gördüyü üçün avtomobili dayandırmaq üçün heç bir hərəkət etməyə imkan tapmadan “Vaz 2101” markalı avtomobilin sol yan hissəsindən toqquşmuşdur. Hadisə baş verməzdən əvvəl onun təxmini hərəkət sürəti 70-80 km/saat olmuşdur. Onun idarə etdiyi avtomobildə ondan başqa tanışı Xanbaba olmuşdur. Vaz 2101 markalı avtomobilin sürücüsü Məhəmməd Ağakişiyev avtomobildə tək olmuşdur. Onun sürücülük vəsiqəsi olmamışdır. Avtomobili də sürücülük hüququ olmadan idarə etmişdir. Ona görə özünü qismən təqsirli bilir. "xxxx" QSC tərəfindən ona etibarnamə verilməmişdir. Vaz 2101 markalı avtomobil onun hərəkət yoluna daxil olarkən onun hərəkət sürəti təxminən 15-20 km/saat olmuşdur. Hadisədən sonra zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmışdır. Əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, mərhum X4 onun atasıdır. Mərhum atası Məhəmməd Ağakişiyev hadisə baş verməmişdən əvvəl rəsmi olaraq heç bir yerdə işləməmiş, özünə məxsus Vaz 2101 minik markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. 05 dekabr 2021-ci il tarixdə saat təxminən 18 radələrində əvvəldən tanıdığı Təqsirləndirilən şəxs ona zəng edərək Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən “Səviskar” deyilən qəbiristanlığın yanında idarə etdiyi Priora markalı avtomobil ilə atasının idarə etdiyi Vaz 2101 markalı avtomobilnən toqquşduğunu və atasının xəsarət aldığını, onu Gəncə şəhəri Beynəlxalq xəstəxanasına apardığını demişdir. O, dərhal Gəncə şəhəri Beynəlxalq xəstəxanasına getmişdir. Orada atasına tibbi yardım göstərmişlər. Sonra isə Abbas Səhhət adına 1 saylı Gəncə şəhər xəstəxanasına köçürmüşlər. 11 dekabr 2021-ci il tarixədək atası Məhəmməd Ağakişiyev həmin xəstəxanada müalicə almış, lakin müalicə heç bir nəticə vermədiyindən həmin gün atası vəfat etmişdir. Təqsirləndirilən şəxs tərəfindən bütün xəstəxana xərcləri və digər xərclər ödənildiyi üçün baş vermiş haisə ilə əlaqədar onun Ramildən heç bir şikayəti, tələbi və iddiası olmadığını bildirmişdir. Hadisənin şahidi olmadığı üçün onun hadisənin konkret olaraq baş vermə səbəbi barədə dəqiq heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs 10 ildən artıqdır ki tanıdığını, əvvəllər o, taksi fəaliyyəti ilə məşğul olduğunu və Ramilin də müştəri olaraq onun avtomobilindən tez-tez istifadə etdiyini, həmin vaxtdan da münasibətlərinin yarandığını bildirmişdir. Hadisənin ehtiyyatsızlıqdan baş verməsini nəzərə alıb, Təqsirləndirilən şəxsa qarşı hər hansı şikayət və tələbi olmadığını, onunla barışdığını, hazırda da şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o. 2015ci ildən X12, xidmət edir. 05 dekabr 2021-ci il tarixdə saat 17:50 radələrində Göygöl RPŞnin DYPB-də növbədə olan zaman Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonu Yeni Qızılca kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat alıb hadisə yerinə getmişdir. Hadisə yerində çatdıqda bir nəfər kişinin xəsarət aldığını və həmin şəxsin mülki şəxsə məxsus avtomobil ilə xəstəxanaya göndərildiyinə şahid olmuşdur. Sonra hadisə yerinə gələn rayon polis şöbəsinin əməliyyatistintaq qrupu ilə birlikdə hadisə yerinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, yolnəqliyyat hadisəsi baş verdiyi yer Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonu Yeni Qızılca kəndi ərazisindən keçən hissəsindədir. Hadisə baş vermiş avtomobil yolu asfaltbeton olmaqla düz, quru vəziyyətdədir. Yolda 2 hərəkət istiqaməti var və hərəkət istiqamətləri biri-birindən, qırıq-qırıq nişanlanma xətti ilə ayrılır. Hadisə yerində «Vaz 21725» minik markalı, **-EA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin və “Vaz 2101” minik markalı **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşmadan sonrakı vəziyətdə yolun kənarında qaldıqlarını müşahidə etmişdir. Hadisə yerinə baxış zamanı müəyyən edilmişdir ki, «Vaz 21725» minik markalı, **-EA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil Gəncə şəhərindən Daşkəsən şəhəri istiqamətində hərəkətdə olarkən “Vaz 2101” minik markalı **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun sağ kənarında olan “Səviskar” adlanan qəbristanlığın qarşısından yolun hərəkət hissəsinə çıxmış və «Vaz 21725» minik markalı, **-EA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü idarəetməni itirdiyindən həmin avtomobil ilə toqquşmuşdur. Yol-nəqliyyat hadisəsi zamanı “Vaz 2101” minik markalı **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün xəstəxanaya aparılmışdır. Sonra hadisə yerinə baxış keçirilərək, hadisə yerinin sxemi və fotoşəkillər çəkilib protokol tərtib olunmaqla imzalarla təsdiq olunmuşdur. “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, yol-nəqliyyat hadisəsi Gəncə Daşkəsən- avtomobil yolunun Göygöl rayonu Yeni Qızılca kənd ərazisindən keçən hissəsində baş vermişdir. Hadisə yerinə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən heç bir əşya aşkar edilib götürülmədi.Hadisə yerinə baxış protokolu tərtib edilərək fotoşəkil və sxemi çəkilmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 21 nömrəli rəyindən görünür ki, mərhum M.A.Ağakişiyevin meyitinin məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində olan xəsarətlər- sağ təpə-gicgah nahiyyəsinin loskutvari əzilmiş-cırılmış yarası, subdural, subaraxnoidal, dərialtı hematoma, baş-beyinin əzilməsi ilə müşayiət olunan açıq kəlləbeyin travması, sağ alın-gicgah.ş alın, sağ və sol gözətrafı nahiyələrdə, sol əl pəncəsinin arxa səthində qançırlar, sol bazunun yuxarı, aşağı 1/3-nin bayır, sol mil-bilək oynağının və sol əl pəncəsinin arxa səthlərində sıyrıqlar küt mexanizmdən, bərk küt əşyanın (əşyaların) təsirindən törənməyə xarakterikdirlər, qərarın təsviri hissəsində vaxtda və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə sükan arxasında olmaqla hərəkətdə olan avtomobilin digər avtomobillə toqquşması nəticəsində əmələ gəlməyə uyğundurlar, eyni yetirilmə mexanizminə malik olduğundan sağ təpə-gicgah nahiyəsinin loskutvari əzilmiş-cırılmış yarası, subdural, subaraxnoidal, dərialtı hematoma, baş-beyinin əzilməsi ilə müşayiət olunan açıq kəllə-beyin travması yetirilən anda həyat üçün təhlükəli olmaqla ölümlə nəticələnən Ağır zərər vurmaya aiddir, digər xəsarətlər isə canlı şəxslərdə sağlamlığın pozulmasına səbəb olmadığından dərəcələri təyin edilmir. Mərhum M.A.Ağakişiyevin meyitinin məhkəmə-tibbi müayinəsinə əsasən mərhumun ölümünə səbəb açıq kəllə-beyin travması nəticəsində subdural, subaraxnoidal, hematoma və baş-beyinin əzilməsi olmuşdur. Mərhum M.A.Ağakişiyevin meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, proril, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepen tərəmələri və salisilatlar aşkar edilməmişdir. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2022-ci il tarixli 8/837 nömrəli rəyindən görünür ki, «VAZ-2101» markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.4 “Yol verin” üstünlük yol nişanının) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. VAZ-21725 markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs VAZ- 21725 markalı avtomobili sürücülük vəsiqəsi olmadan və hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolda, 70- 80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin və 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. xx.xx.2021-ci il tarixli 1490/2021 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı”ndan görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu müəyyən edilməmişdir. Göygöl Rayon Polsi Şöbəsinin DYPB-nin xx.xx.2021-ci il tarixli, məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına sürücülük vəsiqəsi aşkar olunmadı. Daşkəsən rayon Bayan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Daşkəsn rayon Bayan kəndində anası X11 və həyat yoldaşı X13 ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmişdir “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışı ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs “VAZ 21725” markalı **-AE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili təhvil almışdır. xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, X7 “VAZ 2101” minik markalı **-CZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili təhvil almışdır. Zərər çəkmiş şəxsin hüquqi varisi X1 orqanlara ünvanladığı xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərər çəkmiş şəxsin hüquqi varisi X5 məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Onunla barışmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 263-1.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263- 1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən zərər çəkmiş şəxsin hüquqi varisi barışmasını və ondan heç bir şikayət və tələbinin olmamasını, yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini və əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tələblərinə görə Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göründüyü kimi Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hal müəyyən edilmiş və CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tələbləri nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4. və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il və xx.xx.2011-ci il tarixli qərarları). Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yuxarıda qeyd edilən cəzasını yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə və sosial vəziyyətini, hadisə zamanı özünün də az ağır xəsarət almasını, eyni zamanda CM-nin 60-cı maddəsinin tələblərini nəzərə alıb hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu maddənin sanksiyasının aşağı həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq zamanı seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsində ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasının aşağı həddində təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsinin sanksiyasında azadlıqdan məhrumetmə cəzası ilə yanaşı əlavə cəza olan nəqliyyat vasitələrinin idarəetmə hüququndan məhrum etmə cəzası da nəzərdə tutulmuşdur. Odur ki, Azərbaycan Respublikası CM-nin 45-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. İş üzrə maddi sübut kimi tanınmış “VAZ 21725” markalı **-AE-*** dövlət qeydiyyat nişanlı və VAZ 2101 minik markalı **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 213 (iki yüz on üç) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 04 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq zamanı seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilsin və başlanğıcı əsas cəzanın çəkilib qurtarmasından sonra hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı və qeydiyyatda olduğu yer üzrə Daşkəsən Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış “VAZ 21725” markalı **-AE-*** dövlət qeydiyyat nişanlı və VAZ 2101 minik markalı **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 213 (iki yüz on üç) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-69/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-69/2023
10.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver